Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-24/2021 16.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Göygöl rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi2 və Tovuz rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 09.01.2020-ci il tarixdə Tovuz Rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs olunana qədər həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 22.06.2015-ci il tarixdə Xətai Rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və həbs olunana qədər həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, 16.09.2016-cı il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və həbs olunana qədər həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri, xx.xx.1987-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Cilovdarlı kəndində qeydiyyatda olan, həbs olunana qədər həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 32.5,177.2.1, 32.5,177.2.2, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 29 may 2019-cu il tarixdə günorta saatlarında Şəmkir rayonu Hacıalılar kənd sakini Zərərçəkmiş şəxs3 məxsus Şəmkir rayonu, Hacıallar kəndi ərazisində yerləşən “Tənəkli” otlaq sahəsində otlayan 1 baş 2000 manat dəyərində yerli cins, 220 kiloqram ət çıxarı olan 2 yaşında erkək dananı gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 13 oktyabr 2019-cu il tarixdə gecə saat 04 radələrində Gədəbəy rayonu Samanlıq kənd sakini Zərərçəkmiş şəxs5 məxsus 1 baş 2442 manat dəyərində 3 yaşlı, diri çəkisi 370 kiloqram olan yerli cins erkək dana və 1 baş 2640 manat dəyərində 3 yaşlı, diri çəkisi 400 kiloqram olan yerli cins erkək dananı Tovuz rayonu Alakol kəndində otlaq sahəsindən gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 cəmi, 5.082 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu il oktyabr ayının sonlarında saat 22 radələrində Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, ev 10, mənzil 12-də yaşayan Zərərçəkmiş şəxs4 Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən yatağından sonuncuya məxsus 1 başının qiyməti 250 manat olan cəmi, 10250 manat dəyərində 41 baş yerli cins, əla köklükdə, 2 yaşı olan 50 kiloqram diri çəkilərdə şişək qoyunları, 1 başının qiyməti, 220 manat olan cəmi, 7700 manat dəyərində 35 baş yerli cins, əla köklükdə, 1 yaşı olan 40 kiloqram diri çəkilərdə erkək toğluları, 1 başının qiyməti 250 manat olan cəmi, 750 manat dəyərində 3 baş türk cinsi, əla köklükdə, 1 yaşı olan 50 kiloqram diri çəkilərdə doğar keçiləri və 1 baş 400 manat dəyərində yerli cins, əla köklükdə, 2 yaşı olan 75 kiloqram diri çəkidə erkək qoçu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 cəmi, 19100 (on doqquz min yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 noyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu, Bayramlı kəndində yerləşən fermaya yaxınlaşmış, həmin fermanın yardımçı otağında gözətçi işləyən Zərərçəkmiş şəxs1 bayıra çıxdığını görən Təqsirləndirilən şəxs3 quldurluq niyyətilə üzərində gəzdirdiyi istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçağı onun boynuna dirəyib hədə-qorxu gələrək hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncuya döş qəfəsinin arxa səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, Təqsirləndirilən şəxs1 yardımçı otağa qanunsuz olaraq girməklə stolun üzərində olan sonuncuya məxsus 1 ədəd 20 manat dəyərində “Nokia” markalı “RM- 1011” modelli mobil telefonu və həmin telefonun içərisində olan 1 ədəd 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrəni ələ keçirmiş və Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 zərərsizləşdirmək məqsədilə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edəcəyi ilə hədələyərək onun yanında qalmış, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saxlanc yeri olan tövləyə qanunsuz olaraq girməklə Zərərçəkmiş şəxs2 məxsus bir başının qiyməti 900 manat olan yerli cins, orta köklükdə, 7-8 aylıq, 130-140 kiloqram diri çəkiləri olan cəmi, 7200 manat dəyərində 8 baş erkək danaları ələ keçirərək Zərərçəkmiş şəxs1 məxsus cəmi, 24 (iyirmi dörd) manat, Zərərçəkmiş şəxs2 məxsus cəmi, 7200 (yeddi min iki yüz) manat məbləğində xeyli miqdarda əmlakı əldə etməklə quldurluq etmiş və cinayət yolu ilə əldə edilmiş həmin özgə əmlakını satın almaqla əldə etməyi qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs4 3000 manata satmışlar. Təqsirləndirilən şəxs2 eyni mənbədən vahid qəsdlə tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 2019-cu il sentyabr ayının ortalarından həmin il oktyabr ayının sonlarınadək olan müddət ərzində Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, ev 10, mənzil 12-də yaşayan Zərərçəkmiş şəxs4 Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən yatağından sonuncuya məxsus 1 başının qiyməti 400 manat olan cəmi, 25200 manat dəyərində 63 baş yerli cins, əla köklükdə, 2 yaşı olan 75 kiloqram diri çəkilərdə erkək qoçları gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 cəmi, 25200 (iyirmi beş min iki yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu il oktyabr ayının sonlarında saat 22 radələrində Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, ev 10, mənzil 12-də yaşayan Zərərçəkmiş şəxs4 Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən yatağından sonuncuya məxsus 1 başının qiyməti 250 manat olan cəmi, 10250 manat dəyərində 41 baş yerli cins, əla köklükdə, 2 yaşı olan 50 kiloqram diri çəkilərdə şişək qoyunları, 1 başının qiyməti, 220 manat olan, cəmi 7700 manat dəyərində 35 baş yerli cins, əla köklükdə, 1 yaşı olan 40 kiloqram diri çəkilərdə erkək toğluları, 1 başının qiyməti 250 manat olan cəmi, 750 manat dəyərində 3 baş türk cinsi, əla köklükdə, 1 yaşı olan 50 kiloqram diri çəkilərdə doğar keçiləri və 1 baş 400 manat dəyərində yerli cins, əla köklükdə, 2 yaşı olan 75 kiloqram diri çəkidə erkək qoçu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 cəmi, 19100 (on doqquz min yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 noyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu, Bayramlı kəndində yerləşən fermaya yaxınlaşmış, həmin fermanın yardımçı otağında gözətçi işləyən Zərərçəkmiş şəxs1 bayıra çıxdığını görən Təqsirləndirilən şəxs3 quldurluq niyyətilə üzərində gəzdirdiyi istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçağı onun boynuna dirəyib hədə-qorxu gələrək hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncuya döş qəfəsinin arxa səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, Təqsirləndirilən şəxs1 yardımçı otağa qanunsuz olaraq girməklə stolun üzərində olan sonuncuya məxsus 1 ədəd 20 manat dəyərində “Nokia” markalı “RM- 1011” modelli mobil telefonu və həmin telefonun içərisində olan 1 ədəd 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrəni ələ keçirmiş və Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 zərərsizləşdirmək məqsədilə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edəcəyi ilə hədələyərək onun yanında qalmış, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saxlanc yeri olan tövləyə qanunsuz olaraq girməklə Zərərçəkmiş şəxs2 məxsus bir başının qiyməti 900 manat olan yerli cins, orta köklükdə, 7-8 aylıq, 130-140 kiloqram diri çəkiləri olan cəmi, 7200 manat dəyərində 8 baş erkək danaları ələ keçirərək Zərərçəkmiş şəxs1 məxsus cəmi, 24 (iyirmi dörd) manat, Zərərçəkmiş şəxs2 məxsus cəmi, 7200 (yeddi min iki yüz) manat məbləğində xeyli miqdarda əmlakı əldə etməklə quldurluq etmiş və cinayət yolu ilə əldə edilmiş həmin özgə əmlakını satın almaqla əldə etməyi qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs4 3000 manata satmışlar. Təqsirləndirilən şəxs3 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 noyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu, Bayramlı kəndində yerləşən fermaya yaxınlaşmış, həmin fermanın yardımçı otağında gözətçi işləyən Zərərçəkmiş şəxs1 bayıra çıxdığını görən Təqsirləndirilən şəxs3 quldurluq niyyətilə üzərində gəzdirdiyi istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçağı onun boynuna dirəyib hədə-qorxu gələrək hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncuya döş qəfəsinin arxa səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, Təqsirləndirilən şəxs1 yardımçı otağa qanunsuz olaraq girməklə stolun üzərində olan sonuncuya məxsus 1 ədəd 20 manat dəyərində “Nokia” markalı “RM-1011” modelli mobil telefonu və həmin telefonun içərisində olan 1 ədəd 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrəni ələ keçirmiş və Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 zərərsizləşdirmək məqsədilə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edəcəyi ilə hədələyərək onun yanında qalmış, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saxlanc yeri olan tövləyə qanunsuz olaraq girməklə Zərərçəkmiş şəxs2 məxsus bir başının qiyməti 900 manat olan yerli cins, orta köklükdə, 7-8 aylıq, 130-140 kiloqram diri çəkiləri olan cəmi, 7200 manat dəyərində 8 baş erkək danaları ələ keçirərək Zərərçəkmiş şəxs1 məxsus cəmi, 24 (iyirmi dörd) manat, Zərərçəkmiş şəxs2 məxsus cəmi, 7200 (yeddi min iki yüz) manat məbləğində xeyli miqdarda əmlakı əldə etməklə quldurluq etmiş və cinayət yolu ilə əldə edilmiş həmin özgə əmlakını satın almaqla əldə etməyi qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs4 3000 manata satmışlar. Təqsirləndirilən şəxs4 2019-cu ilin oktyabr ayının ortalarında Tovuz rayonunda tanışı Təqsirləndirilən şəxs1 ilə görüşərək onun oğurluq yolu ilə əldə edəcəyi mal-qaranı satın alacağına qabaqcadan vəd edərək razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs1 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu il oktyabr ayının sonlarında saat 22 radələrində Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, ev 10, mənzil 12-də yaşayan Zərərçəkmiş şəxs4 Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən yatağından sonuncuya məxsus 1 başının qiyməti 250 manat olan cəmi, 10250 manat dəyərində 41 baş yerli cins, əla köklükdə, 2 yaşı olan 50 kiloqram diri çəkilərdə şişək qoyunları, 1 başının qiyməti, 220 manat olan cəmi, 7700 manat dəyərində 35 baş yerli cins, əla köklükdə, 1 yaşı olan 40 kiloqram diri çəkilərdə erkək toğluları, 1 başının qiyməti 250 manat olan cəmi, 750 manat dəyərində 3 baş türk cinsi, əla köklükdə, 1 yaşı olan 50 kiloqram diri çəkilərdə doğar keçiləri və 1 baş 400 manat dəyərində yerli cins, əla köklükdə, 2 yaşı olan 75 kiloqram diri çəkidə erkək qoçu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 cəmi, 19100 (on doqquz min yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını oğurlamış və əvvəlcədən əldə olunmuş razılığa əsasən cinayət yolu ilə əldə edilmiş əmlakı satın almaqla əldə etməyi qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs4 Əli oğlunun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona özünün istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefon ilə zəng vuraraq ona fermaya gəlməsini bildirmiş, Təqsirləndirilən şəxs4 həmin yerə gələrək Təqsirləndirilən şəxs1 və məlum olan şəxslərin cinayət yolu əldə etdikləri əmlakı məlum olmayan yük avtomobilinə yükləyərək 2500 manat pulu Təqsirləndirilən şəxs1 verməklə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə edib həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam verməyi qabaqcadan vəd etməklə oğurluq cinayət əməlinin törədilməsində köməkçilik etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1lə onun oğurluq yolu ilə əldə edəcəyi mal-qaranı satın alacağına qabaqcadan vəd edərək razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs1 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 noyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu, Bayramlı kəndində yerləşən fermaya yaxınlaşmış, həmin fermanın yardımçı otağında gözətçi işləyən Zərərçəkmiş şəxs1 bayıra çıxdığını görən Təqsirləndirilən şəxs3 quldurluq niyyətilə üzərində gəzdirdiyi istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçağı onun boynuna dirəyib hədə-qorxu gələrək hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncuya döş qəfəsinin arxa səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, Təqsirləndirilən şəxs1 yardımçı otağa qanunsuz olaraq girməklə stolun üzərində olan sonuncuya məxsus 1 ədəd 20 manat dəyərində “Nokia” markalı “RM-1011” modelli mobil telefonu və həmin telefonun içərisində olan 1 ədəd 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrəni ələ keçirmiş və Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 zərərsizləşdirmək məqsədilə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edəcəyi ilə hədələyərək onun yanında qalmış, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saxlanc yeri olan tövləyə qanunsuz olaraq girməklə Zərərçəkmiş şəxs2 məxsus bir başının qiyməti 900 manat olan yerli cins, orta köklükdə, 7-8 aylıq, 130-140 kiloqram diri çəkiləri olan cəmi, 7200 manat dəyərində 8 baş erkək danaları ələ keçirərək Zərərçəkmiş şəxs1 məxsus cəmi, 24 (iyirmi dörd) manat, Zərərçəkmiş şəxs2 məxsus cəmi, 7200 (yeddi min iki yüz) manat məbləğində xeyli miqdarda əmlakı əldə etməklə quldurluq etmiş və əvvəlcədən əldə olunmuş razılığa əsasən oğurluq cinayəti yolu ilə əldə edilmiş əmlakı satın almaqla əldə etməyi qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon ilə zəng vuraraq ona fermaya gəlməsini bildirmiş, Təqsirləndirilən şəxs4 həmin yerə gələrək Təqsirləndirilən şəxs1 və istintaqa məlum olan şəxslərin cinayət yolu əldə etdikləri əmlakı Şahid1 məxsus “Qazel” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək 3000 manat pulu Təqsirləndirilən şəxs1 verməklə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə edib həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam verməyi qabaqcadan vəd etməklə oğurluq cinayət əməlinin törədilməsində köməkçilik etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə olan ittihamlar üzrə özünü tam təqsirli bildiyini göstərərək ifadə verməkdən imtina etdiyini, məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf etmiş və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, daimi yaşayış yeri yoxdur. Qeydiyyatda olduğu yer əmisi Mehman Vəliyevin evidir və o, da azyaşlı qızı ilə birlikdə orada yaşayır. O, əvvəllər evli olub boşanmış və 1 azyaşlı qızı var, həmin qız onun himayəsindədir və əmisinin evində qalır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 tanıyır. O, 2004-2005-ci illərdə Mikayılın fermasında çoban işləmiş, sonuncu ilə münasibəti, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs2lə Daşkəsən rayonunda yaylaqda Gəncəli Fərmanın yatağında çoban işləyərkən tanış olmuş, sonuncu ilə münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs3lə isə Romanın vasitəsilə tanış olmuş, Oleqlə də münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs4 da tanıyır. Təqsirləndirilən şəxs4la Tovuz rayonunda iki baş dananı satarkən tanış olmuşdur. Təqsirləndirilən şəxs4la münasibəti, ədavət və düşmənçiliyi yoxdur. O, əvvəllər bir neçə dəfə oğurluqla məhkum olunmuş, axırıncı dəfə məhkum olunduqdan sonra 28 sentyabr 2018-ci il tarixdə azadlığa çıxmışdır. O, işsiz olduğu dövrdə, pula ehtiyacı yaranmış və bunun üçün də oğurluq etmişdir. Belə ki, təxminən 2019-cu ilin may ayının ortalarında özünə iş axtarmaq məqsədilə Şəmkir rayonu, Hacıallar kəndi ərazisində və İrmaşlı kəndi ərazisində yerləşən fermalara gələrək orada özünə iş istəmiş, lakin orada yeləşən fermalarda çobanlar olduğundan ona iş verməmişlər. Sonra Gədəbəy rayonu ərazisinə gedərək orada olan otlaq ərazilərində yerləşən fermalarda özünə iş yeri axtarmış, lakin tapa bilməmişdir. O, Şəmkir rayonu ərazisində olarkən, “Tənəkli” adlanan otlaq sahəsində sahibsiz iribuynuzlu mal-qaranın otladıqlarını görmüşdür. O, özünə iş yeri tapa bilmədikdə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 29 may 2019-cu il tarixdə Gəncə şəhərindən Şəmkir rayonuna gəlmiş və oradan da tanımadığı avtomobilə minərək Hacıallar kəndinə gəlmişdir. Sonra o, piyada “Tənəkli” adlanan ərazidə yerləşən otlaq sahəsiə gəlmiş və orada 20-25 baş iribuynuzlu mal-qaranın sahibsiz otladığını görüb həmin heyvanlardan birini oğurlamaq qərarına gəlmişdir. O, bir qədər orada gözlədikdən sonra heyvanlara yaxınlaşmış və həmin heyvanlardan 1 baş, təxminən 350-400 kiloqram diri çəkisi olan qara rəngli erkək dananı oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt saat təxminən 18 radələri olarmış. O, həmin dananı daha yaxşı qiymətə və tez sata biləcəyini fikirləşmişdir. O, həmin dananı özü ilə gətirdiyi kəndirlə bağlamış və ipindən tutaraq əkin sahələri ilə piyada İrmaşlı kəndinə, oradan da Şiştəpə kəndi ərazinə gəlmişdir. O, həmin dananı oğurlayarkən heç kəs bunu görməmiş, ona hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. Daha sonra isə o, Zəyəm qəsəbəsində yerləşən daş karxanasının yanına gəlmiş, sonra o, orada yolun kənarında xeyli gözləmişdir ki, yoldan ötən yük maşını ilə həmin heyvanı Bərdə rayonunda yerləşən mal satişi bazarina gedib orada oğurladığı heyvanı satsın. Bir müddət gözlədikdən sonra o, yoldan keçən dövlət qeydiyyat nişanını xatırlamadığı “Qazel” markalı yük maşını saxlatmışdır. O, sürücüyə yaxınlıqda yerləşən fermada işlədiyini və özünə məxsus 1 baş iribuynuzlu dananı Bərdə rayonunda yerləşən mal-satişi bazarina aparmaq istədiyini bildirmişdir. Həmin şəxs bunun üçün ondan 150 manat pul alacağını bildirəndə o, hazırda üstündə pulu olmadığını, lakin heyvanı satıb 130 manat pul verəcəyini sürücüyə bildirəndə həmin şəxs onunla razılaşmış və maşını dananın bağlandığı yerə sürmüş və o, oğurladığı dananı sürücü ilə köməkli yük maşınına yüklədikdən sonra Bərdə rayonunda yerləşən “mal satişi bazari”-na aparmış və təxminən 1 saatdan sonra həmin dananı 1500 manata tanımadığı 35-37 yaşında, orta bədən quruşlu bir kişiyə satmışdır. O, satdığı dananın özünə məxsus olduğunu həmin şəxsə bildirmişdir. Bundan başqa o, Tovuz rayonunun Düzqırıxlı kəndində Şahvələd adlı şəxsə məxsus fermada çobanlıq etmişdir. Təxminən 2 ay orada işlədikdən sonra Şahvələdin yaşadığı Düzqırıxlı kəndində yerləşən evindən 2000 manatlıq qızıl-zinət əşyaları oğurlamış və oradan çıxıb Gəncə şəhərinə getmişdir. Aradan bir neçə gün keçdikdən sonra Tovuz rayon polis şöbəsinin əməkdaşları gəlib onu tutmuşlar. Həmin oğurluqla bağlı Tovuz rayon polis şöbəsində cinayət işi açılmışdır. Lakin onu şübhəli şəxs kimi tutmuşlar və sonra buraxmışlar. Hazırda həmin iş üzrə barəsində hökm çıxmışdır. Zərərçəkmiş şəxs5 təxminən 2 aya yaxındır ki tanıyır, azadlığa çıxdıqdan sonra rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, çörək pulu qazanmaq üçün özünə iş axtarsa da məhkumluq həyatı yaşadığı üçün heç bir yerdə özünə iş tapa bilməmişdir. Əvvəllər Tovuz rayonu ərazisində yerləşən fermalarda çobanlıq etmişdir. Sonra Tovuz rayonu, Düz Qırıqlı kəndində etmiş olduğu oğurluq hadisəsinə görə o, Tovuz rayonundan çıxmışdır. Sonra Gədəbəy rayonuna getmişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərində Gədəbəy rayonunda iş yeri axtaran zaman tanımadığı bir nəfər şəxs bildirmişdir ki, Gədəbəy rayonu, Samanlıq kəndində Əli adlı fermerin heyvanlarına baxmaq üçün çobana ehtiyac var. Bundan sonra o, Gədəbəy rayonu Samanlıq kəndində yaşayan Zərərçəkmiş şəxs5 məxsus olan fermaya getmişdir. Orada Zərərçəkmiş şəxs5la görüşmüş, həmin vaxt sonuncunun oğlu Füzuli də orada olmuşdur. O, Əli kişiyə iş axtardığını və yatağında çobanlıq edə biləcəyini demişdir. Həmin vaxt o, Əli kişinin yatağında sonuncunun heyvanlarına baxmaq üçün hər ay 250 manat müqabilində işləməyə qərar vermişdir. Əli kişi də onun gündəlik yeməyini və siqaretini verəcəyini bildirmişdir. Sonra O, Əlinin yatağında qalıb sonuncunun iribuynuzlu heyvanlarına baxmışdır. Təxminən on gün Əlinin yanında işlədikdən sonra sonuncuya pula ehtiyacı olduğunu demiş və Əli də iki aylıq əmək haqqısı olan 500 manatı qabaqcadan ona vermişdir. 11 oktyabr 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs5 və sonuncunun oğlu ilə birlikdə iribuynuzlu və xırdabuynuzlu heyvanları yaylaqdan qışlağa aparmaq üçün Gədəbəy rayonu Samanlıq kəndindən çıxmışlar və Ağstafa rayonu Ceyrançöl qışlağı istiqamətində yola düşmüşlər. Əli kişinin oğlu Füzuli isə nömrəsini bilmədiyi “Niva” markalı avtomobillə nəzarət etmək məqsədilə teztez onların yanına gəlib getmişdir. Yolda dincələn zaman Füzuli avtomobili saxlayırmış və atası Əli kişi də avtomobildə dincəlirmiş. Yolda hərəkətdə olan zaman isə onlar gündüz vaxtı hərəkət edib, axşamlar isə dincəlirmişlər. Yol boyu mal-qaranı aparan zaman Əli kişi onun ünvanına nəlayiq söyüşlər söymüşdür. Əlinin söyüşləri isə onun səbrini tükəndirmişdir. 13 oktyabr 2019-cu il tarixdə, saat 03 radələrində onlar Tovuz rayonu, Alakol kəndinin ərazisinə gəlmişlər. Kəndin ərazisində stadionun yanında heyvanları yerləşdirmişlər ki, onlar da bir az dincəlsinlər. Həmin vaxt Əli kişi oğluna məxsus olan Niva markalı avtomobildə yatmağa başlamış, oğlu Füzuli isə ətrafda gəzməyə başlamışdır. Bundan sonra o, oğurluq etməyinin tam vaxtı olduğunu görmüşdür. Həmin vaxt o, tək iki baş dananı haylayıb həmin ərazidən uzaqlaşmışdır. Təxminən iki küçə aralı olan məsafədə heyvanları haylamışdır. Sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən əvvələr tanıdığı Tovuz rayon sakini Ayvaz adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng vurub iki baş satdıq danasının olduğunu demişdir. Həmin vaxt Ayvaz danalara baxmaq istədiyini demiş və harada baxmaq istədiyini soruşanda o, Tovuz rayonu, Alakol kəndinə gəlməsini bildirmiş, gələndə də danaları aparmaq üçün maşınla gəlməsini tapşırmışdır. Bundan sonra Ayvaz Qazel markalı avtomobillə onun dediyi ünvana gəlmişdir. Həmin vaxt danaları onan hansı qiymətə satmasını soruşanda o, danaların özünə məxsus olmasını, pula ehtiyacı olmasına görə yanında işlədiyi heyvanların sahibi olan şəxsdən pul istədiyini bildirdikdə həmin şəxs də ona hazırda pulunun olmadığını, 2500 manat pulun müqabilində ona iki baş dananı verdiyini və satmağını bildirmişdir. Sonra həmin danaları Qazelə yerləşdirmişlər və Ayvazın yaşadığı evinə getmişlər. Ayvaza danaların oğurluq olmasını bildirməmişdir. Ayvazın evinin qabağında olan zaman sonradan adının Feyruz olduğunu bildiyi bir nəfər şəxs oraya gəlmiş, Ayvaz həmin vaxt Feyruzla onu tanış edib tanışı olduğunu bildirmişdir. Ayvaz Feyruzla şərik olduğunu, birlikdə heyvan alqı və satqısı ilə məşğul olduqlarını ona söyləmişdir. Həmçinin o, satdığı danaların oğurluq olmasını Feyruza da bildirməmişdir. Danaları oğurluq yolu ilə əldə etməyini nə Feyruz, nə də Ayvaz bilmişdir. O, oğurladığı heyvanları 1000 manata Feyruza satmış və pulu götürüb ordan çıxaraq Gəncə şəhərinə getmişdir. Həmin pulu öz şəxsi tələbatı üçün istifadə etmişdir. Hətta o, Feyruzun nömrəsini də götürmüşdür. Bundan başqa aradan bir neçə gün keçdikdən sonra o, Gəncə şəhər sakini Daşkəsən rayonu Xaşbulaq kəndində yatağı olan Fərman adlı şəxslə görüşüb çoban işləmək istdiyini bildirəndə Fərman çoban lazım olduğunu ona bildirmişdir. Sonra Fərman onu və əvvəlcədən yatağında çobanlıq etmiş Romanİa birlikdə onları götürüb sürücüsü Xaliq adlı şəxslə Xaşbulaq kəndinə yatağa göndərmişdir. Sürücü onları aparıb yatağa düşürtmüş, heyvanları onlara göstərib qayıtmışdır. Həmin yataqda Roman və ondan başqa heç kim olmamış, eyni zamanda o, Romanla orada tanış olmuşdur. Həmin gün axşam saatlarında Romanla söhbət edərkən tanış heyvan alqı-satqısı ilə məşğul olan adam olduğunu, heyvanların bir hissəsini həmin şəxsə sata bilcəklərini Romana bildirmişdir. Roman da onunla razılaşmışdır. Bundan sonra o, Feyruza zəng edib xırdabuynuzlu heyvanları (qoyun) olduğunu, bir başını 100 manata satmaq istədiyini bildirmişdir. Feyruz da onunla razılaşmış və nə qədər heyvan olduğunu soruşanda o, 80 baş qoyun olduğunu demişdir. Aradan təxminən 1-2 saat keçdikdən sonra Roman Feyruza yatağın yolunu başa salmış və saat 22 radələrində Feyruz bir nəfər tanımadığı şəxsin idarə etdiyi markasını və nömrəsini xatırlamadığı yüx avtomaşını ilə oraya gəlmişdir. Feyruz gələnə kimi Romanla o, heyvanların içərisindən 80 baş xırdabuynuzlu heyvan (qoyun) seçmişlər. Feyruz gəlib çıxdıqdan sonra heyvanları həmin yük maşınına yığmışlar. Həmin vaxt Feyruz ona 2500 manat pul vermiş, 5500 manat borcu qalmış və 5500 manatı isə bir neçə günə verəcəyini bildirmişdir. Sonra Feyruzgil çıxıb getmişlər. O, həmin 2500 manatdan 2400 manatını Romana vermiş, 100 manat özündə qalmışdır. Onlar gecəni yataqda qalmışlar. Səhər yataq sahibi Fərman oraya gəlmiş, lakin heyvanlarını saymamışdır. Sonra onlar heyvanları oradan qabaqlarına qatıb Samux rayonuna doğru hərəkətə başlamışlar. O, piyada heyvanların yanında getmiş, Roman isə köçü gətirən yük maşınına oturmuşdur. Roman yük maşını ilə gəlib Gəncə şəhərində düşmüşdür. O, isə yolda heyvanları gətirən zaman Fərmana zəng edib ağrıdığımı heyvanları apara bilməyəcəyini demişdir. Sonra heyvanların yanından aralaşıb Gəncə şəhərinə getmişdir. O, Gəncə şəhərində olarkən Romana zəng edib harada olduğunu soruşanda sonuncu Bakı şəhərinə yola düşdüyünü bildirmişdir. Həmin gün o, Gəncə şəhərində qalmışdır. Səhərisi gün isə Feyruza zəng edib borcunu nə vaxt verəcəyini soruşanda sonuncu 400 manat pulu olduğunu, özünün isə Tovuz rayonunda olduğunu və həmin pulu gedib oradan götürməyi ona bildirmişdir. O, da Gəncə şəhərində avtovağzaldan Tovuz rayonuna gedən mikroavtobusa oturub Tovuz rayonuna getmişdir. O, Tovuz rayonuna çatıb orada Feyruza zəng etmiş, sonuncu ilə Tovuz rayonunun mərkəzində görüşmüş və Feyruz 400 manat pulu ona verib yerdə qalan 5100 manatı isə bir neçə günə düzəldib verəcəyini demişdir. Bundan sonra o, oradan mikroavtobusa oturub Gəncə şəhərinə qayıtmışdır. Bundan başqa o, Gəncə şəhərində olarkən Romana zəng edəndə sonuncu Bakı şəhərində dostu Oleqin evində olduğunu bildirmişdir. Həmin vaxt o, Bakı şəhərinə getmək istədiyini Romana deyəndə sonuncu buna etiraz etməmişdir. Həmin gün, təxminən noyabr ayının 8 günü, axşam saat 20 radələrində o, Gəncə şəhərində avtovağzaldan avtobusa oturub Bakı şəhərinə yola düşmüşdür. Saat 1 radələrində o, Bakı şəhərində Lökbatanın kruqunda düşmüş, oradan taksiyə oturub Romanın dediyi ünvana getmişdir. O, həmin ünvana çatanda Roman onu qarşılayıb evə aparmışdır. Həmin ev Romanın dostu Oleqin evi olmuş, Roman onu dostu Oleqlə tanış etmişdir. Onlar həmin gecə Oleqin evində qalmışlar. Səhərisi gün oradan çıxıb Bayıl qəsəbəsində Romanla ikisi birlikdə qalmaq üçün 130 manata kirayə ev tutmuşlar və orada qalmağa başlamışlar. Aradan bir müddət keçdikdən sonra Oleqin yaşadığı evə getmişlər. Oleqin evində olan zaman çay içib söhbət edərkən o, Roman və Oleqə Şəmkir rayonu Bayramlı kəndində fermada işlədiyini, orada iribuynuzlu heyvanlar olduğunu və həmin heyvanları oğurluyub sata biləcəklərini demişdir. Oleq və Roman da onunla razılaşmışlar, bir neçə günə Şəmkir rayonuna getməyi planlaşdırmışlar. Onlar razılaşdıqları kimi təxminən 3-4 gün keçdikdən sonra 18 noyabr 2019-cu il tarixdə, saat 20 radələrində Bakı şəhərində avtovağzalda Oleq, Roman və o, görüşmüşlər. Oradan qazel markalı mikroavtobusa oturub yola düşmüşlər. Təxminən 19 noyabr 2019-cu il tarixdə, saat 01 radələrində onlar Şəmkir rayonuna çatmışlar. Şəmkir rayonuna çatdıqdan sonra taksiyə oturub Bayramlı kəndinə getmişlər. Bayramlı kəndinə çatdıqdan sonra taksinin pulunu verib düşmüşlər və piyada fermaya getməyə başlamışlar. Həmin vaxt onların hər üçünün üstündə bıçaq olmuşdur. Fermanın həyətinə çatıb bir müddət qıraqda dayanıb gözləmişlər. Lakin həmin vaxt ərzində fermadan heç kim çıxmamışdır. Sonra onlar birlikdə fermanın girişində yerləşən tikilinin yanına getmişlər. Həmin vaxt Oleq üzünə papaq keçirmiş, onun və Romanın üzündə isə heç nə olmamışdır. Onlar tikilinin qapısına yaxınlaşanda qapı açılmış və içəridən bir nəfər orta yaşlı kişi çıxmışdır. O, həmin kişiyə iki baş iribuynuzlu heyvanının itdiyini və heyvanı axtardıqlarını bildirmişdir. Həmin kişi onları görüb otaqdan çıxıb qaçmaq istəyərkən Oleqlə o, həmin şəxsi tutub yerə yıxmışlar. Sonra Oleq üstündə olan bıçağı çıxarıb həmin şəxsin boynuna dirəmiş, sakit durmasını bildirərək həmin şəxsi sürüyüb otağa salmışlar. Onlar həmin şəxsə heç nə etməyəcəklərini, sakit durmasını bildirmişlər. Həmin vaxt o, otaqda stolun üstündə olan mobil telefonu götürüb cibinə qoymuş, sonra isə o, Romanı otaqda qoyub Oleqlə fermanın həyətinə çıxmışlar və Feyruzun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edib fermada olduğunu, gəlməsini demişdir. Aradan bir müddət keçdikdən sonra o, Feyruzu qarşılamağa getmişdir. Bir müddət keçdikdən sonra Feyruz bir nəfər tanımadığı şəxsin idarə etdiyi Qazel markalı avtomaşınla o, olduğu yerə gəlmişdir. O, Feyruzu qarşılamış və Qazelə əyləşərək fermaya getmişdir. Onlar fermaya çatmışlar və sürücü Qazeli fermanın həyətinə sürüb arxası tövlə tərəfə saxlamışdır. Sonra Oleq, o və Feyruz tövləyə daxil olmuşlar, orada Feyruzla heyvanların qiymətini danışıb razılaşmışlar. Onlar 8 baş iribuynuzlu heyvanı (dana) 3000 manata razılaşmışlar, sonra isə o, Oleqlə birlikdə heyvanları daşıyıb Qazelə yığmışlar. Sonra Feyruz 2000 manat pul sayıb ona vermiş və 1000 manatını isə səhəri gün göndərəcəyini demişdir. Onlar heyvanları yığana kimi Roman fermanın gözətçisinin yanında durmuşdur ki, otaqdan çıxmasın. Feyruz pulu verdikdən sonra Qazelə oturub oradan çıxıb getmişlər. Onlar fermada olduqları müddət ərzində həmin kişi otaqdan çölə çıxmamışdır. Feyruz fermada onlardan başqa adam olduğunu bilməmişdir. Gözətçi otaqda olduğuna və Roman da gözətçinin yanında olduğuna görə onların heyvanları götürüb qazelə yığmaqlarını görməmişdir. Bundan sonra o, Roman və Oleqlə birlikdə fermadan çıxıb piyada Bakı-Qazax magistral avtomobil yoluna çıxmışlar. Gəncə tərəfə gedən maşın olmadığına görə yoldan ötüb keçən mikroavtobusa oturub Ağstafa rayon avtovağzalına getmişlər. Oradan da taksiyə oturub Gəncə şəhərinə avtovağzala getmişlər. Sonra isə Gəncə şəhərində avtovağzaldan taksiyə oturub Bakı şəhərinə yola düşmüşlər. 19 noyabr 2019-cu il tarixdə, saat 11 radələrində Bakı şəhərinə çatıb Bayıl qəsəbəsinə Romanın kirayədə qaldığı evə getmişlər. Orada o, heyvanları ümumilikdə 3000 manata satdığını, Feyruzun 2000 manat verdiyini, 1000 manat borclu qaldığını və həmin pulu göndərəcəyini bildirmişdir. Bundan sonra o, həmin puldan 500 manat Oleqə vermiş və sonuncu da çıxıb getmişdir. O, yerdə qalan pulu isə Romanla birlikdə Sədərək bazarına gedərək orada hər ikisinə geyinmək üçün paltarlar və ayaqqabı almışlar. Onlar pulun bir hissəsini müxtəlif yerlərdə xərcləmişlər və 650 manat isə onun üstündə qalmışdır. Həmin gün axşam saatlarında Feyruz ona zəng edib qalan 1000 manatı yol maşını ilə göndərdiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən Feyruzun tutmasından şübhələndiyi üçün pulu götürmək üçün Oleqə zəng etmiş, Feyruzun 1000 manat pul göndərdiyini bildirmiş və çıxıb avtovağzaldan pulu götürməsini Oleqdən xahiş etmişdir. Sonra hamısı birlikdə avtovağzala getmişlər. Lakin pulu götürməyə onlar yox, Oleq getmişdir. Bir müddətdən sonra Oleqə zəng edən zaman Oleq pulu götürdüyünü və evdə olduğunu bildirmişdir. Sonra Romanla o, Bayıl qəsəbəsinə kirarəyədə qaldıqları evə getmişlər. Səhər tezdən Roman pulu götürmək üçün Oleqin yaşadığı evə getmişdir. Roman axşam saatlarında ona zəng edib evə nə lazım olduğunu soruşanda o, nə istədiyini almağı Romana tapşırmışdır. Aradan bir müddət keçdikdən sonra Romanla birlikdə mülki formada olan polis əməkdaşları gəlib onu də oğurluqda şübhəli olduğunu bildirdib tutmuşlar və Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən o, üzərindəki hadisə zamanı götürdüyü “Nokia” markalı mobil telefonu, hadisə zamanı üstündə olan bıçağı və 650 manat pulu təhvil vermişdir. Onun yanında hadisə zamanı tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmuşlar. O, ifadəsində göstərdiyindən başqa heç bir cinayət əməli törətməmişdir. Onun satdığı heyvanların oğurluq olması barədə əvvəlcədən Təqsirləndirilən şəxs4 məlumatı olmuşdur. Təqsirləndirilən şəxs4 onun heyvanları oğurlayaraq ona satmağından xəbəri olmuşdur. Feyruz heyvan olanda ona xəbər verməyini və alacağını qabaqcadan ona demişdir. Feyruz onun çobanlıqla məşğul olduğunu, heç nəyi olmadığını bilmiş, satdığı heyvanları da oğurlayaraq satdığını bilmişdir. Lakin Şəmkir rayonu Bayramlı kəndindən fermadan quldurluq etmələri barədə Feyruzun xəbəri olmamışdır. Feyruz həmin vaxt onların heyvanları oğurlayaraq ona satdıqlarını zənn etmişdir. O, törətdiyi əməllərdən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı da törətdiyi əməllərə görə peşmançılıq çəkdiyini, ona qarşı verilmiş mülki iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə olan ittihamlar üzrə özünü tam təqsirli bildiyini göstərərək ifadə verməkdən imtina etdiyini, məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, uşaq vaxtı ata-anasını itirdiyinə görə 8 yaşından Gəncə şəhərində yerləşən yetimlər evində qalıb orada böyümüşdür. Rəsmi olaraq heç bir yerdə işləmir, işizdir. Zərərçəkmiş şəxs2 tanımır, sonuncu ilə münasibəti, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs3 təxminən 6-7 il olar ki tanıyır, sonuncu ilə cəzaçəkmə müəsisəsində tanış olmuş, münasibəti yaxşı olmuş, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs1 ilə Daşkəsən rayonunda yaylaqda Gəncəli Fərmanın yatağında çoban işləyərkən tanış olmuş, sonuncu ilə münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. O, əvvəllər bir neçə dəfə məhkum olunmuş, axırıncı dəfə məhkum olunduqdan sonra 2018-ci ilin avqust ayında azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra Bakı şəhərində müxtəlif yerlərdə yerləşən sexlərdə fəhlə işləmiş və Bakı şəhərində müxtəlif evlərdə kirayədə qalmışdır. Təxminən 2019-cu ilin sentyabr ayının ortalarında Gəncə şəhər sakini Daşkəsən rayonu Xaşbulaq kəndində yatağı olan Fərman adlı şəxslə görüşüb çoban işləmək istdiyini bildirəndə Fərman çoban lazım olduğunu bildirmişdir. Sonra Fərman onu götürüb Xaşbulaq kəndinə yatağa aparmışdır. O, yatağa düşmüş, yataqda təxminən 1500 xırdabuynuzlu heyvan olmuşdur. O, yatağa çatanda orada Aliko adında çoban işləmiş, heyvanlara Aliko nəzarət etmişdir. İkisi bir yedrə gündüzlər heyvanları otarmışlar, axşam gətirib yatağa salırmışlar və özləri də yataqda olan çadırda qalmışlar. Təxminən 10-15 gün işlədikdən sonra o, heyvanlardan az-az oğurlayıb satmaq fikrinə düşmüşdür. Aliko 3-5 gündən bir Gəncə şəhərinə gələndə sonuncu yataqda olmadığı müddət ərzində o, heyvanlardan götürüb satmağı planlaşdırmışdır. Heyvanları satmaq üçün hər dəfə bir neçə baş götürüb tanımadığı müxtəlif taksilərlə Gəncə şəhərinə aparmış və orada tanımadığı qəssablara özünə məxsus olduğunu deyib satmışdır. Həmin heyvanlardan 8 başını tanışı Seymurun dostu Vasifə satmışdır. Lakin onlar heyvanların oğurluq olduğunu bilməmişlər. O, Seymur və Vasifə heyvanları maaşın əvəzində heyvan sahibi verdiyini bildirmişdir. Bir neçə dəfə olmaqla təxminən 63 xırdabuynuzlu heyvanı aparıb Gəncə şəhərində qəssablara satmışdır. X25 adlı çoban tapmışdır. Həmin vaxt o, Gəncə şəhərinə gəlmiş, Fərmanın sürücüsü Xaliq Rəşadla onu götürüb fermaya aparmışdar. Onları fermaya düşürtdükdən sonra Xaliq qayıtmışdır. Həmin gün axşam saatlarında Rəşadla yataqda söhbət edərkən Rəşad heyvan alqı-satqısı ilə məşğul olan tanışı olduğunu, heyvanların bir hissəsini həmin tanışına sata bilcəklərini ona bildirmişdir. O, da Rəşadla razılaşmışdır. Sonra Rəşad həmin adama zəng edib 80 baş xırdabuynuzlu heyvanlar (qoyun) olduğunu, bir başını 100 manata satmaq istədiyini bildirmişdir. Təxminən 1-2 saat keçdikdən sonra o, telefonda adını sonradan Feyruz bildiyi şəxsə yatağın yolunu başa salmış və saat 22 radələrində Feyruz bir nəfər tanımadığı şəxsin idarə etdiyi markasını və nömrəsini xatırlamadığı yük avtomaşını ilə yatağa gəlmişdir. Feyruz gələnə kimi Rəşadla o, heyvanların içərisindən 80 baş xırdabuynuzlu heyvan (qoyun) seçmişlər. Feyruz gəlib çıxdıqdan sonra heyvanları həmin yük maşınına yığmışlar. Həmin vaxt Feyruz Rəşada 2500 manat pul vermiş, 5500 manat borcu qalmış və 5500 manatı isə bir neçə günə verəcəyini bildirmişdir. Sonra Feyruzgil çıxıb getmişlər. Rəşad həmin 2500 manatdan 2400 manatını ona vermiş, 100 manat isə özündə qalmışdır. Onlar gecəni yataqda qalmışlar. Səhər yataq sahibi Ferman gəlsə də sonuncu heyvanları saymamışdır. Sonra onlar heyvanları oradan qabaqlarına qatıb Samux rayonuna doğru hərəkətə başlamışlar. Rəşad piyada heyvanların yanı ilə hərəkət etmiş, o, isə köçü gətirən yük maşınında oturmuşdur. O, yük maşını ilə gedib Gəncə şəhərində düşmüş, Gəncə şəhərində düşdükdən sonra avtovağzala gəlib avtobusa oturmuş və Bakı şəhərinə tanışı Oleqin yaşadığı Bayıl qəsəbəsində yerləşən evinə getmişdir. Səhərisi gün axşam saatlarında Rəşad ona zəng edib Bakı şəhərinə gəlmək istədiyini bildirəndə o, etiraz etməmişdir. Həmin gün təxminən noyabr ayının 8 günü, axşam saat 20 radələrində Rəşad ona zəng edib yola düşdüyünü bildirmiş, saat 01 radələrində Rəşad gəlib Bayıl qəsəbəsinə çatmış və o, Rəşadı qarşılayıb Oleqin evinə aparmışdır. Rəşadı Oleqlə tanış etmişdir. Onlar həmin gecə Oleqin evində qalmışlar. Səhərisi gün oradan çıxıb Bayıl qəsəbəsində Rəşadla ikisinə birlikdə qalmaq üçün 130 manata kirayə ev tutmuşlar və orada qalmağa başlamışlar. Bir neçə gün ərzində qoyunları sataraq əldə etdikləri pulu xərcləyib qurtarmışlar. Təxminən 4-5 gün əvvəl Oleqin yaşadığı evə getmişlər. Oleqin evində olan zaman çay içib söhbət edərkən Rəşad Şəmkir rayonu Bayramlı kəndində fermada işlədiyini, orada iribuynuzlu heyvanlar olduğunu və həmin heyvanları oğurlayub sata biləcəklərini demişdir. Onlar Rəşadın dedikləri ilə razılaşmışlar və bir neçə günə Şəmkir rayonuna getməyi planlaşdırmışlar. Onlar razılaşdıqları kimi aradan təxminən 3-4 gün keçmiş 18 noyabr 2019-cu il tarixdə axşam saat 20 radələrində Bakı şəhərində avtovağzalda Oleq, Roman və o, görüşmüşlər. Oradan qazel markalı mikroavtobusa oturub yola düşmüşlər. Təxminən 19 noyabr 2019-cu il tarixdə, saat 01 radələrində Şəmkir rayonuna çatmışlar. Şəmkir rayonuna çatdıqdan sonra taksiyə oturub Bayramlı kəndinə getmişlər. Bayramlı kəndinə çatdıqdan sonra taksinin pulunu verib düşmüşlər və piyada fermaya getməyə başlamışlar Həmin vaxt onları hər üçünün üstündə bıçaq olmuşdur. Onlar fermanın həyətinə çatmışlar və bir müddət qıraqda dayanıb gözləmişlər. Lakin həmin vaxt ərzində fermadan heç kim çıxmamışşdar. Bundan sonra onlar fermanın girişində yerləşən tikilinin yanına getmişlər. Həmin vaxt Oleq üzünə papaq keçirmiş,onun və Rəşadın üzündə isə heç nə olmamışdır. Onlar tikilinin qapısına yaxınlaşanda qapı açılmış və içəridən bir nəfər orta yaşlı kişi çölə çıxmışdır. Həmin vaxt o, Oleq və Rəşaddan bir az aralıda dayanmışdır. Həmin kişi onları görüb otaqdan çıxıb qaçmaq istəyərkən Oleqlə Rəşad həmin şəxsi tutub yerə yıxmışlar. Sonra Oleq üstündə olan bıçağı çıxarıb həmin şəxsin boynuna dirəyib sakit durmasını tələb etmiş, sürüyüb həmin otağa salmışlar. Onlar həmin şəxsə heç nə etməyəcəklərini, sakit durmasını bildirmişlər. Sonra Rəşad və Oleq onu otaqda qoyub fermanın həyətinə çıxmışlar. Aradan bir müddət keçdikdən sonra fermanın həyətinə qazel markalı yük avtomaşını gəlmişdir. Həmin vaxt o, kişinin yanında qalmış, Oleq isə Rəşada kömək etmək üçün getmişdir. Sonra Oleq, Rəşad və heyvanı almağa gələn Feyruz tövləyə daxil olmuşlar. Rəşadgil heyvanları yığana kimi o, fermanın gözətçisinin yanında durmuşdur ki, otaqdan çıxmasın. Arada otaqdan həyətə çıxıb siqaret çəkib geri qayıtmışdır. Rəşadgil heyvanları yığdıqdan sonra Qazel çıxıb getmişdir. Onlar fermada olduqları müddət ərzində həmin kişi otaqdan çölə çıxmamışdır. Feyruz fermada Rəşadgildən başqa adam olduğunu bilməmişdir. Gözətçi otaqda olduğuna və o, gözətçinin yanında dayandığına görə Rəşadla Oleqin heyvanları götürüb Qazelə yığmaqlarını görməmişdir. Bundan sonra o, Rəşad, Oleq fermadan çıxıb piyada Bakı-Qazax magistral avtomobil yoluna çıxmışlar. Onlar üzü Gəncə tərəfə gedən maşın olmadığına görə yolla keçən mikroavtobusa oturub Ağstafa rayonuna avtovağzala getmişlər. Onlar oradan taksiyə oturub Gəncə şəhərinə avtovağzala getmişlər. Onlar Gəncə şəhərində avtovağzaldan Bakı şəhərinə gedən taksiyə oturub yola düşmüşlər. 19 noyabr 2019-cu il tarixdə, saat 11 radələrində onlar Bakı şəhərinə çatmışlar, Bayıl qəsəbəsinə onun kirayədə qaldığı evə getmişlər. Orada Rəşad heyvanları ümumilikdə 3000 manata satdığını, pulun 2000 manatını Feyruz verdiyini, 1000 manat borclu qaldığını və həmin pulu göndərəcəyini bildirib çıxarıb 500 manat Oleqə vermiş və sonuncu oradan çıxıb getmişdir. Qalan pulu isə Rəşadla birlikdə Sədərək bazarına gedərək orada hər ikisinə geyinmək üçün paltarlar və ayaqqabı almışlar. Bir hissəsini müxtəlif yerlərdə xərcləmişlər və 650 manat isə Rəşadda qalmışdır. Həmin gün axşam saatlarında Feyruz Rəşada zəng edib qalan 1000 manatı yol maşını ilə göndərdiyini bildirmişdir. Onlar Feyruzu polislərin tutmasından şübhələnib pulu götürmək üçün Oleqə zəng edib Feyruz 1000 manat pul göndərdiyini, çıxıb pulu avtovağzaldan götürməsini Oleqə demişlər. Sonra hamısı birlikdə avtovağzala getsələr də pulu götürməyə getməmişlər. Oleq arvadı Marina ilə getmiş, bir müddətdən sonra Oleqə zəng edən zaman Oleq pulu götürdüyünü və evdə olduğunu bildirmişdir. Sonra Rəşadla o, Bayıl qəsəbəsinə kirarəyədə qaldıqları evə getmişlər. Səhərisi gün o, pulu götürmək üçün Oleqin yaşadığı evə getmiş, o, Oleqin evinə çatanda qapını arvadı Marina açmış və Oleqin yatdığını bildirmişdir. O, keçib evdə oturmuşdur ki, Oleq yuxudan oyananda pulu götürsün. Aradan bir neçə saat keçdikdən sonra Oleqin evinin qapısı döyülmüş və mülki formada olan şəxslər içəri daxil olub polis əməkdaşları olduqlarını bildirmişlər, oğurluqda şübhəli olduğunu deyib onu tutmuşlar. Sonra ondan Rəşadın yerini soruşanda o, məcbur olub Rəşadla birlikdə qaldığı kirayə evi polis əməkdaşlarına göstərmiş və polis əməkdaşları Rəşadı da tutmuşlar. Onları Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən hadisə zamanı üstündə olan bıçağı o, polis əməkdaşlarına təhvil vermişdir. Onun yanında hadisə zamanı tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olmuşdur. O, ifadəsində göstərdiyindən başqa heç bir cinayət əməli törətməmiş, etdiyi əməldən səmimi peşman olmuşdur. Məhkəmə istintaqı zamanı da törətdiyi əməllərə görə peşmançılıq çəkdiyini, ona qarşı verilmiş mülki iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə olan ittihamlar üzrə özünü tam təqsirli bildiyini göstərərək ifadə verməkdən imtina etdiyini, məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbayıl rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 48, mənzil 6-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, işizdir. Zərərçəkmiş şəxs2 tanımır, sonuncu ilə münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 təxminən 6-7 il olar ki tanıyır, sonuncu ilə cəzaçəkmə müəsisəsində cəza çəkən zaman tanış olmuş, münasibəti yaxşı olmuş, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs1 ilə isə Romanın vasitəsilə Bakı şəhərində tanış olmuş, Rəşadla Roman dostdurlar, Rəşadla da münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi yoxdur. 2019-cu il noyabr ayının ortalarında Roman onun yaşadığı evə qonaq gəlmiş, Roman onun evində olanda zəng edib dostu Rəşadı da onun evinə dəvət etmiş və o, da Rəşadın onların evinə gəlməsinə etiraz etməmişdir. Bir müddət keçdikdən sonra Rəşad onun yaşadığı evə gəlmiş, onlar sonuncu ilə tanış olmuşlar. Roman və Rəşad həmin gün onun evində qalmışlar və səhərisi gün çıxıb getmişlər. Aradan bir neçə gün keçmiş Roman və Rəşad onun evinə gəlmişlər. Onlar evdə oturub çay içib söhbət edən zaman Rəşad onlara Şəmkir rayonu Bayramlı kəndində fermada işlədiyini, həmin kənddə qohumlarına məxsus ferma olduğunu, həmin fermada iribuynuzlu heyvanlar olduğunu, birlikdə gedib həmin heyvanlardan bir neçəsini oğurlayıb sata biləcəklərini bildirmişdir. Roman və o, Rəşadla razılaşmışlar, bir neçə günə Şəmkir rayonuna getməyi planlaşdırmışlar. Razılaşdıqları kimi aradan təxminən 3-4 gün keçmiş 18 noyabr 2019-cu il tarixdə, saat 20 radələrində Bakı şəhərində avtovağzalda Rəşad, Roman və o, görüşmüşlər. Oradan Qazel markalı mikroavtobusa oturub yola düşmüşlər. Təxminən 19 noyabr 2019-cu il tarixdə, saat 01 radələrində Rəşad çatdıqlarını bildirmiş və onlar magistral yolun kənarında Qazeldən düşmüşlər. Rəşad Bayramlı kəndinin baş hissəsi olduğunu bildirmiş və onlar birlikdə piyada həmin kəndin içərisi ilə üzü aşağı hərəkət eməyə başlamışlar. Bir müddət getdikdən sonra kəndin aşağı hissəsində yerləşən fermaya çatmışlar. Fermaya çatdıqdan sonra fermanın giriş hissəsində yerləşən otağa yaxınlaşmışlar və Rəşad otağın qapısını döymüşdür. Həmin vaxt otağın qapısını bir nəfər kişi açmış, o, başında olan papağı üzünə örtmüş, Roman isə gödəkçəsinin papağını başına örtüb üzünə tərəf çəkmişdi. Rəşadın isə başında papaq olmamış, üzü isə açıq olmuşdur. Qapını açan həmin şəxs onları görən kimi otaqdan çıxıb qaçmaq istəmişdir. Həmin vaxt Rəşad kişini tutmuş, həmin şəxs Rəşadla əlbayaxa olan zaman o, arxadan gəlib həmin şəxsi tutmuş, bıçağı çıxarıb arxadan həmin şəxsə dirəmiş və həmin kişini yerə yıxmışlar. Həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. Əvvəlcədən hər üçünün cibində bıçaq olmuşdur. Onları həmin kişini qaldırıb otağa aparmışlar və otaqda Rəşad tanımadığı həmin şəxsə sakit olarsa işləri olmadığını, toxunmayacaqlarını və İltifatın heyvanlarını aparacaqlarını bildirmişdir. Həmin şəxs isə heç nə deməmişdir. Həmin otaqda olan zaman onlar siqaret çəkmişlər və həmin kişiyə də çəkməsi üçün 5-6 ədəd siqaret vermişlər. Sonra Roman həmin kişinin yanında qalmış, o, isə Rəşadla otaqdan bayıra çıxmışlar və qapını örtmüşlər. Rəşad həmin otağın çölündə olan işiğı vurub sındırmışdır. Rəşad onlara fermada gözləməyi, özü isə heyvanı almaq üçün gələn Feyruz adlı şəxsi qarşılayıb qayıdacağını bildirmiş və əlində fanar fermadan çıxıb getmişdir. O, isə fermanın həyətində dayanıb Rəşadı gözləmişdir. Aradan bir müddət keçdikdən sonra Qazel markalı nömrəsini xatırlamadığı yük avtomobili fermaya gəlmişdir. Qazel fermanın içərisinə daxil olub dayanmışdır. Qazeldən Rəşad və heyvanı almaq üçün gələn Feyruz düşmüşdür. Onların üçü də birlikdə fermanın tövləsinə daxil olmuşlar, orada Rəşadla Feyruz ondan bir az aralıda qiymətlə bağlı danışıb razılaşmışlar və Feyruz heyvanlara baxıb seçməyə başlamışdır. Feyruz heyvanlara baxıb seçdikdən sonra Rəşad və o, 8 baş iribuynuzlu heyvanı Qazel markalı avtomobilə yığmışlar. Heyvanları yığıb qurtardıqdan sonra tövlədə Feyruz Rəşada heyvanların pulunu vermişdir. Həmin vaxt o, aralıda olduğuna görə Feyruzun Rəşada nə qədər pul verdiyini görməmişdir. X22 oturub oradan çıxıb getmişdir. Onlar fermada olduqları müddətdə həmin kişi otaqdan çölə çıxmamışdır. Heyvanı almağa gələn şəxslər fermada onlardan başqa adam olduğunu bilməmişlər. Həmin kişi onların heyvanları götürüb Qazelə yığmaqlarını görməmişdir. Rəşad, Roman və o, fermadan çıxıb piyada Bakı-Qazax magistral avtomobil yoluna çıxmışlar, yolla keçən mikroavtobusa oturub Ağstafa rayonuna avtovağzala,, oradan da taksiyə oturub Gəncə şəhərinə avtovağzala getmişlər və Gəncə şəhərindən də avtovağzalda taksiyə minib Bakı şəhərinə yola düşmüşlər. 19 noyabr 2019-cu il tarixdə, saat 11 radələrində Bakı şəhərinə çatıb Bayıl qəsəbəsinə Romanın kirayədə qaldığı evə getmişlər. Orada Rəşad heyvanların bir başını 400 manat olmaqla 8 başını 3200 manata satdığını, pulun bir hissəsini Feyruz verdiyini, 1000 manat borclu qaldığını və həmin pulu göndərəcəyini bildirmiş, sonra isə Rəşad çıxarıb ona 500 manat vermiş və o, Rəşadgillə sağollaşıb çıxıb yaşadığı evə getmişdir. Həmin pulun 150 manatını “Maqnit” mağazasında kredit götürdüyü mobil telefonun kreditinə ödəmiş, 75 manatını tanışına olan borcuna vermiş, bir hissəsini evə bazarlıq etmiş, az bir hissəsi isə özündə qalmışdır. Həmin gün axşam saatlarında Rəşad oğurluğa gəlməmişdən əvvəl vəsiqəsi olmadığı üçün onun adına aldıqları ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib Feyruzun borclu qaldığı 1000 manat pulu yol avtomobili ilə göndərdiyini, avtomobil çatanda gedib pulu avtovağzaldan götürməyi ona tapşırmışdır. O, da buna etiraz etməmiş və Rəşada bildirmişdir ki, avtomobil çatanda xeber etsin ki, gedib pulu götürsün. 20 noyabr 2019-cu il tarixdə, saat 02 radələrində Rəşad ona zəng edib pulu gətirən avtomobilin yarım saata avtovağzala çatacağını bildirmiş və ona nömrə vermişdir ki, əlaqə saxlayıb pulu götürsün. O, da arvadı Marinanı da götürüb taksiyə minib avtovağzala getmiş, orada Rəşadın verdiyi mobil nömrəyə zəng edib avtovağzalda olduğunu söyləmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra mülki formada olan 3 nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və oğurluqda şübhəli olduğunu bildirib onu avtomobilə oturdub Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Onun yanında hadisə zamanı tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşlar. O, ifadəsində göstərdiyindən başqa heç bir cinayət əməli törətməmiş, etdiyi əməldən səmimi peşman olmuşdur. Məhkəmə istintaqı zamanı da törətdiyi əməllərə görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs4 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.2, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə olan ittihamlar üzrə özünü tam təqsirli bildiyini göstərərək ifadə verməkdən imtina etdiyini, məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Cilovdarlı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, işsizdir. Ailəsini dolandırmaq üçün iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğuldur. Təqsirləndirilən şəxs1 təxminən 1 ay olar ki tanıyır, sonuncu ilə Tovuz rayonunda qonşusu Ayvazın evində tanış olmuşdur. Təxminən bir ay əvvəl Ayvaz ona zəng edib evlərinə çağırmış, orada Eyvaz Rəşadla onu tanış edib Rəşadın iki baş heyvanı olduğunu və 1000 manata satdığını bildirmişdir. O, Rəşadla razılaşmış və 1000 manat pul verib həmin iki baş heyvanı almuşdur. Orada olan zaman Rəşad onun nömrəsini götürmüş, həmin vaxt heyvanların oğurluq olması barədə onun məlumatı olmamışdır. Sonradan bilmişdir ki, Rəşad çoban işləyir, sonuncunun heyvanı yoxdur və Rəşad ona satdığı həmin iki baş iribuynuzlu heyvanı oğurlayaraq satmışdır. Sonra aradan bir müddət keçmiş 2019-cu ilin noyabr ayının əvvələrin Rəşad ona zəng edib Daşkəsən rayonu Xaşbulaq kəndində 80 baş xırdabuynuzlu heyvanı olduğunu və bir başını 100 manata satmaq istədiyi bildirmişdir. O, qabaqcadan Rəşadın həmin heyvanları oğurlayaraq ona satmaq istədiyini bilməyinə baxmayaraq həmin heyvanları almaq fikrinə düşmüşdür. O, həmin gün axşam saatlarında Tovuz rayonunun mərkəzinə gəlib heyvanları gətirmək üçün tanımadığı bir nəfərin idarə etdiyi yük maşını ilə danışmış və həmin maşınla Daşkəsən rayonunun Xaşbulaq kəndinə Rəşadın dediyi ünvana getmişdir. Ora çatanda Rəşadla sonradan adını bildiyi Romanın orada olduğunu görmüş, həmin şəxslər 80 baş heyvanı ona göstərmişlər. İlkin olaraq bir başını 100 manata danışmışlar və o, həimn heyvanlara 8000 manat verəcəyini bildirmişdir. Lakin sonradan heyvanları maşına yığarkən qoca olduqlarını görüb 80 başına 6000 manat verəcəyini Rəşada demişdir. Rəşad onunla razılaşmışdır. O, 2500 manat çıxarıb Rəşada vermiş və qalanını bir neçə günə verəcəyini demişdir. Sonra çıxıb kəndə gəlmişlər. O, aldığı həmin heyvanları Tovuz bazarına çıxarıb satmışdır. O, heyvanları alan zaman Rəşadla Romanın həmin heyvanları oğurladıqlarını bilmişdir. Bir neçə gün ərzində Rəşad Tovuz rayonuna gəlib ondan hissəhissə 2000 manat pul almış və sonuncuya 1500 manat borcu qalmışdır. 18 noyabr 2019cu il tarixdə günorta saatlarında Rəşad ona zəng edib iribuynuzlu heyvanları olduğunu, münasib qiymətə razılaşıb satmaq istədiyini ona bildirmişdir. O, Rəşadın həmin heyvanları oğurlayıb ona satacağını qabaqcadan bilsə də heyvanları almaq fikrindən daşınmamışdır. Həmin gün gecə saat 12 radələrində Rəşad ona zəng edib fermaya gəldiyini bildirmiş və Qazel tapıb Şəmkir rayonu Bayramlı kəndində yerləşən fermaya gəlməyi ona tapşırmışdır. Bundan sonra o, tanışı qazel sürücüsü Şahid1 zəng edib Şəmkir rayonu Bayramlı kəndinə gedib oradan iribuynuzlu heyvanlar gətirmək üçün Qazel lazım olduğunu bildirmiş və vaxtı varsa onunla gedib heyvanları gətirməsini xahiş etmişdir. Elməddin də onunla razılaşmış və o, öz VAZ 2106 markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Tovuz rayonuna gəlmişdir. Elməddin də özünə məxsus “Qazel” markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Tovuz rayonunun mərkəzinə gəlmişdir. O, avtomobilini rayonun mərkəzində saxlamış və Elməddinin avtomobilinə oturub Şəmkir rayonu istiqamətinə hərəkətə başlamışlar. Evdən çıxanda o, heyvanları almaq üçün üstündə 3100 manat pul götürmüşdür. Onlar Şəmkir rayonu hərbi qospitalın yanına çatanda o, Rəşadın ***-***-**-** saylı mobil telefonuna zəng edib Şəmkirdə hərbi qospitalın yanında olduqlarını bildirmişdir. Həmin vaxt Rəşad ona səhv getdiklərini və geri qayıtmağı bildirmişdir. Həmin vaxt o, telefonu Elməddinə vermişdir ki, Rəşad yolu onlara başa salsın. Sonra onlar geri qayıdıb Rəşadın deməsi ilə Bayramlı kəndi ilə üzü aşağı hərəkət etməyə başlamışlar, asfalt yol qurtardıqdan sonra torpaq yola çatanda artezianın yanında Rəşadın əlində fanar yandırıb dayandığını görmüşlər və onlar sonuncunun yanında dayanmışlar. Həmin vaxt Rəşad onlara yaxınlaşıb salamlaşmış və Qazeldə onların yanına oturmuşdur. Həmin yolla bir az hərəkət etdikdən sonra onlar fermaya çatmışlar. Onlar fermaya çatanda fermada tanımadığı iki nəfər şəxs olmuşdur. Elməddinin Qazeli düz fermanın içərisinə sürüb saxlamışdır. Sonra Rəşadla o, Qazeldən yerə düşmüşlər. Həmin vaxt saat təxminən 02 radələri olarmış. Həmin vaxt orada olan Roman və tanımadığı bir nəfəri ağsaqqal, orta yaşlı kişi də onların yanına gəlmişdir. Onların üçü də birlikdə fermada heyvanlar saxlanılan tövləyə daxil olmuşlar, orada təxminən 25-30 baş iribuynuzlu heyvan olmuşdur. Həmin vaxt o, heyvanlara baxıb Rəşaddan heyvanı neçəyə verəcəyini soruşanda sonuncu bir baş üçün 600 manat alacağını bildirmişdir. O, Rəşadla razılaşmamış və bir baş üçün 500 manat verəcəyini bildirmiş və 3000 manat pulu olduğunu deyib 6 baş iribuynuzlu heyvan (dana) götürəcəyini demişdir. Rəşad onunla razılaşmışdır. O, həmin heyvanların içərisindən 6 baş seçmiş, sonra Rəşad və yanında olan tanımadığı həmin şəxs heyvanları qazelə mindirmişlər. Sonra Rəşad ona istəyirsən 2 baş da götür pulunu səhər verərsən deyəndə o, Rəşadla razılaşmış və əlavə olaraq 2 baş iribuynuzlu heyvanı seçib qazelə mindirmişlər. Sonra o, 3000 manatı Rəşada vermiş və 1000 manatı isə səhəri gün çatdıracağını bildirmişdir. Sonra o, Rəşadla sağollaşmış və fermadan çıxıb üzü Tovuz rayonuna doğru getməyə başlamışlar. Tovuz rayonunun mərkəzinə çatanda o, qazeldən düşüb öz avtomobilinə əyləşmiş və onlar dal-qabaq hərəkət etməyə başlamışlar. Onun evində heyvanları salmaq üçün yer olmadığına görə o, həmin 8 baş iribuynuzlu heyvanı Tovuz rayonu Xatınlı kəndində yaşayan qaynatası X2 yaşadığı evə aparmışdır. Heyvanların hamısını orada düşürüb tövləyə salmış, Elməddinə yol haqqı olaraq 60 manat pul vermiş və sonuncu çıxıb getmişdir. O, isə yaşadığı evə gəlib yatmışdır. Səhər yuxudan oyanıb qaynatası evinə getmiş, orada heyvanlar olan tövləyə baxdıqda yerlərinin dar olduğunu görüb həmin heyvanlardan 3 başını öz avtomobilinə mindirib Tovuz rayonu Əlmərdanlı kəndində yaşayan dayısı X3 yaşadığı evə aparıb tövləyə salmışdır. Həmin vaxt o, dayısıgilə 8 baş heyvan aldığını bildirmiş və bazar günü gəlib götürüb bazara satmağa çıxaracağını demişdir. Həmin gecə o, Rəşaddan heyvanları alan zaman həmin heyvanlarında oğurluq olduğunu bilmişdir. Lakin heç bir əhəmiyyət verməyib heyvanları Rəşaddan almışdır. Sonradan polis şöbəsində olarkən ona məlum olmuşdur ki, o, Şəmkir rayonu Bayramlı kəndinə gedərək fermadan Rəşadın yanında olan şəxslərlə oğurlayaraq ona satdığını zənn etdiyi 8 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə bir qrup halında həmin fermanın gözətçisi Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə hədələyərək, quldurluq yolu ilə ələ keçiriblərmiş. Lakin onun həmin vaxt Rəşadgilin quldurluq etmələrindən ümumiyyətlə xəbəri olmamışdır. O, elə bilmişdir ki, Rəşadgil heyvanları oğurlayaraq ona satmışlar. O, etdiyi əməlindən səmimi peşman olmuşdur. Məhkəmə istintaqı zamanı da, törətdiyi əməllərə görə peşmançılıq çəkdiyini, ona qarşı verilmiş mülki iddianı törətdiyi əməldə iştirak dərəcəsi nəzərə alınmaqla qəbul etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, ev 10, mənzil 12-də yaşayır. Heyvandarlıqla məşğul olmaqla xırda buynuzlu heyvanlar saxlayır. Həmin heyvanları Samux rayonunun Əlibayramlı kəndi ərazisində yerləşən fermada saxlayır. O, hər il həmin heyvanları may ayının sonunda Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində yerləşən yatağa aparır və heyvanlar oktyabr ayının sonuna kimi həmin yataqda qalırlar. 2019-cu ilin iyun ayının əvvəllərində o, həmin xırda buynuzlu heyvanları Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən yatağa aparmış və oktyabr ayının sonuna kimi heyvanlar həmin yataqda qalmışlar. 25 oktyabr 2019-cu il tarixdə, saat 15 radələrində Daşkəsən rayonunun ərazisində yerləşən yatağa getmiş və heyvanları sayan zaman 63 baş xırda buynuzlu heyvanların yerində olmadığını görmüşdür. Belə ki, 09 sentyabr 2019-cu il tarixdə o, heyvanlarını saymış, çobanlardan heyvanların harada olmasını soruşanda bilmədiklərini söyləmişlər. Bundan sonra o, yataqdan getmiş və 29 oktyabr 2019-cu il tarixdə qardaşları Elman və Fərman Əliyevlər, qardaşı oğlu Xaliq Əliyevi, Sadiq Ələkbərlini, sürücü Xaliqi və çoban işləyən Əlyarı və heyvanları gətirən sürücü Muradı göndərmişdir ki, gedib Daşkəsən rayonunda yataqdan heyvanları yığıb Samux rayonu ərazisində yerləşən ona məxsus fermaya gətirsinlər. Həmin şəxslər də heyvanları 29 oktyabr 2019-cu il tarixdə Daşkəsən rayonu ərazisindən götürüb 01 noyabr 2019-cu il tarixdə Samux rayonu ərazisində yerləşən fermaya aparmışlar. 02 noyabr 2019-cu il tarixdə, saat 13 radələrində Samux rayonu ərazisində yerləşən fermaya getmiş və Əlyarla birlikdə heyvanları sayan zaman heyvanlardan 80 baş heyvan əksik gəlmişdir. Ona məxsus konkret olaraq 143 baş xırda buynuzlu heyvanlar oğurlanmışdır. Ona məxsus oğurlanmış 143 baş xırdabuynuzlu heyvanlardan 3 (üç) başı türk cinsi, əla köklükdə, 1 yaşı, 50 kiloqram diri çəkiləri olan doğar keçi, 35 (otuz beş) başı yerli cins, əla köklükdə, 1 yaşı, 40 kiloqram diri çəkiləri olan erkək toğlu, 64 (altmış dörd) başı yerli cins, əla köklükdə, 2 yaşı, 75 kiloqram diri çəkiləri olan erkək qoç, 41 (qırx bir) başı yerli cins, əla köklükdə, 2 yaşı, 50 kiloqram diri çəkiləri olan, şişək qoyunlar olmuşdur. İfadəsinə əlavə olaraq ona əmlak ziyanı vurulmaqla törədilmiş cinayət əməlində təqsirləndirilən şəxslərin dairəsinin daha geniş olduğunu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 şikayətçi olmaqla onlara qarşı verdiyi mülki iddianın təmin edilməsini, 44300 manat məbləğində pulun onlardan müştərək qaydada tutulmaqla ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Samanlıq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ailəsini dolandırmaq üçün heyvandarlıqla məşğuldur. Onun təsərrüfatında 31 baş iribuynuzlu heyvanı (inək, dana, kələ, buzov), 900 baş xırda buynuzlu (qoyun, keçi, quzu) heyvanlar olmuşdur. Heyvanları yayda Gədəbəy rayonunun Samanlıq kəndindəki yaylaq yerində, qışda isə Ağstafa rayonunun Ceyrançöl qışlağında saxlayır. 2019-cu ilin sentyabr ayının axırlarında Gədəbəy rayonunun Samanlıq kəndində olan zaman Təqsirləndirilən şəxs1 tək onun evinə gəlmişdir. Həmin vaxt onun evində oğlu Fizuli də olmuşdur. Təqsirləndirilən şəxs1 oğlunun yanında işsiz olduğu üçün onun yanında çobanlıq etmək istədiyini bildirmişdir. Onun iribuynuzlu və xırdabuynuzlu heyvanlarına baxmaq üçün çobana ehtiyac olduğu üçün o, Təqsirləndirilən şəxs1 onun yanında heyvanlarına çobanlıq etməsinə razılıq vermişdir. Təqsirləndirilən şəxs1 işi müqabilində hər aylıq iki yüz əlli manat verəcəyini deyəndə Təqsirləndirilən şəxs1 onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üç gün onların yanında qalıb onların heyvanlarına baxmışdır. Təxminən üç gün keçdikdən sonra Təqsirləndirilən şəxs1 anası xəstə olduğu üçün Gəncə şəhərinə getməsini bildirmiş və ondan əvvəlcədən işləməyi müqabilində iki aylıq əmək haqqı, yəni beş yüz manat pul almışdır. Gəncə şəhərində bir həftə qaldıqdan sonra yenidən onun yanına gəlmişdir. 12 oktyabr 2019-cu il tarixdə, səhər saat 08 radələrində o, oğlu Fizuli və çobanı Təqsirləndirilən şəxs1lə birlikdə ona məxsus olan iribuynuzlu və xırdabuynuzlu heyvanlarını Gədəbəy rayonu, Samanlıq kəndindən Ağstafa rayonunun Ceyrançöl qışlağına aparmağa başlamışlar. Təxminən bir gün yol qət etdikdən sonra 13 oktyabr 2019-cu il tarixdə saat 04 radələrində Tovuz rayonunun Alakol kəndinin qurtaracağı tərəfdə “stadion” deyilən yerdə gecələməyə qərar vermişlər. Heyvanları gətirən zaman o, Rəşadla birlikdə iribuynuzlu və xırdabuynuzlu heyvanları haylayırmışlar, oğlu Fizuli isə özünə məxsus olan “Niva” markalı avtomobili ilə ümumi nəzarət etmişdir. Dayandıqdan sonra o, avtomobildə yuxusunu almaq üçün gecələmək qərarına gəlmişdir. Yuxudan oyananda görmüşdür ki, Təqsirləndirilən şəxs1 orada yoxdur. Həmin vaxt hər yanı axtarsalar da Təqsirləndirilən şəxs1 tapa bilməmişlər. Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng etsələr də onun telefonu sönülü vəziyyətdə olmuşdur. Sonra heyvanlarına baxanda görmüşlər ki, iki baş iribuynuzlu kələləri yoxdur. Təqsirləndirilən şəxs1 onun iki baş iribuynuzlu heyvanını oğurlayıb aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona təxminən 4000 (dörd min) manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 oğurladığı ona məxsus kələlərdən birinin rəngi boz, qarnının, qollarının aşağı hissəsi hər iki tərəfdə qaramtıl, diri çəkisi təxminən 400 kiloqram, yerli cins, «buynuzları yana doğru çıxmış », hər iki buyunuzu yanlara doğru əyilmiş, dizlərindən bir qədər aşağıda qaramtıl tükləri olmuş, 4 yaşları olmuşdur. Digər kələ isə qara rəngdə, orta köklükdə, diri çəkisi təxminən 370 kiloqram, yerli cins, təxminən 05-10 sm uzunluğunda buynuzu, buynuzlarının ikisi də bir qədər yanlara doğru çıxmış, ayaqlarının dördü də aşağı hissədə qara rəngdə, 3 yaşlı olmuşdur. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu, dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonunun Bayramlı kəndində yaşayır, heyvandarlıqla məşğul olmaqla ailəsini dolandırır. Şəmkir rayonunun Bayramlı kəndində yerləşən fermada iribuynuzlu heyvanlar saxlayır. 2019-cu ilim may ayında bir başını 530 manat olmaqla 26 baş iribuynuzlu heyvanlar (danalar) alaraq fermaya yerləşdirmişdir. Gündüzlər özü fermaya nəzarət edib heyvanların yemini və suyunu verirmiş, axşamlar isə saat 18-dən səhər saat 09-dək həmkəndlisi Zərərçəkmiş şəxs1 fermanın girişində yerləşən otaqda qalıb fermaya və heyvanlara nəzarət etmişdir. Əmək haqqı olaraq Zərərçəkmiş şəxs1 ayda 150 manat pul verirmiş. 19 noyabr 2019-cu il tarixə keçən gecə evdə yatan vaxt saat 02:46 dəqiqədə Zərərçəkmiş şəxs1 arvadı Xatının nömrəsindən zəng edib onu evinə çağırmış, fermaya getməməyi, naməlum şəxslərin hücum edərək hədə-qorxu gəlib fermadan heyvanları “Qazel”ə yığıb apardıqlarını bildirmişdir. O, tez Məhəmmədin yaşadığı evə getmiş, Məhəmməddən “Qazel”in nömrəsini görüb-görməməsini soruşanda sonuncu otaqda saxlanıldığı üçün maşının nömrəsini görə bilmədiyini demişdir. O, tez DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra Məhəmmədlə birlikdə fermaya getmişdir. Fermaya girib ilkin olaraq 7 baş heyvanın yerində olmadığını görmüşdür. Bir müddət sonra polis əməkdaşları fermaya gəlmişlər, ondan ərizə almışlar və fermaya baxış keçirmişlər. Fermaya baxış keçirən zaman yenidən heyvanları saymış və 8 baş iribuynuzlu heyvanın yerində olmadığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, həmin naməlum şəxslər fermaya basqın edib bıçaqla Zərərçəkmiş şəxs1 hədə-qorxu gələrək fermada olan ona məxsus hər birinin qiyməti təxminən 600 manat olan 8 baş iribuynuzlu heyvanları oğurlayıb aparmışlar. Həmçinin həmin şəxslər Zərərçəkmiş şəxs1 məxsus “Nokia” markalı telefonu da oğurlayıb aparmışlar. Ona məxsus 19 noyabr 2019-cu il tarixdə naməlum şəxslər tərəfindən oğurlanmış 8 baş iribuynuzlu heyvanlar yerli cins, orta köklükdə, 7-8 aylıq, 130-140 kiloqram diri çəkiləri olan erkək danalar olmuşdur. Ona məxsus oğurlanmış iribuynuzlu heyvanlar hazırda bazarda orta bazar qiymətləri bir başı 600 manat dəyərində olmuş, oğurluq nəticəsində ona 4800 manat maddi ziyan dəymişdir. Əlavə etmişdir ki, ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şəmkir rayonunun Bayramlı kəndində tək yaşayır. Həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonunun Bayramlı kəndində yerləşən fermada 2019cu ilin may ayının əvvəllərindən etibarən axşamlar gözətçi işləmişdir. Həmin fermada 26 baş iribuynuzlu heyvanlar (dana) olmuşdur. Hər gün axşam saat 18:00-da fermaya gedib səhər saat 09:00-da fermadan evinə qayıtmışdır. Qalması üçün fermananın giriş hissəsində otaq yerləşir. 18 noyabr 2019-cu il tarixdə günorta saatlarında həmkəndlisi Ərsalana məxsus kafedə oturub 150 qram araq içmiş, bundan sonra saat 18:00-da fermaya getmişdir. Fermada heyvanlara baş çəkib sonra öz otağına daxil olmuşdur. Arada bir fermanın həyətinə çıxıb hərlənib otağa qayıtmışdır. 19 noyabr 2019-cu il tarixə keçən gecə, saat 01 radələrində fermanın həyətinə çıxıb heyvanlara baş çəkmiş və bir qədər həyətdə hərlənib otağına qayıtmışdır. Aradan bir müddət keçmiş fermanın itlərinin hürməsini eşidib otağın qapısını açıb çıxmaq istəyərkən bir nəfər tanımadığı şəxsin qapının ağzında dayandığını görüb fermaya tərəf qaçmaq istəyərkən həmin şəxs onu tutmuşdur. Onlar qarşılıqlı tutaşmışlar və həmin vaxt arxadan başqa bir nəfər onu tutub yerə yıxaraq təpiklə vurmağa başlamışdır. Sonra həmin şəxslər onu yerdən ayağa qaldırmışlar və üzünü qara rəngli papaqla örtmüş şəxs onun boynunun dalına bıçaq dirəyib hər ikisi onu tutaraq öz otağına aparmışlar və otaqda ona «tərpənmə, səsini çıxarma, səninlə işimiz yoxdur, əclaf İltifatın heyvanlarını aparmağa gəlmişik» deyə bildirmişlər. Həmin şəxslər otaqda siqaret də çəkmişlər. Həmçinin otaqda stolun üstündə olan onun özünə məxsus içərisində ***-***-**-** nsaylı nömrə olan “Nokia” markalı telefonu uzun, arıq, üzütüklü olan şəxs götürmüşdür. Sonra daha bir nəfər ağır bədən qurluşlu sarıyanız bir oğlan da otağa gəlmişdir. Həmin şəxs onun yanında dayanmışdır. Sonra üzündə papaq olan və arıx, qarayanız, üzütüklü olan şəxs otaqdan çıxmışlar. Aradan təxminən 15 dəqiqə keçmiş fermaya “Qazel” maşınının gəldiyini eşitmişdir. Onun yanında dayanmış şəxs arada otaqdan çıxıb bir müddətdən sonra geri qayıtmışdır. Həmin şəxs otaqdan çıxanda o, otağın pəncərəsindən baxıb görmüşdür ki, heyvanları “Qazel” maşınına yığırlar. Heyvanları “Qazel”ə yığdıqdan sonra “Qazel” çıxıb getmişdir. Sonra həmin iki nəfər şəxs də onun yanına qayıtmış və otaqdan çıxmamağı bildirib ona hədə-qorxu gələrək otağın qapısını örtüb getmişlər. Aradan bir müddət keçdikdən sonra o, otağın pəncərəsindən düşmüş və yaxınlıqda yerləşən qaz məntəqəsinə qaçaraq orada olan şəxsə heyvanları oğurladıqlarını, polisə zəng etməyini xahiş etsə də həmin şəxs zəng etmək ixtiyarı olmadığını ona demişdir. Sonra o, qaçaraq evə getmiş və evdən Mikayıla zəng edib baş verənləri danışmışdır. Mikayıl isə polisə zəng edib məlumat vermiş və bir müddətdən sonra polislər fermaya gəlmişlər. Mikayıl və o, polislərlə birlikdə fermaya gedib baxış keçirərkən məlum olmuşdur ki, həmin şəxslər hər birinin qiyməti təxminən 600 manat olan 8 baş iribuynuzlu heyvanları oğurlayıb aparmışlar. Həmçinin həmin şəxslər ona məxsus 5 il əvvəl 130 manata aldığı “Nokia” markalı telefonu da oğurlayıb aparmışlar. Əlavə etmişdir ki, ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu Hacıalılar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, Şəmkir rayon Hacıallar kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir, onun 25 baş iribuynuzlu mal-qarası var və həmin mal-qaranı kəndin ərazisində yerləşən qohumu Gəray Həsənova məxsus fermada saxlayır. Eləcə də o, uşaq yaşlarımdan hazıradək arıçılıqla məşğul olur, həmin arıları Gərayın fermasının yaxınlığında yerləşən “Sədili” dərəsində saxlayır. 01 aprel 2019-cu il tarixdə Şəmkir rayonunda yaşayan Nəsrəddin adlı şəxs arılarına baxmağı ondan xahiş etmişdir. O, da etiraz etməyib arılarını gətirib onun arılarının yanına qoymasını Nəsrəddinə bildirmişdir. Sonuncu da razılaşaraq arı yeşiklərini gətirib onun arı yeşikləri olan yerə qoymuşdur. Bundan sonra Nəsrəddin qohumu Rüstəm İsgəndərovla birlikdə onun yanına gələrək arılarına qulluq edib gedirmişlər. 29 may 2019-cu il tarixdə, saat 07 radələrində o, mən mal-qarasını fermadan 1 kilometr araılıda yerləşən “Tənəkli” adlanan örüş sahəsinə otlaması üçün buraxmış və geri arılarının yanına qayıdaraq arılarına qulluq etməyə başlamışdır. Həmin vaxt heyvanlarını otarmaq üçün çoban işdən çıxdığından, başqa çoban da tapmamışdır. Həmin vaxt Nəsrəddin və Rüstəm də orada olmuşlar, həmin şəxslər çıxıb getdikdən sonra saat təxminən 19 radələrində o, mal-qaranı örüşdən tövləyə gətirmişdir. O, həmin vaxt heyvanlarının arasından 1 baş 220 kiloqram əti olan, 2 yaşlı qara rəngli, kiçik buynuzları olan erkək dananı görməmişdir. Bundan sonra o, ətrafı axtarsa da həmin dananı tapa bilməmişdir. Sonra o, Taleh adlı çoban tapmış və sonuncu onun heyvanlarını otarmağa başlamışdır. 22 iyun 2019-cu il tarixdə fermasında çoban işləyən Taleh Əhmədov yenidən mal-qarasını fermanın ətrafında yerləşən otlaq sahəsində otarmağa aparmış, o, da həmin gün öz evinə gəlmişdir. Səhərisi gün, yəni 23 iyun 2019-cu il tarixdə səhər saatlarında o, fermaya gedəndə Taleh ona bildirmişdir ki, dünən mal-qaranı İrmaşlı kəndi ərazisində və fermanın ətrafında otardıqdan sonra axşam saatlarında tövlənin qarşısına gətirib saxlamış və səhər durub sayanda isə 1 baş inəyi tapmamışdır. O, da Talehdən həmin heyvanı tapmasını tələb etmiş və buna görə də bu barədə Şəmkir RPŞ-nə gedərək şikayət ərizəsi yazmışdır. Sonra o, Talehi işdən çıxartmışdır. O, bir müddət polis əməkdaşlarının onun hər iki heyvanlarını tapa bilmədiyini görüb, bu barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət etmişdir. Lakin həmin günün səhəri o, fermanın yaxınlığında mal-qaranı otararkən, həmin ərazidə yerləşən təpəlik ərazidən bir baş inəyin mal-qara sürüsünə tərəf gəldiyini görmüş və baxanda həmin inəyin ona məxsus olan 22 iyun 2019-cu il tarixdə itən inək olduğunu görmüşdür. Buna görə də o, Şəmkir RPŞ-nə 10 sentyabr 2019-cu il tarixdə ərizə ilə müraciət edərkən, bir baş danasının oğurlanmadığını bildirmişdir. Ona məxsus mal-qaranın sahibsiz olması barədə İrmaşlı kənd sakinləri Rüstəm İsgəndərov və Qiyas Tağıyevin məlumatları olduğu üçün o, heyvanlarının oğurlanmasında da həmin şəxslərdən şübhələnmişdir. Ona məxsus oğurlanmış bir baş erkək dananın qiyməti təxminən 1700 manat olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yaşayır. Ailəsini dolandırmaq üçün özünə məxsus “Qazel” markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə yük daşımaqla məşğul olur. Təqsirləndirilən şəxs4 tanıyır, münasibətləri yaxşıdır, ədavət və düşmənçiliyi yoxdur. 18 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs4 ona zəng edərək Şəmkirdən heyvan aldığını və axşam gedib heyvanları gətirmək lazım olduğunu bildirmişdir. Həmin gün gecə saat 12 radələrində Feyruz zəng edib Şəmkir rayonu Bayramlı kəndinə gedib oradan iribuynuzlu heyvanlar gətirmək üçün “Qazel” lazım olduğunu və birlikdə gedib heyvanları gətirməyi xahiş etdikdə o, razılaşmışdır. O, özünə məxsus “Qazel” markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Tovuz rayonunun mərkəzinə getmiş, orada Feyruzla görüşmüş və sonuncu öz avtomobilini rayonun mərkəzində saxlayıb onun avtomobilinə əyləşərək birlikdə Şəmkir rayonu istiqamətində hərəkətə başlamışlar. Onlar Şəmkir rayonunda yerləşən hərbi hospitalın yanına çatanda Feyruz heyvan satana zəng edib Şəmkirdə hərbi hospitalın yanında olduqlarını bildirmiş, həmin adam isə səhv getdiklərini və geri qayıtmağı bildirmişdir. Həmin vaxt Feyruz telefonu ona vermiş və həmin şəxs telefonda yolu onlara başa salmışdır. Sonra onlar geri qayıdıb həmin şəxsin deməsi ilə Bayramlı kəndi ilə üzü aşağı hərəkət etməyə başlamışlar. Asfalt yol qurtardıqdan sonra torpaq yola çatanda artezianın yanında bir nəfər şəxsin əlində fanar yandırıb dayandığını görmüşlər və onlar həmin şəxsin yanında dayanmışlar. Həmin vaxt tanımadığı həmin şəxs onlara yaxınlaşıb salamlaşmış və “Qazel”ə onların yanına oturmuşdur. Həmin yolla bir az hərəkət etdikdən sonra onlar fermaya çatmışlar. Onlar fermaya çatanda fermada tanımadığı iki nəfər şəxs olmuşdur. O, “Qazel”i düz fermanın içərisinə sürüb saxlamışdır. Sonra heyvan satanla Feyruz maşından düşmüşlər. Həmin vaxt saat 02 radələri olmuşdur. Həmin vaxt orada olan tanımadığı iki nəfər şəxsdən biri ağ saçlı, orta yaşlı kişi də onların yanına gəlmişdir. Həmin şəxslər birlikdə fermada heyvanlar saxlanılan tövləyə daxil olmuşlar. O, isə maşından düşüb maşının arxasında dayanmışdır. Bir müddətdən sonra həmin heyvan satanlar ilkin olaraq 6 baş heyvan çıxarıb “Qazel”ə mindirmişlər. Daha sona isə 2 baş gətirib “Qazel”ə mindirmişlər. Sonra o, Feyruzla birlikdə fermadan çıxıb üzü Tovuz rayonuna doğru getməyə başlamışlar. Tovuz rayonunun mərkəzinə çatanda Feyruz “Qazel”dən düşüb öz avtomobilinə oturmuş və onlar dal-qabaq hərəkət etməyə başlamışlar. O, həmin 8 baş iribuynuzlu heyvanı Feyruzun Tovuz rayonu Xatınlı kəndində yaşayan qaynatası X2 yaşadığı evə aparmış, Feyruz heyvanların hamısını orada düşürüb tövləyə salmış və ona yol haqqı olaraq 60 manat pul verdikdən sonra o, çıxıb yaşadığı evə getmişdir. Həmin gün günorta saatlarında polis əməkdaşları onu şöbəyə dəvət edən zaman o, bilmişdir ki, Feyruzun aldığı həmin heyvanları heyvan satan həmin şəxs həmin gecə getdikləri həmin fermadan yanında olan şəxslərlə birlikdə oğurlayaraq özünə məxsus olduğunu bildirib Feyruza 4000 manata satmışlar. Onun həmin heyvanların oğurluq olması barədə məlumatı olmamışdır. Həmin şəxs heyvanları Feyruza satan zaman yanında 2 nəfər tanımadığı şəxslər də olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 7 ünvanda yaşayır. Zərərçəkmiş şəxs4 və X10 tanıyır, həmin şəxslərlə münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi yoxdur. Fərmanı təxminən 2015-ci ildən tanıyır, Fərmanın Samux rayonu ərazisində ferması olmuş və həmin fermada Nailə ilə xırdabuynuzlu heyvanlar saxlamışlar. Qış aylarında heyvanları Daşkəsən rayonuna yaylağa aparırmışlar. Heyvanlara nəzarəti və cavabdehliyi Şahid7 etmişdir. Çünki, Əliyar 2010-cu ildən Fərmanın fermasında işləmiş və Fərman fermaya, çobanlara, heyvanlara və otlaq əraziyə nəzarəti Əliyara tapşırmışdır. Həmçinin 2015-ci ildən Fərmanla dostluq etdiyi üçün arada gedib çobanlara və heyvanlara baş çəkmişdir ki, çobanlar heyvanları oğurlamasınlar. Yaylaqda olan vaxtlarda arada çobanlara ərzaq da aparırmış və heyvanlara nəzarət edib geri qayıtmışdır. Təqsirləndirilən şəxs2 Fərmanın fermasında çoban işləmişdir. Təqsirləndirilən şəxs1 tanımamış, onun adını yalnız Fərman deyəndə eşitmişdir ki, Rəşad bir gün gəlib yaylaqda işləyib, səhəri gün çıxıb getsin. Fermaya rəhbərliyi bacısı Nailə etmişdir. 2019-cu il sentyabr ayında heyvanları Daşkəsən rayonu Xoşbulaq kəndinə yaylağa aparmışlar. O, həftədə bir dəfə yaylağa çobanlara yemək aparmışdır. Həmin vaxt həmçinin heyvanlara Əliyar da nəzarət etmiş, Roman isə heyvanları otarmaqla, altını təmizləməklə məşğul olmuşdur. Roman təxminən 2019-cu il oktyabr ayının sonlarına kimi yaylaqda işləmişdir. Həmçinin oktaybr ayının sonlarında Fərman Rəşad adında bir çoban da gətirmişdir. Həmçinin Rəşad da heyvanları otarmalı və heyvanların altının təmizlənməsinə baxmalı olmuşdur. Rəşad yaylağa çoban kimi gələn günün axşamı o, Daşkəsən rayonuna yaylağa getmişdir. Həmin gün axşam Gəncə şəhərinə gələndə Əliyarı da evlərinə gətirmişdir. Səhəri gün heyvanları Samux rayonuna gətirəsi olmuşlar. Həmin vaxt onun işi olduğuna görə yaylağa gedə bilməmişdir. Sonra Fərmanla telefonla danaşanda yaylaqdan Samuxa gələrkən Roman və Rəşadın xəstələndiklərini bildirib onlardan aralaşdıqlarını və çıxıb getdiklərini demişdir. Sonra onlar Samux rayonuna fermaya gəlib, heyvanları sayan zaman 143 baş xırdabuynuzlu heyvanın yerində olmadığını görmüşlər. Həmin vaxt onlar Roman və Rəşaddan şübhələnmişlər. Sonradan ona məlum olmuşdr ki, Roman orada işləyən müddətdə özü tək 63 baş xırdabuynuzlu heyvanı az-az aparıb Gəncə şəhərində qəssablara satmış, Rəşad isə yaylağa gələn günü birlikdə 80 baş xırdabuynuzlu heyvanı oğurlayaraq Rəşadın tanışı Feyruz adlı şəxsə satmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir şəhəri, Səttarxan küçəsi, ev 18-də yaşayır. Rəsmi olaraq X24 Kəmərləri İdarəsinin operatoru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, sonuncu ilə münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs2 da tanımamış, sonuncu ilə münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 2015-ci ildən hazıradək X24 Kəmərləri İdarəsinin Şəmkir rayonu Bayramlı kəndinin aşağı hissəsində yerləşən Bayramlı QPS-də növbəyə çıxır. 18 noyabr 2019-cu il tarixdə axşam saat 20-də Bayramlı QPS-ə gəlib növbəni qəbul etmişdir. 18 noyabr 2019-cu il tarixdən 19 noyabr 2019-cu il tarixə keçən gecə saat 3 radələrində o, növbədə olduğu yerdə otaqda oturanda bir nəfər tanımadığı şəxsin atla onun iş yerinə yaxınlaşdığını görmüşdür. O, tez qapını açıb çölə çıxmış, adını sonradan Məhəmməd bildiyi şəxs yaxınlıqda yerləşən gözətçi işlədiyi Zərərçəkmiş şəxs2 məxsus fermadan 3 nəfər şəxsin Məhəmmədə xəsarət yetirərək iribuynuzlu heyvanları apardığını bildirib polisə zəng etməyi ondan xahiş etmişdir. O, isə idarənin telefonu ilə zəng etməyə icazə verilmədiyini, polis əməkdaşlarının ərazidə hərləndiklərini, polisləri tapıb müraciət etməyini Məhəmmədə bildirmişdir. Bundan sonra Məhəmməd atına minib Bayramlı kəndinə tərəfə getmişdir. Aradan bir müddət keçdikdən sonra polis əməkdaşlarının yaxınlıqda yerləşən Şəmkir rayonu Bayramlı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus fermaya gəldiklərini görmüşdür. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti, ev 93-də yaşayır, heç bir yerdə işləmir. O, xeyli müddət olar ki, Təqsirləndirilən şəxs2 tanıyır və sonuncuya qarşı heç bir ədavəti yoxdur. 2019-cu ilin sentyabr aynın ortalarında o, Gəncə şəhərində olan zaman Təqsirləndirilən şəxs2 zəng edib onunla görüşmək istədiyini bildirmişdir. O, Romanla razılaşmış və onlar Gəncə şəhərində görüşmüşlər. Həmin vaxt onun yanında dostu Şahid5 də olmuşdur. Söhbət zamanı Roman Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən yataqda çoban işlədiyini və heyvanların sahibi maaşı verə bilmədiyi üçün əvəzində 8 baş xırda buynuzlu heyvan verdiyini Roman ona bildirmişdir. Bu səbəbdən də Roman həmin heyvanları satmaq istədiyini və bu işdə köməklik göstərməyi ondan xahiş etmişdir. Həmin vaxt yanında olan Şahid5 heyvanları ala biləcəyini Romana demişdir. Bundan sonra onlar Romanın gəldiyi tanımadıqları taksi avtomobilinə yaxınlaşıb heyvanları götürüb Vasifin idarə etdiyi avtomobilinə yerləşdirmişlər. Söhbət zamanı Vasif Romanla hər bir heyvanı 80 manata razılaşmış və pulunu da vermişdir. Bundan sonra onlar Romandan aralanıb getmişlər. Onlar heyvanları alandan sonra Romanla bir daha görüşməmişlər. O, Şahid5 ilə birlikdə Romanla Gəncə şəhərində görüşüb söhbət edən zaman sonuncunun yanında heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs2 işlədiyi Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən yataqda heç vaxt olmamışdır. O, Romanla söhbət edən zaman dəfələrlə həmin heyvanların oğurluq olub-olmaması barədə suallar vermiş və Roman heyvanların oğurluq olmadığını, heyvanların sahibi maaş əvəzinə həmin heyvanları verdiyini Roman söyləmişdir. Hətta Vasif də heyvanların oğurluq olub-olmaması barədə suallar versə də Roman heyvanların oğurluq olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 161-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, əvvəllər Təqsirləndirilən şəxs2 tanımamış, sonuncuya qarşı heç bir ədavəti olmamışdır. 2019-cu ilin sentyabr aynın ortalarında o, Gəncə şəhərində dostu Şahid4la birlikdə olan zaman adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs2 Seymura zəng vurub görüşmək istədiyini bildirəndə Seymur razılaşmış və o, Seymurla birlikdə Romanla Gəncə şəhərində görüşmüşlər. Söhbət zamanı Roman Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən yataqda çoban işlədiyini və heyvanların sahibi maaşı verə bilmədiyi üçün əvəzində 8 baş xırda buynuzlu heyvan verdiyini Seymura bildirmişdir. Roman həmin heyvanları satmaq istədiyini və bu işdə köməklik göstərməyi Seymurdan xahiş etmişdir. Həmin vaxt o, heyvanları almaq istədiyini Romana demişdir. Bundan sonra onlar Romanın gəldiyi tanımadıqları taksi avtomobilinə yaxınlaşıb heyvanları götürüb onun idarə etdiyi avtomobilə yerləşdirmişlər. Söhbət zamanı o, Romanla hər bir heyvanı 80 manata razılaşmış və pulunu da vermişdir. Bundan sonra onlar Romandan aralanıb getmişlər. Onlar heyvanları alandan sonra Romanla bir daha görüşməmişlər. O, Seymurla birlikdə Romanla Gəncə şəhərində görüşüb söhbət edən zaman sonuncunun yanında heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs2 işlədiyi Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən yataqda heç vaxt olmamışdır. O, Romanla söhbət edən zaman dəfələrlə həmin heyvanların oğurluq olubolmaması barədə suallar vermiş və Roman heyvanların oğurluq olmadığını, heyvanların sahibi maaş əvəzinə həmin heyvanları verdiyini Roman söyləmişdir. Hətta Seymur da heyvanların oğurluq olub-olmaması barədə suallar versə də Roman heyvanların oğurluq olmadığını bildirmişdir. O, heyvanların oğurluq olduğunu bilsəydi Romandan həmin heyvanları almazmış. O, Romandan aldığı heyvanları Gəncə şəhərində yerləşən mal bazarında tanımadığı şəxslərə satmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Xatınlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, ailəsini dolandırmaq üçün əkinçiliklə məşğul olur. Tovuz rayonu, Cilovdarlı kənd sakini Feyruz Mübariz oğlu onun həmkəndlisidir, sonuncu ilə hər zaman normal münasibəti olmuşdur. O, işsiz olduğu üçün Feyruz ona təklif etmişdir ki, gedib yanında işləsin. Onun bildiyinə görə Feyruz əvvəllər Bakı şəhərində işləsə də sonradan işindən çıxmış, idarə etdiyi avtomobilini satıb heyvan alaraq heyvandarlıqla məşğul olmuşdur. O, Feyruzun yanında işləməyə qərar vermiş, onların işi həftənin dördüncü və bazar günləri mal bazarına gedib ucuz qiymətə iribuynuzlu heyvanları ucuz qiymətə alıb sərfəli qiymətə satıb gündəlik çörək pulu qazanmaq olmuşdur. ***-***-**-** saylı nömrə onun istifadəsindədir. 13 oktyabr 2019-cu il tarixdə o, Feyruzla Qazax rayonuna mal bazarına gedən zaman Tovuz rayonu Cəlili kəndinin ərazisində olan zaman yadında qalmayan bir nömrədən ona zəng gəlmişdir. Həmin vaxt ona zəng vuran şəxs «Ayvaz kişi mənim satdıq danalarım var, almaq istəyirsənmi?» deyə müraciət edəndə o, həmin adama «sən kimsən, mən səni tanımadım» deyəndə həmin şəxs adının Rəşad olduğunu, satdıq danalarının olmasını bildirmişdir. O, harada olduğunu soruşanda Rəşad Alakol kəndində, danaların da həyətdə olduğunu bildirmişdir. O, Feyruzla birlikdə Tovuz rayonu, Alakol kəndinə getmiş, Alakol kəndində mərkəzdən bir xeyli məsafəni getmişlər və sonra Rəşadın ona zəng vurduğu nömrəsini yığmışlar. Həmin vaxt Rəşadla görüşmüşlər. Rəşadı birinci dəfə görüb tanımışdır. Həmin vaxt Rəşadın yanında başqa heç kim olmamışdır. Rəşaddan danaların harada olmasını soruşanda sonuncu danaların boz rənli, dəmirdən olan darvazanın yanında olan qoz ağacına bağlamasını göstərmişdir. O, danalara baxanda həmin danalardan birinin rəngi boz, digərinin rəngi isə qara olmuş, təxmini dananın birinin çəkisi 180 kq, digərinin çəkisi isə 150 kq olarmış. O, Rəşaddan danaları hansı qiymətə satmasını soruşanda sonuncu iki ədəd danaları ümumilikdə 1000 manata satdığını bildirmişdir. Həmin vaxt onlar razılaşmışlar, o, hər iki dananı min manata Rəşaddan almışdır. Həmin vaxt danaları öz maşınına yerləşdirmişlər. Rəşad da onlarla birlikdə onun yaşadığı evinə Cilovdarlı kəndinə gəlmişlər. Onlar danaları “Qazel” markalı, nömrəsini unutmuş olduğu avtomobildən düşürüb həyətə salmışlar. Feyruz da 980 (doqquz yüz səksən) manat pulu Rəşada vermişdir. Sonra Rəşad pulunu alıb getmişdir. Dördüncü gün o, Feyruzla birlikdə həmin iki baş dananı Tovuz şəhərində mal bazarına satmağa aparmışlar. Bazarda tanımadıqları adamlara hər iki dananı satmışlar. Hər iki dananı birlikdə 2200 (iki min iki yüz) manata satmışlar. Həmin vaxt Rəşad danaları onlara satanda danaların oğurluq olmasını bildirməmişdir. Təxminən 10 gün sonra Rəşad yenidən ona zəng vurub satdıq qoyunlarının olmasım bildirmişdir. Həmin vaxt o, Rəşaddan nə qədər qoyun olduğunu soruşanda sonuncu 80 (səksən) baş qoyunu olduğunu bildirmişdir. Bundan sonra o, Rəşaddan bu qədər qoyunlarının haradan olmasını soruşanda sonuncu danaları və qoyunları oğurlayıb satdığını ona bildirmişdir. O, bunu bildikdən sonra qoyunları Rəşaddan almamış və telefonda sonuncu ilə sağollaşmışdır. Bundan sonra Feyruz ona zəng vuranda o, Rəşadın qoyunları oğurluq olduğu üçün bu işə girə bilmədiyini o, söyləmişdir. Sonradan bilmişdir ki, Feyruz Rəşaddan 80 (səksən) baş qoyun almışdır. Lakin qoyunları hansı qiymətə almasını bilməmişdir. O və Feyruz Rəşaddan iki baş, çəkiləri 150 və 180 kq olan danaları 980 (doqquz yüz səksən) manata alan zaman həmin danaların oğurluq olmasını bilməmişlər. Həmin danaları satmış olduğu adamların kimliyi barədə onun məlumatı olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs4 və X10 tanıyır, münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi yoxdur. Təxminən 2010-cu ildən 2020-ci ilin mart ayının ortalarınadək həmin şəxslərin fermalarında işləmişdir. Fermaya, fermada işləyən çobanlara, fermada olan heyvanlara və otlaq sahələrinə o, nəzarət etmişdir. Heyvanları yaylağa aparanda o, da çobanlarla birlikdə gedirmiş və orada çobanlara, heyvanlara və otlaq sahələrinə nəzarət edirmiş. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, 2019-cu il sentyabr ayında onlar Daşkəsən rayonu Xoşbulaq kəndində yaylaqda olan zaman Fərman heyvanları otarmaq üçün Roman adında çoban gətirmişdir. Roman yalnız heyvanları otarmış, altını təmizləmiş, heyvanlara nəzarəti isə o, etmiş və heyvanlara o, cavabdeh olmuşdur. Roman onlarla təxminən 2019-cu il oktyabr ayının sonlarına kimi işləmişdir. Həmçinin oktaybr ayının sonlarında Fərman Rəşad adında bir çoban da gətirmişdir. Həmçinin Rəşad da heyvanları otarmalı və heyvanların altının təmizlənməsinə baxmalı imiş. Heyvanlara həmçinin Fərmanın tanışı Aftandil də nəzarət etmişdir. Rəşad yaylağa çoban kimi gələn günün axşamı o, Gəncə şəhərinə qaldığı evə getmişdir. Səhəri gün isə tezdən durub Daşkəsən rayonuna yaylağa heyvanların yanına getmişdir. Həmin gün heyvanları Samux rayonuna gətirəsi olmuşlar. O, yaylağa getdikdən sonra Nailə və Fərman da yaylağa gəlmişlər və onlar birlikdə heyvanları Samux rayonuna fermaya gətirmişlər. Yolda gələrkən Roman və Rəşad xəstələndiklərini bildirib onlardan aralaşmışlar və çıxıb getmişlər. Onlar Samux rayonuna fermaya gəldikdən sonra heyvanları sayan zaman 143 baş xırdabuynuzlu heyvanın yerində olmadığını görmüşlər. Həmin vaxt onlar Roman və Rəşaddan şübhələndikləri üçün həmin şəxslərin telefonuna zəng etmişlər, lakin həmin şəxslər telefonu götürməmişlər. Sonradan onat məlum olmuşdur ki, Roman orada işləyən müddətdə o, yaylaqda olmayan vaxtlarda onun olmamağından istifadə edib özü tək 63 baş xırdabuynuzlu heyvanı az-az aparıb Gəncə şəhərində qəssablara satımış. Rəşad yaylağa gələn günü isə o, oradan gəldikdən sonra Rəşadla birlikdə 80 baş xırdabuynuzlu heyvanı oğurlayaraq Rəşadın tanışı Feyruz adlı şəxsə satmışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair 25 dekabr 2019-cu il tarixli, 29881 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların 2019-cu ilin noyabr ayına olan orta bazar qiymətləri nəzəri qaydada aşağıdakı kimi müəyyən edilmişdir:
1. Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd istifadədə olmuş “Nokia”markalı, “RM- 1011" mobil telefon – 20 manat,
2. Ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 1 baş yerli cins orta köklükdə, 7-8 aylıq, 130-140 kiloqram diri çəkisi olan erkək dana nəzəri qaydada – 900 manat, 8 baş – 7200 manat,
3. Ekspertiza təyini haqqında qərarda göstərilən ***-***-**-** saylı GSM nömrə-4 manat. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair 24 fevral 2020-ci il tarixli, 4688 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 baş yerli cins 220 kiloqram ət çıxarı olan 2 yaşında erkək dananın 2019-cu ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair 24 dekabr 2019-cu il tarixli, 29728 nömrəli rəyindən görünür ki, tədqiq edilən iki baş dananın qərarın təsviri hissəsində olan məlumatlara görə, 13 oktyabr 2019-cu iltarixə respublika daxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən edilmişdir: - 1 baş 3 yaşlı, diri çəkisi 370 kiloqram olan yerli cins erkək dana 2442 manat, - 1 baş 3 yaşlı, diri çəkisi 400 kiloqram olan yerli cins erkək dana 2640 manat. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair 29 aprel 2020-ci il tarixli, 9/630 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş qərarda göstərilən xırdabuynuzlu heyvanların orta bazar qiyməti ilə ümüumi dəyəri nəzəri olaraq təxminən 44300 manat müəyyən olunmuşdur. Həmin heyvanların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Şəmkir rayon Polis şöbəsi Zəyəm Polis bölməsi tərəfindən verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 19.11.2019-cu il tarixdə gecə saatlarında Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Bakı şəhər sakini Təqsirləndirilən şəxs3 Anaolyeviç qabaqcadan qrup halında birləşərək Zərərçəkmiş şəxs2 məxsus olan Şəmkir rayonunun Bayramlı kəndində yerləşən fermaya qanunsuz daxil olmaqla basqın edərək gözətçi Zərərçəkmiş şəxs1 qarşı zorakılıq tətbiq etməklə oradan 8 baş iribuynuzlu heyvanları əvvəlcədən razılığa gəlmiş Tovuz rayonunun Cılovdarlı kənd sakini Təqsirləndirilən şəxs4 sözügedən fermaya gəldiyi Qazel markalı yük avtomaşına köməkli yerləşdirərək oradan uzaqlaşmışlar. Adları qeyd edilə şəxslər tutularaq istintaq bölməsinə təqdim olunması təmin edilmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şəmkir rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 23.11.2019-cu il tarixli 1401 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin arxa səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 19 noyabr 2019-cu il tarixinə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 25.11.2019-cu il tarixli 634 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 25.11.2019-cu il tarixli 635 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 25.11.2019-cu il tarixli 636 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixoptik cizgiləri) baxmayaraq o hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 25.11.2019-cu il tarixli 637 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən təqdim edilmiş məhkəməballistik ekspertizasına dair 10 dekabr 2019-cu il tarixli 666 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd bıçağın 01 ədədi kustar, digər 01 ədədi isə zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdırlar və soyuq silah hesab edilmirlər. Üzərilərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklər edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir rayon Məhkəməsinin 18.09.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər Nizami rayon məhkəməsinin 28.04.2014-cü il tarixli hökmü ilə CM-in 29,304.2.1-ci maddəsinə əsasən 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.09.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, Tovuz rayon məhkəməsinin 09.01.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.3cü maddəsilə təqsirli bilinib, 03il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhər Nəsimi rayon məhkəməsinin 16.09.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.04.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Xətai rayon məhkəməsinin 22.06.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş 20.11.2019-cu il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli bilinərək 20.11.2019-cu il tarixdə, saat 12:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 21.11.2019-cu il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli bilinərək 21.11.2019-cu il tarixdə, saat 10:50-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 21.11.2019-cu il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli bilinərək 21.11.2019-cu il tarixdə, saat 12:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 21.11.2019-cu il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5,181.2.1, 32.5,181.2.3 və 32.5,181.2.5-cü maddələri ilə şübhəli bilinərək 21.11.2019-cu il tarixdə, saat 20:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 22.11.2019-cu il tarixli, 4(076)-111/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 20.11.2019-cu il tarixdən hesablanmışdır. Şəmkir Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti, 19 iyun 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 23.11.2019-cu il tarixli, 4(076)-112/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 21.11.2019-cu il tarixdən hesablanmışdır. Şəmkir Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti, 19 iyun 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 23.11.2019-cu il tarixli, 4(076)-113/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 21.11.2019-cu il tarixdən hesablanmışdır. Şəmkir Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 19 iyun 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 23.11.2019-cu il tarixli, 4(076)-114/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 21.11.2019-cu il tarixdən hesablanmışdır. Şəmkir Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddəti 19 iyun 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Tovuz rayonunun Cilovdarlı-Qədirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs4 ailə üzvləri, anası X4, bacısı X5, arvadı X6, oğlu X8, qızı X7 və bacısı oğlu X9 ilə birlikdə Tovuz rayonunun Cilovdarlı kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş Tovuz rayonu Cilovdarlı-Qədirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Səbail rayon Mənzil-Kommunal təsərrüfatı birliyi 46 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materialların əlavə edilmiş Səbail rayon Mənzil-Kommunal təsərrüfatı birliyi 46 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Əlibəyov qardaşları küçəsi, ev 48, mənzil 7 ünavanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 iyun 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon məhkəməsinin 28 aprel 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 304.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Tovuz rayon məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu dəymiş zərərin ödənilməsini tələb etdiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs4 müdafiəçisi tərəfindən təqdim edilmiş ödəmə şərtli spul köçürməsinə dair ərizə vərəqəsindən görünür ki, 300 (üç yüz) manat məbləğində pul Zərərçəkmiş şəxs4 ödənilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 törətdikləri əməllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrilə, Təqsirləndirilən şəxs3 törətdiyi əməllər Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs4 törətdiyi əməllər Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1, 32.5,177.2.2, 32.5,177.2.3 və 32.5,177.2.4cü maddələrilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ilə barışması, törətdiyi əməllərdən peşmançılıq çəkməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hаldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışması, törətdiyi əməllərdən peşmançılıq çəkməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hаldır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışması, törətdiyi əməllərdən peşmançılıq çəkməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hаldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışması, Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın bir hissəsini (üç yüz manat) ödəməsi, himayəsində iki azyaşlı uşağının olması, törətdiyi əməllərdən peşmançılıq çəkməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Tovuz rayon məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Tovuz rayon məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla üzərində qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı isə 09 yanvar 2020-ci il tarixli hökmlə müəyyən edilmiş 21 noyabr 2019-cu il tarixdən hesablanmalıdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami rayon məhkəməsinin 28.04.2014-cü il tarixli 1(044)-24/2014 hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,304.2.1-ci maddəsilə təqsirli bilinib 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.5-ci maddəsinə əsasən Şəmkir rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, bundan əlavə Salyan rayon məhkəməsinin 05 mart 2018-ci il tarixli 7(057)- 228/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami rayon məhkəməsinin 28.04.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 5 (beş) il 06 (altı) ay müddətinə endirilmiş və Təqsirləndirilən şəxs1 28.09.2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətmişdir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhər Nəsimi rayon məhkəməsinin 16.09.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.04.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Xətai rayon məhkəməsinin 22.06.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini məhkumluqları ödənilmədən törətmişlər. Onların əməllərində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ziyanın ödənilməsi üçün 19100 (on doqquz min yüz) manat, Təqsirləndirilən şəxs2 ziyanın əvəzi olaraq 25200 (iyirmi beş min iki yüz) manat, cəmi 44300 (qırx dörd min üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqının gedişində isə ərizə ilə müraciət edərək 44300 (qırx dörd min üç yüz) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 məxsus heyvanları gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 cəmi, 19100 (on doqquz min yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını oğurladıqdan və əvvəlcədən əldə olunmuş razılığa əsasən cinayət yolu ilə əldə edilmiş əmlakı satın almaqla əldə etməyi qabaqcadan vəd etmiş, bununla da cinayət yolu ilə əldə edilmiş əmlakı əldə edib həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam verməyi qabaqcadan vəd etməklə oğurluq cinayət əməlinin törədilməsində köməkçilik etmiş Təqsirləndirilən şəxs4 Əli oğluna vermələri öz təsdiqini tapdığından mülki iddianın 19100 (on doqquz min yüz) manat məbləğində olan hissəsi tam təmin edilməklə həmin məbləğ Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ödənilməlidir. Həmçinin Zərərçəkmiş şəxs4 vurulmuş 25200 (iyirmi beş min iki yüz) manat zərər hissəsində təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 əməli öz təsdiqini tapdığından həmin hissədə mülki iddia tam təmin edilməklə Təqsirləndirilən şəxs2 ziyanın əvəzi olaraq 25200 (iyirmi beş min iki yüz) manat məbləğində pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ödənilməlidir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 vurulmuş 19100 (on doqquz min yüz) manat zərər hissəsində mülki iddia tam təmin edilməklə təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 müştərək qaydada 19100 (on doqquz min yüz) manat tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ödənilməli, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 vurulmuş 25200 (iyirmi beş min iki yüz) manat zərər hissəsində mülki iddia tam təmin edilməklə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 ziyanın əvəzi olaraq 25200 (iyirmi beş min iki yüz) manat məbləğində pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ödənilməlidir. İş üzrə maddi sübut olan və Şəmkir rayon Polis şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus “Nokia” markalı “RM-1011” modelli mobil telefon sahibinə qaytarılmalı, Təqsirləndirilən şəxs1 götürülmüş 650 manat nağd pul təqsirləndirilən Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd bıçaq, həmçinin Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd bıçaq məhv edilməli, 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə maddi sübut hesab edilmiş Zərərçəkmiş şəxs2 məxsus 8 (səkkiz) baş iribuynuzlu heyvan (erkək dana) və Zərərçəkmiş şəxs5 məxsus 2 (iki) baş iribuynuzlu heyvan (erkək dana) sahiblərində saxlanması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 181 (yüz səksən bir) manat 50 (əlli) qəpik eksperiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələrilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanaraq qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Tovuz rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2020-ci il tarixli hökmlə müəyyən edilmiş 21 noyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələrilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanaraq qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 21 noyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.2, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 21 noyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 vurulmuş 19100 (on doqquz min yüz) manat zərər hissəsində mülki iddia tam təmin edilsin, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 müştərək qaydada 19100 (on doqquz min yüz) manat pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ödənilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 vurulmuş 25200 (iyirmi beş min iki yüz) manat zərər hissəsində mülki iddia tam təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 ziyanın əvəzi olaraq 25200 (iyirmi beş min iki yüz) manat məbləğində pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ödənilsin. İş üzrə maddi sübut olan və Şəmkir rayon Polis şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus “Nokia” markalı “RM-1011” modelli mobil telefon sahibinə qaytarılsın, Təqsirləndirilən şəxs1 götürülmüş 650 manat nağd pul təqsirləndirilən Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd bıçaq, həmçinin Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd bıçaq məhv edilsin, 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Həmçininiş üzrə maddi sübut hesab edilmiş Zərərçəkmiş şəxs2 məxsus 8 (səkkiz) baş iribuynuzlu heyvan (erkək dana) və Zərərçəkmiş şəxs5 məxsus 2 (iki) baş iribuynuzlu heyvan (erkək dana) sahiblərində saxlanması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 181 (yüz səksən bir) manat 50 (əlli) qəpik eksperiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.