Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-24/2022 27.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 28,697 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Bərdə RPŞ-nin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 06:30-da yaşadığı Bərdə şəhəri, ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bərdə RPŞ-in inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq göy rəngli şalvarın sağ qabaq yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 28,207 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümün içərisində 10 ədəd xırda kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,057 qram, 0,086 qram, 0,05 qram, 0,054 qram, 0,016 qram, 0,026 qram, 0,064 qram, 0,047 qram, 0,043 qram, 0,047 qram olmaqla ümumi təmiz çəkisi 0,49 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir, gündəlik təxminən 1 qram həmin maddədən istifadə edir. 27 avqust 2020-ci il tarixdə səhər saatlarında evdə yatdığı zaman bir neçə nəfər mülki geyimli polis əməkdaşları onun evinə daxil olaraq onu yataqdan qaldırmış və paltarlarını da götürüb Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər. Orada ona məlum olmuşdur ki, həmin gün Bərdə rayonunda polis əməkdaşları əməliyyat keçirmiş və bir neçə nəfəri polisə gətirmişlər. Həmin vaxt ona həbs olunmalı olduğunu bildirmişlər. Buna görə üzərindən narkotik vasitə cıxaracaqlarını demişlər. O, razı olmamış, ona görə fiziki və psixi zor tətbiq olunmuşdur. Məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razı olmuşdur. Sonra paltarlarını geyinmiş və tanımadığı potis əməkdaşları üzərinə cəkisini bilmədiyi narkotik vasitə qoymuşlar. Sonra dövlət hesabına vəkillə təmin olunmuş, bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt üzərinə qoyulmuş narkotik vasitə olan heroin olduğunu deyib əynində olan şalvarın cibindən çıxarıb iki ədəd şəffaf sellofan bükümü və bir ədəd elektron tərəzini masanın üzərinə qoyaraq təqdim etmişdir. Üzərindən aşkarlanan bükümlərə bir-bir nəzər salınaraq bükümlər açılmış və birini içərisindən qəhvəyi rəngli spesifik iyə malik kütlənin, digər sellofan bükümdə isə 10 ədəd xırda kağız bağlamalar aşkarlanmışdır. Həmin bağlamalar da öz növbəsində açıldıqda hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik maddənin olması müəyyən edilmişdir. Həmin maddə barədə sorğu-sual edildikdə polis əməkdaşlarının əvvəlcədən ona dedikləri kimi onların heroin olduğunu, tanımadığı şəxsdən alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin iki ədəd bükümlə elektron tərəzi götürülərək zərfdə qablaşdırılmış və möhürlənərək imzalanmışdır. Özü narkotik vasitə qəbul etsə də, heç kimə narkotik vasitə satmadığını və ya vermədiyini, belə məqsədinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 26 avqust 2020-ci il tarixdə Bərdə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Daxil olmuş məlumat əsasında Bərdə şəhərinə gedib DİN-in Bərdə RPŞ-nin rəhbərliyinə məlumat verdikdən sonra həmin şöbənin əməkdaşları da əməliyyat qrupuna daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra 27.08.2020-ci il tarixdə qeyd olunan ünvana getmişlər. Orada olan zaman saat 06:30-da Bərdə şəhəri, ünvan 4rşısında özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olması müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını demişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Bərdə RPŞ-nə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Bərdə RPŞ-nin inzibati binasına gələ biləcəyini bildirmişdir. Bundan sonra birlikdə Bərdə RPŞ-nin inzibati binasına gəlmişlər. Polis Şöbəsində təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib Bərdə rayonu ərazisində fəaliyyət göstərən vəkillərin adları olan siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağı və şəxsi axtarış video çəkilişlə aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs də etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd açıq vəziyyətdə olan sellofan bükümü, bir ədəd elektron tərəzini və bir ədəd içərisində bağız bükümlərin olduğu sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlələr barədə soruşulmuş və sonuncu təqdim etdiyi kütlələrin narkotik vasitə heroin olduğunu, onları tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin bükümlərin hər biri açılmış və onların hər birinin içərilərində narkotik vasitə heroinə oxşar kütlələr açkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra qablaşdılaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış dayandırılmış, bu barədə protokol tərtib edilmiş, həmin protokolu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsindən başqa satış məqsədi ilə saxlaması barədə də məlumat olsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitəni satması və ya satış məqsədi ilə özündə saxlaması təsdiq olunmamışdır. Təcrübələrində belə hallar çox olmuş, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zaman dedikləri həqiqəti əks etdirmədiyini, ona qarşı fiziki və ya psixi təsir, həmçinin zorakı hərəkətlər edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 26.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bərdə rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli 5(021)-129/2020 saylı qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 Nürəddin oğlu tərəfindən qəbul edilmiş 26 avqust 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” 27.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 2 ədəd bükümlərdə narkotik vasitə heroinə oxşar maddələr və elektron tərəzi aşkar edilərək götürülmüşdür. “Diskə baxış keçirilməsi haqqında” 19.10.2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin sahibi, 27.06.2020-ci il tarixdən 27.08.2020-ci il tarixədək həmin mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və telefon nömrələrinin sahiblərinə dair məlumatların olması müəyyən edildi. Baxış zamanı cinayət işi üzrə əhəmiyyətli halar narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dai məlumatlar müəyyən edilmədi. Baş Narkotiklərlə Mübarizə İdarəsinin 23.10.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri nə vaxt, harada və kimdən, hansı şəraitdə əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını, əlaqələrini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, onun digər cinayətlərin törədilməsində iştirakının müəyyən etmək məqsədilə əməliyyat axtarış tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28.08.2020-cu il tarixli 16/604 saylı rəyindən görünür ki, Məhkəmə-kimyəvi ekspertizasının 27 avqust 2020-ci il tarixli 6/604 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkiis 28,207 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Həmin kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümün içəriisndəki 10 (on) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,057 qram, 0,086 qram, 0,05 qram, 0,054 qram, 0,016 qram, 0,026 qram, 0,064 qram, 0,047 qram, 0,043 qram, 0,047 qram ümumi təmiz çəkisi 0,49 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Həmin kağız paketdəki bir ədəd elektron tərəinin üzərində narkotik vasitə izləri aşkar olunması.Qeyd: heroinin təmiz çəkisi – 28,207 qr, ümumi çəkis 0,49 qr, tədqiqata sərf edildi – 0,2 qr, 0,1 qr (hər birindən 0,01 qr) qalıq – 28,007 qr, 0,39 qr. Materialların məhkəmə ekspertizasının 02.10.2020-ci il tarixli 6/1769 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Məhkəmə ekspertiza mərkəzinin Gəncə regional bölməsinə məxsus “Tədqiqat obyekti №2, AR DİN “Zərflər üçün №94” möhür əksləri, “...Ekspert rəyi №16/604... şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan kağız paketdəki 01 ədəd sellofan torbacıqda 10 ədəd bükümdə ümumi qalıq təmiz çəkisi 0,039 qram narkotikk vasitə - heroin kütlələri öz aralarında və həmçinin 01 ədəd sellofan bükümdəki qalıq təmiz çəkisi 28,007 qram narkotik vasitə - heroinlə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (həmin obyektlər barədə 27.08.2020-ci il tarixli 16/604 saylı ekspert rəyində məlumat verilmişdir).Qeyd: 01 ədəd bükümdəki heroinin qalıq təmiz çəkisi – 28,007, tədqiqata sərf edildi – 0,05 qr, qalıq – 27,957 qr.10 ədəd kiçik bükümdəki heroinin qalıq təmiz çəkisi – 0,39 qr, tədqiqata sərf edildi – 0,1 qr, qalıq – 0,29 qr. Ambulator məhkəmə-psixatrik ekspertizasının 09 sentyabr 2020-ci il tarixli 1774 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs Əliyar oğlunda ona ittiham olunan əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Yəni, həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır və onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Ambulator məcburi-narkoloji ekspertizasının 23 noyabr 2020-ci il tarixli 3286 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və pxisotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə “qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” 27.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 avqust 2020-ci ildən hesablanmışdır. Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30.09.2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Füzuli küçəsi ev 97 ünvanında yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Respublika Psixiatriya Xəstəxanasının 11.09.2020-ci il tarixli 6042 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. Dövlət Sosial Müdafiə Fondunun 16.09.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlilliyə görə hər ay 130 manat məbləğində sosial müavinət alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15.09.2011-ci il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 08.06.2017-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərraı ilə 02 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 005.12.2017-ci il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Təqsirləndirilən şəxs 23.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında ” 16.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 28,247 qram qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Eləcə də bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə 2019-cu ilin oktyabr ayının 23-də azadlığa buraxılmışdır. Narkotik vasitələrdən istifadə edir. İşin mahiyyəti üzrə qeyd etmək istəyirəm ki, bir ay əvvəl tanımadığı şəxsdən şəxsi istifadəsi üçün “kokos” adlı narkotik vasitə alaraq üzərində saxlamış, həmin maddədən az-az miqdarda istifadə etməyə başlamışdır. Gündəlik təxminən 1 qram həmin maddədən istifadə edir. Vaxtaşırı olaraq həmin maddələrin qəbulunu asanlaşdırmaq məqsədi ilə qabaqcadan həmin maddələrdən özü üçün təxminən eyni çəkilərdə xırda bağlamalara bölüb bükərək üzərində gəzdirmişdir. 27 avqust 2020-ci il tarixdə səhər saatlarında həmin maddəni iki büküm olaraq bir bükümdə bilavasitə maddənin özü, digər bükümdə isə qabaqcadan hazırladığı xırda bükümləri bir ədəd elektron tərəzi ilə birlikdə üzərində olmaqla şəxsi işlərinin dalınca getmək üçün evdən çıxmışdır. Bərdə şəhəri Füzuli küçəsinin yaxınlığında olarkən ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat daxil olduğunu deyərək onu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Deyilən Şöbəyə çatanda dövlət hesabına vəkillə təmin olunmuş, bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt səmimi olaraq üzərində narkotik vasitə olan heroin olduğunu deyib əynində olan şalvarın cibindən çıxarıb iki ədəd şəffaf sellofan bükümü və bir ədəd elektron tərəzini masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şalvarının cibləri yenidən yoxlanılmış, lakin əlavə olaraq heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkarlanan bükümlərə bir-bir nəzər salınaraq bükümlər açılmış və birini içərisindən qəhvəyi rəngli spesifik iyə malik kütlənin, digər sellofan bükümdə isə 10 ədəd xırda kağız bağlamalar aşkarlanmışdır. Həmin bağlamalar da öz növbəsində açıldıqda hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik maddənin olması müəyyən edilmişdir. Həmin maddə barədə sorğu-sual edildikdə onların heroin olduğunu, tanımadığı şəxsdən alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin iki ədəd bükümlə elektron tərəzi götürülərək zərfdə qablaşdırılmış və möhürlənərək imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir formada təzyiq olmamışdır. Heç kimə narkotik vasitə satmadığını və ya vermədiyini, belə məqsədinin olmadığını deyərək, əməlindən səmimi peşman olduğunu bildirmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Belə ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını bildirməmiş, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsindən başqa satış məqsədi ilə saxlaması barədə də məlumat olsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitəni satması və ya satış məqsədi ilə özündə saxlaması təsdiq olunmadığını, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin haradan və hansı məqsədlə əldə etməsinə, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasına dair verilmiş əməliyyat tapşırığına cavab məktubundan məlum olur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əvəllər narkotik vasitələrin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması təsdiq olunmamışdır. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya əzab çəkməsi göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni özü qəbul etmək üçün əldə etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X2 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç şübhəli sübut belə yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Bütün bunlar birmənalı olaraq onu təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X3 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İİ qrup əlil olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını və CM-nin 65.2-ci maddəsinə tələblərini nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 28,247 qram qalmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X7 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 139 (yüz otuz doqquz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 27 avqust 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 28,247 qram qalmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X7 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 139 (yüz otuz doqquz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-24/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-24/2022
27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver