Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-24/2023 18.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X6, X11, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gədəbəy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gədəbəy rayon Kommunal Müəssisələri kombinatında fəhlə işləmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs”qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdar hesab edilən, yəni, 1141.907 (1 kiloqram 141.907) qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlamış və 01 may 2021-ci il tarixdə saat 19:50-də Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları ilə Gədəbəy rayon Polis Şöbəsininə məkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq avtomobili ilə birlikdə ünvan 2 ünvanın da yerləşən Gədəbəy rayon X9 Binasına gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli cins şalvarının sol yan cibindən sellofan bükülüdə 36.907 qram və idarə etdiyi «VAZ-2107» markalı, **-HV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman işə avtomobilin ön sağ oturacağının alt hissəsində 01 ədəd sellofan torbada 2 ədəd iç-içə keçirilmiş polietilen torbaya qoyulmuş 1 ədəd adi torbada və 2 ədəd üzəri yapışqanlı lentlə sarınmış torbada ayrı-ayrılıqda təmiz çəkiləri 535 qram, 320 qram, 250 qram ümumi təmiz çəkisi 1105 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, O, 01 may 2021-ci il tarixdə saat 15 radələrində tanışları Şahid1 və Şahid2 ilə birgə ona məxsus olan «Vaz «21074» markalı avtomobillə Tovuz rayonunda Həsən adı ilə tanıdığı şəxsdən narkotik vasitə olan “nəşə” almaq üçün getmişdir. Həmin gün Asəf və Xaliq hər ikisi onun istifadəsində olan (050) ***- **-** və (050) ***-**-** saylı mobil telefon nömrələrə zəng vurmuş “bizim əlimiz girmir, adama 20 manatdan qoyub nəşə alaq və bir yerdə çəkək” deyə bildirmişlər. O, Asəf və Xaliqlə razılaşmış, Həsən kimi tanıdığı şəxsin yadında qalmayan mobil nömrəsinə zəng vurmuş, 60 manatlıq nəşə satmasını xahiş etmiş, Həsən onunla razılaşmışdır. Bundan sonra o, özünə məxsus avtomobillə Tovuz rayonuna getmişdir. Həsənlə təkrar telefon əlaqəsi saxlamış, Həsən idarə etdiyi qırmızı rəngli «Vaz 21011» markalı avtomobili ilə gəldikdən sonra, o avtomobilindən düşüb Həsənə yaxınlaşmışdır. Asəf və Xaliq avtomobildə gözləmişlər. O, Həsən adlı şəxslə görüşüb 60 manat pul verdikdən sonra, Həsən də ona bir büküm “nəşə” vermişdir. O, yenidən avtomobilə əyləşib Gədəbəy rayonu istiqamətində hərəkətə başlamış və Şəmkir-Gədəbəy rayonları istiqamətində hərəkətə davam edərkən Yasamal aşırımlarının başında aldığı narkotik vasitədən çəkmək qərarına gəlmişdir. O, bu məqsədlə avtomobili saxlamış həmin vaxt, Xaliq avtomobildən düşmüş nəşəni qalyan üsulu ilə doldurub bir yerdə çəksinlər deyə yerdən kapron butulka götürmüşdür. Xaliq butulkanı götürüb avtomobilə əyləşmiş, daha sonra Gədəbəy rayonu istiqamətində hərəkətə davam etmişlər. O, Gədəbəy rayonuna çatmamış Şəmkir rayonunun Atabəy kəndi yolunda avtomobili saxlamış həmin vaxt, Asəf avtomobilin ön oturacağında əyləşmişdir. Asəf butulkanı siqaretlə deşib çəkmək üçün hazırladığı vaxt qarşıda PPX avtomobilinin olduğunu bildirmiş və avtomobili sürüb getmələrini demişdir. O, avtomobili hərəkətə gətirərkən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı PPX avtomobili yaxınlaşan zaman avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün avtomobili sürtüb qaçmış, həmin vaxt Asəf nəşəni pəncərədən tullamışdır. Onlar Gədəbəy rayonu istiqamətində hərəkətə davam etmişlər. O, Gədəbəy rayonu, Slavyanka kəndinin 4 yol adlanan ərazisində polislər tərəfindən tutulmamaq üçün yüksək sürətlə hərəkət etmişdir. Bu zaman yol nəqliyyat hadisəsi törədərək «Vaz 2107» markalı avtomobili vurmuş, bu səbəbdən avtomobili məcburi dayandırmış, polis əməkdaşları yaxınlaşmış, onu, Asəfi və Xaliqi tutub Gədəbəy rayon X9 binasına aparmışlar. Polis şöbəsində özlərini regional narkomaniya əməkdaşları kimi təqdim edən polis əməkdaşları və Gədəbəy RPŞ-si əməkdaşları onu döymüşlər. İnzibati binadakı otaqlardan birində polis əməkdaşı narkotik vasitəni ona verərək, həmin narkotik vasitənin ona məxsus olduğunu boynuna almağını bildirsə də, o, polislərlə razılaşmamışdır. Bundan sonra polislər onu döyərək əzab verdiklərinə görə o, məcburi şəkildə narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni videoçəkilişlə ondan götürmüşlər. Daha sonra onun iştirakı ilə avtomobilə baxış keçirilərkən ön oturacağın altından bir ədəd sellofan bükülüdə narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitə də ona məxsus olmamış, polislər onu avtomobilə qoymuşlar. Həmin vaxt videoçəkiliş də aparılmış, çəkiliş zamanı da narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, Gədəbəy şəhər sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs “nəşə” deyilən narkotik vasitə olan marixuananı çəkmək yolu ilə qəbul edib daimi istifadəçisi olmuş, özü əvvəllər narkotik vasitə olan marixuana istifadə etsə də 9-10 aydır ki, narkotik vasitə olan marixuanadan istifadə etməməiş və ümumiyyətlə narkotik vasitələrdən uzaq olmuşdur. 01 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Gədəbəy şəhərində Ticarət mərkəzinin yaxınlığında “Quşxana” adlanan yerdə görüşmüş, Anar ona“VAZ-2107” markalı avtomobillə gəzməyi təklif etmişdir. O, Anarın avtomobilinə əyləşdikdən sonra Anar avtomobili “Ləzzət” adlı kafenin qarşısına sürmüş, orada Gədəbəy rayon sakini kimi tanıdığı Şahid2 də avtomobilinə əyləşdirmişdir. Xaliq də narkotik vasitə olan marixuananı çəkmək yolu ilə qəbul edən şəxs olmuşdur. O, Xaliqlə də bir neçə dəfə nəşə çəkmiş, heç vaxt narkotik vasitə olan marixuananı almamış, nə Xaliq, nə də Anar onu qonaq edib birlikdə nəşə çəkmişlər. Anarın və Xaliqin isə nəşəni haradan aldıqlarını bilməmişdir. Bundan sonra Anar avtomobili Şəmkir istiqamətində, Şəmkir rayonundan keçdikdən sonra isə Tovuz rayonu istiqamətində sürmüş, Tovuz rayon polis şöbəsinin yaxınlığında tanımadığı yerdə Anar onu və Şahid2 avtomobildən düşürüb “buralarda olun, bir çay için, mənim işim var” deyib getmişdir. Təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs Şahid2 mobil telefonuna zəng vurmuş, Tovuz rayonunun çıxışına getmələrini demişdir. O, Şahid2la Tovuz rayonunun çıxışına getmiş, Anarla orada görüşüb avtomobili ilə Gədəbəy istiqamətində getmişlər. Şəmkir şəhəri ərazisindən keçəndə yol polis əməkdaşları onların olduğu avtomobilə əl edərək “saxla” əmri vermiş, lakin Təqsirləndirilən şəxs avtomobili saxlamadan Gədəbəy istiqamətində hərəkətinə davam etmişdir. O, Anardan polisin “saxla” əmrinə tabe olmamasının səbəbini soruşmuş, sonuncu bu barədə heç nə deməmiş, bir qədər getdikdən sonra isə yol polisinin avtomobilin onların arxasınca gəlməmişdir. Şəmkir rayonu ərazisində Yasamal aşırımını qalxdıqdan sonra Anar avtomobili yolun Gədəbəy rayonu istiqamətində saxlamış, Xaliqlə birlikdə avtomobildən düşüb avtomobilin arxa tərəfinə keçmiş, təxminən 3-5 dəqiqə sonra hər ikisi avtomobilə əyləşmişlər. Həmin vaxt avtomobili Anar idarə etmiş, sağ ön oturacaqda o, arxa sağ oturacaqda isə Xaliq əyləşmişdir. O, avtomobilə əyləşəndə Xaliqin əlində plastik 0.5 litr tutumlu butulka görmüşdür. Xaliq özündə olan nəşəni, yəni marixuananı butulkaya doldurub çəkmək üçün hazırlamışdır. O, ön oturacaqda olduğundan Xaliqin butulkanı necə hazırladığını görməmişdir. Sonra Anar avtomobili Şəmkir rayonunun Atabəy kəndi istiqamətində sürüb bir qədər irəlidə saxlamış, daha sonra isə bir qədər irəliləyib sonra geri Xar-Xar kəndi istiqamətində dönüb avtomobilisaxlamışdır. Bu vaxt Xaliq Anara “hazırdır” dedikdə aşağıdan post patrul maşınının yaxınlaşdığını və Anarın avtomobilinin qarşısında çəpəki dayanıb saxladığını görmüşdür. Bunu görən Anar da avtomobili işə salıb üzü Xar-Xar kəndi istiqamətində idarə etmiş, post patrul avtomobili də Anarın avtomobilini təqib etməkdə davam etmişdir. O, Anara avtomobili saxlamasını bildirsə də, Anar ona fikir verməmiş, avtomobili surətlə idarə etməyə davam etmişdir. Anar avtomobili çox sürətlə idarə etdiyinə görə “4 yol” deyilən yerə çatdıqda yolu düzünə keçmək istəmiş və qəflətən qarşısına avtomobil çıxdığına görə getdiyi sürətlə həmin avtomobillə toqquşmuşdur. O, dərhal avtomobilin qapısını açıb çölə çıxmış, 2 nəfər serjant rütbəli polis əməkdaşları onu post patrul avtomobilinə mindirib Gədəbəy rayon polis şöbəsinə aparmışlar. Bundan 2-3 dəqiqə sonra polis əməkdaşları Xaliqlə Anarı da polis şöbəsinə gətirmişlər, lakin o, onların birlikdə, yaxud ayrı-ayrı gəldiklərini görməmişdir. Polis şöbəsində onları ayrı-ayrı otaqlara aparmışlar. O və Anar zirzəmidəki otaqlara, Xaliq isə yuxarı mərtəbədəki otağa aparılmış, o, şübhəli şəxs kimi tutulmuş və vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Lakin, onun üzərindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Sonra onun, Anarın və Xaliqin iştirakları ilə Anara məxsus “VAZ-2107” markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin ön sağ oturacağın altından sellofan torba aşkar olunmuşdur. Həmin sellofan torba açıldıqda içərisindən narkotik vasitə olan maruixuana aşkar edilmişdir. Polis əməkdaşları narkotik vasitənin kimə məxsus olduğunu soruşmuş o, ona məxsus olmadığını demiş, Təqsirləndirilən şəxs isə Şahid2 “Xaliq, sənin deyilsə onda mənimdir?” demişdir. Anarın üzərinə baxış keçirilən zaman könüllü olaraq cibindəki narkotik vasitə olan marixuananı çıxarıb təhvil vermiş, polis əməkdaşlarına narkotik vasitə olan marixuana istifadəçisi olduğunu demişdir. Lakin, Anar avtomobildən çıxan narkotik vasitə olan marixuananın özünə məxsus olmadığını bildirmiş və narkotiki oraya qoyanın ünvanına söyüşlər söymüşdür. Polis şöbəsində hes kim Anarı vurmamışdır. Lakin, ertəsi gün tutulduğunun 48 saat tamamında onu və Şahid2 buraxılmışlar. Sonradan o, isə Anarın tutulduğunu eşitmişdir. Anar özü cibindəki narkotik vasitənin özünün olduğunu könüllü bildirmiş, lakin avtomobilindəki narkotik vasitənin özünün olmadığını söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ildən çoxdur ki, Gədəbəy şəhər sakini kimi tanımışdır. Əvvəllər Təqsirləndirilən şəxslə dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs 10 ildən artıqdır ki, narkotik vəsitə olan marixuana, şüşə (patı) satışı ilə məşğul olmuşdur. Həmçinin o, Təqsirləndirilən şəxs dəfələrlə şəxsi istifadə üçün narkotik vasitə almışdır. Əvvəllər şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuanadan istifadə etsə də, daha sonralar istifadə etməmiş və narkotik vasitələrdən uzaq olmuşdur. Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Yenikənd kəndində yaşadığı evin həyətyanı sahəsində olan tövlənin yanında narkotik vasitə olan marixuana kollarını görmüşdür. Anar narkotik vasitə olan marixuana kollarını əkib-becərərək həmin ünvanda narkotik vasitə olan marixuana istifadəçilərinə dəfələrlə marixuana satmışdır. O ,fəhlə kimi Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında işləyərkən bunun şahidi olmuşdur. O özü də əvvəllər bir neçə dəfə həmin ünvana gedərək narkotik vasitə olan marixuana almışdır. 01 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs zəng vurmuş, hal-əhval tutmuş, telefon danışığı zamanı Anar onunla birlikdə Tovuz şəhərinə getməsini xahiş etmişdir. Gədəbəy şəhərində yerləşən “Ləzzət” kafesinin qarşısında Anarla görüşmüş, qara rəngli “VAZ-2107” markalı avtomobillə Tovuz şəhərinə getmişlər. Anar həmin yerə gələrkən avtomobildə Gədəbəy şəhər sakini kimi tanıdığı Şahid1 da olmuşdur. O, Şəmkir rayonuna çatandan sonra üzərində pul olmadığı üçün əvvəllər tanıdığı, lakin adı yadında qalmayan şəxsdən faizlə pul almağa qərar vermiş, ona görə də 4 yol deyilən yerdə mağazada işləyən həmin şəxslə görüşmək üçün Anardan avtomobili saxlamasını xahiş etmiş, həmin şəxslə görüşmüş və 100 manat faizlə pul almışdır. Bundan sonra avtomobilə əyləşmiş, Anar avtomobili Tovuz şəhəri istiqamətində sürmüşdür. Anardan Tovuz şəhərinə nə məqsədlə getdiyini soruşduqda sonuncu ona narkotik vasitə marixuana almağa getdiyini və marixuana çəkmək istədiyini demişdir. Anar Asəfdən 20 manat, ondan isə 80 manat pul almışdır. Anar özü də məbləğini bilmədiyi qədər pul qoymuşdur. O, Anarla narkotik vasitə çəkmək üçün razılaşmamış, xeyli müddət narkotik vasitələrdən uzaq olduğu üçün Anara etiraz etmişdir. Anar ona “pulun məndədir, narahat olma özünə qaytaracam” demişdir. Bu vaxt təxminən saat 11-12 radələrində Tovuz şəhərinə çatdıqda Anar onu və Asəfi Tovuz rayon polis şöbəsinin yaxınlığında “Quşçu bazarı”adlanan yerdə avtomobildən düşürmüş və “Yarım saata gəlirəm, gedim nəşə alım gəlim, buralarda olun, gəlib sizi götürəcəm” deyib getmiş, o isə Şahid1la həmin yerdə Anarı gözləmişlər. Təxminən saat 13 radələrində Anar gəlib onları götürmüş, narkotik vasitə olan marixuananı yoxlamaq üçün sadəcə bir baş aldığını, qalanını isə Gədəbəy şəhərində götürəcəyini demişdir. Anar Tovuza gedərkən sərxoş vəziyyətdə olmuş, sonradan polis şöbəsində Anarın Tovuzdan narkotik vasitələri elə həmin vaxt alaraq avtomobilində gizlətdiyi və bu barədə məlumat vermədiyi ona məlum olmuşdur. Həmin tarixdə saat 13-14 radələrində onlar Gədəbəy rayonuna yola düşmüş, yolda Anar avtomobili saxlayıb bir şüşə “Baltika-8” adlı pivə alıb içmişdir. Şəmkir şəhəri ərazisindən keçərkən yol polisi avtomobili Anarın avtomobilinin qarşısına keçərək “saxla” əmri vermiş, Anar isə avtomobili idarə etməyə davam edərək saxlamamışdır. Şəmkir şəhəri ərazisində Beynəlxalq bankın yanına qədər polis tərəfindən təqib olunduqdan sonra həmin yerdə yol polisi avtomobili dönərək geri qayıtmışdır. Daha sonra Anar Gədəbəy şəhərinə yolunu davam etmiş, Gədəbəy rayonuna çatdıqda “Xoş Gəlmisiniz” yazısı olan yeri keçdikdən sona avtomobili Xarxar kəndi istiqamətində sağa döndərib dayanmış, narkotik vasitə olan marixuananı orada çəkəcəklərini bildirmişdir. Həmin anda post patrul xidmətinin avtomobili onlara tərəf gəlmiş, Anar cibindən çıxarıb çəkməyə hazırladığı təxminən bir çəkimlik miqdarda olan narkotik vasitə olan marixuananı avtomobildən kənara yolun qırağına tullayaraq avtomobili idarə etməyə davam etmişdir. Slavyanka kəndində yerləşən məscidin yanından keçərək Gədəbəy şəhərinə tərəf hərəkət edərkən post patrul xidməti avtomobili onu təqib etmişdir. Anar Slavyanka kəndi ərazisində “Zapravka” adlanan yerdən keçərkən avtomobili kəndarası yola tərəf Ağamalı kəndi istiqamətində döndərdikdə, qarşıdan post patrul xidməti avtomobilinin gəldiyini görmüş, sonra yola davam edib Slavyanka kəndi ərazisindən çıxarkən 4 yol adlanan ərazidə Şəmkir şəhəri istiqamətindən gələn göy rəngli “VAZ-2107” markalı avtomobillə toqquşmuşdur. Həmin vaxt polis əməkdaşları oraya yaxınlaşaraq, onu, Asəfi və Anarı polis şöbəsinə aparmışlar. Şöbəyə gətirildikdən sonra onların üzərinə baxış keçirilmiş, Anarın üzərindən ona məlum olmayan miqdarda narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Daha sonra Asəf, Anar və onun iştirakları ilə Anarın avtomobilinə baxış keçirilmişdir. Həmin avtomobilin arxa oturacağın qarşısından 1 kiloqramdan çox narkotik vasitə olan marixuana aşkar edilmişdir. 01 may 2021-ci il tarixdə Slavyanka kəndi ərazisində polis əməkdaşları Şahid1, Təqsirləndirilən şəxs və onu saxlayarkən heç kəs onlara fiziki təzyiq göstərməmişdir. Avtoqəzadan sonra polis əməkdaşları onlara yaxınlaşaraq onu, Asəfi və Anarı polis avtomobilinə dəvət etmiş, onlar isə qanuna tabe olaraq avtomobilə əyləşmişlər. O, 01 may 2021-ci il tarixdə Gədəbəy rayon X9 binasına gətirildikdən sonra döyülməmiş, heç kəs nə ona, nə Asəfə, nə də ki Anara fiziki təzyiq göstərməmiş, onları döyməmişlər. Üzərlərinə vəkilin iştirakı ilə baxış keçirilmiş və Anarın üzərindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Həmçinin onun və Asəfin də üzərinə baxış keçirilmiş, lakin onların üzərlərindən narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 01 may 2021-ci il tarixdə Gədəbəy şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, satış məqsədilə narkotik vasitələr əldə etməsi barədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, şöbənin əməkdaşları və BNMİ-nin QBRŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. O da həmin qrupun tərkibinə daxil edilmişdir. 01 may 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatları əsasında əməliyyat tədbirləri keçirilmişdir. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz 21074» markalı minik avtomobili ilə Gədəbəy rayonu Slavyanka kəndi ərazisindən keçən zaman Anara DYP əməkdaşları Şahid9 və Elməddin tərəfindən “saxla” işarəsi verilmiş, lakin Təqsirləndirilən şəxs “saxla” işarəsi tələblərinə məhəl qoymamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə əks istiqamətli hərəkət zolağında hərəkət edən «Vaz 21074» markalı minik avtomobilini vuraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobil məcburi dayanmışdır. Təqsirləndirilən şəxs və onun avtomobilində olan sərnişinlər Şahid1 və Şahid2 polis əməkdaşları tərəfindənn saxlanmış və Gədəbəy rayon X9 binasına gətirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilinin qapıları kilidlənərək açarları özünə təqdim edilmiş, daha sonra avtomobil evakuator xidməti tərəfindən Gədəbəy RPŞnin inzibati binasının həyətinə gətirilmişdir. Gədəbəy rayon X9 binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları və əynindəki şalvarının sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirmişdir.Həmin sellofan bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 40,81 qram olması müəyyən edilmiş və narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Bu barədə videoçəkiliş edilmiş, həmçinin şəxsi axtarış və götürmə protokolu tərtib edilmişdir. Daha sonra Şahid1 və Şahid2 üzərinə şəxsi axtarış aparılmış, lakin onların üzərində hər hansı qanunsuz əşya və predemet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməsinə başlanmış, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, bu barədə ərizə vermiş, baxışdan əvvəl Təqsirləndirilən şəxs avtomobilində qanunsuz əşya və predmet olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs avtomobilində hər hansı qanunsuz əşya və predmet olmadığını bildirmiş və daha sonra avtomobilə baxış keçirilən zaman avtomobilin ön sağ oturacağının alt hissəsindən bir ədəd sellofan torba aşkar edilmişdir. Sonra həmin torbaya baxış keçirilmiş, iç-içə keçirilmiş sellofan torbanın içərisində iki ədəd yapışqanlı lentlə sarınmış torbaların və həmin torbaların alt hissəsində yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmiş və çəkisinin 1,165 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş kütələr qabşlaşdırılaraq üzəri yazılmış və DİN-nin möhürü ilə möhürlənərək tərkibinin müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokol özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni kiməsə narkotik vasitələr satması barədə məlumatlar olmuşdur.Bu səbəbdən də Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülmüşdür. Şahid1 və Şahid2 narkotik vasitələri qəbul etməsi, onların narkotik vasitələri məhz Təqsirləndirilən şəxs almaları barədə əməliyyat məlumatları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8, Şahid10, Şahid6, Şahid7, Şahid5 və Şahid3 şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 may 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsi axtarış aparılması haqqında 01 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə 40.81 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Avtomobilə baxış keçirilməsi” haqqında 02 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “VAZ-2107” markalı, **-HV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sağ oturacağının alt hissəsindən 01 ədəd sellofan torbada 2 ədəd iç-içə keçirilmiş polietilen torbaya qoyulmuş 1 ədəd adi torbada və 2 ədəd üzəri yapışqanlı lentlə sarınmış torbada ümumi çəkisi 1165 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 02 may 2021-ci il tarixli 16/416 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2021-ci il tarixdə Gədəbəy RPŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 36,907 qram bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2021-ci il tarixdə Gədəbəy RPŞ-nin inzibati binasının həyətində şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus Vaz 21074 minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri yazılmış kağız paketdəki, 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbaya qoyulmuş, 1 (bir) ədəd adi polietilen torbada və 2 (iki) ədəd üzəri yağışqanlı lentlə sarınmış polietilen torba kəsiyində ayrı-ayrılıqda təmiz çəkisi 535 qram, 320 qram, 250 qram, ümumi təmiz çəkisi 1105 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 08 iyul 2021-ci il tarixli 805 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 05 iyul 2021-ci il tarixli, 347 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Baş Narkotiklərlə Mübarizə idarəsinin X10 şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid6 tərəfindən qəbul edilməklə həmin şöbənin rəisi polis polkovnik-leytenantı Elvin Abbasov tərəfindən təsdiq edilmiş 01 may 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Gədəbəy rayonu ərazisində onların satışı ilə məşğul olması barədə DİN-nin BNMİ QBRŞ-ya daxil olmuş məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü BNMİ QBRŞ-nin və Gədəbəy rayon polis şöbəsinin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı narkotik vasitələrin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalları nəzərə alınaraq daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakları ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yer və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, zərurət olduğu təqdirdə yaşayış yeri və nəqliyyat vasitəsinə baxış, həmçinin üzərinə şəxsi aştarış keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinin baş əməliyyat müvəkkili Şahid6 xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müşahidə edilməsi qanuni hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon polis şöbəsindən daxil olmuş 04 noyabr 2021-ci il tarixli 198-2345-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı şəxsdən narkotik vasitə almasını müəyyən etmək mümkün olmamış, keçirilmş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı sonuncunun dəqiq məlum olmayan tarixdə və vaxtda Tovuz rayonu ərazisində yabanı halda bitmiş çətənə bitkisi yarpaqlarından qoparıb toplaması, qurudub Tovuz rayonu ərazisində saxlaması, həmin narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə 01 may 2021-ci il tarixdə Tovuz rayonundan Gədəbəy rayonuna gətirməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış arayışdan, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmdən və Apellyasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixli Gəncə Apellyasiya məhkəməsinin qərarına əsasən xx.xx.2012-ci il tarixli hökm dəyişdirilmiş, CMnin 128, 62, 69.3-cü maddəsinə əsasən 20 % əmək haqqından tutulmaqla 06 ay 21 gün müddətə islah işləri cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy RPŞ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman şalvarının solyan cibindən sellofan bükülüdə aşkar edilərək götürülmüş 36.907 qram və idarə etdiyi «VAZ-2107» markalı, **-HV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış aparılan zaman aşkar edilərək götürülmüş 1 ədəd adi torbada və 2 ədəd üzəri yapışqanlı lentlə sarınmış torbada ayrı-ayrılıqda təmiz çəkiləri 535 qram, 320 qram, 250 qram ümumilikdə 1195 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 36,857 qram, 534,95 qram, 319,95 qram və 249,95 qram çəkidə (üç bağlamada cəmi 1141,707 qram çəkidə) narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi GədəbəyRPŞ-nəməsul saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasını, həmçinin Təqsirləndirilən şəxs məxsus «Vaz 21074» markalı, ** HV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış və götürmə aparılması prosesini əks etdirən videoçəkilişin olduğu DVD formatlı 02 ədəd disklər maddi sübut hesab edilmiş və həcmi kiçik olduğundan cinayət işi materiallarına əlavə edilmişdir. Məhəkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Gədəbəy rayon polis şöbəsində olduğu müddət ərzində polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması, narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə və avtomobilinə qoyulması, onun avtomobilindən aşkar olunan narkotik vasitənin ona aid olmaması və polis əməkdaşları tərəfindən döyülərək etirfedici ifadə veriəmsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq digər sübutlarla o cümlədən məhəkəmədə dindirilmiş Təqsirləndirilən şəxslə bir yerdə olmuş bilavasitə şahidlər Şahid2 və Şahid1 ifadələri, habelə Gədəbəy rayon prokurorluğunun 10 noyabr 2021 –ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə tam təkzib edildiyindən,həmiq ifadəni özünü müdafiə məqəsədi ilə verilmiş ifadə kimt qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdar hesab edilən, yəni, 1141.907 (1 kiloqram 141.907) qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlaması və 01 may 2021-ci il tarixdə saat 19:50-də Gədəbəy rayon Slavyanka kəndi ərazisində Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları ilə Gədəbəy rayon Polis Şöbəsininə məkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq avtomobili ilə birlikdə ünvan 2 ünvanın dayerləşən Gədəbəy rayon X9 Binasına gətirilməsi və onun üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli cins şalvarının sol yan cibindən sellofan bükülüdə 36.907 qram və idarə etdiyi «VAZ- 2107» markalı, **-HV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış aparılan zaman isə avtomobilin ön sağ oturacağının alt hissəsində isə 01 ədəd sellofan torbada 2 ədəd içiçə keçirilmiş polietilen torbaya qoyulmuş 1 ədəd adi torbada və 2 ədəd üzəri yapışqanlı lentlə sarınmış torbada ayrı-ayrılıqda təmiz çəkiləri 535 qram, 320 qram, 250 qram ümumi təmiz çəkisi 1105 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu mənada Şahid2 ifadəsinə üstunluk verir. Beli ki,məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, …»Təqsirləndirilən şəxs 10 ildən çoxdandır ki, Gədəbəy şəhər sakini kimi tanımışdır. Əvvəllər Təqsirləndirilən şəxslə dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs 10 ildən artıqdır ki, narkotik vəsitə olan marixuana, şüşə (patı) satışı ilə məşğul olmuşdur. Həmçinin o, Təqsirləndirilən şəxs dəfələrlə şəxsi istifadə üçün narkotik vasitə almışdır. Əvvəllər şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuanadan istifadə etsə də, daha sonralar istifadə etməmiş və narkotik vasitələrdən uzaq olmuşdur. Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Yenikənd kəndində yaşadığı evin həyətyanı sahəsində olan tövlənin yanında narkotik vasitə olan marixuana kollarını görmüşdür. Anar narkotik vasitə olan marixuana kollarını əkib-becərərək həmin ünvanda narkotik vasitə olan marixuana istifadəçilərinə dəfələrlə marixuana satmışdır. O ,fəhlə kimi Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında işləyərkən bunun şahidi olmuşdur. O, özü də əvvəllər bir neçə dəfə həmin ünvana gedərək narkotik vasitə olan marixuana almışdır…» «….Anardan Tovuz şəhərinə nə məqsədlə getdiyini soruşduqda ona narkotik vasitə olan marixuana almağa getdiyini və marixuana çəkmək istədiyini demişdir. Anar Asəfdən 20 manat, ondan isə 80 manat pul almışdır. Anar özü də məbləğini bilmədiyi qədər pul qoymuşdur. O, Anarla narkotik vasitə çəkmək üçün razılaşmamış, xeyli müddət narkotik vasitələrdən uzaq olduğu üçün Anara etiraz etmişdir. Anar ona “pulun məndədir, narahat olma özünə qaytaracam” demişdir….» İfadəsindən göründüyü kimi təqsirləndirilən şəxs Asəfə 20 manat, Xaliqə isə 80 manat müqabilidə narkotik maddə satması öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs isə məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkiləri 1105 qram və 36,907 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş arayışdan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixli Gəncə Apellyasiya məhkəməsinin qərarına əsasən xx.xx.2012-ci il tarixli hökm dəyişdirilmiş, CM-nin 128, 62, 69.3-cü maddəsinə əsasən 20 % əmək haqqından tutulmaqla 06 ay 21 gün müddətə islah işləri cəzası təyin edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün müddət keçdiyindən, onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı onun tutulduğu gündən, yəni 01 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gədəbəy rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman şalvarının sol yan cibindən sellofan bükülüdə aşkar edilərək götürülmüş 36.907 qram və idarə etdiyi «VAZ-2107» markalı, **-HV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış aparılan zaman aşkar edilərək götürülmüş 1 ədəd adi torbada və 2 ədəd üzəri yapışqanlı lentlə sarınmış torbada ayrı ayrılıqda təmiz çəkiləri 535 qram, 320 qram, 250 qram ümumilikdə 1195 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanındıqdan və tədqiqatdan sonrakı çəkidə qalan qalıq qalmış 36,857 qram, 534,95 qram, 319,95 qram və 249,95 qram çəkidə (üç bağlamada cəmi 1141,707 qram çəkidə) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gədəbəy rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Gədəbəy RPŞ-nə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasını, həmçinin Təqsirləndirilən şəxs məxsus «Vaz 21074» markalı, ** HV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış və götürmə aparılmasını əks etdirən videoçəkilişin olduğu DVD formatlı 02 ədəd disk cinayət işinin materiallarına əlavə edilməldir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilisin ona, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli onun tutulduğu vaxtdan, 01 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gədəbəy rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkidə qalan qalıq qalmış 36,857 qram, 534,95 qram, 319,95 qram və 249,95 qram çəkidə (üç bağlamada cəmi 1141,707 qram çəkidə) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gədəbəy rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Gədəbəy RPŞ-nə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasını, həmçinin Təqsirləndirilən şəxs məxsus “Vaz” 21074 markalı, ** HV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış və götürmə aparılması prosesini əks etdirən videoçəkilişin olduğu DVD formatlı 02 ədəd disklər işinin materiallarına əlavə edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32,40 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-24/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-24/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver