Məhkəmə qərarları › İş №1(100)-24/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-24/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-24/2024 12.08.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8, X2 və Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X4, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx xxx 1965-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Tovuz şəhəri, Xəqani küçəsi ev 6, mənzil 11-də yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Gəncə şəhəri Atatürk prospekti 330 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 1375,361 qram narkotik vasitə tiryəki və şəxsi istehlak midqarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 5,66 qram tərkibindən narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evdə daşımaqla saxlamış, satış məqsədilə əldə edib saxladığı həmin narkotik vasitə tiryəkdən 1 ədəd göy rəngli kağız bükümə qablaşdırılmış halda 0,361 qramını xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən Metallurq stadionunun yaxınlığında 5 manat müqabilində Şahid5 satmış, daha sonra satış məqsədilə əldə edib saxladığı həmin narkotik vasitə qurudulmuş marixuanadan 1 ədəd kibrit qutusuna qablaşdırılmış halda 1.56 qramını xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev küçəsində yerləşən “köhnə Nizami kinoteatrının” yaxınlığında 40 manat müqabilində Şahid5 satmış, Gəncə şəhər BPİ-nin CAİ-nin və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində Gəncə şəhəri, H.Əliyev küçəsi ilə Cavadxan küçəsi 3-cü dalanın kəsişməsində saxlanılaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd kibrit qutusunda olan 1.56 qram həmin narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd göy rəngli kağız bükümdə olan 0,361 qram həmin narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, bundan sonra Gəncə şəhər BPİ-nin CAİ-nin və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:50 radələrində Gəncə şəhəri, H.Əliyev küçəsində yerləşən “köhnə Nizami kinoteatrının” yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ ön cibindən 3 ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 1.26 qram, 1.28 qram, 1.56 qram, ümumi təmiz çəkisi 4.1, qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra həmin gün saat 20 radələrində kirayədə yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 330 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağının döşəməsinin üzərindən 1 ədəd qara rəngli polietilen torbada içərisində olan şəffaf rəngli polietilen torbada saxladığı külli miqdarda, təmiz çəkisi 1375 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o əvvəllər Rusiya Federasiyasında yaşamış, sonradan onu deportasiya edib Azərbaycana köçürmüşlər. Həbs edilənədək Gəncə şəhərində yaşamışdır. Daimi yaşayış yeri olmamış, gündəlik 2 manat verməklə kirayə verilən evlərdə yaşamışdır. Gəncə şəhərində yerləşən Univermaq adlanan ərazidə hazırda dəqiq xatırlamadığı tarixdə ona mülki geyimdə olan sonradan polis əməkdaşı olduqlarını bildiyi şəxslər yaxınlaşaraq cinayət törədilməsində şübhəli olduğu üçün onlarla birlikdə getməsini istəmişlər. O, həmin şəxslərlə gedən zaman onu polis şöbəsinə aparıb adını bilmədiyi narkotik vasitələr verib təzyiqlər göstərərək, həmin narkotik vasitələrin onun olduğunu etiraf etməsini istəmişlər. Polis əməkdaşları əllərində dubinka ilə ona həmin narkotik vasitələrin onun olduğunu etiraf etməyəcəyi təqdirdə 1 torba narkotikin ondan aşkar olunduğunu bildirəcəklərini demişlər. Həmçinin həmin narkotik vasitələri zibillikdən tapmasını deməyini də bildirmşlər, o da qorxaraq həmin narkotik vasitələrin onun olduğunu etiraf etmiş, həmçinin onun yaşadığı evdən də aşkar olunmuş narkotik vasitələri polis əməkdaşları həmin yerə yerləşdirib, sözügedən narkotik vasitələrin də onun olduğunu etiraf etməsini bildirmişlər Əlavə olaraq bildirmişdir ki, o ümumiyytlə narkotik vasitələri tanımır. Heç vaxt da narkotik vasitə istifadə etməmiş, əvvəllər narkotik vasitənin satışına görə həbsxana həyatı yaşasa da narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şahid5 tanımır və ona narkotik vasitə satmamışdır. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, narkotik vasitə olan marixuananı arabir istifadə edir. Marixuanaya o və ərtafında olan narkotik istifadəçiləri nəyşə deyir. O, marixuanadan siqaretə doldurmaqla istifadə edir. Siqaret kimi onu yandırıb çəkir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Gəncə şəhərində Mərkəzi Univermaq adlanan obyektin yaxınlığında zibil qutularından isitifadə olunmuş enerji içkilərinin aliminum qablarını axtaran zaman qutulardan birindən ağ rəngli sellofan torba tapmışdır. Həmin sellofan torbanın içini açıb baxdıqda içərisində qurudulmuş ota bənzər kütlə olan bir ədəd rəngli selllofan torba və tünd yaşıl rəngli sellofana qablaşdırılmış kütlə aşkar etmişdir. O, marixuana istifadəçisi olduğu üçün quru ota bənzər kütləni saxlanıldığı sellofanı açan kimi iyindən və görünüşündən tanımış və marixuana olduğunu başa düşmüşdür. Digər sellofandakı kütlənin də hamının qara adlandırdığı narkotik vasitə-tiryək olduğunu anlamışdır. O, həmin ağ rəngli sellofan torbanı içərisindəki marixuna və qara adlanan tiryəklə birlikdə götürmüşdür. O, sellofanın içindəki marixunana olan torbanı dərhal özü ilə götürmüş. Tiryək olan torbanı açaraq ütsündən çox az miqdarda özü ilə götürmüşdür. Sonra isə tiryəki onu tapdığı ağ rəngli sellofan torba ilə birlikdə gizlətmişdir. Bir qədər sonra o həmin marixuanadan siqaretin tütünü ilə qarışdırıb siqaret kimi çəkmişdir. 01 iyun 2022-ci il tarixdə axşam saatlarında kirayə yaşadığı evə gedərək tapdığı marixuananı orada kibrit qutularına doldurmuşdur. Nəticədə beş kibrit qutusu alınmışdır. Həmin kibrit qutularından biri yarımçıq qalmışdır. 02 iyun 2022-ci il tarixdə günortadan sonra ortaq tanışının vasitəsi ilə tanıdığı adını bilmədiyi və əvvəllər görmədiyi şəxsə Gəncə şəhəri Metallurq stadionu adlana ərazidə özü ilə götürdüyü kiçik tiryəki 5 manata, marixuana ilə yarımçıq doldurduğu kibrit qutusunu isə 20 manata satmışdır. 02 iyun 2022-ci il tarixdə o axşam evə gedən zaman gizlətdiyi tiyəki götürüb özü ilə evə aparmış və onu yaşadığı evdəki yatağın baş tərəfində tapdığı sellofan torbada saxlamışdır. Həmin sellofan torbanın içinə ona aid paltarları da yığmışdır. Aralarında olan razılığa əsasən 03 iyun 2022-ci il tarixdə o tiyəkdən və marixuanadan satdığı şəxsə Gəncə şəhəri H.Əliyev küçəsində köhnə Nizami kinoteatrı adlanan ərazidə görüşmüşdür. Orada həmin şəxsə bir ədəd marixuana ilə doldurduğu kibrit qutusunu 40 manata satmışdır. Lakin həmin şəxsin yalnız üzərində 30 manat pulu olduğu üçün ona 10 manat borcu qalmışdır. O, həmin narkotik vasitələrdən başqa heç kimə satmamamışdır. 03 iyun 2022-ci il tarixdə saat 17:50 radələrində o üzərində olan narkotik vasitə olan marixuana ilə Gəncə şəhri H.Əliyev küçəsi Köhnə Nizami kinonteatrı adlana ərazidəki parkda olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Ona narkotik vasitələrin satışında şübhəli olduğu üçün onu Gəncə şəhəri 1-ci polis Şöbəsinə gətirmişdirlər. Orada vəkilin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarın ön sağ cibində saxladığı narkoik vasitə olan 3 ədəd içərisində marixuana olan kibrit qutusu aşkarlanıb götürülmüşdür. Daha sonra həmin kibrit qutularının içinə baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. Qutulardan birinin çəkisi 4.32, ikincisinin çəkisi 4.34, üçüncüsünün çəkisi 4.62 qram olmuşdur. Şəxsi axtarış zamanı o kirayədə yaşadığı evdə narkotik vasitə olan tiryək və bir ədəd marixuana doldurduğu kibrit qutusu saxladığını bildirmişdir. Həmçinin yaşadığ evə baxış keçirilməsinə etirazı olmadığını bildirib bu barədə ərizə verdmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə kirayədə yaşadığ evə baxış keçirilən zaman o tiryəki və marixuananı saxladığı ağ rəngli selllofan torbanı polis əməkdaşlarına göstərmişdir. Həmin toba açıldıqa içərisində saxladığı tiryək aşkar olunmuşdur. Həmin zaman onun yadına düşmüşdür ki, o evdə marixuananı saxlamamışdır. Həmçinin marixuananı kibritlə səhv salaraq özü ilə birlikdə götürmüşüdür. Yaşadığı evdən tiryək elektorn tərəzidə çəkilən zaman çəksinin 1390 qram olması müəyyən edilmişdir. Həmin tiryək böyük zərfdə qablaşdırılmışdır. Zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, adını ifadəsində qeyd etdiyi şəxsdən başqa heç kimə narkotik vasitə satmamışdır. O, həmin naarktoik vasitələrdən ifadəsində sadaladığı yerlərdən başqa heç bir yerdə saxlamamışdır. Onun narkotik vasitə tiryək və marixuana əldə etməyindən, daşımağından, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bu barədə hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs tanımır və hazırkı iş üzrə məlumatsızdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onun saxlanılmasında iştirak etməmişdir. Polis əməkdaşları Yunisi saxlayarkən o iştirak etməmişdir. O, xatırlamadığı tarixdə Şahid5 adlı şəxsin narkotik vasitələrin istifadə və saxlanılmasında şübhəli şəxs qismində tutulmasında iştirak etmişdir. Onlar Şahid5 saxlayaraq Gəncə şəhər 1-ci polis şöbəsinə gətirmişlər və Şahid5 üzərinə şəxsi axtarış keçirilən zaman müstəntiqin sözügedən narkotik vasitələri haradan əldə etməsi barədə sualına cavab olaraq adıkeçən narkotik vasitələri Yunis adlı şəxsdən pul qarşılığında aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Sayəddin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla hər hansı bir münasibəti olmamışdır.03 iyun 2022-ci il tarixdə Tovuz şəhəri, Xəqani küçəsi, ev 6, mənzil 11-də qeydiyyatda olmaqla Gəncə şəhəri Atatürk prospekti, 330 ünvanında fərdi yaşayış evində kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitə əldə edib üstündə saxlaması, üstündə gəzdirməsi, satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat vermiş sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra Şöbənin kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 iyun 2022-ci il tarixdə, saat 17:50-də Təqsirləndirilən şəxs Gəncə şəhəri, H.Əliyev küçəsi, “köhnə Nizami kinoteatrı”adlanan ərazidə olmasını müəyyən etmiş həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürmüş, ona yaxınlaşmış xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmiş və onu Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində X5 dəvət etdilmiş və Təqsirləndirilən şəxs təqdim edilmiş və o, ona təqdim olunmuş Rasim adlı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış etmiş paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın ön sağ cibindən 3 ədəd üzərində “ DREQO” yazılmış kibrit qutuları aşkar olunmuşdur. Həmin kibrit qutaları açılmış və içərisindəki tünd yaşıl rəngli, qurudulmuş halda, spesfik iyə malik, ilk baxışdan narkotik vasitə “marixuana”-ya oxşar kütlələr qablaşdırıldığı kibrit qutusu ilə birlikdə elektrontərəzidə çəkildi və 1-nin çəkisi 4.32 (dört tam yüzdə otuz iki), 2-nin çəkisi 4.34 ( dört tam yüzdə otuz dört) və 3-nün çəkisi 4.62 (dört tam yüzdə otuz iki) qram müəyyən edildi. Sonra 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparıldı. Qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalandı. Kütlə paketin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, möhürlənərək götürülmüşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid2 Şahid1 Sayəddin oğlu ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. O narkotik vasitə olan marixuana və tiryəki arabir istifadə edir. “Marixuana”-ya o və digər narkotik istifadəçiləri “nəşə” deyirlər. O marixuananı siqaretə doldurmaq yolu ilə çəkməklə qəbul edir. Lakin o heroin və patı adlandırılan narkotik vasitələri qəbul etmir. xx.xx.2022-ci il tarixində saat 13 radələrində o Gəncə şəhəri H.Əliyev küçəsində yerləşən parkın yaxınlığında imiş. Həmin ərazi Cavadxan küçəsinin hansısa dalanın Həsən Əliyev küçəsi ilə kəsişməsinə yaxın ərazidir. xx.xx.2022-ci il tarixində saat 13:30-da mən yuxarıda qeyd etdiyi ərazidə olan zaman iki nəfər mülki geyimli şəxs mənə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olduğum üçün Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirmişlər. Orada maddi imkanım olmadığından dövlət hesabına hüquqlarımın müdafiə edilməsi üçün ona dövlət hesabına vəkil təyin edilmiş və vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əyninəki qara rəngli cins şalvarın ön sağ cibində saxladığı narkotik vasitə olan kibrit qutusunda satın aldığı, dolu vəziyyətdə olan marixuana və göy rəngli siqaret kağızına bükülmüş halda satın aldığı tiryək aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürlümüş bir ədəd kibrit qutusuna yığılmış marixuna və göy kağıza bükülmüş tiryək elektron tərəzidə çəkilmişdir. İçərisində “marixuna” olan həmin kibrit qutusunun ümumi çəkisi 4.62(dört tam yüzdə altmış iki) qram gəlmişdir. İçərisində tiryək olan göy rəngli siqaret kağız bükümü isə həmin kağızla birlikdə 0.54 qram(sıfır tam yüzdə əlli dört) qram gəlmişdir. Sonra həmin kütlələr ayrı-ayrı zərflərə qablaşdırılaraq ağzı möhürlənmişdir. O və digər iştirakçılar həmin zərfı imzalamışlar. O üzərindən aşkar olunmuş tiryəki xx.xx.2022-ci il tarixində Gəncə şəhəri Metallurq stadionu adlanan ərazinin yaxınlığında Yunis adlı şəxsdən 5 manata satın almışdır. Üzərindən aşkar olunan bir kibrit qutusu marixuananı isə xx.xx.2022-ci il tarixində saat 12 radələrində Yunis adlı şəxsdən Gəncə şəhəri H.Əliyev küçəsində polislər tərəfindən saxlanıldığı ərazinin yaxınlığında “Nizami kino teatrı” adlanan ərazidə 30(otuz) manata satın almışdır. Onun hazırda Yunisə 10 manat borcum vardır. Beləki bir kibrit qutusu marixuananın qiyməti 40 manatdır. O isə həmin marixuananı 30 manata satın alıb 10 manat borclu qalmışdır. O həmin narkotik vasitələrin heç birindən istifadə edə bilməmişdir, polis əməkdaşları onu saxlamışlar. O tiryəki və marixuananı şəxsi istifadə üçün satın almışdır. O heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışa və heç kimə pay verməmişdir. O satın aldığı tiryək və marixunanı şəxsi istifadəsi üçün əldə etmişir. O heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Şəxsi istifadə üçün tiryək və marixuananı üzərində saxlamışdır. O Yunisi Vahid adlı şəxsin vasitəsilə tanımışdır. Vahid ilə təsadüfən tanış olmuşdur. Vahidin tam adını, ünvanını və ya mobil nömrəsini bilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər, Nizami rayon məhkəməsinin 05 iyun 2022-ci il tarixli, 4(044)-97/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəəli 03 iyun 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin 30 iyul 2022-ci il tarixli, 4(125)-51/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 02 ay müddətinə yəni 03 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 iyul 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə Şəhər BPİ 1-ci PŞ-nin TB-nin baş təhqiqatşısı polis mayoru X17 , Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ-nin CAB-nin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkili, polis kapitanı Şahid3 1-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, müdafiəçi X3 iştirakı ilə Şahid5 üzərinə baxış keçirilir. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Şahid5 hüquqi yardım almaq, şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid5 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Şahid5 üzərinə şəxsi axtarış keçirildi.Şəxsi axtarış zamanı Şahid5 əynində olan tünd qara rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd üzərində “ DREQO” yazılmış kibrit qutusu, bir ədəd göy rəngli siqaret kağız aşkar olundu. Kibrit qutusu açıldıqda içində spesfik iyə malik, tünd yaşıl rəngli, qurudulmuş halda olan narkotik vasitə “marixuana”-ya bənzər bənzər kütlə aşkar olundu. Həmin kibrit qutusu elektron tərəzidə çəkildi 4.62 ( dört tam yüzdə altmış iki) qram gəldi. Göy rəngli siqaret kağızına bükülmüş kütlə açıldıqda içindən tünd qəhvəyi rəngli, elastik quruluşlu narkotik vasitə “tiryək”-ə bənzər kütlə aşkar olundu. Həmin kütlə qablaşdırıldığı siqaret kağızı ilə birlikdə elktron tərəzidə çəkildi və ümumi çəkisi 0.54 ( sıfır tam yüzdə əlli dört) qram müəyyən edildi.Sonra 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparıldı. Qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalandı. Kütlə paketin içərisinə qoyulduqdan sonra ağzı bağlandı, möhürlənərək götürüldü.Şəxsi axtarış zamanı Şahid5 üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya,predmet aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 sentyabr 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə Şəhər 1-ci PŞ-nin baş təhqiqatçı, polis mayoru X9, Daxili İşlər Nazirliyinin Gəncə Şəhər BPİ-nin 1-ci PŞ-nin baş əmliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Səyfəddin oğlunun, Gəncə Şəhər 1-ci PŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqi yardım almaq, şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın ön sağ cibindən 3 ədəd üzərində “ DREQO” yazılmış kibrit qutuları aşkar olundu. Həmin kibrit qutaları açıldı və içərisindəki tünd yaşıl rəngli, qurudulmuş halda, spesfik iyə malik, olk baxışdan narkotik vasitə “marixuana”-ya oxşar kütlələr qablaşdırıldığı kibrit qutusu ilə birlikdə elektrontərəzidə çəkildi və 1-nin çəkisi 4.32 (dört tam yüzdə otuz iki), 2-nin çəkisi 4.34 ( dört tam yüzdə otuz dört) və 3-nün çəkisi 4.62 (dört tam yüzdə otuz iki) qram müəyyən edildi. Sonra 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparıldı. Qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalandı. Kütlə paketin içərisinə qoyulduqdan sonra ağzı bağlandı, möhürlənərək götürüldü.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya,predmet aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 avqust 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə Şəhər 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X17 , Daxili İşlər Nazirliyinin Gəncə Şəhər 1-ci PŞ-nin baş əməliyyat müvəkili, polis baş leytenantı Şahid1 Seyfəddin oğlunun, Gəncə Şəhəri 1-ci PŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2, müdafiəçi X1, iştirakı ilə Təqsirləndirilən şəxs yaşayış yerinə baxış keçirilir. Təqsirləndirilən şəxs qeyd olunan bir otaqlı fərdi yaşayış evindəki giriş qapısının qarşısında sol tərəfdə divarın qarşısında küncdə yerləşən bir nəfərlik dəmir yatağın sağ tərəf qutaracağında yerdə saxladığı ağ rəngli sellofan torbanı göstərərək həmin torbada olan paltarların altında narkotik vasitə“ tiryək” və 1 ədəd kibrit qutusunda qablaşdırıldığı “marixuana“ saxladığını bildirdi. Həmin ağ rəngıli sellofan torba açılaraq içərisindəki Təqsirləndirilən şəxs məxsus geyimlər çıxarıldıqdan sonra bir ədəd şəffaf sellofan torbaya bükülərək üzəri şəffaf yapışqan lentlə bağlanmış kütlə aşkar olundu. Həmin başlamanın kənarı açıldı və içindən elastik, spesifik iyə malik, narkotik vasitə “ tiryək”-ə bənzər kütlə aşkar olundu. Qeyd olunan bağlama içərisindəki kütlə ilə birlikdə elektron asılqanlı tərəzidə çəkildi və ümumi çəkisi 1390(bir min üç yüz doxsan) olması müəyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs kirayə yaşadığı evdən “marixuana” aşkar edilmədi. Təqsirləndirilən şəxs baxış zamanı evdə kibrit qutusunda saxladığı marixuananı özü ilə götürdüyünü və şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitə ilə eyni oğluduğunu bildirdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 iyun 2022-ci il tarixli “üzləşdirmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid5 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2022-ci il tarixdə ondan 40 manat müqabilində narkotik vasitə aldığını bildirmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəməbioloji ekspertizasının 04 iyun 2022-ci il tarixli 16/644 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2022-ci il tarixdə şəxsi axtarış zamanı vət. Şahid5 üzərində aşkar olunmuş “sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,361 qram maddə,xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2022-ci il tarixdə şəzsi axtarış zamanı vət. Şahid5 üzərindən aşkar edilmi9ş kibrit qutulrında...” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 1,56 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-bioloji ekspertizasının 04 iyun 2022-ci il tarixli 16/645 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2022-ci il tarixdə baxış zamanı vət. Təqsirləndirilən şəxs kirayə yaşadığı Gəncə şəhər Atatürk prospekti 330 ünvanında yerləşən fərdi yaşayış evindən aşkar olunmuş vət. Təqsirləndirilən şəxs məxsus qablaşdırıldığı sellofan torba ilə birlikdə ümumi çəkisi 1.390( bir min üç yüz doxsan) qram çəkidə tiryəkə bənzər kütlə..” yazıları və imzaları olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 1(bir) ədəd qara rəngli polietile torbada olan digər səffaf polietilen torbada təmiz çəkisi 1375 qram maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2022-ci il tarixdə şəzsi axtarış zamanı vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazıları və imzalar olan kağız paketdəki, 3(üç) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1,26 qram, 1,28 qram, 1,56 qram, ümumi təmiz çəkisi 4,1 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təddqiqata təqdim edilmiş 2(iki) ədəd kağız paketlərdə olan tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 2(iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli 1142 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixli hökmü ilə CM-nin 83 maddəsinin 3-cü hissəsi və 215-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə edilməklə 04 il azadlıqdan məhrum etmə, Bakı şəhər Nərimanov Xalq Məhkəməsinin 28.02.200-ci il tarixli hökmü ilə CM-nin 93- 3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə Bakı şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunub. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarıb və həmin müddətdən 2(il) keçib. Odur ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 18.4.1 və 83.3.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməmiş və məhkmuluq ödənilmiş hesab olunmuşdur . Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 22 iyun 2022-ci il tarixli 3825 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserindən verilmiş 20 iyun 2022-ci il tarixli 2654 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkiləri 1374.8 qram narkotik vasitə olan tiryək və 4.04 qram narkotik vasitə olan qurudulmuş marixuana və Şahid5 üzərin aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkiləri 0.291 qram narkotik vasitə olan tiryək və 1,52 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Şahid5 üzərində şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı və kirayə yaşadığı evində axtarış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında ona elan olunmuş ittihmda qeyd olunan narkotik vasitələrin ona məxus olmamasına, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasına, aşkar olunan narkotik vasitələrin polis əməkdaşlarının özü tərəfindən qoyulmasına dair xüsusatlara tənqidi yanaşır, sözügeden xüsusatlar məhkəmə istintaqı zamanı danılmaz sübutlarla ( təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, narkotik vasitəni Təqsirləndirilən şəxs pul qarşılığında almış Şahid5 ifadəsi, tutulma və şəxsi axtarış, baxış, götürnə istintaq hərəkətlərində iştirak etmiş polis əməkdaşlarının ifadələri, Şahid5la Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin və digər istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, əməliyyataxtarış subyektinin məlumatları və.s) tam təkzib edilmişdir. İş materiallarında olan 24 iyun 2022-ci il tarixli “üzləşdirmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid5 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2022-ci il tarixdə ondan 40 manat müqabilində narkotik vasitə aldığını bildirmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-bioloji ekspertizasının 04 iyun 2022-ci il tarixli 16/645 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2022-ci il tarixdə baxış zamanı vət. Təqsirləndirilən şəxs kirayə yaşadığı Gəncə şəhər Atatürk prospekti 330 ünvanında yerləşən fərdi yaşayış evindən aşkar olunmuş vət. Təqsirləndirilən şəxs məxsus qablaşdırıldığı sellofan torba ilə birlikdə ümumi çəkisi 1.390( bir min üç yüz doxsan) qram çəkidə tiryəkə bənzər kütlə..” yazıları və imzaları olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 1(bir) ədəd qara rəngli polietile torbada olan digər səffaf polietilen torbada təmiz çəkisi 1375 qram maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2022-ci il tarixdə şəzsi axtarış zamanı vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazıları və imzalar olan kağız paketdəki, 3(üç) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1,26 qram, 1,28 qram, 1,56 qram, ümumi təmiz çəkisi 4,1 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təddqiqata təqdim edilmiş 2(iki) ədəd kağız paketlərdə olan tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 2(iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o, həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana və tiryək narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram və ondan yuxarı və tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı 0,5 qram və ondan yuxarı, külli miqdarı isə 50 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsini rəhbər tutub, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirəgörə məsuliyyət və ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Təqsirləndirilən şəxs islah olunmasına nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə Məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli 1142 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkiləri 1374.8 qram narkotik vasitə olan tiryək və 4.04 qram narkotik vasitə olan qurudulmuş marixuana və Şahid5 üzərin aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkiləri 0.291 qram narkotik vasitə olan tiryək və 1,52 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Şahid5 üzərində şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı və kirayə yaşadığı evində axtarış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlanc anbarında saxlanca verilmiş ekspertiza tədqiqindən sonra Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkiləri 1374.8 qram narkotik vasitə olan tiryək və 4.04 qram narkotik vasitə olan qurudulmuş marixuana və Şahid5 üzərin aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkiləri 0.291 qram narkotik vasitə olan tiryək və 1,52 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Şahid5 üzərində şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” disk və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı və kirayə yaşadığı evində axtarış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X10 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 97 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili X6 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 582 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 129 manat 60 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 06 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlanc anbarında saxlanca verilmiş ekspertiza tədqiqindən sonra Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkiləri 1374.8 qram narkotik vasitə olan tiryək və 4.04 qram narkotik vasitə olan qurudulmuş marixuana və Şahid5 üzərin aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkiləri 0.291 qram narkotik vasitə olan tiryək və 1,52 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin və xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Şahid5 üzərində şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” disk və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı və kirayə yaşadığı evində axtarış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 129 manat 60 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 97 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X6 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 582 manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar