Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-240/2020 25.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 oğlunun katibliyi,dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Çinqiz qızının və Zərərçəkmiş şəxs2, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 2000-ci il tarixdə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla tutulanadək Bərdə rayonunun Qaradəmirçi kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxx N0-ci il tarixdə, saat 01:00 radələrində bacısı Zərərçəkmiş şəxs1 yaşadıqları, Bərdə rayonunun Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında mobil telefon vasitəsilə istintaqa məlum olmayan şəxslərlə danışması və həmin şəxslərlə yaxın münasibətdə olmasından şübhələnib Zərərçəkmiş şəxs1 şillə ilə vurduqdan sonra qısqanclıq zəminində onu öldürmək qərarına gəlmiş, lakin evdə yatan digər şəxsləri narahat etməmək üçün səhərin açılmasını gözləyərək səhər saatlarında öz cinayətkar niyyətini həyata keçirməkdən ötrü işə getməmiş, Zərərçəkmiş şəxs1 qardaşının onu vurması səbəbi ilə həmin gün, saat 11:06 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etdiyindən həmin müraciətdən təxminən 15 dəqiqə sonra yaşadıqları evin həyətinə gələn Bərdə rayon polis şöbəsinin əməkdaşlarını görüb onların yanında dayanmış bacısı Zərərçəkmiş şəxs1 sonuncunun 2013-cü il təvəllüdlü qızı Şahid9 gözləri qarşısında hər ikisinə xüsusi əzab və işgəncə verdiyini dərk edib bunu arzu edərək və qaçıb canını qurtarmaq istəməsinə məhəl qoymayıb müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək qəsdən öldürmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib yaşadığı evin qonaq otağında saxladığı, tiyəsinin uzunluğu 150 mm, dəstəyinin uzunluğu 125 mm olan, zavod üsulu ilə hazırlanmış, qatlanan ov tipli, deşici-kəsici xassəyə malik, həmin vaxtı əynində olan şalvarın arxa hissəsində kəmərin altında gizlədərək üzərində gəzdirdiyi, soyuq silah hesab olunan bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə zərbə endirmiş, bu zaman hadisə yerində olan polis əməkdaşı, Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Zərərçəkmiş şəxs2 onun şalvarının sol yanından tutub Zərərçəkmiş şəxs1 öldürülməsinin qarşısını almaq istədikdə həmin vaxt xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs2 da qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs2 bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyəyə həmin bıçaqla bir dəfə zərbə endirərək sonuncuya soltərəfli hemotoraksla müşayiət olunan, dalağın yaralanması ilə döş qəfəsinin sol aşağı yan divarının daxilə keçən kəsilmiş-deşilmiş torakoabdominal yara, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs2 müqavimətini qırıb öz cinayətkar əməlini davam etdirərək Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla daha iki dəfə zərbə endirib sonuncuya sol çiyin, sol kürəkaltı, sol bel nahiyələrinin daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə iki şəxsi, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etmiş, lakin Zərərçəkmiş şəxs2, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 və adları istintaqa məlum olan digər polis əməkdaşları fəal müqavimət göstərməklə növbəti zərbələr yetirməsinə imkan verməyib onu qollarını tutmaqla, bədənin müxtəlif hissələrindən qucaqlayaraq zərərsizləşdirdiklərindən, habelə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında “Bərdə rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinə hadisə yerində olan polis əməkdaşları tərəfindən çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatları xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silahla Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, Zərərçəkmiş şəxs2 isə xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürməyə, yəni iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona Аzərbаycаn Rеspublikаsı CM-nin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, atası Şahid5, anası Şahid6, bacısı Zərərçəkmiş şəxs1, bacısının azyaşlı qızı Fatimə və qardaşı Şahid8 ilə birlikdə Bərdə rayonunun Qaradəmirçi kəndində yaşayır. Bundan başqa digər bacısı Şahid7 təxminən 3-4 il əvvəl Ağdam rayon sakini Sərxan adlı şəxs ilə ailə həyatı qurmuş və həmin tarixdən Ağdam rayonunda yaşamağa başlamışdır. Bununla belə bacısı Sevincin ailəsinin onların yaşadıqları evə yaxın məsafədə yerləşən başqa evləri də var. Bacısı Zərərçəkmiş şəxs1 təxminən 8 il əvvəl Mingəçevir şəhər sakini Qabil Rüstəmov ilə rəsmi şəkildə ailə həyatı qurmuş, ancaq bacısının əri Qabil ilə münasibətləri pisləşdiyi üçün onlar təxminən 5 il əvvəl boşanmışlar. X5 ilə birgə nikahından dünyaya gəlmiş Fatimə azyaşlı olduğu üçün anasının, yəni bacısı Vüsalənin himayəsinə verilmişdir. Bacısı Vüsalə boşandıqdan sonra qızı ilə ailəsinin yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən evdə onlarla birlikdə yaşamağa başlamışdır. O, 2018-ci ilin oktyabr ayında hərbi xidmət yaşı çatdığı üçün hərbi xidmətə yollanmış və 1 il 6 ay müddətində Dövlət Sərhəd Xidmətinin Xızı rayonunun Sitalçay qəsəbəsində yerləşən hərbi hissədə xidmətdə olmuşdur. N0-ci ilin aprel ayında onun hərbi xidmət müddəti başa çatsa da, dünyada yayılmış COVİD 19 pandemiyası ilə əlaqədar olaraq bir qədər gec, yəni xx xxxxx N0-ci il tarixdə tərxis olunub ehtiyata buraxılmışdır. Həmin vaxtdan Bərdə rayonunun Qaradəmirçi kəndinə gəlmiş və yaşadığı kənd ərazisindən keçən su kanalının yaxınlığındakı ot bazarında fəhlə kimi işləməklə özünü dolandırmışdır. O, hərbi xidmətdən qayıtdıqdan sonra bacısı Vüsalənin davranışları və hərəkətləri ilə özünü əvvəlki kimi aparmadığından, bacısının düzgün yolda olmadığından və etdikləri ilə ailəsinin namusuna xələl gətirdiyindən şübhələnmişdir. Belə ki, o, bacısı Vüsalənin tez-tez mobil telefonla danışdığını, əvvəllər özünə xas olmayan hərəkətlər etdiyini müəyyənləşdirmişdir. Təxminən 1 həftə əvvəl bacısının düzgün yolda olmaması ilə bağlı onunla bu barədə danışmaq məqsədilə Vüsalənin qaldığı otağa daxil olmuş və etdiklərinin sonunun olmadığını, düzgün yola qayıtmasını bildirməklə Vüsaləyə xəbərdarlıq etmişdir. Ancaq Vüsalə onun xəbərdarlığına məhəl qoymamışdır. xx xxx N0-ci il tarixdə təxminən saat 01:00 radələrində o, işdən yaşadığı evə gəlmiş və Vüsalənin oyaq olduğunu, mobil telefonu ilə yazılar yazdığını görmüşdür. O, Vüsalədən nə üçün yatmamasının səbəbini soruşduqda, Vüsalə ona yuxusu gəlmədiyini demişdir. Daha sonra o, otaqdan çıxıb getmiş, bir qədər sonra geri qayıtdıqda isə Vüsalənin hələ də yatmadığını görmüşdür. Həmin vaxt Vüsalənin başqa şəxslər ilə mobil telefon vasitəsilə yazışmalar aparmasından şübhəyə qapılıb Vüsalədən mobil telefonunu ona verməsini tələb etmişdir. Bu zaman hətta Vüsaləyə sifət nahiyəsindən bir dəfə şillə də vurmuşdur. Vüsalə, əvvəlcə, mobil telefonunu verməkdən imtina etsə də, sonradan o, zorla Vüsalənin mobil telefonunu əlindən almışdır. Mobil telefona baxmaq istəyən zaman telefonun ekranının kod ilə bağlı olduğunu görüb Vüsalədən kodu açmasını tələb etmişdir. Buna baxmayaraq Vüsalə mobil telefonun kodunu açmamış, bu səbəbdən o, mobil telefonu özündə saxlayaraq Vüsaləyə geri qaytarmamışdır. Həmin gecə Vüsalə ilə söhbət edib əgər evlənmək məqsədilə hər hansı şəxs ilə əlaqə saxlayırsa, ona heç bir şey etməyəcəyini bildirmişdir. Vüsalə isə ayaqlarına düşərək səhv etdiyini demiş və mobil telefonunu qaytarması üçün yalvarmağa başlamışdır. Buna görə də onun həmin gecə Vüsalə ilə heç bir işi olmamışdır. xx xxx N0-ci il tarixdə təxminən saat 11:20 radələrində nənəsi Şahid10 onu çağıraraq təxminən 4-5 nəfər polis əməkdaşının yaşadıqları evin önünə gəldiyini və onu axtardıqlarını bildirmişdir. O da dərhal bacısı Vüsalənin otağına gedib polis əməkdaşlarını onun çağırıb-çağırmadığını soruşmuşdur. Vüsalə isə ona heç bir polis əməkdaşını yaşadıqları ünvana çağırmadığını demişdir. Bundan sonra o, evin həyətinə çıxaraq polis əməkdaşlarının yaxınlaşdığını görmüş, buna görə də evin səliqəsiz vəziyyətdə olmasını bəhanə gətirməklə özünün onlara yaxınlaşacağını söyləmişdir. Bu zaman polis əməkdaşları ona bacısı Vüsalənin çağırışına əsasən həmin ünvana gəldiklərini demişlər. Bundan sonra o, evə daxil olmuş və qonaq otağında yerləşən qabın içərisində saxladığı bıçağı götürmüşdür. Həmin bıçaq qatlanan tipli olduğundan bıçağı açaraq şalvarının arxa tərəfində – kəmərinin altında gizlətmişdir. O, həmin bıçağı təxminən 7-8 il əvvəl Bakı şəhərində olarkən “20 Yanvar” metrostansiyasının yaxınlığındakı “Ovçular” mağazasından almış və həmin vaxtdan yaşadığı evdə saxlamışdır. Daha sonra yenidən evin həyətinə çıxdıqda Vüsalənin artıq polis əməkdaşlarının arxa tərəfində dayandığını görmüşdür. Həmin vaxtı özünün əynində qara rəngli şalvar, qara rəngli köynək, Vüsalənin əynində isə qara rəngli əba adlanan geyim növü olmuşdur. O, bundan sonra hadisənin dəqiq hansı axarda davam etdiyini xatırlamamışdır. Ancaq xatırladığı qədəri ilə o, polis əməkdaşlarının yaxınlığında dayanan Vüsaləyə yaxınlaşmış, Vüsalə isə onun yaxınlaşmasını görüb qaçmağa başlamışdır. O, Vüsalənin arxasınca düşüb onu yaxalamış və kəmərinin altında gizlətdiyi bıçağı çıxararaq Vüsaləyə bir neçə dəfə xəsarət yetirmişdir. Bundan sonra özünü itirdiyindən baş verənlər onun yadında qalmamışdır. Ancaq Bərdə rayon polis şöbəsinin avtomobilində olan zaman avtomobilin içərisindəki polis nəfərlərindən biri ondan sonradan adını bildiyi polis əməkdaşı Zərərçəkmiş şəxs2 nə üçün xəsarət yetirməsinin səbəbini soruşmuşdur. O isə hadisə zamanı yalnız bacısı Vüsaləyə xəsarət yetirməsini xatırladığını, hər hansı polis əməkdaşına xəsarət yetirməsi barədə isə heç bir şeyin xatirində olmadığını söyləmişdir. Həmçinin, o, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, onun nə bacısı Vüsaləni, nədə ki, polis əməkdaşı Zərərçəkmiş şəxs2 öldürmək fikri olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonunun Qaradəmirçi kəndində yaşayır. 2012-ci ildə anası Mətanətin əmisi oğlu Qabil Rüstəmov ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onun 2013-cü ildə Şahid9 adlı qız övladı dünyaya gəlmişdir. Evlənən zaman onun 18, həyat yoldaşı Qabil Rüstəmovun isə 32 yaşı olmuşdur. O, Qabil Rüstəmov ilə öz razılığı əsasında evlənməmiş, ailəsinin razılığı ilə ailə qurmuşdur. Evləndikdən sonra o, bir müddət Qabil ilə normal ər-arvad münasibətlərində yaşasa da, sonradan onların münasibətləri getdikcə pisləşməyə başlamışdır. Belə ki, evləndikdən təxminən bir ay sonra ona işi olduğunu deyərək Qabil tez-tez axşamlar evə gəlməmişdir. Bu dövrdə onun mobil telefonuna Təhminə adlı tanımadığı qadın zəng edərək Qabilin arvadı olduğunu və Qabil ilə nikahından iki övladı olduğunu bildirmişdir. O da həmin dövrdə Qabildən boşanmaq qərarına gəlmiş və 2014-cü ilin avqust ayında Ağdam rayon məhkəməsinin qətnaməsi ilə ərindən rəsmi şəkildə boşanmışdır. Boşanmazdan təxminən 2-3 ay əvvəl Qabil ilə yaşadığı Mingəçevir şəhərindən Bərdə rayonunun Qaradəmirçi kəndinə gəlmiş və qızı Fatimə ilə birlikdə ailə üzvləri olan atası Çingiz, anası Mətanət, qardaşları Elçin və Pərviz, bacısı Sevinc ilə yaşamağa başlamışdır. O, təxminən bir il əvvəl internet vasitəsilə Xaçmaz rayonu Mürşüdoba qəsəbəsində yaşayan Şahid11 ilə tanış olmuşdur. Azər ilə tanış olub münasibət yaratdıqdan sonra Azər ona əvvəllər evli olub boşandığını, üç övladı olduğunu və ciddi şəkildə onu tanımaq istəyib ailə qurmaq niyyətində olduğunu bildirmişdir. Azər ilə tanış olduqdan təxminən 5-6 ay sonra Azər barəsində ailəsinə danışmış və Azərin onunla ciddi şəkildə ailə qurmaq istəməsi barədə məlumat vermişdir. Daha sonra 2019-cu ilin noyabr ayında, əvvəlcə, Azər tək şəkildə, sonralar isə anası ilə birlikdə Bərdə rayonunun Qaradəmirçi kəndinə gəlmişdir. Həmin vaxt Azər və anası ilə onun öz anası Mətanət arasında tanışlıq məqsədilə söhbət aparılmış və münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı ilkin razılıq əldə olunmuşdur. Lakin həmin vaxt qardaşı Elçin Xızı rayonunda hərbi xidmətdə olduğundan Elçinə Azər barəsində məlumat verməmiş, yalnız Elçinin yanına görüşməyə gedən zaman atası Çingiz qardaşına Azərin onu istədiyini və ciddi fikirdə olduğunu demişdir. Qardaşı Elçin isə ailələrin bir-birini tanımasına heç bir etiraz etməmişdir. Həmin gün o, Azərə bu barədə məlumat verdiyindən Azərin özü bir neçə saat sonra Elçinin xidmət etdiyi hərbi hissəyə getmiş və Elçin ilə söhbət etmişdir. Söhbət zamanı Azər Elçinə əsas söz sahibinin atası Çingiz olduğunu demişdir. Bu söhbətlərdən sonra o, mobil telefon vasitəsilə Azər ilə olan münasibətini davam etdirmiş, ancaq heç vaxt Azər ilə ailəsinin xəbəri olmadan ikilikdə görüşməmişdir. xx xxxxx N0-ci il tarixdə qardaşı Elçin hərbi xidmətdən qayıtmışdır. Elçin hərbi xidmətdə olan zaman onunla Azər yaranmış dini məzhəb fərqi ilə bağlı məsələyə görə və ailəsinin Azər ilə bu səbəbdən münasibətinə qarşı çıxmasına görə ona ümumiyyətlə Azərlə münasibəti kəsməsini bildirmişdir. Buna baxmayaraq Azər ona müxtəlif məzmunlu ismarıclar yazmağa davam etmiş və münasibəti sonlandırmaq istəməmişdir. O isə sonuncu dəfə xx xxx N0-ci il tarixdə Azərə ismarıc yazıb dalaşmış və ondan ayrılmışdır. Lakin Azər onun mobil telefonuna mesajlar yazmağa davam etmiş və ondan ismarıclarına cavab verməsini xahiş etmişdir. xx xxx N0-ci il tarixdən xx xxx N0-ci il tarixə keçən gecə təxminən saat 00:30 radələrində Elçin işdən evə gələrək onun yatmadığını və mobil telefonu ilə oynadığını görüb niyə yatmamasının səbəbini soruşmuşdur. O isə Elçinə yuxusu gəlmədiyini və videolara baxdığını demişdir. Bunun ardınca Elçin mobil telefonunun kodunu açaraq ona verməsini tələb etmişdir. O, telefonunu Elçinə verməkdən imtina etdiyi üçün Elçin onun sifət nahiyəsindən bir dəfə şillə ilə vurmuşdur. Daha sonra Elçin mobil telefonu zorla onun əlindən almış və ekranın kod ilə bağlı olduğunu görüb ondan kodu açmasını tələb etmişdir. O, kodu açmadığına görə Elçin telefonu özündə saxlayıb ona geri qaytarmamışdır. Bu zaman o, Elçinə yalvarıb telefonu qaytarmasını istəmişdir. xx xxx N0-ci il tarixdə səhər saatlarında o, yuxudan oyanıb qardaşının onun mobil telefonunu qaytarmadığını görmüş və bu səbəbdən saat 11:00 radələrində Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə müraciət edərək qardaşının onu döyməsi barədə məlumat vermişdir. Bundan 10-15 dəqiqə sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadıqları ünvana gəlmişdir. Nənəsi Şəkurə qardaşı Elçinə polis əməkdaşlarının gəlməsi barədə xəbər vermişdir. Elçin də evin həyətinə çıxıb polis əməkdaşlarına evin səliqəsiz vəziyyətdə olmasını demiş və evə daxil olub siqaret götürərək gələcəyini bildirmişdir. Elçin evə daxil olan zaman o, Elçinin qarşısından keçib çölə çıxaraq polis əməkdaşlarının yanına getmişdir. Elçin də təxminən bir dəqiqə sonra evdən çölə çıxmışdır. Polis əməkdaşlarından sonradan adının Eşqin olmasını bildiyi şəxs qardaşı Elçindən onun mobil telefonunu qaytarmasını tələb etmişdir. Elçin isə polis əməkdaşlarına “Mənim bacımdır” sözlərini demişdir. Polis əməkdaşları Elçinə təkid edən zaman o, Elçinin üzünə baxmış və bu zaman Elçinin çox dəyişik vəziyyətdə, sanki təsir altında olduğunu görmüş, qardaşının üzərində bıçaq ola biləcəyini hiss etmişdir. Buna görə də dayandığı yerdən qaçmağa başlamışdır. Həmin vaxt Elçin onun arxasınca düşərək həyətdə yerləşən hamam otağının qapısı qarşısında onu yaxalayıb sol çiyin, sol kürək və sol bel nahiyələrindən üç dəfə bıçaqla xəsarət yetirmişdir. O, həmin zərbələrin təsirindən yerə yıxılmışdır. Həmin vaxt artıq polis əməkdaşları da onlara yaxınlaşmışdır. Anidən görmüşdür ki, Elçin polis əməkdaşı Eşqini də bıçaqla vurdu. Həmin polis əməkdaşının sol yanından xəsarət aldığını görmüşdür. O, məlumat üçün hadisə zamanı Elçinin əlində olan bıçağın evdə qonaq otağındakı qabın içərisində saxlanılan bıçaq olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları ona yardım edərək avtomobilə əyləşdirib Bərdə rayon mərkəzi xəstəxanasına aparmışlar. Bundan başqa o, hadisə zamanı üzərində qara rəngli uzun köynək, qara rəngli kalqotkanın olduğunu, həmin paltarların tibbi müdaxilə zamanı əynindən çıxarıldığını, hadisə zamanı özündən və Zərərçəkmiş şəxs2 başqa hər hansı şəxsin xəsarət alması barədə məlumatı olmadığını, Şahid11 başqa hər hansı şəxs ilə münasibətinin olmadığını, hadisə vaxtı evin həyətində özündən, qardaşı Təqsirləndirilən şəxs və polis əməkdaşlarından başqa hər hansı şəxsin olub-olmamasını xatırlamadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, Elçinin nə onu, nə də ki, polis məkdaşı Zərərçəkmiş şəxs2 öldürmək fikri olmamışdır. Belə ki, o, hadisə zamanı qardaşı Təqsirləndirilən şəxs onu bıçaqla vurması nəticəsində deyil, özü qorxudan dizləri üstündə yerə yıxılmışdır. Qardaşı Təqsirləndirilən şəxs ona polis əməkdaşlarından daha tez çatmışdır. O, qardaşı Təqsirləndirilən şəxs onu öldürmək istəsə, bıçaqla daha möhkəm və həyat üçün təhlükəli olan orqanından vura biləcəyini demişdir. Həmçinin, qardaşı Təqsirləndirilən şəxs ona xəsarət yetirməsinə polis əməkdaşlarının da səhlənkarlıqları olmuşdur. Belə ki, polis əməkdaşları vaxtında Təqsirləndirilən şəxs qarşısını almamışdır. Bundan başqa o, qardaşı Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsinin səbəbinin onun polis əməkdaşlarına qardaşı tərəfindən döyülməsi barədə verdiyi məlumat olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonunun Əyricə kəndində yaşayır. 2019-cu ildən Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində işləyir, polis mayorudur. Onun xidməti vəzifəsi icraatına daxil olan araşdırma materialları üzrə araşdırma aparmaqdan və qanunamüvafiq şəkildə qərar qəbul etməkdən ibarətdir. O, gündəlik şəkildə işə gedib-gəlməkdən başqa həftədə bir dəfə olmaqla PŞ-də növbətçi hissənin əməliyyat qrupunun tərkibində xidmət edir. xx xxx N0-ci il tarixdə təxminən saat 09:00 dəqiqədə xidmətə başlamışdır. Həmin gün əməliyyat qrupunun tərkibinə onun özündən başqa polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahid4 və Növbətçi hissənin sürücüsü Şahid2 da daxil olmuşdur. Təxminən saat 11:00 radələrində Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə Bərdə rayonunun Qaradəmirçi kəndində yaşayan Zərərçəkmiş şəxs1 müraciət edərək qardaşı Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Buna görə də o, dərhal adlarını qeyd etdiyi polis əməkdaşları ilə birlikdə əməliyyat qrupunun tərkibində qeyd olunan ünvana yollanmışdır. Zərərçəkmiş şəxs1 yaşadığı ünvana çatdıqda onları qapının önündə bir nəfər yaşlı qadın qarşılamışdır. Onlar xidməti avtomobildən yerə düşüb həmin qadından Təqsirləndirilən şəxs həmin ünvanda yaşayıb-yaşamadığını soruşmuşlar. Həmin qadın isə polis əməkdaşlarına Elçinin nənəsi olduğunu demiş və Elçini nə məqsədlə xəbər aldıqlarını soruşmuşdur. Şəkurə adlı həmin xanım onu və digər polis əməkdaşlarını yaşadığı evə dəvət etmiş, eyni zamanda səs-küy salmağa başlamışdır. Bu səbəbdən o, həmin qadına Zərərçəkmiş şəxs1 qardaşı tərəfindən döyülməsi ilə bağlı DİN-in 102 zəng mərkəzi xidmətinə müraciət olunması barədə məlumat vermişdir. Buna baxmayaraq həmin qadın səs-küy salmağa davam etdiyi üçün onlar yaxınlıqda xidmətdə olan polis əməkdaşı Şahid3 həmin ünvana çağırmışlar. Şahid3 da çağırışlarından təxminən 2-3 dəqiqə sonra onlar Şəkurə adlı qadının dəvəti ilə evibn həyətinə daxil olmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 azyaşlı övladı ilə birlikdə evin içərisindən həyətə çıxmış və onlara doğru qaçıb polis əməkdaşlarının arxa tərəfində gizlənmişdir. Bunun ardınca Zərərçəkmiş şəxs1 ondan qardaşının əlindən zorla aldığı mobil telefonunun özünə qaytarılmasını xahiş etmişdir. Bu zaman həyətdə yaranmış səs-küy çoxaldığından sonradan Təqsirləndirilən şəxs evin içərisindən çıxıb onlara yaxınlaşmış və nə üçün yaşadığı evin həyətinə gəldiklərini soruşmuşdur. O, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs1 döyülməsi barədə etdiyi müraciət əsasında gəldiklərini bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs bacısından zorla aldığı mobil telefonu qaytarmasını xahiş edərək izahat verməli olduğunu söyləmiş, Təqsirləndirilən şəxs isə mobil telefonun evdə olduğunu, buna görə də telefonu geri qaytarmaq məqsədilə gedib gətirəcəyini demişdir. O da Təqsirləndirilən şəxs ilə razılaşıb onun telefonu gətirməsi üçün evə daxil olmasına icazə vermişdir. Həmin vaxt həyətdə Zərərçəkmiş şəxs1 anası, bacısı, nənəsi və polis əməkdaşları olmuşdur. Təqsirləndirilən şəxs evə daxil olarkən anası və bacısı da arxasınca evə daxil olmuşlar. Təqsirləndirilən şəxs evə doğru gedərkən o, digər polis əməkdaşları ilə birlikdə evin giriş qapısı ilə üzbəüz vəziyyətdə, Zərərçəkmiş şəxs1 isə azyaşlı qızı ilə birlikdə onların yanında dayanmışdır. Təxminən 2 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs evdən həyətə qayıtmışdır. Təqsirləndirilən şəxs evdən çıxaraq onlara yaxınlaşmış və hərəkət edə-edə Zərərçəkmiş şəxs1 üzünə baxaraq onu öldürəcəyini demişdir. Buna görə də Zərərçəkmiş şəxs1 qorxub həyətin giriş darvazasının yanına tərəf qaçmışdır. Zərərçəkmiş şəxs1 qaçdığı yerdə hamam və tualet yerləşir. Zərərçəkmiş şəxs1 qaçmasının ardınca əvvəlcə onun azyaşlı qızı, daha sonra isə Təqsirləndirilən şəxs onun arxasınca qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs1 hamamın divarının yanına çatıb dayanmış və yerdə oturmuşdur. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 başının üzərində dayanmışdır. Bu zaman o, Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs əlində olan bıçaq ilə bacısına xəsarət yetirmək istədiyini görmüşlər. Onlar dərhal yaxınlaşıb Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını almaq istəyən zaman Təqsirləndirilən şəxs artıq azyaşlı qızının gözləri qarşısında Zərərçəkmiş şəxs1 bir dəfə bıçaqla xəsarət yetirmişdir. Həmin vaxt Şahid1 özünü yetirib Təqsirləndirilən şəxs arxadan, onun özü isə Elçini kəmərinin sol tərəfindən tutmuşdur. Onun və Şahid1 Təqsirləndirilən şəxs saxlamasına baxmayaraq, sonuncu bıçaq zərbələrini endirməyə davam etmiş, onların hərəkətindən hiddətlənib əgər buraxmasalar onları da öldürəcəyini bildirib əllərindən çıxmağa cəhd etmişdir. Lakin o Elçini bacısını bıçaqla öldürməsin deyə tutduğu üçün Elçin əlindəki soyuq silah hesab edilən bıçaqla var gücü ilə onun qoltuğunun altından ürəyinə doğru zərbə endirmişdir. Zərbənin təsirindən o, bir qədər özünü itirdiyinə görə bundan istifadə edən Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs1 daha iki bıçaq zərbəsi endirmişdir. Bu zaman Şahid1 mövcud vəziyyəti görüb sürücü Şahid2 səslənmişdir. Şahid2 və Şahid3 onu həmin yerdən kənarlaşdırmaq istəsələr də, o, özünü toplayaraq Təqsirləndirilən şəxs tutub saxlamışdır. Şahid2 və Şahid3 dərhal yaxınlaşıb Şahid1 saxladığı Təqsirləndirilən şəxs əlindən bıçağı almış və onu Şahid3 avtomobili ilə Bərdə rayon polis şöbəsinə aparmışlar. Digər polis əməkdaşları isə onu və Zərərçəkmiş şəxs1 xidməti avtomobil ilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmışlar. Həmin vaxt özü avtomobilin ön, Zərərçəkmiş şəxs1, onun anası və azyaşlı qızı isə arxa oturacaqda əyləşmişlər. Həkimlər tərəfindən ona və Vüsaləyə vaxtında, ixtisaslı tibbi yardım göstərildiyindən onların hər ikisinin həyatını xilas etmək mümkün olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdən Bərdə rayon polis şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkili vəzifəsində işləyir, polis leytenantıdır. Onun xidməti vəzifəsi ictimai təhlükəsizliyi və ictimai asayişi qorumaqdan ibarətdir. O, gündəlik işə gedib-gəlməkdən başqa həftə ərzində 1 dəfə şöbənin növbətçi hissəsinin əməliyyat qrupunun tərkibində xidmət göstərir. xx xxx N0-ci il tarixdə saat 09:00 dəqiqədən etibarən o, növbəti 24 saat ərzində əməliyyat qrupunun üzvü kimi xidmətə başlamışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Zərərçəkmiş şəxs2, İctimai Təhlükəsizlik Bölməsinin sahə müvəkkili, polis baş leytenantı Şahid4 və Növbətçi hissəsinin sürücüsü Şahid2 olmuşlar. Həmin gün saat 11:06 dəqiqədə Azərbaycan Respublikası DİN-in 102 xidmətindən Bərdə rayon polis şöbəsinin Növbətçi hissəsinə Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Zərərçəkmiş şəxs1 qardaşı Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə müraciəti daxil olmuşdur. Buna görə də o, dırhal əməliyyat qrupunun digər üzvləri ilə birlikdə qeyd olunan ünvana yollanmışdır. Onlar Zərərçəkmiş şəxs1 yaşadığı evin önünə çatdıqda onları qapının önündə qoca qadın qarşılamışdır. Onlar xidməti avtomobildən düşüb Təqsirləndirilən şəxs yaşadığı evin hansı ev olduğunu soruşmuşlar. Həmin qoca qadın onlara Təqsirləndirilən şəxs nənəsi olduğunu bildirib, nə üçün Təqsirləndirilən şəxs axtardıqlarını soruşmuşdur. Daha sonra adının Şəkurə olmasını bildiyi həmin qadın onları yaşadıqları evə dəvət etmişdir. Buna baxmayaraq qadın eyni zamanda səs-küy salmağa başlamışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs2 evin önündə həmin qadına Zərərçəkmiş şəxs1 qardaşı tərəfindən döyülməsi barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Bununla belə Şəkurə adlı həmin qadın səs-küy salmağa davam etmiş, bu səbəbdən onlar hər hansı problem yarana biləcəyi ehtimalını nəzərə alaraq yaxınlıqda xidmət aparan digər polis əməkdaşı, polis leytenantı Şahid3 da həmin yerə çağırmışlar. Şahid3 təxminən 2-3 dəqiqə sonra onların yanına gəlmişdir. Onlar Şahid3 gəlişindən sonra Şəkurə adlı qadının təklifi ilə həyətə daxil olmuşlar. Bu zaman sonradan Zərərçəkmiş şəxs1 olmasını bildiyi şikayətçi xanım azyaşlı övladı ilə birlikdə evin içərisindən həyətə çıxmışdır. Zərərçəkmiş şəxs1 həyətə çıxdıqdan dərhal sonra qaçıb polis əməkdaşlarının arxasında gizlənmiş və Zərərçəkmiş şəxs2 qardaşı Təqsirləndirilən şəxs onun əlindən zorla aldığı mobil telefonunun özünə qaytarılmasını xahiş etmişdir. Həmin vaxt artıq həyətdə səs-küy çoxaldığından sonradan Zərərçəkmiş şəxs1 qardaşı olmasını bildiyi Təqsirləndirilən şəxs evdən çıxıb onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs onlardan nə üçün gəldiklərini xəbər almışdır. Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs1 DİN-in 102 xidmətinə döyülməsi barədə məlumat verdiyini və məhz bu səbəbdən oraya gəldiklərini bildirmişdir. Bunun ardınca Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bacısına məxsus mobil telefonu bacısının özünə qaytarmasını tələb etmiş və izahat verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs isə həmin mobil telefonun evdə olduğunu və telefonu gətirib vermək üçün evə getmək istədiyini bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs mobil telefonu gətirməsi ilə razılaşmış və sonuncunun evə getməsinə imkan vermişdir. Həmin vaxt orada Zərərçəkmiş şəxs1 anası, nənəsi, bacısı və polis əməkdaşları olmuşdur. Ancaq Təqsirləndirilən şəxs evə daxil olarkən onun anası və digər bacısı Təqsirləndirilən şəxs arxasınca evə daxil olmuşlar. Təqsirləndirilən şəxs evə doğru gedərkən onlar evin giriş qapısı ilə üzbəüz dayanmışlar. Zərərçəkmiş şəxs1 isə azyaşlı qız övladı ilə birlikdə onların yanlarında dayanmışdır. Təqsirləndirilən şəxs təxminən 2-3 dəqiqə sonra evdən çölə çıxıb yenidən həyətə qayıtmış və onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs hərəkət edə-edə bacısı Zərərçəkmiş şəxs1 üzünə baxmış və onu öldürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə bundan qorxub evin həyətinin giriş darvazasına doğru, hamam və tualet istiqamətində qaçmışdır. Zərərçəkmiş şəxs1 qaçdıqdan sonra əvvəlcə azyaşlı qızı, ardınca isə Təqsirləndirilən şəxs bacısının arxasınca qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs1 hamamın divarının yanına çatdığından yerə oturmuş, bu zaman qardaşı Təqsirləndirilən şəxs başının üzərində dayanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 azyaşlı qız övladı da anasının yanında olmuşdur. O, Zərərçəkmiş şəxs2, Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs əlində olan bıçaq ilə bacısına xəsarət yetirmək istədiyini görmüşlər. Onlar dərhal Təqsirləndirilən şəxs qarşısını almaq istəmiş, ancaq mane olanadək Təqsirləndirilən şəxs azyaşlı qızının gözləri qarşısında Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə bıçaqla zərbə endirmişdir. Bu zaman o, özünü çatdırıb Təqsirləndirilən şəxs arxadan, Zərərçəkmiş şəxs2 isə sol tərəfdən kəmərindən tutmuşdur. Ancaq onun və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs saxlamalarına baxmayaraq, sonuncu bıçaq zərbələri endirməyə davam etmişdir. Elçin onu tutduqlarına görə hiddətlənib əgər buraxmasalar onları da öldürəcəyini bildirib əllərindən çıxmağa cəhd etmişdir. Anidən Zərərçəkmiş şəxs2 Elçini bacısını bıçaqla öldürməsin deyə tutduğu üçün Elçin əlindəki soyuq silah hesab edilən bıçaqla var gücü ilə Eşqinin qoltuğunun altından ürəyinə doğru zərbə endirmişdir. Zərərçəkmiş şəxs2 bıçaq xəsarəti aldıqdan sonra özünü itirmiş, bundan istifadə edən Təqsirləndirilən şəxs isə bacısına daha iki bıçaq zərbəsi vurmuşdur. O, bu vəziyyəti görüb sürücü Şahid2 səsləmiş, Şahid2 və Şahid3 dərhal Zərərçəkmiş şəxs2 oradan kənarlaşdırmaq istəmişlər. Ancaq Zərərçəkmiş şəxs2 həmin an özünü toparlayıb yenə də Təqsirləndirilən şəxs tutub saxlamış, onun özü isə Təqsirləndirilən şəxs arxadan tutmağa davam etmişdir. Daha sonra Şahid2 və Şahid3 dərhal yaxınlaşıb yerdə saxladığı Təqsirləndirilən şəxs əlindən bıçağı almış və onu Şahid3 avtomobilinə mindirib Bərdə rayon polis şöbəsinə aparmışlar. Şahid2 və Şahid4 isə bıçaq yarası almış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xidməti avtomobil vasitəsilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmışlar. O, xəsarət alan şəxslərin harada əyləşmələrini görməsə də, sürücü Şahid2 deməsinə görə, Zərərçəkmiş şəxs2 avtomobilin ön oturacağında, Zərərçəkmiş şəxs1 isə anası və qızı ilə birlikdə arxa oturacaqda əyləşmişlər. O, Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə, hadisənin törədildiyi bıçağı isə Bərdə rayon prokurorluğuna təhvil verdikdən sonra yenidən hadisə yerinə qayıtmış və hüquqmühafizə orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Bundan başqa o, hadisə zamanı hər hansı xəsarət almadığını, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vurmaqda məqsədinin sonuncuları qəsdən öldürmək olduğunu, belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməzdən əvvəl onları öldürəcəyini dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin uyun ayından Bərdə RPŞ-də növbətçi hissənin sürücüsü vəzifəsində işləyir. xx xxx N0-ci il tarixində saat 09:00 dan etibarən növbəti 24 saat müddətində əməliyyat qrupunun üzvü kimi xidmətə başlamış, əməliyyat qrupunun tərkibində ondan başqa təhqiqatçı Zərərçəkmiş şəxs2, əməliyyat müvəkkili Şahid1, sahə müvəkkili Şahid4 olmuşdur. Həmin günü saat 11:06 dəqiqədə Bərdə RPŞ-nin növbətçi hissəsinə Bərdə rayonunun Qaradəmirçi kəndində yaşayan Zərərçəkmiş şəxs1 adlı şəxs məlumat verərək qardaşı Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Onlar dərhal əməliyyat qrupu ilə birlikdə qeyd olunan ünvana getmiş, hadisə yerinə çatdqıda Zərərçəkmiş şəxs1 yaşadığı evin önündə bir yaşlı qadın onları qarşılamışdır. Onlar polis maşınından düşüb Elçingilin evinin harada olmasını soruşmuş, həmin qadın Elçinin nənəsi olduğunu bildirib nə üçün Elçini axtardığıqlarını soruşmuşdur. Şəkurə adlı həmin şəxs onları yaşadıqları evə dəvət etmişdir. Zərərçəkmiş şəxs2 evin önündə həmin qadına Zərərçəkmiş şəxs1 qardaşı və atası tərəfindən döyüldüyü barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Elçin bu xəbəri eşidib ağılasığmayacaq dərəcədə aqressivləşdiyi üçün onlar narahat olub yaxınlıqda olan digər polis əməkdaşı polis leytenantı Afiyəddini də oraya dəvət etmişlər. Afiyəddin təxminən 2-3 dəqiqə sonra onların yanına gəlmişdir. Bu vaxtı evin içərisində Vüsalə ilə azyaşlı uşağı həyətə çıxmış. onlardan aman diləyib qardaşı Elçindən özünə məxsus olan mobil telefonun alınmasını və özünə qaytarılmasını xahiş etmişdir. Elçin olanlara etiraz etdiyindən səs-küy salıb onların ümumiyyətlə nə üçün gəldiyini dəfələrlə soruşur və bacısının ondan polisə şikayət etməsini heç bir şəkildə qəbul etməyib inanılmaz şəkildə aqressiv davranmışdır. Həmkarı Zərərçəkmiş şəxs2 isə Elçinə bacısı Zərərçəkmiş şəxs1 102 xidmətinə döyülməsi barədə məlumat verdiyini bu səbəbdən oraya gəldiklərini sakit bir formada izah etməyə çalışmışdır. X11 məxsus mobil telefonu və izahat verməli olmasını bildirmiş, Elçin isə telefonun evdə olduğunu bildirib evə getmək istədiyini demişdir. Zərərçəkmiş şəxs2 da Elçinin mobil telefonu gətirməsinə razı olduğu üçün onun evə getməsinə şərait yaratmışdır. Həmin vaxtı orada Vüsalənin anası, nənəsi, bacısı, və polis əməkdaşları olmuşdur. Elçin evə gedərkən onun anası və digər bacısı da evə daxil olmuş, Elçin evə doğru gedərkən onlar evin giriş qapısı ilə üzbəüz mövqedə dayanmışlar. Vüsalə isə azyaşlı uşağı ilə birlikdə onların yanında dayanmışdır. Elçin evdə 2-3 dəqiqə olduqdan sonra yenidən həyətə qayıtmış, onlara yaxınlaşmış, həmçinin hərəkət edə-edə bacısı Vüsalənin üzünə baxıb onu öldürəcəyini bildirmişdir. Vüsalə Elçinin hədsiz aqressiv olduğunu, polisə də əhəmiyyət vermədiyini anlayıb, qorxmuş, Elçinin onu öldürməməsi üçün evin həyətinin giriş darvazasının yanına tərəf qaçmışdır. Vüsalə hamamın yanına çatdıqda hamamın divarının yanına çatdığından yerə oturmuş,bu zaman qardaşı Elçin onun başının üzərində dayanıb Vüsalənin azyaşlı qızının yanında bacısına zərbələr endirməyə başlamışdır. Onlar dərhal Elçinin qarşısını almaq istəmiş, ancaq onlar Elçinə mane olana qədər o, Vüsalənin kürək nahiyəsindən azyaşlı qızının gözləri qarşısında bir dəfə bıçaqla vurmuşdur. Bu zaman Yasin özünü çatdırıb Elçini arxadan tutmuş, Eşqin isə onun sol tərəfindən kəmərindən tutub saxlamışdır. Ancaq Yasin və Eşqinin Elçini saxlamağına baxmayaraq o bıçaq zərbələrini endirməyə davam etmişdir. Elçin onların hərəkətindən hiddətlənib əgər buraxmasalar onları da öldürəcəyini bildirib əllərindən çıxmağa cəhd etmişdir. Lakin Zərərçəkmiş şəxs2 Elçini bacısını bıçaqla öldürməsin deyə tutduğu üçün Elçin əlindəki soyuq silah hesab edilən bıçaqla var gücü ilə Eşqinin qoltuğunun altından ürəyinə doğru zərbə endirmişdir. Zərərçəkmiş şəxs2 bıçaq xəsarəti aldıqdan sonra özünü itirmiş, bundan istifadə edən Təqsirləndirilən şəxs isə bacısına daha iki bıçaq zərbəsi vurmuşdur. Sonradan Afiyədin və Yasin zorla Elçinin əlindən bıçağı almışlar. X8 avtomobilinə mindirib Polis Şöbəsinə gətirmiş, O və Bəylər isə xidməti maşında bıçaq yarası almış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Bərdə MRX-ya çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, o, xx xxxxxxxx 2018-ci il tarixdən Bərdə rayon polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin X1 X3 Qrupunda inspektor işləyir, polis leytenantıdır. xx xxx N0-ci il tarixdə saat 11:00 radələrində Bərdə rayonu Lək kəndi ərazisində olarkən Bərdə rayon polis şöbəsinin Növbətçi hissəsinin xidməti avtomobilinin kəndin ərazisindən keçdiyini görmüşdür. Bundan bir neçə dəqiqə sonra təhqiqatçı Zərərçəkmiş şəxs2 mobil telefon vasitəsilə ona zəng edərək Qaradəmirçi kəndi ərazisində olub-olmadığımı soruşmuşdur. O isə Zərərçəkmiş şəxs2 yaxınlıqda olduğunu deyib qeyd etdiyi ünvana gələcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra o, deyilən ünvana getmiş və Növbətçi hissənin avtomobilinin Qaradəmirçi kəndi ərazisində bir evin darvazasının önündə dayandığını görmüşdür. Həmin vaxt Bərdə rayon polis şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs2, Şahid1, Şahid2 və Şahid4 evin darvazası önündə bir nəfər qoca qadın ilə söhbət aparmışlar. O, həmin yerə yaxınlaşdıqda polis əməkdaşlarından həmin evdə yaşayan Zərərçəkmiş şəxs1 qardaşı tərəfindən döyülməsi barədə DİN-in 102 xidmətinə məlumat verdiyini və əməliyyat qrupunun həmin məlumat əsasında oraya gəldiyini öyrənmişdir. Daha sonra adının Şəkurə olmasını bildiyi həmin qadın onları yaşadıqları evə dəvət etmişdir. Bu zaman sonradan Zərərçəkmiş şəxs1 olmasını bildiyi şikayətçi xanım azyaşlı övladı ilə birlikdə evin içərisindən həyətə çıxmışdır. Zərərçəkmiş şəxs1 həyətə çıxdıqdan dərhal sonra qaçıb polis əməkdaşlarının arxasında gizlənmiş və Zərərçəkmiş şəxs2 qardaşı Təqsirləndirilən şəxs onun əlindən zorla aldığı mobil telefonunun özünə qaytarılmasını xahiş etmişdir. Həmin vaxt artıq həyətdə səs-küy çoxaldığından sonradan Zərərçəkmiş şəxs1 qardaşı olmasını bildiyi Təqsirləndirilən şəxs evdən çıxıb onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs onlardan nə üçün gəldiklərini xəbər almışdır. Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs1 DİN-in 102 xidmətinə döyülməsi barədə məlumat verdiyini və məhz bu səbəbdən oraya gəldiklərini bildirmişdir. Bunun ardınca Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bacısına məxsus mobil telefonu bacısının özünə qaytarmasını tələb etmiş və izahat verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs isə həmin mobil telefonun evdə olduğunu və telefonu gətirib vermək üçün evə getmək istədiyini bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs mobil telefonu gətirməsi ilə razılaşmış və sonuncunun evə getməsinə imkan vermişdir. Həmin vaxt orada Zərərçəkmiş şəxs1 anası, nənəsi, bacısı və polis əməkdaşları olmuşdur. Ancaq Təqsirləndirilən şəxs evə daxil olarkən onun anası və digər bacısı Təqsirləndirilən şəxs arxasınca evə daxil olmuşlar. Təqsirləndirilən şəxs evə doğru gedərkən onlar evin giriş qapısı ilə üzbəüz dayanmışlar. Zərərçəkmiş şəxs1 isə azyaşlı qız övladı ilə birlikdə onların yanlarında dayanmışdır. Təqsirləndirilən şəxs evə daxil olduqdan sonra həyətdə olan qadınlardan ikisi də onun ardınca evə daxil olmuş və o, sonradan həmin qadınlarından birinin Təqsirləndirilən şəxs anası, digərinin isə bacısı olduğunu bilmişdir. Təqsirləndirilən şəxs təxminən 2-3 dəqiqə sonra evdən çölə çıxıb yenidən həyətə qayıtmış və onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs hərəkət edə-edə bacısı Zərərçəkmiş şəxs1 üzünə baxmış və onu öldürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə bundan qorxub evin həyətinin giriş darvazasına doğru, hamam və tualet istiqamətində qaçmışdır. Zərərçəkmiş şəxs1 qaçdıqdan sonra əvvəlcə azyaşlı qızı, ardınca isə Təqsirləndirilən şəxs bacısının arxasınca qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs1 hamamın divarının yanına çatdığından yerə oturmuş, bu zaman qardaşı Təqsirləndirilən şəxs başının üzərində dayanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 azyaşlı qız övladı da anasının yanında olmuşdur. O, Zərərçəkmiş şəxs2, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs əlində olan bıçaq ilə bacısına xəsarət yetirmək istədiyini görmüşlər. Onlar dərhal Təqsirləndirilən şəxs qarşısını almaq istəmiş, ancaq mane olanadək Təqsirləndirilən şəxs azyaşlı qızının gözləri qarşısında Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə bıçaqla zərbə endirmişdir. Bu zaman Şahid1 özünü çatdırıb Təqsirləndirilən şəxs arxadan, Zərərçəkmiş şəxs2 isə sol tərəfdən kəmərindən tutmuşdur. Ancaq Şahid1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs saxlamalarına baxmayaraq, sonuncu bıçaq zərbələri endirməyə davam etmişdir. Elçin polislərin ona mane olmasından hiddətlənib əgər buraxmasalar onları da öldürəcəyini bildirib əllərindən çıxmağa cəhd etmişdir. Lakin Zərərçəkmiş şəxs2 Elçini bacısını bıçaqla öldürməsin deyə tutduğu üçün Elçin əlindəki soyuq silah hesab edilən bıçaqla var gücü ilə Eşqinin qoltuğunun altından ürəyinə doğru zərbə endirmişdir. Zərərçəkmiş şəxs2 bıçaq xəsarəti aldıqdan sonra özünü itirmiş, bundan istifadə edən Təqsirləndirilən şəxs isə bacısına daha iki bıçaq zərbəsi vurmuşdur. O və digər polis əməkdaşları bu vəziyyəti görüb Zərərçəkmiş şəxs2 oradan kənarlaşdırmaq istəmişlər. Ancaq Zərərçəkmiş şəxs2 həmin an özünü toparlayaraq Təqsirləndirilən şəxs arxadan tutub saxlamış, onlar da Təqsirləndirilən şəxs əlindən bıçağı almış və Təqsirləndirilən şəxs özünün idarə etdiyi avtomobilə mindirib Bərdə rayon polis şöbəsinə aparmışlar. Şahid2 və Şahid4 isə bıçaq yarası almış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xidməti avtomobil vasitəsilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmışlar. O, xəsarət alan şəxslərin harada əyləşmələrini görməsə də, sürücü Şahid2 deməsinə görə, Zərərçəkmiş şəxs2 avtomobilin ön oturacağında, Zərərçəkmiş şəxs1 isə anası və qızı ilə birlikdə arxa oturacaqda əyləşmişlər. O, Təqsirləndirilən şəxs hadisəni törətdiyi bıçaq ilə birlikdə Bərdə rayon polis şöbəsinə təhvil verdikdən sonra xəstəxanaya yollanmış və həkimlərin səyi nəticəsində xəsarət alanların həyatının xilas edildiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə X4 xidmət etməyə başlamışdır. Həmin vaxtdan etibarən Bərdə rayon polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi vəzifəsində xidmət edir. Onun xidməti ərazisinə Bərdə şəhəri B.Hacıyev, İ.Qayıbov küçələri və H.Əliyev prospektinin bir hissəsi daxildir. O, həftədə bir dəfə olmaqla, ay ərzində təxminən dörd dəfə Bərdə rayon polis şöbəsinin Növbətçi hissəsinin əməliyyat qrupunun tərkibində xidmətdə olur. xx xxx N0-ci il tarixdə Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Zərərçəkmiş şəxs2 Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və polis serjantı, sürücü Şahid2 ilə birlikdə xidmətdə olan zaman Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində yaşayan Zərərçəkmiş şəxs1 qardaşı Elçin tərəfindən döyülməsi barədə etdiyi müraciət daxil olmuşdur. Həmin məlumat əsasında o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə qeyd olunan ünvana yollanmışdır. Həmin ünvana çatarkən onları sonradan adının Şəkurə olmasını bildiyi yaşlı qadın qarşılamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 ailənin problemli ailə olmasını görüb kömək məqsədilə yaxınlıqda xidmət aparmasını bildiyi polis əməkdaşı Afyəddinə zəng edərək onu da həmin ünvana çağırmışdır. Təxminən 2-3 dəqiqə sonra Afyəddin də həmin ünvana gəlmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar. Onun özü isə mühafizəni təşkil etmək məqsədilə həyətdən çöldə qalmış və həyətə daxil olmamışdır. Bir qədər sonra içəridən səs-küy gəldiyini və Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qanlar içərisində həyətdən çıxarıldığını görmüşdür. Adlarını qeyd etdiyi şəxslər, o cümlədən Zərərçəkmiş şəxs1 qardaşı Təqsirləndirilən şəxs polis əməkdaşlarının köməyi ilə polis avtomobilinə əyləşdirilmişlər. Bu zaman qan ləkələri xidməti avtomobilin xarici örtüyünə və salonuna bulaşmışdır. Daha sonra onlar hadisə nəticəsində xəsarət almış şəxsləri dərhal Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmış və həkimlərin səyi nəticəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həyatını xilas etmək mümkün olmuşdur. Bundan başqa o, baş vermiş hadisə nəticəsində heç bir xəsarət almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 ifadəsində göstərmişdir ki, o, 1993-cü ildə Ağdam rayon sakini Şahid5 ilə ailə qurmuş və həmin nikahdan ikisi qız, ikisi isə oğlan olmaqla dörd övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs onun böyük oğlu, Zərərçəkmiş şəxs1 isə böyük qızıdır. Bundan başqa kiçik qızı Şahid7 da təxminən 3-4 il əvvəl Ağdam rayon sakini Sərxan adlı şəxs ilə ailə qurmuşdur və ailə üzvləri ilə birlikdə onların evi ilə qonşuluqda yaşayır. Onun övladlarının bir-birləri ilə münasibətləri həmişə yaxşı olmuş, ailəsində heç vaxt ailə üzvləri arasında mübahisə yaranmamışdır. xx xxx N0ci il tarixdə təxminən saat 11:20 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları ailəsinin yaşadığı ünvana gəlmişlər. O, həmin vaxt qızı Vüsalənin oğlu Elçin barəsində polisə şikayət etdiyini bilmişdir. Polis əməkdaşlarının gəlişi zamanı onun özü də digər ailə üzvləri ilə birlikdə yaşadıqları evdə olmuşdur. O, qadın olduğu üçün qızı Sevinc ilə birlikdə həyətdə çox gözləməmiş və evə daxil olmuş, evə daxil olduqdan bir neçə dəqiqə sonra həyətdən səs-küy gəldiyini eşitmişdir. Səs-küyü eşidən kimi dərhal həyətə çıxmış və bu zaman qızı Vüsalənin sol tərəfindən xəsarət aldığı üçün polis avtomobilinə əyləşdirildiyini görmüşdür. O, avtomobilə yaxınlaşan zaman adının sonradan Zərərçəkmiş şəxs2 olmasını bildiyi polis əməkdaşının da xəsarət aldığını, buna görə də xəstəxanaya aparıldıqlarını görmüşdür. Buna görə də polis əməkdaşlarına xəsarət alanın qızı Vüsalə olduğunu bildirərək qızının yanında olmaq üçün avtomobilə əyləşmək istədiyini söyləmişdir. Polis əməkdaşları onun avtomobilə əyləşmək istəyinə heç bir etiraz etməmişlər. O, avtomobildə xəstəxanaya gedən zaman oğlu Təqsirləndirilən şəxs qızına və polis əməkdaşına bıçaqla xəsarət yetirdiyini, hadisə zamanı yaranan qarışıqlıq zamanı isə nəvəsi Fatimənin də qulaq nahiyəsindən xəsarət aldığını öyrənmişdir. Hadisə baş verməzdən əvvəl evə daxil olduğuna görə hadisəni, yəni oğlu Elçinin qızına, nəvəsinə və polis əməkdaşına xəsarət yetirməsini təfərrüatı ilə görməmişdir. Bundan başqa o, əvvəllər oğlu Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs1 arasında hər hansı mübahisə və münaqişənin yaşanmadığını, övladlarının bir-biri ilə həmişə mehriban olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid8 ifadəsində göstərmişdir ki, o, nənəsi Şəkurə, anası Mətanət, atası Çingiz və bacısı Vüsalə ilə birlikdə Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. O, əksər vaxtlarda nənəsi Şəkurənin yanında qalır. Onun ailə üzvləri həmişə bir-biri ilə mehriban olmuş, nə bacıları, nə də qardaşının bir-biri ilə mübahisə etdiyini görməmişdir. xx xxx N0-ci il tarixdə təxminən saat 11:00 radələrində o, nənəsinin yanında yatmışdır. Həmin vaxtı həyətdə qışqırıq səsləri gəldiyi üçün nənəm yıxıldığını zənetmiş və bu səbəbdən qorxaraq tez həyətə çıxmılşdır. Ancaq həmin vaxt nənəsini həyətdə görməmiş və qışqırıq səslərinin yaxınlıqda yerləşən öz evlərindən gəldiyini eşitmişdir. Buna görə də o, tez küçəyə çıxmış və yaşadıqları evin darvazası önündə polis avtomobilinin olduğunu görmüşdür. O, dərhal evlərinə doğru gedərək həyətə daxil olmaq istəmiş, bu zaman bacısı Vüsalənin yaralı vəziyyətdə qapıdan çıxdığını görmüşdür. Polis əməkdaşları bacısını polis avtomobilinin arxa oturacağına əyləşdirmiş, bacısı avtomobilə oturduqdan dərhal sonra polis avtomobili hərəkətə başlamışdır. O isə xalası oğlu Anar Əliyevə məxsus avtomobil ilə xəstəxanaya getmişdir. Xəstəxanaya çatdıqda qardaşı Elçinin bacısı Vüsaləyə və polis əməkdaşına bıçaqla xəsarət yetirdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid9 ifadəsində göstərmişdir ki, o, anası Vüsalə, dayları Pərviz və Elçin, babası Çingiz və nənəsi Mətanət ilə birlikdə Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Onun özündən başqa heç bir qardaşı və bacısı yoxdur və valideynləri bir-birindən ayrı yaşayır. O, atasını uzun müddətdir görmür. Dayısı Elçin isə 2018-ci ildə hərbi xidmətə getmiş və hadisədən təxminən 20 gün əvvəl hərbi xidmətdən qayıdıb onlarla birlikdə yaşamağa başlamışdır. Hadisədən bir gün əvvəl axşam saatlarında dayı Elçin işdən gəlib anası Vüsalə ilə dalaşmışdır. Həmin vaxt dayısı anasına heç kim ilə mobil telefonla danışmamasını bildirmiş, anasının dayısına nə deməsi isə onun yadında qalmamışdır. Daha sonra o, yatmağa getmiş və anası ilə birlikdə yatmışdır. Ertəsi gün səhər tezdən yuxudan oyananda çəhrayı rəngli donunu geyinmişdir. Həmin vaxt evdə nənəsi Mətanət, xalası Sevinc, dayıları Pərviz və Elçin olmuşdur. O, evdə uzanarkən dayısının və anasının yenə də bir-biri ilə dalaşmalarının səsini eşitmişdir. Buna görə də uzandığı yerdən qalxıb həyətə çıxmışdır. Evin həyətinə çıxarkən dayısı Elçinin anası ilə dalaşdığını görmüşdür. Bu zaman onların yaxınlığında 4 nəfər polis əməkdaşı da olmuşdur. Dayısı evin şkafında olan bıçağı əlinə götürmüş və anasını bıçaqla vurmağa başlamışdır. Belə ki, dayı Elçin bıçaqla anası Vüsalənin kürək nahiyəsindən 3 dəfə vurmuş, bu zaman polislərdən biri dayısı və anasını bir-birindən aralaşdırmışdır. O, polisə bıçaq dəydiyini görməmiş, çünki dayısının anasını bıçaqla vurmağa başladığını görüb özünü anası Vüsalənin qucağına atmışdır. Bu zaman dayısının əlindəki bıçaq onun qulağından dəymişdir. Bıçaq onun qulağına dəydikdən sonra qulağından qan axmağa başlamış, qan axarkən əynindəki çəhrayı rəngli don qana bulaşmışdır. Daha sonra polislər gəlib dayısını tutub saxlamış, anasını isə qucaqlarında apararaq avtomobilə əyləşdirmişlər. Həmin vaxt onun özü də polis avtomobilinə əyləşərək xəstəxanaya getmişdir. Xəstəxanada həkimlər onun qulağını bağlamışlar. Daha sonra o, evə qayıtmış və qonşusu Leyla onun əynindəki paltarı çıxarıb evə qoymuşdur. Sonra isə babası Çingiz onu polislərin yanına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük qardaşı, Zərərçəkmiş şəxs1 isə bacısıdır. Onun qardaşı və bacısı ilə münasibətləri həmişə yaxşı olmuşdur. O, təxminən 3-4 il əvvəl Ağdam rayon sakini Sərxan ilə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı dünyaya gəlmişdir. Onların Ağdam rayonunda evi olsa da, əsasən ailəsi ilə Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində ailə üzvlərinin yaşadığı ev ilə qonşuluqda yaşayır. xx xxx N0-ci il tarixdə təxminən saat 11:20 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları ailəsinin yaşadığı ünvana gəlmişlər. Lakin o, həmin vaxt polis əməkdaşlarının nə üçün gəldiyinin səbəbini bilməmişdir. Polis əməkdaşlarının gəlmə səbəbini öyrənmək məqsədilə həyətdən çölə çıxmışdır. Buna baxmayaraq həmin vaxt evin içərisində olan azyaşlı övladı ağladığından, həmçinin, hicablı qadın olduğundan yenidən evin içərisinə geri qayıtmışdır. Bundan sonra həyətdə nələrin baş verdiyini görməmişdir. Bir neçə dəqiqə sonra o, həyətdən səs-küy gəldiyini eşidərək dərhal evdən çölə çıxmışdır. Bu zaman qardaşı Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs1 və adını bilmədiyi polis əməkdaşını bıçaqladığını öyrənmişdir. Həyətdən çölə çıxan zaman polis əməkdaşları artıq xəsarət alan bacısını və polis əməkdaşını, o cümlədən Elçini avtomobilə əyləşdirməklə çıxıb getmişlər. O, hadisə zamanı evin içərisində olduğuna görə baş vermiş hadisəni, yəni qardaşı Elçinin bacısı Vüsaləyə, bacısının azyaşlı qızı Fatiməyə və Eşqin adlı polis əməkdaşına xəsarət yetirməsini təfərrüatı ilə görə bilməmişdir. Bundan başqa o, əvvəllər qardaşı Təqsirləndirilən şəxs ilə bacısı Zərərçəkmiş şəxs1 arasında hər hansı mübahisə və münaqişənin yaşanmadığını, onların bir-biri ilə həmişə mehriban olduqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 Pöhrüz oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 Pöhrüz oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, 1993-cü ildə Ağdam rayon sakini Şahid6 ilə ailə qurmuş və həmin nikahdan ikisi qız, ikisi isə oğlan olmaqla dörd övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs onun böyük oğlu, Zərərçəkmiş şəxs1 isə böyük qızıdır. Bundan başqa kiçik qızı Şahid7 da təxminən 3-4 il əvvəl Ağdam rayon sakini Sərxan adlı şəxs ilə ailə qurmuşdur və ailə üzvləri ilə birlikdə onların evi ilə qonşuluqda yaşayır. Onun övladlarının bir-birləri ilə münasibətləri həmişə yaxşı olmuş, ailəsində heç vaxt ailə üzvləri arasında mübahisə yaranmamışdır. Qızı Zərərçəkmiş şəxs1 təxminən 7 il əvvəl ailə qurmuş, ancaq bir il sonra əri Qabil ilə münasibətləri yaxşı olmadığından məhkəmə qaydasında rəsmi şəkildə boşanmışdır. Məhkəmənin qətnaməsinə əsasən qızının və onun azyaşlı övladının himayəçiliyi ona verilmişdir. xx xxx N0-ci il tarixdə təxminən saat 11:00 radələrində o, elektrik ötürücüsü almaq üçün Bərdə şəhərinə getmişdir. Evdən çıxmasından təxminən 15-30 dəqiqə sonra kiçik oğlu Pərviz mobil telefon vasitəsilə ona zəng edərək ağlaya-ağlaya təcili şəkildə evə gəlməsini bildirmişdir. O da dərhal evə qayıtmış, yol ilə gələrkən iki polis avtomobili və bacanağının oğlu Anarın avtomobili ilə rastlaşmışdır. Anarın idarə etdiyi avtomobilin önündə oğlu Pərviz əyləşmişdir. Pərviz onu görən kimi geri qayıtması üçün ona əli ilə işarə etmişdir. O da dərhal geri dönüb onların ardınca Bərdə rayon mərkəzi xəstəxanasına gəlmişdir. Xəstəxanaya çatdıqda o, oğlu Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində qızı Vüsaləni və polis əməkdaşı Zərərçəkmiş şəxs2 bıçaqla vurduğunu bilmişdir. Həm Vüsaləyə, həm də Eşqinə həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilmişdir. Bundan başqa o, qızı Vüsalə ilə yanaşı arvadı Mətanətin də polis avtomobili vasitəsilə xəstəxanaya gəldiyini, azyaşlı nəvəsi Fatimənin də qulağından yaralandığını, ancaq nəvəsinin hansı şəraitdə və necə xəsarət almasını bilmədiyini demişdir. Həmçinin, o, oğlu Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs1 bıçaqla vurmasının səbəbini bilmədiyini, əvvəllər oğlu Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs1 arasında hər hansı mübahisə və münaqişənin yaşanmadığını, övladlarının bir-biri ilə həmişə mehriban olduqlarını və qızı Zərərçəkmiş şəxs1 xx xxx N0-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə onun tərəfindən döyülməsi ilə bağlı məlumat versə də, bunun səbəbini bilmədiyini, ümumiyyətlə, heç vaxt qızına əl qaldırmadığını, xx xxx N0-ci il tarixdə axşam saatlarında oğlu Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs1 telefon işlətməsi səbəbindən üzündən şillə ilə vurmasını bildiyini, bundan sonra hər iki övladı ilə söhbət etməklə məsələni yoluna qoyduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. Belə ki, Təqsirləndirilən şəxs onun ortancıl qızı Mətanətin böyük oğludur. Elçingilin ailəsi onun yaşadığı ev ilə qonşuluqda yaşayır. Qızının ailəsində hər zaman mehribançılıq olmuşdur. Qızı Mətanət evdə əri Çingiz, oğlanları Elçin, Pərviz və qızı Vüsalə ilə birlikdə mehriban yaşamışlar. xx xxx N0-ci il tarixdə saat 11:00 radələrində o, yaşadığı evin qapısından çıxıb iynə vurdurmaq üçün qızı Mətanətgilə gedən zaman qapının önündə polis əməkdaşları ilə qarşılaşmışdır. Həmin vaxt qapının önündə 4-5 nəfər polis əməkdaşı olmuşdur. O, polis əməkdaşlarından nə üçün gəldiklərini soruşmuş, polis əməkdaşları isə ondan Elçinin harada olmasını xəbər almışlar. Daha sonra həmin polis əməkdaşları Mətanətgilin yaşadığı evə daxil olan zaman o, yüksək səs ilə onların nə üçün içəriyə daxil olmalarını bildirmişdir. Bu zaman polis əməkdaşları bir qədər gözlədikdən sonra yenidən içəri daxil olmuş, o isə yaşadığı evə qayıtmışdır. Bundan sonra isə nə baş verdiyini bilməmişdir. Bundan bir neçə dəqiqə keçdikdən sonra o, nəvələri Elçin və Vüsalənin bir-biriləri ilə dalaşdıqlarını, sonradan Elçinin Vüsaləni və bir nəfər polis əməkdaşını bıçaqla vurduğunu öyrənmiş, ancaq bunun nə səbəbdən baş verdiyini bilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Qaradəmirçi kənd sakini Zərərçəkmiş şəxs1 xx xxx 2019-cu il tarixdən tanımağa başlamışdır. Zərərçəkmiş şəxs1 ilə “Tik Tok” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Həmin vaxtdan onların arasında sevgi münasibətləri yaranmış və o, Zərərçəkmiş şəxs1 ilə tanışlığından təxminən 5-6 ay sonra Bərdə şəhəri ərazisində onunla görüşmüşdür. Həmin vaxt onunla Vüsalə arasında hər hansı bir yaxın münasibət olmamışdır. Zərərçəkmiş şəxs1 ilə arasında olan sevgi münasibətindən sonuncunun ailəsinin, yəni atası, anası və qardaşının da xəbəri olmuşdur. Onun Zərərçəkmiş şəxs1 ilə münasibəti əvvəlcədən ciddi olmuş, onlar bir- birləri ilə ailə həyatı qurmaq istəmişlər. Ancaq N0-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 ilə arasında mübahisə yaranmış və onlar ayrılmağa qərar vermişlər. Zərərçəkmiş şəxs1 bu barədə öz ailəsinə də bildirmişdir. Bundan sonra o, bir müddət Vüsalə ilə əlaqə saxlamamışdır. Ancaq bir müddət sonra Zərərçəkmiş şəxs1 ilə olan münasibəti yenidən davam etmiş, həmin vaxtdan etibarən Vüsalə onunla ailəsinin xəbəri olmadan gizli şəkildə əlaqə saxlamışdır. xx xxx N0-ci il tarixdə isə onun Zərərçəkmiş şəxs1 ilə əlaqəsi tamamilə kəsilmiş və Vüsalə onun ismarıclarına cavab verməmişdir. Həmin vaxtdan sonra onun Zərərçəkmiş şəxs1 heç bir xəbəri olmamışdır. xx xxx N0-ci il tarixdə isə o, xəbər saytlarına baxarkən Zərərçəkmiş şəxs1 qardaşı Elçin tərəfindən bıçaqlanması barədə məlumat oxumuşdur. Ancaq Vüsalənin qardaşının nə üçün Vüsaləyə bıçaqla xəsarət yetirməsinin səbəbini bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon PŞ-nin məsul növbərçisi Azər Zeynalovun xx xxx N0-ci il tarixli raportundan görünür ki, xx.xx.N0-ci il tarixdə, saat 12:50 radələrində Bərdə rayon Mərkəzi Xəstəxanasından həkim Salmanova telefonla məlumat verərək bildirmişdir ki, Bərdə rayonunun Qaradəmirçi kəndində yaşayan 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bıçaqlanma nəticəsində xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon PŞ-nin məsul növbərçisi Azər Zeynalovun xx xxx N0-ci il tarixli raportundan görünür ki, xx.xx.N0-ci il tarixdə, saat 13:00 radələrində Bərdə rayon Mərkəzi Xəstəxanasından həkim Salmanova telefonla məlumat verərək bildirmişdir ki, Bərdə rayonu Əyricə kəndində yaşayan 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bıçaqlanma nəticəsində xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx N0-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən Şahid5 Pöhrüz oğluna məxsus olan evin həyətyanı sahəsidir. Baxış zamanı üzərində qan ləkələri olması müəyyən edilən 03 ədəd daş parçası və 02 ədəd pambıq tamponda qan nümunələri hadisə yerindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx N0-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx N0-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx N0-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar və 01 ədəd köynək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx N0-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid9 məxsus olan 01 ədəd uşaq donu və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd mobil telefon Şahid5 Pöhrüz oğlundan götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx N0-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd polis köynəyi, 01 ədəd polis şalvarı və 01 ədəd mayka, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd əba, 01 ədəd kalqotka, 01 ədəd büstqalter və 01 ədəd tursik Bərdə rayon mərkəzi xəstəxanasında götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx N0-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 məxsus 01 ədəd polis köynəyi və 01 ədəd polis şalvarı, o cümlədən hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx N0-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ona təqdim edilmiş bıçaqlardan xx xxx N0-ci il tarixdə yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən evin həyətində bacısı Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etdiyi “2” nömrə ilə nömrələnmiş bıçağı tanımış və əyani surətdə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx N0-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin düzgünlüyü müdafiəçisinin iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmişdir. İfadəsinin yerində yoxlanması zamanı da Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində qeyd etdiyi xüsusatları təsdiq edərək, hadisə yerində hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx N0-ci il tarixli 4(021)-47/N0 saylı “Həbs qətimkan tədbiri seçilməsinə dair” Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxx N0-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.N0-ci il tarixli 1/220 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın şöbələrində hər hansı bir xəstəlik və ya xəsarətlə müraciət etməmiş və dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RİH Başçısının Qaradəmirçi kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0-ci il tarixli 11-760 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır və atası 1971-ci il təvəllüdli Şahid5 Pöhrüz oğlu, anası 1971-ci il təvəllüdlü Şahid6 və qardaşı 2007-ci il təvəllüdlü Şahid8 ibarət ailə tərkibi var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RİH Başçısının Qaradəmirçi kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0-ci il tarixli xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx N0-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunan xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qarşı demiş, Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 üzünə qarşı dedikləri ilə qismən razılaşaraq hadisə zamanı həyəcanlı olduğundan və qardaşı Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyindən hadisəni tam xatırlamadığını, Zərərçəkmiş şəxs2 üzünə qarşı dediklərinin yəqin ki, doğru olduğunu, qardaşı Təqsirləndirilən şəxs onu öldürmək məqsədinin olmasını təsdiq etdiyini, ancaq qızı Şahid9 yanında olmasını, ümumiyyətlə, xatırlamadığını və qızının hansı şəraitdə xəsarət alması barədə heç bir söz deyə bilməyəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx N0-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, iş üzrə Şahid1 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində qeyd olunan xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qarşı demiş, Zərərçəkmiş şəxs1 isə Şahid1 onun üzünə qarşı dedikləri ilə qismən razılaşaraq hadisə zamanı həyəcanlı olduğundan və qardaşı Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyindən hadisəni tam xatırlamadığını, Şahid1 üzünə qarşı dediklərinin yəqin ki, doğru olduğunu, qardaşı Təqsirləndirilən şəxs onu öldürmək məqsədinin olmasını təsdiq etdiyini, ancaq qızı Şahid9 yanında olmasını xatırlamadığını və qızının hansı şəraitdə xəsarət alması barədə heç bir söz deyə bilməyəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X13 Dispanserinin xx.xx.N0-ci il tarixli 263 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs X13 Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.N0-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxx” Birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx xxxx N0-ci il tarixli 498 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət – sol tərəfli hemotoraksla müşayiət olunan dalağın yaralanması ilə döş qəfəsinin sol aşağı yan divarının daxilə keçən kəsilmiş-deşilmiş torakoabdominal yarası deşici-kəsici əşyanın təsirindən törənmişdir, müddəti xx xxx N0-ci ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxx” Birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx xxxx N0-ci il tarixli 499 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – posthemorragik anemiya ilə müşayiət olunan sol çiyin, sol kürəkaltı, sol bel nahiyələrinin daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, ekspertizaya təqdim olunan bıçaqla törənə bilər, müddəti xx xxx N0-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxx” Birliyinin xx xxxx N0-ci il tarixli 414/N0-MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin kresosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu B/İİİ/-dür. Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin kresosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu 0/İ/-dir. Şahid9 şəxsiyyət vəsiqəsinin kresosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir. Ekspertizaya təqdim olunmuş bıçaq, 02 ədəd pambıq topası, 03 ədəd daş parçası, Zərərçəkmiş şəxs1 məxsus kofta, şalvar, büstqalter, tuman, Zərərçəkmiş şəxs2 məxsus polis şalvarı, polis köynəyi, mayka, Şahid1 məxsus polis şalvarı, polis köynəyi, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, Şahid9 məxsus donun üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq edildikdə bıçaq, 02 ədəd pambıq topası, 03 ədəd daş parçası və Zərərçəkmiş şəxs1 məxsus kofta, şalvar, büstqalter, tuman, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar üzərində “B” və “H” antigenləri alınmışdır. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrəm B/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər (əgər onun qanında müşayiətçi antigen varsa). Lakin bu qan ləkələrinin bir neçə şəxsin qarışmış qanı hesabına yaranma ehtimalını nəzərə alsaq, həmin ləkələrdə AB0 sistemi üzrə B(İİİ), B/H/(İİİ) və 0/İ/ qruplu şəxslərin qanlarının olması mümkündür və bu halda ləkələrdə, həmçinin, Zərərçəkmiş şəxs2 qarışmış qanının olması inkar oluna bilməz. Zərərçəkmiş şəxs2 məxsus polis şalvarı, polis köynəyi, mayka, Şahid1 məxsus polis şalvarı, polis köynəyi üzərində olan ləkələrdə AB0 sistemi üzrə qrup tədqiq edildikdə yalnız “H” antigeni alınmışdır. “H” antigeni 0(İ) qrupun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrə 0(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Şahid9 məxsus donun üzərində ləkələrdə AB0 sistemi üzrə qrup tədqiq edildikdə yalnız “A” antigeni alınmışdır. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən də Şahid9 məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxx” Birliyinin xx xxxx N0-ci il tarixli 263/N0-MTKŞ nömrəli məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus donun ön sağ yuxarı səthində bir ədəd, donun arxa orta səthində iki ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvar, büstqalter və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş X2 məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus polis köynəyinin ön sol döş cibinin üzərində olan düymənin öz yerində olmaması aşkar olunmuşdur. Bu da polis köynəyinin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus polis şalvarı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus polis köynəyinin ön sol yaxalığında bir ədəd və maykanın ön sol nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus polis köynəyinin ön səthində tikilmiş altı ədəd düymədən heç biri öz yerində yoxdur. Bu da polis köynəyinin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus polis şalvarı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Şahid9 məxsus don üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçaqdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxx” Birliyinin xx xxxx N0-ci il tarixli 627 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Şahid9 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx N0-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı bacısı Zərərçəkmiş şəxs1 bıçaqla vurarkən məqsədinin onu öldürmək olmadığını, həmçinin, Zərərçəkmiş şəxs2 qəsdən vurmadığını və zərərçəkmiş şəxslərdən heç birini öldürmək fikrində olmadığını, əgər bacısını öldürmək fikrində olsa idi, onu hadisədən əvvəlki gecə münasib vaxt və şəraitdə öldürə biləcəyini, bacısına bıçaqla xəsarət yetirməsinin səbəbinin ondan icazəsiz Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat verməsi olduğunu qeyd etsə də, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun üzünə qarşı dedikləri ilə razılaşmayaraq hadisə zamanı onun bacısını öldürmək istədiyini, bu məqsədini həyata keçirməsinə özünün və digər polis əməkdaşlarının mane olduğunu, ilkin olaraq bıçaq zərbəsini bacısı Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən vurduğunu, habelə, bacısı Zərərçəkmiş şəxs1 bıçaqla vurarkən onu dünəndən öldürməli olduğunu dediyini, bu zaman özünün Təqsirləndirilən şəxs sol tərəfindən, digər polis əməkdaşı Şahid1 isə arxa tərəfdən qucaqlamaqla Zərərçəkmiş şəxs1 vurmasına mane olduqlarını, buna baxmayaraq Təqsirləndirilən şəxs öz cinayətkar əməlini davam etdirib sağ əli ilə onun sol qoltuqaltı nahiyəsindən bir dəfə bıçaqla vurduğunu, bu zaman özünü itirdiyindən bir anlıq ondan əlini çəkdiyini, Təqsirləndirilən şəxs isə bundan istifadə edib bacısına daha iki dəfə bıçaqla vurduğunu, Zərərçəkmiş şəxs1 həmin vaxt artıq yerdə olduğunu, özünün bir daha toparlanıb yenidən Təqsirləndirilən şəxs arxadan yapışaraq Zərərçəkmiş şəxs1 vurmağa davam etdirməsinə mane olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs yenə də onun əlindən çıxıb bacısını vurmağa davam etmək istədiyini, ancaq digər polis əməkdaşlarının səyi nəticəsində bıçağın Təqsirləndirilən şəxs əlindən alındığını, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs1 bıçaqla öldürmək istəyərkən sonuncunun azyaşlı qızı Şahid9 də orada olduğunu və hadisəyə şahidlik etdiyini, Təqsirləndirilən şəxs bacısını vurmasına mane olduğu üçün, yəni öz xidməti vəzifəsini yerinə yetirdiyinə görə ondan qisas almaq üçün onun özünü də bıçaqla vurub öldürmək istədiyini təqsirləndirilən şəxsin üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx N0-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı bacısı Zərərçəkmiş şəxs1 bıçaqla vurarkən məqsədinin onu öldürmək olmadığını, həmçinin, Zərərçəkmiş şəxs2 qəsdən vurmadığını və zərərçəkmiş şəxslərdən heç birini öldürmək fikrində olmadığını, əgər bacısını öldürmək fikrində olsa idi, onu hadisədən əvvəlki gecə münasib vaxt və şəraitdə öldürə biləcəyini, bacısına bıçaqla xəsarət yetirməsinin səbəbinin ondan icazəsiz Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat verməsi olduğunu qeyd etsə də, Şahid1 Təqsirləndirilən şəxs onun üzünə qarşı dedikləri ilə razılaşmayaraq hadisə zamanı onun bacısını öldürmək istədiyini, bu məqsədini həyata keçirməsinə özünün və digər polis əməkdaşlarının mane olduğunu, ilkin olaraq bıçaq zərbəsini bacısı Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən vurduğunu, habelə, bacısı Zərərçəkmiş şəxs1 bıçaqla vurarkən onu dünəndən öldürməli olduğunu dediyini, bu zaman özünün Təqsirləndirilən şəxs arxa tərəfindən, digər polis əməkdaşı Zərərçəkmiş şəxs2 isə sol yan tərəfdən qucaqlamaqla Zərərçəkmiş şəxs1 vurmasına mane olduqlarını, buna baxmayaraq Təqsirləndirilən şəxs öz cinayətkar əməlini davam etdirib sağ əli ilə Zərərçəkmiş şəxs2 sol qoltuqaltı nahiyəsindən bir dəfə bıçaqla vurduğunu, bu zaman Zərərçəkmiş şəxs2 özünü itirdiyindən bir anlıq ondan əlini çəkdiyini, Təqsirləndirilən şəxs isə bundan istifadə edib bacısına daha iki dəfə bıçaqla vurduğunu, Zərərçəkmiş şəxs1 həmin vaxt artıq yerdə olduğunu, Zərərçəkmiş şəxs2 bir daha toparlanıb yenidən Təqsirləndirilən şəxs arxadan yapışaraq Zərərçəkmiş şəxs1 vurmağa davam etdirməsinə mane olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs yenə də onun əlindən çıxıb bacısını vurmağa davam etmək istədiyini, ancaq digər polis əməkdaşlarının səyi nəticəsində bıçağın Təqsirləndirilən şəxs əlindən alındığını, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs1 bıçaqla öldürmək istəyərkən sonuncunun azyaşlı qızı Şahid9 də orada olduğunu və hadisəyə şahidlik etdiyini təqsirləndirilən şəxsin üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Narkoloji Dispanserinin xx xxxx N0-ci il tarixli 611 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin xx xxxx N0-ci il tarixli 399 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx N0-ci il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki istintaq zamanı götürülmüş 03 ədəd daş parçası, 02 ədəd pambıq tamponda qan nümunələri, 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd polis köynəyi, 01 ədəd polis şalvarı və 01 ədəd mayka, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd əba, 01 ədəd kalqotka, 01 ədəd büstqalter və 01 ədəd tursik, Şahid1 məxsus 01 ədəd polis köynəyi və 01 ədəd polis şalvarı, Şahid9 məxsus 01 ədəd uşaq donu maddi sübut kimi tanınmaqla Bərdə rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmasına, Zərərçəkmiş şəxs1 məxsus “Samsung” markalı mobil telefon isə qəbz alınmaqla sahibinə geri qaytarılmasına dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx N0-ci il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıblar, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və bacısı Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında vermiş olduğu ifadədə onun zərərçəkmiş şəxsləri öldürmək niyyətinin olmamasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələrinin sanksiyasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələrinin sanksiyasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə nəzərdə tutulan həmin cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamış, yəni qeyd olunan cinayət əməlini törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən isə cinayəti etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 onunla barışması, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənməsi, ona qarşı heç bir şikayət və tələbinin olmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar hesab edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmaması isə nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməllərlə (hərəkətlərlə) Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsussilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 və 228.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cinayət məcəlləsinin ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Təqsirləndirilən şəxs islah olunmasına nail olmaq olar. Eləcə də, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx N0-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx N0-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx N0-ci il tarixli 4(021)-47/N0 saylı “Həbs qətimkan tədbiri seçilməsinə dair” Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxx N0-ci il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx xxx N0-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Bərdə rayon prokurorluğunda saxlanılan tanınmış 03 ədəd daş parçası, 02 ədəd pambıq tamponda qan nümunələri, 01 ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd polis köynəyi, 01 ədəd polis şalvarı və 01 ədəd mayka, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd əba, 01 ədəd kalqotka, 01 ədəd büstqalter və 01 ədəd tursik, Şahid1 məxsus 01 ədəd polis köynəyi və 01 ədəd polis şalvarı, Şahid9 məxsus 01 ədəd uşaq donu qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 210 (iki yüz on) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2 maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2 maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1 maddələrini rəhbər tutaraq məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 və 228.4-cü maddələri təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4 və 29, 120.2.7-ci maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli xx xxx N0-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Bərdə rayon prokurorluğunda saxlanılan tanınmış 03 ədəd daş parçası, 02 ədəd pambıq tamponda qan nümunələri, 01 ədəd bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd polis köynəyi, 01 ədəd polis şalvarı və 01 ədəd mayka, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd əba, 01 ədəd kalqotka, 01 ədəd büstqalter və 01 ədəd tursik, Şahid1 məxsus 01 ədəd polis köynəyi və 01 ədəd polis şalvarı, Şahid9 məxsus 01 ədəd uşaq donu qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 210 (iki yüz on) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X9 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-240/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-240/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver