Məhkəmə qərarları › İş №1(100)-240/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-240/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-240/2024 25.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X5, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmuş, sonuncu yaşayış yeri Rusiya Federasiyasının Kaluqa şəhəri olmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü madəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşları Şahid2, Şahid3, Şahid1, şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının ərazisində olan Xudayar adlı şəxs və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə, yəni İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikası ərazisinə keçirərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, habelə Azərbaycan Respublikasının vətəndaşları Şahid2, Şahid3, Şahid1, Ukrayna vətəndaşı Şahid4 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda narkotik vasitəni təkrarən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Ukrayna ərazisinə keçirilməsinə cəhd etmiş, lakin həmin cinayət onun iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamış, bundan başqa o, Ukrayna vətəndaşı X11 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qəsdən satış məqsədilə təkrarən qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və təkrarən qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşları Şahid2, Şahid3, Şahid1, şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının ərazisində olan Xudayar adlı şəxs və digərləri ilə ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq istintaqa məlum olmayan mənbədən əldə edilmiş külli miqdarda təmiz çəkisi 4599,2 qram narkotik vasitə olan tiryəki 2014-cü ilin sentyabr ayının sonlarında məlum olmayan şəraitdə və yerdən qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, habelə Azərbaycan Respublikasının vətəndaşları Şahid2, Şahid3, Şahid1, Ukrayna vətəndaşı Şahid4 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda narkotik vasitəni Şahid4 idarə etdiyi «Mersedes Vita» markalı AE 8432Bİ qeydiyyat nişanlı avtomobilinin ehtiyat təkərinin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədərək, qanunsuz olaraq 02 fevral 2015-ci il tarixdə Göyçay rayonu ərazisindən Qazax rayonu istiqamətində daşımaqla təkrarən qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Ukrayna ərazisinə keçirməyə cəhd etmiş, lakin 02 fevral 2015-ci il tarixdə Şahid4 keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığına görə həmin cinayət əməli iradələrindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs, təkrarən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və təkrarən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmək məqsədi ilə X11 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 10 iyun 2015-ci il tarixdə Ukrayna Respublikasının Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində məlum olmayan mənbədən külli miqdarda, təmiz halda çəkisi 5310 qram narkotik vasitə olan qurudulmuş marixuananı təkrarən qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış və malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “ZAZ Sens” markalı AE7402CT qeydiyyat nişanlı minik avtomobilinin yük yerindəki kustar üsulla quraşdırılmış qaz yanacağı üçün nəzərdə tutulmuş balonunun içərisində yerləşdirib Azərbaycan Respublikasının Yevlax şəhərində qrupun şəxsiyyəti məlum olmayan digər üzvünə təhvil vermək üçün əvvəlcədən tamah niyyəti ilə razılığa gəldiyi Şahin İmanovun vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük idarəsinin “Sınıq Körpü” gömrük postundan 16 iyun 2015-ci il tarixdə saat 15 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 29,206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o heç bir yerə getməmiş və heç bir sərhəd keçməmişdir. Ona qarşı CM-in 206-cı maddəsi ilə sürülmüş ittihamın səbəbini bilmir və o Azərbaycan Respublikasında yaşamamışdır. 2014-cü ildə təqribən 40-45 gün müddət ərzində Azərbaycan Respublikasında olmuşdur. Bundan sonra, yəni 2014-cü ildən sonra Azərbaycan Respublikasını tərk etmişdir. Onun qardaşı ilə telefon danışıqları olmuş, lakin danışıq vaxtlarında narkotik vasitələrlə bağlı danışıqları olmamışdır. Ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə də verilmiş ittihamın səbəbini bilmir. O qardaşı ilə danışarkən sadəcə hal-əhval tutmuşdur. O heç bir narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Ümumiyyətlə narkotiklə bağlı heç bir söz danışmamışdır. 2015-ci ilin fevral ayının 2-də o, qardaşının həbs olunmasını bilmişdir. Həmin vaxt o Ukrayna Respublikasında yaşamış və belə işlərlə məşğul olmamışdır. Həmçinin o uzun müddət axtarışda olduğundan xəbəri olmamışdır. 2014-cü ildə Azərbaycan Respublikasından getmiş və bir daha gəlməmişdir. Onun qohumları Azərbaycan Respublikasında yaşamasına baxmayaraq hətta qardaşı tutulan zaman belə o Azərbaycan Respublikasına gəlməmişdir. Məhkəmədə qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı ona işgəncələr verilmişdir. Onun qardaşının bu məsələ ilə bağlı heç bir günahı olmamış, o qardaşından ancaq pul istəmişdir. X18 Respublikasına getmək səbəbləri quyruq ticarəti ilə bağlı məşğul olmaları olmuşdur. X19 Respublikasında olan zaman onun qardaşı vəfat etmiş və o Rəşadla birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Ona işgəncələr verilmiş və o məcbur olaraq ifadə vermişdir. O ifadə verərkən zorla ona qardaşının da bu işdə əlinin olması ilə bağlı ifadə verməsini demişlər. Xudayar ilə onun telefon danışıqları olmuşdur. Onun Xudayarla qardaşı ilə deyil, özü ilə əlaqədar danışmışdır. Xudayarla o ilk dəfə telefonda görüşmüş, İran İslam Respublikasında o Xudayarla görüşməmiş, orada quyruq işinə baxan insanlarla görüşmüşdür. Ertəsi gün səhər tezdən anası ona saat 5-6-nın yarısı radələrində zəng etmiş və qardaşının vəfat etdiyini bildirmişdir. X18 Respublikasında mobil telefonları olmuş və o bu barədə Rəşada məlumat verərək qardaşının vəfat etdiyini demişdir. O, X14 Respublikasında görüşməmiş, Azərbaycan Respublikasından öz işi ilə əlaqədar telefon vasitəsi ilə əlaqə saxlamışdır. Xudayar ona Rəşadın onu aldatması ilə bağlı telefon vasitəsi ilə ona məlumat vermişdir, lakin onun nə deməsini xatırlamır. O Rəşadın hansı məsələ ilə bağlı İran İslam Respublikasına getməsini bilməmişdir. O, Rəşaddan hansı işlə bağlı İran İslam Respublikasına getdiyini soruşmamışdır. Onu ilk dəfə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tutmuşlar. O Milli Təhlükəsizlik Nazirliyinin Bərdə şöbəsində Vüqar adlı şəxsə ifadə vermiş və həmin ifadə cinayət işinin matriallarında olmamışdır. O, vermiş olduğu ifadələri əziyyət və təzyiq altında məcburi olaraq vermnişdir. 2015-ci il fevralın 2-sində tutulması ilə bağlı qardaşı Mehmana bildirmişdir. O, əvvəllər verdiyi ifadəsini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid2 və Təqsirləndirilən şəxs bu işlə bağlı tanımamışdır. Təqsirləndirilən şəxslə heç bir münasibəti olmamışdır. O narkotiklə bağlı həbs edilmişdir. O, Şahid3 ilə bir yerdə tutulmuşdur. Şahid1 onlarla bağlı tutulmamışdır. Şahid2 və Şahid1la eyni gündə getmiş, həmin vaxt Mehman ilə Xəyyam quyruq gətirmək üçün getmişlər. Onun özü isə narkotik vasitəni gətirmək üçün getmişdir.Şahid2 narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirəcəyi və narkotik vasitənin ümumi təmiz çəkisinin təxminən 4 kq yarım olmasını bilmişdir. Onlar, İran İslam Respublikasında olarkən iranlı tanışlarının vasitəsi ilə, iran nömrələri ilə əlaqə saxlamışlar. O, törətidiyi cinayət əməlinə görə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi qonşu kimi tanıyır. O, 11 il cəza almış və hal hazırda cəzasının 11-ci ilini çəkir. 1985-ci ildə Rusiyaya getmiş, Mehman o vaxtlar uşaq olmuşdur. Yenidən Azərbaycan Respublikasına qayıtmışdır. Həmin vaxt Mehman Rusiyada olmuşdur. O, Mehmanı uzun illərdən sonra 2014-cü ildə Mehmanın qardaşının yas məclisində görmüşdür. Həmin gündən sonra bir daha görməməişdir. O, Xəyyamla rayonda görüşmüş, Xəyyamla xeyirdə, şərdə bir yerdə olmuşlar. Vermiş olduğunu ifadəni xatırlayır və ifadəsində Mehmanı qonşu kimi tanıdığını, əlavə olaraq heç bir münasibətinin olmadığını bildirmişdir. O, Şahid2la birlikdə narkotik vasitə olan tiryək satışı ilə məşğul olduqları üçün həbs olunmuşlar. Yükü onlara Şahid3 vermiş, o isə özünün gətirdiyini təsdiq etmişdir. O, Vidadi adlı şəxsin bu işdə olduğunu tutulduqdan sonra bilmişdir. O, tutulan zaman narkotik vasitə onun avtomobilində olmuş və o bu əmələ görə 11 il cəza almışdır. Narkotik vasitəni İran vətəndaşı Azərbaycan Respublikasına keçirərək Yardımlı rayon ərazisinə yerləşdirmiş və oradan özü götürərək Ağcabədi rayonuna gətirmişdir. Narkotik vasitənin kimə çatacağı barədə onun məlumatı olmamışdır. Narkotik vasitənin kimlərə çatacağını iranlılar bilmişlər. O, narkotik vasitənin daşınması müqabilində 2000 manatı almışdır. İrandan narkotik vasitəni göndərən insanla şəxsən tanışlığı olmamış, telefon vasitəsi ilə əlaqə saxlamışdır. O, Rəşadı tanımamış, lakin onlar birlikdə tutulmuşlar. O, Xudayarla telefon vasitəsi ilə danışmışdır. Mehmanla 10 il əvvəl Mehmanın qardaşının yas məclisində görüşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı heç nə xatırlamır. İbtidai istintaq zamanı ifadəsini təsdiq edir. O, ehtiyyat təkəri cırmış və həmin ehtiyyat təkərin içindən qara rəngə oxşar bir şey çıxmışdır. Hadisə yerində özündən başqa 2 nəfər hal şahidləri olmuş, Elməddin adlı şəxsi də orada görmüşdür. Hadisə yerində heç kəsə fiziki təsir olmamışdır. Təqsirləndirilən şəxsi tanımır, Xəyyam ilə Vidadini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi ilk dəfə görür, indiyə kimi heç harda görməmişdir. Müstəntiq onu Xəyyam ilə bağlı dindirmiş və Xəyyamın narkotik vasitə daşıyarkən tutduğunu bildirmişdir. O, «09» markalı avtomobildə balonun içində narkotik vasitə tutduğunu demişdir. O,hadisə zamanı gömrükdə böyük inspektor vəzifəsində çalışmışdır. Avtomobildə narkotikin nə cür tutulduğu yadındadır, təqsirləndirilən şəxsi həmin vaxt orada görməmişdir. Hadisə günü avtomobil xəttə gəlmiş, həmin xəttdə gömrük inspektoru Vəkil adlı şəxs dayanmış və onlar tərəfindən avtomobil yoxlanılmışdır. Avtomobildə qaz balonunun içindən narkotik aşkarlanmışdır. Onlar, qaz balonunu kəsərək içindən təxminən 5 kiloqrama yaxın narkotik vasitə çıxarmışlar. Daha sonra isə baş verən hadisəni Vəkil adlı şəxlə birlikdə sənədləşdirmişlər.Narkotikin çəkisi təxminən 5 kiloqrama yaxın olmuş və narkotikin növü qurudulmuş marixuanaya oxşamışdır. O narkotik vasitəni Şahid8la birgə aşkar etmişdir. Saxlanılan şəxs narkotik vasitəni Azərbaycandan Ukraniyaya apardığını və orada sata bilmədiyi üçün geri qaytardığını demişdir. Avtomobilin markası dəqiq xatırlamadığı «09» və ya «099» olmuşdur. O, istintaqa verdiyi ifadəsini təsdiq etdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Avtomobildən narkotik vasitə çıxmış, həmin vaxt avtomobili o özü yoxlamış və qaz balonunun içindən narkotik vasitə aşkar olunmuşdur. Avtomobil Ukrayna Respublikasından gəlmiş və avtomobilin içi boş olmuşdur. Şahid7 avtomobilə baxış keçirmiş, avtomobildə olan qaz balonunu yoxlamış, həmin vaxt balondan cingilti səsi gəlmiş və o şübhələnmişdir.Daha sonra qaz balonuna baxış keçirilmiş, heç bir müdaxilə, kəsik olmadığını görmüşdür. O, həmin qaz balonunun boltlarını açmış, fənərlə içərisinə baxmış, balounun içərisində işıltılı bir şeyin olduğunu görmüşdür. O, avtomobil sahibindən aşkar olunmuş əşyanın nə olduğunu soruşmuş, avtomobilin sahibi isə narkotik vasitə olduğunu demişdir. Daha sonra baş verən hadisə sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxsi tanımır. Hadisə yerində o, olmuş və avtomobildəki qaz balonunun içərisindən narkotik vasitə aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixdə 4(009)-685/2015 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin 04 (dörd) ay müddətə müəyyən edilməsi və həbsdə olma müddətinin əvvəlinin onun faktiki saxlanıldığı vaxtdan hesablanması barədə qərar qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Yasamal Rayon Məhkəməsinin 27 aprel 2016-ci il tarixli 4(004)-451/2016 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 18 yanvar 2016-cı il tarixli “șəxsin fotoşəkillər əsasında tanınmaya təqdim edilməsi” haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs X8 tanınmalı olan Təqsirləndirilən şəxs fotoșəkili zahiri görkəmcə ona oxşayan 3 nəfər şəxsin foto şəkillərin arasında tanınmaya təqdim edilmişdir. Tanınma istintaq hərəkəti zamanı Şahin İmanov tanınmalı olan Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin Ukraynada narkotik vasitəni Azərbaycan Respublikasına gətirmək üçün avtomobilinə yerləşdirən şəxs olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpol-un Milli Mərkəzi Bürosu 23 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gürcüstanın salahiyyətli orqanları tərəfindən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 1(088)-142/2016 nömrəli hökmündən görünür ki, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 fevral 2015-ci il tarixli 36/390 nömrəli məktubla daxil olmuş materiallardakı 02 fevral 2015-ci il tarixli baxış protokolundan görünür ki, Şahid4 idarə etdiyi AE 8432Bİ qeydiyyat nişanlı «Mersedes Vita 110 CDİ» markalı avtomaşının yük yerinin altında sol tərəfdə ehtiyat təkərinin içərisindən aşkar edilərək götürülmüş 4 ədəd bükülüdə narkotik vasitə olan tiryəkə bənzər maddələr aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyi Əməliyyat-Texniki İdarəsinin 5-ci şöbəsinin mütəxəssisi tərəfindən verilmiş 03 fevral 2015-ci il tarixli 006 nömrəli arayışdan görünür ki, Şahid4 idarə etdiyi AE 8432Bİ qeydiyyat nişanlı «Mersedes» markalı avtomobilin ehtiyat təkərinin içərisindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4599,2 qram tədqiqatların aparılması üçün 0,5 qram maddə istifadə edildikdən sonra qalığı 4598,7 qram olan tünd şabalıdı rəngli, kristallaşmış maddə narkotik vasitə-tiryək olması göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 1152 nömrəli cinayət işi üzrə 25 fevral 2015-ci il tarixli 3486 nömrəli rəydən görünür ki, üzərində «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Zərflər üçün № 171» və «AR MTN 5-ci şöbə» möhür əksləri olan bir ədəd polietilen paketdə ümumi təmiz çəkisi 4598,7 qram (tədqiqata 0,40 qram sərf edildikdən sonra qalıq 4598,3 qram) olan maddə tünd qəhvəyi rəngli, spesifik iyə malik maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək olduğu və Şahid2la Şahid3 xx.xx.2014-cü il tarixdə götürülmüş maddə ilə öz xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni tərkibli olduğu göstərilmişdir. Qeyd edilən, tədqiqatlara cəmi 0,9 qram sərf edildikdən sonra qalıq çəkisi 4598,3 qram olan narkotik vasitə - tiryək törədilmiş cinayətlərin predmeti olduğundan, həmçinin öz xüsusiyyətinə və əlamətinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 11 mart 2015ci il tarixdə maddi sübut kimi tanınmış və eyni tarixli aktla məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş və Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmü ilə hökm qanuni qüvvəyə mindikdən barələrində məhv edilmə haqqında qərar çıxarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2015-cü il tarixli 1(088)-243/2015 saylı hökmdən və həmin məhkəmənin 02 dekabr 2015-cü il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, təmiz halda çəkisi 4599,2 qram narkotik vasitə hesab edilən tiryəkin daşınmasında istifadə olunmuş təqsirləndirilən şəxs Şahid4 idarə etdiyi AE 8432Bİ qeydiyyat nişanlı «Mersedes Vita 110 CDİ» markalı avtomaşın hazırkı cinayət işinin ayrıldığı 1152 nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmü ilə barəsində hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması haqqında qərar çıxarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azerbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində X6 iştirakı ilə tərtib edilmiş 16 iyun 2015-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması barədə” protokoldan görünür ki, yoxlama zamanı “ZAZ Sens” markalı, AE7402CT nömrə nișanlı nəqliyyat vasitəsinin yük yerində olan qaz yanacağı üçün nəzərdə tutulmuş balon șübhə yaratmış, həmin balon yerindən çıxarılaraq üst hissəsində olan qapaq açılmış və balonun içərisində naməlum əşyaların olduğu müəyyən olduğundan həmin balon kəsilərək içərisində olan 37 ədəd müxtəlif ölçülü və formal üzəri yapıșqanlı lentilə bağlanmış, polietilenə bükülmüş, ümumi çəkisi 6 (altı) kiloqram, 200 (iki yüz) qram olan bağlamalar aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “ZAZ Sens” markali, AE7402CT nömrə nişanlı nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş bağlamalar barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 230 nömrəli, xx.xx.2015-ci il tarixli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X11…” sözlər, adlar, imzalar olan, bir ədəd kisədə içərisində 37 (otuzyeddi) ədəd polietilen torbalara bükülmüş üzəri yapışqanlı lentlə bərkidilmiş ümumi təmiz çəkisi - 5310 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddəlar olan çətəna (kannabis) bitkisindən kustar üisulla hazırlanmış qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 5310 qram olmuş, tədqiqata 0,2 qram sərf olunmuş, qalıq 5309,8 qramdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizası 30 iyun 2015–ci il tarixli, 13067 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik kisədə olan ümumi təmiz çəkisi 5309,8 qram bitki mənșəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İlkin tədqiqat zamanı kütlənin ümumi təmiz çəkisi 5310,0 qram təşkil etmişdir.Qeyd: Marixuananın ümumi təmiz çəkisi 5309,8 qram olmuș, tədqiqata 0,2 qram sərf olmuș, qalıq 5309,6 qramdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmişm məhkəməbioloji ekspertizası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 14 avqust 2015-ci il tarixli, 14896 nömrəli ekspert rəyindən görünür ki, “ZAZ Sens” markalı AE7402CT dövlət qeydiyyat nişanlı avtomobilin Y6DTF 699P8W41644 ban nömrasini bildirən rəqəmlərin zavod üsulu ilə həkk olunması, avtomobilin Y6DTF699P8W416445 hərf və rəqəmlərdən ibarət olan ban nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsində göstərilən seriya nömrə ilə eyni olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəm Ekspertizası Mərkəzindən alınmış 22 sentyabr 2015-ci il tarixli, 14897 nömrəli rəyindən görünür ki, Gömrük xərcləri ödənilməmiș 2008-ci il buraxillşli “ZAZ Sens” markalı avtomobilin orta bazar qiyməti təxminən 2500,00 (iki min beş yüz) manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alnmış 06 avqust 2015-ci il tarixli, 14996 nömrəli ekspert rəyindən görünür ki,X6 adına olan CXT104402 nömrəli Ukrayna Respublikasının nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin blankı sublimasiya printer vasitəsilə hazırlanmışdı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2016-cı il tarixli hökmündən rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyində saxlanılan “ZAZ Sens” markalı Y6DTF699P8W416445 ban nömrəli, AE7402CT dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəyə mindikdən sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməsi, həmçinin iş üzrə maddi sübut hesab edilərək Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, ilkin tədiqat zamanı 5310 qram olmuş, tədqiqatlara 0,4 qram sərf edildikdən sonra qalıq 5309,6 qram qalmış qurudulmuş marixuana və Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyində saxlanılan qaz balonunun məhv edilməsi barədə qərar verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş istintaqa əməlyyat orqanından 16 dekabr 2014-cü il tarixli 2010 nömərli və 03 fevral 2015-ci il tarixli 229 nömrəli məktubla daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs və digərlərinin külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə bağlı apardıqları telefon danışıqlarının məhkəmə qərarı əsasında qulaq asılaraq yazıldığı kompakt disklərdəki telefon danışıqlarına müvafiq olaraq keçirilmiş 17 dekabr 2014-cü il və 18 fevral 2015-ci il tarixli baxış protokulların məzmunundan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər aralarında aşağıda qeyd olunan tarixlərdə və qeyd olunan nömrələrdən, qeyd olunan məzmunda iş üçün sübut əhəmiyyətli olan danışıqlar aparmışlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 dekabr 2014-cü il tarixli “diskə baxış keçilrməsi” haqqında protokoldan görünür ki, 30 noyabr 2014-cü il tarixdə saat 15:09 dəqiqədə Şahid1 istifadəsində olan 050 397 38 28 nömrəli mobil telefondan İİR ərazisində olan Xudayar adlı şəxsin istifadəsində olan 055 613 85 39 nömrəli mobil telefona zəng olunaraq aparılmış danışıq: Xəyyam: Ba ma deyirsen zəng elə, özün də haraynansa danışırsan Xudayar: Mən də sənə zəng vureydım. Nə var nə yox. Xəyyam: Şükür allaha. Sən nağayrısan? Sizdə də yas yeri yeddi gündü məclis? Xudayar: Ha, bizdə də yas yeridi. Böyük qardaşım rəhmətə gedib. Xəyyam: Hə, Allah rəhmət eləsin. Səsəin nəsə zəif gəlir. Nağayrısuz neyliyirsiz,sizdə nə var nə yox? Xudayar: Mehman hardadı? Xəyyam: Ə, Mehman Rassiyadadı. Nə bəri gəlmir, nə də o tərəf keçmir. Görək nağayrır. Deyir yaman zəifdi. Ayə iş yodu e. Zəifçilikdi. İş dayanıfdı. Xudayar: Niyə elə eliyirsən, bir iş görəmmirsən? Xəyyam: Yox Allah haqqı, Qurana and olsun. Xudayar: Mehman nə deyir, pul zad yollamır? Xəyyam: Ə, yoxe. O, da elə pula görə keçib Rassiyaya Xudayar: Əlaqə saxliyammiysan? Xəyyam: Ayə, əlaqə saxlırame, Prostu zəifçilikdi qaqa. Bu dəyqə dayanıblare. Hələ oların vaxtına var deyə dayanıblar. Heç belə şey 5 ildə Allaha and olsun olmamışdı. Xudayar: Bə oayannan zəng vurellar ki, ağa, tapılmır, qıttığdı. Elə bura da qıttığde ha. Elə adam var Allaha and olsun pulu gəlib əlində tapammır. Xəyyam: Hə. Ə yox, Azərbaycanda bizdik döyül. Bizdə o tərəflikdi. O tərəfdə də müharibə düşməsəydi Xudayar:İnşaallah hərəkət eliyində. Xəyyam:Hə görək də görək. Xudayar: Haçan inşaallah pul götürüb gələcək? Xəyyam: Qoy özm deyəcəm saa. İndi vəziyyət yaxşı döyül Xudayar. Xudayar: He. Xəyyam: Qurana and olsun, heç dəbərmiyifdi. Məhərrəmlikdi deyə, toylar zaddar yoxdu. Necə gəlib elə Allaha and olsun o fasonda da qalıb. Xudayar: O üzə gedibdi getməyinə? Xəyyam: Hə, o üzdə də var idi. Prostu qalıbe, o üzdəki də qalıbdı. Çox məətəl qalmalı şeydi. Xudayar: Götürən yoxdu? Xəyyam:Hə, dana, yooox, bir-iki-üç nəfər dedi zəifdi, nə bilim nədi. Xudayar: And olsun Allaha əmi, onu ki sən deyirsən, elə bil başıma isti suyu töküsən. Xəyyam:Yoxe, mən də başa düşürəm. Xudayar: Mən burda 100 manat, 50 manat, o zaddarı şeyliyən döyüləm. ... Xəyyam: Ə, yenə deyirəme ola bilər, onlar almnağın dərdinnən elə deyir. Xudayar: Yalan deyir. Onu mənə deyə, mən inammıram. Mən özüm də olmasam özümlə iki nəfər veriyəm, ala yoxla. Balacalardan ki başım çıxır, o balacalarda mənə heç kim hoqqa gələ bilməz. Yekə ki,var, onu 3 nəfər, 4 nəfər gətirirəm... Xəyyam: Ə, nəbilime, qalmışıx belə. Xudayar: Sənə hacan pulu verəcəysən? Xəyyam: Qoy deyəjəm. Hələ zəifçilikdi. Saa 5-10 günə bir xəbər deyəjəm. Qoy inşallah mən deyəcəm də. Xəyyam: Bir-iki işdər var onnarı yoluna qoyax. Hələ yaxşı olsa hələ sənə bir dənə də bir.... söz deyəy. Xudayar: Yatmayında. Orda yatmaynən, eləməynən. Xəyyam: Ə, yatmamışıx Allaha and olsun. Yatmax söbəti döyüldə. Xudayar:A kişi 3 aydı e. 3 ay. Xəyyam: Ay sağol, baa görürsən? Ə, Azərbaycanda bizdik döyül o. Sən nujeli başa düşmürsən. Azərbaycan (nalayiq söz işlədir). Azərbaycan qətiyyən bizdik döyüle. Azəırbaycanı sən yaxşı bilmirsən, biz bilik dana. Xudayar: ..... Xəyyam:Ə, inşallah o tərəfdəki tərpəniş olsa varee, heç biz catdıra bilmiyəceyike. Sən indi inşaallah görəssən. O tərəfdə bircə dənə tərpəniş oldusa. Allaha and olsun o tərəfdə müharibə başdamasaydı var ha, toyba catdıra bilmiyəceydik. Da özün də məətəl qalaceydin ki, bu nədi aaa?! Belə də yəni yaxşı, xoş olaceydi. Xudayar: Allah and olsun sən nə cür desən mən o cür eliyəcəm. Xəyyam: Sağol, sağol. İndi qoy inşaallah tərpəniş başdasin. Xudayar: Əmi, saxlamada əlində.Ba bu cür zad olsa adam bir-birindən soyuyer. Xəyyam:Ə, yoxe . İndi bax sana söz deyim, bax bu dəyqə orda biz verdiyimizdən də aşağı istəsələr biz verərik ona görə ki, yani qoy əlimizdə pul olsun hərəkət eliyək. Onu da demillər. Amma bax bir dənə dəbəriş olsa var ha, özün də görəssən ki, çatdıra bilmiyəcəyik. Baax o da bu aydan başdamalıdı. Xudayar: İnşaallah görərik. Adam da var əlli ildi bu işnən məşğuldu, amma keçirdəmmir. Amma bu yol bizə açığdı. ... Balonun canı 11 saat yol gedir gəlir. Xəyyam: Gör nə deyirəm, bu ləngimələr zaddar bu aydan düzələjəkdi, qəşəng olacax, görəssən də. Onda super olajağe, super. Xudayar: Sağol, allah səni söyündürsüne. Xəyyam: Xudayar, arada mən sənə zəng eliyəjəm. Xudayar: Bi dənə mənə kontur alında.O biri nömrəmə. Xəyyam: Hə indi evdəyəm, çıxanda alaram. 06 dekabr 2014-cü il tarixdə saat 18:18 dəqiqədə İİR ərazisində olan Xudayar adlı şəxsin istifadəsində olan 055 613 85 39 mobil telefondan Şahid1 istifadəsində olmuş 050 397 38 28 nömrəli nömrəli mobil telefona zəng olunaraq aparılmış danışıq: Xudayar: Alo, Salam. Xəyyam: Salam, Salam. Ayə axşamdan mən demişdime onu. İndi zəng eliyiyirəm, deyir bizdə aparatlar var. Aparatnan yüklüyür pramoy. Daha belə kontur satmır. İstəsəz simsim, istəsəz nar. Keçmiyib, mənə də demiyibdi. Xudayar: Hə, hə. Tay gəlmersən. Bir dəfə gəldin özüvü göstərdin, sonra qaçax düşdün. Xəyyam: Yoox, Mehman Allah qoysa gəlsin , bəlkə mən gəldim. Xudayar: Haçan gələcəy, inaşaallah? Xəyyam: Gəlməlidi ayın 20-nə kimi. Xudayar: Büyün sizdə neçəsidi ayın? Xəyyam: Bizdə 6-sı. İki həftiyə. Xudayar: iki həftədən sonra Mehman gələcək hə? Xəyyam: İnşallah. Orda bir işləri var. ... pul verməlidi. Ona görə keçib Rassiyiya. İndi onunla işini həll eliyəcəy. Gələcəy Ukrayniya. Ukraynadan pramoy bura. Xudayar: Əmi, bura bax söz deyirəm. Vallah, Quran haqqı gərək biz iki seriya üç seriya iliyeydük. Sən özüvü də şey elədin, bizim də əlimizi bağleyibsan. Xəyyam: Ayə, bura bax. Bizi yaradan Allaha and olsun getmir. Bax dünyada puldan kim qaçar? Elə bir adam tanıyırsan puldan qaçsın. Qaçar bilirsən hansı adam? Da pulu oqədər qazanar ki, deyər qoy bir ay dincəlim. Mənim də bu dəyqə ürəyim parttiyir ki, kef görmüş adamam. Pulum gəlməyəndə darıxıram. Getmir getmir. Puldan kim qaçar. Mən də istiyirəm ki tez-tez işliyək. Biz burdan deyək, ordan quyruxdan yolliyasan. Biz də burda dolanaq, siz də orda dolanasız. Xudayar: Bə nə cür oldue əmi? Xəyyam: Bu saa bir söz deyime. Keçən il, hər il bu vaxtı zəifliyir. Daha bu ilki kimi şey olmuyub. Bilirsən nəyə görə oldu ən çox. Orda müharibə getməsəydi. Orda türmələrin ən çoxu Donetski tərəfdədi.Başa düşdün? Orda da bunu istiyən adamlar ən çox bunu yolluyurdu ora. Orda çox yerdə var ha. Bizdə nətəri Bakıda çox döyül türmə. Xudayar: Hə. Xəyyam: Bax, onlarda da helədi. O teretoriyada çoxdu. Ən çox da orda qəşəng gedirdi. İndi orda da müharibə gedir. Bax müsibətdi. Güllənin qabağına kimdi gedən?! Səyin biri təpənə bir güllə vursun, desin indi qal burda. Ona görə. Bax məsələn keçən il Xudayar: Allah haqqı, Quran şahiddi biz də kasıb uşağıq. Dedim də gözümü də istəsən çıxardıb sənə verəcəm. Allaha and olsun dörə var biz ona 22000-23000 maya zad eləmişik. Xəyyam: Billəm, billəm mən qəşəng billəm. O pulsuz gəlmirki. Bura bax keçən il ayda 2 dənəsin 3 dənəsin hələ zəif olanda ha, zəif olmayanda ayda on dənə bizə çatmır. Permdə müharibə başdadı. Xudayar: Mən də deyirəm Allah bulara nə oldu, nular niyə durdu?! Mən sənə dedim də bizim üçündü bu yol bir dənə. Hələ yolçu da tapmışam. Düzgün. Elə o da gedir gətirir..... bir cür sağlamdı e. Heç quş da qonammerdi ora. Allah qurban olum elə bil bu yolu bir dənə bizim üçün açdı. And olsun Allaha 11-12 saat piyada yol gedilib gəlinir. Xəyyam: Billəm qardaş, billəm. Xudayar: Oğul var Əbülfəzə and olsun, oturub burda əlində puliynan, heç o yolu tapıb eliyəmmir. .... Deyirəm də bu yollu sənli mənli 5 gün, 10 gün, 1 ay, 1 il işliyək. Sənin mənə köməy eləməy niyyətin var mənim də and ola Allaha sənə. Xəyyam: Bəli, bəli. Mən yenə də deyirəm əgər orda müharibə başdamasaydı aya bizə qurana and olsun on min catmırdı. Da sən təcəvvür elə ha. O da var e. Xudayar: ... Tək mənim pulum oleydi sənin kimi oğullara vereydim, deyərdim ala. Xəyyam: Billəm qaqa. Qoy Allah qoysa Mehman keçsin Ukrayniya. Rassiyadan pulunu götürən kimi keçir Ukrayniya. Elə bil .... aldadıb bunu. Xudayar: Hə? Xəyyam: Bura baxma, sən Azərbaycanlılara, sənə, mənə baxma. Biz bir-birimizi ləngitsək də on gün gec, on beş gün gec, bir ay gec veriririk. Amma ordakı (nalayiq söyüş söyür) bilirsən nətərdi? Bu şəhərdən qaçır gedir o birisi şəhərə, o şəhərdən qaçır gedir bu birisi şəhərə. tez Xudayar: O gədədən nə xəbər, sora da gətirdi 2000 pul verdi e. Elə bil 10000 mənə pel verəceydi, 7000 zad... .Ondan mən baş açmadıme. Dedim get qağa, haçan pulun olsa gələrsən. Xəyyam: Kim? Xudayar Elə qardaşın, Rəşadgillər. Xəyyam: O, indi sənə nə qədər borcludu, təzədən? Xudayar: Təzədən,elə o qabaxkı puldan 2500 zad qalır. Xəyyam: Bə mən bir dəfə soruşdum, dedi apardım 3000 bir vermişəm, 3500 bir vermişəm guya sizə. Xudayar: Denən yalançıya Allah lənət eləsin. Xəyyam: Heç Bərdədə yoxdular. Deyesən Bakıdadılar. Xudayar: Xülasəsi əmi, mən səni düzgün insan kimi tanıyıram. Soruşmuşam da deyiblər. Xəyyam: Sağol, sağol. Xudayar sən bəlkə də Rassiyada olsaydın, irannı yox ha urus olsaydın, xaxol olsaydın orda biz atardıq. Deyərdik ə, xaxol şeydidə eşidirsən? Amma biz Azərbaycanda biri-birimizə. Xudayar Aysağol siz bizə farslardan çox yaxınsız. Birinin köpüyü qalmayıb məndə. Birdən gücüm çatmasa eliyəmməsəm, deyərəm əmi, mənim əlimdən bu iş gəlmir. Xəyyam: Gör nə deyirəm, mənim əgər əlimdə pulum varsa və onu sənə yollamıramsa məndən heç aşağı adam yoxdur. Mən də bilirsən sənin pulunu lap tez verəm? Çünki sən orda lap rahat, məsələn deyim ki, Xudayar ged indi bir az da bahalı, lap qəşəngin, gözəlin ale orda. Bax mən onu istıyirəm allaha and olsun. Xudayar: Mənim əlimdə pulum olsa 24 saat burdan yol gedərəm burdan gedib oturararm malımın üstündə. Özün bilirsən də pul adamın üstündə olmadı. Xəyyam: Bəli, bəli pul olmadısa qardaş sözü də olmur. Xudayar: Mənə yardım olandan sonra gəlib oturassan burda, oturdaciyəm səni burda. Deyəssən ki, bunu zad elə. Onu bu cür zad eliyəcəm. Xəyyam: Eşidirsən, qoy indi Mehmanı mən dəqiq biləjəm də . Mən saa bu səfər yollasam, pramoy bütöy 10000-i bir dəfəlik yolluyacam ki, qardaş ala. Aramızda da nə qalsa deyəcəm filan günü də bu qədər yolliyacam. Hə ola bilər lap 20000 də olara deyərəm qardaş, dalın da yolla gəlsin. Bildin nə cür? Xudayar: Əmi, mən sözü çox öyürüb cevirib, elə çox da danışan deyiləm. Siz orda mən burda .İnşaallah yolun düşsə gələjəhsən. Xəyyam: Gələjəm, Mehman gəlsə gələjəm. Xudayar: Gəlib mənim atamı, anamı da görəcəysən. Bax sənin bir köpük pulun mənə lazım döyül.Mən işdiyirəm, öz zəhmətimin bəhrini yeyirəm. Xəyyam: Əla, əla qardaş. Biz də eləyik. Hamımız əlimizin zəhmətini yeməliyik. Xudayar:Yoxsa mən oturub öz zadımda pul yesəm, o pullar mənə lazım döyül. Allah şahiddi, mən qaneyəm.Bilirəm bu işi görəcəm mənə burdan bir belə çatacaq. Pul yedi olsa, onu da yeyərəm beş gün, on gün. Sonra haqq yerin tapacey. Xəyyam: Bə nə, bə nə. Oldu Xudayar mən sənə zəng eliyəcəm. Xudayar: Sağol. Oldu başına dönüm. Salam denən. Xəyyam: Sağol, sən də salam de. 04 dekabr 2014-cü il tarixdə saat 12:35 dəqiqədə İİR ərazisində olan Xudayar adlı şəxsin istifadəsində olan **********28 mobil telefondan Şahid1 istifadəsində olmuş 050 397 38 28 nömrəli nömrəli mobil telefona zəng olunaraq aparılmış danışıq: Xudayar: Alo Salam Xəyyam: Salam, salam. Xudayar: Kefin necədi? Xəyyam: Şükür şükür. Xudayar: Vəziyyət nə yerdədi? Xəyyam: Belə də, bir az quraqlıxdı. Yaxşısan özün? Xudayar: Sağo, sağol, Allah sənin balu saxlasın. Heç zad bekarçılığdı. Xəyyam:Ayə Xudayar, görək də qoy bu quyruxların pulunu yoluna qoyax, bir az sizə pul yolluyax, sonra gələn reysdə şeydən olacaxdı, o birisi quyruxdan. Xudayar: Hə. İnşaallah. Xəyyam: Amma o ağ quyrux, həmi o gədə mənə əskik verdi, 250 əvəzinə 200 verdi. Mən demirəm sən əskik vermisən. O sənlik deyil. Yani o, o vaxtı belə verdi maa. Həm də sən öl deyirəm yaman da xarabdı ha balamın canına. Çünki onu mən burda istifadə eliyirəm, yani özüm bilirəm də nədi nə döyül. Sən öl o, biabırçıdı. İndi ola bilər gələcəyə onnan götürəy, ağdan. Xudayar: Baba, bu nömrə ilə danışma e. Buları danışarıq sora. Sən indi haçan bizə pul veriysən? Xəyyam: İndi görəh da mən saa deyəcəm ağa. Vəziyyət yaxşı döyül. Özümüzün də bir az verəcəyimiz var. O gün saa verdiyim pulu Allah haqqı gedib borc alıb vermişəm. İndi onu verirəm. Bax indi onun dalıyca gedirəm. Narahat olma bu səfər vursax yaxşı pul vurajiyix. Bir 7-8000 min vurajıyıx. Prostu narahat olma, özüm vaxtın deyəjəm saa. Prostu qoy pulu düzəldim camaata verim getsin. Sizə aldığımı tovba borc almışam, Abülfaza and olsun. Dedim Siz də orda xırda-mırda borclarınız versiniz dana. Xudayar: Hə, bir az əl dəbərt də. Xəyyam: Bildim, bildim, çalışacam da ağa, çalışıacam. Yaxşı, oldu ağa, oldu. 05 dekabr 2014-cü il tarixdə saat 15:31 dəqiqədə Şahid1 istifadəsində olmuş 050 397 38 28 nömrəli mobil telefondan Rusiya Federasiyası ərazisində olan iş üzrə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş **********73 nömrəli mobil telefona zəng olunaraq aparılmış danışıq: Xəyyam: Evdəsən? Mehman: Yoox, şəhərdəyəm. Nə olub ki? Xəyyam: heç nə. O gədə gətirdi səhər-səhər 1400 manat verdi. Mehman: Demədin, ə bu nədi (nalayiq söyüş) vapşe? Xəyyam: Dedim dana. Deyir , nəbilim «Balakən şeyləri» var, nə var. Onlar qoymur yaxşı getsin, nağayrisin. Mehman:1400 manatın nə eliyir ki, heç 2000 dollar eləmir. Xəyyam: 1800 Mehman: Ə bunun ağzına (nalayiq söyüş) mən, neçə gündü bu iki yüz qram şey satıb?! Xəyyam: Hə, and içir. Özü heç mən deməmiş dedi bizim aramızda yarım qaldı. Dedim hə da bir ton quyruğ idi 500-nü verdin 500 qaldı. Mehman: 500 nədi, yarım kilosu qalıb, 4500 ? Xəyyam: Ay sağol, hə. Mehman: Nə bilim nəysə, davay sağol. Xəyyam: Sağol. 08 dekabr 2014-cü il tarixdə saat 23:13 dəqiqədə Rusiya Federasiyası ərazisində olan iş üzrə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş **********73 nömrəli mobil telefondan Şahid1 istifadəsində olmuş 050 397 38 28 nömrəli mobil telefona zəng olunaraq aparılmış danışıq: Xəyyam: Hə qaqa. Mehman: Nağayrisan, neynirsən? Xəyyam: Heşnə, hardasan. Mehman: .... Xəyyam: Yığım səni? Mehman: Ə yoox. Qulaq as, bu Elçin zəng eləmişdi maaa. Hə, indi onun nə qədər borcu qaldı bizə? Xəyyam: 1750. Mehman: 1750 manat verdi saa? Xəyyam: Hə. Mehman: 1750 manatın nə qədər pul eliyir? Xəyyam: Deyim də (bir az fikirləşir) 2250 dollar. Mehman: İndi qaldı 2250 dollar eləmi? Xəyyam: Hə. Mehman: Orda deyir elə, belə nə bilim məni nəzərə al, əlli nə bilim. Sənin ağlın nə kəsir? Xəyyam: Ə, mən ona bilirsən nə dedim? Ma da dedi. Mən də dedim ayə onu indi eliyə bilmiyəjiyik. Amma gələn səfər ki, bir də verəjiyike saa nəsə, dedim onda saa hörmət eliyərik. Mehman: Hə, onda denən Mehmanla danışdım, mənə zəng eləmişdi, bizim borcumuz var, gələn səfər lazım olsa yola verərik səni. Yaxşı? Xəyyam: Hə, mən ona demişəm. İndi sən də dedin, yaxşı eləmisən. Prostu mən ona bir dənə deyəjəm ki, saa dediyim kimidi, gələn səfər saa onu verəndə elə bil 50-ni saa keçərik. Mehman: Hə da lap denən 50 artıx verərəik saa. Xəyyam:Hə da elədir. Ona dedim onsuzda mən. Dedim, onu gələn səfər eliyək. Mehman: Qulaq as, pulu verdin, mamam getdi? Xəyyam: Hə, mən orda 5400 manat idi, ordan 400 manat kanfetə büyün sroşnu pul verirdim, sabahda zadda alıb təzədən verəjəm papama. Təmiz 5000 manat pul vermişəm. Onu sabah kimə versin mamam, Zöhrab kimə versin? Mehman: Yox e, dollar eləsine, aparsın dollar eləsin. Xəyyam: Başa düşdüm da. Dollar elədik. Kiməsə verilməlidi da qaqa. Mehman:Hə eləsin, nömrə deyəjəm sizə, aparsın versin ona, adama. Xəyyam: Hə, yəni sən kimnənki alassane Mehman:Sabahları aparıb dollar eləsinlər nə qədərsə, həll eliyərik. Davay. Xəyyam: Hə yaxşı, yaxşı. Kimnənsən indi? Mehman: Ə rıjıynanam. ... Mən istiyirdim bidənə bu gətirsin. Lap başqa yerdən olsa pulnan alardım. Arifə demişəm, sabah o iki dənəni götürəjiyik. .... alardıq bu Elçinə görə. Xəyyam: Ayrısını sora alarıx. Amma Arifdəkini nağdı görümək lazımdı. Mehman: Hə vsyo da sabahları həll eliyəjiyik. Davay. Denən pulu dollar eləsinlər. Xəyyam: Hə yaxşı. Evə havaxt gedəssən? Mehman: Hələ bilmirəm, nə di ki? Xəyyam: Heş nə e. Büyün getsən. İndi telefonda konturum çox gedəcək, söbət eliyərdik, bir dənə iş var onu görəy həll eliyə bilsəy yaxşı olardı. Mehman: Hansı işdi, nə barədə? De görüm. Xəyyam: Ə, indi bir az uzun dərədi. İran barədə o tərəfdə adam var, Rəşadın yükü var. Deyirəm gələndə bir az da o birindən tullatdırardıq gələndə verərədik bu gədiyə. İlqara. Adam var Mehman: Ə, darıxma on birdə gedəndə sabah danışarıx. Büyün bəlkə bir az gej getdim. Xəyyam: Hə sabahları günortuya kimi yadınnan çıxmasın, zəng elə danışax. Mehman: Davay, yaxşı sağol. 26 yanvar 2015-ci il tarixdə saat 13:25 dəqiqədə Şahid1 istifadəsində olmuş 050 982- 87-26 nömrəli mobil telefondan (Bərdə) Ukrayna Respublikası ərazisində olan iş üzrə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş 38 098 383 73 73 nömrəli mobil telefona zəng olunaraq aparılmış danışıq: Mehman: Ə, niyə adboy verdin. Xəyyam: Ə, açdım, açmadı. Mehman: Nağayrisuz? Xəyyam: Heç nə. Evdə oturmuşuq. Mehman: Vəziyyət yaxşıdı? Hə, dedim görüm nağayrisuz. Xəyyam: Hə. Sən hardasan bəs? Mehman: Mən burduyam da. Büyün o rəhməttiyi yola salacaxlar. Gedirəm ora elə. Morqa gedirik. Pul zad yazdırdıq. Yazığı yola salsınlar. Hələ bu iki günə zada orda olajaxdı. Dünən mən o ... danışdım. Dedi qaqa, gözüm üstə. Nə desən eliyəcəm. Xəyyam: Ə, onu skaypda danışarıx. Ə, bu Gülşən nə vaxt şeyliyir bəs? Mehman: Gülşən dünən yox srağa gün dedi ki, ya sabah, ya bürüsü gün. Ona zəng eləmə. Zəng lazım döyül. Elə bir dənə yanına get. Xəyyam: Ə, özün yaz, saat neçə. Maa deyərsən da. Belə nəyə gedim ora. Mehman: Amma, elə bil sən o tərəfə dazıxanda bu danışdığımızı .... darsan gedərsən. Xəyyam: Hə, bildim. Mehman: Oldu? Xəyyam: Hə, yaxşı. Mehman: Davay qaqa, davay. Qoy mən danışım, şeyliyim. 29 yanvar 2015-ci il tarixdə saat 17:32 dəqiqədə Ukrayna Respublikası ərazisində olan iş üzrə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş 38 098 383 73 73 nömrəli mobil telefondan Şahid4 istifadəsində olmuş 051 466 87 53 nömrəli nömrəli mobil telefona zəng olunaraq aparılmış danışıq: Vidadi: Can qardaş. Mehman: Salaməleykim. Vidadi: Ay əleykimə salam. Beş də artıq. Mehman:Ayə camaat orda öldü batdıe. Sən çatmamasın hələ? Vidadi: Ayə Quran haqqı. Düz nə qədər yol artıb. Bezire adam, gəlib çatmax olmur. Mehman:Ə, helədi. Bura bax. Mən bulara deyim də yavaş-yavaş işlərini görsünlər. Vidadi: Gör nə deyirəm. Sabah yox, bürüsü günü. Hava qaralananda olsun burda. Oldu? Mehman: Davay oldu. Vidadi: davay, sağol. Yaxşı düzəltsin, başuva dönüm. Mehman: Oldu qardaş. 29 yanvar 2015-ci il tarixdə saat 20:20 dəqiqədə Ukrayna Respublikası ərazisində olan iş üzrə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş 38 098 383 73 73 nömrəli mobil telefondan Şahid1 (Bakı) istifadəsində olmuş 070 301 83 83 nömrəli nömrəli mobil telefona zəng olunaraq aparılmış danışıq: Xəyyam: Hə qardaş. Mehman: Nağayrısan, balam, hardasan? Gəzməyə getmisən ora? Xəyyam: Ə, Mehribana dişimi düzəltdirirdim, nervisini. Ölürdüm. Mehman: Bə dünən nəyə getmisən Xanımgilə? Xəyyam: Elə gecə getdim naxadı görüşdüm. Çıxdım getdim. Mehman: İndi hardasız? Xəyyam: Xalamgildə. İndi nağayrax deyirsən? Gülü, mən, belə gəlmişik dana. Camaatnan. Mehman: Sabah yox, bürüsü gün dedi ki, gəlib atsınlar. Xəyyam: O tərəf? Onu düzəltməlidi axı. Mehman: Özü bilər da. Aparıb verəndə deyərsən. Deyərsən ki, qardaş, biz uspet eliyəmmədik, özün düzəlt. Xəyyam: Hə, heşnə. Bürüsü günə qaldı? Mehman: Ona da fərqi yoxdu. Onu parça-parça eliyəcək, hərəsini bir tərəfə edəcək. Mənim başıma belə oyun açajax o. 30 yanvar 2015-ci il tarixdə saat 23:22 dəqiqədə Ukrayna Respublikası ərazisində olan iş üzrə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş 38 098 383 73 73 nömrəli mobil telefondan Şahid1 (Bakı) istifadəsində olmuş 070 301 83 83 nömrəli nömrəli mobil telefona zəng olunaraq aparılmış danışıq: Xəyyam: Hə qaqa. Mehman: Nağayrısan? Xəyyam:Sağlığın. Mehman: ....danışa bildin? Xəyyam: Hə. Mehman: Sabah gəlir səni götürməyə? Xəyyam: Hə. Mehman: Hə, də dediyim kimi. Xəyyam: Hardasan sə? Mehman: Mən Ariflə burdayam, Pavloqraddayam. Salam deyir Arif sənə. Xəyyam: Hə. Məndən də salam de. Mehman: da dediyim kimi də. Ordan çıxanda denən ki, qaqa pulu verirəm da. O yan buyan olsa nə dəxli varki. Xəyyam: Əşşi onu bilirəm. Mehman: .... başa sal ki, bunu iranlı uspet eliyə bilmədi. Xəyyam:Əşşi deyəcəm, özün bildiyin kimi elə deyəjəm. Mehman: Ay sağol özün bildiyin kimi elə. 31 yanvar 2015-ci il tarixdə saat 16:55 dəqiqədə Ukrayna Respublikası ərazisində olan iş üzrə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş istintaqa məlum olmayan nömrədən Şahid4 istifadəsində olmuş 051 466 87 53 nömrəli mobil telefona zəng olunaraq aparılmış danışıq: Mehman: Salam qardaş. Vidadi: Ay əleykümə salam. Mehman:Yeznəngilə gəlsin yoxsa sizə gəlsin? Vidadi: Yuxarı, yeznəgilə. Mehman: Oldu yaxşı. Axşam ordadılar.Qaranlıxda. Vidadi: Oldu qardaş sağol. 31 yanvar 2015-ci il tarixdə saat 16:56 dəqiqədə Ukrayna Respublikası ərazisində olan iş üzrə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan istintaqa məlum olmayan nömrədən Şahid4 istifadəsində olmuş 051 466 87 53 nömrəli mobil telefona zəng olunaraq aparılmış danışıq: Vidadi: Hə qardaş. Mehman: Bura bax, olar orda uspet eləmiyiblər düzəltməyə. Sən bilirsən də orda vəziyyət qarışıqdı. Ona görə Onu özün düzəldərsən necə istiyərsən. Vidadi: Oldu, Oldu. 31 yanvar 2015-ci il tarixdə saat 18:12 dəqiqədə Ukrayna Respublikası ərazisində olan iş üzrə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan istintaqa məlum olmayan nömrədən Şahid4 istifadəsində olmuş 051 466 87 53 nömrəli mobil telefona zəng olunaraq aparılmış danışıq: Vidadi: Hə qardaş. Mehman: Qardaş., onlar ordadılare. Yeznəyə denən qapıya çıxsın. Vidadi:Hə gördüm. Mehman:Davay, davay. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 13 aprel 2015-ci il tarixli 5258 nömrəli rəydən görünür ki, 2 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərində K2 kimi işarə olunmuş diktorun səsi Şahid1, K3 kimi işarə olunmuş diktorun səsi Şahid4, K5 kimi işarə olunmuş diktorun səsi Şahid2 məxsus olduğu təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 4/1006 nömrəli rəydən görünür ki, 2 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərində K1 kimi işarə olunmuş diktorun səsi Təqsirləndirilən şəxs məxsus olduğu təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji mərkəzi publik hüquqi şəxsin ekspertləri tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli 3722 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X7 29 dekabr 2014-cü il tarixli məktubundan görünür ki, (98) ********** və (380) ********* telefon nömrələrindən Azərbaycan Respublikasına daxil olan və çıxan zəngləri özündə əks etdirən statistik kompüter açıqlamalarına keçirilmiş baxış zamanı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası ərazisində olan Xudayar adlı şəxsin istifadəsində olduğu görünən (98) ********** telefon nömrəsi ilə təqsirləndirilən şəxs Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında 2014-cü ilin avqust ayından dekabr ayına qədər mütəmadi danışıqlar aparıldığı, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası ərazisində olan Xudayar adlı şəxsin istifadəsində olduğu görünən (98) ********** telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 2014-cü ilin avqust ayından dekabr ayına qədər mütəmadi danışıqlar aparıldığı, Ukrayna Respublikası ərazisində olan Təqsirləndirilən şəxs istifadəsində olduğu görünən (380) ********* nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 2014-cü ilin avqust ayından dekabr ayına qədər mütəmadi danışıqlar aparıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X7 10 iyun 2015-ci il tarixli 900 nömrəli məktubundan görünür ki, (380) ********* telefon nömrəsindən Azərbaycan Respublikasına daxil olan və çıxan zəngləri özündə əks etdirən statistik kompüter açıqlamalarına 11 iyun 2015-ci il tarixdə keçirilmiş baxış zamanı Ukrayna Respublikası ərazisində olan Təqsirləndirilən şəxs istifadəsində olduğu görünən (380) ********* nömrəsi ilə təqsirləndirilən şəxs Şahid1 ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə 2015-ci ilin 5, 29 və 30 yanvar tarixlərində mütəmadi danışıqlar aparıldığı, Ukrayna Respublikası ərazisində olan Təqsirləndirilən şəxs istifadəsində olduğu görünən (380) ********* nömrəsi ilə təqsirləndirilən şəxs Şahid4 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında 2014-cü ilin dekabr və 2015-ci ilin yanvar ayında mütəmadi danışıqlar aparıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 aprel 2015-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC-dən 15 aprel 2015-ci il tarixli 612 nömrəli məktubla daxil olmuş kompakt diskdəki məlumatlara keçirilmiş baxış zamanı ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********73 telefon nömrəsi arasında 29 və 30 yanvar 2015-ci il tarixlərdə 2 dəfə hər biri 60 saniyə müddətində danışıq müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 iyul 2015ci il tarixli xx/xx/014593 nömrəli məktubla Azərbaycan Respublikası keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X7 tərəfindən təqdim edilmiş məktublardan görünür ki, (380) ********* və (***)*******67 telefon nömrələrindən Azərbaycan Respublikasına daxil olan və çıxan zəngləri özündə əks etdirən statistik kompüter açıqlamalarına, habelə "xxxx" MMC-dən 03 sentyabr 2015-ci il tarixli xx/xx/017357 nömrəli məktubla istintaqa daxil olmuş ***-***-**-** mobil telefon nömrəsinin məlumatları əks olunduğu diskə keçirilmiş 15 sentyabr 2023-cü tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olduğu görünən (380) ********* nömrəsindən qabaqcadan əlbir olmuş qrupun digər üzvü X6 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə (həmin zaman əhatə dairəsi – Qusar rayonu, Samur) 22 may 2015-ci il tarixdə saat 18:32 dəqiqədə zəng olunmuş və bu nömrələr arasında 84 saniyə müddətində telefon danışığı aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təqsirləndirilən şəxslərin “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnamələrdə olan məlumatların məzmunundan görünür ki, 08 iyul 2014-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs saat 13:32 dəqiqədə, qabaqcadan əlbir olmuş qruplaşmanın digər üzvləri Şahid1 saat 13:32 dəqiqədə, Şahid2 saat 13:33 dəqiqədə Azərbaycandan İran İslam Respublikası istiqamətinə dövlət sərhəddini Biləsuvar sərhəd keçid məntəqəsindən çıxaraq getmişlər və həmin şəxslər Təqsirləndirilən şəxsla birlikdə 09 iyul 2014-cü il tarixdə saat 12:04 dəqiqədə İran İslam Respublikasından eyni sərhəd keçid məntəqəsindən giriş etməklə Azərbaycan Respublikasına geri qayıtmışdırlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X6 ifadəsində, narkotik vasitəni əldə etdiyi șəxs kimi göstərdiyi Mehman adlı şəxsin istifadəsində olan (380) ********* və (380) ********* nömrələri ilə Azərbaycan Respublikası ilə aparılmış telefon danışıqları müvafiq məhkəmənin qərarı əsasında aidiyyəti qurumdan götürülmüş və iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 daxil olmuş 23 iyul 2015-ci il tarixli, 1609 saylı məktuba əlavə edilmiş qoşma çıxarışlara əsasən həmin mobil nömrələr ilə aparılmıș telefon danışıqları müəyyən edilərək, telefon danışığı aparmış müvafiq şəxslərin dairəsi müəyyən edilərək dindirilmişdir. Dindirmələr zamanı "Mehman” adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Sərhədkeçmə məlumatlarının” məzmunundan görünür ki, 15 mart 1958-ci il təvəllüdlü X11 16 iyun 2015-ci il tarixdə Gürcüstan istiqamətindən “Qırmızı körpü” keçid məntəqəsindən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. O, 25 iyun 2023-cü il tarixdə isə həmin keçid məntəqəsindən Azərbaycan ərazisini tərk etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş arayışdan görünür ki, məhkumluğu olmayan. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ümumiyyətlə heç bir vaxt hər hansı şəxslə əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də qaçaqmalçılığı ilə məşğul olmaması, iranlı Xudayarı tanımaması, 08 iyul 2014-cü il tarixdə Şahid2la birlikdə İran İslam Respublikasına getməməsi, qardaşı Şahid1la birlikdə İrandan qoyun quyruğu gətirərək satmaması, İmanov Şahin adlı şəxsi tanımaması barədə ifadəsinə işin faktiki hallarına uyğun olmadığından və iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxslərin ifadələri, üzləşdirilmə protokolları, baxış protokolları və digər istintaq hərəkətləri ilə öz təsdiqini tapmadığından və digər sübutlalrla təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhəkəmə həmçinin iş üzrə Şahid1 məhəkəmə istintaqı zamanı qardaşi Təqsirləndirilən şəxs onun əldə etdiyi narkotik vasitənin alnmasında və satılmasında hesç bir iştrakının olmamasına dair ifadəsinə və eləcə də qardaşı Mehmana qarşı verdiyi ifadəsini təzyiq altında verməsi ilə bağlı ifaədəsinə tənqidi yanaşaraq, qardaşı Təqsirləndirilən şəxs ağır cinayət məsuliyyətindən qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona elan olunan itiihamlar üzrə təsqirli olması hazirki cinayət işinin ayrıldığı 1152 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və törətmiş olduğu bu cinayət əməllərinə görə hazırda qüvvədə olan müvafiq məhkəmə hökmü ilə məhkum edilmiş preyudisial əhəmiyyət əmalik olan iz üzrə dindirilmiş bilavasitə subut şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Belə ki,məhəkəmədə tədqiqi edilmiş hazirki cinayət işinin ayrıldığı 1152 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və törətmiş olduğu bu cinayət əməllərinə görə hazırda qüvvədə olan müvafiq məhkəmə hökmü ilə məhkum edilmiş Şahid1 istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, « o, 2001-ci ildən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Əvvəllər tiryək və marixuana qəbul etsə də sonralar heroin qəbul etmiş və narkotik vasitələrdən istifadə etməyin aludəçisi olmuş, narkotik vasitələrdən istifadə edə-edə get-gedə onun alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Beləki, 2014-cü ilin iyul ayının əvvəllərində qonşusu Şahid2 ona İran İslam Respublikasında yașayan Xudayar adlı tanışından ucuz qiymətə narkotik vasitə almaqda köməklik edə biləcəyini demişdir. Rəşad onun narkotik vasitə qəbul etdiyini bildiyinə görə ona bu cür təklif etmişdir. Həmçinin o, Ukraynada yaşadığı müddətdə orada da narkotik vasitənin alqı-satqısı ilə məşğul olduğunu və Rəşadın da bundan xəbərdar olduğunu bildirmişdir. Rəşadla söhbətləri əsnasında Rəşad ona Ukraynada satmaq üçün daha ucuz qiymətə Ìrandan narkotik vasitə ala biləcəyini və daha çox xeyir götürəcəklərini bildirmişdir. Beləliklə, o, Rəșad və qardașı Mehmanla birlikdə 08 iyul 2014-cü il tarixdə İranın Ərdəbil șəhərinə gedərək Xudayar adlı iranlı ilə görüşmüş, Rəşad onları Xudayarla tanış edəndən sonra onlar Xudayardan Ukraynada satmaq üçün narkotik vasitə istəmişrlər. Xudayar onun evinə gətirmək xərci də daxil olmaqla 1 kiloqramı 3500 ABŞ dollarına onlar üçün tiryək göndərə biləcəyini demişdir. Onlar Xudayarla razılașandan sonra Azərbaycana qayıtmış və 2014-cü il sentyabr ayında Xudayarın mobil telefonuna zəng vuraraq bir kiloqramı 3500 ABŞ dollarına olmaqla təxminən 5 kiloqram narkotik vasitə olan tiryək sifariş vermişdir. Xudayar ona həmin narkotik vasitəni onun sifarişindən təxminən 20 gün sonra ona qonșusu Şahid3 vasitəsilə göndərmişdir. Belə ki, o, Adillə 2014-cü ilin sentyabr ayında zəngləșərək, Bərdə rayonunda yaşadığı küçədə görüşərək, Xudayarın ona göndərmiş olduğu 5 kiloqram tiryəki almışdır. O, bu işin müqabilində Adilə heç nə verməmişdir. Çünki Xudayarla əvvəlcədən aralarında olan razılaşmaya görə sifariş etdiyi külli miqdarda narkotik vasitə olan tiryəkin daşınmasına görə Adilə pul Xudayar tərəfindən ödənilmişdir. Həmin narkotik vasitəyə görə ödəməli olduğu 17500 ABŞ dollar puldan 5000 ABȘ dollarnı təxminən 2014-cü ilin dekabr ayının əvvəllərində iranlı Xudayara göndərmişdir. Qalan pulu isə həmin narkotik vasitani Ukraynada qardaşı ilə birlikdə satdıqdan sonra Xudayara göndərəcəkmiş. Əvvəlcədən qardaşı Təqsirləndirilən şəxsla aralarında olan razılaşmaya görə narkotik maddələri Adildən əldə etdikdən sonra həmin maddələri Ukraynaya Mehmanla ümumi tanışları olan Şahid4 vasitəsi ilə göndərməyi planlaşdırmışdırlar.Vidadi də öz növbəsində Ukrayna ərazisində həmin narkotik maddələri Mehmanla görüşüb sonuncuya təhvil verməli idi. Narkotik vasitələrin Ukrayna Respublikasına qaçaqmalçıliq yolu ilə aparlması barədə Mehman ve Şahid4lə əvvəlcədən, yəni 2014-cii ilin son aylarında razılaşmışdır. Belə ki, Vidadi ilə onların razılaşmasına görə Vidadi narkotik vasitələri Ukraynaya qardaşı Mehmana aparıb çatdırdıqdan sonra onlar Vidadiyə 3000 ABŞ dolları məbləğində pul verəcəkmişlər. O, Şahid4 mikroavtobusunda Ukraynaya gedərkən sonuncu ilə tanıș olduğunu, tanışlığını ən çox qardaşı Mehman vasitəsi ilə möhkəmləndirdiyini, Adildən həmin narkotik maddələri aldıqdan bir müddət sonra Adilin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulduğunu öyrəndikdən sonra ehtiyyat edərək narkotikləri Ukraynaya göndərməyə tələsmədiyini və həmin maddələri Bərdə rayonu ərazisində bazara gedən yolun kənarında torpağı qazıb gizlətdiyini, daha sonra bu haqda Mehmana məlumat verdiyini, ara nisbətən sakitləşəndən sonra yenidən Mehman və Vidadi ilə əlaqə saxladığını və narkotik maddələri Ukraynaya göndərməyin vaxtı çatdığını dediyini bildirmişdir. Vidadi həmin vaxt Ukraynadan Azərbaycana yeni qayıtmışdı va Mehman da öz növbəsində Vidadiyə onda olan narkotik vasitələri götürməyi tapșırmıșdır. Bu məqsədlə 31 yanvar 2015-ci il tarixdə narkotik maddələri gizlətdiyi ərazidən çıxararaq həmin gün axșam saat 7 radələrində Göyçay rayonunda Şahid4lə təklikdə görüşərək, sonuncuya təhvil vermişdir. Eyni zamanda da özünün 1 həftə sonra Ukraynaya gedərək Vidadi və Mehmanla görüşəcəyinə görə əvvəlcədən Şahid4 hər hansı bir məbləğdə pul verməmişdir. Razılaşmalarına əsasən pulu Vidadiyə Mehman narkotik maddələri götürdükdən sonra Ukrayna ərazisində verməli imiş. Vidadi ona bu yaxınlarda Ukraynaya gedəcəyini bildirdikdən sonar o, yaşadığı Bərdə rayonuna qayıtmışdır. 02 fevral 2014-cü il tarixdə o, MTN-nin Bərdə rayon şöbəsinə dəvət olunmuş, orada onun, Şahid4 və hal şahidlərinin iştirakı ilə Şahid4 idarə etdiyi avtomobilə baxış keçirilmiş va həmin avtomobilin ehtiyat təkərinin içərisindən onun göndərdiyi təxminən 4 kiloqram yarım ağırlığında tiryək aşkar olunaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar da həmin protokolla tanıș olandan sonra onu imzalamışdırlar. Bundan başqa o, 16 dekabr 2014-cü il tarxli 2010 nömrəli məktubla istintaqa daxil olmuş 63 nömrəli audio diskdə olan və 03 fevraı 2015-ci il tarixli 229 nömrəli məktubla istintaqa daxil olmuş 17 nömrəli audio diskdə olan ona aid telefon danışıqları ilə bağlı verdiyi ifadəsində şəxsiyyəti istintaqa Xudayar adı ilə məlum olan şəxslə 2014-cü ilin noyabr və dekabr aylarında narkotik vasitələr barədə danışdığını, telefon danışıqlarında Ukraynada müharibə getdiyi üçün narkotik vasitələrin orada satışının səngidiyi barədə məlumat verdiyini, Xudayarın ondan qardaşı Mehmanın harada olması barədə soruşduğunu, Xudayarın ona narkotik vasitələrin İrandan Azərbaycana qaçaq yolla keçirilməsi üçün yeni marşrutunun olduğunu dediyini, Mehmanın həminn vaxtı pul əldə etmək üçün Rusiyada olması və pulu əldə edəndən sonar birlikdə İrana gedəcəkləri barədə Xudayara məlumat verdiyini, Ukraynada məlum müharibə ilə əlaqədar Permdə narkotik alverinin zəiflədiyini Xudayara başa saldığını, telefonda narkotik vasitə başa düşülməsin deyə şərti olaraq “quyruq” dediyini, qardaşı Təqsirləndirilən şəxsla aralarında 2015-ci ilin yanvar ayında olan telefon danışıqlarında artıq onun özündə olan və Şahid4 vasitəsilə Təqsirləndirilən şəxs göndərəcəyi narkotik vasitə barədə danışdığını, telefonda “Gülşən” adını Şahid4 adını çəkməmək üçün şərti olaraq hallandırdığını, telefon danışıqlarında qardaşı Mehmanın ona əgər narkotiki özü uyğun şəkildə qablaşdıra bilməsə qablaşdırmaq üçün vaxtı çatdıra bilməməkləri barədə Vidadiyə bildirməyi Mehmanın ona məsləhət verdiyini, aralarında olan razılaşmaya görə malı Ukraynada Mehmana çatdırandan sonra Vidadiyə zəhmət haqqını verəcəkləri barədə Mehmanla telefonda danışdıqlarını istintaqa bildirmişdir. Həmçinin məhəkəmədə tədqiq edilən hazırkı cinayət işinin ayrıldığı 1152 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və törətmiş olduğu bu cinayət əməllərinə görə hazırda qüvvədə olan müvafiq məhkəmə hökmü ilə məhkum edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstəmişdir ki, « özünün iranlı Xudayarla narkotik vasitənin alqı-satqısı və qaçaqmalçılığı ilə bağlı danışıqlar apardığını və sonuncudan narkotik vasitələr sifariş etdiyini, qonşuları Xəyyam və Təqsirləndirilən şəxs qardaşlarını iranlı Xudayarla tanış etdiyini etiraf etsə də, özünü gözləyən daha ağır cəzadan yayınmaq, Mehman və Xəyyaqm Qasımov qardaşlarının Xudayara sifariş verərək qanunusuz olaraq əldə etdikləri külli miqdarda narkotik vasitəyə özünün aidiyyatını gizlətmək üçün bu tanışlığın əsl məqsədini gizlədərək, istintaqa qeyri səmimilik nümayiş etdirməklə, qonşularını Xudayarla guya quyruq alveri ilə məşğul olmaq üçün tanış etdiyini, lakin sonradan Mehmangilin Xudayarla narkotik alveri ilə bağlı razılığa gəldiyindən məlumatının olduğunu bildirmişdir.» Həmçinin məhəkəmədə tədqiq edilən hazirki cinayət işinin ayrıldığı 1152 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və törətmiş olduğu bu cinayət əməllərinə görə hazırda qüvvədə olan müvafiq məhkəmə hökmü ilə məhkum edilmiş Şahid3 istintaqa verdiyi ilkin ifadələrində qeyri səmimi olaraq, Şahid1 külli miqdarda narkotik vasitə verməsi faktını inkar etsə də «22 may 2015-ci il tarixdə Şahid1la üzləşdirilmə istintaq hərəkətində həmçinin təqsirləndirilən şəxs qismində verdiyi digər ifadəsində səmimi olaraq etiraf etmişdir ki, o, Şahid2 vasitəsilə tanış olduğu iranlı Xudayarla əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən, 2014-cü ilin sentyabr ayının sonlarında Xudayar adlı şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi təxminən içərisində 4 kiloqram yarım narkotik vasitə tiryək olan bağlamanı Yardımlı rayonunun Arus kəndində yolun kənarından axşam saat 8 radələrində götürüb rayona qayıtmış, səhəri gün yaşadıqları küçədə Şahid1 evinin yaxınlığında görüşərək, sonuncuya təhvil vermişdir. Onun sözlərinə görə Şahid1 bu işə görə ona pul verməmişdir. Çünki o, 2014-cü ilin 30 iyun - 02 iyul tarixlərində İran İslam Respublikasında olarkən Xudayar bu işə görə ona 2000 ABŞ dolları məbləğində pul vermişdir.» Həmçinin məhəkəmədə tədqiq edilən hazirki cinayət işinin ayrıldığı 1152 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və törətmiş olduğu bu cinayət əməllərinə görə hazırda qüvvədə olan müvafiq məhkəmə hökmü ilə məhkum edilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadələrində «ailəsi ilə birlikdə Ukraynanın Dnepropetrovski şəhərinin, Rostovskiy küçəsi, ev 17 ünvanında yaşayaraq Ukrayna vətəndaşı olmasına baxmayaraq orta məktəbi Göyçay rayonunda bitirdiyini və Azərbaycan dilində sərbəst yazıb, oxuya bildiyini, 2014-cü ilin sonlarından Dnepropetrovski-Göyçay marşrutu ilə AE8432Bİ dövlət qeydiyyat nişanlı “Mersedes Vito” markalı avtomobili ilə sərnişin daşıdığını, sərnişinləri düşürdükdən sonra Göyçay rayonu, 1-ci Ərəb kəndində anası X3 yaşadığı evdə qaldığını, həmin ünvanda təxminən 5 gün qaldıqdan sonra Göyçay- Dnepropetrovski istiqamətində yenidən sərnişin apardığını, təxminən 2014-cü ilin dekabr ayında yenidən Göyçay-Dnepropetrovski istiqamətində sərnişin apararkən maşınına Denepropetrovskiyə minən sərnişin - Bərdə rayon sakini Şahid1la tanış olduğunu, yanında oturan həmin şəxslə söhbət əsnasında Xəyyamın ona narkotik vasitələri 3000 ABŞ dolları müqabilində qaçaqmalçılıq yolu ilə Ukraynaya aparmağı təklif etdiyini, onun da bu təkliflə razılaşdığını, bu görüşdən sonra Dnepropetrovski şəhərində olan zaman Ukrayna mobil rabitə operatoruna məxsus +**********010 mobil telefon nömrəsinə özünü Xəyyamın qardaşı Mehman kimi təqdim edən şəxsin zəng etdiyini, həminşəxslə telefonda ümumi söhbət etdiklərini, daha sonra Mehmanla həmin şəhərdə yas mərasimində görüşərək əyani tanış olduqlarını, 28 yanvar 2015-ci il tarixdə yenidən Göyçay rayonuna gələndən bir gün sonra Mehmanın ona zəng edərək sonuncuya çatacaq narkotik vasitənin Xəyyamın Göyçay rayonunda ona təhvil verəcəyini, bu nakotik vasitəni Ukraynada Mehmana təhvil verəcəyi təqdirdə ona 3000 ABŞ dolları pul vərəcəyinə söz verdiyini, özünün bununla razılaşdıqdan sonra 29 yanvar 2015-ci il tarixdə Mehmanla telefonla əlaqə saxlayaraq, qardaşı Xəyyamın 31 yanvar tarixində narkotik vasitələri gətirib Göyçay rayonunda ona verməyi tapşırdığını, 31 yanvar 2015-ci ildə təxminən saat 18 radələrində Şahid1 Göyçay rayonuna gələrək içərisində külli miqdarda narkotik vasitə olan bağlamanı ona verdiyini, o, narkotik vasitəni Xəyyamdan təhvil alaraq sonuncunu yola salandan sonra hamıdan xəlvət şəkildə maşının ehtiyat təkərinin içərisində gizlətdiyini, 02 fevral 2015-ci ildə Göyçay rayonunda sərnişinləri götürərək, Qazax rayony istiqamətində yaola düşdüyünü, Goranboy rayonu ərazisində MTN əməkdaşları tərəfindən saxlanılaraq MTN-in Bərdə rayon şöbəsində gətirildiyini, orada onun, Şahid1 və hal şahidlərinin iştirakə ilə keçirilmiş baxış zamanı həmin narkotik vasitələrin aşkar edilərək götürüldüyünü istintaqa bildirmişdir. Həmçinin məhəkəmədə tədqiq edilən törətmiş olduğu cinayət əməllərinə görə hazırda qüvvədə olan müvafiq məhkəmə hökmü ilə məhkum edilmiş X11 ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, «o, 1980-ci ildən Ukrayna Respublikası, Dnepropetrovsk vilayəti, Pavloqrad şəhəri, K.Marksküçəsi, 69/46m ünvanda arvadı X9 və qızı X10 ilə birlikdə yaşayır. Əvvəllər narkotik vasitələrdən istifadə etmiş və 30 ildən artıqdır ki, tərgitmişdir. 10 ilə yaxındır ki, Pavloqrad şəhərində meyvə-tərəvəz bazarında satış məntəqəsini kirayə götürüb, müxtəlif növ tərəvəz meyvələrinin satışı ilə məsgul olmuşdur. İki il bundan öncə Ukrayna Respublikasındakı siyasi və iqtisadi vəziyyətin çətinləşməsi ilə əlaqədar olaraq onun maddi vəziyyəti ağırlașmağa başlamışdır. Ailəsini dolandırmaq məqsədi ilə tanışlarından 10.000 ABȘ dolları məbləğində borc almış, sonra isə qaytara bilməmişdir. Onun çətin vəziyyətə düşməyini görən qısa müddət ərzində tanıdığı dolu bədən quruluşlu, hündür boylu, 30-35 yaşlı, qarabuğdayı Mehman adlı şəxsi 2015-ci ilin may ayının əvvəlində Pavloqrad şəhərində əyləşdiyi çay evində ona yaxınlaşaraq, düşdüyü çətin vəziyyətdən çıxış yolunu tapmaq üçün ona köməklik etməsini təklif etmişdir. Mehman ona avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasına narkotik vasitələrin dașınması ilə maşğul olmağı təklif etmiş və hər dəfəsinə 1000 ABȘ dolları məbləğində pul veracəyini vəd etmişdir. Şahin İmanov ağır maddi vəziyyətini nəzərə alaraq narkotik vasitələri Azərbaycana aparmağa razılıq vermişdir. Bununla əlaqədar Mehman narkotik vasitələrin Azərbaycan Respublikasına dașınması məqsədi ilə onun adına 2008-ci il buraxılışlı, göy rəngli, ban nömrəsi Y6DTF699P8W416446 olan "ZAZSens" markalı avtomobil almış və narkotik vasitələrin dövlət sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi məqsədilə həmin avtonəqliyyat vasitəsinin yük yerində kustar üsulla qaz balonunun quraşdırılmasını təmin etmişdir. 16 may 2015-ci il tarixdə Mehman ona adına olan qeydiyyat șəhadətnaməsini, nömrə nişanı AE7402CT olan "ZAZ Sens" markalı avtomobili və 500 ABŞ dolları məbləğində yolxərcini təqdim etmiş, avtomaşında quraşdıılmıș qaz balonunun içərisində narkotik vasitənin olmasını bildirmiș və həmin avtomobili Azərbaycan Respublikasına keçirəndən sonra ünvan 4 ünvanına, yəni Azərbaycan Respublikasında yaşadığı evə gedərək, telefon vasitəsilə Mehmanın ona verəcəyi göstərişlərini gözləməyini təklif etmişdir. Şahin İmanov avtomobilin yük yerində kustar üsulla quraşdirilmuş qaz balonunun içərisində hansı miqdarda və hansı növ narkotik vasitə yerləşdirilməsi barədə sual verəndə, Mehman onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirmişdir. Cari ilin 17 may tarixində X15 Respublikası, Pavloqrad şəhərindən yola düşmüş və 20 may tarixdə, saat 14 radələrində Tovuz Gömrük İdarəsinin "Sınıq körpü" gömrük postundan Azərbaycan Respublikasına daxil olmuşdur. Saat 17 radələrində Yevlax şəhərində yașadığı ünvana çatmış və bu barədə onun ***-***-**-** mobil nömrəsinə özünűn ********** və ********** mobil nömrələrilə zəng vuran Mehmana məlumat vermiş və Mehman ona Yevlax rayonunun çıxacağında yerləşən yun zavodunun yaxınlığında avtomobili saxlayaraq, açarı üzərində qoymağı və evə getməyi bildirmişdir. Şahin İmanov onun verdiyi göstərişə əsasən avtomaşını yun zavodunun qarşısında saxlamıș və taksi vasitəsilə Yevlax şəhərinə getmişdir. Saat 23 radələrində Mehman onun mobiltelefonuna zəng vurmuş və avtomobili saxladığı yerdən götürməyi barədə göstəriş vermişdir. Şahin İmanov avtomaşını birqədər əvvəl saxladığı yerə gəlib sükan arxasına əyləşərək evə getmişdir. 22 may 2015-ci il tarixdə o, Xaçmaz Gömrük idarəsinin “Samur” gömrük postundan Azərbaycan Respublikasının ərazisini tərk edərək 25 may tarixdə Ukrayna Respublikasının Payloqrad șəhərinə yașadığı ünvana gedib çatmişdir. O, Pavloqrad şəhərində 26 may tarixdə Mehman adlı tanışı ilə görüşərək “ZAZSens” markalı avtomobili ona qaytarmıș və ondan 1.000 ABȘ dolları məbləğində pul almışdır. 09 iyun 2015-ci il tarixdə Mehman ona zəng vuraraq, Azərbaycana daha bir dəfə getməyini təklif etmişdir. Şahin İmanov onun təklifini qəbul etmiş və 10 iyun 2015-ci il tarixdə Mehmanla şəhərdəki avtovağzalın qarşısında görüşərək ondan “ZAZSens” markalı avtomobili, ona aid olan qeydiyyat şəhadətnaməsini və 500 ABŞ dolları məbləğində yol xərcini qəbul etmişdir. Orada Mehman onu avtomobilin yük yerində quraşdırılmış qaz balonunun içərisində narkotikvasitələrin olması barədə xəbərdar etmiş və avtomobili benzinlə idarə etməyini bildirmişdir. Ertəsi gün, yəni 11 iyun 2015-ci il tarixdə o, yenidən Azərbaycan Respublikasına yola düşmüşdür. 13 iyun 2015-ci il tarixdə Vladikavkaz şəhərinin yaxınlığında yüngül yol qəzasına düşmüş və 14 iyun 2015-ci il tarixdə idarə etdiyi avtomobili təmir etdirərək yolunu davam etdirmiş, 16 iyun 2015-ci il tarixdə saat 20 radələrinda Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postuna çatmışdır. Orada avtonəqliyyatvasitələrinin dayandıqları növbədə gözləmiş, ona yaxınlaşmış gömrük əməkdaşı üzərində və idarə etdiyi avtomobildə dövriyyəsi qanunla qadağan olunmuş malların olub-olmamasını soruşandan sonra avtomobilə gömrük baxışının keçirilməsi üçün yük yerini açmağını təklif etmişdir. Şahin İmanov cavab olaraq üzərində və idarə etdiyi avtomobildə dövriyyəsı qanunla qadağan olunmuş malların olmamasını, lakin yük yerinin avto qəza nəticəsində deformasiyaya uğradığını və açılması mümkün olmadığını bildirmişdir. Bu zaman gömrük əməkdaşı avtomobilin yük yerinə salonun içərisindən baxış keçirmişdir. Baxış zamanı gömrük əməkdaşı əliilə yükyerində quraşdırılmıș qazbalonuna toxunaraq balonun içərisində maye qazın olub-olmamasını soruşmuș, Şahin İmanov isə bildirmişdirki, balonun içərisində maye qazın olma ehtimalı azdır. Onda gömrük əməkdașı balonun içərisində nə olduğunu ondan soruşmuș və qaz balonunun çıxarılaraq daxilinin yoxlanılması barədə qərar vermişdir. Aparılmış yoxlama zamanı idarə etdiyi avtomobilin yük yerində quraşdırılmıș qazbalonunun içərisində qırmızı və qara rəngli polietilen kəsiklərinə bükülmüș 37 ədəd bağlama aşkar edilmişdir. Həmin bükümlər Tovuz Gömrük İdarəsinin xidməti otaqlarının birində hal șahidlərinin iştirakı ilə açılaraq onlara baxış keçirilmiş və elektron tərəzidə çəkilmişlər. Qablaşdırılması ilə birlikdə çəkilərinin altı kiloqram, iki yüz qram olduğu müəyyən edilmiş və bu barədə protokol tərtib olunmuşdur. O, iş üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilməsində ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 18 iyun 2015-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri bir daha təsdiq edir. 2015-ci ilin aprel ayında özünə məxsus “VAZ 2108” markalı avtomobillə qohumlarını görməyə gəlmişdir. Öncə Yevlaxa gəlib qardaşı Tariyelgili, sonar bacısı Dilarəni görmüşdür. Ancaq avtomobili xarici ölkədə qeydiyyatda olduğundan ona gömrükdə avtomobili 3 gün ərzində ölkədən çıxarmalı olduğunu bildirmişlər. Bu səbəbdən qardaşı Tariyel və yeznələri İlham Bakıda görüşərək Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postuna getmişlər. O, yolları tanmadiğı üçün İlhamı da özləri ilə götürərək “Xanoba” gömrük postuna getmişlər. O, tək postu keçib avtomobili Rusiya ərazisində yerləşən avtomobillər üçün nəzərdə tutulmuş dayanacağa qoymuşdur. Daha sonar avtomobili Rusiyadan götürüb Ukraynaya getmişdir. Təqsirləndirilən şəxs 2015-ciilin may ayında “ZAZ Sens’ markalı AE7402CT nömrə nişanlı avto nəqliyyat vasitəsini ona verən zaman avtomobilin baqaj hissəsində kustar üsulla düzəldilmiş qaz balonunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. O, həmin narkotik vasitəni qazbalonunun içərisinə yerləşdirilməsini özü șəxsən görməmişdir. 20 may 2015-ci il tarixdə, saat 14 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postundan Azərbaycan Respublikasina daxil olan zaman gömrük inspektoru tərəfindən avtomobilinə baxıș keçirilən vaxt qazbalonunun içərisində narkotik vasitənin aşkar edilməməsi baradə heç bir fikri olmamışdır». Azərbaycan Respublikasının CPM-in 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi olduğundan məhəkəmə kollegiyası yuxarıda elan olunan Şahid1,X11 ,Şahid4,Şahid2 və Şahid3 hazirki cinayət işinin ayrıldığı 1152 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdikləri və məhəkəmənin hökmündə istinad edildiyi təkzibedilməz sübut kimi bu iş üzrə də preyudisial əhəməiyyətə malik olduğundan mötəbər sübut qiymətləndirir və qəbul edir. Bundan başqa məhəkəmədə tədqiq olunmuş iş üzrə șəxsin fotoşəkillər əsasında tanınmaya təqdim edilməsi haqqında protokoldan da görünür ki, təqsirləndirilən şəxs X8 tanınmalı olan Təqsirləndirilən şəxs fotoșəkili zahiri görkəmcə ona oxşayan 3 nəfər şəxsin foto şəkillərin arasında tanınmaya təqdim edilmişdir. Tanınma istintaq hərəkəti zamanı Şahin İmanov, tanınmalı olan Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin Ukraynada narkotik vasitəni Azərbaycan Respublikasına gətirmək üçün avtomobilinə yerləşdirən şəxs olduğunu bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşları Şahid2, Şahid3, Şahid1, şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının ərazisində olan Xudayar adlı şəxs və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə, yəni İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikası ərazisinə keçirərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, habelə Azərbaycan Respublikasının vətəndaşları Şahid2, Şahid3, Şahid1, Ukrayna vətəndaşı Şahid4 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda narkotik vasitəni təkrarən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Ukrayna ərazisinə keçirilməsinə cəhd etməsi, lakin həmin cinayəti onun iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsi, bundan başqa o, Ukrayna vətəndaşı X11 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qəsdən satış məqsədilə təkrarən qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və təkrarən qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirməsi, ibtidai istintaq zamanı dindirilmiş şahid və təqsirləndirilən şəxslərin ifadələri, üzləşdirilmə protokolları, baxış protokolları və digər istintaq hərəkətləri, ekspertiza rəyləri, baxış və götürmə, ifadənin yerində yoxlanılması protokolları, videoçəkiliş, şahidlərin ifadələri və digər sübutlarla məhkəmədə tam sübuta yetirilmişdir. Tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin əməllərinin tovsif edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəlri ilə tövsif edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarın 14-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarının 19-cu bəndinə əsasən, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq zəruridir. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin vaxt qüvvədə olan 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı”-na əsasən qurudulmuş marixuananın külli miqdarı (təmiz halda qramlarla) aşağı həddi 500 qram, tiryəkin külli miqdarda aşağı həddi 50 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digərləri ilə qanunusz olaraq satış məqsədilə əldə etdiyi 5310 qram qurudulmuş marixuana və 4599,2 qram tiryək bu cədvələ görə hər biri ayrı-ayrılıqda külli miqdarda narkotik vasitəni əldə edib saxlanılmasına görə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycann Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə görə təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı və tiryəki satmaq məqsədilə əldə etməsi iş ürzə digər şəxslərin etirafedici ifadələri ilə yanaşı başqa sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməməsi qeyd olunması, həmçinin həmin narkotik vasitələrin çəkisinin nəinki birdəfəlik istifadə üçün (şəxsi istehlak miqdarı) nəzərdə tutulmuş miqdardan dəfələrlə çox, hətta külli miqdar üçün nəzərdə tutulmuş aşağı həddin miqdarından da bir neçə dəfə çox olması, bundan başqa bu işlə davamlı olaraq təkrarən məşğul olması və narkotik vasitənin daşınaraq qaçaqmalçılıq yolu ilə digər ölkənin ərazisinə keçirilməsi üçün xüsusi nəqliyyat vasitəsi alaraq işin digər iştirakçısına idarə etmək üçün verməsi şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib, saxlamasını və daşımasını təsdiq edir. Beləliklə, tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, eləcə də, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla keçirilən narkotik vasitə tiryəkin satışının təşkil olunmasını, yəni ona dair sərəncam verməyi qabaqcadan vəd etməklə, qabaqcadan əlbir olduğu bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıqda bilvasitə iştirak etməsi tam sübuta yetirildiyindən, onun əməlləri CM-nin 29,206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ixtisaslaşdırlmalıdır. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının külli miqdardan dəfələrlə artıq olması və eləcə də ayrı-ayrı bükümlərə bölünərək qanunsuz olaraq əldə edib, daşıyb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Hazrki işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs başa çatmış qaçaq malçılıq cinayətinin epizotu üzrə, üzrə, yəni X6 epizotu ilə bağlı sonuncunun narkotik vasitənin daşınmazı üçün “ZAZ Sens” markalı AE7402CT qeydiyyat nişanlı minik avtomobilə təmin eləyib, plentum qərarın əsasən buda özlüyündə qabaqcadan əlir olan bir qurup şəxs anlaşyışını ehtvad eləyir. Təqsirləndirilən şəxs qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 29, 206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü madəlləri ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən “Ürəyin işemik xəstəliyi, Postinfarkt kardioskleroz diaqnozu qoyulmuş və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə həmçinin təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin 10 il bundan əvvəl törədilməsini və bu keçən müddət ərzində başqa cinayət törətməmsini qeyd edir və təqsirləndirilən şəxsin islah yoluna qayıtmasına yönəlik hərəkət kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs oğlunun cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut AE 8432Bİ qeydiyyat nişanlı «Mersedes Vita 110 CDİ» markalı avtomaşının yük yerinin altında sol tərəfdə ehtiyat təkərinin içərisindən aşkar edilərək götürülmüş 4 ədəd bükülüdə - tədqiqatlara cəmi 0,9 qram sərf edildikdən sonra qalıq çəkisi 4598,3 qram olan narkotik vasitə - tiryək 11 mart 2015-ci il tarixdə maddi sübut kimi tanınaraq və eyni tarixli aktla məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Azərbaycan Respublikası keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilməsi və Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmü ilə barəsində hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilmə haqqında qərar çıxarılması nəzərə alınmaldır. Eləcə də “ZAZ Sens” markalı, AE7402CT dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerində olan qaz yanacağı üçün nəzərdə tutulmuş balonun içərisindən aşkar edilmiş tədqiqatlara 0,4 qram sərf edildikdən sonra qalıq çəkisi 5309,6 qram olan narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınaraq və məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilərək və Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2016-cı il tarixli hökmü ilə barəsində hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilmə haqqında qərar mövcudluğu nəzərə alınmaldır. Təmiz halda çəkisi 4599,2 qram narkotik vasitə hesab edilən tiryəkin daşınmasında istifadə olunmuş və maddi sübut kimi tanınmış AE 8432Bİ qeydiyyat nişanlı «Mersedes Vita 110 CDİ» markalı avtomaşının barəsində Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmü ilə hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması haqqında qərar çıxarılması nəzərə alınmaldır. Təmiz halda çəkisi 5310 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananın daşınmasında istifadə olunmuş və maddi sübut kimi tanınmış “ZAZ Sens” markalı Y6DTF699P8W416445 ban nömrəli, AE7402CT dövlət qeydiyyat nişanlı minik avtomobili barəsində Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmü ilə hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması haqqında qərar çıxarılması nəzərə alınmaldır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs məhkəmə qərarı əsasında telefon danışıqlarının yazıldığı “Princo” markalı 17 və 62 nömrəli CD disklər maddi sübut kimi tanınaraq hazırkı cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,206.3.1, 29,206.3.2, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü madəlləri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 206.3.1, 29,206.3.2-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut AE 8432Bİ qeydiyyat nişanlı «Mersedes Vita 110 CDİ» markalı avtomaşının yük yerinin altında sol tərəfdə ehtiyat təkərinin içərisindən aşkar edilərək götürülmüş 4 ədəd bükülüdə - tədqiqatlara cəmi 0,9 qram sərf edildikdən sonra qalıq çəkisi 4598,3 qram olan narkotik vasitə - tiryək 11 mart 2015-ci il tarixdə maddi sübut kimi tanınmış və eyni tarixli aktla məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Azərbaycan Respublikası keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş və Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmü ilə barəsində hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilmə haqqında qərarın çıxarılması nəzərə alınsın. “ZAZ Sens” markalı, AE7402CT dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerində olan qaz yanacağı üçün nəzərdə tutulmuş balonun içərisindən aşkar edilmiş tədqiqatlara 0,4 qram sərf edildikdən sonra qalıq çəkisi 5309,6 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş və Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2016-cı il tarixli hökmü ilə barəsində hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilmə haqqında qərarın çıxarılması nəzərə alınsın. Təmiz halda çəkisi 4599,2 qram narkotik vasitə hesab edilən tiryəkin daşınmasında istifadə olunmuş və maddi sübut kimi tanınmış AE 8432Bİ qeydiyyat nişanlı «Mersedes Vita 110 CDİ» markalı avtomaşını barəsində Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmü ilə hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması haqqında qərar çıxarılması nəzərə alınsın. Təmiz halda çəkisi 5310 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananın daşınmasında istifadə olunmuş və maddi sübut kimi tanınmış “ZAZ Sens” markalı Y6DTF699P8W416445 ban nömrəli, AE7402CT dövlət qeydiyyat nişanlı minik avtomobili barəsində Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmü ilə hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması haqqında qərar çıxarılması nəzərə alınsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs məhkəmə qərarı əsasında telefon danışıqlarının yazıldığı “Princo” markalı 17 və 62 nömrəli CD disklər maddi sübut kimi tanınaraq hazırkı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar