Məhkəmə qərarları › İş №1(100)-241/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-241/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-241/2020 17.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X29 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X11 və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Ağdam rayonu Üçoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Ağdam rayonu Maqsudlu kəndində qeydiyyatda olmaqla tutulanadək Bərdə rayonu Alaçadırlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 03 radələrində Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yerləşən evdə onunla birlikdə yaşayan anası X12 və bacısı X9 yüngül həyat tərzi keçirmələrindən şübhələndikdən sonra qısqanclıq zəmnində hər iki şəxsi öldürmək qərarına gələrək həmin məqsədini həyata keçirmək üçün atası Şahid1 əldə etdiyi, müəyyən olunması mümkün olmamış ov tüfəngi ilə yaşadığı evə gəldikdən sonra evin qonaq otağında yerləşən divanda uzanmış anası ilə bir qədər söhbət edib qəflətən Nəzirə Zeynalovanın baş nahiyəsinə qəsdən bir dəfə atəş açaraq sonuncuya açıq kəllə beyin travması, baş-beyin toxumasının əzilib-dağılması, kəllə qapağı, kəllə əsası və üz skeleti sümüklərinin-sağ almacıq, alt çənənin sağ şaxəsinin qəlpəli sınıqları, sağ çiyin və bazu oynağı nahiyələrinin yaraları, bazu sümüyü başının sınığı kimi kor odlu silahqırma yaralanması, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə onu qəsdən öldürmüş, bundan sonra öz cinayət əməlini davam etdirərək Əminə Zeynalovanı öldürmək məqsədilə evin yataq otağına keçmiş, sonuncu silahın səsini eşidərək özünü qurtarmaq üçün evdən çıxıb qeyrimüəyyən istiqamətdə 197 metr məsafədə qaçmasına baxmayaraq arxasınca qaçaraq X21 rayonu Kələntərli-Muğanlı avtomobil yolunun Bərdə şəhəri istiqamətində asfalt-beton örtüklü yoldan sağ tərəfdə Bərdə rayonu Kələntərli qəsəbəsində yerləşən Şahid11 məxsus evin həyətyanı sahəsinin giriş qapısının önündə yaxalamağa nail olduqdan sonra onun da baş nahiyəsindən qəsdən bir dəfə atəş açaraq Əminə Zeynalovaya açıq kəllə beyin travması, baş-beyin toxumasının əzilib-dağılması, kəllə qapağı, kəllə əsası və üz skeletiəng, burun, almacıq, alt çənənin sağ şaxəsi sümüklərinin qəlpəli sınıqları ilə başın kor odlu-silah qırma yaralanması, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sağ diz oynağı nahiyəsinin qançırı və sıyrığı, sol bud nahiyəsinin qançırı canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə Əminə Zeynalovanı da qəsdən öldürmüş, bununla da iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. Həmçinin o, 2020-ci ilin may ayında Bərdə rayonu Alaçadırlı kəndində yerləşən Şahid13 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 7 ədəd ümumi təmiz çəkisi 166 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərərək kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə saat 19:15 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkiləri Şahid13 məxsus Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X27, qardaşı Tural Zeynallı, bacısı Əminə Zeynalova, qardaşının ailəsi ilə birlikdə Bərdə rayonunun Alaçadırlı kəndində yaşamışdır. X27 təxminən üç il əvvəl atası Şahid1 boşanmış, onların boşanmalarına səbəb bir ailə kimi yola getməmələri olmuşdur. Atası və anası boşandıqdan sonra atası Musa Bərdə rayonu “İstisu” deyilən ərazidə tək yaşamağa başlamış və avtomobil təmiri ilə məşğul olaraq özünü dolandırmışdır. O da atasına öz işində kömək etməklə özünü dolandırmışdır. X27 isə Bərdə-Yevlax yolunun kənarında yerləşən istixanada pomidor yığılması işi ilə məşğul olmuşdur. Uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Hadisədən bir neçə gün əvvəl yaşadığı evə getməmiş, bunun səbəbi isə anası Nəzirənin və bacısı Əminənin əxlaqsız həyat keçirməsinə dair eşitdiyi söz-söhbətlər olmuşdur. O, yaşadığı evə getməsə də, günün müxtəlif saatlarında kənarda gizlənərək yaşadığı evi izləmiş və evə kimlərin gəlib-getməsi ilə maraqlanmışdır. Bu vaxtlarda anası Nəzirənin axşam saatlarında tanımadığı kişi ilə həmin şəxsin idarə etdiyi gümüşü metal rəngində olan “Mercedes” markalı avtomobilə əyləşərək çıxıb getdiyini görmüşdür. O, anasının getdiyi avtomobilin arxasınca düşüb onu izləmək istəsə də, həmin avtomobil surətlə hərəkət etdiyindən izi itirmişdir. Buna görə də anasının evə qayıtmasını gözləmədən işlədiyi sexə qayıtmışdır. O, gecə saatlarında evə gedib anası ilə söhbət etmiş və həmin gün anasından harada olduğunu soruşmuş, anası isə ona gün ərzində bazara və gözəllik salonuna getdiyini bildirmişdir. Ancaq anası avtomobilə əyləşərək getməsini ona etiraf etmədiyindən, onun anasına qarşı şübhələri daha da artmışdır. Belə ki, anası avtomobilə yaşadıqları evin yaxınlığından deyil, Bərdə şəhəri ərazisində yerləşən “Çinar” restoranının yanında əyləşdiyi üçün bu hal onu daha da şübhələndirmişdir. Bundan sonra o, yenə anasını və bacısını izləməyə davam etmişdir. Hadisənin baş verməsindən təxminən yeddi gündən əvvəl yaşadıqları evdə heç kim olmadığı zaman o, evə daxil olub evdə mobil telefon axtarmağa başlamış və bacısı Əminənin yatdığı otaqdakı çarpayının altında “Samsung” markalı mobil telefon olduğunu görmüşdür. Əvvəldən qardaşının qızı Ləmandan öyrəndiyi kod vasitəsilə telefonu açıb “Qalereya” menyusuna daxil olmuş və bacısının ona məlum olmayan avtomobilin içərisində tanımadığı şəxs ilə qucaqlaşmış vəziyyətdə çəkilmiş şəklini görmüşdür. Bundan başqa mobil telefonda tanımadığı daha iki nəfər kişi şəkli də olmuşdur. Vaxtı az olduğundan o, mobil telefonu götürdüyü yerə qoymuşdur. Bundan sonra artıq anasının və bacısının əxlaqsız həyat tərzi keçirməsinə əmin olmuş və onları hər hansı şəxs ilə birlikdə tutmaq üçün izləməyi davam etdirmişdir. Növbəti günlərdə o, başqa heç bir şübhəli məqam aşkarlamamış, ancaq anasının və bacısının artıq həyatda olmasını özü üçün vicdan əzabı hesab etmişdir. Bu səbəbdən hadisədən üç gün əvvəl onları öldürmək qərarına gəlmişdir. Hadisə baş verməzdən iki gün əvvəl isə ov etmək istəmiş, bu səbəbdən atası Musaya babasından yadigar qalan tüfəngi götürmək istəmişdir. Buna görə də atasının işlədiyi Bərdə şəhəri Alçadırlı kəndində yerləşən sexə getmiş və atasına ov etmək istədiyini deyərək tüfəngi ona verməsini xahiş etmişdir. Həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Atası onunla razılaşmış və o, axşam atasının yaşadığı “İstisu” deyilən əraziyə gedib tüfəngi atasından təhvil almışdır. Həmin vaxt da onların yanında başqa heç kim olmamışdır. Tüfəngi atmaq üçün patron olmadığından ertəsi gün, yəni xx xxx 2020-ci il tarixdə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Ovçular” mağazasına gedib ov tüfəngi üçün üç ədəd parton almışdır. Həmin gün tək Bərdə rayonu ərazisində yerləşən “Kürün qırağı” deyilən yerə ov etməyə getmişdir. Ov edən zaman patronların hər üçünü istifadə etsə də, heç bir heyvan və quş ovlaya bilməmişdir. Ovdan qayıtdıqdan sonra o, gizli şəkildə yaşadıqları evə gedərək heç kimin onu görmədiyinə əmin olub evin daxalına enmiş və tüfəngi orada gizlətmişdir. Daha sonra işlədiyi Bərdə şəhəri Sənaye küçəsində yerləşən sexə gedərək istifadəsində olan mobil nömrədən qardaşı Turalın mobil nömrəsinə zəng etmiş və Turalı yanına çağırmışdır. Təxminən 10 dəqiqə sonra Tural onun yanına gəlmiş, aralarında baş tutan söhbət zamanı o, qardaşına anası Nəzirənin və bacısı Əminənin əxlaqız həyat tərzi keçirmələrinə əmin olduğunu, bacısının istifadə etdiyi mobil telefonda tanımadığı şəxs ilə şəklinin olduğunu, bu səbəbdən hər ikisini öldürməyi qətiləşdirdiyini demişdir. Tural isə ona səhv düşündüyünü, anası və bacısını öldürməyin düzgün yol olmadığını söyləmişdir. O, Turala qərarının qəti olmasını dedikdən sonra qardaşı ona anası və bacısını öldürməyə imkan verməyəcəyini bildirmişdir. Bu söhbətdən sonra Tural onun yanından çıxıb getmişdir. Onun özü isə sexdən çıxıb yenidən “Ovçular” mağazasına getmiş və daha iki patron almışdır. Həmin vaxt saat 17 radələri olmuşdur. Patronları aldıqdan sonra o, sexə qayıtmış və gecə düşməsini gözləmişdir. O, saat 03:30 radələrində anası və bacısını ödürmək üçün yaşadıqları evə getmişdir. Evə çatdıqda “VAZ-21099” markalı, qara rəngli avtomobilin onların yaşadığı küçədən çıxdığını görmüş və bir daha həmin avtomobilin onun ya anası, ya da bacısı üçün gəldiyinə əmin olmuşdur. Bu səbəbdən də anası və bacısını öldümək fikrini daha da qətiləşdirmişdir. Daha sonra tüfəngi gizlətdiyi yerdən götürmək üçün evin daxalına enmiş və silahı oradan götürmüşdür. Tüfəng təklülə olduğundan aldığı patronlardan birini silahın içərisinə daxil etməklə tüfəngi atəş açmaq üçün hazır vəziyyətə gətirib evə daxil olmuşdur. Evin giriş qapısının kilidi uzun müddət əvvəl xarab olduğundan o, asanlıqla evə daxil olmuşdur. Həmin vaxt evdə işıqlar yanmamış və ətrafda heç kim olmamışdır. O, dəhlizdən sağ tərəfdə yerləşən, anasının yatdığı qonaq otağına daxil olmuş, bu zaman anası Nəzirənin divanın üzərində uzandığını görmüşdür. Anasının yatdığı otaq qaranlıq olmuş və anası oyaq vəziyyətdə olmuşdur. O, anasından nə etdiyini soruşmuş, anası isə ona yatdığını bildirmişdir. Daha sonra o, anasından nə üçün əxlaqsızlıq etdiyini soruşmuşdur. Anası isə ona təmiz olduğunu, öz işi ilə məşğul olmasını demişdir. Otaq qaranlıq olduğundan anası onun əlindəki tüfəngi görməmişdir. Anası daha sonra ona “Nə edirəmsə, yaxşı edirəm” sözlərini demiş, o da bu sözə heç cür dözməyib əlindəki tüfəngi anasının başına dirəyərək atəş açmışdır. Ancaq silahın lüləsi anasının başına tam şəkildə dirənməmişdir. O, anasının başından güllə ilə atdıqdan sonra ətrafa qan səpələnmişdir. O, anasının tam hərəkətsiz qalması səbəbindən onun ölməsinə əmin olub otaqdan çıxmışdır. Otaqdan çıxdıqdan sonra tüfəngin içərisində olan gilizi çıxarıb dəhlizə atmış, digər patronu tüfəngin içərisinə daxil etmişdir. Atəş açdıqdan sonra hələ də evdə heç kim oyanmamışdır. Silahı növbəti dəfə atəşə hazır vəziyyətə gətirdikdən sonra evdə olan döşəyin arasında gizlətmişdir. Daha sonra bacısı Əminənin yatdığı otağa daxil olmaq üçün həmin otağın qapısını döymüşdür. Bu zaman Əminə qapını açmamış, buna görə də o, otağa daxil olmaq üçün qapının pəncərəsinin şüşəsini sındırıb qapını əli ilə içəri tərəfdən açmışdır. O, qapını açarkən bacısı ayağa qalxmış, bu zaman bacısının əynində alt paltarları olmuşdur. Daha sonra bacısı əyninə göy rəngli cins şalvar və qısaqol köynək geyinmişdir. Əminə otağın işığını yandırdığından ətraf tam aydın görünmüşdür. Bu zaman otaqda bacısından başqa onun üç yaşındakı qızı Mələk də olmuşdur. Əminə qızı Mələyi qucağına alıb otaqdan çıxmaq istəmişdir. Bu zaman o, bacısına uşağı yerinə qoymasını bildirmişdir. Əminə isə ona nəsə edəcəyini bildiyini demişdir. Ancaq həmin vaxt bacısı onun tüfənglə anasını öldürməsini bilməmişdir. Belə ki, Əminə onun otağa daxil olduğu vaxtadək oyanmamışdır. O, Əminənin otaqdan çıxmadığını görüb Mələyi bacısının qucağından alaraq çarpayının üzərinə qoymuşdur. Daha sonra Əminəyə otaqdan çıxıb onunla birlikdə qonaq otağına gəlməsini bildirmişdir. Əminə onunla razılaşıb qonaq otağına daxil olmuşdur. Onlar otağa daxil olduqdan sonra Əminə işığı yandıraraq anasına doğru getmişdir. Bu zaman o, Əminəyə anasından aralıda dayanmasını, anasını öldürdüyünü demişdir. Əminə anasına doğru getdiyi vaxt o, tüfəngi çarpayının altından götürmüşdür. Əminə anasının artıq öldüyünü görərək geri dönərkən onun əlində tüfəng olduğunu görmüş və artıq onu öldürəcəyinə əmin olub qaçmağa başlamışdır. Buna görə də o, əlindəki tüfəng ilə bacısının arxasınca qaçmışdır. Əminə evin giriş qapısından sol tərəfə burularaq evin arxasından keçməklə yola doğru hərəkət etmişdir. O da Əminəni təqib etməyi davam etdirərək, bacısını arxadan yaxalamağa çalışmışdır. Əminə asfalt yola çıxdıqdan sonra küçənin başındakı sağ istiqamətə dönən döngəyə dönmüşdür. O da Əminənin arxasınca həmin döngəyə daxil olmuşdur. Əminəyə tam yaxınlaşdıqdan sonra onu atacağını demiş, buna görə də Əminə qorxusundan dayanmışdır. O Əminəni yolun sol tərəfində olan dəmir darvazaya dirəyib heç bir söz demədən əlindəki tüfəngi baş nahiyəsinə dirəyərək bir dəfə atəş açmışdır. Bu zaman ətraf tam aydınlaşmamış, hava alaqaranlıq vəziyyətdə olmuşdur. Atəşdən sonra Əminə üzü üstdə yerə yıxılmış və tam hərəkətsiz qalmışdır. Bu zaman o, Əminənin artıq öldüyünə əmin olub hadisə yerindən uzaqlaşmışdır. Tüfəngin içərisində olan gilizi isə çıxarıb hadisə yerinin yaxınlığına atmışdır. Bundan sonra küçənin başında qardaşı Tural ilə qarşılaşmışdır. Həmin vaxt onun əlində tüfəng olmuş, artıq özündə olmadığından Turalın yanından keçib gedərək xalası Rahilənin yaxınlıqda olan evinin qapısını döymüşdür. Bu zaman qapını heç kim açmamışdır. Qardaşı Turalın özü də onun arxasınca həmin yerə gəlmişdir. O, Turala Mələyin artıq onun övladı olduğunu bildirərək oradan uzaqlaşmışdır. Daha sonra o, Bərdə rayonu Alpoud kəndi istiqamətində hərəkət edib su kanalının yanına çatmışdır. Oraya çatdıqdan sonra əlindəki tüfəngi kanala atmışdır. Daha sonra tanımadığı taksiyə əyləşib Bərdə rayonu Alaçadırlı kəndində yaşayan, qeyri-rəsmi münasibətdə olduğu Vüsalənin yanına getmişdir. O, Vüsaləyə anası və bacısını tüfənglə öldürdüyünü və gedib təslim olacağını demişdir. Vüsalənin yaşadığı evdə çay içərkən ayağında ağrı olmasını hiss etmiş və başa düşmüşdür ki, hadisə vaxtı evin yataq otağının pəncərəsini sındırdıqdan sonra yerə tökülən şüşə qırıntıları ayağını zədələmişdir. Təxminən yarım saat Vüsaləgilin evində oturduqdan sonra kəndin qurtaracağında yollanmış, oradan isə Tərtər rayonu Mamırlı kəndinə getmişdir. O, Tərtər rayonu Mamırlı kəndində olarkən atası Musanın istifadəsində olan mobil nömrəsinə zəng edərək anasını və bacısını öldürdüyünü demişdir. Atası isə ona gəlib təslim olmağı təklif etmiş, bu zaman o, atasına artıq Bərdə rayonunu tərk etdiyini söyləyərək telefon danışığını sonlandırmışdır. Ertəsi gün, Bərdə rayon polis şöbəsinə gəlib təslim olanadək Tərtər rayonu Mamırlı kəndində qalmış, həmin kənddə olmasını isə özündən başqa heç kim bilməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, uzun müddətdir marixuanadan istifadə etdiyindən təxminən 2020-ci ilin may ayının əvvəllərində Vüsalənin yaşadığı evin həyətyanı sahəsində, Vüsalədən və anası Fizzədən xəbərsiz olaraq 7 ədəd çətənə kolu əkmiş, həmin yerdə çətənə kolu əkməsi barədə özündən başqa heç kimin xəbəri olmamışdır. O, həmin çətənə kollarına həftədə bir dəfə su verməklə qulluq göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, X12 onun bacısı, X19 isə bacısının qızıdır. X22 1993-cü ildə həmkəndlisi Şahid1 ilə ailə qurmuşdur. Bacısı Nəzirənin ailəsi Bərdə rayonunda yaşamağa başladıqdan sonra o, mütəmadi olaraq bacısının yaşadığı evə gedib-gəlmiş, tez-tez bacısının ailəsinə baş çəkmiş, həmin vaxtlarda nə bacısı Nəzirənin, nə də Nəzirənin qızı Əminənin barəsində hər hansı əxlaqsız hərəkət etməsi ilə bağlı heç nə eşitməmiş və görməmişdir. Əvvəllər Nəzirə ilə əri Musa arasında münaqişələr yaranmış, bu səbəbdən də onlar bir müddət sonra rəsmi olaraq boşanmışlar. Bundan sonra Musa ilə Nəzirə bir-birindən ayrı yaşamağa başlamışlar. Bacısının qızı Əminə isə 2016-cı ildə Tofiq adlı şəxs ilə ailə qurmuş, ancaq onların evliliyi uzun sürməmişdir. Belə ki, Əminə 2017-ci ildə ərindən boşanıb Bərdə rayonu Alaçadırlı kəndinə qayıdaraq anası və qardaşları ilə birlikdə yaşamağa başlamışdır. Əminənin həmin nikahdan Mələk adlı bir qız övladı dünyaya gəlmişdir. Bu müddət ərzində o, bacısı və bacısının övladları arasında hər hansı bir mühabisə baş verdiyini eşitməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 05 radələrində bacısı oğlu Elbrus mobil telefon vasitəsilə ona zəng edərək Nəzirənin böyük oğlu Turalın onların yaşadığı evin darvazası önünə gəlməsi və kiçik qardaşı Toğrulun anası Nəzirəni və bacısı Əminəni tüfənglə atəş açaraq öldürməsi barədə məlumat vermişdir. O, bu xəbəri eşidən kimi həmin gün yaşadığı Bakı şəhərindən Bərdə rayonuna gəlmişdir. Bərdə rayonuna çatıb bacısı Nəzirənin və bacısının qızı Əminənin meyitinin Bərdə rayon mərkəzi xəstəxanasının meyitxanasında olduğunu öyrənmişdir. Sonradan o, bacısı oğlu Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə gecə saatlarında yaşadıqları evə gələrək əlində olan tüfəng ilə əvvəlcə yatdığı yerdə Nəzirəni, daha sonra isə onun əlindən qaçıb küçəyə çıxan Əminəni küçədə başından bir dəfə güllə ilə vuraraq öldürdüyünü bilmişdir. Ancaq o,Təqsirləndirilən şəxs X27nı və bacısı Əminə Zeynalovanı hansı səbəbdən öldürməsi ilə bağlı heç bir məlumatı olmadığını bildirmişdir. İfadəsinə əlavə olaraq o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X9 hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bərdə rayonunun Alaçadırlı kəndində yaşayır. X27 təxminən 3 il əvvəl atası Şahid1 boşanmış, onların boşanmalarına səbəb bir ailə kimi yola getməmələri olmuşdur. Atası və anası boşandıqdan sonra atası Musa Bərdə rayonunda yerləşən “İstisu” deyilən ərazidə tək yaşamağa başlamış və avtomobil təmiri ilə məşğul olaraq özünü dolandırmışdır. O da atasına öz işində kömək etməklə ailəsini dolandırmışdır. Qardaşı Toğrul da avtomobil təmiri ustası kimi işləmiş və işlədiyi sex Bərdə şəhəri Sənaye küçəsində yerləşmişdir. X27 isə Bərdə-Yevlax yolunun kənarında yerləşən istixanada pomidor yığılması işi ilə məşğul olmuşdur. xx xxx 2020-ci iltarixdə saat 20 radələrində o, Toğrulun işlədiyi Bərdə şəhəri Sənaye küçəsində yerləşən sexə getmişdir. O, sexdə Toğrulla söhbət edən zaman Toğrul ona anası Nəzirəni və bacısı Əminəni öldürmək istədiyini demişdir. O, Toğruldan bunun səbəbini soruşduqda, Torğul ona səbəbi özünün bildiyini söyləmişdir. Bu zaman o, Toğrula düzgün fikirdə olmadığını bildirərək onu bu fikirdən daşındırmağa çalışmışdır. Daha sonra Toğrulun sakitləşdiyini görüb yaşadığı evə qayıtmışdır. O, evə gəldikdən sonra anası Nəzirə və bacısı Əminəni yanına çağırıb bu barədə onlarla söhbət etmişdir. Söhbət zamanı o, anası və bacısına səbəbini bilmədiyi məsələyə görə Toğrulun onları öldürmək istədiyini bildirmişdir. Ardınca anasından və bacısından Toğrulun nə üçün bu fikirə düşməsini soruşmuşdur. Həmin vaxt anası ona Toğrulun uşaq olduğunu, kiminsə onun başını doldurduğunu, qeyd olunan məsələnin boş söhbət olduğunu bildirmişdir. O, anasının bu sözlərindən sonra rahatlamış və bu söhbəti özü üçün bağlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 04 radələrində yaşadıqları evin yataq otağında arvadı və uşaqları ilə birlikdə özü, bacısı Əminə isə evin giriş qapısından sol tərəfdə yerləşən yataq otağında azyaşlı qızı Mələk ilə birlikdə yatmış, anası isə evin qonaq otağında yerləşən divanın üzərində yuxuya getmişdir. Yatdığı vaxt qəflətən atəş səsi eşitmiş, buna görə də dərhal yuxudan oyanıb yerindən qalxmışdır. Həmin atəş səsinin istiqamətinə əsasən atəşin evin qonaq otağından, yəni anası Nəzirənin yatdığı yerdən gəldiyini müəyyən etmişdir. Buna görə də dərhal paltarlarını geyinib yatdığı otaqdan dəhlizə çıxmaq istəmişdir. Paltarını geyinərkən bacısı Əminənin qızı ilə birlikdə yatdığı otağın qapısının şüşəsinin sındırılmasının səsini eşitmişdir. Bu səsdən bir neçə saniyə sonra dəhlizə çıxmışdır. O, dəhlizə çıxarkən artıq arvadı Əsmər də azyaşlı övladları ilə birlikdə yuxudan oyanmışdır. Otaqdan dəhlizə çıxıb Əminənin yatdığı otağın qapısının şüşəsinin sındırıldığını, bu səbəbdən qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt evin qonaq otağının və Əminənin yatdığı otağın işıqları yanılı vəziyyətdə olmuşdur. O, ətrafa baxarkən Əminənin yatdığı otağın pəncərələrinin qırılaraq şüşələrinin yerə töküldüyünü, otaqda isə Əminənin azyaşlı qızı Mələkdən başqa heç kimin olmadığını görmüşdür. Həmin vaxt Mələk oyaq vəziyyətdə ayaqüstə dayanmışdır. Mələyin 3 yaşı olmasına baxmayaraq, onun nitqində problem olduğundan o, uşaqdan nə baş verdiyini xəbər ala bilməmişdir. Bu səbəbdən dərhal anası Nəzirənin yatdığı qonaq otağına doğru gedərək otağa daxil olmuş və otağın giriş qapısından daxil olan kimi divanın üzərində hərəkətsiz vəziyyətdə uzanmış anasının başının qan içərisində olduğunu, həmçinin, divanın döşəməyə yaxın hissəsinin də qana bulandığını aşkar etmişdir. Anasının başının parçalanmasını və tam hərəkətsiz vəziyyətdə olmasını gördüyündən o, artıq anası Nəzirənin öldüyünə əmin olmuşdur. Ancaq həmin vaxtadək bu hadisəni kimin törətdiyini bilməmişdir. Ancaq Toğrulun bir gün əvvəl ona dediyi sözlər onun yadına düşdüyü üçün o, hadisənin qardaşı tərəfindən törədilməsindən şübhələnmişdir. Hadisəyə səbəbin isə Toğrul ilə arasındakı sonuncu söhbət zamanı qardaşının anası və bacısı haqqında hər hansı əxlaqsız söhbət eşitməsi ola biləcəyini düşünmüşdür. O, bütün bunları düşünədüşünə qaçaraq evin həyətinə çıxmışdır. Həyətdə olarkən evin giriş qapısından sağ tərəfə dönməklə evin arxa hissəsinə olan qapının açılıb-örtülməsinin səsini eşitmişdir. Bu səbəbdən o, dərhal səs gələn tərəfə hərəkət etməyə başlamışdır. Evin arxa tərəfi ilə qaçıb kənd içərisində avtomobillərin gediş-gəlişi üçün nəzərdə tutulmuş asfalt yola çıxmışdır. Yola çıxdıqdan bir neçə saniyə sonra daha bir dəfə atəş səsi eşitmişdir. Səsin istiqamətinə əsasən o, atəşin dayandığı yerdən sağ istiqamətdə təxminən 70-75 metr aralı məsafədə açıldığını düşünmüşdür. Bu səbəbdən atəş səsini eşitdiyi istiqamətə doğru qaçmağa başlamışdır. O, təxminən bir neçə metr hərəkət etdikdən sonra qardaşı Toğrulu yoldan sağ istiqamətdəki döngədən çıxdığını görmüşdür. Bu zaman Toğrul ilə arasında təxminən 10 metr məsafə olmuş, Toğrulun əlində təklüləli ov tüfənginin olduğunu görmüşdür. Toğrul onu gördükdən sonra yoluna davam etmişdir. O, Toğrulla yol gedərkən ondan nə etdiyini və bunu nə üçün etdiyini soruşmuş, Toğrul isə ona narahat olmamasını, tezliklə qayıdacağını demişdir. Ancaq o, Toğrulun haraya gedəcəyini bilməmişdir. Toğrul küçəyə çıxıb Bərdə şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Qardaşı getdikdən sonra o, atəş səsi eşitdiyi istiqamətə doğru hərəkət etmiş və döngədən təxminən 45-50 metr hərəkət etdikdən sonra yolun sağ tərəfində tanımadığı şəxsə məxsus evin dəmirdən olan giriş darvazasının önündə başı darvazaya doğru olan, üzü üstdə uzanıqlı vəziyyətdə olan bir nəfər qadının olduğunu görmüşdür. O, həmin qadına yaxınlaşdıqda onun bacısı Əminə olduğuna əmin olmuşdur. Bacısı Əminənin başı parçalanmış vəziyyətdə olmuş və heç bir hərəkət etməmişdir. Bu səbəbdən o, artıq Əminənin öldüyünə tam əmin olmuşdur. Bundan sonra həyəcanlı olduğu üçün xalasının oğlu Elbrusun yanına gedərək qardaşı Toğrulun anası Nəzirəni və bacısı Əminəni təklüləli ov tüfəngi ilə başı nahiyələrindən bir dəfə atəş açmaqla öldürməsi barədə məlumat vermişdir. Xalası oğlu isə dərhal təcili tibbi yardım xidmətinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Bir qədər keçdikdən sonra hadisə yerinə təcili tibbi yardım avtomobili və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmiş və o, həmin əməkdaşlarla birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. İfadəsinə əlavə olaraq o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətçi olmadığını, ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1993-cü ildə Nəzirə Zeynalova ilə ailə qurmuş və onların həmin nikahdan Tural və Toğrul adlı oğlan övladları və Əminə adlı qız övladı dünyaya gəlmişdir. O, 2015-ci ildə Nəzirə Zeynalovadan boşanmışdır. Boşanmalarının səbəbi arvadının başqa kişilərlə münasibətdə olması, ona xəyanət etməsi olmuşdur. Qızı Əminə isə 2016-cı ildə Tofiq adlı şəxs ilə ailə qurmasına baxmayaraq, 2017-ci ildə boşanmışdır. O, arvadı Nəzirədən boşandıqdan sonra ailəsi ilə birlikdə yaşadığı evdən çıxıb başqa evə köçmüş, bir daha həmin evdə yaşamamışdır. Oğlu Toğrul hadisədən əvvəlki son 7-8 ay ərzində yaşadığı evə getməmiş, avtomobil təmiri ilə məşğul olduğu sexdə, bəzən də onun yaşadığı evə gələrək onunla birlikdə qalmışdır. xx xxxx 2020-ci il tarixdə saat 05 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək oğlu Toğrulun tüfəng ilə qızı Əminəni və keçmiş arvadı Nəzirəni öldürdüyünü demişlər. O, polislərin gəldikləri xidməti avtomobilə əyləşib yol gələn zaman qonşusu Namiqin mobil nömrəsindən onun telefonuna zəng gəlmiş, zəngə cavab verən zaman danışan şəxsin oğlu Toğrul olduğunu bilmiş, həmin vaxt Toğrul ona “Mən işimi gördüm, bundan sonrası sənə qaldı” cümləsini demişdir. Bu zaman o, Toğrula gəlib təslim olmasını desə də, Toğrul “Niyə təslim olmalıyam?” deyərək telefon danışığını sonlandırmışdır. Daha sonra o, bir neçə dəfə Toğrula zəng etsə də, mobil telefon sönülü olmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, oğlu hadisəni qısqanclıq zəminində törətmiş, oğlu Toğrul hadisənin törədilməsində istifadə etdiyi silahı təxminən on gün əvvəl ova getmək adı ilə ondan almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir və o, Toğrulu qonşu kimi uşaqlıqdan tanımışdır. xx xxxx 2020-ci il tarixdə saat 05:00 radələrində yuxudan oyandıqda çöldən səs-küy gəldiyini eşidib qapının ağzına çıxmış və kənd sakinləri arasında gedən söhbətlərdən həmkəndlisi Toğrulun öz anası Nəzirəni və bacısı Əminəni öldürdüyünü öyrənmişdir. Lakin yuxulu halda olduğuna görə hələ də nələrin baş verməsini tam dərk edə bilməmişdir. O, yenidən evə daxil olan zaman atasının mobil telefonuna zəng gəldiyini eşitmişdir. Atası evdə olmadığından həmin telefon zənginə cavab vermişdir. Telefonda danışan Vüsalə ondan Toğrulun cinayət törətməsinin düzgün olub-olmadığını soruşmuş və onu yaşadığı evə çağırmışdır. O, atasının mobil telefonunu özü ilə götürüb evdən çıxmış, Vüsalənin anası ilə birlikdə yaşadığı evə gedərkən kənd ərazisindən keçən dəmiryolunun kənarında Toğrul ilə rastlaşmışdır. Həmin vaxt Toğrul ondan zəng etmək üçün mobil telefonunu verməsini xahiş etmişdir. Buna görə də o, evdən götürdüyü, atası Şahid3 məxsus olan telefonu zəng etməsi üçün Toğrula vermişdir. Toğrul isə atası Musanın mobil nömrəsinə zəng edərək “Mən elədiyimi elədim, bundan sonrası sənlikdir” cümləsini işlətmişdir. Lakin o, həmin vaxt Toğrulun atasının nə dediyini eşidə bilməmişdir. Toğrul telefon danışığını sonlandırdıqdan sonra telefonu ona geri qaytarmış və o, dərhal yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə rastlaşan zaman onun əlində və ya üzərində silahın olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, X12 onun xalası, X17 xalasının qızı, Təqsirləndirilən şəxs isə xalasının oğludur. Xalası oğlu Toğrulun həmişə anası Nəzirə və bacısı Əminə ilə münasibətləri yaxşı olmuş, onlar arasında hər hansı münaqişə baş verdiyini görməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 04 radələrində o, ailə üzvləri ilə birlikdə yaşadığı evdə yatan zaman evin darvazasının döyüldüyünü eşitmiş, dərhal əynini geyinib darvazanı açmaq üçün yollanmışdır. Darvazanı açan zaman xalası oğlu Turalın, yəni Toğrulun qardaşının arvadı və azyaşlı övladları, o cümlədən mərhum xalasının qızı Əminənin azyaşlı qızı ilə birlikdə darvazanın ağzında dayandıqlarını görmüşdür. Ondan bir qədər sonra anası Rahilə və atası Surxay da əyinlərini geyinərək darvazanın qarşısına çıxmışlar. Bundan başqa Turalın yaşadıqları evin darvazasını möhkəm şəkildə döyməsi səbəbindən yaxınlıqda yaşayan qonşuları Şahid3 da yaranmış səs-küyə görə darvazasından çölə çıxıb onların darvazasının qarşısına gəlmişdir. Bundan sonra onlar Turaldan nə baş verdiyini soruşduqda Tural onlara qardaşı Toğrulun Nəzirəni və Əminəni tüfənglə atdığını bildirmişdir. Buna görə də o, Tural ilə birlikdə, əvvəlcə, onların yaşadığı evə gedib qonaq otağına daxil olmuş və xalası Nəzirənin həmin otağın pəncərəsinin qarşısında qoyulmuş divanın üzərində uzanıqlı vəziyyətdə olduğunu, baş nahiyəsinin tüfəngdən açılmış atəş nəticəsində parçalandığını və öldüyünü görmüşdür. Bundan sonra Turaldan bacısı Əminənin hansı tərəfdə olduğunu soruşmuş, Tural ona bacısının bir qədər aralıda, yəni kəndin kənarından keçən döngədə atıldığını demişdir. O da Tural ilə birlikdə evin qarşı tərəfindən keçməklə həmin döngəyə doğru getmişlər. Şahid3 da bu zaman onlara qoşularaq Əminənin öldürüldüyü yerə doğru getmişdir. Həmin yerə çatan zaman Əminənin döngədəki evlərdən birinin darvazası qarşısında hərəkətsiz vəziyyətdə uzandığını, baş hissəsinin tüfəngdən açılmış atəş nəticəsində parçalandığını və elə oradaca öldüyünü görmüşdür. Əminənin meyitinə baxdıqdan sonra dərhal təcili tibbi yardım xidmətinə zəng etmiş və tibb əməkdaşlarına Bərdə rayonu Alaçadırlı kəndinə gəlmələrini bildirmişdir. Bir qədər sonra Bərdə rayon təcili tibbi yardım stansiyasının avtomobili və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin yerə gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, anası Fizzə və azyaşlı oğlu Sinan ilə birlikdə Bərdə rayonu Alaçadırlı kəndində yaşamışdır.Təqsirləndirilən şəxs 2013-cü ildə tanımağa başlamış, Toğrul ilə tanışlıqdan sonra onunla sevgili kimi yaşamağa başlamış və münasibətləri hər zaman yaxşı olmuşdur. Toğrulun özünün ailəsinin də yaşadığı ev Bərdə rayonu Alaçadırlı kəndində yerləşmiş və Toğrul həmin evdə öz ailə üzvləri, yəni bacısı Əminə, anası Nəzirə, qardaşı Tural və Turalın arvadı Əsmər ilə birlikdə yaşamışdır. Toğrul hərdən ona öz ailəsi barədə danışmış və anası ilə atasının ayrı yaşamasının ona pis təsir etdiyini demişdir. Bu səbəbdən Toğrul atası ilə anasını barışdırmaq istəmişdir. Ancaq Toğrulun anasının buna razı olmaması səbəbindən onun valideynləri bir-biri ilə barışmamışlar. Toğrul ona anası Nəzirənin və bacısı Əminənin hər hansı səhv hərəkəti barədə heç bir söz deməmişdir. O, 2020-ci ilin may ayında Toğrulun bacısı Əminə ilə söhbət edən zaman onun ağladığını eşitmiş və Əminədən ağlamasının səbəbini soruşmuşdur. Əminə isə ona anası Nəzirə ilə mübahisə etdiyini demişdir. Daha sonra Əminə evdə heç kim olmadığı üçün darıxdığını bildirmiş, bu səbəbdən də o, Toğrulgilin yaşadığı evə getmişdir. Həmin vaxt evdə Əminədən başqa heç kim olmamışdır. O, Əminədən nə üçün anası ilə mübahisə etdiyini soruşduqda, Əminə ona anasının başqa şəxs ilə yaxın münasibətdə olmasından xəbər tutduğunu və həmin şəxsə görə atası ilə barışmadığını bildirmişdir. Belə ki, anasının bu hərəkəti Əminəyə pis təsir etmiş və anasına səhv hərəkət etməsi barədə xəbərdarlıq etmişdir. Həmçinin, Əminə bu hərəkətindən əsəbiləşən anası Nəzirənin onu döydüyünü bildirmişdir. O, bu söhbətdən sonra Əminədən anası Nəzirənin konkret olaraq kiminlə yaxın mübasibətdə olmasını soruşmuş, Əminə isə həmin şəxs barəsində heç bir söz deyə bilməyəcəyini söyləmişdir. Daha sonra o, Əminədən nə üçün bu söhbətləri ona danışmasının səbəbini soruşmuş, Əminə isə ona torpaq alaraq özü üçün ev tikdirəcəyini, ayrı yaşayacağını, anasıgilin yanından iki həftə sonra gedəcəyini demişdir. Əminə etdiyi səhvlərə görə anasına nifrət etdiyini də ondan gizlətməmişdir. Daha sonra Əminə ondan cehiz əşyalarının satılması üçün kömək istəmiş, o da bununla bağlı ətrafındakı insanlarla danışaraq ona məlumat verəcəyini demişdir. Bundan sonra daha Əminə ilə əlaqə saxlaya bilməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 06:00 radələrində Toğrul onların yaşadığı evə gəlmişdir. Toğrul onların evinə gələn zaman ayağının altı zədələnmiş və ayağından qan gəlmişdir. O, Toğruldan nə baş verdiyini soruşmuş, Toğrul isə ona dalaşdığını, bu səbəbdən ayağının zədələndiyini demişdir. Toğrul təxminən bir saat müddətində onların yaşadığı evdə oturmuş, o, həmin müddət ərzində Toğrula çay vermiş və ayağını bağlamışdır. Söhbət zamanı Toğrul ona anasını və bacısını öldürdüyünü demiş və çıxıb getmişdir. Ancaq o, həmin vaxt Toğrulun dediklərinə inanmamışdır. Belə ki, o, Toğrulun yalan danışdığını düşünmüş, Toğrul getdikdən sonra yerinə uzanıb yatmışdır. Həmin gün saat 19 radələrində polis əməkdaşları onların yaşadığı evə gəlmiş və Toğrulun harada olmasını soruşmuşlar. Toğrulun səhər saatlarında ona anası və bacısını öldürdüyünü dedikdən sonra çıxıb getdiyini demişdir. Polis əməkdaşları Toğrulu axtarmaq üçün onların yaşadığı evə baxış keçirmiş, bu zaman evin həyətyanı sahəsindən narkotik maddə olan çətənə bitkisinin koluna bənzəyən yeddi ədəd kollar aşkar etmişlər. O, əvvəllər narkotik bitki kolu görmədiyindən polis əmədaşlarının nəyi nəzərdə tutmalarını bilməmişdir. Ancaq o, sonradan Toğrulun ondan və anası Fizzədən xəbərsiz şəkildə narkotik vasitə əkibbecərdiyini bilmişdir. Baxış keçirildikdən sonra həmin bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılıb qablaşdırılmaqla aparılmışdır. Təqsirləndirilən şəxs onların yaşadığı evə gələrkən əlində nə tüfəng, nə də başqa hər hansı əşya olmamışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, sonradan həmin çətənə kollanının Təqsirləndirilən şəxs tərəfindən əkilməsi və qulluq göstərilməsi ona məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- X10 Anatomiya Elmi-Təcrübi Tədris birliyinin Bərdə rayonlararası zona mərkəzi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli 460 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər-sağ baldır-ayaq oynağı nahiyəsinin kəsilmiş yarası, sağ baldır nahiyəsinin qançırı və sıyrığı vardır. Həmin xəsarətlərdən; a) sağ baldır-ayaq oynağı nahiyəsinin kəsilmiş yarası kəsici xassəyə malik olan əşyanın təsirindən törənmişdir; b) sağ baldır nahiyəsinin qançırı və sıyrığı küt əşyanın təsirindən törənmişdir. Müddətləri qərarda göstərilən tarixə-yəni xx.xx.2020-ci ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X23-Təcrübi Tədris birliyinin Bərdə rayonlararası zona mərkəzi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair xx.xx.2020-ci il tarixli 30 saylı rəyindən görünür ki,X1 meyitinin məhkəmə-tibbi ekspertizasına və əlavə laborator müayinə cavablarına (məhkəmə-kimyəvi, məhkəmə-bioloji, məhkəmə-histoloji, məhkəmətibbi-kriminalistik) əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla belə nəticəyə gəlinmişdir ki, X1 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər – açıq kəllə beyin travması, baş-beyin toxumasının əzilib-dağılması, kəllə qapağı, kəllə əsası və üz skeleti sümüklərinin – sağ almacıq, alt çənənin sağ şaxəsinin qəlpəli sınıqları, sağ çiyin və bazu oynağı nahiyələrinin yaraları, bazu sümüyü başının sınığı ilə kor odlu silah-qırma yaralanması vardır. Təsvir olunan xəsarətlər həyatidir, patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış bir atəş nəticəsində əmələ gəlmişdir, ov tüfəngindən açılmış atəş nəticəsində əmələ gələ bilər, müddəti xx xxxx 2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. X1 meyitinin bədəni üzərində olan xəsarətlər kor odlu silah yaralarına aiddir, yara kanalının istiqaməti sağdan-soladır. X2 atəş atəşin əlavə faktorlarının təsir etdiyi məsafədən açılmışdır. Atəş açan şəxsin hadisə zamanı ona qarşı müxtəlif vəziyyətlərdə (üzbəüz, sağ yan tərəf və s.) ola bilər. X1 ölümünə səbəb başın odlu silah yaralanması nəticəsində kəllə sümüklərinin sınıqları ilə baş-beyin toxumasının əzilib-dağılması olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 6-8 saat olar baş vermişdir. X1 arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid əlamətlər (şüavari büküşlərdə qalınlaşma, hamarlaşma, qançır, sıyrıq, çat və s.) aşkar olunmamışdır. X1 uşaqlıq yolundan və arxa keçəcək dəliyindən götürülmüş tənzif tamponda məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. X1 meyitindən götürülmüş qanda məhkəməkimyəvi tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin, tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X23-Təcrübi Tədris birliyinin Bərdə rayonlararası zona mərkəzi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair xx.xx.2020-ci il tarixli 31 saylı rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi ekspertizasına və əlavə laborator müayinə cavablarına (məhkəmə-kimyəvi, məhkəmə-bioloji, məhkəmə-histoloji, məhkəmətibbi-kriminalistik) əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla belə nəticəyə gəlinmişdir ki, X3 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər – açıq kəllə beyin travması, baş-beyin toxumasının əzilib-dağılması, kəllə qapağı, kəllə əsası və üz skeleti – əng, burun, almacıq, alt çənənin sağ şaxəsinin sümüklərinin qəlpəli sınıqları ilə başın kor odlu silah-qırma yaralanması, sağ diz oynağı nahiyəsinin qançırı və sıyrığı, sol bud nahiyəsinin qançırı vardır. Təsvir olunan xəsarətlər həyatidir, baş nahiyəsində olan xəsarət patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış bir atəş nəticəsində əmələ gəlmişdir, ov tüfəngindən açılmış atəş nəticəsində əmələ gələ bilər, müddəti xx xxxx 2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. X3 meyitinin müayinəsi zamanı onun bədən səthində müəyyən edilmiş xəsarət – sağ diz oynağı nahiyəsinin qançırı və sıyrığı, sol bud nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir və canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X3 meyitinin baş nahiyəsində olan xəsarətlər kor odlu silah yaralarına aiddir, yara kanalının istiqaməti sağdan-soladır. X4 atəş atəşin əlavə faktorlarının təsir etdiyi məsafədən açılmışdır. Atəş açan şəxsin hadisə zamanı ona qarşı müxtəlif vəziyyətlərdə (üzbəüz, sağ yan tərəf və s.) ola bilər. X3 ölümünə səbəb başın odlu silah yaralanması nəticəsində kəllə sümüklərinin sınıqları ilə baş-beyin toxumasının əzilib-dağılması olmuşdur. X3 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 6-9 saat olar baş vermişdir. X3 arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid əlamətlər (şüavari büküşlərdə qalınlaşma, hamarlaşma, qançır, sıyrıq, çat və s.) aşkar olunmamışdır. X3 uşaqlıq yolundan və arxa keçəcək dəliyindən götürülmüş tənzif tamponda məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. X3 meyitindən götürülmüş qanda məhkəməkimyəvi tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin, tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin maddi sübutların ekspertizasına dair xx.xx.2020-ci il tarixli 411/2020-MTBŞ №-li rəyindən görünür ki, X5 ABO sistemi üzrə qan qrupu Abeta(H)/İİ/-dİr. X9 AB0 sistemi üzrə qan qrupu Abeta(H)/İİ/-dir. Ekspertizaya təqdim olunmuş 07 ədəd pambıq tampon, Ə.Şahid1ya məxsus şalvar, köynək, trusik, lifçik, N.H.Zeynalovaya məxsus şalvar, kofta, trusik və lifçik üzərində Abeta(H)/İİ/ qruplu insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə X13 və ya X7 məxsus olması inkar olunmur. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar və köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə-ballistik, atəş izləri ekspertizasına dair xx.xx.2020-ci il tarixli 3/586; 3/587 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 (iki) ədəd giliz 16 kalibrli olmaqla, həmin kalibrə malik hamar lüləli odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış patronların hissələridir – gilizləridir. Həmin gilizlər eyni tüfəngdən atılmışdır. Tədqiqata təqdim edilmiş “X9 meyitindən çıxarılmış” 03 ədəd metal predmet və 01 ədəd plastmas predmet hamar lüləli odlu ov tüfənglərində istifadə edilən 16 kalibrli patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış atəş komponentinin hissəsidir – 03 ədədi qırmalardır, digər 01 ədədi isə konteyner (tıxac) hissəsidir, üzərlərində xüsusi əlamətlərə malik izlər olmadığı üçün eyniləşmə tədqiqatı üçün yararsızdır və onların hər hansı markalı, konstruksiyalı tüfəngdən, həmçinin eyni tüfəngdən atılıb-atılmadığını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş “X5 meyitindən çıxarılmış” 03 ədəd metal predmet və 01 ədəd plastmas predmet hamar lüləli odlu ov tüfənglərində istifadə edilən 16 kalibrli patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış atəş komponentidir – 03 ədədi qırmalardır, digər 01 ədədi isə konteynerdir, üzərlərində xüsusi əlamətlərə malik izlər olmadığı üçün eyniləşmə tədqiqatı üçün yararsızdır və onların hər hansı markalı, konstruksiyalı tüfəngdən, həmçinin eyni tüfəngdən atılıb-atılmadığını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “Nəzirə Zeynalovaya” məxsus olduğu qeyd edilən bir ədəd qara rəngli, qısaqol köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə əsasən, onun üzərindəki zədələr giriş zədələri olmaqla, hamar lüləli odlu silahdan 5 sm-dən 1 metrə qədər olan məsafədən açılmış atəş nəticəsində, nisbətən sağdan sola, öndən arxaya doğru istiqamətdə, tərkibində qurğuşun metalı olan mərminin, qırmaların təsirindən yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş üzərində “Nəzirə Zeynalovaya” məxsus olduğu qeyd edilən bir ədəd bej rəngli büstqalter, bir ədəd tüng göy rəngli şalvar və bir ədəd qara rəngli alt tumanının üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin, qırmaların təsirindən yaranmağa xarakterik zədə (zədələr) və atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” və “Əminə Zeynalovaya” məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin, qırmaların təsirindən yaranmağa xarakterik zədə (zədələr) aşkar edilmədi. Bu səbəbdən Əminə Zeynalovaya açılan atəşin məsafəsini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyaları üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş üzərində “Əminə Zeynalovaya” məxsus olduğu qeyd edilən bir ədəd qara rəngli, qolsuz mayka və bir ədəd mavi rəngli, qırmızı zolaqlı, cins şalvarın üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş üzərində “Əminə Zeynalovaya” məxsus olduğu qeyd edilən bir ədəd qara rəngli büstqalter və bir ədəd ağ rəngli alt tumanının üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X35 Təsərrüfatı Mərkəzinin baş aqronomu tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Şahid13 evinin həyətyanı sahəsində 07 ədəd qeyri-bərabər paylanmaqla çətənə kolları əkilmiş, qulluq edilmiş və kultivasiya olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən təqdim edilmiş məhkəməbioloji ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 16/382 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş, “Bərdə rayonu Alaçadırlı kəndində yaşayan” Şahid13 həyətindən aşkar olunmuş 7 ədəd çətənə kolu.” yazılar və imzalar olan sintetik kisədəki 07 (yeddi) ədəd ümumi təmiz çəkisi–166 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmişməhkəmə ambulator psixiatrik ekspertizasının xx.xx.2020-cu il tarixli 400 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməllərini törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Narkoloji Dispanserindən təqdim edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli, 628saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-yə könüllü gələrək xx.xx.2020-ci il tarixdə Bərdə rayon Alaçadırlı kəndində anası X8 və bacısı X14 öldürdüyünü könüllü etiraf edərək özünü təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsihaqqında” qərarından görünür ki, X16 barəsində həbs etmənin əvvəli 02iyun 2020-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyi BƏSİİdən verilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon polis şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayət törədilməsində istifadə etdiyi tək lüllə 16 kalibrli ov tüfənginin tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon icra hakimiyyəti başçısının Kələntərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1387 nömrəli arayışdan görünür ki, X16 həbs olunana qədər Bərdə rayonunun Alaçadırlı kəndində atası Şahid1, anası X12, bacısı X17 və qardaşı X20 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxs Əminə Zeynalovanın hüquqi varisi X20 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi deyil, digər zərərçəkmiş şəxs Nəzirə Zeynalovanın hüquqi varisi X15 Təqsirləndirilən şəxs şikayətçidir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 120.2.7və 237.1-ci maddələri ilə tövsif olunmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Həmçinin həmin qəraraın 11-ci bəndində göstərilmişdir ki, iki və ya daha çox qəsdən adam öldürmə vahid qəsdlə əhatə olunmadıqda ayrı-ayrı vaxtlarda törədildikdə təqsirkarın əməli təkrar adam öldürmə kimi CM-nin 120.2.10-cu maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini təşkil edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 saylı Qərarının 21-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxs X9 hüquqi varisi X20 ilə barışıq əldə etməsi, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayət əməlini odlu silahdan istifadə etməklə törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü könüllü olaraq polisə təqdim etməsi CM-in 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi X20 ilə barışıq əldə etməsi CM-in 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirici hal kimi nəzərə alınsa da, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsində daha ciddi cəza növünün son həddində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə tərkibi Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəasını Təqsirləndirilən şəxs barəsində tətbiq olunmasını qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Həmçinin həmin məcəllənin 56.2-ci maddəsində göstərilmişdir ki, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Odur ki, X16 tərəfindən törədilən cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 15.5ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğu nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 4 (dörd) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən işüzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 02 ədəd giliz, 07 ədəd pambıq tamponda qan nümunələri, X5 meyitindən çıxarılmış 03 ədəd qırma və 01 ədəd tıxac-konteyner, X9 meyitindən çıxarılmış 03 ədəd qırma və 01 ədəd tıxac-konteyner parçası, ümumi çəkisi 165,65 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, X7 məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd büstqalter və 01 ədəd tuman, X13 məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd büstqalter və 01 ədəd tuman, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 232,40 (iki yüz otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsilə 20 (iyirmi) il müddətə azadlıqdan məhrumetmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 4 (dörd) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 02 ədəd giliz, 07 ədəd pambıq tamponda qan nümunələri, X5 meyitindən çıxarılmış 03 ədəd qırma və 01 ədəd tıxac-konteyner, X9 meyitindən çıxarılmış 03 ədəd qırma və 01 ədəd tıxac-konteyner parçası, ümumi çəkisi 165,65 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, X7 məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd büstqalter və 01 ədəd tuman, X13 məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd büstqalter və 01 ədəd tuman, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 232,40 (iki yüz otuz iki manat qırx qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinəX29 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar