Məhkəmə qərarları › İş №1(100)-241/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-241/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-241/2021 23.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X8, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ET D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 09 iyul 2009-cu il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra, saat 23 radələrində sərxoş vəziyyətdə Düyərli kəndində yaşayan, yüngül həyat tərzi keçirən, tanışı X11 ilə cinsi əlaqədə olmaq məqsədi ilə sonuncunun evinə gedərək evin sağ tərəfindəki otaqda onunla cinsi əlaqədə olmuş, həmin gecə Tamilə Məmmədovaya ödəməyə pulu olmadığına görə, cinsi əlaqədən sonra sonuncunun yaşayış evində yerləşən hamamda yuyunmasından istifadə edərək tez-tələsik şalvarını və köynəyini geyinib evdən çıxmaq istəyərkən, Tamilə Məmmədova paltarsız vəziyyətdə arxadan ona çatıb, qolundan tutaraq pulunu tələb edərkən aralarında mübahisə yaranmış, Tamilə Məmmədovanın polisə şikayət edəcəyi və başına oyun açacağı ilə hədələməsinə əsəbləşib, onu qəsdən öldürmək məqsədilə yumruqla gicgah nahiyyəsindən vuraraq arxası üstə yerə yıxmış, sonra əlləri ilə boğazından tutub sıxaraq boğmağa başlamış, Tamilə Məmmədova müqavimət göstərib onun sağ əlini cırmaqlayaraq sağ əlinin arxa səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan və ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsinə baxmayaraq, Tamilə Məmmədovanı buraxmamış, özünə məxsus, tələsdiyindən əyninə geyinə bilmədiyi ağ rəngli maykanı Tamilə Məmmədovanın boğazına dolayıb iki əli ilə möhkəm sıxmaqla ona boyun nahiyyəsinin təkqat qapanan stanquliyasiya şırımı, dilaltı sümük və qırtlaq qığırdağı ətrafı yumşaq toxumalarda qansızmalar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə onu qəsdən həyatdan məhrum etmişdir. Törətdiyi cinayətin izini itirmək məqsədilə evin anbar kimi istifadə edilən otağına keçib, orada plastmas qabda olan neft məhsulunu götürüb bir neçə yerdə evin döşəməsi üzərinə tökərək kibritlə alışdırıb yandırmaqla 5071,41 manat inventar dəyəri olan evi, 450 manat dəyərində “Nord” markalı soyuducunu, 500 manat dəyərində “Belarus” markalı pioninanı, 250 manat dəyərində “Samsunq” markalı televizoru, 90 manat dəyərində qaz pilitəsini, 100 manat dəyərində 2 ədəd elektrik sobanı, 80 manat dəyərində kitab rəfini, 60 manat dəyərində divanı, 40 manat dəyərində yazı stolunu, 750 manat dəyərində xalça-palazı, 500 manat dəyərində pərdələri, 1000 manat dəyərində pal-paltarı, 250 manat dəyərində qab-qacağı, 90 manat dəyərində mətbəx masasını və 4 ədəd oturacağı, 25 manat dəyərində telefon aparatını, 84 manat dəyərində 6 ədəd oturacağı, 70 manat dəyərində 2 ədəd çarpayını, 300 manat dəyərində 5 ədəd döşəyi, 260 manat dəyərində 12 ədəd yorğanı və 480 manat dəyərində 10 ədəd balıncı cəmi 10.450,41 manat dəyərində özgəsinin əmlakını qəsdən məhv etməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vuraraq hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 120.1, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilməyərək göstərdi ki, Tamilanı həmkəndlisi kimi tanımışdır. O, pozğun həyat keçirib əxlaqsızlıqla məşğul olmuşdur. Tamilanın evinə cəmi bir dəfə Elçin və Səlahiyyəddinlə birlikdə getmiş və həmin zaman evə daxil olmamış, qapının ağzında gözləmişdir. Ondan sonra o, bir də Tamilanın evində olmamış, Tamilanı o, öldürməmiş və onun kim tərəfindən öldürüldüyünü bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “Tamilə Məmmədovanın pozğun həyat tərzi keçirməsini, ayrı-ayrı şəxsləri evinə dəvət edərək onlarla pul müqabilində cinsi əlaqədə olmasını eşitmişdir. İlk dəfə hadisədən təxminən 2 ay əvvəl Şəmkir rayonu, Düyərli kəndində yaşayan, tanışları Şahid2 və “Fıstıq” ləqəbli Şahid1 ilə birlikdə Tamilə Məmmədova (ə cinsi əlaqədə olmaq üçün gecə vaxtı onun evinə getmiş, sonuncu onları həyətdə görüb nə üçün gəldiklərini soruşduqda, onlar onunla cinsi əlaqədə olmaq üçün gəldiklərini demişlər. Bundan sonra Tamilə Məmmədova həyətin qapısını içəridən bağlayıb, onları evə dəvət etmiş, evin girişində yerləşən eyvan otağına keçərkən o özündə olan 10 manat pulu Tamilə Məmmədovaya vermək üçün Şahid1a vermişdir. Şahid1 onların yanında həmin 10 manat pulu Tamilə Məmmədovaya verdikdən sonra, birinci özü (Səlahiyyədin) evin sağ tərəfdəki otağa keçərək X22 cinsi əlaqədə olmuş, həmin vaxtı o Şahid2la birlikdə evin eyvan otağında gözləmişlər. Şahid1 sonra, o Tamilə Məmmədovanın olduğu sağ tərəfdəki otağa keçərək onunla cinsi əlaqədə olmuşdur. Yetkinlik yaşına çatmayan Şahid2 onlarla birlikdə olsa da, X22 cinsi əlaqəyə girməmişdir. X22 cinsi əlaqədən sonra, sonuncu həyətə düşüb əl qapısından küçəyə baxıb, heç kimin olmadığını görüb onları həyətdən yola salmışdır. Elbrus Məmmədov ifadəsini davam edərək göstərmişdir ki, həmin görüşdən sonra dəfələrlə tək Tamilə Məmmədovanın evinə gedərək onunla cinsi əlaqədə olmuşdur. 05 iyul 2009-cu il tarixdə özünə məxsus telefondan Tamilə Məmmədovanın ev telefonuna zəng edib danışmış, həmin gecə növbəti dəfə X22 cinsi əlaqədə olmaq üçün gedərkən, sonuncunun qonşusu Mais adlı şəxs onu görmüşdür. X22 cinsi əlaqədən sonra evinə qayıdıb yatmışdır. Hər dəfə X22 cinsi əlaqədə olarkən ona 5 manat pul vermişdir. Nəhayət 09 iyul 2009-cu il tarixdə saat 21 radələrində heyvanları sahədən evə gətirdikdən sonra, həmkəndlisi Əli adlı şəxsin mağazasına gedərək bir şüşə araq və 2 şüşə “Xırdalan” pivəsi almış, pivələri küçədə içmiş, arağı isə evə gətirib nənəsi Tutunun bişirdiyi yumurta qayğanağı ilə içmişdir. Bundan sonra X22 cinsi əlaqədə olmaq üçün öz evindən piyada sonuncunun evinə getmişdir. Telefonda konturu olmadığına görə həmin gecə ona zəng etməmiş, Tamilə Məmmədovanın həyət qapısını döymüş, sonuncu qapını açıb onu evə dəvət etmişdir. Həmişə olduğu kimi evin sağ tərəfində olan otaqda divan üzərində X22 cinsi əlaqədə olmuşdur. Həmin vaxtı Tamilə Məmmədovanın əynində ev xalatı və ağ rəngli trusik olmuşdur. Cinsi əlaqədən sonra Tamilə Məmmədova cinsi orqanını silmək üçün ona ağ rəngli əski parçaları vermiş, özü isə yuyunmaq üçün evin içərisində yerləşən hamam otağına getmişdir. Həmin gecə X22 cinsi əlaqədə olması ilə əlaqədar ona pul verməyə imkanı olmadığına görə, sonuncunun evin hamamında yuyunmasından istifadə edərək tez-tələsik şalvarını və köynəyini geyinib evdən getmək istəmiş, lakin Tamilə Məmmədova paltarsız halda onun ardınca gəlib, evin giriş hissəsində qolundan tutub pulunu tələb edərkən aralarında mübahisə yaranmışdır. Tamilə Məmmədova onu polisə şikayət edəcəyi, başına oyun açacağı ilə hədələmişdir.Tamilə Məmmədovanın hərəkətlərinə və hədələrinə əsəbləşib, evin eyvanında onun gicgah nahiyyəsindən yumruqla zərbə vuraraq onu arxası üstə döşəmə üzərinə yıxmış, sonra əlləri ilə onu boğarkən sonuncu onun sağ əlini cırmaqlamışdır. Həmin vaxtı özünə məxsus, tələsdiyindən əyninə geymədiyi ağ rəngli maykanı Tamilə Məmmədovanın boğazına dolayıb möhkəm sıxaraq onu boğmuşdur. Törətdiyi hadisəni ört-basdır etmək üçün evin anbar kimi istifadə edilən arxa otağından 3 litrlik plastmas qabda olan yanacağı (nefti) götürüb bir neçə yerdə evin döşəməsinə tökərək, əvvəl X22 cinsi əlaqədə olduğu evin sağ tərəfdəki otağı, evdən çıxarkən Tamilə Məmmədovanı boğduğu eyvan otağını da kibritlə alışdırmış, sonra evin arxasına keçib qonşunun hasarında olan qapı yerinə dirənmiş şiferi yerə yıxıb küçəyə çıxaraq evinə qaçmışdır. Həmin hadisəni törətməsi barədə ailə üzvlərinə və digər şəxslərə məlumat verməmiş, səhəri gün günortadan sonra anası Şahid7 ilə birlikdə paltar satan kimi tanıdığı Səadət adlı qadından bir ədəd ağ rəngli mayka alaraq onların yanında əyninə geymişdir” Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X12 ifadəsində bildirdi ki, X11 onun anasıdır, atası Qara Məmmədov 1985-ci ildə vəfat etdikdən sonra o, çox vaxtı nənəsi evində yaşamış, 1988-ci ildə həmkəndlisi Elçin Əhmədovla ailə qurub ayrıca yaşamışlar. Həyatı dərk etdiyi dövrdən anası ilə arasında uçurum yaranmış, bunun səbəbi isə anasının azərbaycan qadınına yaraşmayan həyat tərzi keçirməsi olmuşdur. 09 iyul 2009-cu il tarixdə saat təxminən 24 radələrində əri ilə evdə olarkən, dayısı qızı Mehpara ərinin telefonuna zəng etmiş, Mehparanın zəngindən sonra əri Elçin tələsik geyinib evdən getmişdir. Sonra qaynanası gəlib evin yanması barədə ona məlumat verərək, onu həmin yerə aparmış, orada səs-küyü eşidib özünü itirmiş, onu yanmış evə yaxın qoymamışlar. Səhəri gün anasının meyiti məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra, ona məlum olmuşdur ki, anası təsadüfi yanğın nəticəsində deyil, mayka ilə boğulub öldürülmüş, bundan sonra evi yandırılmışdır. O, Təqsirləndirilən şəxs şəxsən tanımamış, ama onun ailəsi haqqında çoxuşaqlı və bir az anormal ailə kimi eşitmişdir. Bu hadisə baş verəndən sonra qonşularla söhbət apararkən, onlar Təqsirləndirilən şəxs anası ilə əlaqəsi olmasını, son vaxtlar anası ilə görüşmək üçün yanına gəlib-getdiyini təsdiq etmişlər. Hazırda təqsirləndirilən şəxslə barışıb, ona dəymiş ziyan tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Elbrusu həmkəndli kimi tanımışdır. Təxminən Tamila ölməmişədən 5 ay qabaq Səlahiyyəddin və Elbrusla bir yerdə olan vaxtı Elbrus 10 manatının olduğunu bildirib Tamilanın yanına getməyi təklif etmiş, onlar da Tamilanın əxlaqsızlıqla məşğul olduğunu bildikləri üçün razılaşıb birlikdə Tamilanın evinə getmişlər. Tamilanın həyət qapısından içəri keçəndə Tamila onlardan nə üçün gəldiklərini soruşmuş, Elbrus da onunla görüşmək üçün gəldiklərini bildirmişdir. Elbrus 10 manat pulu Səlahiyyəddinə vermiş və Səlahiyyəddin də pulu Tamilaya verdikdən sonra bərabər otağa keçmişlər. Səlahiyəddindən sonra Elbrus da otağa keçib Tamila ilə cinsi əlaqədə olmuş, bundan sonra onlar geri qayıtmışlar. Həmin vaxt o, özü Tamila ilə cinsi əlaqədə olmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 1988ci ildən Tamilə ilə yaxın qonşuluqda yaşamışdır. Tamila pozğun həyat tərzi keçirdiyinə görə qohum-qonşulardan heç kim onunla yaxın münasibət saxlamamış, evinə getməmişdir. Son vaxtlar qonşu arvadlar Tamilə ilə söhbət edərkən pis hərəkətlərindən əl çəkməsini tələb etsələr də, Tamilə qonşuların sözlərinə əhəmiyyət verməmişdir. Təxminən 05 iyul 2009-cu il tarixdə, saat 22 radələrində öz evinin yanındakı yolda su arxını yaba ilə təmizləyib, siqaret çəkərkən həmkəndli kimi tanıdığı Elbrus onunla salamlaşıb Tamilanın evinə tərəf getmiş, lakin o, Elbrusun Tamillanın evinə girib-girməsini görməmişdir. Bunun üstündən 4-5 gün keçəndən sonra İsə Tamillanın öldürüldüyünü eşitmiş, lakin kimin və nəyə görə öldürdüyünü bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Düyərli kəndində yaşayır və orada ərzaq mağazası işlədir. Həmin mağazada o, spirtli içkilər və ərzaq məhsulları satmaqla məşğul olur. Elbrusu və onun ailəsini xeyli vaxtdır tanıyır, onlarla münasibəti həmişə yaxşı olmuşdur. Elbrus hərdən bir qonaqları olanda araq və digər ərzaq məhsulları almış, sonuncu dəfə Elbrus ondan bir araq və iki pivə almış, pulu çatmadığından ona 1 manat borcu qalmışdır. Həmin borcu isə səhərisi gün gətirib qaytarmışdır. Lakin Elbrusun araq aldığı gün onun yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, Elbrus onun oğludur. Mərhum Tamila isə həmkəndliləri olmuşdur. Oğlunun Tamila ilə əlaqədə olmasını Elbrus tutulandan sonro bilmiş, hadisədən sonra kəndin bir çox adamını polisə aparıb izahatlarını almışlar. Elbrusun telefonuna zəng gələndən sonra onu kəndin sahə müvəkkili polis şöbəsinə aparmış, orada Elbrusa hədə qorxu gələrək cinayəti onun boynuna qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, Düyərli kəndində yaşayır və qəssablıqla məşğul olur. Elburus əmisi oğlu Arazla birlikdə onun həyətində yeşiklərə yığılmış pomidoru Kamaza yükləməklə fəhlə işləyirdi və həmin işə görə o, onlara 8 manat pul vermişdir. Əlavə olaraq Elburusun hazırda da onun yanında fəhlə işlədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 ifadəsində göstərdi ki, Düyərli kəndində yaşayır və Elbrusu bir qonşu kimi tanıyır. Bir neçə dəfə Elbrusu həyətində fəhlə kimi işlətmiş və ona gördüyü işin müqabilində 3-5 manat pul vermişdir. Lakin Elbrusun həmin pulları hara xərclədiyini bilməmişdir. Elbrusu cəmi bir dəfə içkili görmüş, həmin vaxt o, sərxoş olduğundan onun maşınının təkərlərini təpiklə vurmuşdur. Həmin vaxt o, Elbrusu yoldan götürüb evlərinə aparmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “həmkəndlisi olah Elbrusu 2-3 ildir ki, tanıyır. Tamilanın ölümündən 2 ay əvvəl Elçinlə bir yerdə bulağın başında oturarkən Elbrus ora gəlmiş və 10 manat pulu olduğunu deyib Tamilanın yanına, getməyi təklif etmişdir. Onlar Tamila müəllimənin pozğun həyat sürdüyünü və əxlaqsızlıqla məşğul olduğunu bildikləri üçün razılaşmış və birlikdə Tamilanın evinə getmişlər. Tamilanın həyət qapısından içəri keçərkən Tamilə nə üçün gəldiklərini soruşmuş, Elbrus da onunla görüşmək üçün gəldiklərini demişdir. Bundan sonra Tamila onları evə dəvət etmiş və Elbrus 10 manatı Tamilaya vermək üçün ona vermişdir. O, pulu Tamillaya verib sag tərəfdəki otağa keçib divanda onunla cinsi əlaqədə olmuş, sonra isə Elbrus həmin otağa keçib onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Elçin Tamilə ilə cinsi əlaqədə olmamışdır. Bundan sonra Tamila onları həyətin qapısına kimi ötürmüş və onlar evlərinə getmişlər”. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 18 iyul 2009cu il tarixli “şübhəli şəxsin ifadələrinin yerində yoxlanılması” protokoldan görünür ki, hadisə yeri Şəmkir rayonu, Düyərli kəndində yerləşən mərhum X6 evidir və təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Tamila Məmmədovanı öldürməsini və daha sonra ona məxsus evi yandırmasını etiraf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X7 17 iyul 2009-cu il tarixli 544 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasına əsasən nəticəyə gəlirəm ki, onun bədən səthində aşkar edilmiş xəsarətsağ əlin arxa səthinin sıyrığı KÜT əşyanın təsirindən müayinədən 7-9 gün əvvəl, ola bilsin ki, 09 iyul 2009-cu il tarixdə törənmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarət müxtəlif şəraitdə, eləcə də Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə yəni T.Məmmədova ilə qarşılıqlı mübarizə şəraitində əmələ gələ bilərdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2009-cu il tarixli, 9701/02 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, hadisə nəticəsində hissəvi yanmış mayka təxminən 38-40 ölçülü olmaqla təyinatı üzrə kişi maykasıdır. Digər əmtəə-keyfiyyət göstəricilərini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş yanmış mayka qalığının üzərində yüksək temperatura məruz olan distillə edilmiş tezalışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) izləri var. Yüksək temperatura məruz qaldığından və yüngül fraksiyalar uçduqdan həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X7 21 iyul 2009-cu il tarixli 159-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, eskpertizaya təqdim olunmuş 3 ədəd parça kəikləri üzərində olan ləkələrdə sperma aşkar olundu. Spermanın qrupu tədqiq olunduqda yalnız “H” antigeni alındı. Parça kəsiklərində olan sperma ləkələrinin O(İ) qruplu şəxsə məxsus olmasını söyləmək olar. Sperma ləkələrinin forma və konturları aydın seçilmədiyi üçün, onların yaranma mexanizmi barəsində fikir söyləmək mümkün olmadı. Parça kəsiklərində qar, tər, ağız suyu iftarzatı aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş T.Məmmədovanın hamam otağındakı ləyəndən götürülmüş trusik, koftada zəif intensivlik tər ifrazatı aşkar olundu. Tərin qrupu tədqiq olunduqda “A” antigeni alındı. Tər ifrazatı A (İİ) qruplu şəxsə məxsus ola bilərdi. Trusik və koftada qan, ağız suyu və sperma aşkar olunmadı. Təqdim edilmiş cib dəsmalında qan, sperma, tər, ağız suyu aşkar olunmadı. Təqdim edilmiş əşyalara baxış zamanı tükə bənzər hər hansı bir obyekt aşkar edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X7 31 iyul 2009-cu il tarixli 170-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O(İ). Onun ifrazatında qrupuna müvafiq yalnız “H” antigeni vardır. Ekspertizaya təqdim olunmuş 3 ədəd parça kəsikləri üzərində olan ləkələrdə sperma aşkar olundu. Spermanın qrupu tədqiq olunduqda yalnız “H” antigeni alındı. Parça kəsiklərində olan sperma ləkələrinin O(İ) qruplu şəxsə məxsus olmasını söyləmək olar (159-MTKŞ saylı rəydən). Göstərilən parça kəsiklərində qan, tər ağız suyu ifrazatı aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş T.Məmmədovanın hamam otağındakı ləyənin içərisində aşkar edilmiş trusik və koftada zəif intensivlikli tər ifrazatı aşkar olundu. Tərin qrupu tədqiq olunduqda “A” antigeni alındı. Tər ifrazatı A (İİ) qruplu şəxsə məxsus ola bilər. Bu halda trusik və koftada Təqsirləndirilən şəxs tər ifrazatı inkar olunur. Trusik və koftada qan, ağız suyu və sperma aşkar olunmadı. Təqdim edilmiş cib dəsmalında qan, sperma, tər, ağız suyu aşkar olunmadı. Təqdim edilmiş əşyalara baxış zamanı tükə bənzər hər hansı bir obyekt aşkar edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2009-cu il tarixli, 9501/02 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində 1 və 2 rəqəmləri ilə nişanlanmış nümunələrin (yanğından sonrakı qalıqların) üzərində termiki təsirə məruz qalıb şəklini dəyişmiş tez alışan neft məhsullarının (benzin, kerosin və ya dizl yanacağı) izləri vardır. Yanğın yerində bir neçə bir-birindən asılı olmayan, müstəqil mənbə zonaları olmuşdur, o cümlədən meyit aşkar olunmuş bağlı tipli eyvanın döşəməsi üzərində və eyvandan sağ tərəfdə yerləşən yaşayış otağının pəncərəsi qarşısında. Yanğının səbəbi, neft məhsulundan alışdırma vasitəsi kimi istifadə olunmaqla, kənardan gətirilmiş mənbənin təsiri ilə bir neçə bir birindən asılı olmayan müstəqil mənbə zonalarının yaradılması olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X7 05 avqust 2009-cu il tarixli 19 nömrəli ekspert rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı boyun nahiyyəsində təkqat qapanan stranqulyasiya şırımı, dilaltı sümük və qırtlaq qığırdağı ətrafı yumşaq toxumalarda qansızmalar aşkar edildi. Qeyd olunan xəsarətlər boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində törənmişlər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Mərhum X5 ölümünə səbəb olan boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində törənən asfiksiya olmuşdur. Meyit kəskin yanıb kömürləşdiyindən ölümün konkret vaxtını təyin etmək mümkün olmadı. X2 aralıq nahiyyəsi yanıb kömürləşdiyindən ölümündən əvvəl onunla təbii və qeyri təbii yolla cinsi əlaqə olub-olmamasını təyin etmək mümkün olmadı. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Bu da onun ölümündən az əvvəl spirtli içkilər və narkotik maddələr qəbul etməməsinə dəlalət edir. X2 meyitinin kömürləşməsi onun ölümündən sonra yüksək hərarətin təsirindən törənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanserinin 14 avqust 2009-cu il tarixli, 217 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixopatabənzər davranışla müşayət olunan orta debillik dərəcəsində olan kəmağıllıq (ağıl zəifliyi) xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik xroniki ruhi (psixi) xəstəlik olmadığından, həmçinin onda müşahidə edilən ağıl zəifliyi yüngül xarakter daşıdığından o, cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dək etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir rayon X3 14 iyul 2009-cu il tarixli 40 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2002-ci il tarixdən Şəmkir rayon poliklinikasında psixiatrik kabinetində dispanser qeydiyyatında dayanır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Səhiyyə İdarəsi Psixiatrik Xəstəxanasının 17 iyul 2009-cu il tarixli, 27 nömrəli Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax rayonlararası ruhi xəstəxanasının 17 iyul 2009-cu il tarixli 735 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Qazax ruhi xəstəxanasında qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Şəmkir ərazi dairəsinin 27 avqust 2009-cu il tarixli 31/178 nömrəli məktubundan görünür ki, X9 evinə baxış keçirilmiş və müəyyən edilmiş ki, evin yanğından qabaqki vəziyyətinin inventar dəyəri 5071.41 manatdır. Binanın inventar dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 iyun tarixli, 110 saylı qərarı və Mənzil Kommunal Təsərrüfatı Komitəsinin 102 saylı, 11 avqust 1999cu il tarixli əmri əsasında BDTİ və MHQİ tərəfindən hazırlanmış fiziki şəxslərə məxsus binaların qiymətləndiriləməsi toplusuna əsasən müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayonu İcra hakimiyyəti başçısının Düyərli kənd İƏD üzrə nümayəndəliyinin 11 sentyabr 2009-cu il tarixli 986 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 14 sentyabr 2009-cu il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, meyitin boynundan açılmış hissəvi yanmış mayka, hadisə yerindən götürülmüş nümunələr, Tamilə Məmmədovanın hamam otağındakı ləyənin içərisindən götürülmüş qara rəngli qadın koftası, qadın trusiki, ağ rəngli əski parçaları, Təqsirləndirilən şəxs qan və tüpürcək nümunələri iş üzrə maddi sübüt kimi tanınaraq saxlanılması üçün Şəmkir rayon prokurorluğuna verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “cinayəti törətməkdə şübhəli şəxs haqqında” 17 iyul 2009-cu il tarixli tutulma protokolundan və Şəmkir rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2009-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Məhkəmə Psixiatrik Ekspertizasının 11 yanvar 2010-cu il tarixli 06 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs anlaqlı hesab edilməklə, onda müəyyən edilən kəmağıllıq anlaqlığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının 26 aprel 2010-cu il tarixli 91 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı zahirən səliqəsiz olması, simasının gərginliyi, suallara çətinliklə, çox qısa, formal cavab verməsi, təfəkkürün ləngliyi, tez-tez sualları cavabsız qoyaraq gözlərini bir nöqtəyə tikib durması, əhvalruhiyyəsinin xeyli enməsi, az hərəkətliliyi, ətrafda baş verən hadisələrə biganəlik, başqaları ilə təmasda olmaması, özünə qapanma, yeməkdən imtina etmə və sair halları nəzərə alınmaqla hesab edilmişdir ki, hal hazırda Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iktidarından məhrum olan şəxs kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Stasionar Komisyon Məhkəmə Psixiatrik Ekspertizasının 02 avqust 2010-cu il tarixli 185 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən kəmağıllıq onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Yoxlanılan şəxsdə qeyd olunan kəmağıllıq anlaqlılığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirilir. Buna görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşür. Hal-hazırda Təqsirləndirilən şəxs reaktiv depressiya formasında psixi pozuntu müəyyən edilir. Bunu yoxlanınlan şəxsin müayinə zamanı zahirən səliqəsiz olması, simasının gərginliyi, suallara çətinliklə, çox qısa, formal cavab verməsi, təfəkkürün ləngliyi, tez-tez sualları cavabsız qoyaraq gözlərini bir nöqtəyə tikib durması, əhval-ruhiyyəsinin xeyli enməsi, az hərəkətliliyi, ətrafda baş verən hadisələrə biganəlik, başqaları ilə təmasda olmaması, özünə qapanma, yeməkdən imtina etmə və sair halları nəzərə alınmaqla hesab edilmişdir ki, hal hazırda Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum olan şəxs kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 sentyabr 2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə tətbiq edilmiş, sağalanadək barəsində olan cinayət işi üzrə məhkəmə icraatı dayandırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 08 yanvar 2014-cü il tarixli, 43 nömrəli məktubundan görünür ki, Sabunçu rayon Məhkəməsinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan X1 məcburi müalicə X18 Stasionarında məcburi müalicəyə keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 04 fevral 2019-cu il tarixli, 914 nömrəli məktubundan görünür ki, Sabunçu rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan X18 Stasionarında məcburi müalicə dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün 17 noyabr 2018-ci il tarixdə evə yazılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 1(101)-28/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cinayət Məcəlləsinin 120.1, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsiləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş Təqsirləndirilən şəxs barəsində olan 1(101)-123/2010 saylı cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisinin 17 iyun 2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam olaraq ödənmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək təqsirləndirildiyi cinayət əməlinin onun tərəfindən törədilməməsinə dair ifadəsi özünün ibitdai istintaq zamanı vermiş olduğu ifadəsi, şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, istintaq hərəkətinin protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və həmin ifadəni sübut növü kimi qəbul etmir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması qənaətinə gəlir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1, 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 120.1ci maddəsinə münasibətdə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının CM-nin 10.2-ci maddəsinin tələbinə görə ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən isə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinin əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə tövsif edilməsi üçün özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə nəticəsində zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilməsi nəzərdə tutulmuş, təqsirləndirilən şəxsə elan edilmiş ittihama əsasən onun zərərçəkmiş şəxsin əmlakına 10.450,41 manat miqdarında ziyan vurması müəyyən edilmişdir. 20 oktyabr 2017-ci il tarixli 816VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsi yeni redaksiyada verilərək “bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ” kimi qeyd edilmişdir. Odur ki, 20 oktyabr 2017-ci il tarixli 816VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əməlin Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləğinin əlli min manatdan yuxarı olması nəzərdə tutulduğundan və qeyd edilən yeni qanun təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdırdığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə irəli sülürmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsinə münasibətdə məhkəmə qeyd edir k, həmin maddənin sankisyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayət törətdiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır, şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə başlanmış cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs isə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə görə, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası qanun yuxarıda qeyd edilən tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxil olduğundan və Təqsirləndirilən şəxs cinayət əməlini 2009-cü ilin iyul ayında törətdiyindən qeyd edilən maddə üzrə cinayət məsuliyyətinə 7 illik cəlb etmə müddəti keçmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 maddəsi ilə özünü həmin cinayəti törətməkdə təqsirli bilməyən Təqsirləndirilən şəxs cəza təyin etmədən ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə münasibətdə qeyd edir ki, 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında “yeddi ildən on iki” sözləri “doqquz ildən on dörd” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılmaqla təqsirləndirilən şəxsin əməlini ağırlaşdırmışdır. Təqsirləndirilən şəxs cinayət əməllərini 30 may 2014-cü il tarixli dəyişikliklərə qədər törətdiyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinin tələbinə əsasən CM-in 120.1-ci maddəsinə münasibətdə hazırda qüvvədə olan cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmamalıdır. 30 may 2014-cü il tarixli dəyişikliklərə qədər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməsi cəzası yeddi ildən on iki ilədək müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 30 may 2014-cü il tarixli dəyişikliklərə qədər qüvvədə olan Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasına müvafiq olaraq cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, CM-in 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində deyilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58-ci maddələrinin tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə köməklik göstərir və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında (30 may 2014-cü il tarixli dəyişikliklərə qədər qüvvədə olan) nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində isə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməməsini qanunun tələblərinə müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1 və 158.2.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Həmin Məcəllənin 487.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin tibb müəssisəsində olduğu vaxt şəxsin həbsdə saxlanıldığı müddətə daxil edilir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi ilə müəyyən edilmiş azadlıq hüququnun təmin edilməsinə dair müddəalara və CPM-nin 158.2.3-cu maddəsinin qaydalarına əsasən psixiatriya stasionarlarında məcburi müayinədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə cəza müddətinə hesablanır. Cinayət işinin yuxarıda tədqiq edilmiş materiallarından görünür ki, təqsiləndirilən Təqsirləndirilən şəxs 17 iyul 2009-cu il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmiş, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 sentyabr 2010-cu il tarixli qərarı ilə X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə tətbiq edilmiş, Sabunçu rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Psixiatriya Stasionarında məcburi müalicə dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün 17 noyabr 2018-ci il tarixdə evə yazılmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs 17 iyul 2009-cu il tarixdən 17 noyabr 2018-ci il tarixədək (tutulduğu, barəsində həbs qətimkan tədbiri seçildiyi və tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi ilə əlaqədar stasionar müalicədə olduğu) 9 il 4 ay həbsdə olmuşdur. Odur ki, məhkəmə, qanunun yuxarıda sadalanan normalarını rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 120.1-ci maddəsinə münasibətdə (30 may 2014-cü il tarixli dəyişikliklərə qədər qüvvədə olan) barəsində 9 (doqquz) ildən artıq azadlıqdan məhrum etmə cəzasının təyin edilə bilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu müddət 9 il 4 ay ona təyin ediləcək azadlıqdan məhrum etmə müddətindən çox olduğundan cəzasını çəkmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla Şəmkir rayon prokurorluğunda saxlanılan meyit boynundan açılmış yanmış mayka, hadisə yerindən götürülmüş nümunələr, Tamilə Məmmədovanın hamam otağındakı ləyənin işərisindən götürülmüş qara rəngli qadın koftası, qadın trusiki, ağ rəngli əski parçaları, Təqsirləndirilən şəxs qan və tüpürcək nümunələri məhv edilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaq zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi prosessual hərəkətlərdə 17 (on yeddi) saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə 9 (doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, onun 17 iyul 2009-cu il tərixdən 17 noyabr 2018-ci il tarixədək 9 (doqquz) il 4 (dörd) ay müddətində həbsdə olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmaqla Şəmkir rayon prokurorluğunda saxlanılan meyit boynundan açılmış yanmış mayka, hadisə yerindən götürülmüş nümunələr, Tamilə Məmmədovanın hamam otağındakı ləyənin işərisindən götürülmüş qara rəngli qadın koftası, qadın trusiki, ağ rəngli əski parçaları, Təqsirləndirilən şəxs qan və tüpürcək nümunələri məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 102 (yüz iki) manat məbləğində pul köçürülsün Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar