Məhkəmə qərarları › İş №1(100)-241/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-241/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-241/2022 18.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1ünvanında qeydiyyatda olan və Bərdə rayonunun Əliyanlı kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 19 dekabr 2021-ci il tarixdə təxminən saat 19 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən avtomobil yuma sexinin arxa tərəfində kimsənin olmadığı yerdə qohumluq münasibəti olan Zərərçəkmiş şəxs ilə təsadüfən qarşılaşaraq, hadisədən əvvəlki günlərdə nəyə görə sonuncunun onun mobil telefonundan özünün icazəsi olmadan başqa- başqa şəxslərə zəng etmiş olduğunu və bu zəngə görə sonradan həmin şəxslərin onun mobil nömrəsinə zəng edib narahatçılıq yaratdıqlarından, ailədə həyat yoldaşı ilə aralarında narazılıq doğuran halların baş verməsini irad tutub, bir daha onun mobil telefonu ilə kimlərəsə zəng etməməsini bildirdiyindən, Zərərçəkmiş şəxs ona tutulan irada görə əsəbləşərək, Təqsirləndirilən şəxs “ yaxşı edib zəng edirəm “ deyərək və həm də ona nalayiq söz dediyindən və onun üzərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən əli ilə geriyə itələyib çıxıb getməsini bildirərkən, aralarında yaranmış həmin şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs üstündə gəzdirdiyi cib bıçağını çıxarıb, Təqsirləndirilən şəxs vurmaq istəyərkən, Təqsirləndirilən şəxs bıçağı Zərərçəkmiş şəxs əlindən dartıb alarkən bıçaq Təqsirləndirilən şəxs sağ əlinin ovuc səthinin iki ədəd, İİ-İİİ və V barmaqların ovuc səthlərinin səthi kəsilmiş yaraları ilə müşayət olunan sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət almş və Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinə görə bıçağı tutub əlindən alaraq, həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan divarından, sol əl və bilək nahiyələrindən, sol bud nahiyəsindən vuraraq, travmatik pnevmotroaksla müşayət olunan döş qəfəsinin sol yan divarının daxilə keçən və keçməyən kəsilmişdeşilmiş yaraları, sol İİİ-İV-V-ci barmaqların acıcı vətərlərinin kəsilməsi ilə sol biləyin bayır səthinin kəsilmiş- deşilmiş yarası və sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal- hazırda Bərdə rayonunun Əliyanlı kəndində ailə üzvüləri ilə birlikdə yaşayır.Ailəni yeganə dolandıran odur, himayəsində 3 azyaşlı uşaqları var. Bərdə rayonunun Əliyanlı kəndində yaşasa da ancaq ünvan 3 ünvanında, yəni ata evində daimi qeydiyyatdadır. Özünün rəsmi işi olmasa da elə fəhləlik edib ailəsini dolandırır. 19 dekabr 2021- ci il tarixdə onun tanışı Əli Bərdə rayonunun Yenidaşkənd kəndinin ərazisində yerləşən “Soyuqbulaq” yeməkxanasında azyaşlı oğluna kiçik toy (sünnət toyu) etdiyindən onu da həmin toya dəvət etmişdir. O da elə buna görə həmin gün saat 15 radələrində həmin sünnət toyuna getmişdir. Təxminən saat 18-30 radələrində evə getmək vaxtı çatdığını görüb, yeməkxanadan çölə çıxıb, tanımadığı və dövlət qeydiyyat nişanı bilmədiyi taksi maşınına minib Bərdə şəhərində 155 nömrəli binanın yanına gəlmişdir. Həmin yerə gəlməkdə məqsədi o olmuşdur ki, orada yerləşən qəssabxanaya qoymuş olduğu fəhləlik edərkən istifadə edib geyindiyi paltarı oradan götürüb çıxıb evinə Əliyanlı kəndinə getsin. Təxminən saat 19 radələrində maşın yuma sexinin arxa tərəfindən keçən yolla qəssabxanaya gedərkən, orada tanışı və həyat yoldaşı Aytacın qohumu olan Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Söhbət edərkən ona irad tutuaraq nəyə görə onun telefonunu götürüb başqa adamlara zəng etdiyini bildirmişdir. Onun etdiyi bu zənglərə görə tanımadığı adamların ona zəng etdiyini, bu da ailədə həyat yoldaşı ilə arasında söz- söhbətə səbəb olduğunu demişdir. O, belə deyəndə Sənan da demişdir ki, yaxşı edir, həm də ona çox pis nalayiq söz demişdir. Sənan onun üstünə tərəf gəlib ona əl atmış, geri çəkildiyindən Sənanın əli ona dəyməmişdir. O, Sənanın sinəsindən geri itələyib özündən uzaqlaşdırıb çıxıb getməsini deyəndə Sənan cibindn bıçaq çıxarıb onu vurmaq istəyərkən, o, bıçağın tiyəsindən tutub dartıb Sənanın əlindən alarkən bıçağın tiyəsi sağ əlinin ovuc hissəsini və barmaqlarını kəsmişdir. Buna baxmayaraq bıçağı Sənanın əlindən alıb ona tərəf atanda Sənan özünü sağ tərəfə çəkdiyindən, bıçaq Sənanın döş qəfəsinə dəymişdir. Sənanı vurmaq fikri olmamışdır. Sənanı vurduğu bıçağın necə olduğunu bilməmişdir. Həmin hadisə baş verərkən orada başqa kənar şəxs olmamışdır. O, Sənanı vuranda orada kimsə olmadığından bunu kimsə görməmişdir. Ancaq son halda Sənan hadisə yerindən yaşadığı evlərinə tərəf gedəndə həmin yerdə yaxınlıqda bina evində yaşayan qardaşı Müşfiq gəlib Sənanı binanın qarşısında görüb, taksi maşınına mindirib xəstəxanaya aparmışdır. Sənanı bıçaqla vuran kimi onun qolundan qan gəldiyini görüb istəmişdir ki, ona köməklik edib xəstəxanaya, ya evlərinə aparsın. Sənan isə ona demişdir ki, yaxın gəlməsin özü gedəcəkdir. O da qorxub bir kənarda durub baxmışdır ki, görsün Sənan gedib evlərinə çıxa biləcəkmi. Birdən gedə bilməz yolda yıxılar. Bir də görmüşdür ki, qardaşı Müşfiq onu binanın qarşısında görüb, əl edib bir taksi maşınını saxladıb maşına mindirib xəstəxanaya aparmışdır. Bundan sonra o, çıxıb evlərinə gedib hadisəni ailə üzvülərinə danışmışdır. Arvadı Aytaca da irad tutmuşdur ki, dünən onun telefonuna edilən zəngə görə onunla dalaşırdı ki, bu qadın xeylağı kimdir ki, ona zəng etmişdir., Sənanı görüb dünən həyat yoldaşı ilə telefonuna zəng gəldiyindən dalaşmış olduğunu aralarında narazılıq yarandığı yadına düşdüyündən bunun Sənanın günahı olduğunu fikirləşib ona demişdir ki, “mənim telefonum pulsuzdur deyə götürüb ona buna zəng edirsən, sonra da sənin zəng etdiyin adamlar mənim telefonuma zəng edir evimizdə ailədə söz- söhbət yaranır” demişdir.Bir də onun telefonu ilə onun icazəsi olmadan zəng etməməsini demişdir. Hadisədən sonra Sənanla barışdığını, tibbi xərclərlə bağlı kömək etdiyini və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Qarabağ qəsəbəsində nömrəsiz evdə anası Zəminə xanımla birlikdə yaşayır. Subay olub heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qohumumdur. Onunla da heç bir ədavəti, düşmənçilyi yoxdur. Əksinə çox vaxt boş vaxtlarda bir yerdə olub vaxtlarını keçirirlər. Eldəniz Bərdə rayonunun Əliyanlı kəndində ailə üzvüləri ilə yaşasa da bir qayda olaraq Bərdə şəhərində fəhləlik edib ailəsinə çörək pulu qazanır. Eldənizin atasıgilin evləridə o, yaşadığı qəsəbənin yaxınlığında yerləşir və sayca 151 nömrəli binadır.Eldənizin işi belədir ki, həmişə salafan torbada iş paltarını, yəni fəhləlik etdyindən geydiyi paltarı saxlayır. Kimsə onu ya yer qazmağa, ya daş yığmağa, un, taxta nə iş olarsa maşından boşaltmağa və yığmağa aparanda həmin paltarlarını, yəni əynindəki paltarını soyunub həmin fəhləlik edəcəyi paltarını geyinir. 18 dekabr 2021- ci il tarixdə o, Eldənizlə yenə həmin yerdə qarşılaşarkən orada o, Eldənizdən teledonunu istəmiş demişdir ki, tanış var zəng etimək istəyir. Həmin vaxt onun telefonu evdə qaldığından o, Eldənizin telefonunu istəmişdir. Eldəniz də mobil telefonunu ona vermiş və o da evlərinə anası Zəminəyə zəng vurmuşdur. Sonra görmüşdür ki, kimsə Eldənizə zəng vurur telefonu söndürmüşdür.Yenə də zəng gəlmiş yenə də söndürmüşdür.Həmin vaxt anası ona demişdir ki, işi var sonra ona zəng vuracaqdır. O da də razılaşmışdır.O da telefonu yenə qaytarıb Eldənizə vermişdir. Həmin gün saat 18 radələri olardı ki, Eldəniz kimsənin onu iş üçün aparmadığını deyib, gec olacağından evlərinə Əliyanlı kəndinə çıxıb gedəcəyini bildirərək, çıxıb getmişdir.O, da çıxıb öz evlərinə getmişdir. 19 dekabr 2021- ci il tarixdə təxminən saat 19 radələri olardı ki, o, evlərindən çıxıb, işıq kartını yükləmək üçün gedərkən elə qarşıda olan 155 saylı binanın arxa tərəfində olan maşın yuma sexinin arxa tərəfinə çatıb yolla gedərkən, təsadüfən Eldənizlə qarşılaşmışdır. Eldəniz onu görcək qayıdıb ona demişdir ki, “ sənə kim icazə verib ki, mənim telefonumla ona- buna zəng edirsən mənim telefonum pulsuzdur deyə kimə gəldi zəng edə bilərsən? “ Bunu çox acıqlı və hirsli demişdir.O da Eldənizə elə dünən ondan telefonu istəyib alıb zəng etmiş olduğunu bildirmişdir.Sonra da Eldəniz sözünə davam edib ona bildirmişdir ki, onun tanışları onun nömrəsinə zəng edir, ailəsində arvadı Aytacla aralarında narazılıq yaranmışdır. O da Eldənizin bu sözündən bərk əsbləşmiş və ona sözlə deyiləsi daha doğrusu yazılası mümkün olmayan nalayiq bir söz demiş və Eldənizə tərəf getmişdir ki, belə danışmasın. Eldəniz isə onun sinəsindən itələmiş və demişdir ki, çıxıb getsin. Ona bu çox pis təsir etmişdir. O, Eldənizi qorxutmaq üçün cibində olan balaca meyvə soymaq üçün üzərimdə saxladığı cib bıçağını çıxartmışdır ki, onu qorxutsun. Eldəniz, isə gözləmədiyi halda bıçağı tutub onun əlindən alarkən öz əlini də bıçaq kəsmiş və bıçağı Eldəniz ondan alıb elə ona tərəf atarkən, yəni bıçaqla onu vurmaq istəyərkən o, sağ tərəfə çəkilib bıçağın ona dəyməməsinə çalışarkən, bıçaq sol döş tərəfindən dəymiş və sürüşüb sol biləyinə də dəyib kəsmişdir. Eldəniz qanın çıxdığını görən kimi ona yaxınlaşıb kömək etmək istəyərkən o, Eldənizə rədd olub çıxıb getməsini onu vurduğuna görə heç onun köməyinin lazım olmadığını deyib özü piyada yaxınlıqda yerləşən yaşadığı Qarabağ qəsəbəsinə doğru gedərkən, yolüstü 155 nömrəli binanın girəcəyinə qədər getmiş və artıq evlərinə yaxınlaşarkən təsadüfən Eldənizin qardaşı Müşfiq onun yaralanmış olduğunu görüb, onu xəstəxanaya aparmaq istəmişdir. O isə həmin vaxt yaraları isti olduğundan fikirləşmişdir ki, heç nə olmaz xəstəxanaya getmək istəməsə də Müşfiq təkid etmişdir ki, qanaxma olar nəticəsi pis olar. Ona görə də Eldənizin qardaşı Müşfiq sürücüsünü tanımadığı və maşının nömrəsini bilmədiyi bir taksi sürücüsünün Vaz-2106 markalı maşınına əl edib maşını saxladıb, onu taksi ilə Bərdə MRX- na gətirmişdir. Həkimlər ona ilk tibbi yardım göstərib sonra da əməliyyat olunmuşdur. Bıçağı çıxarıb Eldənizi qorxutmaq istəyərkən Eldəniz də bıçağı tutub onun əindən alarkən bıçaq Eldənizin öz əlini kəsmişdir. Eldəniz bıçağı alıb elə bilmişdir ki, o, Eldənizi vuacaqdır. Ona görə də Eldəniz həmin bıçaqla onun döş qəfəsimin üstündən bir dəfə vurmuşdur. Həmin hadisə orada maşın yuma sexinin arxasında baş vermişdir. Həmin vaxt soyuq olduğundan və sex də bağlı olduğundan və həm də qaranlıq olduğundan orada ondan və Eldənizdən başqa kimsə olmamışdır. Hadisə 3-4 dəqiqə ərzində baş verib qurtarmışdır. Orada o, Eldənizə ancaq bir nalayiq söz demiş, Eldəniz isə ona nə bir nalayiq söz və nə də ki, söyüş etməmişdir. Sonradan Eldənizlə barışdığını, sağalması ilə bağlı tibbi xərclərə kömək etdiyini, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onların birgə nigahdan 3 azyaşlı uşaqları olmaqla, Bərdə rayonunun Əliyanlı kəndində yaşayırlar. Eldəniz ailələrini dolandırmaq üçün fəhləlik edir. Zərərçəkmiş şəxs bir qohum kimi tanıyır. Onunla heç bir ədavəti, düşmənçilyi yoxdur. Belə ki, bir qohum kimi Sənanla münasibəti yaxşı olmuşdur. 18 dekabr 2021- ci il tarixdə saat 20 radələrində Eldənizin mobil nömərəsinə bir qadın zəng etmişdir. O, Eldənizə demişdir ki, o, kimdir, nəyə görə onun mobil telefonuna zəng edir. Eldəniz də demişdir ki, kimsə Sənanı soruşur. O da demişdir ki, qadın niyə onun telefonuna zəng edib Sənanı soruşmalıdır. Eldəniz də demişdir ki, telefonu bir- iki saat əvvəl Sənana vermişdir ola bilsin ki, Sənanın tanışdır, Sənan onun telefonu ilə həmin qadına zəng etdiyindən, həmin qadın da onun nömrəsinə zəng vurub, Sənanı soruşur. O da Eldənizə əsəbləşmiş demişir ki, 3 uşağı var, ona yaraşmaz kimsə qadın xeylağı ona axşam vaxtı zəng etsin. Eldənizə onu aldatmamasını, belə qadınlardan uzaq durmasını bildirmişdir. O, belə deyəndə Eldəniz onu inandırmaq üçün çalısa da o, Eldənizə inanmamışdır. Eldəniz həmin qadına zəng etsə də həmin qadın telefonu açmamışdır. O da Eldənizə demişdir ki, əgər o, düz insan olsa telefonu açıb danışar. Eldənizin evdə olduğunu görüb, Eldənizlə onun yanında danışa bilmədiyindən telefonu açmadığını Eldənizə bildirmişdir. Onlar öz aralarında bu səbəbdən sözlə mübahisə etmişlər. Səhər saatlarında Eldəniz evdən çıxıb, Bərdə şəhərinə gəlmişdir. Eldəniz həmin gün Sənanla təsadüfən qarşılaşıb ona öz iradını bildirərək, bu səbəbdən dalaşarkən sənan Eəldənizin üstünə bıçaq çıxarıb onu vurmaq istəyərkən Eədəniz bıçağı onun əlindən almış və bıçaq Sənana dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs lap uşaqlıqdan tanıyır. Onunla heç bir ədavəti, düşmənçilyi yoxdur. Belə ki, qardaşı Eldənizin həyat yoldaşı Şahid2 Sənanın qohumudur. Onların əvəllər Sənanla münasibəti yaxşı olmuşdur. O, 19 dekabr 2021- ci il tarixdə təxminən saat 19-30 radələrində yaşadığı binaya gedərkən görmüşdür ki, Sənan 155 nömrəli binanın girişinə tərəf gedir və o, Sənana yaxınlaşıb baxıb görmüşdür ki, sol döş qəfəsi nahiyəsi, sol bilək nahiyəsi kəsilibdir .O, Sənandan soruşmuşdur ki, onu kim bıçaqlamışdır. Sənan isə ona demişdir ki, tez onu xəstəxanaya çatdırsın. O da yol ilə ötüb keçən bir VAZ-2106 markalı sürücüsünü tanımadığı və dövlət nömrə nişanını bilmədiyi taksi maşınına əl edib saxlatmış və Sənanı avtomobilin arxa oturacağına uzadıb, Bərdə rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin yerdə polislərin araşdırması nəticəsində ona məlum olmuşdur ki, Eldəniz təsadüfən Zərərçəkmiş şəxsla qarşılaşıb və qardaşının deməsinə görə o, Sənana irad tutub ki, dünən üçün onun mobil telefonundan istifadə edərək kimlərəsə nəyə görə zəng etmişdir. Həmin şəxslər də o, evdə olanda telefonuna zəng vurub ailədə narahatçılıq yaratmışlar. Sənan da Eldənizə yaxşı edib onun telefonundan istifadə etdiyini bildirərək, çibindçn bıçaq çıxarıb qardaşı Eldənizə nalayiq söyüş edərək vurmaq istəyərkən Eldəniz bıçağı onun əlindən alarkən bıçaq Sənana dəymişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə şəhəri H.Əliyev prospektində yerləşən maşın yuma sexinin arxa tərəfidir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmet aşkar edilməmiş və götürülməmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılma zamanıl Təqsirləndirilən şəxs 19 dekabr 2021-ci il tarixdə təxminən saat 19 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən avtomobil yuma sexinin arxa tərəfində kimsənin olmadığı yerdə tanışı və həm də qohumluq münasibəti olan Zərərçəkmiş şəxs ilə təsadüfən qarşılaşaraq, hadisədən əvvəlki günlərdə nəyə görə sonuncunun onun mobil telefonundan özünün icazəsi olmadan başqabaşqa şəxslərə zəng etmiş olduğunu və bu zəngə görə sonradan həmin şəxslərin onun mobil nömrəsinə zəng edib narahatçılıq yaratdıqlarından ailədə həyat yoldaşı Şahid2 ilə aralarında narazılıq doğuran halların baş verməsini irad tutub, bir daha onun mobil telefonu ilə kimlərəsə zəng etməməsini bildirdiyindən, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ona bu tutduğu irada görə əsəbləşərək, Təqsirləndirilən şəxs “ yaxşı edib zəng edirəm “ deyərək və həm də ona nalayiq söz dediyindən və onun üzərinə getdiyindən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən əli ilə geriyə itələyib çıxıb getməsini bildirərkən, aralarında yaranmış həmin şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs üstündə gəzdirdiyi cib bıçağını çıxarıb, Təqsirləndirilən şəxs vurmaq istəyərkən, Təqsirləndirilən şəxs bıçağı Zərərçəkmiş şəxs əlindən dartıb alarkən bıçağın Təqsirləndirilən şəxs sağ əlinin ovuc səthinin iki ədəd, İİ-İİİ və V barmaqların ovuc səthlərinin səthi kəsilmiş yaraları ilə müşayət olunan sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət alması ilə nəticələnməsinə baxmayaraq, bıçağı həmin xəsarətlənmiş olduğu vəziyətdə Zərərçəkmiş şəxs əlindən Təqsirləndirilən şəxs tutub alaraq, həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan divarından, sol əl və bilək nahiyələrindən, sol bud nahiyəsindən vuraraq, travmatik pnevmotroaksla müşayət olunan döş qəfəsinin sol yan divarının daxilə keçən və keçməyən kəsilmiş - deşilmiş yaraları, sol İİİ-İV-V-ci barmaqların acıcı vətərlərinin kəsilməsi ilə sol biləyin bayır səthinin kəsilmiş- deşilmiş yarası və sol bud nahiyəsinin kəsilmiş- deşilmiş yarası ilə müşayət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş olduğu yerin məhz həmin yerdən Bərdə şəhəri H.Əliyev prospektində yerləşəşən avtomobil yuma sexinin arxa tərəfində yerləşən yerdən ibarət olmuş olduğu müəyyən olunub dəqiqləşdirilərək, həmin yerlərin fotoşəkilləri çəkilərək, həmin fotoşəkillər bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1047 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə- tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ əlin ovuc səthinin 2 ( iki) ədəd, İİ-İİİ və V barmaqların ovuc səthlərinin səthi kəsilmiş yaraları kəsici təsir göstərə bilən alət ( alətlərin) ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2021- ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsartlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 104 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər travmatik pnevmotroaksla müşayət olunan döş qəfəsinin sol yan divarının daxilə keçən və keçməyən kəsilmişdeşilmiş yaraları , sol İİİ, İV-V barmaqların acıcı vətərlərinin kəsilməsi ilə sol biləyin bayır səthinin kəsilmiş - deşilmiş yarası , sol bud nahiyəsinin kəsilmiş- deşilmiş yarası deşici kəsici alətin ( alətlərin) təsirindən törənmişdir, ola bilsin ki, bıçaqla, müddəti qərarda göstərilən xx.xx.2021- ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlğa ağır zərər vurmaya aiddirlər. Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 11/104 saylı rəyə əlavədən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər travmatik pnevmotroaksla müşayət olunan döş qəfəsinin sol yan divarının daxilə keçən və keçməyən kəsilmiş- deşilmiş yaraları, sol İİİ, İV-V barmaqların açıcı vətərlərinin kəsilməsi ilə sol biləyin bayır səthinin kəsilmiş - deşilmiş yarası, sol bud nahiyəsinin kəsilmişdeşilmiş yarası deşici - kəsici alətin ( alətlərin) təsirindən törənmişdir, ola bilsin ki, bıçaqla, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən travmatik pnevmotroaksla müşayət olunan döş qəfəsinin sol yan divarının daxilə keçən kəsilmiş- deşilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, b) döş qəfəsinin sol yan divarının daxilə keçməyən və sol bud nahiyyəsinin kəsilmiş-deşilmiş yaraları birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər,c) sol İİİ-İV-V-ci barmaqların açıcı vətərlərinin kəsilməsi ilə sol biləyin bayır səthinin kəsilmişdeşilmiş yarası isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Bərdə rayon Kələntərli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında arvadı Şahid2, övladları X2, X3 və X4 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. AZE № 11095235 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2015ci il tarixdə anadan olmuşdur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon MRX-nın Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda durmur. Bərdə rayon MRX-nın Publik hüquqi şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildən X11 kabinetdə qeydiyyatda olub və axırıncı dəfə xx.xx.2016-cı ildə müalicə almışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını, özünün vərəm xəstəsi olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.8, 59.1.12 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını, özünün vərəm xəstəsi olmasını,əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzanı yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində də az azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 dekabr 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar