Məhkəmə qərarları › İş №1(100)-241/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-241/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-241/2023 02.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X31 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X11, Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X23 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1987-ci il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs keçmiş arvadı, 03 oktyabr 1985-ci il təvəllüdlü, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yaşayan X8 həmkəndlisi, eyni zamanda sonuncu ilə Tovuz şəhərində yerləşən “Nəsimi” Ticarət Mərkəzində eyni dükanda satıcı işləyən Şahid2 ilə sevgi münasibətlərində olmasından şübhələndiyinə görə 15 noyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində Ramilə Rüstəmovanın yaşadığı, nənəsi X16 məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə gedib içəri daxil olarkən, arvadını Şahid2lə birlikdə yaşadığı evin dəhlizində yarıçılpaq vəziyyətdə gördükdən və Şahid2 evdən çıxaraq qaçmasından sonra həmin tarixdə, saat 22 radələrində orada Ramilə Rüstəmovanın saçından tutaraq sonuncunu fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikiliyə aparmış, həmin yardımçı tikilinin içərisində Ramilə Rüstəmova özü Şahid2lə yaxın münasibətlərini etiraf edərək, birgə nikahlarından olan qızı Şahid1nı da özü ilə aparıb Şahid2lə birlikdə yaşayacağını bildirdiyi üçün, onların həqiqətən də sevgi münasibətlərində olmalarına əmin olaraq keçmiş arvadı Ramilə Rüstəmovanın bu hərəkətlərini özünə qəbul edilməz hesab edib, arvadını qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən cibində saxladığı kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik, ümumi təyinatlı və soyuq silah hesab edilməyən turist bıçağı ilə həmin yardımçı tikilinin içərisində birgə nikahlarından olan 08 mart 2010-cu il tarixdə anadan olmuş azyaşlı qızı X12 gözlərinin qarşısında, sonuncuya və Ramilə Rüstəmovaya qarşı müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, müstəsna qəddarlıqla Ramilə Rüstəmovanın kəskin qanitirmə ilə nəticələnən və ölümünə səbəb olan, həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi boyun nahiyəsinə və döş nahiyəsinə ardıcıl zərbələr vuraraq boyun nahiyəsinin qırtlaq qığırdaqlarının, dilaltı sümüyün və qida borusunun, yuxu arteriya və venalarının, həmçinin digər yumşaq toxumaların (digər qan damarları, sinirlər, əzələlər, dəri və sair toxumaların) kəsilməsi ilə müşayiət edilən dərin kəsilmiş yarası, döş qəfəsinin sağ yan səthində V-Vİ qabırğaarası sahədən daxilə nüfuz edən, diafraqmanın sağ gümbəzini və qaraciyərin sağ payını zədələyən deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin arxa-sol səthində X-Xİ qabırğaarası sahədən daxilə nüfuz edən, diafraqmanın sol gümbəzini və sol ağciyərin aşağı payını zədələyən deşilmiş kəsilmiş yarası, ümumilikdə üç ədəd həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri, həmçinin ənsə nahiyəsinin sol yarısının kəsilmiş yarası, sol gicgah nahiyəsinin kəsilmiş yarası, sol gicgahənsə nahiyəsinin kəsilmiş yarası, boyun nahiyəsinin sağ yan səthinin kəsilmiş yarası, çənə altı nahiyənin sağ yarısının kəsilmiş yarası, sol süd vəzisinin yuxarı-bayır kvadratının kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin onurğa sütunu proyeksiyası üzrə kəsilmiş yarası, sol kürək nahiyəsinin kəsilmiş yarası, sağ çiyinüstü nahiyənin kəsilmiş yarası, sol əlin 2-ci barmağının 1-ci falanqasının arxa səthinin 2 ədəd kəsilmiş yarası, sol əlin 2-ci barmağının uc falanqasının arxa səthinin kəsilmiş yarası, sağ dirsək oynağının bayır-arxa səthinin kəsilmiş yarası, sağ said nahiyəsinin orta 1/3-nin arxa səthinin kəsilmiş yarası və sağ said nahiyəsinin orta 1/3-nin ön səthinin kəsilmiş yarası kim cəmi on beş ədəd sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri, sol təpə nahiyəsinin (bir ədəd), çənəaltı nahiyənin (üç ədəd), sol bazu oynağının ön səthinin (bir ədəd), sol əlin arxa səthinin (bir ədəd), sol əlin 3-cü barmağının 1-ci falanqasının arxa səthinin (dörd ədəd), 2-ci barmağının 1-ci falanqasının iç səthinin (iki ədəd), 3-cü barmağının uc falanqasının arxa səthinin (iki ədəd), 4-cü barmağının orta falanqasının tış səthinin (bir ədəd), 5-ci barmağın orta falanqasının arxa səthinin (iki ədəd), uc falanqasının bayır səthinin (bir ədəd), sağ əlin arxa səthində 1-ci əl darağı sümüyünün proksimal ucu proyeksiyasının (bir ədəd), sağ əlin 2-ci barmağının 1-ci falanqasının arxa səthinin (bir ədəd), 3-cü barmağının 1-ci falanqasının arxa səthinin (bir ədəd) səthi kəsilmiş yaraları və alın nahiyəsinin sağ yarısının-sağ qaş nahiyəsinin-sağ üst göz qapağının qançırı kimi cəmi 22 ədəd sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətləri, ümumilikdə isə 40 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək X9 qısqanclıq zəminində qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni onu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2006-cı il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini X17 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.2010-ci il təvəllüdlü Şahid1 və xx.xx.2012-ci il təvəllüdlü Fərhad Rüstəmov adlı iki övladı anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə işləmək üçün Rusiya Federasiyasına getmiş, 1 ay sonra anası ona zəng edib Ramilənin onunla boşandığını və atası evinə getdiyini demişdir. O, Ramilədən nəyə görə boşandığını soruşanda sonuncu ona anası və bacısı ilə yola getmədiyini və bu səbəbdən boşandığını bildirmişdir. Rusiya Federasiyasında olanda iki ay Ramiləyə aliment ödəmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra bir neçə dəfə Ramiləyə barışmaq təklif etsə də, sonuncu onunla razılaşmamışdır. Ramilə atası evinə gedərkən uşaqlarını da özü ilə aparmışdır. O, rayona qayıtdıqdan sonra oğlu Fərhad öz xoşluğu ilə yanına gəlib onunla qalmaq istədiyini demiş, Ramilə isə ondan polisə şikayət edərək guya oğlunu oğurladığını bildirmiş, lakin polisdə olanda oğlu onunla yaşamaq istədiyini demişdir. Ramilə uşaqları ilə birlikdə nənəsi evində tək yaşamış və boşandıqdan sonra bazarda satıcı işləmişdir. O, nəyə görə Ramilənin evlərinə getməsi ilə maraqlananda anası ona əvvəlcə bu barədə demək istəməsə də, sonradan arvadının başqa oğlanlarla danışığını gördüyünü bildirmişdir. O, bu barədə Ramilədən maraqlananda sonuncu ona “nə edirsə yaxşı elədiyini” demişdir. Daha sonra o, Ramiləni izləməyə başlamış, sonuncunun iş yerinə getmiş, iş yerində Ramilənin yanında birlikdə işlədiyi satıcı oğlanla deyib-güldüyünü görmüş və onların belə yaxın münasibətdə olmasından şübhələnmişdir. Hətta o, bir neçə dəfə sonuncuları birlikdə görmüşdür. Son bir həftə ərzində gecələr Ramiləgilin evinə gedib sonuncunu izləmişdir. xx.xx.2022-ci il tarixdə o, qaynı Raminə zəng edib sonuncuya bacısının başqa oğlanla münasibətdə olduğunu və bu barədə tədbir görməsini demişdir. Oğlu Fərhad 2-3 gün idi anasının yanında qalmışdır. Buna görə də o, xx.xx.2022-ci il tarixdə gedib uşaqlarını Ramiləgildən götürmüş, evlərinə gətirmiş və uşaqlarına kabab çəkmişdir. Həmin gün saat 18 radələrində qızını Ramilənin yaşadığı evə aparmış, oğlu isə onunla qalmışdır. Qızını aparıb Ramiləyə təhvil verəndə sonuncu onun qarın nahiyəsini əli ilə tutduğunu görüb ondan nə olduğunu soruşmuş, o da ağrıdığını deyib evinə qayıtmışdır. Evə qayıtdıqdan sonra Ramilə oğlu Fərhada zəng edib telefonda onun səhhəti ilə maraqlanmışdır. Ramilənin ona qarşı belə diqqət göstərməsi onda şübhə yaratmışdır. Ona görə də o, saat 21 radələrində Ramiləgilə getmişdir. Yolda “Go” adlı energetik içkisi içmişdir. Saat 21:30 radələrində Ramilənin yaşadığı evin qarşısına çatanda darvazanın qapısının arxasının qıfılla bağlı olduğunu və evin həyətinin işığının yanmadığını görmüşdür. Həmin vaxtı şübhələnmiş və evin darvazasının yanından setkadan həyətə tullanmışdır. Sonra Ramiləgilin qaldığı yardımçı tikiliyə tərəf gedəndə otaqda telefon işığının yandığını görmüş və yaxınlaşıb pəncərədən baxanda otaqda qızının telefonla oynadığını görmüşdür. Sonra əsas evə tərəf getmiş və evə qalxanda qapının qıfılının olmadığını görmüşdür. Həmin vaxtı içəridən sürətli ayaq səsləri gəlmiş və o, qapını açmaq istəyəndə arxadan kimsə qapını tutub saxlamışdır. O, çiyni ilə qapını itələyib açmışdır. Bu vaxt Ramilə paltarını yarı geyinmiş vəziyyətdə ona tərəf gəlmiş və ona “bağışla qələt eləmişəm, sabah başqasına qoşulub qaçıram, Mələyi də özümlə aparıram” demişdir. O isə arvadına qızını heç hara aparmayacağını deyəndə qapının arxa tərəfindən qəfildən bir nəfər çıxıb onun sifət nahiyəsindən iki dəfə yumruq zərbəsi vurmuş və o, yerə yıxılmışdır. Həmin adam da qaçıb getmişdir. O, həmin adamın sifətini görməsə də paltarından sonuncunun Ramilənin yanında işləyən Cəfər olduğunu tanımışdır. Cəfər qaçıb getdikdən sonra Ramilə də yardımçı tikiliyə qızının yanına qaçmışdır. O da arvadının ardıca yarımtikiliyə gedərək sonuncu ilə mübahisə etməyə başlamışdır. Həmin vaxtı qızı otaqdan çıxıb dayısıgilə bu barədə məlumat verməyə getmişdir. Qızı qışqıraqışqıra dayısıgilə onun anasını tutduğunu demiş, o da qapını arxadan bağlamış və Ramiləyə birinci “bu barədə heç kimə heç nə demə, uşaqlarımıza görə səni bağışlayıram, gəl evimizə qayıdaq” demişdir. Ramilə isə onunla getməyəcəyini və həmin oğlana qoşulub qaçacağını deyərək, çıxıb getmədiyi halda onu evinə basqın etdiyi üçün şərləyəcəyini bildirmişdir. O da arvadının bu hərəkətlərindən acıqlanıb əvvəldən üzərində olan açılıb qatlanan bıçağı çıxardaraq birinci Ramilənin təpə nahiyəsinə iki bıçaq zərbəsi vurmuş və bıçaq sonuncunun kəllə sümüyünə batmışdır. Sonra da kürək və boyun nahiyəsinə, döş qəfəsinə, eləcədə bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurmuşdur. Ramilə həmin vaxt ona “bağışla” deyərək, qızı Mələyi də götürüb oğlana qoşulub qaçacağını demiş, o isə Ramiləyə qızı Mələyi aparmayacağını bildirmişdir. Ramilə Mələyi ona verməyəcəyini deyərək qışqırıb qonşuları çağırmışdır. O isə daha da əsəbiləşərək əlindəki bıçaqla Ramilənin boğazını kəsmiş və sonuncu xırıldamağa başlamışdır. Bir neçə dəqiqə sonra isə Ramilənin xırıldamaları kəsilmiş və o, sonuncunun tam öldüyünə əmin olub qapıdan çölə çıxmışdır. Həmin vaxtı qapıda qaynı Ramillə qarşılaşmış və sonuncuya bacısını öldürdüyünü demişdir. Daha sonra o, öz bacısına zəng edib Ramiləni öldürdüyünü və polisə gedərək təslim olacağını bildirib təslim olmaq üçün piyada Tovuz RPŞ-nə tərəf getmişdir. “Turan” şadlıq evinin qarşısında polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində baş vermiş hadisəni olduğu kimi danışmış və Ramiləni öldürdüyü bıçağı da təqdim etmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, qızı Mələyin yanında Cəfər adlı şəxslə görüşüb münasibət qurmasını keçmiş arvadı Ramiləyə bağışlaya bilmədiyi və onu şərləyəcəyini dediyi üçün bu hərəkətlərindən acıqlanıb çoxsaylı bıçaq zərbələri vuraraq və boğazını kəsərək Ramiləni öldürmüşdür. Hadisə vaxtı yardımçı tikilidə o və Ramilə olmuş, sonuncu ilə mübahisə edən zaman bunu görən qızı Mələk yardımçı tikilidən çıxaraq dayısı Ramin Abdıyevi çağırmaq üçün getdikdən sonra o, arvadına çoxsaylı bıçaq zərbələri vuraraq sonuncunun boğazını kəsmişdir. Ona görə də keçmiş arvadı Ramiləni bıçaqla vurarkən və boğazını kəsərkən qızı Mələk bunu görməmişdir. Mələk, yalnız mübahisə etdiklərini görmüşdür. Əvvəllər Ceyrançöl ərazisində çoban kimi heyvan otardığından cinayətin aləti olan bıçağı həmişə üzərində gəzdirmişdir. Törətdiyi əməldən övladları valideynsiz qaldıqları üçün səmimi peşmançılıq hissi keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, 1981-ci ildə Azərbaycan Respublikası vətəndaşı olan X18 qoşulub Tovuz rayonuna gəlmiş və həmin ildə sonuncu ilə ailə həyatı qurmuşdur. X5 onun övladı olmuşdur. Ramilə xx.xx.2006-cı il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan sonuncuların xx.xx.2010-ci il təvəllüdlü Şahid1 və xx.xx.2012-ci il təvəllüdlü Fərhad Rüstəmov adlı iki övladı anadan olmuşdur. Qızı nişanlı vaxtından Xaliqlə yola getməmiş və sonuncu ilə tez-tez mübahisə etmişdir. Xaliq xx.xx.2022-ci il tarixdə işləmək üçün Rusiya Federasiyasına getmiş, Ramilə isə qayınatası və qayınanası ilə birlikdə yaşamışdır. Lakin Xaliqin valideynləri qızı ilə yola getmədiyi üçün mart ayında, yəni Novruz bayramı ərəfəsində sonuncular qızını evdən qovalamışlar. Ramilə də iki uşağı ilə birlikdə onun yanına gəlmiş, sonra da boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Daha sonra qızı iki uşağı ilə birlikdə rahat yaşaması üçün onun evinin qarşısında yerləşən və boş olan qayınanası X16 məxsus evə köçmüşdür. xx.xx.2022-ci il tarixdə Xaliq Azərbaycan Respublikasına yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndinə qayıdaraq bir neçə dəfə Ramiləyə barışmaq təklif etsə də, qızı kürəkəni ilə barışmamışdır. Xaliq rayona qayıtdıqdan sonra nəvəsi Fərhadı özü ilə aparmış və 10 gün öz evində saxlayaraq uşağı qaytarmamış, Ramilə polisə şikayət etmiş və Xaliq nəvəsi Fərhadı qaytarmışdır. Havalar soyuyandan sonra qızı yaşadığı evin həyətində yerləşən yardımçı tikiliyə köçmüş və orada yaşamağa başlamışdır. Ramilə hadisədən təxminən üç ay qabaq Tovuz rayonunda yerləşən “Nəsimi” ticarət mərkəzində qab-qacaq satılan yerdə satıcı işləməyə başlamışdır. Xaliq Rusiya Federasiyasından gəldikdən sonra onlara və Ramilənin yaşadığı evə gələrək qızını atası və anası ilə yola getmədiyinə və boşandığına görə öldürəcəyi ilə tez-tez hədələmişdir. 15 noyabr 2022-ci il tarixdə Xaliq Ramilənin yaşadığı evə gedərək kabab çəkdiyini və uşaqları öz evinə aparmaq istədiyini demiş, qızı da uşaqların ataları ilə getməsinə icazə vermişdir. Axşam saat 18 radələrində Ramilə ona Xaliqin qızı Mələyi qaytaracığını və gedib onu məktəbin yanında qarşılayıb gətirəcəyini deyərək evdən çıxıb getmişdir. Təxminən 15 dəqiqə sonra Ramilə qızı ilə evə qayıtmışdır. Saat 19 radələrində o, Ramilənin yaşadığı yardımçı tikiliyə getmiş və qızı ilə bir saat söhbət edib evinə qayıtmışdır. Saat 22 radələrində nəvəsi Mələyin qışqırıq səsini eşidib yerindən tez qalxaraq həyətə çıxmışdır. Oğlu Ramin isə ondan əvvəl evdən çölə çıxmışdır. Onlar çölə çıxdıqda Mələk qışqıraraq “atam anamı öldürəcək” demişdir. Onlar tez Ramilənin yaşadığı evə tərəf getmiş və evə çatanda Xaliqi görmüşlər. Xaliq oğlu Raminə “öldürdüm, yaxşı elədim” demişdir. Daha sonra Xaliq onu da görmüş və heç nə deməyib yanından keçərək evin darvazasından çıxıb getmişdir. Onlar Ramilənin yaşadığı yardımçı tikiliyə daxil olmuşlar. O, yardımçı tikiliyə daxil olduqda Ramilənin qanın içində uzanmış vəziyyətdə olduğunu görmüşdür. Yaxınlaşıb baxdıqda isə Xaliqin Ramiləyə çoxsaylı bıçaq zərbələri vuraraq boğazını kəsdiyini görmüşdür. Daha sonra onlar təcili tibbi yardım çağırmış, səsküyə hadisə yerinə qonşular gəlmiş və onlar birləşib Ramiləni qonşu Vilayətin avtomobilinə qoyaraq rayona tərəf getmişlər. Məhləni döndükdən sonra təcili tibbi yardım maşını ilə qarşılaşmışlar və qızını təcili tibbi yardım maşınına qoymuşlar. Həkimlər qızının nəbzini yoxlayaraq Ramilənin artıq öldüyünü bildirmişlər. İfadəsinin davamı olaraq Raxima Bakina bildirmişdir ki, Xaliq Rusiya Federasiyasından qayıtdıqdan sonra qızı ilə tez-tez mübahisə etmiş, atası və anası ilə yola getmədiyinə və ondan boşandığına görə Ramiləni öldürəcəyi ilə hədələmişdir. Məhz buna görə də o hesab etmişdir ki, Xaliq Ramiləni ondan boşandığına və sonradan onunla barışmadığına görə öldürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs ilə anası X17 əvvəldən yol getməmiş və tez-tez mübahisə etmişlər. Atası 2022-ci ilin fevral ayında işləmək üçün Rusiya Federasiyasına getmiş, o da anası Ramilə və qardaşı Fərhadla birlikdə ata babası Fərhad və ata nənəsi Hafizə ilə birlikdə yaşamışdır. Lakin, babası və nənəsi Ramilə ilə yola getmədiyi üçün anası onu və qardaşını götürüb dayısıgilin yanına getmişdir. Daha sonra anası atasından boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Onlarla birlikdə rahat yaşaması üçün dayısıgilin evinin qarşısında yerləşən və boş olan ulu nənəsinə məxsus evə köçmüşlər. Atası Rusiya Federasiyasından Tovuz rayonuna qayıtdıqdan sonra bir neçə dəfə anasına barışmaq təklif etmiş, lakin anası atası ilə barışmamışdır. Atası onları tez-tez öz yaşadığı evə aparmış, qardaşı Fərhad atası ilə qalsa da, o anası ilə qalmamışdır. Havalar soyuyandan sonra onlar yaşadığı evin həyətində yerləşən yardımçı tikiliyə köçmüşlər. Anası Tovuz rayonunda yerləşən “Nəsimi” Ticarət mərkəzində qab-qacaq satılan yerdə satıcı işləmişdir. 15 noyabr 2022-ci il tarixdə atası Xaliq yaşadıqları evə gələrək kabab çəkdiyini demiş və qardaşı ilə onu anasının icazəsi ilə öz evinə aparmışdır. Atası axşam saat 18 radələrində onu evə qaytarmış, o da nənəsigildə çay içdikdən sonra öz evlərinə getmişdir. Bir qədər sonra nənəsi Raxima azyaşlı dayısı qızı ilə birlikdə onlara gəlmiş və bir saat söhbət etdikdən sonra öz evlərinə qayıtmışdır. Saat 21 radələrində anası tualetə getdiyini deyib otaqdan çölə çıxmış, o isə uzanıb telefonla oynamışdır. Təxminən 10-15 dəqiqə sonra yaşadıqları yardımçı tikilinin qarşısından səs-küy gəldiyini eşidib qapını açaraq həyətə çıxanda atası Xaliqin anasının saçından tutub itələdiyini və sonuncuların evə tərəf gəldiyini görmüşdür. Atası onu görüb içəri girməsini demiş, o da içəri keçmişdir. Sonra atası anasını yaşadıqları yardımçı tikiliyə, yəni onun olduğu otağa salmış və otağın qapısını arxadan bağlamışdır. Atası anasına “indi sən mənimlə gəlməlisən, gəlməsən səni öldürəcəm” deyib cibindən bıçaq çıxarmışdır. Həmin bıçaq açılıb qatlanan bıçaq olmuş və atası həmin bıçağı çoxdan üzərində gəzdirmişdir. Anası atasına “gedəcəm, amma indi yox” demiş, atası isə anasına “burda qalacam” demiş, anası da atasına “qal” deyə cavab vermişdir. O, atasının əlindəki bıçağı gördükdə qorxub tez qışqırmış və anası ona stəkanda su vermək istəyəndə atası əli ilə stəkanı vurmuş və stəkan yerə düşmüşdür. O, həmin vaxt qışqırdığından atası ona sakit olmağı və susmağı demişdir. Bundan sonra anası qışqırmağa başlamış və dayısını köməyə çağırmışdır. Atası da bunu görüb anasını yerə yıxmışdır. O, anasını yerə yıxdığını görüb atasının paltarından tutaraq saxlamaq istəsə də, anası ona “qaç, dayını çağır” demişdir. O qaçmaq üçün qapının kilidini açarkən anasının “ay Allah öldüm” deyə qışqırdığını eşitmişdir. O, arxaya çönüb baxdıqda atasının yumruqla anasını kürəyindən vurduğunu görmüşdür. O, atasının əlində bıçaq olduğunu ilk əvvəl anlamamış, çünki atası yumruğunu bərk sıxdığından əlində nə olduğunu hələki görməmişdir. Daha sonra başa düşmüş ki atası əlindəki bıçaqla anasını vurmuşdur. O, atasına mane olmaq üçün dayanmasını xahiş etsə də, atası ona məhəl qoymamış və anasına bıçaq zərbələri yetirməkdə davam etmişdir. Ona görə də, atası həmin vaxt onun otaqda olmasını bilmişdir. Bunu görən kimi o, qışqıraraq tez dayısıgilin evinə tərəf qaçmış, atası da qışqırdığını görüb onu saxlamaq üçün arxasınca bir neçə metr gəlmiş, lakin sonra geri qayıtmışdır. O, dayısıgilin evinə çatdıqda qışqıraraq “ay dayı gəl, atam anamı öldürür” demiş, dayısı evdən çölə çıxmış və yaşadıqları yardımçı tikiliyə tərəf qaçmışdır. Daha sonra isə nənəsi evdən çıxıb yaşadığını yardımçı tikili tərəf getmiş, o da onların arxasınca qaçmaq istəyərkən yerə yıxılmışdır. Dayısının arvadı onu ayıldarkən, atasının dayısıgilin yaşadığı evin darvazasına tərəf getdiyini görmüşdür. Həmin vaxt atası əlində bıçağı tutmuş və əli bütöv qan içində olmuşdur. Atası nənəsigilin darvazasından qaçıb getmiş, dayısı da atasının arxasınca qaçmışdır. Daha sonra o, yaşadığı evə tərəf getmiş və otağa daxil olduqda anasının qan içində yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə vəfat etmiş X17 doğma bacısı olmuşdur. Ramilə nişanlı vaxtından Xaliqlə yola getməmiş və tez-tez mübahisə etmişlər. Xaliq xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasına getmiş, bacısı Ramilə bir neçə ay qayınatası və qayınanası ilə birlikdə yaşamış, lakin Xaliqin valideynləri ilə yola getmədiyi üçün mart ayında bacısı uşaqları ilə birlikdə onun yaşadığı evə gəlmişdir. Daha sonra isə bacısı boşanmaq üçün Tovuz rayon məhkəməsinə müraciət etmişdir. Bacısı iki uşağı ilə birlikdə rahat yaşaması üçün onun evinin qarşısında yerləşən və boş olan nənəsi X16 məxsus evə köçmüşdür. Bacısı 2022-ci ilin oktyabr ayında rəsmi olaraq Xaliqdən boşanmışdır. xx.xx.2022-ci il tarixdə Xaliq Azərbaycan Respublikasına yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndinə qayıtdıqdan sonra bir neçə dəfə Ramiləyə barışmaq təklif etmiş, lakin bacısı əri ilə barışmamışdır. Xaliq rayona qayıtdıqdan sonra oğlu Fərhadı özü ilə aparmış və 10 gün öz evində saxlayaraq uşağı qaytarmamışdır. Ramilə polisə şikayət etmiş, Xaliq də Fərhadı qaytarmışdır. Bacısı havalar soyuyandan sonra yaşadığı evin həyətində yerləşən yardımçı tikiliyə köçmüşdür. Bacısı hadisədən təxminən üç ay qabaq Tovuz rayonunda yerləşən “Nəsimi” ticarət mərkəzində qab-qacaq satılan yerdə satıcı işləməyə başlamışdır. 15 noyabr 2022-ci il tarixdə o, səhər saat 9-dan axşam saat 19-dək işdə olmuş, saat 20 radələrində isə evə gəlmişdir. Evə gəldikdə bacısı Ramilə və qızı Mələyin oturub yemək yediklərini görüb sonuncularla birlikdə yemək yemişdir. O, Ramilədən oğlu Fərhadın harada olduğunu soruşduqda bacısı günorta Xaliqin gəlib Mələk və Fərhadı apardığını, axşam saat 18 radələrində Mələyi qaytardığını, oğlu Fərhadın isə atası ilə qaldığını demişdir. Onlar yemək yedikdən sonra o, hamama girmiş, bacısı isə övladı ilə birlikdə yaşadığı evə getmişdir. Sonuncuların ardınca anası Raxima da bacısıgilə getmişdir. Saat təxminən 21 radələrində hamamdan çıxıb öz otağına keçmiş, həmin vaxt anası artıq evdə olmuşdur. O, işıqları söndürüb yerinə uzandıqdan təxminən bir saat sonra, yəni saat təxminən 22 radələrində çöldən uşaq qışqırıq səsləri eşitmişdir. O, tez yerindən qalxıb həyətə çıxdıqda Mələyin yerə yıxılmış vəziyyətdə ağladığını görmüşdür. O, Mələkdən nə olduğunu soruşduqda sonuncu ona “atam anamı döyüb öldürür” demişdir. O, tez Ramiləgilin yaşadığı evə tərəf qaçmış və evlərinin həyətinə girəndə Xaliqin yardımçı tikilin qapısından çıxdığını görmüşdür. Xaliq qışqıra-qışqıra “mən borcumdan çıxdım, namusunu təmizlədim” deyərək onun yanına gəlmiş, o da Xaliqin qolundan tutub saxlamış və nə olduğunu soruşanda sonuncu ona heç nə deməmişdir. O, Xaliqə yerində dayanmağını deyib yardımçı tikiliyə daxil olmuş, içəri keçdikdə bacısının ağzı üstə yerdə uzandığını və qan içində olduğunu görmüşdür. O, çevirib üzünə baxdıqda bacısının boğazının kəsildiyini və bədənində çoxsaylı bıçaq xəsarətləri olduğunu görmüşdür. Həmin vaxt bacısı nəfəs almamış və tərpənməmişdir. Bundan sonra o, qışqıraraq çölə çıxmış və Xaliqin qaçaraq yaşadıqları evin darvazasından çıxıb getdiyini görmüşdür. O, Xaliqin arxasınca qaçsa da çata bilməmişdir. Daha sonra o, geri qayıtmış və qonşuların bacısıgilin yaşadığı evin qarşısında yığışdığını və Ramiləni qonşusu Yusifin maşınına qoyduqlarını görmüşdür. Məhləni döndükdən sonra təcili tibbi yardım maşını gəlmiş və Ramiləni təcili tibbi yardım maşınına qoymuşlar. Həkimlər bacısının nəbzini yoxlamış və sonuncunun artıq öldüyünü bildirmişlər. İfadəsinin davamı olaraq Ramin Abdıyev bildirmişdir ki, hadisədən təxminən üç gün qabaq eşitmiş ki, Xaliq bacısı Ramiləni bazarda işlədiyi vaxt izləmiş və bacısı bunu bildikdən sonra ərini çağırıb ondan niyə belə bir şey etdiyini soruşmuş, sonuncu isə bacısının əxlaqsız hərəkətlər etdiyini demiş, bacısı da buna görə Xaliqlə mübahisə etmişdir. Xaliq 15 noyabr 2022-ci il tarixdə Ramilənin yaşadığı yardımçı tikiliyə gedərək boşandığı və onunla barışmadığı üçün bacısı ilə mübahisə etmiş, daha sonra isə bıçaqla bacısının boğazını kəsərək və çoxsaylı bıçaq zərbələri vuraraq sonuncunu öldürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19, Şahid5 və X4 Ramin Bayram oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 qızı ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini X17 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, sonuncuların birgə nikahlarından xx.xx.2010-ci il təvəllüdlü Şahid1 və xx.xx.2012-ci il təvəllüdlü Fərhad Rüstəmov adlı övladları anadan olmuşdur. Xaliq arvadı və uşaqları ilə birlikdə onunla və əri ilə birlikdə yaşamış, oğlu heç bir yerdə işləməmiş, iş olduqda isə Rusiya Federasiyasına gedib orada işləyərək yenidən yanlarına qayıtmışdır. Ramilə isə oğlu ilə rəsmi boşanana kimi heç bir yerdə işləməmişdir. Bildiyi qədəri ilə Ramilə Xaliqdən boşandıqdan sonra Tovuz rayon mərkəzi bazarında hansısa mağazada satıcı işləmişdir. 2021-ci ilin qış aylarında Xaliq Rusiya Federasiyasına işləməyə getmişdir. Oğlu getdikdən bir müddət sonra o, bir neçə dəfə Ramilənin gecələr başqa kişilərlə danışdığını görüb sonuncuya belə bir hərəkət etməməsi barədə irad bildirmişdir. O, bir neçə iradını bildirdikdən sonra gəlini ona acıqlı şəkildə cavab verməyə başlamış və bu barədə kiməsə desə özünü öldürəcəyi ilə hədələmişdir. xx.xx.2022-ci il tarixdə Xaliq işləmək üçün yenidən Rusiya Federasiyasına getmişdir. Oğlu gedəndən təxminən bir ay sonra o, gecə vaxtı gəlininin bağ sahəsindən gəldiyini və pəncərədən içəri keçdiyini görüb Ramilənin yanına gedərək haradan gəldiyini soruşmuş, gəlini isə acıqlı şəkildə nəyinə lazım olduğunu deyib qapını bağlamasını və gedib yatamasını demişdir. O, dörd dəfə Ramilənin gecələr gizlincə bağ sahəsindən gəldiyini görmüş, həmçinin hər axşam səhərə kimi bir oğlanla danışdığını eşitmişdir. Lakin qorxduğuna və söz-söhbət olmamasına görə Xaliqə bu barədə heç nə deməmişdir. Təxminən 2022-ci ilin iyun ayında Ramilə ona zəng vuraraq birdəfəlik anası evinə gedəcəyini demiş, o isə Ramiləyə heç bir şey bildirməmiş, evə gəldikdə isə gəlininin uşaqları və cehiz əşyalarını götürüb anası evinə getdiyini görmüşdür. 2022-ci ilin avqust ayında ona tanımadığı mobil nömrədən zəng gəlmişdir. O, telefona cavab verdikdə bir nəfər şəxs özünü icra məmuru kimi təqdim edərək ona gəlini Ramilənin Xaliqdən may ayında boşandığını və oğlunun may ayından etibarən nəyə görə aliment vermədiyini soruşmuşdur. O, Xaliqin Rusiya Federasiyasına olduğunu və Ramilənin Xaliqdən boşandığını bilmədiyini demişdir. Bundan sonra ona məlum olmuş ki, Ramilə gizlincə boşanmaq haqında Tovuz rayon məhkəməsinə müraciət etmiş və may ayında onlar rəsmi olaraq boşanmışlar. O, həmin zəngdən sonra Xaliqə zəng vurub Ramilənin ondan gizlincə boşandığını demiş, oğlu da ona orada işini qurtarıb gələcəyini bildirmişdir. Xaliq Rusiya Federasiyasında olarkən iki ay Ramiləyə uşaqlarla görə aliment ödəmişdir. xx.xx.2022-ci il tarixdə Xaliq Azərbaycan Respublikasına yaşadıqları evə qayıtmış və rayona gəldikdən sonra ondan niyə Ramilənin getdiyini soruşmuşdur. O, Xaliqə əvvəlcə heç nə deməsə də, sonradan Ramilənin axşamlar telefonla başqa kişilərlə danışdığını demiş, Xaliq isə Ramiləni çox sevdiyindən və belə bir hərəkət etməsinə inana bilmədiyindən ona inanmamışdır. X43 çox sevdiyi üçün tez-tez sonuncunun yaşadığı nənəsinə məxsus evinə gedib-gəlmişdir. Xaliq bir neçə dəfə Ramiləyə barışmaq təklif etsə də, sonuncu razılaşmamış və barışmamışdır. Xaliq Ramilədən şübhələndiyinə görə sonuncunun bazarda satıcı işlədiyi iş yerinə gedib izləməyə başlamış, çünki bir dəfə Xaliq ona Ramilənin bazarda birlikdə satıcı işləyən oğlanla çox mehriban olduğunu və aralarında isti münasibətlərinin olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə Xaliq Ramilənin qardaşı Raminə zəng vurub bacısının bazarda onu görüb səs-küy yaratdığını demişdir. Hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə Xaliq evdə kabab çəkdiyi üçün qızı Mələyi gedib öz evlərinə gətirmiş, nəvəsi Fərhad isə 2-3 gün idi onlarla qalmışdır. Xaliq Mələyi gətirdikdən sonra onlar yeyib-içmiş və söhbət etmişlər. Saat 18 radələrində Xaliq Mələyi taksi ilə aparıb anası Ramiləyə verib evə qayıtmışdır. Bundan sonra Xaliq və nəvəsi Fərhad divanda uzanıb telefonda kinoya baxmışlar. Təxminən saat 20 radələrində gəlini Ramilə nəvəsi Fərhadın mobil telefon nömrəsinə zəng vuraraq oğlundan Xaliqin mədəsinin ağrıdığını və hazırda vəziyyətinin necə olduğunu soruşmuşdur. Telefon mikrofonda olduğundan Xaliq də bunu eşitmiş və yaxşı olduğunu narahat olmamasını demişdir. Ramilə telefonda yalandan əsnəməyə başlamış və birazdan yatacağını demişdir. Xaliq isə sonuncudan hələ tez olduğunu və bu vaxtı niyə yatmaq istədiyini soruşanda Ramilə yorğun olduğunu və sabah işə gedəcəyini demişdir. Bundan sonra onlar sağollaşmış və Ramilə telefonu söndürmüşdür. Onlar sağollaşdıqladan sonra Xaliq ona Ramilədən şübhələndiyi demişdir. O, Xaliqə acıqlanaraq narahat olmamasını bildirmişdir. Təxminən yarım saat sonra Xaliq qonşuya keçib heyvan alacağını və səhəri günü həmin heyvanları bazarda bir az baha satıb pul qazanacağını demişdir. O da Xaliqə evə tez gəlməsini demişdir. Təxminən sat 21 radələrində Xaliq evdən çıxıb getmişdir. Yarım saat sonra isə nəvəsi Fərhadın mobil telefonuna zəng gəlmiş və o, telefona cavab verdikdə Xaliqin telefonda olduğunu və səsinin təngi nəfəs olduğunu eşitmişdir. O, Xaliqdən hara getdiyini soruşduqda oğlu polis şöbəsinə getdiyini demişdir. O, Xaliqdən niyə polis şöbəsinə getdiyini soruşanda sonuncu ona Ramiləni öldürüdüyünü demişdir. Bundan sonra onun halı pisləşmiş və yerə yıxılmışdır. O, sonradan öyrənmiş ki, Xaliq Ramilə ilə satıcı işləyən Cəfər adlı şəxsi evdə gəlinin yaşadığı yardımçı tikilidə birlikdə tutduğuna görə, yəni Ramilə oğluna xəyanət etdiyinə görə sonuncunu öldürmüşdür. İfadəsinin davamı olaraq Şahid7 bildirmişdir ki, Xaliq və Ramilə bir-birini sevib ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra sonuncuların bir neçə dəfə mübahisələri olsa da, Xaliq və Ramilə bir-birilərini əvvəllər çox sevmişlər. Sonradan isə Ramilə işləmək istədiyindən, Xaliq isə buna icazə vermədiyindən onların mübahisələri yaranmış və münasibətləri pozulmuşdur. 15 noyabr 2022-ci il tarixdə Ramiləni iş yoldaşı Cəfər adlı şəxslə birlikdə tutduğuna, yəni Ramilə xəyanət etdiyinə görə oğlu ilə keçmiş gəlini arasında mübahisəsi düşmüş və Xaliq Ramilənin ona xəyanət etməsini özünə sığışdıra bilmədiyi üçün sonuncunu yaşadıqları yardımçı tikilidə bıçaqla vuraraq öldürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci tarixdə vəfat etmiş X9 tanımışdır. Təxminən 2022-ci ilin aprel ayının axırlarında o, “İnstagram” sosial şəbəkəsində təsadüfən əvvəllər tanımadığı və adını sonradan bildiyi Ramilə Rüstəmovaya “follow” yəni, izləmə istəyi göndərmişdir. Səhəri gün isə Ramilə onun izləmə istəyini qəbul etmiş və o, Ramiləyə “salam” yazmışdır. Ramilə də ona “salam” deyə cavab yazmış və onlar yazışmağa başlayaraq tanış olmuşlar. Səhəri gün o, Ramiləyə sosial şəbəkədə çox yazışa bilmədiyini və nömrəsini verməsini xahiş etmiş, Ramilə də ona əvvəlcə öz nömrəsini verməyini, daha sonra öz nömrəsini verəcəyini demişdir. O da Ramiləyə öz nömrəsini yazmış, Ramilə də ona öz nömrəsini yazmışdır. Bundan sonra o, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Ramilənin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vurmuşdur. O, Ramilədən əvvəlcə haralı olduğunu, subay və ya evli olub-olmadığını soruşmuş, Ramilə də ona Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yaşadığını, “Nəsimi” Ticarət mərkəzində qab-qacaq satılan mağazada satıcı işlədiyini, iki uşağı olduğunu, ərinin əvvəllər tanımadığı Təqsirləndirilən şəxs Faiq oğlunun, sonuncunun hazırda Rusiya Federasiyasında olduğunu və ərindən boşanmaq üzrə olduğunu demişdir. Bundan sonra onlar mütəmadi olaraq danışmağa başlamışlar. 05 oktyabr 2022-ci il tarixdə Ramilə ona əri Təqsirləndirilən şəxs rəsmi olaraq boşandığını demiş və onlar oktyabr ayının ortalarında Tovuz rayonu, Qazıqulu kəndi ərazisindən axan Tovuz çayının kənarında görüşmüşlər. Onlar bir az haləhval tutduqdan sonra evə getmişlər. Səhəri gün onlar yenidən həmin yerdə görüşmüş və Ramilə ilə könüllü şəkildə cinsi əlaqədə olmuşlar. Bundan sonra demək olar ki, onlar iki gündən bir cinsi əlaqədə olmuşlar. Oktyabr ayının 13-də eşitmiş ki, Ramilənin əri Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Azərbaycan Respublikasına yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndinə qayıtmışdır. Oktyabr ayının 26-da o, Tovuz rayonunda yerləşən “Nəsimi” ticarət mərkəzində olarkən cehizlik qabları satılan mağazada satıcı tələb olunması barədə elanı görmüş, səhəri gün isə həmin mağazada satıcı kimi işləməyə başlamışdır. Ramilənin işlədiyi mağaza onun işlədiyi mağazanın yanında olmuşdur. 09 noyabr 2022-ci il tarixdə Ramilənin işlədiyi mağazaya keçmiş əri olan Təqsirləndirilən şəxs gəldiyini görmüş, təxminən 5-6 dəqiqə sonra isə Xaliq mağazadan çıxıb getmişdir. Həmin vaxt o, Ramilədən gələn şəxsin kim olduğunu soruşanda sonuncu həmin şəxsin keçmiş əri Xaliq olduğunu demişdir. O da Təqsirləndirilən şəxs həmin vaxt görüb tanımışdır. Həmin gün saat 13 radələrində mağazanı bağlamış və Ramilə ilə birlikdə bazarın yanında olan dayanacağa getmişdir. O, dayanacaqda marşrut gözləyərkən Xaliqi görmüşdür. Daha sonra marşruta mindikdə Xaliq də onların arxasınca marşruta minmiş, Aşağı Öysüzlü kəndinə çatdıqda əvvəlcə Ramilə, daha sonra isə Xaliq düşmüş, o da öz evinə gəlmişdir. Səhəri günü Təqsirləndirilən şəxs yenidən Ramilənin işlədiyi mağazaya gəlmiş, o, telefonla danışan zaman Ramilədən Xaliqin niyə gəldiyini soruşmuş, Ramilə də ona Xaliqin onu təhdid və təhqir etdiyini və onu öldürəcəyini dediyini demişdir. Növbəti gün Xaliq yenidən onun işlədiyi mağazanın qarşısından keçib getmiş, o, əvvəlcə öz işlədiyi mağazanı bağlamış, daha sonra isə Ramiləyə kömək etmək üçün sonuncunun işlədiyi mağazaya getmişdir. O, cehizlik əşyalarını mağazaya yığarkən təxminən 25-30 metr kənarda Xaliqi görmüş və sonuncu həmin vaxt onlara baxmışdır. Səhəri gün yenə onlar mağazanı bağlayaraq dayanacağa gedib marşruta mindikdən sonra Xaliq yenidən marşruta minmişdir. Xaliq marşruta hər dəfə daxil olduqda onunla heç bir şey danışmamış və sakitcə onları izləmişdir. Hadisə olmamışdan son iki gün qabaq isə o, Xaliqi ümumiyyətlə görməmişdir. Hadisə günü, yəni 15 noyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Ramilə ona zəng vuraraq nənəsinə məxsus yaşadığı evə gəlməyini təklif etmişdir. O, əvvəlcə sonuncunun evinə getməyi qəbul etməsə də, Ramilə problem olmayacağını deyərək nənəsinə məxsus evə gəlməsini demişdir. O da Ramilənin təklifini qəbul etmiş və evlərini tanımadığından telefonla danışa-danışa sonuncunun yaşadığı evə getmişdir. Saat 21 radələrində o, Ramilənin yaşadığı evin darvazasından içəri daxil olmuşdur. Həmin vaxt Ramilə fərdi yaşayış evində olmuş, sonuncunun qızı yardımçı tikilidə, oğlu isə atasının yanında olmuşdur. O, evdən içəri daxil olduqdan sonra Ramiləni görmüş və qucaqlamışdır. Daha sonra nədənsə narahat olmağa başlamış və Ramiləyə evə getmək istədiyini demişdir. Həmin vaxt o, həyətdən ayaq səslərini eşitdiyindən tez qapının arxasında gizlənmiş və Ramiləyə kiminsə həyətdə olub-olmamasına baxmasını demişdir. Ramilə qapıdan çölə çıxıb geri qayıtdıqda ona həyətdə kiminsə olduğunu demişdir. O, həmin vaxt pəncərədən işıq gəldiyini görmüşdür. Bundan sonra içəri otağa keçmiş və qapının arxasında gizlənmişdir. Təxminən iki dəqiqə sonra Xaliq qapını açaraq otağa daxil olmuş və Ramilə ilə nəsə söhbət etməyə başlamışdır. Daha sonra Xaliq telefonun fənərini yandıraraq ətrafa baxmışdır. O da Xaliqin onu görəcəyindən qorxduğu üçün qapının arxasından çıxaraq sonuncunun sifət nahiyəsindən iki dəfə yumruqla vurmuşdur. Həmin vaxt Xaliq yerə yıxıldığından o, tez qaçaraq evdən çıxmış və hasardan tullanıb qaçmışdır. Həmin günü saat 22:30 radələrində isə eşitmişdir ki, Xaliq keçmiş arvadı Ramilə Rüstəmovanı onunla olan münasibətinə görə öldürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tovuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X25 ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Tovuz rayon ərazisində olarkən saat 23 radələrində ona rəhbərlik tərəfindən zəng edilərək Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs keçmiş arvadı X9 öldürməsi və Təqsirləndirilən şəxs hadisə yerində olmaması barədə məlumat verilmişdir. O, Tovuz RPŞnin CAB-ın əməliyyat müvəkkili İntiqam Allahverdiyevlə birlikdə Tovuz şəhərində “Turan” şadlıq sarayının yanından üzü Tovuz rayonu, Qazıqulu kəndi tərəfə gedən zaman həmin yerin yaxınlığında olan ət dükanının yanında bir nəfər kişi cinsli şəxsin üzü Tovuz rayon polis şöbəsi tərəfinə piyada şəkildə getdiyini görmüşlər. O, idarə etdiyi avtomobili saxlayıb “Xaliq” deyə səslənmiş, Təqsirləndirilən şəxs da arxaya çevrilərək “bəli” deyə cavab vermişdir. Bundan sonra başa düşmüş ki, Təqsirləndirilən şəxs həmin şəxsdir. O, Təqsirləndirilən şəxs hara getdiyini soruşanda sonuncu keçmiş arvadı Ramilə Rüstəmovanı öldürdüyünü və Tovuz rayon polis şöbəsinə gedib təslim olacağını demişdir. Onlar da Təqsirləndirilən şəxs özlərini təqdim edərək əməliyyat müvəkkilləri olduqlarını və sonuncunu polis şöbəsinə apara biləcəklərini demişlər. Xaliq də onlara heç bir etiraz etməyərək onsuz özünün təslim olmağa getdiyini bildirib onların idarə etdiyi avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobildə olarkən onlara keçmiş arvadını öldürdüyü bıçağın da üzərində olduğunu demişdir. Bundan sonra onlar polis şöbəsinə getmiş və Xaliq törətdiyi cinayət əməlini könüllü etiraf edərək, cinayətin aləti olan bıçağı Növbətçi Hissəyə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tovuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X2 Orxan İbrahim oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Tovuz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 427 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ əlin V barmağının orta və uc falanqaları arasında olan köndələn istiqamətli kəsilmiş yara iti kənara malik əşyanın (alətin) təsirindən, sol almacıq və sağ qaş nahiyələrinin qançır-şişkinliyi; sol əlin İİ barmağının İ falanqasının, İİİ barmağın İ falanqasının, İV barmağın orta falanqasının, sol mil-bilək oynağının sıyrıqları isə küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi. Həmin xəsarətlərdən sağ əlin V barmağının orta və uc falanqaları arasında olan köndələn istiqamətli kəsilmiş yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, yəni, sağ əlin V barmağının orta və uc falanqaları arasında olan köndələn istiqamətli kəsilmiş yara iti kənara malik əşyanın (alətin), eləcə də bıçağın tiyəsinin kəsici hissəsinin təsiri nəticəsində, digər xəsarətlər isə insan bədəninin hissələri (dırnaq, yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Tovuz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 38 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X8 meyitində aşağıdakı xəsarətlər aşkar edildi: boyun nahiyəsinin qırtlaq qığırdaqlarının, dilaltı sümüyün və qida borusunun, yuxu arteriya və venalarının, həmçinin digər yumşaq toxumaların (digər qan damarları, sinirlər, əzələlər, dəri və sair toxumaların) kəsilməsi ilə müşayiət edilən dərin kəsilmiş yarası; döş qəfəsinin sağ yan səthində V-Vİ qabırğaarası sahədən daxilə nüfuz edən, diafraqmanın sağ gümbəzini və qaraciyərin sağ payını zədələyən deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin arxa-sol səthində X-Xİ qabırğaarası sahədən daxilə nüfuz edən, diafraqmanın sol gümbəzini və sol ağciyərin aşağı payını zədələyən deşilmiş kəsilmiş yarası; ənsə nahiyəsinin sol yarısının kəsilmiş yarası; sol gicgah nahiyəsinin kəsilmiş yarası; sol gicgah-ənsə nahiyəsinin kəsilmiş yarası; boyun nahiyəsinin sağ yan səthinin kəsilmiş yarası; çənə altı nahiyənin sağ yarısının kəsilmiş yarası; sol süd vəzisinin yuxarı-bayır kvadrantının kəsilmiş yarası; döş qəfəsinin arxa səthinin onurğa sütunu proyeksiyası üzrə kəsilmiş yarası; sol kürək nahiyəsinin kəsilmiş yarası; sağ çiyinüstü nahiyənin kəsilmiş yarası; sol əlin 2-ci barmağının 1-ci falanqasının arxa səthinin (2 ədəd) kəsilmiş yarası; sol əlin 2-ci barmağının uc falanqasının arxa səthinin kəsilmiş yarası; sağ dirsək oynağının bayır-arxa səthinin kəsilmiş yarası; sağ said nahiyəsinin orta 1/3-nin arxa səthinin kəsilmiş yarası; sağ said nahiyəsinin orta 1/3-nin ön səthinin kəsilmiş yarası; sol təpə nahiyəsinin (bir ədəd), çənəaltı nahiyənin (3 ədəd), sol bazu oynağının ön səthinin(bir ədəd), sol əlin arxa səthinin(bir ədəd), sol əlin 3-cü barmağının 1-ci falanqasının arxa səthinin (4 ədəd), 2-ci barmağının 1-ci falanqasının iç səthinin (2 ədəd), 3-cü barmağının uc falanqasının arxa səthinin (2 ədəd), 4-cü barmağının orta falanqasının tış səthinin (bir ədəd), 5-ci barmağın orta falanqasının arxa səthinin (2 ədəd), uc falanqasının bayır səthinin (bir ədəd), sağ əlin arxa səthində 1-ci əl darağı sümüyünün proksimal ucu proyeksiyasının (bir ədəd), sağ əlin 2-ci barmağının 1-ci falanqasının arxa səthinin (bir ədəd), 3-cü barmağının 1-ci falanqasının arxa səthinin (bir ədəd) səthi kəsilmiş yaraları; alın nahiyəsinin sağ yarısının-sağ qaş nahiyəsinin-sağ üst göz qapağının qançırı. Qeyd edilən xəsarətlər həyatidir, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş, kəsilmiş və səthi kəsilmiş yaralar iti ucu, kəsəri və küt tərəfi olan yastı tiyə tipli deşici-kəsici əşyanın (alətin), ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın deşici-kəsici hissəsinin təsirindən əmələ gəlmişdir. Alın nahiyəsinin sağ yarısının-sağ qaş nahiyəsinin-sağ üst göz qapağının qançırı isə küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlmişdir. Həmin xəsarətlərdən boyun nahiyəsinin qırtlaq qığırdaqlarının, dilaltı sümüyün və qida borusunun, yuxu arteriya və venalarının, həmçinin digər yumşaq toxumaların (digər qan damarları, sinirlər, əzələlər, dəri və sair toxumaların ) kəsilməsi ilə müşayiət edilən dərin kəsilmiş yarası, döş qəfəsinin sağ yan səthində V-Vİ qabırğaarası sahədən daxilə nüfuz edən, diafraqmanın sağ gümbəzini və qaraciyərin sağ payını zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa-sol səthində X-Xİ qabırğaarası sahədən daxilə nüfuz edən, diafraqmanın sol gümbəzini və sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə, kəsilmiş yaralar isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdir. Səthi kəsilmiş yaralar və alın nahiyəsinin sağ yarısının-sağ qaş nahiyəsinin-sağ üst göz qapağının qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. X8 ölümünə səbəb boyun nahiyəsinin qırtlaq qığırdaqlarının, dilaltı sümüyün və qida borusunun, yuxu arteriya və venalarının, həmçinin digər yumşaq toxumaların (digər qan damarları, sinirlər, əzələlər, dəri və sair toxumaların ) kəsilməsi ilə müşayiət edilən dərin kəsilmiş yarası, döş qəfəsinin sağ yan səthində V-Vİ qabırğaarası sahədən daxilə nüfuz edən, diafraqmanın sağ gümbəzini və qaraciyərin sağ payını zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa-sol səthində X-Xİ qabırğaarası sahədən daxilə nüfuz edən, diafraqmanın sol gümbəzini və sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası nəticəsində inkişaf edən kəskin qanitirmə olmuşdur. X8 hadisə zamanı əynində olan paltarlardakı zədələrlə onun meyiti üzərində olan xəsarətlər (yaralar) üst-üstə düşür. X8 ölümü onun meyitinin meyitxanada müayinəsindən (müayinə xx.xx.2022-ci il tarixdə saat 23:50-də başlamışdır) 2-4 saat əvvəl baş vermişdir. X17 xəsarət yetirilərkən xəsarət yetirən şəxs ondan arxada, lakin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarımoturmuş, oturmuş və s.) ola bilərdi. X8 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və digər güclü təsirə malik maddələr isə aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 16/1320/1321 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə-trasoloji və məhkəmə-ballistik ekspertizalarının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim olunan X8 əynində olmuş jaketin səthində olan “a”, “b”, “c” zədələri, köynəyin səthində olan “d”, “e”, “f”, “k” zədələri, maykanın səthində olan “m”, “n” zədələri və büsqalterin səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş jaketin, köynəyin, maykanın və büsqalterin üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən Təqsirləndirilən şəxs əynində olmuş şalvarın üzərində olan zədə bərk predmetə ilişməsi nəticəsində yaranmağa xarakterik dartılma-cırılma zədəsidir. Təqdim edilən X8 əynində olmuş örtüyün, idman şalvarın, tumanın və 01 cüt corabın hadisə yerindən götürülmüş idman şalvarının, parça kəsiyinin, və Təqsirləndirilən şəxs əynində olmuş gödəkçənin, qısaqol köynəyin, poluverin üzərində mexaniki zədə aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin xx.xx.2022-ci il tarixli, 16/1319 nömrəli məhkəməlifli materialların tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X10 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X10 məxsus 01 ədəd jaketin üzərindən tapılmış göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X10 məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman köynəyinin üzərindən tapılmış tünd-yaşıl rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə X10 məxsus 01 ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X10 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in 06/2023-MTBŞ nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi bioloji ekspertizasının rəyindən görünür ki: 1. X8 ABO sistemi üzrə qrup göstəricisi – AB/H/(İV). 2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ) şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. 3. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, hadisə yerində götürülmüş idman şalvarı, köynək hissəsi, 03 ədəd kosmetik çubuqlu pambıq tampon, ədyal, R.B.Rüstəmovaya məxsus idman gödəkçəsi, kofta, mayka, büsqalter, şalvar, tuman, 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsi, kofta, cins şalvar, üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A”, “B”, “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda AB/H/(İV) qruplu şəxsə, o cümlədən X10 məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qarışmış qanı olduğu halda, bu ləkələrdə həmçinin O(İ) qruplu şəxsin, o cümlədən də Təqsirləndirilən şəxs da (əgər qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa) qarışmış qanının olması inkar olunmur. 4. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı. 5. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün olmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 29 dekabr 2022ci il tarixli, 726/260 №-li kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 29 dekabr 2022ci il tarixli, 726/260 №-li kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hal-hazırda anlayır. Təqsirləndirilən şəxs baş vermiş hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa, yalan danışmağa meyilli deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 1915 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə saat 01.30-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri - X8 yaşadığı nənəsi X16 məxsus Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinin həyətidir. Həyətdə ev və mişar daşından hörülmüş iki otaqlı yardımçı tikili vardır. Yardımçı tikili yaşayış otağından və hamam otağından ibarətdir. Yaşayış olan otağın giriş qapısından ön tərəfdə divara bitişik 02 ədəd dəmir çarpayı vardır. Giriş qapısı ilə üzbəüz divarın küncündə, divara bitişik çarpayının üzərində dağınıq vəziyyətdə yorğan-döşək vardır. Həmin çarpayıda və ona bitişik divarda qanabənzər ləkələr vardır. Giriş qapısından sol tərəfdə olan divardan güzgü asılmışdır və qarşısında odun sobası vardır. Odun sobasının sağ tərəfində üzərində qanabənzər ləkələrin olduğu əski parçası vardır. Həmin əski parçasından 01 metr sağ tərəfdə, üzərində qanabənzər ləkələr olan 01 ədəd qara rəngli qadın idman şalvarı vardır. Döşəmə üzərində qanabənzər ləkələrin və qan laxtalarının olduğu görünür. Həmin qanabənzər ləkələr otağın sol tərəfində də bir neçə yerdə vardır. Baxış zamanı yardımçı tikilinin yaşayış olan otağındaki qan laxtalarından pambıq tampona hopdurulmaqla 03 ədəd nümunə, əski parçası, qadın idman şalvarı və masanın üzərində olan 01 ədəd “Nokia” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X8 meyitinə baxış zamanı onun üzərində olan 01 ədəd üzərində sarı, yaşıl, narıncı rəngli naxışları olan qırmızı rəngli ədyal, əynində olmuş 01 ədəd papaqlı yaşıl rəngli yun jaket, jaketin sol cibindən aşkar olunmuş 01 ədəd "Samsung” markalı mobil telefon, 01 ədəd ağ rəngli naxışlardan ibarət qara rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd ağ rəngli büsqalter, 01 ədəd qara rəngli şalvar, 01 ədəd ağ rəngli trusik və üzərində yaşıl, qırmızı və göy rəngli naxışları olan 01 cüt corab işi üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa könüllü təqdim etdiyi hadisə zamanı əynində olmuş 01 ədəd qolları və iç hissəsi qırmızı rəngdə olan tünd göy rəngli idman köynəyi, 01 ədəd üzərində ağ, boz, qara naxışları olan tünd göy rəngli uzunqol köynək, 01 ədəd üzərində qırmızı rəngli naxışları olan qısaqol köynək, 01 ədəd qəhvəyi rəngli cins şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və həmin protokola əlavə olunmuş bir ədəd informasiya daşıyıcısı olan diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, hadisənin yerini və baş vermə şəraitini, o cümlədən xx.xx.2022-ci il tarixdə saat 22 radələrində keçmiş arvadı X8 yaşadığı yardımçı tikilidə sonuncu ilə mübahisə etdiyi yeri, daha sonra ona bıçaqla çoxsaylı zərbələri vuraraq qəsdən öldürdüyü yeri göstərməklə, törətdiyi cinayəti əməlini səmimi etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən 18 yanvar 2023-ci il tarixli, 1388 nömrəli məktubla daxil olmuş telefon məlumatlarına dair diskə baxış zamanı X8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə qarşılıqlı danışıqlar apardığı, X8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şahid2 istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsi ilə bir-birilərinə yaxın münasibətlərini təsdiq edən qarşılıqlı SMS göndərdikləri aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X24 ilə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 atasının, məhz onun gözü qarşısında anası Ramilə Rüstəmovaya bıçaqla zərbələr vuraraq öldürdüyünü və ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd qadın idman şalvarı, 01 ədəd əski parçası, hadisə yerindən pambıq tampon vasitəsilə götürülmüş 03 ədəd qan nümunəsi, X8 meyitinə baxış zamanı götürülmüş üzərində olmuş 01 ədəd üzərində sarı, yaşıl, narıncı rəngli naxışları olan qırmızı rəngli ədyal, əynində olmuş 01 ədəd papaqlı yaşıl rəngli yun jaket, 01 ədəd ağ rəngli naxışlardan ibarət qara rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd ağ rəngli büsqalter, 01 ədəd qara rəngli şalvar, 01 ədəd ağ rəngli trusik və üzərində yaşıl, qırmızı və göy rəngli naxışları olan 01 cüt corab, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qolları və iç hissəsi qırmızı olan tünd göy rəngli idman köynəyi, 01 ədəd üzərində ağ, boz, qara naxışları olan tünd göy rəngli uzunqol köynək, 01 ədəd üzərində qırmızı rəngli naxışları olan qısaqol köynək, 01 ədəd qəhvəyi rəngli cins şalvar və Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi 01 ədəd turist bıçağı maddi sübut kimi tanınmış və Tovuz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X17 barəsində təqsirləndirici material yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 iddiası təmin edilərək, onunla cavabdeh Təqsirləndirilən şəxs arasında qeydə alınmış nikahın pozulması, azyaşlı uşaqları Şahid1nın və Fərhad Rüstəmovun iddiaçı Ramilə Rüstəmovanın yanında saxlanılması qət olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, X8 xx.xx.2022-ci il tarixdə keçmiş əri Təqsirləndirilən şəxs oğulları Fərhad Rüstəmovu icazəsiz aparması və telefon vasitəsi ilə Təqsirləndirilən şəxs onu təhqir etməsi barədə müraciəti üzrə Tovuz RPŞ-nin İTB-də araşdırma aparılmış və araşdırma zamanı toplanmış materialdan cinayət və ya inzibati xəta tərkibi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs keçmiş arvadı X9 həmkəndlisi, eyni zamanda sonuncu ilə Tovuz şəhərində yerləşən “Nəsimi Ticarət Mərkəzində” mağazalardan birində bir yerdə satıcı işləyən, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yaşayan Şahid2 ilə sevgi münasibətində olmasına və ona xəyanət etməsinə görə 15 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində Ramilə Rüstəmovanın nənəsi X16 məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikilidə Ramilə Rüstəmovanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirərək və boğaz nahiyəsini kəsərək sonuncunu qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs keçmiş arvadı Ramilə Rüstəmovanı bıçaqla vurub öldürən zaman yardımçı tikilidə qızı X24 olmuşdur. 15 noyabr 2022-ci il tarixdə baş vermiş hadisəyə qədər Təqsirləndirilən şəxs keçmiş arvadı X17 ilə aralarında bir neçə dəfə mübahisələri olmuşdur. Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə baş vermiş hadisəyə qədər və hadisədən sonra heç kimlə görüşməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X6 RMX PHŞ-in poliklinika şöbəsində həkim-psixiatrın və həkimnarkoloqun dispanser qeydiyyatında dayanmırlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, 01 ədəd “Nokia” markalı və 01 ədəd “Samsung” markalı mobil telefonlar zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20ytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 64 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixli 1680 nömrəli akt qeydinə əsasən xx.xx.2010cu il təvəllüdlü Şahid1 Təqsirləndirilən şəxs qızıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 63 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixli 1681 nömrəli akt qeydinə əsasən xx.xx.2012ci il təvəllüdlü Fərhad Rüstəmov Təqsirləndirilən şəxs oğludur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RİH başçısının Aşağı Öysüzlü KİƏDÜN-nin xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RİH başçısının Aşağı Öysüzlü KİƏDÜN-nin xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, X6 rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşamışdır və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində keçmiş arvadı X1 yaşadığı evin həyətindəki yardımçı tikilinin yaşayış otağında bıçaqla zərbələr vurarkən və boğazını kəsərkən azyaşlı övladı X12 hadisə baş verən otaqda olmadığını, həmin vaxtı Şahid1nın yardımçı tikilidən çıxaraq dayısı Ramin Abdıyevi çağırmaq üçün getdiyini, bu səbəbdən də Şahid1nın hadisəni görmədiyini və onun keçmiş arvadını xüsusi amansızlıqla qətlə yetirmək niyyətinin olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin özünün qismən etirafedici ifadələri, şahid ifadələri, üzləşdirmə və digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş azyaşlı X24 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs hadisə günü məhz onun gözü qarşısında anası Ramilə Rüstəmovaya bıçaqla zərbələr vuraraq sonuncunu öldürmüş, o, atasına mane olmaq üçün dayanmasını xahiş etsə də, atası ona məhəl qoymamış və anasına bıçaq zərbələri yetirməkdə davam etmişdir. Ona görə də, atası həmin vaxt onun otaqda olmasını bilmişdir. Həmçinin aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid1 atasının, məhz onun gözü qarşısında anası Ramilə Rüstəmovaya bıçaqla zərbələr vuraraq öldürdüyünü və ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hərəkətlərində xüsusi amansızlıq həm adam öldürmənin üsulunda, həm cinayət törədərkən nümayiş etdirdiyi hərəkətlərdə, həm də Ramilə Rüstəmovaya yetirdiyi xəsarətlərin sayında və lokalizasiyasında özünü göstərmişdir. Təqsirləndirilən şəxs hadisə günü bıçaq ilə aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar, yəni bədəninin müxtəlif nahiyələrinə müxtəlif ağırlıq dərəcəli 40 (qırx) ədəd xəsarət yetirməklə, o cümlədən qəddarlıq edib boğazını kəsməklə xüsusi amansızlıq nümayiş etdirmişdir. Hətta Təqsirləndirilən şəxs həyatdan məhrumetmə ərəfəsində Ramilə Bayramovaya əzab və işgəncə verdiyini dərk etməklə, sonuncu yerdə xırıldayarkən ona köməklik etmək əvəzinə, əksinə qəddarlıq nümayiş etdirərək başının üstündə durub ölməsini gözləmişdir. Eyni zamanda azyaşlı övladı Şahid1 atasına yalvarıb anasını vurmamağı desə də, Təqsirləndirilən şəxs qızının sözlərinə əhəmiyyət verməmiş və Ramilə Rüstəmovanı sonuncunun yaxın adamlarının yanında, yəni yetkinlik yaşına çatmayan övladının gözü qarşısında və övladının yalvarışlarına əhəmiyyət verməyək onlara əzab verdiyini dərk etməklə xüsusi amansızlıq nümayiş etdirib keçmiş arvadını öldürmüşdür. Beləliklə yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs keçmiş arvadı X8 həmkəndlisi, eyni zamanda sonuncu ilə Tovuz şəhərində yerləşən “Nəsimi” Ticarət Mərkəzində eyni dükanda satıcı işləyən Şahid2 ilə sevgi münasibətlərində olmasını qəbul etməyərək 15 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Ramilə Rüstəmovanın yaşadığı Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə gedərək keçmiş arvadını həyətdə yerləşən yardımçı tikiliyə aparması, arvadını qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlməsi, öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən cibində saxladığı kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik, ümumi təyinatlı və soyuq silah hesab edilməyən turist bıçağı ilə həmin yardımçı tikilinin içərisində birgə nikahlarından olan 08 mart 2010-cu il tarixdə anadan olmuş azyaşlı qızı X12 gözlərinin qarşısında, sonuncuya və Ramilə Rüstəmovaya qarşı müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, müstəsna qəddarlıqla Ramilə Rüstəmovaya ümumilikdə 40 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək sonuncunu qısqanclıq zəminində qəsdən xüsusi amansızlıqla öldürməsi, yəni Ramilə Rüstəmovanı qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməsi tam sübuta yetirilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə keçmiş arvadı X9 öldürdükdən sonra heç bir kənar təzyiq olmadan könüllü olaraq Tovuz rayon polis şöbəsinə gedərkən Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri X7 və X25 ilə rastlaşaraq könüllü şəkildə sonuncunun idarə etdiyi avtomobilə əyləşib, Tovuz rayon polis şöbəsinə gedərək Ramilə Rüstəmovaya qarşı törətdiyi cinayət əməlini səmimi etiraf etmiş və cinayətin aləti olan bıçağı RPŞ-nin Növbətçi hissəsinə könüllü təhvil verərək təslim olmuşdur. Bu hal Təqsirləndirilən şəxs ifadəsi, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri X13 və X3 ifadələri ilə tam təsdiq olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması kimi halları Konstitusiya Məhkəməsinin Plenumu şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını isə Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 16 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X26 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından müdafiəçi X26 üçün 60 (altmış) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 127 (bir yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd qadın idman şalvarı, X8 meyitinə baxış zamanı götürülmüş üzərində olmuş 01 ədəd üzərində sarı, yaşıl, narıncı rəngli naxışları olan qırmızı rəngli ədyal, əynində olmuş 01 ədəd papaqlı yaşıl rəngli yun jaket, 01 ədəd ağ rəngli naxışlardan ibarət qara rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd ağ rəngli büsqalter, 01 ədəd qara rəngli şalvar, 01 ədəd ağ rəngli trusik və üzərində yaşıl, qırmızı və göy rəngli naxışları olan 01 cüt corab zərərçəkmiş şəxsin yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qolları və iç hissəsi qırmızı olan tünd göy rəngli idman köynəyi, 01 ədəd üzərində ağ, boz, qara naxışları olan tünd göy rəngli uzunqol köynək, 01 ədəd üzərində qırmızı rəngli naxışları olan qısaqol köynək, 01 ədəd qəhvəyi rəngli cins şalvar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi 01 ədəd turist bıçaq, hadisə yerindən pambıq tampon vasitəsilə götürülmüş 03 ədəd qan nümunəsi və 01 ədəd əski parçası məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 noyabr 2022-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından müdafiəçi X26 üçün 60 (altmış) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 127 (bir yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd qadın idman şalvarı, X8 meyitinə baxış zamanı götürülmüş üzərində olmuş 01 ədəd üzərində sarı, yaşıl, narıncı rəngli naxışları olan qırmızı rəngli ədyal, əynində olmuş 01 ədəd papaqlı yaşıl rəngli yun jaket, 01 ədəd ağ rəngli naxışlardan ibarət qara rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd ağ rəngli büsqalter, 01 ədəd qara rəngli şalvar, 01 ədəd ağ rəngli trusik və üzərində yaşıl, qırmızı və göy rəngli naxışları olan 01 cüt corab zərərçəkmiş şəxsin yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qolları və iç hissəsi qırmızı olan tünd göy rəngli idman köynəyi, 01 ədəd üzərində ağ, boz, qara naxışları olan tünd göy rəngli uzunqol köynək, 01 ədəd üzərində qırmızı rəngli naxışları olan qısaqol köynək, 01 ədəd qəhvəyi rəngli cins şalvar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi 01 ədəd turist bıçaq, hadisə yerindən pambıq tampon vasitəsilə götürülmüş 03 ədəd qan nümunəsi və 01 ədəd əski parçası məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar