Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-241/2024 06.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər X4 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X13 və ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X5, təqsirləndirilən şəxslərin və müdafiəçiləri - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, X17 ev 52-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci, xx.xx.1988-ci ildə Göygöl rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Azərbaycan Respblikası CMnin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göygöl rayon məhkəməsinin 1(066)-95/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə 2 (iki) il, 6 (altı) müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 onunla faktiki olaraq ər-arvad kimi yaşayan Təqsirləndirilən şəxs1 2022-ci ilin aprel ayından başlayaraq Ağstafa rayonu Ceyrançöl ərazisi və sonrakı müddətdə Goranboy rayonu Alpout kəndində “Kərpicli” adlanan ərazisindəki fermalarda çoban işlədiyi müddətdə Təqsirləndirilən şəxs1 həmin fermanın işlərini idarə edən və teztez fermaya gəlib-gedən qonşusu Pərviz Babayevlə sonuncunun Ağstafa və Goranboy rayonu ərazilərindəki fermalarda intim münasibətdə olmasından şübhələnək Təqsirləndirilən şəxs1 ilə bu barədə xx.xx.2022-ci ildə aralarındakı söhbət zamanı sonuncu Pərviz Babayevlə olan münasibətini ona etiraf etdikdən sonra Turanəyə faktiki birgə nikahlarından olan azyaşlı övladlarını götürüb gedəcəyini demiş, Təqsirləndirilən şəxs1 isə ailəsinin dağılacağı və azyaşlı övladından məhrum olacağını fikirləşib bütün olanlara səbəb olan Pərviz Babayevə xəsarət yetirərək onu cəzalandıracağını Təqsirləndirilən şəxs2 bildirmiş, 04 aprel 2023-cü il tarixdə saat 13 radələrində Goranboy rayonu Alpout kəndində “Kərpicli” adlanan ərazidə yerləşən fermada yaşadıqları bir otaqdan ibarət tikilidə həmin fermada onlar kimi çoban işləyən Şahid2la onlara nahar yeməyi gətirmiş Pərviz Babayevlə eyni masa arxasına əyləşib yeməyə hazırlaşdıqları vaxt Təqsirləndirilən şəxs1 qisas almaq məqsədilə otaqdakı çarpayının üzərindəki döşəkçələrin arasında əvvəlcədən gizlətdiyi birinin dəstəyi sarı, digərinin dəstəyi isə ağ-göy-qırmızı rəngli olan iki ədəd mətbəx bıçağını götürərək oturaq vəziyyətdə olan Pərviz Babayevin kürək nahiyəsinə qəfil bir dəfə zərbə endirmiş, səbəbini bilsə də zərərçəkmişdən niyə arvadının ona xəsarət yetirməsini soruşan Təqsirləndirilən şəxs2 azyaşlı övladı ağladığı üçün onu bayıra çıxardıqdan sonra, içəridən qapını arxadan bağlayan Təqsirləndirilən şəxs1 zərərçəkmişə yenidən xəsarət yetirmək istəyərkən zərərçəkmiş şəxs Turanənin diqqətinin yayınmasından istifadə edərək əlindəki bıçaqlardan birini alıb yerə atmış, digərini almağa və özünü müdafiə etməyə çalışanda, Pərviz Babayevin artıq onu üstələdiyini görən Təqsirləndirilən şəxs1 qışqırıq səsinə içəridən bağlı qapını təpiklə vurub qıraraq içəri daxil olmuş və Təqsirləndirilən şəxs1 qoşularaq müqavimətini qırmaq məqsədilə əlindəki bıçaqla Pərviz Babayevin sol bazusunun yuxarı arxa-bayır 1/3-də iki ədəd, sol saidin aşağı arxa səthində bir ədəd deşilmiş kəsilmiş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid yaraları-bədən xəsarəti yetirmiş, zərbələrin təsirindən müqaviməti qırılan Pərviz Babayev çarpayının üstünə yıxıldıqdan sonra isə Təqsirləndirilən şəxs1 ilə birlikdə əllərindəki kəsici deşici alətlərlə (bıçaqlarla) Pərviz Babayevin döş qəfəsinin sol nahiyəsinə və bədənin digər nahiyələrinə zərbələr endirərək sonuncuya döş qəfəsinin sol yarısını dəlib keçən, sol tərəfli pnevmohemotoraksla nəticələnən, dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan, sağlamlığa Ağır zərərvurmaya aid, həmçinin sol bazunun aşağı arxa nahiyəsində bir ədəd, sağ əlin ovuc səthində bir ədəd deşilmiş-kəsilmiş yaraları olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, beləliklə də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında X5 qəsdən sağlamlığına Ağır zərər vurmuşlar. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 göstərdi ki, Talehlə faktiki ər arvad münasibətindədir, onunla rəsmi nikah bağlamamışdır. Talehlə Kür çayının kənarında Ağstafa rayonunda Ceyrançöl adlanan ərazidə fermaya gedib 3 ay orada qalıb işləmiş və yaşamışlar. Pərviz onlara özləri üçün saxlamağa 3 baş heyvan vermişdir. Talehlə bir neçə dəfə aralarında kiçik mübahisələr olmuş, Pərviz bir neçə dəfə nə baş verdiyini soruşduqda kiçik münaqişə olduğunu demişdir. Bu zaman Pərviz ona həyat yoldaşından daha yaxşı şərait təmin edə biləcəyini, münasibəti olacağı təqdirdə ev verəcəyini demişdir. İnkar etdikdə niyə naz etdiyini soruşaraq arxa tərəfə, yataq otağına sürükləmiş, Talehə baş verənləri danışsa da, Talehin ona inanmayacığını demişdir. Yataq otağında zorla onunla cinsi əlaqədə olmuş, qorxduğu üçün həm də Taleh əvvəllər məhkumluq həyatı yaşadığından baş verənləri Talehə danışa bilməmişdir. Daha sonra Ağstafada ikinci dəfə cinsi münasibətləri olmuş, bu dəfə isə Pərviz onu ələ alaraq yaxşı yaşadacağını, ev tikdirəcəyini demişdir. Daha sonra özü yoldaşının anasıgilə Hacıməlik kəndinə gəlmiş, Taleh isə Goranboy rayonuna Kür çayının kənarına, yəni Pərvizin heyvanlarına baxmağa getmişdir. Talehə daha Pərvizgilin fermasında işləməməyi desə də, heç bir faydası olmamış, getdikdən 3 gün sonra qayıdıb onu da özü ilə birgə aparmışdır. Taleh əvvəldən Pərvizin gəlib-getmələrindən, onun gəlişinə narazılıq etməsindən şübhələnmiş, hətta bununla bağlı aralarında bir neçə dəfə mübahisə də olmuşdur. Mübahisələr zamanı Pərvizlə nə kimi probleminin olduğunu soruşmuşdur. Hadisə günü Pərviz ağ rəngli, niva markalı maşınla gəlmiş, özü ilə yemək gətirmiş, maşından düşürdəndə Pərviz yaxasından tutaraq təkrar münasibət təklif etmiş, o isə cavabında əvvəlki Turanə olmadığını demişdir, koftasından tutaraq cırsa da, yaxınlıq verməyib Pərvizin sinəsindən əli ilə zərbə vurmuş və Pərviz yatağın üzərinə yıxılmış, ayağa duraraq ona hiddətlənmişdir. Həmin vaxt çöldən ayaq səsləri eşidilmiş və bir yerdə çölə çıxmışlar. Taleh Pərvizə heyvanlarının xəstə olduğunu demiş, özü isə yeməkləri isitmişdir. Pərviz, Taleh və Ətraf kimi tanıdığı İqrar çöldə söhbət etmiş, masanın üzərində 2 ədəd bıçaq olmuşdur. Həmin bıçaqları götürüb döşəyin altında gizlətmişdir. Talehgil içəri daxil olub masa ətrafında əyləşəndən sonra hər birinə yemək çəksə də, Pərviz yemək yeməmiş, Pərvizin əyləşdiyi stulun yaxınlığındakı döşəyin altında gizlətdiyi bıçağı çıxarıb qəfil Pərvizin kürək nahiyəsinin sol tərəfindən ona zərbə endirmişdir. Pərviz ayağa qalxaraq onu niyə vurduğunu soruşanda cavabını çox yaxşı bildiyini demiş, Taleh də Pərvizdən onu niyə vurduğunu soruşmuşdur. Pərvizə yenə bıçaqla zərbə vuranda Taleh 2 yaşlı uşağı götürüb çölə çıxarmış, özü isə qapını içəridən arxadan bağlamışdır. İçəridə Pərviz, Ətraf (İqrar) və özü qalmış, Pərvizi sıxışdırdığı üçün o divara söykənmiş vəziyyətdə qalmış, əlimdə 2 bıçaq olmuşdur. Taleh çöldən nəsə söz dediyi zaman fikri yayınmış və Pərviz onu qollarından tutaraq qapıya tərəf sürükləmiş və dizi üstə yerə yıxılmışdır. Pərviz əlindəki nisbətən balaca bıçağı alıb yerə tullamış, böyük bıçağı isə götürə bilməmiş, barmaqlarını bükərək böyük bıçağı əlinə götürəndə əlinin üstü kəsilmiş, qapının yaxınlığında olan Talehə səslənib kömək etməsini demişdir. Taleh çöldən içəri daxil olaraq Pərvizi çiynindən vuraraq yatağa yıxmış, hardansa əlinə keçən bıçaqla bir dəfə Pərvizin çiynindən zərbə endirmiş, özü də bıçağı götürərək Pərvizi vurmağa başlamışdır. Taleh ona “artıq o öldü! burax getsin” deyib Pərvizin çiynindən tutaraq çölə çıxartmış, Pərviz maşına minib hadisə yerindən getmişdir. Ətraf isə masanın ətrafında idi və heç bir hərəkət etmədən qalmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Pərvizlə ilk dəfə onun göstərdiyi zorakılıqla, daha sonra isə könüllü şəkildə cinsi münasibətdə olmuş, zorakılıqla bağlı tibbi müayinədən keçməmişdir. Əlaqələri Ağstafa rayonunda olmuş, Goranboyda münasibətləri olmamışdır. Talehlə 6 ildir ki, ailə həyatı qurmuş, Taleh əvvəl bacısı ilə evli olmuş, sonra isə onu qətlə yetirmişdir. Taleh bacısını öldürdüyü üçün qorxusundan Pərvizin onu zorladığını və sonradan da münasibətləri olduğunu Talehə deyə bilməmiş, Taleh özü şübhələnərək ondan nə baş verməsini soruşmuşdur. Əvvəl bir dəfə Kür qırağında fermada olarkən Pərviz, Taleh və özü arasında mübahisə olmuş, Taleh ondan, Pərvizdən aralarında nəsə olduğunu soruşanda hər ikisi inkar etmişdir. Pərviz şübhəli hərəkətlər etdiyindən Taleh şübhələnmiş, hadisədən 2 gün əvvəl Pərviz heyvanları xəstə olduğu üçün gəlib heyvanlara iynə vurub getmiş, Talehlə hadisədən bir gün əvvəl mübahisə zamanı azyaşlı oğlunu götürüb gedəcəyini bildirmişdir. Hadisə vaxtı ilk dəfə zərbə vurandan sonra Taleh ondan Pərvizi niyə vurduğunu soruşmuş, Ətraf (İqrar) adlı şəxs qorxduğu üçün, çölə çıxmağı, mübahisəni sonra öz aralarında davam etmələrini desə də, onu buraxmamışdır. Mübahisə zamanı Talehi köməyə çağırmış, Talehlə əvvəlcədən Pərvizi vurmağımızla bağlı hər hansı razılığı olmamışdır. Otaqda 3 ədəd bıçaq olmuş, onlardan ikisi stolun üstündə, biri isə pəncərənin qarşısında olmuşdur. Taleh gedəndən qısa müddət sonra “102”-yə zəng edib, məlumat verərək adam bıçaqladığını demiş, bıçaqları da gələn polis əməkdaşlarına özü təqdim etmişdir. Hadisə vaxtı özündə dəstəyi ağ, göy, qırmızı rəngli olan bıçaq və dəstəyi taxtadan olan bıçaq olmuş, dəstəyi sarıqlı olan bıçaq isə pəncərənin qarşısında olmuşdur. Taleh dəstəyi sarıqlı olan bıçaqla Pərvizə 2 bıçaq zərbəsi endirsə də, Pərvizi hansı nahiyəsindən vurmağını xatırlamır. Pərviz bıçaqlanan gün təxminən saat 1-də gəlmiş, Pərvizlə danışığı olanda ona münasibət təklif edəndə Taleh heyvanların yanında olmuşdur. Hadisədən 2 gün əvvəl isə Pərviz heyvanlara dərman vurdurmaq üçün gəlmiş, Talehlə mübahisəsi Pərviz heyvanlara dərman vurdurmaq üçün gəldiyi zaman baş vermişdir. Törətdiyi əməldən peşmandır. Himayəsində 2 azyaşlı uşağı var. Zərərçəkmiş şəxs onunla barışmışdır. Məhkəmədən ona yüngül cəza verilməsini və tutulmamasını istəyir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 gösətrdi ki, Dəmiryolunda polis rəisi olan zərərçəkmişin dayısı X7 məxsus 400 baş iribuynuzlu heyvana baxmış, həmin heyvanlar əvvəlcə Ağstafa rayonunun ərazisində saxlanılmışdır. Zərərçəkmiş digər dayısı isə əməliyyat bölmə rəisi olmuş və heyvandarlıqla şərikli məşğul olmuşlar. Çoban tapa bilmədikləri müddətdə malların yanında tək qalmış, həmin müddətdə həyat yoldaşı Turanəni də Ağstafa rayonuna ona qulluq etməsi, yanında olması və işlərdə kömək etməsi üçün çağırmışdır. Turanə həm istintaqda, həm də məhkəmədə verdiyi ifadəsində Pərvizi müdafiə etməyə çalışsa da, orada olarkən Pərviz Turanə ilə zorakı yolla münasibətdə olmuşdur, bunu sonradan hadisədən bir gün əvvəl axşam özündən öyrənmişdir. Belə ki, Pərviz Turanəni zorladığı vaxt heyvanların yanından evə gələndə içəridə stəkan qırığı ilə qarşılaşmışdır. Səbəbini soruşduqda Turanə ona bezdiyini, çıxıb getmək istədiyini demiş, həmin vaxt Pərviz qapının ağzında olmuş və getməyə hazırlaşmışdır. Pərvizlə çıxıb getməyini təklif etsə də, Turanə qəbul etməmişdir. Təxminən 3-5 gün sonra Pərviz bir daha gəlmiş, həkimləri gətirmişdir. Onlarla birlikdə heyvanlara dərman vurub Kəlbəcər rayonuna aparmış və orada saxlamış və sonradan da həmin heyvanlar satılmışdır. Sonra yenidən 350 baş iribuynuzlu heyvan alınmış, Kür çayının ətrafına aparılmışdır. Həmin vaxt Pərvizin Turanəylə zorakı münasibətə daxil olmasından təxminən 1 (bir) il keçmişdir. Goranboy rayonuna Kərpicli deyilən yerdə heyvanlara baxmaq üçün gedəndə Turanə etiraz edərək ora getməməyi demiş, səbəbini soruşduqda heçnə deməmişdir. Növbəti dəfə Pərvizi heyvanlara dərman vurulması üçün çağıranda Pərviz həkimlərin yanında Turanəyə “az!?” ifadəsi ilə səslənmiş, həkimləri yola salandan sonra Pərvizə yaxınlaşıb birgə çörək kəsdiklərini və nəyə görə yoldaşına “az” ifadəsi ilə səsnləndiyini soruşmuş, Pərviz isə əsəbi olduğunu deyib və üzr istəmişdir. Pərvizə sürücü olduğunu, heyvanların yiyəsinin və fermanın başqasının olduğunu və düzgün rəftar etməsini demişdir. Hadisə günü fermanın sahibinə zəng edib yeməyinin bitdiyini və sürücü ilə yemək göndərməsini istəmiş, Pərvizin maşınla gəldiyini, İqrar adlı şəxs, yəni Ətrafla biryerdə görmüş, Ətrafa gedib yemək yeməyi bildirmişdir. Fermaya gəlib çatanda Pərviz qapının yanında üst başını təmizləmiş, Pərvizdən nə üçün üst-başının bu vəziyyətdə olduğunu soruşduqda yeməkləri boşaldanda toz torpaq olduğunu demiş, kinayəli şəkildə ondan “qum boşaldırdın?!” deyə soruşmuşdur. İçəri girib Turanəyə ona yemək verməsini demiş, Pərviz yanında əyləşsə də keç qarşımda əyləş yemək yeyək demiş, özü isə qucağında uşağa yemək vermişdir. Bu vaxt Pərvizi Turanə qəfil bıçaqla vurmağa başlamış, nəyə görə vurduğunu soruanda Turanə ona “sənlik deyil” demişdir. Fermaya görə məsuliyyət daşıdığını bildirmiş, uşaq yaranmış səs-küydən qorxub ağladığı üçün Turanəyə “qapını aç uşağı uzaqlaşdırım” demişdir. Turanənin əlində 2 ədəd bıçaq olmuş, Turanə yaxın duracağı təqdirdə onu da vuracağını bildirmişdir. Uşağı çölə çıxarandan sonra Turanə qapını arxadan bağlamış, çöldən səslənərək qapını açmasını və dərdlərinin nə olduğunu soruşmuşdur. İçəridə səs-küy artmağa başlamış və Turanə “kömək elə” deyə səslənəndə çöldən qapını sındıraraq içəri daxil olmuş, Turanənin Pərvizin üzərində əlində bıçaqla durduğunu, Pərviz isə Turanəni əllərindən tutub saxladığını görmüşdür. Turanəni Pərvizdən uzaqlaşdırmaq üçün onu yatağa tərəf itələmişdir. Həmin vaxt Pərviz Turanəyə bıçaq tullamışdır. Turanəni dayandırmağa çalışıb ondan nəyə görə Pərvizi vurduğunu, Pərvizin 3 övladı olduğunu və dərdini danışsa, məsələni həll edə biləcəklərini demiş, bundan sonra Pərvizi çölə çıxarıb gəldiyi “Niva” markalı maşını işə salıb onu maşına əyləşdirmiş, sürüb xəstəxanaya getməsini, yoxsa qan itkisindən ölə biləcəyini demişdir. Turanənin yanına qayıdıb əli kəsildiyinə görə sarımaq üçün qonşuya zəng edərək ondan Turanəni xəstəxanaya aparmağı xahiş etmişdir. Turanə isə “102 xidməti”nə zəng edərək ona təcavüz edildiyini və adam bıçaqladığını bildirmişdir. Goranboy rayonuna getmiş, işin istintaqı vaxtı Turanə ilə mübahisələri olmuş, daha sonra Turanəni buraxmışlar. Buraxıldıqdan sonra fermanın sahibi ilə əlaqə saxlayıb, ailəsinin içində olduğunu, onlara heç bir pislik etmədiyini demiş və edilən yanlışlığın səbəbini soruşmuşdur. İstintaq vaxtı onun xəbəri olmadan çağırılmadan barəsində axtarış verilmiş, guya istintaqdan boyun qaçırdığını və heç bir çağırışa əməl etmədiyi göstərilmişdir. Özü isə daim yerində olduğunu və heç bir çağırışdan boyun qaçırmadığımı bildirmiş, Goranboy Polis İdarəsində oxumağa icazə verilmədən hansısa sənədlərə imza çəkdirmişlər. İstintaqın nə yerdə olduğunu və Turanəyə təcavüz edilməsi məlumatının doğruluğunu soruşduqda cavab olaraq münasibətin qarşılıqlı razılıq əsasında olduğu bildirilmiş, alışveriş edib uşağını görmək üçün Turanəgilin ata evinə gedəndə Turanənin bacısı 102 xidmətinə zəng edərək onlara təzyiq göstərdiyini bildirmişdir. Turanəni itələyərək bacısını dayandırmağı xahiş etmiş, Göygöl rayon polis şöbəsinə aparılaraq ictimai yerdə səs-küy saldığı və əxlaqsız ifadə işlətdiyi üçün həbs edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Turanə ilk bıçaq zərbəsini vuran vaxt əlində iki bıçaq olmuş, Pərviz ilk zərbənin şokundan donub qalmış, özünün qucağında isə uşaq olmuşdur. Turanəyə yaxınlaşan zaman onu da vuracağından çəkindiyi üçün qarşını ala bilməmiş, uşağı çölə çıxartmış, hadisə vaxtı Pərvizə heç bir bıçaq zərbəsi vurmamışdır. Hadisə baş verən zaman otaqda Pərviz, İqrar, Turanə və o olmuşdur. Hadisə başlayan andan bitənə kimi İqrar yanlarında olmuşdur. Otağın qapısı taxta olmuş, arxadan mismar və məftillə bağlanmış, qapını təpiklə vuraraq açmışdır. İstintaq zamanı guya onun Pərvizi çiyin nahiyəsindən vurduğu deyilsə də, bunu qəbul etməmiş və ədalətin öz yerini tapacağını demişdir. Əvvəlki cinayəti isə qısqanclıq zəminində törətmiş, qətlə görə cəzasını çəkmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X14 göstərdi ki, təqsirləndirilən şəxslər Talehlə Turanə qonşuları və işçiləridir. Hadisə baş verənə qədər aralarında hər hansı mübahisə olmamışdır. Heyvanlar Goranboy rayonuna gətiriləndən sonra Taleh heyvanların xəstə olması barədə məlumat verəndə həkimlərlə birlikdə heyvanlara iynə vurmağa getdik. Bu vaxt heyvanlardan on səkkizinin əskik olduğunu görmüşdür. Heyvanlara dərman çatmadığından sabah yenindən gəlməli olduqlarını demişdir. Taleh ayın 4-ü zəng edib içki almağı demişdir. Hümbət adlı şəxs də onu sürücü kimi gətirmişdir. Hümbət içki içəcəyini deyib maşındakı əşyaları götürməyi demiş, özü isə maşını götürüb evə gedəcəyini demişdir. Yanında İqrar (ətraf) əyləşmiş, qarşı tərəfdə isə Taleh və Turanə oturmuşdur. Ona yemək yeməyi təklif edilsə də, yeni yediyini bildirmişdir. Özünə içki süzəndə Turanə qəfil arxadan onu bıçaqla vurmağa başlamış, ayağa qalxıb İqrara kürəyinə baxmağı demiş, heç bir yara olmadığını demişdir. Turanədən vurmağının səbəbini soruşanda Talehin onun həyatını puç etdiyini demiş, Taleh uşağı götürüb çölə çıxmışdır. Həmin vaxt İqrar da ayağa qalxıb çıxmaq istədiyini bildirsə də, Turanə icazə vermədiyi üçün yerinə oturmuşdur. Turanəni dayandırmaq istəyəndə bıçaq əlinə dəymiş və əli yaralanmış, bıçağı alıb yatağın altına atmışdır. Həmin vaxt Turanənin səsinə içəri girən Taleh onun kürək və belinə zərbələr vurmuşdur. Çölə çıxan vaxt paltarının üzərinin qan olduğunu görmüş, maşının yanına qaçmış və Hümbətə yaralarını sarımağına kömək etməyini istəmiş, paltarını çıxaranda vəziyyətin pis olduğunu, qanın dayanmadan axdığını, müxtəlif nahiyələrindən bıçaq zərbəsi vurulduğunu görmüşdür. Hümbətə övladları ilə halallaşmaq üçün onu tez aparmasını istəmiş, Hümbət adlı şəxs onu qarşılamaları üçün köməyə adam çağırmağı deyib, bibisi oğluna zəng etmiş, köməyə qabağına qardaşı gəlmiş, onu qarşılayıb xəstəxanaya çatdırmış və orada əməliyyat olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, ona ilk zərbəni arxadan Turanə bıçaqla vurmuş, ilk zərbə zamanı ona xəsarət dəyməmiş, istintaq zamanı mənə təqdim olunan bıçaqları tanımış, Talehin əlindəki bıçaq nazik materiallı bıçaq olmuş, ilk dəfə arxaya tərəf dönəndə Turanənin əlində bıçaq olduğunu görmüşdür. Talehlə aralarındakı problem və mübahisələr heyvanların itməsinə görə olmuşdur. Turanənin əlindən bıçağı götürmək istəyəndə, bıçaq qoluna dəysə də, xəsarət almamışdır. Turanənin əlində bıçaq olsa da, onun xəsarət yetirmək niyyəti olmamışdır. Ona əsas bıçaq xəsarətlərini Taleh vurmuş, Talehlə tutaşandan sonra sonuncu yerə yıxılmış və o, otağı tərk edib getmişdir. Turanəni onu vurmağa Talehin vadar etdiyini, buna səbəbin isə Talehin heyvanları mənimsəməsi olmasını güman edir. Yemək yedikləri vaxt Talehin ona zərbələr vurduğu bıçaq qapının yanındakı kiçik pəncərənin qarşısında olmuş, Taleh içəridən çölə çıxanda əlində bıçaq olmamışdır. Qapını çöldən Taleh bağlamışdır. Turanə ilə münasibətləri olmamış, telefon danışıqları isə fermada işin təşkili ilə bağlı olmuş, telefon Turanədə olduğu üçün heyvanların vəziyyəti barədə məlumatı Turanədən almışdır. Turanəyə qarşı hər hansı zorakı hərəkət edərək münasibətdə olmamış, hadisə ayın 4-ü baş vermişdir. Yaralı vəziyyətdə maşına minməyinə heç kim kömək etməmiş, hadisə baş verəndə İqrar heç bir hərəkət etməmişdir. İqrar mübahisə vaxtı qorxduğu üçün onları ayırmağa belə cəhd etməmişdir. Turanə onu vurmağa başlayanda Taleh ayağa duraraq uşağı qucağına götürüb Turanəyə nəyə görə vurmasını soruşa-soruşa uşağı çölə çıxartmış, çöldə olduğu müddətdə də suallar vermişdir. Turanə ilə münasibəti olmamış, istintaq zamanı ilk ifadəsini o yaralı vəziyyətdə xəstəxanada olarkən müstəntiq gəlib özü bildiyi kimi yazıb getmiş, yaralı vəziyyətdə olduğu vaxt verdiyi ifadəni dəqiq bilməmişdir. Babayev Rövşən əmisidir, Gəncə şəhər Dəmiryolu vağzalında polis işləyir, ferma ona məxsus deyil. Turanənin tutulmasını istəmir, Talehə isə ədalətli cəza verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Goranboy rayonu ərazisindəki fermada Talehlə birlikdə işləmiş, Pərvizi isə fermaya çobanlara yemək aparıb gətirən şəxs kimi tanımışdır. Fermada hadisə vaxtı təxminən 100-dən çox heyvan olmuşdur. Hadisə baş verən gün Pərviz, Turanə, Taleh yemək üçün masa ətrafında əyləşmiş, Talehlə Turanə yanaşı Pərvizlə onun qarşısında oturmuşdar. Qəfil durduq yerə Turanə Pərvizin kürəyindən bıçaqla zərbə vurmuş, Talehin azyaşlı övladı da yanlarında olmuşdur. Hadisə baş verəndə Talehlə Turanə arasında mübahisə olmuş, Taleh həyat yoldaşından Pərvizlə arasında nə baş verdiyini soruşmuşdur. Taleh övladını çölə çıxarandan sonra Turanənin səsinə evə daxil olub Pərvizi qarın nahiyəsindən bıçaqlamağa başlamış, həmin müddətdə otaqda olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki Talehin Pərvizə neçə bıçaq zərbəsi vurmasını xatırlamır, münaqişədən sonra çölə Pərviz çıxmış, ondan sonra arxasıyla Taleh çıxmış, əlində bıçaq olmuş, Taleh hadisə bitdikdən və çölə çıxdıqdan sonra Pərvizə heç bir zərbə endirməmiş, Pərviz maşına oturub getmiş, Turanə isə “102 xidməti”nə zəng edərək adam bıçaqladığını demiş, Talehin adını çəkməmişdir. Turanə ilə X20 rayonunda olduqları vaxt yanlarında olmamış, heyvanları Hacıməlikdən “Kərpicli” adlanan əraziyə aparmışlar. Hadisə baş verən zaman masanın üzərində bıçaq olmamışdır, Taleh uşağı çıxartmaq üçün çölə çıxdıqdan sonra çölə çıxmaq istəsə də, Turanə icazə verməmiş, evin qapısı içəri açılmışdır. Pərvizə neçə bıçaq zərbəsi vurulmasını xatırlamır, hadisənin baş verməsi səbəbi ona aydın deyil. Taleh çöldə Pərvizə onu 3 övladına bağışladığını demişdir. İbtidai istintaqda verdiyi ifadəsi ona oxunmamış, özü də orada nə yazıldığını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, hadisə baş verən təsərrüfat Pərvizin əmisinə məxsusdur. Hadisə günü Goranboy rayonunda olarkən ona zəng edilib, çobanlara yemək aparmaq lazım olduğu bildirmiş, bundan sonra Pərvizlə görüşüb onunla əşyaları aparmışdır. Fermaya çatmağa az qalmış özü balıq tutan şəxslərin yanında durmuş, Pərviz isə “maşını mənə ver, aparım yeməkləri çatdırım, gəlirəm” demişdir. Təxminən 15-20 dəqiqə sonra Pərviz maşınla ona yaxınlaşmış, Pərvizin əmisinə yaralanması barədə məlumat vermiş, sürətli maşın göndərməyi, qanaxma olduğunu, Pərvizi xəstəxanaya çatdırmağı demişdir. Yol boyu Pərviz onu ancaq Talehin vurduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Goranboy rayonu ərazisində “Kərpicli” adlanan yerdə Şamil adlı şəxsin fermasında mühafizəçi işləyir. X8 uzun müddətdir tanıyır, münasibətləri yaxşı olmuşdur. Pərviz Babayevin onun işlədiyi fermadan təxminən 5 kilometr məsafədə ferması olmuş, həmin fermada iri buynuzlu heyvanlar saxlamışdır. O, əvvəllər Pərviz ilə birlikdə onun fermasına getmiş, fermaya gedəndə orada işləyən çoban Təqsirləndirilən şəxs2, arvadı Təqsirləndirilən şəxs1, Şahid2 tanımışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 11:30 radələrində Pərviz ona zəng edərək Goranboy rayonu Dəliməmmədli qəsəbəsində olduğunu, avtomobili olmadığı üçün onu fermaya aparmağı demiş, özünə məxsus “Niva” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə Dəliməmmədli şəhərindən Pərviz Babayevi götürüb fermaya aparmışdır. Həmin gün saat 13:30 radələrində fermanın yerləşdiyi əraziyə çatmış, o, fermadan təxminən 300-400 metr aralıda balıqçıların yanında düşmüş, Pərviz ona məxsus avtomobili sürərək fermaya getmişdir. O, balıqçıların yanında qalmış, təxminən 30-35 dəqiqə sonra Pərviz Babayev ona məxsus avtomobillə gəlib yanında saxlamış, Pərvizin paltarlarının qan olduğunu görüb nə olmasını soruşanda Pərviz Babayev çobanı “Tosu” ləqəbli Talehin onu bıçaqladığını demişdir. O, Pərvizə kömək edərək avtomobildən düşürüb, sərnişin yerində əyləşdirmiş, özü xəstəxanaya aparmaq üçün maşını sürüb yolda Pərvizin bibisi oğlu Taryel Həsənova zəng edərək Pərvizin bıçaqlandığını demiş, qarşılarına sürətli maşınla çıxmalarını, qanaxma olduğunu demişdir. Təxminən 25-30 dəqiqə sonra Goranboy rayonu, Qarasuçu kəndi ərazisində Taryellə qarşılaşmış, Pərvizin qardaşı İslam da özünə məxsus “Opel” markalı avtomobillə orada olmuşdur. Pərvizi köməkləşərək İslama məxsus avtomobilə mindirib, onu xəstəxanaya aparmışlar. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən MTE və PA X23 Şəxsin Mingəçevir şəhər şöbəsindən verilmiş məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 220 nömrəli rəyindən görünür ki, X5 məhkəmə - tibbi müayinəsinə və ilkin tibbi sənədlərə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sol bazunun yuxarı arxa-bayır 1/3-də iki ədəd, sol bazunun aşağı arxa nahiyəsində bir ədəd, sol saidin aşağı arxa səthində bir ədəd, sağ əlin ovuc səthində bir ədəd və döş qəfəsinin yuxarı ön hissəsində iki ədəd deşilmiş-kəsilmiş yaralar, kəsici-deşici əşyanın (alətin-lərin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur. -ağırlıq dərəcələrinə görə: sol tərəfli pnevmohemotoraksla müşayiət olunan sol plevra boşluğunda (döş qəfəsinin sol yarısına) dəlib keçən yaralar yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. - digər yaralar ümumilikdə və ayrılıqda hər biri sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “könüllü təqdim etmə” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq polis şöbəsinə gələrək təqdim etdiyi 3 ədəd bıçaq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X10 PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 368-2023/MTKŞ nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş üç ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçaqlarıdır, soyuq silah hesab olunmurlar, qeyd olunan bıçaqların üzərində sonradan heç bir düzəliş edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə bioloji ekspertizanın 08 sentyabr 2023-cü il tarixli 509/2023-MTBŞ №-li rəyindən görünür ki, X5 ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ), şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ekspertizaya təqdim edilmiş X5 uzunqol köynəyi, taxta dəstəkli bıçaq, əyilmiş bıçaq və dəstəyi ağ, qırmızı və göy rəngli plastikdən ibarət olan bıçağın tiyəsi üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alınır. “A” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Balfa(İİİ) qruplu şəxsə, o cümlədən X9 məxsus ola bilər. Təqdim edilmiş dəstəyi ağ, qırmızı və göy rəngli plastikdən ibarət olan bıçağın dəstəyi üzərində qan ləkələri aşkar olunmadı. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən “məhkəmə tibbi kriminalistik ekspertizanın 01 sentyabr 2023-cü il tarixli 367 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və X9 məxsus sviterin ön səthinin sol yarısının orta hissəsində 01 ədəd, ön səthinin yuxarı hissəsində 01 ədəd və sol qolunun arxa səthinin yuxarı hissəsində 05 ədəd (cəmi 07 ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Sviterin ön səthinin sol yarısının orta hissəsində aşkar edilmiş 01 ədəd zədə deşilmiş-kəsilmiş zədə olmaqla, zəif itilikli ülgücü, zəif itilikli ucu və kafi dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin: sviterin ön səthinin sol yarısının yuxarı hissəsində və sol qolunun arxa səthində aşkar edilmiş zədələr isə kafi itilikli ülgücü kafi iyilikli ucu və zəif dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alət(lər)in təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və X9 məxsus sviterin ön səthinin sol yarısının yuxarı hissəsində və sol qolunun arxa səthi üzərində aşkar edilmiş deşilmiş - kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş şərti 1 nömrəli bıçağı tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlməsinin mümkünlüyü istisna olunmur. Sviterin ön səthinin sol yarısının orta səthində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş şərti 01 nömrəli bıçağın tiyəsinin təsirindən əmələ gəlmələri istisna olunur. Ekspertizaya təqdim edilmiş və X9 məxsus sviterin ön səthinin sol yarısının orta hissəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş şərti 2 nömrəli bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlməsinin mümkünlüyü istisna olunmur. Sviterin ön səthinin sol yarısının yuxarı hissəsi və sol qolun arxa səthində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş şərti 02 nömrəli bıçağın tiyəsinin təsirindən əmələ gəlmələri istisna olunur. Ekspertizaya təqdim olunmuş şərti 03 nömrəli bıçağın tiyəsi deformasiyaya uğradığı üçün həmin bıçağın müqayisəli tədqiqat aparmaq və ekspertizaya təqdim olunmuş üzərində olan zədələrin təqdim edilmiş bıçağın tiyəsinin təsirindən əmələ gəlibgəlməmələri barədə fikir söyləmək mümkün deyildir. X5 bədənində, sol bazu və sol saidin nahiyələrinin arxa səthində müəyyən edilmiş deşilmiş-kəsilmiş yaralar ona məxsus olmuş və ekspertizaya təqdim edilmiş sviterin sol qolunun arxa səthinin yuxarı hissəsində aşkar olunmuş eyni xarakterli zədələrlə: döş qəfəsinin ön hissəsində iki ədəd deşilmiş-kəsilmiş yaralar isə, ona məxsus olmuş və ekspertizaya təqdim edilmiş sviterin sol yarısında aşkar edilmiş eyni xarakterli zədələrlə yerləşmə nahiyəsinə görə, nisbi olaraq uyğun gəlir. Ekspertizaya təqdim edilmiş və X9 məxsus sviterin ön səthinin sol yarısının arxa səthində aşkar olunmuş zədələrdən biri onun bədənində öz əksini tapmamışdır, bu da, yalnız sviterin həmin nahiyəsinin zədələnməsi ilə izah oluna bilər. X5 bədən səthində müəyyən edilmiş sağ əlin ovuc səthində bir ədəd kəsilmiş deşilmiş yara geyim əşyası ilə örtülmədiyi üçün ona məxsus və ekspertizaya təqdim edilmiş sviterin üzərində öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş və X9 məxsus sviterin ön səthinin sol qolunun qoltuqaltı nahiyəsində 01 ədəd küt yaranma mexanizmə malik sökülmə zədəsi vardır. Bu zədə sviterin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə psixiatrik ekspertizanın 28 avqust 2023-cü il tarixli 529 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər hər hansı bir xroniki psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs2 hər hansı bir xroniki psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir və hazırda da onda psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan “məhkəmə psixiatrik ekspertiza”nın 26 sentyabr 2023-cü il tarixli 618 №-li rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı bir xroniki psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir və hazırda da onda psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ona şamil edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Göygöl RİHB Göygöl Mənzil Kommunal Təsərrrüfat Birliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 2666 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Göygöl şəhəri, H.Əliyev prospekti ev 52-də qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmədə araşdırılan Göygöl RİHB-nin Hacıməlik qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 495№li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Göygöl RMX PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-42/2-346/2023 saylı məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və X2 RMX-də narkoloji və ruhi əsəb dispanserində qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamə, hökm və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 07 ay 19 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2019-cu ildə cəzasını çəkib qutarmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbirinin müddəti başa çatdığı üçün, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Göygöl rayon məhkəməsinin 1(066)-95/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmənin hökmü ilə 2 (iki) il, 6 (altı) ay gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-540/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Göygöl rayon Məhkəməsinin hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(102)- 889/2024 saylı qərarından görünür ki, həmin qərardan verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 3 ədəd bıçaq və 1 ədəd sviter maddi sübut kimi tanınaraq Goranboy RPŞ inzibati binasında yerləşən maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmədə araşdırılan AZ-T №207754 №li doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2020-ci il təvəllüdlü X18 adlı azyaşlı övladlar var. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmədə araşdırılan AZ İİİ№277414 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində əvvəlki nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 var. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(101)944/2010 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı var. Məhkəməyə təqdim edilən və araşdırılan Göygöl MKTİB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Göygöl şəhəri, H.Əliyev prospekti, ev 52-də qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli 3-13-75/2- 14058/2023 saylı məktubdan, eləcə də iş materiallarında olan digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 DİN “102” xidmətinə məlumat verdikdən sonra hadisə yerində polis əməkdaşlarını gözləmiş, onlara təslim olaraq cinayətin aləti olan bıçaqları təqdim etmişdir. Məhkəmə, həmin halı, yəni polisə törətdiyi hadisə barədə şəxsin məlumat verib hadisə yerində gözləməsini, hadisə yerini və cinayətin alətlərini təqdim etməsini könüllü gəlib təslim olma kimi qiymətləndirir və həmin halı onun cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. İş materiallarında olan və məhkəmədə araşdırılan Göygöl RİHB-nin Hacıməlik qəsəbəsi üzrə nümayəndəlikdən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həmin qəsəbədə yaşamış və müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Göygöl MKTİB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Göygöl RMX PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-42/2-346/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxananın Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı və ibtidai araşdırma zamanı zərərçəkmiş şəxsə ancaq 2 ədəd, çiyin kürək nahiyyəsindən bıçaqla onu Turanədən ayırmaq və sonuncuya xəsarət yetirməsinin qarşısını almaq üçün xəsarət yetirməsini, həmin xəsarətlərin zərərçəkmişin daxilinə nüfuz etmədiyini, sonradan da zərərçəkmiş şəxsi Turanənin əlindən xilas edib hadisə yerindən-otaqdan çölə çıxarıb maşına mindirib göndərdiyini, tutulmasının və hazırki iş üzrə ittiham olunmasının polis əməkdaşlarının qurması olduğunu, Pərvizin polis əməkdaşları olan qohumlarının istəyi ilə onlara məxsus heyvanların ölməsi və itməsinə görə qərəzli olduqları üçün məsuliyyətə cəlb edildiklərini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünümüdafiə üçün göstərdiyi dəlillərin yoxlanması ilə əlaqədar zərərçəkmiş şəxsə məxsus olan (işlədiyi) fermanın və həmin fermanın ona məxsus olmasını təsdiq edən sənədlərlə bağlı, eləcədə hazırki iş üzrə təqsirləndirilən şəxslərin həmin fermada qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı kifayət qədər əsaslı şübhələrə olduğundan və aparılmış ibtidai istintaq zamanı müstəntiq və prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən buna heç bir münasibət bildirmədiyindən, eyni zamanda iş üzrə ibtidai istintaq aparmış müstəntiq tərəfindən öz səlahiyyət hüdudlarından kənara çıxaraq digər Təqsirləndirilən şəxs1 göstərdiyi Ağstafa rayonun Ceyrançöl ərazisindəki fermada ona qarşı Pərviz Babayev tərəfindən cinsi zorakılıq göstərilməsi faktına dair əsassız və qanunsuz qərar qəbul edilməsi ilə bağlı mövqeyini ayrıca ifadə edəcəkdir. Məhkəmə Təqsirləndirilən şəxs2 müdafiəsinə dəlil olaraq göstərdiyi istintaqın qərəzli aparılması, zərərçəkmiş şəxsin Goranboy deyil, Mingəçevirdə məhkəmə tibbi ekspertizadan keçirilərək guya ağır bədən xəsarəti alması barədə rəy verilməsinin zərərçəkmiş şəxsin polis işləyən qohumlarının məsuliyyətə cəlb edilməsi üçün xüsusi “təşəbbüs” və maraq göstərməsinə dair münasibəti və mövqeyini ifadə etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs2 bütün məhkəmə baxışı və ibtidai araşdırma zamanı ifadələrində Turanə ilə əvvəlcədən zərərçəkmiş şəxs Pərvizə xəsarət yetirilməsi ilə bağlı əvvəlcədən razılaşmadığını, hadisə günü də Turanə masada oturaq vəziyyətdə olan Pərvizə bıçaqla 2 dəfə xəsarət yetirdikdən sonra azyaşlı uşağını götürüb otaqdan çölə çıxdığını, sonradan da Turanənin qışqırığına içəri daxil olub, Pərvizi Turanədən ayrımaq üçün ona yerə düşmüş bıçaqla yüngül xəsarət yetirdiyini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları, cinayət işi üzrə məhkəmədə dindirilmiş şahid ifadələrindən və digər təqsirləndirilən şəxsin ifadəsindən maddi sübutların məhkəmə tibbi ekspertiza tədqiqatının nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etməsi istisna edilməklə, özünümdafiə üçün gətirdiyi digər dəlilləri cinayət işi üzrə məhkəmədə tədqiq edilmiş digər mötəbər sübutlarla təkzib edildiyi üçün sübut kimi qiymətləndirilməmişdir. Belə ki iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Pərviz Babayev həm ibtidai araşdırma, həm də məhkəmə baxışında ona əsas bədən xəsarətlərinin Turanənin deyil, məhz Talehin yetirdiyini, Turanə ilk bıçaq zərbəsini ona çiyin nahiyyəsindən vursa da, zərbələrin ona xəsarət yetirmədiyini, hadisə vaxtı Turanənin əlindən bıçağı alıb yerə atdığını, digər xəsarət yetirməsinin qarşısını almaq üçün Turanə ilə süpürləşəndə Talehin Turanənin kömək çağırışına qapını qırıb içəri girdiyini və ona bıçaqla xəsarətlər yetirdiyini göstərmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 da həm ibtidai araşdırma zamanı verdiyi ifadələrində, həm də Təqsirləndirilən şəxs2la videoçəkilişlə keçirilmiş və məhkəmədə tədqiq edilmiş üzləşmə istintaq hərəkəti zamanı Talehin hadisədən əvvəl və hadisə vaxtı davranışları ilə bağlı kifayət qədər aydın ifadə vermiş, Talehin onun zərərçəkmiş şəxsə xəsarət yetirmək istəyi ilə bağlı əvvəlcədən məlumatlı olduğunu, hadisə vaxtı da Pərviz əlindən bıçağı aldıqdan sonra onunla süpürləşəndə çağırışına otağa daxil olub zərərçəkmiş şəxsə bıçaqla xəsarətlər yetirdiyini və Pərviz Babayevi çıxarıb çölə atdığını göstərmişdır. İş üzrə məhkəmədə şahid qismində dindirilmiş İqrar Əliyev də hadisə vaxtı Turanə Pərvizə bıçaqla zərbə vurarkən Talehin kifayət qədər soyuqqanlı, “sanki gözləyirmiş kimi” davrandığını, azyaşlı uşağını götürüb çölə çıxdıqdan sonra isə Turanənin qışqırığına qapını qıraraq içəri daxil olduğunu və daxil olarkən də əlində bıçaq olduğunu və Pərvizə həmin bıçaqla xəsarətlər yetirdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə tibbi kriminalistik ekspertiza rəylərindən görünür ki, zərərçəkmişin bədən səthi və əynində olan bıçaq xəsarətləri 2 və daha artıq kəsici-deşici alətlərlə yetirilmiş, hadisədən sonra 3-cü bıçaq əyilib yararsız hala düşdüyündən onunla bağlı tədqiqat aparılmasının mümkün olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs2 verdiyi ifadələrində Turanənin əlində 2 bıçaq olmasını, xəsarətləri də məhz Turanənin həmin bıçaqlarla yetirməsini, özünün isə zərərçəkmişə hər hansı xəsarət yetirmədiyini (yaxud çiynindən xəsarət yetirdiyini) göstərsə də, məhkəmə qeyd edir ki, əyildiyi üçün tədqiq edilə bilməyən 3-cü kəsici deşici alət (bıçağın) Təqsirləndirilən şəxs2 əlində olması hadisədə iştirak etmiş şahid, digər təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri ilə təsdiq olunmuşdur və qeyd edilən bıçağın əyilməsi də məhz onu istifadə (tətbiq edən) şəxsin əsaslı fiziki gücə malik olmasını və burulan zərbənin təsirindən zədələdiyi (xəsarət yetirdiyi) obyektlə təmasdan sonra deformasiya olmasını sübut edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəlcədən razılıq olmadığı halda zərərçəkmişin daxilinə nüfuz edən həyat üçün təhlükəli olan ağır bədən xəsarətlərinin təqsirləndirilən şəxslərdən hər hansı biri tərəfindən yetirilməsi halında belə işin faktiki halları və tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 əməli bir qrup şəxs tərəfindən yəni iştirakçılıqla ( birgə icraçılıqla) törədilmiş cinayət kimi qiymətləndirilir. İş materialları ilə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs Pərviz Babayevə cəzalandırmaq məqsədilə ağır xəsarət yetirmək istəyinin olması, bunun açıqca ifadə edilməsi (hadisəyə qədər və hadisə vaxtı,) davranışları (zərərçəkmiş şəxsə və şahidə otaqdan çıxmağa imkan verməməsi) ilk bıçaq xəsarətləri yetirildikdən sonra təkrar zərbə vurmaq üçün münasib fürsət və imkan gözləməsi, lakin baş qarışmasından istifadə edən zərərçəkmiş şəxsin ona həmlə edərək bıçağı əlindən almağa cəhd göstərməsi, süpürləşməsi müəyyən olunur. İşin faktiki hallarından və Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadəsindən o da müəyyən olunur ki, Taleh azyaşlı uşağını çölə çıxartdıqdan sonra məhz çöldən Turanənin ona xəsarət yetirməsinin səbəblərini soruşmuş, dəqiqləşmə aparmış, sonradan isə qeyrirəsmi arvadı olan Turanənin qışqırıq səsini eşidib ona kömək məqsədilə içəri daxil olmuş, Pərvizin Turanə ilə süpürləşməsini görüb ona bıçaqla xəsarət yetirmişdir. Cinayət hüquq nəzəriyyəsinə əsasən hər bir şəxsin təqsiri onun törətdiyi cinayət əməlinə psixi münasibətinə görə müəyyən olunur ( qəsd yaxud ehtiyatsızlıq) Təqsirləndirilən şəxs2 özünümüdafiə üçün gətirdiyi dəlillərin əksinə olaraq məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, onun Turanənin qışqırıq səsini eşitdikdən sonrakı hərəkətləri (içəriyə daxil olub Turanə ilə Pərvizin əlbəyaxa olmasını görüb onları ayırmaq üçün digər vasitə və imkanlara malik olsa da (əl-ayaq zərbələri, itələmək, stol-stul digər əşya ilə ayırmaq imkanına malik olmasına baxmayaraq) məhz özündə olan kəsicideşici alətlə (deməsinə görə Turanənin əlindən yerə düşmüş bıçaqla) məhz digər təqsirləndirilən şəxslə münaqişə edən və artıq müqavimət göstərmək imkanı aradan qalxmış zərərçəkmiş şəxsə daha az zərərlə nəticələnə biləcək yuxarı və aşağı ətraflara (əl-ayaqlarına) deyil, həyat üçün vacib əhəmiyyətli orqanların yerləşdiyi sinə və qarın boşluğuna qəsdən bir neçə dəfə bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında verdiyi ifadələrdən görünür ki, zərərçəkmiş şəxsin qohumları olan dayıları və əmisi Mingəçevir şəhəri deyil, Gəncə şəhəri və ətraf rayonlarda işlədiyindən zərərçəkmiş şəxsin bədən xəsrətlərinə dair məhkəmə tibbi ekspertiza rəyinin alınması üçün onun Goranboy rayonu deyil, məhz Mingəçevir şəhərində keçirilməsi iş üzrə sübut olan həmin ekspert rəyinin əsassızlığı kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, həmin ekspertiza rəyi ibtidai araşdırma dövründə ümumiyyətlə mübahisələndirilməmiş, həm zərərçəkmiş şəxs barəsində məhkəmə tibbi eskspertiza təyin edilməsi barədə qərar, həm də məhkəmə tibbi ekspertiza rəyi müdafiə tərəfinə təqdim və elan edildikdən sonra bununla bağlı təqsirləndirilən şəxsin narazılıq və vəsatəti olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs Pərviz Babayev ona ağır bədən xəsarətlərini məhz Təqsirləndirilən şəxs2 yetirməsini iddia etsə də, baş vermiş hadisə zamanı ona ilkin yetirilmiş xəsarətlər istisna olmaqla, digər bədən xəsarətlərini (xüsusilə Təqsirləndirilən şəxs2 münaqişəyə qoşulduqdan sonra) kim tərəfindən yetirilməsini və ardıcıllığını bilməsi inandırıcı deyil. Zərərçəkmiş şəxs Pərviz Babayevin məhkəmə baxışında digər təqsirləndirilən şəxsə münasibətdə Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirmək məzmununda çıxış etməsini isə məhkəmə onun sonuncu ilə aralarında mövcud olmuş yaxın münasibət və sonuncunun azyaşlı övladları olması ilə əlaqədar yaranmış mərhəmət hissi ilə əlaqələndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsinə uyğundur, onların əməllərində həmin cinayətin tərkib əlamətləri var və həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə baxışı zamanı qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaq olsa da, hazırki iş üzrə cinayətin törədilməsində faktiki iştirakı və dərəcəsi nəzərə alınarsa (ilkin bıçaq xəsarətlərinin onun tərəfindən yetirilməsi, xəsarət yetirdikdən sonra zərərçəkmişin çölə çıxmasına mane olması) onun zərərçəkmiş şəxslə əvvəllər arasında olan (iddia edilən cinsi zorakılıqdan sonra) yaranan yaxın münasibət və sonradan aldadılması ancaq iddia edilən dövrdən xeyli müddət keçdikdən (təxminən 6 ay) sonra xəsarət yetirilməsi hadisənin zərərçəkmiş şəxs tərəfindən yol verilmiş qanunsuz və əxlaqsız hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan və fiziki affekt vəziyyətində törədilməsini inkar edir. Hazırki iş üzrə törədilmiş əməlin ictimai təhlükəliliyi (xüsusilə əməlin iştirakçılıqla törədilməsi) xarakteri (ağır cinayət olması) Təqsirləndirilən şəxs1 qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulandan da yüngül həddə, yaxud başqa növ cəza təyinini istisna etdiyindən, O Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzalanmalıdır. Cinayət hadisəsi törədildikdən sonrakı davranışı, ailə vəziyyəti - himayəsində 2 azyaşlı uşağı olması təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini qanuni və ədalətli hesab etsə də, bu, təqsirləndirilən şəxsin davranışı ilə islah olacağı təqdirdə vaxtından əvvəl azad edilməsini, barəsində amnistiya tətbiqini və əfv olunmasını istisna etmir. Digər Təqsirləndirilən şəxs2 isə hazırki iş üzrə cinayət əməlindən yayınmaq üçün kifayət qədər imkana (işin hallarından görünür ki, o çölə çıxmağa macal tapmış,) malik olsa da, öz deməsinə görə Turanənin qışqırıq səsinə onu müdafiə etmək və aralamaq üçün (məhkəmənin mülahizəsinə görə içəri daxil olduqda arvadının zərəçəkmişlə süpürləşməsini, zərərçəkmiş şəxsin Turanənin müqavimətini qırıb onun zərərsizləşdirdiyini görüb kömək etmək və yaxınlıq münasibətinə görə qisas almaq üçün Pərviz Babayevə bıçaqla zərbələr vuraraq) və digər icraçı Turanə ilə birlikdə qeyd edilən cinayət əməlini törətmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ......ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməklə məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin resdivi təhlükəli sayılır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən....cinayətlərin təhlükəli residivi Taleh Hüseynov hazırki iş üzrə onun cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 65-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün isə üçdə ikisindən az ola bilməz. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Göygöl rayon Polis şöbəsində saxlanılan zərərçəkmiş şəxsə məxsus 1 ədəd sviter, 3 ədəd bıçaq məhv edilməli, üzləşmə istintaq hərəkətinin olduğu DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. İş üzrə məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Göygöl rayon məhkəməsinin 1(066)-95/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki ) il, 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq üzərində 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli əvvəlki hökm üzrə “həbs” də saxlanıldığı və azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddət nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan sübut qismində tanınaraq Göygöl rayon Polis şöbəsində saxlanılan zərərçəkmiş şəxs Pərviz Babayevə məxsus 1(bir) ədəd sviter özünə qaytarılsın, 3 (üç) ədəd bıçaq məhv edilsin, 1 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan edildiyi (hökmün surəti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilidyi vaxtdan) 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-241/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-241/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver