Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-241/2025 04.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri - Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi4, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Heydər Əliyev prospekti 475-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi, bina 6, mənzil 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(088)- 30/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 06 ilə endirilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Samux rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Mahrasa bağı, bina 5, mənzil 70-də yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx.xx.2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 124-də qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 15 dekabr 2023-cü il tarixdə saat 00:30 radələrində ictimai yer hesab olunan Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge” çay evinin 1-ci mərtəbəsinin dəhlizində aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə insanlar arasında bərqərar olunmuş birgəyaşayış qaydalarına laqeyd münasibət göstərib insanların dincliyini və istirahətini pozmuş, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə müşayiət olunan hərəkətlər edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə yüksək səslə mübahisə etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi təyinatı istintaqla müəyyən edilməyən bıçağı silah qismində tətbiq edərək həmin bıçaqla Zərərçəkmiş şəxs2 qəsdən bir dəfə sol bud nahiyəsindən zərbə vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol bud nahiyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək qərəzli xuliqanlıq etmiş, daha sonra Zərərçəkmiş şəxs1 üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçağı əlinə götürüb silah qismində tətbiq edərək Təqsirləndirilən şəxs2 üzərinə gedərək nümayiş etdirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 otaqdan götürdüyü pivə bakalını silah qismində tətbiq edərək heç bir əsaslı səbəb olmadan onun qəsdən bir dəfə baş nahiyəsindən zərbə vuraraq zor tətbiq edib qərəzli xuliqanlıq etmiş, daha sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib birlikdə ona əl zərbələri ilə qəsdən vuraraq zor tətbiq etmiş, Təqsirləndirilən şəxs3 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan pivə bakalını silah qismində tətbiq edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 qəsdən baş nahiyəsindən bir dəfə vurub sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ təpə-ənsə nahiyəsinin yarası xəsarətini yetirmiş, bundan sonra o, yumruq zərbələri ilə Zərərçəkmiş şəxs1 qəsdən vuraraq zor tətbiq etdiyi zaman Zərərçəkmiş şəxs1 qərəzli xuliqanlıq hərəkətlərinə davam edərək əlində olan bıçağı silah qismində tətbiq edib ona bir neçə dəfə qəsdən zərbələr vuraraq sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol körpücük, sol bazu, sol said nahiyələrinin kəsilmişdeşilmiş yaraları xəsarətlərini yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 qərəzli xuliqanlıq hərəkətlərinə davam edərək əlində olan pivə bakalını silah qismində tətbiq edib onun qəsdən baş nahiyəsindən bir dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol təpə nahiyəsinin yarası xəsarətini yetirmiş, eyni zamanda Zərərçəkmiş şəxs3 təpiklə ona qəsdən bir dəfə zərbə vurub zor tətbiq etməklə qərəzli xuliqanlıq etmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 qərəzli xuliqanlıq hərəkətlərinə davam edib əlində olan bıçağı silah qismində tətbiq edərək bir neçə dəfə Zərərçəkmiş şəxs1 qəsdən zərbələr vursa da xəsarət yetirə bilməmiş, daha sonra o, qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçağı şalvarının bel hissəsindən çıxarıb həmin bıçağı silah qismində tətbiq edərək Zərərçəkmiş şəxs3 qəsdən bir dəfə döş qəfəsindən zərbə vurub sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sol yan səthinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmiş, bundan sonra o, qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib aralarında yaranmış mübahisə zamanı əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs2 qəsdən bir dəfə döş qəfəsindən zərbə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs3 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib dəhlizin döşəməsində olan bıçağı götürərək silah qismində tətbiq edib Təqsirləndirilən şəxs2 üzərinə gedərək nümayiş etdirdiyi zaman o, qəsdən əl zərbəsi ilə Zərərçəkmiş şəxs3 bir dəfə baş nahiyəsindən vurub zor tətbiq etməklə bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib qərəzli xuliqanlıq etmiş və qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 15 dekabr 2023-cü il tarixdə saat 00:30 radələrində ictimai yer olan Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge” çay evinin 1-ci mərtəbəsinin dəhlizində aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına laqeyd münasibət göstərib insanların dincliyini və istirahətini pozmuş, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə müşayiət olunan hərəkətlər edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə yüksək səslə mübahisə etmişlər, həmin vaxt o, heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində tətbiq edərək həmin bıçaqla Zərərçəkmiş şəxs2 qəsdən bir dəfə sol bud nahiyəsindən zərbə vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol bud nahiyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək qərəzli xuliqanlıq etmiş, daha sonra Zərərçəkmiş şəxs1 üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçağı əlinə götürərək silah qismində tətbiq edib onun üzərinə gedərək nümayiş etdirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 otaqdan götürdüyü pivə bakalını silah qismində tətbiq edərək heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 qəsdən bir dəfə baş nahiyəsindən zərbə vuraraq zor tətbiq edərək qərəzli xuliqanlıq etmiş, daha sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib birlikdə Təqsirləndirilən şəxs1 əl zərbələri ilə qəsdən vuraraq zor tətbiq etmiş, Təqsirləndirilən şəxs3 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan pivə bakalını silah qismində tətbiq edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 qəsdən baş nahiyəsindən bir dəfə vurub sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ təpə-ənsə nahiyəsinin yarası xəsarətini yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 yumruq zərbələri ilə Zərərçəkmiş şəxs1 qəsdən vuraraq zor tətbiq etdiyi zaman Zərərçəkmiş şəxs1 qərəzli xuliqanlıq hərəkətlərinə davam edərək əlində olan bıçağı silah qismində tətbiq edərək Təqsirləndirilən şəxs1 bir neçə dəfə qəsdən zərbələr vurub sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol körpücük, sol bazu, sol said nahiyələrinin kəsilmiş-deşilmiş yaraları xəsarətlərini yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 qərəzli xuliqanlıq hərəkətlərinə davam edərək əlində olan pivə bakalını silah qismində tətbiq edərək Təqsirləndirilən şəxs1 qəsdən baş nahiyəsindən bir dəfə vurub sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol təpə nahiyəsinin yarası xəsarətini yetirmiş, eyni zamanda Zərərçəkmiş şəxs3 təpiklə Təqsirləndirilən şəxs1 qəsdən bir dəfə zərbə vuraraq zor tətbiq etməklə qərəzli xuliqanlıq etmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərinə davam edib əlində olan bıçağı silah qismində tətbiq edərək bir neçə dəfə Zərərçəkmiş şəxs1 qəsdən zərbələr vursa da xəsarət yetirə bilməmiş, daha sonra Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçağı şalvarının bel hissəsindən çıxararaq həmin bıçağı silah qismində tətbiq edib Zərərçəkmiş şəxs3 qəsdən bir dəfə döş qəfəsindən zərbə vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sol yan səthinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib aralarında yaranmış mübahisə zamanı əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs2 qəsdən bir dəfə döş qəfəsindən zərbə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs3 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib dəhlizin döşəməsində olan bıçağı götürüb silah qismində tətbiq edərək onun üzərinə gedib nümayiş etdirdiyi zaman Təqsirləndirilən şəxs1 qəsdən əl zərbəsi ilə Zərərçəkmiş şəxs3 bir dəfə baş nahiyəsindən vurub zor tətbiq etməklə bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 15 dekabr 2023-cü il tarixdə saat 00:30 radələrində ictimai yer olan Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge” çay evinin 1-ci mərtəbəsinin dəhlizində aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına laqeyd münasibət göstərib insanların dincliyini və istirahətini pozmuş, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə müşayiət olunan hərəkətlər edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə yüksək səslə mübahisə etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində tətbiq edərək həmin bıçaqla Zərərçəkmiş şəxs2 qəsdən bir dəfə sol bud nahiyəsindən zərbə vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol bud nahiyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək qərəzli xuliqanlıq etmiş, daha sonra Zərərçəkmiş şəxs1 üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçağı əlinə götürərək silah qismində tətbiq edib Təqsirləndirilən şəxs2 üzərinə gedərək nümayiş etdirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 otaqdan götürdüyü pivə bakalını silah qismində tətbiq edərək heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 qəsdən bir dəfə baş nahiyəsindən zərbə vuraraq zor tətbiq edib qərəzli xuliqanlıq etmiş, daha sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib birlikdə Təqsirləndirilən şəxs1 əl zərbələri ilə qəsdən vuraraq zor tətbiq etmiş, o, qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan pivə bakalını silah qismində tətbiq edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 qəsdən baş nahiyəsindən bir dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ təpə-ənsə nahiyəsinin yarası xəsarətini yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 yumruq zərbələri ilə Zərərçəkmiş şəxs1 qəsdən vuraraq zor tətbiq etdiyi zaman Zərərçəkmiş şəxs1 qərəzli xuliqanlıq hərəkətlərinə davam edərək əlində olan bıçağı silah qismində tətbiq edib Təqsirləndirilən şəxs1 bir neçə dəfə qəsdən zərbələr vuraraq sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol körpücük, sol bazu, sol said nahiyələrinin kəsilmiş-deşilmiş yaraları xəsarətlərini yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 qərəzli xuliqanlıq hərəkətlərinə davam edərək əlində olan pivə bakalını silah qismində tətbiq edərək Təqsirləndirilən şəxs1 qəsdən baş nahiyəsindən bir dəfə vurub sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol təpə nahiyəsinin yarası xəsarətini yetirmiş, eyni zamanda Zərərçəkmiş şəxs3 təpiklə Təqsirləndirilən şəxs1 qəsdən bir dəfə zərbə vuraraq zor tətbiq etməklə qərəzli xuliqanlıq etmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 qərəzli xuliqanlıq hərəkətlərinə davam edib əlində olan bıçağı silah qismində tətbiq edərək bir neçə dəfə Zərərçəkmiş şəxs1 qəsdən zərbələr vursa da xəsarət yetirə bilməmiş, daha sonra Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçağı şalvarının bel hissəsindən çıxaraq həmin bıçağı silah qismində tətbiq edərək Zərərçəkmiş şəxs3 qəsdən bir dəfə döş qəfəsindən zərbə vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sol yan səthinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib aralarında yaranmış mübahisə zamanı əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs2 qəsdən bir dəfə döş qəfəsindən zərbə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs3 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib dəhlizin döşəməsində olan bıçağı götürərək silah qismində tətbiq edərək Təqsirləndirilən şəxs2 üzərinə gedib nümayiş etdirdiyi zaman Təqsirləndirilən şəxs1 qəsdən əl zərbəsi ilə Zərərçəkmiş şəxs3 bir dəfə baş nahiyəsindən vurub zor tətbiq etməklə bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü o, Bakı şəhərindən gələn qonağı ilə yemək-yemək üçün “Lələ lounge” lounge adlanan çay evinə gəlmişdir. Təqsirləndirilən şəxs2 də onunla birlikdə olmuşdur. Orada əyləşdikdən bir qədər sonra Təqsirləndirilən şəxs3 da oraya gəlmişdir. Masada əyləşən şəxslərdən bəziləri spirtli içki içmişdir. Bir müddət sonra o, Tunarın masadan qalxıb bir xanımın arxasınca getdiyini görmüşdür. Tunar qayıtdıqdan sonra o, sonuncudan nə üçün həmin xanımın arxasınca getdiyini soruşmuş, Tunar isə həmin xanımı İlahə adlı qıza bənzətdiyi üçün dalınca getdiyini və heç bir problem olmadığını deyib yanlarında əyləşmişdir. Təxminən 20 dəqiqə sonra o, həmin xanımın əsəbi halda masalara baxaraq kimisə axtardığını görmüş və sonuncuya axtardığı şəxsin onların oturduğu masada olmadığını demişdir. Həmin xanım da heç nə demədən getmişdir. Xanım getdikdən sonra Tunar qəribə reaksiya verərək sonuncunun onu niyə axtardığını öyrənmək üçün getmək istəmişdir. O isə Tunara ehtiyac olmadığını və problem yaranacağını demiş, lakin sonuncu ona məhəl qoymayıb masadan qalxmışdır. Tunar getdikdən sonra o, Əli ilə masada əyləşməyə davam etmişdir. Bundan sonra o, həmin xanımın Tunara “gəl mənimlə gedək görək dediyini deyə biləcəksənmi” dediyini eşitmişdir. O, sonunculara tərəf baxanda Tunar ilə xanımın hündürboylu bir oğlanın yanına getdiklərini görmüşdür. Bundan sonra Əli Tunarın yanına getməyi təklif etmiş, lakin o, ehtiyac olmadığını, Tunarın heç nədən problem yaratdığını deyib razılaşmamış və məsələnin onlara aidiyyəti olmadığını demişdir. Ancaq qısa vaxt sonra o, narahat olub Tunargilin arxasınca aşağıya düşmüşdür. Onlar aşağı mərtəbəyə düşəndə Tunar, Zərərçəkmiş şəxs1 və digər şəxslər əyləşdikləri kabinetdə olmuşlar. O, aşağıya düşənə qədər Tunarı tanıyanlar da oraya gəlmişdir. O, kabinetə daxil olmuş və həmin şəxslərin Tunarla mübahisə etdiklərini görmüşdür. Mübahisə zamanı Orxangil Tunara “nə deyibsən ə” demiş, Tunarın isə “heç nə deməmişəm” demişdir. Həmin vaxt qızlar da kabinetdə olmuşdur. O, mübahisəni sakitləşdirmək üçün hamının içkili olduğunu, qızların qarşısında bu formada mübahisə etməyə ehtiyac olmadığını və etdiklərinin yanlış olduğunu demişdir. Bu zaman Orxangil Tunarla kabinetdə tək qalmaq üçün onu itələyərək oradan çıxarmışlar. Hadisənin təsirindən o, dəhlizdə donub qalmış və bir anda heç nədən bıçaq atdıqlarını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs3 obyektdən çıxıb getmək üçün arxa qapıya tərəf getmişdir. Zərərçəkmiş şəxs1 bıçaq çıxarıb onun dostlarının arxasınca getmək istəmişdir. O, Orxana mane olaraq səbirli olmasını və bunlara ehtiyac olmadığını demişdir. Bundan sonra hər kəs dəhlizə toplaşmış və həmin an onun gicgah nahiyəsində bakal vurub sındırmışlar. O, özünü toplayıb yıxılmamış və Zərərçəkmiş şəxs1 əlindəki bıçağı almaq üçün sonuncunun üzərinə getmişdir. O, uşaqlıqdan idmanda aldığı xəsarətlərlə bağlı psixi xəstəlikdən əziyyət çəkmişdir. Məhz buna görə də idmanı buraxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs3 davanı dayandırmaq məqsədilə hansısa kabinetdən şüşə bakal götürərək dəhlizin divarına vurmuşdur. O isə üç nəfərə qarşı özünü müdafiə etmək məqsədilə bıçaq çıxardıb sonuncular tərəfə getmişdir. Onun evində xəstə anası olduğu üçün sonuncunu fikirləşib dava etmək istəməmiş, sadəcə mübahisəni sakitləşdirməyə çalışmışdır. Hazırkı vaxtda qorxduğu başına gəlmiş və anası vəfat etmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, başından aldığı bakal zərbəsindən sonra baş verənləri xatırlamasa da, kamera görüntülərinə baxdıqdan sonra hər şeyi xatırlamışdır. Mübahisə zamanı istifadə etdiyi bıçaq əvvəlcədən üzərində olmamış, o, həmin vaxt kiminsə üzərindən düşən bıçağı götürüb heç kimə xəsarət yetirilməməsi üçün belinə qoymuşdur. Xəsarət aldıqdan sonra özündə olmadığı üçün mübahisə zamanı Zərərçəkmiş şəxs3 döş qəfəsinə yüngül xəsarət yetirdiyini xatırlamamış, kamera görüntülərinə baxdıqdan sonra görmüş ki, Zərərçəkmiş şəxs2 bıçaq atmış, lakin bıçağın dəyməsini və sonuncunun ağır xəsarət almasını da bilməmişdir. O, Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən bir anda “gicgah” nahiyəsində şüşə bakal partlamış, bundan sonra o, hamının qorxub qaçdığını görmüşdür. Zərərçəkmiş şəxs1 bıçağı ata-ata arxa tərəfə getmiş, o isə sonuncunu dayandırmaq üçün üzərinə getmişdir. Hadisə zamanı çiyin, boğaz və digər nahiyələrindən bıçaq xəsarəti almışdır. Törətdiyi əməldən də peşman olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Kamal və digər dostları ilə birlikdə “Lələ lounge” çay evində əyləşmişdir. Bir qədər sonra sanitar qovşağına getmək üçün masadan qalxmışdır. Yuxarı mərtəbəyə qalxanda oradakı xanıma səhvən “Ay İlahə” deyə səslənmişdir. Həmin xanım isə “səhv salmısız” deyib yoluna davam etmişdir. Təxminən 40 dəqiqə sonra tanımadığı bir neçə şəxs onların oturduğu masaya gələrək onu çölə çağırmışdır. O da sonuncularla birlikdə aşağı mərtəbəyə düşmüşdür. Onun arxasınca da Kamal və digərləri gəlmişdir. Həmin vaxt o, içkili olduğu üçün onu çağıranlarla mübahisə etmişdir. Mübahisə zamanı Kamal onları ayırmağa çalışmışdır. Bu zaman digər şəxslər mübahisəni sonlandırmaq məqsədilə onu yuxarı mərtəbəyə aparmışlar. Aşağı mərtəbədən bakal qırılması səsi eşitmiş və nə baş verdiyini anlamaq üçün aşağı mərtəbəyə düşmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, sanitar qovşaqdan istifadə etmək üçün yuxarı mərtəbəyə qalxan zaman Şahid1 ondan irəlidə hərəkət etmişdir. O, sonuncuya sadəcə başqa qızın adı ilə səslənmiş, bundan əlavə bir söz deməmişdir. Kamal və digər dostları ilə birlikdə əyləşdiyi vaxt Şahid1 onu çağırmaq üçün masaya yaxınlaşmış, həmin vaxtı Xəyalə və digərləri aşağı mərtəbədəki kabinetdə əyləşmişdir. Şahid1 onların masasına yaxınlaşan zaman Kamal elə bil ki, nə isə hiss edərək “sən axtardığın adam burada deyil” demişdir. Ancaq Şahid1 ona yaxınlaşaraq “bir dəqiqə olar səni?” deyə soruşmuş, o da etiraz etməyib masadan qalxmış və sonuncu ilə birlikdə pilləkənin yanına getmişdir. Pilləkənin başında Zərərçəkmiş şəxs1 onu gözləmişdir. O, Zərərçəkmiş şəxs1 və digər şəxslərin yanına tək getmiş, lakin dostları narahat olub qısa müddət sonra ardınca gəlmişlər. Çay evinin aşağı mərtəbəsində kabinetlər, yuxarı mərtəbəsi isə ümumi zal olmuşdur. O, səhvən başqa qızın adı ilə Şahid1 səsləndikdən sonra sonuncu Orxangilə guya ki onun özünə yaxınlaşmaq istədiyini, oğlanla birlikdə olduğunu dedikdən sonra da onun qıza “kim olur olsun” sözlərini dediyini bildirmişdir. Ancaq o, qətiyyən elə ifadə işlətməmişdir. Hadisə zamanı o, sadəcə Rufan Teymurazovun ayaq nahiyəsinə bıçaq atmış, buna baxmayaraq, Təqsirləndirilən şəxs1 davanı sonlandırmağa, mübahisəni ayırmağa və onları sakitləşdirməyə çalışmışdır. Təhlükəsizlik kamerasından məlum olmuş ki, onun Rufan Teymurazovun ayağına atdığı bıçaq sonuncuya tam xəsarət yetirməmişdir. O, Rufan Teymurazova sadəcə bir bıçaq zərbəsi vurmuş, sonuncunun sinə nahiyəsində olan xəsarət barədə məlumatı olmamışdır. Orxangilin onu çağırdıqları kabinetdə mübahisə düşmüş və onlar itələşib dəhlizə çıxmışlar. O, dəhlizdə olan vaxt bıçaq çıxarmış və Rufan Teymurazovun ayaq nahiyəsinə atmışdır. İçkili olduğu üçün və qarşı tərəfin ona nalayiq sözlər işlədib yumruq atmasından qəzəblənib bıçaq çıxarmışdır. Təqsirləndirilən şəxs1 başına bakal zərbəsinin dəymə anını görməmiş, çünki həmin vaxt dostları mübahisəni bitirmək üçün onu yuxarı mərtəbəyə qaldırmışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs2 həmçinin bildirmişdir ki, hadisədən sonra Orxangillə danışan zaman sonuncular guya onun Xəyaləyə “yanınızda kim olur olsun fərqi yoxdur” sözünü dediyini demiş, ancaq o, elə bir şey deməmişdir. İşə əlavə edilmiş görüntülər kəsilmiş, çünki onlar heç kimin kabinetinə birbaşa gedərək “bizi siz çağırmısınız?” deməmiş, onlar həmin şəxslərə ayrı mərtəbələrdə əyləşmişlər. Onları sonradan gəlib kabinetdən çağırmışlar. Xanımlar onların dava etdiyi şəxslərlə əyləşmişlər. O, xanımlar əyləşən kabinetə daxil olanda orada oğlan olmamış, çünki oğlanlardan biri Xəyalə ilə birlikdə yuxarıya qalxıb onu masadan çağırmışdır. Daha sonra Xəyalə onlardan əvvəl özlərinin əyləşdikləri otağa düşmüşdür. Onlar otağa daxil olarkən artıq Xəyalə otaqda olmuşdur. Kamera görüntüləri 2 dəqiqə əvvəldən təqdim edilsə idi hər şey aydın məlum olardı. Hadisə vaxtı Xəyalə ilə birlikdə oğlanlar da olmuş, o, masadan oğlanlarla danışmaq üçün qalxmışdır. O, Xəyaləni İlahə ilə səhv saldıqdan bir müddət sonra mübahisənin qarşı tərəfində olan oğlanlar onların yuxarıda əyləşdiyi zala gəlmişlər. Bundan sonra o, sonuncularla söhbət etmək üçün aşağıya düşmüş və həmin şəxslərlə birlikdə xanımların əyləşdiyi otağa daxil olmuşdur. Orada həmin şəxslər Xəyaləyə onun söz atıb-atmadığını soruşmuş, bundan sonra otaqda tutaşmağa başlamışdır. Çay evinin zalında Xəyalə yaxınlaşıb söz atanın kim olduğunu soruşduqdan sonra Orxangil onlara yaxınlaşmışdır. Orxan onunla söhbət etmək üçün yaxınlaşan zaman sonuncu Xəyalə ilə birlikdə olduğu təəssüratını yaratmışdır. Çünki masadan qalxıb pilləkənə yaxınlaşdıqda o, Orxanın orada olmasını görmüşdür. Bundan sonra onlar Orxanla söhbət edə-edə aşağı düşmüş və birlikdə xanımlar əyləşən kabinetə daxil olmuşlar. Həmin vaxt kabinetdə xanımlar olmuş, çünki Xəyalə onlardan qabaq oraya qayıtmışdır. Xatırladığı qədəri ilə kabinetdə xanımlardan başqa Rufan və Orxan da olmuşdur. O, Sahili sonradan görmüşdür. O, özünü təqsirli bilmiş və əməlindən peşman olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü o, “Lələ lounge” lounge adlı çay evinə getmişdir. O, çay evinin ümumi zal olan hissəsinə gələndə Təqsirləndirilən şəxs1 masada tək əyləşmişdir. Təqsirləndirilən şəxs1 ilə görüşdükdən təxminən beş dəqiqə sonra Təqsirləndirilən şəxs2 də onlara qoşulmuşdur. Həmin vaxt Tunar sanitar qovşağından gəlmişdir. Tunar sanitar qovşağa gedərkən kimisə İlahə adlı xanıma bənzətdiyini demişdir. Onlar əyləşdikdən bir qədər sonra tanımadığı xanım onların masasına yaxınlaşmışdır. Onun arxası həmin xanıma tərəf olmuşdur. Təqsirləndirilən şəxs1 onun qarşısında, Təqsirləndirilən şəxs2 isə yan tərəfində əyləşmişlər. Kamal həmin xanıma “axtardığın adam burda yoxdur” demişdir. Sonuncu da heç nə demədən getmişdir. Təxminən beş dəqiqə sonra həmin xanım onların masasına yaxınlaşıb Tunara “sən dur bura gəl” demişdir. Tunar masadan qalxmaq istəyəndə Kamal sonuncuya getməməsini demişdir. X7 məhəl qoymamışdır. Bundan sonra Tunar tanımadığı xanımla birlikdə aşağı mərtəbəyə düşmüşdür. Bir qədər sonra o, narahat olub Kamal ilə birlikdə Tunarın arxasınca aşağı mərtəbədəki kabinetə getmişlər. Kabinetdə Zərərçəkmiş şəxs1 və digər şəxslərlə salamlaşmışlar. Bir qədər sonra mübahisə düşmüş və oradakılar Kamalı itələyərək kabinetdən çıxarmışlar. Ardınca Tunarı da itələyərək kabinetdən çıxarmışlar. Bu vaxt o, kənara çəkilmiş və toplaşan adamlar da aralanıb kənara getmişlər. O, mübahisənin başa çatdığını düşünüb əyləşdiyi masaya qayıtmaq üçün obyektin arxa qapısına tərəf getmişdir. Çölə çıxmaq istəsə də qapı bağlı olmuşdur. O, geriyə qayıdanda Kamalın səsini eşitmiş, həmin vaxt Kamal kiminsə qarşısında dayanıb mübahisəni sakitləşdirməyə çalışmışdır. Kamalın yanına çatan vaxt sonuncunun başına şüşə bakal vurmuşlar. O, tanımadığı şəxslərin kabinetinə daxil olub iki ədəd şüşə bakal götürmüş və dəhlizə çıxmışdır. Mübahisəni bitirmək üçün şüşə bakalın birini divara vurmuşdur. Həmin vaxt Kamal yaralı vəziyyətdə arxaya tərəf getmişdir. Digər bakalı isə o, sonradan polis şöbəsində deyilənə görə üzərinə gələn zaman Zərərçəkmiş şəxs1 başına vurub xəsarət yetirmişdir. Bundan sonra Kamalın yaralı vəziyyətdə obyektdən çıxmaq məqsədilə arxa qapıya tərəf getdiyini görmüşdür. O, Kamala həmin qapının bağlı olduğunu demiş və onlar birlikdə qabaq qapıdan çıxıb getmişlər. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, birinci şüşə bakalını divara vurub sındırmış, digər bakalı da divara vurmaq istəmiş, lakin müstəntiqin deməsinə görə ikinci bakal Zərərçəkmiş şəxs1 baş nahiyəsinə dəymişdir. O, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə üzləşdirilənə qədər bakalın sonuncuya dəyməsini bilməmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs1 sadəcə mübahisəni ayırmağa çalışmışdır. Hadisə zamanı o, Təqsirləndirilən şəxs1 əlində bıçaq görməmiş, onun da üzərində bıçaq olmamışdır. Orxangilin kabinetində içki olduğu üçün o, kabinetə daxil olmamış, dəhlizdən gördüyü qədəri ilə onlar içəridə bir-birlərini qıcıqlandıran sözlər işlətmişlər. Əvvəlcə tanımadığı şəxs Kamalı itələyərək kabinetdən çıxarmış, Kamal isə bu hərəkətə sərt reaksiya verməmiş, daha sonra digər şəxslər kabinetdən hər kəsi itələyərək çıxarmağa başlamışlar. O da mübahisənin başa çatdığını düşünüb obyektin arxa qapısına tərəf getmişdir. O, törətdiyi əmələ görə peşman olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayət əməllərini törətmələri məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən xeyli vaxt keçdiyindən heç nəyi xatırlamamışdır. O, heç bir xəsarət də almamışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, Gəncə şəhərində yerləşən “Lələ lounge” adlı çay evinə dostları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə birlikdə getmişdir. Dostları Sahil və Rufanla “Lələ lounge” çay evinə gəlməmişdən qabaq ad gününü qeyd etmək üçün başqa bir yerdə yemək yeyib spirtli içki içmişlər. O, içkili olduğu üçün “Lələ lounge” çay evinə necə getdiklərini və nə baş verdiyini xatırlamamışdır. Video görüntüyə baxandan sonra dava baş verdiyini bilmişdir. Onun üzərində bıçaq olmuş və görüntüdə bıçağı çıxardığı görünmüşdür. Hadisədən sonra dostu Zərərçəkmiş şəxs2 xəstəxanaya aparmışlar. Hadisə zamanı o, heç bir xəsarət almamış, ona bakal da dəyməmişdir. Onlar Zərərçəkmiş şəxs2 qan axdığı üçün sonuncunu xəstəxanaya aparmışlar, lakin o, Rufanın necə xəsarət almasını bilməmişdir. İşdəki sənədlərdən Rufanın bıçaqla xəsarət aldığı görünmüşdür. İbtidai istintaq zamanı müstəntiqə də heç nə xatırlamadığını demiş, lakin sonuncu video görüntüdəkinə uyğun öz sözləri ilə onun ifadəsini yazmışdır. İbtidai istintaq zamanı ifadə verərkən ona təzyiq olunmamışdır. Onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur, sonuncularla barışmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, o, qonşuları və uşaqlıq dostları olan Rufan və Mosu ləqəbli Sahil adlı şəxslərlə xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Rufanın idarə etdiyi VAZ-2107 markalı yaş asfalt rəngli avtomobillə Gəncə şəhərinə getmişlər və Lələ lounge lounge çay evində kupedə əyləşmişlər. Bir az oturmuşlar ki, kupeyə əvvəllər tanımadığı şəxslər daxil olmuşdur. Kabinetdə mübahisə daha da qızışmış, həmin vaxt ağız deyəni qulaq eşitməmişdir. Bu mübahisənin nə üstdə baş verdiyini aydınlaşdıra bilməyib mübahisə edərək koridora çıxmışlar. Bu zaman arxadan tanımadığı bir şəxs bakalla onun baş nahiyəsindən zərbə endirmiş, sonra o və dostları ilə həmin şəxslər arasında əlbəyaxa dava başlamış, həmin şəxslərin əllərində bıçaq olmuşdur. O da öz belində gəzdirdiyi bıçağı çıxarmış və hadisə zamanı bıçaqla özünü qorumuşdur. O, həmin anda dostlarını və özünü qorumağa çalışmışdır. Həmin şəxslərin hər biri Rufan və Mosunun xəsarət aldığını və qanı görərək yuxarı qaçmağa başlamışlar. O, Mosunu və Rufanı sonuncunun avtomobilinə qoyaraq Gəncə şəhəri 3 nömrəli xəstəxanaya aparmış və dostlarını acil şöbəsinə qəbul etmişlər. Daha sonra polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə aparmışlar. Dava edən şəxslərlə heç bir ilə yaxın münasibəti olmamış, həmin şəxslərin heç birini tanımamışdır. Münaqişə təxminən 5-10 dəqiqə çəkmişdir. Bıçağı 2023-cü ilin yay aylarında Bakı şəhərində yerləşən Sədərək bazarından almışdır. Dostları ilə birlikdə eyni kabinetdə oturan qadınları tanımamışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Başından endirilən bakal zərbəsi nəticəsində xəsarət almış, buna görə 3 nömrəli xəstəxanada başına tikiş qoyulmuşdur. Bıçağı daimi üzərində gəzdirməmiş, sadəcə evdən çıxarkən belinə qoymuş, həmin bıçaqla hər hansı bir şəxsə xəsarət yetirmək fikri və niyyəti olmamış, həmin biçağı xatırlamadığı yerə tullamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisə elan edilmiş ifadədə göstərilmiş məzmunda baş verməmiş, o, elan edilmiş məzmunda ifadə verməmiş, ibtidai istintaq zamanı da hazırda bildirdiyi kimi danışmışdır. Elan edilmiş ifadəsindəki imza və sonda yazılmış “ifadəmi oxudum, öz sözlərim ilə yazılıb, imzam ilə təsdiq edirəm” ifadəsi onun tərəfindən icra edilmişdir. Xəyalə xanımı İlahə ilə səhv salan Tunar olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs1 və Mosu ləqəbli Zərərçəkmiş şəxs3 Göygöl rayonu, Üçtəpə kəndində yerləşən kafedə yemək yedikdən sonra birlikdə Gəncə şəhərində olan “Lələ lounge” çay evinə gəlmişlər və kabinetdə əyləşib pivə içmişlər. Bundan sonra baş verənləri xatırlamamışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hadisədən sonra video çəkilişə baxmış və sadəcə qarışıqlıq olduğunu görmüşdür. Dava zamanı Təqsirləndirilən şəxs1 ona bıçaq atmış, lakin bıçaq ona dəyməmişdir. Ümumiyyətlə də o, içkili olduğu üçün baş verənləri xatırlamamış, sadəcə sonradan video çəkilişə baxan zaman gördüklərini demişdir. Davanın necə və hansı səbəbdən başlamasını xatırlamamışdır. Ayılan zaman xəstəxanada olmuş və kürək nahiyəsində xəsarət olmuşdur. O, kürək nahiyəsində olan xəsarətin nə olduğunu bilməmiş, həmin yaraya cərrahi tikiş qoyulmuşdur. Hadisəyə dair video çəkilişdə onu kimin vurmasını görməmişdir. Video çəkilişə baxdıqdan sonra da hadisənin necə baş verməsini xatırlamamışdır. O, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və sonuncunu ilk dəfə məhkəmədə görmüşdür. O, “Lələ lounge” çay evində əyləşən zaman yanlarında qadınların olub-olmamasını xatırlamamışdır. Həmin vaxtı o, 1 litrdən artıq araq içmişdir. Video çəkilişdə kimin-kimi vurması görünməmiş, sadəcə qarışıqlıq olduğu müşahidə edilmişdir. Video çəkilişdə onun əlində pivə bakalı olduğu görünmüş, o, həmin bakalı götürüb Kamal tərəfə gəlmiş və sonuncunu vurmaq istəmiş, lakin bakalı atdıqda sonuncuya dəyməmişdir. Ona görə də o, heç kimi vurmamışdır. O, davanın necə başlamasını və kimin onu vurmasını xatırlamamışdır. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, dostları Rufan və Orxanla Göygöl rayonu, Üçtəpə kəndində yerləşən kafedə yemək yeyib araq içmişlər. Bundan sonra da onlar birlikdə Gəncə şəhərində yerləşən “Lələ lounge” çay evinə getmişlər və orada pivə içmişlər. Səhər özünə gələndə polis şöbəsində olduğunu görmüş və nə üçün oraya aparıldığını xatırlamamış, sadəcə polislərlə mübahisə edə-edə şöbəyə getdiyini bilmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, “Lələ lounge” çay evində dava olması ilə bağlı heç nə xatırlamamış, o, xəstəxanaya aparılıb-aparılmadığını, davadan sonra da kimisə xəstəxanaya aparıb-aparmadığını xatırlamamışdır. Onun sadəcə sol qolunun altında kiçik bir yara olmuşdur. O, çox içkili olduğu üçün dava ilə bağlı heç nə xatırlamamışdır. İbtidai istintaq zamanı müstəntiqə nə ifadə verdiyini də xatırlamamışdır. İbtidai istintaq zamanı müstəntiq tərəfindən ona heç bir təzyiq göstərilməmiş, sonradan dava zamanı qeydə alınan video çəkilişə baxmış və sadəcə qarışıqlıq olduğunu görmüşdür. “Lələ lounge” çay evində o, Orxan və Rufan əyləşmişlər. Onların yanında xanımların əyləşdiyini xatırlamamışdır. Video çəkiliş zamanı qarışıqlıq olduğu görünmüş, çünki xanımların onların kabinetə haradan daxil olmasını bilməmişdir. O, davanın nə səbəbə görə başlamasını da xatırlamamışdır. Video çəkilişə baxdıqda Təqsirləndirilən şəxs1 onu vurmasını görməmişdir. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, sonuncularla barışmışdır. Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs3 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində dostları Rufan və Orxanla birlikdə Göygöl rayonunda yerləşən kafelərdən birində yemək yemişlər. Daha sonra onlar Rufanın idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə Gəncə şəhərinə getməyə qərar vermişlər. Saat təxminən 23:30 rədələrində Lələ lounge Lounge gəlmişlər və orada kupedə əyləşmişlər. Təxminən yarım saat sonra Rufan əlində telefonla koridora çıxmışdır. Bir neçə dəqiqə keçməmiş o, koridorda səs-küy eşitmiş və çıxanda aləmin bir-birinə dəydiyini, bir neçə nəfərin Orxan və Rufanla şiddətli şəkildə mübahisə etdiyini görmüşdür. Həmin vaxtı koridorda xeyli insan, ofisiantlar və qızlar da olmuşdur. O, artıq münaqişə baş verəcəyini görüb bir qədər də yaxına getmiş, bu zaman gözünə yerdə olan sahibinin kim olduğunu bilmədiyi bıçaq dəymiş və o, həmin bıçağı götürmüşdür. Bundan sonra tanımadığı şəxslər ona zərbə endirməyə başlamış, ardınca Rufana bıçaqla xəsarət yetirmişlər. Onu kimin vurduğunu görməmiş, Rufan isə qanının axdığını demişdir. O, Orxanla birlikdə Rufanı maşına əyləşdirib xəstəxanaya aparmış, xəstəxanaya çatdıqda hiss etmiş ki, halı pisləşmişdir. Orada aydın olmuş ki, onda da bıçaq xəsarəti olmuşdur. Sol qolunun altından tanımadığı şəxs bıçaq xəsarəti yetirmişdir. Həkimlər orada ona yardım göstərmişlər, daha sonra polis əməkdaşları gələrək onu 1-ci polis şöbəsinə aparmışlar. Dava edən şəxslərlə heç bir yaxın münasibəti olmamış və həmin şəxslərin heç birini tanımamışdır. Münaqişə təxminən 10 dəqiqə çəkmiş, hadisə vaxtı əldə etdiyi bıçaq onun olmamış, o, həmin bıçağı Lələ lounge çay evində münaqişə vaxtı yerdən tapmışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, münaqişənin hansı səbəbdən baş verməsini də bilməmişdir. Hadisə vaxtı heç kimə xəsarət yetirməmişdir. Video görüntüdə əvvəllər tanımadığı uzun saçlı, orta boylu əynində qara rəngli şalvar köynək olan şəxsin ona zərbələr endirməsini xatırlamamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, hadisə elan edilmiş ifadədə göstərilmiş məzmunda baş verməmiş, o, heç bir bıçaq xəsarəti almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəfiqəsi Əsmər ilə birlikdə Gəncə şəhərində yerləşən “Lələ lounge” çay evinə getmişdir. Xatırladığı qədəri ilə Əsmərlə çay evində yuxarı mərtəbəyə qalxarkən tanımadığı bir nəfər onu başqa qız adı ilə çağırmışdır. Videogörüntüdə görünən xanımlar özü və Əsmər olmuşdur. Çay evində olan zaman tanımadığı şəxslərdən biri ona “adın İlahədir” yaxud “adın Röyalədir” deyərək söz atmışdır. İfadəsinin davamı olaraq Xəyalı Quliyeva bildirmişdir ki, Əsmər ilə ayaqyolundan qayıdan zaman tanımadığı bir nəfər şəxs onlara yaxınlaşıb adının İlahə olub-olmadığını soruşmuş, onlar da həmin qız olmadığını deyib otağa qayıtmışlar. Bir müddət sonra onlar yenidən ayaqyoluna gedib qayıtmışlar. Bundan bir neçə dəqiqə sonra tanımadığı bir neçə nəfər şəxs onların oturduğu otağa daxil olaraq “biz sizə nə dedik?” demişlər. O, davanı görsə də həmin vaxt onların tərəfini saxlayanın olub-olmamasını bilməmişdir. Təqsirləndirilən şəxs1 baş vermiş davadan təxminən xatırlamış, lakin sonuncu ilə heç bir münasibəti olmamışdır. O, Kamalı sonradan sosial şəbəkədə dava ilə bağlı paylaşımlarda görmüşdür. O, dəqiqliklə bilmiş ki, Kamal ona söz atmamışdır. Hadisə zamanı o, Kamalın nə etdiyini, yaxud kiminsə sonuncunu vurmasını və ya əksini görməmiş, davanın onlara görə başlayıb-başlamamasını da bilməmişdir. O, ona söz atdığı üçün Orxangilin Tunara nə səbəbə yaxınlaşdıqlarını bilməmişdir. Tunar onlara söz atanda rəfiqəsi Əsmər “biz oğlanlayıq” demiş, həmin vaxt Tunar “olsun da” demişdir. Əsmər sadəcə Tunarın onlardan əl çəkməsi üçün yanlarında oğlan olduğunu demiş, ancaq onlar tək olmuşlar. Tunar onlara söz atdıqdan sonra onlar yuxarı mərtəbəyə qalxıb sonuncunun onlara söz atıb-atmadığını soruşmuşlar. Tunar onlara söz atdıqdan sonra onlar əyləşdiyi otağa qayıtmış, lakin bu barədə Orxan və digərlərinə heç nə deməmişlər. Orxan və digərləri onlardan yuxarı mərtəbədə əyləşmişlər. Tunar söz atdıqdan bir qədər sonra bunun səbəbini aydınlaşdırmaq üçün o, çay evinin zalına qalxıb Tunargil əyləşən masaya yaxınlaşmış və onlara söz atanın kim olduğunu soruşmuşdur. Həmin vaxt Tunar kənara gizlənmişdir. Bundan sonra onlar otağa qayıtmış, arxalarınca isə Tunar və digər şəxslər onların olduğu otağa gəlmişlər. Tunar onların otağa gəldikdən sonra “məni deyirdiniz, məni axtarırdınız” deyə soruşmuşdur. Onun Orxanla münasibəti olmasa da, sonuncunu üzdən tanımışdır. Tunar onlara söz atan zaman, yaxud o, Tunarın yanına gedən zaman Orxan yanında olmamışdır. Ola bilsin ki, Orxan kənardan Tunarın ona söz atdığını görüb müstəqil şəkildə müdaxilə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hadisə zamanı “Lələ lounge” çay evində administrator işləmişdir. Çay evi üç mərtəbəli olmuşdur. Hadisə vaxtı o, aşağı mərtəbədən səs eşitdiyinə görə oraya düşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 baş nahiyəsinə şüşə bakalın vurulduğunu görmüşdür. İfadəsinin davamı olaraq Şahin Xasıyev bildirmişdir ki, hadisə zamanı o, mübahisə edənləri ayırmağa çalışmışdır. Ardınca hadisə barədə polisə xəbər vermişdir. Hadisə zamanı orada adam çox olduğu üçün davada dəqiq neçə nəfərin iştirak etdiyini bilməmiş, hadisədən əvvəl də həmin şəxslər arasında mübahisə olmamışdır. Hadisə baş verən mərtəbənin giriş və çıxış hissələrində təhlükəsizlik kameraları olmuş, bildiyi qədəri ilə də hər ikisi işləmişdir. O, aşağı mərtəbədə səs-küy eşitdiyindən oraya düşmüş və həmin vaxt Təqsirləndirilən şəxs1 davanı ayırmaq istəyərkən baş nahiyəsinə şüşə bakalın vurularaq qırıldığını görmüşdür. O, Təqsirləndirilən şəxs1 kimisə vurmasını görməmişdir. Dava zamanı o, kiminsə əlində bıçaq da görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, “Lələ lounge” çay evində işləmişdir. Çay evinin aşağı mərtəbəsində işlədiyi vaxt mübahisə yaranmışdır. O, həmin şəxslərə tərəf gedəndə Təqsirləndirilən şəxs1 mübahisə edənləri ayırmağa çalışdığını görmüşdür. Bundan sonra qara rəngli köynək geyinmiş oğlanın əlində şüşə bakalı ilə Kamal tərəfə getdiyini görmüşdür. Nə baş verdiyini anlamadan həmin oğlan bakalı Təqsirləndirilən şəxs1 baş nahiyəsinə vurmuşdur. Həmin vaxt qarışıqlıq düşmüş və onlar oradan uzaqlaşmışdır. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, o, hadisə yerində kiminsə əlində bıçaq görməmiş, sadəcə bakalın Kamala vurulmasını görmüşdür. Hadisə zamanı o, aşağı mərtəbəyə, Şahin isə yuxarı mərtəbəyə nəzarət etmişdir. Hadisədən əvvəl dava edənlər arasında mübahisə olmamışdır. O, hadisə zamanı mübahisə baş vermiş aşağı mərtəbədə olmuş, lakin davanın necə başlamasını görməmişdir. Hadisə zamanı orada xanımlar da olmuş və dava zamanı xanımlar ona nə yaxınlaşmış, nə də ki bir söz soruşmuşlar. O, davada iştirak etməsə də Təqsirləndirilən şəxs1 davanı ayırmağa çalışdığını görmüşdür. Davadan sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışdır. O, baş vermiş davanın səbəbini bilməmiş və bu barədə sonradan da maraqlanmamışdır. Xanımların və yanlarındakı digər şəxslərin yuxarı mərtəbədən aşağı mərtəbəyə enmələrini görməmiş, lakin hadisədən əvvəl həmin xanımların kabinetdən çıxmalarını görmüşdür. Hadisə zamanı orada olan xanımlar kabinetdə kiminləsə əyləşmiş və o, həmin kabinetdəki oğlanların heç birini tanımamışdır. Xanımlarla birlikdə kabinetdə əyləşmiş oğlanlar davada iştirak etmişlər. Mübahisə zamanı Təqsirləndirilən şəxs1 digər şəxslərə “ehtiyac yoxdur, mehribançılıq etmək lazımdır, hər birimiz bir-birimizi tanıyırıq” kimi ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs1 bu sözləri deyən vaxt sonuncunun başına şüşə bakal vurulduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, “Lələ lounge” kafesində ofisiant işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 1-2 radələrində 1-ci mərtəbədən -1-ci mərtəbəyə enmiş, 107 nömrəli kupedə iki xanım əyləşmişdir. Dəhlizdə ağ paltarda hündürboy bir oğlanı görmüş, yaxınlaşıb “nəyəsə ehtiyac varmı?” deyə soruşmuş, sonuncu isə “bir dəqiqə səni olarmı” demiş və xanımları kimin narahat etdiyini soruşmuş, o da xəbəri olmadığını demişdir. Həmin şəxs ona yuxarı çıxıb məsələni aydılaşdırmaqlarını demişdir. Bu şəxs ilə bir xanım birgə 1-ci mərtəbəyə qalxmışlar, o isə arxaları ilə getmiş, xanım onu narahat edən şəxsi axtarmış və həmin adamı tapmışdır. Daha sonra o, nəzarətçi Şahid6 məsələ ilə əlaqədar məlumat vermişdir. Ağ koftalı oğlan, onunla birgə olan xanım və tapdıqları şəxs mənfi birinci mərtəbəyə enmişlər. Daha sonra xanımlar əyləşən kupeyə yığılışmışlar və orada səs-küy yaranmış, o, nəzarətçiyə səs-küy yarandığını bildirmiş, nəzarətçi isə adminstrator X2 bildirmişdir. Kupedə olan şəxslər birbirilərini çölə çıxarmağa başlamışlar. Sonra isə o, həmin şəxsləri sakitləşdirməyə çalışmış, 5-10 saniyə sonra kiminsə pivə bakalının kiminsə başında qırdığını görmüş, lakin o, vuranıda, vurulanıda görməmişdir. Tanımadığı ağ paltar geyinən şəxsi tutmuş, bu zaman, yəni pivə bakalının qırıldığını eşitmişdir. Daha sonra “eləmə-eləmə” deyə səslər eşitmiş, kütlənin çox olduğundan görməmiş ki, kim-kimə nə edir. Bu ərəfədə tutduğu ağ paltarlı şəxsin əlində bıçaq olduğunu görüb sonuncunu buraxmış, özü isə qorunmaq üçün başqa bir kupeyə girmişdir. İçəridən səs-küy eşitmiş, lakin kupedən çıxmamış, 15-20 saniyə sonra kupedən çıxıb dalaşan şəxslərin pilləkəndən 1-ci mərtəbəyə çıxdıqlarını görmüşdür. Təxminən 8-10 nəfər olmuşlar, o isə kupeləri yoxlamağa getmiş və 108 nömrəli kupedə belindən bıçaq yarası almış şəxsi görmüşdür. Daha sonra bir qızın yerə yıxıldığını görmüş, soruşduqda asma xəstəliyi olduğunu demişlər. 107 nömrəli kupedə əyləşən xanımlar “Lələ lounge” kafesinin arxa qapısını açıb oradan getmişlər, o da sonuncuların arxasınca getmiş və polis əməkdaşlarının oraya gəldiyini görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, dostları ilə birlikdə “Lələ lounge” çay evinə getmişdir. Orada dostları əyləşib çay içən zaman aşağıdan, yəni obyektin zirzəmisindən səs-küy gəldiyini eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün o da aşağıya düşmüşdür. Bu zaman orada Kamalın “qardaş bir az sakit olun, lazım deyil” kimi sözlər işlətdiyini eşitmişdir. O, həmin şəxslərə yaxınlaşmaq istəyən zaman Kamalın başına bakal dəydiyini görmüşdür. Bundan sonra o, aranı sakitləşdirmək üçün sözlə “qardaş lazım deyil” demişdir. Həmin vaxt bir nəfərin ona yumruqla vurmağa çalışdığını görüb oradan çıxaraq getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “Lələ lounge” çay evinin sahibi olmuş, lakin hadisə zamanı orada olmamışdır. Hadisədən sonra çay evində işləyənlərdən biri gecə saat 2 radələrində ona zəng edərək obyektdə dava baş verdiyini bildirmişdir. O da dərhal hadisə barədə polisə xəbər verməsini demişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, çay evində təhlükəsizlik kameraları olmuşdur. Hadisəni qeydə almış görüntüləri polis əməkdaşlarına o yox, işçilərdən biri təqdim etmişdir. O, hadisədən bir müddət sonra hadisə zamanı qeydə alınmış görüntüləri izləmişdir. Hadisə vaxtı çay evində xatırladığı qədəri ilə 4-5 ədəd kamera olmuşdur. Hadisə zamanı çay evində olan təhlükəsizlik kameralarından biri işləməmişdir. Hadisə baş verən dəhlizin aşağısı və yuxarı hissələrində kamera olmuş, lakin həmin vaxt kameralardan biri işləmişdir. Hadisə zamanı yuxarı mərtəbədə kamera olmasını xatırlamamışdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 1923 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarət - döş qəfəsinin sol yan səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 1924 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ təpə-ənsə nahiyəsinin yarası - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 1925 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində iki ədəd deşilmiş-kəsilmiş yara müəyyən edildi. Bu yaralardan biri döş qəfəsinin sol yarısında yerləşərək daxilə keçir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir, digər ikinci yara isə sol bud nahiyəsində yerləşmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlər kəsici-deşici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətlərin qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 1935 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 1980 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 1983 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol körpücük, sol bazu, sol said nahiyəsinin yaraları – kəsici-deşici alətin (alətlərin), sol təpə nahiyəsinin yarası isə küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X3 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 12 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan hadisəni törədən zaman keçirilmiş kəllə-beyin travmasından sonrakı psixopatabənzər davranış, qıcolma tutmaları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təxnifatı10-cu baxış) F07.2 xəstəliyindən əziyyət çəkmişdir. O, hal-hazırda həmin xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs1 keçirilmiş kəllə-beyin travmasından sonrakı psixopatabənzər davranış, qıcolma tutmaları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təxnifatı10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicələrin tətbiqinə ehtiyac yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 18:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablamaqla 02 (iki) ay 04 (dörd) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 09:49-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablamaqla 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 15 iyun 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge” çay evidir. 107 nömrəli kupeyə baxış zamanı oradakı masanın üzərində şirə və spirtli içki bakalların, eləcə də boşqabların olması aşkar edilmişdir. Baxış zamanı çay evində quraşdırılmış təhlükəsizlik kamerasi vasitəsi ilə qeydə alınmış dava-dalaşın videogörüntüsü bir ədəd informasiya daşıyıcı olan diksə köçürülərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahidlər Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 mübahisə zamanı “Lələ lounge çay” evində Zərərçəkmiş şəxs1 başına pivə bakalı ilə vuraraq xəsarət yetirdiyini, vurmasına səbəbin isə Zərərçəkmiş şəxs1 dostu Təqsirləndirilən şəxs1 əl çəkməməsi və sonuncunun oradan uzaqlaşmasına şərait yaratması olmasını, eləcə də ifadəsində göstərdiyi digər xüsusatları sonuncunun üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahidlər Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 mübahisə zamanı “Lələ lounge çay” evində Zərərçəkmiş şəxs1 başına pivə bakalı ilə vuraraq xəsarət yetirdiyini, qarşısında əyləşən Zərərçəkmiş şəxs3 isə heç bir xəsarət yetirmədiyini və ifadəsində göstərdiyi digər xüsusatları sonuncunun üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahidlər Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs2 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahidlər Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs3 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahidlər Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahidlər Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahidlər Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs2 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahidlər Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs3 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahidlər Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Elşən Əhmədov ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs2 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.20204-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge” çay evinə quraşdırılmış və xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində baş vermiş dava-dalaşı özündə əks etdirən 1 ədəd DVD diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilən zaman sonuncu bildirmişdir ki, videonun 01:00 saniyəsində münaqişə başladığı zaman otaqdan çıxaraq əvvəllər tanımadığı şəxslərin dalaşdığını görür və aralamaq üçün araya girir. 01:25 saniyədə əvvəllər tanımadığı ağ köynəkli, sonradan adı məlum olan Zərərçəkmiş şəxs1 onu vurduğunu bildirir. Daha sonra özünü müdafiə məqsədilə o da həmin şəxsi vurmağa başlayır. Daha sonra 01:38 saniyədə əvvəllər tanımadığı qara köynək, qara şalvarlı şəxs sonradan adı məlum olan Zərərçəkmiş şəxs2 onun başına bakal ilə zərbələr endirir. Daha sonra 01:42 saniyədə əvvəllər tanımadığı qara köynək, qara şalvarlı adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs2 bıçaqla zərbə endirir. Bundan başqa 02:02 saniyədə adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs3 arxadan gələrək başına əli ilə zərbə endirir. Təqsirləndirilən şəxs1 münaqişə zamanı video görüntüdə əynində qara rəngdə köynək və qara rəngli cins şalvar olan şəxsin özü olduğunu təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.20204-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge” çay evinə quraşdırılmış və xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində baş vermiş dava-dalaşı özündə əks etdirən 1 ədəd DVD diskə Təqsirləndirilən şəxs3 iştirakı ilə baxış keçirilən zaman sonuncu bildirmişdir ki, videoda görünən boz rəngli poluver və qara rəngli şalvarı şəxs özüdür. Videonun 01:12 saniyəsində dəhlizin başından gələnin özü olduğunu təsdiq edir. Əvvəllər tanımadığı ağ qış gödəkçəli, saqqalı və əlində bıçaq olan adı sonradan olan məlum olan Zərərçəkmiş şəxs1 başına bir ədəd bakal ilə zərbə endirdiyini və digər bakalı da ətrafdakıları qorxutmaq üçün kənara atdığını, daha sonra isə sağ tərəfdə olan kupeyə gizlənmək üçün girdiyini, səs-küy çoxaldığını görüb yenidən çölə çıxdığını təsdiq edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.20204-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge” çay evinə quraşdırılmış və xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində baş vermiş dava-dalaşı özündə əks etdirən 1 ədəd “DVD” diskə Zərərçəkmiş şəxs3 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı sonuncu bildirmişdir ki, videonun 00:01 saniyəsində münaqişə başladığı zaman dəhlizin başından mübahisə olan yerə gəlir və otağa daxil olur. Daha sonra 00:55 saniyədə tanımadığı şəxslərlə birlikdə otaqdan dəhlizə çıxır. 01:05 saniyədə dostu Orxanı sakitləşdirməyə çalışır. Daha sonra ətrafdakı şəxslər dalaşmağa başlayır. 01:27 saniyədə əvvəllər tanımadığı qara köynəkli şəxsə yumruqla zərbə endirir. Daha sonra 01:42 saniyədə əvvəllər tanımadığı uzun saçlı, orta boylu əynində qara rəngli şalvar köynək olan adı ona sonradan məlum olan Kamal adlı şəxs ona yumruqla zərbə endirir. Daha sonra 01:53 saniyədə yerdən bıçaq götürür. Bundan sonra 02:02 saniyədə əvvəllər tanımadığı uzun saçlı, orta boylu əynində qara rəngli şalvar köynək olan adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 arxadan gələrək onun başına yumruqla zərbə endirir. Daha sonra hər kəs sakitləşir mübahisə yekunlaşır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.20204-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge” çay evinə quraşdırılmış və xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində baş vermiş dava-dalaşı özündə əks etdirən 1 ədəd “DVD” diskə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı sonuncu bildirmişdir ki, videonun 00:01 saniyəsində münaqişə başladığı zaman dəhlizin başından mübahisə olan yerə gəlir və otağa daxil olur. Daha sonra 00:55 saniyədə tanımadığı şəxslərlə birlikdə otaqdan dəhlizə çıxır. 01:00 saniyədə əlində olan dəstəkli bıçaqla sağa-sola bıçaq atır. Daha sonra digər şəxslər onu sakitləşdirməyə çalışır. Bu zaman o, həmin şəxsləri itələyərək dəhlizin baş hissəsinə gedir. Həmin vaxt uzun saçlı, orta boylu, qara köynək və qara şalvarda olan adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 adlı şəxslə əlbəyaxa dalaşırlar. Görüntünün davamından görünür ki, o, tanımadığı digər şəxslərlə əlbəyaxa dava etməyə davam edir. 01:37 saniyədə boz rəngli poluver və qara rəngli şalvarlı, uzun boylu adı ona sonradan məlum olan Əli adlı şəxs əlində olan bakal ilə onun baş nahiyəsinə bir dəfə zərbə endirir. 01:40 saniyədə əynində göy rəngli poluver olan əvvəllər tanımadığı, adı ona sonradan məlum olan Tunar adlı şəxs sol əli ilə ona yumruq zərbəsi endirir. 01:53 saniyədə sağ əli ilə baş nahiyəsini yoxlayaraq qan gəldiyini görür. Bu zaman uzun saçlı, orta boylu, qara köynək və qara şalvarda olan adı ona sonradan məlum olan Kamal adlı şəxs dəhlizin sol baş hissəsindən gələrək sol kabinetdə qapının qarşısında dayanır, onunla bir probleminin olmadığını və onunla mübahisəni yekunlaşdırdığını bildirir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.20204-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge” çay evinə quraşdırılmış və xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində baş vermiş dava-dalaşı özündə əks etdirən 1 ədəd “DVD” diskə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı sonuncu bildirmişdir ki, videonun 00:58 saniyəsində münaqişə başladığı zaman otaqdan çıxaraq yuxarı mərtəbəyə qalxır, daha sonra 01:36 saniyədə münaqişənin artdığını görərək geri qayıdır və münaqişəyə qoşulur. Münaqişə zamanı video görüntüdə əynində boz rəngdə poluver və tünd göy rəngli cins şalvar olan şəxsin özü olduğunu təsdiq edir. Bundan başqa münaqişə zamanı özünü qorumaq məqsədi ilə yuxarı mərtəbədən bıçaq götürərək geri qayıtmışdır və üzərinə gələn tanımadığı şəxslərə zərbələr endirmişdir. Zərbələrdən biri əvvəllər tanımadığı ağ köynəkli, saqqallı, əlində bıçaq olan, uzun boylu adı ona sonradan məlum olan Orxan adlı şəxsə atmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.20204-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge” çay evinə quraşdırılmış və xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində baş vermiş dava-dalaşı özündə əks etdirən 1 ədəd “DVD” diskə Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı sonuncu bildirmişdir ki, videonun 00:53 saniyəsində münaqişə başladığı zaman digər şəxslərlə birlikdə dəhlizə çıxır. 00:55 saniyədə tanımadığı üzərində mavi rəngli poluver olan uzun boylu adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 adlı şəxslə əlbəyaxa olurlar. Bu zaman ətrafda olan digər şəxslər onları ayırır. 01:04 saniyədə o, kabinetə girir və təxminən 5 saniyədən sonra əlində bir ədəd pivə bakalı ilə dəhlizə geri qayıdır. Video görüntünün davamında şüşə qırıntılarının ətrafa dağıldığı görünür. Video görüntünün 01:29 saniyəsində yumruqla uzun saçlı, orta boylu üzərində qara rəngli köynək və qara şalvarlı olan adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 adlı şəxsə zərbə endirir. 01:36 saniyədə kabinetdən əlində bir ədəd pivə bakalı ilə çıxaraq uzun saçlı, orta boylu üzərində qara rəngli köynək və qara şalvarlı olan adı ona sonradan məlum olan Kamal adlı şəxsə bakal ilə zərbələr endirir lakin bildirdiyinə görə həmin zərbələr ona dəymir. 01:43 saniyədə o əlindəki bakal ilə birlikdə otağa girən zaman uzun saçlı, orta boylu üzərində qara rəngli köynək və qara şalvarlı olan adı ona sonradan məlum olan Kamal adlı şəxs əlindəki bıçaq ilə ona tərəf bir dəfə zərbə endirir. Şəxsin bildirdiyinə görə həmin bıçaq zərbəsi ona dəymir. 02:59 saniyədə o, əli belində yaralı bir formada otaqdan koridora çıxır. Bu zaman digər şəxslər onun vəziyyəti ilə maraqlanır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge” çay evində baş vermiş dava-dalaşın yerini və şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 1-ci PŞ-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 02:50-də Gəncə şəhər 3 saylı TTYX-dən 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyələrin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya müraciət etmələri barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge lounge” çay evində baş vermiş münaqişə zamanı ətrafda yaşayan insanların narazıçılığına səbəb olmuş, ictimai qayda kobud surətdə pozulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(088)-30/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmənin həmin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 06 ilə endirilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər İH başçısının MKTB-nin 7 saylı MİS-nin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi, bina 6, mənzil 4-də yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon Gəncə şəhər evlər üçlüyünün xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 124-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ lounge” çay evinə quraşdırılmış və xx.xx.2023cü il tarixdə baş vermiş dava-dalaşı özündə əks etdirən 1 ədəd informasiya daşıyıcısı olan disk maddi sübut kimi tanınaraq iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs3 ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, sonunculara qarşı şikayət və tələbi yoxdur, onlar barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, sonunculara qarşı şikayət və tələbi yoxdur, onlar barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, sonunculara qarşı şikayət və tələbi yoxdur, onlar barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş müxtəlif tarixli çoxsaylı diplom və fəxri fərmanların surətindən görünür ki, yunan-roma güləşi üzrə əldə etdiyi nailiyyətlərə görə Təqsirləndirilən şəxs1 həm Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, həm də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən diplom və medallarla təltif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində çay evində baş vermiş dava-dalaş zamanı istifadə etdiyi bıçağın əvvəlcədən üzərində olmadığını, həmin vaxt kiminsə üzərindən düşən bıçağı götürüb heç kimə xəsarət yetirilməməsi üçün belinə qoyduğunu, xəsarət aldıqdan sonra özündə olmadığı üçün mübahisə zamanı Zərərçəkmiş şəxs3 döş qəfəsinə yüngül xəsarət yetirdiyini xatırlamadığını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində çay evində baş vermiş dava-dalaş zamanı ona bakal dəymədiyini və xəsarət almadığını, o cümlədən digər Zərərçəkmiş şəxs3 ifadəsində hadisə vaxtı heç bir xəsarət almadığını, eləcə də sonuncu Zərərçəkmiş şəxs2 ifadəsində hadisə vaxtı kimin onu vurmasını xatırlamadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1, eyni zamanda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxslərin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin şahidlərin ifadələri, o cümlədən istintaq hərəkətlərinə dair protokollar, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan “Lələ lounge” çay evində quraşdırılmış təhlükəsizlik kamerasının videoçəkilişindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində həmin çay evində dava-dalaş baş verdikdən sonra Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 birləşib birlikdə yumruq ataraq Təqsirləndirilən şəxs1 üzərinə gedən zaman sonuncu qarşılıq verir və anidən üzərində gəzdirdiyi bıçağı çıxararaq həmin şəxslərin üzərinə gedir. Qeyd edilə hal isə Təqsirləndirilən şəxs1 bıçağın ona aid olmaması ilə iddia etdiyi xüsusatın tam olaraq təkzib olunduğu təsdiq edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs3 ayrı-ayrılıqda ifadələrində xəsarət almadıqlarını bildirməsi xüsusatı ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin şəxslər barəsində olan iş materialındakı məhkəmə-tibbi ekspertizasının müvafiq rəylərinə əsasən hər iki şəxsin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xx.xx.2023-cü il tarixdə əmələ gəlməyə xarakterik sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlərinin olması birmənalı olaraq öz təsdiqini tapmışdır. Qeyd edilən hallar adları qeyd edilən hər iki zərərçəkmiş şəxsin iddia etdiyi həmin xüsusatların tam olaraq təkzib olunduğunu təsdiq edir. Digər zərərçəkən Zərərçəkmiş şəxs2 iddia etdiyi xüsusatla bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 arasında üzşlədirmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyini sonuncunun üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Halbuki Zərərçəkmiş şəxs2 məhkəmə verdiyi ifadəsində ona kimin xəsarət yetirdiyini bilmədiyini göstərmişdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda törətmiş olduqları əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən ayrı-ayrılıqda Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 əməlləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, eləcə də Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunsa da, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə münasibətdə Təqsirləndirilən şəxs1 əməli düzgün tövsif edilməmiş, onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, həm təqsirləndirilən şəxslərin, həm zərərçəkmiş şəxslərin, həm də şahidlərin ifadələri ilə birmənalı olaraq təsdiq olunur ki, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində “Lələ lounge” çay evində olarkən Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə əyləşib çay içmişlər, həmin vaxtı Təqsirləndirilən şəxs2 sanitar qovşağına gedərkən Şahid1 söz atmış, nəticə etibarı ilə sonuncu bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 əyləşdiyi masaya yaxınlaşaraq ona söz atanın kim olmasını soruşmuş, Təqsirləndirilən şəxs1 isə mübahisədən yayınmaq məqsədi ilə həmin xanıma söz atanın onların masasında olmadığını demiş, bunun ardınca Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 iradlarına baxmayaraq, sonuncuya məhəl qoymadan Şahid1 dalınca gedərkən pilləkənin başında onu gözləyən Zərərçəkmiş şəxs1 və sonuncunun yanında olan şəxslərlə rastlaşmış, Zərərçəkmiş şəxs1 nə səbəbə Şahid1 söz atmasını aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs2 Şahid1 əyləşdiyi kupeyə aparmış, daha sonra sonuncular həmin kupedə sözlü mübahisə etməyə başlamış, səsküyə gələn Təqsirləndirilən şəxs1 kupeyə daxil olaraq aranı sakitləşdirmək istəyən zaman Zərərçəkmiş şəxs1 onu kupedən kənara itələmiş, ardınca kupedə dava-dalaş başlamış, daha sonra dava-dalaş koridorda davam etmiş, həmin vaxtı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qarşısına keçərək bir daha aranı sakitləşdirməyə çalışmış, elə bu zaman zərərçəkən Zərərçəkmiş şəxs2 əlində olan bakalı Təqsirləndirilən şəxs1 baş nahiyəsinə vurduğu üçün sonuncular arasında qarşılıqlı dava-dalaş olmuş və nəticədə Təqsirləndirilən şəxs1 əlində olan bıçaqla Zərərçəkmiş şəxs2 bir dəfə döş qəfəsindən zərbə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ağır zərər vurmaya aid edilən xəsarəti ibtidai istintaq orqanın istintaq etdiyi xuliqanlıq niyyəti ilə deyil, məhz zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlamış qarşılıqlı dalaşma zamanı yetirmişdir. Qeyd edilən halda iş materiallarında olan “Lələ lounge” çay evində quraşdırılmış təhlükəsizlik kamerasının videoçəkilişindən açıq-aydın görünür. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 12 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, həkim-psixiatr komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 sadəcə aranı sakitləşdirmək və mübahisə edənləri aralamaq istədiyini göstərmişdir. Bundan başqa, bir tərəfdən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ağır zərər vurmaya aid edilən xəsarəti məhz xuliqanlıq niyyəti ilə yetirdiyini iddia etsə də, elə həmin orqan tərəfindən sonuncuya verilmiş ittihamdan, yəni hadisənin baş vermə mexanizminin ardıcıllığından açıq-aşkar görünür ki, ilk əvvəl Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 xəsarət yetirmiş, ardınca da sonuncu kupedən götürdüyü bakalı həmin vaxtı aranı sakitləşdirməyə çalışan və hələki heç kimə xəsarət yetirməyən Təqsirləndirilən şəxs1 baş nahiyəsinə vurmaqla onu dava-dalaşa sövq etmişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 arasındakı sonuncuya ağır xəsarət yetirilməsi ilə nəticələnmiş mübahisənin konkret halda faktiki olaraq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi bakalla vurması nəticəsində başlanması Təqsirləndirilən şəxs1 əməli xuliqanlıq niyyəti ilə törətməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda motiv olaraq xuliqanlıq niyyəti göstərilmişdir. Bununla da konkret cinayətin motivi kimi çıxış edən xuliqanlıq niyyətinin əsassız olaraq təqsirkarın təhlükəli davranışı olan xuliqanlıq əməli ilə eyni vaxtda baş verməsinin israr edilməsinə yol verilmişdir. Halbuki mübahisə və dalaşma nəticəsində Təqsirləndirilən şəxs2 sağlamlığına ağır zərər vurulması, eyni zamanda təqsirkarın davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsdin hər hansı elementinin olmaması hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməni istisna edir. Göründüyü kimi, zərərçəkən Təqsirləndirilən şəxs2 qanunsuz hərəkətləri, yəni hadisə günü baş vermiş dava-dalaşı zamanı aranı sakitləşdirməyə çalışan və hələki heç kimə xəsarət yetirməyən Təqsirləndirilən şəxs1 baş nahiyəsinə durduq yerdə bakalla vurması səbəbindən tərəflər arasında məhz elə zərərçəkmişin təşəbbüsü ilə başlanmış mübahisə zamanı gərgin münasibət yaranmış, daha sonra şəxsi münasibətlər zəmində hər iki tərəf öz aqressiyasını “realizə” etmiş və nəticədə məlum cinayət hadisəsi baş vermişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinə görə sonuncu ilə dalaşan zaman ona qəsdən sağlamlığa ağır zərər vurmasından ibarət cinayətin “heç bir əsaslı səbəb olmadan”, “xuliqanlıq niyyəti ilə” törədilməsi haqqında ibtidai istintaq orqanının nəticə çıxarmasını ziddiyyətli, yəni ittihamda təsvir edilmiş faktiki hallardan irəli gəlməyən hüquqi mövqe kimi qiymətləndirir və bu zaman xüsusilə onu qeyd etməyi vacib hesab edir ki, “ittihamın təsvirindən aşkar surətdə görünən, əməlin yanlış tövsif edilməsinə gətirib çıxaran hal odur ki, ibtidai istintaq orqanı “əsaslı səbəb” və sadəcə “səbəb” anlayışlarını eyniləşdirmiş, “səbəb”in mövcud olub-olmaması barədə qənaətini ilk növbədə təqsirkar şəxsin baş verənlərə subyektiv münasibətinə görə formalaşdırmalı olduğunu nəzərindən qaçırmışdır. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 hadisənin törədilməsinə dair irəli sürdüyü dəlilər şəxsi xarakterli konkret səbəb kimi qəbul edilməli, ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmə hesab olunmalı, o cümlədən təqsirləndirilən şəxsin kriminal davranışının məhz zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən konkret səbəb kimi də dəyərləndirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü bir-üzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. İstinad olunan Qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Bununla da məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan halların mövcudluğu Təqsirləndirilən şəxs1 törətdiyi qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinin motivinin xuliqanlıq niyyəti olmasını inkar edir. Yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllərin qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmələri, eləcə də Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqeyə görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, yunan-roma güləşi üzrə əldə etdiyi nailiyyətlərə görə həm Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, həm də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən diplom və medallarla təltif edilməsini Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində, digər Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, digər Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs2 münasibətdə iş materiallarında olan tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-135/2020 saylı hökmündən görünür ki, o, məhkəmənin həmin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 06 ilə endirilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 həmin hökm üzrə məhkum olunduğu cinayət əməllərini yetkinlik yaşına çatmadığı dövrdə törətmişdir. Cinayət Məcəlləsinin 120.2-ci maddəsi Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 92.0.-ci maddəsinə əsasən şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və aşağıdakı müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab edilir: Cinayət Məcəlləsinin 92.0.3-cü maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Hazırkı iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan görünür ki, o, ittiham olunduğu qərəzli xuliqanlıq cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətmişdir. Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-135/2020 saylı hökmü ilə təqsirli bilindiyi xüsusilə ağır cinayət əməlinə görə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığı dövrdə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən (xx.xx.2022-ci il tarixdən) hesablamaqla üç il keçməmiş o, hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini törətdiyi üçün onun əməllərində cinayətlərin residivi yoxdur, lakin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 münasibətdə təqsirləndirilən şəxslərin şəxsiyyətini, digər Təqsirləndirilən şəxs2 münasibətdə isə təqsirləndirilən şəxsin yüksək ictimai təhlükəli şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən halların olmasını, cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, digər Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 münasibətdə onların hər birinə ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs1 münasibətdə ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 münasibətdə Cinayət Məcəlləsinin 221.3-cü maddələri, digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 münasibətdə isə ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların müddəti qeyd edilən maddələrin sanksiyalarında göstərilən həmin cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 09 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 yanvar 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək, yəni 04 (dörd) ay 23 (iyirmi üç) gün həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı da hökmün çıxarıldığı gündən, yəni 04 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin barəsində işdə olan cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxsin məhkəmə iclaslarında davranışını, səmimi peşmançılıq nümayiş etdirməsini, danışıq tərzləri ilə törətmiş olduqları cinayət əməlinə görə bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasını, bundan əlavə onun gənc olmasını, ailənin qazanc gətirən yeganə şəxsi olmasını, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs3 təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkəcəyi halda ailəsini ağır vəziyyətə sala biləcəyini, hətta ailəsinin rifahına təsir edə biləcəyini, eyni zamanda onun cəzanı real olaraq çəkəcəyi halda bunun məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməyəcəyini nəzərə alaraq və şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, ona davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən müqavilə əsasında həyata keçirilsə də, digər təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 Müdafiəçi4 tərəfindən göstərilmiş 52 (əlli iki) iş saatı (35 iş saat xx.xx.2025-ci il tarixədək, 17 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 397 (üç yüz doxsan yeddi) manat, digər təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs3 Müdafiəçi1 tərəfindən göstərilmiş 52 (əlli iki) iş saat (25 iş saat xx.xx.2025-ci il tarixədək, 27 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 447 (dörd yüz qırx yeddi) manat pul onların vəkil işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınan Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ” çay evinə quraşdırılmış və xx.xx.2023-cü il tarixdə baş vermiş dava-dalaşı özündə əks etdirən 1 ədəd informasiya daşıyıcısı olan disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclası zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 09 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 yanvar 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək, yəni 04 (dörd) ay 23 (iyirmi üç) gün həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 04 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi4 üçün 397 (üç yüz doxsan yeddi) manat, digər Müdafiəçi1 üçün isə 447 (dörd yüz qırx yeddi) manat pul onların vəkil işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş maddi sübut kimi tanınan Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lələ” çay evinə quraşdırılmış və xx.xx.2023-cü il tarixdə baş vermiş dava-dalaşı özündə əks etdirən 1 ədəd informasiya daşıyıcısı olan disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-241/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-241/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver