Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-242/2022 06.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1994-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İİİ qrup Vətən Müharibəsi əlili, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinin Kərimli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdə təxminən saat 18:40 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Seyfəli kəndi ərazisindən keçən 390-cı kilometrliyində “X13” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8ci bəndinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi KHAZAR LX markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 70-80 km/saat sürətlə Bakı istiqamətində hərəkətdə olarkən qeyd edilən Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək qarşısı ilə eyni istiqamətdə hərəkət olan nəqliyyat vasitəsi ilə toqquşmamaq üçün sükanı sağa buranda avtomobilin idarəetmədən çıxaraq yolun sağ kənarına aşması nəticəsində avtomobildə sərnişin olan X7 başın tüklü hissəsində təpə nahiyəsinin dərialtı hematoması,alın nahiyəsinin qançırları,sağ yanağın və sağ burun-yanaq büküşünün sıyrıqları, beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, döş qəfəsinin qapalı küt travması, sağ körpücüküstü nahiyənin, döş qəfəsinin arxa səthinin sıyırıqları, sağ körpücük sümüyünün, sağ tərəfli 3-4-5-6-7-8-ci qabırğaların sınıqları, sağ ağ ciyərin əzilmiş-cırılmış yarası, sağ tərəfli homotoraks ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, digər sərnişinlər, Zərərçəkmiş şəxs1 döş qəfəsinin qapalı küt travması,sol körpücük və kürək sümüyünün yerini dəyişmiş sınıqları,sol tərəfli 5-6-7-8-ci qabırğaların xətti sınıqları,3-cü bel fəqərəsinin yan çıxıntısının sınığı və sağ incik sümüyünün qəlpəli,qapalı sınığı ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər,Zərərçəkmiş şəxs2 sol gözaltı nahiyənin əzilmiş yarası,sol tərəfli hemopnevmatoraksla fəsadlaşmış sol tərəfli qabırğaların çoxsaylı sınıqları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 263-1.3-cü maddəsi ilə tam təqsirli bilib ifadəsində göstərmişdir ki, İİİ qrup Vətən müharibəsi əlilidir, əlil olduğu üçün 2021-ci ilin iyil ayında dövlət tərəfindən ona şəxsi istifadəsi üçün KHAZAR LX markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. 27.11.2021-ci il tarixdə səhər saatlarında yaşadığı qəsəbədə dostları X9, Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2 və Şahid ilə görüşüb Gədəbəy rayonu kiçik Qaramurad kəndində keçriləcək toya getmək üçün qeyd edilən avtomobilə əyləşib həmin kənddə getmiş və toyda olarkən az miqdarda spirtli içki qəbul etmişdir. Toyda bir qədər iştirak etdikdən sonra təxminən saat 17 radələrində yaşadıqları evə qayıtmaq məqsədi ilə yenidən avtomobilə əyləşmişlər. Xəyal İsmayılov ön sağ, Daşqın arxa sol, Nihat arxa orta, Coşqun isə arxa sağ oturacaqda əyləşəndən sonra o, sükan arxasına keçib avtomobili idarə edərək Gədəbəy rayonundan Şəmkir rayonu istiqamətində hərəkətə başlamış və Şəmkir rayonuna çatdıqdan sonra Bakı- Qazax yoluna daxil olub Bakı istiqamətində hərəkətini davam etdirmişdir. Hərəkətdə olarkən təxminən saat 18:40 radələrində 70-80 km/saat sürətlə həmin yolun Şəmkir rayonunun Seyfəli kəndi ərazisindən keçən hissəsində Xəyal İsmayılov zarafat etmək məqsədi ilə avtomobilin qəza işıqlarını yandıranda o, həmin işığı söndürmək üçün sağ tərəfə boylanmış, bu zaman arxada əyləşmş Coşqun, ona “qabağa bax Kamaz” sözlərini deyəndə başını qaldırıb qarşısına baxanda qarşıda qeydiyyat nişanını və markasını xatırlamadığı yük avtomobilinin arxa hissəsinə çatdığını görüb toqquşmadan yayınmaq üçün sükanı sağa burmuş, bu zaman avtomobilin sağ təkərləri yolun sağ kənarındakı torpaq və çınqıl örtüklü yola düşdüyündən bir anda avtomobil idarəetmdən çıxaraq aşmışdır. O, avtomobildən düşəndə Xəyalın ağır və huşsuz vəziyyətdə olduğunu görmüş, bundan sonra hadisə yerinə polis və təcil tibbi yardım avtomaşınları gəlib onu və avtomobildə sərnişinlərini xəstəxanaya aparmışlar. Xəstəxanada olarkən bilmişdir ki, Xəyal İsmayılov almış olduğu xəsarətlədən ölmüşdür. Avtomobil öz təqsiri ucbatından aşmış, avtomobilin aşmasında kənar müdaxilə olmamışdır.Məhkəmənin diqqətinə çatdırır ki, yol verdiyi hərəkətdən son dərəcə sarsılmışdır. Buna görə hər günü özünü öz vicdanı qarşısında mühakimə edir. Qarabağ qazisi olmasını, 3-cü qrup müharibə əlili olmasını, “Kəlbəcərin azad olunmasına görə” ölkə başçısı cənab İlham Əliyev tərəfindən təltif edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş zərərin onun tərəfindən aradan qaldırılmasını nəzərə almasını və ona mərhəmət göstərilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 göstərmişdir ki, mərhum X9 onun əri idi. 27.11.2021-ci il tarixdə səhər saatlarında Xəyal, dostları Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid ilə birgə Yusifə məxsus olan KHAZAR LX markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gədəbəy rayonunda keçirilən toya getmişdir. Həmin gün axşam təxminən saat 19-20 radələrində evdə olduğu zaman mobil telefonuna zəng edilərək əri Xəyalın sərnişini olduğu qeyd edilən avtomobil ilə avtoqəzaya uğradığı və xəsarət aldığı üçün Şəmkir MRX-yə aparıldığı bildirilmişdir. Xəbəri eşidəndən sonra Şəmkir MRX-yə getmiş, lakin xəstəxanaya çatanda Xəyalın öldüyünü görmüşdür. Xəstəxanada olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə Gədəbəy rayonundan qayıdarkən Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində düzgün sürət həddi və ara məsafəsi saxlamadığından qarşısına çıxan maneə ilə toqquşmamaq üçün sükanı sağa buranda avtomobil idarəetmədən çıxraq aşmışdır. Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan ödənildiyindən, bundan başqa sonuncunun mərhum əri ilə sağlığında dostluq münasibəti olduğundan, bundan başqa həmkəndli olduqlarından, onunla barışmışdır. Yusifə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədən Yusifə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur,eyni qəsəbədə yaşayırlar, Yusifin özünə məxsus KHAZAR LX markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 27.11.2021-ci il tarixdə səhər saatlarında yaşadığı qəsəbədə dostları Təqsirləndirilən şəxs, X9, Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs1 ilə görüşüb Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində keçriləcək toya getmək üçün qeyd edilən avtomobilə əyləşib həmin kəndə getmişlər. Toyda iştirak edəndən sonra təxminən saat 17 radələrində yaşadıqları evə qayıtmaq məqsədi ilə yenidən avtomobilə əyləşmişlər. Xəyal İsmayılov ön sağ, qardaşı Daşqın arxa sol, Nihat arxa orta, özü isə arxa sağ oturacaqda əyləşəndən sonra Yusif sükan arxasına keçib avtomobili idarə edərək Gədəbəy rayonundan Şəmkir rayonu istiqamətində hərəkətə başlamış və Şəmkir rayonuna çatdıqdan sonra Bakı-Qazax yoluna daxil olub Bakı istiqamətində hərəkətə davam etmişdir. Təxminən saat 18:40 radələrində həmin yolun Şəmkir rayonu Seyfəli kəndi ərazisindən keçəndə Xəyal, sərxoş vəziyyətdə olduğu üçün zarafat etmək məqsədi ilə tez-tez avtomobilin qəza işıqlarını yandırıb söndürmüşdür. Hərəkətdə olarkən Xəyal bir daha qəza işiğını yandıranda Yusif, həmin işığı söndürmək üçün sağ tərəfə boylanmış, yola fikir verməmişdir. Bu zaman o, qarşıda qeydiyyat nişanını və markasını xatırlamadığı yük avtomobilinin olduğunu görüb Yusifə “qabağa bax maşın, Kamaz” sözlərini deyəndə Yusif, başını qaldırıb qarşıya baxmış və qarşıda yük avtomobilinin olduğunu və arxa hissəsinə çatdığını görəndə toqquşmadan yayınmaq üçün sükanı sağa burmuş, bu zaman avtomobilin sağ təkərləri yolun sağ kənarındakı torpaq və çınqıl örtüklü yola düşdüyündən bir anda idarəetmdən çıxaraq aşmışdır. Hadisə zamanı huşunu itirmiş,ayılanda özünü xəstəxanada görmüş,həmin vaxt məlum olmuşdur ki, hadisə zamanı avtomobildə sərnişin olan Xəyal İsmayılov almış olduğu xəsarətlədən ölmüşdür. Hadisə sürücü Təqsirləndirilən şəxs təqsiri ucbatından baş vermiş, avtomoblin aşmasına hər hansı bir kənar müdaxilə olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 və Zərərçəkmiş şəxs2 işin halları ilə bağlı eyni məzmunlu ifadələr verərək Şahid ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə 27.11.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 noyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Seyfəli kəndi ərazisindən keçən 390-cı km-dir. Hadisə yerində hava qaranlıqdır, işıqlandırma yoxdur, yol asfalt örtükülü olmaqla quru və hamardır, yolda eniş-yoxuş yoxdur, düz profillidir, yol yaşayış məntəqəsinə daxil olmasada maksimum sürət həddi 60 km/saat sürətdir. Yol 1 tərəfli olamqla 2 hərəkət istiqamətindən ibarətdir,hərəkət istiqamətlərini beton sədd ayırır. Yolun Bakı istiqamətindəki hərəkət hissənin ümumi eni 8 metr,həmin hissədəki yol çiyinin eni isə 3 metrdir. Hərəkət hissə təmirdə olduğu üçün yolda hər hansı bir xəttlənmə yoxdur. Burada KHAZAR LX markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı istiqamərində hərkətdə olarkən idarəetmədən çıxaraq yolun sağ kənarındakı yol çiynindən sonra olan torpaq sahəyə düşərək aşmış,avtomobil ümumilikdə əzilmişdir. Yolun Bakı istiqamətindəki yol çiynindən avtomobilin aşdığı yerə qədər 25 metr məsafə vardır. Hadisə yerinə baxış zamanı hər hansı bir sürüşmə,sürtünmə,tormoz izi və toqquşmaya aid izlər aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 noyabr 2021-ci il tarixli 271 nömrəli “Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 0,4 promil dərəcədə sərxoş olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 noyabr 2021-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi faktına dair Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, G-20- 025 saylı vəsiqənin və Tibbi-Sosial Ekspert Komissiyasının məlumatının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup Qarabağ əlilidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BDYPİ-nin Tovuz rayonu RQİ və TBŞ-si tərəfindən verilmiş 02.12.2021-ci il tarixli ***-**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 05.03.2019-cu il tarixdən 05.03.2029-cu il tarixədək AE-338727 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş və adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının 04.12.2021-ci il tarixli 46 nömrəli rəyindən görünür ki, X4 meyiti üzərində müəyyən edilmiş xəsarətlər- başın tüklü hissəsində təpə nahiyəsinin dərialtı hematoması,alın nahiyəsinin qançırları, sağ yanağın və sağ burun-yanaq büküşünün sıyrıqları, beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, döş qəfəsinin qapalı küt travması, sağ körpücüküstü nahiyənin, döş qəfəsinin arxa səthinin sıyırıqları, sağ körpücük sümüyünün, sağ tərəfli 3-4-5-6-7-8-ci qabırğaların sınıqları, sağ ağ ciyərin əzilmiş-cırılmış yarası, sağ tərəfli homotoraks küt əşyaların təsirindən törənmişdir, 27.11.2021-ci il tarixdə avtomobilin aşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, Mərhum X.Q.İsmayılovun ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına toxumasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06.12.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 13.01.2022-ci il tarixi 8/3172 nömrəli rəyindən görünür ki, KHAZAR LX markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırlması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının 27.01.2022-ci il tarixli 75 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- döş qəfəsinin qapalı küt travması,sol körpücük və kürək sümüyünün yerini dəyişmiş sınıqları,sol tərəfli 5-6-7-8-ci qabırğaların xətti sınıqları,3-cü bel fəqərəsinin yan çıxıntısının sınığı və sağ incik sümüyünün qəlpəli,qapalı sınığıküt əşyanın təsirindən törənmişdir,27.11.2021-ci ildə avtomobilin aşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gədəbəy RİHB-nın İnəkboğan kənd İƏD üzrə nümayəndəliyin 13.02.2021-ci il tarixli 295 nömrəli arayışından görünür ki, Axundov X10 rayonu İnəkboğan kənd İƏD üzrə nümayəndəliydə qeydiyyatdadır və qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Gəncə şəhərində yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının 01.03.2022-ci il tarixli 188 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol gözaltı nahiyənin əzilmiş yarası,sol tərəfli hemopnevmatoraksla fəsadlaşmış sol tərəfli qabırğaların çoxsaylı sınıqları küt əşyanın təsirindən törənmişdir, 27.11.2021-ci ildə avtomobilin aşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01.03.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Şəmkir RPŞ-nin müvəqqəti saxlama meydançasında saxlanılan KHAZAR LX markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş və saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02.03.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “qətimkan tədbiri seçmə haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 02.03.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə də barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Medalının 1-2338 nömrəli Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X1 notarial qaydada təsdiq edilmiş 28.04.2022-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X1 Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxs X5 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlində səmimi peşman olmasını, zərər çəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamalarını, onunla barışmalarını, İİİ qrup Qarabağ əlili olmasını, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədlərində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.1 maddəsinin tələbinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət hesab olunduğundan və o, təqsirli bilindiyi CM-in 263-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulmiş azadlıqdan məhrumetmə növündə cəzanın minimum həddində yəni 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan KHAZAR LX markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 100 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili X12 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X6 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirilməsi Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut hesab olunan KHAZAR LX markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X6 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilməmişdirsə, һökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-242/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-242/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver