Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-242/2023 25.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X6, X7, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, açıq məhkəmə iclasında xx.xx.1987-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını tam çəkib başa vurmamış, İmişli rayonu, Həzi Aslanov bina 24, mənzil 15-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən təkrar qərəzli xuliqanlıq hərəkətləri etmiş və insan həyatı üçün təhlükəli olan, zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır xəsarət yetirmişdir. Belə ki, o, 05 iyun 2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Atabəylər prospektində yerləşən “Min bir gecə” şadlıq sarayında keçirilən toy mərasimində iştirak edib, spirtli içki qəbul edərək orta dərəcədə sərxoş olub verdiyi mahnı sifarişinin yerinə yetirilməməsinə görə narazı qalıb, ictimai yer hesab edilən şadlıq sarayının qarşısında ətrafda olan şəxslərə məhəl qoymadan, əlində olan soyuq silah hesab edilməyən bıçağı nümayiş etdirməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ünvansız söyüşlər, nalayiq ifadələr işlətməsinə görə həmyerlisi və qohumu olan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncu onun baş nahiyyəsindən vurmasına görə hiddətlənərək ona irad bildirən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən silah qismində istifadə edilən əşyanı, yəni bıçaqla şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən zərbələr vuraraq sonuncuya döş qəfəsinin sol yan səthində Xİ-Xİİ qabırğalar səviyyəsində yerləşən daxilə nüfuz etməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bir ədəd kəsilmiş-deşilmiş yara və döş qəfəsinin sol yan səthində Vİ-Vİİ qabırğalar səviyyəsində yerləşən plevranın zədələnməsi ilə müşayiət olunan daxilə nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bir ədəd kəsilmiş-deşilmiş yara xəsarətlərini yetirməklə insan həyatı üçün təhlükəli olan zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətlərinin etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamlarda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımış, Şahid1 doğma bacısı, Şahid2 isə bacısının əridir. Şahid4 isə ümumiyyətlə tanımamışdır. Onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. İstintaqa verdiyi ifadəsini qismən təsdiq edir. Belə ki, həmin ifadələrində onu dava-dalaş vaxtı səhvən bir neçə nəfər şəxsin onu döyməsini göstərməsi hissəsi yanlışdır. 05 iyun 2022-ci il tarixdə o, bacısı Rəna, bacısının əri Şəfayət, bacısı Rənanın 2 azyaşlı uşaqları, anası Zahidə “Min bir gecə”şadlıq evində dayısı qızı Elnurənin toy mərasimində iştirak etmişlər. 05 iyun 2022-ci il tarixdə saat 21 radələrində toy məcilisində yemək yemiş və spirtli içki araq qəbul etmiş, sonra toyu aparan masa bəyinə 15 manat pul vermiş və onların da qonaq kimi adlarını çəkməsini, mahnı sifarişlərini qəbul etməsini xahiş etmişdir. Tanımadığı, adını bilmədiyi masa bəyi də ona narahat olmamasını, onun sifarişini qəbul edəcəyini demişdir. Lakin həmin vaxtdan xeyli vaxt keçsədə, toyda iştirak edən digər şəxslərin hər birinin mahını sifarişi qəbul edilmiş, onların mahnı sifarişini qəbul edən olmamışdır. Bu onda əsəbi vəziyyət yaratmışdır. Sonra toyda “xına yaxdı” mərasimi olmuş və həmin mərasimində başa çatmasına baxmayaraq, mahnı sifarişləri qəbul edilmədiyindən əsəbləşmiş və masa bəyinə yaxınlaşmış və onların mahnı sifarişlərini nə üçün qəbul etməməsinin səbəbini soruşmuşdur. Tanımadığı, adını bilmədiyi masa bəyi də təkrərən ona vaxtı çatanda sifarişinin qəbul ediləcəyini bildirmişdir . Həmin vaxt artıq səbr kasası dolmuş və anasını, bacısını toyu tərk etmələri üçün çağırmış və anasının və bacısının üzərinə qışqırərəq, “gəlin məclisi tərk edək, burda bizi saymırlar”demişdir. Həmin vaxtı Namiq foyedə boynunun arxasına şillə ilə vurmuş,o, əsəbləşib çölə çıxmış və üzərində olan bıçağı çıxarıb sağ əlinə götürmüş və ana və bacısına belə toy lazım deyil, onlarda qonaqdılar, nə səbəbə onların mahnı sifarişləri qəbul edilmir deyib,sonunculara şadlıq evindən öz evlərinə getmələrini bildirimişdir, Həmin vaxt anası Zahidə, bacısı Rəna, eləcədə orada olan, toya qonaq gələn xatırlamadığı qonaqlar onu sakitləşdirməyə çalışmışlar. Hətda restoranın çöl pilləkənində anası Zahidəni itələmiş və onun ürəyi getmiş, pilləkənin üstünə yıxılmışdır. Bacısı Rəna da onun itələməyi səbəbindən yerə yıxılmışdır. Lakin həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün özündə olmamış və sağ əlində tutduğu bıçaqla ailə üzvlərindən şadlıq evindən çıxıb evlərini tələb etmişdir .O, ətrafda olan heç kim ona yaxınlaşmasın deyə bıçağı nümayiş etdirmişdir. Bundan sonra əlindəki bıçağı qatlayıb yenidən belinə qoymuşdur. Bu zaman tanımadığı şəxs arxadan gələrək ona zərbələr endirmiş, o isə yayınmağa çalışmışdır.Bu zaman ətrafda olan toya qonaq gələn şəxslərin və anasının onu ondan aralamağa çalışdıqlarını görmüşdür. Həmin şəxs onu döyən zaman yerə yıxılmış, bu zaman sol əli boşluğa düşmüş, həmin şəxs təpiklə əlinə vurduğu üçün əli sınmışdır. O da həmin vaxtı sağ əlini belinə atıb belindəki bıcağı çıxarıb açmış və həmin şəxsi özündən uzaqlaşdırmaq üçün bıçağı sağa-sola doğru hərəkət etdirmişdir. Həmin orada olan tanımadığı şəxslər ondan əlindəki bıçağı yerə atmasını və sakitləşməsini tələb etmişlər . Onun belə etməkdə məqsədi həmin şəxsi qorxudub özündən kənarlaşdırmaq olmuşdur. Onun tanımadığı şəxs onu bərk döymüş, nəticədə sol qolundan, sağ əl və sifət nahiyyəsindən şiddətli ağrılar hiss etmişdir. Belə ki, əlini bıçaq kəsdiyi üçün həmin şəxslərdən aralanıb bir yerdə əyləşmiş və əynində olan olan köynəyə sağ əlini sıxmışdır ki, qan axmasın. Bundan sonra piyada Samux şəhəri istiqamətində getmiş, məqsədi anası və bacısı gil də toy evinə gələrlər deyə Samux rayonunda yaşayan dayısı gilə, toy evinə getmək olmuşdur. Həmin günün səhəri, heç dayısı gilin evinə çatmamı polis əməkdaşları onu saxlamış və Gəncə şəhər BPİ-yə gətirmişlər. Polis idarəsində ona məlum olmuşdur ki, həmin dava-dalaş zamanı özünü döyən şəxsdən müdafiə etmək və onu qorxudub özündən kənarlaşdımaq istəyən zaman bilmədən əlində olan bıçaqla sağa-sola hərəkət etdirən zaman əlindəki bıçaq qohumu, əvvəllər heç bir düşmənçiliyi olmayan Zərərçəkmiş şəxs, bacım Şahid1 və yeznəsi Şahid2 dəymişdir. Həmin dava-dalaş zamanıonu kimsəni vurmvq məqsədi olmamışdır. Yalnız onu döyən şəxsi qorxudub özündən kənarlaşdırmaq üçün əlində olan bıçağı sağa-sola tərəf atmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin dava-dalaş zamanı onu döyüb əlini və dişlərini sındıran, toya qonaq gəlmiş, əvvəllər tanımadığı Şahid4 olmuşdur. Həm özü döyülüb xəsarət almış, həm də istəmədən öz yaxınlarına bıçaq xəsarəti yetirmişdir. Onun döyülərək xəsarət almağı ilə bağlı heç kimdən şikayət və ya tələbi yoxdur. Həmin vaxt ətrafa çoxlu sayda şəxslər toplaşdığı və ətrafda səs-küy çox olduğu üçün həmin şəxslərin ona və ya ünvanlı-ünvansız söyüşlər söyməsini eşitməmişdir. Digər şəxslər isə ondan bıçağı yerə qoymağını və sakitləşməyini tələb etmişlər. Hadisə vaxtı Şahid4 onu döymüş və təpiklə vuraraq sol qolunu, yumruğu ilə isə dişlərini sındırmışdır. Əvvəllər verdiyi ifadələrində hadisə zamanı ona çoxlu zərbələr dəydiyi üçün, onu bir neçə nəfərin döyməsini zənn etmişdi. Sonradan ona məlum olmuşdur ki, hadisə vaxtı onu ancaq Şahid4 vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı ilə birlikdə anasının əmisi nəvəsi Elnurənin Gəncə şəhəri, Atabəylər prospektində yerləşən “Min bir gecə” şadlıq sarayında toy mərasimində iştirak etmiş, toyda yemək yemiş və spirtli içki qəbul etmişdir. Toy başlayandan təxminən 2 saat sonra siqaret çəkmək üçün zaldan çölə çıxmış və anasının qohumu Rüfətin əlində bıçaqla öz anası Zahidəni itələmiyini görmüşdür. O, həmin vaxtı istəmişdir ki, Rüfəti ,lakin Rüfət sakitləşməmişdir. Bu zaman Rüfətin anası Zahidə xala onu kənara çəkmiş və işin yoxdur, dəymə dediyindən o kənara çəkilmiş, lakin Rüfəti sakitləşdirən zman aralıqda Rüfət əlindəki bicaqla onu sol yan tərəfdən vurmuşdur. Həmin vaxtı ətrafda olan bir neçə nəfər o cümlədən bacısının yoldaşı Adil də Rüfətin üzərinə düşmüş, o Adili aralamaq istəmsiş, lakin Adil ona bıcaqlandığını demişdir. Bunu eşitdikdən sonra özünü itirmiş sonradan onu Adilin maşını ilə Gəncə şəhər Beynəlxalq xəstəxanaya aparmışlar. Hadisə vaxtı ətrafda çox adam olmuş, onların hamısını xatırlamır, yeznəsi Adil, Rüfətin anası Zahidə xala və bacısı Rənanı xatırlayır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. O, Rüfəti sakitləşdirsədə Rüfət onun bıçaqla sol yan tərəfindən vurmuş, lakin nə bacısı Rənanı nə də bacısının həyat yoldaşı Şəfayəti vurduğunu görməmişdir. Hadisə zamanı Rüfətin əlində bıçağı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Şahid2, iki azyaşlı övladı, anası Zahidə və qardaşı Rüfətlə birlikdə Samux rayonu Nəbiağalı qəsəbəsində yaşayan dayısı qızı Elnurənin toyuna gəlmişlər. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Şəfayət, anası Zahidə, iki azyaşlı övladı və qardaşı Rüfətlə Gəncə şəhəri Atabəylər prospektində yerləşən “Min bir gecə” şadlıq sarayında toy mərasimində iştirak etmişdir.Toy başlayandan təxminən 2 saat sonra qardaşı Rüfət əlində bıçaq şənlik evinin qapısında səs-küy salmış, anasından və ondan toydan çıxıb getmələrini tələb etmişdir.Rüfət həmin vaxt onu sakitləşdirməyə çalışan şəxslərlə mübahisə etdiyindən, orada olan tanımadığı bir qız uşağından şənlik evində masada əyləşən əri Şəfayəti göstərib onu küçəyə çağırmasını xahiş etmişdir. O, qardaşı Rüfəti sakitləşdirən zaman Rüfət onu əli ilə itələmiş və o, qapının ağzında olan pilləkənə yıxılmışdır. Qardaşı orada olan tanımadığı şəxslərə, “gəlin gedək, heç kim mənim qabağıma keçməsin, kim qabağıma çıxsa vuracam” demişdir. Həmin vaxt o, anası Zahidə, əri Şəfayət, qohumları Namiq və digər tanımadığı şəxslərlə birlikdə Rüfəti sakitləşdirməyə çalışmışlar. Onlar bıçağı qardaşı Rüfətin əlindən almağa çalışmışlar. Bu zaman bədəninin sol tərəfinə nə isə dəydiyini hiss etmiş, huşunu itirmiş və bir nəfər qara kostyum geyinmiş şəxs onu yaxınlıqda olan oturacağa əyləşdirmişdir. O, həmin vaxt qışqıraraq Rüfətin onu bıçaqla vurmasını demişdir. Sonra əri Şəfayət onu Gəncə şəhəri 3 nömrəli xəstəxnaya aparmışdır. Xəstəxanada həkimlər onu əməliyyat etmişlər. Qardaşı Rüfətdən onu bıçaqla vurmasına görə heç bir şikayət və tələbi yoxdur. Hadisə vaxtı orada anası Zahidə, həyat yoldaşı Şəfayət və dayısı oğlu Elnur olmuş, bundan başqa ətrafda çoxlu sayda tanımadığı şəxslər olmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Qardaşını orada olan tanımadığı şəxs döymüş, ola bilsin qardaşı həmin şəxsi qorxutmaq üçün bıçaqla vuran zaman səhvən onu da vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə qonşusu Uğur Əsgərovun qız övladının “Min bir gecə” şadlıq sarayında keçirilən toy şənliyinə onu da dəvət etmişlər. Həmin məclisdə qaynı Zərərçəkmiş şəxs Adil oğlu ilə birlikdə iştirak etmiş, məcslidə bir masada əyləşmiş və yemek yeyib hər ikisi spirtli içki araq içmişlər. Məclsidə iştirak edən zaman toya qonaq gəlmiş bir nəfər cavan oğlanın restoranda aqressiv davrandığını görmüş, bir qədər sonra isə həmin şəxsin şənlik evindən çölə çıxdığını, sonra yenidən geri qayıtdığını görmüşdür.Daha sonra həmin şəxs siqaret çəkmək üçün şənlik evinin çöl qapısına çıxmış ,adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs ana-bacısına şənlik evindən çıxıb getməyini demişdir. Həmin vaxtı o, qaynı Zərərçəkmiş şəxs ilə birlikdə Rüfət sakitləşdirməyə çalışmış, özü Rüfətə etdiyi hərəkətin düzgün olmadığını, sakit olmasını demiş, lakin həmin Rüfət onun sözlərinə məhəl qoymamış, Rüfətin anası da onu sakitləşdirməyə çalışmışdır. Bu zaman Rüfət daha da aqressivləşmiş və əlində olan bıçağı orada olan şəxslərə tərəf hərləməyə başlamışdır. Həmin vaxt qaynı Namiq bıçağı onun əlindən alsın və onu sakitləşdirsin deyə onun qaşısına keçmişdir. Həmin vaxt Rüfət bıçaqla qaynı Namiqi 3 dəfə vurmuşdur. O bundan bərk əsəbləşmiş və 3-4 dəfə Rüfətin bədən, baş nahiyyələrinə və əlinə yumuruqla vurmağa başlamışdır. Sonra orada olan şəxslər onları aralamış və Rüfəti kənara aparmışlar. Aralaşandan sonra o taksi ilə Namiqin arxasınca xəstəxanaya getmişdir. Gəncə şəhər Beynəlxalq xəstəxanasına çatanda həkimlər Namiqi əməliyyat etmişlər. Hadisə vaxtı ətrafda gördüyü şəxslərdən tanıdıqlarından Namiq yadında qalmış, digər şəxsləri tanımamışdır. Hadisə təxminən 10- 15 dəqiqə davam etmiş və həmin vaxt ətrafa çoxlu sayda tanımadığı şəxslər toplaşmışdır. Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurmasını görəndən sonra onu döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumudur, Rüfətlə münasibəti normal olmuş, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə qohumu X5 toyu olmuş, toyda Rüfət, anası Zahidə, bacısı Rəna, az yaşlı uşaqları və bacısının əri Şahvələd də iştirak etmişlər. Toyda Rüfətin anası və bacısı ilə aqressiv formada mübahisə edib onlardan onunla birlikdə şadlıq evindən çıxıb getmələrini tələb etdiyin görmüşdür. Nə qədər çalışsalarda Rüfəti sakitləşdirə bilməmiş, həmin vaxt Rüfət öz ana-bacısını götürüb toydan getmək istəmişdir. Onlar isə Rüfətdən sakit olmasını xahiş etmişlər. Bir qədər sonra qohumu Namiqin bıçaqlanmasını eşitmişdir. Bundan sonra toy dayanmış və hamı kimi o da restoranın həyətinə çıxmış və həyətdə xeyli sayda adamın olduğunu görmüşdür.Həmin vaxt Namiqin bədən nahiyyəsindən qan axmış, ona görə də Namiqi tanımadıqları bir avtomobilə mindirib xəstəxanaya yola salmışlar. Sonradan ona məlum olmuşdur ki, Rüfət şadlıq evinin həyətində əvvəlcə Namiqi, daha sonra bacısı Rənanı, sonra isə yeznəsi, yəni Rənanın əri Şahvələdi bıçaqla vuraraq xəsarət yetirmişdir. Hadisə vaxtı ətrafda çoxlu sayda tanıdığı və tanımadığı şəxslər olmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt ətrafa çoxlu sayda tanımadığı şəxslər toplaşmışdır. Rüfəti də kimlərin döyüb xəsarət yetirməsini görməmişdir. Nə də ki, özü Rüfəti döyüb xəsarət yetirməmişdir. Rüfətin Namiqi və bacısı Rənanı bıçaqla vurmasını görməmiş, ümumiyyətcə Rüfətin əlində bıçaq görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğludur, Rüfətlə münasibəti normal olmuş, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə bacısı X5 toyu olmuş, toyda özü toy sahibi kimi gələn qonaqları yerləşdirmiş və gedən qonaqları yola salmışdır. Toyun ortalarında bibisi oğlu Rüfəti musiqiçilərin yanında görmüş və Rüfətə yaxınlaşıb nə istədiyini soruşmuş, Rüfət də qarmon ifa etmək istədiyin musiqiçilərdən xahiş etdiyini demişdir. O da Rüfətə narahat olmamasını, qonaqları yola salsınlar, sonra imkan yaradacaq qarmon ifa edər demişdir . Sonra yenə qonaqlarla məşğul olmuş və bir müddət sonra bibisi oğlu Rüfətin yenə də musiqiçilərin yanında olduğunu görmüş və Rüfətə yaxınlaşıb elə bilki bacısının toyudur, özünü toy sahibi kimi apar, sakitçilik olanda ona həm qarmon ifa etməsinə,həm də rəqs etməsinə özü şərait yaradacağını demişdir. O, toyda qonaqlarla birlikdə rəqs edən zaman Rüfətin anası və bacısı ilə aqressiv formada mübahisə edib onlardan onunla birlikdə şadlıq evindən çıxıb getmələrini tələb etdiyini gömüş,Rüfətə yaxınlaşmış və nə baş verdiyini soruşmuş, Rüfətdə heç nə olmadığın deyb öz ana-bacısını götürüb getmək istədiyini bildirmişdir. O da ona sakit olmasını bildirmiş və sonra qonaqlarla məşğul olmağa başlamışdır. Bir qədər sonra restorandan qonaqların qapının ağzına çıxmasını görmüş və özü də restoranın çöl tərəfinə çıxan zaman Rüfətin restoranın həyətində qonaqlarla mübahisə etdiyini görmüşdür. Həmin vaxtdan sonra təxminən 2-3 sifariş olmuşdur. Sonra eşitmişdir ki, qohumları Namiq bıçaqlanmışdır. Bundan sonra toy dayanmış və hamı kimi o da restoranın həyətinə çıxmış və həyətdə xeyli sayda adamların olduğunu və onların bir-birinə qarışmışdır görmüşdür . Həmimn vaxt bibisi qızı Rəna şadlıq evinin həyətində olan oturacaqda yarı uzanmış vəziyyətdə əydləşmişdir. Həmin vaxt o,Şəfayətə ailəsini də götürüb buradan çıxsın demişdir .Onun məqsədi atası xəstə olduğundan görüb həyəcanlanmasın deyə mübahisə edib dalaşan şəxslərin şadlıq evinin həyətindən dağılıb getməsi olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Rüfət şadlıq evinin həyətində əvvəlcə Namiqi, daha sonra bacısı Rənanı, sonra isə yeznəsi, yəni Rənanın əri Şəfayəti bıçaqla vuraraq xəsarət yetirmişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt ətrafa çoxlu sayda tanımadığı şəxslər toplaşmışdır. Rüfəti də kimlərin döyüb xəsarət yetirməsini görməmişdir. Rüfətin Namiqi və bacısı Rənanı bıçaqla vurmasını görməmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid8 və Şahid7 Şahid9 ilə eyni məzmunlu ifadə vermişlər və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 iyun 2022ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəlinin 06 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun xx.xx.2022-ci il tarixli 858/2022-ci il nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətində olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07 iyun 2022ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlaması haqqında protokollarından görünür ki, istintaq hərəkəti keçirilmiş və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək tanımadığı şəxslərlə mübahisə etdiyi və Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 bıçaqla vuraraq xəsarət yetirdiyi yerləri əyani olaraq göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Atabəylər prospektində yerləşən “Min bir gecə” şadlıq evinə quraşdırılmış müşahidə kamerasından hadisə yerinə baxış zamanı götürülmüş və 01 ədəd diskdə olan videogörüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, əynində ağ rəngli, üzərində boz palasa olan bir nəfər orta yaşlı kişi xelyağı əlində bıçaq əvvəlcə yaşlı qadınla yaşlı kişini dartışdırıb getməsini tələb edir, həmin vaxt ətrafda olan şəxslər, əsas da iki nəfər ağ köynək geyinmiş dolu bədən quruluşlu, birinin başının ortası keçəl olan şəxslər və bir az yaşlı oğlan uşağı onu sakitləşdirməyə çalışır, lakin əlində bıçaq olan şəxs israrrla həmin yaşlı qadına yolu göstərib getməsini bildirir, daha sonra əlində bıçaq olan şəxs yaşlı qadını itələyib yıxır və həmin qadın pilləkənin üzərində huşunu itirib yerə uzanır, sonra cavan bir qadın gəlir və həmin əlində bıçaq olan şəxs bu səfər onu itələyib yerə yıxır, həmin vaxt az yaşlı uşaqla birlikdə orada olmuş digər şəxslər onu sakitləşdirməyə çalışır, sonra ara qarışır və əvvəlcə cavan qadın qara rəngli maşının qabağında yerə uzanan kimi olur, sonra əlində bıçaq olan şəxsi orada olan dolu bədən quruluşlu, əynində ağ köynək olan şəxs ardıcıl yumuruq zərbələri ilə baş nahiyəsinə, təpiklə bədən nahiyəsinə vurur, orada olan çoxsaylı şəxslər aranı sakitləşdirməyə çalışır, daha sonra ilk dəfə əlində bıçaq olan şəxsi vurmuş ağ köynəkli şəxs yenidən həmin əlində bıçaq olan şəxsin yanına gəlib yenidən yumuruq zərbələri ilə onun baş nahiyəsinə vurur, həmin vaxt ətrafda olan şəxslər onu sakitləşdirməyə çalışır. Sonra cavan qadın xelyağı huşunu itirib yerə yıxılır və həmin vaxt onun yanında olmuş qara rəngli kostyum geyinmiş şəxs onu qucağında arxaya tərəf aparır. Sonra şadlıq evinin ətrafın yığılmış şəxslər avtomobil yolu istiqamətində gedirlər. Diskə baxışla əlaqədar protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının 23 iyun 2022-ci il tarixli 993 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş iki ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmiş. Bu yaralardan biri daxilə nüfuz edən yaradır, döş qəfəsinin sol yan səthində Vİ-Vİİ qabırğaların səviyyəsində yerləşmişdir, plevranın zədələnməsi ilə müşayət olunur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir, digər ikinci yara daxilə nüfuz etməyən yaradır, döş qəfəsinin sol yan səthində Xİ-Xİİ qabırğalar səviyyəsində yerləşmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 29 iyun 2022-ci il tarixli 369/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrupu AB/İV/-dur ( şəxsiyyət vəsiqəsinin ksero sürətinə əsasən), Şahid1 ABO sistemi üzrə qrupu O/İ/-dir ( şəxsiyyət vəsiqəsinin ksero sürətinə əsasən), Şahid2 ABO sistemi üzrə qrupu B/İİİ/-dür ( şəxsiyyət vəsiqəsinin ksero sürətinə əsasən), Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək, şalvar üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A” və “B” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə AB/İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Şahid1 məxsus don, məmədan üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “H” antigenti alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə O/İ/ qruplu şəxsə, o cümlədən Şahid1 məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Şahid2 məxsus kofta üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə B/H/İİİ/ qruplu şəxsə, o cümlədən Şahid2 məxsus ola bilər(əgər onun qanında müşayiətçi H antiqeni varsa). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətrasoloji ekspertizasının 08 iyul 2022-ci il tarixli 306/2022-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Şahid2 məxsus qısaqol köynəyin sol qolunun ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində sola iki ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədəd aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus paltarların (büstqalter və don) ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 23 iyun 2022-ci il tarixli 407 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərkətlərini qiymətləndirmək, hərəklərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd ağ rəngli qısa qol köynək, 01 ədəd açıq boz rəngli şalvar, Şahid1 əynində olmuş 01 ədəd qara rəngli qısa qol, sol yan tərəfində ağ rəngli zolaq və zər bəzəkləri olan don, 01 ədəd ağ rəngli süd əmər, Şahid2 əynində olmuş ağ rəngli qısa qol kofta cinayət işi üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhəri üzrə İnzibati Ərazi Dairəsi Nümayəndəliyindən alınmış xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs özünü nizam-intizamlı aparır, cəmiyyətin ictimai işlərində fəaldır, qonşuların xeyir-şər məclisində iştirak edir, barəsində heç bir şikayət xarakterli material daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistiq İnformasiya İdarəsindən alınmış xx.xx.2022ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 69.3-cü madələri ilə təqsirli bilinib 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını tam çəkib başa vurmamışdır. Azərbaycan Respublikasının CM-nin 15.3-cü maddəsində göstərilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra məhkumluqları ödənilmiş hesab edilir. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə sonra məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir, həmin əmələ görə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını tam çəkib başa vurmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli rayon İcra və Probasiya Şöbəsinin 24 oktyabr 2023-cü il tarixli 11 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ona təyin etdiyi 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, qalmaqal salmağa meyillilik motivin əsasını təşkil edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 05 iyun 2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Atabəylər prospektində yerləşən “Min bir gecə” şadlıq sarayında keçirilən toy mərasimində iştirak edib, spirtli içki qəbul edərək orta dərəcədə sərxoş olub verdiyi mahnı sifarişinin yerinə yetirilməməsinə görə narazı qalıb, ictimai yer hesab edilən şadlıq sarayının qarşısında ətrafda olan şəxslərə məhəl qoymadan, əlində olan soyuq silah hesab edilməyən bıçağı nümayiş etdirməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ünvansız söyüşlər, nalayiq ifadələr işlətməsinə görə həmyerlisi və qohumu olan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncu onun baş nahiyyəsindən vurmasına görə hiddətlənərək ona irad bildirən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən silah qismində istifadə edilən əşyanı, yəni bıçaqla şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən zərbələr vuraraq sonuncuya döş qəfəsinin sol yan səthində Xİ-Xİİ qabırğalar səviyyəsində yerləşən daxilə nüfuz etməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bir ədəd kəsilmiş-deşilmiş yara və döş qəfəsinin sol yan səthində Vİ-Vİİ qabırğalar səviyyəsində yerləşən plevranın zədələnməsi ilə müşayiət olunan daxilə nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bir ədəd kəsilmiş-deşilmiş yara xəsarətlərini yetirməklə insan həyatı üçün təhlükəli olan zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətlərinin etməklə cinayət əməllərini törətdiyinə görə onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, səmimi etirafı və əməlindən peşman olması həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən halların kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının DİN-nin Baş Əməliyyat Statistiq İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli arayışdan görümür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 69.3-cü madələri ilə təqsirli bilinib 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını tam çəkib başa vurmamışdır. Azərbaycan Respublikasının CM-nin 15.3-cü maddəsində göstərilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra məhkumluqları ödənilmiş hesab edilir. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə sonra məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir, həmin əmələ görə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını tam çəkib başa vurmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs hazırkı cinayət əməli cinayətlərin residivi kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1 və 221.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olsa belə, onun ittiham olunduğu həmin Məcəllənin 126.1-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-299/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 08 (səkkiz) ay (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydası üzrə, yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 06 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübutlar- zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd ağ rəngli qısa qol köynək, 01 ədəd açıq boz rəngli şalvar, Şahid1 əynində olmuş 01 ədəd qara rəngli qısa qol, sol yan tərəfində ağ rəngli zolaq və zər bəzəkləri olan don, 01 ədəd ağ rəngli süd əmər, Şahid2 əynində olmuş ağ rəngli qısa qol kofta sahiblərinə qaytarılsın imtina etdiklərindən məhv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-299/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 08 (səkkiz) ay (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydası üzrə, yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun tutulduğu andan, 06 iyun 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübutlar- zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd ağ rəngli qısa qol köynək, 01 ədəd açıq boz rəngli şalvar, Şahid1 əynində olmuş 01 ədəd qara rəngli qısa qol, sol yan tərəfində ağ rəngli zolaq və zər bəzəkləri olan don, 01 ədəd ağ rəngli süd əmər, Şahid2 əynində olmuş ağ rəngli qısa qol kofta sahiblərinə qaytarsın, imtina etdiklərindən məhv edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-242/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-242/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver