Məhkəmə qərarları › İş №1(100)-243/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-243/2020

28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-243/2020 28.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə məhkəmənin hazırlıq iclasında sonuncunun Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq məhkəmə, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham olunmuşdur ona görə ki, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq, yəni Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmə və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, daşıma və saxlama cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs X5 Məhkəməsinin xx xxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma habelə Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan X3 vətəndaşları “Hüseyn”, “Əsgər” adlı şəxslərlə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Hüseyn”, “Əsgər” adlı şəxslərin və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respubliaksı gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbaycan Respulikası ərazisinə satış məqsədilə qanunsuz olaraq gətirdiyi külli miqdarda “Azərbaycan Respubliaksı ərazisində dövriyyəsi qadağan edilən narkotin vasitələr”in 1-ci siyahısına daxil edilən təmiz çəkisi 36.675 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin staış məqsədilə qnaunsuz olaraq əldə edib idarə etdiyi BMW markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə daşıyaraq müvəqqəti kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24 B-də yerləşən 1914 saylı mənzildə saxlamışdır. Bundan başqa o, təkrarən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma habelə Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan X3 vətəndaşları “Hüseyn”, “Əsgər” adlı şəxslərlə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Hüseyn”, “Əsgər” adlı şəxslərin və qeyrilərinin naməlum vaxtda və şəraitdə təkrarən Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda “Azərbaycan Respubliaksı ərazisində dövriyyəsi qadağan edilən narkotin vasitələr”in 1-ci siyahısına daxil edilən təmiz çəkisi 43195,396 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkişi 500 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, təmiz çəkisi 1600 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda “Azərbaycan Respubliaksı ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısına daxil edilən təmiz çəkisi 2001,386 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini təkrarən satış məqsədilə qanunsuz olaraq əldə edib, idarə etdiyi BMW markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayaraq daşımış, bu bardə əldə edilmiş məlumat əsasənda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən xx xxxx 2020-ci il tarixdə, keçirilmiş əməliyyat axtarış tədbiri zamanı həmin gün saat 00:05-də Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Bərdə-Yevlax avtomobil yolunun 20-ci km-də saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə dəvət edilmiş və orada Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd narıncı rəngli kisədə on yeddi ədəd bağlamada ayrı ayrılıqda təmiz çəkiləri 12095 qram, 8321 qram, 460 qram, 213,964 qram, 244, 988 qram, 1130 qram, 203,944 qram, 750 qram, 984 qram, 310,260 qram, 1256 qram, 530 qram, 138,240 qram, 1637 qram, 1205 qram, 2849 qram və 10867 qram olmaqla ümumilikdə təmiz çəkisi 43195, 396 qram narkotik vasitə heroin, bir ədəd bağlamada təmiz çəkisi 500 qram narkotik vasitə tiryək, bir ədəd polietilen torbada təmiz çəkisi 1600 qram narkotik vasitə qurudulmuş marixuana və dörd ədəd bağlamada təmiz çəkiləri 455 qram, 675 qram, 665 qram, 206,386 qram olmaqla ümumilikdə təmiz çəkisi 2001, 386 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, xx xxxx 2020-ci il tarixdə kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24 B-də yerləşən 1914 saylı mənzilə baxış keçirilərkən mətbəxdəki şkafdan bir ədəd polietilen torbada təmiz çəkisi 36, 675 qram narkotik vasitə heron aşkar olunaraq götürülmüşdür. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən Dövlət ittihamçısı vəsatət verərək həmin cinayət işi üzrə məhkəmə aidiyyətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər məhkəməsinə aid olduğunu bildirib cinayət işinin materiallarının məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cinayət işinin məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlarda cinayət qanunu ilə nəzərdə tutulmuş ağır cinayət hesab edilən son əməlin, yəni sonuncu cinayətin Bakı şəhərində törədildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri Ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3. və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi haqqında” Məhkəmə Hüquq Şurasının xx.xx.2017-ci il tarixli Qərarı ilə Bakı şəhərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi tanınması qərara alınmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxsə CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamların məzmununa əsasən müəyyən edilir ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi ev 24B-də yerləşən 1914 saylı mənzilə baxış keçirilərkən mətbəxdəki şkafdan bir ədəd polietilen torbada təmiz çəkisi 36, 675 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Verilmiş ittihama əsasən sözügedən hüquqazidd əməl yəni təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş uzanan cinayət əməlləri üzrə sonuncu əməl kimi qeyd edilmişdir. Göründüyü kimi verilmiş ittihama əsasən sözügedən cinayət əməli Bakı şəhərində baş vermişdir. CPM-in 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin imperativ tələbinə görə Dövlət ittihamçısı vəsatəti təmin edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri iləittiham olunmasına dair cinayət işinin materialları Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş ağır cinayət hesab edilən son əməlin, yəni sonuncu cinayətin Bakı şəhərində törədilməsinə görə, cinayət əməllərrindən sonuncu cinayətin törədildiyi yerin Bakışəhəri ərazi yurisdiksiyasına görə Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 69.3-cü, 74.1-ci, 74.5-ci və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1. və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69,3., 74.1., 74.5., 75.1., 299.3., 299.3.1., 300.1. və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Faiq Mahmudov Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar