Məhkəmə qərarları › İş №1(100)-243/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-243/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-243/2021 13.08.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Burosunun vəkili Müdafiəçi2 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Ağcabədi rayonu, Qaravılli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin sentyabr ayında bacısı X4 Tərtər rayon Buruc kənd sakini Zərərçəkmiş şəxs ilə atası Nümayəndə məxsus Bərdə rayonu Lənbəran kəndində yerləşən fərdi yaşayış evində cinsi əlaqədə olmaları barədə atası Nümayəndə məlumat aldıqdan sonra bacısının öz ata evində əvvəllər tanımadığı Zərərçəkmiş şəxsla əxlaqsız hərəkətlər edərək bununla da namusuna xələl gətirdiyini düşünüb qisas alaraq sonuncuları qəsdən öldürmək və namusunu təmizləmək qərarına gəlmiş, 13 fevral 2021-ci il tarixdə, saat 23 radələrində ailə üzvləri ilə aralarındakı münasibətləri normallaşdırmaq məqsədilə Bərdə rayonu Lənbəran kəndində atası Nümayəndə məxsus evə qonaq gələn bacısı X9 və onun qeyri-rəsmi münasibətdə yaşadığı Zərərçəkmiş şəxs öldürmək üçün münasib şərait yarandığını görüb cinayətkar niyyətini reallaşdırmaq məqsədilə 14 fevral 2021-ci il tarixdə, saat 01 radələrində həmin evin mətbəx otağından məişət təyinatlı deşicikəsici xassəyə malik, soyuq silah hesab olunmayan mətbəx bıçağını götürüb şalvarın ön tərəfində sol yan hissəsində gizlədərək söhbət etmək adı ilə evin yataq otağında olan Aynur Əsgərovaya yaxınlaşıb şalvarında gizlətdiyi bıçağı çıxararaq sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk edib bunu arzu edərək və yalvarışlara məhəl qoymayıb müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirməklə və müstəsna qəddarlıqla boyun nahiyəsini kəsərək Aynur Rəhimovaya traxeyanın yaralanması ilə boyun nahiyyəsinin ön səthinin 1 ədəd kəsilmiş yarası, ağ ciyərlərin yaralanması ilə döş qəfəsinin ön səthində 1 ədəd, döş qəfəsinin arxa səthində 3 ədəd döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sol körpücük nahiyəsindən daxilə keçməyən 1 ədəd, döş qəfəs nahiyəsinin sağ yarısının ön səthində 03 ədəd, döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində 1 ədəd, döş qəfəsi nahiyəsinin arxa səthindəsağ kürək nahiyəsində 1 ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları, sağ diz oynağı nahiyəsinin 1 ədəd kəsilmiş yarası xəsarəti canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, ümumilikdə 12 ədəd kəsilmiş-deşilmiş bıçaq xəsarətləri yetirməklə Aynur Əsgərovanı qəsdən öldürdükdən sonra öz cinayətkar əməlini davam etdirib yaranmış səs-küyə yataq otağına gəlmiş Zərərçəkmiş şəxs “elə bilirdin səni sağ buraxacam” sözlərini deyib üzərinə hucum edərək sonuncunu qəsdən öldürmək məqsədi ilə həmin bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək sonuncuya döş qəfəsinin sağ yarısının arxa səthində Vİİ-Vİİİ qabırğa səviyyəsində 1 ədəd, İİİ-İV qabırğa səviyyəsində-sağ onurğayanı xətti üzrə 1 ədəd, V-Vİ qabırğa səviyyəsində-bayır kürək xətti üzrə 1 ədəd kəsilmiş-deşilmiş yaraları, yaralardan birinin bıçaqla döş qəfəsinə keçməsi sağ tərəfli hemopnevmotoraksa səbəb olan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bu zaman otağa girən Zərərçəkmiş şəxs bibisi Şahid2 müdaxiləsi ilə əlindəki bıçağın yerə düşməsinə baxmayaraq o, öz cinayətkar niyyətini davam etdirərək yataq otağından canını qurtarmaq üçün qaçıb həyətə düşən Zərərçəkmiş şəxs arxasınca gedib onu evin həyətində yaxalayıb həyətdən götürdüyü ağac parçası ilə Rəsulun sağ qolundan bir dəfə zərbə vurmuş, lakin hadisə yerində olan şəxslərin müdaxiləsindən sonra Zərərçəkmiş şəxs hadisə yerindən kənarlaşdırılaraq tanışları Şahid4 məxsus “VAZ-21074” markalı avtomobil ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb ona vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas olunduğundan o, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmiş, nəticədə o, qisas almaq niyyətilə xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən iki şəxsi öldürməyə cəhd etmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə və iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.2.4 və 29,120.2.7-ci maddələri ilə elan edilmiş ittihamda həmin Məcəllənin 120.2.4-cü maddəsi ilə özünü təqsirli bilib, 29,120.2.7-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, bacısı X18 adlı şəxslə təxminən 2 il əvvəl rəsmi nikahda olmuşdur. Həmin vaxtlarda Aynur Tərtər rayonu, Buruc kənd sakini Rəsul adlı şəxslə tanış olaraq onunla qeyri rəsmi münasibətdə olmuşdur. Vüsal bacısının Rəsul ilə olan münasibətini öyrənib təxminən bir il öncə rəsmi qaydada boşanmışlar. Bacısının Vüsal ilə nikahlarından övladları olmamışdır. Hadisədən 1 il 6 ay öncə o, Quba şəhərində olan zaman bacısı Rəsulu evə dəvət etmiş, onunla cinsi əlaqədə olan zaman atası onları yataq otağında tutmuşdur. Bu zaman Rəsul paltarsız vəziyyətdə otaqdan çıxaraq qaçmışdır. Həmin vaxt DİN-nin 102 xidmətinə evlərinə naməlum kişi cinsli şəxsin daxil olması barədə məlumat vermişlər. Məlumat üzrə araşdırma aparılan zaman bacısı Rəsul adlı şəxsi könüllü qaydada evə çağırmağı barədə izahat vermişdir. Daha sonra Aynur Rəsulun valideyinlərinin yaşadığı Bərdə rayonu, Lənbəran kəndinə getmişdir. O, Rəsulun telefon nömrəsini taparaq onunla danışan zaman qarşısına çıxmamalarını, əks təqdirdə onların ikisinidə öldürəcəyini demişdir. Rəsul bir neçə gün sonra Rusiya Federasiyasına getmiş, bacısı isə onun ailə üzvləri ilə birlikdə fermada yaşamışdır. Hadisədən təxminən 2 ay əvvəl Rəsul Rusiya Federasiyasından qayıtmışdır. 2021-ci ilin fevral ayının əvvəllərində Rəsulun adını xatırlamadığı bibisi onun mobil telefon nömrəsinə zəng edərək Aynurun onlara gəlibgəlmədiyini soruşmuşdur. O, Aynurdan xəbərinin olmadığını ona demişdir. Səhv etmirsə iki gün sonra onun ***-***-**-** mobil telefon nömrəsinə tanımadığı nömrədən zəng gəlmişdir. O, telefonu götürən zaman tanımadığı qadın ona bacısı Aynurun Tərtər rayonu ərazisində yolun kənarında olduğunu, sonuncunun deməsinə görə əri tərəfindən döyüldüyünü, qızı gəlib aparmağını ona demişdir. O, Aynurun Rəsul adlı şəxslə yaşadığını, onu döyən şəxsin özünün gəlib aparmasını deyərək telefonu söndürmüşdür. Sonradan həmin qadının Aynuru Rəsulun ailəsinə təhvil verdiyini eşitmişdir. 13.02.2021-ci il tarixdə Rəsul onun mobil telefon nömrəsinə zəng edərək onunla kənarda görüşmək, onunla söhbət etmək istədiyini demişdir. O, sonuncuya heç bir yerdə görüşməyəcəyini, evlərinə gəlmələrini demişdir. 13.02.2021-ci il tarixdə axşam saat 23 radələrində Aynur, Rəsul, atası, qardaşı, bibisi, sonuncunun oğlu və yanlarında təxminən 7-8 yaşlarında olan uşağı ilə birlikdə onlara gəlmişlər. Həmin vaxt evlərində ondan başqa atası və anası olmuşdur. Qonaqlar evə daxil olub çay içmiş, daha sonra Rəsulun atası artıq barışmaq, bu işə bir ad qoymaq istədiklərini, həmçinin Aynurun doğum haqqında şəhadətnaməsini istədiklərini demişdir. Bu zaman anası bacısı ilə evin digər otağına keçmişlər. Onlar söhbət edən zaman anası onu da çağırmışdır. O, bacısının öz ata evində əvvəllər tanımadığı Rəsulla cinsi əlaqəyə girməsini qəbul edə bilmədiyindən və namusunu təmizləmək üçün münasib şəraitin yarandığını görüb bacısını öldürmək qərarına gəlmiş və buna görə mətbəxə keçərək dəstəyi qara rəngli olan bıçağı götürüb qarın nahiyyəsində gizlətmişdir. Otağa daxil olduqdan sonra anasına çölə çıxmasını demişdir. O, bacısından Rəsulun onu döyüb döymədiyini soruşmuşdur. Aynur ona Rəsulun onu döydüyünü, onun yanında başqa qadınlarla telefon əlaqəsi saxladığını ona demişdir. O, bir neçə dəqiqə bacısı ilə söhbət etdikdən sonra ona adlarını batırdığını, namuslarını ləkələdiyini demişdir. Aynur başını aşağı salmış və yerə diz çöküb ağlamışdır. O, artıq Aynuru öldürmək qərarına gəldikdə ona “sənin elədiyin əxlaqsızlıqlara görə artıq səni öldürə bilərəm” demişdir. O, qarın nahiyəsində gizlətdiyi bıçağı çıxarıb sol əli ilə Aynurun kürək nahiyyəsinə bir neçə dəfə vurmuş, daha sonra Aynurun ölməyəcəyini düşünüb ürəyi hədəf alaraq sinə nahiyəsindən bir neçə dəfə vurmuşdur. Onun yenə sağ qalacağını düşünüb bacısının boğaz nahiyəsində olan vətərləri kəsmiş və bu vaxt içəri Rəsul daxil olmuşdur. Rəsul içəri girən vaxtı o, artıq bacısını öldürmüş və bacısı yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Sonuncu onun sol əlindən tutaraq bıçağı almaq istəyən zaman o, Rəsulu itələyib kürək nahiyyəsindən səhv etmirsə üç bıçaq zərbəsi vurmuşdur. O, Rəsula bıçaqla zərbə vurduqdan sonra sonuncunun bibisi və digər adamların üstünə gəlmək istədiklərini görmüşdür. Bu vaxt Rəsul onun əlindən qaçmış və Rəsulun bibisi əlindən tutmuşdur. O, bıçaqla ona xəsarət yetirməmək üçün əlində olan bıçağı yerə atmışdır. Onun niyyəti Rəsulu öldürmək olmamışdır. Daha sonra o özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrə ilə DİN-nin 102 xidmətinə zəng edərək bacısını öldürdüyünü demişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “onun niyyəti Rəsulu da öldürmək olmuşdur. Rəsul əlindən tutub bıçağı alan zaman evdə olan adamlar içəri girdikləri üçün Rəsulu öldürməyinə mane olmuşlar. O, Rəsula bıçaqla zərbə vurduqdan sonra sonuncunun bibisi və digər adamların üstünə gəlmək istədiklərini görmüşdür. Bu vaxt Rəsul onun əlindən qaçmış və Rəsulun bibisi əlindən tutmuşdur. O, bıçaqla ona xəsarət yetirməmək üçün əlində olan bıçağı yerə atmışdır”. Məhkəmə iclas zalında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, mərhum Aynur Rəhimova ilə təxminən 2 il əvvəl Bərdə rayonu, Lənbəran kəndi ərazisində yerləşən bulağın başında tanış olmuşdur. Həmin vaxt Aynur ona əvvəllər Vüsal adlı şəxs ilə evli olduğunu, Vüsaldan boşandığını, hər hansı şəxs ilə arasında heç bir münasibətin olmadığını bildirmişdir. Tanış olduqdan təxminən 10 gün sonra Aynur əlaqə saxlamaq üçün mobil telefon və mobil nömrəsi olmadığını dediyindən o Aynura “Nokia” markalı mobil telefon və xatırlamadığı mobil nömrə alıb vermək qərarına gəlmişdir. Mobil telefonu və nömrəni alıb bir gün axşam saatlarında Aynurun valideynləri ilə birlikdə yaşadığı evə yollanmışdır. Həmin vaxt Aynurun valideynlərindən xəbərsiz, gizli şəkildə evə pəncərədən daxil olmuşdur. Mobil telefonu və nömrəni Aynura verən zaman valideynləri Rəhim və Səkinə qəflətən otağa girib onu evdən qovmağa başlamışlar. O bu hadisədən təxminən 2 gün sonra Aynuru öz razılığı ilə könüllü surətdə yaşadığı evdən Goranboy rayonu Səfikürd kəndində yaşayan bibisi Çiçəyin evinə aparmışdır. Beş-altı gün həmin evdə yaşadıqdan sonra Aynuru da götürüb Tərtər rayonu Buruc kəndinə getmişdir. Aynuru ailə üzvləri ilə tanış edib bundan sonra birlikdə yaşayacaqlarını söyləmişdir. O Aynur ilə ər-arvad münasibətində yaşasa da Aynurun sənədi olmadığından aralarında heç bir rəsmi nikah bağlanmamışdır. Təxminən 7-8 ay ərzində o ailə üzvləri ilə birlikdə Tərtər rayonunda qaldıqdan sonra işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. 2019-cu ilin sonlarından 2021-ci ilin əvvəllərinədək Rusiya Federasiyasında qaldığı 11 aylıq zaman kəsiyində heç vaxt Azərbaycan Respublikasına gəlməsə də, Aynur ilə münasibətini kəsməmiş, arabir əlaqə saxlamışdır. 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikasına qayıtmış və Aynurun da qaldığı atası Məhərin işlədiyi Bərdə rayonu, Lənbəran kəndində yerləşən fermada getmişdir. Aynuru həmin fermadan götürüb Tərtər rayonun apardıqdan sonra Aynur onunla nikah bağlamaq istədiyini demişdir. O, isə Aynura nikah bağlamağa razı olduğunu, ancaq bunun üçün sənədinin lazım gəldiyini qeyd etmişdir. Buna görə də Aynur baş vermiş hadisədən təxminən 10 gün əvvəl qardaşı Elmidar ilə əlaqə saxlayaraq doğum haqqında şəhadətnaməsini istəmiş, ancaq Elmidar həmin şəhadətnaməni verməkdən imtina etmişdir. Bununla bağlı Aynur Bərdə rayon polis şöbəsinə gedərək qardaşı Elmidar barəsində ərizə ilə müraciət etmişdir. Ancaq bu müraciətdən sonra da Elmidar Aynurun doğum haqqında şəhadətnaməsini verməmişdir. 13 fevral 2021-ci il tarixdə təxminən saat 16:00-17:00 radələrində Elmidarın mobil nömrəsinə zəng etmişdir. Telefon danışığı zamanı Elmidara barışmaq istədiklərini, bu məqsədlə görüşüb söhbət etməyi təklif etmişdir. Ancaq Elmidar ona anasının səhhətində problem olduğunu bildirib yaşadıqları evə gəlmələrini istəmişdir. O, atası Məhər, qardaşı Novruz, bibisi Çiçək, bibisinin oğlu Xəyyam, Xəyyamın qızı Nurcan və Aynur ilə birlikdə sözügedən evə yollanmışlar. Aynurun ailəsinin yaşadığı evə çatdıqdan sonra Elmidar onları mehriban şəkildə qarşılamışdır. Hətta yaşadığı evin darvazasını açaraq avtomobili həyətə daxil etmələrinə şərait yaratmışdır. Daha sonra isə Elmidar avtomobilə yanaşıb qapını açmış və salamlaşıb mehriban şəkildə avtomobildən düşməsini demişdir. Bu zaman o və Aynur avtomobildə gözləmək istəsələr də, Elmidar onların da evə gəlmələrini bildirmişdir. Həmin vaxt evdə Aynurun ailə üzvləri olan atası Rəhim, anası Səkinə və qardaşı Elmidardan başqa Aynurun dayısı Cəmil, dayısının arvadı Radə və Aynurun dayısının qızları olan 3 nəfər qızı görmüşdür. Lakin həmin qızlar onlar evdə olduqları vaxt otaqdan çölə çıxmamışlar. Daha sonra masa arxasında əyləşib çay içərək söhbət etməyə başlamışlar. Söhbət zamanı atası Məhər Aynurun ailə üzvlərinə barışmaq və onunla Aynur arasında nikah bağlamaq istədiklərini demişdir. Bu zaman masa arxasında əyləşən Elmidar da onlarla normal şəkildə davranmış, söhbətin gedişinə heç bir maneçilik törətməmişdir. Söhbət əsnasında Rəhim atası Məhərə Aynurun doğum haqqında şəhadətnaməsini vermədən də onların normal şəkildə ər-arvad kimi yaşaya biləcəyini söyləmişdir. Hətta həmin vaxt o Aynuru qaçırıb ər-arvad münasibətində yaşadığı üçün valideynləri Rəhim və Səkinədən üç-dörd dəfə üzr istəmişdir. Onlar çıxıb getmək istəyən zaman Elmidar anası Səkinəyə Aynurun sözü ola biləcəyini deməklə evin digər otağında söhbət etmələrini məsləhət görmüşdür. Buna görə də Səkinə və Aynur söhbət etmək üçün otağa keçmişlər, ancaq həmin vaxt Elmidar və digər şəxslərin hamısı masa arxasında oturmuş, Nurcan isə sobanın kənarında uzanıb yuxuya getmişdir. Səkinə və Aynur söhbət etmək üçün otağa daxil olduqdan bir qədər sonra Elmidarın özü də həmin otağa keçmişdir. Bu zaman artıq Aynurun dayısı Cəmil və dayısının arvadı Radə xudahafizləşərək qızlarını da götürüb çıxıb getmişlər. Elə bu vaxt Novruz özləri də bir qədər sonra çıxıb gedəcəkləri üçün, eyni zamanda hava çox soyuq olduğundan əvvəlcədən avtomobilin motorxanasını qızdırmaq məqsədilə Xəyyam ilə birlikdə həyətə düşmüş və avtomobili işə saldıqdan sonra yenidən evə qayıtmışdır. Bunun ardınca atası Məhər bibisi Çiçəyə Aynuru çağırmasını söyləmişdir. Bibisi Elmidar, Aynur və Səkinənin söhbət etdikləri otağın qapısına doğru gedib Aynuru çağırmaq istəyən vaxt Səkinə otaqdan çıxmış və bibisinə sözü olduğunu deyib qoluna girmişdir. Hətta Səkinə bibisinə “Bacı-qardaş təzə barışıblar, şirin söhbət edirlər” deməklə bibisini evin pilləkənləri ilə aşağı aparmağa başlamışdır. Bu zaman o evdən çıxıb getmək üçün Aynuru gözlədiyindən pilləkənin yanında dayanmışdır. Qəflətən Aynurun anası Səkinə çığırıb başını tutaraq Aynur və Elmidarın söhbət etdikləri otağa doğru qaçmışdır. Səkinənin qışqırıq səslərinə Xəyyamın qızı Nurcan yuxudan oyanmış və Xəyyam qızını qucağına alıb kənarda dayanmışdır. O otağa daxil olanda Aynur hərəkətsiz şəkildə döşəmənin üzərində uzanmış, Elmidar isə əlində bıçaqla Aynurun başı üzərində dayanmışdır. Yaxınlaşıb Aynura nə olduğunu görmək istəyən zaman qəflətən kürək nahiyəsindən xəsarətlər aldığını hiss etmişdir. Elmidar həmin xəsarətləri yetirərkən ona “Elə bilirdin səni sağ buraxacam?” demişdir. O, geriyə çevrilib baxmaq istəyərkən Elmidarı boğazından yapışıb bıçaqla kəsmək istəmişdir. Ani vaxt ərzində bibisi Çiçək qışqıraraq Elmidarı tutub saxlamış və yerə yıxılmışdır. Bu zaman Elmidarın əlindəki bıçaq döşəmənin üzərinə düşmüşdür. Elmidar onu öldürmək niyyətində olduğu üçün o, yaranmış bir neçə saniyəlik fürsətdən istifadə edərək həyətə qaçmışdır. Ancaq Elmidar bibisinin əlindən çıxıb əlinə götürdüyü taxta parçası ilə onu həyətdə qovalamış və yaxınlaşıb əlindəki ağac parçası ilə sağ qolundan bir dəfə vurmuşdur. Bu zaman evdən həyətə çıxan digər şəxslər Elmidara mane olmuşlar. Onun kürək nahiyəsindən qan axdığına görə darvazanı açıb küçəyə qaçmışdır. Ardınca isə atası Məhər darvazadan çölə çıxıb qaçmağa başlamışdır. Daha sonra atası tanışı Yasinə zəng edib Elmidarın bıçaqla bacısı Aynuru vuraraq öldürdüyünü, ona isə müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib köməyə çağırmışdır. Yasin də özünə məxsus olan “VAZ-21074” markalı avtomobil ilə kənd içərisində yerləşən artezianın yanına gəlmişdir. Avtomobil ilə həmin yerə yaxınlaşdıqdan sonra atası qoluna girib onu Yasinin avtomobilinə əyləşdirmiş və Yasin avtomobili Bərdə rayon Mərkəzi Xəstəxanası istiqamətində idarə etmişdir. O, xəstəxanaya çatdırıldıqdan sonra həyatı xilas olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirdi ki, mərhum Aynur onun qızı, Elmidar isə oğludur. Aynur əvvəl Vüsal adlı şəxslə ailəli olmuşdur. Onların ailə qurmasından təxminən 2 ilə yaxın müddət keçdikdən sonra bir gün axşam saatlarında o, arvadı Səkinə ilə evdə olan vaxt Aynur onların yaşadıqları evə gəlib Vüsal ilə yola getmədiyini, ailə kimi dolanmadıqlarını söyləmişdir. Onlar Aynurdan nə üçün həmin evdə yaşaya bilmədiyini xəbər alan zaman Aynur özünün Vüsalın boşanmış bacısının başqa şəxslər ilə görüşməsinə mane olduğunu demişdir. Bu səbəbdən o, qızının Vüsalın ailəsi ilə birlikdə yaşamasını istəməmişdir. Həmin gündən sonra Aynur onlarla birlikdə yaşamağa başlamışdır. Bu söhbətdən təxminən 8 ay sonra, 2019-cu ilin yay aylarından birində o, yaşadığı evin arxa tərəfində əkin ilə məşğul olmuş, həmin vaxt arvadı Səkinə kənddə yaşayan digər qadınlarla birlikdə alaq təmizləmək üçün sahələrə getmişdir. O, evin həyətyanı sahəsinin qamışdan hazırlanmış çəpərinin əzildiyini görüb həyətə kənar şəxsin daxil olmasından şübhələnmişdir. Həmin gün axşam arvadı Səkinə evə qayıtdıqda həyətə kənar şəxsin daxil olmasından şübhələnməsi barədə məlumat vermiş, ancaq arvadı onun sözlərinə o qədər də inanmadığından o, evi hər gün pusmağa başlamışdır. Təxminən 7-8 gün sonra evin pəncərəsindən tanımadığı bir nəfər şəxsin çıxıb iməkləməklə qaçdığını görmüş, lakin həmin şəxsin mütəmadi olaraq yaşadığı evə gəlib-getməsini dəqiqləşdirmək üçün evi qızı Aynurdan xəbərsiz şəkildə pusmağı davam etdirmişdir. Xatırladığı qədəri ilə 3 dəfə həmin şəxsin yaşadığı evə daxil olduğunu görsə də, bu barədə arvadı Səkinədən başqa heç kimə heç nə deməmişdir. Bir ay sonra isə bir gün təxminən saat 02:30 radələrində arvadı evdə yatsa da, özü yuxuya getmədən evə kənar şəxsin daxil olub-olmayacağını öyrənmək üçün pusmağı davam etdirmişdir. Həmin gün evin darvazasın qarşısından keçən yol ilə gedən bir nəfər şəxsin qəflətən yaşadığı evin həyətyanı sahəsinə daxil olduğunu görmüşdür. Buna görə də arvadını oyadaraq “Səkinə, qalx. Qonağımız gəlib” sözlərini işlətmişdir. Arvadı Səkinə onun evə kənar şəxsin gəlməsi ilə bağlı dediklərinə inanmadığından o, həmin şəxsi gəlib gözü ilə görməsini arvadına demişdir. Səkinə isə həmin şəxsin bəlkə də bir daha heç vaxt yaşadıqları evə gəlməyəcəyini bildirməklə tədbir görməyi təklif etmişdir. Bundan sonra özü ağac parçası, arvadı Səkinə isə dəhrə götürüb Aynurun yatdığı otağın qapısının qarşısına gələrək qapını döymüşlər. Bu zaman Aynur onların yatdığını zənn etmələri üçün qısa səs çıxarmış və sanki yuxudan oyanan şəxs təsiri bağışlamışdır. Həmin vaxt əvvəlcə özü, ardınca isə arvadı Aynurun yatdığı otağa daxil olmuşlar. O, dərhal otağın pəncərəsini bağlamış və əlində olan alışqanın işığını qızının və evə daxil olan kənar şəxsin üzərinə tutmuşdur. Bu zaman onların hər ikisinin tamamilə çılpaq vəziyyətdə olduqlarını görmüşdür. Həmin vaxt Aynur çarpayının yanında olan şalvarı şəxsin üzərinə atıb qaçmağa çalışmasına nail olmaq istəmiş, həmin şəxs cüssəcə onlardan iri olduğundan və yaşlı insan olduqlarından dolayı tələsik şəkildə şalvarını əyninə keçirib güc-bəla ilə çölə çıxmışdır. Onlar həmin şəxsi tutub saxlamağa çalışsalar da, bunu bacarmamış və həmin şəxs evdən çıxıb getmişdir. Həmin gün arvadı istifadəsində olan mobil telefon vasitəsilə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə müraciət edərək yaşadıqları evə tanımadıqları şəxsin daxil olması ilə bağlı məlumat vermişdir. Müraciət ilə əlaqədar Bərdə rayon polis şöbəsində araşdırma aparılmış, araşdırmanın gedişində sonradan adının Rəsul olmasını bildiyi şəxs qızı Aynuru ailə qurmaq adı ilə yaşadığı evə aparmışdır. Bu səbəbdən polis şöbəsində araşdırılan material üzrə cinayət işi başlanmamışdır. O, kənar şəxsin evlərinə daxil olmasından təxminən 1-2 gün sonra daha dözə bilməyib bu barədə həmin dövrdə Bakı şəhərində yaşayan oğlu Elmidara da məlumat vermişdir. Elmidar isə Bərdə rayon polis şöbəsinə gəlib nə üçün şikayətlərinə baxılmamasına etirazını bildirmişdir. Eşitdiyinə görə, Rəsul ailə qurmaq adı ilə Aynuru apardıqdan bir müddət sonra qızını qohumlarının evinə qoymaqla Rusiya Federasiyasına getmiş, sonra Azərbaycan Respublikasına qayıtmışdır. Oğlu Elmidar isə 2020-ci ilin payız aylarında Bakı şəhərində iş olmadığından onlarla birlikdə yaşamışdır. 2021-ci ilin fevral ayının əvvəllərində Rəsulun bibisi Elmidarın mobil telefonuna zəng etmiş və Aynurun onların evinə gəlib-gəlmədiyini soruşmuşdur. Bundan 2 gün sonra isə tanımadığı şəxs Elmidarın mobil telefonuna zəng edib Aynurun Tərtər rayonu ərazisində yolun kənarında olduğunu, əri tərəfindən döyülməklə evdən atıldığını demişdir. Ancaq sonradan onun Aynuru həmin yerdən kimin götürməsindən xəbəri olmamışdır. 13 fevral 2021-ci il tarixdə saat 18:00-19:00 radələrində onlar evdə olan vaxt Elmidar gəlib axşam qonağlarının olacağını bildirmişdir. O, Elmidardan qonaqların kim olduqlarını xəbər aldıqda, Elmidar ona Rəsulun mobil telefonuna zəng edib söhbət etmək istədiyini, ancaq buna razı olmadığını, bu səbəbdən Rəsulun ailəsinin söhbət etmək üçün gələcəklərini demişdir. Həmin gün saat 23:00 radələrində Aynur, Rəsul, Rəsulun atası Məhər, qardaşı, bibisi, bibisinin oğlu və nəvəsi onların evinə gəlmişlər. Həmin şəxslər oturub çay içdikdən sonra söhbətə başlayıb Aynurun doğum haqqında şəhadətnaməsini istəmiş, Aynur ilə Rəsulun kəbinini kəsdirəcəklərini demişlər. Rəsulun atası Məhər ilə aralarında baş tutan söhbətin nəticəsi olaraq o, Aynurun doğum haqqında şəhadətnaməsini vermədən də onların ər-arvad kimi yaşaya biləcəklərini söyləmişdir. Bu zaman Aynur və arvadı Səkinə söhbət etmək üçün evin digər otağına keçmiş, Elmidar və digər şəxslərin hamısı masa arxasında oturmuşlar. Təxminən yarım saat sonra Elmidar da masadan qalxıb Səkinə və Aynurun söhbət etmək üçün daxil olduqları otağa daxil olmuşdur. Həmin vaxt arvadı Səkinə Rəsulun bibisi ilə birlikdə əyləşdikləri otaqdan keçib həyətə doğru getmək istəmişlər. Bu zaman Məhər oğlanlarından birinə gəldikləri avtomobili qızdırmaq məqsədilə həyətə düşüb işə salmasını bildirmişdir. Həmin oğlan otaqdan çıxdıqdan sonra masa arxasında əyləşən digər şəxslərin hamısı qalxıb evdən çıxmağa hazırlaşmışlar. Buna görə də Məhər bacısına Aynuru gedib çağırmasını söyləmişdir. Onlar evdən çıxan zaman qəflətən səs-küy yaranmış və Rəsul, ardınca isə onun özü və digər şəxslər Aynurun Elmidar ilə ikilikdə qaldıqları otağa daxil olmuşlar. Bir neçə saniyə ərzində Rəsul otaqdan çölə çıxmışlar. O, həmin vaxt otağa boylanıb Aynurun hərəkətsiz vəziyyətdə döşəmə üzərində uzandığını görmüşdür. Həmin vaxt arvadı Səkinə, oğlu Elmidar, o cümlədən Rəsulun qardaşı, bibisi, bibisinin oğlu həyətdə olsalar da, Rəsulun özü və atası Məhər darvazadan çıxıb qaçmışlar. Bunun ardınca oğlu Elmidar mobil telefon vasitəsilə törətmiş olduğu cinayət hadisəsi barəsində polisə məlumat vermişdir. Bir qədər sonra isə polis və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib Elmidarı aparmış və hadisə yerini müayinə etmişlər. Onun Elmidarla barışması, bundan başqa o, oğlu Elmidarın qızı Aynuru öz namusuna xələl gətirməsi, əxlaqsız hərəkətlər etməsinə dözməməsi, bununla bağlı dəfələrlə oğlunun mobil telefonuna bilmədiyi mobil nömrələrdən edilmiş zənglərin oğlunu bezdirməsi və qıcıqlandırması səbəbindən öldürdüyünü, Rəsulu isə bütün bunların baş verməsinə səbəbiyyət verməsini düşündüyü üçün öldürməyə cəhd etdiyini, hadisə baş verən zaman otaqda oğlundan və mərhum qızından başqa heç kimin olmadığını, arvadı Səkinənin otaqdan çıxdıqdan sonra Rəsulun bibisi ilə evdən həyətə düşdüyünü, həmin vaxt evdə olan digər şəxslərin onunla ilə birlikdə masa arxasında əyləşdiklərini, oğlu Elmidar Rəsulu bıçaqlayan zaman otaqda başqa heç kimin olmadığını, yalnız bundan sonra otağa digər şəxslərin daxil olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Nümayəndə ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun dediklərini özünə aid hissədə təsdiq etdi və həmçinin ifadəsində bildirdi ki, 13 fevral 2021-ci il tarixdə günorta saatlarında yaşadıqları evə gəlib Bərdə rayonuna çağırıldığını, özünün bununla razılaşmadığından həmin şəxslərin özlərinin yaşadıqları evə gəlmək istədiklərini bildirmişdir. Həmin gün saat 23 radələrində Aynur, Rəsul, Rəsulun atası Məhər, qardaşı, bibisi, bibisinin oğlu və nəvəsi onların evinə gəlmişlər. Həmin şəxslər oturub çay içdikdən sonra söhbətə başlayaraq Aynur ilə Rəsulun kəbinini kəsdirmək üçün qızının doğum haqqında şəhadətnaməsini istəmişlər. Rəsulun atası Məhər ilə əri Rəhim arasında baş tutan söhbətin nəticəsi olaraq Aynurun doğum haqqında şəhadətnaməsini vermədən də onların ər-arvad kimi yaşaya biləcəklərini söyləmişlər. Bu zaman o, qızı Aynur ilə söhbət etmək üçün evin digər otağına keçmiş, ancaq həmin vaxt Elmidar və digər şəxslərin hamısı masa arxasında oturmuşlar. O, otaqda Aynur ilə ikilikdə ana-bala kimi söhbət edərkən qızı Rəsulun Rusiya Federasiyasından qayıtdıqdan sonra mütəmadi olaraq onu döydüyünü, təkidlə doğum haqqında şəhadətnaməsini verməsini tələb etdiyini, Rəsulun qohumlarından razı olsa da, Rəsulun özündən narazı olduğunu, belə ki, doğum haqqında şəhadətnaməni ondan yaxa qurtarmaq məqsədilə, yəni Rəsulun Ağsu rayonunda yaşayan tanışı ilə əlbir olub Aynuru Türkiyə Respublikasında yaşayan şəxslərə satmaq üçün istədiyini və geriyə yolu olmadığını söyləmişdir. O, 20-25 dəqiqə ərzində Aynur ilə söhbət etdikdən sonra Elmidar həmin otağa daxil olub Aynurdan özünün Rəsul ilə münasibət yaratdığını deməklə “dinməz-söyləməz” şəkildə gedib Rəsul ilə yaşamasını tələb etmişdir. Daha sonra Aynur Elmidara söz demək istədiyini bildirdiyindən oğlu ondan otaqdan çölə çıxmasını xahiş etmişdir. Buna görə də o, Elmidar və Aynur arasında hansı məzmunda söhbət aparıldığını bilməmişdir. Otaqdan çıxdıqdan sonra o, Rəsulun bibisi ilə birlikdə gələn qonaqların əyləşdikləri otaqdan keçib həyətə çıxmağa hazırlaşmışdır. Bir neçə dəqiqə sonra qəflətən yaranmış səs-küyə görə Rəsulun bibisi ilə birlikdə otağa daxil olmuşdur. Bu zaman Aynurun hərəkətsiz vəziyyətdə döşəmə üzərində uzandığını görüb qışqıra-qışqıra çölə qaçmışdır. Buna görə də həmin vaxt otaqda konkret olaraq hansı şəxslərin olduqlarını görməmişdir. O, həyətə çıxdıqdan bir dəqiqə keçməmiş Rəsul və atası Məhər darvazadan çıxıb qaçmışlar. Bunun ardınca oğlu Elmidar mobil telefon vasitəsilə törətmiş olduğu cinayət hadisəsi barəsində polisə məlumat vermişdir. Bir qədər sonra isə polis və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib Elmidarı aparmış və hadisə yerini müayinə etmişlər. Bundan başqa o, oğlu Elmidarın qızı Aynuru öz namusuna xələl gətirməsi, əxlaqsız hərəkətlər etməsinə dözməməsi, bununla bağlı dəfələrlə mobil telefonuna bilmədiyi mobil nömrələrdən edilmiş zənglərin bezdirməsi və qıcıqlandırması səbəbindən öldürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 13 fevral 2021-ci il tarixdə Bərdə rayonu Lənbəran kəndində yaşayan qardaşı Məhərin oğlu Novruz onu yaşadığı Goranboy rayonundan Bərdə rayonuna gətirmişdir. Belə ki, Məhərin digər oğlu Rəsul hadisədən təxminən 1 il 6 ay əvvəl Aynur adlı qızı yaşadığı evə gətirib ərarvad münasibətində yaşasa da, aralarında rəsmi nikah bağlanmamışdır. Rəsul Aynuru yaşadığı evə gətirdikdən bir müddət sonra Rusiya Federasiyasına getmiş və təxminən 2 ay əvvəl qayıdıb Tərtər rayonu Buruc kəndində yaşamağa başlamışdır. O, həmin gün saat 23:00 radələrində Aynur, qardaşı Məhər, Məhərin oğlanları Rəsul və Novruz, öz oğlu Xəyyam və Xəyyamın azyaşlı qızı Nurcan ilə birlikdə avtomobil ilə Aynurun ailəsi ilə danışıq apararaq barışmaq üçün Bərdə rayonu Lənbəran kəndində yerləşən evə getmişdir. Aynurun ailəsinin yaşadığı evə çatdıqdan sonra onları yaxşı şəkildə qarşılayaraq içəri dəvət etmişlər. Həmin vaxt evdə Aynurun ailə üzvləri olan atası Rəhim, anası Səkinə və qardaşı Elmidardan başqa dayısı və dayısının arvadı olmuşdur. Bundan başqa həmin vaxt evdə Aynurun dayısının qızları olan 3 nəfər qızı görsə də, həmin qızlar onlar evdə olduqları müddətdə arxa otaqdan çölə çıxmamışlar. Daha sonra masa arxasında əyləşib çay içərək söhbət etməyə başlamışlar. Söhbət zamanı qardaşı Məhər Aynurun ailə üzvlərinə barışmaq və Rəsul ilə Aynur arasında nikah bağlamaq istədiklərini dilə gətirmişdir. Bu zaman masa arxasında əyləşən Elmidar da onlarla normal şəkildə davranmış, söhbətin gedişinə heç bir maneçilik törətməmişdir. Qardaşı Məhər ilə Aynurun atası Rəhim arasında baş tutan söhbətin nəticəsi olaraq onlar Aynurun doğum haqqında şəhadətnaməsini vermədən də Rəsul ilə normal şəkildə ər-arvad kimi yaşaya biləcəklərini söyləmişlər. Evdən çıxıb getmək istəyən zaman Elmidar anası Səkinəyə Aynurun sözü ola biləcəyini deməklə evin digər otağında söhbət etmələrini istəmişdir. Buna görə də Səkinə və Aynur söhbət etmək üçün evin digər otağına keçmiş, ancaq Elmidar digərləri kimi masa arxasında oturmuş, nəvəsi Nurcan isə sobanın kənarında uzanıb yuxuya getmişdir. Səkinə və Aynur söhbət etmək üçün otağa daxil olduqdan bir qədər sonra Elmidar da masadan qalxaraq həmin otağa keçmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Aynurun dayısı və dayısının arvadı otaqdakıların çıxmadıqlarını görüb xudahafizləşərək qızlarını da götürməklə çıxıb getmişlər. Təxminən 5 dəqiqə sonra Səkinə otaqdan çıxıb sözü olduğunu deməklə onu həyətə çıxarmaq üçün pilləkənlər ilə aşağı aparmışdır. Onlar həyətə çıxdıqdan bir neçə saniyə sonra qəflətən X13 vurduğunu deyib qışqıra-qışqıra onların söhbət etdikləri otağa doğru qaçmışdır. Səkinənin ondan əvvəl qaçmasına baxmayaraq o, otağa Səkinədən əvvəl daxil olmuş, həmin an Aynurun döşəmə üzərində hərəkətsiz vəziyyətdə uzandığını və bədəninin boğaz və gördüyü qədəri ilə diz nahiyələrində qan olduğunu aşkarlamışdır. Həmin vaxt Elmidardan, Aynurdan və Rəsuldan başqa otaqda heç kim olmamışdır. O, otağa daxil olduğu vaxt Elmidar Rəsulun bir qolundan tutaraq əlindəki bıçaqla boğaz nahiyəsini kəsmək istəmişdir. Bunu görən kimi o, dərhal Elmidarın arxa tərəfinə keçib bıçaq olan əlindən tutmuş və qucaqlayıb yerə yıxmışdır. Bu zaman Elmidar onun altında qalmış və o, Elmidardan nə üçün belə etdiyini soruşub yanında azyaşlı uşaq ilə onların evinə gəldiyini xatırlatmışdır. Elmidarı yerə yıxdıqdan sonra Rəsul otaqdan çölə qaçmışdır. Elmidar onun əlindən çıxıb Rəsulun arxasınca qaçdıqdan sonra əlindəki bıçağın döşəmə üzərinə düşdüyünü görüb bıçağı yerdən götürmüş və aparıb evin seyvanına tullamışdır. Elmidar onun əlindən çıxıb həyətə qaçdıqdan sonra götürdüyü taxta parçası ilə Rəsulu öldürmək istəmişdir. O, heç kəsin yaxın durmadığını görüb yenidən Elmidara yaxınlaşaraq tutub saxlamışdır. Bu zaman Elmidar bir qədər sakitləşmiş və mobil telefon vasitəsilə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə zəng edərək bacısı Aynuru əxlaqsızlıq etməsi səbəbindən bıçaqlaması barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və müxtəlif rayonların ərazilərində ağac satmaqla ailəsini dolandırır. Təxminən 1 il 6 ay əvvəl Rəsul Bərdə rayonu Lənbəran kənd sakini Aynuru özünün razılığı ilə könüllü şəkildə qaçırmış və əvvəlcə, bibisinin yaşadığı Goranboy rayonu Safakürd kəndində yerləşən evə gətirmiş, beş-altı gün bibisinin ailəsi ilə birlikdə yaşadıqdan sonra Rəsul Aynuru onların yaşadıqları Tərtər rayonu Buruc kəndində yerləşən evə gətirmişdir. Rəsul və Aynur ər-arvad münasibətində yaşasalar da, Aynurun hər hansı rəsmi sənədi olmadığından aralarında nikah bağlanmamışdır. Təxminən 5 ay ərzində Rəsul və Aynur Tərtər rayonu Buruc kəndində onlarla birlikdə yaşadıqdan sonra Rəsul işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Rəsulun Rusiya Federasiyasına yollanmasından təxminən bir ay sonra isə Aynur atası Məhərin işlədiyi Bərdə rayonu Lənbəran kəndində yaşamağa başlamışdır. O, əvvəllər Rəsul və Aynur arasında hər hansı problem yaşanmasını eşitməmişdir. Baş vermiş hadisədən təxminən 2 ay əvvəl Rəsul Rusiya Federasiyasından qayıdıb Aynuru özü ilə birlikdə Tərtər rayonu Buruc kəndinə aparmışdır. Aynur Rəsul ilə rəsmi şəkildə nikah bağlamaq istədiyindən, ancaq heç bir sənədi olmadığından valideynləri ilə əlaqə saxlayaraq doğum haqqında şəhadətnaməsini vermələrini istəmiş, bununla belə Aynurun valideynləri, o cümlədən qardaşı Elmidar şəhadətnaməni verməkdən imtina etmişlər. 13 fevral 2021-ci il tarixdə saat 17:00 radələrində o, bibisinin oğlu Xəyyam ilə birlikdə Bərdə rayonu Lənbəran kəndi ərazisində ağac satmaqla məşğul olduqları vaxt Rəsul Xəyyamın mobil telefonuna zəng edərək Aynurun qardaşı Elmidar ilə danışdığını, axşam saatlarında Elmidarın valideynləri ilə birlikdə yaşadığı evdə onları gözlədiklərini demiş və öz anası xəstə olduğundan anasının yerinə getməsi üçün bibisi Çiçəyi gedib Goranboy rayonundan gətirməyi xahiş etmişdir. Xəyyam Rəsulun dediklərini dəqiqləşdirmək üçün Elmidarın mobil nömrəsini alıb mobil telefon vasitəsilə Elmidara zəng etmiş və Rəsul ilə danışıb-danışmadığını soruşmuşdur. Elmidar isə Xəyyama həqiqətən də axşam saatlarında yaşadıqları evdə onları gözləyəcəklərini söyləmişdir. Daha sonra Xəyyam anası Çiçək ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb Rəsul və Elmidar ilə danışdığını, Elmidarın Rəsul ilə əlaqə saxlayaraq anasının səhhətində problem olmasını deyib söhbət aparmaq üçün onları yaşadıqları evə çağırdığını bildirmişdir. Bibisi Çiçəyin danışdıqlarına əsasən, özü də Elmidar ilə mobil telefon əlaqəsi saxlamış və Xəyyamın azyaşlı qızı Nurcanı da onların evinə gətirəcəyini deməklə hər hansı problem yaranmamasını xahiş etmişdir. Həmin vaxt Elmidar bibisi Çiçəyə heç bir problem yaranmayacağını, sadəcə Aynur ilə bağlı söhbət etmək məqsədilə onları yaşadıqları evdə gözlədiklərini söyləmişdir. 13 fevral 2021-ci il tarixdə o, atası Məhər, qardaşı Rəsul, bibisi Çiçək, bibisinin oğlu Xəyyam, Xəyyamın qızı Nurcan və Aynur ilə birlikdə sözügedən evə yollanmışdır. Aynurun ailəsinin yaşadığı evə çatdıqdan sonra onları mehriban şəkildə qarşılayaraq içəri dəvət etmişlər. Həmin vaxt evdə Aynurun ailə üzvləri olan atası Rəhim, anası Səkinə və qardaşı Elmidardan başqa adlarını bilmədiyi dayısı və dayısının arvadı olmuşdur. Bundan başqa evdə Aynurun dayısının qızları olan 3 nəfər qızı görsə də, həmin qızlar onları evdə olduqları vaxt otaqdan çölə çıxmamışlar. Daha sonra masa arxasında əyləşib çay içərək söhbət etməyə başlamışlar. Söhbət zamanı atası Məhər Aynurun ailə üzvlərinə barışmaq və Rəsul ilə Aynur arasında nikah bağlamaq istədiklərini demişdir. Bu zaman masa arxasında əyləşən Elmidar da onlarla normal şəkildə davranmış, söhbətin gedişinə heç bir maneçilik törətməmişdir. Atası ilə Aynurun atası Rəhim Aynurun doğum haqqında şəhadətnaməsini vermədən də Rəsul ilə normal şəkildə ər-arvad kimi yaşaya biləcəyi ilə bağlı razılığa gəlmişlər. Hətta həmin vaxt Rəsul Aynuru qaçırıb ər-arvad münasibətində yaşadığı üçün valideynləri Rəhim və Səkinədən üç-dörd dəfə üzr istəmişdir. Onlar çıxıb getmək istəyən zaman Elmidar anası Səkinəyə Aynurun sözü ola biləcəyini deməklə evin digər otağında söhbət etmələrini məsləhət görmüşdür. Buna görə də Səkinə və Aynur söhbət etmək üçün həmin otağa keçmiş, ancaq Elmidar digər şəxslərin hamısı kimi masa arxasında oturmuş, Nurcan isə sobanın kənarında uzanıb yuxuya getmişdir. Səkinə və Aynur söhbət etmək üçün otağa daxil olduqdan bir qədər sonra Elmidarın özü də həmin otağa keçmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Aynurun dayısı və dayısının arvadı otaqdakıların çıxmadıqlarını görüb onlarla xudahafizləşərək qızlarını da götürməklə çıxıb getmişlər. Elə bu vaxt o, özlərinin də bir qədər sonra çıxıb gedəcəklərini düşündüyündən, eyni zamanda hava çox soyuq olduğundan əvvəlcədən avtomobilin motorxanasını qızdırmaq məqsədilə Xəyyam ilə birlikdə həyətə düşmüş və avtomobili işə saldıqdan sonra yenidən evə qayıtmışdır. Bunun ardınca bibisi Çiçək Aynuru çağırmaq üçün otağa doğru getmişdir. Lakin Səkinə otaqdan çıxıb bibisinə sözü olduğunu dediyi üçün onlar birlikdə evdən həyətə çıxmışlar. Bu zaman o, digərləri ilə birlikdə masanın yaxınlığındakı sobanın kənarında dayanmışdır. Qəflətən Aynurun anası Səkinə Aynur və Elmidarın söhbət etdikləri otaqdan səs gəldiyini eşidib qışqıra-qışqıra həmin otağa doğru qaçmışdır. Səkinənin qışqırıq səslərinə Xəyyamın qızı Nurcan yuxudan oyanmış və Xəyyam qızını qucağına alıb kənarda dayanmışdır. Səs-küy yarandıqdan sonra Rəsul, bibisi Çiçək və Aynurun anası Səkinə qaçaraq otağa daxil olmuşlar. O, bir anlıq özünü itirsə də, onların arxasınca özü də həmin otağa daxil olmuşdur. Bu zaman Aynurun hərəkətsiz vəziyyətdə döşəmə üzərində uzandığını görmüşdür. Otağa yenicə daxil olmuşdur ki, bir göz qırpımında əvvəlcə Rəsulun, ardınca isə Elmidarın qaçaraq həyətə düşdüklərini görmüşdür. Bu zaman Elmidarın əlində bıçaq və ya hər hansı digər əşya olmamışdır. Elmidar həyətə qaçdıqdan sonra o, eləcə də evdə olan digər şəxslər cəld şəkildə həyətə düşmüşlər. Onlar həyətə düşən zaman Elmidar əlinə götürdüyü taxta parçası ilə Rəsulu öldürəcəyini deyib həyətdə qovalamağa başlamışdır. Bibisi Çiçək hamıdan cəld davranmaqla Elmidara yaxınlaşaraq tutub saxlamış və Elmidar bir qədər sakitləşmişdir. Həmin an Rəsul “Elmidar məni də vurubdu” sözlərini işlətmiş və həyətin darvazasından çıxıb qaçmışdır. Rəsulun çöl tərəfdən çağırış səslərini eşidən atası Məhər də darvazadan çölə çıxmışdır. Bundan sonra Elmidar mobil telefon vasitəsilə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə zəng edərək bacısı Aynuru əxlaqsızlıq etməsi səbəbindən bıçaqlaması barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Tərtər rayonu Buruc kənd sakini Şahid3 uzun müddət əvvəl tanımağa başlamışdır. Məhər yaşadıqları kənd ərazisində fərdi əməklə məşğul olaraq ailəsini dolandırmışdır. 2020-ci ilin yay aylarından birində Məhərin oğlu Rəsul işləmək üçün Rusiya Federasiyasına yollandığından Məhər Tərtər rayonu Buruc kəndində yaşayan gəlini Aynuru yaşamaq üçün öz yanına gətirmişdir. Bildiyi qədəri ilə Aynur əvvəllər başqa şəxs ilə nikahda olub boşanmış, daha sonra Rəsul ilə münasibətdə olmağa başlamış, ancaq aralarında heç bir rəsmi nikah bağlanmamışdır. Rəsul məlum hadisənin baş verməsindən bir müddət əvvəl Rusiya Federasiyasından Bərdə rayonu Lənbəran kəndinə qayıtmış və həmin gün Aynuru yaşadıqları Tərtər rayonu Buruc kəndinə aparmışdır. 14 fevral 2021-ci il tarixdə saat 02:00 radələrində o yaşadığı evdə yatan zaman Məhər onun mobil telefonuna zəng edib həmkəndlisi Rəhimin oğlu Elmidarın bıçaqla bacısı Aynuru vuraraq öldürdüyünü, oğlu Rəsula isə müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib onu köməyə çağırmışdır. O da özünə məxsus olan “VAZ-21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kənd içərisində yerləşən artezianın yanına gedib Məhər və oğlu Rəsulun həmin yerdə dayandıqlarını görmüşdür. Avtomobil ilə həmin yerə yaxınlaşdıqdan sonra Məhər oğlu Rəsulun qoluna girib avtomobilə əyləşdirmiş və o avtomobili Bərdə rayon Mərkəzi Xəstəxanası istiqamətində idarə etməyə başlamışdır. Ancaq hava qaranlıq olduğundan Rəsulun hansı nahiyələrindən xəsarət aldığını görə bilməmişdir. Yolda olarkən Məhərdən hadisənin necə baş verməsini soruşduqda, Məhər ona Rəhimin oğlu Elmidarın onları söhbət etmək məqsədilə yaşadığı evə çağırdığını və bundan sonra onlar evdən çıxıb gedən vaxt hadisənin baş verdiyini bildirmişdir. Bundan sonra Rəsulu avtomobil ilə xəstəxanaya çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Aynur təxminən 2 il əvvəl Tərtər rayonu Buruc kənd sakini Rəsul adlı şəxs ilə qeyri-rəsmi şəkildə ər-arvad münasibətində yaşamağa başlamış, ancaq o Aynur və Rəsulun münasibətləri barədə ətraflı məlumata malik olmamışdır. Onun yaşadığı ev Elmidarın ailə üzvləri ilə birlikdə yaşadığı evdən təxminən 200 metr aralı məsafədə yerləşmişdir. 14 fevral 2021-ci il tarixdə saat 02:00 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə yatan zaman yuxulu olduğu üçün xatırlamadığı mobil nömrədən onun mobil telefonuna zəng gəlmişdir. O həmin vaxt Elmidarın bacısı Aynuru və bacısının münasibətdə olduğu Rəsulu bıçaqlaması barədə məlumatı eşidən kimi dərhal əynini geyinib onların evinə getmişdir. Bu zaman Elmidarın, bacısı Səkinənin və bacısının əri Rəhimin evin həyətində olduqlarını görmüşdür. Bundan başqa həyətdə qəhvəyi rəngli “VAZ-21063” markalı avtomobil də dayanmışdır. Həmin avtomobilin motorxanası işə salınmış vəziyyətdə olmuşdur. Avtomobilin ətrafında isə adlarını bilmədiyi 2 nəfər cavan yaşlı şəxsin və 1 nəfər orta yaşlı qadının dayandıqlarını görmüşdür. Həmin qadının qucağında yarıyuxulu vəziyyətdə azyaşlı qız uşağı da olmuşdur. O yaxınlaşıb oradakı şəxslərdən nə baş verdiyini ətraflı şəkildə xəbər alan zaman ona Elmidarın bacısı Aynuru bıçaqlayıb öldürdüyü, Rəsula isə kürək nahiyəsindən xəsarətlər yetirdiyi məlum olmuşdur. O dərhal hadisənin baş verdiyi otağa qalxmışdır. Bu zaman həmin otaqda döşəmə üzərində bir ədəd mətbəx bıçağının olduğunu görmüşdür. Həmin bıçağı başqa şəxslərin əlinə keçməməsi üçün götürüb evdən çölə çıxmış və evin qarşısında həyətdə bacısı Səkinəni çağırıb bıçağı saxlaması üçün bacısına vermişdir. Səkinə isə verdiyi bıçağı hüquq mühafizə orqanlarının əməkdaşları gələn kimi onlara təqdim edəcəyini bildirməklə ondan almış və evin həyətində olan stolun üzərinə aparıb qoyacağını söyləmişdir. Bir qədər sonra isə polis və prokurorluq əməkdaşları hadisənin baş verdiyi evə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi Səkinənin üç övladından biri və yeganə oğlu olmuşdur. Elmidar 10 ildən artıq müddət Bakı şəhərində fərdi əməklə məşğul olmuş, arabir yaşadıqları kəndə gələrək ailəsinə baş çəkmiş, hətta bildiyi qədəri ilə valideynlərinə pul da göndərmişdir. Elmidar çox mülayim, sakit təbiətli, heç kim ilə işi olmayan, zəhmətkeş, həmişə öz ailəsinin qədrini bilən və keşiyini çəkən biri olmuş, heç vaxt Elmidar barəsində yaşadığı kənd sakinlərindən hər hansı şikayət eşitməmişdir. Elmidarın bacısı Aynur da həmişə sakit təbiətli olması ilə yaşıdlarından seçilmiş, Aynur ilə də bağlı kənd sakinlərindən hər hansı şikayət eşitməmişdir. O ailə üzvləri atası Cəmil, anası Radə və bacıları Aytəkin və Gülzadə ilə birlikdə Bərdə rayonu Lənbəran kəndində yaşamışdır. Yaşadığı ev bibisi Səkinənin ailə üzvləri ilə birlikdə yaşadığı evdən təxminən 100-150 metr aralı məsafədə yerləşmişdir. 13 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində o ailə üzvləri ilə birlikdə bibisinin yaşadığı evə getmişdir. Həmin vaxt evdə bibisinin oğlu Elmidar, bibisi Səkinə və əri Rəhim olmuşdur. Ancaq nə özü, nə də ailə üzvləri Rəsulun ailə üzvləri ilə birlikdə həmin evə gələcəklərini bilməmişdir. Onların bibisinin evinə getməkdə məqsədləri hadisədən təxminən 10 gün əvvəl gözündə yaranan problem ilə əlaqədar bibisi Səkinəyə baş çəkmək olmuşdur. Evdə oturub söhbət edən zaman saat 23:00 radələrində evə avtomobil ilə tanımadığı qonaqlar gəlmişlər. Bu səbəbdən o bacıları ilə keçib evin arxa otağında oturmuşdur. Bir neçə dəqiqə sonra Aynur otağa daxil olub görüşdükdən sonra çıxıb getmişdir. O və bacıları evin arxa otağında oturduqları üçün gələn qonaqların kimlər olduqlarını və nə üçün gəldiklərini bilməmişlər. Təxminən saat 01:00 radələrində bacısı Gülzadə özünü narahat hiss etdiyindən bu barədə anası Radəyə məlumat vermişdir. Bir neçə dəqiqə sonra isə onlar evdəkilərlə xudahafizləşərək çıxıb getmişlər. Evə çatdıqdan 10-15 dəqiqə sonra o Elmidargilin evindən səs-küy gəldiyini eşitmişdir. Buna görə də atası Cəmil və anası Radə oraya yollanmışlar. Həmin gecə o Elmidarın bacısı Aynuru bıçaqlayıb öldürdüyünü, Aynurun qeyri-rəsmi münasibətdə olduğu Rəsul adlı şəxsi öldürməyə cəhd etdiyini eşitmişdir. Ancaq bacısı evdə naxoş vəziyyətdə olduğu üçün bibisigilin evinə getməmişdir. Buna görə də o bibisi oğlu Elmidarın cinayət hadisəsini hansı səbəbdən törətdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, “Rəsul əvvəllər fəhlə işləməklə öz dolanışığını təmin etmişdir. Təxminən 1 il 6 ay əvvəl Rəsul Bərdə rayonu Lənbəran kənd sakini Rəhimin qızı Aynuru özünün razılığı ilə könüllü şəkildə qaçırmış və əvvəlcə, Goranboy rayonu Safakürd kəndinə aparmış, 5-6 gün keçdikdən sonra Rəsul Aynuru da götürüb ailə üzvləri ilə birlikdə Tərtər rayonu Buruc kəndində yaşayan qızı Baharın ailəsinin yaşadığı evə gətirmiş və Aynuru tanış edərək onlarla birlikdə yaşayacağını söyləmişdir. Rəsul və Aynur ər-arvad münasibətində yaşasalar da, aralarında heç bir rəsmi nikah bağlanmamışdır. Təxminən 5 ay ərzində Rəsul və Aynur Tərtər rayonu Buruc kəndində Baharın ailəsi ilə birlikdə yaşadıqdan sonra Rəsul işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Rəsul ölkəni tərk etməsindən bir ay keçmiş bir gün Aynur mobil telefon vasitəsilə ona zəng edib Bərdə rayonu Lənbəran kəndinə gəlmiş və onlarla birlikdə yaşamaq istədiyini söyləmişdir. O da bu xahişi nəzərə alaraq Aynuru Tərtər rayonu Buruc kəndindən işlədiyi Bərdə rayonu Lənbəran kəndinə gətirmişdir. Aynur onun ailə üzvləri ilə birlikdə yaşadığı müddət ərzində həmişə mehriban rəftar etmiş, ev işlərində ona və arvadına köməklik göstərmiş, o, Aynurdan bir gəlin kimi tam razı qalmışdır. Ancaq sözügedən müddət ərzində Aynurun valideynləri heç vaxt onların yaşadıqları evə gəlməmiş və qızları ilə maraqlanmamışlar. Baş vermiş hadisədən təxminən 2 ay əvvəl Rəsul Rusiya Federasiyasından qayıdıb Aynuru özü ilə birlikdə Tərtər rayonu Buruc kəndinə aparmış və onlar yenidən orada yaşamağa başlamışlar. Aynur Rəsul ilə rəsmi şəkildə nikah bağlamaq istədiyindən, ancaq Aynurun hər hansı rəsmi sənədi olmadığından valideynləri ilə əlaqə saxlayaraq doğum haqqında şəhadətnaməsini vermələrini istəmiş, bununla belə Aynurun valideynləri, o cümlədən qardaşı Elmidar şəhadətnaməni verməkdən imtina etmişlər. Bu səbəbdən hadisədən təxminən 10 gün əvvəl Aynur Rəsul ilə birlikdə Bərdə rayon polis şöbəsinə gedərək qardaşı Elmidarın doğum haqqında şəhadətnaməsini verməməsi barədə müraciət etmişdir. Lakin onun polis şöbəsində aparılan araşdırmanın nəticəsindən xəbəri olmamışdır. 13 fevral 2021-ci il tarixdə, saat 16:00-17:00 radələrində Goranboy rayonu Safakürd kəndində yaşayan bacısı Çiçək mobil telefon vasitəsilə ona zəng edib Rəsulun zəng etdiyini, Aynurun qardaşı Elmidarın Rəsul ilə əlaqə saxlayaraq anasının səhhətində problem olmasını deyib söhbət aparmaq üçün Rəsulun özünü və ailə üzvlərini yaşadıqları evə çağırdığını bildirmişdir. Bundan başqa bacısı Çiçəyin ona danışdıqlarına əsasən, Çiçək Elmidar ilə mobil telefon vasitəsilə danışmış və azyaşlı nəvəsi ilə axşam saatlarında onların evinə gələcəklərini, hər hansı problem yaranmamasını xahiş etmişdir. Həmin vaxt Elmidar Çiçəyə heç bir problem yaranmayacağını, sadəcə Aynur ilə bağlı söhbət etmək məqsədilə onları yaşadıqları evdə gözlədiklərini söyləmişdir. 13 fevral 2021-ci il tarixdə, saat 23:00 radələrində o, kənd ərazisində işləyən zaman oğlu Novruz idarə etdiyi avtomobil ilə işlədiyi yerə gəlmişdir. Bu zaman avtomobilin içərisində oğlundan başqa bacısı Çiçək, Çiçəyin oğlu Xəyyam və azyaşlı nəvəsi Nurcan, Aynur və Rəsul olmuşdur. O, avtomobilə əyləşib onlarla birlikdə Aynurun valideynlərinin yaşadığı evə yollanmışdır. Aynurun ailəsinin yaşadığı evə çatdıqdan sonra onları yaxşı şəkildə qarşılayaraq içəri dəvət etmişlər. Həmin vaxt evdə Aynurun ailə üzvləri olan atası Rəhim, anası Səkinə və qardaşı Elmidardan başqa dayısı və dayısının arvadı da olmuşdur. Bundan başqa evdə Aynurun dayısının qızları olan 3 nəfər qızı görsə də, həmin qızlar evdə olduqları müddətdə arxa otaqdan çölə çıxmamışlar. Daha sonra masa arxasında əyləşib çay içərək söhbət etməyə başlamışlar. Söhbət zamanı o, Aynurun ailə üzvlərinə barışmaq və Rəsul ilə Aynur arasında nikah bağlamaq istədiklərini demişdir. Həmin vaxt masa arxasında əyləşən Elmidar da onlarla normal şəkildə davranmış, söhbətin gedişinə heç bir maneçilik törətməmişdir. Onunla Aynurun atası Rəhim arasında baş tutan söhbətin nəticəsi olaraq Aynurun doğum haqqında şəhadətnaməsini vermədən də Rəsul ilə normal şəkildə ər-arvad kimi yaşaya biləcəyi ilə bağlı razılığa gəlmişlər. Hətta həmin vaxt Rəsul Aynuru qaçırıb ər-arvad münasibətində yaşadığı üçün valideynləri Rəhim və Səkinədən üç-dörd dəfə üzr istəmişdir. O, Elmidarın atası Rəhim ilə söhbət edərkən Elmidar masadan qalxıb onu evin otaqlarından birinə çağırmış və həmin otağı ona göstərib bir vaxtlar Rəsulun otağın pəncərəsindən yaşadıqları evə gizli şəkildə daxil olub bacısı Aynur ilə cinsi əlaqə olduqlarını bildirmişdir. O isə Elmidara Rəsulun və Aynurun böyük səhv etdiyini, bu hadisədən sonra Rəsulun Aynur ilə rəsmi şəkildə ailə qurmağa hazır olduğunu demişdir. Daha sonra o, qayıdıb masa arxasında əyləşmişdir. Onlar çıxıb getmək istəyən zaman Elmidar anası Səkinəyə Aynurun sözü ola biləcəyini deməklə evin digər otağında söhbət etmələrini istəmişdir. Buna görə də Səkinə və Aynur söhbət etmək üçün evin digər otağına keçmiş, ancaq həmin vaxt Elmidar və digər şəxslərin hamısı masa arxasında oturmuş, bacısının nəvəsi Nurcan isə sobanın kənarında uzanıb yuxuya getmişdir. Səkinə və Aynur söhbət etmək üçün otağa daxil olduqdan bir qədər sonra Elmidarın özü də həmin otağa daxil olmuşdur. Bundan təxminən 15-20 dəqiqə sonra Aynurun dayısı və dayısının arvadı otaqdakıların çıxmadıqlarını görüb xudahafizləşərək qızlarını da götürüb çıxıb getmişlər. Təxminən 5 dəqiqə sonra Səkinə otaqdan çıxıb Çiçəyə sözü olduğunu deməklə onunla birlikdə pilləkənlər ilə aşağı düşmüşdür. Qəflətən o, Aynurun anası Səkinənin qışqıra-qışqıra Aynur və Elmidarın söhbət etdikləri otağa doğru qaçdığını görmüşdür. Bu zaman o, Aynurun atası Rəhim ilə birlikdə masa arxasından qalxıb pilləkənlərlə evdən çıxmağa hazırlaşmışdır. Səkinənin ardınca Çiçək və Rəsul qaçaraq otağa daxil olmuşdur. O, bir anlıq baş verənlərin təsirinə düşərək yerimdə donub qalmışdır. Elə bu vaxt əvvəlcə Rəsulun, ardınca isə Elmidarın qaçaraq otaqdan çıxıb həyətə düşdüklərini görmüşdür. Həmin vaxt Elmidarın əlində bıçaq və ya hər hansı digər əşya olmamışdır. Elmidar həyətə qaçdıqdan sonra əlinə bel götürdü sonra həmin beli yerə ataraq əlinə ağac götürüb həmin ağacla Rəsulu vuraraq onu öldürəcəyini demişdir. Bu zaman Çiçək hamıdan cəld davranıb Elmidara yaxınlaşaraq tutub saxlamış və Elmidar bir qədər sakitləşmişdir. Özü isə Rəsulun kürək nahiyəsindən qan axdığını gördüyünə görə oğlu ilə birlikdə darvazadan küçəyə çıxmışdır. Daha sonra istifadəsində olan mobil telefon vasitəsilə tanışı Yasinə zəng edib Rəhimin oğlu Elmidarın bıçaqla bacısı Aynuru vuraraq öldürdüyünü, oğlu Rəsula isə müxtəlif bədən xəsarətləri yetirdiyini bildirmiş və Yasini köməyə çağırmışdır. Yasin də özünə məxsus olan “VAZ- 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kənd içərisində yerləşən artezianın yanına gəlmişdir. Avtomobil ilə həmin yerə çatdıqdan sonra o, Rəsulun qoluna girib avtomobilə əyləşdirmiş və Yasin avtomobili Bərdə rayon Mərkəzi Xəstəxanası istiqamətində idarə etməyə başlamışdır. Yolda olarkən Yasin ondan hadisənin necə baş verməsini soruşduqda, o, Rəhimin oğlu Elmidarın onları söhbət etmək məqsədilə yaşadıqları evə çağırdığını və bundan sonra hadisənin baş verdiyini bildirmişdir. Bir qədər sonra Yasin Rəsulu avtomobil ilə xəstəxanaya çatdırmış və həkimlər tərəfindən Rəsula təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edilmişdir. Rəsulu xəstəxanaya gətirdikdən sonra Elmidarın onun ailə üzvlərinə də zərər verəcəyini düşündüyünə görə yaşadığı evə getmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs bacısı Aynurun ailəsinin namusuna xələl gətirməsi və oğlu Rəsulun Aynur ilə qeyri-rəsmi münasibət saxlamaqla əxlaqsızlıq etməsi düşüncəsi ilə hadisəni törətdiyini, özünün hadisə zamanı heç bir xəsarət almadığını, hadisənin baş verdiyi otağa daxil olmadığı üçün oğlu Rəsulun bıçaqlanmasını görmədiyini, ancaq Elmidarın hadisənin baş verdiyi otaqdan çıxdıqdan sonra həyətdə əlinə götürdüyü bel ilə oğlunu qovalayaraq öldürəcəyini bildirdiyini, hadisədən əvvəl Aynur və Elmidar otaqda söhbət etdikləri əsnada onlardan başqa hər hansı şəxsin həmin otağa daxil olmadığını, Aynurun Rəsul tərəfindən döyülüb Tərtər rayonu ərazisində yolun kənarına atılması, mərhumdan Türkiyə Respublikasında təhsil alan qızının yanına aparacağı bəhanəsi ilə doğum haqqında şəhadətnaməsini istəyən qadının kim olması və oğlu Rəsulun Ağsu rayonunda yaşayan tanışlarının olubolmaması barədə heç bir məlumata sahib olmadığını bildirmişdir”. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 14 fevral 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bərdə rayonu Lənbəran kəndinin ərazisində yerləşən Nümayəndə məxsus birmərtəbəli, kürsülü fərdi yaşayış evinin yardımçı otağıdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 14 fevral 2021-ci il tarixli “əşyanın tanınmasının aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüş 01 ədəd mətbəx bıçağı təqdim edilmişdir,tanımışdır Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertiza və pataloji anatomiya Birliyinin 16 fevral 2021-ci il tarixli, 124 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarət-sol əlin İV barmağının İ falanqasının səthi kəsilmiş yarası kəsici xassəyə malik ola əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə- yəni 14.02.2021-ci ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertiza və pataloji anatomiya Birliyinin 15 mart 2021-ci il tarixli, 05 saylı rəyindən görünür ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər-traxeyanın yaralanması ilə boyun nahiyyəsinin ön səthinin 1 ədəd kəsilmiş yarası, ağ ciyərlərin yaralanması ilə döş qəfəsinin ön səthində 1 ədəd, döş qəfəsinin arxa səthində 3 ədəd döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sol körpücük nahiyəsindən daxilə keçməyən 1 ədəd, döş qəfəs nahiyəsinin sağ yarısının ön səthində 03 ədəd, döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində 1 ədəd, döş qəfəsi nahiyəsinin arxa səthində-sağ kürək nahiyəsində 1 ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları, sağ diz oynağı nahiyəsinin 1 ədəd kəsilmiş yarası vardır. Qeyd olunan xəsarətlər iti uca və kəsici kənara malik olan alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim olunan bıçaqla və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçaqlarla törənə bilər, müddətləri qərarda göstərilən tarixə-yəni 14.02.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə; a) traxeyanın yaralanması ilə boyun nahiyəsinin ön səthinin kəsilmiş yarası, ağ ciyərlərin yaralanması ilə döş qəfəsinin ön səthində 1 ədəd, döş qəfəsinin arxa səthində 4 ədəd döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaralar canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər; b) qalan digər xəsarətlər sol körpücük, döş qəfəsi nahiyəsinin daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları, sağ diz oynağı nahiyəsinin kəsilmiş yarası canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb döş qəfəsinin döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası ilə əlaqədar ağciyərlərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Döş qəfəsi nahiyəsindəki daxili üzvlərin zədələnməsi ilə döş boşluğuna keçən 4 yaradan hər biri də ölümə səbəb ola bilər. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 10-12 saat olar baş vermişdir. Döş qəfəsi nahiyəsinin ön səthindəki yara kanalının istiqaməti öndən-arxaya, nisbətən yuxarıdan-aşağı, soldan-sağa doğrudur, döş qəfəsi nahiyəsinin arxa səthindəki yara kanalının istiqaməti arxadan-önə, nisbətən yuxarıdan-aşağıya, sağdan-sola doğrudur. Xəsarətlər yetirilərkən zərərçəkən X9 ilə xəsarət yetirən şəxs müxtəlif vəziyyətlərdə (qarşıqarşıya, ayaqüstə, uzanmış və s.) vəziyyətlərdə ola bilər.X1 meyiti üzərində qarşılıqlı mübarizəyə xarakterik xəsarətlər aşkar edilmədi. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. X1 bədənində və paltarında olan zədələr yerləşmə nahiyələrinə görə bir-birinə uyğun gəlir. X1 arxa keçəcək dəliyi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri aşkar edilmədi. Uşaqlıq yolu və düz bağırsağından olan 02 ədəd tamponların məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. (05.03.2021-ci il tarixli 9/29 saylı tampon və yaxmaların tədqiqi aktı). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertiza və pataloji anatomiya Birliyinin 19 mart 2021-ci il tarixli, 93-2021/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus pulover, köynək və gödəkçənin arxa səthinin sağ yarısının yuxarı hissəsində 03 (üç) ədəd, gödəkçənin arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlməyə xarakterikdirlər. Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus puloverin sol yan tikişi üzərində küt yaranma mexanizminə malik və puloverin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik bir ədəd sökülmə zədəsi vardır. Ekspertizaya təqdim olunmuş və X3 məxsus büstqalterin ön səthində 02 (iki) ədəd; retuzun sağ ayaqlığın ön səthinin yuxarı hissəsində 01 (bir) ədəd; şalvarın sağ ayaqlığının ön səthinin orta hissəsində 02 (iki) ədəd; maykanın ön səthinin yuxarı hissəsində 04 (dörd) ədəd, orta hissəsində 01 (bir) ədəd, arxa səthinin yuxarı hissəsində 03 (üç) ədəd; sviterin ön səthinin yuxarı hissəsində 02 (iki) ədəd, orta hissəsində 02 (iki) ədəd, aşağı hissəsində 04 (dörd) ədəd, arxa səthinin yuxarı hissəsində 02 (iki) ədəd, orta hissəsində 01 (bir) ədəd, aşağı hissəsində 01 (bir) ədəd deşilmişkəsilmiş zədələr aşkar edildi. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü zəif büruzə edən küpü olan tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlməyə xarakterikdirlər. X3 məxsus büstqalterin sağ qol nahiyəsində bir ədəd kənari kəsilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu, özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. X3 məxsus geyim əşyalarının üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş və kənari kəsilmiş zədələrin ekspertizaya təqdim edilmi bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus gödəkçə, sviter və şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq məişət təyinatlı deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin 30 mart 2021-ci il tarixli, 131/2021/MTBŞ saylı rəyindən görünür ki, X4 ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. Şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim edilən mətbəx bıçağı üzərində, mərhumə X5 məxsus sviter, büstqalter, 02 ədəd lasin, mayka,Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsi, sviter, qısaqol mayka, Təqsirləndirilən şəxs oğluna məxsus cins şalvar üzərindəki ləkələrdə və hadisə yerindən 06 ədəd pambıq topasına hopdurulub götürülmüş maddə ləklərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/qruplu şəxsə/ şəxslərə/, o cümlədən ABO sistemi üzrə mərhumə X5 və eyni qruplu zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus gödəkçə və sviter üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertiza və pataloji anatomiya Birliyinin 14 aprel 2021-ci il tarixli, 289 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısının arxa səthində Vİİ-Vİİİ qabırğa səviyyəsində 1 ədəd, İİİ-İV qabırğa səviyyəsindəsağ onurğayanı xətti üzrə 1 ədəd, V-Vİ qabırğa səviyyəsində-bayır kürək xətti üzrə 1 ədəd kəsilmiş-deşilmiş yaraları, yaralardan birinin bıçaqla döş qəfəsinə keçməsi sağ tərəfli hemopnevmotoraksa səbəb olan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 16 aprel 2021-ci il tarixli 203 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişlər. Onlar halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmirlər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onların hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Ruhi Əsəb Dispaseri tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli, 808 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs X14 qeydiyyatda dayanmır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X15 Ərazi bölmələrini idarəetmə birliyi Bərdə Rayon Mərkəzi X8 şəxs tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, 21/21 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın şöbələrinə və şəhər poliklinikasına hər hansı bir xəstəlik və ya xəsarətlə müraciət etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 21 may 2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs otağa daxil olanda Aynur Əsgərovanın hərəkətsiz şəkildə döşəmənin üzərində uzandığını, Elmidarın isə əlində bıçaqla Aynurun başı üzərində dayandığını, yaxınlaşıb Aynura nə olduğunu görmək istəyən zaman qəflətən kürək nahiyəsindən xəsarətlər aldığını hiss etdiyini, Elmidar həmin xəsarətləri yetirərkən ona “Elə bilirdin səni sağ buraxacam?” dediyini, o geriyə çevrilib baxmaq istəyərkən Elmidar onun boğazından yapışıb bıçaqla kəsmək istədiyini, ani vaxt ərzində bibisi Çiçək qışqıraraq Elmidarı tutub saxladığını və yerə yıxıldığını, bu zaman Elmidarın əlindəki bıçağın döşəmənin üzərinə düşdüyünü, Elmidar onu öldürmək niyyətində olduğu üçün o yaranmış bir neçə saniyəlik fürsətdən istifadə edərək həyətə qaçdığını, Elmidar bibisinin əlindən çıxıb əlinə götürdüyü bel alətinin tutacaq hissəsi ilə onu həyətdə qovaladığını və yaxınlaşıb əlindəki ağac parçası ilə sağ qolundan bir dəfə vurduğunu, bu zaman evdən həyətə çıxan digər şəxslərin Elmidara mane olduğunu, onun kürək nahiyəsindən qan axdığına görə darvazanı açıb küçəyə qaçdığını üzünə qarşı deməklə onu ifşa etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 06 avqust 2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 24 iyun 2021-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və ona ən ağır həddə cəza verilməsini xahiş edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 mart 2021-ci il tarixli, 123 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Lənbəran kəndində anası Şahid1, atası Nümayəndə və bacısı X10 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 06 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış “Şübhəli şəxsin tutulması haqqında” 14 fevral 2021-ci il tarixli protokoldan və Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 fevral 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış “cinayət işi üzrə əməlin tövsif edilməsi və toplanmış sübutların qiymətləndirilməsi haqqında” 21 may 2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus cinayət hadisəsi zamanı əynində olmuş və 21 may 2021-ci il tarixdə maddi subut kimi tanınmış -qara rəngli gödəkçə, zoğalı rəngdə uzunqol sviter, göy rəngli cins şalvar, məişət təyinatlı deşici-kəsici xassəyə malik soyuq silah hesab olunmayan bozumtulgümüşü rəngli metal materialdan hazırlanmış ümumi uzunluğu 253 mm, çəkisi 92.36 qram mətbəx bıçağı, X5 məxsus əynində olan şaftalı rəngli uzunqol sviter, qara rəngli qolsuz mayka, çəhrayı rəngli büstqalter, qara rəngli rezin tipli şalvar, qara rəngli rezin tipli retuz, Zərərçəkmiş şəxs məxsus olan 01 ədə gödəkçə, 01 ədəd kofta və 01 ədəd köynək iş üzrə əhəmiyyət kəsb etdiyindən və cinayətin əlamətlərini özündə əks etdirdiyindən maddi sübut kimi tanınmış və Bərdə rayon prokurorluğunun maddi subutlar otağında saxlanılmağa verilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa-çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1 yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasına dair ifadələrinə tənqidi yanaşır və özünümüdafiə xarakteri daşıyan ifadələr kimi qiymətləndirir. Həmin ifadələr işin faktiki hallarına uyğun olmadığından və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, zərərçəkimiş şəxsin hüquqi varisinin və şahid ifadələri, ekspertiza rəyləri, üzləşdirmə protokolları ilə tam olaraq təkzib olunduğuna görə həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadələrini xüsusilə ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş və özünümüdafiə xarakteri daşıyan ifadələr kimi qiymətləndirərək ifadələri həmin hissədə sübut kimi qəbul etmir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs bacısı Aynur Əsgərovaya xüsusi əzab və işgəncə verdiyini dərk edərək, çoxsaylı bıçaq xəsarəti yetirməklə və rəhimsizlik nümayiş etdirib qəddarlıqla boynunu kəsərək xüsusi amansızlıqla öldürmüş, Zərərçəkmiş şəxs isə çoxsaylı bıçaq xəsarətləri yetirməsinə baxmayaraq kənar şəxslərin müdaxiləsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən onu öldürə bilməyərək qəsdən edilən əməlini başa çatdıra bilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-137-1ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərinin törədilməsində o təqsirlidir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin əməllərinin həmin maddələr ilə tövsif edilməsini əsaslı sayaraq hesab edir ki, təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin həmin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 32-ci bəndində göstərilir ki, şəxs CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə CM-nin müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 120-ci maddəsi ilə həm başa çatmış həm də başa çatmamış cinayətlərə görə təqsirli bilindiyindən ona cəza təyin edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarı nəzərə alınmalı və başa çatmış cinayətə görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəza ədalətli olmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 29,120.2.7-ci maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Ona ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsas məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 29,120.2.7-ci maddələrində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni 14 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Bərdə rayon prokurorluğunda saxlanılan-istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus qara rəngli gödəkçə, zoğalı rəngdə uzunqol sviter, göy rəngli cins şalvar, X5 məxsus əynində olan şaftalı rəngli uzunqol sviter, qara rəngli qolsuz mayka, çəhrayı rəngli büstqalter, qara rəngli rezin tipli şalvar, qara rəngli rezin tipli retuz, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd gödəkçə, 01 ədəd kofta və 01 ədəd köynək və 01 ədəd bıçaq istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03.05.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 14 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Bərdə rayon prokurorluğunda saxlanılanistintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus qara rəngli gödəkçə, zoğalı rəngdə uzunqol sviter, göy rəngli cins şalvar, X5 məxsus əynində olan şaftalı rəngli uzunqol sviter, qara rəngli qolsuz mayka, çəhrayı rəngli büstqalter, qara rəngli rezin tipli şalvar, qara rəngli rezin tipli retuz, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd gödəkçə, 1 ədəd kofta, 1 ədəd köynək və cinayət törədilən zaman istifadə edilən 1 ədəd bıçaq istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar