Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-243/2024 25.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Gülüstan massivi, 2-ci bölmə, ev 38, mənzil 12-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,198 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib onu ayrı-ayrılıqda təmiz çəkiləri 2,057 qram və 2,141 qram olmaqla, iki hissəyə bölüb üzərində saxlayaraq daşımış, 10 mart 2023-cü il tarixdə saat 16:30 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş, həmin idarədə onun üzərində şəxsi axtarış aparılan zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofan kəsiyi bükümlərində təmiz çəkiləri 2,057 qram və 2,141 qram olmaqla, ümumi təmiz çəkisi 4,198 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, dini ekstremist materialları saxlama və yayma məqsədilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni məzmununda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan, Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılması ideyasını təbliğ edən, dini nifrət və düşmənçiliyin salınmasına yönələn “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin fotoşəkilindən ibarət və üzərində “Hüseyniyyun ordusu əmrini gözləyir!!!” yazıları olan 01 ədəd plakatı, Yunis Səfərovun fotoşəkili əks olunmuş və üzərində “Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq” yazıları olan 01 ədəd plakatı istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək 11 mart 2023-cü il tarixdə saat 15:54 dəqiqəyədək, yəni Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən ünvansız fərdi yaşayış evində axtarış aparılıb aşkar edilənədək həmin evdə saxlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, saxlanılmamışdan qabaq ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsü kimi işləmişdir. 10 mart 2023-cü il tarixdə günorta radələrində işlədiyi avtobusu sonuncu dayanacaqda saxlayıb su içmək üçün düşmüşdür. Bu zaman ona arxadan yaxınlaşıb qolunu tutaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində sağ yan cibinə iki bükümdə ümumilikdə 4 qram narkotik vasitə qoymuşlar. O da məcbur olub narkotik vasitəni üzərinə götürmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, avtobus sürücüsü kimi işləmiş, işə qəbul edilərkən ruhi-əsəb dispanserdən və narkoloji dispanserdən keçmək tələb olunmuş və o, 3-4 ay əvvəl işə qəbul olunan zaman narkolojidən keçsə də iş yerinə bununla bağlı arayış təqdim etməmişdir. İbtidai istintaq zamanı etirafedici ifadələri təzyiq altında vermiş, ona fiziki olaraq ciddi xəsarət yetirilməmiş, narkotik vasitə istifadə etməmiş, səhv etmirsə narkoloji ekspertiza nəticəsində qanında narkotik vasitə aşkar edilmişdir. Barəsində qəbul edilmiş “həbs” qətimkan tədbirinin seçilməsi qərarından şikayət etməmişdir. Onu polis şöbəsində döyməmişlər, sadəcə psixoloji təzyiq göstərmişlər. Polis şöbəsində başının gicgah nahiyəsinə bərk vurmuşlar və narkotik vasitəni üzərinə götürməyəcəyi halda ona qarşı pis şeylər edəcəklərini demişlər. Ona qarşı edilmiş təzyiqlə bağlı sanksiyaya çıxarkən məhkəməyə, yaxud hər hansı bir quruma şikayət etməmiş, polis şöbəsində də ona qarşı pis şeylər edəcəklərini dedikləri üçün ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. Evdə axtarış zamanı aşkar edilmiş kitablardan yalnız “İslam və ailə” adlı kitab ona məxsus olmuş, digər kitab və predmetlər ona məxsus olmamışdır. Müstəntiq ona iki saat əvvəldən axtarış üçün evə gedəcəklərini demiş, o da bu barədə evə zəng edib bildirmişdir. Əgər evində qeyd olunan dini məzmunlu predmetlər olmuş olsa idi həmin iki saat ərzində onları götürüb atmaq mümkün idi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, tutulandan bir müddət əvvəl “kokos” kimi tanıdığı narkotik vasitə olan heroini çəkməklə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi 3 nömrəli Orta məktəbin yanında piyada gəzərkən ağacın dibindən tapdığı 2 ədəd büküm narkotik vasitə olan heroinə baxıb əmin olduqdan sonra istifadə etmək üçün cibinə qoymuşdur. Həmin gün təxminən saat 16:30 radələrində Gəncə şəhəri, Bağmanlar küçəsində olan zaman üç nəfər mülki geyimdə olan polis əməkdaşı onu saxlayaraq Gəncə şəhəri Baş Polis İdarəsinin inzibati binasına aparmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin gün ağacın dibindən tapıb istifadə etmək üçün cibində saxladığı 02 ədəd bükümdə olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan 1 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə öz razılığı ilə yaşadığı Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən ünvansız evdə axtarış keçirilmiş və axtarış zamanı yaşadığı evdən aşkar edilərək götürülmüş dini ədəbiyyata aid 01 ədəd “State-Religion Relations in Azerbaijan”, 01 ədəd “Zəvvarlıq və Dini Turizm”, 01 ədəd “İslam müdrikliyə və kamilliyə gedən yol”, 01 ədəd “Dini mərasimlər, mənəvilik və müasirlik”, 01 ədəd “İslam humanizmi və lənətlənmiş terror”, 01 ədəd “Azərbaycanda dini mühitə xarici təsirlər”, 01 ədəd üzərində “Cənab Komandir əmrinizi gözləyirik” sözləri yazılmış plakat, 01 ədəd üzərində “X9, Hüseyiniyyun ordusu əmrini gözləyirik” sözləri yazılan plakat, 01 ədəd üzərində “Gələcəyin ordu generalı, xalq qəhrəmanı, Yunis Səfərova azadlıq” sözləri yazılan plakat, 01 ədəd üzərində “Ayətullah Xomeyni, əbədi yaşar rəhbər” sözləri yazılan plakat, 01 ədəd “Gələcəyin rəhbəri X10” sözləri yazılan plakat ona məxsus olmuşdur. Hər hansı bir dini məktəb oxumamış və dini təhsili olmamış, 2013-cü ildə İran İslam Respublikasından keçməklə İraq Respublikasının Kərbəla şəhərinə ziyarət etmiş, təxminən 10 il əvvəl də İran İslam Respublikasının Məşəd şəhərinə ziyarət etmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinlər ilə bağlı əvvəlki ifadələrində göstərilənlərə uyğun ifadə vermiş, lakin yaşadığı evindən aşkar edilmiş dini ədəbiyyata aid kitablar və plakatlarla bağlı göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan 1 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə öz razılığı ilə yaşadığı Gəncə şəhəri Atabəylər küçəsində yerləşən ünvansız evdə axtarış keçirilmiş, həmin axtarış zamanı yaşadığı evdən aşkar edilərək götürülmüş dini ədəbiyyatların bir hissəsi ona məxsus olsa da, evdən aşkar edilən digər materiallar, yəni 01 ədəd “State-Religion Relations in Azerbaijan”, 01 ədəd “Zəvvarlıq və Dini Turizm”, 01 ədəd “İslam müdrikliyə və kamilliyə gedən yol”, 01 ədəd “Dini mərasimlər, mənəvilik və müasirlik”, 01 ədəd “İslam humanizmi və lənətlənmiş terror”, 01 ədəd “Azərbaycanda dini mühitə xarici təsirlər”, 01 ədəd üzərində “Cənab Komandir əmrinizi gözləyirik” sözləri yazılmış plakat, 01 ədəd üzərində “X9, Hüseyiniyyun ordusu əmrini gözləyirik” sözləri yazılan plakat, 01 ədəd üzərində “Gələcəyin ordu generalı, xalq qəhrəmanı, Yunis Səfərova azadlıq” sözləri yazılan plakat, 01 ədəd üzərində “Ayətullah Xomeyni, əbədi yaşar rəhbər” sözləri yazılan plakat, 01 ədəd “Gələcəyin rəhbəri X10” sözləri yazılan plakat ona məxsus olmamışdır. Yaşadığı evdə axtarış aparılan zaman evdə olmadığı üçün həmin kitabların hansı şəraitdə ona məxsus evdən tapılması haqqında fikir bildirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı təzyiq altında olduğu üçün etiraf ifadələri vermiş, barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarının təsviri-əsaslandırıcı hissəsində onun adından yazılanları ola bilsin ki, məhkəmə iclasında demişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə cinayət-axtarış bölməsinə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında ondan, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yeri müəyyən edildikdən sonra sonuncu Gəncə şəhəri, Bağmanlar küçəsində saxlanılmışdır. Saxlanılan zaman onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getməli olduğunu demişlər. Sonuncu da etiraz etməyib onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. İdarədə müdafiəçi ilə təmin olunduqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü üzərindəki iki bükümü təqdim edərək narkotik vasitə “kokos” olduğunu demişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni Gəncə şəhəri, Dəmiryolunun altı adlanan ərazidən tapdığını bildirmişdir. Aşkar edilmiş bükümlərin hər biri xatırladığı qədəri ilə 2 qram olmuşdur. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Bağmanlar küçəsində Totanlı dairəsindən yuxarı tərəfdə yerləşən kiçik dairənin yaxınlığında saxlanılmışdır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, istifadəsi və üzərində saxlaması barədə olsa da, sonuncu şifahi sorğu-sual zamanı narkotik vasitə satmadığını bildirmişdir. O, sonradan istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasının təsdiq edilib-edilmədiyini bilməmiş və ona Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Onlar Təqsirləndirilən şəxs qolunu burmamış, sadəcə qaçmaq ehtimalına qarşı yaxınlaşıb əlindən tutmuşlar. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxud psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid2 və Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru Orucov X5 Zaur Eldar oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayının 9-dək sahə rəisi vəzifəsində işləmişdir. X3 tərəfindən aparılan cinayət işi üzrə ona evdə axtarış aparılacağı və həmin istintaq hərəkətində iştirak edəcəyi bildirilmişdir. Axtarış başlamazdan əvvəl iki nəfər hal şahidi tapmağı tələb olunmuşdur. O da əməliyyat müvəkkili Şahid5la birlikdə iki nəfər hal şahidi tapmışdır. Həmin hal şahidlərinin adları yadından çıxsa da, hadisə vaxtı mart ayı olduğu yadında qalmışdır. Daha sonra onlar evə getmiş və axtarış aparılmışdır. Axtarış zamanı dini plakatlar və dini kitablar aşkar edilmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, o, şəxsin saxlanılmasında deyil, evində axtarış aparılmasında iştirak etmiş, təqsirləndirlən şəxs evdə axtarış zamanı orada olmamış, axtarışı məhkəmə qərarı əsasında aparılmışdır. Axtarış nəticəsində evdən dini məzmunlu plakatlar və dini məzmunlu kitablar aşkar edilərək götürülmüşdür. Kitab və plakatların formasını və adını ibtidai istintaq zamanı verdiyi ifadəsində daha dəqiqliklə qeyd etmişdir. Axtarışda o, iki hal şahidi, inspektor-kriminalist Yunis, vəkil, X3, təqsirləndirilən şəxsin həyat yoldaşı və əməliyyat müvəkkili iştirak etmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı aşkar olunan bəzi kitabların onlara məxsus olmasını qəbul etsə də, aşkar edilmiş predmetlərin bəzilərinin evə yerləşdirildiyini bildirmiş, lakin sonuncu onlardan əvvəl evlərinə başqa şəxslərin gəlməsini deməmişdir. Axtarış aparılan ev 4 otaqlı olmuş, orada tikiş aparatı olduğundan o, ehtimal etmiş ki, Təqsirləndirilən şəxs yoldaşı dərziliklə məşğul olmuşdur. Evdə əşya çox olduğundan axtarış iki saata yaxın davam etmişdir. Səhv etmirsə aşkar olunan predmetlər evə daxil olanda soldakı otaqda olmuşdur. Aşkar olunan plakatlardan birinin üzərində “Xomeyni”nin şəkli olmuşdur. Evdə axtarış aparılmamışdan əvvəl müstəntiq ona şəxsin narkotik vasitə ilə bağlı tutulduğunu və evdə axtarış aparılması üçün iki hal şahidi tapmasını bildirmiş, lakin axtarışın hansı məqsədlə aparılmasını deməmişdir. Evdə axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı predmet aşkar edilməmişir. Axtarış zamanı Təqsirləndirilən şəxs ailə üzvlərinə qarşı hər hansı zorakılıq da tətbiq edilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞnin KTQ-nin baş inspektor-kriminalisti Şahid6 və Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid5 Şahid4 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü il tarixdə saat 15 radələrində Gəncə şəhəri, Atabəylər küçəsi ilə piyada gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları olduqlarını və yaxınlıqda olan Atabəylər küçəsində yerləşən evdə axtarış aparacaqlarını deməklə ondan həmin axtarışda iştirak etməsini xahiş etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə axtarış aparılan evin yaxınlığına getmişdir. Orada 2 nəfər polis əməkdaşını və 1 nəfər mülki şəxsi görmüş, polis formasında olan 1 nəfər şəxs özünü müstəntiq kimi təqdim edərək digər mülki geyimdə olan şəxsin təqsirləndirilən şəxsin vəkili olduğunu bildirmişdir. Müstəntiq icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxsin yaşadığı Gəncə şəhəri, Atabəylər küçəsində ünvansiz fərdi yaşayış evində axtarış aparacaqları barədə ona məlumat vermiş və axtarış aparılmasında onun da iştirak etməsini xahiş etmişdir. Razılaşdıqdan sonra müstəntiq ona hüquq və vəzilərini izah etmişdir. Ondan sonra polis əməkdaşları bir nəfər şəxsi də hal şahidi kimi dəvət edərək sonuncuya hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra axtarışa başlanılmış və müstəntiq Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin qəhvəyi rəngli dəmir darvazasını döymüşdür. Qapını açan qadına müstəntiq özünü təqdim edərək məhkəmənin qərarını göstərib evdə axtarış aparılacağını, axtarışda təqsirləndirilən şəxsin müdafiəçisinin də iştirak edəcəyini bildirmişdir. Həmin qadın təqsirləndirilən şəxsin arvadı olduğunu demişdir. Daha sonra müstəntiq polis əməkdaşlarını, onu və digər hal şahidini evin sahibi olan xanıma təqdim edərək evdə axtarış aparacaqlarını demiş, axtarış başlamazdan əvvəl müstəntiq evin sahibindən yaşadığı evdə hər hansı narkotik vasitə, psixotrop maddə, dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuş, həmin qadın isə evdə qanunla qadağan edilən heç bir əşya olmadığını bildirmişdir. Polis əməkdaşları da evdə axtarış aparmağa başlamışdır. Axtarış aparılan ev bir mərtəbəli və dörd otaqdan ibarət olmuşdur. Axtarış aparılan zaman Təqsirləndirilən şəxs yaşadığı evində uşaqların yataq otağından 01 ədəd “State-Religion Relations in Azerbaijan” adlı kitab, 01 ədəd “Zəvvarlıq və Dini Turizm”, 01 ədəd “İslam müdrikliyə və kamilliyə gedən yol”, 01 ədəd “Dini mərasimlər, mənəvilik və müasirlik” adlı kitab, 01 ədəd “İslam humanizmi və lənətlənmiş terror”, 01 ədəd “Azərbaycanda dini mühitə xarici təsirlər”, 01 ədəd “Sağlam və saleh övlad” adlı kitab, 01 ədəd ərəb əlifbası ilə olan dəftər, 01 ədəd dua kitabı, 01 ədəd üzərində “Cənab Komandir əmrinizi gözləyirik” sözləri yazılmış plakat, 01 ədəd üzərində “X9, Hüseyiniyyun ordusu əmrini gözləyirik” sözləri yazılan plakat, 01 ədəd üzərində “Gələcəyin ordu generalı, xalq qəhrəmanı, Yunis Səfərova azadlıq” sözləri yazılan plakat, 01 ədəd üzərində “Ayətullah Xomeyni, əbədi yaşar rəhbər” sözləri yazılan plakat, 01 ədəd “Gələcəyin rəhbəri X10” sözləri yazılan plakat aşkar edilərək polis əməkdaşları tərəfindən götürmüşdür. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/308 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan kağız paketdəki 2 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 2,057 qram və 2,141 qram olmaqla, ümumi təmiz çəkisi 4,198 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 4,198 qr., tədqiqata sərf edildi – 0,2 qr. (hər bir ob. 0,1 qr.), qalıq – 3,998 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/867 saylı məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının rəyindən görünür ki: 1) Təqdim edilmiş “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin fotoşəklindən ibarət plakatda və Yunis Səfərovun fotoşəkili əks olunmuş plakatda linqvistik və dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar əks olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinə görə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadir. Həmin plakatlarda isə Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılması ideyası təbliğ olunur. Qeyd edilən plakatların məzmunu linqvistik və dinşünaslıq təhlili baxımından Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində təsbit olunmuş “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır" prinsipi ilə ziddiyyət təşkil edir; 2) Ekspertizaya təqdim edilmiş kitab və plakatlarda linqvistik və dinşünaslıq təhlili baxımından Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir; 3) Ekspertiza tədqiqatına təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus məlumat materialları dini təyinatlıdır. Aşağıda adları qeyd olunmuş dini ədəbiyyat nümunələrinin istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X11 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir:
1. Ruslan Əsgərov. “Azərbaycanda dini mühitə xarici təsirlar”,
2. Fidan İsmayılzadə. “State-religion relations in Azerbaijan”,
3. Aqşin Axundov. “Zəvvarlıq va dini turizm: Oxşarlıq va fərqlilik”,
4. Mahir Qəniyev və Şəhriyar İsmiyev. “İslam humanizmi və lənətlənmiş terror”,
5. Ceyhun Əliyev. “İslam müdriklik və kamillliyə gedən yol”,
6. Elnarə Kərimova. “Dini mərasimler: ənənəvilik və müasirlik”. Eyni zamanda ekspertizaya təqdim olunmuş 6 (altı) ədəd plakat qanunvericiliyin tələblərinə zidd olaraq (“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsi) X11 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmişdir; 4) Təqdim edilmiş materiallardan “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin fotoşəkilindən ibarət plakatda və Yunis Səfərovun fotoşəkili əks olunmuş plakatda dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin əlamətləri vardır; 5) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus dini ədəbiyyat nümunələri ölkə nəşriyyatlarında çap olunmuşdur; 6) Ekspertizaya təqdim edilmiş Tohid İbrahimbəylinin fotoşəkilindən ibarət plakat və Yunis Səfərovun fotoşəkili əks olunmuş plakat “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın təbliğatı mahiyyəti daşıdığından dini ekstremist material sayılır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 618 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 327 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə həmin tarixdə saat 16:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli polietilen torbaları təqdim edərək həmin torbaların içərisində ilk baxışdan “kokos” kimi tanıdığı narkotik vasitə olan heroinə bənzər kütlə olmasını bildirmişdir. Aşkar olunmuş 02 ədəd bükümlər açıldıqda içərisindəki kütlənin tünd qəhvəyi rəngli ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olmaları və elektron tərəzidə çəkildikdə çəkilərinin ayrı-ayrılıqda 2,03 qram və 2,51 qram olmaqla, ümumi çəkisinin 4,54 qram olması müəyyən edilmişdir. Daha sonra şəxsi axtarış davam etdirilərək Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon da aşkar edilmişdir. Aşkar edilmiş iki ədəd bükümlər və mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlələri həmin gün saat 11-12 radələrində dəmiryolunun altı adlanan yerdə siqaret çəkən zaman ağacın dibindən tapdığını, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitədən istifadə etmədiyini, başqa yerdə narkotik vasitə saxlamadığını və heç kəsə narkotik vasitə satmadığını, polis əməkdaşları tərəfindən ona psixi və fiziki zorakılıq hallarına yol verilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən ünvansız fərdi yaşayış evində axtarış və götürmə istintaq hərəkətinin məcburi aparılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, yaşadığı evə özünün iştirakı olmadan müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən ünvansız fərdi yaşayış evində axtarış aparılan zamanı dini məzmunlu kitablar, DVD disklər, plakatlar, Tohid İbrahimbəylinin və Yunis Səfərovun təsvirləri əks olunmuş plakatların üzərində olan yazılarda (X9: Hüseyniyyun ordusu əmrini gözləyir!!!; Gələcəyin ordu generalı xalq qəhrəmanı Yunis Səfərova azadlıq) forma məzmunlu Azərbaycan Respublikasında vilayəti-fəqih ideologiyalarına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal dini-ekstremist ideyaları təbliğ edən materiallar aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung Galaxy A12” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin CAİ-nin rəisi Ramin Mehdixanovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Gəncə şəhərində yaşan İlqar adlı şəxsin narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin CAİ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitə saxlamasında, satmasında və üzərində gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin CAİ-nin rəisi Ramin Mehdixanovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitələr qəbul etməsində, üzərində gəzdirməsində və satışı ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Gəncə şəhəri, Bağmanlar küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin əldə edilmə mənbəyini və tarixini, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, eləcə də onun narkotik vasitələr satmış şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, eləcə də onun narkotik vasitələr satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İİ 350320 və AZ- İİ 977454 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Əlirza Musayev və xx.xx.2012-ci il təvəllüdlü Əliəsxər Musayev adlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,998 qram narkotik vasitə olan heroinin, Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən ünvansız fərdi yaşayış evində axtarış aparılan zaman aşkar edilərək götürülmüş dini ekstremist material hesab edilən Tohid İbrahimbəylinin fotoşəkillərindən ibarət plakat və Yunis Səfərovun fotoşəkili əks olunmuş plakatın maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər İH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə olunmuş “tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə qəbul olunan zaman tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində ibtidai istintaq zamanı etirafedici ifadələrini təzyiq altında verdiyini, polis şöbəsində başının gicgah nahiyəsindən kiminsə bərk vurduğunu, ona qarşı digər fiziki zorakılıq hallarına yol verilmədiyini, sadəcə psixi zorakılıq göstərildiyini, narkotik vasitəni üzərinə polis əməkdaşlarının qoyduğunu, narkotik vasitəni üzərinə götürməyəcəyi halda ona qarşı pis şeylər edəcəkləri ilə hədələdiklərini, yaşadığı evdə axtarış zamanı aşkar edilmiş kitablardan yalnız “İslam və ailə” adlı kitabın ona məxsus olduğunu, digər kitab və predmetlərin ona məxsus olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən yaşadığı evə keçirilmiş axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş fotocədvəl, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş iki bükümdə olan narkotik vasitə heroinin özünə məxsus olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, o cümlədən yaşadığı evindən aşkar edilmiş dini ekstremist material sayılan iki ədəd plakatın və digər dini kitabların özünə məxsus olduğunu etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin ifadələrində saxlanılan zaman və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə, o cümlədən fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçisinin iştirakı ilə alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadələrində də özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş iki bükümdə olan narkotik vasitə heroinin özünə məxsus olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, saxlanılan zaman və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə, fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. O cümlədən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli polietilen torbaları təqdim edərək həmin torbaların içərisində ilk baxışdan “kokos” kimi tanıdığı narkotik vasitə olan heroinə bənzər kütlə olmasını bildirmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlələri həmin gün saat 11-12 radələrində dəmiryolunun altı adlanan yerdə siqaret çəkən zaman ağacın dibindən tapdığını, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitədən istifadə etmədiyini, başqa yerdə narkotik vasitə saxlamadığını və heç kəsə narkotik vasitə satmadığını, polis əməkdaşları tərəfindən ona psixi və fiziki zorakılıq hallarına da yol verilmədiyini bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda müdafiəçisinin sualına qəti olaraq cavab verib aşkar olunan narkotik vasitə olan heorinin özünə məxsus olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimdən şikayət və tələbinin olmadığını göstərmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin Təqsirləndirilən şəxs döymədiyini, üzərinə narkotik vasitə qoymadığını, üzərindən aşkar olunan narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişlər. Eləcə də iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid4, Şahid6 və Şahid5 ifadələrində Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı ondan başqa digər polis əməkdaşlarının, hal şahidlərinin, təqsirləndirilən şəxsin müdafiəçisinin və arvadının iştirak etdiklərini, baxış zamanı evdə dini ədəbiyyata aid kitab və plakatların aşkar edildiyini, axtarış zamanı da Təqsirləndirilən şəxs ailə üzvlərinə qarşı hər hansı zorakılıq tətbiq edilmədiyini göstərmişlər. Hətta iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasından və Gəncə şəhər BPİ-dən daxil olmuş məktublarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət izi aşkar olunmamışdır. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 327 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulduqdan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olması aşkar edilməmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 618 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ekspertizadan keçirilən zaman verilmiş suallara cavab olaraq narkotik vasitə olan heroindən çəkmə yolu ilə istifadə etdiyini və aşkar edilmiş narkotik vasitəni tapdığını etiraf etmişdir. O cümlədən iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini, üzərindən aşkar edilmiş 2 bükümdə olan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri, Bağmanlar küçəsində yerdən tapdığını, həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, heç kimə satmadığını və satmaq niyyətində olmadığını göstərib təqdimatın təmin edilməməsini xahiş etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Əksinə həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində ona qarşı edilmiş təzyiqlə bağlı sanksiyaya çıxarkən məhkəməyə yaxud hər hansı bir quruma şikayət etmədiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin yaşadığı evinə baxış keçirilməsi haqqında protokolda, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, eləcə də barəsində tərtib olunmuş tibbi sənədlərdə və “həbs” qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin sualına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə yaşadığı evindən aşkar edilmiş və dini ekstremist materiallar sayılan plakatlara münasibətdə xx.xx.2023-cü və xx.xx.2023cü il tarixlərdə verdiyi ifadələrində, o cümlədən məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs və müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişlər. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən yaşadığı evə keçirilmiş axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş fotocədvəl, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə isə (son iki tarixdə olan ifadələri üzərindən aşkar edilmiş iki büküm narkotik vasitə olan heroinə münasibətdə) təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, dini ekstremist materiallarını əldə edərək gələcəkdə yayma məqsədi ilə yaşadığı evində saxlamasına münasibətdə Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 167-3.1-ci maddəsi ilə düzgün tövsif olunsa da, narkotik vasitəyə münasibətdə onun əməli düzgün tövsif olunmamış və qeyd edilən ittiham üzrə onun əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər BPİ-nin CAİ-nin rəisi Ramin Mehdixanovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda, o cümlədən digər ilkin sənədlərdə əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlaması, satması və üzərində gəzdirməsi barədə daxil olduğu göstərilsə də, elə iş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin əldə edilmə mənbəyini və tarixini, həmçinin sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, eləcə də onun narkotik vasitələr satmış şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Eyni zamanda iş materiallarında xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, eləcə də onun narkotik vasitələr satmış olduğu şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində də Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması faktı ilə bağlı məlumatın əldə edilməsinin mümkün olmadığını göstərmişlər. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid4, Şahid6 və Şahid5 ifadələrində Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı predmetin aşkar edilmədiyini göstərilmişlər. Eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün etirafedici ifadələrində, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, heç kimə narkotik vasitə satmadığını və vermədiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Hətta xx.xx.2023-cü il tarixdə yaşadığı evində aparılmış axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri satış və ya satış məqsədi ilə əldə etməsinə dair iş üçün əhəmiyyət kəsb edən hər hansı bir predmet və ya əşya aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** və +99***-***-**- ** mobil nömrələrinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olmuş disklərə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. O cümlədən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung Galaxy A12” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 618 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, eləcə də narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubları ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktublarında Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə olan heroini satmasını, xüsusilə də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını və aşkar edilmiş heroinin iki bükümdə olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, heroinin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında heroini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktublarında bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, həmçinin hər hansı şəxs və ya şəxslərə narkotik vasitə olan heroini satmasını, o cümlədən heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin iki bükümdə olması ilə bağlı da Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün etirafedici ifadələrində, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Buna baxmayaraq, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Həmçinin cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bununla belə, cinayət işinin materiallarında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq təqdim edilməsi və məhkəmə nəzarəti qaydasında yoxlanılması öz təsdiqini tapmır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə Qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar təşkil etməsi və heroinin iki bükümdə olması əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Plenumun həmin Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/308 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 4,198 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 10 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 232 (iki yüz otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,998 qram narkotik vasitə olan heroin, Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən ünvansız fərdi yaşayış evində axtarış aparılan zaman aşkar edilərək götürülmüş dini ekstremist material hesab edilən Tohid İbrahimbəylinin fotoşəkillərindən ibarət plakat və Yunis Səfərovun fotoşəkili əks olunmuş plakatlar məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd disk, telefon danışıqlarına dair məlumatlar əks olunmuş 02 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 618 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 10 mart 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 232 (iki yüz otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,998 qram narkotik vasitə olan heroin, Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən ünvansız fərdi yaşayış evində axtarış aparılan zaman aşkar edilərək götürülmüş dini ekstremist material hesab edilən Tohid İbrahimbəylinin fotoşəkilindən ibarət plakat və Yunis Səfərovun fotoşəkili əks olunmuş plakat məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd disk, telefon danışıqlarına dair məlumatlar əks olunmuş 02 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.