Məhkəmə qərarları › İş №1(100)-244/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-244/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-244/2020 01.12.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Zərərçəkmiş şəxs Nemət oğlunun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkiliMüdafiəçi iştirakları ilə X11 Məhkəməsinin inzibati binasında xx.xx.1996-cı ildə Tərtər rayonunun Bayandur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, fərdi işlə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Bayandur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində AD 681081 №li qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsus olan, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər şəhəri, Elman Hüseynov küçəsində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yaşayış məntəqəsi daxilində 70 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək onu ötüb keçməyə çalışan Zərərçəkmiş şəxs Nemət oğlunun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyib onunla yüksək sürətlə yan-yana hərəkətdə olarkən idarəetməni itirdiyindən avomobilin arxa hissəsi sağ istiqamətdə sürüşdüyünə görə ön hissəsi sol tərəfə istiqamətlənərək ön sol tərəfi Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sağ qapısına dəyərək avtomobilə ön sağ qapısının əzilməsi ilə müşayiət olunan zədə yetirməklə Zərərçəkmiş şəxs 230 (iki yüz otuz) manat məbləğində maddi zərər vurmuş, bundan sonra idarə etdiyi avtomobil sağ tərəfə istiqamətlənib yolun sağında olan beton bardüra dəyərək aşmış, hadisə nəticəsində avtomobilində sərnişin kimi əyləşən X7 avtotravma, sol gicgah sümüklərinin qapalı qəlpəli sınıqları, baş-beyinin ağır dərəcəli əzilməsi və qansızması, baş-beyin qişaları aralarına qan yığını, baş-beyinin sol gicgah nahiyələrinin yumşaq toxumalarında hematoma, bədəndə olan çox saylı sıyrıq yaraları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq növbəti günü Bakı şəhərinə xəstəxanaya aparılarkən yolda ölmüş, bununla da Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tərtər rayonunun Bayandur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Hadisədən təxminən 3 ay əvvəl ünvan 2obil bazarından öz adına “VAZ 2107” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, lakin sürücülük vəsiqəsi olmamış və sürücülük vəsiqəsi olmadan avtomobili idarə etmişdir. X2 onun sinif yoldaşı olmuş, o, avtomobili alandan sonra Nuranəni və anası Sevili taksi kimi lazım olan yerlərə aparmışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bayandur kəndi ərazisində yerləşən əkin sahəsində ağac çıxartmaqla məşğul olmuş, saat 16 radələrində işini bitirərək Beyləqan rayonuna gedərək həmin rayona ağac satmışdır. Beyləqan rayonundan birbaşa Tərtər şəhərinə gəlmiş, Tərtər şəhərində poçtun yanında olan qardaşının işlədiyi telefon mağazasına getmiş, bir müddət orada durub qardaşı ilə söhbət etmiş, saat 22 radələrində Nuranə ona zəng edərək onu 6 nömrəli məktəb tərəfə aparmasını xahiş etmişdir. O da avtomobilə əyləşib Nuranənin yaşadığı Tərtər şəhərində yerləşən bazarın arxasındakı küçəyə gedərək Nuranəni götürüb 6 nömrəli məktəbin yaxınlığında yerləşən mağazanın qarşısına gətirmiş, təxminən 40 dəqiqə Nuranəni gözləmiş, sonra Nuranə gələrək avtomobilə əyləşmiş, Nuranəni evinə apardığı vaxt “Şəms” şadlıq sarayının qarşısında Nuranə onu Şıxarx qəsəbəsinin qarşısında olan marketə aparmasını istəmişdir. O da işıqforu keçərək Elman Hüseynov küçəsi ilə Şıxarx qəsəbəsi istiqamətində hərəkətə başlamış, təxminən 70 km/saat sürətlə hərəkətdə olmuş, Tərtər rayon Xəstəxanasına dönən yola az qalmış arxadan gələn avtomobilin uzaq vuran işıqları yandırıb söndürərək ondan yol istədiyini gördüyündən o avtomobili biraz sağa çəkmiş, həmin avtomobil onu sol tərəfdən ötüb keçməyə başlamış, bu vaxt Tərtər MRX-ya gedən yoldan hərəkətdə olduqları yola avtomobil çıxmış, onu soldan keçən “VAZ 2107” markalı avtomobil tam ötüb keçməmiş avtomobili sağa çəkmiş, həmin vaxt idarə etdiyi avomobilin arxa hissəsi sağ istiqamətdə sürüşdüyünə görə ön hissəsi sol tərəfə istiqamətlənmiş, nəticədə onu ötüb keçmək istəyən həmin avtomobilin qabaq sağ qapısı onun avtomobilinin qabaq sol qanadına dəymiş, idarəetməni itirdiyindən onun avtomobili yolun sağında olan beton bardürə dəyərək yoldan çıxıb aşmışdır. Bundan sonra o, özünü itirmiş, bir müddət sonra o, özünə gəlmiş, digər avtomobilin sürücüsü onlara yaxınlaşmış və içəridə olan qızı götürərək birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum Nuranə İsayeva onun qızı olmuşdur. xx.xx.2020-ci il tarixdə Nuranə hər zaman olduğu kimi səhər saat 08 radələrində işə getmiş, gecə 21 radələrində Nuranə ona zəng edib 6 nömrəli məktəbin yanında mağazaya borcu olduğundan onu ödəməyə gedəcəyini bildirmişdir. Bir müddət keçsə də Nuranədən xəbər çıxmamış, bir qədər sonra tanışı olan və taksi kimi xidmətlərindən istifadə etdiyi Allahverdi adlı şəxs onların evinə gələrək Nuranə ilə bir avtomobildə qəzaya düşdüklərini və Nuranəni Bərdəyə xəstəxanaya apardıqlarını bildirmişdir. Buna görə də o, avtomobilə əyləşmiş, birlikdə Bərdə rayon mərkəzi xəstəxanasına getmişlər. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında təcili yardım avtomobili ilə qızını Bakıya aparan zaman yolda Nuranə vəfat etmiş, bundan sonra onlar da geriyə qayıtmışlar. Bundan başqa ifadəsində onlara maddi köməklik edildiyindən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Nemət oğlu ifadəsində göstərmişdir ki, özünə məxsus “VAZ 2107” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, lakin sürücülük vəsiqəsi yoxdur. xx.xx.2020-ci il tarixdə gün ərzində evdə olmuş, saat 23 radələrində evdən çıxıb siqaret almaq üçün, həmçinin Şıxarx qəsəbəsində yerləşən Kapital Bankın bankomatından pul çıxarmaq üçün Tərtər rayonunun Şıxarx qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Elman Hüseynov küçəsi ilə təxminən 60-70 km/saat sürətlə hərəkətdə olduğu vaxt, ondan qarşıda Təqsirləndirilən şəxs idarə etdiyi yaşıl rəngli “VAZ 21074” markalı avtomobil də hərəkətdə olmuş, o, sürətini artırıb həmin avtomobili keçməyə çalışmış, lakin sürətini artırdıqca həmin avtomobil də sürətini artırmışdır. O, Allahverdinin idarə etdiyi avtomobilin soluna keçib onu keçməyə çalışmış, onunla yan-yana bir qədər hərəkətdə olmuş, həmin vaxt sürəti 75 km/saat olmuşdur. Xəstəxanaya dönən yola çatmağa az qalmış yol sola tərəf burulmuş, həmin yolun burulan yerinə çatdıqda Allahverdinin idarə etdiyi avtomobilin arxası sürüşmüş və qabaq sol tərəfi onun idarə etdiyi avtomobilin sağ tərəf qapısına dəymiş, bundan sonra Allahverdi avtomobili sağa çəkmiş və avtomobil yoldan sağa çıxıb aşmışdır. O təxminən 30-40 metr qarşıda avtomobili saxlamış və geriyə qayıdaraq hadisə baş verən yerə getmişdir. Allahverdi ona avtomobildə başqa şəxsin olduğunu dediyindən, o qabaq qapıdan içəri girərək arxa hissəyə keçmiş, qapını açıb qızı ordan çıxardıb qucağına almış, sonra isə öz avtomobilinə əyləşdirərək Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada tibbi müdaxilə olunduqdan sonra xx xxxx 2020-ci il tarixdə Nuranə İsayevanın müalicəsinin davam etdirilməsi üçün Bakışəhərinə aparan zaman yolda vəfat etmişdir. Bundan başqa ifadəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində tanışları ilə birlikdə atasının Tərtər şəhəri, Elman Hüseynov küçəsində işlətdiyi mağazanın sağ tərəfində dayanıb söhbət etdikləri vaxt mağazanın qarşısında bir ağ rəngli “VAZ 2107” markalı avtomobil dayanmış, həmin avtomobil Saday adlı şəxsə məxsus olmuş, bir neçə dəqiqə sonra isə “VAZ 2106” markalı taksi də mağazanın qarşısında saxlamış və içərisindən bir hərbçi düşüb mağazaya tərəf getmiş, mağazanın qapısına çatmağa az qalmış Tərtər şəhəri tərəfdən 2 ədəd “VAZ 2107” markalı avtomobil yüksək sürətlə yan-yana Şıxarx istiqamətində hərəkətdə olmuşlar. Onların mağazanın qarşısına çatmalarına az qalmış sağ tərəfdə hərəkətdə olan avtomobilin qəfildən arxa hissəsi sürüşmüş, sonra isə yoldan çıxıb birinci ağaca dəyib aşmış və səkinin qırağında olan qaz borusuna dəyərək çevrilib yola tərəf dayanmışdır. Bundan sonra ətrafda olan insanlar ora köməyə getmiş, o da qəza olmuş avtomobilin yaxınlığına getmiş, həmin vaxt avtomobilin sürücüsü özü bir təhər avtomobildən düşmüşdür. O, mağazaya qayıdaraq çöldə olan əşyaları içəri yığmışdır. İçəridə olan zaman eşitmişdir ki, avtomobilin içərisində olan qızı da ordan çıxarmışlar. Sonra yenidən çölə çıxıb meyvə rəflərini də içəri yığmış və mağazanı bağlayıb evə getmişlər. Səhəri gün isə mağazaya gələn şəxslərdən eşitmişlər ki, axşamkı hadisədə 2 avtomobil ötüşmüş və nəticədə içərisində qadın olan avtomobilin sürücüsü idarə etməni itirmiş və yoldan çıxaraq aşmış, səhəri gün isə içərisində olan qadın vəfat etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Tərtər şəhəri, Elman Hüseynov küçəsindəki mağazanı icarə əsasında istifadə edir, hər gün saat 09:00-dan 23-24 radələrinə kimi mağaza fəaliyyət göstərir. xx xxxx 2020-ci il tarixdə gün ərzində mağazada olmuş, gecə saat 23 radələrində mağazada olan zaman mağazanın qarşısında taksi saxlamış, taksidən düşən hərbçi içəriyə tərəf gəlmiş, həmin anda qəflətən ağaca nəyinsə dəydiyini eşitmiş və möhkəm səs gəlmiş, tez çölə çıxmış, çöldə olan zaman yolun qarşı tərəfində “VAZ 21074” markalı avtomobilin yolun sağ hissəsində olan ağaca dəyərək aşıb səkidə olan qaz borusuna dəyərək üzü yol tərəfə durduğunu görmüşdür. Ətrafda olan şəxslər tez ora köməyə getmiş, o da FHN-nin 112 xidmətinə zəng etmişdir ki, yəqin qaz borusuna xəsarət dəyib, partlayış ola bilər. Bundan sonra orada olan xatırlamadığı şəxslər avtomobilin içərisində qalan bir qadını içəridən çıxarıb başqa avtomobilə əyləşdirərək aparmışlar. Sonra sürücünü də avtomobildən çıxarmışlar, o, bundan sonra oğlu ilə birlikdə mağazanın qarşısında olan meyvə rəflərini içəri yığmış və mağazanı bağlayıb evə getmiş, səhəri gün isə mağazaya gələn şəxslərdən eşitmişdir ki, axşamkı hadisədə 2 avtomobil ötüşmüş və nəticədə içərisində qadın olan avtomobilin sürücüsü idarə etməni itirmiş və yoldan çıxaraq aşmış, səhəri gün isə içərisində olan qadın vəfat etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tərtər RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə Tərtər şəhərində DYPB-nin YPX-nin inspektoru Şahid1 ilə birlikdə xidmətdə olduğu vaxt saat 23 radələrində Tərtər şəhəri, Elman Hüseynov küçəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuş, Elnur dərhal bu barədə RPŞ-nin növbətçi hissəsinə məlumat vermiş, sonra isə birlikdə hadisə baş verən yerə getmişlər. Hadisə baş verən yerə çatdıqlarında bir ədəd “VAZ 20174” markalı avtomobilin Şıxarx qəsəbəsi istiqamətində yolun sağında səkinin üzərində, yola perpendikulyar vəziyyətdə durduğunu görmüş, ətrafda olan şəxslər isə həmin avtomobilin sürətlə hərəkətdə olmasını və idarə etməni itirərək yoldan çıxıb aşdığını demişlər. Avtomobilin içərisində də 1 nəfər qadın sərnişin olmuşdur. Onlar hadisə yerindən kənar şəxsləri çıxarmış və əməliyyatistintaq qrupunun üzvlərinin gəlməsini gözləmişlər. Təxminən 5 dəqiqə sonra həmin vaxt növbədə olan istintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gəlmiş və hadisə yerinin müayinəsi həyata keçirilmişdir. Sonradan müəyyən olunmuşdur ki, iki “VAZ 21074” markalı avtomobil yan-yana hərəkətdə olan zaman sağda olan avtomobil sürətlə əlaqədar idarəetməni itirmiş sol tərəfində hərəkətdə olan avtomobilə dəymiş və yoldan çıxaraq aşmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 təcrübi və X9 rayon şöbəsi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair xx.xx.2020-ci il tarixli 03 nömrəli rəyindən görünür ki, X1 meyitinin üzərində aşağıdakı xəsarətlər - avtotravma, sol gicgah sümüklərinin qapalı qəlpəli sınıqları, baş-beyinin ağır dərəcəli əzilməsi və qansızması, baş-beyin qişaları aralarına qan yığını, baş-beyinin sol gicgah nahiyələrinin yumşaq toxumalarında hematoma, bədəndə olan çoxsaylı sıyrıqlar vardır. Həmin xəsarətlər bərk küt əşyanın dəyməsi təsirindən əmələ gəlmişdir, ilk məlumatda göstərildiyi kimi xx xxxx 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi və dərəcəsinə görə canlı şəxslərdə olduğu kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X1 ölümünün səbəbi avtotravma nəticəsində sol gicgah sümüklərinin qapalı qəlpəli sınıqları, kəllə əsasının sınığı, baş beyinin sol gicgah nahiyəsinin ağır dərəcəli əzilməsi olmuşdur. X1 ölümü meyit əlamətlərinə görə meyitin müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. X2 ölümündən əvvəl spirtli içki qəbul etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 8/583 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ 21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs yaşayış məntəqəsinə aid olan yol sahəsində avtomobili 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda VAZ 21074 markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs Nemət oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda VAZ 21074 markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs Nemət oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Zərərçəkmiş şəxs yaşayış məntəqəsinə aid olan yol sahəsində avtomobili 60 km/saat sürətdən artıq, yəni 75 km/s sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD tipli diskə baxış keçirilmiş, iki ədəd avtomobil yüksək sürətlə yan-yana hərəkətdə olmuş, 09-cu saniyədə sağ tərəfdə hərəkətdə olan avtomobil idarəetməni itirmiş və yoldan çıxıb qəza törətmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Zərərçəkmiş şəxs hərəkəti üçün təhlükə yaranan anda onun idarə etdiyi VAZ 21074 markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 15 (on beş) metr məsafədə olmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarxili 303 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs Nemət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Tərtər RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsilə ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o Tərtər rayon polis şöbəsinin X6 azad edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizəsindən görünür ki, o təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Nemət oğlunun ərizəsindən görünür ki, o təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tərtər rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 5/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi mövcud deyildir. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Ələsgərli kənd İnzibati ərazi dairəsi nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu Bayandur kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Ələsgərli kənd İnzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 35 nömrəli rəydən görünür ki, VAZ-21074 markalı 90EN711 dövlət qeydiyyat nişanlı avtomobilə 230 (iki yüz otuz) manat zərər dəymişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə peşmançılıq çəkməsi, zərər çəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi zərərin aradan qaldırılması, onlarla barışıq əldə etməsi, zərərçəkmiş şəxsin və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cümaddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CM-in 59.1.10-59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmaqla barəsində CM-in 60cı maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələri nəzərdə tutulmuşdur. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün çıxılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində əsas cəzanın təyin edilməsi ilə yanaşı nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın da təyin edilməsini də əsaslı sayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə 100 (yüz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntüsünü əks etdirən 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarına əlavə edilərək saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün çıxılsın və ona qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün həmin hissədə icrası Tərtər rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntüsünü əks etdirən 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə X11 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar