Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-244/2021 13.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı övladı olan, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, S.Vurğun küçəsi, ev 15, mənzil 10-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci dalan, ev 5Bdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər yetirmişdir. Belə ki, o, 18 fevral 2021-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda bərabərliyində yerləşən çayxananın yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun ona nalayiq ifadələr işlədib onu yumruqla sifət nahiyyəsindən vurduqdan sonra Zərərçəkmiş şəxs gücü çatmayacağı qənaətinə gəlib qisas almaq niyyəti ilə üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə vuraraq qarının daxilə keçən bir ədəd kəsilmiş-deşilmiş yarası, piyliyin, mədənin və qaraciyərin bağlarının zədələnməsi ilə müşayiət edilən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, gündəlik olaraq qazancını tikintidə fəhləlik etməklə əldə etmişdir. Təxminən 3 il əvvəl özü üçün məişət işlərində istifadə etmək məqsədilə Bakı şəhəri Beynəlxalq Avovağzalından 1 ədəd cib bıçağı almış, həmin bıçağı həmişə üzərində gəzdirərək məişət işlərində ehtiyac duyduqca istifadə etmişdir. Zərərçəkmiş şəxs o, uşaq vaxtlarından tanıyır, sonuncu onun sinif yoldaşı olmuşdur. 18 fevral 2021-ci il tarixdə, saat 13 radələrində o, yaşadığı evdə olarkən Orxan istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci dalanda yerləşən “Pavliyon” kafesində olduğunu bildirərək, onu həmin kafeyə çay içməyə dəvət etmişdir. O, etiraz etməyib həmin kafeyə getmişdir. O, kafeyə daxil olanda Orxanın ortaq tanışları Azərlə domino oynadıqlarını görüb onların masasına əyləşmişdir. Azər oyunu bitirdikdən sonra işi çıxdığı üçün çıxıb getmiş və masada Orxanla o, qalmışdır. Bundan sonra Orxanla o, domino oynamağa davam etmiş, oyun zamanı o, Orxanı udduğuna görə sonuncu əsəbiləşmişdir. Onlar həmin kafedə saat 15 radələrinədək vaxt keçirdikdən sonra, Orxan əsəbiləşərək daha oynamaq istəmədiyini və gedib nahar edəcəyini bildirmişdir. O da Orxanla razılaşıb birlikdə kafedən çölə çıxmışlar, 20-30 metr piyada getdikdən sonra Orxan ona nalayiq ifadələrlə cavab qaytarmışdır. O, da eyni qaydada Orxana nalayiq ifadə işlədərək söymüşdür. Həmin vaxt Orxan ona “səni vuraram...” deyə bildirəndə o, Orxana “o sənin başın üçün deyil...” cavab vermişdir. Həmin vaxt Orxan sağ və sol yumruqla iki dəfə onun başının sağ və sol nahiyəsinə sərt şəkildə zərbələr endirmiş, o da əynində olan gödəkçənin sağ yan cibindən bıçağı çıxarıb sağ əlinə götürərək, Orxanın qarın nahiyəsinə bir dəfə zərbə vurub, bıçağı sonuncunun qarnına soxub çıxarmışdır. Həmin an onların hər ikisi mübahisəni dayandırmışlar. Bundan sonra o, dərhal bıçağı cibinə qoyub Orxanın qarın nahiyəsinə baxmış və sonuncunun qarnında kəsik izi, həmin yaradan qan axdığını, əynində olan maykada da qan ləkəsi olduğunu görmüşdür. O, Orxana həkimə getməyi təklif etmiş, sonuncu yarasının ciddi olmadığını, həkimə getməyə ehtiyac duymadığını bildirmiş və Orxan onun yanından ayrılaraq çıxıb getmişdir. O, həmin vaxt şokda olduğundan kafenin qarşısında dayanmış, həmin vaxt qeyd etdiyi kafeni işlədən Şahmar onun yanına gəlib nə etdiyini soruşmuş o, Şahmara Orxanla dalaşdığını, sonuncunu vurduğunu demiş, lakin qorxduğu üçün bıçaqla xəsarət yetrdiyini bildirməmişdir. Bundan sonra o, ayrılaraq öz yaşadığı evə getmişdir. O, evə getdikdən sonra bu barədə heç kəsə heç bir söz deməmiş, Orxana zəng edib səhhətilə maraqlananda sonuncu səhhətinin yaxşı olduğunu, heç bir problem olmadığını bildirmişdir. Ertəsi gün o, Orxanın daxili qanaxması olduğu üçün Gəncə şəhər 3 saylı TTYX-ya aparılaraq əməliyyat olunduğunu öyrənmişdir. O, Orxana xəsarət yetirdiyi bıçağı istintaqa təqdim etmişdir. Orxanla onun arasında baş vermiş hadisə təxminən 30 saniyə müddət ərzində davam etmişdir. Onun Zərərçəkmiş şəxsla əvvəllər bu və ya digər formada hər hansı bir mübahisəsi olmamış, nə onun Orxana, nə də sonuncunun ona borcu olmuşdur. O, Zərərçəkmiş şəxs xəsarət yetirərkən ətrafda onlardan başqa heç kəs olmamışdır. Hazırda əməlindən peşmandır. Zərəçəkmişlə barışdığından, ona dəymiş olan zərəri ödədiyindən məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İlham oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, uşaq vaxtlarından tanıyır, sonuncu onun sinif yoldaşı olmuşdur. Əbülfəzlə tanışlığı yarandığı vaxtdan sonuncu ilə dost münasibəti olmuş, bu vaxta qədər aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. 18 fevral 2021-ci il tarixdə, saat 13 radələrində o, Əbülfəzgilin evlərinin yaxınlığındakı Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci dalanda yerləşən “Pavliyon” kimi tanınan çayçıya gedib oradan istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Əbülfəzin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək evlərinin yaxınlığında həmin çayçıda olduğunu bildirərək Əbülfəzi də həmin çayçıya çay içməyə dəvət etmişdir. Əbülfəz də onunla razılaşdıqdan sonra həmin çayçıya gəlmişdir. O, həmin vaxt çayçıda Əbülfəzlə ortaq tanışları Azərlə domino oynamış, Əbülfəz onlara yaxınlaşıb salamlaşdıqdan sonra onların masasında əyləşmişdir. Azər oyunu bitirdikdən sonra işi çıxdığı üçün çıxıb getmiş, masada Əbülfəz və o qalmışdır. Bundan sonra o, Əbülfəzlə domino oynamağa başlamışdır. Oyun zamanı Əbülfəz onu udduğuna görə o, əsəbiləşmiş daha oynamaq istəmədiyini və gedib nahar edəcəyini bildirmişdir. Əbülfəz də onunla razılaşmış və onlar çölə çıxaraq kafedən təxminən 20-30 metr piyada irəliləyərkən söhbət zamanı onların sözü düzgün gəlməmiş və onlar qarşılıqlı şəkildə bir-birlərinə nalayiq ifadələr işlətmişlər. O, Əbülfəzə nalayiq ifadə işlətdikdən sonra sonuncuya “səni vuraram...” deyə bildirəndə Əbülfəz də ona cavab qaytararaq “o sənin başın üçün deyil...” deyə cavab verib ona nalayiq ifadə işlətmişdir. Həmin vaxt o, sağ və sol yumruğu ilə iki dəfə Əbülfəzin sifətinin sağ və sol nahiyəsindən vurmuşdur. Həmin zərbələrdən sonra Əbülfəz əynindəki gödəkçənin sağ yan cibindən bıçağı çıxarıb sağ əlinə götürərək onun qarın nahiyəsinə bir dəfə zərbə endirərək bıçağı qarnına soxub çıxarmışdır. Həmin an hər ikisi mübahisəni dayandırmış və Əbülfəz dərhal bıçağı cibinə qoymuşdur. Əbülfəz onun qarın nahiyəsinə baxanda bıçağın onun qarnına girib yaraladığını, qan axdığını və əynində olan köynəkdə və maykada da qan ləkəsi olduğunu görmüşdür. Əbülfəz ona həkimə getməyi təklif etmiş, lakin o, ilkin olaraq ciddi narahatçılıq hiss etmədiyindən yarasının ciddi olmadığını, həkimə getməyə ehtiyac olmadığını Əbülfəzə bildirərək, oradan ayrılıb öz yaşadığı evə getmişdir. O, evə getdikdən sonra özü yarasını spirtlə silərək təmizləmiş və qanaxma dayandığı üçün bıçağın ona ciddi xəsarət yetirmədiyini düşünmüşdür. Bir qədər sonra Əbülfəz ona zəng etdikdə o, özünü yaxşı hiss etdiyini və heç bir narahatçılıq olmadığını demişdir. Lakin bir qədər sonra o, özünü daha da pis hiss etmiş, halının daha da pisləşdiyini görüb saat 01 radələrində xalası oğlu Fəxriyə zəng etmiş və sonuncu gəlib onu Gəncə şəhər 3 saylı TTYX-ya aparmışdır. Orada o, özünə gəldikdən sonra xəsarətinin ağır olduğunu anlamış və buna görə də Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək baş vermiş hadisəni olduğu kimi bildirmişdir. Onun əvvəllər Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs ona 18 fevral 2021-ci il tarixdə, saat 15 radələrində Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci dalanda üzərində olan bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxslə sözləri qarşılıqlı şəkildə düzgün gəlmədiyi üçün hər ikisi əsəbiləşərək mübahisə etmişlər. Həmin hadisənin baş verməsinə səbəb onun domino oynayarkən uduzduğundan Əbülfəzə nalayiq ifadə işlədib onu yumruqla vurması olmuşdur. Əbülfəz onu bıçaqla vuran anda yanlarında heç kəs olmamışdır. Həmin hadisə ümumilikdə 3-4 dəqiqə müddətində davam etmişdir. Hazırda V.Əbülfəzlə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol köynəyin ona qaytarılmasından imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayının əvvəlindən etibarən şəriki Roman Əliyevlə birlikdə Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci döngədə yerləşən “Pavliyon” kimi tanınan çayçını icarə əsasında işlətmişdir. Hər gün saat 10 radələrində obyekti açmış, axşam saat 23 radələrində isə bağlamışdır. Təqsirləndirilən şəxs onun qaynıdır. Zərərçəkmiş şəxs isə o, uşaq vaxtlarından tanımışdır. 18 fevral 2021-ci il tarixdə saat 10 radələrində obyekti açmış və həmin vaxtdan etibarən müştərilər yavaş-yavaş gəlib-getməyə başlamışlar. Saat 13 radələrində Orxan çayçıya gəlmiş və həmin vaxt o, orada Azər adlı şəxslə domino oynamışdır. O, isə gah çayçının içərisində gah da, həyətində öz işlərini görmüşdür. Bir qədər sonra Əbülfəz də həmin çayçıya gəlmiş birlikdə bir masada əyləşmişlər. Daha sonra Azər kafedən çıxıb getmiş və Orxanla Əbülfəz isə qalıb domino oynamışlar. Saat 15 radələrindək Orxanla Əbülfəz birlikdə domino oynamışlar və daha sonra çayçıdan çölə çıxmışlar. Orxanla Əbülfəz çayçının həyətinə çıxdıqdan sonra ayılaraq gözdən itmişlər. Bir qədər sonra o, küçəyə çıxanda Əbülfəzin tək olduğunu görmüş, sonuncunun narahat olmasını görüb nə baş verdiyini soruşanda Əbülfəz ona qara rəngli cib bıçağını göstərərək Orxanla mübahisə etdiyini, əsəbiləşdiyi üçün anidən Orxanı həmin bıçaqla vurduğunu, lakin xəsarətinin ciddi olmadığını, cüzi kəsik olduğunu, Orxanın isə yaşadığı evə getdiyini bildirmişdir. O, Əbülfəzdən təkidlə Orxanın səhhətini soruşanda sonuncu ona heç bir problemin olmadığını, Orxanın yaxşı olduğunu demişdir. O, məsələnin elə də ciddi olmadığını düşünərək yenidən çayçıya qayıdıb öz işi ilə məşğul olmuşdur. Ertəsi gün ona gecə Orxanın səhhəti pisləşdiyi üçün sonuncunu xəstəxanaya aparıldığı, Əbülfəzi isə polis əməkdaşlarının apardığı məlum olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Gəncə şəhəri, Totalı küçəsi, 1-ci dalanda xəsarət yetirmiş, həmin vaxt o, çayçının həyətində olduğu üçün xəsarətin yetirilmə anını görməmiş, baş vermiş mübahisənin səbəbini bilməmişdir. O, hadisədən sonra Əbülfəzin əlindəki bıçağı gördüyü üçün yenidən görsə həmin bıçağı tanıya bilər, həmin bıçağın dəstəyi və tiyəsi qara rəngli açılıb qatlanan olmuşdur. Hadisə zamanı o, çayçının həyətində olduğu üçün Orxanla Əbülfəzin mübahisə etdikləri yerdən kənarda olmuş, hadisə yerində kimlərin olmasını, hadisənin nə qədər müddət davam etməsini dəqiq bilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 fevral 2021-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs İlham oğlunun hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol köynək iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 fevral 2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan və fotocədvəldən görünür ki, Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci döngəyə - hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 20.02.2021-ci il tarixli 4(044)-33/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19.02.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 fevral 2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs İlham oğluna qarşı törətdiyi cinayət əməlinin aləti olan 1 ədəd bıçaq iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş (şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında) protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İV № 505929 saylı “Doğum haqqında şəhdətnamədən” görünür ki, 14.08.2020-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertinin 20 fevral 2021-ci il tarixli 243 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət boyun nahiyəsinin sıyrığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 18.02.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmaya xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertinin 05.03.2021-ci il tarixli 03 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs İlham oğlunun maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB (İV)-dır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB (İV) olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs İlham oğluna məxsus bir ədəd köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB (İV) olduğundan onun özünə məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23.03.2021ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında protokoldan və fotocədvəldən görünür ki, 18.02.2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçaqdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertinin 04 mart 2021-ci il tarixli 310 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs İlham oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət – qarının daxilə jeçən bir ədəd deşilmiş-kəsilmiş yarası, piyliyin, mədənin və qaraciyərin bağlarının zədələnməsi deşicikəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 18.02.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəmiş şəxs Zərərçəkmiş şəxs İlham oğlunun ərizəsindən görünür ki, 18 fevral 2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci dalanda yerləşən kafenin və Təqsirləndirilən şəxs evinin yaxınlığında sinif yoldaşı və tanışı, ailəvi gediş-gəlişi olan Q.Təqsirləndirilən şəxslə aralarında baş vermiş mübahisə zamanı, sonuncunun əlində olan bıçaqla onun qarın nahiyəsinə bir dəfə zərbə vuraraq sağlamlığına xəsarət yetirmişdir. Lakin həmin hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Buna görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixdə 4(044)-67/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 19 iyun 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-soyuq silah və trasoloji ekspertinin 26 aprel 2021-ci il tarixli 16/318/319 nömrəli rəyinən görünür ki, tədqiqiata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan uzunqol köynəyin səthində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarekterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş paltarın üzərindəki zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb Ekspertiza və Patoloji Anatomoya ETT Birliyinin 04.03.2021-ci il tarixli 310 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyinin səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “qarının daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə köynəyin səthində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03.05.2021-ci il tarixli 120.9712.124 saylı əməliyyat tapşırığının məktubundan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədərkən qabaqcadan heç kimlə əlbir olmamışdır və ya hadisənin törədilməsində heç kim ona köməklik etməmiş, onun hadisədən əvvəl Zərərçəkmiş şəxsla hər hansı bir ədavəti və düşmənçiliyinin olmamışdır. Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi, hadisə yerini əhatə edən müşahidə kamerası, hadisəni görmüş şəxslərin dairəsi müəyyən edilməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla belə məhkəmə kollegiyası tövsiflə razılaşmayaraq Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsinin tərkibi olması qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Konstitusiya Məhkəməsinin Plenumunun“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İstintaq orqanı Təqsirləndirilən şəxs hadisəni xuliqanlıq niyyəti ilə törətməsinə dair heç bir sübut toplamamış, əksinə toplanmış sübutlar onun hadisəni zərərçəkmiş şəxsin onu təhqir edib yumruqla vurduğunu nəzərə almayaraq, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsindən əsassız və yalnış olaraq həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif etmiş və onun əməlinin hansı sübutlara əsasən nə üçün belə tövsif edilməsi əsaslandırılmamışdır. Göründüyü kimi mübahisə Zərərçəkmiş şəxs İlham oğlu tərəfindən başlamış, 18 fevral 2021-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanının bərabərliyində yerləşən çayxananın yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı o sonuncuya nalayiq ifadələr işlədib onu yumruqla sifət nahiyyəsindən vurmağa başlamasından sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gücü çatmayacağı qənaətinə gəlib qisas almaq niyyəti ilə üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə vuraraq qarının daxilə keçən bir ədəd kəsilmiş-deşilmiş yarası, piyliyin, mədənin və qaraciyərin bağlarının zədələnməsi ilə müşayiət edilən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək hesab edir ki, “xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Ə. Verdiyev ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsindən nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmiş, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun ifadə kimi qiymətləndirərək sübut kimi qəbul edir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində sağlamlığa zərər vurma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Əməlin xuliqanlıq niyyəti ilə törədilməsi üçün şəxsin hərəkətlərində dispozisiyanın şərti mövcud olmalı, yəni şəxsin hərəkətləri mütləq ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərin edilməsinə yönəlməlidir. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət prosessual Qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qüdrət oğlunun əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutlarin ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri yoxdur, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-in maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını), cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını), cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Gəncə şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət, Azərbaycan Respublikasının CM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübut Zərərçəkmiş şəxs İlham oğlunun hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək sahibi tərəfindən qəbul edilməkdən imtina edildiyindən, həmçinin Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altımış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 07 ay 24 gün müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 04 ay 06 gün müddətə azadlıqdan məһrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 02 il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhəri Üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübut Zərərçəkmiş şəxs İlham oğlunun hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək, həmçinin Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 63 (altımış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-244/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-244/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver