Məhkəmə qərarları › İş №1(100)-244/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-244/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-244/2023 14.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1972-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təmiz çəkisi 0,240 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımış, 04 may 2022-ci il tarixdə Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Qazax şəhəri, N.Nərimanov küçəsi, 18 nömrəli evin qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165a nömrəli ünvanda yerləşən Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 15:45-dən saat 16:50-dək olan vaxtda üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli plaş materialdan olan idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,240 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, təmiz çəkisi 5,090 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib yaşadığı Qazax şəhəri, Nəriman Nərimanov küçəsi, 18 nömrəli fərdi yaşayış evində saxlamış, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 iyul 2022-ci il tarixdə saat 17:27-dən saat 18:15-də olan vaxtda yaşadığı həmin evə baxış zamanı qonaq otağındakı divanın üzərində olan dəmir qabın içərisindən 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 5,090 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki-üç ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Tutulmamışdan bir neçə ay əvvəl Bakı şəhərində «Papanin» kimi tanınan yerdə Vidadi adlı şəxsdən bir neçə dəfə narkotik vasitə olan heroin alıb qəbul etmişdir. Sonuncu dəfə Bakı şəhərində «Papanin» kimi tanınan yerdə «Qırmızı market»in yanında Vidadi adlı şəxslə görüşüb ona 10 manat pul vermiş və 1 çet heroin alıb yaşadığı Qazax şəhərinə qayıtmışdır. Həmin maddədən bir qədərini istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Qazax şəhəri, N.Nərimanov küçəsi, 18 nömrəli evin qarşısında dayanan zaman Qazax rayon polis şöbəsinin əməkdaşları onu üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək Qazax rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Orada şübhəli şəxs qismində tutularaq hüquqları izah edilmiş, müdafiəçi ilə təmin edilmiş, sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və sair qeyri-qanuni saxlanılan əşyaların olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. O, şalvarının sağ yan cibində saxladığı 1 ədəd göy rəngli kağız bükümdəki narkotik vasitə olan heroini təqdim etmiş və həmin vasitəni özü qəbul etmək üçün Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Onun təqdim etdiyi həmin büküm elektron tərəzidə çəkilmiş və 0,29 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin narkotik vasitədən heç kəsə satmamış, verməmişdir. Bundan başqa, o, 2022-ci ilin iyul ayında özü qəbul etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonunda «Günəş» petrolun yaxınlığında Sarı adlı şəxsdən 60 manat müqalibində 3 qram çəkidə narkotik vasitə olan heroin alıb yaşadığı Qazax şəhərinə qayıtmışdır. O, həmin vasitədən gündə 0,3 qram istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, yaşadığı Qazax şəhəri, N.Nərimanov küçəsi, 18 nömrəli evdə olan zaman Qazax rayon polis şöbəsinin əməkdaşları özlərini təqdim edərək, onun narkotik vasitələri qanunsuz saxlamaqda şübhəli olduğunu bildirərək evinə baxış keçirmək və bununla əlaqədar onun razılığının olub-olmamasını soruşmuşlar. O, evində baxış keçirilməsinə etiraz etmədiyini bildirərək razılıq vermiş və bununla əlaqədar ərizə yazmışdır. İlkin olaraq onun evinə baxış keçirilməzdən əvvəl evdə narkotik vasitə və sair qeyri-qanuni saxlanılan əşyaların olub-olmaması soruşulmuş və olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. O, qonaq otağında divanın üstündə dəmir qabda narkotik vasitə saxladığını etiraf etmiş və 1 ədəd ağ kağız kəsiyinə bükülü vəziyyətdə olan heroini təqdim etmiş, onu özü qəbul etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonunda Sarı adlı şəxsdən aldığını bildirmişdir. Onun təqdim etdiyi həmin büküm elektron aptek tərəzisində çəkilmiş və onun 2,84 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə qablaşdırılmış və möhürlənmişdir. Evdən başqa narkotik vasitə və sair qeyri-qanuni saxlanılan heç nə aşkar edilməmişdir. Polis əməkdaşı tərəfindən baxış protokolu tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmin vasitədən heç kəsə satmamış, verməmiş və gələcəkdə də bu və ya digər formada vermək fikri olmamışdır. Sonra o, Qazax rayon polis şöbəsinin inzibati binasına aparılmış, orada şübhəli şəxs qismində tutularaq hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərindən narkotik vasitə və sair qeyri-qanuni saxlanılan heç bir əşya müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, onun yaşadığı evindən aşkar edilmiş narkotik vasitə heroin həmin vaxtı polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilərkən həmin narkotik vasitənin çəkisinin 2,84 qram olması müəyyən olunmuşdur. Lakin məhkəmə-kimyəvi ekspertizasının rəyi əldə edilərkən həmin ekspert rəyində həmin kütlənin təmiz çəkisinin 5,090 qram olduğu müəyyən edilmişdir. O, hesab edir ki, onun evindən aşkar edilmiş həmin narkotik vasitə heroinin çəkisi 5,090 qram ola bilməz, daha az çəkidə olmalıdır. Həmçinin bildirir ki, onun üzərində şəxsi axtarış və evində baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı təsir-təzyiq olmamış, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda göstərmişdir ki, o, **********00 saylı mobil nömrədən istifadə etmişdir. O, xx.xx.2022-ci il tarixdə özünün həmin nömrəsindən “Esi bir meşok yonca yığmışam, Emini göndər yola çıxardım” mətnində yazdığı mesajı bacısına yazdığını, kənd yerində məhlədən yonca yığdığını və həmin yığdığı yoncanı malqaraya aparması üçün bacısına həmin mesajı yazdığını bildirmişdir. Bundan başqa, **********86 saylı mobil nömrədən onun istifadəsində olan **********00 saylı mobil nömrəyə “Bu nə deməkdi. Gəlirəm onu ver burda 35 var ikisinəndə. Eləbil çox çətindi cavab vermək telefona” mətnində olan mesajı ona tanışı yazmışdır, o, tanışından 35 manat borc pul götürmüşdür, sonradan həmin tanışı pulunu geri istəyərkən həmin mesajı ona yazmışdır. xx.xx.2022-ci il tarixdə saat 22:15:27-də özünün həmin **********00 saylı mobil nömrəsindən **********34 saylı nömrəyə “Qardaş sənə qurban mənim işimi düzəlt vəziyyət pisdi” mətnində yazdığı mesajı nə üçün yazdığını xatırlamır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla razı olduğunu göstərsə də, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihama etirazını bildirərək göstərmişdir ki, o, heç vaxt, heç kimə narkotik vasitə satmamış, pay verməmiş və ya bu məqsədlə narkotik vasitə əldə etməmişdir. Həm birinci dəfə, həm də ikinci dəfə aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir. Heç kimə nakotik vasitə satmamış, belə bir məqsədi də olmamışdır. Qanunsuz olaraq narkotik vasitə saxladığına görə əməlindən səmimi peşmandır və məhkəmədən onun əməlinə düzgün hüquqi qiymət verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Qazax rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili işləyir. xx.xx.2022-ci il tarixdə o, işlədiyi şöbənin rəhbərliyi tərəfindən əməliyyataxtarış tədbirinin həyata keçirilməsi ilə bağlı əməliyyat qrupuna daxil edilmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitə əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı almış və bununla əlaqədar müvafiq əməliyyat-axtarış tədbiri keçirilmişdir. Rəhbərlik tərəfindən əməliyyat qrupunun tərkibinə daxil edilmiş əməkdaşlar təlimatlandırılmış, bundan sonra onlar birlikdə dərhal ünvan 4 ünvana getmiş və evin qarşısında Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq Qazax rayon polis işçiləri olduqlarını, daxil olmuş əməliyyat məlumatına əsasən üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olması ilə əlaqədar Qazax rayon polis şöbəsinə aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə həmin şöbənin inzibati binasına aparılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquqları izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən, göy rənli siqaret kağızına bükülmüş 1 ədəd bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə heroin olduğunu və özü qəbul etmək üçün saxladığını, həmin narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkimiş və bükümün çəkisinin 0,29 qram olması müəyyən edilmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, sonra Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə, qanunsuz predmet aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdırıldıqdan sonra müvafiq protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid4 ifadəndə daha sonra göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ona Təqsirləndirilən şəxs şəxsi istehlak məqsədilə narkotik vasitə əldə edib yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə raportla Qazax rayon polis şöbəsinin rəisinə məruzə etmiş, «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi» haqqında qərar qəbul edilmişdir. Tədbirin keçirilməsi ilə əlaqədar o, yaradılmış əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. Ondan başqa əməliyyat qrupuna Qazax rayon polis şöbəsinin əməkdaşları Şahid1, X2, Təhqiqat bölməsinin təhqiqatçısı Şahid5 və rəisi X3 daxil edilmişlər. Rəhbərlik tərəfindən əməliyyat qrupunun tərkibinə daxil edilmiş əməkdaşlar təlimatlandırılmış, bundan sonra onlar birlikdə dərhal ünvan 4 ünvana getmiş və orada yaşayan Təqsirləndirilən şəxs özlərini təqdim edib daxil olmuş əməliyyat məlumatına əsasən onun yaşadığı evə və üzərinə baxış keçirilməsi üçün gəldiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Ev sahibi Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı evə videoçəkilişlə baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs evdə narkotik vasitə saxladığını etiraf etmiş və evin qonaq otağında yerləşən divanın üzərindən bir ədəd dəmir materialdan olan qabın içərisindən 1 ədəd ağ rəngli kağız kəsiyinə bükülü vəziyyətdə kütləni təqdim edərək həmin bükümdə narkotik vasitə heroin olduğunu və özü qəbul etmək üçün saxladığını, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəllər tanımadığı «Sarı» ləqəbli şəxsdən 60 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı Şahid5 özü ilə gətirdiyi elektron tərəzidə çəkimiş və bükümün çəkisi 2,84 qram olmuşdur. Həmin kütlə təhqiqatçı tərəfindən kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, sonra Daxili İşlər Nazirliyinin 64 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs başqa yerlərdə narkotik vasitə saxlamadığını bildirmiş, onlar tərəfindən evə baxış keçirilmiş və evdən başqa narkotik vasitə, qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatiçı tərəfindən videoçəkilişlə evə baxış keçirilməsi yekunlaşdırılmış, Təqsirləndirilən şəxs heç bir etirazı, şikayəti olmamışdır. Baxış başa çatdırıldıqdan sonra müvafiq protokol tərtib edilmiş, videoçəkiliş 1 ədəd diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Həmin protokol oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində də narkotik vasitə saxlaması və gəzdirməsi ehtimal olunduğu üçün Qazax rayon polis şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş, hüquqları izah edilərək vəkillə təmin edilmiş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və başqa qanunsuz əşya aşkar edilməmişdir. Şahid4 ifadəsinin yekununda göstərmişdir ki, Təqsirləndirilən şəxs həm birinci dəfə, həm də ikinci dəfə saxlanmamışdan əvvəl barəsində daxil olmuş əməliyyat məlumatlarının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və saxlaması barədə olmuşdur, həmçinin həmin şəxsi narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Qazax Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilərək götürülmüş maddənin eksperiza rəyində qeyd olunmuş forması ilə, yəni kustar üsulla hazırlanmış heroin olması və təmiz çəkisinin 5,090 qram olması ilə razıdır. Evə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş həmin maddənin çəkisinin 2,84 qram olması barədə bildirmək istəyir ki, həmin maddəni o, özü ilə gətirdiyi elektron tərəzidə çəkib kağız zərfin içərisinə qoyularaq qablaşdırmış, Daxili İşlər Nazirliyinin 64 nömrəli möhürü ilə möhürləmiş və zərf iştirakçılar tərəfindən imzalandıqdan sonra götürmüş, sonra isə həmin formada ekspertizaya təqdim etmişdir. O, həmin elektron tərəzini özü ilə gətirmişdir. Həmin tərəzi uzun müddətdir ki, istismarda olmuş, bir neçə il əvvəl iş otağında olduğundan o da istifadə etmişdir. Qeyd olunan tədbirdən sonra məhkəmə-kimyəvi ekspertizasının rəyi əldə edilərkən həmin rəydə Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitənin həmin tərəzi ilə çəkilərkən müəyyən olunmuş çəkisinin nisbətən fərqli olmasının təsdiq edilməsindən sonra həmin elektron tərəzinin çəkini tam olaraq düz ölçmədiyini bilmişdir. Ona görə də o, həmin tərəzini atmışdır. Odur ki, o, ekspert rəyində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin təmiz çəkisinin 5,090 qram olması ilə tam razıdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Qazax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olmaqda şübhəlidir (cild 1, iş vərəqə:80). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Qazax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində narkotik vasitə saxlamaqda şübhəlidir (cild 1, iş vərəqə: 3). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 may 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan idman şalvarın sağ yan cibindən bir ədəd göy rəngli kağız bükümü çıxarıb təqdim edərək kağız bükümün içərisindəki kütlənin narkotik maddə olan heroin olduğunu bildirmişdir. Həmin kütlə elektron tərəzində çəkilmiş, içərisində narkotik maddə olan heroinə bənzər kütlənin kağızla birlikdə çəkisinin 0,29 qram olması müəyyən olunmuşdur (cild 1, iş vərəqə:102-104). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 05 may 2022-ci il tarixli, 16/522 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş.........” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,240 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir (cild 1, iş vərəqə: 110-112). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 27 iyul 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Qazax şəhəri, N.Nərimanov küçəsi, ev 18 ünvanında Təqsirləndirilən şəxs məxsus evə baxış zamanı həmin fərdi yaşayış evinin qonaq otağında olan divanın üzərində bir ədəd dəmir materialdan olan “yer fındığı” qabının içərisində 01 (bir) ədəd ağ rəngli kağız kəsiyinə bükülü vəziyyətdə olan bükümü Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin kütlə elektron tərəzində çəkilmiş, içərisində narkotik maddə olan heroinə bənzər kütlənin kağızla birlikdə çəkisinin 2,84 qram olması müəyyən olunmuşdur (cild 1, iş vərəqə:9-10). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2022-ci il tarixli, 16/898 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş heroinə oxşar kütlə.” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 5,090 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 1, iş vərəqə: 38-40). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2022-ci il tarixli, 1045 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə: 155). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Qazax Rayon Polis Şöbəsinin 22 noyabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 0,240 qram narkotik vasitə olan heroini şəxsi istehlak məqsədi ilə əldə etmiş, bundan başqa 5,090 qram narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi göstərilsə də, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik maddə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmadığı göstərilmişdir (cild 1, iş vərəqə:223), həmçinin iş materiallarında olan Qazax Rayon Polis Şöbəsinin 10 yanvar 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə:230). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* saylı mobil nömrə ilə digər mobil operator nömrələri arasında mesaj mətnləri müəyyən olunsa da, həmin mesajlarda nakrotik maddələrin alqı-satqısı barədə hər hansı məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə:227). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə: 150). Cinayət işinin materiallarına əlavə edilmiş 10 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,190 qram narkotik vasitə heroin, həmçinin onun yaşadığı evindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,890 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Qazax rayon Polis Şöbəsində saxlanca verilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə heroinin ekspertiza rəyində müəyyən olunmuş 5,090 qram çəkidə olduğu əsas götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinləri əldə etdiyi mənbələr istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilmiş və onun istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik əldə etməsi faktına görə material ayrılmışdır (cild 2, iş vərəqə: 53-64). Cinayət işinin materiallarına əlavə edilmiş 04 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə:88-90). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06 may 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 may 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Qazax Rayon Polis X1 Yerindən azad edilmişdir (cild 1, iş vərəqə: 139-140). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 iyul 2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə:13-15). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Qazax Rayon Məhkəməsinin 29 iyul 2022-ci l tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə: 72-74). Cinayət işinin materiallarına əlavə edilmiş Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 iyul 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var (cild 1, iş vərəqə:152). Cinayət işinin materiallarına əlavə edilmiş Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 iyul 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqə:153). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımış, bundan başqa satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib yaşadığı fərdi yaşayış evində saxlamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 234.1, həm də 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam, obyektiv araşdırılmış və məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin hər iki maddəsi üzrə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların tədqiqi və araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilsə də, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni məhz satış məqsədilə əldə edib evində saxlaması, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Təqsirləndirilən şəxs satış məqsədi olmadan təmiz çəkisi 0,240 qram narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə protokolları və digər istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilsə də, onun 5,090 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədilə əldə edib evində saxlaması cinayət işinin materiallarında olan heç bir sübut növü ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirildiyi cinayət əməli düzgün ixtisaslaşdırılmamış, onun həmin əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş 5,090 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini satış məqsədi olmadan əldə edib saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və saxlaması nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid4, Şahid1, Şahid2, Şahid3 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitə aşkar edilməmişdən əvvəl onun barəsində daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində narkotik vasitəni yalnız saxlaması barədə olduğunu, narkotik vasitəni satış məqsədilə saxlamasına və ya narkotik vasitənin satışına dəlalət edən hər hansı məlumatlarının olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik vasitə satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmiş, həmin izahat və ifadələrində də ondan aşkar edilmiş heroin narkotik vasitəsini özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs eyni ifadəni məhkəmə istintaqı zamanı bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə aşkar edilmiş heroin narkotik vasitəsinin kütləsi 0,240 qram olduğundan şəxsi istehlak miqdarından artıq miqdar kimi, 27 iyul 2022-ci il tarixdə yaşadığı evindən aşkar edilmiş heroin narkotik vasitəsinin kütləsi 5,090 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs evindən aşkar edilmiş heroin narkotik vasitəsinin kütləsinin 5,090 qram olmaqla külli miqdar kimi qəbul edilməsi və ya ondan birinci dəfə istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda üzərində olan narkotik vasitə aşkar edildikdən təxminən iki ay sonra evindən yenidən narkotik vasitənin aşkar edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, həm birinci dəfə, həm də ikinci dəfə Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilərkən nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması və ya satış məqsədilə saxlaması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair, onun xırda bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi materialları ilə müəyyən olunmuşdur ki, həmin epizod üzrə xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmamışdan əvvəl onun barəsində satış məqsədi ilə deyil, narkotik vasitələri evində və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş (cild 1, iş vərəqə:3) və onun barəsində 28 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış (cild 1, iş vərəqə:1), o, 27 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuş (cild 1, iş vərəqə:13), həmin vaxt izahat verərkən evindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini (cild 1, iş vərəqə:34), 28 iyul 2022-ci il tarixdə şübhəli şəxs kimi dindirilərkən də evindən aşkar edilmiş narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün aldığını bildirmiş (cild 1, iş vərəqə:46- 48), bundan sonra o, 29 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş (cild 1, iş vərəqə:53-54) və təqsirləndirilən şəxs kimi də dindirilərkən narkotik vasitəni şəxsi istifadəsi üçün aldığına dair ifadəsini bir daha təsdiq etmiş (cild 1, iş vərəqə:62-66), daha sonra ibtidai istintaq zamanı verilmiş əməliyyat tapşırıqları ilə Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamış (cild 1, iş vərəqə:223, 230), eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrdən istifadə etdiyi və heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğu müəyyən olunmuş (cild 1, iş vərəqə:155), lakin sonradan 16 yanvar 2023-cü il tarixdə heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək ona Cinayət Məcəlləsinin 234.1 və 234.4.3cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 1, iş vərəqə:255-256), bundan sonra isə Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiyinə görə həm “təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı”nı, həm də bütün digər sənədləri imza etməkdən imtina etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə yaşadığı evindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə edərək onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən əldə olunmuş, Səyyad Əliyevin istifadəsində olan ********* saylı mobil nömrə ilə digər mobil operator nömrələri arasında qısa mesaj mətnlərinin olduğu CD disk və həmin diskə baxış protokoludur. Məhkəmə araşdırması zamanı həmin diskdə olan məlumatlar, həmçinin “diskə baxış protokolu” tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi ilə digər nömrələr arasında olan qısa mesajların mətnlərində narkotik vasitənin alqı-satqısına dair, həmin maddələrin satış məqsədilə əldə edilməsinə dair və ya satışına dəlalət hər hansı məlumatlar müəyyən edilməmişdir. Odur ki, həmin mesaj mətnlərinin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama, o cümlədən ittiham üzrə təqsirləndirilən şəxsin evindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə hər hansı aidiyyətinin olması təsdiq edilmədiyindən həmin məlumatların olduğu CD disk, həmçinin “diskə baxış protokolu” Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilmir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin külli miqdarda olması, həmçinin onun üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə aşkar edildikdən bir neçə ay sonra külli miqdarda narkotik vasitə aşkar edilməsi əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkotik vasitə olan heroindən asılılığı olan və narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən yalnız bir neçə aydan sonra yenidən heroin narkotik vasitəsinin aşkar edilməsi əsasına görə, satış məqsədinə dair heç bir sübutlar olmadığı təqdirdə, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla onun məqsədinin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Cinayət işinin materiallarına əsasən hər iki epizod üzrə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatlarının onun satış məqsədi ilə deyil, narkotik vasitələri saxlaması barədə olduğu, daha sonrakı əməliyyatlar nəticəsində də onun hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, həmçinin ondan aşkar edilən növdə olan narkotik vasitədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə yaşadığı evindən aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsi 5,090 qram olmaqla külli miqdar təşkil etdiyindən, həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs təmiz çəkisi 0,240 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayıb daşımaqla, həmçinin təmiz çəkisi 5,090 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib yaşadığı fərdi yaşayış evində saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayələri törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməlləri Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə tövsif olunmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin ifadəsində yaşadığı evindən aşkar edilmiş narkotik vasitə heroinin həmin vaxtı polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilərkən həmin narkotik vasitənin çəkisinin 2,84 qram olmasının müəyyən olunduğunu, lakin məhkəmə-kimyəvi ekspertizasının rəyi əldə edilərkən həmin ekspert rəyində həmin kütlənin təmiz çəkisinin 5,090 qram olduğu müəyyən edilməsini, onun evindən aşkar edilmiş həmin narkotik vasitə heroinin çəkisinin 5,090 qram olması ilə razılaşmaması, daha az çəkidə narkotik vasitə heroin olduğunu bildirdikləri ilə əlaqədar qeyd edir ki, məhkəmə iclasında həmin halların araşdırılması ilə əlaqədar həmin istintaq hərəkəti icra edilərkən iş üzrə təhqiqatı həyata keçirmiş Qazax Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid5 əlavə şahid qismində məhkəmə iclasında dindirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə istintaq hərəkəti keçirilərkən hər hansı qeyri-qanuni hərəkətlərə yol verilməsinin aşkar edilmədiyi müəyyən edilmiş, həmçinin təqsirləndirilən şəxsin evindən aşkar edilmiş həmin maddələrin tərkibinin və çəkisinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2022-ci il tarixli, 16/898 saylı ekspertizasının rəyi tədqiq edilərkən müəyyən olunmuşdur ki, tədqiqat obyekti üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş heroinə oxşar kütlə.” sözləri “Azərbaycan Respublikası DİN zərflər üçün №64” məzmunlu dairəvi möhür əksi olan bir ədəd kağız paketdə təqdim olunmuş, maddənin qeyd olunan təmiz çəkisi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə Sınaq Mərkəzi tərəfindən ölçmə dəqiqliyi 037480 №-li “Şəhadətnamə” ilə təsdiq edilmiş “CAS CUS 620H” markalı elektron tərəzi vasitəsilə müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib olunmuş və rəyə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş heroinə oxşar kütlə.” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 5,090 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 1, iş vərəqə: 38-40). Göstərilən xüsusatlarla əlaqədar məhkəmə həmçinin qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, “Şəxsin Azərbaycan Respublikası CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz”. Yuxarıda göstərilən qərardan da göründüyü kimi, maddənin narkotik vasitə olubolmaması, onun miqdarı və digər xüsusiyyətləri müvafiq ekspertizanın rəyi ilə müəyyən olunur. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2022-ci il tarixli, 16/898 saylı rəyini kifayət qədər əsaslı olduğundan və əsaslılığı heç bir şübhə doğurmadığından mötəbər sübut kimi qiymətləndirərək, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş narkotik vasitə heroinin çəkisinin 5,090 qram olmasının həmin mötəbər sübut növü ilə təsdiq edildiyini qeyd edərək, yuxarıda göstərilmiş və mötəbərliyi heç bir mübahisə doğurmayan sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi qənaətinə gəlir. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 0,240 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayıb daşıması, həmçinin təmiz çəkisi 5,090 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib yaşadığı fərdi yaşayış evində saxlaması istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən və həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin hər biri ayrıayrı cinayət əməlləri olduğundan ona hər bir cinayətə görə ayrılıqda cəza təyin edilməli və təyin edilmiş cəzaları cinayətlərin məcmusu üzrə toplamaqla qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma 234.1-ci maddədə müəyyən edildiyi halda, həmin əməllərin külli miqdarda törədilməsi isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində müəyyən edilməklə, qeyd edilən əməllər hər biri ayrı cinayət əməli kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 16.1ci maddəsinə əsasən həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edildiyindən və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin hər birində ayrı-ayrı cinayət əməlləri müəyyən edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində müəyyən edilmiş cinayətlərin təkrar törədilməsi kimi cəzanı ağırlaşdıran hal yoxdur. Odur ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır və az ağır cinayətlər törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Qazax Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 27 iyul 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2022-ci il tarixli, 1045 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Qazax Rayon Polis Şöbəsinə saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,190 qram və 4,890 qram narkotik vasitə heroinlər məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 62,80 (altmış iki manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qazax rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,190 qram və 4,890 qram narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 62,80 (altmış iki manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar