Məhkəmə qərarları › İş №1(100)-244/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-244/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-244/2025 07.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1969-cu il tarixdə Özbəkistan Respublikası Fərqanə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı X1 şöbəsində fəhlə işləyən, məhkum olunmamış, Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 153-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdə, saat 02 radələrində tək yaşadığı və çalışdığı ətrafda kənar şəxslərin olmadığı, Gəncə şəhəri, Gəncə-Bakı şosse yolunun 5ci kilometrinin sağ tərəfində yerləşən, Gəncə şəhər Yaşıllaşdırma İdarəsinə məxsus suvarma sistemlərinin olduğu açıq ərazidə, əvvəlcədən tanıdığı Şahid1 gəlib ad günü məclisinə onu dəvət edən zaman sonuncunun yanında olan əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs gecə vaxtı icazəsiz onun yaşadığı ünvana gəlməsini, nalayiq ifadə işlətməsini, səs-küy salmasını səbəbindən, şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bir ədəd uzunluğu 1,66 sm, bir ucu qalın, digər ucu nazik, diametri 2,5 sm olan, qabığı soyulmamış, səthi kələ-kötür ağac budağı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya açıq kəllə beyin travması, təpə sümüyünün basılmış qəlpəli sınığı, baş beynin əzilməsi,sıxılması, sol alın-təpə paylarının beyindaxili hematoması, sol alın təpə-nahiyəsinin əzilmiş-cırılmış yaraları ilə müşaiyət olunan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 fevral 2024cü il saat 10-11 radələrində Elxan ona zəng etmiş və 1 gün sonra ad günü olduğunu, onu da götürəcəyini demişdir. Həmin gecə saat 02:07-də onları içkili halda qapıda görmüşdür. Elxan onu tanıyıb-tanımadığını soruşmuş, o isə cavabında onu tanıdığını, lakin getmələrini istədiyini demişdir. Sonuncu ifadəsində onların 3 nəfər olduğunu, 1 nəfərin də sonradan getdiyini bildirmişdir. Raqifin onların dalaşdığını düşünərək, onun üstünə getdiyini və ona qarşı nalayiq ifadələr səsləndirdiyini, eləcə də vəfat edən həyat yoldaşını söydüyünü və bu səbəbdən də Raqifə ağac parçası ilə xəsarət yetirdiyini demişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, Elxangilin gələcəklərini bilməmiş və həyətdə it hürdüyü üçün çölə çıxanda onları görmüş, şəxslərin ikisinin də üstünə gəldiyi üçün Raqifə bu səbəbdən xəsarət yetirmişdir. Həmin vaxt havanın qaranlıq olduğunu, şəxslərin əlində nə isə olub-olmamasını görməmiş, onu heç kimin vurmadığını, lakin əllərini tutduqlarını söyləmişdir. Raqif müalicə üçün ondan 6 min manat pul istəmiş və qarşılığında ərizəni geri götürəcəyini söyləmiş və o da həmin pulu vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rəhmanı əvvəllər tanımamış, Elxanın yanlarında Rəhmana zəng etdiyini və Rəhmanın evinə narkotik vasitə almaq məqsədilə getdiklərini söyləmişdir. O, Rəhmanın evinə gecə saat 1 radələrində getdiklərini, Rəhmangilə yaxınlaşan zaman isə onların mübahisə etdiklərini gördüyünü qeyd etmişdir. Həmçinin o, Rəhmanın niyə gəldiklərini soruşduğunu, özünün Rəhmandan normal danışmasını istədiyini, eyni zamanda, Rəhmana söymədiyini bildirmiş, Rəhman onu vurduğu zaman isə hadisənin necə baş verdiyini bilmədiyini söyləmişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, Elxan Rəhmanda narkotik vasitə olduğunu bildirərək həmçinin qeyd etmişdir ki, Rəhmanın evinə narkotik almaq və istifadə etmək üçün getmişdirlər. Rəhmana telefonda nə üçün gəldiklərini xəbər etdiklərini və Rəhmanın gələcəklərindən məlumatı olduğunu bildirmişdir. Rəhmandan əvəlik qurusunarkotik vasitə alacaqlarını, həmçinin Rəhmanın narkotik vasitəni Elxana pulsuz verəcəyini söyləmişdir. O, hadisə zamanı Elxanla Rəhmanın danışdığını və mübahisənin necə baş verdiyini bilmədiyini söyləmişdir. Rəhmandan müalicəsi üçün 6 min manat pul aldığını, lakin onun da kifayət etmədiyini bildirmişdir. Həmçinin Rəhmanla barışmadığını və şikayətçi olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 5 fevral 2024-cü il tarixində Rəhmana zəng etmiş, ad günü olduğunu, Rəhmanın da gəlməsini istədiyini demiş, eyni zamanda onu evlərindən götürəcəyini bildirmişdir. Daha sonra Raqifgil ona zəng etmiş, biraz sonra isə içki almış və evə getmişdirlər. O, Rəhmana söz verdiyini, bu səbəbdən onu da götürmələrini istədiyini bildirmişdir. Həmçinin 3 nəfər olduqlarını və içkili olduqlarını, eyni zamanda avtomobili yolun kənarında saxladıqlarını qeyd etmişdir. O, hadisə zamanı Rafiqin nə isə dediyini və bu səbəbdən də Rəhmanın onu ağacla vurduğunu söyləmişdir. Həmçinin bildirmişdir ki, Əli maşındakı adamı çağıran zaman özü yamada yıxılmış və təxminən 8 saat orada qalmış, oyandıqdan sonra isə polis şöbəsinə getmişdir. Şahid1 ifadəsinin davamı olaraq bildirmişdir ki, Raqiflə fevral ayının 4-ü tanış olmuş və onu zəng edərək çağırmışdır. Rəhmana ad gününə getmək üçün gələcəyini, lakin saat neçədə gələcəyini deməmişdir. Eyni zamanda hadisə zamanı Rəhmanın içkili olmadığını və Raqifi ağacla vurduğunu bildirmişdir. O, Raqiflə Rəhmanın arasında mübahisə olduğunu, daha sonra isə Raqifin Rəhmana söydüyünü bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Rəhmanı götürməyə Kamranın maşını ilə getmişlər, eyni zamanda narkotik vasitə istifadə etmədiklərini və onun üçün də getmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Gəray oğlu ifadəsində göstərmişdir ki, 6 fevral 2024-cü il 4-cü mikrorayonda “Şamo” kafesində o, Əli, Elxan, Rəşad içki qəbul etmiş, daha sonra Elxanı düşürtməyə gedəndə zaman “Bolmartdan pivə alaq” demişlər. Elxan Rəhmangilə getməyi, onu da ad gününə dəvət etdiyini bildirmişdir. O, spirtli içki içdiyinə görə maşını sürməsi üçün Əliyə vermiş, Rəhmangilə çatan zaman Elxan, Əli düşüb içəri girmiş, o isə çöldə gözləmişdir. 5-10 dəqiqə çəkmədən Elxan içəridən çıxaraq “vurdular” demiş, həmçinin Əli ilə birlikdə içəri girmiş, Raqifi yerdə görmüşdür. Raqifi Əli ilə götürüb xəstəxanaya aparmış, əvvəl Raqifi kimin vurduğunu bilməmiş, daha sonra Rəhmannın vurduğunu bilmişdir. O, Elxandan soruşmuş, sonuncu üçünün arasında mübahisə olduğunu, daha sonra Rəhmanın taxta ilə Raqifi vurduğunu bildirmişdir. İstintaqa verdiyi ifadəninin düzgünlüyünü təsdiq edir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən Şahid2 Gəray oğlu məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, Raqif, onun ilə qonşuluqda birgə yaşayır, həmdə onun sürücü yoldaşıdır. Raqif ilə dostluq münasibəti vardır. 05 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən Şamonun kafesi adlanan məkanda dostları Əli, Raqif, Elxanla birlikdə oturub çörək yemişdirlər. Spirtli içki olan araq qəbul etmişdirlər. Həmin vaxt o, Elxan və Raqif araq içmiş, Əli isə spirtli içki qəbul etməmişdir. Daha sonra çay içmişlər. Bundan sonra o Əlidən xahiş etmişdir ki, o spirtli içki qəbul etmiş, avtomobili o sürsün. Əlidə onun ilə razılaşmışdır. Bundan sonra onlar, Elxan və Raqifi evlərinə düşürtmək üçün avtomobilə minmişdirlər. O, Əli, Elxan və Raqiflə birlikdə Elxanın yaşadığı evə getmişdirlər. Həmin evdə pivə içmişdirlər. Bundan sonra Elxan onlara bildirmişdir ki, onun Rəhman adlı qohumu var, gedək Rəhmanın yanına Rəhmanıda məclisimizə dəvət edək, Rəhman ilə birlikdə onun ad gününü qeyd edək. Onlarda Elxan ilə razılaşmış və Elxan avtomobilə 6 manatlıq benzin vurmuşdu. Bundan sonra o, Elxan, Əli və Raqiflə birlikdə Gəncə-Bakı şosse yolunun 5-ci km-nin sağ tərəfində yerləşən yaşıllaşdırma idarəsinə məxsus suvarma sistemlərinin olduğu açıq sahəyə getmişdirlər. Həmin vaxt Əli avtomobili yolun kənarında saxlamışdır. Elxan avtomobildən düşmüş və içəri tərəfə doğru irəliləmiş, Elxanın ardınca da Raqifdə avtomobildən düşüb Elxanın getdiyi istiqamətdə irəliləmiş, bundan sonra Əli də Elxan ilə Raqifin arxasınca getmişdir. Bundan sonra təxminən 10 dəqiqə keçdikdən sonra Elxan qışqıraraq vurdu deyərək ona tərəf qaçmağa başlamışdır. Bundan sonra Əlidə artıq onun yanma gəlmiş, o Əliylə birlikdə dava-dalaş olan yerə doğru qaçmışdırlar. Bu zaman Raqifin başının qanadığını və yerdə xırıldadığını görmüşdürlər. Həmin vaxt o Əliylə birlikdə Raqifi avtomobilə əyləşdirib dərhal Abbas Səhhət adına xəstəxanaya aparmışdır. Bundan sonra Raqifin valideynlərinə zəng vurub xəbərdar etmişdirlər. Sorğu zamanı Şahid2 Gəray oğlu ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı o orada olmamış, sadəcə o həmin vaxt maqistral yolda avtomobilin yanında olmuşdur, Elxan o tərəfə gəlib Raqifi vurduqlarını bildirdikdən sonra o hadisə barədə xəbəri olmuş, hadisənin baş verməsinə səbəb isə hadisə zamanı orada olmadığı üçün dəqiq bilməmişdir. O, Elxan, Raqif, Əli ilə birlikdə çörək yeyib araq içdikdən sonra Elxan onlara bildirmiş ki, qohumu var gedək onuda məclisə dəvət edək, onun ilə birlikdə ad gününü qeyd edək, onlarda Elxan ilə razılaşmış Elxanın onlardan xahiş etdiyi yerə Əli və Raqiflə birlikdə ora aparmışdırlar. Daha sonra isə qeyd etdiyi kimi hadisə baş vermiş, lakin hadisə zamanı o hadisə yerində olmamış hadisə yerindən kənarda avtomobildə gözləmişdir. Hadisə zamanı orada Elxan, Raqif və Əli olmuşdur. O, Təqsirləndirilən şəxs Raqifi vurduğunu bilmiş, digərlərini isə vurub vurmadığını görmədiyi üçün dəqiq deyə bilməmiş, o hadisə baş verdikdən sonra hadisə yerinə getmiş və Raqifi qanlar içində yerdə görmüş və Raqiqə Əliylə birlikdə yardım etmişdir. Hadisə zamanı ətrafda kənar şəxslər olmamışdır. Elxanın Rəhmana zəng vuraraq Rəhmanı ad gününə dəvət edib-etməməsi barədə heç bir məlumatı olmamışdır. Həmçinin xəstəxanaya məlumat verərkən vaxt o qorxmuş, düşünmüş ki, onada problem olar, ona görə Raqifin döyüldüyünü yox yıxıldığını bildirmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən Şahid3 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs çalışdığı yerdən yəni Gəncə şəhər “Avtovağzalından” tanıyır, Raqif, onun sürücü yoldaşıdır. Raqif ilə dostluq münasibəti olmuşdur. 05 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən Şamonun kafesi adlanan məkanda dostları Kamran, Raqif, Elxanla birlikdə oturub çörək yemişdirlər. Spirtli içki olan araq qəbul etmişdirlər. Lakin o həmin vaxt spirtli içki qəbul etməmişdir. Daha sonra çay içmişdirlər. Bundan sonra onlar oradan qalxarkən digərləri içkiləri olduqları üçün Kamranın avtomobilini o idarə etmişdir. O, Elxanı, Kamranı və Raqifı evlərinə düşürtmək üçün avtomobilə minmişdir. Onlar Elxanın yaşadığı evin yaxınlığına çatarkən Elxan, Kamran və ona bildirmiş ki, pul alacağı var, taksiylə getməkdənsə sizin avtomobilə benzin vursub siziylə birlikdə gedək. Onlarda Elxan ilə razılaşmış və Elxanı aparmaq üçün Elxandan 6 manat məbləğdə pulu almışdırlar. Bundan sonra o, Elxan, Kamran və Raqiflə birlikdə Gəncə-Bakı şosse yolunun 5-ci km-nin sağ tərəfində yerləşən yaşıllaşdırma idarəsinə məxsus suvarma sistemlərinin olduğu açıq sahəyə getmişdirlər. Həmin vaxt o avtomobili yolun kənarında saxlamışdır. Elxan avtomobildən düşmüş və içəri tərəfə doğru irəliləmişdir. Elaxnın ardınca da Raqif avtomobildən düşüb Elxanın getdiyi istiqamətdə irəliləmişdir. Raqif avtomobildən düşərkən Kamranla o, Raqifə bildirmiş ki, sən nə üçün avtomobildən düşürsən, Raqif isə onlara bildirmiş ki, Elxanla gedib-gəlir. Həmin vaxt Raqif ağır dərəcəli sərxoş olmuşdur. Onlar Raqifə etiraz etmiş ki, getmə, Raqif isə onlara qulaq asmamışdır. Daha sonra o, onları çağırmaq üçün Elxangilin yanma getmiş, Kamran isə avtomobildə qalıb onları gözləmişdir. O, içəri daxil olub Raqifi çağırmış, Raqif isə ona bildirmişdir ki, 5 dəqiqəyə qayıdır. O, isə cavabında Raqifə bildirmiş ki, biz buraya nəyə gəlmişik, bizim burada nə işimiz var. Onun bu sözünü Elxanda qarşısında dayanmış ağsaqqal kişidə eşitmişdir. Həmin vaxt onlar normal vəziyyətdə söhbət etmişdirlər. Bundan sonra o avtomobilə doğru qayıtmışdır. Təxminən 4-5 dəqiqə keçdikdən sonra Elxan qışqıraraq onlar tərəfə doğru öldü-öldü qaçmağa başlamışdır. Bundan sonra o Kamranla birlikdə dava-dalaş olan yerə doğru qaçmışdır. Bu zaman Raqifin başının qanadığını və yerdə xırıldadığım görmüşdür. Həmin vaxt Raqifin yanında heç kim olmamış və yerdə uzanmışdır. Onlar Rafiqin yanına gələrkən başında əski olmuşdur. Həmin vaxt o Kamranla birlikdə Raqifi avtomobilə əyləşdirib dərhal Abbas Səhhət adma xəstəxanaya aparmışdır. Bundan sonra Kamranla o Raqifin valideynlərinə zəng vurub onları xəbərdar etmişdir. Sorğu zamanı Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Raqif xəsarət alarkən o orada olmamış, avtomobili magistral yolda Kamranla birlikdə saxlayıb Elxan və Raqifi gözləmiş, sadəcə Elxan qaçıb onlar tərəfə gəldikdən sonra bilmişdir ki, Raqifi orada kimsə vurmuşdur. O, onların yanında 2-3 dəqiqə dayanmış və Raqifə bildirmişdir ki, biz burada nə gözləyirik, gəl çıxıb gedək. Hadisənin baş verməsinə səbəb isə Raqif xəsarət alan zamanı orada olmadığım üçün dəqiq bilməmişdir. O, Elxan, Raqif, Kamran ilə birlikdə çörək yeyib araq içdikdən sonra Elxan onlara bildirmişdir ki, alacaq pulu var, taksiyə verdiyi pulu onlara versin və əvəzində onu gedəcəyi yerə aparsınlar və əvəzində onlara 6 manat pul vermiş ki, onlarda sonuncuyla razılaşmış sonuncunu onlardan xahiş etdiyi yerə Kamran və Raqiflə birlikdə aparmışdır. Hadisə zamanı orada Elxan və Raqif olmuş, o isə hadisə yerinə onları çağırmaq üçün getmiş və daha sonra avtomobilin yanma qayıtmış, hadisə baş verdikdən sonra hadisə yerinə getmiş və Raqifi qanlar içində yerdə görmüş və ona Kamranla birlikdə yardım etmişdir. Hadisə zamanı ətrafda kənar şəxslər olmamışdır. Elxanın Rəhmana zəng vuraraq onu ad gününə dəvət etib-etməməsi barədə məlumatı olmamışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Həmçinin xəstəxanaya Raqifin yıxılması barədə yalan məlumatı Kamranın verdiyini bildirmişdir. Onlar oraya inək oğurlamaq üçün getməmiş, Elxan onlara bildirmişdir ki, alacağı var onun üçün Elxanı oraya aparmışdırlar. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən verilmiş xx.xx.2024-cü il tarixli 370/2024 nömrəli sərxoşluq aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdə, saat 22:30-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024cü il tarixli Qərardan görünür ki, iş üzrə latın və krill qrafikalı əlifba ilə yazıb-oxumağı bacaran mütəxəssis təyin olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmaqla istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs ağac budağı ilə vurub xəsarət yetirdiyi yeri göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-42/2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətiimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-38/2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki həbs qətiimkan tədbiri ev dustaqlığı qətiimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4331 saylı Arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 2035 saylı Arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli, 82 saylı rəy görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlı olub-olmamasını müəyyən etmək məqsədilə təyin edilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 08 fevral 2024-cü il tarixli 83 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərinin mənasını dərk etmək və ya onlan idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs oğlunun maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə О (İ) alfa, betadır. Zərərçəkmiş şəxs məxsus uzunqol jaket üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi О (İ) alfa, beta olduğundan onun özünə məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞ Gəncə şəhər şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına xx.xx.2024-cü il tarixli, 507 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs nun bədəni üzərində olan xəsarətlər - açıq kəlləbeyin travması, təpə sümüyünün basılmış qəlpəli sınığı, baş beynin əzilməsi, sıxılması, sol ahn-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs nun bədənində aşkar edilmiş xəsarətin xarakterini nəzərə alaraq hesab edilmişdir ki, qeyd edilən xəsarətin ekspertizaya təqdim edilmiş ağac budağının(çomağm) təsirindən əmələ gəlməsi istisna edilmir, özü-özünə yetirməsi və ya yıxılma nəticəsində əmələ gəlməsi mümkün deyil. 06 fevral 2024-cü il tarixdə, saat 02 radələrində Gəncə şəhəri, Gəncə-Bakı şosse yolunun 5-ci km-nin sağ tərəfində yerləşən, Gəncə şəhər Yaşıllaşdırma İdarəsinə məxsus suvarma sistemlərinin olduğu açıq ərazidə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs nun arasında baş vermiş dava-dalaş zamanı ictimai qaydanın pozulub-pozulmamasmın müəyyən olunması, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs nun arasında baş vermiş dava-dalaşın şahidi olmuş şəxslərin müəyyən olunaraq dindirilmələri üçün,həmçinin təqsirləndirilən şəxs öz ifadəsində Zərərçəkmiş şəxs nu ağac parçası ilə vurduğunu və həmin ağac parçasını istintaqa təqdim etsədə, zərərçəkmiş şəxs ilkin ifadəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu “lapatka” kimi bilinən bel ilə vurduğunu bildirməsi ilə bağlı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağac parçası ilə yoxsa lapatka ilə vurduğu müəyyən edilməsi, əgər lapatka ilə vurubsa həmin lapatka müəyyən edilərək istintaqa təqdim edilməsi, həmçinin hadisə zamanı hadisənin şahidi olmuş Şahid1 ifadəsində telefonun itdiyini bildirmişdir, Şahid1 telefonu müəyyən edilməsi, eyni zamanda həmin telefonun itməsi yoxsa oğurlanması müyyən edilməsi üçün həmçinin təqsirləndirilən şəxs öz ifadəsində gecə vaxtı olduğundan zərərçəkmiş şəxs və şahidlərin hadisə yerinə ona məxsus inəklərin oğurlamağa gəldiklərini düşündüyünü bildirmişdir, odur ki, təqsirləndirilən şəxsin hər hansı bir inəyinin oğurlanması və ya oğurlanmağa cəhd edilməsi ilə bağlı xüsusatlarm araşdırılması və nəticəsi barədə məlumat verilməsi üçün tərəfimdən əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 06 fevral 2024-cü il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs nun arasında baş vermiş dava-dalaş zamanı ictimai qayda pozulmamış, hadisə gecə saatlarında və qısa zaman kəsimində baş verdiyi üçün oraya kənar şəxslər toplaşmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nu ağac parçası ilə vurmuşdur, Zərərçəkmiş şəxs “lapatka” ilə vurulması barədə qeyd etdiyi xüsusatlar araşdırılmış, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “lapatka” ilə vurması müəyyən edilməmiş, həmçinin hər hansı bir lapatka tapılmamışdır. Şahid1 ifadəsində qeyd etdiyi üzrə telefonu hadisə yerində itmişdir, hər hansı bir oğurluq halı aşkar edilməmiş, həmçinin Şahid1 telefonunu da tapmaq mümkün olmamış və hadisə baş verən zaman Təqsirləndirilən şəxs heç bir inəyi oğurlanmamış və ya oğurluğa cəhd olunmamışdır. Məhkəmə tədqiq edilmiş sübutlara müqayisəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəmnində münaqişə zamanı xəsarət yetirmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, 2 ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 5-ci bəndində qeyd edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq hərəkəti təqsirkarın təhlükəli davranışıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Sözügedən Qərarda göstərilir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma anlayışına Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarlarının tövsiyyələrini əsas götürərək belə hesab edir ki, həmin cinayətin motivi xuliqanlıq niyyəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında baş verən mübahisə zamanı zərəçəkmiş şəxs onun ünvanına nəlaiq ifadələr işlətdiyi üçün qisas məqsədilə Təqsirləndirilən şəxs ağaç parçası ilə xəsarətləri yetirmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, münaqişə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xəsarət yetirməsi müəyyən edilməmiş, eyni zamanda bu xüsusatlar məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmçinin CPM-nin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi xuliqanlıq niyyəti ilə törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 126.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif olunmalı və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməlindən peşman olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 26 (iyirmi altı) gün və ev dustaqlığında olduğu 1 (bir) ay 4 (dörd) gün olmaqla ümumilikdə 2 (iki) ay müddət azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə BPİ-nin maddi sübutların saxlanması otağına verilmiş hadisə törədilən zaman Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd göy rəngli qış gödəkçəsi sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs hadisə törətdiyi ağac budağı məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 26 (iyirmi altı) gün və ev dustaqlığında olduğu 1 (bir) ay 4 (dörd) gün olmaqla ümumilikdə 2 (iki) ay müddət azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə BPİ-nin maddi sübutların saxlanması otağına verilmiş hadisə törədilən zaman Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd göy rəngli qış gödəkçəsi sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs hadisə törətdiyi ağac budağı məhv edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar