Məhkəmə qərarları › İş №1(100)-245/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-245/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-245/2020 17.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X10 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə X10 Məhkəməsinin inzibati binasında xx.xx.2002-ci il tarixdə Ağdam rayonunun Qalayçılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Qalayçılar kəndində qeydiyyatda olmaqla həbs olunana qədər Bərdə rayonu Alaçadırlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnamə olmadan, texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus olan “VAZ- 2107” markalı, “**-CL-***” dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxx 2020-ci il tarixdə saat 19:40-da Muğanlı-Körpüsındıran avtomobil yolunun Bərdə rayonu Kələntərli qəsəbəsindən keçən hissəsində Bərdə rayonu Kələntərli kəndi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək, Bərdə rayonu Kələntərli kəndi istiqamətində yolu sağdan sola keçən piyada X5 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq, sonuncuya başın ənsə nahiyəsinin əzilmiş yarası, İ-İİ fəqərəarası bağların cırılması, İ-İİ boyun fəqərələrinin sınıqları, onurğa beyin qişasına və toxumasına qansızma, alın, döş qəfəsi, sol bazu, sol bud çanaq oynağı, sol baldır, sol diz oynağı, sağ ayaq arxası nahiyələrinin sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş Elxan Həsənovun ölümünə səbəb olmuş, həmçinin digər Zərərçəkmiş şəxs məxsus “VAZ-2107” markalı, “**-CL-***” dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə, 1652 (bir min altı yüz əlli iki) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Müşfiq 2018-ci ilin mart ayında “VAZ-2107” markalı ** CL *** dövlət nömrə nişanlı avtomobili almış, həmin avtomobili etibarnamə əsasında atası Müşfiq idarə etmiş, həmin avtomobili arabir atasından icazə alıb o da idarə etmişdir. Atası Müşfiq köhnə avtomobillərin işlənmiş ehtiyat hissələrinin alğı-satqısı ilə məşğul olmuşdur. xx xxxx 2020-ci il tarixdə gün ərzində o, atası Müşfiqlə birlikdə evdə səliqə-sahman yaratmağa başlamış, evdə artıq, lazım olmayan metal materialdan avtomobil ehtiyyat hissələrini toplayıb metal qəbulu müəssisələrindən birinə satmağa qərar vermiş, evdə olan əşyaları topladıqdan sonra saat 19 radələrində topladığı ehtiyyat hissələrini atası Müşfiqə məxsus olan “VAZ-2107” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığmış, atası avtomobilin açarlarını ona verib kənd arası yolla gedərək əvvəlcə ehtiyyat hissələrini kənddə yerləşən “Arifin metallomu” deyilən metal qəbulu müəssisəsinə təhvil verməyini, daha sonra mağazaların birindən çörək alıb evə qayıtmağını bildirmişdir. O avtomobilin sükanına əyləşib yola çıxmış, yaşadıqları kəndin içərisində yerləşən yolla avtomobili idarə edib “Arifin metallomu” deyilən metal qəbulu müəssisəsinə gəlmiş, avtomobilin yük yerinə topladıqları ehtiyat hissələrini metal qəbulu müəssisəsinə verərək pul almışdır. Bundan sonra avtomobili idarə edib asfalt yolla Bərdə şəhəri Səməd Vurğun küçəsinə çıxmış, orada yerləşən yanacaq doldurma məntəqəsindən avtomobilə benzin doldurduqdan sonra həmin küçə ilə Alaçadırlı kəndi istiqamətinə getmiş, yol ayrıcından sağa Muğanlı-Körpüsındıran asfalt yoluna çıxmış, dəmiryol xəttini keçdikdən sonra Bərdə rayonu Kələntərli qəsəbəsinin içərisi ilə avtomobili idarə etməyə davam etmiş, həmin vaxt saat 19:40 radələri olmuş və o, avtomobili 50-60 km/saat sürətlə idarə etmiş, həmin yolda sol tərəfdə yerləşən “Ekonom market”ə çatan zaman qəfildən Kələntərli kəndi istiqamətində yolun sağ tərəfindən bir nəfər piyada qaçaraq yola çıxmış, həmin piyada qəfil yola çıxdığına görə o, həyəcanlanıb heç nə edə bilməmiş, avtomobilin ön hissəsi ilə piyadanı vurmuşdur. Piyadanın başı avtomobilin alın şüşəsinə dəymiş və avtomobilin ön kapotunun üzərində qalmış, piyada orada ola-ola təxminən 20 metr avtomobili idarə etdikdən sonra o, qəfil tormoz vermiş, piyada kapotun üzərindən sürüşüb yolun sol hərəkət hissəsinə düşmüşdür. Avtomobili yolun sağ kənarına verib avtomobildən düşüb piyadaya tərəf qaçmış, həmin vaxt piyada yaşamış, o, dərhal öz mobil telefonu ilə 103 zəng mərkəzinə zəng edib X14 avtomobili çağırmış, daha sonra isə atası Müşfiqin mobil nömrəsinə zəng edib ona hadisə barədə deyib təcili gəlməsini istəmişdir. Həmin vaxt həddən artıq həyəcanlı olduğuna görə öz avtomobilini idarə edib piyadanı xəstəxanaya apara bilməmişdir. 10-15 dəqiqə sonra X14 avtomobili hadisə yerinə gəlib piyadanı aparmış, bundan sonra atası Müşfiq də hadisə yerinə gəlmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, onun, hal şahidlərinin və digər iştirakçıların iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, o, piyadanı vurduğu yeri, piyadanın düşdüyü yeri və avtomobili saxladığı yeri göstərmiş, hadisənin sxemi və hadisə yerinin fotoşəkilləri çəkilmiş, baxış keçirilməsi haqqında protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-yə gəlmiş, burada olan zaman vurduğu piyadanın Bərdə rayonu Kələntərli qəsəbəsində yaşayan X6 olmasını və xəstəxayana aparılan zaman yolda öldüyünü bilmişdir. İfadəsinə əlavə olaraq xx xxxx 2020-ci il tarixdə 18 yaşı tamam olmuş, sürücülük vəsiqəsi almamış, sürücülük hüququ olmadan avtomobil idarə etmiş, həmin hadisəni törətmişdir. Əlavə olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Minə Həsənova və zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxsla barışıq əldə etdiyini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, mərhum X6 onun həyat yoldaşıdır. 2013-cü ilin aprel ayında o, Elxanla evlənmiş, həmin evlilikdən Xanlar adlı 9 yaşlı övladı vardır. Elxan evlərinin həyətində yola açılan mağazada meyvə-tərəvəz satmaqla ailəni saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 19:40 radələrində yaşadığı evdə olarkən qəfildən toqquşma səsi eşitmiş, bir qədər sonra evdən yola çıxdıqda evin qarşısında yerləşən “Ekonom Marketin” qarşısından 15-20 metr qarşıda yolun sol tərəfində bir nəfər şəxsin yerdə qan içində uzandığını görmüşdür. Ətrafdakı şəxslər bir nəfər şəxsi avtomobilin vurduğunu demiş, o, həmin yerə yaxınlaşdıqda yerdə qan içində uzanan şəxsin həyat yoldaşı Elxan olduğunu görmüş, həmin vaxt həyəcanladığından Elxanı vuran avtomobilin sürücüsünün kim olduğuna fikir verməmiş və onun hadisə yerində olub-olmadığını görməmişdir. Cəld ətrafdakı şəxslərdən ona kömək etməsini, həyat yoldaşı Elxanı xəstəxanaya çatdırmağı istəmiş, təxminən 20 dəqiqə sonra hadisə yerinə X14 avtomobili gəlmiş, Elxanı X14 avtomobilinə əyləşdirib yola salmış, özü isə onların arxasınca Bərdə RMX-ya getmişdir. Oraya çatan zaman artıq Elxanın yolda aldığı xəsarətlərdən vəfat etdiyini, ona görə də Elxanı morqa yerləşdirdiklərini öyrənmişdir. Daha sonra tibbi ekspertlər tərəfindən Elxanın meyiti müayinə olunmuş, sonra yaşadığı evə gətirilmiş və Bərdə şəhərində onu dəfn etmişlər. Sonradan həyat yoldaşı Elxanı vuran avtomobilin “VAZ-2107” markalı avtomobil olduğunu, həmin avtomobili isə sürücülük hüququ olmayan Təqsirləndirilən şəxs idarə etməsini bilmişdir. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 2018-ci ilin mart ayında “VAZ-2107” markalı ** CL *** dövlət nömrə nişanlı avtomobili almış, həmin avtomobil etibarnamə əsasında idarə etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində oğlu Fəridlə birlikdə evdə olan köhnə dəmirləri yığışdırmış, evdə səliqə-səhman yaratmaq üçün həmin əşyaları toplayıb metal qəbulu müəssisələrindən birinə satmağa qərar vermiş, əşyaları toplayıb ona məxsus olan “VAZ-2107” markalı ** CL *** dövlət nömrə nişanlı avtomobilin yük hissəsinə yığmış, həmin gün axşam saatlarında evə qonaq gələcəyi üçün oğlu Fəridə avtomobili idarə edib kəndarası yolla yaşadıqları kənddə yerləşən “Arifin metallomu” deyilən metal qəbulu müəssisəsinə gedib topladığı dəmirləri oraya təhvil verməsini, daha sonra çörək alıb evə qayıtmasını bildirmişdir. Fərid avtomobilə əyləşib çıxıb getmişdir. Təxminən 40-45 dəqiqə sonra Fərid istifadəsində olan mobil nömrədən ona məxsus olan mobil nömrəyə zəng edib yol-nəqliyyat hadisəsi törətdiyini, piyada yolu keçmək istəyən şəxsi avtomobillə vurduğunu bildirmişdir. Dərhal yaşadığı evdən çıxıb əvvəlcə “Arifin metallomu” deyilən metal qəbulu müəssisəsinin qarşısına getmiş, orada heç bir hadisə olmadığını görmüş, yenidən Fəridə zəng edib harada olduğunu soruşmuş, bu zaman Fərid ona hadisənin Bərdə rayonu Kələntərli qəsəbəsində “Şəhriyarın marketi” deyilən dükanın qarşısında baş verdiyini bildirmişdir. Hadisə yerinə çatan zaman Fərid artıq X14 avtomobili ilə vurduğu piyadanı xəstəxanaya yola salmışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, burada Fərid hadisənin harada baş verməsini, piyadanı harada vurduğunu göstərmiş və hadisə yeri müayinə edilmiş, o, sonradan Fəridin vurduğu piyadanın Bərdə rayonu Alaçadırlı kəndində yaşayan X6 olduğunu və xəstəxanaya aparılan zaman aldığı xəsarətlərdən yolda öldüyünü eşitmişdir. Əlavə olaraq göstərmişdir ki, oğlu Fəridin xx xxxx 2020-ci il tarixdə 18 yaşı tamam olmuş, onun sürücülük vəsiqəsi olmamış, avtomobili də sürücülük hüququ olmadan idarə etmişdir. Baş vermiş hadisə zamanı avtomobilinə dəymiş zərərlə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə RPŞ-nin DYPB-nin YPXB-nin inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. xx.xx.2020-ci il saat 09-dan xx.xx.2020-ci il saat 09-a qədər növbə üzrə qrafikə uyğun olaraq Bərdə RPŞ-nin DYPB-nin YPXB-nin inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə ** YP *** dövlət nömrə nişanlı xidməti avtomobillə xidmətdə olmuş, xx.xx.2020-ci il tarixdə saat 19:40 radələrində xidmətdə olan zaman Muğanlı- Körpüsındıran avtomobil yolunun Bərdə rayonu Kələntərli qəsəbəsindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş, o, dərhal aidiyyəti üzrə Bərdə RPŞ-nin Növbətçi Hissəsinə xüsusi rabitə vasitəsilə məlumat verdikdən sonra hadisə baş verən yerə getmişdir. Bu zaman Kələntərli kəndi istiqamətində yolun sağ tərəfində ağ rəngli “VAZ-2107” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, yolun sol hərəkət zolağında yerdə qan izlərinin olduğunu aşkar etmişdir. Bu vaxt bir nəfər cavan oğlan ona yaxınlaşıb özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, hadisəni özünün törətdiyini, vurduğu piyadanı X14 avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yola saldığını bildirmişdir. Təqsirləndirilən şəxs soruşmaqla və eyni zamanda xidməti avtomobildə olan bort kompyuter vasitəsilə yoxlamaqla Təqsirləndirilən şəxs sürücülük hüququnun olmadığını aşkar etmişdir. Bundan sonra hadisə yerinə müstəntiq gəlmiş, onun, hal şahidlərinin, eləcə də Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yeri müstəntiq tərəfindən müayinə olunmuşdur. Təqsirləndirilən şəxs piyadanı vurduğu yeri, piyadanın düşdüyü yeri və avtomobili saxladığı yeri əli ilə göstərmiş, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və sxem tərtib edilmiş, protokol ucadan oxunmuş və imzalarla təsdiq edilmiş, hadisə yerinin şəkilləri çəkilmiş və protokola əlavə ediləcəyi elan edilmişdir. Daha sonra sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilməsi üçün Bərdə rayonu X14 Stansiyasına aparmış və burada Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilmiş, Təqsirləndirilən şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Bundan sonra o, Şahid2la birlikdə aidiyyəti üzrə xidmət yerinə qayıdaraq xidmətinə davam etmişdir. Sonradan hadisə nəticəsində vurulan piyadanın X6 olduğunu və aldığı xəsarətlərdən öldüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, mərhum X6 onun qardaşı olmuş, Elxan Bərdə rayonu Kələntərli qəsəbəsində asfalt yolun kənarında yaşamış, meyvə satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində qardaşı İmaməli ona zəng edərək digər qardaşı Elxanı avtomobilin vurduğunu, Elxanın aldığı xəsarətlərdən vəfat etdiyini bildirmiş və ona Elxanın evinə getməyini demişdir. İmaməli ilə danışan zaman İmaməli Bərdə MRX-da olmuş və Elxanın meyiti müayinə olunmuşdur. Bundan sonra Elxanın meyitini evə gətirilmiş, onlar Elxanı aparıb dəfn etmişlər. Sonradan Elxanı vuran avtomobilin “VAZ-2107” markalı avtomobil olduğunu, həmin avtomobili ilə isə sürücülük vəsiqəsi olmayan Təqsirləndirilən şəxs idarə etdiyini bilmişdir. İfadəsinə əlavə olaraq qardaşı Elxanın ölümündə təqsirli olan şəxsə layiqli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,özünə məxsus “VAZ-2107” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Təqsirləndirilən şəxs əvvəldən tanıyır, Fərid sürücülük vəsiqəsi olmadığına görə bəzi hallarda kənd arası yollarda atasına məxsus olan “VAZ-2107” markalı ** CL *** dövlət nömrə nişanlı avtomobili idarə etmişdir. X5 isə Bərdə rayonu Kələntərli qəsəbəsindən tanımış, Elxan həmin yerdə yolun kənarında meyvə satmaqla məşğul olmuşdur. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında əsgərlikdən yeni gəlmiş dostu Şahid7 Əliyyəddin oğlu və Şahid4 ilə görüşmüş, birlikdə ona məxsus avtomobilləsaat 19:35 radələrində Bərdə rayonu Kələntərli qəsəbəsində yerləşən “Ekonom Market”in qarşısında avtomobili saxlamış, avtomobilin sükanından yerə enib avtomobilin sağ tərəfinə keçmiş və orada ayaqüstə dayanıb avtomobildə əyləşən dostları ilə söhbət edərkən Fərid idarə etdiyi “VAZ-2107” markalı ** CL *** dövlət nömrə nişanlı avtomobil ilə Bərdə şəhəri istiqamətindən gəlmiş və yolu Bərdə rayonu Kələntərli kəndi istiqamətində sağdan sola keçən piyada Elxan Həsənovu avtomobilin ön hissəsi ilə vurmuş, Elxan Həsənov zərbənin təsirindən avtomobilin üzərinə qalxaraq bir neçə metr qarşıda avtomobildən yerə düşmüşdür. Elxanı avtomobil vuran zaman Elxanın üzərində olan pullar yola dağılmış, o, həmin pulları kiminsə yığacağını düşündüyündən toplamağa başlamış, onunla birlikdə bir nəfər tanımadığı marşrut sürücüsü də pulları toplamağa başlamış, lakin, həmin şəxs pulları topladıqdan sonra ona vermiş, o, həmçinin Elxan Həsənova məxsus mobil telefonu da yerdən götürərək pullar və telefon əlində təhvil vermək üçün Elxan Həsənovun yaxınlarından birini axtarmağa başlamışdır. Bu zaman ətrafda olan şəxslər ona Elxan Həsənovun adını bilmədiyi azyaşlı övladını göstərmiş, lakin, həmin uşağın yaşı az olduğuna görə o, uşağın pulları itirə biləcəyini düşünüb pulu uşağa verməmişdir. Oğlan ona öz anasını göstərmiş, həmin vaxt hadisə yerində başında ağ yaylığı olan, təxminən 30-35 yaşlarında bir nəfər qadın olmuş, ətrafdakı şəxslər ona həmin qadının Elxan Həsənovun həyat yoldaşı olduğunu bildirmiş, həmin vaxt qadın əri Elxan Həsənovun başının üstündə dayanıb ağlamışdır. Orada olan şəxslərin gözü qarşısında pulları və telefonu həmin qadına vermiş, bundan sonra özünə məxsus olan avtomobilə əyləşib oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid7 Şahid3 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 təcrübi və X9 rayonlararası zona mərkəzi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair xx.xx.2020-ci il tarixli 42 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər-başın ənsə nahiyəsinin əzilmiş yarası, İ-İİ boyun fəqərəarası bağların cırılması, İ-İİ boyun fəqərələrinin sınıqları, onurğa beyin qişasına və toxumasına qansızma alın, döş qəfəsi, sol bazu, sol bud-çanaq oynağı, sol baldır, sol diz oynağı, sağ ayaqarxası nahiyələrinin sıyrıqları vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, xx.xx.2020-ci il tarixə uyğun gəlir, küt əşyanın(əşyaların) təsirindən törənmişdir, piyada Elxan Həsənovun yolu sağdan-sola keçməsi zamanı avtomaşınla vurulması nəticəsində törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb İ-İİ boyun fəqərəarası bağın cırılması, İ-İİ boyun fəqərələrinin sınıqları, onurğa beyin qişasına və toxumasına qansızma ilə müşayət olunan boyunun küt travması olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 8/1071 nömrəli rəyindən görünür ki, “VAZ- 21074” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Bərdə rayonu Alaçadırlı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı-Körpüsındıran avtomobil yolunun Bərdə rayonu Kələntərli qəsəbəsindən keçən hissəsində yolun sağ tərəfindən yola daxil olaraq yolu keçmək istəyən piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş 1 ədəd CD diskin içərisindəki video görüntülərdən görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsi Muğanlı-Körpüsındıran avtomobil yolunun Bərdə rayonu Kələntlərli qəsəbəsindən keçən hissəsində Kələntərli kəndi istiqamətində yolun sol tərəfində yerləşən “Ekonom Marketin” qarşısında baş vermiş, xx.xx.2020-ci il tarixdə saat 19:39:56 dəqiqədə Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi ağ rəngli VAZ-2107 markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri istiqamətindən Kələntərli kəndi istiqamətinə hərəkət edərək, həmin istiqamətdə yolu sağdan sola keçmək istəyən piyada X5 avtomobilin ön mərkəz hissəsilə vurur, piyada Elxan Həsənov zərbənin təsirindənpiyada əvvəlcə avtomobilin ön motor hissəsinə, daha sonra ön alın şüşəsinə dəyir və avtomobilin dam hissəsinə qalxır, bir qədər qarşıda avtomobilin üzərindən yerə düşür. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarxili 716 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətdə olmuşdur.(s 19) İş materiallarına əlavə edilmiş 03iyul 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 263-1.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 05iyul 2020-ci il tarixli “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxsbarəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03iyul 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 21iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə rayon məhkəməsinin 05iyul 2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişvə ev dustaqlığı qətimkan tədbirinin müddəti onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbirilə əvəz edilməsinə dair Bərdə rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və onun barəsində “həbs” qətimkan tədbiriseçilmiş, həbsdə saxlanılma müddəti xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki,hadisədən sonratəqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş və təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Bərdə rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsitərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2125-8/1 nömrəli məktubundan görünür ki, elektron sistemdə QafarzadəFərid Müşfiq oğlununadına sürücülük vəsiqəsinin olmadığı və onun sürücülük hüququ olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati ərazi dairəsi nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həbs olunana qədər Bərdə rayonu Alaçadırlı kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24iyul 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, VAZ-2107 markalı 10CL613 dövlət qeydiyyat nişanlı avtomobilə 1652 (min altı yüz əlli iki) manat zərər dəymişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1/238 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, ** CL *** dövlət nömrə nişanlı «VAZ-2107» markalı avtomobil iş üzrə yekun qərar qəbul edilənədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə peşmançılıq çəkməsi, zərər çəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi zərərin aradan qaldırılması, onlarla barışıq əldə etməsi, zərərçəkmiş şəxsin və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cümaddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmaqla barəsində CM-in 60-cı maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir İş üzrə 100 (yüz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 2107” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) ilmüddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (bir yüz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 2107” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) X10 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar