Məhkəmə qərarları › İş №1(100)-245/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-245/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-245/2024 13.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxx 2000-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3, 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyanı tətbiq etməklə şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və insan həyatı üçün təhlükəli olan zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır xəsarət yetirmişdir. Belə ki, o, 02 iyul 2023-cü il tarixdə saat 22.00 radələrində ictimai yer hesab edilən və vətəndaşların sıx toplaşdığı Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Firuzə” restoranının arxa tərəfində yerləşən qeydiyyat nömrəsiz fərdi yaşayış evlərinin olduğu küçədə Zərərçəkmiş şəxs ilə görüşüb uca səslə mübahisə etməsi zamanı ictimai asayişi və vətəndaşların normal həyat fəaliyyətini pozaraq, ətrafda yaşayan və işləyən insanlara məhəl qoymayıb, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına zidd olaraq, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaq çıxarıb nümayiş etdirməklə, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə həmin bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxsla aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun onu nalayiq ifadələrlə söyüb təhqir etməsindən hiddətlənərək, şəxsi münasibətlər zəminində silah qismində istifadə edilən əşyanı, yəni bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaqla zor tətbiq olunması ilə müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti ilə yetirməklə qarın nahiyyəsində daxilə keçən, nazik bağırsağın və sidik kisəsinin zədələnməsi ilə müşayiət olunan qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilir, Cinayət Məcəlləsinin 126.2.3 və 221.3-cü maddələri ilə özünü təqsirli bilmir. Ona elan edilmiş ittihamın mahiyyəti üzrə bildirir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. O, 02 iyul 2023-cü il tarixdə Gəncə Bulvarında olarkən Zərərçəkmiş şəxs ilə söz-söhbətləri yaranmışdır, onlar söhbət edə-edə “Firuzə” restoranının yanına keçmişlər. Onun Zərərçəkmiş şəxs ilə aralarında dava olmuşdur. Zərərçəkmiş şəxs ona “ayə, sən baş bilən çıxmısan?” demiş və əlini onun çiyninə atmışdır. O da özünü qorumaq üçün bir dəfə bıçaqla Zərərçəkmiş şəxs sidik kisəsi nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, başqaları dalaşdığına və davanı gördüyünə görə hadisə yerinə gəlmiş və demişdir ki, ”dalaşmayın, cavansınız”. Həmin yerdə uşaqlar dava edirmişlər və bir-birlərinə söyüş söyürmüşlər. Zərərçəkmiş şəxs ona demişdir ki, “ayə, sən baş bilən olmusan?”. Hadisə yerində o, Toğrul, Turani və adını unutduğu şəxs olmuşdur. Qarşı tərəfdən gələnləri isə tanımamışdır. O, Zərərçəkmiş şəxs və qardaşını əvvəllər tanımamışdır. Hadisədən sonra bıçağı tullamış və qaçmışdır. O, qaçan vaxtı Zərərçəkmiş şəxs qardaşı orada olmamışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmçinin göstərmişdir ki, onun həmin söhbətə getməsinə səbəb tanış uşağın ailəsinə söyüş söyülməsi olmuşdur. Ona görə də həmin söhbətə getmişdir. O, Zərərçəkmiş şəxs bıçaqla vuran zaman Elvinin qardaşı orada olmamış, sonradan gəlmişdir. Dava-dalaş zamanı söyüş söyülürdü. Üzərində bıçaq götürməsinə səbəb düşünmüşdür ki, dava üçün gedir, birdən lazım olar özünü qorumaq üçün. Onun həmin söhbətə getməsinə səbəb əvvəlcə tanışı Şahid3 ona “mənə söyüş söyüblər” deməsi olmuşdur. O da həmin söhbətlə əlaqədar olaraq oraya getmişdir. Zərərçəkmiş şəxs ilə söhbət zamanı isə özünü qorumaq üçün sonuncunu bıçaqla vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi daha təfərrüatlı ifadələri elan olunmaqla tədqiq edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində və 06 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən daha təfərrüatlı verdiyi ifadələrindən görünür ki, o, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilmiş və göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 02 iyul 2023-cü il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin yaxınlığında çayçıda oturmaq istəyərkən dostları Ceyhun və Ramin demişlər ki, biraz gəzsinlər. O da razılaşmış, yavaş-yavaş Bulvara tərəf getmişlər. X6 Teatrının yanında dostlarından ayrılmışdır. Onlar evə getmiş, özü isə Gəncə şəhəri, “Azərbaycan Bayrağı” küçəsi yaxınlığında olan Gəncə Bulvarına getmişdir. Bulvarda gəzərkən tanışı Tariyelin həyəcanlı formada gəldiyini görmüş, Tariyeldən nə olduğunu soruşmuş, sonuncu isə cavabında demişdir ki, dalaşmışlar. O, soruşmuşdur ki, “kim döyüb, neçə yaşları var?” Tariyel demişdir ki, “böyük uşaqlar idilər, tanımır”. O, demişdir ki, çağırsın, söhbət etsinlər, görək niyə vurublar, nə məsələdir. Tariyel demişdir ki, ona özləri nömrələrini vermişlər, onda nömrələri var. O da elə Tariyelin yanında zəng eləmişdir ki, oturub bir çay içsinlər, görək nə məsələdir. Onlar da demişlər ki, problem yoxdur. Demişlər ki, axşam saat təxminən 21-22 radələrində “Firuzə” şadlıq sarayının arxasında, Rus qəbiristanlığının yanında görüşsünlər, o da razılaşmışdır. O, Tariyel, Elşən birlikdə getmişlər, ora sonradan Turani də gəlmişdir. O, görmüşdür ki, əvvəllər tanımadığı təxminən 30-40 nəfər toplaşıb onları gözləyirlər. İlk öncə tanımadığı, lakin sonradan adı ona məlum olan, qarşı tərəfin ağsaqqalı Elvinlə söhbət etməyə başlamışlar. Ondan soruşmuşdur ki, bəs uşaqları niyə döyüblər? O da demişdir ki, dostu istədiyi qızla parkda oturarkən söz atmışlar. O da demişdir ki, söz atmaq məsələsi deyil, onun dostu qızla parkda öpüşdüyü üçün və oradan ailə keçdiyi üçün onu qırağa çəkmişlər. O isə cavabında aqressiv şəkildə demişdir ki, “sizin deyəsən başınız bədəninizə ağırlıq edir”. Daha sonra başlamış söyüş söyməyə. O da ona demişdir ki, “ə utanmırsan özündən balacaya əl qaldırırsan”. Elvin isə demişdir ki, “get işində ol”. Onlar ilk öncə onunla ikisi danışa-danışa küçənin başına tərəf getmişlər, daha sonradan yanlarına Turani və tanımadığı bir neçə nəfər yaxınlaşmışdı. Elvin yenidən başlamış onunla yekə-yekə danışmağa. Həmin an Turanini yaxınlaşmağa qoymamış və demişdir ki, narahat olmasın, özü danışacaq. Zərərçəkmiş şəxsla söhbət edən zaman sonuncu əlini onun çiyninə vuraraq “Ə cındır, gədə sən söhbətə baş bilənlik etməyə gəlibsən?” demişdir və əlini çiyninə qoymuşdur, Elvinin onu vurmağından ehtiyat etdiyi üçün özünü müdafiə etmək üçün və söyüş söydüyü üçün belində olan balaca ölçülü qara rəngli bıçağı çıxardaraq Zərərçəkmiş şəxs sidik kisəsinin üzərindən bıçaqla bir dəfə zərbə endirmişdir. Daha sonra Elvin yerə yıxılmış, o isə hadisə yerindən qaçmışdır. Qaçarkən üzərində olan bıçağı xatırlamadığı bir yerə atmışdır. O, tez evə getmiş və həmin gün gecə Bakıya qaçmışdır. Bir gün qalmış, daha sonra geri qayıtmışdır. Sonra polis əməkdaşları onu Gəncə şəhər BPİ-nin 1-ci PŞ-ya aparmışlar. Zərərçəkmiş şəxs vurmasına səbəb əvvəllər tanımadığı, adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs hadisədən iki saat öncə ona telefonda “Ə cındır, gədə sən söhbətə baş bilənlik etməyə gəlirsən?” deməsi və hadisə vaxtı da söyüş söyməsi olmuşdur. O, “Firuzə” şadlıq sarayının qarşısına, yəni mübahisəyə gedərkən üzərində Zərərçəkmiş şəxs vurduğu bıçaq olmuşdur. Zərərçəkmiş şəxs hadisədən iki saat öncə ona telefonda “Ə cındır, gədə sən söhbətə baş bilənlik etməyə gəlirsən?” demişdir. O da hadisə zamanı təklikdə söhbət edərkən yenidən “Ə cındır, gədə sən söhbətə baş bilənlik etməyə gəlibsən?” deməsi və əlini çiyninə qoyub onu vurmağından ehtiyat etdiyi üçün Elvini vurmuşdur. Hadisə zamanı sağ çiynindən yüngül sıyrıq zədələri almışdı. O, hadisə zamanı spirtli içki və ya narkotik vasitə qəbul etməmişdi. Hadisə zamanı heç kəsi vurmaq fikri və ya niyyəti olmamışdır, ora mehribançılıq üçün getmişlər. Hadisə zamanı ətrafda onun və Elvinin dostları onların söhbətlərini izləmişlər. bildirmişdir. O, hadisədən sonra şok vəziyyətində olduğu üçün bıçağı atmış və hal-hazırda həmin yeri xatırlamır (iş vərəqə: cild İ, səh. 104-106, 123-125). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 iyul 2023-cü il tarixdə yaşadığı evindən çıxıb gedərkən “Firuzə” şadlıq sarayının yanında onların küçəsində yaşayan uşaqların, həmçinin tanımadığı təxminən 7-8 nəfər uşaqların yığışdığını görmüşdür. Həmin vaxt o, özünü cilovlaya bilməmiş və Təqsirləndirilən şəxs qarşı “cındır” sözünü işlətmişdir. O, demişdir ki, “camaatı bura yığıb uca səslə niyə danışırsız? Gəlin gedək o tərəfə, həm çay içək, həm də məsələni aydınlaşdıraq”. Həmin toplaşmış uşaqlarla birlikdə “Firuzə” şadlıq sarayının qabaq tərəfindəki çayxanaya getmişlər. Həm yaşca balaca olduğuna, həm də uca səslə danışdığına görə ilk gözünə çarpan və ən çox əsəbləşdiyi Təqsirləndirilən şəxs nalayiq sözlə müraciət edərək demişdir ki, “camaatı bura nəyə yığıb, uca səslə danışırsız?”. O, Təqsirləndirilən şəxs yaxınlaşmış, əlini sonuncunun çiyninə atmış, ancaq Əli elə bilmişdir ki, onu vuracaq, ona görə də Təqsirləndirilən şəxs onu bıçaqla vurmuş və hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs onu bıçaqla vurduqdan sonra qonşusu onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı qardaşı Şahid1 lap arxada- uşaqların yanında olmuşdur. Qardaşı Şahid1 onun bıçaqlandığını hamı biləndən və Təqsirləndirilən şəxs qaçdıqdan sonra bilmişdir. Hadisə vaxtı orada onunla eyni küçədə yaşayan uşaqlar olmuşdur. Onun müalicə xərclərini Təqsirləndirilən şəxs ödəmişdir və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, təqsirləndirilən şəxslə barışmışdır. Həmçinin onu da bildirir ki, dava-dalaş zamanı oradakı şəxslər uca səslə danışdıqlarından o da istəmişdir ki, gedib məsələni həll etsin və onlar mehribanlaşsınlar. O, Təqsirləndirilən şəxs “ə cındır, sən bura ağalıq etməyə gəlmisən?”, “Ə cındır gədə, sən bura baş bilənlik etməyə gəlmisən?” demişdir. Dava zamanı ətraflarında 7-8 nəfər adam olub. 3-4 nəfəri tanıdıqları olub, qalanlarını isə tanımamışdır. O, həmin davaya qoşulmamışdan əvvəl mübahisənin nə üstündə yarandığını bilmirdi və həmin mübahisənin nə üçün yarandığını bilmək üçün oraya getmişdir. Həmin vaxt öyrənmişdir ki, kimsə söyüş söyüb, ona görə dava başlayıb. Zərərçəkmiş şəxs eyni zamanda bildirmişdir ki, dava-dalaş zamanı onun qardaşı Şahid1 arxada dayandığını Təqsirləndirilən şəxs bilməmişdir. Onlar ümumiyyətlə Təqsirləndirilən şəxs ilə əvvəllər bir-birilərini tanımamışlar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs hadisədən sonra tanımış, sonuncu ilə əvvəllər heç bir tanışlığı olmamışdır. Təqsirləndirilən şəxsla qardaşı Zərərçəkmiş şəxs arasında baş vermiş cinayət hadisəsi zamanı o, hadisə yerində olmamışdır. 02 iyul 2023-cü il tarixdə o, işdən gələndə küçədə adamların toplaşdığını görmüşdür. Dostu Şahid4 da orda olmuşdur. Demişlər ki, küçədə dava olub. Onlar hadisə yerinə gedənə kimi hamı dağılışmışdı. Hadisə yeri ilə aralarında təxminən 500 metr məsafə olmuşdur. O, hadisə yerinə çatanda taksi sürücüsü ona demişdir ki, qardaşını vurublar, xəstəxanaya aparıblar. O da qardaşının vəziyyətini örgənmək üçün xəstəxanaya getmişdir. Şahid1 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, ona küçədə olan şəxslər, həmçinin taksi sürücüsü demişdir ki, qardaşını bıçaqlamışlar və xəstəxanaya aparıblar. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmçinin Təqsirləndirilən şəxs onun Zərərçəkmiş şəxs qardaşı olduğunu bilməmişdir. O, hadisə yerində olmamışdır və hadisəni görməmişdir. Qardaşı Zərərçəkmiş şəxs xəstəxanaya Şahid6 aparmışdır. Qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla vurması ona sonradan məlum olmuşdur. O, hadisə yerinə gələrkən nə qardaşını, nə də Təqsirləndirilən şəxs görməmişdir. Ümumiyyətlə hadisənin nədən qaynaqlanması ilə bağlı heç bir məlumatı yoxdu. Baş vermiş hadisə barədə ona “Firuzə” şadlıq sarayının qabağında taksi sürücüləri demişlər. Məhkəmə baxışı zamanı iş üzrə Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 02 iyul 2023-cü il tarixdə vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şahid qismində dindirilməsinə dair cinayət işinin materiallarında olan həmin protokol elan olunmaqla tədqiq edilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı 02 iyul 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, 02 iyul 2023-cü il tarixdə saat 21 radələrində “Firuzə” şadlıq sarayının qarşısından keçərkən görmüşdür ki, qardaşı ilə dostları tanımadığı bir neçə nəfərlə birgə hərəkət edirlər. Onlara yaxınlaşmış, əvvəlcə görmüşdür ki, mehribancasına söhbət edirlər. Bir az getdikdən sonra nəsə aqressivləşməyə başladıqlarını görmüşdür. Birdən-birə tanımadığı şəxs bıçaq çıxararaq qardaşına bıçaqla zərbə endirərək qaçmışdır. Onun arxası ilə düşmüş və tutmuşdur. Həmin şəxsdən soruşmuşdur ki, qardaşını niyə bıçaqlamışdır, qardaşı ona nə edib. Həmin şəxs isə cavabında heç və bilmədiyini söyləmişdir. Sonra geri gəldikdə bilmişdir ki, dostları qardaşını 3 nömrəli xəstəxanaya aparmışlar. Daha sonra o da həmin xəstəxanaya getmişdir (iş vərəqə: cild 1, səh.9-11). Məhkəmə baxışı zamanı elan olunan ifadəsinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Şahid1 təklif edilərkən bildirmişdir ki, məhkəmə iclasında verdiyi ifadəsi düzgündür, hadisə zamanı şokda olduğuna görə ibtidai istintaq zamanı başqa cür ifadə vermişdir, həmçinin bildirir ki, ibtidai istintaq zamanı başqa abu-hava olduğuna görə o cür ifadə vermişdir. Həmin vaxt ona heç kim heç bir təsir, təzyiq göstərməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 02 iyul 2023-cü il tarixdə evə gedərkən görmüşdür ki, uşaqlar yığışıblar və Əlini də təsadüfən görmüşdür. Həmin şəxslər öz aralarında danışırmışlar, həmin vaxt onların arasında mübahisə başlamışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etməyə başlamışlar. Onlara yaxınlaşdıqda görmüşdür ki, Zərərçəkmiş şəxs əlini Təqsirləndirilən şəxs çiyninə qoymuş və nəsə söz demişdir, lakin Təqsirləndirilən şəxs yanlış anlayıb bıçaqla Zərərçəkmiş şəxs vurmuşdur. Həmin vaxt ara qarışmış, o da çıxıb getmişdir. Şahid2 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə yerində təxminən 10-15 nəfər olmuşdur. Həmçinin hadisənin baş verdiyi “Firuzə” şadlıq sarayının yaxınlığı yaşayış yeri olmuşdur. “Firuzə” Şadlıq Sarayında toy məclisi keçirilirdi. Orada taksi sürücüləri və başqa tanımadığı şəxslər olmuşdur. Eyni zamanda bildirir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 02 iyul 2023-cü il tarixdə “Firuzə” şadlıq sarayının arxasına uşaqlarla söhbət etməyə getmişdilər. Həmin yerdə adamlar çox idi. O, Təqsirləndirilən şəxs yanındakı şəxslərlə birlikdə getmişdir söhbətə. Təqsirləndirilən şəxs qışqıra-qışqıra danışırdı. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisə edərkən Təqsirləndirilən şəxs özünü qorumaq üçün bıçaqla Zərərçəkmiş şəxs vurmuşdur. Şahid3 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə yerində təxminən 30-40 nəfər adam olardı. Hadisə olmamışdan əvvəl onlar oraya söhbətə getmişdilər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs demişdir ki, “camaata məsləhət vermə”. Hadisə anidən olmuşdur. Elvin Əlini vurmaq istəyəndə Əli də özünü müdafiə etmək üçün bıçaq çıxardıb Elvini vurmuşdur. Şahid3 eyni zamanda bildirmişdir ki, ibtidai istintaq zamanı fərqli ifadə verməsinin, yəni Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün Elvini vurması barədə göstərməməsinin səbəbi onun hadisədən sonra bir az qorxması ilə əlaqədar olmuşdur. Onun məhkəmə iclasında verdiyi ifadəsi düzgündür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs yaşadığı məhlədən tanıyır. 02 iyul 2023-cü il tarixdə o, yaşadığı küçədən keçərkən Zərərçəkmiş şəxs görmüşdür. Xatırladığı qədər Təqsirləndirilən şəxs orada söyüş söymüşdür. Həmin vaxt Elvinlə Əli söhbət edirdilər. Onlar da arxalarınca gedirmişlər. Onlar arxada getdiklərindən dəqiq görməmişdir. Sonra taksi sürücüləri demişlər ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqlamışdır. Şahid4 verilmiş suallara cavab olaraq göstərmişdir ki, orada olan kənar şəxsləri tanımamışdır. Bildiyinə görə, Elvinlə Əlinin mübahisəsi söyüş söyüldüyünə görə başlamışdır. Hadisənin baş verdiyi yer yaşayış yeri olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur. Təqsirləndirilən şəxs tanımır. O, 02 iyul 2023-cü il tarixdə yaşadıqları küçədə olarkən uşaqların yığışdığını görmüş, demişlər ki, uşaqların arasında mübahisə düşüb. O, uşaqların yanına gedərkən Zərərçəkmiş şəxs demişdir ki, “siz arxada durun”. Şahid4, Şahid1, o arxada gedirmişlər. Ani bir vaxtda görmüşdür ki, uşaqlar qaçır, Zərərçəkmiş şəxs isə yerdədir. Zərərçəkmiş şəxs demişdir ki, “məni bıçaqla vurublar, xəstəxanaya çatdır”. Şahid9 maşını orda olmuşdur. Zərərçəkmiş şəxs Vüsalın maşınına qoyub xəstəxanaya aparmışlar. Sonra o, çıxıb getmişdir. Şahid6 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə yerində təxminən 10-12 nəfər olardı. Elvinlə Əlinin arasında yaranmış mübahisənin səbəbini bilmir. Zərərçəkmiş şəxs özü ona bıçaqlandığını demişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu anı görməmişdir. Ancaq onların əlbəyaxa olduqlarını uzaqdan görmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 02 iyul 2023-cü il tarixdə evdəkiləri toydan götürməyə getmişdir. O, yolda maşını saxlayıb siqaret almağa getmişdir. Qayıtdıqda görmüşdür ki, dostu maşınını sürüb aparıb. Nə baş verdiyini soruşduqda demişlər ki, Zərərçəkmiş şəxs bıçaqla vurmuşlar və onun maşını ilə Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Sonra gedib maşınını götürmüşdür. Şahid9 verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, hadisənin baş verməsini görməmişdir. Sadəcə onun avtomobili ilə dostu Şahid6 Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Orada dayanmış taksi sürücüləri demişlər ki, Zərərçəkmiş şəxs bıçaqla vurmuşlar və onun maşını ilə xəstəxanaya aparmışlar. O, sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla vurmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı müstəntiqə yalan danışmışdır. İfadə verərkən digər şahidlərdən bir nəfər necə danışmışdırsa o da elə danışmışdır. 02 iyul 2023-cü il tarixdə Gəncə şəhərindəki “Firuzə” şadlıq sarayı tərəfə dostu Röyalgilə gedirmiş. Polis əməkdaşları onları polis idarəsinə aparmışlar, elə bilmişlər ki, onların da bu hadisə ilə əlaqəsi var. Sürücüdən eşitmişdir ki, Təqsirləndirilən şəxs dalaşmışdır. Şahid8 verilmiş suallara cavab olaraq göstərmişdir ki, mübahisə vaxtı orada neçə nəfər olduğunu görməmişdir. Hadisə barədə yoldakı taksi sürücülərindən eşitmişdir. O, təqsirləndirilən şəxsi tanımır. O, hadisə yerinə getməmiş və heç nə görməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, “Vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair” elektron arayışa əsasən hərbi xidmətə göndərildiyi müəyyən edildiyindən məhkəmədə iştirakının təmin edilməsinin mümkün olmaması ilə əlaqədar olaraq məhkəmə istintaqı zamanı iştirak etməyən və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 Əyyub oğlunun ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində nişanlısı ilə birlikdə Bulvar parkında oturan vaxt parkdakı atraksiyonda işləyən iki nəfər onu çağırmış və demişdir ki, camaatın anası, bacısı var, düzgün etmir. O da onlara nəyi düzgün edir, nəyi etmir, özü yaxşı bilir demişdir. Daha sonra iki nəfər ona söz atmışlar, o da onlara demişdir ki, gözləsin, nişanlısını yola salıb gələcək. Gedib nişanlısını yola saldıqdan sonra “Çempion” çay evinə gedib əmisi oğlu Şahid8 götürmüş və getmişlər bulvara. Əmisi oğlu ondan nə olduğunu soruşmuş, o da hadisəni danışmış, əmisi oğlu da demişdir ki, gedib danışsınlar. Birinci atraksiyonda işləyənlərlə söhbət edib hər şeyi yoluna qoymuşlar. Daha sonra söz atan iki nəfəri görmüşlər və onlarla söhbət etmək məqsədi ilə yaxınlaşmışlar. Getmişlər 10 nömrəli məktəb tərəfə. O, demişdir ki, qızın yanında o nə sözdür ona deyir, ayıbdır. Həmin şəxs isə başlamış ağır danışmağa və onu itələmişdir. Həmin şəxs onu itələyəndə əmisi oğlu da getmiş onun üstünə və onu itələmişdir ki, aralansın. Həmin şəxs də cibindən çıxartdığı naməlum cismi onlara tərəf atmış, əmisi oğlundan keçib onun alın nahiyəsinə dəymişdir. O da onları tutub itələmişdir ki, dalaşmasınlar. Sonra əmisi oğlu alnındakı qanı görmüş və onun yanına gəlmişdir. Onlar da getmişlər. Daha sonra evə getmiş, əl-üzünü yumuş, paltarını dəyişmiş, getmişlər futbol oynamağa. Futboldan sonra onlara zəng eləmişlər, zəng eləyib demişlər ki, dalaşdıqları uşaqların böyük qardaşıdı, adı Əlidir və əmisi oğlunu görüşə çağırmışdır. Onlar da qoymamışlar əmisi oğlu getsin. O, evə gəldikdən sonra səhərə yaxın xəbəri olmuşdur ki, əmisi oğlu gedib onların əmisi oğlunun dostunu bıçaqlamışdır. O, qarşı tərəfdən olan şəxslərdən yalnız Tariyeli tanımışdır. Həmin şəxslərdən kimləsə düşmənçilik və ya ədavəti olmamışdır. Mübahisə zamanı o, alın nahiyəsindən xəsarət almışdır. Mübahisənin yaranmasına səbəb parkda nişanlısı ilə oturduğu zaman tanımadığı şəxslərin onları narahat etməsi və onunla aqressiv danışmaları olmuşdur (iş vərəqə: cild 1, səh.41-43). Eyni zamanda, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin məktubuna əsasən hərbi xidmətə göndərildiyi müəyyən edildiyindən məhkəmədə iştirakının təmin edilməsinin mümkün olmaması ilə əlaqədar olaraq məhkəmə istintaqı zamanı iştirak etməyən və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid7 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Bulvara getmiş, Tariyel ona demişdir ki, qızla oğlan parkda artıq-əskik hərəkət edirmiş deyə onu qırağa çəkmişlər. Öz aralarında danışmışlar, sonra oğlan qızla çıxıb getmişdir. Sonra həmin oğlanı yenidən parkda görmüş, Tariyel ona bunun o oğlan olduğunu demişdir. Gəlib onları qırağa çəkmişlər ki, söhbəti aydınlaşdırsınlar. Getmişlər 10 nömrəli məktəbin yanında söhbət etməyə. Bulvardan tanıdığı Rufan adlı dostu da onlarla gəlmişdir. 10 nömrəli məktəbin yanında söhbət edəndə onları vurmuşlar. Tariyel yerə yıxılmış, o da Tariyeli vuranlara daş ataraq onlardan birinin alnını partlatmışdır. Daha sonra yerdən Tariyeli qaldırmış, onlar da öz dostlarının yanına getmişlər. Daha sonra axşam saat 20:00 radələrində bulvara gəlmiş, Əli ondan soruşmuşdur ki, onları kim döyüb? Onları çağırmışdır ki, gedib söhbəti aydınlaşdırsınlar. O da demişdir ki, ehtiyac yoxdur, olub qurtarıb. Əli isə demişdir ki, artıq uşaqları çağırmış, gəlirlər. Sonradan Əli demişdir ki, zəng etmişlər ki, “Firuzə” restoranının yanındadırlar, ora gəlsinlər. Orda söhbət edərkən qarşı tərəfdən kimsə bıçaq çıxartmış və birdən hamı yuxarı qaçmağa başlamışdır. O, nə olduğunu soruşmuş, ona heç nə deməmişlər. Sonradan öyrənmişdir ki, Əli kimisə bıçaqlamışdır. O da hər kəs kimi qaçmış və evinə getmişdir. Hadisə yerində qarşı tərəfi bıçaqlayan şəxsi tanıyır, bulvarda görmüşdür. Hadisə zamanı sərxoş olmamış və heç bir xəsarət almamışdır (iş vərəqə: cild 1, səh.63-65). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 iyul 2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Firuzə” şadlıq sarayının arxasına baxış keçirilmiş və şəkilləri çəkilərək bu barədə protokol tərtib edilmişdir (iş vərəqə: cild İ, səh. 12-18). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 iyul 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlama istintaq hərəkəti keçirilərkən o, 03 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir (iş vərəqə: cild İ, səh. 107-114). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 iyul 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs da həmin halları təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 160-161). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 27 iyul 2023-cü il tarixli, 1147 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində – qarın nahiyəsində daxilə keçən nazik bağırsağın və sidik kisəsinin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara müəyyən edildi. Bu xəsarət deşicikəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir (iş vərəqə: cild İ, səh. 195-198). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-trasoloji ekspertizasının 08 sentyabr 2023-cü il tarixli, 16/826 nömrəli rəyindən görünür ki, təqdim olunan şalvarın üzərində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədəsidir. Təqdim edilmiş uzunqol köynəyin üzərində mexaniki zədə aşkar edilməmiş, zədələrin xarakterini nəzərə almaqla zədələrə əsasən zədənin yetirildiyi anda alətlə (predmetlə) zərərçəkmiş şəxsin qarşılıqlı yerləşmə vəziyyətinin müəyyən edilməsi ilə bağlı sualın həllini xüsusi ədəbiyyatlarda müvafiq metodu olmadığından kriminalistik tədqiqat aparılması yolu ilə cavab verilməsi mümkün deyil. -Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli, 1147 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş şalvarın səthində olan zədə müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “qarın nahiyəsində daxilə keçən nazik bağırsağın və sidik kisəsinin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara” xəsarəti ilə şalvarın üzərində olan bir ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür (iş vərəqə: cild İ, səh. 182-184). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə psixiatrik ekspertizasının 06 iyul 2023-cü il tarixli, 396 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs ona istinad edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 185-187). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 31 iyul 2023-cü il tarixli, 26 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ) alfa-dır. Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli şalvar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər. Zərərçəkmiş şəxs mavi qarışıq naxışlı uzunqol köynəyin üzərində qanaoxşar ləkə aşkar olunmadı (iş vərəqə: cild İ, səh. 190-193). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2023-cü il tarixli, 2384/K nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi, məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmadı (iş vərəqə: cild İ, səh. 211-212). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan qara rəngli şalvar və mavi qarışıq naxışlı uzunqol köynək iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə Şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmişdir, həmin qərardan həmçinin görünür ki, Şahid7 və Şahid5 Əyyub oğlunun barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar qəbul edilmişdir (iş vərəqə: cild İ, səh. 227-242). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 iyul 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə, saat 23:45-də tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 90). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə, saat 17:15-də azad edilmişdir (iş vərəqə: cild İ, səh. 153-154). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsinin 14 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 159). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir (iş vərəqə: cild İ, səh. 177). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 3 nömrəli xidməti sahəsindən alınmış xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 223). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin qardaşı X2 “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir (cinayət işinin materialları). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna əsaslanmaqla, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq təqsirləndirilən şəxsin törədilmiş cinayət hadisəsində onun təqsirləndirildiyi Cinayət Məcəlləsinin hər iki maddəsi üzrə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma, yəni Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə və silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq, yəni Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir. Məhkəmə araşdırması zamanı dindirilmiş şəxslərin həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdikləri ifadələri, cinayət işinin faktiki halları və işin bütün materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən qabaq tanışları ilə rastlaşarkən ona həmin tanışları başqa şəxslərlə dalaşdıqlarını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs tanışları ilə dalaşan şəxsləri çağırmasını və onlarla gedib söhbət edəcəyini bildirmiş, sonra söhbəti həll etmək üçün ictimai yer hesab edilən və vətəndaşların sıx toplaşdığı “Firuzə” restoranının yanında Zərərçəkmiş şəxs ilə görüşüb uca səslə mübahisə edərək ictimai asayişi pozaraq, ətrafdakı insanlara məhəl qoymayıb, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə qarşı aşkar hörmətsizlik edərək Zərərçəkmiş şəxsla aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı üzərində gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs vurmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, Zərərçəkmiş şəxs müstəsna dərəcədə rəhimsizlik göstərib, xüsusi əzab verdiyini dərk edərək zərərçəkmiş şəxsin doğma qardaşı Şahid1 gözü qarşısında qəsdən zərərçəkmiş şəxsin sağlamlığına xüsusi amansızlıqla ağır xəsarət yetirmişdir. Lakin məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların tədqiqi və araşdırılması nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu qəsdən sağlamlığa ağır zərər vurma cinayətini xüsusi amansızlıqla törətməsinə dair istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun deyil, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun həmin əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirərkən yuxarıda qeyd edilən sübutlarla yanaşı işin faktiki hallarına əsaslanmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurması faktı əsaslı şəkildə müəyyən edilsə də, ibtidai istintaq orqanı tərəfindən həmin xüsusata düzgün hüquqi qiymət verilməmiş, Zərərçəkmiş şəxs qardaşı Şahid1 gözü qarşısında sağlamlığına ağır zərər vurulması, cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət edən hal kimi qiymətləndirilmiş və bunun nəticəsi kimi Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurulmasında ifadə olunmuş cinayət əməli Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə tövsif edilmişdir. “Xüsusi amansızlığ”ın anlayışı “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında şərh edilmişdir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Qeyd edilən qərarın həmin müddəalarına və Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin mənasına görə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxs qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə cinayəti törətmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, eyni zamanda işin faktiki hallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, göstərilən cinayət hadisəsi törədilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, həmçinin sonuncunun qardaşı Şahid1 ümumiyyətlə tanımamış, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli törədilən zaman da Təqsirləndirilən şəxs Şahid1 zərərçəkmişin qardaşı olduğunu bilməmişdir. Cinayət işinin bütün faktiki halları ilə yanaşı, həmçinin Şahid1 da həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsla Şahid1 birbirilərini tanımamış və təqsirləndirilən şəxs Şahid1 zərərçəkmişin qardaşı olmasını bilməmişdir. Törədilmiş cinayət əməli zamanı zərərçəkmişin yaxın adamlarının yanında onlara xüsusi əzab verməkdə ifadə olunan xüsusi amansızlıq əlamətinin mövcud olub-olmaması təqsirkarın həmin hərəkətlərə yol verməsini dərk etməsindən və onun psixi münasibətindən asılı olduğu halda, təqsirkar həmin şəxsin ümumiyyətlə zərərçəkmişin qohumu olmasını bilmirsə, zərərçəkmişin hər hansı yaxın adamına əzab verilməsinin təqsirkar tərəfindən dərk edilməsi kimi cinayətin subyektiv cəhətinə dair əlamətin mövcudluğundan söhbət gedə bilməz. Göründüyü kimi, şəxsi münasibətlər zəminində baş vermiş qarşılıqlı münaqişə zamanı Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunan sağlamlığa ağır zərər vurma cinayətini törətməsi nəticəsində birmənalı olaraq zərərçəkmişə xəsarət yetirilmiş, lakin hadisə baş verən anda işin faktiki halları ilə onun özünün hərəkətləri ilə Şahid1 sonuncunun qardaşının qəsdən sağlamlığına ağır zərər vurmaqla əzab və iztirab verə biləcəyini görməsi və ya dərk etməsi ümumiyyətlə müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayətin bilavasitə törədilməsi zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun qardaşı Şahid1 yanında bıçaqla xəsarət yetirməsi sonuncuya iztirab vermək kimi niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində baş vermiş qarşılıqlı münaqişə zamanı zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurma niyyəti ilə tam əhatə olunmuş, onun həmin anda niyyətinin sadəcə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmaq olması yuxarıda göstərilən xüsusatlarla tam olaraq öz təsdiqini tapmışdır. Belə olan halda Təqsirləndirilən şəxs Şahid1 yanında zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmasının məhz zərərçəkmiş şəxsin yaxınına xüsusi iztirab vermək, yaxud zərərçəkmiş şəxsin yaxınlarına xüsusi iztirab yetirdiyini dərk edərək ona ağır xəsarət yetirmək kimi qiymətləndirilməsi və bununla da Təqsirləndirilən şəxs istər birbaşa, istərsə də dolayı qəsdlə cinayəti məhz xüsusi amansızlıqla törətməsi istisna olunur. Beləliklə də, sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə tövsif edilməsi barədə, yəni onun qəsdinin Zərərçəkmiş şəxs qardaşı Şahid1 gözləri qarşısında ona əzab verdiyini dərk etməklə zərərçəkmişin məhz xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır zərər vurmağa yönəlməsi ilə bağlı qənaəti- Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin dispoziyasına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə uyğun deyil. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun qəsdən sağlamlığına ağır zərər vurması ilə bağlı öz əməlinin mümkün ictimai təhlükəli nəticəsini qabaqcadan görmüş, bunu arzu etməklə, həmin ictimai təhlükəli nəticəyə münasibətdə onun birbaşa qəsdi mövcud olmuşdur ki, qeyd olunan əməl cinayət olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə əhatə olunur. Göstərilənlərdən başqa, məhkəmə araşdırması zamanı cinayət işi materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yanaşı, təqsirləndirilən şəxsin hərəkətləri eyni zamanda ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər olmaqla, onun hərəkətləri cəmiyyət və ictimai qayda əleyhinə, ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini törədərkən onun qəsdi zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmaqla yanaşı, həmçinin birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməsi- hadisənin insanların istirahət üçün gəldikləri restoranın yanında insanların sıx toplaşdığı ictimai yerdə törədilməsi, həmin yerdə təqsirləndirilən şəxsin təşəbbüsü ilə başlanan münaqişə zamanı nalayiq ifadələr işlədilərək zərərçəkmişə qarşı təqsirkar tərəfindən zor tətbiq edilib sağlamlığına ağır zərər vurması kimi cinayət əməlini insanların sıx olduğu və ictimai yer sayılan restoranın yanında törətməsi və həmin əməli törədərkən ətrafda olan şəxslərə məhəl qoymadan cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edərək, şəxsi münasibətlər zəminində zərərçəkmişin sağlamlığına ağır zərər vurmasını qabaqcadan görüb buna şüurlu surətdə yol verərək və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq törətdiyi xuliqanlıq hərəkətləri də onun əməllərində hərəkətverici amil rolunu oynamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, qalmaqal salmağa meyillilik motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli Qərardadında göstərilmişdir ki, “İctimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun”. Hazırki cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəmiyyətə açıqca hörmətsizlik göstərib ictimai qaydanı kobud şəkildə pozması ilə müşayiət edilən hərəkətləri ilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə onun qəsdən sağlamlığına ağır zərər vurarkən təqsirləndirilən şəxsin həmin hərəkətləri məhz xuliqanlıq motivindən irəli gəlmiş, təqsirləndirilən şəxsin ictimai yer sayılan restoranın yanında başladığı qalmaqalla və insanların gözləri qarşısında törətdiyi zorakı cinayət hərəkətləri ilə özünü bilərəkdən ictimai qaydaya qarşı qoymaqla və qalmaqal salmaqla, silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı həmçinin onu da qeyd edir ki, cinayət işinin materiallarından və iş üzrə dindirilmiş şəxslərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən qabaq tanışlarının dalaşdıqlarını bildikdən sonra həmin şəxsləri söhbətə çağırması, həmin şəxsləri toplayaraq ətrafdakılara özünün üstünlüyünü nümayiş etdirərək güya mübahisəni “həll etməsi”, kütləvi şəkildə insanların olduğu yerdə müstəsna şəxsiyyət olduğunu nümayiş etdirərək və həmin qeyri-qanuni hərəkətləri ilə bağlı mübahisənin yaranma səbəbi də onun törətdiyi cinayət əməlində xuliqanlıq motivinin olmasını bir daha təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3-cü maddələri ilə tam əhatə olunduğundan həmin maddələrlə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin əməli özünü müdafiə etmək məqsədilə törətdiyini bildirsə də, həm cinayət işinin materialları ilə, həm də məhkəmə baxışı zamanı dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur ki, onun qəsdən törədilmiş, qeyri-qanuni və ictimai təhlükəli əməli, yəni qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayətini törətməsini zəruri edən heç bir obyektiv səbəblər olmamış və törədilmiş cinayət əməli tam olaraq Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmuşdur. Məhkəmə eyni zamanda məhkəmə baxışı zamanı şahidlər Şahid1, Şahid4, Şahid3, Şahid8 verdikləri ifadələri ilə bağlı qeyd edir ki, onlar ibtidai istintaqdakından fərqli ifadələr versələr də, onların həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdikləri ifadələri və yuxarıda göstərilmiş digər sübutlarla Təqsirləndirilən şəxs cinayət əməli tamamilə sübuta yetirilmişdir. Şahid1 hadisə yerində olmaması, qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla vurmasının ona sonradan məlum olmasına dair, Şahid3 Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs vurması barədə, Şahid4 cinayəti dəqiq görmədiyi, sonradan taksi sürücülərindən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqlamasını eşitdiyinə dair, Şahid8 hadisəni görmədiyi, taksi sürücülərindən eşitməsi barədə məhkəmədə verdikləri ifadələrinin həmin hissələri ilə əlaqədar məhkəmə qeyd edilməsini zəruri hеsab еdir ki, onların ifadələrinin həmin hissələri cinayət işinin materialları, iş üzrə toplanmış digər sübutlar və cinayət işinin obyektiv halları ilə qarşılıqlı şəkildə müqayisə edilərkən onların məhkəmədə bildirdikləri ifadələrinin həmin hissələri öz təsdiqini tapmadığı müəyyən edilmişdir, odur ki, qeyd edilən şahidlərin ifadələrinin həmin hissələri mötəbər sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirildiyindən onun əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmişin səhhəti ilə bağlı dəymiş ziyanın ödənilməsini, həmçinin təqsirləndirilən şəxsin qardaşının Vətən müharibəsi iştirakçısı olmasını və müxtəlif medallarla təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır və az ağır cinayətlər törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1, 221.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 iyul 2023-cü il saat 23:45-dən 06 iyul 2023-cü il saat 17:15-dək, yəni 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan maddi sübutlar –Zərərçəkmiş şəxs məxsus qara rəngli şalvar və mavi qarışıq naxışlı uzunqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır, qəbul etmədikdə isə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki cinayət işi üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş Zərərçəkmiş şəxs məxsus qara rəngli şalvar və mavi qarışıq naxışlı uzunqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 31,50 (otuz bir manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar