Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-245/2025 10.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Rəhimov Müşfiq Rəhim oğlunun və ədliyyə müşaviri Qasımov Zaur Zabil oğlunun, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Qəhrəmanov Zabil Köçəri oğlunun və təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 21 mart 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu Nəbiağalı qəsəbəsində qeydiyyatda olmaqla, Gəncə şəhəri Natavan-2 qəsəbəsi, R.Ağakişiyev küçəsi ev 13-də yaşamış, hazırda Ədliyyə Nazirliyinin 2 saylı istintaq təcridxanasında saxlanılan - Qarayev Fərman Fərrux oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Qarayev Fərman Fərrux oğlu satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in I siyahısına və 2005-ci il 28 iyun tarixli 961-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların I-ci siyahısına əsasən, külli miqdarda, yəni 8,118 qram çəkidə narkotik vasitə hesab olunan heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin NMB-yə daxil olmuş məlumat əsasında 09 yanvar 2024-cü il tarixdə, saat 12:30-da Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Tağı Arani küçəsi, “Dubay” bazarı adlanan yerdə saxlanılaraq Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli şalvarın ön sağ cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülü təmiz çəkisi 8.118 qram narkotik vasitə hesab olunan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Qarayev Fərman Fərrux oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin ona məxsus deyil, 09.01.2024-cü il tarixdə saat 12:30-da işlədiyi Gəncə şəhəri, T.Arani küçəsi, “Dubay“ bazarının içərsində yerləşən “Saf” marketdə saxlanılmış və saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Bununla bağlı o, kamera görüntülərinin götürülməsi üçün müraciət etsə də, kamera görünütülərini verməmişlər. O, marketdə olan zaman tanımadığı şəxslər marketə gələrək onu çölə çağırmış və o, çölə çıxdıqda həmin şəxslər onu maşına əyləşdirərərək, Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. Gəncə şəhər BPİ-yə gətirilən zaman həmin şəxslər onu hansı səbəbdən saxladıqlarını bildirməmişlər və Gəncə şəhər Baş Polis İdarəsinə gəldikdə isə dindar olduğu üçün saxlanıldığını bildirmişlər. Daha sonra ona psixoloji təzyiq göstərərək sözügedən narkotik vasitənin ondan aşkar olunduğunu bildirməsini istəmişlər. Onu öyrədərək üzərinə videoçəkilişlə baxış həyata keçirilmiş, o da, psixoloji təzyiq göstərildiyi üçün polis əməkdaşlarının dediklərini etmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, ona Raul və Ənvər adlı polis əməliyyatçıları dindar olduğu üçün tutulduğunu bildirmişlər. Sözügedən narkotik vasitələri götürməyəcəyi təqdirdə onu alçaldacaqlarını və döyəcəklərini bildirdikləri üçün, narkotik vasitənin ona məxsus olduğunu etiraf etmək məcburiyyətində qalmışdır. Ona fiziki təzyiq olunmamış, lakin psixoloji təzyiqlər olunmuşdur. Onu Gəncə şəhəri, T.Arani küçəsi “Dubay” bazarı adlanan yerin içərisində yerləşən “Saf” marketdə saxlamışlar. Saxlayan zaman başının üzərində kamera olmuş və o tutulduqdan 1 gün sonra həmin kamera görüntülərini istəsə də, kamera görüntülərinin silindiyini bildirərək həmin görüntüləri ona verməmişlər. Həmçinin cinayət işinin materiallarında onun marketin künc tərəfində saxlanıldığı göstərilmişdir. Narkotik vasitələri tanımır, ona həmin narkotik vasitənin “kakos” olduğunu bildirmişlər. Barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə çıxan zaman özünü təqsirli bilməmiş, lakin ona 4 aydan sonra çıxacağını deyib aldatmışlar. Məhkəmədə narkotik vasitənin ona məxsus olub-olmaması soruşulduqda zibil qabının yaxınlığından tapdığını bildirmişdir. O, polis əməkdaşlarının onu öyrətdikləri kimi bildirmişdir. Onu saat 12:30-da tutmuşlar, saat 4-5 radələrində MSY-ə aparmışlar. Onu BPİ-yə gətirdikdən sonra təxmini saat 3-4 radələrində üzərinə baxış həyata keçirmişlər. Üzərinə baxış zamanı vəkil olmamışdır. Onu aşağı mərtəbəyə gətirdikdən sonra vəkili görmüş, lakin onu vəkillə görüşdürməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Musayev Raul Əyyar oğlu ifadəsində göstərmişdir ki, ötən ilin əvvəllərində, günorta radələrində Qarayev Fərman Fərrux oğlu tərəfimizdən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində dövlət hesabına müdafiəçi təyin olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələrini elan etdikdən sonra onun üzərinə baxış həyata keçirilmişdir. Qarayev Fərman Fərrux oğlunun üzərinə baxış zamanı üzərindən narkotik vasitə hesab olunan heroin aşkar edilmişdir. Aşkar olunmuş heroin təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra, şahid Raul Musayev məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs Qarayev Fərman Gəncə şəhəri, T.Arani küçəsi “Dubay“ bazarı adlanan yerin yaxınlığında küçədə hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində əməliyyat məlumatı Ənvər Rüstəmovun olmuş, saxlanılan zaman onun tərəfindən heç bir müqavimət göstərilməmiş və onlar tərəfindən də təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. Video çəkiliş zamanı təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etmiş və tapdığını bildirmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroin olmaqla, təxmini çəkisi 8 qram olmuşdur. Təqsirləndirilən şəxsin işlədiyi yeri tanımır, həmçinin onun işlədiyi yerə daxil olmamışlar. Təqsirləndirilən şəxsi saxlamağa göy rəngli “Niva” markalı avtomobil ilə getmişlər. Təqsirləndirilən şəxsin narkotik vasitənin ondan aşkar olunmadığını bildirməsi ilə bağlı xüsusat özünümüdafiə xarakteri daşıyır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxsin onun dindar olduğu üçün saxlanıldığını bildirməsi yalandır. Məhkəmə iclasında digər şahid qismində dindirilmiş Rüstəmov Ənvər Səməndər oğlu şahid Musayev Raul Əyyar oğlu ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09.01.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Qarayev Fərman Fərrux oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün 09.01.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 11.01.2024-cü il tarixli 4(125)-11/2024 saylı qərarından görünür ki, Qarayev Fərman Fərrux oğlunun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 09.01.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 07.05.2024-cü il tarixli 4(125)-133/2024 saylı qərarından görünür ki, Qarayev Fərman Fərrux oğlunun həbsdə saxlanılması müddəti 03 (üç) ay müddətinə, yəni 09 may 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 yanvar 2024-cü il tarixli “video diskə baxış keçirilməsi haqqında” protokol və əlavə edilmiş DVD diskdən görünür ki, şübhəli şəxs Qarayev Fərman Fərrux oğluna saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdən sonra Fərman Qarayev əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd şeffaf sellofan kəsiyinə bükülmüş bükümü təqdim etmiş, narkotik vasitə olan “kakos” kimi tanıdığı heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını, həmin bükümü 09 yanvar 2024-cü 11 tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığından zibil qutusunun yaxınlığından yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş,qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu sual zamanı saxlanıldığı vaxt və sonrakı müddətdə zorakılıq halları baş verməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2024-cü il tarixli 16/36 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Qarayev Fərman Fərrux oğlunun üzərindən aşkar edilmiş kütlə” sözləri yazılı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf selofan torbacıqda təmiz çəkisi 8.118 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1ci siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2024-cü il tarixli 124 nömrəli rəyindən görünür ki, Qarayev Fərman Fərrux oğlunda narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına 05 mart 2024-cü il tarixli, 3-13-57/1-1851/24 saylı cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Qarayev Fərman Fərrux oğlunun həmin narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda bir sıra əməliyyat məlumatları olmuş, lakin onun narkotik vasitə və psixotrop maddəni satdığı şəxsləri müəyyən edib dindirilməsi üçün istintaqa təqdim etmək mümkün olmamış, eyni zamanda 09.01.2024-cü il tarixdə saat 12:30-da Gəncə şəhəri, T.Arani küçəsi, “Dubay” bazarı adlanan yerin arxa girişində hər hansı müşahidə kamerasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz şəhər xidmətinə verilmiş sorğunun cavabında göstərilmişdir ki, Gəncə şəhəri, T.Arani küçəsi, “Dubay” bazarı adlanan yerin arxa girişində Təhlükəsiz şəhər xidmətinə məxsus videonəzarət kamerası quraşdırılmadığından 09.01.2024-cü il tarixdə hər hansı görüntü əldə etməyin mümkün olmadığı bildirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 mart 2024-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qarayev Fərman Fərrux oğlunun üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş “Samsung” markalı mobil telefonuna baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən 15.02.2024-cü il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Qarayev Fərman Fərrux oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 01.05.2024-cü il tarixli 1751 nömrəli arayışdan görünür ki, Qarayev Fərman Fərrux oğlu Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış 02.05.2024-cü il tarixli 4181 nömrəli arayışdan görünür ki, Qarayev Fərman Fərrux oğlu Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20.05.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Qarayev Fərman Fərrux oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8.018 qram olan narkotik vasitə heroin, həmçinin cinayət işinə əlavə edilmiş 09 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Qarayev Fərman Fərrux oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxs Fərman Qarayevin məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması, ondan aşkar olunan narkotik vasitənin polislər tərəfindən üzərinə qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Fərman Qarayevin özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, videoçəkilişdən istifadə olunmaqla üzərinə keçirilmiş “şəxsi axtarış və baxış keçirilməsi haqqında” protokol, iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğlu 10.01.2024-cü il tarixində ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti aydındır və özünü həmin cinayət hadisəsində qismən təqsirli bilir. Ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərə bilər ki, o, yuxarıda göstərilən ünvanda yaşayır. O, 2022-ci ilin yanvar ayından Gəncə şəhəri, T.Arani küçəsində yerləşən “Dubay” bazarında yerləşən “Saf” marketdə satıcı işləyir. 09.01.2024-cü il tarixdə səhər saat 09 radələrində işə gələn zaman yaşadığı Gəncə şəhəri, R.Ağakişiyev küçəsində zibil qutusunun yanında yerdən bir büküm tapmışdır. Həmin bükümü açanda o, həmin bükümün “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu başa düşüb götürmüşdür. Bundan sonra o, işə gəlmişdir. İşdə olarkən saat 12:30 radələrində o, işlədiyi marketdən çıxıb bazarın qarşısına çıxmışdır. Gəncə şəhəri, T.Arani küçəsində “Dubay” bazarının qarşısında olarkən 2 nəfər tanımadığı mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında olan inzibati otaqların birində onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuş. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O da, onlara üzərində olan göy rəngli şalvarın ön sağ cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan kütləni və üzərində olan qara rəngli qısaqol gödəkçənin ön sağ cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Həmin kütlənin içərisində narkotik vasitə olan heroin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 8.52 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlənin “kakos” olduğunu və ona məxsus olduğunu, həmin bükülünü yaşadığı Gəncə şəhəri, R.Ağakişiyev küçəsində zibil qutusunun yanından yerdən tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını, həmin bükülüdən istifadə etmədiyini, başqa yerdə saxlamadığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, sonra zərfə qoyularaq 91 saylı möhürlə möhürlənmişdir. Həmçinin təqdim etdiyi “Samsung” markalı mobil telefon istintaq üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təstiq etmişlər. İbtidai istintaq zamanı izahatına əlavə olaraq, Qarayev Fərman Fərrux oğlu bildirmişdir ki, onun digər yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla dövriyyəsi qadağan edilmiş əşyası yoxdur, o həmin narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxlamış, onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satmaq niyyəti olmamışdır. Eyni zamanda məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Musayev Raul Əyyar oğlu və Rüstəmov Ənvər Səməndər oğlu ifadələrində Fərman Qarayevin məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən Fərman Qarayevə qarşı heç bir psixoloji təzyiq olunmadığını bildirmişlər. Məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2024-cü il tarixli 124 nömrəli rəyindən görünür ki, Qarayev Fərman Fərrux oğlu narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Bundan başqa 10 yanvar 2024-cü il tarixli “video diskə baxış keçirilməsi haqqında” protokol və əlavə edilmiş DVD diskdən görünür ki, şübhəli şəxs Qarayev Fərman Fərrux oğluna saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdən sonra Fərman Qarayev əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd şeffaf sellofan kəsiyinə bükülmüş bükümü təqdim etmiş, narkotik vasitə olan “kakos” kimi tanıdığı heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını, həmin bükümü 09 yanvar 2024cü 11 tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığından zibil qutusunun yaxınlığından yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş,qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu sual zamanı saxlanıldığı vaxt və sonrakı müddətdə zorakılıq halları baş verməmişdir.Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Qarayev Fərman Fərrux oğlunun məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin izahatının işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Qarayev Fərman Fərrux oğlunun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Qarayev Fərman Fərrux oğlunun qanunsuz olaraq əldə edib, saxladığı ümümi təmiz çəkisi 8.018 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə vurğulayır ki, istər iş üzrə aparılmış ibtidai araşdırma zamanı istərsə də, məhkəmə istintaqı zamanı Qarayev Fərman Fərrux oğlunun yuxarıda qeyd olunan narkotik vasitə olan heroini satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Həmçinin verilmiş əməliyyat tapşırığına 05 mart 2024-cü il tarixli, 3-13-57/1-1851/24 saylı cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Qarayev Fərman Fərrux oğlu həmin narkotik vasitə heroini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda bir sıra əməliyyat məlumatları olmuş, lakin onun narkotik vasitə və psixotrop maddəni satdığı şəxsləri müəyyən edib dindirilməsi üçün istintaqa təqdim etmək mümkün olmamışdır. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Qarayev Fərman Fərrux oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Fərman Qarayevin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Fərman Qarayevin heroini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Odur ki, şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin külli miqdarda olmasını ehtimal edib, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Qarayev Fərman Fərrux oğlunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmənin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha vurğulayır ki, təqsirləndirilən şəxs Fərman Qarayevin külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması nə birbaşa və nə də dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Fərman Qarayevin sözügedən narkotik vasitəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, videoçəkilişdən istifadə olunmaqla üzərinə keçirilmiş şəxsi axtarış və baxış keçirilməsi haqqında protokoldan, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğlunun əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğlunun cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, həmçinin həmin qanuna əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, yəni külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Qarayev Fərman Fərrux oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Qarayev Fərman Fərrux oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Qarayev Fərman Fərrux oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğlunun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğluna törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğlunun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Qarayev Fərman Fərrux oğlunun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Qarayev Fərman Fərrux oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Qarayev Fərman Fərrux oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2024-cü il tarixli 124 nömrəli rəyində göstərilmişdir ki, Qarayev Fərman Fərrux oğlu narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09.01.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Qarayev Fərman Fərrux oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün 09.01.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 11.01.2024-cü il tarixli 4(125)-11/2024 saylı qərarından görünür ki, Qarayev Fərman Fərrux oğlunun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 09.01.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 07.05.2024-cü il tarixli 4(125)-133/2024 saylı qərarından görünür ki, Qarayev Fərman Fərrux oğlunun həbsdə saxlanılması müddəti 03 (üç) ay müddətinə, yəni 09 may 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək uzadılmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Qarayev Fərman Fərrux oğlunun həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 09.01.2024-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut olan və Qarayev Fərman Fərrux oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8.018 qram olan narkotik vasitə olan heroin Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, həmçinin cinayət işinə əlavə edilmiş 09 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Qarayev Fərman Fərrux oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, Qarayev Fərman Fərrux oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8.018 qram olan narkotik vasitə heroin məhv edilməli, həmçinin cinayət işinə əlavə edilmiş 09 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirlərindən sonra Qarayev Fərman Fərrux oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiya” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğlunun hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Qəhrəmanov Zabil Köçəri oğlu həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğluna göstərilmiş 42 (qırx iki) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi Qəhrəmanov Zabil Köçəri oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməldir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğlunun maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Qarayev Fərman Fərrux oğlu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Qarayev Fərman Fərrux oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğluna göstərilmiş 42 (qırx iki) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Qəhrəmanov Zabil Köçəri oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, Qarayev Fərman Fərrux oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8,018 qram narkotik vasitə olan heroin məhv edilsin, həmçinin cinayət işinə əlavə edilmiş Qarayev Fərman Fərrux oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs Qarayev Fərman Fərrux oğlundan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-245/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-245/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver