Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-246/2020 29.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Bərdə rayonunun Xanərəb kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonunun Xanərəb kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla tutulanadək Bərdə rayonunun Şərəfli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 16:00 radələrində Bərdə rayonunun Şərəfli kəndində yerləşən fermada qohumu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs yaxın qohumu olan oğlu Şahid7 yanında xüsusi əzab verməklə qarın nahiyəsindən ön hissəsindən bir dəfə və sol nahiyəsindən iki dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs qarının sol ön divarından daxilə keçən bir ədəd, sol yan divarından daxilə keçməyən iki ədəd kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bərdə rayonu, Şərəfli kəndində yaşayır. Zərərçəkmiş Zərərçəkmiş şəxs onun qohumudur. Məzahirin Bərdə rayonunun müxtəlif ərazilərində obyektləri, eyni zamanda Şərəfli kəndində yerləşən ferması vardır. Həmin fermaya Məzahirin oğlu Şamil nəzarət edir. 2020-ci ilin may ayının ortalarında Şamil ondan onlara məxsus olan fermada saxlamaq üçün it istəmişdir. O, da, özündə olan iti Şamilə satmaq qərarına gəlmişdir. Şamil ona məxsus olan adını “koba” qoyduğu itə gəlib baxmışdır. O, Şamilə həmin itə görə 300 manat pul istəmiş, həmin pula iti Şamilə satmışdır. xx xxx 2020-ci il tarixdə Şamil onun mobil nömrəsinə zəng vuraraq, itin açılıb getməsini demişdir. O, Şamilə itin qapıya gəlmədiyini demişdir. O, buna görə də, itin Bərdə rayonu, Piyadalar kəndinin örüş yerində kürsəyə gəldiyi üçün həmin yeri axtarmağa başlamışdır. Həmin gün günorta saatlarında Bərdə rayonu, Piyadalar kəndinin örüş sahəsindən iti tapmışdır. O, iti tapandan sonra tanışı Ağdam rayonu, “Dördyol” qəsəbəsində yaşayan Pənah adlı şəxsə saxlaması üçün vermişdir. xx xxx 2020-ci il tarixdə o, Şamillə məxsus fermada görüşüb iti tapdığını demişdir. Şamil isə ona qonaqlıq verəcəyini bildirmişdir. O, Şamili iti gətirmək üçün gözləmişdir. Şamil isə onunla iti gətirmək üçün onun yanına gəlməmişdir. O, Şamilin mobil nömrəsinə zəng vursa da Şamil mobil telefona cavab verməmişdir. Həmin gün saat 21 radələrində Pənahın mobil nömrəsindən onun mobil nömrəsinə zəng gəlmişdir. O, Pənahla mobil telefonla danışan zaman onun yanına bir nəfər adamın gəlməsini, iti aparmaq itəmisini demişdir. O, həmin adamın adının nə olmasını soruşanda Pənah ona həmin adamın adının Şamil olmasını bildirmişdir. O da Pənaha həmin iti gələn Şamil adlı oğlana verməsini itin yiyəsinin Şamil olmasını demişdir. Şamil həmin iti Pənahdan götürmüş, bildiyinə görə Pənah həmin iti həkimə aparıb 50 manat xərclədiyi üçün Şamildən 50 manat pul almışdır. Bundan sonra xx xxx 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Bərdə rayonu Şərəfli kəndində olan evdə yatan zaman əmisi Dilafət onu çağırmış, Əmiş əmisinin onu təcili çağırması barədə məlumat vermişdir. Buna görə də Əmiş əmisinə zəng edib nə olduğunu soruşan zaman Əmiş əmisi ona Məzahirin onunla işi olmasını və təcili Məzahirin fermasına gəlməli olduğunu demişdir. O, Dilafət əmisiylə Əmiş əmisinə məxsus olan “VAZ-2107” markalı ** CK *** dövlət nömrə nişanlı avtomobillə Məzahirin fermasına getmişlər. O, Dilafət əmisiylə fermaya çatmış, həmin vaxt Əmiş əmisi və Abbas əmisi orada olmuşlar. Məzahir Əmiş əmisinə “siz kənarda durun mənim Orxanla şəxsi işim var” demişdir. Əmiş traktorun yanında qalmış, o və Məzahir digər traktorun yanına keçmişlər. Arxasıyla isə Şamil və Şamilin yanında olan bir nəfər adam gəlmişdir. Məzahir ona: “sən qudurmusan ki, mənim oğlumu başına beş nəfər də yığıb hədələtdirirsən?” demişdir. O da Məzahirə “sən nə danışırsan? Hədələmək nədi? Elə bir şey olmayıb” deyə cavab vermişdir. Bu zaman Məzahir onu sillə ilə burnundan vurmuşdur. Məzahir onu sillə ilə vurandan sonra, ona: “çox sağol əmi, hörmətin artıq olsun” demişdir. Bu zaman Şamil də yumruqla ağız nahiyəsindən vurmuşdur. Şamil onun boynundan tutmuş, sonra isə Məzahir onu yumruqla bir dəfə sifətinin sol tərəfindən vurmuş, özü yerə yıxılmışdır. O, yerdə olan zaman Şamil onun üstünə gələrək, onun boynundan tutmuşdur. O, yerə əyilən zaman orada bıçaq olmasını görmüş, bıçağı götürüb, özünü müdafiə etmək üçün Şamilə və atası Məzahirə tərəf atmış, həmin bıçağın kimə dəyməsini bilməmişdir. Həmin vaxtı Məzahir oğlu Şamilə “bəsdi burax” deymişdir. Çünki Şamil onun boynundan tutmuş və o başı aşağı vəziyyətdə olmuşdur. O, bıçağı atandan sonra Məzahir onu buraxmış, Şamil də geriyə çəkilmişdir. Şamil və Məzahir hər ikisi onun boynunu buraxmış, o, çəkiləndən sonra Məzahir yaralandığını onu həkimə aparmaq üçün adam çağırmasını eşidəndə atdığı bıçaqların Məzahirə dəyməsini bilmişdir. Məzahir öz sürücüsü ilə oradan çıxıb getmiş, o da piyada öz evinə getmişdir. Sonradan isə polislərin onu axtardığını eşitmiş, özü polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, Məzahiri vurduğu bıçağı hadisə yerindən traktorun yaxınlığında götürmüş, həmin bıçaq balaca mətbəx bıçağı olmuşdur. Məzahiri bıçaqla vuran zaman onun yanında əmiləri Dilafət, Abbas, Əmiş, Şamilin yanına olan oğlan, adlarını bilmədiyi işçilər olmuş, Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi özünü müdafiə etmək olmuş, həmin vaxtı onu Məzahir və Şamil vurduğu üçün özünü müdafiə etmək istəmişdir. O, oradan tapdığı bıçağı da Məzahir və Şamilə tərəf atmışdır, bıçağın kimə dəyməsini, necə dəyməsini isə bilməmiş, çünki onun boynunu Şamil tutduğu üçün bıçağın kimə tərəf getməsini görməmişdir.O, Məzahirə tərəf bir neçə dəfə bıçaq atandan sonra Məzahir geri çəkilmiş, yenidən ona doğru bıçaqla vura bilməyə imkanı olsa da geri çəkilmişdir. Məzahiri bıçaqla vurmağını heç kim bilməmiş, həmin vaxt Məzahir araya girdiyi üçün bıçaq vurandan sonra Şamilin əlindən çıxmış, Məzahir qışqıraraq, bıçaqla vurulduğunu deyib, xəstəxanaya aparılmasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sərdar və Şamil onun oğlanlarıdır. Onun Bərdə rayonunun Şərəfli kəndində yerləşən ferması vardır. Həcər adlı ögey baldızı vardır. X10 və Orxan adlı oğlanları vardır. Həmin fermada saxlaması üçün o, Orxandan it almışdır. xx xxx 2020-ci il tarixdə o, həmin itin fermada olmadığını görmüşdür. Bundan sonra oğlu Şamil iti axtarmağa başlamışdır. xx xxx 2020-ci il tarixdə oğlu Şamil ona zəng edərək həmin itin Ağdam rayonunun «Dördyol» qəsəbəsində yaşayan Pənah adlı şəxsdə olduğunu bildirmişdir. Pənah isə həmin iti Orxan adlı şəxsdən yəni, Həcərin oğlu Orxandan aldığını bildirmişdir. O, həmin iti Orxanın aparmasını biləndən sonra Orxanın əmisi Əmişə zəng edərək Orxanın Şamilə məxsus iti aparıb Ağdam rayonu, «Dördyol» qəsəbəsində satmasını demiş, Əmiş isə Orxandan bezdiyini, Orxanın onu eşitmədiyini, buna görə də xəcalət çəkdiyini, utandığı üçün bir söz deyə bilməyəcəyini bildirmişdir. Həmin gün axşam həmkəndliləri Şəminin oğlu Asif oğlu Şamilə zəng edərək Orxanla işinin olmasını demişdir. Bundan sonra o, Şəmi ilə danışıb Asifin bu işə nə üçün qarışdığını, Şəmi isə ona 5 dəqiqə sonra oğlu ilə danışdıqdan sonra zəng edəcəyini demişdir. Bir neçə dəqiqə keçəndən sonra Şəmi ona zəng edərək oğlu Asifin Şamilə zəng etdiyini təsdiqləmiş və Orxanın Asifin yanına gəlməsini, kömək istəməsini bildirmişdir. xx xxx 2020-ci il tarixdə saat 13 radələrində o, Orxanın əmisi Əmişə zəng edib Orxanla görüşüb bu işləri qutarmasını, əvvət atının, sonra isə həmin itini oğurlamasını bildirmişdir. Əmiş də, ona heç bir problem olmadığını və narahat olmamasını demişdir. O, isə həmin gün günortadan sonra ona məxsus fermada görüşməklərini bildirmişdir. Təxminən saat 16 radələrində Əmişlə ona məxsus fermanın yaxınlığında görüşmüşdür. O, Əmişlə söhbət edən zaman Orxanı fermaya çağırmasını demişdir. Həmin vaxt Əmiş qardaşı Dilafətin mobil nömrəsinə zəng edərək Orxanı həmin fermaya gətirməsini bildirmişdir. Bundan sonra o, Əmişlə birlikdə ona məxsus fermaya gedən zaman oğlu Şamilə arxasınca gələməsini demişdir. Onlar yolda olan zaman Dilafətlə Orxanın birlikdə ona məxsus avtomobilin arxasınca gəldiyini görmüşdür. Onlar fermada olan zaman Orxanı yanına çağırmış, Orxan da, onun yanına gəldikdən sonra Orxana ondan əl çəkməsini, hər dəfə gəlib bir şey oğurladığını, şərəfinin və şəxsiyyətinin olmasını bildirmişdir. Həmin vaxt Orxan ona kobud cavab verərək «sənin mənimlə nə işin» sözünü və işlərinə qarışmamasını, işi ilə məşğul olamasını ona bildirmişdir. Buna görə də, o, əsəbləşib Orxanın sifət nahiyəsindən bir sillə vurmuşdur. Orxan isə onun ünvanına söyüş söyüb üzərinə gələn zaman oğlu Şamil araya girib Orxanı itələmişdir. X23 əl-bəyaxa olan zaman o, araya girib Şamilə Orxanı buraxmasını deyən zaman sol yan tərəfindən nəsə dəydiyini hiss etmişdir. Həmin vaxt o, yumruq dəyməsini zənn etmiş, lakin sonradan bıçaqla Orxanın onu vurmasını bilmişdir. Bundan sonra o, sürücüsü Fərmana təcili onu xəstəxanaya aparmasını bildirmişdir. Həmin vaxt o, oğlu Şamilə arxasınca gəlməsini demişdir. Daha sonra o, Bərdə Mərkəzi rayon xəstəxanasına gedərək tibbi yardım almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid7 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Yeni Bakı küçəsi, nömrəsiz evdə yaşayır. Zərərçəkmiş şəxs onun atasıdır. Atası Məzahir “xxxxxxxxx” MMC-nin icraçı direktorudur. Onlara məxsus Bərdə rayonunun Şərəfli kəndində yerləşən ferma vardır. Həmin fermada o, özünə məxsus iri və xırda buynuzlu heyvanları saxlayır. O, həmin fermada heyvanları qoruması üçün çoban itləri vardır. Onun Orxan adlı ögey xalası oğlu vardır. Orxan ona təxmin may ayının ortasında bir ədəd çoban itini 300 (üç yüz) manata satmışdır. Həmin itin adı “Qoba”dır. Həmin iti saxlamaq üçün o, özünə məxsus fermaya aparmışdır. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində ona məxsus olan fermada çoban işləyən Habil ona zəng edərək Orxanın satdığı itin açılmasını bildirmişdir. O, dərhal Bərdə şəhərindən qeyd olan fermaya getmişdir. Orada olan zaman həmin iti ögey xalasıoğlu Orxanla birlikdə axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra dostu həmin itin itməsi barədə məlumat vermiş və itin tapılması üçün şəklini Kamala göndərmişdir. xx xxx 2020-ci il tarixdə Orxan onun mobil nömrəsinə zəng edərək həmin itin tapılması üçün uşaqlara 60 manat pul verməsini və uşqalar da, həmin iti tapıb ona verəcəklərini bildirmişdir. O, da, Orxanla razılaşaraq, gözləməsini, həmin pulu verəcəyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra Kamal onun mobil nömrəsinə zəng edərək Orxanın ona satdığı itin Ağdam rayonu, “Dördyol” qəsəbəsində bir nəfərə 150 manata satdığını bildirmişdir. O, Kamaldan həmin yeri tanıyıb-tanımamasını soruşmuş, Kamal isə ona həmin yeri tanıdığını demişdir. Bundan sonra o, Kamalı Bərdə rayonu, Xanərəb kəndindən götürüb, Ağdam rayonu “Dördyol” qəsəbəsinə getmişdir. Yolda olan zaman Kamal həmin iti alan şəxsin mobil nömrəsinə zəng vurub harada olmasını soruşmuş, həmin şəxs isə qəsəbədə yerləşən kafedə olduğunu bildirmişdir. O, Kamall birlikdə həmin kafeyə daxil olduqdan sonra həmin şəxsin adının Pənah olmasını bilmişdir. Kamal Pənaha itin şəklini göstərən zaman Pənah həmin şəkildəki iti tanıyaraq, itin onda olmasını bildirmişdir. O, Pənahdan iti haradan əldə etməsini soruşmuş, Pənah isə həmin iti Bərdə rayonu, Şərəfli kəndində yaşayan Orxan adlı şəxsdən aldığını bildirmişdir. O, həmin iti neçəyə almasını soruşmuş, Pənah iti 150 manata aldığını, pulun 50 manatını verdiyini, qalan 100 manatını isə borclu qaldığını bildirmişdir. O, Orxanın iti hansı avtomobillə gətirməsini soruşmuş, Pənah isə həmin iti krem rəngli “VAZ-2107” minik markalı avtomobillə gətirməsini bildirmişdir. Bundan sonra o, Pənaha Oraxana zəng edib yanlarına çağırmasını demişdir. Pənah da, Orxana zəng edib telefonun səsini mikrofon rejiminə qoymuş, həmin vaxt Pənah Orxandan itin oğurluq olduğunu və bir nəfərin itin arxası ilə gəlməsini demiş, Orxan kimin gəlməsini soruşan zaman, Pənah Şamil adlı şəxsin gəldiini bildirmişdir. X11 pulu qaytarmasını və iti aparmasını bildirmişdir. Buna görə də, o, Pənaha 50 manat pul verib, həmin iti götürüb fermaya gedən zaman atası Məzahir ona zəng edərək harada olduğunu soruşmuş o, isə bu barədə atasına məlumat vermişdir. Bundan sonra özünə məxsus ferma istiqamətində avtomobili ilə hərəkətdə olan zaman Orxanın əmisi Əmiş onun avtomobilini saxladaraq atası Məzahirin zəng etdiyini, bu barədə məlumatının olduğunu, Orxanla görüşüb söhbət edəcəyini, onun Orxana heç bir söz deməməsini bildirmişdir. O, isə Əmişlə razılaşıb Orxana heç bir söz demeyəciyini demişdir. Bundan sonra o, həmin iti fermaya qoyaraq, yaşadığı evə getmişdir. xx xxx 2020-ci il tarixdə o, Bərdə rayonu, Şərəfli kəndində yerləşən fermasına getmişdir. Həmin gün saat 16 radələrinə kimi fermada olduqdan sonra yaşadıfğı evə gedən zaman atasının avtomobilinin fermaya doğru getdiyini görmüşdür. Həmin vaxt avtomobili atasının sürücüsü Fərman idarə etmişdir. Buna görə də, o, yenidən fermaya getmişdir. Həmin vaxt atası avtomobildən düşdüyünü, atasının avtomobilin arxası ilə isə Əmiş özünə məxsus “VAZ-2107” minik markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomobillə gəldiyini görmüşdür. X18 əmisi Abbasın yolla mal-qara aparmasını görüb fermaya çağırmışdır. Həmin vaxt orada Əmiş, Əmişin qardaşı Dilafət və Abbas olmuşdur. X21 keçən dəfə atı oğurladığını, indi isə iti oğurlaması barədə iradını bildirmişdir. Orxan isə «nə deyirsən e mənlik deyil» sözlərini deyən zaman atası həmin vaxt Orxanın sifət nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Orxan isə söyüş söyə-söyə Əmişə məxsus avtomobilə tərəf getmişdir. Həmin vaxt o, Orxana söyüş söyməməsini, əgər başqası olsaydı itin yerinə bağlayacağını bildirmişdir. Həmin vaxt Orxan onun sinəsindən bir dəfə əli itələmişdir. O, da, bir dəfə yumruqla Orxanın ağız nahiyəsindən vurmuşdur. Onlar əlbəya olan zaman Orxanın boynundan tutaraq aşağı tərəf əymiş, həmin vaxt atası Məzahir onlara tərəfə gələrək, aralaşdırmaq istəyən zaman Orxan qəflətən bıçağı çıxardıb, atasına tərəf bir-neçə dəfə bıçaq atmışdır. O, Orxanın atasından aralanmadığını, atasına dalbadal bıçaq vurmasını görüb, Orxanın sol gözündən bir dəfə yumruqla vurmuş, Orxan isə arxaya tərəf gedərək yıxılmışdır. Orxan yerdən qalxıb, əlində bıçaq onun üstünə gələn zaman Orxanın əmisi Abbas aralaşıdırıb avtomobilə tərəf aparmışdır. Atası isə qarın nahiyəsinə baxıb paltarının qarşı tərəfinin qanamasını görüb, xəstəxanaya aparmağını demişdir. Həmin vaxt Orxanın vurduğu bıçağın atasına dəyməsini bilmişdir. Bundan sonra atasının sürücüsü Fərman atasını avtomobilə mindirib xəstəxanaya aparmışdır. O, da özünə məxsus “VAZ-2121” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu, Mərkəzi xəstəxanasına getmişdir. Həmçinin o, ifadəsində göstərmişdir ki, Orxan atası Məzahiri bıçaqla vuran zaman orada o, atasının sürücüsü Fərman, Orxanın əmiləri, Əmiş, Abbas, Dilafət, çobanı Habil, dostu Bəhruz olmuşdur. Lakin dostu Bəhruz həmin vaxt ona məxsus avtomobildə oturmuşdur. Hadisə təxminən 1-2 dəqiqə davam etmiş, Orxan başı aşağı əyili vəziyyətdə atasına tərəfə qarın və sol yan tərəfindən bıçaqla vurulmasını görmüşdür. Orxanın əlində olan bıçaq mətbəx bıçağı olmuş, həmin bıçağı əlində tam tutduğu üçün əlamətlərini dəqiq görə bilməmişdir. Orxan həmin vaxt ona hər hansı bir xəsarət yetirməmişdir. Orxan atasına oğurluq etməməsini, həmçinin kobud cavab vediyi üçün atası Məzahir bir dəfə sillə ilə Orxanı vurmuşdur. Orxan atası Məzahiri bıçaqla vuran zaman o, Orxanı yumruqla vurmasaydı, atasına vurduğu bıçaq zərbələrini dayandırmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Şərəfli kəndində yaşayır. Ailədə 4 qardaş, o, Abbas, Dilafət və Zəfər olmuşdur. Zəfər 1996-cı ildə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Zəfərin iki oğlu vardır. Onlardan birinin adı Orxan, digərinin adı isə İbrahimdir. Orxan Bərdə rayonu, Şərəfli kəndində yaşayır. İbrahim isə Rusiya Federasiyasında yaşayır. Orxanın Ceyran adlı xalası vardır və Məzahir adlı şəxsin həyat yoldaşıdır. xx xxx 2020-ci il tarixdə Məzahir onun mobil nömrsinə zəng vuraraq, oğlu Şamilin Orxandan it almasını, həmin itin itməsini, Orxanın həmin itdən xəbəri olub-olmamasını demiş, o, isə Orxanın onu eşitmədiyini, nə edəcəyini dəqiq bilmədiyini bildirmişdir. Bundan sonra həmin günün axşamı Məzahir mobil telefon vasitəsi ilə onunla danışan zaman Orxanın oğlu Şamilə məxsus olan iti oğurlayıb, Ağdam rayonu “Dördyol” qəsəbəsində satmasını demişdir. O, Məzahirə «Allah Orxana lənət eləsin», yanında pis olduğunu, Orxanın heç kimi saymadığını, bir söz tapıb deyə bilməyəcəyini demişdir. xx xxx 2020-ci il tarixdə saat 13 radələrində Məzahir onun mobil nömrəsinə zəng vuraraq, təxminən 2 saatdan sonra Bərdə rayonu, Şərəfli kəndində yerləşən fermada görüşməklərini, Orxan barəsində işi olacağını demişdir. Təxminən saat 15 radələrində həmin kəndin ərazisində yerləşən fermada pambıq sahəsini suvaran zaman Məzahir onun yanına gəlmişdir. O, Məzahirlə görüşdükdən sonra Orxanla görüşüb bir-neçə məsələni araşdırmaq istədiyini demişdir. O, qardaşı Dilafətin mobil nömrəsinə zəng vuraraq, Orxanı götürüb, fermaya gətirməsini demişdir. Dilafətlə danışan zaman Məzahir mobil telefonu onun əlindən alaraq, Dilafətə Orxanı gətirməsini və işi olacağını demişdir. Təxminən 20 dəqiqə keçəndən sonra o, Məzahirlə birlikdə Məzahirə məxsus avtomobillə Bərdə rayonu, Şərəfli kəndində yerləşən fermaya getmişdir. Onlar ferma yolunda olan zaman Dilafətin ona məxsus “VAZ-2107” minik markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomobillə gəlməsini görmüşdür. Məzahir Dilafətə avtomobili həmin fermaya sürməsini demişdir. Onlar fermada olan zaman Məzahirin oğlu Şamil də, gəlmişdir. Həmin vaxt Məzahir Orxanı yanına çağırıb işi olduğunu və oğlu Şamillə birlikdə fermanın içərisində yerləşən traktorların yaxınlığına getmişdir. Həmin vaxt onlar kənarda olduqları üçün nə danışmalarını eşitməmişdir. Buna görə də, traktorun arxa tərəfində olduqları üçün Orxanın nə etməsini görməmişdir. Lakin Orxanın “məni bura döydürmək üçün gətirmisiniz deyə qışqırmasını” eşitmişdir. Həmin vaxt qardaşı Abbas da, həmin fermaya gəlmişdir. O, Şamilin Orxanı bir dəfə yumruqla vurduğunu və bir-birilərini tutub yaxalaşdıqlarını görmüşdür. Həmin vaxt Şamil Orxanın boynundan tutmuşdur. Məzahir və Abbas araya girib araşaldırmaq istəyən zaman, Məzahirin «məni bıçaqla vurdu, məni tez xəstəxanaya aparın» səsini eşitmişdir. Bundan sonra Məzahiri gəlmiş olduğu avtomobilinə əyləşdirib xəstəxanaya yola salmışdır. O, isə qardaşı Dilafətlə birlikdə yaşadıqları evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Şərəfli kəndində yaşayır. Ailədə 4 qardaş, o, Abbas, Dilafət və Zəfər olmuşdur. Zəfər 1996-cı ildə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Zəfərin iki oğlu vardır. Onlardan birinin adı Orxan, digərinin adı isə İbrahimdir. Orxan Bərdə rayonu, Şərəfli kəndində yaşayır. İbrahim isə Rusiya Federasiyasında yaşayır. Orxanın Ceyran adlı xalası vardır və Məzahir adlı şəxsin həyat yoldaşıdır. xx xxx 2020-ci il tarixdə, saat 16 radələrində özünə məxsus mal-qaranı otarmaq üçün əkin sahəsinə aparan zaman həmkəndlisi Məzahirin fermasının yanından keçəndə səs-küy gəldiyini eşitmişdir. O, fermanın həyətinə keçdikdən sonra Orxanın üzündə qan olduğunu görmüşdür. Həmçinin Məzahirin də, qarın nahiyəsində qan olduğunu görmüşdür. Həmin vaxt o, Məzahirə kömək edib Məzahirə məxsus avtomobilə mindirmişdir. Daha sonra isə o, Orxanla Şamilin yenidən dalaşmaq istədiklərini görüb, Orxanın yenidən Şamilin üstünə getməsinə imkan verməmişdir. Bundan sonra Məzahir avtomobili ilə xəstəxanaya getmişdir. Orxan isə piyada fermadan çıxıb yaşadığı kəndə tərəf getmişdir. O, isə özünə məxsus mal-qarasını otarmağa getmişdir. Dilafətlə Əmiş avtomobilə minərək yaşadıqları kəndə tərəf getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Şərəfli kəndində yaşayır. Ailədə 4 qardaş, o, Abbas, Dilafət və Zəfər olmuşdur. Zəfər 1996-cı ildə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Zəfərin iki oğlu vardır. Onlardan birinin adı Orxan, digərinin adı isə İbrahimdir. Orxan Bərdə rayonu, Şərəfli kəndində yaşayır. İbrahim isə Rusiya Federasiyasında yaşayır. Orxanın Ceyran adlı xalası vardır və Məzahir adlı şəxsin həyat yoldaşıdır. xx xxx 2020-ci il tarixdə saat 21 radələrində Məzahir qardaşı Əmişə zəng edərək, qardaşı oğlu X3 məxsus iti oğurlayıb, Ağdam rayonu “Dördyol” qəsəbəsinə satmasını demişdir. Qardaşı Əmiş isə buna görə çox pis olduğunu, xəcalət çəkdiyini bildirmişdir. Səhəri gün yəni, xx xxx 2020-ci il tarixdə saat 16 radələrində qardaşı Əmiş ona məxsus mobil nömrəyə zəng edərək, Orxanı götürüb Məzahirin fermasına gətirməsini, Məzahirin Orxanla işi olduğunu demişdir. Bundan sonra Məzahir Əmişin mobil telefonunu alıb, onunla danışaraq, Orxanı gətirməsini və işi olduğunu demişdir. O, isə Orxanı gətirəcəyini demişdir. Bundan sonra o, qardaşı Əmişə məxsus “VAZ-2107” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Orxangilin evinə gedib Orxanla görüşüb Məzahirin çağırdığını, Əmişlə birlikdə fermada gözlədiklərini və birlikdə getməsini bildirmişdir. Əvvəl Orxan getməsədə, lakin sonradan onunla birlikdə avtomobilə əyləşib, Məzahirə məxsus fermaya getmişdir. O, yolda zaman Orxandan Şamilə məxsus iti oğurlamasını soruşmuş, Orxan isə həmin iti oğurlamadığını demişdir. O, Orxana əgər həmin iti oğurlamamışdırsa fermada Məzahirdən üzr istəməsini və bir də belə bir iş etməyəcəyi barədə Məzahirə deməsini bildirmişdir. Orxan isə bir daha həmin iti oğurlamadığını demişdir. Onlar yolda olan zaman Məzahirin avtomobili ilə fermaya doğru getməsini görmüşdür. Bundan sonra onlar fermada olan zaman Məzahir və oğlu Şamillə görüşdükdən sonra Orxan və Məzahir fermanın həyətində yerləşən traktor olan tərəfə getmişdir. O, isə yorğun olduğu çün kənarda dayanmışdır. Məzahirin Orxana «utanmırsan ayıb deyil sənə, iti oğurlayırsan» sözlərini deməsini eşitmişdir. Həmin vaxt Orxan Məzahirə cavab verərək, iti oğurlamadığını bildirmişdir. Həmin vaxt Məzahir Orxanın sifət nahiyəsinə bir dəfə sillə ilə vurmuşdur. Orxan isə Məzahirə cavab qaytardığı üçün Şamil Orxana tərəf getmək istəyən zaman X14 tərəf getməsinə imkan verməmiş, Orxan isə üzü darvazaya tərəf gedən zaman Şamil Orxanın arxası ilə getmişdir. Həmin vaxt səs-küy gəldiyini və Şamillə Orxanın dalaşmasını görüb yanlarına getdikdən sonra Orxana çıx getməsini demişdir. Həmin vaxt Məzahirin qarın nahiyəsinə baxıb Orxanın onu vurduğunu və xəstəxanaya aparılmasını bildirmişdir. Bundan sonra Məzahiri gəlmiş olduğu avtomobilə əyləşdirib xəstəxanaya yola salmışdır. X4 də, gəlmiş oldduğu avtomobili ilə oradan uzaqlaşmışdır. Orxan isə piyada fermadan yaşadığı kəndə tərəf getmiş, o, isə Əmişin avtomobilinə minərək oradan yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, X24 küçəsi, nömrəsiz evdə yaşayır. Yevlax rayonu ərazisində yerləşən «xxxxxxxxxx» MMC-nin icraçı direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs 5 ildir ki, sürücüsü işləyir. O, həmin MMC-yə məxsus “Land Crusier” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Məzahir müəllim Bərdə rayonu, Şərəfli kəndində qeydiyyatda olub, Bərdə şəhəri, Yeni Bakı küçəsində yaşayır. Məzahir müəllimin 2 oğlu vardır. Onlardan biri X7, digəri isə Şahid7dur. Məzahir müəllimin Şərəfli kəndi ərazisində ferması və torpaq sahələri vardır. Təqsirləndirilən şəxs Məzahir müəllimin baldızı oğludur. O, Orxanı tanıyır və Şərəfli kəndində yaşadığını bilir. Lakin Orxanla hər hansı bir münasibəti və əlaqəsi olmamışdır. xx xxx 2020-ci il tarixdə həmişə olduğu kimi o, səhər saat 08 radələrində qeyd olunan avtomobillə Məzahir müəllimi yaşadığı evdən götürüb Yevlax rayonunda yerləşən iş yerinə aparmışdır. Onlar yolda olan zaman Məzahir müəllimin telefonla kiminləsə tez-tez danışmasını görmüşdür. Həmin vaxt kimsə Məzahir müəllimə məxsus fermadan Məzahir müəllimin oğlu Şamilin aldığı iti oğurlanması barədə ona məlum olmuşdur. Həmin gün saat 14 radələrində işdən çıxıb nahar etmək üçün Bərdə şəhərinə gəlib yemək yedikdən sonra Məzahir müəllimə məxsus fermaya getmişdir. Həmin vaxt idarə etdiyi avtomobildə Məzahir müəllimdən başqa heç kim olmamışdır. Onlar fermaya çatmağa az qalmış idarə etdiyi avtomobilin arxasınca Orxanın 2 əmisi və bir cavan oğlanla «VAZ-2107» minik markalı avtomobillə fermaya tərəf gəldiyini görmüşdür. Həmin vaxt qarşı ilə Məzahir müəllimin oğlu Şamil idarə etdiyi «Niva» markalı avtomobillə keçdiyini görmüşdür. Bundan sonra onlar fermanın ərazisinə daxil olduqdan sonra «VAZ-2107» minik markalı avtomobildən düşən iki şəxsi, yəni Orxanın əmiləri Abbasla Əmişi tanımışdır. Məzahir müəllim avtomobildən düşəndən sonra o, avtomobili kölgəyə vermək üçün hadisə yerindən təxminən 50 metr məsafədə aralaşmışdır. Avtomobildən düşüb hadisə yerinə gələn zaman kənardan Orxanın Məzahir müəllimin bıçaqla vurmasını və əlinin qanlı olmasını görmüşdür. Məzahir müəllim qarın nahiyəsini qucaqlayıb ona xəstəxanaya aparmasını bildirmişdir. Buna görə də, Məzahir müəllimi avtomobilin arxası sərnişin hissəsinə əyləşdirib Bərdə rayonu, Mərkəzi xəstəxanası istiqamətində hərəkədə olan zaman Şamilin darə etdiyi «Niva» markalı avtomobillə gəldiyini görmüşdür. Xəstəxanada həkimlər tərəfindən Məzahir müəllimə tibbi yardım göstərilmişdir. Xəstəxanada olan zaman Orxanın Məzahir müəllimin qarın nahiyəsinə bıçaqla 3 zərbə vurduğunu, həmin zərbələrdən biri daxilə nüfuz edən xəsarət olduğunu bilmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Qaradağlı kəndində yaşayır. Onun Şamil adlı dostu vardır. Şamillə 2015-ci ildən dostluq edir. xx xxx 2020-ci il tarixdə saat 11 radələrində o, dostu Şamillə birlikdə Şamilə məxsus avtomobillə Şamilgilin Bərdə rayonu, Şərəfli kəndində yerləşən fermasına getmişdir. Onlar orada fermaya nəzarət edib, Şamillə birlikdə orada olan torpaq sahəsinin kənarındə olan zaman saat 16 radələrində Şamilin atası Məzahir öz sürücüsü ilə birlikdə gəlmişdir. Həmin vaxt Məzahirin arxası ilə Şamilin xalası oğlu Orxan əmisi ilə birlikdə gəlmişdir. O, isə kənarda dayanmışdır. Həmin vaxt Şamillə Orxan bir-birləri ilə mübahisə etməsini və Şamilin Orxanı yumruqla vurduğunu görmüşdür. Şamilin atası Məzahir aralaşdırmaq üçün hər ikisinin arasına girmişdir. Həmçinin o, da, Şamili və Orxanı aralaşdırmaq istəyən zaman Məzahirin qarın nahiyəsində qanın olduğunu görmüşdür. Belə ki, Şamil Orxanı əli ilə vuran zaman Orxan yerə yıxılmış, ayağa duran zaman Orxanın Məzahiri bıçaqla vurmasını fikirləşmişdir. Həmin vaxt Şamil atasının xəsarət aldığını görüb Orxanın sifətinə yumruqla vurmuşdur. Orxan isə aralaşıb çıxıb getmişdir. Bundan sonra Şamillə birlikdə Məzahiri gəlmiş olduğu avtomobillə yola salmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Mən Tərtər şəhəri, Rasim Mürsəlov küçəsi ev 40-da yaşayır. O, Yevlax rayonu ərazisində yerləşən «xxxxxxxxxx» MMC-nin icraçı direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs Bərdə rayonu, Şərəfli kəndində yerləşən fermasında 2020-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayına kimi çoban işləmiş, lakin sonradan səhətində problemlər olduğu üçün işdən çıxmışdır. Təqsirləndirilən şəxs Məzahir müəllimin baldızı oğludur. O, həmin şəxsi qiyabi tanıyır və Şərəfli kəndində yaşadığını bilir. Lakin Orxanla hər hansı bir münasibəti və əlaqəsi olmamışdır. İşlədiyi müddət ərzində yəni, 2020-ci ilin may ortalarında Məzahir müəllimin oğlu Şamil ögey xalası oğlu Orxandan 300 manat dəyərində bir ədəd çoban iti alıb işlədiyi fermaya gətirmişdir. xx xxx 2020-ci il tarixdə o, işlədiyi fermada olan zaman Şamilin alıb gətirdiyi itin yerində olmadığını görmüşdür. Buna görə də, o, bu barədə Şamilə məlumat vermişdir. Bundan sonra Şamil fermaya gələrək həmin itin ipdən açıldığını görmüşdür. Buna görə də, Şamil həmin iti axtarmağa başlamışdır. Sonradan həmin iti Şamilin ögey xalası oğlu Orxanın aparması ona məlum olmuşdur. Lakin həmin gün Şamil qeyd olunan iti taparaq fermaya gətirmiş, həmin itin haradan tapması barədə onun məlumatı olmamışdır. xx xxx 2020-ci il tarixdə həmişə olduğu kimi o, fermada olan zaman səhər saatlarında Şamil dostu Bəhruzla birlikdə idarə etdiyi «Niva» minik markalı avtomobillə fermaya gəlmişdir. Həmin gün günorta saatlarında Məzahir müəllim sürücüsü Fərman və həmin kənd sakini Əmişlə birlikdə fermaya gəlmişdirlər. Bundan sonra o, Şamillə ögey xalasıoğlu Orxanın yaxalaşdığını görmüşdür. Məzahir müəllim onlara yaxınlaşıb hər ikisinə bir sillə vurub kənarlaşdırmağa çalışmışdır. O, isə fermanın həyətində yerləşən evin qarşısında dayanmışdır. Onun həmin şəsxlərlə aralarında olan məsafə təxminən 20 metr olmuşdur. Səs-küy və Orxanla Şamilin arasında olan mübahisə şiddətləndiyindən Məzahir müəllim yenidən araya girib aralaşdırmağa çalışan zaman Məzahir müəllim yük səslə Orxan tərəfindən bıçaqla vurulduğu və təcili xəsətəxanaya aparılmasını bildirmişdir. Buna görə də, sürücü Fərman idarə etdiyi avtomobillə Məzahir müəllimi xəstəxanaya aparmışdır. Daha sonra Şamil də, idarə etdiyi avtomobillə onların arxasınca getmişdir. Orxan isə fermanın həyətindən çıxıb yaşadığı evə getmişdir. Hadisə zamanı orada, Məzahir müəllim, sürücüsü Fərman, oğlu Şamil, Orxan, Əmiş, Əmişin qardaşı Abbas və adını xatırlamadığı digər qardaşı orada olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Vəkil Əsgərovun xx xxx 2020-ci il tarixli raportundan görünür ki, xx xxx 2020-ci il tarixdə saat 16:30-da Bərdə rayon mərkəzi xəstəxanasından Bərdə rayon Polis Şöbəsinə Bərdə şəhəri Bakı küçəsi nömrəsiz evdə yaşayan 1965-ci təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanma nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RPŞ-nin məsul növbətçisi Fikrət Səfərovun xx xxx 2020-ci il tarixli raportundan görünür ki, xx xxx 2020-ci il tarixdə saat 16:30-da Bərdə rayon mərkəzi xəstəxanasından həkim Əlizadə telefonla məlumat verərək bildirmişdir ki, Bərdə rayonu Bakı küçəsində yaşayan 1965-ci təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanma nəticəsində xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs bıçaqlandığı yer Bərdə rayonunun Şərəfli kəndində yerləşən fermadır. Baxışda iştirak edən Şahid7 atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmasını əyani şəkildə göstərmiş, baxış zamanı maddi sübut əhəmiyyətli predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 1/225 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs xx xxx 2020-ci il tarixdə yaxınlarının köməyi ilə Bərdə RMX-nın təcili yardım şöbəsinə gətirilmişdir. İlkin müayinə zamanı xəstənin üzərində yəni, qarının ön divarında 1 ədəd daxilə keçən, sol yan divarında 2 ədəd daxilə keçən, sol yan divarında 2 ədəd daxilə keçməyən bıçaq xəsarətləri müəyyən olunmuşdur. Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardım üçün əməliyyat blokuna yerləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd bıçaq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Təqdim etmə, götürülmə və baxış keçirilmə haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olan bir ədəd mayka və bir ədəd köynək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Bərdə Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RİH Başçısının Xanərəb kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 371 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Xanərəb kəndində yaşayır və X12 və X1 ibarət ailə tərkibi var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RİH Başçısının Xanərəb kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ tərəfindən AzərbaycanRespublikasıCM-nin 177.1-cimaddəsiilə cinayət məsuliyyətinə cəlb olunmuş və xx.xx.2018-ci il tarixdə AzərbaycanRespublikasıCPM-nin40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx xxxx 2020-ci il tarixli, 532 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müainəsi zamanı aşkar edilmiş xəsarətlər-qarının sol ön divarından daxilə keçən bir ədəd, sol yan divarından daxilə keçməyən iki ədəd kəsilmiş-deşilmiş yaraları kəsici-deşici alətin (alətlərin) ola bilsin bıçaq təsirindən törənmişlər, müddəti qərarda göstərilən tarixə-yəni xx xxx 2020-ci ilə uyğun gəlir və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin xx xxxx 2020-ci il tarixli, 277 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA ETT Birliyinin məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 326/2020-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin orta-aşağı nahiyəsində bir ədəd; köynəyin və maykanın sol-yan nahiyəsində iki ədəd deyişmil-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin orta-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarının sol ön divarında ola bir ədəd ; köynəyin və maykanın sol-yan nahiyəsinə aşkar edilmiş iki ədəd deşilmi-kəsilmiş zədə onun bədəninin sol yan divarında olan iki ədəd eyni xarakterli zədələrlə yeryerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 697 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının Ruhi-Əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 720 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının Narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyət yarandığı üçün onlar arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs ona heç bir səbəb olmadan bıçaqla xəsarət yetirdiyini sonuncunun üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.3-cü maddəsinə tövsif edilməsinə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120, 221.3 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılmasına rədd edilməsinə, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə, Şahid7 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə, Zərərçəkmiş şəxs və Şahid7 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olmasına baxmayaraq Təqsirləndirilən şəxs ərizə ilə müraciət etmədiyi üçün inzibati icraat başlanmamasına, Təqsirləndirilən şəxs əməlində oğurluq cinayət əməlinin tərkibi olmadığından barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olmasına baxmayaraq əmlakın sahibi Şahid7 ərizə ilə müraciət etmədiyi üçün inzibati icraat başlanmamasına, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin, bir ədəd maykanın və cinayət törədilməsində istifadə edilən bir ədəd bıçağın iş üzrə maddi sübut kimi tanınmaqla Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılmasına dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş edilmiş xx xxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs öz müdafiəsi ilə əlaqədar vurmasına dair xüsusatlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən xüsusatlar işin faktiki hallarına uyğun deyil. Belə ki, qeyd olunan xüsusatlar zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və sairə sübutlarla tam təkzib edilmişdir. Odur ki, Məhkəmə həmin xüsusatlara tənqidi yanaşaraq inandırıcı hesab etmir. Məhkəmə sözügedən xüsusatları Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində (cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi) nəzərdə tutulan cəzanı yüngülləşdirən hal mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 11 ilin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, X8 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Bərdə Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxstörətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub və Bərdə rayon Polis Şöbəsində saxlanılanZərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli,cinayətin törədilməsində istifadə edilən bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Bərdə rayon Polis Şöbəsində saxlanılanZərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin,cinayətin törədilməsində istifadə edilən bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində X16 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Elmin Rüstəmov
2. Faiq Mahmudov
3. Xəqani Səmədov