Məhkəmə qərarları › İş №1(100)-246/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-246/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-246/2021 12.08.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərəçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə saat 18 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz” markalı **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, D.Qorqud küçəsi ilə üzü Nizami Gəncəvi prospekti istiqamətində hərəkətdə olarkən həmin küçədə yerləşən “Dəniz” gözəllik salonunun bərabərliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən yol hərəkətinin iştirakçları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda, həmin tələblərə əməl etməyib avtomobilin yolun hərəkət hissəsi ilə dayanqılı hərəkətini təmin edə bilməyib nəqliyyat vasitəsinin istismarı qaydasını pozmaqla yolun hərəkət hissəsində idarə etməni itirib avtomobili yolun sol səkisinə çıxararaq səki ilə hərəkət edən piyada X8 ehtiyatsızlıqdan vuraraq Tamam Orucovanın ağciyərlərin, plevranın, dalağın, qaraciyərin, sidik kisəsinin cırılması; döş qəfəsinin sol tərəfində Vİİ, Vİİİ, İX qabırğalar onurğayanı xətt üzrə, döş qəfəsinin sağ tərəfində İİİ-Xİİ qabırğalar döş sümüyü yan xətti ilə, İV-Vİİ qabırğalar onurğayanı xətt üzrə, İV-Vİİ qabırğalar ön qoltuqaltıxətt üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızma olması; döş sümüyünün Vİ qabırğa səviyyəsindən, onurğa sütununun İ bel fəqərəsi səviyyəsindən sınması, burun sümüyünün açıq sınığı, burun, hər iki dodaq nahiyyələrinin əzilmiş yaraları, hər iki bud nahiyyələrinin yumşaq toxumaların əzilməsi, hematoması ilə müşayiət olunan birgə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə döş qəfəsinin, qarının müştərək qapalı küt travması nəticəsində, döş və qarın boşluğu orqanların cırılmasından döş sümüyünün, İ bel fəqərəsinin, qabırğaların çoxsaylı sınmasından əmələ gələn hemorroqik və travmatik şok nəticəsində ehtiyatsızlıqdan Tamam Orucovanın ölümünə, eyni zamanda zərərçəkmiş X10 məxsus “Mercedes Benz” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1655 (min altı yüz əlli beş) manat dəyərində maddi ziyan vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. İdarə etdiyi “Mercedes Benz” markalı **-BT-*** dövlət nömrə nişanlı avtomobil dostu Azər Mahmudova məxsusdur. O, həmin avtomobili idarə etsə də onun həmin avtomobili idarə etməyə etibarnaməsi və sürücülük vəsiqəsi yoxdur. Azər özü işdə olan zaman həmin maşını yaşadığı binanın qarşısında saxlayır, maşının açarıda daim maşının üzərində olurdu. Azər ona icazə verdiyi üçün o, lazım olanda maşını götürüb idarə edirdi. 02.01.2021-ci il tarixdə, saat təxminən 17 radələrində marketə getmək üçün yaşadığı evdən çıxıb binanın qabağında olan Azərə məxsus “Mercedes Benz” markalı **-BT-*** dövlət nömrə nişanlı avtomobilə minib üzərində olan açarla maşını işə salıb “Gəncə” marketə getmiş, marketdən ərzaq alıb yaşadığı evə qayıtmaq üçün avtomobili Gəncə şəhəri, D.Qorqud küçəsi ilə saatda 60 km saat sürətlə hərəkət etdirən zaman həmin küçədə yerləşən “Dəniz” gözəllik salonunun bərabərliyinə çatanda yol sol istiqamətə mailli olduğu üçün maşının arxa hissəsi sürüşmüş və o idarə etməni itirmişdir. Bu zaman avtomobil fırlanaraq yolun sol səkisinə çıxıb divara çırpılmışdır. O, tez maşından düşəndə maşının arxa hissəsinin qadına dəydiyini və qadının yerə yıxılıdığı görmüşdür. O, tez yoldan keçən tanımadığı şəxslərin köməkliyi ilə həmin qadını yerdən qaldırıb yoldan keçən tanımadığı avtomobilə əyləşdirib təcili 3 saylı TTY xəstəxanasına aparmışdır. Xəstəxanada bildirmişlər ki, xəstənin vəziyyəti ağırdır. Ona görə o, həmin maşınla xəstəni X12 xəstəxanasına aparmışdır. Orada ona məlum olmuşdur ki, maşınla vurduğu piyada xəstəxanada ölübdür. Sonra oraya polis əməkdaşları gəlmişlər. Onun idarə etdiyi avtomobil fırlanaraq səkiyə çıxan zaman piyadanın səkidə hərəkətdə olmasını görməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır. Nurxan yaxın dostudur və bir ərazidə yaşayır. “Mercedes Benz” markalı **-BT-*** dövlət nömrə nişanlı avtomobil özünə məxsusdur. Nurxan yaxın dostu olduğu üçün çox vaxt avtomobilin açarını üstündə saxlamış, Nurxanda ehtiyacı olanda demədən həmin avtomobili idarə edib lazım olan yerə gedib-gəlmişdir. Nurxana ona demədən həmin avtomobili idarə etməyə icazə vermiş, 02.01.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb işə getmiş, işə gedən zaman avtomobilini binanın qarşısında açarıda üzərində qoyub getmiş, həmin gün avtomobillə gedəsi yeri olmadığı üçün avtomobillə getməmiş, Nurxana lazım olsa götürüb idarə etməsi üçün açarı üzərində qoymuşdur. Həmin gün saat təxminən 18 radələri olan zaman Nurxan zəng edərək ona məxsus avtomobilini idarə edən zaman qəza törətdiyini və avtomobilin yaşlı bir qadına dəydiyini deyib həmin qadını xəstəxanaya apardığını bildirdi. Ona görə təcili 3 saylı TTY xəstəxanasına getmiş, ora çatan zaman yol nəqliyyat hadisəsi ilə bağlı gətirilən yaşlı qadının Gəncə Beynəlxalq xəstəxanasına aparıldığını bilmişdir. X12 xəstəxanasına getmiş, orada Nurxan ilə görüşən zaman Nurxan ona avtomobillə hərəkətdə olan zaman idarə etməni itirdiyini, avtomobilin sürüşərək səkidə həmin piyadaya dəydiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2016-cı ildən Gəncə şəhər BPİ-nin DPXB-nin inspektoru vəzifədə işləyir. 02.01.2021-ci il tarixdə saat 18 radələrində dislokasiya üzrə Gəncə şəhər, D.Qorqud prospekti ilə hərkətdə olan zaman Gəncə şəhər BPİ-nin növbətçi hissəsinin radioötürücüsündən Gəncə şəhəri, D.Qorqud küçəsində “Dəniz” gözəllik salonun qarşısında «Mercedes benz» markalı, **-BT- *** dövlət nömrə nişanlı avtomobilin bir nəfər piyadanı vurduğunu bildirmiş, dərhal ora getmiş və ora çatan zaman «Mercedes benz» markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs səkidə piyada gedən X8 vurduğunu bilmiş, ora çatan zaman sürücü Təqsirləndirilən şəxs piyada Tamam Orucovanı xəstəxanaya apardığı məlum olmuşdur. Biraz sonra Təqsirləndirilən şəxs hadisə yerinə gəlmiş və hadisə yerinə baxış keçirilmiş, baxış keçirildikdən sonra isə sürücüsü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilmiş, avtomobili isə cərimə meydançasına yerləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 02 yanvar 2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, D.Qorqud küçəsi, “Dəniz” gözəllik salonunun bərabərliyində yerləşir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT X14 şəxsin 02.01.2021-ci il tarixli 02 saylı ekspert rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – ağciyərlərin, plevranın, dalağın, qaraciyərin, sidik kisəsinin cırılması; döş qəfəsinin sol tərəfində Vİİ, Vİİİ, İX qabırğalar onurğayanı xətt üzrə, döş qəfəsinin sağ tərəfində İİİ-Xİİ qabırğalar döş sümüyü yan xətti ilə, İV-Vİİ qabırğalar onurğayanı xətt üzrə, İV-Vİİ qabırğalar ön qoltuqaltı xətt üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızma olması; döş sümüyünün Vİ qabırğa səviyyəsindən, onurğa sütununun İ bel fəqərəsi səviyyəsindən sınması. Burun sümüyünün açıq sınığı, burun, hər iki dodaq nahiyyələrinin əzilmiş yaraları, hər iki bud nahiyyələrinin yumşaq toxumaların əzilməsi, hematoması. Bu xəsarətlər həyatidir, - bərk KÜT əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 02.01.2021-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X2 ölümünə səbəb döş qəfəsinin, qarının müştərək qapalı küt travması nəticəsində, döş və qarın boşluğu orqanların cırılmasından döş sümüyünün, İ bel fəqərəsinin, qabırğaların çoxsaylı sınmasından əmələ gələn hemorroqik və travmatik şok olmuşdur. X3şn bədəni üzərində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilər. X3şn meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin 11 fevral 2021-ci il tarixli, 8/233 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mercedes benz» markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 02.01.2021-ci il tarixli 11/2021 saylı aktdan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 18 fevral 2021-ci il tarixli 961 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Dövlət Yol Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin 08.01.2021-ci il tarixli 317-152-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur və o, sürücülük hüququndan məhrum olunmayıb. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Avtoservis və Ticarət İstehsalat birliyi Avtomotoservis və ticarət Gəncə Müəssisəsinin 10 yanvar 2021ci il tarixli qüsur aktından görünür ki, hadisə nəticəsində «Mercedes benz» markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobilə 1655 (min altı yüz əlli beş) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat birliyinin 8 nömrəli Xidmət şöbəsinin 04 may 2021-ci il tarixli, 85 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X6 notariat qaydada təsdiq olunmuş 29 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir iddiası, şikayəti və tələbi yoxdur və onunla barışmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxs X9 notariat qaydada təsdiq olunmuş 11 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir iddiası, şikayəti və tələbi yoxdur, onunla barışmış və ona dəyən ziyan ödənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə araşdırılmış 02 yanvar 2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 04 yanvar 2021-ci il tarixli Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarından və qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 yanvar 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-nin BƏSİİ-dən daxil olmuş 25 may 2021-ci il tarixli tələbnamədən və Gəncə Apelyasiya Məhkəməsinin 26 aprel 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 5 il 11 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 26 aprel 2017-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 2 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və 25 sentyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qanunun həmin maddəsindən göründüyü kimi əməlin cinayətlərin resdivi kimi qiymətləndirilməsi üçün qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməlidir. Lakin Təqsirləndirilən şəxs əvvəl törətmiş olduğu əməl qəsdən törədilən cinayət hesab edilməsinə baxmayaraq hazırki törətmiş olduğu əməl ehtiyatsızlıqdan törədilən cinayət hesab edildiyindən onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan bir nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinib, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən bilavasitə sonra zərərçəkmiş şəxsi xəstəxanaya apararaq ona yardım göstərməsini, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və digər zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.11, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini və yuxarıda qeyd edilən Plenum qərarında nəzərdə tutulmuş halları – Təqsirləndirilən şəxs hadisə yerindən qaçmayaraq zərərçəkmişi xəstəxanaya aparmaqla ona yardım göstərməsini, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi zərərin ödənilməsini, törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinə mənfi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etməklə cəzanın məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndinin 2-ci abzasında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın da təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulması ilə bağlı 02 yanvar 2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolu və 04 yanvar 2021-ci il tarixli, «başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi barədə qərarı araşdırıb və Azərbaycan Respublikası CPM-nin 158.2. və 158.6-cı maddəsində göstərilən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsinə dair tələbini rəhbər tutmaqla hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə 02 yanvar 2021-ci il tarixdən 04 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək ümumi cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilsin, ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 2 yanvar 2021-ci il tarixdən 4 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin edilən ümumi cəzaya daxil edilməklə ona qəti olaraq 4 (dörd) il, 11 (on bir) ay, 28 (iyirimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətiman tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. İş üzrə maddi sübut olan “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar