Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-246/2022 27.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ailəli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, dəqiq məlum olmayan vaxt və mənbədən 08 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 78,341 qram, 8,261 qram, 1,094 qram, 0,685 qram, 0,462 qram, 0,415 qram, 0,135 qram və 0,719 qram ümumi təmiz çəkisi külli miqdar hesab edilən 90,112 qram çəkidə narkotik vasitə olan heroini və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,064 qram psixotrop maddə olan metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 27.11.2021-ci il tarixdə 04 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Şərq küçəsində özünü şübhəli apardığı üçün Gəncə şəhər BPİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhəri, Nizami rayonu, X19 küçəsi 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd qarışıq rəngli polietilen torba kəsiyində bükülmüş səffaf rəngli polietilen kəsiyi bükümündə və digər 1 (bir) ədəd qarışıq rəngli polietilen torba kəsiyində bükülmüş 5 (beş) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərdə, ayrı-ayrılıqda 78,341 qram, 8,261 qram, 1,094 qram, 0,685 qram, 0,462 qram, 0, 415 qram və əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə aryı-ayrılıqda 0,135 qram, 0,719 qram ümümi təmiz çəkiləri 90,112 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin kibrit qutusunun içərisində olan 1 ədəd kağız bükümdə içərisində təmiz çəkisi 0,064 qram küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оğlu оnа elаn edilmiş ittihаm üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə olan heroin və pisxotrop maddə olan metamfetamindən istifadə etmişdir. 2021-ci ilin iyul ayının sonlarında o, “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. 26.11.2021-ci il tarixdə saat 12 radələrində həmin iranlı şəxs ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng edərək sifariş verdiyi heroinin hazır olmasını və gəlib götürməsini bildirmişdir. O da 26.11.2021-ci il tarixdə təxminən saat 12 radələrində avtovağzaldan dövlət qeydiyyat nömrəsini unutduğu taksi ilə Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində olan zaman İran İslam Respublikasının vətəndaşı ona kart hesbının nömrəsini göndərmiş və həmin kart hesabına pul vurmağını bildirmişdir. Sonra o, həmin karta Bakı şəhərində yerləşən avtovağzalın yaxınlığında “Milliön” ödəmə terminalı vasitəsi ilə 900 (doqquz yüz) manat pul göndərmişdir. Təxminən saat 23 radələrində həmin İran İslam Respublikasının vətəndaşı ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng edərək heroin və metamfetaminin hazır olmasını və Bakı şəhəri, Yasamal rayonu ərazisindən götürməyini bildirmişdir. X21 Respublikasının vətəndaşı ona həmin yerin şəklini göndərmiş, şəkildə heroin və metanfetamini qoyduğu yerin şəkli olmuşdur. Sonra o, taksi ilə Yasamal rayonuna getmiş, orada yaşayış binasının qarşısında “Kamaz” markalı yük maşını dayanmış, İran İslam Respublikasının vətəndaşı ona narkotik vasitə olan heroini və pisxotrop maddə olan metamfetamini Kamazın arxa qoşa təkərlərin arasına qoyduğunu bildirmişdir. O da “Kamaz” markalı yük avtomobilinin arxa təkərlərinin arasında narkotik vasitə olan heroin və pisxotrop maddə olan metamfetamini götürmüşdür. Sonra o, yenidən taksi ilə Avtovağzala qayıtmış, Avtovağzaldan da təxminən saat 23:40 dəqiqədə “Mercedes Benz” markalı nömrəsini unutduğu taksiyə minərək Gəncə şəhərinə qayıtmışdır. Saat 03 radələrində o, Gəncə şəhərinə çatmış, Gəncə şəhəri Şərq küçəsindən taksidən düşmüşdür. Bir qədər piyada getdikdən sonra arxası ilə polis avtomobili gəlib onu saxlamışlar. Sonra o, Gəncə şəhər BPİ-nin PPXT-nin xidməti avtomobili ilə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Orada polis əməkdaşları ondan üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predment, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etməsini istəmişlər. O da üzərində 2 ədəd sellofan torbada və 1 ədəd kibrit qutusunda olan kütlələri təqdim etmişdir. O, narkotik vasitədən istifadə edir, lakin narkotik vasitənin satışı ilə məşğul olmur. Həmin narkotik vasitələri özünün istifadəsi üçün almışdır. O, heç kimə narkotik vasitə satmamışdır. O, aldığı narkotik vasitələri özü ayrı-ayrı bükümlərə ayırmışdır. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində bildirmişdir ki, 27.11.2021-ci il tarixdə o, polis serjantı Şahid2, polis serjantı Şahid4 və polis serjantı Şahid3 Gəncə şəhəri Şərq küçəsində xidmətdə olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs dövlət qeydiyyat nömrəsini bilmədiyi “Mercedes E-Class” markalı avtomobildən düşərək iti addımlarla piyada getdiyini görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onu səsləmiş, o, geriyə dönərək onları görən zaman qaçmağa başlamış, onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir predment ola bilməsindən şübhələndikləri üçün onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Amil də etiraz etməyərək onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gəlmişdir. Gəncə şəhər Baş Polis İdarəsində Amil Məhərrəmova hüquqları izah olunmuş və ona dövlət hesabına Gəncə şəhər 1 saylı vəkillər birosunun Cəfər adlı vəkili dəvət olunmuşdur. Vəkilin və onların iştirakı ilə Amil Məhərrəmovdan üzərində hər hansı bir qanunla qadağan olunmuş predmet və ya əşya olub-olmaması soruşulmuş, Amil Məhərrəmov da əynində olan göy rəngli qış gödəkcəsinin sol iç cibindən 2 ədəd sellofan torbada olan bükülüləri və şəxsiyyət vəsiqəsini sonra isə əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd kibrit qutusunu, bir ədəd siqaret qutusunu, əynində olan qış gödəkçəsinin sol iç cibindən bir ədəd “USB” kabeli çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükülünün nə olması soruşulduqda o, bükülülərin “kakos” olduğunu, kibrit qutusunun içərisində az miqdarda “şüşə” olduğunu, həmin bükülülərin ona məxsus olduğunu və həmin bükülüləri 26.11.2021-ci il tarixdə gecə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı iranlıdan 900 manata aldığını, həmin bükülülərdən heç kimə satmadığını, başqa yerdə saxlamadığını, özü isdifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, kibrit qutusunun içərisində olan kağız bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə 0,25 qram kibrit qutusunun içərisində kağız bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə 0,70 qram, siqaret qutusunun içərisində sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə 0,44 qram iki ədəd sellofan torbada narkotik vasitə olan heroinə bənzər kütlənin birinin ümumi çəkisi 101,42 qram digər sellofan torbada narkotik vasitə olan heroinə bənzər kütlənin ümumi çəkisi 15 qram olur. Sonra şübhəli şəxsin üzərindən aşkar edilmiş digər kibrit qutusunu və siqaret qutusuna baxış keçirilmiş, həmin qutulardan dövriyyəsi qadağan edilmiş əşya, predment aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş kütlələr zərfdə qablaşdırılaraq imzalarımızla təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı video görüntu ilə vəkilin iştirakı ilə həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid3 və Şahid2 Şahid1 Dünya oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.11.2021-ci il tarixli 4(044)-183/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 27 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 aprel 2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olan Gəncə şəhəri Kəpəz rayonu, Mirzəağa küçəsi ev 48-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhər, BPİnin PPXT-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Şərq küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-nə gətirilmiş və onun üzərinə baxış keçirilməsi zərurəti ilə əlaqədar Gəncə şəhər BPİ-nin PPXT-nin tabor komandirinin müavini, qərargah rəisi, polis kapitanı Şahid1 rəhbərliyə raportla müraciət etmişdir. Baxışa başlamazdan əvvəl baş təhqiqatçı Kamil Abdullayev özünü təqdim edir və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim edir. Gəncə şəhəri BPİ-nin PPXT-nin qərərgah rəisi polis kapitanı Şahid1, həmin taborun polis nəfərləri polis serjantı Şahid4, Şahid2, Şahid3, Gəncə şəhər BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X4 və Gəncə şəhər 1 saylı vəkillər Birosunun vəkili X9 iştirak edir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir. Şübhəli şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predment və ya narkotik vasitə olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirir və əynində olan göy rəngli qış gödəkcəsinin sol iç cibindən 2 ədəd sellofan torbada olan bükülüləri və şəxsiyyət vəsiqəsini sonra isə əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd kibrit qutusunu, bir ədəd siqaret qutusunu, əynində olan qış gödəkçəsinin sol iç cibindən bir ədəd “USB” kabeli çıxardaraq təqdim etdi. Təqsirləndirilən şəxs həmin bükülülərin nə olması soruşulduqda o, bükülülərin “kakos” olduğunu, kibrit qutusunun içərisində az miqdarda “şüşə” olduğunu, həmin bükülülərin ona məxsus olduğunu və həmin bükülüləri 26.11.2021-ci il tarixdə gecə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı iranlıdan 900 manata aldığını, həmin bükülülərdən heç kimə satmadığını, başqa yerdə saxlamadığını, özü isdifadə etdiyini bildirdi. Sonra iştirakçılar tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, onun üzərindən başqa heç nə aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusu iştirakçıların yanında açılır, həmin qutunun işərisində bir ədəd kağız bükümdə ilk baxışdan metamfetaminə bənzər olması bir ədəd kağız bükümdə ilk baxışdan heroinə bənzər kütlə olması və bir ədəd sellofan bükümdə ilk baxışdan heroinə bənzər kütlə olması müəyyən edilir. Daha sonra şübhəli şəxsin üzərindən aşkar edilmiş iki ədəd sellofan torba iştirakçıların yanında açıldı, həmin torbanın birinin içərisində ilk baxışdan heroinə bənzər kütlə olması digər sellofan torbanın içərisində 5 ədəd sellofan torbada ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildi, kibrit qutusunun içərisində olan kağız bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə 0,25 qram kibrit qutusunun içərisində kağız bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə 0,70 qram, siqaret qutusunun içərisində sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə 0,44 qram iki ədəd sellofan torbada narkotik vasitə olan heroinə bənzər kütlənin birinin ümumi çəkisi 101,42 qram digər sellofan torbada narkotik vasitə olan heroinə bənzər kütlənin ümumi çəkisi 15 qram olur. Sonra şübhəli şəxsin üzərindən aşkar edilmiş digər kibrit qutusunu və siqaret qutusuna baxış keçirilir, həmin qutulardan dövriyyəsi qadağan edilmiş əşya, predment aşkar edilmir. Sonra həmin kütlələr iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılır və zərfə qoyularaq Azərbaycan Respublikasının DİN-nin 91 saylı möhürü ilə möhürlənir və tədqiqatçı Kamil Abdullayev şəxsi axtarışın yekunlaşdığını bildirir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 27 noyabr 2021-ci il tarixli 16/1266 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlələr”. yazılar və imzalar olan kağız paketdəki; -1 ( bir) ədəd qarışıq rəngli politelin torba kəsiyinə bükülmüş şəffaf rəngli politelin kəsiyi bükümündə və digər 1 (bir) ədəd qarışıq rəngli politelen torba kəsiyinə bükülmüş 5 (beş) ədəd şəffaf rəngli politelin kəsiyi bükümlərində, ayrı-ayrılıqda 78,341 qram, 8,261 qram, 1,094 qram, 0,685 qram, 0,462 qram, 0,415 qram və 1 (bir) ədəd kibrit qutusunun içərisindəki, 1 (bir) ədəd kağız bükümdə və 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda 0,135 qram, 0,719 qram, ümumi təmiz çəkiləri 90,112 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. -1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,064 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, bir ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlərə”-in siyahısına ( Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psxotrop madələr”-in 1-ci siyahının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 13 yanvar 2022-ci il tarixli 51 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin 07 fevral 2022-ci il tarixli 120-1055-11222 saylı əməliyyat tapşırığından görünür ki, Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin əməkdaqlarının keçirmiş olduqları əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini haradan, kimdən, nə vaxt əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasiə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 11.01.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman istifadəsində olan ***-***-**-** saylı mobil nörməsinin olmasını bildirmişdir. Həmin nömrənin ona məxsus olması DİN-nin X14 Sistem vasitəsi ilə müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli 5(044)-72022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı "xxxx" nömrəsinə 27.08.2021-ci il tarixdən 27.11.2021-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, zənglər zamanı həmin nömrələrin hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi haqqında qərar verilməsi icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21.01.2022-ci il tarixli "xxxx" MMC-dən daxil olan cavab məktubunda göstərilmiş diskə baxış keçirilmiş sübut üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azrbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş arayışdan görünürü ki, Təqsirləndirilən şəxs barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02.12.2021-ci il tarixli, 6074 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03.12.2021-ci il tarixli, 3598 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlararası Narkoloji dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 11 mart 2022ci il tarixli “sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri narkotik vasitə olan 89,712 qram heroin və psixotrop maddə olan 0,054 qram metamfetamin, həmçinin cinayət işinə əlavə edilmiş 26 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş portaldan çıxarışdan görünür ki,30.09.2014-cü il təvəllüdlü X7, 26.05.2012-ci il təvəllüdlü X5, 21.05.2013-cü il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ondan aşkar olunan narkotik vasitələri öz istifadəsi üçün əldə etməsi, heç kimə satmaması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən 08 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 78,341 qram, 8,261 qram, 1,094 qram, 0,685 qram, 0,462 qram, 0,415 qram, 0,135 qram və 0,719 qram ümumi təmiz çəkisi külli miqdar hesab edilən 90,112 qram çəkidə narkotik vasitə olan heroini və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,064 qram psixotrop maddə olan metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 27.11.2021-ci il tarixdə 04 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Şərq küçəsində özünü şübhəli apardığı üçün Gəncə şəhər BPİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhəri, Nizami rayonu, X19 küçəsi 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd qarışıq rəngli polietilen torba kəsiyində bükülmüş səffaf rəngli polietilen kəsiyi bükümündə və digər 1 (bir) ədəd qarışıq rəngli polietilen torba kəsiyində bükülmüş 5 (beş) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərdə, ayrı-ayrılıqda 78,341 qram, 8,261 qram, 1,094 qram, 0,685 qram, 0,462 qram, 0, 415 qram və əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə aryıayrılıqda 0,135 qram, 0,719 qram ümümi təmiz çəkiləri 90,112 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin kibrit qutusunun içərisində olan 1 ədəd kağız bükümdə içərisində təmiz çəkisi 0,064 qram küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının külli miqdardan dəfələrlə artıq olması, xırda bükümlərə bölünməsi, qalıq çəkisi 89,712 qram heroin və psixotrop maddə olan 0,054 qram metamfetamin qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinidn 59.2-ci maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hallar kmi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 27 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 89,712 qram heroin və psixotrop maddə olan 0,054 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 89,712 qram heroin və psixotrop maddə olan 0,054 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-246/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-246/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver