Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-246/2023 01.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Bərdə rayonunun Alpout kəndində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bərdə rayonunun Türkmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan 11 noyabr 2022-ci il tarixdə saat 19 radələrində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövrüyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən, 1 (bir) ədəd plastik qabda olan 1 (bir) ədəd polietilen paketdəki 16 (on altı) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0,131 qram, 0,117 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,02 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Bərdə rayonu, Türkmən kəndi ərazisində tanışı, barəsində başqa cinayət işi ayrılmış Rafiq adlı şəxsdən 250 manata qanunsuz olaraq satın almaqla əldə edib üzərində saxlamış, həmin gün saat 22:10 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bərdə rayonu, Qasımbəyli kəndi ərazisində saxlanılıb Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirələrək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd plastik qabda olan 1 (bir) ədəd polietilen paketdəki 16 (on altı) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0,131 qram, 0,117 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,02 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Türkmən kəndində yaşamışdır. Özü rəsmi olaraq heç bir yerdə işləməmişdir. Son dörd ildə narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmiş, narkotik vasitələrdən istifadə edən zamanı heç kimə təklif etməmiş və ya satmamışdır. Şahid4 uzun müddətdir tanıyır, Rafiq onun bacanağı olmuşdur. Rafiqlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 11 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Şahid4 hazırda xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, ona Bakı şəhərindən Bərdə rayonuna gəldiyini və üzərində narkotik vasitə gətirdiyini demişdir. Özü narkotik maddə istifadəçisi olduğu üçün Rafiqə üzərində gətirdiyi narkotik vasitədən satın almaq istədiyini bildirmişdir. Rafiq etiraz etməyərək Bərdə şəhərinə gəldikdən sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Rafiq yenidən ona mobil telefon vasitəsi ilə zəng edərək, Türkmən kəndində yaşadığı evin qarşısında gözlədiyini demişdir. O, evdən küçəyə çıxaraq Rafiqlə görüşmüş, Rafiq ona əvvəlcə şəffaf sellofan paketinin içərisində sellofan bükümlərdə olan heroini vermiş və dəyərinin 250 manat olduğunu bildirmişdir. Bundan sonra o, aldığı narkotik vasitələrin qarşılığında Rafiqə 250 manat pul verib öz yaşadığı evə daxil olmuş, Rafiq isə oradan uzaqlaşıb getmişdir. Evə daxil olduqdan sonra Rafiqdən satın aldığı bükümləri saymış və onların 19 ədəd olduğunu bilmiş, həmin bükümlərdən 3 bükümünü yaşadığı evdə istifadə etmişdir. Təqribən saat 21:30 radələrində yaşadığı evdən çıxıb tanımadığı taksi vasitəsilə Bərdə rayonu, Qasımbəyli kəndində gələrək, orda avtomobildən aşağı enib piyada hərəkət etməyə başlamışdır. Bərdə rayonu, Qasımbəyli kənd yolunun kənarı ilə hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onu barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış etmiş, ona qanunsuz olaraq narkotik vasitəni üzərində saxlamaqda şübhəli olduğunu bildirmiş, üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söylədikdən sonra birlikdə Bərdə RPŞ-nə gəlmişlər. Polis şöbəsində ona üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Onun üzərində müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində saxladığı 16 ədəd sellofan bükümdə olan narkotik maddə heroini təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisinin 4.00 qram olduğu müəyyən edilmişdir. Bükümlər bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri tərəflərindən imzalanmışdır. Sonra tərtib edilən protokola imza etmişdir. Üzərində saxladığı narkotik vasitədən heç kimə satmamış və ya pay verməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında Şahid4 şahid qismində dindirilərkən əvvəlki ifadəsini dəyişdirərək, üzərindən aşkar edilmiş 16 (on altı) ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 3,02 qram narkotik vasitə olan heroini Şahid4 almadığını, həmin narkotik vasitələri xatırlamadığı tarixdə yerdən tapdığını bildirmişdir. Həmin 16 (on altı) ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 3,02 qram narkotik vasitə olan heroinin həqiqətən də onun üzərindən aşkar edildiyini, həmin narkotik vasitələri istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Göstərilənlərdən başqa, həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışının sonrakı iclasında verdiyi ifadəsindən fərqli olaraq, ibtidai istintaqda ilkin araşdırma zamanı xx.xx.2022-ci il tarixdə verdiyi izahatında, daha sonra xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi dindirilərkən, həmçinin xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünün narkotik maddə istifadəçisi olduğu üçün Şahid4 sonuncunun üzərində gətirdiyi narkotik vasitədən satın almaq istədiyini bildirdiyini, Rafiqin etiraz etməyərək xx.xx.2022-ci il tarixdə saat 19 radələrində onun yaşadığı evin qarşısında gəldiyini, şəffaf sellofan paketin içərisində olan sellofanda 19 ədəd bükümdə narkotik vasitə olan heroini 250 manata qaynı Şahid4 aldığını bildirmiş, sonra həmin bükümlərdən 3 bükümünü yaşadığı evdə istifadə etdiyini göstərmişdir (iş vərəqə: cild İ, səh.28-29, 77-79, 102-104). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq və məhkəmə baxışının sonrakı iclaslarında ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 noyabr 2022-ci il tarixdə icraatına Bərdə rayonu, Türkmən kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması və istifadə etməsi barədə əməlliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. O, Bərdə rayon polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ətrafinda müvafiq əməliyyat tədbirləri həyata keçirməyə başlamışdır. Həmin gün saat 22:10-da Təqsirləndirilən şəxs Bərdə rayonu, Qasımbəyli kəndi ərazisində tikinti bazarı yaxınlığında saxlayıb Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində məlumat üzrə araşdırmanın aparılması əməliyyat qrupunun üzvü Təhqiqat Bölməsinin təhqiqatçısı X2 həvalə edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı Misir Misirli tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Kotel” markalı mobil telefonu, üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli qutuda olan şəffaf rəngli polietilen paketin içərisində 16 ədəd selofan bükümündə kütləni çıxarıb otaqda olan stolun üzərinə qoymuşdur. Mansur Ağayev 16 ədəd bükümlərdə olan kütlənin narkotik vasitə heroin olmasını bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla dövriyyəsi qadağan olunan əşyalar aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 4.00 qram olmuşdur. Aşkar edilən 16 ədəd büküm bir ədəd ağ zərfdə qablaşdırılaraq, üzəri imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs məxsus olan bir ədəd mobil telefon da iş üçün sübut əhəmiyyəti kəsb edəcəyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini şəxsi istifadəsi üçün həmin gün, yəni 11 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Bərdə rayonu, Qaradəmirçi kənd sakini Şahid4 aldığını, həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hal-hazırda barəsində olan cinayət işi ilə əlaqədar Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxansında saxlanılır. 12 noyabr 2022-ci il tarixdə onun yaşadığı evə baxış keçirilərkən, həmçinin Bərdə rayon Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Eyni zamanda bildirir ki, o, Təqsirləndirilən şəxs narkotik vasitə nə satmamış, nə də verməmişdir. Məhkəmə baxışı zamanı 2 saylı İstintaq Təcridxanasında saxlanılan hazırki cinayət işi üzrə Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə hazırki cinayət işi üzrə məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şahid qismində dindirilməsinə dair cinayət işinin materiallarında olan həmin protokol elan olunmaqla tədqiq edilmişdir. Şahid4 məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, 2 saylı İstintaq təcridxansında saxlanılır. 12 noyabr 2022-ci il tarixdə Bərdə RPŞ-nin əməkdaşları onun yaşadığı evə baxış keçirilərkən hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra onu Bərdə rayon polis şöbəsinə gətirib şübhəli şəxs kimi üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 4 (dörd) bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Üzərinə şəxsi axtarış keçirilərkən başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. 11 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ondan narkotik istəmiş o, da Bakı Beynəlxalq avtovağzalında olarkən yolun kənarından yerdən tapdığı və yadında qalmayan bükümlərdə Mənsura narkotik vasitə vermişdir. Mənsur isə ona 250 manat yox, 20 manat vermiş və demişdir ki, qalanını sonra verər. Mənsur demişdir ki, özünün istifadəsi üçün alır və bükümlərə baxıb demişdir ki, onun istifadəsinə uyğun olan miqdardadır, qoy elə qalsın, yəni bükümlərdə götürüb aparmışdır. O, sonradan bilmişdir ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları Mənsuru tutmuşlar, sonradan isə onu polis əməkdaşları tutmuşdur (iş vərəqə: cild İ, səh.188-190). Məhkəmə baxışı zamanı elan olunan ifadəsinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Şahid4 təklif edilərkən o, ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 12 noyabr 2022-ci il tarixli “video diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, 11 noyabr 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Kgtel” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli plastik qutuda olan şəffaf rəngli polietilen paketin içərisində 16 ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroinə bənzər kütlələri çıxarıb stolun üzərinə qoymuş, həmin kütlələr elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 4.00 qram olması müəyyən edilmiş, sonra həmin kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh.24-26, 80- 81). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2022-ci il tаriхli, 16/1288 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə bənzər kütlələr” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd plastik qabda olan 1 (bir) ədəd polietilen paketdə 16 (on altı) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0, 131 qram, 0,117 qram, ümumi təmiz çəkisi 3,02 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.55-57). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2022-ci il tаriхli, 16/1289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid4 üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 3 (üç) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,267 qram, 0,250 qram, 0,068 qram, ümumi təmiz çəkisi 0,585 qram olan maddələr kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Şahid4 üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,205 qram olan maddə kustar üsülla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş “Şahid4 üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr” və “Şahid4 üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” yazılar olan kağız paketlərdəki heroinlər kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş “Şahid4 üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr” və “Şahid4 üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” yazılar olan kağız paketlərdəki heroinlər ilə üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə bənzər kütlələr” yazısı olan kağız paketdəki heroinlər kimyəvi tərkiblərinə görə eynidir (iş vərəqə: cild İ, səh.58-61). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2023-cü il tarixli, 217 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.184). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 noyabr 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş “KGTEL” markalı mobil telefona baxış keçirilərkən xx.xx.2022-ci il tarixdə saat 19:57-də Rafiq adı yazılmış şəxsin ***-***-**-** saylı nömrəsindən 9 dəfə zəng olunduğu, lakin cavab verilmədiyi, xx.xx.2022ci il tarixdə saat 21:17-də Rafiq adı yazılmış şəxsin ***-***-**-** saylı nömrəsindən 7 dəfə zəng olunduğu, lakin cavab verilmədiyi müəyyən olunmuşdur (iş vərəqə: cild İ, səh.82). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 noyabr 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında üzləşdirmə keçirilərkən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Şahid4 üzərində gətirdiyi narkotik vasitə heroini 250 manata Rafiqdən aldığını bildirmiş, Şahid4 isə narkotik vasitələri Təqsirləndirilən şəxs verdiyini, həmin narkotik vasitənin müqabilində 250 manat yox, 20 manat pul aldığını bildirmişdir (iş vərəqə: cild İ, səh.86- 87). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işinin materiallarından Şahid4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.177-179). Cinayət işinin materiallarına əlavə edilmiş 16 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 3,02 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,22 qram narkotik vasitə heroin və heroinin saxlanıldığı bir ədəd plastik qutu maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir, bundan başqa 03 ədəd DVD disk, 01 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.192-202). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.17). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.112-116). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 134). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 911 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Türkmən kəndində yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh. 142-143). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “heroin” narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş həmin narkotik vasitələrin külli miqdar həddindən artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında üzərindən aşkar edilmiş 16 (on altı) ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 3,02 qram narkotik vasitə olan heroini Şahid4 almadığını, həmin narkotik vasitələri xatırlamadığı tarixdə yerdən tapdığını bildirməsi ilə bağlı, həmçinin Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə satmamasına dair məhkəmədə göstərdikləri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən satış məqsədi olmadan qanunsuz olaraq 16 (on altı) ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 3,02 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edərək saxlaması təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokollar, “video çəkilişə baxış keçirilməsinə dair” protokol, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, maddi sübutlarla tamamilə sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 11 noyabr 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2023-cü il tarixli, 217 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 2,22 qram narkotik vasitə heroinin və həmin heroinin saxlanıldığı bir ədəd plastik qutunun başqa cinayət işi üzrə də maddi sübut olması nəzərə alınmalı, bundan başqa sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 2,22 qram narkotik vasitə heroinin və həmin heroinin saxlanıldığı bir ədəd plastik qutunun başqa cinayət işi üzrə də maddi sübut olması nəzərə alınsın, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov
Məhkəmə qərarları › İş №1(100)-246/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-246/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver