Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-247/2022 22.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi fəaliyyətlə məşğul olan, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 19,572 qram narkotik vasitə olan heroini və külli miqdarda, yəni təmiz çəkisi 2,440 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 25.08.2021-ci il tarixdə saat 14 radələrində, Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-yə gətirilərək, üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1 ədəd sellofon bükümün içərisində olmaqla 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə külli miqdarda-yəni, təmiz çəkisi 19,572 qram narkotik vasitə olan heroin və 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə külli miqdarda, yəni təmiz çəkisi 2,440 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 ünvanında qeydiyyatda olsa da, həmin ünvanda yaşamır, belə ki, onun daimi yaşayış yeri yoxdur. Təxminən 3 ildir ki, narkotik vasitələrin aludəçisidir. Rəsmi iş yeri olmasa da, taksi fəaliyyəti ilə məşğul olur. 25.08.2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu vaxtda tanımadığı bir nəfər müştərini Bakı şəhərindən Gəncə şəhərinə gətirmişdir. Həmin şəxs Gəncə şəhərində endikdən sonra, idarə etdiyi “Toyota prius” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini “Gəncə mehmanxanası”nın yaxınlığında saxlayaraq təxminən 2 il əvvəl özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən tanımadığı şəxsdən aldığı narkotik vasitəni qəbul etmişdir. Təxminən 15 dəqiqə sonra mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. O, həmin şəxslərə etiraz etməyərək Gəncə şəhər Baş Polis İdarəsinə gəlmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə yenidən hüquq və vəzifələri izah edilmiş, sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər varsa təqdim etməsini təklif etmişlər. O, əynində olan göy cins şalvarın cibindən 1 ədəd sellofona bükülmüş içərisində ayrı-ayrı qablaşmalarda olan heroin və metamfetaminə oxşar kütlələr olan bükülünü təqdim etmişdir. Bundan sonra həmin sellofana baxış keçirilmiş və ayrı-ayrı qablaşmalarda olan heroin və metamfetaminə oxşar kütlələr aptek tərəzisində çəkilmişdir. Heroinə oxşar kütlənin ümumi çəkisi 23,70 qram və metamfetaminə oxşar kütlənin ümumi çəkisi 2,68 qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış və möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmiş və protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra onun idarə etdiyi “Toyota prius” markalı, **-VZ- *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və onun idarə etdiyi avtomobildən heç bir narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini heç kimə satmamışdır və satmaq məqsədi olmamışdır, həmin kütlələri üzərində saxlamağının məqsədi onlardan istifadə etmək olmuşdur, çünki o, narkotik vasitələrin aludəçisidir. Onun istifadəsində “***- ***-**-**” saylı mobil nömrə olmuş, onun həmin mobil nömrəsinə “Emi salam cvb ver emi emanet isteyirem negd” və 11.07.2021-ci il tarixdə “***-***-**-**” saylı nömrədən “Emi sen gel 2 dene agabalamı ver qalanı qalsın axsam 11 tamam 12 üçün o birini də götürərəm” məzmunda gələn mesajların nə üçün və kim tərəfindən yazıldığını xatırlamır, belə ki, o, taksi fəaliyyəti ilə məşğul olur və ona çox zənglər, mesajlar gəlir. O, bütün mesajları yadında saxlaya bilməz. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25.08.2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o, Gəncə şəhər Baş Polis İdarəsinin NMB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid2 birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Gəncə Mehmanxanası”nın yaxınlığında olduğunu müəyyən edərək həmin əraziyə getmişlər. Təqsirləndirilən şəxs orada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlamaqda şübhəli olduğunu bildirərək Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra ona bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı, əgər varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş olan kütləni çıxardaraq təqdir etmişdir. Həmin kütlə açıldıqdan sonra onun içərisində 2 ədəd bükülüdə sellofan bükülmüş heroin və metamfetaminə oxşar kütlələr müəyyən olunmuşdur. Bundan sonra həmin kütlələr aptek tərəzisində çəkilmiş, heroinə oxşar kütlənin sellofan ilə birlikdə çəkisi 23.70 qram və metamfetaminə oxşar kütlənin sellofan ilə birlikdə çəkisi 2,68 qram olmuşdur. Həmin kütlələr zərfdə qablaşdırılaraq, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin heroin və metamfetamin olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni 2 il əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə qanunla qadağan olunmuş narkotik vasitə və ya digər predmetlərin olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtombildə qanunla qadağan olunmuş narkotik vasitə və ya hər hansı bir əşyanın olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobilə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında baxış keçirilmiş və baxış zamanı avtomobildən narkotik vasitə və ya qanunla qadağan olunmuş digər hər hansı əşya aşkar edilməmişdir. Həmçinin bildirir ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şəxsi axtarış və götürmə barədə protokoldan, həmçinin video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı və video kamera ilə çəkilməklə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olubolmadığı, əgər varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş olan kütləni çıxardaraq təqdim etmişdir. Həmin kütlə açıldıqdan sonra onun içərisində 2 ədəd bükülüdə sellofan bükülmüş heroin və metamfetaminə oxşar kütlələr müəyyən olunmuşdur. Bundan sonra həmin kütlələr aptek tərəzisində çəkilmiş, heroinə oxşar kütlənin sellofan ilə birlikdə çəkisi 23.70 qram və metamfetaminə oxşar kütlənin sellofan ilə birlikdə çəkisi 2,68 qram olmuşdur. Həmin kütlələr zərfdə qablaşdırılaraq, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin heroin və metamfetamin olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni 2 il əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir (iş vərəqə: cild İ, səh.27-28, 100-101). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan baxış keçirmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən narkotik vasitə və ya qanunla qadağan olunmuş digər hər hansı əşya aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.30-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 25 avqust 2021-ci il tarixli, 16/883 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr....” sözlər və imzalar olan kağız paketdəki bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 19,572 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,440 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (iş vərəqə: cild İ, səh.41-42). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 1331 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.120). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, 01.05.2021-ci il tarixdən 26.08.2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı ***-***-**-** saylı nömrə Bakı şəhəri ərazisində müxtəlif anten dairələrində olmuş, bundan başqa mesaj mətnlərinə baxış zamanı müəyyən edilmişdir ki, 02.06.2021ci il tarixdə Qara Nəcəfzadə adına olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “Emi salam cvb ver emi emanet isteyirem negd” məzmundə mesaj mətnləri göndərilmişdir. Həmçinin, 11.07.2021-ci il tarixdə ***-***- **-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “Emi sen gel 2 dene agabalamı ver qalanı qalsın axsam 11 tamam 12 üçün o birində götürərəm” məzmunda mesaj mətni göndərilmişdir (iş vərəqə: cild İ, səh.121). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18.09.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsi, həmçinin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini aldığı şəxsin şəxsiyyəti müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild İ, səh.89). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 17.09.2021-ci il tarixli, 7878 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 xəstəxanasında müalicədə olmayıb (iş vərəqə: cild İ, səh.95). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04.03.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 19,472 qram olan narkotik vasitə heroin və qalıq təmiz çəkisi 2,340 qram psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk və onun idarə etdiyi “Toyota Prius” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinin görüntüləri olan 1 ədəd DVD disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin disklər cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.262-274). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.26). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 25.08.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.98-99). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31.08.2021-ci il tarixli tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.05.2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.05.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan başqa həmin tələbnamədən və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.01.2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.01.2018-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20.10.2017-ci il tarixli Qanun onun barəsində tətbiq edilərək Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə onun cəzası 5 ilə endirildiyinə görə cəzası çəkilmiş hesab edilərək dərhal cəza çəkməkdən azad olunmuşdur (iş vərəqə: cild İ, səh.84-85, 133-136, 145-147). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin, həmçinin “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmuş, həmçinin metamfetamin psixotrop maddəsinin miqdarı külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini heç kimə satmaq məqsədinin olmamasına dair vermiş olduğu ifadəsində göstərdikləri şahid ifadələri, ekspert rəyləri, maddi sübut, istintaq hərəkəti protokolları və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam olaraq təkzib edilir. Məhkəmə həmin ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi qənaətinə gələrkən onun üzərindən aşkar edilmiş həmin maddələrin müxtəlif növlərdə olmasını, miqdarını və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.05.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.01.2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20.10.2017-ci il tarixli Qanunun onun barəsində tətbiq edilərək əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə cəzasının 5 ilə endirildiyinə görə cəzasının çəkilmiş hesab edilərək cəza çəkməkdən azad olunması ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs həmin cəzasını çəkib qurtardığı vaxtdan iki il keçdiyindən onun həmin məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 25 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 25.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 25 avqust 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 1331 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 19,472 qram olan narkotik vasitə heroin və qalıq təmiz çəkisi 2,340 qram psixotrop maddə metamfetamin məhv edilməli, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd “DVD” disk və 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 25 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 19,472 qram olan narkotik vasitə heroin və qalıq təmiz çəkisi 2,340 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd “DVD” disk və 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-247/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-247/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver