Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-247/2025 10.03.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və X15 ibarət tərkibdə, məhkəmə iclas katibləri - X5 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi - X4 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2002-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu xx.xx.1990-cı il tarixdə anadan olmuş Şəmkir rayonu, Zəyəm-Cırdaxan kənd sakini X6 onu təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun qəsdən sağlamlığına ağır zərər vurmaq qərarına gəlmiş, bu məqsədlə idarə etdiyi atası Şahid7 məxsus “Hyundai Sonata” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə 18 aprel 2024-cü il tarixdə, saat 09 radələrində Türkanə Məmmədovanı faktiki yaşadığı ünvan 1 ünvanından götürərək Tovuz rayonu, Aşağı Quşçu kəndinin ərazisinə, Tovuz- Böyükqışlaq avtomobil yolunun kənarında yerləşən əkin sahəsinə aparmış, orada Türkanə Məmmədovanı avtomobildən düşürərək avtomobilin yük yerində olan sonuncunun üzərinə töküb yandıraraq qəsdən sağlamlığına ağır zərər vurmaq niyyəti ilə hadisədən əvvəl alıb iki litrlik plastik qabda (butulkada) saxladığı benzin məhlulunu götürüb Türkanə Məmmədovanın üzərinə tökərək əlindəki alışqan vasitəsi ilə qəsdən yandırmaqla sonuncuya başın, üzün, boyunun, gövdənin ön və arxa səthlərinin, hər iki yuxarı və aşağı ətrafların ümumi bədən səthinin 80-85 %-ni təşkil edən İİ-İİİ dərəcəli termiki yanıq xəsarətləri ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Türkanə Məmmədovanın sağlamlığına ağır zərər vurmuş, 28 aprel 2024-cü il tarixdə saat 22:25 radələrində müalicə olunduğu Bakı şəhərində yerləşən “Nərimanov” Tibb Mərkəzinin yanıq şöbəsində aldığı həmin yanıq xəsarətlərdən inkişaf etmiş orqanizminin ümumi intoksikasiyası nəticəsində ehtiyatsızlıqdan Türkanə Məmmədovanın ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 126.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə işdən evə qayıdanda atası Şahid7 mərhum Türkanə Məmmədova ilə nə münasibətinin olduğunu soruşmuş və gələcəyinin yaxşı olması üçün sonuncu ilə əlaqələrini kəsməyini bildirmişdir. Həmin vaxt bir neçə gün idi ki o, artıq mərhum Türkanə Məmmədova ilə danışmırdı. xx.xx.2024-cü il tarixdə o, gecə işlətdiyi kafeyə getmişdir. Həmin axşam Türkanə Məmmədova zəng edəndə o, sonuncuya bir də ona zəng etməməsini, başqası ilə ailə həyatı qurmaq istədiyini bildirmişdir. Səhəri gün Türkanə yenidən ona zəng edərək son dəfə görüşmək istədiyini demişdir. Onun idarə etdiyi avtomobilinin benzin nasosunda problem olduğundan avtomobil “priboy” işləmişdir. Buna görə də o, daima avtomobilinin sağ oturacaq hissəsinin altında plastik qabda benzin saxlamışdır. O, Məhəmmədlə birlikdə Türkanəni yaşadığı evindən götürmüşdür. Hərəkətdə olarkən Türkanə ona yoldan kənarda saxlamağını və şəkil çəkdirməyi demişdir. O, avtomobili həmişə dayanıb söhbət etdikləri və şəkil çəkdirdikləri yerdə saxlamışdır. Türkanə bir dəqiqə avtomobildən çöldə işi olduğunu deyib düşmüşdür. Bundan sonra o, avtomobilinin saxlanc yerindən siqaretlə alışqanı götürüb siqareti yandırmış və yenidən qolaltına qoymuşdur. Həmin vaxtı o, Türkanənin başından aşağıya benzin tökdüyünü görüb mane olmaq üçün sonuncuya yaxınlaşaraq nə etdiyini soruşmuşdur. O, Türkanənin əlindən benzini götürmək istəmiş, lakin əlindəki siqaret benzinə dəymiş və bu zaman Türkanə qəfildən yanmağa başlamışdır. Su olmadığı üçün o, sonuncunu torpaq vasitəsilə söndürmüş və xəstəxanaya aparmışdır. Xəstəxanada olarkən Türkanə üçün aptekdən həkimlərin dediyi dərmanları almışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş və onu şöbəyə aparmışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Türkanə ilə bir ilə yaxın sevgi münasibətində olmuş, əvvəllər sonuncu ilə aralarında mübahisə olmamışdır. Sonuncu dəfə Türkanə zəng edəndə o, bir daha onu axtarmamasını demişdir. xx.xx.2024ci il tarixdə atası Türkanə ilə əlaqəsini kəsməyini demişdir. Hadisədən 10 gün əvvəl Türkanə ondan xatırladığı qədəri ilə 1000-1500 manat məbləğində pul istəmiş, o da həmin məbləği sonuncuya vermişdir. Lakin Türkanənin əvvəllər onun atasından pul istəməsi barədə məlumatı olmamış, hadisədən əvvəl Türkanə özü atasından pul istədiyini ona demişdir. xx.xx.2024-cü il tarixdə səhər tezdən Türkanə yenə ona zəng etmiş və harada olduğunu soruşmuş, o isə obyektdə olduğunu və bir azdan açacağını demişdir. Türkanə onu götürməyini və son dəfə onu görmək istədiyini demişdir. O da Türkanə ilə razılaşmış və evindən sonuncunu götürmüşdür. Onlar “Əsrik yolu” adlanan yerə getmişlər. Türkanə ilə görüşən zaman avtomobildə anasının xalası oğlu Şahid1 da olmuşdur. Avtomobildə olarkən Türkanə onun arxa tərəfində əyləşmiş, Məhəmməd isə arxa sağ tərəfdə bükülüb yatmışdır. Xatırladığı qədəri ilə həmin gün Türkanənin əynində cins şalvar və qırmızı rəngdə köynək olmuş, lakin gödəkcə olmamışdır. Türkanə ona həmişə söhbət etdikləri yerə getməyini demiş, o da avtomobili oraya sürmüş, çatdıqda isə saxlayıb saxlanc yerindən siqaretlə alışqanını götürərək siqaretini yandırmışdır. Bundan sonra alışqanı və siqaret qutusunu qolaltında olan saxlanc yerinə qoymuşdur. Həmin vaxt Türkanə artıq avtomobildən düşmüşdür. Avtomobilinin benzin nasosu nasaz olduğundan həmişə plastik qabda benzin alıb tökmüşdür. Türkanə avtomobildə olarkən əynindəki hər hansı paltarı soyunmamışdır. O, avtomobildən düşəndən sonra Türkanənin üzərinə benzin tökdüyünü görmüş, lakin hansı səbəbdən tökdüyünü bilməmişdir. İdarə etdiyi avtomobilin yanacaq çəni dolu olan zamanı heç bir nasazlıq olmamış, lakin o, çəni həmişə dolu saxlaya bilməmişdir. Bu səbəbdən də avtomobildə plastik qabda hər ehtimala qarşı benzin gəzdirmişdir. Hadisə vaxtı avtomobildə olan benzin bir ədəd iki litrlik plastik qabda olmuşdur. Hadisə zamanı Türkanənin istifadə etdiyi benzini o, bir gün əvvəl doldurmuşdur. Onun Türkanənin benzini götürməsindən xəbəri olmamışdır. Çünki avtomobili saxladıqdan sonra ilk olaraq Türkanə, sonra isə o, düşmüşdür. Xalası oğlu Məhəmməd isə həmin vaxt yatmışdır. Türkanə üzərinə benzin tökən zaman ona heç nə deməmişdir. Xatırladığı qədəri ilə Türkanə əl nahiyəsindən yanmağa başlamışdır. Həmin vaxtı sonuncu avtomobildən 3-4 metr aralıda dayanmışdır. O, siqaretini yandırıb avtomobildən düşdükdən sonra Türkanənin üzərinə benzin tökdüyünü görmüşdür. O, sonuncuya mane olmaq istəyəndə siqaret ağzından düşmüş və Türkanə əlindən yanmağa başlamışdır. Türkanə yanmağa başladığı zaman xalası oğlu Məhəmməd səs-küyə oyanıb yanlarına gəlmiş və qızı söndürməyə kömək etmişdir. Türkanənin özünü yandırmasına səbəbin ondan ayrılmaq istəməməyi olmasını düşünmüşdür. Əvvəllər Türkanə ilə aralarında mübahisələri olanda sonuncu özünü yandıracağını və həyatına qəsd edəcəyini deməmişdir. Hadisədən əvvəl o, Türkanəyə zəng edib ayrılmağı dedikdə sonuncu özünü yandıracağını, həyatına qəsd edəcəyini bildirmişdir. O, hadisədən sonra Türkanəni xalasıoğlu Məhəmmədlə birlikdə Tovuz RMX-yə aparmışdır. Hadisədən sonra polis əməkdaşları onu Tovuz RPŞ-yə aparıb ona təzyiq göstərmişlər. Polislər başına, böyrəyinə qalın kitab qoyub yumruqla vurmuşlar. O, polislərə Türkanəni yandırmadığını desə də, sonuncular buna məhəl qoymayıb onun yandırdığını demişlər. Onunla birlikdə Məhəmmədi də polis şöbəsinə gətirsələr də, onları ayrı-ayrı otaqlarda saxlamışlar. Polis şöbəsində olan zaman prokurorluq işçiləri oraya gəlmişdir. İbtidai istintaq zamanı hazırda danışdığı kimi ifadə versə də, heç kim dediklərini qeyd etməmişdir. Türkanəni xəstəxanaya aparan zaman sonuncunun huşu özündə olmuş, Türkanə onunla sərbəst formada danışmışdır. Əvvəllər Türkanə ilə gəzməyə gedəndə avtomobili dəfələrlə “priboy” işləmiş, o da qızın yanında benzini həmişə saxladığı yerdən götürüb istifadə etmişdir. Buna görə də, Türkanə onun benzini avtomobilin hansı hissəsində saxladığını bilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində “RR” çay evini işlətmişdir. X9 təxminən doqquz ay olar ki, tanımış, sonuncu subay olmaqla iki azyaşlı övladı olmuşdur. Türkanə Tovuz rayonu, Qovlar şəhərində “Posyolka” adlanan yerdə yerləşən binalardan birində özünə məxsus evdə yaşamış, ondan 12 yaş da böyük olmuşdur. Türkanə ilə arasında həmişə yaxşı münasibət olmuş, heç bir zaman mübahisə və narazılıq olmamışdır. O, sonuncu ilə dəfələrlə razılıq əsasında bir neçə dəfə cinsi əlaqədə olmuşlar. Cinsi əlaqə müqabilində də Türkanəyə pul verməmiş, sonuncu da istəməmişdir. Türkanənin istəyinə görə maddi köməklik kimi sonuncuya 3-4 dəfə əlli, yüz manat pul vermişdir. 17 aprel 2024-cü il tarixdə Türkanə ona telefonla zəng edib 100 manat pul istəmiş, lakin o, sonuncuya pul verməmiş, daha sonra atası Rasim ona zəng edərək Türkanə ilə danışdığını və onun sonuncu ilə münasibətinin olmasından məlumatının olduğunu deyərək nə səbəbə qıza pul verməməsinin üstündə onu danlamışdır. O da 18 aprel 2024-cü il tarixdə bu söhbətə aydınlıq gətirməkdən ötrü Türkanə ilə görüşmək qərarına gəlmişdir. 18 aprel 2024-cü il tarixdə saat təxminən 08:30 radələrində Türkanə ona zəng edib özünü Tovuz bazarına aparmasını bildirmiş, bu səbəbdən də o, atasına məxsus etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata “ markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Türkanın yaşadığı evinə getmişdir. Həmin vaxtı maşında onunla birlikdə xalası oğlu, eyni zamanda həmkəndlisi Şahid1 da olmuşdur. Türkanənin yaşadığı evə getdikdən sonra sonuncu onun gəlməyini görüb aşağı düşərək maşının arxa sol tərəfində əyləşmiş, həmin vaxtı Məhəmməd də arxa sağ tərəfdə oturmuşdur. Avtomobildə gedən zaman Türkanə ondan yenə də yüz manat pul istəmiş, amma nə üçün istədiyini deməmiş, o, Türkanəyə pulunun olmadığını və pulu nə üçün istədiyini soruşduqda, Türkanə yenə də təkidlə həmin məbləği istədiyi üçün o, hirslənərək sonuncuya pulunun olmadığını demişdir. Bundan sonra Türkanə ona “heç kimin gələcəyini bilmək olmaz, sənin də anan, bacın var” demişdir. Türkanənin onun anası və bacısı ilə bağlı belə ifadələr işlətməsi onu əsəbləşdirmiş və o, qıza ağzına gələni danışmamağı, danışığına fikir verməyi bildirmişdir. Türkanə isə cavabında ona “sən yaxşı kişi olsan, mənə pul verərdin” demişdir. Türkanənin bu sözü onu daha da hirsləndirmiş və onu təhqir etdiyi üçün sonuncuya harasa gedib həmin sözlərinə aydınlıq gətirməli olduğunu bildirmişdir. Bundan sonra o, Türkanəni bazara aparmayıb avtomobilini Azaflı kəndi istiqamətində, “Qərib Seyid” piri deyilən istiqamətdə sürərək pirə çatmağa 2 km qalmış Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində avtomobilini sağa verib boş yerdə saxlamışdır. Bundan sonra ikisi də maşından düşmüş, Məhəmməd isə maşında qalmışdır. Maşından aralandıqdan sonra Tükanəyə nə üçün Məhəmmədin yanında ona belə sözlər deməsini, atasına zəng etməsini irad tutub narazılığını bildirmiş, Türkanə də ondan üzr istəmək əvəzinə ona yaxşı elədiyini dediyi üçün o, bundan əsəbiləşərək maşınının yük yerindən əvvəlcədən yanacaqdoldurma məntəqəsindən aldığı 2 litrlik plastik qabda olan benzin məhlulunu götürüb Türkanənin üzərinə gələrək onu qorxutmaq məqsədilə heç bir söz demədən qabın ağzını açıb qabdakı benzinin bir hissəsini Türkanənin qarın nahiyəsinə tökmüşdür. Həmin vaxtı benzinin bir hissəsi yerə, bir hissəsi isə Türkanənin əllərinin üzərinə tökülmüşdür. Türkanənin üzərinə benzin tökəndə sonuncu ilə arasında bir metr məsafə olmuş, bu zaman Türkanə qışqıraraq niyə üstünə benzin tökdüyünü bildirmişdir. Həmin vaxtı ağzında yanlı vəziyyətdə olan “Kent 4” markalı siqaret dənəsi ağzından yerə düşmüş, nəticədə yerə tökülmüş benzindən yaranan alov Türkanənin ayağına keçib qarın nahiyəsinə doğru uzanmışdır. O, möhkəm qorxmuş və tez özünü Türkanənin üstünə atıb yerə yıxaraq torpağı üstünə tökməklə yanğını söndürmək istəmişdir. Bu zaman özü də yanıq xəsarətləri almışdır. Türkanənin yanmasını görən xalası oğlu Məhəmməd də tez maşından düşüb Türkanənin alovunu söndürmüşdür. Daha sonra o, Türkanəni Məhəmmədlə maşınına qoyub Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Türkanəni qorxutmaqdan ötrü maşınından benzin götürdükdə Məhəmməd arxada oturduğundan onun benzin qabını götürməyini görməmişdir. Hadisə vaxtı onun Türkanəni öldürmək niyyəti olmamış, etmiş olduğu əməldən də peşman olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, elan edilmiş məzmunda ifadələr verməmişdir. xx.xx.2024-cü il tarixli ifadəsinin sonunda qeyd edilmiş əlyazma və imza onun tərəfindən icra edilsə də, o, ifadəsini oxumadan imzalamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə parnikdə işləyən zaman ona tanımadığı nömrədən zəng gəlmişdir. Zəng edən şəxs qızının ağrıdığını, həkimdə olduğunu və gəlməyini demişdir. Bundan sonra o, gəlini ilə birlikdə yol avtomobili ilə Tovuz rayonuna, oradan da Tovuz RMX-yə getmişdir. Xəstəxanaya gələndə Türkanənin orada olmadığını demişlər. Soruşduqda Türkanənin yanıq xəsarəti ilə xəstəxanaya gətirildiyini, lakin vəziyyəti yaxşı olmadığı üçün Bakı şəhərinə aparıldığını demişlər. O, əvvəlcə Türkanənin iş yerində yandığını düşünmüşdür. Bundan sonra nəvələri evdə tək olduqları üçün o, Türkanənin Qovlar şəhərindəki evinə gəlmişdir. Nəvəsi Sənan evdə olmuşdur. Sonuncudan anası Türkanə və bacısı Leylanın harada olduğunu soruşanda Sənan anasının işdə, bacısının isə dərsdə olduğunu demişdir. Bir qədər sonra qonşular toplaşaraq ona qızı Türkanənin özünü yandırdığını demişlər. O, qonşulardan qızının nə üçün belə etdiyini soruşduqda sonuncular bilmədiklərini demişlər. Bundan sonra o, oğlu və qardaşı ilə Bakı şəhərinə Türkanənin yanına getmişdir. Türkanəni Bakı şəhərinə təcili-tibbi yardım ilə Röyalın atası və əmisi aparmışdır. Yolda olarkən Şabranda yaşayan bacısı və bacısı oğluna zəng edib Türkanənin yandığını, Bakı şəhərində xəstəxanaya aparıldığını, lakin məsələnin nə olduğunu bilmədiyini deyib oraya getmələrini xahiş etmişdir. Onlar xəstəxanaya çatanda bacısı və sonuncunun oğlu da orada olmuşlar. O, həmin gün qızının yanında olanda qızı Türkanə “ay mama bir şey idi oldu” demişdir. Ertəsi gün Rasim müəllim və o, Türkanənin yanına girmişlər. Rasim müəllim Türkandan nə üçün özünü yandırdığını soruşanda qızı bilmədən özünü yandırdığını və Röyalla bir-birlərini istədiklərini demişdir. İfadəsinin davamı olaraq Mahirə Məmmədova bildirmişdir ki, Təqsirləndirilən şəxslə qızı Türkanənin münasibəti barədə məlumatı olmamış, qızı gözəllik salonunda işləmişdir. Qızı ona özü üzərinə benzin töküb özünü yandırdığını demişdir. Təqsirləndirilən şəxs və sonuncunun yaxın qohumları tərəfindən onlara heç bir hədə-qorxu gəlinməmişdir. O, Türkanənin özü-özünü yandırması barədə ona yalan deməsindən şübhələnib məsələnin daha yaxşı araşdırılması üçün əsəbiləşərək şikayət etmişdir. Qızı 10 gün Bakı şəhərində xəstəxanada qalmış və rahat danışıb yemək yemişdir. O, hər gün Türkanənin yanına gedib-gəlmişdir. Türkanə sarğılı olduğu üçün xəsarətlərinin ən çox hansı nahiyəsində olduğunu deyə bilməmiş, lakin baş nahiyəsi salamat olmuşdur. Bununla belə, qızı xəstəxanada olarkən onunla sərbəst formada danışmışdır. Türkanə ona hadisənin qəfildən baş verdiyini, öz üzərinə benzin tökdüyünü, bu zaman Röyalın ona mane olmağa çalışdığını, həmin vaxt Röyalın ağzındakı siqaretin yerə düşdüyünü və təsadüfən yandığını demişdir. Xəstəxanada olarkən Röyalın atası və qohumları Türkanənin yanına gəlmişlər. O, Röyalın əmisindən Türkanənin öz-özünü yandırmasına baxmayaraq, nə üçün müalicə xərcləri qarşıladıqlarını soruşduqda, əmisi Röyalla Türkanənin yaxın olduqlarını və bir-birlərini istədiklərini demişdir. Röyalın qohumları nəvəsinin müalicəsi ilə bağlı xərclərini qarşılamışlar. O, Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. X4 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Mahirə Məmmədova həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə almış olduğu yanıq xəsarətlərindən Bakı şəhərində müalicə aldığı Yanıq mərkəzində vəfat etmiş X16 doğma qızı olmuşdur. Türkanə Məmmədova sonuncu dəfə bildiyinə görə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Dondar Piryezi” deyilən yerdə gözəllik salonlarının birində işləmişdir. xx.xx.2024cü il tarixdə saat 11 radələrində ona tanımadığı nömrədən zəng gəlmiş, Türkanənin vəziyyətinin yaxşı olmadığını, xəstəxanada olduğunu bildirmişlər. O da tez Tovuz rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanaya gedəndə ona Türkanənin yanıq xəsarətləri ilə xəstəxanaya daxil olduğunu, vəziyyətinin yaxşı olmadığı üçün onu Bakı şəhərinə Yanıq mərkəzinə apardıqlarını demişlər. Türkanənin hansı şəraitdə yanıq xəsarətləri alması ilə maraqlandıqda xəstəxanada tibb bacıları ona Türkanəni qeyri-rəsmi münasibətdə olduğu oğlanın yandırdığını, daha sonra isə özünün qızı xəstəxanaya gətirdiyini demişlər. Sonradan bilmiş ki, həmin oğlan Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Bundan sonra qızının uşaqlarını öz evinə aparmaq üçün Qovlar şəhərində yerləşən evlərinə getmişdir. Qızıgilə getdikdən sonra nəvəsi Leyla ona anasını yandıran Təqsirləndirilən şəxslə anasının 1 ildən çoxdur ki, münasibətlərinin olduğunu demişdir. Lakin özünün onların münasibətindən məlumatı olmamışdır. Bu barədə əgər vaxtında bilsə idi onların münasibətlərinə razı olmazdı. Nəvəsi Leyla ilə Sənanı öz evlərinə aparmaq istəmiş, lakin sonuncular həmin günü onunla gəlməyib qonşuda qalmışlar. Bundan sonra o, Bakı şəhərinə qızının yanına xəstəxanaya getmişdir. Qızının xəstəxanada müalicəsi normal getmişdir. Özü sərbəst danışmış, sərbəst yemək yemişdir. Qızından hadisənin necə baş verdiyini maraqlananda qızı Röyalın onun üzərinə benzin tökərək yandırdığını, lakin bu barədə heç kimə bir söz deməməyini tapşırmışdır. Türkanə Röyalın yaxın qohumlarının əgər Röyaldan şikayət edəcəyi halda onun övladlarının başına oyun açacaqları ilə hədələdiklərini, birdən Röyalın və onun yaxın qohumlarının övladlarına nəsə edəcəyindən qorxduğunu demişdir. Həmin söhbəti edəndə qızının həyəcandan əlləri əsmişdir. Röyalın yaxın qohumları xəstəxanaya qızının yanına gəlmişlər. Bir də Röyalın əmisi xəstəxanada ona demiş ki, guya qızı öz-özünü yandırmışdır. Qızının müalicə xərclərini Röyalın yaxın qohumları etdiyi üçün o, sonunculara demiş ki, “qızım sizin heç nəyinizdir, əgər qızım özü-özünü yandırmışdısa da, nəyə görə onun sağalması üçün pul xərcləyirsiniz, deməli siz hansısa marağa görə, oğlunuzun tutulmaması üçün qızımın sağalması üçün pul xərcləyirsiniz”. Bu söhbətdən sonra həmin şəxslərin təhlükəli adam olduğunu görüb bir daha onlarla söhbət etməmişdir. Qızı da ona dəfələrlə tapşırmış ki, birdən ona nəsə edərlər deyə həmin şəxslərlə əlaqə saxlamasın. 28 aprel 2024-cü il tarixdə qızı müalicə aldığı xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs qızı Türkanə Məmmədovanı nə məqsədlə yandırması barədə hər hansı məlumatı olmamışdır. Çünki qızı da ona bu barədə heç nə deməmişdir. Qızının qonşularından eşitmiş ki, qızı ilə Röyal arasında hadisədən 1 gün əvvəl mübahisə olmuş, 18 aprel 2024-cü il tarixdə isə Röyal səhər tezdən hansısa yanacaq doldurma məntəqəsindən benzin almış, həmin günü də qızını evdən gəlib götürərək Tovuz rayonu, Aşağı Quşçu kəndində kimsəsiz yerə aparıb üstünə benzin tökərək yandırmışdır. Nəvəsi Leyla da demiş ki, səhər Röyal onlara gələndə o da evdə olmuş, Röyal da Türkanəni zorla özü ilə maşınına otuzdurub apararaq yandırmışdır. Qızı Türkanə hadisədən sonra dəfələrlə onun yuxusuna gələrək Röyaldan şikayət etməməyi, sonuncunu tutdurmamağı ona bildirmişdir. Bu səbəbdən o, ərizə ilə Tovuz rayon prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir. Düzdür Röyal 18 aprel 2024-cü il tarixdə qızı Türkanə Məmmədovanın üzərinə benzin tökərək qəsdən sonuncunu yandırmış, nəticədə qızı Türkanə Məmmədova 28 aprel 2024-cü il tarixdə Bakı şəhərində yerləşən yanıq şöbəsində vəfat etmişdir. Röyal həmin cinayət əməlini törətsə də, qızının ölümü ilə bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Mahirə Məmmədova bildirmişdir ki, o, ibtidai istintaq zamanı əsəbiləşib elan edilmiş məzmunda ifadələr vermişdir. Türkanənin xəstəxanada olarkən öz-özünü yandırdığını dediyi video görüntüsü olmuşdur. Həmin video görüntü Röyalın atası Rasim müəllim tərəfindən qeydə alınmışdır. Türkanənin öz-özünü yandırdığını dediyi video görüntü təxminən xəstəxanada olduğu 7-ci gün qeydə alınmışdır. Türkanə xəstəxanada olarkən ona benzini Röyalın onun üzərinə tökdüyünü və heç kimə heç nə deməməyimi tapşırmamışdır. Rasim müəllim qızının hadisənin necə baş verməsini danışmasını video çəkilişlə qeydə alan zaman o da orada olmuşdur. Qızı Türkanə ona Röyalın üzərinə benzin töküb yandırdığını deməmişdir. İbtidai istintaq zamanı ifadə verəndə ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, qohumu Təqsirləndirilən şəxs işlətdiyi kafedə işləmişdir. Hadisə günü Röyalın tanışı olan Qorxmaz avtomobilə əyləşəndə o, arxa oturacağa keçmiş və gecə spirtli içki qəbul etdiyi üçün yatmışdır. Bundan sonra o, Röyalın qışqırıq səsinə yuxudan oyanmışdır. Röyal həmin vaxt “dəlisənmi, nə edirsən” demişdir. Bu zaman o, Türkanənin yandığını görmüş və tez Röyalla birlikdə sonuncunu söndürüb xəstəxanaya aparmışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, mərhum Türkanə xanımı əvvəllər bir-iki dəfə görmüşdür. O, Türkanə ilə Röyalın münasibətlərinin nə vaxtdan başlamasını bilməmişdir. O, Röyalla sonuncunun idarə etdiyi “Hyundai” markalı avtomobillə səhər saat 7-7:30-da Tovuz şəhərinə yola düşmüşdür. O, əvvəlcə avtomobilin qabaq sağ oturacağında əyləşmiş, lakin yolda Röyalın tanışı Qorxmaz avtomobilə əyləşəndə o, arxa oturacağa keçmiş və uzanıb yatmışdır. O, yatdığı üçün Türkanəni götürməklərindən xəbəri olmamışdır. Röyalla Tovuz rayonuna elə-belə hərlənmək üçün getmişlər. Röyal ona Türkanə xanımı götürəcəyini deməmişdir. O, oyananda avtomobil yoldan bir qədər kənarda boş sahədə dayanmışdır. O, axşam spirtli içki qəbul etdiyi üçün yatdığı vaxt Röyalın avtomobili saxlamasından və kiminsə əyləşməsindən xəbəri olmamışdır. O, hadisə yerində Röyal ucadan qışqırdığı üçün sonuncunun səsinə yuxudan oyanmışdır. O, yuxudan oyanıb baxanda Türkanənin qışqıraraq yandığını görmüşdür. Həmin vaxt Röyalla Türkanə avtomobildən təxminən 10 metr aralıda olmuşlar. O, Röyalın Türkanənin üzərinə getdiyini, Türkanənin isə saçının və bədən nahiyəsinin yandığını görmüşdür. Röyal və o, tez Türkanəni torpaqla söndürmüşlər. Bu zaman Röyal da yanıq xəsarətləri almışdır. Türkanəni söndürmək üçün sonuncunu yerə yıxmışlar və üzərinə torpaq tökmüşlər. Sonuncunu söndürdükdən sonra xəstəxanaya aparmışlar. O, hadisəyə qədər Röyalın avtomobilinə tez-tez əyləşmişdir. Röyalın avtomobilində nasazlıq olmuşdur. O, əvvəllər də Röyalın avtomobilində plastik qabda benzin görmüşdür. Röyal içərisində benzin olan plastik qabı avtomobilin ayaqaltısına qoymuşdur. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş, həmçinin həmin dindirmə istintaq hərəkətlərinə dair videoçəkiliş nümayiş etdirilməklə tədqiq edilmiş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xalası qızı Familə Tağıyevanın oğlu olmuşdur. Təqsirləndirilən şəxs Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “RR” çay evini işlətmişdir. O, özü də məlum hadisə baş verənə kimi həmin çay evində barmen kimi işləmişdir. Əsgərlikdən gəldikdən sonra təxminən 4-5 ay olardı ki, Təqsirləndirilən şəxs Türkanə adlı qadınla sevgi münasibətinin olmasını bilmişdir. Onlar 1-2 dəfə də birlikdə kafedə oturub çay içmişlər. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində çay evindən çıxaraq yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Röyal ona zəng edərək gəlib onu götürərək çay evinə gedəcəklərini bildirmiş, o da razılaşaraq gəlib onu götürməyini bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Röyal yaşadığı evin qarşısına gəlib özünün idarə etdiyi “Hyundai Sonata” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu da götürərək “RR” çay evinə gəlmişdir. 2 saata yaxın çay evində birlikdə oturduqdan sonra saat 04 radələrində çay evində olan işçiləri aparıb evlərinə düşürərək təkrar çay evinə qayıtmışlar. Çay evinə qayıdarkən X34 kəndi ərazisində yerləşən “Dondar Piryezi” deyilən yerə gedib “Nur Oil” YDM-dən 2 litrlik plastmas qabda benzin almışdır. Benzini də məntəqənin işçisi maşının yük yerinə qoymuşdur. Bundan sonra onlar yenidən çay evinə qayıtmışlar. Çay evinə qayıtdıqdan sonra o, yatmışdır. Saat 07 radələrində Röyal onu yuxudan oyadıb maşınla rayonda gəzməyə getmələrini demiş, o da Röyalla razılaşmışdır. O ilk öncə qabaqda oturmuş, Röyal maşını Qovlar şəhəri istiqamətində sürmüşdür. Qovlar şəhərində olanda Röyal tanışı olan əvvəldən tanımadığı Qorxmaz adlı oğlanla görüşmüş, yuxusu gəldiyi üçün Qorxmaza onun qabaqda əyləşməyini, özünün isə arxada yatacağını demişdir. Daha sonra o, arxaya keçmiş, Qorxmaz isə qabaqda əyləşmişdir. O, yuxulu olduğu üçün arxada yatmışdır. Arxada yatan zaman sifətinə gələn havaya oyanıb gözünü açanda Türkanənin arxada onun yanına oturduğunu görmüşdür. Türkanə ilə salamlaşmış, sonuncu arxada sol tərəfdə, sürücünün arxasında, o isə Türkanənin yanında sağ tərəfdə əyləşmişdir. Qorxmaz isə maşında olmamışdır. Sonra Röyal maşını sürməyə davam eləmişdir. Yolda olanda Röyalla Türkanə mübahisə eləməyə başlamışlar. Onların mübahisəsindən o, belə başa düşmüş ki, sonuncular arasında nə isə pul mübahisəsi olmuş, eləcə də onlar bir-birinə etdikləri səhvləri demişlər. Onların bir-birinə qarşı səhv etməsini deyəndə o, sonuncular arasında qısqanclıq da ola biləcəyini fikirləşmişdir. O, Röyalgilə bir-birləri ilə mübahisə etməmələrini desə də, sonuncular mübahisəsinə davam etmişlər. Mübahisə vaxtı Türkanə Röyalın ünvanına “sən ananı, bacını “qəhbə” eləyən oğlansan” demiş, Röyal isə Türkanəyə heç nə deməmişdir. Arxada oturanda görmüş ki, Röyal maşını Azaflı kəndi istiqamətində sürmüşdür. “Qərib Seyid” piri deyilən yerə çatmamış Röyal maşını sağa tərəf torpaqlıq yola sürərək yoldan təxminən 200-300 metr irəliləyib kimsəsiz bir yerdə saxlamışdır. Röyal avtomobildən aşağı düşmüş və avtomobilin arxa qapısını açaraq Türkanəni də avtomobildən düşürmüş, o, sonunculara nə etdiklərini dedikdə, ikisi də ona “sən bizim işimizə qarışma” demişdir. Röyal daha sonra avtomobilin arxa yük yerində saxladığı içərisində benzin olan iki litrlik plastmas qabı da özü ilə götürmüşdür. Həmin vaxtı sonuncular Türkanə ilə birlikdə avtomobildən təxminən 10 metr kənarda dayanmışlar. Onlar orada avtomobildə olan mübahisəni davam etdirmişlər. O isə avtomobildən düşməmiş, arxada yuxulu vəziyyətdə olmuşdur. Röyalgil təxminən 5-10 dəqiqə söhbət etmişlər. Qəfildən Türkanənin qışqırıq səsini eşidib maşından düşəndə Türkanənin alışaraq yandığını görmüşdür. Röyalın Türkanəni nə ilə yandırdığını isə görə bilməmişdir. Dərhal Türkanəyə yaxınlaşıb sonuncunun üzərinə yanğını söndürmək üçün torpaq tökmüşdür. Həmin vaxt Türkanə ilə bərabər benzin Röyalın əllərinə və ayağına töküldüyündən sonuncunun da əl və ayaqları yanmışdır. Təxminən 3-4 dəqiqə ərzində Röyalla birlikdə Türkanənin alovunu söndürmüşlər. Buna baxmayaraq, Türkanənin bədəni demək olar ki, yanmışdır. Daha sonra Türkanəni öz əynində olan papaqlı gödəkçəyə bükərək avtomobilə əyləşdirmişlər, Röyal isə avtomobili idarə edərək qızı Tovuz rayon mərkəzi xəstəxanasına çatdırmışdır. Röyalın Türkanəni necə yandırmasını görməmişdir. Lakin xəstəxanada olanda Röyal yandıranla yerə vurduğunu demişdir. Ağzından belə bir kəlmə işlətmişdir. Həmin vaxtı başı qarışıq olduğu üçün Röyalla bu barədə ətraflı danışmamışdır. Ancaq Röyal özü yandıranı yerə vurduğunu demiş, ancaq nə səbəbə yerə vurduğunu isə bilməmişdir. Türkanə Məmmədova ilə Təqsirləndirilən şəxs əvvəllər mübahisə etməsinin şahidi olmamışdır. Bir-iki dəfə birlikdə çay içmişlər və onun yanında sonuncuların elə mübahisəsi olmamışdır. Birinci dəfə hadisə baş verən günü Röyalgilin mübahisəsinin olduğunu görmüşdür. Hadisədən sonra kənd camaatından eşitmiş ki, Röyalın Türkanəyə borcu olmuşdur. Hadisə olan günü də maşında olanda Türkanə Röyaldan pul istəmişdir. Hadisə vaxtı Türkanənin əynində cins şalvar, qolsuz çəhrayı rəngli göbək nahiyəsinə kim açıq köynək olmuşdur. Hadisə vaxtı onun əynindəki köynək yanmışdır. Büstqalteri də hadisə yerində düşmüşdür. Xəstəxanaya gələndə əynində olan gödəkçəni Türkanənin üzərinə atmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, elan edilmiş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ifadələrin sonundakı əlyazmalar və imzalar ona məxsus olmuşdur. Elan edilmiş ifadələri verərkən polislər onu qorxutmuş, həmin vaxt təzyiq altında olmuşdur. Onu qorxudub dedikləri kimi ifadə verməyəcəyi halda barəsində cinayət işi başlayacaqlarını və 15-18 il iş verdirəcəklərini demişlər. Həmin polis əməkdaşlarını o, tanımamışdır. O, polis əməkdaşlarının göstərdiyi təzyiqlə bağlı heç bir quruma şikayət etməmişdir. O, polis əməkdaşlarından qorxduğu üçün sonradan da sonuncuların ona yalan ifadə verməyinə görə göstərdikləri təzyiq barədə heç bir quruma şikayət etməmişdir. Xatırladığı qədəri ilə ibtidai istintaq zamanı iki dəfə polisdə, bir dəfə isə prokurorluqda ifadə vermişdir. Müstəntiq onu qorxutmamışdır. Polis əməkdaşları onu qorxutduqdan sonra o, həmin qorxu ilə prokurorluqda da ifadə vermişdir. Prokurorluqda ona heç bir təzyiq göstərilməmiş, sadəcə yenidən polis şöbəsinə aparacaqlarından qorxmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tovuz rayon Mərkəzi Xəstəxanasında təcili-tibbi yardım şöbəsinin həkimi Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, səhər saat 9 radələrində növbəni təhvil almışdır. Bundan bir qədər sonra tibb bacıları ağır yanıq xəsarəti ilə xəstə daxil olduğunu demişlər. O, dərhal sonradan adının Türkanə Məmmədova olduğunu bildiyi xəstənin yanına getmişdir. Türkanənin sifət nahiyəsinin bir hissəsi, sinə hissəsi, habelə kürək nahiyəsi yanmışdır. Onlar tərəfindən Türkanə Məmmədovaya ilkin tibbi yardım göstərilmişdir. Həmçinin reanimatoloq və travmatoloq həkimlər də tibbi yardım göstərmək üçün gəlmişlər. Türkanə Məmmədovaya ilkin tibbi yardım göstərdikdən sonra sonuncunun barəsində xəstəlik tarixçəsi açıb qeydiyyat aparmış və reanimasiya şöbəsinə yerləşdirmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, xatırladığı qədəri ilə Türkanə Məmmədova xəstəxanaya gətiriləndə növbəni yeni təhvil almışdı və saat 9 radələri olmuşdur. Türkanə Məmmədova xəstəxanaya təcili-tibbi yardım avtomobili ilə gətirilməmiş, sonuncunu bir neçə cavan şəxs gətirmişdir. Türkanə Məmmədova xəstəxanaya yeni daxil olanda huşu yerində olmuş, o, sonuncudan nə baş verdiyini soruşduqda qız əlində benzin partladığını demişdir. Türkanə Məmmədova benzini kimin partlatmasını deməmiş, sadəcə ondan ölməyə qoymamağını, kömək etməyini istəmişdir. Türkanə Məmmədova barəsində hüquq mühafizə orqanlarına məlumatı onlar vermişdir. Türkanə Məmmədovanı Bakı şəhərində yerləşən xəstəxanaya yola saldıqdan təxminən 40 dəqiqə sonra sonuncunun anası xəstəxanaya gəlmişdir. Türkanə Məmmədovanın anası onlara hadisə ilə bağlı heç nə deməmişdir. O, Türkanədən nə baş verdiyini soruşanda, sonuncu onu benzin yandırdığını demişdir. Daha sonra müstəntiq Türkanə Məmmədovadan hadisənin necə baş verdiyini soruşduqda sonuncu kiminsə yandırdığını demiş, lakin o, ad eşitməmişdir. Türkanənin sinəsi gödəkçə ilə örtülmüş, altında isə paltar olmamışdır. Türkanənin şalvarını ilkin tibbi yardım zamanı kəsərək üzərindən çıxardıqları üçün şalvarın forma və rəngini dəqiq yadında qalmamış, amma xatırladığı qədəri ilə şalvarı yanmamışdır. Türkanə Məmmədova 3A dərəcəsində yanıq xəsarəti almışdır. Türkanə Məmmədovanı reanimasiya şöbəsinə yerləşdirdikdən 2-3 saat sonra sonuncunu müalicə üçün Bakı şəhərinə yola salmışlar. Polis əməkdaşları Türkanə Məmmədova xəstəxanaya daxil olandan bir qədər sonra gəlmişdir. Türkanə Məmmədova xəstəxanaya daxil olarkən sərbəst danışa bilmişdir. O, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini oxuyub imzalamışdır. Türkanə müstəntiqə ifadə verərkən onu kiminsə yandırdığını demişdir. Müstəntiq xəstəxanaya gələnə qədər Türkanənin huşu özündə olmuşdur. X8 ifadəsini alanda onlar xəstənin üzərində işləmiş, ona görə də o, həmin vaxtı Türkanənin yanında olmuşdur. O, ibtidai istintaq zamanı ifadə verərkən heç bir təzyiq yaxud təsirə məruz qalmamışdır. Müstəntiq xəstəxanada Türkanə Məmmədovadan “səni filankəsmi yandırdı?” deyə soruşanda Türkanə “hə” deyə cavabı vermiş, lakin o, həmin şəxsin adını eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Şahid4 Xalıqverdi qızı ifadəsində göstərmişdir ki, o, Tovuz RMX-da reanimasiya şöbəsinin müdiri olduğu üçün hər gün səhər saat 09:00-dan 16:00-ə qədər növbədə olmuşdur. Hadisə günü səhər saat 9-dan sonra acil şöbəsinə ağır yanıq xəsarəti ilə xəstə daxil olduğu barədə məlumat verilmişdir. O, dərhal acil şöbəsinə getmişdir. Xəstənin yanına çatanadək travmatoloq və acil şöbəsinin həkimləri xəstəyə artıq ilkin tibbi yardım göstərmişlər. Xəstəni görəndə sonuncunun paltarları soyundurulmuş və özü sarıqda olmuşdur. Bundan sonra rəhbərliyə məlumat vermişlər və xəstənin keçirdiyi şok ilə əlaqədar yanıq mərkəzinə göndərilməsinə qərar vermişlər. X10rın şöbəsinə keçirilmiş və 2-3 saat sonra onlar xəstəni Bakı şəhərinə göndərmişlər. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, Türkanə Məmmədova şokda olsa da, huşu özündə olmuş və sərbəst danışa bilmişdir. O, Türkanə Məmmədovadan hadisə barədə heç nə soruşmamış, sonradan hüquq mühafizə orqanından gələn əməkdaşlar sonuncunun ifadəsini almışlar. Türkanə müstəntiqə əvvəlcə “məni qurtarın, kömək edin” kimi sözlər demiş, bir qədər sonra da müstəntiqin “səni kim yandırıb?” sualına “məni sevgilim yandırıb” cavabını vermişdir. Türkanə Məmmədova sadəcə “dalaşmışıq, məni sevgilim yandırıb” demiş, nə oğlanın adını, nə də soyadını demişdir. Türkanə Məmmədova sarıqda olduğuna görə qələm tuta bilib-bilməməsi barədə heç nə deyə bilməmişdir. Türkanə Məmmədovaya yardım göstərilərkən dəhlizdə iki orta yaşlı kişi olmuşdur. Sonuncular onlara “tez olun xəstəni göndərin, kömək edin” demişlər, lakin o, həmin şəxslərin kim olduğunu bilməmişdir. O, xəstəni Şahid2 ilə birlikdə qəbul etməmiş, onların şöbəsi üçüncü, Şahid2 olduğu şöbə isə birinci mərtəbə yerləşmişdir. X12 sual verəndə o, sonuncuların yanında olmuşdur. O, Türkanə Məmmədovanı öz şöbəsinə keçirmək istədiyi vaxt müstəntiq gəldiyinə görə sonuncuların yanında qalmışdır. Türkanə Məmmədova əvvəlcə “mənə kömək edin” kimi ifadələr işlətmiş, daha sonra müstəntiq onu kimin yandırdığını soruşanda qız “məni sevgilim yandırıb” cavabını vermişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təzyiq yaxud təsirə göstərilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “törədilmiş cinayətlər haqqında fiziki şəxslərin məlumatları barədə şifahi ərizənin qəbul edilməsi” haqqında protokolda olan imza onun tərəfindən icra olunmuşdur. X12 sual verərkən sonuncunun huşu özündə olmuş və Türkanə suala cavab olaraq onu sevgilisinin yandırdığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisədən bir gün əvvəl axşam vaxtı anası Türkanə Məmmədova yaşadığı evə gələrək gedəcəyini və bununla bağlı əşyalarını hazırlamağını demişdir. Ardınca qohumuna zəng etsə də, sonuncuya zəng çatmamışdır. Anası Türkanə evin işıqlarını söndürməyini və Röyal qapını döyərsə açmamağını demişdir. Onlar da evdəki bütün işıqları söndürmüşlər. Ertəsi gün səhər saat 08:15-də Təqsirləndirilən şəxs qapılarını döymüşdür. Anası qonşular səsdən narahat olmasın deyə qapını açmağa məcbur olmuşdur. Qapını açdıqdan sonra Röyal evə girərək anası ilə söhbət edəcəyini və çölə çıxmağını demişdir. Həmin vaxt qardaşı Sənan Məmmədov evdə yatmış, o isə məktəbə getməyə hazırlaşmışdır. Ona görə o, Röyala evdən çıxmayacağını demişdir. Bundan sonra Röyal anasına evdən çıxmasını və söhbət etmək üçün özü ilə birlikdə gəlməsini demişdir. Məktəbdə olarkən tanışı ona anasının Röyal tərəfindən yandırıldığını demişdir. Bundan sonra o, dərhal məktəbdən çıxıb evə gəlmiş, lakin anasını görməmiş və qardaşından sonuncunun harada olduğunu soruşmuşdur. Qardaşı isə anasının işdə olduğunu demişdir. O da qardaşının narahat olmaması üçün sonuncuya heç nə demədən yenidən məktəbə qayıtmışdır. Bir qədər keçdikdən sonra mobil telefonuna zəng gəlmiş və nənəsi Mahirə Məmmədovanın evə gəldiyini demişlər. O, dərhal evə gəlmişdir. Nənəsi anasının benzinlə Röyal tərəfindən yandırıldığını demişdir. Hadisədən əvvəl Röyal anasını tez-tez hədələmiş və döymüşdür. İfadəsinin davamı olaraq Lalə Məmmədova bildirmişdir ki, anasının Təqsirləndirilən şəxs ilə nə vaxtdan tanış olduqlarını bilməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs onlara gəlməmişdir. Anası Türkanə ilə dəfələrlə Təqsirləndirilən şəxslə olan sevgi münasibətinə görə mübahisə etmişdir. Lakin anası Röyalın üzərində gəzdirdiyi silahla sonuncunu hədələdiyini dediyi üçün bu barədə nənəsi Mahirə Məmmədovaya deyə bilməmişdir. Anası Türkanə ilə Təqsirləndirilən şəxs sonuncunun anasına olan borcuna görə bir neçə dəfə dalaşmışlar. Hadisədən bir gün əvvəl Şahid7 onun qardaşının müalicəsinə görə anası Türkanəyə 500 manat pul vermiş və ertəsi gün müalicə üçün Bakı şəhərinə getməklərini demişdir. Hadisə günü Təqsirləndirilən şəxs onlara gələndə aqressiv olmuşdur. Hadisə günü anası Türkanənin əynində çəhrayı rəngdə olan köynək və mavi rəngli cins şalvar olmuşdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl bir neçə dəfə anasını döymüşdür. Hadisədən sonra anası Türkanə ilə görüşmək üçün xəstəxanaya getsə də, ona görüş üçün icazə verilməmişdir. Ancaq qardaşı anası ilə bir dəfə telefon vasitəsilə səsli danışmışdır. Təqsirləndirilən şəxs onun anasını yandırmaqla öldürmüşdür. Anası Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik vasitə istifadə etdiyini demişdir. Hadisədən sonra Şahid7 bir neçə dəfə yaşadığı evə gələrək şikayətçi olmamağını, əlində anasının video görüntülərinin olduğunu və şikayət edəcəyi halda həmin video görüntülərini yayacağını deməklə onları hədələmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə baş verəndən bir gün əvvəl Təqsirləndirilən şəxs ona zəng etmiş və onlar Röyalın yanında işləməyi ilə bağlı bir qədər söhbət etmişlər. Söhbət zamanı Röyalın işlətdiyi obyektdə görüşməyi qərara almışlar və orada görüşmüşlər. Birlikdə oturub çay içərək söhbət etmişlər və gecə saat 2-də Röyal onu evinə aparmışdır. Ertəsi gün səhər saat 8-də bacısını məktəbə aparmaq üçün evdən çıxmışdır. Evə qayıdanda binalarının həyətində Röyalın idarə etdiyi avtomobili görmüşdür. Həmin vaxt Röyal səs siqnalı verərək onu yanına çağırmışdır. O da sonuncunun idarə etdiyi avtomobilə yaxınlaşıb əyləşmişdir. Röyal ondan Türkanə Məmmədovanı görüb-görmədiyini soruşmuş, o isə Türkanəni görmədiyini demişdir. Söhbət edərkən Röyal avtomobillə binanın ətrafında hərlənmiş və bundan sonra onu evə düşürmüşdür. O da evə getmişdir. Bundan təxminən 4 saat sonra anası onu yuxudan oyadıb Türkanə ilə Röyalın arasında mübahisə olduğunu və bu zaman Türkanənin yandığını demişdir. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs qara rəngli “Hyundai Sonata” markalı avtomobili olmuş və bildiyi qədərilə Təqsirləndirilən şəxs avtomobilində heç bir nasazlıq olmamışdır. Hadisə günü səhər Röyal ilə görüşəndə avtomobilin arxa oturacağında tanımadığı şəxs uzanıb yatmışdır. Həmin şəxsin üzü əks istiqamətdə olduğundan o, sonuncunun üzünü görməmiş, lakin sonradan Məhəmməd adlı şəxs olduğunu bilmişdir. Hadisə günü Röyalın avtomobilinə əyləşəndə arxa oturacaq tərəfdə plastik qabda benzin görməmişdir. Hadisə günü həyətə düşəndə Türkanə Məmmədovanın anasının orada oturduğunu və qonşularının başına toplaşdığını görmüşdür. X27 yandırması barədə danışmışlar. O, Röyalın avtomobilinin arxa sərnişin oturan hissəsinə baxmış, bundan əlavə sürücü oturacağının arxa hissəsində nəzərəçarpacaq bir əşya olsa onu da görə bilərdi, lakin belə bir əşya olmamışdır. Hadisə baş verən gün Türkanənin anası onu Röyalın yandırdığını demişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təzyiq-təsir göstərilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, mərhum Türkanə onunla birlikdə gözəllik salonunda işləmişdir. Hadisədən bir gün əvvəl Türkanə işdən çıxmışdır. Hadisə günü səhər saatlarında o, işə gedib salonu açmış, bir qədər sona salonda işləyən iki xanım da gəlmişdir. Saat 10-11-də Türkanə ilə Röyalın arasında mübahisə olduğunu, Türkanənin yanıq xəsarətləri ilə xəstəxaya yerləşdirildiyini eşitmişlər. O, taksi ilə xəstəxanaya getmiş, lakin sonuncunun yanına buraxmamışlar. Türkanənin vəziyyətinin ağır olduğunu, yaxınlarının gəlib Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparmasını demişlər. O, Türkanənin anasına zəng edib sonuncunun xəstəxanada olması barədə məlumat vermişdir. Sonra anasıgilin Türkanəni Bakı şəhərinə apardıqlarını öyrənmiş, lakin özü arxasınca Bakı şəhərinə getməmişdir. O, sadəcə anası ilə əlaqə saxlayıb vəziyyətinin necə olduğunu soruşmuşdur. İfadəsinin davamı olaraq Şahid8 bildirmişdir ki, Türkanə ilə Röyalın münasibəti olduğunu bilmiş, hətta aralarında yaş fərqi çox olduğuna gör qıza irad da bildirərək “o sənin qızın yaşdadır, sizdə alınmaz” demiş, lakin Türkanə buna məhəl qoymayaraq işinə qarışmamağı demişdir. Röyal Türkanəni salona aparıb-gətirmişdir. Türkanə Röyalla aralarında olan narazılıqlarla bağlı salonda heç nə danışmamışdır. Hadisədən bir gün əvvəl gecə saatlarında Röyal ona zəng edib Türkanənin nömrəsinə zəng çatmadığını deyərək onun yanında olub-olmadığını soruşmuş, o da birlikdə olmadığını demişdir. Röyal ona zəng edəndə Türkanın xəyanət etdiyini demişdir. O, hadisə barədə işlədiyi ərazidə yaşayan şəxslərdən Röyalın Türkanənin yandırdığını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmuşdur. O, Röyalla mərhum Türkanə Məmmədova arasında münasibət olduğunu bildikdən sonra Türkanənin evinə getmişdir. Qardaşının keçmiş ailəsi Türkanə ilə qonşuluqda yaşadığından o, Türkanəni oraya çağırmışdır. O, Türkanəyə yaşlarının uyğun olmadığını, oğlundan nə üçün əl çəkmədiyini, sonuncudan nə istədiyini soruşmuşdur. Bu zaman Türkanə ona Röyalın ondan 5000 manat pul aldığını demişdir. O da qıza həmin pulu qaytaracağını və oğlundan əl çəkməsini, oğluna zəng etməməsini bildirmişdir. Türkanə onunla razılaşmış və o, həmin vaxt sonuncuya 500 manat pul vermişdir. Daha sonra isə Türkanəyə 500 manat bir, 4500 manat da bir vermişdir. Bundan 6-7 ay vaxt keçdikdən sonra o, yenə də Röyalla Türkanə arasında münasibət olduğunu eşitmişdir. O, evdə olmadığı vaxt Türkanə onların evinə gəlmiş, oğlunun xəstə olduğunu və pula ehtiyacı olduğunu demişdir. Həmin vaxt Türkanəni yoldaşı qarşılayıb yola salmışdır. Axşam evdə olduğu vaxt Türkanə telefonuna zəng etmiş və görüşmək istədiyini demişdir. Həmin vaxt 1 ay idi ki o, Röyalın Türkanə ilə əlaqə saxlamaması üçün oğluna ciddi nəzarət etmişdir. Türkanə ona zəng etdikdən təxminən 20 dəqiqə sonra o, sonuncu ilə görüşmüşdür. Görüş zamanı Türkanə oğlunun xəstə olduğunu və müalicəsi üçün pula ehtiyacı olduğunu bildirmişdir. O, Türkanəyə həmin vaxt yenə 500 manat pul vermiş və oğlunun müalicəsi üçün hər həftə 500 manat verəcəyini demişdir. Yoldaşı ilə Röyalı bir qızla nişanlamaqla Türkanədən tamamilə ayırmaq barədə həmfikir olmuşlar. Onun fikrində Türkanəni buradan göndərmək və həmin ərəfədə oğlu Röyalı nişanlamaq olmuşdur. Bunun ertəsi günü yoldaşının müalicəsi ilə bağlı Gəncə şəhərində olan zaman qardaşı Zöhrab ona zəng edib Türkanənin özünü yandırdığını və xəstəxanada olduğunu demişdir. Bunu eşidib o, Tovuz RMX-ya gəlmişdir. Orada ona Türkanənin vəziyyətinin yaxşı olmadığından Bakı şəhərinə aparıldığını demişlər. Polisdə oğlu Röyalla görüşən zaman hadisənin necə baş verməsini soruşanda sonuncu Türkanəni yandırmadığını, sonuncunun özünün üzərinə benzin tökdüyünü demişdir. Həmçinin o, Bakı şəhərində Türkanənin müalicə aldığı xəstəxanaya bir neçə dəfə getmiş və sonuncunun yanında olmuşdur. Türkanədən hadisənin necə baş verdiyini soruşduqda sonuncu and içərək avtomobilin ayaqaltından benzini özünün götürdüyünü, Röyala ondan ayrılacağı təqdirdə özünü yandıracağını deyib öz üzərinə benzin tökdüyünü, Röyalın ona mane olmağa çalışdığını, həmin vaxt Röyalın ağzında siqaret olduğunu, lakin qəfildən baş nahiyəsindən yanmağa başladığını, daha sonra Röyalla Məhəmmədin onu söndürdüklərini demiş və bunları çəkilişlə qeydə almağını istəmiş, o da qızın dediklərini qeydə almışdır. Həmin vaxt otaqda ondan başqa Türkanənin anası və dayısı da olmuşlar. O, Türkanənin Bakı şəhərində xəstəxanada qaldığı müddətdə müalicə xərclərini qarşılamışdır. Baş vermiş hadisə ilə bağlı oğlunun günahsız olduğuna inanmışdır. İfadəsinin davamı olaraq Şahid7 bildirmişdir ki, o, görüşə icazə verilmədiyi üçün hadisədən təxminən bir həftə sonra Röyalla görüşmüş, oğlu da hadisəni Türkanənin onlara dediyi kimi baş verdiyini bildirmişdir. Türkanənin öz-özünü yandırmasına baxmayaraq, sonuncunun müalicə xərclərini insanlıq naminə o, qarşılamışdır. Türkanə ona Röyalın ondan ayrılacağını, atasının onunla görüşməyinə icazə vermədiyini, yaşları arasında fərq olduğunu dediyini, bundan sonra söhbət edərək avtomobildən düşdüklərini, bu zaman ayaqaltından benzini götürdüyünü, Röyala ondan ayrılacağı təqdirdə özünü yandıracağını deyib üzərinə benzin tökdüyünü, Röyalın ona “az dəlisən?” deyib üzərinə gedən zaman isə qəfildən yanmağa başladığını demişdir. Türkanənin Bakı şəhərində xəstəxanada olarkən müalicə xərcləri dövlət tərəfindən qarşılanmışdır. O, xərcləri qarşıladığını dedikdə, onun və ailə üzvlərinin tez-tez sonuncunun yanına gedib-gəlməyini, bundan əlavə qana ehtiyac olanda qan bankından qan gətirilməsinə köməklik göstərməyini və qaldığı otaqda ehtiyacı olduğu üçün elektrik sobası almağını nəzərdə tutmuşdur. Türkanənin dediklərini qeydə alan zaman otaqda o, Türkanənin anası və qardaşı Firuddin olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid7 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə işdə olan zaman ona bacısı Türkanə Məmmədovanın yandığını və Tovuz RMX-yə aparıldığını demişlər. O, dərhal xəstəxanaya bacısının yanına getmişdir. Əvvəlcə hadisənin necə baş verdiyini bilməsə də, sonradan Türkanə ilə söhbət edən zaman sonuncu baş vermiş hadisədə Təqsirləndirilən şəxs heç bir günahının olmadığını, özü-özünü yandırdığını demişdir. İfadəsinin davamı olaraq Firuddun Məmmədov bildirmişdir ki, o, bacısı Türkanə Məmmədovanı görmək üçün Bakı şəhərindəki xəstəxanaya getmişdir. X13 Təqsirləndirilən şəxslə münasibəti olması barədə məlumatı olmamışdır. Hadisədən üç gün sonra Türkanə Məmmədovanı Bakı şəhərindəki xəstəxanada görəndə sonuncunun huşu özündə olmuşdur. Həmin vaxt Türkanə ona Təqsirləndirilən şəxs hadisədə heç bir günahının olmadığını demişdir. Xəstəxanada olan zaman adını sonradan bildiyi Şahid7 bacısı Türkanə Məmmədovanın videosunu çəkmişdir. X29 Tağıyevdən gələcəkdə baş verə biləcək hər hansı ehtimala qarşı sübut kimi hadisə barədə dediklərinə dair video çəkməsini xahiş etmişdir. İbtidai istintaq zamanı polis idarəsində ifadə verərkən polis əməkdaşları şikayətçi olmağını bildirsələr də, o, Təqsirləndirilən şəxs şikayətçi olmadığını demişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 273 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində sol dirsək, sol said, sol əl nahiyələrinin, sağ əlin İV və V barmaqlarının və sol baldır nahiyəsinin İİ dərəcəli termik yanıq xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər alovun təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 67 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 meyitinin bədən səthində başın, üzün, boyunun, gövdənin ön və arxa səthlərinin, hər iki yuxarı və aşağı ətrafların ümumi bədən səthinin 80-85%-ni təşkil edən İİ-İİİ dərəcəli termiki yanıq yaraları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər qərarda qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə yüksək hərarətin ola bilsin tez alışan mayenin (benzin, kerosin, kimyəvi həlledicinin və.s) alışmasından baş vermiş alovun yerli təsirindən əmələ gələ bilər, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Ölümlə bir başa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb-almış olduğu yanıq xəsarətlərin nəticəsində inkişaf etmiş orqanizminin ümumi intoksikasiyası olmuşdur. Ölüm xx.xx.2024-cü il saat 22:25-da 5 saylı NTM-nin yanıq şöbəsində baş vermişdir, hansı ki, meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən inkar edilmir. X1 bədən səthində yanıq yaralarından başqa digər xəsarət aşkar edilməmişdir. X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər stasionarda ona vena daxili çoxlu miqdarda mayelərin köçürüldüyündən onun qanından məhkəmə kimyəvi müayinəsinə, qan nümunəsi götürülməsi məqsədə müvafiq hesab edilmədi və adına 5 saylı NTM-nin yanıq şöbəsindən təqdim olunmuş 229/91 saylı xəstəlik tarixində sərxoşluq barədə heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X32 X24 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 293 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi dövrdə hər hansı ruhi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət törədərkən ruhi xəstəlik keçirmədiyindən o, öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda ruhi xəstəlik keçirmir və bu səbəbdən öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, törətdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hazırki ekspertiza zamanı da anlayır. Təqsirləndirilən şəxs tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra qorxmuş və həyəcanlı psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olan gerilik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs uydurmağa, yalan danışmağa meyilli deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin xx.xx.2024-cü il tarixli, 294/2024- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Şahid1 ABO sistemi qan qrupu-Balfa/İİİ/. X6 ABO sistemi qan qrupu-Balfa/İİİ/ (Təqdim olunan portalından çıxarışın kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi qan qrupu-Oalfa,beta/İ/ (Təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunan Təqsirləndirilən şəxs məxsus cins şalvar, Şahid1 məxsus kofta, şalvar, X11 məxsus büstqalter, gödəkcə və şalvar üzərindəki ləkələrdə qan, 250ml- lik «badamlı» plastik su qabı, «HELL» markalı erengetik içki qabı, parça kəsikləri, bitki qalıqları qarışmış torpaq nümunəsi, hadisə yerindən götürülmüş 01 cüt qadın ayaqqabısı və Təqsirləndirilən şəxs məxsus kofta üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Hadisə yerindən götürülmüş bir topa obyekt insan baş tükü olub yüksək termiki təsir nəticəsində ayrılmışdılar. Tüklərin kök ucları yüksək termiki təsirə məruz qaldığından onlarda yataq elementi hüceyrələri olmadığı üçün tüklərin məxsus olduğu şəxsin cinsini təyin etmək mümkün olmadı. Tüklərdə eyni zamanda termiki təsir nəticəsində tərkibindəki zülallar parçalandığı üçün bu tüklərdə qrup antigenlərinin təyini imkansızdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 950 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/2516, 6/2544 nömrəli məhkəmə-lifli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yuxarı hissəsi yüksək temperatur nəticəsinə ərimiş vəziyyətdə olan plastik qabdaki qırmızımtıl rəngli spesifik iyə malik maye tez alışan neft məhsulu Aİ- 92 markalı benzindir. Tədqiqata təqdim edilmiş qəhvəyi rəngli saçda, yarıyanmış qırmızı rəngli parça qalıqlarının və bir ədəd qara rəngli büstqalterin üzərində tez alışan neft məhsuluna (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Yüngül fraksiyalar uçduqdan və yüksək temperatura məruz qaldığından əsaslı dəyişiklər baş verdiyi üçün, neft məhsulunun növünü müəyyən etmək mümkün olmadı. Həmin izlər təqdim edilmiş yuxarı hissəsi yüksək temperatur nəticəsinə ərimiş vəziyyətdə olan plastik qabdaki neft məhsulu ilə eyni qrup mənsubiyyətinə malikdirlər. Digər obyektlərdə neft məhsullarına və yanacaq-sürtkü materiallarına məxsus izlər yoxdur. Tədqiqata təqdim edilmiş X6 hadisədən sonra Tovuz RMX-na daxil olarkən üzərinə atılmış vəziyyətdə (geyinilməmiş) qara və ağ rənglərdən ibarət uzunqol gödəkçənin və tünd göy rəngli “cins” parçadan tikilmiş şalvarın üzərində Təqsirləndirilən şəxs və Şahid1 geyim paltarlarının tərkibli liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-3/779 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “hadisə yerindən götürülmüş bir ədəd qara rəngli büstqalter ....” yazıları olan bağlamadan aşkar edilmiş büstqalterin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş “hadisə yerindən götürülmüş bir ədəd qara rəngli büstqalter...” yazıları olan bağlamadan aşkar edilmiş büstqalterin səthindəki zədələr termiki təsirdən yaranmağa xarakterik yanma zədələridir. Xüsusi ədəbiyyatlarda yuxarıda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından bu zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Üzərində “Məmmədova Türkanəyə məxsus ....” yazıları olan bağlamadan aşkar edilmiş şalvarın üzərində bərk səthlə təmasda olma nəticəsində yaranmağa xarakterik sürtünmə izləri vardır. Tədqiqata təqdim edilən üzərində “Məmmədova Türkanəyə məxsus...” yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin, üzərində “Təqsirləndirilən şəxs......” yazıları olan bağlamadan aşkar edilmiş köynəyin və şalvarın, üzərində “Şahid1....” yazıları olan bağlamadan aşkar edilmiş köynəyin və şalvarın, üzərində “hadisə yerindən götürülmüş bir cüt sağ və sol taylı....” yazıları olan bağlamadan aşkar edilmiş bir cüt ayaqqabının səthində trasoloji iz və zədə yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “törədilmiş cinayətlər haqqında fiziki şəxslərin məlumatları barədə şifahi ərizənin qəbul edilməsi haqqında” protokoldan görünür ki, Tovuz RMX-nın acil şöbəsinin həkimi Şahid2 və Tovuz RMX-nın reanimasiya şöbəsinin müdiri Şahid4 iştirakları ilə şifahi sorğu zamanı Türkanə Məmmədova ona yanıq xəsarətlərini 18 aprel 2024-cü il tarixdə saat 09:10 radələrində Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs Tovuz rayonu, Aşağı Quşçu kəndinin ərazisində əkin sahəsində üzərinə benzin töküb qəsdən yandırmaqla yetirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə vaxtı zərərçəkmiş şəxs X6 əynində olmuş atılmış vəziyyətdə olan (geyinilməmiş) qara və ağ rənglərdən ibarət uzunqol kişi gödəkçəsi və tünd göy rəngli cins şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Hynudai Sonata markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonunun arxa sol oturacağının üzərində palçıq torpaq ləkələri müşahidə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə olunmuş fotocədvəldən və videoçəkilişdən görünür ki, hadisə yeri - Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində Tovuz-Böyük Qışlaq avtomobil yolunun sağ hissəsində yerləşən əkin sahəsidir. Hadisə yerinə baxış zamanı 01 ədəd 250 qram həcmində üzərində “Badamlı” etiketi vurulmuş boş plastik su qabı, bitki qalıqları qarışmış torpaq nümunəsi, bir topa insan baş tükü, 01 ədəd qara rəngli büstqalter, 01 cüt qadın ayaqqabısı, 01 ədəd “HELL” markalı boş energetik içki qabı, 01 ədəd yuxarı hissəsi ərimiş vəziyyətdə içərisində Aİ-92 markalı benzin olan plastik qab, yarıyanmış qırmızı rəngli parça hissəcikləri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan, protokola əlavə olunmuş fotocədvəldən və videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, X18 ilə idarə etdiyi avtomobildə mübahisə edərkən sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qorxutmaq məqsədi ilə Türkan Məmmədovanı hadisə yerinə gətirdiyini, həmin yerdə də aralarında davam edən sözlü mübahisə zamanı idarə etdiyi avtomobildən götürdüyü plastmas butulkada olan benzini sonuncunun üzərinə tökdüyünü, daha sonra isə ağzında yanlı vəziyyətdə olan siqaret yerə düşdüyünü və Türkanə Məmmədovanın alışdığını bildirib hadisənin baş verdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Şahid1 hadisə vaxtı əynində olmuş 01 ədəd ağ rəngli qısaqol köynək və 01 ədəd qara rəngli şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş müdafiə tərəfinin təqdim etdiyi bir ədəd informasiya daşıyıcısı olan diksə baxış zamanı müəyyən edilmişdir ki, X16 müalicə aldığı xəstəxanada videoçəkiliş zamanı benzini üzərinə tökdüyünü, saçından alışdığını, Təqsirləndirilən şəxs onun üzərinə torpaq tökərək söndürməyə çalışdığını, Təqsirləndirilən şəxs də şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 11:15-də Tovuz RMX-nin həkimi X6 bədənin 70-80 %-nin 3A dərəcəli termiki yanığı xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 11:45-də Tovuz RMX-nin həkimi Təqsirləndirilən şəxs bədənin 2-3 % termiki yanığı, 2-ci dərəcəli diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 22:40-da Bakı şəhəri Yanıq mərkəzinin həkimi X6 xəstəxanada ölməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində RPŞ-də təqsirləndirici material yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə zərərçəkmiş X6 aralarında baş vermiş mübahisənin şəxsi münasibətlər zəminində baş verməsi, adları qeyd olunmuş həmin şəxslərin arasında uzun müddət şəxsi münasibətlərin olması, son zamanlar aralarında olan münasibətin soyuq olması səbəbindən aralarında tez-tez mübahisələrin yaranması, xx.xx.2024-cü il tarixdə baş vermiş cinayət hadisəsini təqsirləndirilən Təqsirləndirilən şəxs xalası oğlu Şahid1 görməsi, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs **-EY-*** dövlət qeydiyyat nişanlı, Hyundai Sonata markalı avtomobili idarə etməsi, cinayət əməlini törədən zaman istifadə etdiyi benzini isə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsindən gecə gec saatlarında alması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RİH başçısının Aşağı Quşçu kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla yaşamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs Tovuz rayon prokurorluğuna təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, müdafiəçisinin iştirakı ilə dindirilən zaman qorxusundan Tovuz RPŞ-nin əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qaldığını göstərsə də, faktiki olaraq ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, özünü müdafiə etmək üçün həmin formada ifadə verdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “X21” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X16 xəstəxananın poliklinika şöbəsində həkim narkoloq və həkim psixiatrın dispanser qeydiyyatında yoxdurlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən, eləcə də xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, mərhum qızı X6 üzərinə benzini tökərək sonuncunu qəsdən yandırmış Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmiş, sonuncudan şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd 250 qram həcmində üzərində “Badamlı” etiketi vurulmuş boş plastik su qabı, bitki qalıqları qarışmış torpaq nümunəsi, bir topa insan baş tükü, 01 ədəd qara rəngli büstqalter, 01 cüt qadın ayaqqabısı, 01 ədəd “HELL” markalı boş energetik içki qabı, 01 ədəd yuxarı hissəsi ərimiş vəziyyətdə içərisində Aİ-92 markalı benzin olan plastik qab, yarıyanmış qırmızı rəngli parça hissəcikləri, zərərçəkmiş şəxs X6 hadisə zamanı əynində olmuş tünd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Tovuz rayon prokurorluğun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə RPŞ-nin MSY-nə qəbul olunarkən tibbi müayinədən keçirilmiş və onun sol qolun said nahiyəsində, sağ əlin 3 barmağında, sol əlin baldır nahiyəsində İİ dərəcəli yanıq izləri aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istintaq təcridxanasına qəbul olunarkən tibbi müayinədən keçirilmiş və onun sol saidin bayır səthində, bilək, əlin üst nahiyəsində və barmaqları, sağ əlin İV və V barmaqları və sol baldırın ön nahiyəsində İİ dərəcəli termiki yanıq izləri aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ittiham olunduğu maddə üzrə deyil, Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilərək zərərçəkmiş şəxs X6 üzərinə benzin tökmədiyini və sonuncunu yandırmadığını, Türkanə Məmmədovanın onun idarə etdiyi avtomobilin salonunun arxa oturacağının qarşısından içərisində benzin olan plastmas butulkanı götürüb öz üzərinə benzin tökdüyünü, həmin vaxtı bunu görüb sonuncunun əlindən butulkanı almağa çalışarkən ağzında yanlını vəziyyətdə olan siqaretin yerə düşdüyünü və Türkanə Məmmədovanın alışdığını, şübhəli şəxs kimi tutulduqdan sonra polis şöbəsində ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verildiyini, bunun nəticəsi olaraq da məcbur olub etirafedici ifadələr verdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X14 ibtidai istintaq zamanı əsəbiləşib elan edilmiş məzmunda ifadələr verdiyini, qızı Türkanə Məmmədovanın da Təqsirləndirilən şəxs onun üzərinə benzin töküb yandırdığını ona demədiyini göstərmişdir. O cümlədən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı ifadə verərkən polis əməkdaşları onu qorxudub dedikləri kimi ifadə verməyəcəyi halda barəsində cinayət işi başlayacaqlarını bildirdikləri üçün məcbur olub Təqsirləndirilən şəxs əleyhinə ifadə verdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X14 və Şahid1 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, Mahirə Məmmədovanın və Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri, digər şahidlərin ifadələri, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməklə verdiyi etirafedici ifadələrində hadisə günü idarə etdiyi avtomobildə yol gedərkən Türkanə Məmmədovanın onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında mübahisə yarandığını, bu məsələyə aydınlıq gətirməkdən ötrü avtomobilini Azaflı kəndi istiqamətində, “Qərib Seyid” piri deyilən istiqamətdə sürərək pirə çatmağa 2 km qalmış Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində saxladığını, həmin yerdə də Türkanə Məmmədova ilə sözlü mübahisə etdiyini, sonuncu ondan üzr istəmək əvəzinə ona yaxşı elədiyini dediyi üçün o, bundan əsəbiləşərək idarə etdiyi avtomobilin yük yerindən əvvəlcədən yanacaqdoldurma məntəqəsindən aldığı iki litrlik plastik qabda olan benzin məhlulunu götürüb Türkanə Məmmədovanın üzərinə gedərək qorxutmaq məqsədilə heç bir söz demədən qabın ağzını açıb qabdakı benzinin bir hissəsini sonuncunu qarın nahiyəsinə tökdüyünü, həmin vaxtı benzinin bir hissəsi yerə, bir hissəsi isə Türkanə Məmmədovanın əllərinin üzərinə töküldüyünü göstərmişdir. Qeyd edilən ifadələr Təqsirləndirilən şəxs müdafiəçisi Rəşad Abdullayevin iştirakı alınmışdır. Həmin ifadələrdə nə Təqsirləndirilən şəxs, nə də ki müdafiəçisi Rəşad Abdullayev polis əməkdaşları tərəfindən şübhəli şəxsə qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsini göstərməmişlər, əksinə hər ikisi protokollara heç bir qeyd daxil etmədən ifadələrin doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq Türkanə Məmmədovanı ilə idarə etdiyi avtomobildə mübahisə edərkən sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qorxutmaq məqsədi ilə Türkan Məmmədovanı hadisə yerinə gətirdiyini, həmin yerdə də aralarında davam edən sözlü mübahisə zamanı idarə etdiyi avtomobildən götürdüyü plastmas butulkada olan benzini sonuncunun üzərinə tökdüyünü, daha sonra isə ağzında yanlı vəziyyətdə olan siqaret yerə düşdüyünü və Türkanə Məmmədovanın alışdığını göstərmişdir. Qeyd edilən videoçəkilişdə Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmamışdır. O cümlədən iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və həmin əməlin onun tərəfindən törədildiyini göstərmişdir. Qeyd edilən qərarın giriş hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Rəşad Abdullayev olmuşdur. Bununla belə, nə təqsirləndirilən şəxs, nə də müdafiəçisi məhkəmə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılığa məruz qaldığını və məhz bunun nəticəsi olaraq da etirafedici ifadələr verdiyini göstərməmişlər. Habelə iş üzrə şahid qismində dindirilmiş Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimləri Şahid2 ilə Şahid4 məhkəmə verdikləri ifadələrində Türkanə Məmmədovanın xəstəxanaya daxil olarkən huşunun özündə olduğunu və sərbəst formada danışdığını, verilmiş suallara cavab olaraq da sevgilisi ilə dalaşdığını və sonuncunun onun üzərinə benzin tökərək yandırdığını bildirdiyini, bir qədər sonra da polis əməkdaşlarının gələrək Türkanə Məmmədovanı sorğu-sual etdiklərini, həmin vaxtı Türkanə Məmmədovanın bir daha sevgilisinin onun üzərinə benzin tökərək yandırdığını təkrar etdiyini, polislərin də bu barədə akt tərtib etdiklərini göstərmişlər. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli “törədilmiş cinayətlər haqqında fiziki şəxslərin məlumatları barədə şifahi ərizənin qəbul edilməsi haqqında” protokoldan görünür ki, Tovuz RMX-nın acil şöbəsinin həkimi Şahid2 və Tovuz RMX-nın reanimasiya şöbəsinin müdiri Şahid4 iştirakları ilə şifahi sorğu zamanı Türkanə Məmmədova ona yanıq xəsarətlərini 18 aprel 2024-cü il tarixdə saat 09:10 radələrində Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs Tovuz rayonu, Aşağı Quşçu kəndinin ərazisində əkin sahəsində üzərinə benzin töküb qəsdən yandırmaqla yetirdiyini bildirmişdir. Həmin aktı adları çəkilmiş həkimlər imzalayaraq Türkanə Məmmədovanın qeyd etdiklərini təsdiq etmişlər. Hətta iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində hadisə günü Təqsirləndirilən şəxs avtomobilinə minən zaman avtomobilin salonunun arxa hissəsində plastik qabda benzin görmədiyini, çünki avtomobilinin arxa sərnişin oturan hissəsinə baxdığını, bundan əlavə sürücü oturacağının arxa hissəsində nəzərəçarpacaq bir əşya olsa onu da görə bilərdi, lakin belə bir əşya olmadığını, hadisə baş verən gün də Türkanənin anasının qızını Röyalın yandırdığını dediyini göstərmişdir. Eləcə də Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis şöbəsində olarkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verildiyini, məhz bunun nəticəsi olaraq da etirafedici ifadələr verdiyini göstərsə də, elə iş materiallarında olan həm barəsindəki məhkəmə-tibbi ekspertizasının rəyi, həm Tovuz RPŞ-dən, həm də 2 saylı istintaq təcridxanasından daxil olmuş cavab məktublarında Təqsirləndirilən şəxs bədəni üzərində termiki yanıq xəsarətlərindən başqa, fiziki zorakılığa xarakterik xəsarətlərin aşkar edilməsi öz təsdiqini tapmamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizə ilə Tovuz rayon prokurorluğuna müraciət edərək müdafiəçisinin iştirakı ilə dindirilən zaman qorxusundan Tovuz RPŞ-nin əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qaldığını göstərsə də, faktiki olaraq ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, özünü müdafiə etmək üçün həmin formada ifadə verdiyini qeyd etmişdir. Bunun davamı olaraq məhkəməyədək icraat zaman Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisi Elşad Rəhimovun iştirakı ilə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində də birinci müdafiəçisinin iştirakı ilə dindirilən zaman qorxusundan Tovuz RPŞ-nin əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qaldığını bildirdiyini, həqiqətdə isə ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini bir daha təsdiq etmişdir. Bundan əlavə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ilk əvvəl dövlət hesabına, daha sonra isə müqavilə əsasında müdafiəçiyə malik olmasına baxmayaraq, ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində ilkin etirafedici ifadələrini ona göstərilmiş fiziki və psixi zorakılıq nəticəsində verdiyini göstərsə də, iş materiallarında olan nə məhkəmə-tibbi ekspertizasının rəyi, nə də ki digər tibbi sənədlərlə Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması faktı öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı ifadə verərkən polis əməkdaşları onu qorxudub dedikləri kimi ifadə verməyəcəyi halda barəsində cinayət işi başlayacaqlarını bildirdikləri üçün məcbur olub Təqsirləndirilən şəxs əleyhinə ifadə verdiyini göstərsə də, o, məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il, təkrar isə xx.xx.2024-cü il tarixdə videoçəkiliş vasitəsi ilə şahid qismində ifadə verərkən hadisə günü hadisədən əvvəl çay evinə qayıdarkən Təqsirləndirilən şəxs Aşağı Quşçu kəndi ərazisində yerləşən “Dondar Piryezi” deyilən yerə gedib “Nur Oil” YDMdən 2 litrlik plastmas qabda benzin aldığını, həmin benzini məntəqənin işçisi maşının yük yerinə qoyduğunu, hadisə vaxtı X31 Məmmədovanı nə ilə yandırdığını görmədiyini, xəstəxanada olarkən də Təqsirləndirilən şəxs yandıranla yerə vurduğunu və Türkanə Məmmədovanı yandırdığını dediyini göstərmişdir. Qeyd edilən ifadələrində Şahid1 polislər tərəfindən psixi zorakılığa məruz qalmasını göstərməmişdir. Əksinə hər iki ifadəsinin doğruluğunu əlyazma ilə yaz yazıb imzası ilə təsdiq etmişdir. Bundan əlavə də həmin ifadələrdən birincisi polis şöbəsində alınsa da, ikinci ifadə artıq cinayət işi rayon prokurorluğunun icraatında olarkən prokurorluğun müstəntiqi tərəfindən alınmışdır. Həmin xüsusatla bağlı da Şahid1 bildirmişdir ki, prokurorluqda ifadə verərkən ona heç bir təzyiq göstərilməmişdir. Psixi zorakılığa məruz qalması xüsusatı ilə bağlı isə məhkəmə tərəfindən verilmiş sual cavab olaraq Şahid1 polis əməkdaşlarından qorxduğu üçün sonradan sonuncuların ona yalan ifadə verməyi üçün göstərdikləri təzyiq barədə heç bir quruma şikayət etmədiyini göstərmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış iştirakçısı kimi Şahid1 hadisə yerində verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisədən qabaq gecə saatlarında yanacaq doldurma məntəqəsində plastmas butulkada benzin alaraq idarə etdiyi avtomobilin yük yerinə qoyduğunu, hadisə günü Təqsirləndirilən şəxslə Türkanə Məmmədovanın avtomobildə mübahisə etdiklərini, bir-birinə qarşı nalayiq ifadələr işlətdiyini, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili Tovuz rayonu, Aşağı Quşçu kəndinin ərazisində əkin sahəsinin kənarında saxladığını, ardınca da Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerindən içərisində benzin olan butulkanı götürdüyünü, həmin vaxtı Təqsirləndirilən şəxs nə etdiyini soruşduğunu, sonuncunun isə ona narahat olmamağını bildirdiyini və qızı sadəcə qorxutduğunu, daha sonra isə Türkanə Məmmədovanın alışdığını gördüyünü göstərmişdir. Göründüyü kimi, Şahid1 məhkəməyədək icraat zaman Təqsirləndirilən şəxs əleyhinə ifadələrini psixi zorakılıq nəticəsində verdiyini göstərsə də, məhkəmə istintaqı zamanı onun həmin ifadələri məhz elə psixi zorakılıq nəticəsində verməsi öz təsdiqini tapmamışdır. Hətta məhkəməyədək icraat zamanı ilk dəfə polis şöbəsində xx.xx.2024-cü il tarixdə iddia etdiyi kimi psixi təsir nəticəsində ifadə verdikdən sonra ibtidai istintaqın sonunadək kifayət qədər vaxt və imkana malik olmasına baxmayaraq, Şahid1 polis əməkdaşlarının hərəkətlərindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət etməsi də öz təsdiqini tapmamışdır. Qeyd edilə hallar məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, qohum olmaları səbəbindən, eləcə də təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək və sonuncuya köməklik etmək məqsəd ilə Şahid1 məhkəmədə tamamilə fərqli ifadə verərək Türkanə Məmmədovanın öz-özünü yandırdığını bildirmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Şahid1 məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə verdiyi ifadələri iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edildikdə öz təsdiqini tapdığı və daha inandırıcı olduqları üçün ittiham həllində məhz elə həmin ifadələr əsas götürülməlidir. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi Mahirə Məmmədova məhkəmə verdiyi ifadəsində ibtidai istintaq zamanı əsəbiləşib elan edilmiş məzmunda ifadələr verdiyini, qızı X19 Tağıyevin onun üzərinə benzin töküb yandırdığını ona demədiyini göstərsə də, məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə verdiyi ifadələrində məhz elə Təqsirləndirilən şəxs qızı Türkanə Məmmədovanın üzərinə benzin tökərək sonuncunu qəsdən yandırdığını təsdiq etmişdir. Mahirə Məmmədova həmin xüsusatı hətta xx.xx.2024-cü il tarixdə yazdığı barışıq ərizəsində də təsdiq etmişdir. Eləcə iş üzrə şahid qismində dindirilmiş Mahirə Məmmədovanın nəvəsi Şahid3 məhkəmədə verdiyi ifadəsində məlum baş vermiş hadisədən əvvəl mərhum anası Türkanə Məmmədova ilə Təqsirləndirilən şəxs arasında son zamanlar tez-tez mübahisə olduğunu, hadisə günü də nənəsinin anasını benzinlə məhz elə Təqsirləndirilən şəxs yandırdığını dediyini göstərmişdir. Göründüyü kimi, Mahirə Məmmədova məhkəməyədək icraat zamanı verdiyi bütün ifadələrində qızı Türkanə Məmmədovanın xəstəxanada olarkən ona hadisə günü üzərinə benzini məhz elə Təqsirləndirilən şəxs tökdüyünü və onu yandırdığını bildirdiyini birmənalı olaraq göstərmişdir. Belə olan halda məhkəmə tərkibi Mahirə Məmmədovanın təqsirləndirilən şəxsin yaxın qohumları ilə barışıq əldə etməsini, habelə məhkəmədə təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini sonuncunun qohumları tərəfindən həm ona, həm də mərhum Türkanə Məmmədovanın övladına göstərilmiş maddi yardımın bir növ mənəvi qarşılığı olaraq görür, məhz buna görə də məhkəmə tərkibi Mahir Məmmədovanın məhkəmədə verdiyi ifadəsini təqsirləndirilən şəxsin məsuliyyətinin yüngülləşməsinə istiqamətlənən hərəkət kimi qiymətləndirir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Mahirə Məmmədovanın məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə verdiyi ifadələri iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edildikdə öz təsdiqini tapdığı və daha inandırıcı olduqları üçün ittiham həllində məhz elə həmin ifadələr əsas götürülməlidir. Bundan başqa, məhkəmə tərkibi yuxarıda sadalanan mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Türkanə Məmmədovun hadisə günü üzərinə benzin tökərək sonuncunun qəsdən yandırması faktı birmənalı olaraq öz təsdiqini tapdığı üçün müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi zərərçəkmiş Türkanə Məmmədovanın ölməmişdən əvvəl, yəni 18 aprel 2024-cü il tarixdə məlum baş vermiş hadisədən on gün keçəndən sonra müalicə aldığı xəstəxanada çəkilmiş videosunu hadisənin baş vermə mexanizminə münasibətdə mötəbər sübut kimi qəbul etmir, lakin həmin videodan göründüyü kimi, yəni Türkanə Məmmədovanın şikayətçi olmamasını və barışmasını bildirməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini, zərərçəkmiş şəxsin hüquqi varisi X4 xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə verdiyi ifadələrini, Şahid1 məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə verdiyi ifadələrini həm bir-biri ilə, həm də iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin hadisə yerinə baxış keçirilməsi və şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətlərinə dair videoçəkilişlər, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisi Mahirə Məmmədovanın xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə verdiyi ifadələri, Şahid1 məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə verdiyi ifadələri ittihamın həllində əsas götürülməlidir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə, zərərçəkmiş şəxsin onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən müqavilə əsasında həyata keçirilmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğun maddi sübutların saxlanılması otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd 250 qram həcmində üzərində “Badamlı” etiketi vurulmuş boş plastik su qabı, bitki qalıqları qarışmış torpaq nümunəsi, bir topa insan baş tükü, 01 ədəd qara rəngli büstqalter, 01 cüt qadın ayaqqabısı, 01 ədəd “HELL” markalı boş energetik içki qabı, 01 ədəd yuxarı hissəsi ərimiş vəziyyətdə içərisində Aİ-92 markalı benzin olan plastik qab, yarıyanmış qırmızı rəngli parça hissəcikləri məhv edilməli, zərərçəkmiş şəxs X6 hadisə zamanı əynində olmuş tünd göy rəngli cins şalvar zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılmalı, götürülmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar onun yaxın qohumlarına qaytarılmalı, götürümədikdə məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 aprel 2024-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğun maddi sübutların saxlanılması otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd 250 qram həcmində üzərində “Badamlı” etiketi vurulmuş boş plastik su qabı, bitki qalıqları qarışmış torpaq nümunəsi, bir topa insan baş tükü, 01 ədəd qara rəngli büstqalter, 01 cüt qadın ayaqqabısı, 01 ədəd “HELL” markalı boş energetik içki qabı, 01 ədəd yuxarı hissəsi ərimiş vəziyyətdə içərisində Aİ-92 markalı benzin olan plastik qab, yarıyanmış qırmızı rəngli parça hissəcikləri məhv edilsin; - Zərərçəkmiş şəxs X6 hadisə zamanı əynində olmuş tünd göy rəngli cins şalvar zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılsın, götürülmədikdə məhv edilsin; - Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar onun yaxın qohumlarına qaytarılsın, götürümədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-247/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-247/2025
10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver