Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-248/2021 01.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nürət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X3 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafıəçi– Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, 01 avqust 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Tbilisi küçəsi, bina 24/21, mənzil 9 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı binanın zirzəmisində və üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, məlum olmayan vaxt və mənbədən satış məqsədilə ümumilikdə təmiz çəkisi külli miqdar hesab edilən 133.6 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib 126,175 qram çəkidə olan hissəsini qanunsuz olaraq yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Tbilisi küçəsi, 24/21 saylı binanın zirzəmisində, qalan 7,425 qram çəkidə olan hissəsini isə qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, Gəncə şəhər Kəpəz rayon Pİ-nin CAŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 19 fevral 2021-ci il tarixdə saat 19-30-da o, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, Nizami Sovxozun dairəsinin yaxınlığında müəyyən edilib Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən bir ədəd ağ rəngli polietilen bükümdə içərisində təmiz çəkisi külli miqdar hesab edilən 7,425 qram çəkidə narkotik vasitə olan heroin, yaşadığı binanın zirzəmisində kağız qutunun içərisində gizlətdiyi bir ədəd polietilen bükümdə təmiz çəkisi külli miqdar hesab edilən 126,175 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üzərində və yaşadığı binanın zirzəmi hissəsində aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroin ona məxsus olmamışdır. O, 19 fevral 2021-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində Nizami Sovxoz dairəsi yaxınlığında dostu ilə birlikdə Kəpəz rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılmış, hər ikisini Kəpəz Polis İdarəsinə aparılmışdır. Orada polis əməkdaşları onu döyərək, dostunu da narkotik vasitə ilə yükləyəcəklərini, anasını da polis bölməsinə gətirəcəklərini bildirib polislərin onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olmasını, tapmasını, özünün istifadəsi üçün saxladığını bildirməsini tələb etmişlər. Əslində narkotik vasitə ona məxsus olmamış, video görüntü vasitəsi ilə dindirilərkən anası ilə təhdid edildiyindən narkotik vasitənin ona aid olmasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 fevral 2021-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsi qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində və yaşadığı ünvanda saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olması barədə Kəpəz rayon Pİ-nin CAŞ-nə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı Kəpəz RPİ-nin rəhbərliyinə məruzə edilmiş, ondan, Kəpəz rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2n və şöbənin digər əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs həmin gün əməliyyat müşahidəsinə götürülmüş və saat 19-30 radələrində tək halda Gəncə şəhəri, Kəpəz rayonu, Nizami Sovxoz adlanan dairənin yaxınlığında Ü.Hacıbəyov küçəsində müəyyən edilərək Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 adlı vəkillə təmin edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video kamera vasitəsi ilə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən 2 ədəd 5 manatlıq pul əskinazları, eyni zamanda sellofan bükülüdə kəskin iyli, çəhrayı rəngli, ilk baxışdan heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlənin nə olması Təqsirləndirilən şəxs soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını, özünün istifadəsi üçün üzərində gəzdirməsini, özünə məxsus olmasını, həmin kütləni iki gün əvvəl tapmasını bildirmişdir. Həmin kütlə aptek tərəzisində çəkilmiş, bükülü ilə birlikdə çəkisi 7,85 qram olmuş, həmin kütlə sübut əhəmiyyətinə malik olduğu üçün zərfə qoyularaq zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanaraq, möhürlənib qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən dövriyyəsi qadağan edilmiş və ya sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya aşkar edilməmiş, üzərində aşkar edilmiş 10 manat pul özünə qaytarılmış, bu barədə protokol tərtib edilməklə protokol oxunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı binaya baxış keçirilməsi üçün onun razılıq ərizəsi əsasında Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə yaşadığı binaya gedərkən, Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə olmadığını, narkotik vasitəni binanın zirzəmi hissəsində gizlətməsini bildirmiş, Təqsirləndirilən şəxs həmin yeri göstərdiyi üçün oraya baxış keçirərkən Təqsirləndirilən şəxs özü zirzəmidə boş kağız qutuluarın içərisində sellofan bükülünü təqdim edib üzərində aşkar edilmiş bükülü ilə həmin bükülünün eyni olmasını, hər ikisini tapmasını, özünə məxsus olmasını, özünün istifadəsi üçün saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs zirzəmidə təqdim etdiyi kütlə sellofan bükülü ilə birlikdə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 130,78 qram olması məlum olmuş, həmin kütlə sübut əhəmiyyətinə malik olduğu üçün zərfə qoyularaq zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmış, zərfin üzəri möhürlənib qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi zirzəmiyə əlavə baxış keçirilmiş, başqa bir sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Əsgər qızı ifadəsində göstərmişdir ki, Şükür heç bir yerdə işləməmiş, onun təqüdü ilə dolanmışlar. O, Şükürün əvvəllər narkotik vasitədən istifadə etməsini, narkotikə qoşulmasını eşitməmişdir. Şükür özü idmançıdır, bir az qapalı uşaqdır. 19 fevral 2021-ci il tarixdə axşam saatlarında Şükür evdə olmuş, onun Tokay adlı dostu Şükürü evdən çağırmış və onlar birlikdə şəhərə gedəcəklərini bildirmişlər. Xeyli müddət Şükürdən xəbər çıxmamışdır. Həmin gün saat 22 radələrində polislər onlara gəlmiş, həmin vaxt Şükürün əllərində qandal keçirilərək gətirilmişdir. Polislər qonşuların hamısını yaşadıqları evlərinə salaraq onların bayıra çıxmalarına icazə verməmişlər. Bu zaman o, polislərdən nə baş verdiyini soruşmaq istəmiş, lakin polis əməkdaşları onu zorla yaşadığı evə salmışlar. O, yaşadığı evinin mətbəxindəki pəncərədən binanın həyətinə baxıb nə baş verdiyini öyrənmək istəsə də evdə olan tanımadığı polis əməkdaşı onu qonaq otağına keçirib mane olmuşdur. Bundan sonra polislər Şükürlə birlikdə binanın zirzəmisinə girmişlər, lakin o, onların orada nə etmələrini bilməmişdir. Polislər Şükürlə birlikdə zirzəmidən çıxdıqdan sonra oradan narkotik vasitə aşkar olduğunu bildirib, oğlunu da götürüb aparmışlar. O, dəfələrlə həmin zirzəminin içərisini təmizləmiş lakin orada heç nə görməmişdir. Aşkar olunan narkotik vasitələr Şükürə aid olmamış, baxış keçirməyə gələn polis əməkdaşları tərəfindən zirzəmiyə qoyulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə yaxın dostluq münasibətində olmuş, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 19 fevral 2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs evlərindən çağırmış və özünə məxsus avtomobili ilə birlikdə şəhərə getməyi qərarlaşdırmışlar. Onlar Avtomobillə yolda hərəkət edən zaman Şükür ondan siqaret istəmiş, o da öz siqaretindən birini sonuncuya vermişdir. Lakin Şükür həmin siqareti çəkə bilmədiyini bildirib ondan siqaret almasını istəmişdir. O da Ü.Hacıbəyov küçəsində Nizami Sovxoz dairəsi yaxınlığındakı mağazanın qarşısında avtomobili saxlayıb siqaret almaq üçün mağazaya daxil olmuşdur. O, mağazadan çıxarkən bir neçə tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşaraq saxlamışlar. Bundan sonra polis əməkdaşları onunla birlikdə sonuncunun avtomobilinə yaxınlaşmış və Təqsirləndirilən şəxs də tutmuşlar. Daha sonra polislər Şükürü ona məxsus avtomobildə, özünü isə polis əməkdaşlarına məxsus avtomobildə Kəpəz Rayon Polis Şöbəsinə aparmışlar. Orada onların üzərinə baxış keçirilmiş, lakin qanunsuz heç bir predimet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu digər otağa keçirib izahatını almışlar. O, Təqsirləndirilən şəxslə başqa otaqlarda olduğundan polis əməkdaşlarının Şükürə təzyiq göstərmələrini, onu döymələrini görməmiş, guya onun üzərindən aşkar olunmuş narkotik vasitəni Şükürün boynuna almasına dair ifadə verməsindən məlumatı olmamışdır. O. bir gün bölmədə saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 fevral 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 21.02.2021-ci il tarixli 4(044)-24/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə «həbs» qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 19.02.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 fevral 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” və “baxış və götürmə haqqında” protokollardan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs, 19.02.2021-ci il tarixdə saat 19-30 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən Sovxoz Nizami adlanan dairədə müəyyən edilərək Kəpəz rayon Pİ-nə gətirilmiş, hüquq və vəzifələri izah edilərək Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 adlı müdafiəçi ilə təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən bir ədəd ağ rəngli sellofan bükülü halda, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür, üzərindən aşkar edilmiş 2 ədəd 5 manatlıq pul əskinazları özünə qaytarılmışdır. Həmin heroinə bənzə kütlə sellofan bükülü ilə birlikdə aptek tərəzisində çəkilmiş, 7,85 qram çəkidə olması məlum olmuş, həmin kütlə iştirakçıların yanında zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 120 saylı möhürü ilə möhürlənərək imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, bildirmişdir ki, həmin kütləni 2 gün əvvəl yaşadığı binanın yaxınlığındakı zibillikdən tapmışdır, narkotik vasitəni satmaq fikri olmamış, özünün istifadəsi üçün üzərində gəzdirmişdir, Şəxsi axtarış və götürmə video çəkilişlə keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılıq ərizəsi əsasında onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə heç bir narkotik vasitə olmadığını, narkotik vasitəni binanın zirzəmi hissəsində gizlətməsini bildirməklə təqdim edəcəyini demiş, Təqsirləndirilən şəxs binanın zirzəmisində olan kağızı qutunun içərisindən bir ədəd ağ rəngli sellofana bükülü aşkar edilmiş, həmin bükülüdə heroinə oxşar kütlənin olması məlum olmuş, bükülü ilə birlikdə aptek tərəzsində çəkilərkən çəkisinin 130,78 qram çəkidə olması məlum olmuş, həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 120 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərinə imzalarla təsdiq etmişlər. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə ilə üzərində aşkar edilmiş kütllər eynidir, hər ikisini tapmışdır, özünün şəxsi istifadəsi üçün saxlamışdır. Şəxsi axtarış və götürmə video çəkilişlə keçirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 fevral 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Pİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evə baxış keçirilərkən video çəkilişdən istifadə edildiyindən həmin video görüntüləri əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və baxış keçirmə zamanı məlum olmuşdur ki, həmin video çəkiliş 09 dəqiqə 24 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, yaşayış evinin zirzəmi hissəsinə baxış keçirilməmişdən əvvəl təhqiqatçı Şəmil Rzayev tərəfindən Təqsirləndirilən şəxs həmin gün saxlanılıb Kəpəz rayon Polis İdarəsinə gətirilməsi, müdafiəçi ilə təmin olunmasını, üzərinə şəxsi axtarış keçirilərkən üzərində narkotik vasitə aşkar olunmasını, Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmasını, hazırda yaşadığı mənzilə baxış keçirmək üçün gəldiklərini, Təqsirləndirilən şəxs ərizə verərək baxışa hər hansı bir etirazının olmadığını bildirlir. Təhqiqatçı tərəfindən mənzilə baxış keçirmək istədikləri bildirilərkən Təqsirləndirilən şəxs mənzilə baxış keçirməyə ehtiyac olmadığını, narkotik vasitənin binanın zirzəmisində olduğunu, orada gizlətməsini bildirir və iştirakçılarla birlikdə binanın zirzəmi hissəsinə tərəf gəlir. Təqsirləndirilən şəxs binanın zirzəmi hissəsində boş kağız qutulara baxır, ilk olaraq üst tərəfdəki kağız qutunun içərisində boş sellofan torbanı çıxarır, ondan sonra həmin qutunun alt tərəfində kağız qutunun içərisində bir ədəd sellofan bükülünü təqdim edərək həmin vasitənin narkotik vasitə olan heroin olmasını, həmin kütlə ilə üzərindən aşkar edilərək götürülmüş kütlənin eyni olmasını, narkotik vasitə olan heroin olduğunu, hər ikisini də eyni yerdən tapmasını bildirir. Təhqiqatçı tərəfindən həmin narkotik vasitəni kiməsə də satıb-satmadığı soruşulur, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özünün istifadəsi üçün saxlamasını, heç kəsə də narkotik vasitə satmadığını bildirir. Bundan sonra iştirakçılar binanın zirzəmi hissəsindən binanın qarşı tərəfinə gəlirlər, aşkar edilmiş üktləni aptek tərəzisində çəkmək üçün ilk olaraq avtomobilin mühərrik örtüyünün üst hisəssinə qoyulur, aptek tərəzisində çəki rəqəmləri oynadığı üçün yenidən taxta masanın üzərinə qoyulub çəkilir, sellofan bükülünün çəkisi bükülü ilə birlikdə 130,78 qram olur. Bundan sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılır, möhürlənir, iştirakçılar, Təqsirləndirilən şəxs və müdafiəçisi Cəfər Hacıyev tərəfindən imzalanır.Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olub-olmaması, kiməsə də narkotik vasitə satıb-satmaması soruşulur, Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmasını, 2 gün əvvəl tapmasını, özünün istifadəsi üçün saxladığını bildirir və bununla da baxış keçirmənin başa çatması elan edilir. Video diskdə olan 2-ci video görüntüyə baxış keçirilərkən məlum olmuşdur ki, həmin video çəkiliş 11 dəqiqə, 17 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, təhqiqatçı Şəmil Rzayev 19.02.2021-ci il tarixdə saat 20-50 dəqiqədə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayır. Şəxsi axtarış keçirməmişdən əvvəl ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həmin gün Gəncə şəhəri, Kəpəz rayonu, Nizami Sovxoz adlanan dairədə müəyyən edilib Gəncə şəhər Kəpəz rayon Pİ-nə gətirilməsini, müdafiəçi- X7 adlı vəkillə təmin edilməsi bildirilir, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifəlri izah edilir, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılır, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibində 02 ədəd 5-lik pul iskinazları, bir ədəd şəffaf rəngli sellofan bükülüdə kütlə aşkar edilir, həmin kütlənin nə olması Təqsirləndirilən şəxs soruşulur, Təqsirləndirilən şəxs həmin kütləni iki gün əvvəl tapmasını, özünün istifadəsi üçün üzərində gəzdirməsini, heç kəsə satmadığını bildirir. Həmin kütlə elektron tərəzidə çəkilir, kütlənin 7,85 qram çəkidə olması məlum olur, Təqsirləndirilən şəxs üzərindən başqa bir qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilmir, üzərindən çıxan 10 pul onun özünə qaytarılır. Həmin kütlə iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılır, hər bir şəxs zərfin üzərinə imza edir, zərfin üzəri DİN-nin 120 saylı möhürü ilə möhürlənib götürülür. Bundan sonra şübhəli şəxsə həmin kütlənin kimə məxsus olmasını, tapmasını, heç kəsə satmadığını, özünün istifadəsi üçün üzərində gəzdirməsini bildirir, bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22.02.2021-ci il tarixli “ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Nizami Sovxoz dairəsi istiqamətindən Atabəylər prospektinə, oradan isə Tbilisi küçəsinin həmin prospektə tərəf olan qurtaracaq hissəsinə gəlib dəmir yol xəttinin alt tərəfindəki zibilliyi göstərərək tutulmamışdan iki gün əvvəl, yəni, 17 fevral 2021-ci il tarixdə zibil atmaq üçün həmin yerə gələrkən dəmir zibil qutularının yanında sellofan bükülünün olmasını, həmin bükülünün onun diqqətini cəlb etdiyi üçün bükülyə baxarkən bükülüdə narkotik vasitə olan heroinin olmasını görüb həmin bükülünü yaşadığı binanın zirzəmi hissəsinə gətirib kağız qutuda gizlətmiş, bir qismini isə üzərində özünün istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən iş üçün subut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməmiş, ifadənin yerində yoxlanılması zamanı Samsung markalı mobil telefondan istifadə edilərək bir neçə görünüşdən fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 iyun 2021-ci il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, Şahid1 ilə iş üzrə Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyətləri aydınlaşdırmaq məqsədilə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 Rafayıl oğlu, Təqsirləndirilən şəxs üzünə 19 fevral 2021-ci il tarixdə üzərində və yaşadığı evin binasında aşkar edilmiş narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs özünə məxsus olmasını, tapmasını, saxlanılarkən tək olmasını, ona qarşı heç bir təsir və təzyiq olmadığını demiş, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitələrin ona məxsus olmadığını, təsirə və təziqə məruz qalmasını, saxlanılarkən tək olmadığını, yanında tanışının olduğunu, tanışının “Vaz-2107” markalı avtomobili ilə polisə aparılmasını, tanışını narkotik vasitə ilə yükləcəyəcəklərini bildirdikləri üçün o, narkotik vasitənin yalandan ona məxsus olmasını dediyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 iyun 2021-ci il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, Şahid2 ilə iş üzrə Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyətləri aydınlaşdırmaq məqsədilə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2, Təqsirləndirilən şəxs üzənə 19 fevral 2021-ci il tarixdə üzərində və yaşadığı evin binasında aşkar edilmiş narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs özünə məxsus olmasını, tapmasını, saxlanılarkən tək olmasını, ona qarşı heç bir təsir və təzyiq olmadığın demiş, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitələrin ona məxsus olmadığını, təsirə və təziyqə məruz qalmasını, saxlanılarkən tək olmadığını, yanında tanışının olduğunu, tanışının “Vaz-2107” markalı avtomobili ilə polisə aparılmasını, tanışını narkotik vasitə ilə yükləcəyəcəklərini bildirdikləri üçün o, narkotik vasitəntnin yalandan ona məxsus olmasını dediyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 iyun 2021-ci il tarixli “Üzləşdirmə protokolundan” görünür ki,Şahid3 ilə iş üzrə Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyətləri aydınlaşdırmaq məqsədilə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2, Təqsirləndirilən şəxs üzənə 19 fevral 2021-ci il tarixdə üzərində və yaşadığı evin binasında aşkar edilmiş narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs özünə məxsus olmasını, tapmasını, saxlanılarkən tək olmasını, ona qarşı heç bir təsir və təzyiq olmadığın demiş, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitələrin ona məxsus olmadığını, təsirə və təziyqə məruz qalmasını, saxlanılarkən tək olmadığını, yanında tanışının olduğunu, tanışının “Vaz-2107” markalı avtomobili ilə polisə aparılmasını, tanışını narkotik vasitə ilə yükləcəyəcəklərini bildirdikləri üçün o, narkotik vasitəntnin yalandan ona məxsus olmasını dediyini və həçinin narkotiki ona görə boynuna alıb ki, onunla gətirilən dostunu buraxsınlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azercell MMC-dən 26.04.2021-ci il tarixli, Azercell-8666 saylı məktubla daxil olmuş 01 ədəd diskə baxış keçirilmiş, baxış keçirmə zamanı məlum olmuşdur ki, 01 ədəd diskdə 8776- 21.04.2021 yazıları olan qovluq vardır, həmin başlıqlı qovluğa daxil olduqda 04 ədəd ayrıca qovluqların olması məlum olmuşdur, 1-ci ayrıca qovluq olan ***-***-**-** SMS qovluğuna daxil olduqda məlum oldu ki, 02.01.2021-ci il tarixdən 14.02.2021-ci il tarixədək olan müddətlərdə mesajlar vardır, həmin mesajların əksiriyyəti rəqəmsal mesajları, bir neçə mesajlar isə abunəçinin ona zəng etməsini xahiş etməsi barədə mesajlar vardır, başqa mesajlar, sübut üçün əhəmiyyəti malik yazılar yoxdur. Qovluğun 2-ci ayrıca hissəsinə daxil olduqda, həmin hissədə ***-***-**-** mobil nömrəsinə 01.01.2021-ci il tarixdən 20.02.2021-ci il tarixədək olan müddət ərzində giriş-çıxış zənglərin siyahısının olması məlum olmuşdur, bundan sonra qovluğun 3-ci hissəsində isə abunəçilərin siyahısının olması məlum olmuş, həmin siyahıda ilk sırada ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi, digər abunəçilərin də adlarının, syodalaının və ata adlarının, ünvanlarının olması məlum oldu. Bundan sonra qovluğun 4-ci hissəsinə daxil olduqda ***-***-**-** mobil nömrənin zənglərinin anten dairələrinin göstərilməsi məlum olmuşdur. Baxış keçirmə zamanı zənglərin məxsusluğu, SMS tarixçələri və qeyd edilən mobil nömrələrlə giriş-çıxış zənglərin siyahısı cəmi 03 vərəqdən ibarət məlumatlar printer vasitəsi ilə çıxarılıb cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpsertizası mərkəzinin Gəncə Regional bölməsindən alınmış 20 fevral 2021-ci il tarixli, 16/164 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə.» sözlər və imzalar olan kağız paketdəki: - 1(bir) ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 7,425 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin zirzətisində aşkar edilərək götürülmüş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə.” sözləri yazılmış kağız paketdəki, 1(bir) ədəd polietilen bükümdə təmiz çəkisi 126,175 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş 2(iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə rayonlararası Narkoloji Dispanserin 30.03.2021-ci il tarixli 307 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12.05.2021-ci il tarixli 122-20612-1221 saylı məktubdan görünür ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə əməliyyat tapşırıqları verilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə aşkar edilmiş həmin narkotik vasitəni haradan, kimdən əldə etməsi istiqamətində müəyyən tədbirlər keçirilsə də müsbət nəticə əldə olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 23.02.2021-ci il tarixli qərarın surətindən görünür ki, Kəpəz rayon Pİ-nin 19.02.2021-ci il tarixli Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilməsi barədə keçirilmiş əməliyyat tədbirləri zamanı qanun pozuntusunun aşkar olunmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərində və yaşadığı binanın zirzəmisində aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olmamasını, saxlanılarkən yanında digər bir tanışının olması, polislərin ona təsir göstərərək tanışını da narkotiklə yükləcəyəcələrini dedikləri üçün üzərində və yaşadığı binanın zirzəmisində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını deməsini, əslində narkotik vasitənin ona məxsus olmadığını bildirməsi ilə bağlı verdiyi ifadəsi şahid ifadələri, üzləşdirmə protokolları və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Şahid4 Əsgər qızının Təqsirləndirilən şəxs üzərindən və yaşadığı binanın zirzəmisindən aşkar edilmiş narkotik vasitələrin sonuncuya aid olmaması, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən zirzəmiyə qoyulması ilə bağlı verdiyi ifadəsinədə tənqidi yanaşaraq təqsirləndirilən şəxsin anası, şahid X2 polis bölməsində olarkən üzərlərindən narkotik vasitə aşkar edilməməsinə dair verdiyi ifadəsini yaxın dostu olduğu üçün müdafiə xarakterli ifadə kimi qiymətləndirib sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədilə ümumilikdə təmiz çəkisi külli miqdar hesab edilən 133.6 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib 126,175 qram çəkidə olan hissəsini qanunsuz olaraq yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Tbilisi küçəsi, 24/21 saylı binanın zirzəmisində, qalan 7,425 qram çəkidə olan hissəsini isə qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, Gəncə şəhər Kəpəz rayon Pİ-nin CAŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 19 fevral 2021-ci il tarixdə saat 19-30-da o, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, Nizami Sovxozun dairəsinin yaxınlığında müəyyən edilib Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən bir ədəd ağ rəngli polietilen bükümdə içərisində təmiz çəkisi külli miqdar hesab edilən 7,425 qram çəkidə narkotik vasitə olan heroin, yaşadığı binanın zirzəmisində kağız qutunun içərisində gizlətdiyi bir ədəd polietilen bükümdə təmiz çəkisi külli miqdar hesab edilən 126,175 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının külli miqdardan dəfələrlə artıq olması qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnın 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hall kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 19 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı binanın zirzəmisindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 133,5 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilmədir. Maddi sübut olan 2 ədəd DVD-R disk və 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi 133,5 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 2 ədəd DVD-R disk və 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32,40 manat Təqsirləndirilən şəxs oğlundan alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs oğlu isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-248/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-248/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver