Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-248/2024 19.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, X6, X5 və Həsənov Hüseyn Faiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Etibar oğlunun, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Xanoğlunun qızının iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Daryurd kəndində qeydiyyatda olmaqla ünvan 1-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsii ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanında kirayə yaşadıqları evin yataq otağında əri Zərərçəkmiş şəxs iş yoldaşı olan Şahid1 ilə onun arasında münasibət olmasını aşkar etməsi və bu səbəbdən aralarında qısqanclıq zəminində yaranmış ailə-məişət zəminində mübahisə və münaqişə vaxtı ərinin onun ata evinə aparması və hərəkətləri barədə ailə üzvlərinə bildirəcəyi, beləliklə də ifşa olacağından ehtiyat edərək, qəsdən öldürmək məqsədilə münaqişədən sonra çarpayıda uzanıqlı vəziyyətdə olan və ona məxsus mobil telefonla məşğul olan Zərərçəkmiş şəxs mətbəxdən götürdüyü məişət təyinatlı və soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun kürək nahiyyəsindən bir dəfə zərbə endirərək, döş qəfəsinin sağ arxa səthinin daxilə keçən, sağ ağ ciyəri, qabırğa arası arteriyanı zədələyərək daxili qan axmaya, sağ tərəfli hemo-pnevmotoraksa və 3-cü dərəcəli hipovomemi-travmatik-hemorragik şoka səbəb olan deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa Ağır zərər vuran bədən xəsarəti yetirmiş, zərərçəkmiş şəxsin hadisədən dərhal sonra əvvəlcə «Gədəbəy rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxs, sonra isə X8 Mərkəzinə çatdırılaraq vaxtında tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəbdən qəsdən adam öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilməyib, CM-nin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2011-ci ilin iyul ayında həmkəndlisi X7 ilə rəsmi nikah əsasında ailə qurmuşdur, bu nikahdan Nur və Dəniz adlı 2 azyaşlı qız övladı var. 2020-ci ildən ailəsi ilə ünvan 2 ünvanında yerləşən Sənurə adlı qadına məxsus evdə kirayədə yaşamışlar. Yay tətili olduğu üçün övladları Daryurd kəndində qaynatasıgilin yanında qalmış, özü və əri isə Gədəbəy şəhərində kirayədə yaşamışlar. Əri Zərərçəkmiş şəxs “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətində mühafizəçi işləmiş, iş rejimi 2 gün gündüz, 2 gün isə gecə və 2 gün istirahətdən ibarət olmuşdur. O, əri Taryelin ona xəyanət etməsini dəfələrlə aşkarlamış, lakin uşaqlarının xətrinə Zərərçəkmiş şəxs bağışlamışdır. O, əri ilə münasibəti olmadığı üçün Anar Orucovla münasibət yaratmışdır. 2023-cü ilin iyun ayının xatırlamadığı günündən Anar Orucov adlı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. İlk əvvəl həmin şəxs ona tanışlıq məqsədilə mesaj yazmış, o da cavab vermiş, beləliklə aralarında münasibət yaranmışdır. Şəxsin adının Anar Orucov olduğunu bilməmiş, sosial şəbəkədə istifadəçi adı “Anar Orucov” olmuşdur. “İnstagram” hesabının sahibi olan şəxs Zərərçəkmiş şəxs işlədiyi şirkətdə mühafizəçi işləmişdir. O, Anar adlı şəxslə mütəmadi, sosial şəbəkə vasitəsilə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs 21 iyul 2023-cü il tarixdə saat 19-da gecə növbəsində olduğu üçün işə getmişdir. Taryellə münasibətləri korlandığı üçün Anar Orucov adlı “İnstagram” hesabının istifadəçisi olan şəxsi yaşadığı evə dəvət etmişdir. 20 iyul 2023-cü il tarixdə təxminən saat 21 radələrində Anar onun yaşadığı evə gəlmiş və onlar birlikdə evdə söhbət etmişlər. Bu Anarla ilk görüşləri olmuş, saat 23 radələrində çıxıb getmişdir. Aralarında başqa cür yaxınlıq, cinsi münasibət olmamışdır. Əri 22 iyul 2023-cü il tarixdə, səhər saat 07 radələrində işdən evə gəlmiş, Taryel gəldikdən sonra birlikdə səhər yeməyi yemiş, ərinin telefonu ilə qaynatasıgilə zəng edərək uşaqları ilə danışmışdır. “Samsung A 13” markalı mobil telefonu yaşadıqları evin giriş hissəsində yerləşən mətbəx kimi istifadə etdikləri otaqda, masanın üzərində olmuş, uşaqlarla danışandan sonra Zərərçəkmiş şəxs həmin telefonu götürərək telefonda nəyəsə baxmış, onun mobil telefonunu qurcalamışdır. Taryel “İnstagram” sosial şəbəkəsində “direkt” mesaj bölməsində Anar Orucov adlı şəxslə yazışmaları və aralarında mübahisə başlamışdır. Mübahisə mətbəx kimi istifadə etdikləri otaqda başlamış və yataq otağında davam etmişdir. Əri Taryel onu yumruq və şillə ilə vurub döymüş, ona “evdən çıx get, sənə görə həbsə düşəsi deyiləm” demişdir. O, isə Taryelə “getmirəm, sən dəfələrlə xəyanət etmisən, bağışlamışam” demişdir. Taryel başına yumruqla vurmuş, onun telefonunu götürüb yataq otağında girişdən sol tərəfdə küncdə qoyulmuş təknəfərlik çarpayıda uzanmış və Anar adlı şəxsə yazmağa başlamışdır. Taryelin Anarla nə barədə yazmasını bilməmiş, mətbəxdə mebelin üzərindən taxta dəstəyi olan bıçağı götürüb Tariyelin olduğu otağa keçərək özünü bıçaqla vuracağını demiş, əri Taryelə xəyanət edib Anar adlı şəxslə münasibət yaratdığı üçün peşman olmuş və özünü bıçaqla vurmaq istəmişdir. Taryel onun əlində bıçağı görüb yataqdan qalxaraq üzərinə gəlmiş və bıçağı əlindən alıb pəncərənin qarşısındakı çarpayının altına atmışdır. Taryel yenə onu döyüb evdən getməsini tələb etmiş, həmin çarpayıda üzü üstə uzanaraq telefonu ilə məşğul olub Ona “zəng edəcəm, xəyanətini atana və anana deyəcəm” demişdir. O, Taryelə belə etməməsini deyib, mətbəxə keçərək dəmir dəstəyi olan bıçağı götürüb Taryelin olduğu otağa keçmiş, Taryel onun otağa girməsini və əlində bıçaq olmasını görməmişdir. Taryel yenə də “zəng edib xəyanət etdiyini atana və anana deyəcəm” deyəndə Taryelə tərəf gedib əlindəki bıçaqla sonuncunun kürəyinə zərbə endirmişdir. Vurduğu bıçaq dəstəyinə qədər Taryelin kürəyinə batmış və orada qalmışdır. O, dərhal qaçaraq evdən çıxmış, qapının ağzında yerə yıxılmış, yerdən qalxarkən yaşadıqları evin sahibi Sənurənin oğlu Pənahı görmüş, ona Taryeli bıçaqla vurduğunu, kömək etməyini demişdir. Darvazadan qaçıb çıxaraq evdən bir qədər yuxarıda yerləşən avtoyuma məntəqəsinin yanında dayanmış, qısa müddət sonra təcili tibbi yardım avtomobili yanından keçib qaldıqları ev istiqamətində getmişdir. Təcili tibbi yardım avtomobilinin yaşadığı evə gedib-qayıtdığını gördükdən sonra təslim olmaq üçün piyada Gədəbəy rayon polis şöbəsinə getmiş və orada törətdiyi əməli bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, hadisə vaxtı məqsədi Taryeli öldürmək olmamış, bıçağı Taryelin kürəyinə vurduqdan sonra Taryelin qalxdığını görüb otaqdan qaçmışdır. O, Taryeli sonuncu onu döydüyü üçün bıçaqla vurmaq qərarına gəlmiş, sonuncu mübahisə vaxtı ona “atana və anana, mənə xəyanət etdiyini deyəcəm” dedikdən sonra qərarı qətiləşmişdir. Bir an içində mətbəxə keçib bıçaq götürərək Taryeli arxadan bıçaqla vurmuşdur. Törətdiyi əmələ görə peşmandır, zərərçəkmiş şəxslə barışmışdır və ailə münasibətlərini bərpa etmişdir. Azyaşlı qızları var, buna görə də məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, arvadı Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər ciddi mübahisə və münaqişə olmamışdır. İşi ilə bağlı ailə üzvləri ilə birlikdə Daşkəsən şəhərində yaşamışdır. Mühafizəçi kimi iş rejimi 2 gün gündüz növbəsi, 2 gün istirahət və ardınca 2 gün gecə növbəsindən ibarətdir. Uzun müddətdir Səyidənin ona xəyanət etməsindən şübhələnsə də əlində konkret fakt olmadığından onunla bu barədə söhbəti olmamışdır. 21 iyul 2023-cü il tarixdə axşam saat 18 radələrində gecə növbəsinə getdiyi vaxt evdən zibilləri götürüb zibil qutusuna aparmış, torbanın içində həddindən çox qanlı “salfetka” və dəsmal olduğunu görmüş, Təqsirləndirilən şəxs “aybaşı” dövründə olsa da, bu qədər qan və salfetka olması onu şübhəli gəlmişdir. Növbəti gün işdən evə səhər saat 07 radələrində qayıtmış, Səyidə yatmış olduğuna görə yuxulu və yorğun halda onu qarşılamışdır. Birlikdə səhər yeməyi yemiş, Səyidə onun nömrəsindən atası Elbara zəng edib uşaqları ilə danışmışdır. Yataq otağına keçəndə güzgünün qarşısında üzərində ağ rəngli yazısı olan qoruyucu görmüşdür. O, arvadı ilə cinsi əlaqədə olduğu zaman qoruyucudan istifadə etmədiyi üçün şübhələri daha da artmış, Səyidədən “Samsung A13” markalı mobil telefonu verməsini tələb etmiş, Səyidə əvvəl imtina etsə də təkid edib telefonu ondan almışdır. Telefonu açmaq istədikdə kodun dəyişdiyini görüb kodu açmasını tələb etdikdə Səyidə etiraz etmiş və “nəyə baxırsan? inanmırsan, etibar eləmirsən mənə, ver mənə telefonumu anamla danışacam” demiş, onu öpməyə başlamışdır. O Səyidəyə telefonun kilidini açmasını və kimlə istəyirsə onun telefonu ilə danışmasını demişdir. Səyidə telefonun kilidini açmış və o, telefonu axtarmağa başlamış, ayaqyoluna gedib qapını arxadan kilidləmiş, “instagram” sosial şəbəkəsinə daxil olduğu zaman axtarış bölməsində ilk hesab adının “Anar Orucov” olduğunu görmüşdür. Səyidə imkan vermədiyindən O ayaqyolundan çıxıb evə, yataq otağına getmiş, həmin hesabla olan yazışmalarda isə xeyli sayda mesaj görmüşdür. Mesajlar Səyidə ilə həmin hesabın sahibi arasında görüşməklə bağlı olmuş, “gəlin həyətdədir, biraz gözlə”, “gəldinmi canım”, “canım qapını örtdünmü, qapını açıq qoyma” kimi mesajlar olmuş, səsli mesajda isə Səyidənin gələcəyi vaxt barədə də həmin şəxsə məlumat verdiyini görmüşdür. Səyidə yalvararaq onu bağışlamağı, bir də belə səhvə yol verməyəcəyini desə də Səyidəyə “ayrılaq, qızlarımızın xətrinə heç kimə heç nə deməyəcəm, qızlara da mən baxacam” demişdir. Səyidə əlində taxta saplı bıçaq gətirərək “atam məni öldürər” demiş, O isə Səyidəyə əlindəki bıçağı yerə qoymağı, “səni öldürüb 15 il türmədə yatası deyiləm, ayrılaq sən mənə xəyanət etmisən” demişdir. Səyidə ağlayıb başına və üzünə zərbələr endirəndə Səyidənin üzündən 1 dəfə sillə ilə vurub çiyinlərindən tutaraq silkələmiş, Səyidə əlindəki bıçağı yatağın altına atıb çıxmışdır. Özü isə “Anar Orucov” adlı “İnstagram” hesabının kim olduğunu müəyyən etmək üçün “Salam canım” yazmış, yazdıqdan bir qədər sonra həmin şəxs də “salam canım” deyə cavab vermiş, da “darıxmışam şəklini at görüm səni” yazdıqda həmin şəxs ağ rəngli maykada şəklini atmış və o həmin şəxsin iş yoldaşı Şahid1 olduğunu görmüşdür. “Whatsapp” ani mesajlaşma tətbiqinə daxil olaraq zənglər bölməsində profil şəkillərində “İnstagram” sosial şəbəkəsində “Anar Orucov” adlı hesabın profilində olan şəkili görmüş, nömrəni öz telefonuna yazanda Şahid1 olduğunu görmüşdür. Səyidə əlində dəmir saplı bıçaqla titrəyərək otağa girmiş, Səyidəyə “sənə demədim əlindəki bıçağı yerə qoy” deyəndə Səyidə yaxşı deyərək bıçağı sinəsinə sıxıb çölə çıxmışdır. O, Səyidənin arxası ilə gedib “gəl əynimizi geyinək, səni aparıram kəndə atangilə” demiş, lakin Səyidə gəlməmişdir. Yenidən evə daxil olaraq yataqda uzanmış, həmin vaxt Səyidə çöldən tələsik addımlarla yanına gəlmiş, onu kürəyindən vurmuşdur. Əvvəlcə yumruq zərbəsi olduğunu güman etmiş, sonradan nəfəs ala bilmədiyini hiss edib, güzgüdə kürəyinə baxmış və kürəkyində bıçaq olduğunu görmüşdür. Səyidənin telefonunu balıncın altına qoyaraq həyətə çıxmış, ev sahibini səsləyib, Səyidənin telefonunda xəyanət mesajlarını aşkar etdiyinə görə onu bıçaqladığını, təcili tibbi yardım çağırmasını və telefonu götürüb polisə təhvil verməsini bildirmişdir. Təcili tibbi yardım avtomobili gəlib onu Gədəbəy rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. İlkin tibbi yardım edib əməliyyat edilmək üçün Gəncə şəhərində yerləşən Mərkəzi Klinikaya göndərilmiş, orada əməliyyat olunmuşdur Məhkəmədə verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərdi ki, hadisə vaxtı Səyidəni vurmamış, sonuncuya ata-anasına hadisə barədə deyəcəyini bildirməsə də fikri Səyidəni aparıb atası evinə qoymaq və xəyanətinə görə ondan ayrılmaq olmuş və bunu Səyidəyə də demişdir. Səyidənin xəyanətini öyrəndiyi zaman sonuncuya ayrılmalarını bildirmiş, Səyidə isə ona “atam bilsə məni öldürər” demişdir. “Bu ikimizin arasında sirr olaraq qalacaq, qızlarıma görə adına söz çıxmasını istəmirəm, sən öz yoluna, mən öz yoluma, öldürüb türməyə getməyəcəm” desə də Səyidə onu öldürəcəyini bildirməmiş, özü də Səyidənin onu vura biləcəyinə inanmamışdır. Səyidə anidən bıçağı uzanıqlı halda olanda onun kürəyinə sancmışdır.Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Səyidədən heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Həmçinin məhkəməyə yazılı ərizə ilə müraciət edərək azyaşlı uşaqlarına iş rejimi ilə bağlı tək baxmaqda çətinlik çəkdiyini, onlara görə arvadının məsuliyyətdən azd edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxslə iş yoldaşı kimi normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs arvadı Təqsirləndirilən şəxs ilə isə “Tik-tok” sosial şəbəkəsində tanış olmuş, hadisədən təxminən 1 ay əvvəl sosial şəbəkədə əsl adının Səyidə olduğunu bildiyi şəxs videolarını bəyənərək həmin videolara şərhlər yazmışdır. “İnstagram” sosial şəbəkəsində istifadəçi adı “anar_orucov57”dir. O, həmin istifadəçi adı ilə Təqsirləndirilən şəxsyla zəng və mesaj vasitəsilə danışmış, münasibəti yaranmışdır. Təxminən 10 gün sonra Səyidənin onun iş yoldaşı Taryelin arvadı olduğunu sonuncunun özündən öyrənmişdir. O, Səyidəyə ayrılmağı təklif etsə də Səyidə təkidlə ondan ayırlmaq istəmədiyini demiş, özü də münasibəti kəsə bilməmişdir. Səyidə ilə “İnstagram” sosial şəbəkəsində yazışma və səsli zəng vasitəsilə danışmışlar. Danışıqları adətən ümumi mövzulardan olsa da O, Səyidəyə görüşməyi və intim münasibətdə olmağı təklif etmiş, Səyidənin də razı olduğunu hiss etmişdir. 20 iyul 2023-cü ildə Səyidəyə görüşmək istədiyini deyərək evlərinə gəlməyi təklif etmiş, Səyidə onunla razılaşmış, saat 21 radələrində Səyidənin yaşadığı Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evə getmişdir. Səyidə onu qarşılayıb evə dəvət etmiş, evdə ikisindən başqa heç kəs olmamışdır. Səyidə ilə girişdən daxil olduqda birinci otaqda masa arxasında əyləşmiş və söhbət etmişlər. İçəri - yataq otağına keçsələr də Səyidə “aybaşı” olduğu üçün onunla əlaqədə olmağa razılaşmamış və beləliklə də cinsi əlaqədə olmamışlar. Səyidəylə sağollaşaraq təxminən saat 23 radələrində yaşadığı Gədəbəy rayonu Zəhmətkənd kəndindəki evinə getmiş, hadisəni sonradan öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, ünvan 3 ünvanında yerləşən yaşadıqları fərdi yaşayış evi 2 mərtəbəlidir, 1-ci və 2-ci mərtəbənin ayrı-ayrı girişləri vardır. Evi babası tikdirmişdir. Babası vəfat etdikdən sonra həmin ev atasına, atası vəfat etdikdən sonra isə anasının adına rəsmiləşdirilmişdir. Anası, O və ailə üzvləri qış fəslində Gədəbəydə deyil, Gəncə şəhərində qalır. nəzarətsiz qalmaması üçün isə evin 1-ci mərtəbəsini kirayəyə verirlər. Gədəbəy rayonu, Daryurd kənd sakini Zərərçəkmiş şəxs və arvadı Təqsirləndirilən şəxs 2022-ci ilin xatırlamadığı gündən evə gələrək baxıb bəyənmiş və kirayə tutmuşlar. 20 iyul 2023-cü il tarixdə atası Ramizin ölümünün il dönümü ilə əlaqədar O, anası Sənurə, arvadı Azadə və 2 azyaşlı uşağı ilə birlikdə Gədəbəyə evlərinə gəlmiş və orada qalmışlar. Evin həyətində bir neçə dəfə Taryel və onun arvadı ilə rastlaşıb bir-birləri ilə hal-əhval tutmuşlar. 22 iyul 2023-cü il tarixdə səhər saat 10 radələrində o, anası və ailə üzvləri evin 2-ci mərtəbəsində olmuş sürücü işlədiyindən Bakı şəhərinə getməyə hazırlaşmış, evdən çıxandan sonra həyətdə səs-küy eşitmişdir. Səyidə qaçaraq gəlib onun yanından ötüb keçmiş, qaça-qaça ona “Taryeli bıçaqlamışam, ona kömək et” demişdir. O, dərhal evin həyətinə qaçmış, Zərərçəkmiş şəxs evin birinci mərtəbəsinin giriş qapısının qarşısında olmuş, kürəyində isə batmış bıçaq olmuşdur. Taryel ona “mənə kömək elə” demişdir. Dərhal “103” təcili tibbi yardım xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və həkim çağırmışdır. Anası Sənurə və arvadı Azadə də səs-küyə görə aşağı düşmüşlər. Təcili tibbi yardım avtomobili gəlib Taryeli xəstəxanaya aparmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı dindirilmiş şahidlər Şahid4 və Şahid3 eyniməzmunlu ifadə verərək, hadisədən əvvəl Səyidə ilə əri Taryel arasında hər hansı mübahisə və münaqişənin şahidi olmadıqlarını, xx.xx.2023-cü ildə Pənah Bayramovun çağırması və həyətdəki səs-küyə çölə çıxdıqlarını, zərərçəkmiş şəxsi evin giriş qapısında kürəyinə sancılmış bıçağı pəncərədən baxarkən gördüklərini, Pənah təcili tibbi yardım çağırdıqdan sonra zərərçəkmiş Taryelinin xəstəxanaya aparıldığını bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri vəzifəsində və həkim işləyir. 22 iyul 2023-cü ildə iş vaxtı bitəndən sonra evə getmiş, ona xəstəxanadan zəng edib bir nəfər şəxsin xəstəxanaya gətirildiyi bildirilmiş və xəstəxanaya çağırılmışdir. O, xəstəxanaya çatdığı zaman sonradan adının Taryel olduğunu öyrəndiyi şəxs Acil Şöbədə kürəyində 01 ədəd metal dəstəkli bıçaq dəstəyinə yerinə qədər daxilə nüfuz etmiş vəziyyətdə olmuşdur. Ona qədər də ilkin tibbi yardım göstərilmiş O gəldikdən sonra yaranın ətrafını keyləşdirib, zərərçəkmişə şok əlehinə dərmanları inyeksiya etmiş, Gəncə şəhərinə aparılmalı olduğundan təcili tibbi yardım maşının hazırlanması ilə bağlı göstəriş vermişdir. Yara ətrafı keyidikdən sonra bıçağı diqqət və ehtiyatla çıxararaq tamponları yerləşdirmiş və əlavə qanaxma yaranmasının qarşısını almış, qanaxma dayandıqdan sonra isə Taryel təcili tibbi yardım avtomobili ilə həkim müşayiəti altında əməliyyat edilməsi üçün Gəncə şəhərinə göndərilmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid5 göstərdi ki, bıçaq qüvvətli şəkildə vurulduğundan və bıçaq yumşaq toxumalara keçdiyindən və yerləşdiyi yerə görə Taryelin bronx və ağciyərlərinin zədələndiyini ehtimal etmiş, buna görə də ilkin tibbi yardım göstərib bıçağı tibbi protokollara uyğun çıxardıqdan sonra xəstəni dərhal təxliyyə etmişdir. Hadisə yerindəki şəxslər və təcili tibbi yardım həkimləri bıçağı çıxaracağı təqdirdə Taryelin qanaxmadan həyatını itirmək təhlükəsi yüksək olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Firudin oğlu göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma oğludur. Taryel həmkəndliləri Səyidə ilə ailə həyatı qurmuş, sonuncunun işi ilə əlaqədar Gədəbəy şəhərində yaşamışlar. Səyidə ilə Taryel arasında əvvəllər xırda mübahisələr olsa da, böyük mübahisələr yaranmamış, problemsiz olaraq yaşamışlar. 22 iyul 2023-cü il tarixdə Taryelin övladları Nur və Dəniz Daryurd kəndində, onun yanımda olmuşlar. Səhər saat 08 radələrində nəvələri Nur və Dəniz anaları Səyidə ilə onun telefonu vasitəsilə danışaraq söhbət etmiş, telefonu ona geri qaytarmışlar. Bir müddət sonra oğlu Taryelin nömrəsindən ona zəng gəlmiş, telefonu açanda Taryelin səsinin pis gəldiyini eşitmişdir. Taryel çətinliklə ona “məni bıçaqla vurdu, özünü mənə çatdır, öldüm” demişdir. O, Taryeldən kimin bıçaqla vurduğunu soruşduqda isə Taryel cavab verə bilməmiş və telefonu söndürmüşdür. O, Gədəbəy rayon Mərkəzi Xəstəxanasına gəlmiş və Taryelin üzü üstə uzandığını, kürəyində yara olduğunu görmüşdür. O çatanadək həkimlər artıq Zərərçəkmiş şəxs kürəyindəki bıçağı çıxartmış və sonuncunu Gəncəyə əməliyyata aparılması üçün hazırlamışlar. Təcili tibbi yardım avtomobili ilə oğlu ilə birlikdə Gəncə şəhər Mərkəzi Xəstəxanasına getmiş, Taryel əməliyyat olunmuş və bir neçə gün xəstəxanada qaldıqdan sonra evə buraxılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “şəxsin könüllü olaraq özünü istintaqa təqdim etməsi” barədə 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə saat 11:00-da Gədəbəy rayon polis şöbəsinə gələrək yaşadıqları evdə əri xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs kürək nahiyyəsinə bıçaqla xəsarət yetirməsi barədə məlumat vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin İ mərtəbəsinin yataq otağıdır. Baxış zamanı evin İ mərtəbəsinin giriş istiqamətində sağ tərəfdə yerdə daşların üzərində, yataq otağındakı çarpayının yorğan üzlüyündə qanabənzər ləkə aşkar edilmiş, qanabənzər ləkələrdən steril pambıq çubuğa hopdurulmaqla 02 ədəd nümunə, yataq otağındakı çarpayının üzərindən “Xiaomi” MEG7” markalı mobil telefon, 01 ədəd yorğan, 01 ədəd döşək üzlüyü və çarpayının altından 01 ədəd mətbəx bıçağı qablaşdırılıb götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “əşyaya baxış keçirilməsi və götürülməsi” barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Gədəbəy RMX cərrahiyə şöbəsinin müdiri həkim-cərrah Şahid5 İsbəndiyar oğlunun istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən 1 ədəd dəstəyi metal, tiyə hissəsinin üzərində isə qanabənzər ləkələr olan bıçaq sonuncudan götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “götürmə aparılması haqqında” 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş “Redmi M2003J15SS” markalı içərisində 02 ədəd simkart olan 01 ədəd mobil cihaz, hadisə zamanı əynində olmuş 01 ədəd qırmızı zolaqlı qara rəngli idman şalvar, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd tünd boz rəngli corab müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan 07 sentyabr 2023-cü il tarixli “telefon məlumatlarına baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 ilə 2023-cü ilin iyun ayı ərzində mütəmadi və uzunmüddətli danışıqlar aparılmış, hadisə baş verdiyi tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələr Gədəbəy şəhərində quraşdırılmış anten dairələrində olmuşdur. Hadisədən əvvəl və sonra Zərərçəkmiş şəxslə Şahid6 istifadəsindəki mobil nömrələr arasında telefon zəngləri olmuş və danışıqlar aparılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A13” markalı “mobil telefona baxış keçirilməsi” haqqında 21 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, “Galeri” menyusunda yerləşən “Screen shots” qovluğunda “İnstagram” sosial şəbəkəsinin tətbiqinin mesajlar bölməsin aid “anar–orucov57” profil adı ilə Təqsirləndirilən şəxs istifadəsində olan «heya_tim687» profil adı arasında 20 iyul 2023-cü il tarixlərdə - «Canım», «Gelim», «Hay can», «Bir az geçsin», «Yaxşı», «Geliçi», «Daha», «Gelin qapdadi nece edim», «neynirki», «iş görür sebirli ol», «De ne edim men yaziq», «Heç ne», «Dedi», «Gec qutarar», «Bilmirem», «Görek de», «Ay da qalmışam burda», «Ne oldu boy hele qeflikdə qalibsan», «Getdinmi», «Qapini örtdünmü» məzmununda, 21 iyul 2023-cü il tarixdə - «Salam», «Salam üreyim necesen», «Yaxşı canım işdesen», «Ömrüm ne edirsen», «Hardasan», «Evdeyem», «Can», «Kimse var yanında», «Yok qapda işliyir», «Bu üst teref evde», «Necesen», «Yaxşıyam can», «Bu gün getdim derman aldım», «Ne dediler», «Neden olar», «Dediler», «Heç ne demedi», «Mende ele şey yok», «Derman verdi», «Dedi içersen», «Neye göre dedi olar bes», «Nem», «Dedim bele olub», «Derman verdi», «Neden olar», «Dedimi», «Ne oldu», «Esesbleşirem», «Normal yaz de», «Eseb olam di yazma», «Get işinde ol», «Kimle yazişirsan yazış», «Yox», «Yazmıram», «Almirsan meni gözelne», «Adam var yanımda», «Yığacam», «Ne yazma, ne yiqma», «Get», «PF», «Of», «İşni gör», «Yaxşı», «Yığacam», «Başa düş», «Eseb verme», «Açmiram», «Niye» «Hele», «Açmirsan», «Delim aç da», «Yok», «Niye», «Hele», «Danışmiram.» məzmununda, 22 iyul 2023-cü il tarixdə - «.», «.Bu ne», «Salam», «Sabahın xeyr», «Necesen», «Canim hardasan», «Salam», «Her vaxdın xeyir», «Yaxşıyam», «Sen nece», «Tşk, tam yam», «Dəyməz», «Sən hardasan», «Evde», «Hə mən də işə gedirəm», «Sağ salamat», «Canım get», «Çox sağol, evdən çıxdım danışarıq, şəklini atarsan baxaram», «Sən harda işləyirdin canım», «Yaxşı bax», «Hay can», «Yazmayacam», «Şirkete çağırıblar», «Niye», «Teclı», «Nolub», «Bilmirem niye», «Yaxşısan???», «Tez nömreden meni yığ», «Yazacam», «Söz deyirem tecili», «Nese olub», «Tez ol», «Nömreni yaz», «Yığ deyirem», «Görüm aç da», «**********», «Aç», «Sensen bu???», «He», «Get ise gözle», «Yığma dayan», «Nolub, nese bilirsen», «Yox», «Sen hardasan», «Rahat danisa bilende yig meni», «Gozluyurem», «Ne vaxt çıxacan sen?????», «Yaz de», «Ay da», «Nese bilibler», «Vallah», «Bir az da keçse bilecekler», «Sen hardasan», «Sil her şeyi», «Silirem», «Gedirem yazma mene», «Hardasan», «Dede bir», «Necede çıxırsan», «Seni gözdüyürem», «Yığma», «Meni görecekler yazma sil her şeyi», «Meni tanımırsan», «O da ordadı», «Kim», «Seninki», «Yazma mene», «Seni gözlüyürem», «Yazma», «Tez çıx yığ meni», «Heçen yox men yazmamış yazma», «Yığ meni çıxanda», «Yaxşı», «Ok» məzmunda yazışmaların olması, eləcə də, «İnstagram» sosial şəbəkəsi vasitəsilə hər iki profil arasında səsli zənglərin aparılması aşkar olunmuşdur. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 467 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəndə aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ arxa səthinin daxilə keçən, sağ ağ ciyəri, qabırğa arası arteriyanı zədələyrək daxili qan axmaya, sağ tərəfli hemopnevmotoraksa və 3-cü dərəcəli hipovomemi-travmatik-hemorragik şoka səbəb olan deşilmiş-kəsilmiş yarası deşici - kəsici əşaynın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 22 iyul 2023-cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokolizasiyasına əsasən demək olar ki, həmin xəsarəti onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılamağa xarakterik xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxsn vurulan zərbə güclü olmaqla, insan zərbəsi nəticəsində əmələ gəlməsi inkar edilmir. Yara kanalının istiqaməti arxadan önədir və X7 həmin xəsarəti ağzı üstə uzanıqlı vəziyyətə alması ən çox ehtimal olan vəziyyətdir. Zərərçəkmiş şəxs xəsarət aldıqdan sonra sərbəst tərpənmə, qışqırma kimi hərəkətlər etməyə qadir olsa da çox aktiv hərəkətlər etmək iqtdarında olmamışdır. Zərərçəkmiş şəxs ekspertizaya təqdim edilmiş dəstəyi bıçaqlarla, eləcə də bu tip konstruksiyaya malik digər deşici-kəsici əşyanın təsirindən törənə bilməsi inkar edilmir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “tibbi-bioloji ekspertiza”nın 14 avqust 2023-cü il tarixli 508/2023-MTBŞ saylı rəyindən görünür ki, təqdim olunan portal çıxarışlarının surətinə əsasən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu- Oalfabeta(İ), Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta (İİ). Ekspertizaya təqdim olunan «Redmi M2003J15SS» markalı mobil telefon, 02 ədəd çubuqlu pambıq tampon, 01 ədəd metal dəstəkli bıçaq, mələfə, yorğan üzü, Zərərçəkmiş şəxs məxsus alt mayka, idman şalvarı, 01 ədəd corab və qısaqol kofta üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər, əgər onun qanında müşayiətçi H antigeni varsa. Qanın qarışıq olduğu halda isə ləkələrdə həmçinin Təqsirləndirilən şəxs da qarışmış qanının olması əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa mümkündür. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx"nın 28 avqust 2023-cü il tarixli 364/MTKŞ-2023 saylı rəyindən görünür ki, təqdim edilmiş döşək üzünün və yorğan üzünün üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus şalvarın sol ayağının ön səthində bir ədəd və sağ ayağının ön səthində bir ədəd sürtülmə sahəsi var. Bu zədələr küt mexanizmdən, şalvarın həmin nahiyyələrinin hər hansı bir sərt səthlə qarşılıqlı təsiri (sürtülməsi) nəticəsində törənməyə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus qısaqol koftanın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman arxa səthinin sağ yarısında bir ədəd, sağ ayağının arxa səthində bir ədəd cırılmış zədələr var. Bu zədələr küt mexanizmlə, idman şalvarının həmin nahiyyəsinin kəskin dartılması nəticəsində törənmişdir. Zərərçəkmiş şəxs məxsus bir ədəd corabın üzərində zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın və qısaqol koftanın hər birinin arxa səthində çoxsaylı, müxtəlif istiqamətli tam kəsik xətləri vardır, kəsik xətləri çox güman ki, paltarların üzərində olmuş zədə mənfəzindən keçirilməklə aparılmışdır, bu səbəbdən həmin paltarlar üzərində onun bədəninin döş qəfəsinin arxa səthində-sağ 5-6-cı qabırğaarası sahədə olan çapıq toxumaya (deşilmiş-kəsilmiş yaranın sağalmış izi) uyğun zədə aşkar edilmədi. Təqdim edilmiş iki ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarıdır və soyuq silah hesab edilmir. Bıçaqların konstruksiyasına sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Onların üzərində olan zavod nişanına görə, hazırlandıqları vaxt (il) barədə fikir söyləmək mümkün deyil. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın və koftanın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Zərərçəkmiş şəxs məxsus idman şalvarının və corabın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş ləkələrdir. Təqdim edilmiş yorğan üzünün və döşək üzünün üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Təqdim edilmiş metal dəstəkli bıçağın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. Təqdim edilmiş digər predmetlər üzərində qana şübhəli ləkələr aşkar edilməmişdir. Materialların məhkəmə ekspertizasının 25 avqust 2023-cü il tarixli, 16/778 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının və 01 ədəd yorğan üzlüyünün, 01 ədəd döşək üzlüyünün səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qara rəngli təbii pambıq cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd yorğan üzlüyünün və 01 ədəd döşək üzlüyünün üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Təqdim olunmuş 01 ədəd yorğan üzlüyünün və 01 ədəd döşək üzlüyünün üzərindən tapılmış qara rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Təqdim olunmuş 01 ədəd yorğan üzlüyünün və 01 ədəd döşək üzlüyünün üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus digər geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın 02 avqust 2023-cü il tarixli, 470 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən də hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Hazırda da Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş DİN BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gədəbəy Rayon İcra Hakimiyyəti Daryurd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 594 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayonu Daryurd kəndində qaynatası qaynanası, əri Zərərçəkmiş şəxs, azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü Nur Musayeva və xx.xx.2015-ci il təvəllüdlü Dəniz Musayeva ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs məhkəmədə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmədə təqdim edilmiş zərərçəkmiş şəxs Şahid6 tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs azyaşlı uşaqları olduğu və onların baxımında çətinlik çəıkdiyi üçün anaları Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarxili “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A13” markalı içərisində 01 ədəd simkart olan 01 ədəd mobil cihaz, Şahid1 götürülmüş “Samsung A53” markalı içərisində 02 ədəd simkart olan 01 ədəd mobil cihaz, Gədəbəy rayon X3 Musayevə ilkin tibbi yardım göstərilərkən sonuncunun şalvarının cibindən götürülmüş “Redmi M2003J15SS” markalı içərisində 02 ədəd simkart olan 01 ədəd mobil cihaz, hadisə yerinə baxış keçirilərkən hadisənin baş verdiyi evin həyətində giriş qapısının qarşısında daşın üzərindən qanabənzər ləkələrdən pambıq tampona hopturulmaqla götürülmüş 02 ədəd nümunə, Gədəbəy rayon X3 Musayevə ilkin tibbi yardım göstərilərkən götürülmüş döş qəfəsinin arxa-sağ səthinə nüfuz etmiş 01 ədəd dəstəyi metaldan olan bıçaq, hadisə yerinə baxış keçirilərkən çarpayının üzərindən götürülmüş 01 ədəd yorğan üzlüyü, hadisə yerinə baxış keçirilərkən çarpayının üzərindən götürülmüş 01 ədəd döşək üzü, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli üzərində muncuqlar olan qısaqol köynək, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qırmızı zolaqlı qara rəngli idman şalvarı, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd tünd boz rəngli corab, maddi sübut kimi tanınmış və Gədəbəy rayon prokurorluğunda saxlanılır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22 iyul 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokol və Gədəbəy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(042)-13/2023 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində qəsdan adam öldürməyə cəhdin cinayət tərkibi vardır. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktikti halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. İbtidai araşdırmanın ilkin dövründən fərqli olaraq sonrakı dövrdə və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qəsdən adam öldürməyə cəhddə deyil qəsdən sağlamlığa ağır xəsarət yetirmədə təqsirli bildiyini göstərsə də məhkəmə baxışı zamanı müəyyən edilmiş cinayət işinin faktiki hallarından, eləcə də cinayət işi üzrə toplanmış maddi sübutlardan, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən, hadisənin baş verdiyi yerin müşahidə kamerası ilə qeydə alınmış videogörüntülərindən, təqsirləndirilən şəxsin özünü ibtidai istintaqın ilkin mərhələsində verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdən, hadisə vaxtı və cinayət hadisəsi törətdikdən sonrakı davranışlarından görünür ki, Təqsirləndirilən şəxs əri ilə aralarında yaranmış narazılıqdan sonra məhkəmənin qənaətinə görə əvəz çıxmaq (ərinin ona dəfələrlə xəyanət etməsini ilkin ifadələrində də göstərmişdir) məqsədilə sosial şəbəkədə təsadüfən tanış olduğu Şahid1lə yaxın münasibətlər, aralarında sevgi yaranmış və bu məzmunda sosial şəbəkələr vasitəsilə yazışmalar aparılmış, əri işdə olduğun zaman Şahid1 Gədəbəy şəhərində kirayədə yaşadığı ünvana çağırmışdır. Hadisə günü isə görüşdən sonra, cinsi əlaqədə olmasa da, qalmış (gətirilmiş) “izləri” yox etməyi unutduğundan işdən gəlmiş əri Zərərçəkmiş şəxs həmin halları qoruyucuları aşkar edib arvadının ona xəyanət etməsi barədə şübhələrini dəqiqləşdirmiş, arvadının istifadəsində olan mobil telefondakı sosial şəbəkələr vasitəsilə iş yoldaşı oilan Şahid1 adlı şəxslə yazışmalarını aşkar etmiş, bundan sonra arvadı Təqsirləndirilən şəxs ilə arasında mübahisə və münaqişə yaranmışdır. Sonuncunu yaşadığı evə aparmaq istəməsinə və ailə üzvlərinə məlumat verəcəyini deməsinə görə Təqsirləndirilən şəxs ərinin yataq otağında çarpayıya üzüüstə uzanıqlı vəziyyətdə olmasını görüb qeyri-əxlaqi hərəkətlərinin ifşa olunmasından qorxaraq, məhz ərini qəsdən öldürmək qərarına gəlmiş, evin mətbəxindən götürdüyü məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs kürək naiyyəsinə 1 dəfə güclü zərbə endirərək zərərçəkmiş şəxsin həyatı üçün vacib əhəmiyyətli orqanların yerləşdiyi nahiyyədən daxilə nüfuz edən və daxili orqanlarını zədələyən xəsarət yetirmiş, hadisə vaxtı zərərçəkmiş şəxsin ayağa qalxmasından sonra bıçaq onun kürəyində qaldığından ərinin vurduğu zərbəyə görə ona hər hansı xəsarət yetirə biləcəyindən qorxaraq həyətə, oradan isə küçəyə qaçıb gizlənmiş, lakin zərərçəkmiş şəxsin vaxtında tibbi müəssisəsinə aparılaraq təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi nəticəsində iradəsindən asılı olmayan səbəbdən qəsdən adamöldürmə cinayətini başa çatdıra bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirdikdən sonra özünə xəsaət yetirməsi mümkünlüyünü də istisna etmir, yuxarıda göstərilənlərə əsasən bunun mümkün olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarının 3-cü bəndinə əsasən Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırki iş üzrə həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı alınmış ifadələrdən və tətdiq edilmiş hadisə yerinə baxış protokolundan və digər sübutlardan görünür ki, yaranmış münaqişəli situasiya - yəni ərinin onun xəyanətini (yad kişi ilə yazışması və yaşadığı evə dəvət etməsini) aşkar edib onu atası evinə aparacağı və bu barədə ailə üzvləri - valideynlərinə məlumat verəcəyini deməsi sonuncunu ifşa olmaq qorxusu altında zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrumetməyə sövq etmiş, zərərçəkmiş şəxs mobil telefonla məşğul olarkən, əlinə keçən (cinayətin aləti olan) ilk kəsici-deşici məişət təyinatlı bıçaqla zərərçəkmiş şəxsə nisbətən az zərər yetirə biləcək (aşağı və yuxarı ətrafına- telefonla məşğul olan qol və çiyin, baldır bazu və bud nahiyyələrinə deyil, yaranmış şəraitlə əlaqədar məhz daxili orqanların sıx yerləşdiyi sinə boşluğunun əksində yerləşən və təqsirləndirilən şəxs üçün əlverişli olan kürək nahiyyəsinə (səthi, adi qüvvə təsiri ilə deyil) məhz güclü zərbə şəklində yetirilmişdir. Təqsirləndirilən şəxsin qəsdinin məhz zərərçəkmişi qəsdən həyatda məhrumetməyə yönəlməsini, məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ilkin olaraq ibtidai istintaq orqanına şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə də sübuta yetirilmiş hesab edir. Belə ki, ibtidai istintaq zamanı həm xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin ifadəsində, həm də 24 iyul 2023-cü il təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadələrində göstərmişdir ki,........ əri Taryel onun Anarla yazışmalarını görmüş və aralarında mübahisə başlamışdır. Mübahisə ilk olaraq mətbəx kimi istifafə etdikləri otaqda başlamaqla həmin otaqla bitişik olan yataq otağında davam etmişdir. Mübahisə zamanı əri Taryel onu yumruq və şillə ilə vurub, onu döymüşdür. Bütün bunları edərkən Zərərçəkmiş şəxs ona “Evdən çıx get, sənə görə həbsə düşəsi deyiləm” demişdir. O, cavabında Taryelə “Getmirəm, sən də mənə dəfələrlə xəyanət etmisən, mən bağışlamışam” demişdir. Taryel isə onu döymüşdür. Zərərçəkmiş şəxs onun başına yumruqla vurmuşdur. Daha sonra Taryel onun telefonunu əlinə alıb yataq otağında girişdən sol tərəfdə küncdə qoyulmuş təknəfərlik çarpayıda uzanmış və Anar adlı şəxsə yazmağa başlamışdır. Taryelin Anarla nə barədə yazışmasını isə bilməmişdir. Həmin vaxt o, mətbəxdə mebelin üzərindən taxta saplı bıçağı götürüb Tariyelin olduğu otağa keçərək ona özünü bıçaqla vuracağını demiş və bıçaqla özünə vurmaq istəmişdir. O, əri Taryelə xəyanət edib Anar adlı şəxslə münasibət yaratdığı üçün peşman olmuş və özünü bıçaqla vurmaq istəmişdir. Taryel onun əlində bıçağı görüb yataqdan qalxaraq üzərinə gəlmiş və bıçağı əlindən alıb pəncərənin qarşısındakı çarpayının altına atmışdır. Həmin vaxt Taryel yenə onu döymüş və evdən getməyini tələb etmişdir. Taryel yenidən gedib həmin təknəfərlik çarpayının üzərində üzü üstə uzanaraq onun telefonu ilə qurcalanmağa davam etmişdir. Həmin vaxt Taryel onun telefonunu qurcalayaraq ona “Zəng edəcəm, xəyanət etdiyini atana və anana deyəm” demişdir. O, bunu eşitdikdə Taryelə belə etməməsini deyib mətbəxə keçərək dəmir saplı bıçağı götürüb Taryelin olduğu otağa keçmişdir. Taryel həmin vaxt onun otağa daxil olmasını və əlində bıçaq olmasını görməmişdir. Taryel yenə də “Zəng edib, xəyanət etdiyini atana və anana deyəcəm” demişdir. Bunu eşitdikdə Taryelə sarı gedib əlindəki bıçaqla sonuncunun kürəyinə zərbə endirmişdir. Taryel onun yaxınlaşdığını və bıçaqla vurcağını bilməmişdir. Vurduğu bıçaq dəstəyinə qədər Zərərçəkmiş şəxs kürəyinə batmış və kürəyində qalmışdır. Bundan sonra o, dərhal qaçaraq evdən çıxmışdır. Qapının ağzında yerə yıxılmış, yerdən qalxarkən yaşadıqları evin sahibi Sənurənin oğlu Pənahı görüb, ona Taryeli bıçaqla vurduğunu demişdir....... Məhkəmə qeyd edir ki, hadisələrin təsadüfi axımı zamanı istənilən cinayət hadisəsi törətdikdən sonra şübhəli( təqsirləndirilən) şəxs fizioloji və bioloji xüsusiyyətlərinə əsasən qısa müddət də olsa (təxminən 1 saatdan 48 saata qədər) hadisənin təəssüratı altında olduğundan, onun işin hansısa faktiki halını gizlətmək, ifadələrinin sonradan onun əleyhinə sübut kimi istifadə ediləcəyini düşünmək qabiliyyəti olmadığından (yaxud cüzi olduğundan) hadisəni bütün təfərrüatları ilə ilkin yoxlama hərəkətlərini aparan şəxsə (təhqiqat orqanının əməkdaşı, təhqiqatçı, müstəntiq yaxud prokurora) bildirir. Sonrakı mərhələdə isə artıq şəxsin təbii instiklərindən olan özünümüdafiə meylləri güclənməyə başlayır və o özünüifşa mərhələsindən özünümüdafiə mərhələsinə keçid etməklə, artıq müdafiəsi üçün dəlillər toplamağa (yaxud uydurmağa) əvvəlki ifadələri ilə fərqli məzmunlu (inkaredici, bəzən isə yönəldici və yayındırıcı) məzmunlu ifadələr verməyə, yaxud da tam deaktiv olmağa (susmağa) üstünlük verir. Hazırki baxılan iş üzrə də məhkəmə Təqsirləndirilən şəxs istintaqın sonrakı mərhələrindəki ifadələrini təbii olaraq özünümüdafiədən irəli gələn və daha ağır cnayət məsuliyyəti və cəzadan yayınmaq meyli kimi qiymətləndirir və istintaqa ilkin verdiyi ifadələri daha səmimi və işin faktiki halları ilə uyğun olduğundan onun zərərçəkmiş şəxsi öldürmək üçün deyil, ağır bədən xəsarəti yetirmək istəməsi ilə bağlı hissəsini sübut kimi qəbul etmir. Məhkəmə tərkibi işin məhkəmə baxışı zamanı da təsdiq edilən hadisədən sonra evdən çölə qaçarkən qarşısına çıxan Şahid2 Zərərçəkmiş şəxs bıçaqlaması və ona kömək göstərilməsini deməsini də niyyətinin qəsdən sağlamığa xəsarət yetirmə olması deyil, bilavasitə hadisədən sonra Təqsirləndirilən şəxs əməlindən peşman olması və islah yolunda olması kimi qiymətləndirir və cəza təyini zamanı mütləq şəkildə nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 27.2-ci maddəsinə əsasən cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. CM-nin 27.3-cü maddəsinə əsasən başa çatmayan cinayətə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırlmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunan cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2ci maddəsinə əsasən isə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci tətbiqi mümkünlüyü ilə bağlı məhkəmə hesab edir ki, hazırki hadisənin motivi və işin faktiki halları, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra hərəkətləri, təqsirləndirlən şəxsə qanunvericiliyin yol verdiyi həddən aşağı azadlıqdan məhrumetmə cəzasının tətbiqinin və yaxud barəsində digər yüngül cəza tətbiq edilməsini inkar edir. Belə ki, cəzanın əsas məqsədi məhkumun islah edilməsi ilə yanaşı sosial ədalətin bərpə edilməsidir. Hazırki iş üzrə təqsirləndirilən şəxs daha yüngül cəzanın tətbiqi cəmiyyətdə ona məhkəmə tərəfindən tətbiq edilən differensiya kimi deyil, ayrı-seçkilik kimi qiymətləndirilə, bununla da əsassız şübhə və ehtimalların yaranmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi mümkünlüyü ilə əlaqədar məhkəmə tərkibi hesab edir ki, təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın təqsirləndirilən şəxsə şərti olaraq tətbiqi cəzanın ümumi və xüsusi xəbərdaredici funksiyasının əhəmiyyətini itirməsinə, cəmiyyətdə xüsusilə də getdikcə artan virtual və faktiki ailə-məişət zəminində baş verən cinayətlər fonunda cəzasızlıq mühitinin yaranmasına, cinayətkarlığa və ailə dəyərlərinə ciddi zərbə vuran (xəyanətə meyl) və sair mənfi tendensiyaların artmasına gətirib çıxara, beləliklə də ədalət mühakiməsinin mənafelərinin zədələnməsinə səbəb ola bilər. Məhkəmə həmçinin hazırki iş üzə Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiqi ilə bağlı məsələləri nəzərdən keçirib qənaətə gəlir ki, hazırki cinayət əməlinin şəxsiyyətin həyat və sağlamlığı əleyhinə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilməsi və qeyd edilən əmələ görə 5 (beş) ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasnının nəzərdə tutulması həmin maddənin təqsirləndirilən şəxsə tətbiqini - cəzanın çəkilməsinin təxirə salınmasını istisna edir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlər təqsirləndirilən şəxsin cəzanı real çəkəcəyi müddətdə islah olacağı təqdirdə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini, barəsində gələcəkdə amnistiya tətbiq edilməsini və ya əfv edilməsini istisna etmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Səyidə Musyaeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübutlar Gədəbəy rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A13” markalı içərisində 01 ədəd simkart olan 01 ədəd mobil cihaz ailə üzvlərinə, Şahid1 götürülmüş “Samsung A53” markalı içərisində 02 ədəd simkart olan 01 ədəd mobil cihaz Nicat Kərimova, Gədəbəy rayon X3 Musayevə ilkin tibbi yardım göstərilərkən sonuncunun şalvarının cibindən götürülmüş “Redmi M2003J15SS” markalı içərisində 02 ədəd simkart olan 01 ədəd mobil cihaz Zərərçəkmiş şəxs qaytarılmalı, hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 02 ədəd nümunə, Gədəbəy rayon X3 Musayevə ilkin tibbi yardım göstərilərkən götürülmüş cinayətin aləti - 01 ədəd dəstəyi metaldan olan bıçaq və hadisə yerindən götürülmüş 01 ədəd mətbəx bıçağı məhv edilməli, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd yorğan üzlüyü 01 ədəd döşək üzü, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli üzərində muncuqlar olan qısaqol köynək Təqsirləndirilən şəxs ailə üzvlərinə, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qırmızı zolaqlı qara rəngli idman şalvarı, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd tünd boz rəngli corab isə Zərərçəkmiş şəxsaya qaytarılmalı, onlar qəbul etmədikdə isə həmin əşyalar məhv edilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertizaların dəyəri olan 164,80 (bir yüz altmış dörd manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edlsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2023ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar -Gədəbəy rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A13” markalı içərisində 01 ədəd simkart olan 01 ədəd mobil cihaz ailə üzvlərinə, Şahid1 götürülmüş “Samsung A53” markalı içərisində 02 ədəd simkart olan 01 ədəd mobil cihaz Nicat Kərimova, Gədəbəy rayon X3 Musayevə ilkin tibbi yardım göstərilərkən sonuncunun şalvarının cibindən götürülmüş “Redmi M2003J15SS” markalı içərisində 02 ədəd simkart olan 01 ədəd mobil cihaz isə Zərərçəkmiş şəxs qaytarılsın, hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 02 ədəd nümunə, Gədəbəy rayon X3 Musayevə ilkin tibbi yardım göstərilərkən götürülmüş cinayətin aləti -01 ədəd dəstəyi metaldan olan bıçaq məhv edilsin, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd yorğan üzlüyü 01 ədəd döşək üzü, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli üzərində muncuqlar olan qısaqol köynək Təqsirləndirilən şəxs ailə üzvlərinə, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qırmızı zolaqlı qara rəngli idman şalvarı, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd tünd boz rəngli corab isə Zərərçəkmiş şəxsaya qaytarılsın, qəbul etmədikdə isə həmin əşyalar məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 164,80 (bir yüz altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-248/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-248/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver