Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-249/2021 06.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X5 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və İ dərəcəli hüquqşünas X3, zərərçəkmiş şəxs X6, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Qazax rayonunun Sadıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Sadıqlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə saat 15 radələrində Ağstafa rayonunun Sadıqlı kəndinin mərkəzində yerləşən parkda həmkəndlisi Zərərçəkmiş şəxs narkotik vasitə istifadə etdiyini zənn edərək onun yanına gedib, ona nalayiq söyüşlər söyməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruqla bir dəfə onun sifət nahiyəsinə vurub qaçaraq uzaqlaşarkən müvazinətini itirib yerə yıxılmasından sonra yerdə əlbəyaxa olarkən yumruqla Zərərçəkmiş şəxs vurması səbəbindən sonuncunun üzərində gəzdirdiyi istintaqa məlum olmayan qatlanan bıçaqla sinə nahiyəsinə qəsdən iki dəfə zərbə vuraraq ona dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan ağır xəsarətlər yetirərək qəsdən sağlamlığına ağır zərər vurmasından sonra üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sinə və sol sarğı nahiyələrinə üç dəfə zərbə vuraraq sonuncuya “döş qəfəsinin ön səthinin, sol qabırğalatı sahənin, sol sarğı nahiyəsinin boşluqlara sirayət etməyən kəsilmiş-deşilmiş soyuq silah yaraları, hemotoraks” ilə müşayiət olunan, dərəcəsinə görə yüngül zərərvurmaya, “döş qəfəsinin sağ yarısının sağ orta qoltuq xətti boyunca boşluğa sirayət edən 1 ədəd kəsilmiş-deşilmiş soyuq silah yarası” ilə müşayiət olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan ağır xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Sadıqlı kənd sakini Zərərçəkmiş şəxs onun dayısı oğlunun oğludur, onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 16.12.2020-ci il tarixdə saat 15 radələrində o, idarə etdiyi “VAZ 2106” markalı avtomobillə evdən çıxaraq ərzaq almaq üçün Sadıqlı kəndinin mərkəzinə getmişdir. O, kəndin mərkəzindəki parkın qarşısına çatan vaxt həmkəndliləri Elnur, Ziyad, Səddam və Mehralının parkın içərisindəki bərbərxananın qarşısındakı skamyada oturduqlarını görmüşdür. O, Elnur və Ziyadın əllərindəki siqaretə nə isə doldurduqlarını görüb narkotik vasitə istifadə etdiklərini fikirləşmiş, ona görə də onların yanına getmiş və Ziyada nalayiq söyüş söyüb oradan getməsini demişdir. Ziyad əvvəl getmək istəməsə də sonradan çıxıb getmişdir. Bundan sonra o, Elnura, Səddama və Ziyada da nalayiq söyüş söyüb “bizim bərbərxananın qabağında doldurmayın, gedin başqa yerə” demiş, həmin vaxt Elnur onun üstünə gəlmiş, yumruqla onun sifətinə vurub qaçmışdır. Bundan sonra o da Elnurun arxasınca qaçmışdır. Elnur qaça-qaça parkdan kənara çıxmış, parkın qarşısında, giriş hissədə olan çayxananın qabağında Elnur yerə yıxılmış, bundan sonra o, Elnurun üstünə getmiş, onlar yerdə əlbəyaxa olmuşlar. O, yumruqla Elnurun sifətinə vurmuş, bundan sonra Elnur bıçaqla onun sinəsinə vurmuş, o, bıçağı Elnurun əlindən almaq istəmiş, lakin bıçağı Elnurun əlindən ala bilməmiş, Elnur yenidən bıçaqla onun sinəsinə zərbə vurduğu üçün o, da belində olan bıçağı əlinə götürüb bir neçə dəfə Elnura zərbə vurmuş, lakin həmin zərbələrin harasına dəydiyini bilməmişdir. Bundan sonra Elnur ondan ayrılıb ayağa qalxaraq qaçmışdır. O da özü ayağa qalxmış və asfalt yola tərəf çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs asfaltın üstündə olmuş, Mehralı və Səddam da onun yanında olmuşlar, Şahid4 da yol ilə onların yanına gəlmişdir. Şahid4 ondan niyə dalaşdığını soruşmuş, o, isə Zeynəbə Elnurun da onu vurduğunu deyib sinəsini göstərmişdir. Həmin vaxt qonşu Fariz Sadıqov idarə etdiyi “KİA” markalı avtomobil ilə yoldan keçmişdir. Fariz onu görüb avtomobili dayandırmış, Fariz avtomobilindən düşdükdən sonra onun bıçaqlandığını görərək onu avtomobilinə mindirmişdir. Fariz avtomobili Ağstafa şəhəri istiqamətində sürmüş, yolda təcili tibbi yardıma məlumat vermişdir. Ağstafa rayonu Poylu qəsəbəsi ərazisində təcili tibbi yardım avtomobili ilə rastlaşdıqlarından Fariz avtomobilini dayandırmış, təcili tibbi yardım əməkdaşları onu avtomobilə mindirib Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Oradan isə təcili tibbi yardım avtomobili ilə Qazax X1 aparmışlar. İfadəsinə əlavə olaraq Zərərçəkmiş şəxsla barışıq əldə etdiyini, Elnurun ona qarşı şikayət və tələbinin olmadığını, hazırda münasibətlərinin yaxşı olduğunu, Zərərçəkmiş şəxs müalicəsi ilə bağlı bütün xərcləri ödədiyini, törətdiyi əmələ görə səmimi olaraq peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağstafa rayonunun Sadıqlı kənd sakini Təqsirləndirilən şəxs ilə uzaq qohumluq münasibətlərində olmaqla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 16.12.2020-ci il tarixdə saat 15 radələrində evdən çıxıb kəndin mərkəzinə getmiş, həmin vaxt kəndin mərkəzində olan həmkəndliləri Səddam, Mehralı və Ziyadla görüşərək mərkəzdəki parkın içərisində olan bərbərxananın qarşısına getmişlər. Bərbərxananın qabağında olan oturacağın üstü su olduğu üçün o, oturacağın üstünə çıxıb söykənmə yerində oturmuş, ayağını isə oturacaq hissəsinə qoymuşdur. Onlar deyibgülmüş,zarafatlaşmışlar. Bir neçə dəqiqə sonra Səddam, Mehralı və Ziyad ayaqüstə onun qabağında dayanmış, o, isə oturacaqda oturmuş, həmin vaxt musiqiyə qulaq asıb söhbət etmişlər. Onun əlində olan siqaret qırıldığı üçün o, siqaretin başlıq hissəsini yenidən filtr hissəsinə keçirmişdir. Həmin vaxt o, yerdə olan yarpaqların xışıltısını eşitmiş, başını qaldırıb baxan zaman həmkəndlisi Təqsirləndirilən şəxs yanına gəldiyini görmüşdür. İsa onların yanına çatan kimi Ziyada yaxınlaşaraq ona nalayiq söyüş söyüb oradan getməsini istəmiş, Ziyad isə İsadan ona söyüş söyməsinin səbəbini soruşub çıxıb getmişdir. Bundan sonra İsa üzünü onlara tərəf tutub “siz də” demiş, daha sonra İsa ona “sən də” deyib nalayiq söyüş söymüşdür. O da bir qədər başını qabağa əyib İsaya “mənimləsənmi” demiş, İsa isə heç bir səbəb olmadan ona yumruq atmış, o, başını geriyə çəkmişdir. O, özünü tarazlamış, İsaya tərəf çevrilmiş, Səddamın İsanın əli qarşıq belindən tutduğunu görmüşdür. Həmin vaxt o, yumruqla 1 dəfə İsanın ağzına vurmuş və qaçmışdır. Səddam İsanı buraxmış, İsa da onun arxasınca qaçmışdır. O, qaçarkən parkın içərisində yıxılmış, İsa ona çatmış və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt İsa yumruqla onun sifət nahiyəsinə vurmuş, bu zaman o, özünü qorumaq üçün əlindəki bıçaqla İsanın sinəsinə iki dəfə zərbə vurmuşdur. Həmin vaxt İsa əlindəki bıçaqla ona üç dəfə zərbə vurmuş, zərbədən sonra sinəsinin sağ tərəfindən hava çıxdığını hiss etmişdir. Həmin vaxt görmüşdür ki, İsanın sağ əlində tiyəsi gümüşü rəngli böyük bıçaq vardır. Bundan sonra onlar özləri bir-birindən aralanıb uzaqlaşmışlar, onları heç kim ayırmamışdır. O, İsadan ayrılıb avtomobil yoluna tərəf getmiş, yola çatmamış yerə yıxılmış, bir anlıq huşunu itirmiş, Səddam onu qaldıran vaxt özünə gəlmiş, Mehralı və Səddamın köməkliyi ilə icra nümayəndəliyinə tərəf getmişdir. Mehralı dayısı Qaraya zəng vurmuş, bir neçə dəqiqə sonra Qara adlı şəxs “Mercedes” markalı avtomobili ilə oraya gəlmişdir. Mehralı, Ziyad və Səddam onu avtomobilə mindirib Muğanlı kənd xəstəxanasına aparmış, orada ona ilkin tibbi yardım göstərilmiş, yanında olan şəxslərdən kimsə təcili tibbi yardıma məlumat vermişdir. Bundan sonra Ağstafa şəhərinə tez çatmaq üçün onu Qara adlı şəxs “Mercedes” markalı avtomobilinə mindirərək Ağstafa şəhərinə tərəf hərəkət etmişlər. Ağstafa rayonu Saloğlu qəsəbəsi ərazisində bir təcili tibbi yardım avtomobili ilə qarşılaşmışlar. Onu təcili tibbi yardım avtomobilinə mindirib Ağstafa rayon Mərkəzi Xəstəxanasına, oradan isə Qazax X1 aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onun narkotik vasitə qəbul etməsini zənn edərək, yaxınlaşaraq ona nalayiq ifadələr işlətmiş və bundan sonra aralarında mübahisə başlamışdır. Həmçinin ifadəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, müalicəsilə bağlı xərclərinin İsa tərəfindən ödənildiyini, hazırda münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16.12.2020-ci il tarixdə saat 15:45-də bacısı oğlu Şahid2 telefonla ona zəng vurub kəndin mərkəzinə çağırmış, Ağstafa şəhərinə getməli olduğunu demişdir. Bundan sonra o, özünə məxsus olan “Mercedes” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağstafa rayon rayonu Sadıqlı kəndinin mərkəzinə, icra nümayəndəliyinin binasının yaxınlığına getmişdir. Oraya çatan vaxt bacısı oğlu Mehralının, həmkəndlisi Səddamın və Ziyadın həmkəndlisi Zərərçəkmiş şəxs qoluna girdiyini görmüşdür. O, avtomobildən düşən kimi onlar Elnuru avtomobilin arxa oturacağına mindirmişlər. Bundan sonra onlar Muğanlı kənd xəstəxansına getmişlər. Oraya çatan vaxt xəstəxanada tibb işçiləri olmuşdur. Onlar Elnura baxıb ilkin tibbi yardım göstərmiş, həmin vaxt Şeyx adlı həkim Elnurun qarnında bıçaq xəsarəti olduğunu deyərək onun Ağstafa rayon mərkəzi xəstəxanasına aparılmalı olduğunu bildirmişdir. Bundan sonra onlar təcili tibbi yardım avtomobili çağırmışlar. Onlar Elnurun xəstəxanaya tez çatması üçün Elnuru onun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Ağstafa şəhəri istiqamətində aparmışlar, Şeyx həkim də onlarla birlikdə getmiş, Saloğlu kəndinin ərazisində onlar təcilitibbi yardım avtomobili ilə qarşılaşmışlar. Bundan sonra tibb işçiləri Elnuru təcili tibbi yardım avtomobilinə qoyub Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparmışlar, onlar da Elnurun arxasınca xəstəxanaya getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ağstafa rayonunun Sadıqlı kəndinin mərkəzində, parkın yaxınlığında ərzaq mağazası işlədir. 16.12.2020-ci il tarixdə saat 15 radələrində o, Sadıqlı kəndində yaşadığı evdən çıxıb mağazaya getmişdir. Həmin vaxt görmüşdür ki, həmkəndlisi Elnur çayxananın qabağında, asfaltın kənarında yıxılmış vəziyyətdədir, həmkəndlisi İsa isə Elnurdan 3-4 metr araldıda durmuş, İsanin əlində bıçaq vardır. Həmin vaxt həmkəndlisi Mehralı, oğlu Səddam Elnurun yanına gəlmiş, yerdən qaldırmışlar. O, İsaya “ayıbdır, sən yekə kişisən, bu uşaqdı, oğlun yerindədi, əlindəki bıçaq nədi” demişdir. İsa isə heç nə demədən ona sinəsini göstərmiş, o, İsanın sinəsinin qan olduğunu görmüşdür. Həmin vaxt Elnur asfaltın qarşı tərəfinə keçib orada yenidən yerə yıxılmışdır. Mehralı, oğlu Səddam Elnuru nümayəndəliyə tərəf aparmışlar. İsa orada qalmış, o da orada dayanmışdır. Bir neçə dəqiqə sonra yolda həmkəndlisi Varis Sadıqov avtomobilini dayandırmış, Varis İsanı avtomobilinə mindirib aparmışdır. O, əvvəl Elnurun bıçaqlandığını bilməmiş, İsanın Elnuru yumruqla vurub yıxdığını, sonradan bıçaqla Elnuru vurmaq istədiyini zənn etmişdir. Sonradan bilmişdir ki, İsa da Elunuru bıçaqla vurmuşdur Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Sadıqlı kənd sakini Təqsirləndirilən şəxs onun qonşusudur. Zərərçəkmiş şəxs isə həmkəndlisi kimi tanıyır, onlarla heç bir qohumluq münasibəti yoxdur. 16.12.2020ci il tarixdə saat 15 radələrində o, Ağstafa rayonu, Sadıqlı kəndində yaşayan bacısının evindən özünə məxsus olan “KİA Optima” markalı avtomobil ilə Ağstafa rayonu Böyük Kəsik kəndində yerləşən işlədiyi atçılıq təsərrüfatına gedərkən Ağstafa-Sadıqlı avtomobil yolunun Ağstafa rayonunun Sadıqlı kəndi ərazisindən keçən hissəsində, kəndin mərkəzində yerləşən parkın qarşısında hərəkətdə olan zaman qonşusu İsanın yolun kənarında dayandığını görmüş, İsa əli ilə ona işarə verib dayanmağını istəmişdir. O, avtomobilini dayandırmış, avtomobildən düşmüşdür ki, İsaya yaxınlaşın. Həmin vaxt İsa özü onun avtomobilinin qabaq oturacağında oturmuşdur. O, İsanın əli ilə sinəsinin sağ tərəfini tutduğunu, sinəsinin sağ tərəfinin və əlinin qan olduğunu görmüşdür. O, İsadan nə olduğunu soruşanda bıçaqlandığını demiş, xəstəxanaya aparmağını, ailə üzvlərinə məlumat vermədiyini deyib, su istəmişdir. Bundan sonra o, avtomobili idarə edib Ağstafa şəhəri istiqamətində hərəkətə başlamış, bundan sonra İsanın qardaşı Məhəbbətə onun bıçaqlandığını demiş və təcili tibbi yardım çağırmasını istəmişdir. O, Ağstafa rayonu Muğanlı kəndi ərazisində mağazadan su alıb İsaya vermiş, bundan sonra yenidən hərəkətini davam etdirmişdir. Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində təcili tibbi yardım avtomobili qabağına gəlmiş, o, avtomobilə işıqla işarə verib dayandırmış, bundan sonra tibb işçilərinin köməyi ilə İsanı təcili tibbi yardım avtomobilinə mindirmişdir. Təcili tibbi yardım avtomobili İsanı Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparmış, o da İsanın arxasınca getmişdir. Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatan vaxt öyrənmişdir ki, İsanı Qazax rayon X1 aparmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16.12.2020-ci il tarixdə saat 15 radələrində o, Sadıqlı kəndinin mərkəzində həmkəndlisi Zərərçəkmiş şəxs ilə görüşmüş, bir neçə dəqiqə sonra Səddam da oraya gəlmişdir. Onlar Sadıqlı kəndinin mərkəzində yerləşən Bəhruz adlı şəxsin mağazasından enerji içkisi almış, bundan sonra Sadıqlı kəndinin mərkəzində yerləşən parkda yerləşən bərbərxananın yanındakı oturacaqda oturmuşlar. Həmin vaxt həmkəndlisi Ziyad da orada olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs əlində tutduğu siqareti oynatmışdır. 10-15 dəqiqə sonra həmkəndlisi Təqsirləndirilən şəxs onların yanına gəlmiş, İsa Ziyada nalyiq söyüş söymüş, Ziyad ayağa qalxıb oradan getmişdir. Bundan sonra İsə Elnura da nalayiq söyüş söymüş, Elnur isə “mənə niyə söyüş söyürsən” demiş, yumruqla İsanin sifətinə vurmuşdur. Həmin vaxt o, Elnuru tutmuşdur. Bundan sonra İsa Elnurun üstünə getmiş, Elnur parkdakı ayaqyolu tərəfə qaçmış, daha sonra oradan çayxanaya tərəf qaçmışdır. Elnur qaçan vaxt çayxananın qabağında yerə yıxılmış, həmin vaxt İsa da onun üstünə çökmüşdür. O, İsa ilə Elnurun əlbəyaxa olduqlarını görmüş, lakin aralarında məsafə çox olduğundan kimin vurduğunu görməmişdir. Təxminən 1 dəqiqən az müddətdə onlar yerdə əlbəyaxa olduqdan sonra Elnur və İsa ayağa qalxmışlar. O, Elnurun əlində dəstəyi və tiyəsi qara rəngli, İsanin əlində isə tiyəsi gümüşü rəngli, bıçaq oluğunu görmüşdür. Elnur yerdən qalxıb asvalta tərəf qaçmış, asvalt üstünə çıxan vaxt yenidən arxası üstə yerə yıxılmışdır. Həmin vaxt o və Səddam Elnurun yanına getmiş, qolundan tutub Elnuru yerdən qaldırmışlar. O, Elnurun əynində olan jaketin qarın hissəsinin qan olduğunu görmüşdür. Həmin vaxt Ziyad da onların yanına gəlmişdir. Həmin vaxt İsa parkdan asvalta tərəf çıxmış, İsa yenidən nə isə etməsin deyə Səddam arxada qalmış, o, Elnurun qoluna girib nümayəndəliyin binasına tərəf aparmış, həmin vaxt yaxınlıqda yerləşən ərzaq mağazasında işləyən Səddamın anası Şahid4 onun yanından parka tərəf getmişdir. Nümayəndəliyin binasının yaxınlığına çatdıqdan sonra o, telefonla dayısı Şahid1 zəng vurmuş, bir neçə dəqiqə sonra Şahid1 Mercedes markalı avtomobili ilə oraya gəlmişdir. O, Səddam və Ziyad ilə birlikdə Elnuru avtomobilin arxa oturacağına mindirmiş, bundan sonra onlarda avtomobilə minib Elnuru həmin avtomobillə Muğanlı kənd xəstəxanasına aparmış, oraya çatdıqdan sonra tibb işçiləri ilkin tibbi yardım göstərmişlər və daha sonra təcili tibbi yardım avtomobili çağırmışlar. Onlar Elnurun xəstəxanaya tez çatması üçün dayısı Şahid1 idarə etdiyi Mercedes markalı avtomobil ilə Ağstafa şəhəri istiqamətində aparmış, Şeyx adlı həkim də Elnurun yanında oturmuşdur. Saloğlu kəndinin ərazisində onlar təcili-tibbi yardım avtomobili ilə qarşılaşmışdır. Bundan sonra tibbi işçiləri Elnuru təcili tibbi yardım avtomobilinə qoyub Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparmışlar, onlar da Elnurun arxasınca xəstəxanaya getmişlər. O, çayxananın qabağında Elnurun yıxıldığını, daha sonra İsa ilə yerdə tutaşdılarını görmüş, lakin onların bir-birinin bıçaqla vurduqlarını görməmişdir. Həmin vaxt onların yanında heç kim olmamış, Ziyad da oradan getmiş, bərbərxananın qabağında Səddam və o olmuşdur. Çayxananın qabağında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yerdə əlbəyaxa olub ayağa qalxdıqdan sonra Elnurun əlində tiyəsi qara rəngli bıçaq, İsanin əlində isə tiyəsi gümüşü rəngli bıçaq olmuş, Elnur asvalta tərəf gələndə də onun əlində həmin bıçaq olmuş, lakin Elnur yerə yıxıldıqdan sonra əlində, yerdə bıçaq görməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş X4 ifadəsində göstərmişdir ki, 16.12.2020ci il tarixdə saat 15 radələrində o, Sadıqlı kəndinin mərkəzində həmkəndlisi Şahid2 ilə görüşmüş, onlar Sadıqlı kəndinin mərkəzində yerləşən Bəhruz adlı şəxsin mağazasından enerji içkisi almış, budan sonra Sadıqlı kəndinin mərkəzində yerləşən parkda yerləşən bərbərxananın yanındakı oturacaqda oturmuşdur. Həmin vaxt həmkəndliləri Elnur və Ziyad da orada olmuşlar. Təxminən 10-15 dəqiqə sonra həmkəndlisi İsə Namazov onların yanına gəlmiş, onun İsa ilə münasibəti olmadığı üçün o, 10-15 met oradan uzaqlaşmışdır. Həmin vaxt o, eşitmişdir ki, İsa Ziyada nalayiq söyüş söymüş, Ziyad ayağa qalxıb oradan getmişdir. Bundan sonra İsa Elnura da nalayiq söyüş söymüş, Elnur isə “mənə niyə söyüş söyürsən deyib” yumruqla Elnurun sifətinə vurmuşdur. Həmin vaxt İsa əlini belinə tərəf aparmış, o isə İsanin əynində olan jiletinin belindən tutmuşdur. Bundan sonra Elnur parkdakı ayaqyolu tərəfə qaçmış, daha sonra oradan çayxanaya tərəf qaçmış, həmin vaxt görmüşdür ki, Enurun əlində qara rəngli qatlanan bıçaq vardır. Həmin vaxt İsa də onun əlindən çıxıb Elnurun arxasınca qaçmış, Elnur qaçan vaxt çayxananın qabağında yerə yıxılmış, həmin vaxt İsa da Elnurun üstünə çökmüşdür. O, İsa ilə Elnurun əlbəyaxa olduqlarını görmüş, lakin aralarında 20-30 metr məsafə olduğundan kimin vurduğunu görməsə də, Elnurun sağ əlində qara rəngli qatlanan bıçaq, İsanin sağ əlində dəstəyi taxta, tiyəsi gümüşü rəngli bıçaq olduğunu görmüşdür. Təxminən 1 dəqiqədən az müddətdə onlar yerdə əlbəyaxa olduqdan sonra Elnur durub asvalta tərəf qaçmış, asvalt üstünə çıxan vaxt yenidən arxasi üstə yerə yıxılmışdır. Həmin vaxt o və Mehralı Elnurun yanına getmiş, qolundan tutub onu yerdən qaldırmışlar. O, Elnurun əynində olan jaketin qarın hissəsinin qan olduğunu görmüşdür. Həmin vaxt Ziyad da yanına gəlmişdir. Onlar Elnurun qoluna girib nümayəndəliyin binasına tərəf apamaq istəmiş, həmin vaxt İsa parkdan asvalta tərəf çıxmış, İsə sağ əlində dəstəyi taxta, tiyəsi gümüşü rəngli bıçaq tutmuşdur. O, görmüşdür ki, yaxınlıqda yerləşən ərzaq mağazasında işləyən anası Şahid4 da oraya gəlmişdir. O, İsəyə demişdir ki “Sənin yaşın az deyil, sən də uşaqsanmı”. İsə bundan sonra əli ilə əynində olan jaketin qarın hissəsini yuxarı qaldırmış, “Elnur da məni bıçaqlayıb” demişdir. O, görmüşdür ki, İsənin qarnı qanayıb. Bundan sonra Mehralı və Ziyad Elnurun qoluna girib onu asvalt yolun kənarı ilə nümayəndəliyin binasına tərəf aparmışlar. O da onların arxasınca getmişdir. Nümayəndəliyin binasının yaxınlığına çatdıqdan sonra Şahid2 telefonla dayısı Şahid1 zəng vurmuş, bir neçə dəqiqə sonra Şahid1 Mercedes markalı avtomobili ilə oraya gəlmişdir. O, Mehralı və Ziyad ilə birlikdə Elnuru avtomobilin arxa oturacağına mindirmiş, bundan sonra onlarda avtomobilə minib Elnuru həmin avtomobillə Muğanlı kənd xəstəxanasına aparmışlar, oraya çatdıqdan sonra tibb işçiləri ilkin tibbi yardım göstərmiş və daha sonra təcili tibbi yardım avtomobili çağırmışlar. Onlar Elnurun xəstəxanaya tez çatması üçün Elnuru Şahid1 idarə etdiyi Mercedes markalı avtomobil ilə Ağstafa şəhəri istiqamətində aparmışlar, Şeyx adlı həkim də Elnurun yanında oturmuşdur. Saloğlu kəndinin ərazisində onlar təcili-tibbi yardım avtomobili ilə qarşılaşmışdır. Bundan sonra tibbi işçiləri Elnuru təcili tibbi yardım avtomobilinə qoyub Ağstafa rayon, Mərkəzi Xəstəxanasına aparmış, onlar da Elnurun arxasınca xəstəxanaya getmişlər. O, çayxananın qabağında Elnurun yıxıldığını, daha sonra İsa ilə yerdə tutaşdılarını, görmüş, lakin onların bir-birinin hasnı şəraitdə vurduqlarını görməmişdir. Hadisə vaxtı onların yanında heç kim olmamış, ətrafda o və Ziyaddan başqa adam olduğunu görməmişdir. Elnur yerə yıxıldıqdan sonra o, Elnurun yanına gedəndə əlində bıçaq olmamış, Elnurun əlindəki bıçağı haraya qoyduğunu görməmişdir. X4 əlavə ifadəsində göstərmişdir ki, İsa və Elnur yerdə əlbəyaxa olanda o və Mehralı bərbərxananın qabağında olmuş, onlar çayxananın qarşısında yerdə əlbəyaxa olduqdan sonra o və Mehralı onlara tərəf getmiş, lakin onlar qısa müddətdə əlbəyaxa olduqdan sonra bir-birindən ayrılıb ayağa qalxmışlar, onları o, Mehralı və ya başqa heç kim ayırmamışdır. Bərbərxananın qabağında İsa Elnura nalayiq söyüş söydükdən sonra Elnur yumruqla bir dəfə İsanın ağzına vurmuşdur. Bundan sonra İsa əlini belinə tərəf aparmış, həmin vaxt o, İsanın belindən tutmuş, lakin həmin vaxt İsa Elnura yurmuq zərbəsi atmamış, bıçaqla Elnuru vurmamış, həmin vaxt İsanın əlində bıçaq olmamışdır. İş materiallarına əlavə edilmiş MTE və PA ETT Birliyinin Ağstafa rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 30 dekabr 2020-ci il tarixli 631 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin sağ yarısının sağ orta qoltuq xətti boyunca boşluğa sirayət edən 1 ədəd, döş qəfəsinin ön səthinin, sol qabırğaaltı sahənin, sol sarğı nahiyəsinin boşluqlara sirayət etməyən kəsilmiş-deşilmiş soyuq silah yaraları, hemotoraks, kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16.12.2020-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və döş qəfəsinin sağ yarısının sağ orta qoltuq xətti boyunca boşluğa sirayət edən 1 ədəd kəsilmiş-deşilmiş soyuq silah yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, döş qəfəsinin ön səthinin, sol qabırğaaltı sahənin, sol sarğı nahiyəsinin boşluqlara sirayət etməyən kəsilmiş-deşilmiş soyuq silah yaraları isə yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 12 mart 2021-ci il tarixli, 6/845 nömrəli materialların məhkəmə ekspertizasına dair rəydən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 №-li cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında - Zərərçəkmiş şəxs köynəyinin üzərində aşkar edilmiş boz rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər; - Təqsirləndirilən şəxs köynəyinin üzərində aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 31 mart 2021-ci il tarixli, 3/416; 3/417 nömrəli məhkəmə-trasoloji ekspertizasına dair rəydən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bıçağın üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin 02 ədəd köynəyin üzərində olan zədələr öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o, cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir.Tədqiqata təqdim edilmiş 02 ədəd şalvarın üzərində hər hansı bir trasoloji zədə aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 09.04.2021-ci il tarixli, 179/49 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur və onun keçirdiyi həmin emosional hal Zərərçəkmiş şəxsla aralarında baş vermiş münaqişə ilə əlaqəli ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt vəziyyətində olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş 25 dekabr 2020-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisənin səbəbi Təqsirləndirilən şəxs həmin yerdə Zərərçəkmiş şəxs narkotik vasitə istifadə etməsini zənn edib nalayiq söyüş söyməsi olmuşdur. İş materiallarına əlavə edilmiş 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16.07.2021-ci tarixli hökmündən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzayə məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02(iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Ağstafa rayon İcra Hakimiyyəti başçısının Sadıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Ağstafa rayon İcra Hakimiyyəti başçısının Sadıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X2 və oğlulları X12 və X13 ilə birlikdə Ağstafa rayonu Sadıqlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Qazax rayon Psixiatriya Xəstəxanası” tərəfindən verilmiş 06 fevral 2021-ci il tarixli 206 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Ağstafa RMX PHŞ-nin direktoru tərəfindən təqdim edilmiş 19.07.2021-ci il tarixli 4771 nömrəli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Keçirilmiş Neyroinfeltriyanın qalıq əlamətləri. Ensololopatiya” diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmişin müalicəsilə bağlı xərclərini ödəməsini, zərərçəkmiş şəxslə qohumluq münasibətlərində olmasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, “Keçirilmiş Neyroinfeltriyanın qalıq əlamətləri. Ensololopatiya” xəstəliyindən əzab çəkməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmişin müalicəsilə bağlı xərclərini ödəmiş, onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs qohumluq münasibətlərindədirlər. Bundan başqa təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, “Keçirilmiş Neyroinfeltriyanın qalıq əlamətləri. Ensololopatiya” xəstəliyindən əzab çəkdiyi məlum olmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Ağstafa rayon polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş hadisənin törədilməsində istifadə olunmuş 01 (bir) ədəd bıçaq məhv edilməli, iş üzrə digər maddi sübutlarla əlaqədar Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16.07.2021-ci il tarixli 1(100)-225-2021 saylı hökmü üzrə Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd uzunqol jaketin və bir ədəd şalvarın, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynəyin və bir ədəd şalvarın sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 244 (iki yüz qırx dörd) manat ekspertiza xərcinin ödənilməsi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16.07.2021-ci il tarixli 1(100)- 225-2021 saylı hökmü üzrə həmin məbləğin Zərərçəkmiş şəxs tutulması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Ağstafa rayon polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş hadisənin törədilməsində istifadə olunmuş 01 (bir) ədəd bıçaq məhv edilsin, iş üzrə digər maddi sübutlarla əlaqədar Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16.07.2021ci il tarixli 1(100)-225-2021 saylı hökmü üzrə Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd uzunqol jaketin və bir ədəd şalvarın, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynəyin və bir ədəd şalvarın sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 244 (iki yüz qırx dörd) manat ekspertiza xərcinin ödənilməsi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16.07.2021-ci il tarixli 1(100)- 225-2021 saylı hökmü üzrə həmin məbləğin Zərərçəkmiş şəxs tutulması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-249/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-249/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver