Məhkəmə qərarları › İş №1(100)-249/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-249/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-249/2023 24.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1998-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə saat 22:30 radələrində Bərdə- Güloğlular avtomobil yolunun sağ kənarında, tanışı Bərdə rayonu Güloğlular kənd sakini Zərərçəkmiş şəxs ilə sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində etdikləri mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla onun sağ alın təpə nahiyəsinə qəsdən vurub yerə yıxması, Zərərçəkmiş şəxs atası Şahid1 onun sol bazu nahiyəsini qəsdən dişləyərək ona sol bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrığı, qançırı, sağ alın təpə nahiyyəsinin, boyunun arxa səthinin, sol xarici qulaq seyvanının bayır büküşünün arxa səthinin, sağ körpücük nahiyyəsinin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiklərinə görə üzərində gəzdirdiyi bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs sol kürək nahiyəsinə zərbə vuraraq onun sağlamlığına, sol döş qəfəsinin arxa nahiyəsinin daxilə keçən iki ədəd deşilmişkəsilmiş yaralanması ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda törənmə anında həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurma xəsarətlərini yetirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur, Bakı şəhərində «Bolt» taksi xidməti şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərməklə çörək pulu qazanır. Onların Bakı şəhərində evləri olmadığı üçün o Bakı şəhərində işlədiyindən tanış şəxslərlə kirayədə qalmış, ayda hər biri 75 manat kirayə pulu vermişlər. O Bakı şəhərinə gedəndə ona həmin evi həmyerlisi, Yevlax rayonundan olan İlham tapmışdır, o İlhamın Bərdə rayonunudan olan əmisi oğlu Zərərçəkmiş şəxs ilə, Rüfətin digər qohumları və tanışları olan 2 nəfərlə də təxminən 3 ay bir yerdə qalmışlar, son vaxtlar evin içərisində müəyyən təmir işləri ilə bağlı adambaşına düşən pula görə, düzgün hesablanmadığından, Rüfət bölgünü düzgün aparmadığından aralarında müəyyən narazılıq yaranmışdır. Rüfət həmin narazılığa görə onun barəsində əmisi oğlu İlhama nalayiq ifadə işlətmişdir, Rüfət ona həmin nalayiq ifadəni telefonla ona zəng vurub demişdir, onun yerinə də öz qohumlarını ona demədən gətirib qoymuşdur. 09 oktyabr 2022-ci il tarixdə onun Bərdə rayonunun Güloğlular kəndində yaşayan bibisi oğlu Səbuhi oğluna kiçik toy etmiş, onu da ailəlikcə həmin toya dəvət etmişdir. O, həmin gün ailə üzvləri ilə, atası, anası, bacı ilə toya gəlmişlər, toy məclisi saat 17 radələrində başlamış, o, maşın süpdüyü üçün toyda spirtli içki qəbul etməmiş, toydan sonra İlhamla telefonda danışanda İlhama bildirmişdir ki, əmisi oğlu Rüfət o evdən çıxmamış onun yerinə bir nəfər gətirib qoyubdur, ona da telefonda nalayiq ifadə işlədibdir, o ifadəni Rüfətin ünvanına işlətmiş, demişdir ki, dediyi o söz Rüfətin özüdür. O, bir növ bunu giley kimi İlhama bildirmiş, İlhamla danışanda saat 22 radaləri odmuşdur. O, İlhamla danışandan təxminən 5 dəqiqə sonra Rüfət özünün yadında qalmayan mobil nömrəsi ilə ona zəng vurub demişdir ki, niyə İlhama giley etmiş, guya Rüfət haqda İlhama Rüfətin barəsində artıq söz demişdir. O da demişdir ki, Rüfət düz etməmiş, Rüfətin ona işlədiyi həmin sözü qaytarmışdır. Söhbət zamanı Rüfətə bildirmişdir ki, o, Bərdə rayonundadır, Güloğlular kəndinə toya gəlmişdir. Rüfət ona demişdir ki, Bərdə şəhəri tərəfə avtovağzala çatmamış, Güloğlular kəndinə gedən yola gəlsin. Rüfətin zəngindən sonra İlham ona zəng vurub demişdir ki Yevlax şəhərindən gəlir, demişdir ki, gəlib bir görüşsünlər görək bu nə məsələdir? O da etiraz etməmiş, həmin vaxt əmisi oğlu Elnur da yanında olmuş, atası Sərdar da yanında olmuş, atasıgil demişlər ki, bərabər getsinlər. Atası özünün avtomobili ilə onu da Elnuru da maşina mindirib birlikdə Güloğlular kəndinin yoluna tərəf çıxmışlar. Təxminən danışıqlarından 15-20 dəqiqə sonra Rüfət İlhamla birlikdə maşınlarını kənarda saxlayıb onlara tərəf gəlmişlər, onlar salamlaşıb söhbət edən zaman o, bildirmişdir ki, Rüfət ona telefonda nalayiq ifadə işlətmişdir. Rüfət də ona nalayiq ifadə işlətmiş, ondan İlhama giley edib barəsində nalayiq ifadə işlədib-işlətməməmsini soruşanda o, bildirmişdir ki, bəli demişdir, Rüfətin onun barəsində işlətdiyi həmin nalayiq ifadəni İlhama demişdir. Bu zaman Rüfət yumruqla sağ gözünün üst nahiyəsinə vurmuş, onun ünvanıma nalayiq ifadələr işlədib onu söymüşdür. Bu vaxt İlham da onun əmisi oğlu Elnurun üstünə cummuş, Elnuru vurub-vurmamasını bilməmiş, o, orada Rüfətlə əlbəyaxa olmuş, Rüfətin sonradan oraya gələn, sonradan Rüfətin atası olmasını bildiyi bir kişi onun sol qolumun bazu nahiyəsindən dişləmişdir. O da baxmışdır ki. Rüfət də onu vurur, oraya Rüfətin ayrı adamlar da gəlir, o da bundan qorxub onu döyəcəklərindən ehtiyyat edərək üzərində istifadə üçün gəzdirdiyi kiçik öldüçülü cib bıçağını çıxarıb həmin bıçaqla Rüfətin kürək nahiyəsindən zərbə vurmuş, bu vaxt Rüfətin yanındakı şəxslər bir növ qorxub kənara çəkilmişlər, daha onun üstünə gəlməmişlər, o da kənara tərəf qaçıb getmişdir. Rüfət də kənara çəkilmiş, bu vaxt onun atasıgil oraya gəlib dava-dalaş artıq sakitləşmişlər, Rüfəti də öz adamları götürüb getmişlər. O da çıxıb atası ilə birlikdə Güloğlular kəndinə gəlmiş, atasıgillə evə getmişlər, sonra ona məlum olmuşdur ki, Rüfət xəstəxanaya daxil olub, onu Bərdə polisi axtarır. O, da bunu bilib özü Bərdə rayon PŞ-nə gələrək özünü istintaqa könüllü olaraq təqdim etmişdir. O, xəsarətlərinə görə nə Rüfətdən, nə dəki onun atasından heç bir şikayəti və tələbi yoxdur. Onun Rüfətlə həmin vaxt dalaşmaq fikri olmamış, sağ qaşüstü nahiyəsin hazırda olan xəsarəti yumruqla Rüfət yetiribdir, sol qolumun bazu nahiyəsindəki dişlək xəsarətini Rüfətin atası dişləyərək yetirmişdir, qalan xəarətləri də Rüfət yetirmişdir. Hadisə zamanı Rüfətgil tərəfdən onun üstünə atası və özü düşmüşdür, Rüfət onu təpiklə, yumruqla vurmuş, atası da qolunu dişləmiş, o, bıçaq çıxarmasaydı, onu bərk döyəcəkdilər. Hadisə təxminən 7-8 dəqiqə çəkmişdir. Orda ondan və Rüfətdən başqa ayrı kimsə də xəsarət almamış, orada hadisəni onun əmisi oğlu Elnur, Rüfətin əmisi oğlu İlham, atası və bir-iki nəfər də Rüfətin dalınca gələn tanımadığı şəxslər görmüşlər, onun atasıil oraya gələndə artıq dava-dalaş qurtarmış, hadisəni görməmişlər. Bütün bunlara baxmayaraq hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi və valideynləri ilə birlikdə Bərdə rayonunun Güloğlular kəndində yaşayır, 2 azyaşlı övladı vardır. O, Bakı şəhərində yerləşən «May live» otelində inzibatçı işləyir, işi ilə bağlı Bakı şəhərində kirayədə yaşayır. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs təxminən 3 aydır ki tanıyır, Firuzu əmisi oğlu İlhamın vasitəsilə tanımış, o, Firuzla və digər tanışları ilə birlikdə bir müddət Bakı şəhərində kirayədə bir qalmışlar, kirayədə qaldıqları evin təmir işləri ilə bağlı müəyyən xərcləri çıxmış, Firuz həmin xərclərə qarışmadığı üçün, ümumi puldan payına düşən pulu vermədiyi üçün aralarında mübahisə yaranmışdır, o da Firuza kirayə evdən çıxmasını demiş, onun yerinə digər bir tanışını gətirib qoymuşdur. 09 oktyabr 2022-ci il tarixdə o, bacısı uşaqlarının sünnət toyuna gəlmiş, axşam saat 22 radələrində əmisi oğlu İlhamla bir yerdə olarkən Firuzun onu barəsində İlhama giley edib nalayiq ifadə işlətməsini bilmiş, Firuzla danışanda Firuz Bərdə rayonunda Güloğlular kəndinə toyda olmasını bildirmişdir. Firuzun onun əmisi oğlu İlhama onun barəsində nə səbəbə görə nalayiq ifadə işlətməsinin səbəbini öyrənmək üçün Firuzla görüşmək istəmiş, Firuzla danışıb görüşmək üçün getmək istəyəndə atası Nadim və əmisi oğlu İlham da onunla birlikdə onun avtomobilində gəlib Güloğlular yolunda görüşmüşlər. Firuz da danışdıqları yerə öz əmisi oğlu ilə birlikdə gəlmiş, Firuzdan niyə ona söyməsinin səbəbini soruşanda Firuz ona cavabını qaytarmasını demiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Hadisə zamanı o, Firuzun sifət nahiyəsinə yumruqla vurmuş, əlbəyaxa olub süpürləşmişlər, Firuz yerə yıxılmış, əlbəyaxa olmuşlar, sonra Firuz yerdən durub onun kürək nahiyəsinə vurmuş, ilk əvvəl bıçaqla vurulmasını bilməmiş, sonradan hiss edib görmüşdür, bıçaq onun kürək nahiyəsinə dəymişdir. Firuz və əmisi oğlu qaçıb getmişlər, Firuzun əmisi oğlu onun əmisi oğlu İlhamla mübahisə etmişlər, lakin bir-birilərini vurmamışlar. Ondan sonra atasıgil onu Bərdə Diaqnostika mərkəzinə gətirmişlər, xəstəxanada müalicə olunmuşdur. Onun Firuzdan heç bir şikayəti və tələbi yoxdur, Firuzgil onun müalicə xərclərini ödəyib üzrxahlıq etmişlər. Həmçinin bildirmişdir ki, Firuzla aralarındakı mübahisə və dava-dalaş təxminən 5-10 dəqiqə çəkmiş, oraya kənar şəxslər gəlməmiş, hadisəni əmisi oğlu İlham, atası Nadim, Firuzun adını bilmədiyi əmisi oğlu, oraya sonradan gələn Firuzun atası görmüş, sonra tanımadığı 1-2 nəfər gəlmiş, aama sonradan gələnlər hadisəni görməmişlər. Orada Firuzla o, dalaşmış, ayrı heç kəs dalaşmamışdır. Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbi olmadığını və onun tutulmasının istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur, Rüfət Bakı şəhərində oteldə inzibatçı işləyir, işi ilə bağlı çox vaxt Bakı şəhərində kirayədə qalır. 08 oktyabr 2022-ci il tarixdə oğlu Rüfət onun nəvəsinin kiçik toy məcili üçün Bakı şəhərindən rayona kəndə gəlmişdir, 09 oktyabr 2022ci il tarixdə toyda iştirak etmiş, toy saat həmin gün saat 22 radələrinə kimi davam etmiş, toydan çıxıb evə gedərkən görmüşdür ki, oğlu Rüfətə kimsə də zəng vurmuş, oğlu həmin şəxslə bir az acıqlı danışmış, həmin şəxsə görüşmələrini, söhbət etmələrini demişdir. O da bunu eşitmiş, oğlu Rüfətə demişdir ki, o da gedir, qardaşı oğlu İlham da onunla birlikdə Rüfətin dediyi yerə, yəni, Bərdə şəhəri Avtovağzal yoluna tərəf gələndə oğlu Rüfətdən nə baş verməsini soruşmuşdur. Rüfət demişdir ki, bir nəfər tanış şəxs vardır, görüşüb gəlir. O ə l çəkməmiş, o da oğlugillə birlikdə gəlib Bərdə şəhəri, Güloğlular yolunun döngəsinə az qalmış bir yerdə saxlamış, telefonla danışan zaman əvvəl tanımadığı, sonradan adını Yevlax şəhər sakini Firuz kimi bildiyi şəxslə görüşmüşdür. O da avtomobildən düşmüş, o avtomobildən düşüb oğlunun yanına gələnə kimi görmüşdür ki, Rüfətlə Firuz dalaşmışlar, bir-birilərini vurub əlbəyaxa olmuşlar. Firuzun da yanında bir nəfər şəxs olmuşdur, həmin şəxs İlhamla mübahisə etmiş, amma bir-birilərini vurmamışlar, o araya durub Firuzun hansısa qolunu dişləmişdir ki, bir-birilərini buraxsınlar. Rüfət bir az arxaya çəkiləndə bilmişdir ki, Firuz Rüfəti bıçaqla vurmuşdur. Hava qaranlıq olmuşdur, əvvəl əlindəki bıçağı görməmiş, amma vurub qaçandan sonra görmüşdür ki, bıçaq Rüfətin kürəyində qalmışdır. Rüfəti maşınla tez Bərdə Diaqnostika mərkəzinə aparmışlar, orada həkimlər yardım göstərmişlər, oraya polislər gəlmişlər, o da hadisə barədə ərizə vermiş, hadisə yerini göstərmiş, hadisə yerinə baxışda iştirak etmiş, hadisə baş verən yeri, Rüfətin bıçaqla vurulması, dava-dalaşın baş verdiyi yeri əli ilə göstərmişdir. Sonra Firuz, Firuzun atası Sərdar xəstəxanaya gəlib Firuzun müalicə və müayinə xərclərini, işləmədiyinə görə təzminatını ödəmişlər, ona görə də oğlu Rüfət Asan xidmətə gedərək notarial qaydada Firuzdan şikayətinin və tələbinin olmadığı barədə barışıq ərizəsi yazmış, hazırda onların heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, onun əmisi oğludur. 09 oktyabr 2022-ci il tarixdə Bərdə rayonunun Güloğluluar kəndində yaşayan bibisi oğlunun uşağının kiçik toy məclisinə gəlmişdir, əmisi Sərdar, Sərdarın ailə üzvləri, o cümlədən əmisi oğlu Firuz da həmin toya gəlmişdirlər. Əmisi oğlu Firuz maşın sürdüyü üçün toyda spirtli içki qəbul etməmişdir. Axşam ssat 22 radələrində onlar toydan çıxıb yaşadığları Yevlax şəhərinə getmək istəyərkən görmüşdür ki, Firuz kiminləsə də telefonda danışır, danışığından elə başa düşmüşdür ki, Bərdədən bir nəfərlə görüşüb söhbət etmək istəyir. Firuz həmin şəxslə görüşməyə getməsini deyəndə o və əmisi Sərdar əmisi oğlu Firuz toy evindən çıxıb yola tərəf gəlmişlər. Firuz maşından düşüb Firuz dediyi otaq yoldaşı ilə görüşmək üçün yolun o biri tərəfinə getmiş, əmisi Sərdar da maşında oturub telefonla danışırmış, onlar sonradan adını Rüfət kimi bildiyi şəxslə salamlaşmış, Rüfət Firuza bildirmişdir ki, barəsində niyə əmisi oğluna artıq söz işlətmişdir. Firuz da demişdir ki, Rüfət onun barəsində artıq söz işlətdiyi üçün o da ona görə həmin sözü özünə qaytarmışdır. Firuz elə bunu demişdir ki, Rüfət ilk olaraq yumruqla Firuzun sifət nahiyəsinə bir zərbə vurmuşdur. O araya keçmiş, Rüfətin sonradan adını İlham kimi bildiyi əmisi oğlu da araya keçmiş, onlar davanı sakitləşdirmişlər, İlhama demişdir ki, bunları sakitləşdirsinlər. Bu vaxt görmüşdür ki, əmisi oğlu Firuzla Rüfət əlbəyaxa olub yerə yıxıldılar, bir-birilərini tutmuşlar, bir nəfər yaşlı bir kişi də əmisi oğlu Firuzun sol qolundan dişləmiş, Firuz ayağa durmuş, bir də görmüşdür ki, Rüfəti vuraraq qaşmışdır. O əvvəl elə bilmişdir ki, əli ilə vurmuşdur, amma sonradan Rüfət əlini kürəyinə tutanda görmüşdür ki, bıçaqla vurmuşdur. O da kənara çəkilmiş, qorxmuşdur ki, Firuzun Rüfəti bıçaqla vurmasından əsəbiləşib onu vururlar. Əmisi Sərdar da gəlmiş, onda artıq dava-dalaş qurtarmışdır, Onlar Rüfəti maşina qoyub xəstəxanaya aparmışlar. Sonra eşitmişdir ki, əmisi oğlu Firuz özü polisə gedib hadisə barədə məlumat verməklə özünü təqdim etmişdir. Həmin söhbət zamanı da Rüfət ilk olaraq dava-dalaşı başlamış, yumruqla Firuzun sifətinə vurmuş, dava-dalaş başlamışdır. Hadisə zamanı onu heç kəs vurmamış, o da heç kəsi vurmamışdır, ümumiyyətlə Firuzla Rüfətdən başqa orada yarı kimsə də dalaşmamışdır. Rüfətin atası Firuzun qolundan dişləmişdir. O hadisədən əvvəl Firuzda bıçağı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, özü ürək əməliyyatı keçirmişdir, xəstədir, işləmir, oğlu Firuz onların ailəsini dolandırır. Firuz Bakı şəhərinə taksilik etməklə çörək pulu qazanır. 09 oktyabr 2022-ci il tarixdə Bərdə rayonunun Güloğluluar kəndində yaşayan bacısı oğlu Səbuhinin uşağının kiçik toy məclisinə ailəlikcə gəlmişlər, Firuz da onlarla birlikdə gəlmişdir, qardaşı oğlu Elnur da toya gəlmişdir. O xəstə olduğuna görə maşın sürmür, oğlu Firuz da maşın sürdüyü üçün toyda spirtli içki qəbul etməmişdir, toy axşam saatlarına kimi davam etmişdir. Axşam ssat 22 radələrində onlar toydan çıxıb yaşadığları Yevlax şəhərinə getmək istəyərəkən bu vaxt görmüşdür ki, Firuz kiminləsə də telefonda danışır, danığından elə başa düşmüşdür ki, Bərdədən bir nəfərlə görüşüb söhbət etmək istəyirlər. Firuz həmin şəxslə görüşməyə getməsini deyəndə o və qardaşı oğlu Elnur toy evindən çıxıb yola tərəf gəlmişlər, Firuz demişdir ki, otaq yoldaşı ilə görüşüb söz deyib qayıdacaqdır. Firuz maşını bir az aralıda saxlamış, Elnurla birlikdə yola tərəf getmişlər, o da maşında oturub telefonda danışmışdır. Bir neçə dəqiqədən sonra görmüşdür ki, Firuzgil gedən tərəfdə mübahisə səsləri vardır, o maşından düşüb o tərəfə gedəndə görmüşdür ki, Firuz maşına tərəf qaçaraq gəlir, döyülmüş halda olmuşdur, Elnur da Firuzun arxasınca gəlmişdir. O nə baş verdiyini soruşduqda Elnur Firuzu döydüklərini demiş, həmin tərəfə gedəndə görmüşdür ki, bir neçə nəfər vardır, söhbətlərindən belə başa düşmüşdür ki, bir nəfəri maşına qoyub xəstəxanaya aparırlar. O xəstəxanaya getmələrini bilib Firuza təpinmiş, toy evinə tərəf gətirib qoymuş, özü xəstəxanaya gedəndə ona məlum olmuşdur ki, Firuzu əvvəl tanımadığı, sonradan adını Rüfət kimi bildiyi Firuzla Bakı şəhərində kirayədə bir qalan şəxs Firuzla mübahisə edib Firuzu atası ilə birlikdə döyəndə Firuz da bıçaqla vurmuşdur. O üzrxahlıq etmiş, müayinə və müalicə xərclərini ödəmiş, köməklik etmiş, sonra Yevlax şəhərinə gedəndə polislərin Firuzu axtarmasını bilmiş, Firuz özü Bərdə rayon Polis şöbəsinə gələrək özünü könüllü təqdim etmişdir. Bundan sonra Firuzla Rüfəti barışdırmışlar, Rüfət notarial qaydada ərizə verərək Firuzdan heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş şəkilərdən görünür ki, hadisə yeri Bərdə şəhəri, Bərdə-Gülolular avtomobil yolunun “Coca-cola” şirkətinin Bərdə rayon filialının aşağı hissəsi avtomobil təmiri sexinin qarşı tərəfidir. Baxış keçirmə zamanı Şahid1 bildirmişdir ki, 09 oktyabr 2022ci il tarixdə saat 22:30 radələrində Firuz adlı şəxs onun oğlu Zərərçəkmiş şəxs yolun orta hissəsində bıçaqla vurub qaçmışdır. Hadisə yerinə baxış keçirilərkən hadisə yerinə yaxın hissədə avtomobil təmiri sexinin, yuxarı tərəfdə “Coca-cola” şirkətinin Bərdə rayon filialının inzibati binasının yaxınlığı, aşağı hissəsi olması, bir az kənarda yaşayış evlərinin olması məlum olmuşdur. Şahid1 baş vermiş hadisə vaxtı, həmin obyektlərin bağlı olmasını, hadisə yerinə hər hansı bir şəxsin gəlmədiyini bildirmişdir. Hadisə baş verən avtomobil yolunun asfalt örtüklü, quru yol olması, yolun eninin 6 metr enində olması, ehtiyat hissələrinin 1,5-2 metr enində torpaq hissə olması məlum olmuşdur.Hadisə yerinə baxış keçirmə zamanı hadisə yerində hər hansı bir qanabənzər izlər müəyyən edilməmiş, hadisə yerinə baxış keçirilərkən hadisə yerində hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməmiş, hadisə yerindən hər hansı bir əşya götürülməmişdir. Hadisə yerinin Samsung J6 markalı mobil telefonunun şəkil çəkmə funksiyasından istifadə edilməklə bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. «Əşyaya baxış keçirməsi və götürülməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş şəkilərdən görünür ki, Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin Bərdə Diaqnostika mərkəzinin inzibati binasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlnun hadisə zamanı əynində olmuş paltarına və kürək nahiyəsindən Daiqnostika mərkəzinə gələrkən çıxarılıb götürülmüş hadisə zamanı istifadə edilmiş bir ədəd bıçağa baxış keçirilmiş, baxış keçirmə zamanı tibb bacısı X2 təqdim etdiyi həmin əşyalara baxış keçirilərkən məlum olmuşdur ki, paltarlardan bir ədəd qara rəngli gödəkçənin arxa sol tərəfində yan-yana iki ədəd zədə vardır, zədə ətrafı yerlərdə qanabənzər ləkələrin olması məlum olmuş, bundan sonra təqdim edilən ikinci ağ rəngli qısaqol köynəyin arxa sol tərəfində kisiiyin olması, eyni zamanda köynəyin arxa sol hisəssində iki ədəd deşilmiş zədənin, zədə ətrafı hissələrdə isə qanabənzər ləkələrin olması məlum olmuş, təqdim olunmuş 3-cü ağ rəngli maykaya baxış keçirilərkən maykanın arxa sol hissəsində bir ədəd zədənin və zədə ətrafı hissədə qanabənzər ləkəlrin olması məlum olmuşdur. Təqdim edilən bir ədəd bıçağa baxış keçirilərkən məlum olmuşdur ki, bıçağın ümumi uzunluğu 158 mm-dir, tiyənin uzunluğu 75 mm-dir, tiyənin ucunun kisici formada olması, üst hissəsinin tilişkəli olması, bıçağın açılıb-örtülən “düyməli” olması məlum olmuşdur. Baxış keçirmə zamanı baxış iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs atası Şahid1 bildirmişdir ki, təqdim edilən paltarlar hadisə zamanı oğlu Zərərçəkmiş şəxs əynində olmuş paltarlar və kürək nahiyəsində olmuş bıçaq olmasını bildirmişdir. Əşyaya baxış keçirmə zamanı təqdim edilən əşyalar sübut əhəmiyyətinə malik olduğu üçün DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüş, əşyaların hər birinin təqdim olunmuş vəziyyətdə Samsung J6 markalı mobil telefonun şəkil çəkmə funksiyasından istifadə edilməklə bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş şəkilərdən görünür ki,bir ədəd bıçaq digər 3 ədəd oxşar bıçaqlarla birlikdə Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçağı ifadə etdiyi əlamətlərinə görə tanıyaraq həmin bıçaqla hadisə zamanı Zərərçəkmiş şəxs vurmasını bildirmişdir. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş şəkilərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Bərdə şəhəri, Bərdə- Güloğlular avtomobil yolunun kənarında baş vermiş hadisə yerinə gələrək iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə harada mübahisə etmələrini, harada əlbəyaxa olub dalaşmalarını, bıçaqla Zərərçəkmiş şəxs harada, necə vurmasını göstərməklə ifadəsində göstərmiş olduğu halları bir daha hadisə yerində göstərməklə ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman hadisə yerindən sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməmiş, ifadəsi yerində yoxlanılarkən Samsung J6 mobil telefonunun şəkil çəkmə funksiyasından istifadə edilməklə bir neçə görünüşdən fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 843 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrığı, qançırı, sağ alın təpə nahiyyəsinin, boyunun arxa səthinin, sol xarici qulaq seyvanının bayır büküşünün arxa səthinin, sağ körpücük nahiyyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törəınmişdir.Sol bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrığı və qançırıdişləmə nəticəsində törənə bilərdi.Müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 992 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol döş qəfəsinin arxa nahiyəsinin daxilə keçən iki ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici təsir göstərə bilən alət(alətlər) ola bilsin bıçaq təsirindən törənmişdir, həmçinin ekspertizaya təqdim olunmuş bıçaqla və yaxud həmin bıçağın konstruktiv xüsusiyyətlərinə malik digər bıçaq (bıçaqlar) təsirindən də törənə bilmələri inkar olunmur, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda törənmə anında həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddirlər. Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3/1822 və 3/1828 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır. - Təqdim edilmiş gödəkçənin, qısaqol köynəyin və maykanın səthində rəyin tədqiqi hissəsində sayı göstərilən zədələr vardır. Həmin zədələr (gödəkçənin səthindəki “a” zədəsi istisna olunmaqla), bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmein (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən müxtəlif istiqamətlərdə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş gödəkçənin, qısaqol köynəyin və maykanın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir.-Təqdim edilmiş gödəkçənin səthindəki “a” zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. -Təqdim edilmiş gödəkçənin, qısaqol köynəyin və maykanın səthində olan zədələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 992 saylı ekspert rəyindən göstərilmiş bədəndəki “sol döş qəfəsinin arxa nahiyəsinin daxilə keçən iki ədəd deşilmiş-kəsilmiş” xəsarətlərlə nisbi uyğunluq təşkil edir. Bərdə Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 09 oktyabr 2022-ci il tarixdə saat 22:30 radələrində Bərdə şəhəri, Bərdə-Güloğlular avtomobil yolunun kənarında Güloğlular kənd sakini Zərərçəkmiş şəxs Yevlax şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması hadisəni oraya yaxın ərazidə yaşayan sakinlər görməmiş, oraya kənar şəxslər gəlməmişdir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun ona nalayiq ifadə işlətməsinə görə aralarında yaranmış mübahisəyə görə vurması müəyyən edilmişdir. Hadisə gecə saatlarında olduğu üçün hadisəni kənar şəxslər görməmişdir. «Könüllü gəlib təqsirini boynunan alma haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinə gələrək Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini bildirməklə törətdiyi cinayət əməlini etiraf etiraf etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Nağılı X7 şəhəri H.Aslanov küçəsi 6 saylı ünvanda atası Şahid4, anası X5 və bacısı X3 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Yevlax rayon Mərkəzi xəstəxanası X13 xx.xx.2022-ci il tarixli, PHŞ/6.82-2-2022-791 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Yevlax rayon Mərkəzi xəstəxanasının psixo-nevroloji kabinetlərində dispanser müşahidəsində dayanmır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs səlahiyyətli orqanlara təqdim etdiyi notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və atası Şahid1 xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs yumruqla, təpiklə, eləcə də Şahid1 Təqsirləndirilən şəxs sol bazu nahiyəsini qəsdən dişləyib xəsarət yetirmələri faktı üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1 heç bir şikayəti və tələbi olmadığına görə, barışdıqları üçün Zərərçəkmiş şəxs və Şahid1, hər ikisi Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinlər. Cinayət işi üzrə maddi sübut kimi tanınmış iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd qısaqol köynək və 01 ədəd mayka, həmçinin iş üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd turist bıçağı saxlanılması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.10, 59.1.12 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin orta həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək həbsdə saxlandığı müddət 02 (iki) gün təşkil edir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Bərdə Rayon Polis Şöbəsində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd qısaqol köynək və 01 ədəd mayka zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, eləcə də bir ədəd turist bıçağı istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut hesab edilən və Bərdə Rayon Polis Şöbəsində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd qısaqol köynək və 01 ədəd mayka zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilsin, eləcə də bir ədəd turist bıçağı istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar