Məhkəmə qərarları › İş №1(100)-249/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-249/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-249/2024 27.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə,məhkəmə iclas katibləri, X9, X7 və X10, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X12, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, Ağstafa rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(015)-22/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4, 221.3 və 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdə saat 16 radələrində bir müddət əvvəl mərhum qohumu azyaşlı qardaşı oğlu ilə zərərçəkmiş şəxsin övladının yaşadığı qəsəbədə bir-biri ilə dalaşması, bununla bağlı aralarında yaranmış mübahisə ilə əlaqədar Ağstafa rayonu Poylu qəsəbəsi ərazisində - yaşadığı evin yaxınlığında yerləşən taxıl sahəsində aralarında yaranmış narazılığa aydınlıq gətirilməsi üçün şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs2 istintaqa məlum olmayan çapıcı alətlə qəsdən vuraraq sonuncuya sol biləyin çapılmış yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına Yüngül zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs, 13 may 2023-cü il tarixdə saat 15 radələrində ictimai yer sayılan Ağstafa rayonu Heydər Əliyev prospektində yerləşən Ağstafa rayon prokurorluğu və Ağstafa rayon məhkəməsinin inzibati binalarının qarşısında, nəqliyyatın və vətəndaşların hərəkətinin intensiv olduğu avtomobil yolunun hərəkət hissəsində hərəkətdə olan nəqliyyat vasitələrinin dayanması, ətrafdakı şəxslərin narahatçılığına səbəb olmaqla orada olan şəxslərin gözü qarşısında, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş etik davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı qərəzli surətdə laqeydlik və açıq etinasızlıq göstərərək, bir neçə gün əvvəl qardaşı oğlu X4 qəsdən öldürülməsi hadisəsi zamanı sonuncunun yanında olmuş Zərərçəkmiş şəxs1 qardaşı Elcan Bədirovun hadisə barədə onlara vaxtında məlumat verməməsi ilə bağlı aralarında olan narazılıqla əlaqədar qohumları - qadınlar arasında başlamış münaqişə zamanı heç bir əsaslı səbəb olmadan ora gəlmiş əmisi oğlu Zərərçəkmiş şəxs1 ilə mübahisə edib əvvəlcə yumruq və təpiklə bədəninin müxtəlif hissələrinə, sonra isə cinayətkar hərəkətlərini davam etdirərək zərərçəkmişin yaxın qohumları - atası Şahid4 və anası Şahid1 gözü qarşısında, onlara əzab verdiyini dərk edərək üzərində gəzdirdiyi ümumi uzunluğu 220 mm olan, zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilməyən məişət təyinatlı «kəpənək» formalı, açılıbqatlanan tipli cib bıçağı ilə Zərərçəkmiş şəxs1 döş qəfəsinə qəsdən bir dəfə vuraraq döş qəfəsinin sağ yarısının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, hemopnevmatoraks, sağ ağ ciyərin aşağı payının aşağı kənarının kəsilmiş-deşilmiş yarası ilə nəticələnən və yetirildiyi anda həyat üçün təhlükəli olan xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına Ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə, nəqliyyatın dayanmasına səbəb olan, ətrafdakı şəxslərin dincliyi, normal fəaliyyəti və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş oğlu Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4, 221.3 və 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Ağstafa rayonu Poylu qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşamışdır. Hadisədən bir müddət əvvvəl əmisinin oğlu öldürülmüş, bıçaqlanmanın şahidi olsa da guya tanımadığı şəxs tərəfindən vurulduğunu dediyi üçün əmisigil onun qardaşı Elcan Bədirov barədə Ağstafa rayon prokurorluğuna şikayət etmiş, münasibətləri pozulmuşdur. 12 may 2023-cü il tarixdə qardaşı Camalın “Mersedes” markalı avtomobilini sürüb evlərinə gətirmiş, 13 may 2023-cü ildə saat 13 radələrində qardaşı Camal gəlib həyətdəki “Mersedes” markalı avtomobilini sürüb getmək istəyərkən, onunla qonşuluqda yaşayan kiçik əmisi Eldənizin evinə qonaq gəlmiş bibisi Aişə Camalı görüb qardaşı oğlu Elcanla bağlı şikayət etmiş, vəfat etmiş oğlu Cavanşirin ünvanına nalayiq sözlər deməyə başlamış, həmin vaxt nənəsi Bənövşə də bibisinə qoşulub onlara nalayiq sözlər demişdir. Mübahisə vaxtı bibisi Aişə qardaşı oğlu Cavanşirin haqlı olaraq öldürüldüyünü, Elcanla bağlı şikayət etdiyinə görə əmisi Elşən qardaşını öldürəcəkdir. O da onlara iradını bildirmiş, qardaşı bu barədə gedib polis şöbəsinə şikayət edəcəyini demişdir. Bibisi gedib bu barədə əmisigilə deyəcəyini bildirmiş, qardaşı Camal avtomobili sürüb getmişdir. Bir qədər sonra nənəsigilin “102” xidmətinə zəng edib şikayət etdiyini öyrənmiş, bu barədə qardaşına demişdir. Camal da onun arvadı İlhaməni də götürüb rayon polis şöbəsinə getrməyi demiş, “Vaz 21011” markalı avtomobillə qardaşı arvadı İlhaməni evlərindən götürüb Ağstafa şəhərinə getmişdir. İlhaməni polis şöbəsinə düşürdükdən sonra o, avtomobilini sürüb kəndə getmək istəmiş, əmisi Elşənin “BMV” markalı avtomobili ilə arxasınca gəldiyini görmüşdür. Əmisi işarə edib avtomobilini saxlamağını bildirmiş, bu zaman qardaşı Camal avtomobili ilə gəlib onu ötmüş və pəncərəni aşağı endirib qışqıraraq rayon prokurorluğunun qarşısına gəlməyini demişdir. Qardaşı avtomobilini prokurorluğun qarşısında saxlamış və arvadı ilə birlikdə avtomobildən düşmüş, O da avtomobilini saxlayıb düşmüşdür. Nənəsi Bənövşə, bibisi Aişə, əmisi arvadı Zərqələm piyada prokurorluğun qarşısında olmuşlar. Əmisi Elşən və oğlu Elbrus qardaşı ilə onun üstünə gəlmiş, əllərində dəmir parçası olmuşdur. Bunu görüb avtomobilindən qatlanan kəpənək formasında olan cib bıçağını götürmüş, Elşən nalayiq sözlər deyərək qardaşının üzərinə cumub əlində olan dəmir parçası onun baş nahiyyəsinə zərbə vuraraq xəsarət yetirmiş, qardaşı qaçıb prokurorluğun binasına girmiş, əmisi Elşən isə onn üzərinə cumub vurmaq istəsə də O, kənara çəkilmiş, əmisi oğlu Elbrus əlindəki dəmir parçası ilə onun sol qoluna və qabırğasına vurmuşdur. Əsəbiləşərək əlindəki cib bıçağı ilə Elbrusun qarın nahiyyəsinə bir dəfə zərbə vurmuş, qadınların qışqıraraq üzərinə gəldiyini görüb oradan qaçmışdır. Ağstafa şəhəri dəmiryol vağzalı tərəfə getmiş, bir xeyli müddət qaldıqdan sonra polis şöbəsinə gəlib təslim olmuş, əmisi oğlu Elbrusa xəsarət yetirdiyi bıçağı da könüllü olaraq təhvil vermişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, əmisioğluna istəmədən, onu vurduqları və söydükləri üçün bıçaqla xəsarət yetirmiş, həmin vaxtata-anası yanlarında olmamış, bir neçə metr aralıda dalaşmışlar. Xuliqanlıq etməmiş, onun davası əmioğlu və əmisi ilə olmuşdur. Hadisədən peşmandır, əmisigillə barışmışdır. Ona verilmiş ittihamda göstərilən digər epizod üzrə isə Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs2 həmkəndlisidir. Əvvəllər Samirlə aralarında ədavət, düşmənçilik olmasa da, xx.xx.2023-cü ildə həmkəndlisi Samirin oğlu Babaş onun mərhum qardaşı oğlu Cavanşirlə dalaşmış, mübahisələri olmuşdur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 16 radələrində o qardaşı Camalın evində təmir işi görərkən qardaşı oğlu Cavanşir ona yaxınlaşıb Babaşla dalaşdığı üçün atası Samirin onu qorxutduğunu, taxıl sahəsinin yaxınlığındakı bulaqdan su götürməyə gedə bilmədiyini demişdir. Mərhum Cavanşirlə birgə taxıl sahəsinin yaxınlığında yerləşən arteziana - su doldurmağa və Samirlə söhbət etmək üçün getmişdir. Həmin vaxt Samir traktorla taxıl sahəsində olmuş, O Samiri yanına çağırıb, onunla işi olduğunu desə də Samir gəlməyərək kobud formada “ona get işinlə məşgul ol!” demişdir. Samirin ona kobud cavab verməsinə əsəbləşib ona yaxınlaşmış, aralarında mübahisə baş vermiş, dartışmağa başlamışlar. Aralarındakı mübahisə vaxtı Samirin əlindəki lapatkanın dəmir hissəsi sapdan çıxmış və sonradan Samirin qoluna dəymişdir. Onlar aralaşmış, Samir traktoruna minib getmiş, sonradan isə ondan guya çapacaqla xəsarət yetirməsi barədə polisə şikayət etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs2lə barışıq əldə edə bilməmişdir. Elbrusa da, Samirə də xəsarəti qəsdən yetirməmişdir. Törətdiyi əməldən peşmandır. Azyaşlı uşaqları olduğu üçün məhkəmədən ona yüngül cəza verilməsini istəyir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Poylu qəsəbəsində yaşayır. Təqsirləndiriləm şəxs və ailə üzvləri ilə aralarında narazılıq olmasa da xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qardaşı oğlu X1 onun azyaşlı oğlu Babayev Babaşı döymüş, buna görə qapılarına gedib mərhum Cavanşirin nənəsi Bənövşəyə öz irad və narazılığını bildirmişdir. Evlərinə gələn zaman küçədə Təqsirləndirilən şəxs ilə qardaşı oğlu Cavanşir ona yaxınlaşmış, O, Cavanşirə Babaşın gözündə problem olduğunu, taxdığı eynəyi də sındırdığını deyərək öz narazılığını bildirmişdir. Bu vaxt Məhəmməd cibindən bıçaq çıxarıb onu hədələmiş, lakin heçnə etmədən Cavanşirlə birlikdə çıxıb getmiş, bu barədə özü polisə şikayət etmişdir. Bundan üç gün sonra xx.xx.2023-cü ildə təxminən 16 radələrində icarəyə götürdüyü pay torpağı - əkin sahəsində traktorla taxıla dərman səpməyə getmiş, həmkəndlisi Təqsirləndirilən şəxs yanında azyaşlı qardaşı oğlu Cavanşir ilə birlikdə ona yaxınlaşmış, Məhəmmədin əlində çapacaq olmuşdur. Məhəmməd onu yanına çağırmış, ona “get işinlə məşğul ol” demişdir. Yanına getməmiş, aralarında mübahisə baş vermişdir. Məhəmməd onun bu sözündən əsəbləşərək, onun üstünə gələrək yumruqla bir dəfə sifətinə, sağ gözünə vurmuş və əlindəki çapacaqla sol əlinə vuraraq ona xəsarət yetirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 göstərdi ki, təqsirləndirilən şəxsdən şikayətçidir,barışmamışdır. Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Qıraqkəsəmən kəndində yaşayır. Təqsirləndirilən şəxs tanımasa da Zərərçəkmiş şəxs2 tanıyır, münasibəti yaxşı olmuşdur. 26 mart 2023-cü il tarixdə günortadan sonra qardaşı Ziya zəng edib Ağstafa rayonu Poylu qəsəbəsində traktorla taxıl sahəsinə dərman səpərkən aparatın xarab olduğu, gedib ehtiyyat hissə alıb gələnədək sahədə traktorun yanında durmağı demişdir. Həmin vaxt Samir də taxıl sahədə dərman səpmiş, taxıl sahəsində qardaşının traktorunun yanında durmuşdur. Təxminən saat 16 radələrində Samirin yanına bir nəfər 20-24 yaşlarında cavan oğlan və bir nəfər də 14-15 yaşlı oğlan gəlmişdir. Gəldikdən təxminən bir dəqiqə sonra Samirlə söhbət edən əvvəl tanımadığı, sonradan adının Məhəmməd oğlanın arasında münaqişə olmuş, Samir qaçıb traktordan uzun saplı beli götürmüş, Samir beli götürdükdən sonra Məhəmməd yanındakı uşaqla çıxıb getmiş, Samir traktoru sürüb getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid10 göstərdi ki, hadisəni kənardan gördüyü üçün Məhəmmədin əli və ya hansısa əşya ilə Samiri vurduğunu dəqiq görməmiş, Məhəmmədin çapacaqla xəsarət yetirdiyini Samir ona sonradan demişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Ağstafa rayonu Poylu qəsəbəsində yaşayır, fərdi əməklə məşğuldur, Şahid4 atası, Təqsirləndirilən şəxs və Şahid5 əmisi oğullarıdır. Əvvəllər aralarında düşmənçilik, ədavət olmasa da, 2023-cü il mart ayında həmkəndliləri bıçaqla əmisi oğlu Camalın oğlu Cavanşiri qətlə yetirilmiş, əmisi oğlu Camal onun qardaşı Elcan Bədirovdan əl çəkməmiş, oğlunun ölümündə Elcanın da günahı olduğunu, hadisə barədə gec xəbər verdiyini demişdir. Buna görə Camal və onun ailə üzvləri ilə aralarında narazılıqlar olmuş, münasibətləri pozulmuşdur.13 may 2023-cü il tarixdə saat 13 radələrində o, atası Şahid4, anası Şahid1 ilə olduqları evdə olan vaxt nənəsi Şahid2, bibisi Şahid3 onlara gəlib əmisi oğulları Camal və Məhəmmədin onları döyüb evi dağıtdığını demişlər. Nənəsi Bənövşə DİN-in “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, rayon prokurorluğuna məlumat verəcəyini demişdir. Bundan sonra o, atası Elşən, anası Zərqələm, nənəsi Bənövşə, və bibisi Aişə ilə “BMV” markalı avtomobillə Ağstafa rayon prokurorluğuna getmişlər. Nənəsi, anası və bibisi rayon prokurorluğunun binasına girmiş, həmin vaxt əmisi oğlu Məhəmmədin “Vaz 21011” markalı avtomobili ilə gəlib yanlarından keçdiyini görmüş, Məhəmmədin arxası ilə getmək üçün atası avtomobilə əyləşmiş, tək getməsin deyə atasının yanında qabaq oturacaqda əyləşmişdir. Anası, nənəsi və bibisi rayon prokurorluğunda qalmış, atası Məhəmmədin avtomobilinin arxasınca sürüb işarə edib saxlamasını bildirmiş, lakin Məhəmməd avtomobili saxlamamış, sürətlə sürüb uzaqlaşmışdır. Həmin vaxt digər əmisi oğlu Camal “Mersedes” markalı avtomobili ilə arxaları ilə gəlmiş, atası avtomobili sürüb geriyə qayıtmışdır. Rayon prokurorluğuunun qarşısında atası ilə birlikdə avtomobildən düşmüş, həmin vaxt əmisi oğulları Camal və Məhəmməd də avtomobilə gəlib rayon prokurorluğunun qarşısında düşmüşlər. Camalın arvadı İlhamə də avtomobildən düşüb prokurorluğa tərəf getmiş, nənəsi Bənövşəni görüb üzərinə cummuşdur. Əmisi oğlu Məhəmməd avtomobildən düşüb əlində bıçaqla atasının üzərinə gəlmiş, yaxınlaşıb vurmaq istəsə də atası kənara çəkilmiş və Məhəmmədi itələyib özündən kənarlaşdırmışdır. Atasını müdafiə etmək üçün araya keçmiş, Məhəmmədin əlində qatlanan cib bıçağı olmuşdur. Yolun ortasında Məhəmmədlə əlbəyaxa olmuş, davadalaş zamanı Məhəmməd əlində olan qatlanan cib bıçağı ilə onun qarın nahiyyəsinə bir dəfə zərbə vurmuş, zərbə nəticəsində aşağı çöküb və qışqırmış özünü müdafiə etməyə çalışmışdır. Qışqırıq səsinə atası, anası, nənəsi və bibisi gəlmiş, Məhəmməd qaçıb getmiş, atasıgil köməklik edərək onu avtomobilə əyləşdirib Ağstafa rayon mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmədə verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 göstərdi ki, təqsirləndirilən şəxs Məhəmməd Bədriovla barışmış, ondan şikayəti və tələbi yoxdur. Qohum və azyaşlı uşaqları olduğu üçün ona cəza verilməməsini, buraxılmasını istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Poylu qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Özünə məxsus “Mersedes” markalı avtomobili ilə taksi işləyib ailəsini dolandırır. Təqsirləndirilən şəxs doğma qardaşıdır. Şahid4 əmisi, Zərərçəkmiş şəxs1 isə əmisioğludur. Onlarla əvvəllər münasibəti yaxşı olsa da 29 mart 2023-cü il tarixdə həmkəndlisi X17 bıçaqla vurub oğlu Cavanşiri qətlə yetirmiş, oğlu qətlə yetirilərkən orada olmuş şahid əmisi oğlu X18 gəlib bu barədə ona gec məlumat vermiş, oğlu da qanaxmadan vəfat etmişdir. Elcan oğlunu öldürən Yusiflə birlikdə gəlib ona yanlış məlumat vermiş, hadisənin şahidi ola-ola oğlunun tanımadığı bir şəxs tərəfindən vurulduğunu demişdir. 12 may 2023-cü il tarixdə qardaşı Məhəmməd ailə üzvləri ilə piyada onun evinə gəlmiş, qardaşına onun avtomobili ilə getmələrini səhəri gün avtomobilini götiürəcəyini demişdir. 13 may 2023-cü il tarixdə saat 13 radələrində qardaşı Məhəmməd özünə məxsus “Vaz 21011” markalı avtomobillə gəlib onu evdən götürmüş və onlara getmişlər. “Mersedes” markalı avtomobilini işə salıb getmək istəyərkən, qonşuluqda yaşayan kiçik əmisi Eldənizin evinə qonaq gəlmiş bibisi Aişə onu görüb qardaşı oğlu Elcanla bağlı şikayət etməsinə görə özü və vəfat etmiş oğlu Cavanşirin ünvanına nalayiq sözlər demişdir. Nənəsi Bənövşə də bibisinə qoşulub onun və ailə üzvlərinin ünvanına nalayiq sözlər demiş, bununla bağlı aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Aişə oğlunu haqlı öldürüldüyünü, Elcanla bağlı şikayət etdiyinə görə əmisi Elşənin də onu öldürəcəyini demiş, rayon prokurorluğuna və polisə şikayət edəcəyini deyəndə bibisi də əmisigilə deyəcəyini bildirmişdir. Bundan sonra avtomobilini sürüb Ağstafa şəhərinə gəlmiş, yolda qardaşı Məhəmməd ona zəng edib, nənəsigilin DİN-in 102 xidmətinə onun barəsində şikayət etdiklərini demiş, O da qardaşına arvadı İlhaməni götürüb rayon polis şöbəsinə gəlməyi demiş, özü də şikayət etmək üçün birbaşa rayon polis şöbəsinə gəlmişdir. Qardaşı Məhəmməd də “Vaz 21011” markalı avtomobili ilə arvadı İlhaməni gətirib gəlmiş, arvadı İlhaməni düşürüb getmişdir. Polis şöbəsinin qarşısında olarkən əmisi Elşənin “BMV” markalı avtomobili ilə polis şöbəsinin qarşısından keçib qardaşının avtomobilinin arxasınca getdiyini görmüş, O da avadı İlhamə ilə avtomobilə əyləşib onların arxası ilə getmişdir. Əmisi işarə edib qardaşına avtomobilini saxlamasını bildirmiş, O avtomobilini sürətlə sürüb əmisinin və qardaşının avtomobillərini keçmiş və pəncərəni aşağı endirib qışqıraraq qardaşı Məhəmmədə avtomobilini saxlamamasını, rayon prokurorluğunun qarşısına sürməyi demiş rayon prokurorluğunun binasının qarşısında avtomobili saxlamış və arvadı ilə düşmüşlər. Qardaşı arxasınca gəlib avtomobilini saxlayıb düşmüşdür. Arxaları ilə gələn əmisi Elşən də oğlu Elbrusla birlikdə avtomobildən düşüb üzərlərinə gəlmişlər. Həmin vaxt nənəsi Bənövşə, bibisi Aişə, əmisi arvadı Zərqələm piyada prokurorluğun qarşısına gəlmiş, Elşən və Elbrus qardaşının üzərinə cummuşlar, əllərində nəsə olmuşdur. Onlara qışqıraraq qardaşından əl çəkmələrini demiş, əmisi Elşən ünvanına nalayiq sözlər deyərək üzərinə cummuş, əlindəki dəmir parçası ilə baş nahiyyəsinə bir neçə dəfə vurmuşdur. O, əli ilə əmisini itələyərək özündən uzaqlaşdırmış və qaçıb prokurorluğun binasına girmişdir. Əmisioğlu Elbrus əlində bıçaqla qardaşı Məhəmmədin üzərinə cumduğunu görsə də, huşunu itirmiş, O ancaq əmisi Elşəni özündən uzaqlaşdırmaq üçün vurmuşdur. Sonradan qardaşı Məhəmmədin bıçaqla əmisi oğlu Elbrusa xəsarət yetirdiyini öyrənmiş, lakin hadisəni o görməmişdir. Şahid4 əlində olan dəmir parçası ilə onun baş nahiyyəsinə vurub xəsarət yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid5la eyniməzmunlu ifadə verib, hadisənin istənilmədən olduğunu və Məhəmmədi bağışladıqlarını demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadə verməkdən imtina etdiyi üçün ifadəsi elan edilmiş Şahid2 göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Poylu qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Şahid4 doğma oğludur, ailəsi ilə ayrı yaşayır. Özü oğlu X5 yanında qalır. Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və Şahid5 nəvələridir. Onlarla münasibəti yaxşı olmuşdur. Əvvəl aralarında düşmənçilik, ədavət olmamışdır. Nəvəsi Məhəmməd onunla qonşuluqda yaşayır. Evləri yanaşıdır. 29 mart 2023-cü il tarixdə Poylu qəsəbə sakini X17 bıçaqla vurub nəvəsi Camalın oğlu Cavanşiri qətlə yetirmişdir. Həmin faktla bağlı Ağstafa rayon prokurorluğunda cinayət işinin istintaqı aparılır. Həmin cinayət hadisəsi ilə bağlı Camal iddia edir ki, oğlunun ölümündə nəvəsi Elcanın da günahı var. Bununla bağlı oğlu Elşənin ailə üzvləri ilə Camal və onun ailə üzvləri arasında mübahisələr, narazılıqlar olmuş və münasibətləri pozulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirir ki, 13 may 2023-cü il tarixdə təxminən saat 13 radələrində o, qızı Ayşə və gəlini, oğlu İlqarın arvadı Xanna ilə yaşadıqları evdə oturub söhbət etmişlər, qızı Ayşə onlarla qonaq gəlmişdi. X6 evdən qovduğu üçün onun evində qalmışdır. Həmin vaxt digər nəvəsi Camal da qardaşı Məhəmmədin evinə qonaq gəlmişdi. Evdə söhbət edən vaxt birdə görmüşlər ki, nəvələri Məhəmməd və Camal evə gəlmişlər. O, evdən həyətə çıxmışdı. Məhəmməd ona yaxınlaşıb demişdir ki, oğlu Elşən kənddən çıxıb getməlidir. X15 Camalın oğlu Cavanşirin ölməsində günahkardır. O da belə olmadığını, Elşənin oğlu Elcanın günahı olmadığını bildirmiş, bu zaman Məhəmməd və Camal oğlu Elşənin və oğlu Elcanın ünvanına nalayiq sözlər demişlər. O da onlara iradını bildirib çıxıb getmələrini tələb etmiş, lakin onlar çıxıb getməmişlər. Bu zaman qızı Ayşə də gəlib onlara iradını bildirmiş, bununla bağlı aralarında mübahisə olmuş, mübahisə zamanı nəvəsi Məhəmməd əli ilə onu və qızı Ayşəni itələmişdi. Onların çıxıb getmədiklərini, dava-dalaş salacaqlarını görüb evdən qab-qacaq götürüb onlara tərəf atmışdır. Qab-qacaqlar qırılsa da onlara dəyməmişdir. O, əsəbləşərək AR DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra onlar çıxıb getmişlər. Məhəmmməd və Camalın oğlu Elşənə hər hansı xətər yetirmələrindən ehtiyat edib, Elşənə xəbər vermək üçün Ayşə ilə birlikdə oğlu Elşənin evinə getmişdir. O, Elşənə Məhəmməd və Camalın hərəkətləri və dedikləri barədə məlumat vermiş, prokurorluğuna getmək qərarına gəlmiş, oğlu Elşən, qızı Ayşə, gəlini Zərqələm və nəvəsi Elbrusla birlikdə Elşənin avtomobili ilə Ağstafa rayon prokurorluğuna getmişlər. Oğlu Elşən avtomobili rayon prokurorluğunun binasının qarşısında saxlamış və avtomobildən düşüb qızı Ayşənlə rayon prokurorluğuna girmişlər. Elşən qardaşı oğlu Məhəmmədin “Vaz 21011” markalı avtomobillə gəlib keçdiyini görüb oğlu Elbrusla onun dalınca getmiş, həmin vaxt nahar fasiləsi olduğu üçün prokurorluğun qarşısında gözləmişlər. Bir qədər sonra oğlu Elşən və nəvəsi Elbrus avtomobillə qayıdıb gəlmiş və maşından düşmüşlər. Həmin vaxt Camalla birlikdə gələn arvadı İlhamə avtomobildən düşüb onlara tərəf gəlmiş və qəfildən üzərinə cumub əli ilə onun başına və sifət nahiyyəsinə vurub onu döyməyə başlamışdır. Bu zaman gəlini Zərqələm və qızı Ayşə yaxınlaşıb onları aralamağa çalışmış, bir qədər aralıda Məhəmməd və Camal da oğlu Elşənin və nəvəsi Elbrusun üzərinə cumub mübahisə etmişlər. Qəfil Elbrusun qışqırıq səsini eşitmiş, baxanda Elbrusun yerə yıxıldığını görmüş, nəvəsi Məhəmməd də əlində bıçaq Elbrusun başının üzərində dayanmışdır. Məhəmmədin bıçaqla Elbrusu vurub ona xəsarət yetirdiyini görmüş Elbrusa tərəf qaçmışlar. Məhəmməd qaçıb getmiş, yaxınlaşanda Elbrusun qarnından qan axdığını görmüşdür. Elşənlə Elbrusu avtomobilə əyləşdirib Ağstafa rayon mərkəzi xəstəxanasına aparmış, həkimlər ona tibbi yardım göstərmiş, Elbrus əməliyyat olunmuşdur. Sonradan hadisə zamanı nəvəsi Camal əmisi Elşənin üzərinə cumub onu döyəndə, Elşənin özünü müdafə etmək üçün avtomobildən götürdüyü dəmir parçası ilə Camalın baş nahiyyəsinə vurub ona xəsarət yetirmişdir. Lakin o, hadisəni görməmişdir. Hadisə təxminən 10 dəqiqə çəkmiş, hadisə zamanı orada o, oğlu Elşən, gəlini Zərqələm, qızı Ayşə, Camalın arvadı İlhamə olmuş və hadisəni onlar görmüşlər. Nəvəsinin xəsarət almadığı üçün ətrafdakı şəxslərə fikir verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid4, Bədirov X16 Bədirova ilə eyniməzmunlu ifadə verərək, hadisənin istənilmədən əsəbi olduqları üçün baş verdiyini, qohum olduqlarını və hadisədən sonra barışdıqlarını şikayətçi olmadıqlarını göstərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X13 göstərdi ki, ailəsi ilə birlikdə Ağstafa şəhərində yaşayır. Marşrut sürücüsü işləyir. Etibarnamə ilə idarə etdiyi «Mersedes Benz 208» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Ağstafa şəhərindən Tatlı və Köhnəqışlaq kəndlərinə və əks istiqamətdə sərnişin daşıyır. Hadisədə iştirak edən şəxsləri tanımamış, onlarla heç bir münasibəti olmamışdır.13 may 2023-cü il tarixdə təxminən saat 15 radələrində «Mersedes Benz 208» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Ağstafa rayonu Köhnəqışlaq kəndindən Ağstafa şəhərinə sərnişin gətirən vaxt, Ağstafa şəhəri Heydər Əliyev prospektində rayon prokurorluğun qarşısından keçəndə yolun ortasında bir neçə nəfər şəxsin bir-biri ilə dalaşdıqlarını görmüş, hərəkət etmək mümkün olmadığı üçün mikroavtobusu saxlamış, lakin maşından düşməmişdir. Sərnişinlər də dava-dalaşı görüb narahat olmuşlar. Dava edən şəxslərin arasında qadınlar da olmuş, həmin vaxt kimin kimi vurub xəsarət yetirdiyini görməmişdir. Dalaşan şəxslər yolun hərəkət hissəsindən aralanıb gedəndən sonra mikroavtobusu sürüb yoluna davam etmişdir. Yolla keçən bir neçə avtomobil sürücüləri də dava-dalaşı görüb avtomobillərini saxlayıb dayanmış və dalaşanlara tamaşa etmişlər. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilmiş Şahid8 göstərmişdir ki, X21 Şöbəsinin mühafizəçisi işləyir. İş yeri Ağstafa rayon məhkəməsidir. Dava edən şəxsləri əvvəllər tanımamışdır. 13 may 2023-cü il tarixdə təxminən saat 15 radələrində Ağstafa rayon məhkəməsinin inzibati binasında olarkən məhkəmə ilə üzbəüz, Ağstafa şəhəri Heydər Əliyev prospektində yerləşən Ağstafa rayon prokurorluğun qarşısından qışqırtı səsləri eşidib çölə çıxmış, məhkəmənin qarşısından baxanda rayon prokurorluğunun qarşısındakı avtomobil yolunda bir neçə nəfər kişi və qadının dalaşdığı görmüşdür. Prokurorluqda xidmət edən mühafizə polisi Şahid9 isə onları aralamağa çalışmış, ətrafa yolla piyada gedən bir neçə şəxs toplaşmışdır. O, yaxına getməmiş, məhkəməyə qayıdıb mobil telefonu ilə komandirinə məlumat vermiş, məhkəmənin qarşısında durub baxmış, bir neçə nəfərin yolda dalaşdıqlarını görmüşdür. Sonradan məlum olmuşdur ki, hadisə vaxtı Ağstafa rayonu Poylu qəsəbə sakinlərindən olan bir nəfər şəxs öz əmisi oğlunu bıçaqla vurub xəsarət yetirmiş, başqa bir nəfər şəxs isə qardaşı oğlunun baş nahiyyəsinə dəmirlə vurub xəsarət yetirmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 göstərmişdir ki, X21 şöbəsində polis nəfəri işləyir. Xidməti iş yeri Ağstafa rayon prokurorluğudur. Dava edən şəxsləri əvvəllər tanımamışdır. 13 may 2023-cü il tarixdə saat 15 radələrində Ağstafa rayon prokurorluğunda xidmətdə olan vaxt Ağstafa rayonu Poylu qəsəbə sakinləri əvvəllər tanımadığı, adlarını sonradan bildiyi Camal adlı şəxs arvadı İlhamə ilə prokurorluğa gəlib nənəsi Bənövşə, bibisi Ayşə, əmisi Elşənin barəsində şikayət etmək istədiklərini bildirmiş, nahar vaxtı olduğundan gözləmələrini və ya gedib sonra gəlmələrini bildirmiş, onlar da çıxıb getmişlər. Bir qədər sonra isə əvvəl tanımadığı, adlarını sonradan bildiyi Bənövşə, Ayşə və Zərqələm adlı qadınlar prokurorluğa gəlmiş, Bənövşə nəvələri Məhəmməd və Camal adlı şəxslərdən şikayət etmək istəmişdir. Onlara da prokurorun nahar fasiləsində olduğunu, gözləmələrini bildirmişdir. Bir qədər sonra prokurorluğun qarşısında səs-küy yaranmış, içəridə gözləyən qadınlar da çölə çıxmışlar. Onların arxasınca çölə çıxmış, baxanda görmüşdür ki, içəridən çölə çıxan qadınlarla əvvəl prokurorluğa gələn adını sonradan bildiyi İlhamə adlı qadın dalaşır. Onlardan bir qədər aralıda yolun ortasında İlhamənin əri Camal, onun qardaşı və digər iki nəfər şəxs mübahisə edir. O, İlhamə adlı qadını digər qadınlardan aralayıb içəri aparmış, İlhamənin vəziyyəti pisləşdiyindən ona su gətirib vermişdir. Həmin vaxt qəfil İlhamənin əri, adını sonradan Camal olduğunu bildiyi şəxs də qaçıb prokurorluğun binasına girmiş, başından qan axmışdır. Camal əmisi Elşənin dəmirlə onun başına vurduğunu bildirmiş, ona da su gətirib vermiş, çölə çıxanda görmüşdür ki, Camalla bir qədər əvvəl mübahisə edən şəxslər və prokurorluğa şikayətə gələn 3 nəfər qadın avtomobilə əyləşib getmişlər. Sonradan prokurorluğun qarşısında Camalın qardaşı, adının sonradan Məhəmməd olduğunu bildiyi şəxs öz əmisi oğlu adının sonradan Elbrus olduğunu bildiyi şəxsi bıçaqla vurub xəsarət yetirdiyini, ailə üzvlərinin Elbrusu xəstəxanaya apardığını öyrənmişdir. Həmin vaxt prokurorluğun binasında vəziyyəti pisləşən İlhamə adlı qadına, sonra isə başı qanlı prokurorluğun binasına daxil olmuş onun əri Camal adlı şəxsə ilkin yardım göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan 13 may 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və fotocədvəldən görünür ki, hadisə yeri Ağstafa şəhəri Heydər Əliyev prospektinin Ağtafa rayon prokurorluğu və Ağstafa rayon məhkəməsinin arasındakı keçən hissəsində mərkəzi yoldur. Baxış zamanı prokurorluğunun yanındakı “Lombard”ın yerləşdiyi ofisin müşahidə kamerası ilə hadisə vaxtı qeydə alınan videogörüntülər götürülmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Şahid4 Şahid5 baş nahiyyəsinə əlindəki dəmir əşya ilə bir neçə dəfə vuraraq ona xəsarət yetirməsi, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 münaqişə edərək sonuncuya xəsarət yetirməsi, hadisənin mərkəzi yolda- avtomobillərin və insanların hərəkətdə olduğu yerdə baş verməsi və təxminən 10 dəqiqə ərzində davam etməsi müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “götürmə aparılması haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd gödəkçə və bir ədəd köynək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “könüllü gəlmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 23:00 radələrində Ağstafa RPŞ-yə gələrək təslim olmuş və hadisəni törətdiyi bıçağı təhvil vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş üzrə təyin edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 mart 2023-cü il tarixli 144 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət-sol biləyin çapılmış yarası-çapıcı əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə çapacaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş üzrə təyin edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 28 iyun 2023-cü il tarixli 278 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin sağ yarısının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, hemopnevmotoraks, sağ ağciyərin aşağı payının aşağı kənarının kəsilmiş-deşilmiş yarası kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə ekspertizaya təqdim edilmiş bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 17 may 2023-cü il tarixli 213 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət yoxdur. İş üzrə təyin edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-kriminalistik eskpertizasının 03 avqust 2023-cü il tarixli 359-2023/MTKŞ nömrəli rəyindən görünür ki, təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus gödəkcə və köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus gödəkcə və köynəyin üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının deşilmiş-kəsilmiş yarası ona məxsus və ekspertizaya təqdim edilmiş gödəkcənin və köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində aşkar olunmuş eyni xarakterli zədə ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq uyğun gəlirlər. Ekspertizaya təqdim olunmuş açılıb qatlanan tipli bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan məişət təyinatlı, “kəpənək” formalı cib bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi-bioloji ekspertizasının 03 avqust 2023-cü il tarixli 499/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrup - Balfa (H) (İİİ) Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 məxsus köynək və gödəkcə üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tətqiq olunduqda “B”, “H” antigenləri, gödəkcə üzərindəki ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa (H) (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-psixiatrik ekspertizasının 15 iyul 2023-cü il tarixli 417 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Ağstafa rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(015)-22/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən görünür ki, Ağstafa RİHB-nin Poylu qəsəbə üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, xasiyyətnamədən görünür ki, Bədirov X8 rayonu Poylu qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xaraterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Ağstafa RİHB-nin Poylu qəsəbə üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 107/9 saylı arayışdan doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1108.2014-cü il təvəllüdlü Hüseyn Məmmədov, xx.xx.2016-cı il təvəllüdlü Bənövşə Məmmədova, xx.xx.2022-ci il təvəllüdlü Azad Məmmədov və xx.xx.2023-cü il təvəllüdlü Ayşəgül Məmmədzadə adlı azyaşlı uşaqları var. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan 10 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan və protokoldan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılmış bir ədəd açılıb-qatlanan kəpənək formalı bıçaq, bir ədəd qan nümunəsi, bir ədəd köynək və bir ədəd gödəkcə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, hadisə yerin baxış zamanı götürülmüş hadisəni əks etdirən videogörüntülər olan bir ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, iş materiallarından Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* №li cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs1 istəmədən aralarında olan mübahisə zamanı xəsarəti yetirdiyini, xuliqanlıq etmədiyini, əsəbiləşərək istəmədən cib bıçağı ilə Elbrusun qarın nahiyyəsinə bir dəfə vurduğunu göstərmişdir. Həmkəndlisi Zərərçəkmiş şəxs2 isə çapacaqla xəsarət yetirmədiyini, əkin sahələrində aralarında baş vermiş mübahisə zamanı belin (lapatkanın) sapından düşən dəmir hissəsinin Samirin qoluna dəydiyini və sonuncunun buna görə xəsarət aldığını göstərmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar məhkəmə baxışı zamanı tədqiq edilmiş mötəbər sübutlarla inkar edildiyindən, işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən, məhkəmə tərkibi təqsirləndirilən şəxsin həmin ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirib sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilən hadisənin görüntüləri olan DVD diskdən görünür ki, Zərərçəkmiş şəxs1 və atası Şahid4 avtomobillə hadisə yerinə gələrkən ilkin olaraq Təqsirləndirilən şəxs onların üzərinə gedərək münaqişə yaratmış, əlindəki bıçaqla avtomobil yolunun hərəkət hissəsində zərərçəkmişə vuraraq xəsarət yetirmişdir. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizanın rəyi və zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin onun qoluna çapacaqla vurduğunu bildirmiş, məhkəmə tibbi ekspertiza rəyi ilə zərərçəkmiş şəxsin həmin xəsarətin digər şəraitdə alması inkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 128, 126.2.3, 126.2.4, 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalanmalıdır. Müdafiə tərəfi-təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə baxışında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirərkən bir-biri ilə dava edən, ailə üzvü və qohum olan şəxslərin, zərərçəkmiş şəxsin yaxın qohumları ata-anasının həmin xəsarətin yetirildiyi anı görmədiyini, buna görə əməlin xüsusi amansızlıqla törədilməsinin sübut olunmadığını bildirmişdir. Göstərilən hal iş materiallarına əlavə edilmiş və digər sübutlara münasibətdə daha mötəbər olan hadisə anının qeydə alındığı görüntülərlə inkar edilmişdir. Belə ki, həmin görüntülərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la münaqişəsi yolun digər tərəfindən -saxladığı avtomobilin yanından başlayaraq yolun mərkəzi hərəkət hissəsində davam etmiş, diaqonal istiqamət üzrə əks tərəfdə başa çatmış, həmin vaxt münaqişə edən şəxslərin zərərçəkmiş və təqsirləndirilən şəxsin yaxınlığında olması müəyyən edilmişdir. Cinayət işi üzrə dindirilmiş şahidlər də ibtidai istintaqdan fərqli olaraq məhkəmə baxışında verdikləri ifadələrində yaxın qohumluq və ailə münasibətlərindən irəli gələrək nə qədər “yumuşaq” ifadələr verməyə, şəxsi ifşaedici məzmundan daha çox hadisələrin təsadüfi axımı nəticəsində olmasına inandırma cəhd etsələr də, hamısı Zərərçəkmiş şəxs1 qışqırıq səsinə dönüb baxarkən Elbrusun qarın nahiyyəsindən tutub yerə yıxıldığını və bədən səthində qanaxma olduğunu gördüklərini bildirmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət qanununun təfsir və tətbiq edən şəxsin əməllərinə qiymət verən orqan olmaqla İ instansiya məhkəmələri cinayət qanunun təfsirində yalnız onun hərfi mənası ilə kifayətlənməsi ədalət və qanunçuluq prinsipinə ziddir. İşin faktiki hallarına əsasən zərərçəkmişin ailə üzvləri ata-anasının yaxınında və yanında olması, təqsirləndirilən şəxsin əlində bıçaq oğullarının üstünə hücum etməsi, xəsarətin yetirilmə anını bilavasitə müşahidə etməsələr belə təqsirləndirilənin zərərçəkmişin ata-anasını, onların arasındakı münaqişəni görüb müşahidə etmələri istisna edilmədiyindən məhkəmə tərkibində təqsirləndirilən şəxsin bilavasitə zərərçəkmiş şəxsə yaxın qohumlarının yanında arzulayaraq və istəyərək ona qəsdən Ağır xəsarət yetirməsi qənaətinə gətirmişdir. Təqsirləndirilən şəxsə verilən ittihamda göstərilən digər tövsifedici əlamət əməlin xuliqanlıq niyyəti ilə törədilməsidir ki, iş üzrə şəxslər arasında əvvəl mübahisə olması istisna edilmə də baxılan iş üzrə nə ibtidai istintaq, nə də məhkəmə araşdırması vaxtı hadisə vaxtı təqsirləndirilənin zərərçəkmiş şəxslə münaqişə etməsinə səbəb olan hər hansı motiv müəyyən edilməmişdir. Tərəflərin ifadəsinə münasibətdə daha mötəbər sübut kimi qiymətləndirlən hadisə anının müşahidə kameraları ilə qeydə alınmış görüntülərinə və şahid ifadələrinə əsasən mübahisə rayon prokurorluğunun qarşısındakı səkidə hər iki tərəfdən olan qadınlar arasında başlamış, Təqsirləndirilən şəxs həmin vaxt qadınların mübahisəsinə müdaxilə etməsə də Elbrus və Şahid5 gəldikdən sonra heç bir əsaslı səbəb olmadan sonuncuların üzərinə gedib qəsdən münaqişə yaradaraq cinayət əməlini törətmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı ittiham tərəfindən verilmiş ittihamda xuliqanlıq əməli və xuliqanlıq niyyəti dəqiq göstərilməmiş, şəxsin cinayət əməli törədərkən xuliqanlıq niyyəti və ictimani qaydanın pozulmasının nədə ifadə olunması təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar və ittiham aktında qeyri-müəyyən qarışıq ifadələrlə və xaotik şəkildə ifadə olunmuşdur. Lakin bu təqsirləndirilən şəxsə həmin maddələrlə verilmiş ittihamın əsassız olması qənaətinə gəlməyə imkan vermir və şəxsin qeyd edilən hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4, və Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətlərini təşkil edən cinayət əməllərini törətməsi məhkəmə baxışında tədqiq edilmiş mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Yol verilmiş nöqsanlarla bağlı hüquqi mövqeyini isə məhkəmə ayrıca ifadə edəcəkdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Elşən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs Elşən oğlunun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini və ona dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar olaraq nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Ağstafa rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum olunsa da, həmin iş üzrə qeyd edilən cinayət əməli hazırki baxılan iş üzrə əməldən əvvəl törədildiyindən bu cinayətlərin residiv kimi qəbul edilə bilməz, yalnız təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edilən hal olaraq qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan bədən xəsarəti yetirmə xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, qeyd olunan əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunduqda, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin təqsiri sübuta yetirilmiş ittiham olunduğu maddələrin ancaq 1-i CM-nin 128-ci madddəsinin sanksiyasında alternativ cəzalar müəyyən edilsə də məhkəmədə müəyyən edilmiş işin faktiki halları, əməlin xarakteri və ictimai təhlükəliliyi, təqsirləndirilən şəxsin hadisəyə qədərki və hadisə vaxtı davranışı, (zərərçəkmişin ifadəsində göstərdiyi kimi bir neçə gün əvvəl bıçaq nümayiş etdirməsi, əkin sahəsinə getdikdən sonra zərərçəkmiş şəxsi dava etmək məqsədilə çağırması, sonuncu yayınmasına baxmayaraq təşəbbüskar kimi yanına gedib münaqişə yaratması və ona qarşı fiziki zorakılıq etməsi) eləcə də təqsirləndirilən şəxsin şəxsiyyəti (əvvəl də cinayət əməli törətməsi) onun qeyd edilən əməlin ictimai təhlükəliliyin artıran hallardır və bunlar şəxsə həmin əmələ görə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyinini labüd edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə məhkum olunmuş şəxslərin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır ......cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan Ağstafa rayon Polis Şöbəsində saxlanan 1 ədəd açılıb qatlanan kəpənək formalı bıçaq, 1 ədəd köynək və və 1 ədəd gödəkçə məhv edilməli, hadisənin görüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Cinayət işi üzrə məhkəmə məsrəfi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4, 221.3 və 128-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə isə 6 (altı) altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respubllikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağstafa rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(015)-22/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə tam toplanmaqla və hökmə əsasən çəkilmiş müddət qəti cəza müddətindən çıxılmaqla ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respubllikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, 1(015)-22/2023 nömrəli hökmə əsasən həmin cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) 11 (on bir) 27 (iyirmi yeddi) gün saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Ağstafa rayon Polis Şöbəsində saxlanan 1 ədəd açılıb qatlanan kəpənək formalı bıçaq, 1 ədəd köynək və və 1 ədəd gödəkçə məhv edilsin. Hadisə yerinin görüntülərini əks etdirən 1 ədəd DVD disk iş materiallarında salxanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar