Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-25/2021 07.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1986-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu, Alaçadırlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 3,898 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini bir ədəd şəffaf sellofan bükümdə qanunsuz əldə edərək üzərində saxlamaqla gəzdirmiş, 05 mart 2020-ci il tarixdə saat təxminən 14 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Sənayə küçəsində müəyyən edilərək polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə baxış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə saxladığı 1 ədəd şəffaf selofan bükümdə küllü miqdarda, yəni təmiz çəkisi 3,898 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 mart 2020-ci il tarixdə saat 11 radələrində əvvəllər qonşu olduqları Anar Əhmədova zəng vurub onu “Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı” idarəsinə aparmasını xahiş etmişdi. Belə ki, qeyri rəsmi şəkildə ailə qursa da, nikahı rəsmiləşdirmək istədiyindən VVAQ-a gedib bununla maraqlanmaq istəmiş, buna görə də özü ilə şəxsiyyət vəsiqəsini də götürmüşdür. Bundan bir müddət sonra Anar idarə etdiyi “Azsamand” markalı avtomobil ilə yaşadığı küçəyə gəlib onu oradan götürmüşdür. Anar onu götürdükdən sonra avtomobilində nasazlıq olduğuna görə Bərdə şəhəri, Sənaye küçəsində yerləşən avtomobil ustasına getmələrini, ustanın orada olacağı təqdirdə ustaya avtomobil qəbul etməməsini, onu düşürüb yenidən qayıdacağını bildirəcəyini deyərək avtomobil təmiri sexinə getmişlər. Anara onu düşürəndən sonra birdəfəlik olaraq ustaya getməsini bir neçə dəfə desə də, Anar razı olmamış və Sənaye küçəsində yerləşən avtomobil ustasına getmişlər. Həmin sexə dönüb avtomobili saxlayan kimi arxalarında “Niva” markalı avtomobil dayanmışdır. Qapını açıb düşmək istəyəndə onu əllərindən tutmuşlar. Avtomobilin bir qapısından onu, digər qapısından isə Anarı çıxarmışlar. Onu və Anarı avtomobildən əməliyyatçılar düşürmüşlər. Onun qolunu buraraq iki nəfər Anara məxsus avtomobilin yanında, bir tərəfində onun üzərini, digər tərəfində isə Anarın üzərini yoxlamış, üzərinə baxış keçirilməsini Anar da görmüşdür. Həmin vaxt üzərindən şəxsiyyət vəsiqəsi, pul qabı, bıçaq, sadə “Nokia” markalı telefon, pul, ətir və dəsmal çıxmış, üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra onu “Niva” markalı avtomobilə apararaq avtomobilin salonunda üzərini soyundurub baxış keçirmişlər. Üzərindən heç nə aşkar olunmamışdır. Onlar üç nəfər olmuşlar. Bir qədər sonra ağ rəngli “Priora” markalı avtomobillə daha 2 nəfər əməliyyatçı da gəlmişdir. Sonradan gələn iki əməliyyatçını tanımış, onlar Rəşad və Emil olmuşlar. Biri onun sinif yoldaşı olmuşdur. Onlar heç nə tapa bilməmişlər. Onlar onu tanımışlar və narkotik vasitə istifadə etdiyini və əvvəllər məhkum olunduğunu bilmişlər. Ona “narkotiki yerdən tapmışıq sənindir” deyə bildirmişlər. Ancaq heç bir narkotiki orada ona göstərməmişlər. Polislərin deməsinə görə narkotik vasitə dəsmalın arasında olmuş, ona görə də ona ancaq dəsmalı göstərsələr də orada narkotik vasitə görməmişdir. Buna görə həmin vaxt artıq hisslərinə hakim ola bilməyib, hətta polislərin ünvanına söyüş söymüşdür. Bundan sonra onu “Niva” markalı avtomobillə polis şöbəsinə aparmışlar. Şöbədə qarşısına narkotik vasitə qoyaraq “ bunu səni tutduğumuz yerdən tapmışıq” demişlər. Əvvəlcə razılaşmamış, onsuz da ona bu maddə ilə ittiham veriləcəyi deyilmiş, əvvəlki məhkumluqları zamanı tutulan vaxt döyülərək qulağı partladığından, polis əməkdaşlarının toplaşdığını görüb yenə döyüləcəyi halda daha ağır xəsarət ala biləcəyindən ehtiyat edərək, orada başqa çıxış yolu olmadığını düşündüyündən onlara CM-nin 234.1-ci maddəsilə özünü təqsirli bilməklə razılaşdığını bildirmiş, ona görə də CM-nin 234.1-ci maddəsilə törətmədiyi əməli etiraf etməyə və sənədləri imzalamağa razılaşmışdır. Ona qarşı heç bir fiziki zorakılıq tətbiq edilməmişdir. Fikirləşmişdir ki, xəstə olduğu üçün CM-nin 234.1-ci maddəsilə cəzadan şərti olaraq azad olar və ya yüngül cəza təyin olunar. Onun üzərinə, yəni cibinə qoyulan metamfetaminin külli miqdar hesab olunduğunu bilməmişdir. Bundan sonra vəkil çağırılaraq çəkiliş aparılmış, özünü CM-in 234.1-ci maddəsilə təqsirli bilərək narkotik istifadəçisi olduğunu göstərmişdir. Lakin sanksiyaya aparılan zaman ittihamı CM-in 234.4.3-cü maddəsi ilə verdiklərindən heç bir sənədə qol çəkməmişdir. Ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilən zaman ümumiyyətlə ifadə verməmiş, kompyuterdə yazılaraq ona qol çəkməyə gətirilmiş ifadəyə və sənədlərə imza etməkdən imtina etmiş, özünü daha CM-in 234.1-ci maddəsilə də təqsirli bilməmiş, bu barədə müstəntiqə də bildirmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, saxlanıldığı vaxt üzərinə baxış keçirilərkən götürülmüş şəxsiyyət vəsiqəsi, pul qabı, bıçaq, sadə “Nokia” markalı telefon, pul və dəsmal baxış protokolunda və videoçəkilişdə göstərilməmiş, ancaq cinayət işinə onun şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Polis şöbəsində videoçəkilişlə aparılan baxış zamanı psixotrop maddədən başqa yalnız ətir aşkar edilmişdir ki, bunu da saxlanıldığı vaxt üzərində qalması üçün polis əməkdaşlarından xahiş etdiyindən həmin vaxt üzərində olmuş, sadaladığı digər predmetlər isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Hesab edir ki, bu da onun üzərinə polis şöbəsində deyil, saxlanıldığı vaxt baxış keçirildiyini və həmin vaxt üzərində olmuş əşyaların götürüldüyünü təsdiq edir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, istintaqın düzgün aparılmaması ilə bağlı olaraq anası tərəfindən yuxarı orqanlara, Baş prokurorluğa müraciət edildikdən sonra onu şöbəyə apararaq Baş prokurorluqdan cavab gəldiyini, işinə düzgün baxılacağını bildirmişlər. Tanış olma protokolunda özünü “234.1-ci maddə ilə təqsirli bilirəm” fikrini yazmasına səbəb CM-in 234.4.3-cü maddəsilə özünü təqsirli bilmədiyini, ümumiyyətlə təqsirli bilmədiyini yazdığı vaxt özünü heç təqsirli bilməyəcəyi halda prokurorun əsəbiləşəcəyini deyərək özünü heç olmasa CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsini dediklərindən həmin maddə ilə təqsirli bildiyini göstərmiş, belə yazacağı halda prokurorun onun işini CM-in 234.1-ci maddəsilə bağlayacağını bildirmişlər. Həmin gündən 1-2 gün sonra ona xəbər vermişlər ki, işi ağır cinayətlər məhkəməsinə veriblər. Etmədiyi əmələ görə həbs edilməsinə etiraz edərək ibtidai istintaqın gedişində və iş məhkəməyə verilərkən iyunun 1-dən təcridxanada aclıq aksiyasına başlamış, 17 iyuna qədər aclıq aksiyasını davam etdirmiş, məhkəmə başladıqdan sonra isə aclığı dayandırmışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı onun adından yazılmış ifadələr həqiqəti əks etdirməmiş, həmin ifadələrdə polis şöbəsinə aparılanadək avtomobil sexinin yanında baş verənlər göstərilməmiş, saxlanılarkən üzərinə baxış keçirilməsi, guya yerdən ona məxsus narkotik vasitənin tapılması qeyd edilməmiş, üzərindən guya aşkar edilmiş həmin narkotiki 2 ay əvvəl Bərdə şəhərində, Q.B.Zakir küçəsində 4 nömrəli məktəbin yaxınlığında çinar ağacının dibindən tapdığı göstərilmişdir ki, bunun da tamamilə yalan olduğunu bildirmişdir. Əlavə etmişdir ki, həmin hal həqiqət olduğu təqdirdə, 2 ay ərzində niyə təxminən 3 qram çəkidə olan metomfetamini istifadə etməyərək cibində saxlamış, yaxud üstündə olmuşsa polis şöbəsinə gətirilərkən üzərindən atmamışdır. Müstəntiq tərəfindən yazılmış ifadəni özünü ümumiyyətlə təqsirli bilmədiyinə görə imza etməkdən imtina etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həbs qətimkan tədbirinin seçilməsilə bağlı Bərdə rayon məhkəməsində keçirilən iclas zamanı məhkəmə prosesində ağrıları olduğundan özünü təqsirli bilməyini xatırlamadığını, sadəcə həmin vaxt zaminə buraxılmağı xahiş etdiyini xatırladığını, CM-in 234.4.3-cü maddəsi ilə bağlı özünü təqsirli bilməyərək sənədləri imzalamadığı halda, məhkəmə zamanı özünü təqsirli bilməyinin qeyd olunmağını anlamadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən 05 mart 2020-ci il tarixdə Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı evdə narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs onunla birlikdə olan X8 ilə birlikdə Bərdə rayonunun Sənaye küçəsində, Anar Əhmədovun avtomobilində saxlanılaraq avtomobillə birlikdə Bərdə RPŞ-nin inzibati binasına gətirilmişlər. Bərdə RPŞ-nin növbətçi hissəsində onun, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı X3, Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili X5, İctimai təhlükəsizlik bölməsinin İTB-nin polis sahə nəfəri Şahid3 və vəkilin iştirakı ilə Vidadinin üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 4.06 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar edilmişdir. X4 üzərinə şəxsi axtarış keçirildikdə Anarın üzərindən 3 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 1.11 qram bitki mənşəli kütlə narkotik vasiə olan qurudulmuş marixuana aşkar edilmişdir. Anar Əhmədovun barəsində inzibati qaydada tədbir görüldükdən sonra, Anar polis şöbəsindən buraxılmış, bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı evdə yataq otağında olan çarpayının sağ tərəfində yerləşən şkafın ikinci süyürtməsində 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.44 qram tərkibində narkotik aktivliyə malik komponentlər olmayan çətənə toxumları aşkar edilmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı evdə narkotik vasitələri saxlaması barədə olmuş, X18 birlikdə olduğu üçün saxlamışlar, Vidadini saxlamağa yalnız Azər Həşimovun ağ rəngli “VAZ-2107” markalı avtomobili ilə getmişlər, orada “Niva” markalı avtomobil olmamışdır. Saxladıqları vaxt Anar və Vidadinin üzərinə avtomobilin yanında baxış keçirilməmiş, onları şöbəyə gətirib, şöbədə üzərlərinə baxış keçirmişlər. Şöbəyə Anarın “Azsamand” markalı avtomobili ilə qayıtmışlar. Vidadi şöbədə üzərinə baxış keçiriləndə aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Sonradan əməkdaşlardan Rəşadı çağırmışlar ki, A.Həşimovun “VAZ-2107” markalı avtomobilini götürsün. “Priora” markalı avtomobili görməsə də əməkdaşın özünü görmüş, həmin avtomobil Bərdə RPŞ-nin əməkdaşının olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən 05 mart 2020-ci il tarixdə Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı evdə narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs X8 ilə birlikdə Bərdə rayonunun Sənaye küçəsində, Anar Əhmədovun avtomobilində saxlanılaraq avtomobillə birlikdə Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, Bərdə RPŞ-nin növbətçi hissəsində onun, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı X9, Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1, İTB-nin polis nəfəri Şahid3 və vəkil iştirakı ilə Vidadinin üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 4.06 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar edilmiş, X4 üzərinə şəxsi axtarış keçirildikdə Anarın üzərindən 3 ədəd gümüşü rəngli siqaret kağız bükümündə ümumi təmiz çəkisi 1.11 qram bitki mənşəli kütlə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, Anar Əhmədovun barəsində inzibati qaydada tədbir görüldükdən sonra, Anar polis şöbəsindən buraxılmış, bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı evdə yataq otağında olan çarpayının sağ tərəfində yerləşən şkafın ikinci süyürtməsində 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.44 qram tərkibində narkotik aktivliyə malik komponentlər olmayan çətənə toxumları aşkar edilmişdir. İfadəsinə əlavə olaraq Anar Əhmədovu tutduğu vaxt Anarın üzərindən bir büküm narkotik vasitə aşkar olunduğunu, iki bükümü də yerə atdığını, əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı olduğunu göstərmişdir. Əlavə etmişdir ki, ona məxsus “VAZ-2107” markalı avtomobillə gedərək Anarın avtomobililə isə şöbəyə qayıtmışlar. Vidadi və Anarın üzərinə baxışı şöbədə keçirmişlər, saxladıqları yerdə onların üzərlərinə baxış keçirilməmişdir. Vidadinin üzərinə baxış keçirilərkən aşkar olunan narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Ona məxsus “VAZ-2107” markalı avtomobilVidadigili saxladıqları yerdə qaldığından iş yoldaşı olan polis əməkdaşı Rəşad Məhərrəmova açarı vermişdir ki, avtomobili oradan gətirsin. Özü, Tural, Ruslan, Anar və Vidadi isə Anarın “Azsamand” markalı avtomobili ilə şöbəyə qayıtmışlar. Onun avtomobilini götürməyə gələn Rəşad Məhərrəmovun istifadəsində olan “Priora” markalı avtomobilin qeydiyyat nişanı “941”-dir. Rəşad Məhərrəmov həmin tədbirdə iştirak etməmiş, sadəcə onun avtomobilini götürmək üçün oraya gəlmişdir. Onlar saxlanıldıqları vaxt orada polis əməkdaşlarına məxsus “Niva” markalı avtomobil olmamışdır. Əlavə olaraq ifadəsində göstərmişdir ki, Anar özü də onlara avtomobili Elvin adlı ustaya verməyə gəldiyini bildirmiş, ustanı yalnız onları saxlayan vaxt gördüyünü, sonra isə ustanın hara getdiyini bilmədiyini, Anar Əhmədovu tutduğu vaxt Anarın üzərindən bir büküm narkotik vasitə aşkar olunduğunu, iki bükümü də yerə atdığını dediyini, əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı olduğunu, Anarı Vidadilə birlikdə olduğu üçün saxladıqlarını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə RPŞ-nin İTB-nin sahə nəfəri vəzifəsində xidmətdə olarkən 05 mart 2020-ci il tarixdə Bərdə rayonu Alaçadırlı kəndində müvəqqəti yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı evdə narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs X8 ilə saxlanılaraq avtomobillə birlikdə Bərdə RPŞ-nin inzibati binasına gətirilmişlər. Bərdə RPŞ-nin növbətçi hissəsində onun, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı X9, Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1, İTB-nin polis nəfəri Şahid3 və vəkil iştirakı ilə Vidadinin üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 4.06 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar edilmiş, X4 üzərinə şəxsi axtarış keçirildikdə isə Anarın üzərindən 3 ədəd gümüşü rəngli siqaret kağız bükümündə ümumi təmiz çəkisi 1.11 qram bitki mənşəli kütlə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Anar Əhmədovun barəsində inzibati qaydada tədbir görüldükdən sonra, Anar polis şöbəsindən buraxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı evdə yataq otağında olan çarpayının sağ tərəfində yerləşən şkafın ikinci süyürtməsində 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.44 qram tərkibində narkotik aktivliyə malik komponentlər olmayan çətənə toxumları aşkar edilmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Anar Vidadilə birlikdə olduğu üçün saxlayaraq saxlanılaraq şöbəyə gətirilmiş, Vidadi və Anarın üzərinə baxışı şöbədə keçirmişlər, saxladıqları yerdə onların üzərlərinə baxış keçirilməmişdir. Onların tədbirə getdikləri avtomobillərdən biri şöbənin “Hyundai Elantra” markalı **-AP-*** qeydiyyat nişanlı avtomobil, digəri isə “VAZ-2107” markalı avtomobil olmuşdur. Həmçinin Rəşadın xatırladığı qədərilə “914” qeydiyyat nişanlı avtomobili də orada olmuş, hamısı birlikdə 3 avtomobillə Vidadini saxlamağa getmişlər, şöbəyə isə 4 avtomobillə qayıtmışlar. “914” qeydiyyat nişanlı avtomobil köməyə çağırılmışdı. “Hyundai Elantra” markalı avtomobili kimin idarə etdiyini xatırlamasa da Azər Həşimova məxsus “VAZ-2107” markalı avtomobili özü idarə etmişdir. Onları saxlayan zaman Vidadiyə özü yaxınlaşmış, Anara isə Azər Həşimov yaxınlaşmışdır. Orada “Niva” markalı avtomobil olmamışdır.Şöbəyə qayıdanda isə “VAZ-2107” markalı avtomobili elə Azər Həşimov özü idarə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımaqla əvvəllər onunla qonşu olmuşdur. 05 mart 2020-ci il tarixdə saat 14 radələrində Vidadi ona zəng edərək kəbin kəsdirmək üçün “Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı” idarəsinə getməli olduğundan onu götürməyini xahiş etmişdi. Vidadi ilə razılaşaraq “Azsamand” markalı avtomobilinə əyləşib Vidadini Alaçadırlı kəndindən götürmüşdür. Sonra Vidadiyə avtomobilində nasazlıq olduğuna görə ustaya baş çəkib, növbəyə başqa avtomobil götürməməsini bildirmək üçün Bərdə şəhəri Sənaye küçəsində yerləşən avtomobil ustasına getməyi bildirmiş, bundan sonra da ora getmişlər. Ustaya çatıb, Vidadi ilə avtomobildən düşmək istədikdə mülki geyimdə olan polis əməkdaşları “Niva” markalı avtomobillə gəlib ona və Vidadiyə yaxınlaşaraq hər birini avtomobildən düşürmüşlər. Həmin vaxt qaçmağa cəhd eləmiş, bir qədər qaçsa da, ayağında zədə olduğundan qaça bilməmiş, üzərində olan bükümlərdən ikisini ata bilsə də, biri üzərində qalmışdır. Azər müəllim ona yaxınlaşmış, o üzərində qalmış narkotik vasitəni könüllü olaraq ona təqdim etmişdir. Bundan sonra onun avtomobilinin yanında üzərilərinə baxış keçirilmişdir. Həmin vaxt Vidadinin qolu burulmuş vəziyyətdə iki nəfər tərəfindən üzəri yoxlanılmışdır. Vidadinin üzərindən çıxanları görmüş, onun üzərindən pul, telefon, bıçaq və pul qabı çıxmış, narkotik vasitə aşkar edilməmişdir. Onun üzərindən isə bir çəkimlik marixuana aşkar olunmuşdur. Bundan sonra onları başqa-başqa avtomobillərə əyləşdirmişlər. Təxminən 15-20 dəqiqə sonra köməyə iki əməliyyatçı gəlmiş, Vidadini avtomobildən düşürüb aparmışlar, həmin vaxt özü əməliyyatçı Rəşadın avtomobilində əyləşmişdir. Vidadini avtomobildən təxminən 5 metr aralı aparmışlar, Vidadiyə “bu sənindir” deyə nə isə göstərmişlər, Vidadi isə “niyə şər atırsınız, mənim deyil, üzərimə baxdınız, heç nə tapmadınız” demiş, hətta həmin vaxt Vidadi söyüş də söyərək ona aid heç nə aşkar olunmadığını, ona şər atıldığını bildirmişdir. Daha sonra Vidadi ilə onu ayrıayrı avtomobillərlə Bərdə rayon polis şöbəsinə aparmışlar. Bundan sonra Vidadini görməmişdir. Onu məhkəməyə vermişlər, inzibati məsuliyyətə cəlb olunmuşdur. Amma Vidadinin üzərindən hər hansı bir narkotik vasitənin aşkar olunması ona məlum olmamışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, avtomobil təmiri sexinin qarşısında saxlanılarkən həmin vaxt orada Elvin adlı maşın ustası da olmuş, o da baş verənləri görmüşdür. Vidadinin saxlanıldığı vaxt qaçmadığını, Vidadinin birinci üzərinə baxış keçirdikləri yer ilə sonradan guya Vidadiyə məxsus narkotik vasitəni taparaq göstərdikləri yer arasında təxminən 7-8 metr məsafə olduğunu, Vidadinin həmin yerə gedib çıxmasına imkan olmadığından, oradan guya Vidadiyə məxsus narkotik vasitənin tapılmasına inanmadığını göstərmişdir. Əlavə olaraq göstərmişdir ki, Vidadinin üzərindən polis şöbəsində narkotik vasitənin çıxdığını nə görməmiş, nədəki eşitməmişdir. Şöbədə Vidadini bir dəfə otaqdan çıxanda görmüş, onun arxası ilə də o otağa girmişdir. İstintaq zamanı da Vidadinin üzərindən narkotik vasitə çıxmasını görmədiyini və eşitmədiyini bildirmiş, istintaq zamanı ifadəsində yazılanların doğru olmadığını göstərmişdir. Əlavə etmişdir ki, istintaqa verdiyi ifadəsində Vidadinin üzərindən şəffaf sellofana bükülü vəziyyətdə, ağ rəngli bərk halda ümumi çəkisi 4,06 qram olan narkotik vasitə hesab edilən metomfetamin aşkar edildiyi ona məlum olduğu, həmin narkotiki 4 nömrəli məktəbin yaxınlığında olan çinar ağacının dibindən tapdığının polis şöbəsində Vidadidən öyrəndiyi göstərilsə də o belə bir ifadə verməmiş, şöbədə Vidadinin üzərinə baxış keçirilib-keçirilməməsini bilməmiş, həmin ifadə müstəntiq tərəfindən yazılmış, iştirak etmədiyi halda narkotikin rəngini, çəkisinin ona necə məlum ola biləcəyini anlamadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 055 397 30 15 saylı mobil nömrə onun qızı X1 adına olsa da, həmin nömrə onun istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, Bərdə şəhəri, 20 yanvar parkında olan çayçıdan tanıyır, belə ki, Vidadi həmin çayçını işlətmiş, o, istifadəsində olan 055 397 30 15 saylı mobil nömrə ilə Vidadinin istifadəsində olan 055 329 09 60 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmasından, yaxud həmin maddələrin alqı-satqısı ilə məşğul olmasını eşitməmişdir. Müstəntiq onu polis şöbəsinə dəvət edəndən sonra Vidadinin üzərindən narkotik aşkar edildiyini müstəntiqdən eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, 055 269 39 91 saylı mobil nömrə ona məxsus olmuş, həmin mobil nömrə ilə qardaşı Vidadi ilə tez-tez əlaqə saxlayıb, SMS yazmışdır. Sonra ona məlum olmuşdur ki, qardaşı Vidadi üzərində psixotrop maddə olduğu üçün Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Qardaşı Vidadinin narkotik vasitələr və psixotrop maddələr istifadə etdiyini bilməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində də qardaşı Vidadinin narkotik vasitələr və psixotrop maddələr istifadə etdiyini bilmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki,Bərdə rayonunun Qullar kəndində yaşayır. Bərdə rayonunun Sənaye küçəsində yerləşən avtomobil təmiri sexində usta işləyir. X6 bir neçə dəfə yanına avtomobilini təmir etdirmək üçün gətirdiyindən onu tanımışdır. Təqsirləndirilən şəxsi isə tanımır. Hadisə baş verdiyi gün Anar Əhmədov və təqsirləndirilən şəxs, adını sonradan bildiyi Təqsirləndirilən şəxs yanına gəlmişlər. Anar VVAQ-a getdiklərini, gələndə avtomobilini düzəltməsini bildirmiş, razılaşdıqları vaxt bir “VAZ-2107”, bir də “Chevrolet Niva” markalı avtomobillər gəlmiş, həmin avtomobillərdən düşənlər Anarın avtomobilinə yaxınlaşmışılar. Onlara avtomobildən düşməyə imkan vermədən hər ikisinin qolundan tutaraq avtomobildən çıxarmışlar. Vidadinin üstünə baxış keçirmişlər, onun cibindən telefonu, siqareti çıxarıb avtomobilin üzərinə qoymuşlar, başqa nəsə çıxmasını xatırlamamış, narkotik vasitə aşkar edildiyini görməmişdir. X24 aparmışlar. Bundan sonra isə Vidadini avtomobildən çıxarıb yenidən sexin qarşısına gətirmişlər. Bu vaxt Vidadi qışqırıb “mənim heç nəyim yoxdur” demiş, onlar da yerdən nəsə tapdıqlarını ona demişlər, Vidadi isə söyüş söyərək ona məxsus olmadığını bildirmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Anarın polislərə cibindən çıxarıb nəsə verdiyini görmüş, polislərin yerdən nə isə götürdüklərini, tapdıqlarını görməmiş, sexə çox avtomobil gəlib-getdiyindən “Priora” markalı avtomobili görməmiş, polislərin Vidadinin üzərindən narkotik tapmaları ilə bağlı dediklərini xatırlamadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. 05.03.2020-ci il tarixdə Bərdə rayon polis şöbəsinə iki nəfər Anar və Vidadi adlı şəxslər gətirilmiş, istintaq-əməliyyat qrupunun tərkibində olduğundan iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin ilkin sənədləşdirilməsini aparmışdır. Anar Əhmədovun işi isə şöbənin digər təhqiqatçısı Eşqin Məmmədovda olmuşdur. Şöbədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxış zamanı onun üzərindən metamfetamin aşkar olunmuş və Vidadinin iştirakı ilə onun üzərindən aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə kifayət qədər çox olduğundan onun evində də narkotik vasitə ola biləcəyi şübhə yaratdığından Vidadinin evinə də baxış keçirmişlər. Onun evindən 0,44 qram marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Vidadigilin evinə gedən zaman Vidadi anasına “ana məni filankəs satdı” deyə bildirmiş, sonra isə Vidadinin üzərindən və evindən aşkar olunmuş narkotik vasitəni ekspertizaya təqdim etmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Vidadinin üzərinə baxış keçirilərkən onun üzərindən sadə telefon da aşkar olunmuş, həmin telefonu sənədləşdirib xatırladığı qədərilə istintaqa təqdim etmişdir. Həmçinin göstərmişdir ki, cinayət işini CM-in 234.1-ci maddəsi ilə başlamaq istəmiş, lakin prokuror çəkinin çox olduğundan Məcəllənin 234.4.3-cü maddəsi ilə başlamağını bildirdiyi üçün CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 05 mart 2020-ci il tarixdə Vidadi evdən çıxanda “Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı” idarəsinə getdiyini demiş, özü ilə də sənəd, şəxsiyyət vəsiqəsi götürmüşdü. Belə ki, Vidadi Zülfiyyə adlı xanımla ailə qursa da,nikahını rəsmi qeydiyyata aldırmamışdı. Təxminən 2 saatdan sonra evə polislər gələrək evə baxış keçirmişlər. Evdən yalnız “toxumlar” çıxmış, başqa heç nə aşkar edilməmişdir. Orada Vidadidən nə baş verdiyini soruşmuş, Vidadi də “vallah mənim günahım yoxdu, bu oyunu mənə Anar oynayıb, məndən heç nə çıxmayıb” deyə bildirmişdir. Bundan sonra da polislər Vidadini götürüb şöbəyə aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Vidadi təcridxanaya gələndən sonra ona telefonla zəng edərək bildirmişdir ki, ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmiş, ancaq onda ümumiyyətlə belə bir şey olmamış, onu şöbədə aldatmışlar ki, CM-in 234.1-ci maddəsi ilə qol çəksin, onu buraxacaqlar. Bundan sonra Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə anası X2 adından müraciətlər etmişlər, lakin Baş Prokurorluqdan sadəcə məlumat gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq təcridxanasına daxil olduğu gündən daxili rejim qaydalarını heç vaxt kobud surətdə pozmamış, birgə yaşayış qaydalarına daima riayət etmiş, həbs olunmuş şəxslərlə münasibətlərdə səmimi və normal olmuş, onun barəsində əməliyyat aparatına heç bir məlumat daxil olmamışdır. Ancaq 10.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin düzgün aparılmaması ilə bağlı narazılıq bildirmiş, aclıq ilə bağlı təşəbbüs göstərərək digər həbs olunmuş şəxslərə ziyan verilməməsi üçün ərizə ilə müəssisə rəisinə müraciət edərək onu digər həbs olunmuş şəxslərdən təcrid edilməsini xahiş etmiş, müəssisə rəisi də onun ərizəsini nəzərə alıb 10.03.2020-ci il tarixdə onu 10 gün cərimə təcridxanasına təcrid etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs növbəti dəfə barəsində aparılan cinayət işindən narazı olduğu üçün gərginlik keçirərək, aclıq ilə bağlı təşəbbüs göstərərək ərizə ilə müəssisə rəisinə müraciət edərək onu digər həbs olunmuş şəxslərdən təcrid edilməsini xahiş etmişdir. Müəssisə rəisi də onun ərizəsini nəzərə alıb 01.06.2020-ci il tarixdə 10 gün müddətinə təhlükəsizlik qərarı ilə Təqsirləndirilən şəxs cərimə təcridxanasına təcrid etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, vəzifələri həbs olunmuş şəxslərə qanunverilciliyin tələblərini izah edib onların cinayət işi ilə bağlı müvafiq instansiyalara müraciət etmələrini izah etməkdir. Təqsirləndirilən şəxs təşəbbüs etdiyi aclıqla bağlı qeydiyyat işləri aparılacağı halda, bunun digər təqsirləndirilən şəxslər tərəfindən də belə bir addımın atılması ilə nəticələnə biləcəyindən ehtiyat etmişlər, lakin vaxtında profilaktik tədbirlər görüb, söhbətlər apardıqlarına görə bunun qarşısı alınmışdır. Əlavə etmişdir ki, Təqsirləndirilən şəxs müəssisə rəhbərliyinə barəsində olan cinayət işinin düzgün aparılmadığı ilə bağlı müraciətlər etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş 05.03.2020-ci il tarixli raportdan görünür ki, alınmış əməliyyat məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur, üzərində mütəmadi olaraq narkotik vasitə gəzdirir və yaşadığı evdə saxlayır. İş materiallarına əlavə edilmiş Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş 05.03.2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxsla bağlı əməliyyat məlumatının yoxlanılması məqsədilə o Bərdə şəhəri, Sənaye küçəsində saxlanılarkən onunla birlikdə olan X8 özünü şübhəli apararaq qaçmaq istəyərkən hər iki şəxs tərəflərindən tutularaq polis şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı Bərdə rayon polis şöbəsindən götürülərək iş materiallarına əlavə edilmiş HK-1/734 nömrəli “Bərdə RPŞ-nin NMQ-nın əməliyyat müvəkkilinin raportu əsasında Bərdə RPŞ-nin TB-də toplanmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş material”da olan X4 şübhəli şəxs qismində tutulmasına dair 05 mart 2020-ci il tarixli qərardan görünür ki, Bərdə rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 yazdığı raport əsasında Anar Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinmişdir. Onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmasına dair əsaslı şübhələr yarandığından və bununla bağlı inanılmış mənbələrdən əməliyyat məlumatları daxil olduğundan Anar Əhmədovun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 05 mart 2020-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan görünür ki,Bərdə rayonunda üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Bərdə rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında 05 mart 2020-ci il tarixdə, saat 14:50-də Bərdə rayon polis şöbəsinə gətirilmiş və Bərdə RPŞnin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən həmin tarixdə, saat 14:55-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə axtarış aparmağa başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X7 iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra üzərində hər hansı bir qanunsuz əşya, predmetin olub-olmadığı şübhəli şəxs Təqsirləndirilən şəxs soruşulmuş və olduğu halda könüllü təhvil verməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən şəffaf sellofana bükülü vəziyyətdə ağ rəngli bərk halda narkotik vasitə hesab edilən metofetaminə bənzər kütləni könüllü olaraq çıxardıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, həmin narkotik vasitədən heç kimə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində oları paltonun sol iç yan cibindən şəffaf şüşədə 5 qramlıq duxu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Həmin şəffaf seloffan içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəki 4.06 qram olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, onun üzərindən başqa heç bir qeyri-qanuni əşya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi içərisində psixotrop maddə hesab edilen metofetaminə bənzər kütlə olan 1 ədəd şəffaf seloffan büküm zərfə qoyulmuş, DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs zərfin üzərinə imza etmiş, şəxsi axtarış və götürməni özündə əks etdirən videoçəkiliş bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 05 mart 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bərdə rayonunun Alaçadırlı kəndində kirayə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, Təqsirləndirilən şəxs yataq otağı olduğunu dediyi otağa baxış zamanı çarpayının sağ tərəfində yerləşən şkafın ikinci siyirməsində həmin yerdə olan kağızların, təsbehin və “colgate” diş məcunu karobkasının arasında kağız bükülü aşkar olunmuş, həmin bükülünün içərisi açılmış, içərisində narkotik vasitə hesab edilən marixunaya bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nəşə toxumu olduğunu, atasından qaldığını bildirmişdir. Həmin kütlə iştirakçıların yanında kağızla birlikdə elektron tərəzidə çəkilmiş ümumi çəkisi 0.44 qram olmuşdur. Həmin kütlə kağızla birlikdə zərfə qoyularaq qablaşdırılmış, başqa heç bir qeyri-qanuni predmet aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsi tərəfindən təqdim edilmiş 06 mart 2020-ci il tarixli 189 nömrəli məhkəmə bioloji ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri olan zərfdəki, 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 3,898 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş......” sözləri olan zərfdəki, 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,128 qram bitki toxumları çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 07mart 2020-ci il tarixli “təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05mart2020-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə, yəni 05 iyul 2020-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon icra hakimiyyəti başçısının Kələntərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 26.03.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Alaçadırlı kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon icra hakimiyyəti başçısının Kələntərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 26.03.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş 05may 2020-ci il tarixli, 298 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan “Metamfetamindən” epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə tərkibi cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsindən müəyyən olunmuşdur ki, Bərdə rayon polis şöbəsində üzərinə videoçəkilişlə baxış keçirilənə qədər saxlanıldığı vaxt avtomobil təmiri sexinin yanında onun və Anar Əhmədovun üzərilərinə baxış keçirilmiş, həmin vaxt üzərindən şəxsiyyət vəsiqəsi, pul qabı, bıçaq, sadə “Nokia” markalı telefon, pul, ətir və dəsmal çıxmış, üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Polis şöbəsində videoçəkilişlə baxış keçirilən zaman isə üzərindən psixotrop maddə və ətir aşkar olunmuş, şəxsiyyət vəsiqəsi, pul qabı, bıçaq, sadə “Nokia” markalı telefon, pul və dəsmal baxış protokolunda göstərilməmiş və videoçəkilişdə üzərindən çıxdığı müəyyən edilməmişdir. Ancaq cinayət işinə onun şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Hesab etmişdir ki, bununla da onun üzərinə polis şöbəsində deyil, saxlanıldığı vaxt baxış keçirildiyi və həmin vaxt üzərində olmuş əşyaların götürüldüyü təsdiq olunmuşdur. Saxlanılan vaxt Anar Əhmədova məxsus avtomobilin yanında və “Niva” markalı avtomobilin salonunda üzəri yoxlanılsa da heç nə aşkar olunmamış, sonradan isə guya yerdən dəsmalın içində ona məxsus narkotik vasitə aşkar olunduğunu bildirmişlər, lakin ona heç bir narkotik göstərilməmiş, narkotiki yalnız polis şöbəsində cibinə qoyularkən görmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan məzmunlu ifadəsi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Anar Əhmədovun və Elvin Əliyevin ifadələri ilə də öz təsdiqini tapmışdır. Belə ki, Anar Əhmədov ifadəsində saxlanıldıqları vaxt onun avtomobilinin yanında üzərilərinə baxış keçirildiyini, həmin vaxt Vidadinin qolu burulmuş vəziyyətdə iki nəfər tərəfindən üzərinin yoxlanıldığını, Vidadinin üzərindən pul, telefon, bıçaq və pul qabı çıxdığını, narkotik vasitənin aşkar edilmədiyini göstərmişdir. Həmçinin şahid qismində dindirilmiş Elvin Əliyev ifadəsində sexin yanında polis əməkdaşlarının hər ikisini qolundan tutaraq avtomobildən çıxardıqlarını, Vidadinin üstünə baxış keçirdikləri vaxt onun cibindən telefonu, siqareti çıxarıb avtomobilin üzərinə qoyduqlarını, başqa nəsə çıxmasını xatırlamadığını, narkotik vasitə aşkar edildiyini görmədiyini, sonra Vidadini “Niva”ya apardıqlarını, bundan sonra isə Vidadini avtomobildən çıxarıb yenidən sexin qarşısına gətirdiklərini, həmin vaxt Vidadinin qışqırıb “mənim heç nəyim yoxdur” dediyini, onlar da yerdən nəsə tapdıqlarını ona dediklərindən Vidadinin söyüş söyərək ona məxsus olmadığını bildirdiyini göstərmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində Vidadinin üzərinə baxış keçirilərkən onun üzərindən sadə telefon aşkar olunduğundan sənədləşdirib xatırladığı qədərilə istintaqa təqdim etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, mütəmadi olaraq psixotrop maddə olan metamfetamin istifadə edir, X8 ilə o, əvvəllər qonşu olmuş, belə ki, o, əvvəllər Bərdə şəhəri Q.B. Zakir küçəsi ev 48-də yaşamış, hal-hazırda isə Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır, onun Anarla heç bir düşmənçiliyi və ədavəti olmamış, 05 mart 2020-ci il tarixdə saat 14 radələrində o, Anara zəng vurub onu “Vətəndaş vəziyyəti qeydiyyatı” idarəsinə aparmasını xahiş etmiş, bundan sonra Anar idarə etdiyi “Azsamand” markalı avtomobil ilə yaşadığı küçəyə gəlib onu ordan götürüb avtomobildə olan nasazlığa görə Bərdə şəhəri, Sənayə küçəsində yerləşən avtomobil ustasına aparmış, avtomobil ustasına çatdıqda o və Anar avtomobildən düşmüş, bu zaman onlara mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib polis şöbəsinə dəvət etmişlər, o və Anar ayrı-ayrı avtomobillərdə polis şöbəsinə gəlmiş, polis şöbəsinə çatdıqda onun üzərinə vəkil iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibində şəffaf sellofanda saxladığı 1 ədəd sellofan bükümdə olan psixotrop maddə hesab edilən metamfetamini təqdim etmiş, həmin büküm içərisində olan maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 3.898 qram olması müəyyən edilmiş, bundan sonra həmin büküm qablaşdırılmış, 1 ədəd selofan bükümdə olan ümumi çəkisi 3.898 qram psixotrop maddə hesab edilən metamfetamini o, təxminən 2 ay bundan əvvəl Bərdə şəhəri, Q.B.Zakir küçəsində 4 nömrəli məktəbin yaxınlığında çinar ağacının dibindən tapmışdır. İbtidai istintaq zamanı verdiyi qeyd olunan ifadə ilə bağlı məhkəmə istintaqı zamanı bildirmişdir ki, ibtidai istintaq zamanı onun adından yazılmış ifadələr həqiqəti əks etdirməmiş, həmin ifadələrdə polis şöbəsinə aparılanadək avtomobil sexinin yanında baş verənlər göstərilməmiş, saxlanılarkən üzərinə baxış keçirilməsi, guya yerdən ona məxsus narkotik vasitənin tapılması qeyd edilməmiş, üzərindən guya aşkar edilmiş həmin narkotiki 2 ay əvvəl Bərdə şəhərində, Q.B.Zakir küçəsində 4 nömrəli məktəbin yaxınlığında çinar ağacının dibindən tapdığı göstərilmişdir ki, bunun da tamamilə yalan olduğunu bildirmişdir. Əlavə etmişdir ki, həmin hal həqiqət olduğu təqdirdə, həmçinin metamfetamin istifadəçisi olduğu halda 2 ay ərzində niyə təxminən 3 qram çəkidə olan metamfetamini istifadə etməyərək cibində saxlamış, yaxud üstündə olmuşsa polis şöbəsinə gətirilərkən yolda üzərindən atmamışdır. Həmçinin əlavə etmişdir ki, müstəntiq tərəfindən yazılmış ifadəni özünü ümumiyyətlə təqsirli bilmədiyinə görə imza etməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı əlavə olaraq qeyd etmişdir ki, həbs qətimkan tədbirinin seçilməsilə bağlı Bərdə rayon məhkəməsində keçirilən iclas zamanı məhkəmə prosesində ağrıları olduğundan özünü təqsirli bilməyini xatırlamadığını, sadəcə həmin vaxt zaminə buraxılmağı xahiş etdiyini xatırladığını, CM-in 234.4.3-cü maddəsi ilə bağlı özünü təqsirli bilməyərək sənədləri imzalamadığı halda, məhkəmə zamanı özünü təqsirli bilməyinin qeyd olunmağını anlamadığını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə etmədiyi əmələ görə həbs edilməsinə etiraz edərək istintaq təcridxanasında aclıq aksiyasına başlamış, məhkəmə başladıqdan sonra isə aclığı dayandırmışdır. Məhkəmə istintaqı zamanı qeyd olunan halla bağlı şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini X14 ifadəsində Təqsirləndirilən şəxs 10.03.2020-ci il və 01.06.2020-ci il tarixlərdə barəsində olan cinayət işinin düzgün aparılmaması ilə bağlı narazılığını bildirərək aclıq ilə bağlı təşəbbüs göstərdiyini təsdiq etmişdir. Bundan başqa şahid X4 məhkəməyədək icraat zamanı şahid qismində dindirilməsinə dair ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmasını polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən bilmiş, Vidadinin üzərindən şəffaf sellofana bükülü vəziyyətdə, ağ rəngli bərk halda ümumi çəkisi 4,06 qram olan narkotik vasitə hesab edilən metamfetamin aşkar edildiyinin ona məlum olduğunu, həmin narkotiki 4 nömrəli məktəbin yaxınlığında olan çinar ağacının dibindən tapdığını polis şöbəsində Vidadidən öyrəndiyini göstərmişdir. Lakin iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 05 mart 2020-ci il tarixli protokollardan görünür ki, şəxsi axtarış zamanı nə X29 Məmmədovun üzərinə şəxsi axtarış keçirilməsi zamanı, nədəki Təqsirləndirilən şəxs Anar Əhmədovun üzərinə şəxsi axtarış keçirilməsi zamanı həmin proseslərdə iştirak etməmişlər. Anar Əhmədov məhkəmə istintaqı zamanı ibtidai istintaqda belə bir məzmunda ifadə vermədiyini, şöbədə Vidadinin üzərinə baxış keçirilib-keçirilməməsini bilmədiyini, şöbədə Vidadilə ünsiyyətdə olmadığını, Vidadinin üzərindən narkotik vasitə çıxmasını görmədiyini və eşitmədiyini, həmin ifadənin müstəntiq tərəfindən yazıldığını, iştirak etmədiyi halda narkotikin rənginin, çəkisinin ona necə məlum ola biləcəyini anlamadığını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Anar Əhmədov göstərmişdir ki, polis əməkdaşları tərəfindən avtomobildən düşürüldüyü vaxt qaçmağa cəhd eləmiş, bir qədər qaçsa da, ayağında zədə olduğundan qaça bilməmiş, üzərində olan bükümlərdən ikisini ata bilsə də, biri üzərində qalmışdır. Azər ona yaxınlaşmış, o üzərində qalmış narkotik vasitəni könüllü olaraq ona təqdim etmişdir. Bundan sonra onun avtomobilinin yanında üzərilərinə baxış keçirilmişdir. Qeyd olunanlar da ibtidai istintaq zamanı müstəntiq tərəfindən ifadəsinə yazılmamışdır. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon polis şöbəsinin əməkdaşları Şahid1, X5 və Şahid3 Təqsirləndirilən şəxs və Anar Əhmədovu hansı şəraitdə saxlamaları, saxladıqları vaxt onların üzərilərinə həmin yerdə baxış keçirib-keçirməmələri, əməliyyat tədbirində digər polis əməkdaşlarının iştirak edibetməməsi, onları polis şöbəsinə gətirmələri və digər məqamlarla bağlı ifadələrində ziddiyyətlər aşkar olunmuşdur. Belə ki, Şahid1 ifadəsində Vidadini saxlamağa yalnız Azər Həşimovun ağ rəngli “VAZ-2107” markalı avtomobili ilə getdiklərini, saxladıqları vaxt Anar və Vidadinin üzərinə avtomobilin yanında baxış keçirilmədiyini, şöbəyə Anarın “Azsamand” markalı avtomobili ilə qayıtdıqlarını, sonradan əməkdaşlardan Rəşadı A.Həşimovun “VAZ-2107” markalı avtomobilini götürməsi üçün çağırdıqlarını, “Priora” markalı avtomobili görmədiyini bildirmişdir. X13 ifadəsində Anar Əhmədovu tutduğu vaxt Anarın üzərindən bir büküm narkotik vasitə aşkar olunduğunu, iki bükümü də yerə atdığını dediyini, əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı olduğunu göstərmişdir. Şahid3 isə ifadəsində onların tədbirə getdikləri avtomobillərdən birinin şöbənin “Hyundai Elantra” markalı **-AP-*** qeydiyyat nişanlı avtomobil, digəri isə “VAZ-2107” markalı avtomobil olmuşdur. Həmçinin Rəşadın “914” qeydiyyat nişanlı avtomobili də orada olmuş, hamısı birlikdə 3 avtomobillə Vidadini saxlamağa getmişlər, şöbəyə isə 4 avtomobillə qayıtmışlar. “914” qeydiyyat nişanlı avtomobil köməyə çağırılmışdı. Göründüyü kimi Şahid1 və X5 ifadələrində göstərdiklərindən fərqli olaraq Şahid3 ifadəsində onların tədbirə getdikləri avtomobillərdən birinin şöbənin “Hyundai Elantra” markalı **-AP-*** qeydiyyat nişanlı avtomobil, digərinin isə “VAZ-2107” markalı avtomobil olduğunu, Rəşadın “914” qeydiyyat nişanlı avtomobilinin də orada olduğunu, hamısının birlikdə 3 avtomobillə Vidadini saxlamağa getdiklərini, şöbəyə isə 4 avtomobillə qayıtdıqlarını, “914” qeydiyyat nişanlı avtomobili köməyə çağırdıqlarını bildirməsi, X5 isə əlavə olaraq Anar Əhmədovu tutduğu vaxt Anarın üzərindən bir büküm narkotik vasitə aşkar olunduğunu, iki bükümü də yerə atdığını deməsini göstərməsilə saxladıqları vaxt Təqsirləndirilən şəxs və Anar Əhmədovun üzərilərinə baxış keçirildiyini dolayı yolla təsdiq etmiş, bununla da Təqsirləndirilən şəxs və Anar Əhmədovun ifadələrinin həqiqiliyi təsbit edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuş, həmin vaxt verdiyi izahatda təqdim etdiyi şəffaf sellofana bükülmüş kütlənin narkotik vasitə olan “şüşə” olduğunu, həmin narkotiki təxminən 2 ay əvvəl Bərdə şəhəri Q.B.Zakir küçəsində 4 nömrəli məktəbin yaxınlığında çinar ağacının dibindən tapdığını, narkotik vasitə istifadəçisi olduğundan istifadə etmək məqsədilə üzərində saxladığını, 05 mart 2020-ci il tarixdə saat 14 radələrində Bərdə şəhəri Sənaye küçəsində olan vaxt mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə getməli olduğunu demişlər. Polis şöbəsinə gəldikdən sonra üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibində olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. 06 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində isə göstərmişdir ki, 05 mart 2020-ci il tarixdə saat 14 radələrində Anar idarə etdiyi avtomobil ilə onu yaşadığı küçədən “vətəndaş vəziyyəti aktlarının qeydiyyatı” idarəsinə aparması üçün götürmüş, avtomobildə olan nasazlığa görə Bərdə şəhəri Sənaye küçəsində yerləşən avtomobil ustasına aparmış, ora çatdıqda avtomobildən düşmüşlər. Bu zaman onlara mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər və ayrı-ayrı maşınlarda polis şöbəsinə gəlmişlər. Polis şöbəsində şəxsi axtarış zamanı könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibində şəffaf sellofanda saxladığı 1 ədəd sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin metamfetamini təxminən 2 ay əvvəl Bərdə şəhəri Q.B.Zakir küçəsində 4 nömrəli məktəbin yaxınlığında çinar ağacının dibindən tapdığını bildirmişdir. 07 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə nəzərdə tutulan ittiham elan edilmiş, o həmin ittihama imza etməkdən imtina etmiş, verilmiş ittiham üzrə həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü qismən təqsirli bildiyini göstərərək ifadəni imza etməkdən imtina etmişdir. Bundan sonra o təqsirləndirilən şəxs qismində yenidən dindirilməmişdir. 25 may 2020-ci il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokoldan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özünü CM-nin 234.4.3-cü maddəsilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsilə təqsirli bildiyini göstərmiş və protokolu imzalamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 05 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə şübhəli şəxs qismində tutularkən verdiyi izahatda və şübhəli şəxs qismində verdiyi ifadəsində psixotrop maddənin ona məxsus olduğunu bildirmiş, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə nəzərdə tutulan ittiham elan edilərək təqsirləndirilən şəxs qismində dindirildiyi vaxt isə ittihamı qəbul etməyərək qərar və protokolu imzalamaqdan imtina etmişdir. Sadalananlar bir daha Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiklərinin doğruluğunu təsbit etmişdir. Bundan başqa iş materiallarında olan “cinayət işinin başlanılması, icraata qəbul edilməsi və aidiyyatı üzrə göndərilməsi haqqında” 06 mart 2020-ci il tarixli qərardan görünür ki, 05 mart 2020-ci il tarixdə saat 14 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin üzərində gəzdirilməsində və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs Bərdə şəhəri Sənayə küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilmiş baxış zamanı onun üzərindən şəffaf sellofana bükülüdə 4,06 qram narkotik vasitə hesab edilən metomfetominə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsilə cinayət işi başlanılmışdır. Lakin iş materiallarından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Anar Əhmədovla birlikdə sonuncunun idarə etdiyi avtomobildə saxlanılmış, Anar Əhmədov saxlanılarkən qaçmağa cəhd etmiş, hər ikisi polis şöbəsinə gətirilmiş və üzərlərinə baxış keçirilərkən psixitrop maddə və narkotik vasitə aşkar edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 14 mart 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda da bu hal öz əksini tapmışdır. Bundan başqa cinayət işinin materiallarında olan X4 şahid qsimində dindirilməsinə dair ifadəsində o üzərindən aşkar edilmiş 3 büküm narkotik vasitə olan marixuananı 4 saylı məktəbin işıqforunun altından tapdığını göstərsə də, cinayət işinin başlanmasının rədd edilməsinə dair materiallarda olan izahatında o həmin narkotik vasitəni 4 nömrəli məktəbin yaxınlığında işlədiyi bərbərxananın yaxınlığında yerdən tapdığını göstərmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən də müəyyən olunmuşdur ki, o psixotrop maddəni 4 nömrəli məktəbin yaxınlığında çinar ağacının dibindən tapmışdır. X32 üzərindən aşkar olunmuş 3 büküm narkotik vasitə olan marixuananı, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini 4 nömrəli məktəbin yaxınlığından tapmalarının ibtidai istintaq zamanı izahat və ifadələrində təhqiqatçı və müstəntiq tərəfindən göstərilməsi, lakin həm Təqsirləndirilən şəxs, həm də Anar Əhmədovun ibtidai istintaq zamanı verdikləri ifadələrin həqiqiliyi şübhə yaratdığından Təqsirləndirilən şəxs psixotrop maddəni 4 nömrəli məktəbin yaxınlığından tapması ilə bağlı ifadəsi də inandırıcı ifadə kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon polis şöbəsinin əməkdaşları, o cümlədən narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı evdə narkotik vasitələri saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onunla birlikdə olan X4 da saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişlər. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin materiallarında da bu hal öz əksini tapmışdır. Lakin iş materiallarına əlavə edilmiş HK-1/734 nömrəli “Bərdə RPŞ-nin NMQ-nın əməliyyat müvəkkilinin raportu əsasında Bərdə RPŞ-nin TB-də toplanmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş material”da olan X4 şübhəli şəxs qismində tutulmasına dair 05 mart 2020-ci il tarixli qərardan görünür ki, Bərdə rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 yazdığı raport əsasında Anar Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinmişdir. Onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmasına dair əsaslı şübhələr yarandığından və bununla bağlı inanılmış mənbələrdən əməliyyat məlumatları daxil olduğundan Anar Əhmədovun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Halbuki iş materiallarında yalnız Təqsirləndirilən şəxsla bağlı əməliyyat məlumatının olmasına dair raport vardır, nə cinayət işində, nədəki cinayət işinin başlanmasının rədd edilməsinə dair materiallarda Anar Əhmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmasına dair belə bir raport mövcud deyildir. Göründüyü kimi Anar Əhmədovun barəsində də narkotik vasitələrin dövriyyəsində şübhəli olmasına dair əməliyyat müvəkkili Şahid1 raport versə də, məhkəmə istintaqı zamanı isə ifadəsində əməliyyat məlumatının ancaq Təqsirləndirilən şəxsla bağlı olduğunu bildirməsi, həmçinin Anar Əhmədovla bağlı əməliyyat məlumatına dair raportun iş materiallarına əlavə edilməməsi, qeyd olunanlarla yanaşı Təqsirləndirilən şəxs barəsində saxlanılaraq polis şöbəsinə gətirilməsilə bağlı Şahid1 tərtib etdiyi raportda X25 Məmmədovun yanında olan şəxs kimi təqdim edilməsi və sadalanan digər hallar bütövlükdə həmin əməliyyat tədbirinin obyektivliyini şübhə altına almışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində saxlanıldığı gün VVAQ şöbəsinə gedərkən üzərində şəxsiyyət vəsiqəsini götürdüyünü, Bərdə rayonunun Sənaye küçəsində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərinə keçirilən baxış zamanı digər predmetlərlə yanaşı şəxsiyyət vəsiqəsinin də götürüldüyünü, cinayət işinin materiallarına isə həmin sənədin surətinin əlavə edildiyini bildirmişdir. İş materiallarından görünür ki, cinayət işinin 60-cı səhifəsində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, iş materiallarına isə şəxsiyyət vəsiqəsi əlavə edilmiş, lakin şəxsiyyət vəsiqəsinin hansı qaydada götürülərək cinayət işinin materiallarına əlavə edilməsi göstərilməmişdir. Belə ki, iş materiallarında olan Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı Orxan İsmayılov tərəfindən Bərdə RPŞ-nin rəisinə yazdığı 06.03.2020-ci il tarixli raportda Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin İstintaq Bölməsinə həvalə edilməsinə göstəriş verilməsi xahiş edilmiş, cinayət işinin materiallarına qoşma olaraq şəxsiyyət vəsiqəsinin əlavə edilməsi ilə bağlı heç bir qeyd aparılmamışdır. Bu da öz növbəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həqiqiliyini göstərir. Bununla yanaşı iş materiallarından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən sonra onun yaşadığı evdə də baxış keçirilsə də, Anar Əhmədovun üzərindən 3 büküm narkotik vasitə aşkar olunsa da onun yaşadığı ünvanda baxış keçirilməmiş, o inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs və X4 ibtidai istintaq zamanı verdikləri ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək, onların, həmçinin X10 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini daha inandırıcı və obyektiv ifadələr kimi qəbul edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş “şəxsi axtarış və götürmə haqqında” 05 mart 2020-ci il tarixli protokolu da həqiqi və obyektiv protokol kimi qəbul etmir. Həmçinin məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon polis şöbəsinin əməkdaşları Şahid1, X5 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, onlar iş üzrə maraqlı şəxslər olduqlarından verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, bir ədəd şəffaf sellofan bükümdə, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,398 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmin maddənin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 60 (altmış) manat 80 (səksən) qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349, 350-ci maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş bir ədəd şəffaf sellofan bükümdə, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,398 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmin maddənin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 60 (altmış) manat 80 (səksən) qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-25/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-25/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver