Məhkəmə qərarları › İş №1(100)-25/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-25/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-25/2023 05.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olumuş, işsiz, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 9-cu döngə, ev 54-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 906,78 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və X7 nəzdində X3 küçəsi 153 ünvanında yereləşən kollecin yataqxanasının balansında olan yaşayış olmayan binanın birinci mərtəbəsində saxlamış və Gəncə şəhər Nizami rayon Pİ-nin CAŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Nizami rayonu, Səməd Vurğun küçəsində müəyyən edilib Gəncə şəhəri, Nizamı rayonu, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizamı rayon Polis İdarəsinə qanunsuz gətirilib üzərində şəxsi axtarış keçirilərkən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 906.78 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə olan marixuanadan 1.78 qramı üzərindən aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs göstərdiyi X7 nəzdində X3 küçəsi 153 ünvanında yereləşən kollecin yataqxanasının balansında olan yaşayış olmayan binanın birinci mərtəbəsində baxış keçirilən zaman bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 905 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Nizami rayonu 9-cu döngədə yaşamış, fəhlə işləmiş təxminən 10 ildir ki, narkotik vasitə heroin və tiryək istifadə istifadə etmişdir. Narkotik vasitə olan marixuanadan isə istifadə etməmişdir. Hadisə günü o öz evinin həyətində oturan zaman polis işçiləri gələrək onu döyə-döyə Nizami rayon polis bölməsinə aparmışlar. Polis bölməsində döyərək onun qabağına 4 ədəd qadın paltarı qoyub ona qadın paltarı geyindirəcəklərini demişlər. Daha sonra onu Kollecə apararaq orada çəkiliş həyata keçirmişlər. Çəkilişdən qabaq kibrit qutusunda olan narkotik vasitəni polislər əməkdaşları cibinə qoymuş və çəkilişdən qabaq ona çəkiliş zamanı nə deyəcəyini əzbərlətmişlər. Çəkiliş zamanı vəkil də olmuşdur. O, narkotik vasitə istifadəçisi olduğu üçün CM-nin 234.1-ci maddəsi ilə razılaşmışdır. O, şübhəli şəxs qismində tutularkən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş sonradan ona məlum olmuşdur ki, ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunub. Üzərindən və kollecin tikilisindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Təzyiq nəticəsində həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etmiş və sənədləri imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, üzərində gəzdirməsi ilə məşğul olur və hal-hazırda şəhər ərazisindədir və üzərində narkotik vasitə vardır. Daxil olmuş əməlliyat məlumatının yoxlanılması üçün Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçrilməsi məqsədi ilə raportla Gəncə şəhər Nizami RPİ-nin rəhbərliyə məruzə etdikdən sonra Gəncə şəhəri S.Vurğun küçəsində Təqsirləndirilən şəxs Nizami RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı X6 ilə birlikdə tərəflərindən saxlanılaraq Gəncə şəhəri Nizami RPİ-nin inzibati binasına gətirilmişdir. Ona təqdim olunmuş müdafiəçisinin iştirakı ilə üzərinə baxış zamanı Təqsirləndirilən şəxs əynindəki xaki rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində olmaqla narkotik vasitə qurudulmuş marixuanaya bənzər tünd yaşıl rəngli kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və 4.6 qram olması müəyyən olunduqdan sonra qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlədən əlavə olaraq Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsində “Ramada Plaza” hotelinin arxa hissəsinin yaxınlığında olan yaşayış olmayan binanın birinci mərtəbəsinə baxış keçirilmiş və həmin yerdən yəni Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən 1 ədəd qara rəngli sellofanın içərisində olmaqla 1,035 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər tünd yaşıl rəngli kütlə aşkar olunaraq götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Narkotik vasitənin aşkar edildiyi X7 nəzdində X3 küçəsi 153 ünvanında yerləşən kollecin yataqxanasının balansında olan yaşayış olmayan bina mühafizəsi yoxdur, istənilən şəxs həmin binaya daxil ola bilər. Təqsirləndirilən şəxs məhkəməyə düz demir, məsuliyyətdən yayınmaq məqsədi ilə absurd fikirlər irəli sürür, Elnur saxlanılarkən və şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq və ya fiziki zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X2 əvvəllki məhkəmə iclasınada şahid qismində verdiyi ifadəsi elan edilmiş, şahid X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Hadisə günü yəni, 26 agvqust 2021-ci il tarixdə çöldə oturduqları vaxt həyətə bir avtomobil daxil olmuş və avtomobildən 3 nəfər polis əməkdaşı düşərək Elnuru aparmağa çalışmışlar. Həmin vaxt Elnur səs-küy salaraq onu niyə apardıqlarını soruşmuş və ondan kömək istəyərək “Gülnaz xala məni qurtar” deyə qışqırmışdır. X9 onlara yaxınlaşaraq Elnuru nəyə görə apardıqlarını soruşmuş lakin həmin şəxslər ona qarışmamağını bildirmişlər. Elnurun tək yaşamış sakit təbiətli və öz işində gücündə olan adam olmuşdur. O, hadisələri olduğu kimi danışdığını və onu kiminsə öyrətmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə əvvəlki məhkəmə prosesində əlavə şahid qismində dindirilmiş X1 verdiyi ifadəsi elan edilmiş, şahid X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamış, Təqsirləndirilən şəxs ilə düşmənçiliyi və ədavəti olmamışdır. Hadisə günü yəni, 26 agvqust 2021-ci il tarixdə qonşularla həyətdə oturduqları zaman həyətə bir avtomobil daxil olmuş və içərisindən çıxan 3 nəfər şəxs polis əməkdaşları Təqsirləndirilən şəxs qolundan tutaraq apamışlar. Polislər Təqsirləndirilən şəxs aparmağa çalışan zaman Elnur qışqıraraq həyətdə olnalardan kömək istəmişdir. Elnur tək yaşamış sakit təbiətli və öz işində gücündə olan adam olmuşdur. Həyətdə olanlar onlara yaxınlaşaraq Elnuru nəyə görə apardıqlarını soruşmuş lakin həmin şəxslər onlara qarışmamağını bildirmişlər. Onun Elnurun narkotik istifadə edib-etmədiyinindən məlumatım olmamışdır. O, hadisələri olduğu kimi danışdığını və onu kiminsə öyrətmədiyini bildirmişdir. Məhkəmə qeyd olunan ifadələrlə bağlı vurğulayır ki, həmin ifadələr təqsirləndirilən şəxsin saxlanılması ilə bağlı olmaqla işinin faktiki halları ilə bağlı hər hanası əməhiyyətə malik deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 avqust 2021-ci il tarixli “şəxsi axtarış haqqında “protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş onun əynində olan xaki rəngli cins şalvarın ön sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Kibrit qutusu açıldıqda içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə qurudulmuş ”marixuanaya” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 4,6 qram gəlmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlədən əlavə olaraq Gəncə şəhəri “Ramada” otelin yaxınlığındada qurudulmuş marixuana saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 avqust 2021-ci il tarixli “Baxış keçirilməsii haqqında “protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan xaki rəngli cins şalvarın ön sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar olundu. Kibrit qutusu açıldıqdan içəriusində tünd yaşıl rəngli, narkotik vasitə qurudulmuş “marixunaya” oxşar kütlə aşkar olunaraq götürüldü. Həmin kütlə aptek tərəzisində çəkilir, kütlənin 4,6 qram çəkidə olması məlum olmuşdur, Bundan sonra şübhəli şəxsə həmin kütlənin kimə məxsus olmasını, Şəmkir rayonunda yerləşən Kür çayının sahildən yığaraq quruduğunu, heç kəsə satmadığını, özünün istifadəsi üçün üzərində gəzdirməsini və Gəncə şəhəri, Nizami rayonu Şahsevənlər küçəsində “Ramada Plaza” hotelin arxa hissəsində yaşayış olmayan pəncərəsi açıq olan binanın birinci mərtəbəsində narkotik vasitə olan qurudulmuş marixuna saxladığını bildirir. Həmin video görüntüdən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, “Ramada Plaza” hotelin arxa hissəsində yerləşən yaşayış olmayan binanın birinci mərtəbəsinə açıq pəncərəsindən daxil olurlar. Təqsirləndirilən şəxs binanın birinci mərtəbəsində təxminən 1 metr dərinliyində olan quyunun içərisindən bir ədəd qara rəngli sellofan bükülünü göstərir. Həmin bükülünü təhqiqatçı Bəxtiyar Həşimova həmin quyudan çıxardır. Təqsirləndirilən şəxs həmin qara rəngli sellofanın içərisində olan narkotik vasitə olan marixunanı Bəxtiyar Həşimova təqdim edərək həmin vasitənin narkotik vasitə olan qurudulmuş marixuna olmasını, həmin kütlə ilə üzərindən aşkar edilərək götürülmüş kütlənin eyni olmasını, narkotik vasitə olan qurudulmuş maxiruxanı olduğunu, hər ikisini də eyni yerdən yıgaraq qurudaraq tapmasını bildirir. Təhqiqatçı tərəfindən həmin narkotik vasitəni kiməsə də satıb-satmadığı soruşulur, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özünün istifadəsi üçün saxlamasını, heç kəsə də narkotik vasitə satmadığını bildirir. Bundan sonra aşkar edilmiş küktləni elektron tərəzisində çəkilir, qara rəngli sellofan bükülünün çəkisi bükülü ilə birlikdə 1,035 qram olur. Bundan Sonra həmin kütlə qablaşdırılır, möhürlənir, iştirakçılar, Təqsirləndirilən şəxs və müdafiəçisi Yusif Hüseynov tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olub-olmaması, kiməsə də narkotik vasitə satıb-satmaması soruşulur, Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmasını, Şəmkir rayonu Kür çayının Sahildən taparaq qurutmasını, özünün istifadəsi üçün saxladığını bildirir və bununla da baxış keçirmənin başa çatması elan edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 dekabr 2021-ci il tarixli “baxış keçirilməsi haqında” protokoldan görünür ki, ona əlavə edilmiş fotoşəkillərdən və Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkicilik kafedrasının dosenti Qurban Məmmədovun rəyindən görünür ki, həqiqətən torpağın münbitliyinə çayın kənar sahili olmasına görə çətənə bitkilərinin həmin yerdə bitməsi istisna olunmur. Bundan başqa həmin yerə baxış keçirilərkən həmin yer insan tərəfindən suvarılmadığı, üzvü və mineral kübrə verilmədiyi, həmçinin kənd təsərrüfatı maşınları ilə də əkilib-becərmə işlərinin aparılmadığı məlum olmuşdur. Bu səbəbdən də qeyd edilən yerdə yabanı halda çətənə bitkilərinin bitməsi istisna olunmur. Havanın isti keçməsi və quraqlıq olması səbəbindən artıq həmin ərazidə olan digər yabanı bitkilər də tam quruduğu üçün çətənə kolları aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli 4(044)-143/2021 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 avqust 2021-сi il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs müddəti 01 ay müddətinə, yəni 26 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2021-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikas CM-in 234.1-ci maddəsindən Azərbaycan Respublikas CM-in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 noyabr 2021-ci il tarixdə “Təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında qərardan” görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikas CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 dekabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə Gəncə şəhər Baş polis İdarəsinə dəvət edilsə də, o istintaqdan gizləndiyi üçün onunla bir sıra istintaq ərəkətləri aparılması mümkün olmamış buna görə də, 17 dekabr 2021-ci il tarixdə onun barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 yanvar 2022-ci il tarixli “barəsində axtarış elan edilmiş şəxsin könüllü gəlib təqdim olunması haqqında” protokoldan görünür ki, 01 yanvar 2022-ci il tarixdə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə könüllü şəkildə gəlib özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 01 yanvar 2022-ci il tarixdə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə könüllü şəkildə gəlmiş və həmin tarixdə də cinayət işi üzrə icraat təzələnərək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 noyabr 2021-ci il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə və vaxtla bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə və vaxt naməlum kimi qiymətləndirilmiş, həmin faktla əlaqədar hazırkı cinayət işindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ş üzrə təyin edilmiş məhkəmə-biolofi ekspertizasının 27 avqust 2021-ci il tarixli 16/887 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan kibrit qutusu 4.6 qram çəkidə ” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd kibrit qutusunun təmiz çəkisi 1,78 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş, üzərində “Vət Təqsirləndirilən şəxs saxladığı yerdən aşkar edilmiş və içərisində marixuanaya bənzər kütlə olan 1 ədəd sellofan 1035 qram çəkidə..” sözləri və imzalar olan qara rəngli polietilen torbadakı, təmiz çəkisi 905 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1(bir ) ədəd kağız paketdə və 1 (bir) ədəd qara rəngli polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, Gəncə şəhər rayonlararası Narkololi dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən opioidlərdən aslılıq diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, 5941 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azrbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdülü Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə AR.CMnin 234.1-ci maddəsi ilə Bakı şəhər Nərmanov Məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzsına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə AR CM-nin 180.2.1 və 66.5-ci maddələri ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Gəncə Apellasiya Məhkəməsinin qərarı ilə xx.xx.2014-cü il tarixli hökm dəyişdirilib, azadlıqdan məhrum etmə cəzası 08 il endirilib. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilib. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx.xx.2022ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə könüllü olaraq gəlmiş və Gəncə şəhər BPİnin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinin təzələnməsi haqqında qərardan görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət işi təzələnmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 121-37748-1221 nömrəli məktubundan görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni haradan, kimdən əldə etməsi, kiməsə narkotik vasitə və ya psixotrop maddə satıb-satmaması, əvvəllər kimlərdən narkotik vasitə alıb-almamasını müəyyən etmək məqsədilə Gəncə şəhər BPİ-nin Nizami RPİ-nə əməliyyat tapşırığı verilmiş və verilmiş əməliyat tapşırığına cavab olaraq həmin idarənin əməkdaşlarının keçirmiş olduqları əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı haradan, kimdən, nə vaxt əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşayış olmayan qeyri-yaşayış binasından aşkar olunmuş narkotik vasiə olan marixuananı satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mobil telefon işlətmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-dən daxil olan cavab məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəşində iştifadə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə öz хüsusiyyətinə, əlаmətlərinə, üzərində hаdisənin izlərini sахlаdığınа görə cinаyət təqibi üzrə əhəmiyyət kəsb еdən hаllаrın müəyyən еdilməsinə kömək еtdiyindən Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən və X7 nəzdində X3 küçəsi 153 ünvanında yereləşən kollecin yataqxanasının balansında olan yaşayış olmayan binanın birinci mərtəbəsindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1,73 qram və 904,95 qram olmaqla, qalıq ümumi çəkiləri 904,95 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin qeyriyaşayış binasına baxış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” və 25 noyabr 2021-ci il təqsirləndirilən şəxsə yenidən ittiham edilərkən dindirilməsi zamanı istifadə edilmiş video çəklişin görüntülərini özüdə əks etdirən 1 ədəd “ DVD” disk ümumilikdə 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən təzyiqə və təsirə məruz qalması, aşkar edilmiş narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulmasına dair xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Sözügedən xüsusat təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə dindirilmiş digər şahidlərin ifadələri, şəxsi axtarış və baxış keçirlməsi barədə istintaq hərəkətlərinin protokolu, videoçəkiliş, və işin faktiki halları ilə tamamilə təkzib edilir. Məhkəmə eyni zamanda vurğulayır ki, şahidlər X9 və X1 məhkəməyə verdikləri ifadələr təqsirləndirilən şəxsin saxlanılması ilə bağlı olmaqla işinin faktiki halları ilə bağlı deyildir və hər hanası əməhiyyətə malik deyildir. Göstərilənlərlə bağlı məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tək yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Təxminən bir neçə ildir ki, narkotik vasitədən istifadə etmiş əvvəllər də narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunmuş sonucu dəfə isə soyğunçuluq cinayətinə görə Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il, 06 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmişdir. X18 məhkəməsinə etdiyi müraciət nəticəsində cəzası azaldılaraq 2019-cu ilin aprel ayında azadlığa buraxılmışdır. O, 2021-ci ilin iyul ayının əvvəllərində Şəmkir rayonunun ərazisinə getmiş, orada Kür çayının sahilində özü çətənə bitkisi toplayaraq gələcəkdə özünün istifadəsi üçün həmin narkotik vasitəni qurudub hazırlamışdır. Qurutduğu çətənə bitkisindən hazırladığı marixuananı sellofan torbaya yığıb Gəncə şəhəri, “Ramada Plaza” hotelin arxa tərəfindəki Şahsevənlər küçəsində yerləşən yaşayış olmayan köhnə binanın 1-ci mərtəbəsində yararsız vəziyyətdə olan otağın küncündə qara rəngli sellofanda gizlətmiş, həmin marixuananın üzərindən özünün istifadəsi üçün götürərək istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində o, Gəncə şəhəri, Nizami rayonu, Səməd Vurğun küçəsində olarkən 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini ona Gəncə şəhər Nizami rayon Pİ-nin Cinayət-axtarış idarəsinin əməkdaşları kimi təqdim etmişlər, onu Nizami rayon Polis İdarəsinin İnzibati binasına gətirmişlər. Orada Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin TB-nin təhqiqatçısı ona dövlət hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 təqdim etmiş, onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmiş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan xaki rəngli cins şalvarının sağ yan cibində 1 ədəd kibrit qutusunda saxladığı marixuana aşkar edilmiş, o həmin marixuananı Kür çayının kənarından yığaraq toplamağını və qurudaraq “Ramada Plaza” hotelin arxa tərəfindəki yarı uçuq binanın 1-ci mərtəbəsində gizlətdiyini istifadə etmək istəyərkən oradan götürüb istifadə etməsini bildirmişdir. Onun üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusudakı marixuana kibrit qutusu ilə birlikdə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 4,6 qram çəkidə olmuş, həmin kütlə onun, vəkilinin və digər iştirakçıların iştirakı ilə zərfə qoyulmuş, qablaşdırılmış, tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədiilə AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Gəncə regional bölməsinə göndərilməsi üçün zərfin üzərinə imza etdikdən sonra möhürlənərək götürülmüşdür. Bundan sonra onun, vəkili və həmin onu gətirən polis əməkdaşlarının iştirakları ilə marixuananı gizlətdiyi yerə gedilərək ora baxış keçirilmiş, baxış keçirmə zamanı onun gizlətdiyi qara rəngli sellofan torbadakı marixuana aşkar edilərək götürülmüş, həmin sellofan torba elektron tərəzidə çəkilmiş, 1 kiloqram, 35 qram olmuş, həmin kütlə də qablaşdırılaraq hər birinin iştirakı ilə zərfə qoyulmuşdur. Zərfin üzərinə imzalar çəkilmiş, möhürlənərək götürülmüşdür. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati binasında polis əməkdaşları ona qarşı heç bir zor tətbiq olunmamış, o, heç bir təzyiq və təsirə məruz qalmamışdır. Onu ilk olaraq polislər saxlayarkən və məni polislər Gəncə şəhər Nizami rayon Polis idarəsinə gətirərkən yanımda heç kəs yox idi, mən təkcə olmuşam. Onun üzərində şəxsi axtarış aparılarkən və qurudulmuş marixunanı gizlətdiyi yerə baxış keçirilərkən həmin 2 nəfər polis əməkdaşlarından, müdafiəçisi Yusif Hüseynovdan başqa heç kimi görməmiş, həmin narkotik vasitəni Kür çayının kənarından yığaraq qurutmasını heç kəs görməmişdir. Onun istifadəsində mobil telefon yoxdur, uzun müddətdir ki, imkanı olmadığı üçün telefon ala bilməmişdir. O, əvvəllər başqa bir şəxsdən narkotik vasitə almamış, kiməsə də narkotik vasitə satmamış və ya pay kimi də verməmişdir. O, verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, ilkin dindirilmələrində həyacanlı oldğuna görə anası Birliyant Kərimova ilə birlikdə yaşadığını bildirmişdir. Lakin anası Birliyant Kərimova 2008-ci il tarixdə vəfat etdiyinə görə tək yaşayır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən və şəxsi axtarış bitdikdən sonra onun göstərdiyi X7 nəzdində X3 küçəsi 153 ünvanında yerləşən kollecin yataqxanasının balansında olan yaşayış olmayan binanın birinci mərtəbəsində baxış keçiri ən zaman yerdə ona məxsus olan quruldumuş marixunanı toplayaraq qurudtduğu yerin dəqiq ünvanı Şəmkir rayonun ərazisində 3 yol adlanan ərazi yəni Kür qəsəbəsinin başlanğıcı hesab olunan yolun yaxınlığıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi –həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azrbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdülü Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə AR.CMnin 234.1-ci maddəsi ilə Bakı şəhər Nərmanov Məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzsına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə AR CM-nin 180.2.1 və 66.5-ci maddələri ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Gəncə Apellasiya Məhkəməsinin qərarı ilə xx.xx.2014-cü il tarixli hökm dəyişdirilib, azadlıqdan məhrum etmə cəzası 08 il endirilib. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Qanunun 1.64.2-ci bəndinə əsasən 180.2-ci maddənin sanksiyasında “dörd ildən səkkiz” sözləri “üç ildən yeddi” sözləri ilə əvəz edilmişdir. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən . Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə CM-nin 180.2.1 və 66.5-ci maddələri ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Gəncə Apellasiya Məhkəməsinin qərarı ilə xx.xx.2014-cü il tarixli hökm dəyişdirilib, azadlıqdan məhrum etmə cəzası 08 il endirilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırkı əməl isə 26 avqust 2021-ci il tarixdə baş vermişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli 4(044)-143/2021 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 avqust 2021-сi il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 4(044)-177/2021 qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və o, dərhal məhkəmə zalında həbsədn azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 yanvar 2022-ci il tarixli “barəsində axtarış elan edilmiş şəxsin könüllü gəlib təqdim olunması haqqında” protokoldan görünür ki, 01 yanvar 2022-ci il tarixdə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə könüllü şəkildə gəlib özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx.xx.2022ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-cil tarixdə könüllü olaraq gəlmiş və Gəncə şəhər BPİnin MSY-nə təhvil verilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli 4(044)-143/2021 qərarından görünür ki, CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmaldır. Belə olan halda, Təqsirləndirilən şəxs 26 avqust 2021-сi il tarixdən 24 noyabr 2021-ci il tarixədək, hazırki iş üzrə həbsdə saxlandığı 2 ay 28 gün müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmaldır. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2021-ci il tarixli, 1387 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkr. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən və X7 nəzdində X3 küçəsi 153 ünvanında yereləşən kollecin yataqxanasının balansında olan yaşayış olmayan binanın birinci mərtəbəsindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1,73 qram və 904,95 qram olmaqla, qalıq ümumi çəkiləri 904,95 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin qeyri-yaşayış binasına baxış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” və 25 noyabr 2021-ci il təqsirləndirilən şəxsə yenidən ittiham edilərkən dindirilməsi zamanı istifadə edilmiş video çəklişin görüntülərini özüdə əks etdirən 1 ədəd “ DVD” disk ümumilikdə 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən və X7 nəzdində X3 küçəsi 153 ünvanında yereləşən kollecin yataqxanasının balansında olan yaşayış olmayan binanın birinci mərtəbəsindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1,73 qram və 904,95 qram olmaqla, qalıq ümumi çəkiləri 904,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 1 ədəd “DVD” və 25 noyabr 2021-ci il təqsirləndirilən şəxsə yenidən ittiham edilərkən dindirilməsi zamanı istifadə edilmiş video çəklişin görüntülərini özüdə əks etdirən 1 ədəd “ DVD” disk ümumilikdə 2 ədəd DVD disk isə cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X11 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili X5 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 270 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 avqust 2021-сi il tarixdən 24 noyabr 2021-ci il tarixədək, hazırki iş üzrə cəmi 2 ay 28 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 4 il 7 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən və X7 nəzdində X3 küçəsi 153 ünvanında yereləşən kollecin yataqxanasının balansında olan yaşayış olmayan binanın birinci mərtəbəsindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1,73 qram və 904,95 qram olmaqla, qalıq ümumi çəkiləri 904,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv məhv edilsin, 1 ədəd “DVD” və 25 noyabr 2021-ci il təqsirləndirilən şəxsə yenidən ittiham edilərkən dindirilməsi zamanı istifadə edilmiş video çəklişin görüntülərini özüdə əks etdirən 1 ədəd “ DVD” disk ümumilikdə 2 ədəd DVD disk isə cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 45 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X5 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 270 manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar