Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-250/2020 30.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X12 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri X8 və X1 iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması məqsədi ilə ilkin dinləmələr aparılmışdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 vəsatət verərək istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilmədiyini, müdafiəçini istintaqın ilkin mərhələsində gördyünü, ondan sonra keçirilmiş istintaq zamanı müdafiəçini görmədiyini, istintaqın yekununda müstəntiq müdafiəçi olmadan bir cox sənədlərə imza etdirdiyini, həmin sənədlərin məzmunundan xəbərsiz olduğunu və onun hüquqlarının pozulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi X8 təqsirləndirilən şəxsin vəsatətini müdafiə edərək onun hüquqlarının kobud surətdə pozulduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 vəsatətində göstərdiyi hallarla bağlı araşdırma apararaq və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, Azərbaycan Respublikası CPM-in 303-cü maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli «Təqsirləndirilən şəxsə yenidən ittiham etmək haqqında» qərardan və həmin tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan məlum olur ki, qeyd edilən qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xitmətinin X2 xx.xx.2020-ci il tarixdə saat 14:10da təqsirləndirilən şəxsə elan edilmiş və həmin gün saat 14:40-dan, 17:50-dək təqsirləndirilən şəxs müdafiəçi Rəhim Ağamalıyevin iştirakı ilə Tərtər rayon prokurorluğunun böyük müstəntiqi X9 tərəfindən dindirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli «İbtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında» protokoldan məlum olur ki, həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xitmətinin X2 saat 17:40-da təqsirdəndirilən şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçi Rəhim Ağamalıyevin iştirakı ilə müstəntiq Şahin Məmmədov tərəfindən protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli «Təqsirləndirilən şəxsi ekspert rəyi ilə tanış etmə haqqında» protokoldan məlum olur ki, həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xitmətinin X2 təqsirdəndirilən şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçi Rəhim Ağamalıyevin iştirakı ilə müstəntiq Şahin Məmmədov tərəfindən protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs2 vəsatətində göstərdiyi hallarla bağlı saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xitmətinin 2 saylı İstintaq Təcridxanasına sorğu verilmiş və həmin sorğuya verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs2 Ədliyyə Nazirliyinin Pentensiar Xitmətinin 2 saylı İstintaq Təcridxanasında və Ədliyyə Nazirliyi Pentensiar Xitmətinin X2 saxlanıldığı müddətdə ərzində istintaq hərəkətlərinin aparılması məqsədi ilə bir neçə dəfə Tərtər RPŞnin MSY-nə etap olunmuş və müxtəlif vaxtlarda müstəntiq Şahin Məmmədovun və müdafiəçi Rəhim Ağamalıyevin onun saxlanıldığı müəsissələrə daxil olması barədə qeydlər olsa da, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə müstəntiq Şahin Məmmədovun və müdafiəçi Rəhim Ağamalıyevin onun saxlanıldığı müəsissəyə daxil olması müəyyən edilməmiş, yalnız xx.xx.2020-ci il tarixdə saat 17:41-də müstəntiq Şahin Məmmədovun müdafiəçinin iştirakı olmadan saxlanıldığı müəəsissəyə daxil olması göstərilmişdir. Bununla bağlı Ədliyyə Nazirliyi Pentensiar X4 Müəssisəsinə sorğu verilmiş və həmin sorğuya verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 X3 istintaq təcridxanasında saxlanıldığı müddət ərzində müstəntiq Şahin Məmmədov və müdafiəçi Rəhim Ağamalıyev istintaq hərəkətlərinin aprarılması üçün xx.xx.2020-ci il saat 17:41-dən 19:15-dək, xx.xx.2020-ci il saat 15:30-dan 18:00-dək, xx.xx.2020-ci il saat 17:00-dan 18:00-dək və xx.xx.2020-ci il saat 18:41-dən 19:41-dək müəsissəyə daxil olmuşdur. Bu ziddiyəti araşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 Ədliyyə Nazirliyinin Pentensiar Xitmətinin 2 saylı İstintaq Təcridxanasında və Ədliyyə Nazirliyi Pentensiar Xitmətinin X2 saxlanılması barədə olan «Təqsirləndirilən şəxsin şəxsi işi» məhkəməyə gətirilərək tədqiq olunmuşdur. Məhkəmə hazırlıq iclasında «Təqsirləndirilən şəxsin şəxsi işi» tədqiq edilərkən məyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 Ədliyyə Nazirliyinin Pentensiar Xitmətinin 2 saylı İstintaq Təcridxanasında və Ədliyyə Nazirliyi Pentensiar Xitmətinin X2 saxlanıldığı müddət ərzində istintaq hərəkətlərinin aparılması məqsədi ilə bir neçə dəfə Tərtər RPŞ-nin MSY-nə etap olunmuş və müxtəlif vaxtlarda müstəntiq Şahin Məmmədovun və müdafiəçi Rəhim Ağamalıyevin onun saxlanıldığı müəsissələrə daxil olması barədə qeydlər olsa da, lakin xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə müstəntiq Şahin Məmmədovun və müdafiəçi Rəhim Ağamalıyevin onun saxlanıldığı müəsissəyə daxil olması müəyyən edilməmiş, qeyd olunan şəxslərin İstintaq Təcridxanalarına daxil olması barədə «Təqsirləndirilən şəxsin şəxsi işi» ndə heç bir qeydiyyat aparılmamış, yalnız xx.xx.2020-ci il tarixdə saat 17:41-də müstəntiq Şahin Məmmədovun müdafiəçinin iştirakı olmadan saxlanıldığı müəəsissəyə daxil olması göstərilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, cinayət işinin 2-ci cild 211-212-ci səhifəsində olan xx xxxxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs kimi dindirilməsi protokolunda müdaftəçi Rəhim Ağamalıyevin imzası yoxdur. Bundan başqa cinayət işinin 2-ci cild 150-ci səhifəsində olan xx.xx.2019-cu il tarixli «Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında» protokoldan görünür ki, həmin protokol Ədliyyə Nazirliyinin Pentensiar Xitmətinin 2 saylı İstintaq Təcridxanasında tərtib olunaraq iştirakçılar tərəfindən imza edilmişdir. Lakin həmin tarixdə müstəntiq Şahin Məmmədovun və müdafiəçi X11 şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına daxil olması barədə «Təqsirləndirilən şəxsin şəxsi işi» ndə heç bir məlumat yoxdur. Bundan əlavə cinayət işinin 3-cü cild 173-ci səhifəsində «Həbsdə saxlama müddətinin uzadılmasının əsaslığını təsdiq etmək üçün məhkəməyə təqdim olunan sənədlərin təqsirləndirilən şəxsi və olunun müdafiəçisini tanış etmə haqqında» protokol olsa da, məzmununda heç bir məlumat yazılmamış və iştirakçıların heç biri tərəfindən imzalanmamışdır. Həmcinin cinayət işinin 4-cü cild 18-20 səhifəsində olan xx.xx.2020-ci il tarixli «Əşyanın tanınması haqqında» protokoldan məlum olur ki, tanınma zaman fotoşəkillər çəkilərək protokola əlavə olunmuş və iştirakçılar tərəfindən protokol imzalanmışdır. Lakin fotoşəkillər protokola əlavə olunmamış, iştirak edən şəxslərdan Samit Qafarov protokola imza etməmiş və bunun səbəbi barədə heç bir qeyd yazılmamışdır. Azərbaycan Respublikası CPM-nin 51.1-ci maddəsinin tələblərinə görə cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gediş və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafiq neqativlərdə, fotoşəkillərdə və digər məlumat daşıyıcılarında əks olunmalıdır Həmin Məcəllənin 51.6-cı maddəsinin tələblərinə görə texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkliş isə möhürlənir və müvafiq protokolkn əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 91.5.8-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək hüququ vardır. Həmin Məcəllənin 91.5.15-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin öz vəsatəi əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək hüququ vardır. Həmin Məcəllənin 91.5.20-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin ekspertizanın təyin edilməsi haqqında qərarla və ekspert rəyi ilə tanış olmaq hüququ vardır. Həmin Məcəllənin 91.5.21-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosessini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 284.1.1-ci maddəsinə əsasən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verir. Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işininə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 51, 92.5.8, 91.5.15, 91.5.20, 91.5.21, 284.1.1,303.3.1, və 303.3.8-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra, Konstitusiya) 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Yenə Konstitusiyanın 61-ci maddəsində göstərilmişdir: Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hü quqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndində nəzərdə tutulur ki, təqsirləndirilən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqların qorunması önəmli yer tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Azərbaycan Respublikası CPM-in 303.1., 303.3.1-ci maddələrinə görə, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 51, 92.5.8, 91.5.15, 91.5.20, 91.5.21, 284.1.1,303.3.1, və 303.3.8-ci maddələrində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların mümkün dərəcədə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə də baxmışdır. Cinayət işinin materiallarından görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarları ilə xx.xx.2020-ci il tarixədək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarları ilə xx.xx.2020-ci il tarixədək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarları ilə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İstintaq orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş ittiham aktı xx xxxxxxxx 2020-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. X12 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbiri məhkəmənin hazırlıq iclasının keçirilməsi təmin edilənədək, qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası CPM-in 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı anda qurtardığndan baxmalıdır. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı yol verilmiş kobud qanun pozuntuları ibtidai istintaq orqanı tərəfindən aradan qaldırılmalı və cinayət işi üzrə ibtidai istintaq başa çatdırılmalıdır. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün müəyyən müddət tələb olunur. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixdən 01 (bir) ay, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılması zəruridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.3.1, 303.3.8, 159, 306, 448-454-cü maddələrini qərara aldı:
1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 51, 92.5.8, 91.5.15, 91.5.20, 91.5.21, 284.1.1,303.3.1, və 303.3.8-ci maddələrində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların mümkün dərəcədə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər Rayon Prokuroruna qaytarılsın.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixdən 01 (bir) ay, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılsın.
3. Qərarın surəti tərəflərə təqdim edilsin.
Sədrlik edən Faiq Mahmudov