Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-250/2022 25.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Türkiyə Respublikası, Şanlıurfa şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləmiş, Türkiyə Cumhuriyyəti, Şanlıurfa şəhəri, Bilecik rayonunda qeydiyyatda olmaqla, hazırda Gəncə şəhəri, Hərbi şəhərcik 38, ev 397, mənzil 6-da yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Mehmet Topcının Azərbaycan Respublikası CM-nin 206.3.2, 240.3.2 və 213-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda Türkiyə Respublikasından əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmə barədə 2021-ci ilin avqust ayında Türkiyə Respublikasının İstanbul şəhərində şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Azərbaycan Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə çatdırmaq üçün 2021-ci ilin avqust ayında İstanbul şəhərində şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən və mənbədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibindəki dehidroxlormetiltestosteron güclü təsir edən maddəsinin miqdarı 8,2 qram təşkil etməklə 8 qutunun içərisinə yerləşdirilmiş 819 ədəd tam və 1 ədəd qırıntı şəklində həbdən ibarət “Turinabol-100 tablets” markalı, tərkibində stanozolol güclü təsir edən maddəsinin miqdarı 0,95 qram təşkil etməklə 1 qutunun içərisinə yerləşdirilmiş 98 ədəd tam və 2 ədəd qırıntı şəklində həbdən ibarət ”Stanozolol-100 tablets” markalı və tərkibində oksandrolon güclü təsir edən maddəsinin miqdarı külli miqdarda - 4 qram təşkil təşkil etməklə 4 qutunun içərisinə yerləşdirilmiş 395 ədəd tam və 13 ədəd qırıntı şəklində həbdən ibarət “Anavar-100 tablets” markalı dərman preparatlarını tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə idarə etdiyi “İVECO” markalı, “50BF856/34UK0635” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında sürücü üçün nəzərdə tutulmuş oturacağın arxa hissəsindəki boşluqda gizlədərək saxlamış, Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış və 4 sentyabr 2021-ci il tarixdə saat 5 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmçinin o, 3 sentyabr 2021-ci il tarixdə Gürcüstanda olarkən istintaqa məlum olmayan mənbədən əldə etdiyi və Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış bir qutusunun qiyməti 6.50 manat olmaqla 140 qutu “X8” markalı və bir qutusunun qiyməti 6.50 manat olmaqla, 30 qutu “X9” markalı ümumilikdə xeyli miqdar təşkil edən 1105 manat dəyərində 170 qutu siqaretləri idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsinin yuxarı hissəsində olan boşluqda satış məqsədi ilə saxlamış, gömrük baxışı zamanı qeyd olunan xeyli miqdarda siqaretlər və külli miqdarda güclü təsir edən dərman preparatları gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 240.3.2 və 213-1.1-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.1968-ci il tarixdə X1 şəhərində anadan olmuşdur və 31 ildir ki, sürücülük fəaliyyəti ilə məşğul olur. Hal-hazırda icarəyə götürdüyü “İVECO” markalı, 50BF856/34UK0635 nömrə nişanlı nəqliyyat vasitəsi ilə beynəlxalq yük daşımalarla məşğul olur. O əsasən Türkiyə Respublikasından Azərbaycan Respublikasına göndərilən yüklərin daşınmasını həyata keçirir və bundan qabaq dəfələrlə Azərbaycan Respublikasına yük gətirmişdir. O sonuncu dəfə 21.08.2021-ci il tarixində İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə aparılması üçün karqo yükü sifarişi almış və yükü yüklədikdən sonra bu barədə ailəsinə məlumat vermişdir. Sonuncu dəfə Azərbaycana yola düşməmişdən bir neçə gün qabaq həyat yoldaşının Azərbaycan Respublikasında yaşayan Mətanət adlı rəfiqəsi onun həyat yoldaşından idmançı oğlu üçün müəyyən dərmanların siyahısını verərək həmin dərmanları alıb onun vasitəsilə Azərbaycana göndərməsini xahiş etmişdir. Arvadı da onun Bakı şəhərinə gedəcəyini bilib həmin dərmanları İstanbulda yaşadıqları evin yaxınlığındakı apteklərin birindən alaraq ona vermiş və ondan dərmanları Bakı şəhərində yaşayan Mətanət adlı şəxsə çatdırmasını xahiş etmişdir. O həmin dərmanları götürüb idarə etdiyi nəqliyyat vasitəsinin sürücü oturacağının arxasında olan yol üçün lazım olan su, fısdıq və sair kimi ərzaqlarınında olduğu boşluğa qoyaraq yola çıxmışdır. 03.09.2021-ci il tarixində Türkiyə ilə Gürcüstan sərhədində yerləşən “Sarp” adlanan gömrük qapısına çatmışdır. Burada olan mağazaların birindən 170 qutu “Parliament” markalı siqaret almışdır və həmin siqaretləri idarə etdiyi nəqliyyat vasitəsinin salonunun üst hissəsində yerləşən boşluqda gizlədərək yoluna davam etmişdir. Topçu Mehmet həmçinin ifadəsində göstərmişdir ki, 04.09.2021-ci il tarixində Gürcüstan gömrük sərhədini geçərək Azərbaycan Respublikasının “Qırmızı Körpü” adlnan gömrük postuna daxil olaraq nəqliyyat vasitəsini xətdə saxlamışdır. Gömrük əməkdaşı ona yaxınlaşaraq idarə etdiyi nəqliyyat vasitəsində olan yükləri gömrük nəzarətinə təqdim etməyini bildirmiş və o nəqliyyat vasitəsində karqo yükü olduğunu bildirmişdir. Lakin dərman vasitələri və siqaretlər barədə məlumat verməmişdir. Bundan sonra gömrük əməkdaşı idarə etdiyi “İVECO” markalı, 50BF856/34UK0635 nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirməyə başlamış və salonda onun tərəfindən gizlədilən siqaretləri və dərmanları aşkar etmişdir Aşkar edilən mallar sayılmış və bunların üzərində “X8” yazıları olan 140 (yüz qırx) qutu, üzərində “X9” yazıları olan 30 (otuz) qutu, üzərində “Zummeret” yazıları olan 10 (on) qutu siqaretlər və oturacağın arxa hissəsindən üzərində “Turinabol – 100 tablets” yazıları olan 8 (səkkiz) ədəd, üzərində “Clenbuterol – 100 tablets” yazıları olan 8 (səkkiz) ədəd, üzərində “Anavar – 100 tablets” yazıları olan 4 (dörd) ədəd, üzərində ”Stanozolol – 100 tablets” yazıları olan 1 (bir) ədəd plastmas qablarda qablaşdırılmış və üzərində “Testosterone Propionate” yazıları olan 1 (bir) ədəd şüşə ampulada dərman predimetləri olduğu məlum olmuşdur. Aşkar olunan mallar barədə protokol tərtib olundu və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, Bakıya gətirilən dərman vasitələrini Mətanət adlı şəxşə təhvil verməli olmasına baxmayaraq, həmin şəxsin nə ünvanını, nədə ki əlaqə nömrəsini bilmir, Mətanət adlı şəxsin telefon nömrəsini arvadından da öyrənə bilməz, çünki arvadının telefon aparatı sınıb. Mətanət adlı şəxsin mobil telefon nömrəsini və ya onun barəsində digər məlumatı almaq üçün arvadı ilə əlaqə saxlayıb nə isə soruşa bilməz. Ümumiyyətlə bu tip suallarla kimsəyə müraciət etmək istəmir. Əlavə olaraq bildirir ki, idarə etdiyi nəqliyyat vasitəsi Gürcüstandan tranzit keçdiyi üçün Gürcüstan gömrüyündə baxışdan keçirilməmişdir. Gizlin keçirdiyi mallara görə məsuliyyət daşıdığı haqqında əvvəlcədən məlumatı olmuş, lakin malları gömrükçülərə bəyan etməyi unutmuşdur. 04.09.2021-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına Gürcüstandan tranzit keçməklə gələrkən “Qırmızı Körpü” gömrük postunda gömrük nəzarətini həyata keçirən gömrük inspektoruna nəqliyyat vasitəsinfdə olan siqaret və dərmanlar barədə şifahi və ya yazılı olaraq hər hansı bir məlumat verməmişdir, bəyannamə təqdim etməmişdir. Əvvəllər avtomobil təmiri ilə məşğul olsa da 31 ilə yaxındır ki beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olur və həmin müddət ərzində 20-22 xarici ölkədə olmuşdur və Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi haqqında məlumatlı olduğunu təsdiq etmişdir və həmin dərmanları bəyan edəcəyi təqdirdə belə gömrük əməkdaşları tərəfindən buraxılmayacağı barədə məlumatlı olmuşdur. Onun həyat yoldaşının nəqliyyat vasitəsində siqaret və dərmanları gizlədərək qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirtməyi haqqında xəbəri olmamış və ümumiyyətlə onun törətdiyi hüquqazidd əməllə bağlılığı olmamışdır. O əvvələr bu cür mallar gətirməmiş və hazırda çox peşman olduğunu, özünü öz vicdanı qarşınısda hər gün mühakimə etdiyini məhkəmənin diqqətinə çatdırır və məhkəmədən qardaş Türkiyə Respublikasının vətəndaşı olaraq ona mərhəmət göstərilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayından Gömrük orqanlarında iş fəaliyyətinə başlamışdır. Elə həmin vaxtdan “Azərterminalkompleks” X4 şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. Xidməti zərurətlə əlaqədar olaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna ezam olunmuşdur və xidməti vəzifəsi ölkə ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük yoxlamasını həyata keçirməkdir. 04.09.2021-ci il tarixində “Qırmızı Körpü” gömrük postunda xidmətdə olduğu zaman Türkiyə Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “İVECO” markalı, 50BF856/34UK0635 nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn Türkiyə Cümhuriyyətinin vətəndaşı xx.xx.1968-ci il təvəllüdlü, Təqsirləndirilən şəxslə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmet olmadığını bildirmişdir. Daha sonra nəqliyyat vasitəsinə video çəkilişdən istifadə etməklə gömrük baxışı həyata keçirilmiş, baxış zamanı “İVECO” markalı, 50BF856/34UK0635 nömrə nişanlı nəqliyyat vasitəsinin salonun yuxarı hissəsindən gömrük nəzarətindən gizlədilmiş üzərində “X8” yazıları olan 140 (yüz qırx) qutu, üzərində “X9” yazıları olan 30 (otuz) qutu, üzərində “Zummeret” yazıları olan 10 (on) qutu siqaretlər və oturacağın arxa hissəsindən üzərində “Turinabol – 100 tablets” yazıları olan 8 (səkkiz) ədəd, üzərində “Clenbuterol – 100 tablets” yazıları olan 8 (səkkiz) ədəd, üzərində “Anavar – 100 tablets” yazıları olan 4 (dörd) ədəd, üzərində ”Stanozolol – 100 tablets” yazıları olan 1 (bir) ədəd plastmas qablarda qablaşdırılmış və üzərində “Testosterone Propionate” yazıları olan 1 (bir) ədəd şüşə ampulada dərmana bənzər predmetlər aşkar olunmuşdur. Aşkar olunmuş faktla əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Bozalqanlı kəndində yaşayır və daimi iş yeri olmadığı üçün müvəqqəti işlərdə çalışır. 22.11.2021-ci il tarixində dostum Şahid3 ilə Tovuz rayonunda gömrük postunun qarşısından keçirdik və gömrük postundan bir nəfər gömrük əməkdaşı bizə yaxınlaşaraq adının Rahib Babayev olduğunu bildirdi və bizdən bir-neçə dəqiqəlik vaxtımızın olubolmamasını soruşdu. O, bildirdi ki, saxlanılmış bir nəfər şəxsdən götürülmüş dərman vasitələrini saymalıdır və bu səbəbdən orada iştirak etmək üçün 2 nəfər hal şahidi lazımdır. Onlar bu işin çox vaxt aparmayacağını öyrəndikdən sonra həmin gömrük əməkdaşı ilə birlikdə gömrük postuna daxil oldular. Gömrük postunda Rahib Babayev onları bir otağa apararaq orada adı və soyadı onlara sonradan məlum olan Təqsirləndirilən şəxs təqdim edərək bildirdi ki, həmin şəxsdən saxlanılmış dərman vasitələri onların iştirakı ilə sayılacaq. Gömrük əməkdaşı hal şahidi qismində iştirak etdikləri üçün bizə qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələrini izah etdi və keçiriləcək gömrük baxışında diqqətli olmağı və ehtiyac olduğu təqdirdə gələcəkdə bu barədə izahat və ifadə verəcəklərini bildirdi. Bundan sonra əvvəlcədən məlumat verdiyi dərman vasitələrini bir sellofandan çıxardaraq saymağa başladı. Bu zaman üzərində “Anavar-100 tablets” yazılmış şərti olaraq 1 rəqəmi ilə işarələnmiş qutunun içərisində ağ rəngdə 104 ( bir yüz dörd) ədəd həb olduğu, üzərində “Anavar-100 tablets” yazılmış şərti olaraq 2 rəqəmi ilə işarələnmiş qutunun içərisində mavi rəngdə 90 (doxsan) ədəd tam və 4 (dörd) ədəd qırıq həb olduğu, üzərində “Anavar-100 tablets” yazılmış şərti olaraq 3 rəqəmi ilə işarələnmiş qutunun içərisində ağ rəngdə 96 (doxsan altı) ədəd tam və 3 (üç) ədəd qırıq həb olduğu, üzərində “Anavar-100 tablets” yazılmış şərti olaraq 4 rəqəmi ilə işarələnmiş qutunun içərisində ağ rəngdə 100 ( bir yüz) ədəd tam və 6 (altı) ədəd qırıq həb olduğu, üzərində “Turinabol-100 tablets” yazılmış şərti olaraq 1 rəqəmi ilə işarələnmiş qutunun içərisində çəhrayı rəngdə 100 (bir yüz) ədəd həb olduğu, üzərində “Turinabol-100 tablets” yazılmış şərti olaraq 2 rəqəmi ilə işarələnmiş qutunun içərisində çəhrayı rəngdə 100 (bir yüz) ədəd həb olduğu, üzərində “Turinabol-100 tablets” yazılmış şərti olaraq 3 rəqəmi ilə işarələnmiş qutunun içərisində çəhrayı rəngdə 100 (bir yüz) ədəd həb olduğu, üzərində “Turinabol-100 tablets” yazılmış şərti olaraq 4 rəqəmi ilə işarələnmiş qutunun içərisində çəhrayı rəngdə 100 (bir yüz) ədəd həb olduğu, üzərində “Turinabol-100 tablets” yazılmış şərti olaraq 5 rəqəmi ilə işarələnmiş qutunun içərisində çəhrayı rəngdə 98 (doxsan səkkiz) ədəd həb olduğu, üzərində “Turinabol-100 tablets” yazılmış şərti olaraq 6 rəqəmi ilə işarələnmiş qutunun içərisində çəhrayı rəngdə 117 (bir yüz on yeddi) ədəd həb olduğu, üzərində “Turinabol-100 tablets” yazılmış şərti olaraq 7 rəqəmi ilə işarələnmiş qutunun içərisində çəhrayı rəngdə 99 (doxsan doqquz) ədəd tam və 1 (bir) ədəd qırıq həb olduğu, üzərində “Turinabol-100 tablets” yazılmış şərti olaraq 8 rəqəmi ilə işarələnmiş qutunun içərisində çəhrayı rəngdə 100 (bir yüz) ədəd həb olduğu, üzərində ”Stanozolol-100 tablets” yazılmış qutunun içərisində ağ rəngdə 93 (doxsan üç) ədəd tam və 2 (iki) ədəd qırıq həb olduğu, üzərində “Clenbuterol-100 tablets” yazılmış şərti olaraq 1 rəqəmi ilə işarələnmiş qutunun içərisində açıq yaşıl rəngdə 98 (doxsan səkkiz) ədəd tam və 1 (bir) ədəd qırıq həb olduğu, üzərində “Clenbuterol-100 tablets” yazılmış şərti olaraq 2 rəqəmi ilə işarələnmiş qutunun içərisində açıq yaşıl rəngdə 99 (doxsan doqquz) ədəd həb olduğu, üzərində “Clenbuterol-100 tablets” yazılmış şərti olaraq 3 rəqəmi ilə işarələnmiş qutunun içərisində açıq yaşıl rəngdə 99 (doxsan doqquz) ədəd həb olduğu, üzərində “Clenbuterol-100 tablets” yazılmış şərti olaraq 4 rəqəmi ilə işarələnmiş qutunun içərisində açıq yaşıl rəngdə 98 (doxsan səkkiz) ədəd həb olduğu, üzərində “Clenbuterol-100 tablets” yazılmış şərti olaraq 5 rəqəmi ilə işarələnmiş qutunun içərisində açıq yaşıl rəngdə 107 (bir yüz yeddi) ədəd həb olduğu, üzərində “Clenbuterol-100 tablets” yazılmış şərti olaraq 6 rəqəmi ilə işarələnmiş qutunun içərisində açıq yaşıl rəngdə 98 (doxsan səkkiz) ədəd tam və 2 (iki) ədəd qırıq həb olduğu, üzərində “Clenbuterol-100 tablets” yazılmış şərti olaraq 7 rəqəmi ilə işarələnmiş qutunun içərisində açıq yaşıl rəngdə 100 (bir yüz) ədəd həb olduğu, üzərində “Clenbuterol-100 tablets” yazılmış şərti olaraq 8 rəqəmi ilə işarələnmiş qutunun içərisində açıq yaşıl rəngdə 97 (doxsan yeddi) ədəd tam və 1 (bir) ədəd qırıq həb olduğu və üzərində “Testosterone Propionate 10ml;100mg/ml” yazıları olan 1 (bir) ədəd şüşə ampulada maye halında dərman vasitələri olduğu məlum oldu. Sayılan dərman vasitələri ilə əlaqədar protokol tərtib olundu və iştirakçılar tərəfindən imzalandı. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində işin halları ilə bağlı eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.12.2021-ci il tarixli “cinayət işinin başlanılması haqqında” qərardan görünür ki, həmin cinayət işi 7 dekabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi X5 tərəfindən Azərbaycan Respublikası CMnin 206.2 və 240.3.2-ci maddələri ilə başlanılmışdır. Cinayət işinin başlanılmasına səbəb Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunun rəisinin Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs tərkibində güclü təsir edən maddələr olan üzərində “Turinabol-100 tablets”, ”Stanozolol-100 tablets”, “Anavar-100 tablets” yazılı dərmanların, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış “X8” və “X9” markalı siqaretlərin Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirməsi barədə 04.09.2021 tarixli raportu, əsas isə həmin raport əsasında toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda tərtib olunan “baxış keçirilməsi və götürmə haqqında” 4 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, 4 sentyabr 2021-ci il tarixdə saat 05 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “İVECO” markalı, “50BF856/34UK0635” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə avtomobilin oturacağının arxa hissəsində gömrük nəzarətindən gizlədilmiş 8 qutunun içərisində tərkibindəki dehidroxlormetiltestosteron güclü təsir edən maddəsinin miqdarı 8,2 qram təşkil edən 819 ədəd tam və 1 ədəd qırıntı şəklində həbdən ibarət “Turinabol-100 tablets” adlı, 1 qutunun içərisində tərkibindəki stanozolol güclü təsir edən maddəsinin miqdarı 0,95 qram təşkil edən 98 ədəd tam və 2 ədəd qırıntı şəklində həbdən ibarət ”Stanozolol-100 tablets” adlı və 4 ədəd qutunun içərisində tərkibindəki oksandrolon güclü təsir edən maddəsinin miqdarı külli miqdarda, 4 qram təşkil edən 395 ədəd tam və 13 ədəd qırıntı şəklində həbdən ibarət “Anavar-100 tablets” adlı dərman vasitələri aşkar edilib götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə Ekspertiza mərkəzinin 23.09.2021-ci il tarixli 7/924 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “X8” adlı 140 qutu, “X9” adlı 30 qutu, “Zummeret” adlı 10 qutu siqaretləri istifadəyə yararlıdırlar. 04.10.2021-ci il tarixli 9/6513 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X8” adlı 140 qutu və “X9” adlı 30 qutu siqaretlərin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiymətləri ümumilikdə 1105,00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli, 6/5177-9/8434 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 8 qutunun içərisində tərkibindəki dehidroxlormetiltestosteron güclü təsir edən maddəsinin miqdarı 8,2 qram təşkil edən 819 ədəd tam və 1 ədəd qırıntı şəklində həbdən ibarət “Turinabol-100 tablets” adlı, 1 qutunun içərisində tərkibindəki stanozolol güclü təsir edən maddəsinin miqdarı 0,95 qram təşkil edən 98 ədəd tam və 2 ədəd qırıntı şəklində həbdən ibarət ”Stanozolol-100 tablets” adlı və 4 ədəd qutunun içərisində tərkibindəki oksandrolon güclü təsir edən maddəsinin miqdarı külli miqdarda, 4 qram təşkil etmişdir. Dərmanların üzərlərindəki göstəricilərə əsasən yararlıq müddətləri bitməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 9 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 avqust 2021-ci il tarixdə saat 20:58-də Şıxlı sərhəd nəzarət məntəqəsindən Gürcüstana keçməklə Respublika ərazisini tərk etmiş və 4 sentyabr 2021-ci il tarixdə saat 04:50-də Gürcüstandan Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə respublika ərazisinə geri qayıtmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 20.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 7 yanvar 2022-ci il tarixli, 50 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, o narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-in 25.01.2022-ci il tarixli məktubuna əlavə edilmiş CD diskə 26 yanvar 2022-ci il tarixdə baxış keçirilərək müəyyən edilmişdir ki, Remzi Aksoyun adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Kadir oğlu 01 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02.03.2022-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl 02 mart 2022-ci il tarixdə CM-nin 206.2 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 206.3.2 və 240.3.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02.03.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 02 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 mart 2022-ci il tarixli 4(004)-177/2022 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə barədə” Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs Kadir oğlunun barəsində 1 ay 6 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.03.2022-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 11 mart 2022-ci il tarixli qərarla iş üzrə törədilmiş cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 206.3.2, 240.3.2 və 213-1.1ci maddələrinə tövsif edilmiş və həmin tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2022-ci il tarixli 4(103)-144/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.03.2022-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə dair” qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14.03.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübutlar – 8 qutunun içərisində tərkibindəki dehidroxlormetiltestosteron güclü təsir edən maddəsinin miqdarı 8,2 qram təşkil edən 819 ədəd tam və 1 ədəd qırıntı şəklində həbdən ibarət “Turinabol-100 tablets” adlı, 1 qutunun içərisində tərkibindəki stanozolol güclü təsir edən maddəsinin miqdarı 0,95 qram təşkil edən 98 ədəd tam və 2 ədəd qırıntı şəklində həbdən ibarət ”Stanozolol-100 tablets” adlı və 4 ədəd qutunun içərisində tərkibindəki oksandrolon güclü təsir edən maddəsinin miqdarı külli miqdarda, 4 qram təşkil edən 395 ədəd tam və 13 ədəd qırıntı şəklində həbdən ibarət “Anavar-100 tablets” adlı dərman dərmanlar, “X8” adlı 139 qutu və “X9” adlı 29 qutu siqaretlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14.03.2022-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və ayrılmış cinayət işinin icraata qəbul ediılməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından “Mətanət” adlı şəxs və qeyriləri barələrində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsində aşkar edilmiş dərman pereparatlarını Bakı şəhərində Mətanət adlı şəxsə verəcəyi, bu məqsədlə sözügedən dərman pereparatlarını aparmasını arvadının ondan xahiş etməsinə dair xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, sözügedən xüsusatlar iş materiallarında olan hər hansı sübutla (hadisə yerinə baxış keçirilməsinə dair protokol, şahid ifadələri və s.) öz təsdiqini tapmır, əksinə toplanılmış mötəbər sübutlarla tamamilə təkzib edilir. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsində qeyd etdiyi sözügedən xüsusatları həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Kadir oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 240.3.2 və 213-1.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Kadir oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə vurğulayır ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Kadir oğlunun əməlində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətinin olması qənaətinə gəlməklə səhvə yol vermişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla vurğulanmalıdır ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məsuliyyətin mövcud olması üçün yuxarıda qeyd olunan mallar cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşmiş şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməli idi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə görə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ilə hazırki cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşmiş şəxs və ya şəxslərlə bağlı (digər iştirakçının anket məlumatları, cinayətin törədilməsində rolu və.s) məhkəməyə hər hansı sübut təqdim etməmiş, təqsirləndirilən şəxsin öz müdəfiəsi üçün gətirdiyi, açıqdan-açığa həqiqətə uyğun gəlməyən dəlilləri ona qarşı istifadə edib Təqsirləndirilən şəxs daha ağır ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət Prosessual Məcəllənin 145.1-ci və 145.2-ci maddələrinə əsasən hər bir sübut məsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri-digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPMnin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 15.3-cü maddəsinin tələbindən görünür ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPMnin 349.5-ci maddəsi) tələb edir ki, cinayət işlərinə faktlar əsasında baxılsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaət isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə formalaşmış olsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə tövsif edilməli, o törətdiyi hüquqazidd əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 240.3.2 və 213-1.1-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi cinayəti tamah məqsədi ilə törətməsini göstərmişdir. Həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kadir oğlu tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda Türkiyə Respublikasından əldə etmiş, saxlamış və daşımışdır. Bu səbəbdən də ona CM-nin 206-cı maddəsi ilə ittiham verilmişdir və həmin maddədə də satış məqsədi qeyd olunan cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Satış məqsədi də özlüyündə tamah niyyətini ehtiva etdiyindən CM-nin 61.3-cü maddəsinə əsasən tamah niyyəti ağırlaşdırıcı hal kimi təkrar nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərindən peşman olması, özünü öz vicdanı qarşınısda mühakimə etməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasın onun cəzasını yüngülləşdirən halları kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Kadir oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 mart 2022-ci il tarixli 4(004)-177/2022 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə barədə” Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay 6 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2022-ci il tarixli 4(103)-144/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.03.2022-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə dair” qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01.03.2022-ci il tarixdən 11.03.2022-cu il tarixədək bu iş üzrə cəmi 11 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onların cinayət məsuliyyətindən və ya cəzadan azad edilmələrinə əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsas yoxdur. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə qanunun həmin tələbini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası ona təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra icra edilməlidir. Bununla bərabər məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlində olan yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, onların şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, törətdiyi əməldə cəzasını ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 240.3.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin etməklə cəzanın məqsədinə nail olmaq olar. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, hökm qanuni qüvvəıyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış dərman preparatları qanuni sahibini müəyyən etmək mümkün olmadığından, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən 8 qutunun içərisində tərkibindəki dehidroxlormetiltestosteron güclü təsir edən maddəsinin miqdarı 8,2 qram təşkil edən 819 ədəd tam və 1 ədəd qırıntı şəklində həbdən ibarət “Turinabol-100 tablets” adlı, 1 qutunun içərisində tərkibindəki stanozolol güclü təsir edən maddəsinin miqdarı 0,95 qram təşkil edən 98 ədəd tam və 2 ədəd qırıntı şəklində həbdən ibarət ”Stanozolol-100 tablets” adlı və 4 ədəd qutunun içərisində tərkibindəki oksandrolon güclü təsir edən maddəsinin miqdarı külli miqdarda, 4 qram təşkil edən 395 ədəd tam və 13 ədəd qırıntı şəklində həbdən ibarət “Anavar-100 tablets” adlı həmin dərman preparatları məcburi qaydada və əvəzsiz olaraq dövlət müsadirə edilməli, “X8” adlı 139 qutu və “X9” adlı 29 qutu siqaretlər isə Gömrük və Vergi rəsmiləşdirilməsi aparıldıqdan, müvafiq aksiz markası ilə markalandıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. Hökmün maddi sübutlara dair hissədə icrası Azərbaycan Respublikasının DGX-nin və Ədliyyə Nazirliyinin və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 500 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Kadir oğlunun maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 500 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs Kadir oğluna göstərilmiş 26 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 156 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 240.3.2, 213-1.1-ci maddələri ilə təqsirli bilinsin və CM-nin 206.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 213-1.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01.03.2022-ci il tarixdən 11.03.2022-cu il tarixədək bu iş üzrə cəmi 11 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 1 il 11 ay 19 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 25 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası ona təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra icra edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 8 qutunun içərisində tərkibindəki dehidroxlormetiltestosteron güclü təsir edən maddəsinin miqdarı 8,2 qram təşkil edən 819 ədəd tam və 1 ədəd qırıntı şəklində həbdən ibarət “Turinabol-100 tablets” adlı, 1 qutunun içərisində tərkibindəki stanozolol güclü təsir edən maddəsinin miqdarı 0,95 qram təşkil edən 98 ədəd tam və 2 ədəd qırıntı şəklində həbdən ibarət ”Stanozolol-100 tablets” adlı və 4 ədəd qutunun içərisində tərkibindəki oksandrolon güclü təsir edən maddəsinin miqdarı külli miqdarda, 4 qram təşkil edən 395 ədəd tam və 13 ədəd qırıntı şəklində həbdən ibarət “Anavar-100 tablets” adlı həmin dərman preparatları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət müsadirə edilsin, “X8” adlı 139 qutu və “X9” adlı 29 qutu siqaretlər isə Gömrük və Vergi rəsmiləşdirilməsi aparıldıqdan, müvafiq aksiz markası ilə markalandıqdan sonra qanuni sahibinə qaytarılsın. Hökmün maddi sübutlara dair hissədə icrası Azərbaycan Respublikasının DGX-nin və Ədliyyə Nazirliyinin və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs 500 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş 26 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 156 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-250/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-250/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver