Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-250/2023 04.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1989-cu il tarixdə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Ucar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 29, 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, barəsində CM-nin 67ci maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 01 (bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması və 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasının ödənilməmiş qalan 3670 (üç min altı yüz yetmiş) manat hissəsi 01 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən təyin edilmiş islah işləri cəzasından xx.xx.2021-ci il tarixli qərarla azad edilmiş, məhkumluğu qanunla qadağan edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Kələntərli qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə saat 18:30 radələrində ünvan 1 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığındakı küçədə olmasını görüb sonuncunun çiynində olan 30 manat dəyərində əl çantasından, həmin çantanın içərisində olmuş 205 manat 40 qəpik nağd pulundan, 300 manat dəyərində “Redmi Not 8” markalı mobil telefonundan, 20 manat dəyərində telefon qulaqcığından və 10 manat dəyərində kosmetik əşyalarından ibarət ümumilikdə 565 manat 40 qəpik dəyərində əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla üzərinə basqın edərək qabaqcadan üzərində götürdüyü zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağından silah qismində istifadə edib onun döş qəfəsinin ön səthinin yuxarı şöbəsinə 01 ədəd və sol qabırğaaltı nahiyəsinə 01 (bir) ədəd, cəmi 02 (iki) ədəd zərbə vuraraq Zərərçəkmiş şəxs sağlamlığına, döş qəfəsinin ön səthinin yuxarı şöbəsinin və sol qabırğaaltı nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək, silah qismində istifadə edilən əşya tətbiq edilməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, o, xeyli vaxtdır kakos deyilən narkotik vasitədən inyeksiya yolu ilə istifadə etdiyi üçün narkotik vasitəni almaq məqsədi ilə müxtəlif yollarla pul axtarmışdır. O, polis şöbəsində araşdırma aparılan zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs əvvəllər tanımırmış və sonuncu ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 13 noyabr 2022-ci il tarixdə saat 18 radələrində işlədiyi sexdən çıxıb piyada Bərdə şəhəri Saray adlanan yerə getmiş və oradan Qarabağ küçəsinə tərəf getmişdir. Həmin günü saat 18:30 radələrində Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində əynində ağ şalvar və qara kurtka geyinmiş, çiynində isə çantası olan bir nəfər qadının hərəkət etdiyini görərək həmin şəxsin arxasınca getmiş və çantada pul olduğunu düşünüb arxa tərəfdən əlində olan bıçaqla yaxınlaşaraq Göyçəyin çiynində olan çantadan tutub özünə tərəf çəkmişdir. Bu zaman Göyçək ona tərəf dönərək müqavimət göstərib qışqırmışdır. O, çantanı buraxması üçün əlində olan bıçaqla Göyçəyə iki dəfə zərbə vurmuş, lakin sonuncu çantanı buraxmamışdır. Həmin vaxtı əlində olan bıçaq onun sağ əlinin birinci və dördüncü barmağını kəsdiyi üçün bıçaq əlindən yerə düşmüşdür. Göyçək isə yerə yıxılaraq qışqırmış və kömək istəmişdir. O da ora gələn adamların onu görməməsi üçün küçələrin arası ilə qaçaraq Bərdə şəhəri, Sənaye küçəsinə getmiş, oradan da taksi fəaliyyəti ilə məşğul olan əvvəllər tanıdığı Şəyan adlı şəxslə yaşadığı evə getmişdir. Səhəri gün polis əməkdaşları yaşadığı evə gəlmiş və o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gedərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bidlrimişdir ki, o, borcu olduğu üçün sıxılaraq bu hərəkəti etmiş, aralarında olan mübahisə 1-2 dəqiqə davam etmiş, əlində olan bıçağı işlədiyi sexdən götürmüş, hadisə vaxtı orada heç kim olmamış, törətdiyi hadisədən qabaqcadan heç kimin xəbəri olmamış və onu heç kim görməmişdir. Törətdiyi əməldən peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 13 noyabr 2022-ci il tarixdə saat 18:11 dəqiqədə işlədiyi “Rekord inşaat” mağazasından iş yoldaşı Minayə ilə çıxıb yolun kənarı ilə yaşadığı evə tərəf getmişdir. Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Kanon” aptekin yaxınlığında Minayədən ayrılmış və evə tərəf yoluna tək davam etmişdir. Yaşadığı evə təxminən 200 metr qalmış arxadan tanımadığı şəxs yaxınlaşıb sağ çiynində olan çantasını dartmışdır. O da həmin şəxsə tərəf çevrilib müqavimət göstərərək çantasını sonuncuya verməmişdir. Bu zaman həmin şəxslə aralarında əlbəyaxa dartışma olmuş, o, qışqıraraq kömək istəmiş, həmin şəxs isə onun müqavimət göstərdiyini görüb əlindəki bıçaqla ona iki dədə zərbələr endirmişdir. O, zərbələrin təsirindən yerə yıxılmış, həmin şəxs də qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra qışqırıq səsinə tanımadığı şəxslər gəlmiş və yerdə bıçağın olmasını görüb bədənində xəsarətin olub-olmadığını soruşmuşlar. Həmin vaxtı bədəninin sol tərəfindən və sinəsindən qan gəldiyini görüb o, orada olan şəxslərə yaşadığı evi göstərərək onların avtomaşınına əyləşib yaşadığı evə getmiş və oradan anası Ləman ilə birlikdə Bərdə Rayon Xəstəxanasına getmişdir. Yol gedən zaman sonradan adını bildiyi Malik adlı ona kömək edən şəxs DİN-nin102 xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Bərdə Rayon Xəstəxanasına çatanda artıq polis əməkdaşları orada olmuş və tibbi yardım göstərildikdən sonra onun izahatını almışlar. Səhəri günü, yəni 14 noyabr 2022-ci il tarixdə polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o da şöbədə olarkən ona xəsarət yetirən və çantasını əlindən almaq istəyən şəxsin Bərdə rayonu Kələntərli kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik olmamış, hadisə vaxtı çiynində 30 manat dəyərində qara rəngli əl çantası, çantanın içində 300 manat dəyərində “Redmi Not 8” markalı mobil telefon, 20 manat dəyərində telefon qulaqcıq, təxminən 10 manat dəyərində kosmetik əşyalar, 205 manat 40 qəpik nağd pul olmuşdur. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxslə barışmamış, şikayətçidir və sonuncuya ədalətli cəza təyin olunması xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma qızıdır və sonuncu Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “Rekord inşaat” mağazasında satıcı işləmişdir. Göyçək səhər saat 08 radələrində evdən çıxıb işə getmiş, axşam saat 18:30 radələrində evə qayıtmışdır. 13 noyabr 2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı evdə olan zaman sonradan adını bildiyi Kənan və Cəmaləddin adlı şəxslər evin həyətinə gələrək onu çağırıb qızı Göyçəyin xəsarət aldığını demişlər. O, sonuncuların yanına gedib avtomaşında qızı Göyçəyin qarın nahiyəsində qan olduğunu görüb tez avtomaşına əyləşmiş və hamısı birlikdə Bərdə Rayon Xəstəxanasına getmişlər. Xəstəxanada Göyçəyə tibbi yardım göstərilmişdir. Xəstəxanada polis əməkdaşları izahatını alan zaman ona məlum olmuş ki, Göyçək həmin günü işlədiyi mağazadan yaşadığı evə gələn zaman yaşadıqları küçədə ona tanımadığı şəxs hücum edərək əlində olan çantanı almaq istəmiş, çantanı vermədiyini görüb Göyçəyə bıçaq zərbələri vuraraq oradan qaçmış, daha sonra isə Kənan, Cəmaləddin və Malik qızı Göyçəyin səs-küyünü eşidib onun yanına gələrək yardım etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 13 noyabr 2022-ci il tarixdə saat 18:30 radələrində oğlu Elxanın toy məclisi münasibətilə Kənan və Cəmaləddin ilə birlikdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində yaşayan şəxslərə dəvətnamə paylayan zaman qadın qışqırtı səsi eşidərək Kənanın idarə etdiyi avtomaşınla səs gələn tərəfə getmişlər. Həmin küçədə yolun kənarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs üst paltarı dağınıq və cırılmış formada görüb avtomaşını saxlayaraq sonuncuya yaxınlaşmışlar. Nə baş verdiyini soruşanda Zərərçəkmiş şəxs tanımadığı şəxsin hücum edərək əlində olan əl çantasını qaçırmaq məqsədi ilə sinəsinə və sol tərəfinə bıçaqla zərbə vurduğunu bildirmişdir. O, dərhal Kənan və Cəmaləddin ilə birlikdə Göyçəyi yaxınlıqdaki yaşadığı evə aparmışlar və sonuncunun anası Ləmanı da götürərək birlikdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Yolda Kənanın mobil nömrəsi ilə DİN-nin 102 xidmətinə zəng edib hadisə ilə bağlı məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid6 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 13 noyabr 2022-ci il tarixdə icraatına daxil olmuş əməliyyat tapşırığının icrası nəticəsində həmin gün saat 18.30 radələrində Bərdə şəhəri, C. Məmmədquluzadə küçəsində Zərərçəkmiş şəxs basqın edərək çiynində olan əl çantasını götürmək məqsədi ilə əlində olan bıçaqla iki dəfə vuraraq xəsarət yetirib quldurluq cinayətini törətmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 14 noyabr 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-nin İstintaq Bölməsinə təhvil verilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, özünə məxsus VAZ 21011 markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Bərdə şəhəri Sənaye küçəsində yerləşən maşınların üz rəngini cilalanma sexindən tanımışdır. 13 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində idarə etdiyi avtomaşın ilə Bərdə şəhəri Sənaye küçəsində dayanıb müştəri gözləyən zaman Emin avtomaşının sərnişin tərəfdən qapısını açaraq ona evə tərəf gedirsə onu da aparmasını demişdir. O da müştəri olmadığı üçün getdiyini deyib sonuncunu da özü ilə aparmışdır. Bərdə rayonu Kələntərli qəsəbəsində yerləşən “Dəniz” marketin qarşısında avtomaşını saxlayıb evə ərzaq malları almış, Emin isə orada düşüb getmişdir. Səhəri gün polis əməkdaşları ona yaxınlaşaraq cinayət hadisəsi olduğunu və şübhəli şəxsin onun idarə etdiyi avtomaşına əyləşdiyini demişlər. O da həmin şəxsin Emin olduğunu polis əməkdaşlarına demişdir. Sonradan Təqsirləndirilən şəxs Bərdə şəhərində cinayət hadisəsi törətdiyini öyrənmiş, lakin taksi ilə gedən zaman Eminin cinayət hadisəsi etməsindən xəbəri olmadığı üçün sonuncunu yaşadığı qəsəbəyə aparmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə birlikdə Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “Rekord inşaat” mağazasında satıcı işləmişdir. 13 noyabr 2022-ci il tarixdə saat 18:10 dəqiqədə işlədiyi mağazadan Göyçək ilə bir yerdə çıxıb yolun kənarı ilə yaşadığı evə tərəf getmişlər. Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Kanon” aptekin yaxınlığında Göyçəkdən ayrılıb yaşadığı evə doğru, Göyçək isə binaların arasından keçərək öz yaşadığı evinə doğru getmişdir. Səhəri günü işə gəlməməsinin səbəbi ilə maraqlandıqda Göyçəyə bıçaqla vurub xəsarət yetirildiyini eşitmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X11 Bərdə rayon şöbəsinin 15 noyabr 2022-ci il tarixli, 925 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin İİ və İV barmaqlarının səthi kəsilmiş yaraları, kəsici xassəyə malik olan alətin (alətlərin), ola bilsin bıçaq təsirindən törənmişlər, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X11 Bərdə rayon şöbəsinin 28 noyabr 2022-ci il tarixli, 918 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin ön səthində yuxarı şöbəsinin, sol qabırğaaltı nahiyənin deşilmiş-kəsilmiş yaraları, deşicikəsici alət (alətlər), ola bilsin bıçaq təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X11 827/2022-MTBŞ nömrəli, 02 fevral 2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs qan qrupu: A(İİ) RH+ (şəxsiyyət vəsiqəsindən); 2) Məhkəmə-bioloji ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin astar hissəsində sol yan tikişə bərkidilmiş iki ədəd etiket, həmin sahəyə yaxın astar material, sol yarısının xarici səthində və ona məxsus qolsuz maykanın sol yarısında, ön səthinin boyun kənarında və arxa səthinin aşağı kənarı səviyyəsində təsvir edilmiş ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələr qanın qrupu ABO sistemi üzrə təyin olunan zaman antigen qismində “A” antigeni, aqqlyutinin qismində isə qolsuz maykada həmçinin “beta” qqlyutinini də müəyyən olundu. “A” antigeni tək halda və “beta” aqqlyutinini ilə birlikdə A(İİ) qruplu qana xarakter olub bu qanı formalaşdırdığı üçün bu qan ləkələrinin birmənalı olaraq həmin qruplu şəxsə məxsus olmasını söyləmək olar. Zərərçəkmiş şəxs məxsus gödəkçə və qolsuz mayka üzərində olan qan ləkələri ABO sistemi üzrə A(İİ) qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X11 650/2022-MTKŞ nömrəli, 02 fevral 2023-cü il tarixli məhkəmə-tibbi- kriminalistik ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthinin sol yaxalığında iki ədəd və maykanın ön səthinin sol nahiyəsində 1 ədəd dəlibkeçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur; 2) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə və maykanın ön səthinin sol yaxalığında aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədənin döş qəfəsinin ön səthində yuxarı şöbəsinin, sol qabırğaaltı nahiyədə olan deşilmiş-kəsilmiş yaraları ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. 3) Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağına aiddir və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 17 noyabr 2022ci il tarixli, 698/247 nömrəli kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmiş; Təqsirləndirilən şəxs ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir; Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur; Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar olunmur; Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 07 yanvar 2023-cü il tarixli, 22 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin sui-istifadəsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə saat 18.00-da Bərdə RPŞ-də şübhəli şəxs kimi tutulmuş, tutulmanın əvvəli isə həmin gün azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni saat 16.00-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 13 noyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs quldurluq cinayət əməli edərək Zərərçəkmiş şəxs sağ çiynində olan əl çantasını ələ keçirdiyi və bıçaqla xəsarət yetirdiyi yer Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsidir, həmçinin Təqsirləndirilən şəxs quldurluq cinayət əməli edərək Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 ədəd qatlanmayan bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi hadisə vaxtı əynində olmuş 1 ədəd qara rəngli qısaqol mayka və 1 ədəd qara rəngli kurtka müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdimək məqsədi ilə xx.xx.2022-ci il tarixdə ifadəsi yerində yoxlanılarkən o, Bərdə şəhəri, C. Məmmədquluzadə küçəsində Zərərçəkmiş şəxs basqın edərək bıçaqla xəsarət yetirdiyi yeri və uzaqlaşdığı yeri göstərərək törətmiş olduğu cinayətin təfərruatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi cinayətin aləti olan bıçağı tanımışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçisinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18.51-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən verilən məlumatda Bərdə rayonu Qarabağstroy küçəsində yaşayan Şahid6 ***-***-**-** mobil nömrədən zəng edərək narkotik istifadəçisi olan bir şəxsin tanımadığını bir xanımın sumkasını çəkərək bıçaqlaması barədə məlumat verdiyi göstərilmişdir . İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçisinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19.00 radələrində Bərdə RMX-dan Bərdə şəhəri, C. Məmmədquluzadə küçəsində yaşayan 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanma nəticəsində xəsarət alaraq RMX-ya daxil olması barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Ramin Əzizovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri, C. Məmmədquluzadə küçəsində Zərərçəkmiş şəxs bıçaqla basqın edərək çiynində olan əl çantasını götürmək məqsədilə əlində olan bıçaqla 2 dəfə vuraraq xəsarət yetirib qulduruq cinayət əməlini törətmiş şəxs xx.xx.1989-cu il təvəllüdlü Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Bərdə rayonu, Kələntərli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Ramin Əzizovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri, C. Məmmədquluzadə küçəsində Zərərçəkmiş şəxs bıçaqla basqın edərək çiynində olan əl çantasını götürmək məqsədilə əlində olan bıçaqla 2 dəfə vuraraq xəsarət yetirib qulduruq cinayət əməlini törətmiş şəxs xx.xx.1989-cu il təvəllüdlü Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Bərdə rayonu, Kələntərli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hadisəni tək törətmiş, Bərdə rayonu ərazisində digər cinayətdə iştirak etməmiş, cinayətin törədilməsində qabaqcadan əlbir olan şəxslərin dairəsi müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-yə ünvanladığı ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə RPŞ-yə ərizə ilə müraciət edərək həmin günü saat 18.30dəqiqədə işlədiyi “Rekord inşaat” mağazasından evə qayıdarkən Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində bir nəfər tanımadığı şəxsin əlində olan bıçaqla ona basqın etdiyini, çiynindəki sumkasını əlindən almaq istədiyini və müqavimət göstərən zaman ona iki dəfə bıçaqla zərbə vurduğunu göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2022-ci il tarixli, 2451 nömrəli tibbi arayışından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə “Döş sümüyünün yuxarı 1/3 nahiyəsinin və döş qəfəsinin sol lateral nahiyəsinin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yaraları ilə RMX-nin TTTYŞ-nə daxil olmuş və tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli, 24 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli, 27 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib, barəsində CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə qəti olaraq 02 (iki) il 01 (bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasının çəkilməmiş qalan 3670 (üç min altı yüz yetmiş) manat hissəsi 01 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin ********* nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasına məhkum edilmiş və məhkum hökmlə üzərinə qoyulan vəzifələrə əməl etmədiyi üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasının çəkilməmiş qalan 3670 (üç min altı yüz yetmiş) manat hissəsi 01 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Bərdə rayon İcra və Probasiya şöbəsində nəzarətə götürülmüş və “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinin təsiri altına düşdüyündən islah işləri cəzasından azad edilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsinin islah iş növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, barəsində CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq olunmaqla qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına və 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasına məhkum edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib, barəsində CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə qəti olaraq 02 (iki) il 01 (bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasına məhkum edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 04 (dörd) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və o, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasının çəkilməmiş qalan 3670 (üç min altı yüz yetmiş) manat hissəsi 01 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qara rəngli qısaqol mayka və 01 ədəd qara rəngli kurtka maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Kələntərli KİƏDÜN-nin 2107 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Kəlbəcər rayonu, Günəşli kəndindən məcburi köçkün olan Təqsirləndirilən şəxs Bərdə rayonu, Kələntərli qəsəbəsində yaşayır, ailəlidir, bir övladı vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon qeydiyyat şöbəsinin Az-İİ№ 654261 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 Emin Hökmalı oğlunun övladıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Kolayır KİƏDÜN-nin 617 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs Bərdə rayonu, Mollaisalar kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və sonuncuya qanunamüvafiq olaraq cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə də iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə saat 18.30 radələrində Zərərçəkmiş şəxs ümumilikdə 565 manat 40 qəpik dəyərində əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla üzərinə basqın edərək qabaqcadan üzərində götürdüyü zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağından silah qismində istifadə edib ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək, silah qismində istifadə edilən əşya tətbiq edilməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq cinayətini törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 7-ci bəndində göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində göstərilmişdir ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Beləliklə məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, vahid hökmlə təyin edilmiş qəti cəzanın və onun yaratmış olduğu məhkumluğun bölünməsinə yol verilmədiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbləri baxımından cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə və digər cəzaya məhkum olunmuş şəxsin məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı qəti cəzanı çəkib qurtardığı və ya cəzadan azad edildiyi andan hesablanmalı, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə isə əməlində residiv müəyyən edilməli və bu hal cinayət qanununun prinsipləri ilə uzlaşmayan vəziyyət kimi qiymətləndirilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında həmçinin göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Şəxs təyin olunmuş cəzalardan birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması istisna edilir. Hazırkı iş materiallarında görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib xx.xx.2016-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Lakin Təqsirləndirilən şəxs 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasını icra etmədiyi üçün qeyd edilən cəza Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə CM-nin 67.1 və 68.2ci maddələri tətbiq edilməklə birləşdirilmişdir. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını icra etsə də, cərimə cəzasını yenə də icra etməmişdir. Ona görə də, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasının çəkilməmiş qalan 3670 (üç min altı yüz yetmiş) manat hissəsi Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı 01 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Bununla belə, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs sonuncu dəfə məhkum edildiyi Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə barəsində CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə ona qəti olaraq təyin edilmiş 02 (iki) il 01 (bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını icra etsə də, 3970 (üç min doqquz yüz yetmiş) manat cərimə cəzasının çəkilməmiş qalan 3670 (üç min altı yüz yetmiş) manat hissəsindən xx.xx.2022-ci il tarixdə azad olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı o, cərimə cəzasından azad edildiyi, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarla azad edildiyi cərimə cəzası Qəbələ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə birləşdirildiyi üçün, Təqsirləndirilən şəxs həmin hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib xx.xx.2016-ci il tarixdə cəzanın sonu ilə azad olunmasına baxmayaraq o, cərimə cəzasından xx.xx.2022-ci il tarixdə azad edildiyi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri üzrə məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı o, cərimə cəzasından azad edildiyi, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmənin son həddi beş ilədək olduğu üçün qeyd edilən cinayət CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlərin təsnifatına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qəti cəzadan sonuncunun xx.xx.2022-ci il tarixdə azad edildiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərkən məhkumluğu ödənilməmiş və götürülməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən, özgənin əmlakını gizli olaraq talama - oğurluq cinayət əməli sayılır. Göründüyü kimi qeyd edilən maddədə tutulmuş talama cinayəti subyektiv cəhətdən birbaşa qəsd formasında xarakterizə olunur. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri üzrə məhkumluq ödənilmədiyi və götürülmədiyi üçün xx.xx.2022-ci il tarixdə CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərkən onun əməllərində cinayətlərin residivi mövcud idi. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18 və 83-cü maddələrinin tələblərindən göründüyü kimi, residiv qanuni qüvvəyə minmiş hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yenidən qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs kimi tutulmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə də Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 14 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qara rəngli qısaqol mayka və 01 ədəd qara rəngli kurtka onun özünə qaytarılmalı, götürülmədikdə isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 07 yanvar 2023-cü il tarixli, 22 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməli və o, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 noyabr 2022-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq məhv edilsin. Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qara rəngli qısaqol mayka və 01 ədəd qara rəngli kurtka onun özünə qaytarılsın, götürülmədikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-250/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-250/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver