Məhkəmə qərarları › İş №1(100)-250/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-250/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-250/2024 24.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X21 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X43 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi - X7 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1978-ci il tarixdə Şəmkir rayonu, İrmaşlı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olmuş, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, İrmaşlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs həmkəndlisi X20 qardaşının nəvəsi X36 ilə onun sevgi münasibətində olması ilə bağlı əvvəllər yaşanmış mübahisəyə heç bir aidiyyəti olmayan Fikrət Bağırovun həmin mübahisə ilə bağlı guya idarə etdiyi «VAZ-2107» minik markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobili onun üzərinə sürməsini, eləcə də onu tez-tez hədələməsini və ünvanına təhqiramiz sözlər işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan sonuncunu 16 iyul 2023-cü il tarixdə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 16 radələrində qabaqcadan yaşadığı Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən evinin mətbəx otağından istintaqla müəyyən edilməyən bıçağı götürüb Fikrət Bağırovun yaşadığı Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən fərdi yaşayış evinə gedərək sonuncunu küçəyə çağırıb həyətin giriş qapısının qarşısında mübahisə edərək, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakıların fövqündə qoyub öz üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək xuliqanlıq niyyəti ilə üzərində olan bıçaqla qəsdən Fikrət Bağırovun qarın nahiyəsinə 1 (bir) dəfə zərbə endirərək sonuncuya qarnın ön divarının sağ yarısının daxilə keçən, nazik bağırsaq ilgəyini və treys bağını zədələyən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirməklə, həmin yaranın törətdiyi kəskin qanaxma (3 litrədək) nəticəsində ölümünə səbəb olub Fikrət Bağırovu heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X46n qohumları üç ildir onunla ədavət aparmış, buna görə o, dəfələrlə “102” Xidmətinə müraciətlər etmiş, müraciətləri qeydiyyata alınıb Zəyəm polisinə göndərilmiş, lakin Fikrətgil nə etmişsə onun müraciətlərinə baxılmamışdır. Fikrətin qardaşı nəvəsi Leylanın tərbiyəsi normal olmamış, sonuncunun əri Məsim Tanırverdiyev isə onun dostu olmuş və onlar şərikli qarpız satmışlar. Fikrətgil qardaşı nəvəsi Leyla ilə onun arasında münasibət olması barədə söz-söhbət çıxarmış, lakin elə bir şey olmamışdır. Leylanın başqa şəxslərlə münasibəti olmuş, bu fakt da sübuta yetirilmişdir. Həmin sözsöhbətə görə Leylanın qardaşı Ruslan qonşusu Vilayətin yas məclisində olarkən qəflətən qarşısına çıxaraq bıçaqla onun üz nahiyəsinə xəsarət yetirmişdir. Həmin günü axşam Fikrət onun evinə gələrək şikayət edəcəyi halda uşaqları ilə birlikdə evini yandırmaqla hədələmiş, o da şikayət etməmiş və məcbur olub barışıq ərizəsi vermişdir. Bununla belə Fikrət onu gördükdə bir neçə dəfə idarə etdiyi yük maşınını üzərinə sürmüşdür. Sonuncu dəfə o, məhlədə işlədiyi zaman siqareti qurtarmış və siqaret almaq üçün mağazaya gedəndə Fikrət onu görüb idarə etdiyi avtomobili yenə üzərinə sürmüşdür. O, özünü kənara atmış, Fikrət isə “ə şakal səni öldürəcəm” deyib getmişdir. O, oradan Fikrətin Şərif adlı böyük qardaşının evinə getmiş, Şərifə bu söz-söhbəti uzatmağın lazım olmadığını və son qoymalı olduqlarını demək istəmiş, lakin sonuncu evdə olmamışdır. O da qayıdarkən Fikrətin evinin yanından keçəndə elə sonuncunun özünü çağırıb “bəsdirin məni vurdunuz, atamı xəstələndirib öldürdünüz, anamı döydünüz” deyib onlardan nə istədiyini soruşaraq söz-söhbətə son qoymasını istəmişdir. Fikrət qapıya gələn kimi əlini cibinə atmışdır. Həmin vaxtı sonuncunun cibində kirli bir bıçaq olmuşdur. Fikrət bıçağı çıxardıb onu təhqir etməyə və üzərinə gəlməyə başlamışdır. Onun da üzərində siqaret almaq üçün mağazaya getməmişdən qabaq məhlədə işləyəndə xortum kəsdiyi mətbəx bıçağı olmuşdur. Fikrətgil onu əvvəllər vurduqları üçün o, qorxmuş və özünü qorumaq üçün bıçağı çıxardıb Fikrətə üzərinə gəlməməsini, yoxsa vuracağını demişdir. Fikrət isə üzərinə gəlməyə davam etmiş, o da sonuncunu öldürmək yox qorxutmaq üçün bədəninin aşağı nahiyəsinə bıçaqla vurmuşdur. Bundan sonra Fikrətin qolundan tutub darvazalarından 5-6 metr içəri aparmış, həmin vaxtı yanlarında heç kəs olmamışdır. Əgər öldürmək niyyəti olsa idi Fikrətə bir neçə bıçaq zərbəsi vurmaq imkanı olmuş, lakin o, bunu etməyərək sonuncunu içəri aparandan sonra çıxıb getmişdir. Evinin yaxınlığına gəlib kənardan polislərin olduğunu görmüş və ailəsinin təhlükəsizliyindən əmin olduqdan sonra o, uzaqlaşaraq Tovuz rayonuna getmiş, çünki bir nəfərdən pul alacağı olmuş, lakin həmin şəxsi tapa bilməmişdir. Oradan qayıdıb övladları ilə görüşərək təslim olmaq fikri olmuş, lakin bibisi və sonuncunun uşaqları ona yanlarında olmuşkən polislərə xəbər vermələrini və gəlib onu aparmalarını məsləhət etmiş, o da razılaşaraq həmin qaydada etmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun mərhum Fikrət Bağırovla qohumluğu olmamışdır. O, Leylanın xoşagəlməz hərəkətləri barədə eşitsə də buna inanmamışdır. Məsimin öz telefonu olmadığı üçün arvadı Leylanın telefonunu götürmüşdür. Həmin telefon da onun avtomobilində qalmış, bu zaman Leylanın telefonuna ard-arda zənglər və bir mesaj gəlmişdir. O, mesajı açmış, mesaj sevgi məzmunlu olmuşdur. Məsimlə ailəvi dostluğu olduğu üçün o, Leylanın hərəkətləri barədə ərinə danışmış və ailəsinin dağılmasının qarşısını almağını istəmişdir. Məsim də ona “yaxşı” demişdir. Aradan bir müddət keçəndən sonra Məsim ona belə şeyin təkrarlanacağı halda xəbər etməsini demişdir. Bir müddət sonra Məsimgilin darvazasının qarşısından keçəndə Leylanın kiminləsə darvazanın kənarında danışdığını görmüşdür. Telefonla danışarkən Leyla darvazanın iç tərəfində olduğu üçün o, sonuncunun səsini eşitmişdir. Ona görə də o, Leylanı güdməmiş, sadəcə darvazalarının qarşısından keçəndə danışığını eşidib Məsimin ona Leylanın xoşagəlməz hərəkətlərini görsə yolverməməsini dediyindən dinləmişdir. Həmin vaxtı Məsim qarpız satdıqları yerdə olmuş və növbəli şəkildə gecə qarpızın yanında qaldıqlarından sonuncu axşam evə də gəlməmişdir. Darvaza açıq olduğundan o, qəfildən içəri daxil olaraq telefonu almış və Leylanın kişi ilə danışdığını görmüşdür. Qulaq asdıqda həmin şəxsin onların Ruslan adında qohumu olduğunu anlamışdır. Ruslan da Leylanın telefonunu əlindən alan şəxsin o, olduğunu bilmişdir. Bundan sonra Ruslanın ögey anası Afət səs-küylə oraya gəlmiş, qonşular da səs-küyə yığışmış, X63 ilə dost kimi danışdığını bildirib onun nə üçün qarışdığını demişdir. O, Leylanın belə hərəkətlərini Məsimlə ailəvi dost olduqlarından qəbul edə bilməmişdir. Məlum baş vermiş hadisədən əvvəl Leylanın qardaşı Ruslan onu bıçaqlamış, sonuncu Rusiyada yaşamış və baş verənlər barədə kimin Ruslana məlumat verməsini bilməmişdir. Ruslan Rusiyadan xx.xx.2023-cü il tarixdə gəlmiş, həmin vaxt Məsimin ailəsi ilə araları yaxşı olmuş və məsələ bağlanmışdır. Ruslan ona bacısı Leyla ilə bağlı heç nə demədən yas mərasimində bıçaqla üzündən xəsarət yetirmiş, həmin günü axşam isə Fikrət onlara gəlib yoldaşının yanında şikayət edəcəyi halda ailəsi ilə birlikdə onun evini yandıracağını demişdir. Ruslan onu bıçaqlayandan sonra Fikrət bir neçə dəfə Şiştəpədə idarə etdiyi avtomobili üzərinə sürmüşdür. Hadisə baş verən gün də saat 11-12 radələrində Fikrət yenə məktəbin yanında onun üzərinə avtomobil sürmüş, o, özünü kənara atmasa idi sonuncu onu vuracaqmış, hava isti olduğundan həmin vaxtı küçədə heç kim olmamış və Fikrətin avtomobili onun üzərinə sürməsini heç kim görməmişdr. Hadisə günü Fikrətin özbaşınalığı ilə bağlı “102” Xidmətinə məlumat verməmiş, lakin əvvəllər bu barədə şikayətlər etmiş, “102” Xidmətinə etdiyi şikayət qeydiyyata alınaraq Zəyəm polisinə göndərilsə də şikayətinə baxılmamış, Elvin adlı təhqiqatçı izahatını almaq üçün onu şöbəyə dəvət etmiş, lakin o getməmişdir. Hadisə günü mərhum Fikrətin qardaşı Şərifin evinə Fikrətin bu özbaşınalıqlarına son qoymasını demək üçün getmiş, lakin bundan əvvəl Şərifə bu barədə heç nə deməmişdir. Hadisə günü Fikrət üzərinə avtomobil sürdükdən sonra o, evə qayıtmamış, üst-başını təmizləyib Şərifgilə getmiş, lakin sonuncu evdə olmamışdır. Fikrətgilin darvazasının qarşısından keçən zaman isə elə sonuncunun özünə bu hərəkətlərə son qoymasını deməyi düşünmüşdür. O, Fikrətgilin evinə girməmiş, həmin vaxtı saat təxminən 14-15 radələri olmuş, qapını döyüb Fikrəti çağırmış, sonuncu çölə çıxmış, yanlarında başqa heç kim olmamışdır. Fikrət qapıya çıxandan sonra o, sonuncuya etdiyi hərəkətlərə son qoymasını demək istəyən zaman Fikrət Bağırov onu söyməyə və təhqir etməyə başlamış, daha sonra isə cibindən kirli bir bıçaq çıxarıb onu öldürəcəyini demişdir. O da özünü qorumaq üçün cibindəki mətbəx bıçağını çıxarmış, ancaq Fikrəti nəinki öldürmək, vurmaq belə fikri olmamışdır. Fikrət ona bıçaqla xəsarət yetirməyə cəhd etdiyi üçün o, sonuncunun göbək nahiyəsindən aşağıya bir bıçaq zərbəsi vurmuşdur. Bu zaman Fikrətin əlindəki bıçaq yerə düşmüş, o da həkim çağırmaları üçün qolundan tutub sonuncunu darvazadan içəri aparmış və oradan getmişdir. O, Fikrətin yanından gedəndə sonuncu sağ olmuş, üzərində telefon olmadığı üçün təcili yardım çağıra bilməmişdir. Mərhum Fikrətin qohumları tərəfindən ona xəsarət yetirəcəyini ehtimal etdiyi və sonuncuların onu öldürəcəklərindən qorxduğu üçün hadisədən sonra heç kimi səsləməmiş, Fikrətə kömək etməmiş və hadisə yerindən uzaqlaşmış, lakin mağazanın yanında dayanmış cavan uşaqlara Fikrətlə davalarının düşdüyünü, bıçaqla xəsarət yetirdiyini və kömək üçün getmələrini demişdir. O, həmin uşaqları tanımamış, sonuncular kəndin cavanları olmuşlar. O, Şərifgilin evinə gedəndə sonuncu Fikrətlə qonşu olduğundan Fikrətgilin evi tərəfdən keçməməsi, sonuncunun onu görməməsi üçün digər tərəfdən getmiş, lakin Şərif evdə olmadığından sözünü deyə bilməmiş, buna görə Fikrətin evinə getmək qərarına gəlmiş və sonuncuya aralarındakı mübahisəyə son qoymasını demək istəmişdir. Nasim, Elyar və Darvini söyməmiş, sonunculara hədələyici səsli mesajlar da göndərməmişdir. O, Ruslanın ona bıçaqla vurması hadisəsindən sonra polisə barışıq ərizəsini vermişdir. Fikrətin nə səbəbə onun üzərinə avtomobil sürməsini bilməmiş, sonuncu ondan kənddən getməsini istəmişdir. Leyla ilə aralarında münasibət olması barədə məsələ 2020-ci ildə olmuşdur. Hadisədən təxminən 2 ay əvvəl “102” Xidmətinə Fikrətin oğlu, Fikrətin qardaşı oğlu və Fikrətin qardaşı nəvəsindən “məndən əl çəksinlər” məzmunu şikayət etmiş, lakin Fikrətin özü barəsində heç bir quruma rəsmi şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında hadisənin baş vermə mexanizminə dair əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin ifadəsi, həmçinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, ...................... Hadisə olan günü, yəni 16 iyul 2023-cü il tarixdə saat 16 radələrində o, kəndin yolu ilə siqaret almaq üçün mağazaya gedərkən Fikrət Bağırov idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı avtomobillə gələrək avtomobili üzərinə sürmüş, o da özünü avtomobilin qabağından kənara atmışdır. Fikrət avtomobili saxlayıb “ə şakal sənə deməmişəm ki, qabağıma çıxma, onsuz da səni yaşamağa qoymayacam” deyə onun üstünə qışqıraraq təhqir etməyə başlamışdır. O da Fikrətin bu sözlərindən hiddətlənərək sonuncuya “sənə göstərəcəm şakal kimdi” deyib Fikrət Bağırovu öldürmək qərarına gəlmişdir. Fikrət avtomobilini sürüb getmiş, o isə əsəbi şəkildə yaşadığı evinə gedərək gizlincə mətbəxdən bıçaq götürüb Fikrətin böyük qardaşı Şərifin evinə getmişdir. Məqsədi Fikrəti öldürmək olsa da, ilk öncə Şərifə ondan əl çəkməklərini, artıq bu təhqir və təhdidlərdən bezdiyini demək istəmişdir. O, Şərifin yaşadığı fərdi yaşayış evinin darvazasını xeyli döysə də heç kim çıxmamışdır. Daha sonra o, Fikrətin yaşadığı fərdi yaşayış evinin qarşısına getmişdir. O, evin darvazasını döyüb Fikrəti çölə çağırmışdır. Fikrət darvazanı açıb onu nalayiq ifadələrlə təhqir etmişdir. O, Fikrətə “artıq əlindən cana doymuşam, bəsdir” deyib sağ əli ilə şalvarının sağ cibindən mətbəx bıçağını çıxarıb bir dəfə Fikrətin qarın nahiyəsinə zərbə endirmişdir. Daha sonra o, hadisə yerinə polislərin gəldiyini görüb kəndin içərisi ilə, ardınca isə “Dərə Yolu” adlanan yolla Şiştəpə kəndinə getmişdir. O, Fikrəti vurduğu bıçağı “Dərə Yolu” adlanan yerdə yolun xatırlamadığı hissəsinə atmışdır. Sarıtəpə kəndinin başında “Bağlıq” deyilən əraziyə gedib gecəni orada keçirmiş, 17 iyul 2023-cü il tarixdə saat 21 radələrində Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan bibisi Reyhanın evinə getmiş, sonuncu da polis əməkdaşlarına məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gələrək onu Şəmkir rayon polis şöbəsinə aparıb növbətçi hissəyə təhvil vermişlər. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan edilmiş ifadələri arasında olan ziddiyyətli xüsusatlar onun sözləri ilə doğru yazılmamış, məhkəmə iclasında dedikləri doğru olmuşdur. Müstəntiq ona hədə-qorxu gəlmiş, o, bu barədə Baş Prokurorluğa da şikayət etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, hadisə günü əri Fikrət Bağırov ilə evlərinin həyətində kartof yığan zaman kimsə küçədən “ay Fikrət, ay Fikrət” deyə ərini çağırmışdır. O, ayağından əməliyyat olunduğu üçün Fikrət ona dayanmağını, özünün isə gedib kimin səslədiyinə baxacağını demişdir. Fikrət bağ sahəsindən həyətə açılan qapıdan keçib darvazaya tərəf getmişdir. O, Fikrətin ardı ilə getdikdə sonuncunun darvazanın ağzında iki əli ilə qarnını tutaraq “ay Zəminə, məni bıçaqladılar, gəl”-deyə səslədiyini görmüşdür. O, dərhal Fikrətə yaxınlaşıb kimin vurduğunu soruşduqda sonuncu Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu demişdir. O, qışqıraraq qonşuluqda yaşayanları köməyə çağırmışdır. Səsə gələn qonşuları Fikrəti sonuncuya məxsus “VAZ 2107” markalı avtomobillə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmaq üçün yola düşmüşlər. Yolda onlar təcili-tibbi yardım avtomobili ilə qarşılaşmış və Fikrəti təcili-tibbi yardım avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Yolda o, Fikrətin qardaşı oğlu Şahid2 zəng edib ərinin bıçaqlandığını, xəstəxanaya getdiklərini və tək olduğunu deyib xəstəxanaya gəlməsini bildirmişdir. Fikrət əməliyyata girmiş, lakin əməliyyatdan sonra oyana bilməmişdir. İfadəsinin davamı olaraq Zəminə Hüseynova bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, mərhum ərinin Təqsirləndirilən şəxslə heç bir ədavəti, düşmənçiliyi və ya narazılığı olmamış, əksinə əri İdrisə bəzi məsələlərdə köməklik də etmişdir. İdrisin problemi Fikrətin qardaşı nəvələri Leyla və Ruslan ilə olmuşdur. Fikrət İdrisin onu bıçaqladığını deyən zaman o, ərinin sağalacağını fikirləşdiyi üçün danışdırıb sonuncunu yormaq istəməmişdir. Ona görə də ərinə əlavə suallar verməmişdir. Fikrət qarın nahiyəsindən bıçaqlanmış, bağırsağı çölə çıxmış, qan axmış və qarın boşluğuna dolmuşdur. Fikrət özü İdrisin onu bıçaqla vurulduğunu demişdir. Qaynı Qurbanın nəvələri Leyla və Ruslan ilə olan problemi səbəbindən sonuncu yas yerində İdrisə bıçaqla xəsarət yetirmiş, bundan sonra İdrislə aralarında barışıq olduğundan sonuncu ərizə vermiş və işə xitam verilmişdir. Ruslanın İdrisin hansı nahiyəsinə bıçaqla xəsarət yetirməsini xatırlamamışdır. Hadisə 16 iyul 2023-cü il tarixdə saat 17-18 arası baş vermiş, hava işıqlı olmuşdur. O, mərhum ərini görəndə sonuncu həyətdə olan “VAZ-2107” markalı avtomobilinə söykənmiş və əlləri ilə qarnını tutmuş vəziyyətdə olmuş, həmin vaxt Fikrətin yanında heç kim olmamış, ilk gələn o olmuşdur. Hadisə vaxtı evdə o və Fikrət olmuşdur. Təqsirləndirilən şəxs mərhum əri Fikrətin hadisədən əvvəlki hərəkətləri ilə bağlı dediklərinin hamısı yalan olmuş, əgər Fikrət İdrisi təhqir etmiş olsa idi o, bunu eşitmiş olardı. Hadisə baş verən günü o, Fikrətlə birlikdə saat 12-yədək evdə olmuş, 12-dən sonra isə nəvəsinin ad günü olduğundan birlikdə oraya getmiş, saat təxminən 15-16 arası isə evə qayıtmışlar. Evə qayıtdıqdan sonra da Fikrət evdən çıxmamışdır. X57 bıçaqla xəsarət yetirməsi ilə bağlı barışandan sonra, ümumiyyətlə İdrislə Fikrət arasında hər hansı narazılıq olmamışdır. O, Təqsirləndirilən şəxs şikayətçidir, sonuncu ilə barışmamış və barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zəminə Hüseynova həmin ifadəsində göstərmişdir ki, əri Fikrət Bağırov yük maşını sürücüsü olmuş, sifarişlə müəyyən məbləğdə pul müqabilində müştərilərin yükünü bir ünvandan digər ünvana daşımışdır. Fikrət xaraktercə sakit, mehriban və xoşxasiyyət bir insan olmuş, heç kimlə, o cümlədən Təqsirləndirilən şəxs ilə aralarında hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs evi ilə onların evi arasındakı məsafə təxminən 1 kilometr təşkil etmişdir. İdris onun mərhum əri Fikrət Bağırovun qardaşı Qurban Bağırovun nəvəsi Leyla Bağırovanın əri X14 ilə qohum olmaqla yanaşı dost olmuş və şərikli şəkildə qarpız alveri etmişlər. Təxminən 2 il bundan qabaq İdris ilə Leyla Bağırova sevgi münasibətində olmuşlar. İdris ilə Leyla bir müddət sevgi münasibətində olduqdan sonra qohumlar, o cümlədən Leylanın qardaşı Ruslan Bağırov bu məsələdən xəbər tutmuşdur. Buna görə Leylanın qohumları, yəni onların qohumları ilə İdris arasında narazılıq və mübahisəli vəziyyət yaranmağa başlamışdır. Həmin vaxt X52 Federasiyasının Sankt-Peterburq şəhərində yaşamışdır. Təxminən 5 ay bundan qabaq Ruslan Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən qayıdaraq bacısı Leyla ilə sevgi münasibətində olması səbəbindən İdrisi üz nahiyəsindən bıçaqlamışdır. Həmin hadisə 26 yanvar 2023-cü il tarixdə uzaq qohumlarının yas məclisində olmuşdur. İdrisin yarası çox da ağır olmadığından sonuncu barışıq ərizəsi vermiş və Ruslanın barəsində Şəmkir rayon polis şöbəsində olan araşdırmaya xitam verilmişdir. Daha sonra Ruslan Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə geri qayıtmışdır. Hadisə olan günü, yəni 16 iyul 2023-cü il tarixdə o, evdə olmuş və mərhum əri Fikrət Bağırovla yaşadıqları fərdi yaşayış evinin həyətində kartof yığmışlar. Həmin vaxt evdə onlardan başqa gəlini Şəhanə Səmədova da olmuş və sonuncu evin ikinci mərtəbəsində yatmışdır. Saat 17:30 radələrində kimsə Fikrəti küçədən çağırmağa başlamışdır. Onlar həmin adamı səsindən tanımamış, həmin şəxs 3-4 dəfə “ay Fikrət, ay Fikrət”-deyə ərini küçəyə çağırmışdır. Fikrət əlindəki işi qoyub darvazaya tərəf getmişdir. O isə asta addımlarla Fikrətin arxasınca getmişdir. O, ayağından əməliyyat olunduğu üçün çox çətinliklə yerimişdir. Fikrət bağ sahəsindən həyətə açılan qapıdan keçib darvazaya tərəf yerimişdir. O, bağ sahəsindən həyətə açılan qapıdan keçdikdə Fikrətin darvazanın ağzında iki əli ilə qarnını tutaraq “ay Zəminə, qoyma məni bıçaqladılar”-deyə qışqırdığını görmüşdür. O, dərhal Fikrətə yaxınlaşmış və qarın nahiyəsindən xəsarət aldığını və bağırsağının çölə çıxdığını görmüşdür. Lakin Fikrətin yarasından qan axmamışdır. O, Fikrətdən kimin vurduğunu soruşduqda əri İdrisin bıçaqla vurduğunu demişdir. Onun qışqırtı səsinə qonşuluqda yaşayan Şahid4 və Şahid1 gəlmişlər. Onlar köməkli şəkildə Fikrəti özünə məxsus “VAZ 2107” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Onlar “Kraz Yolu” deyilən əraziyə çatdıqda Təcili tibbi yardım xidmətinin avtomobili ilə qarşılamış və X59 yardım avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Çünki onlar Fikrəti evdən çıxardarkən qonşular Təcili tibbi yardım xidmətinə zəng edib hadisə ilə bağlı məlumat vermişlər. X58 RMX-nın Acil şöbəsinə aparmışlar. Fikrətin qardaşı oğlu Şahid2 əmisinin yanına girmişdir. Fikrətin huşu özündə olmuş və sərbəst danışa bilmişdir. Fikrətin qarın nahiyəsində yarası olmuş, bağırsaq çölə çıxdığından yaranın ağzını tutmuş və buna görə də ərinin yarasından qan axmamışdır. Daha sonra həkimlər Fikrəti əməliyyat etmək üçün cərrahiyyə şöbəsinə aparmışlar. Saat 03 radələrində Fikrət qanaxma səbəbindən əməliyyat otağında ölmüşdür. Mərhum əri X45 Alıyev ilə arasında hər hansı bir narazılıq və mübahisəsi, o cümlədən X45 Alıyevi təhdid etmə halları olmamışdır. Təqsirləndirilən şəxs X46 qətlə yetirən zaman yanlarında heç kim olmamışdır. İdris qəsdən heç bir əhəmiyyətli səbəb olmadan onun ərini öldürmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zəminə Hüseynova bildirmişdir ki, o, İdrisin Ruslanın onu vurduğu bıçağın qisasını mərhum əri Fikrətdən aldığını düşünür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 iyul 2023-cü il tarixdə saat təqribən 16-dan sonra əmisi arvadı Zəminə Hüseynova zəng edərək İdrisin yaşadıqları evin darvazasının qabağında əmisi Fikrəti bıçaqla vurduğunu və sonuncunu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına apardıqlarını deyib ondan xəstəxanaya gəlməsini istəmişdir. O, dərhal Şəmkir RMX-ya getmiş və əmisi Fikrətin yanına girmişdir. Sonuncudan nə baş verdiyini soruşanda əmisi İdrisin onu səsləyərək çölə çağırdığını və daravazadan çölə çıxarkən sonuncu qəfildən əlindəki bıçaqla bir dəfə onu vurduğunu demişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, əmisi Fikrət İdrisin nə üçün onu vurduğunu deməmişdir. İdrislə əmisi arasında hər hansı bir narazılıq olmasını eşitməmiş, Leyla ilə İdris barəsində olan söz-söhbətlə əlaqədar İdrisin bıçaqlandığını eşitmiş, lakin həmin vaxt ölkə ərazisində olmamışdır. O, hadisədən bir qədər əvvəl iyul ayının 3-dən sonra ölkəyə gəldiyi üçün Leyla ilə İdrisin barəsində olan söz-söhbətin mərhuma necə təsir etdiyini bilməmişdir. Fikrətin İdrisin üzərinə avtomobil sürməsi barədə də məlumatı olmamış, çünki o, həmin vaxtı kənddə yox, Şəmkir şəhərində yaşamışdır. Xəstəxanada əmisini görsə də sonuncudan İdrisin nə səbəbə onu vurduğunu soruşması üçün imkanı olmamışdır. Bildiyi qədəri ilə mərhumla İdrisin münasibətləri normal olmuşdur. O, ölkə ərazisində olmadığı üçün Ruslanın İdrisə bıçaqla xəsarət yetirməsindən sonra sonuncu ilə Fikrət arasında hər hansı problem yaşanması barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı oğlu olmuş, o, qardaşları Elyar və Darvin ilə birlikdə usta işləmiş, Təqsirləndirilən şəxs də bəzi vaxtlar yanlarında fəhlə işlədib pul vermişlər. Bir müddət sonra sonuncunu işə çağırmamışlar, İdris isə onun kiçik qardaşına telefonda səsli mesajlar göndərərək işə çağırmadıqları üçün ağır söyüşlər söymüşdür. O da İdrisə zəng edib telefonda söyüş söyməməsini və ehtiyac olmadığı üçün işə çağırmadıqlarını demişdir. İdris isə ona “siz üç qardaşın üçünüzü də məhv edəcəm” demişdir. Aradan bir neçə gün keçdikdən sonra İdrisin cinayət törətdiyini eşitmişdir. Həmin vaxtı evində olduğu zaman polis əməkdaşları gəlmiş, o, polis əməkdaşlarından nə məsələ olduğunu soruşduqda sonuncular İdrisin adam öldürdüyünü bildirib burada olub-olmamasını soruşmuş, o da polis əməkdaşlarına İdrisi tapdığı halda özünün cəzalandıracağını demişdir. Bundan təxminən 3 gün sonra İdris xalası Reyhanın evinə gəldiyi zaman o, sonuncunu tutub döymüş və polislərə xəbər vermiş, polislər də gəlib İdrisi aparmışdır. İfadəsinin davamı olaraq Nasim Allahverdiyev bildirmişdir ki, onlar İdrisi yanlarında günlük 25 manata fəhlə kimi işlətmiş, işə çağırmadıqları zaman isə sonuncu spirtli içki içib telefonla zəng edərək onları söymüşdür. O, son iki ildir rayona gəldiyi üçün İdrislə Fikrətin qardaşı nəvəsi Leyla arasında olan söz-söhbəti eşitsə də, dəqiqliklə nə olduğunu bilməmişdir. X46 çox yaxşı bir insan kimi tanımış, lakin sonuncu ilə İdris arasında hər hansı ədavətin olmasını bilməmişdir. Hadisədən 3 gün sonra İdrisi xalası Reyhanın evində tutmuşdur. İşi məhkəmədə olan zaman Təqsirləndirilən şəxs anası ona zəng edib ifadəsində Fikrətin İdrisin üzərinə avtomobil sürməsini deməsini istəmiş, lakin o, belə bir şeyin olmasını görməmişdir. 2023-cü ilin yanvar ayında qayını ona zəng edib Təqsirləndirilən şəxs xəstəxanada olduğunu və sonuncu ilə bağlı “Youtube” sosial şəbəkəsində video yayıldığını demişdir. O, videoya baxanda İdrisin üzünün yarandığını görmüşdür. Sonradan bu hadisənin İdrislə Leyla arasında olan söz-söhbətlə bağlı baş verdiyini bilmiş, lakin bir də bu hadisə ilə maraqlanmamışdır. Dayısı vəfat etdikdən sonra yas məclisində 40 mərasiminədək iştirak etmiş, sonradan isə İdrisin evinə gediş-gəlişləri olmamışdır. Lakin Təqsirləndirilən şəxslə arabir telefonla danışıqları olmuş, həmin vaxt sonuncu həmişəki qaydada söyüş söymüş, o da İdrisin nömrəsini qara siyahıya salmışdır. Təqsirləndirilən şəxs üzü yaralandıqdan sonra sonuncuya qarşı Fikrət və ailəsi tərəfindən bu formada hər hansı hərəkətin edilməsi barədə məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs tutan zaman evdə İdrisin yoldaşı və uşaqları olmuşdur. Polis şöbəsinin əməkdaşı Murad müəllim evlərinə gələn zaman Təqsirləndirilən şəxs “bir nəfəri öldürdüm, iki nəfər qalıb” ifadəsini işlətdiyi səsi sonuncuya dinlətmiş, o da İdrisi işə çağırmadıqları üçün həmin iki nəfərin qardaşı ilə özünün olduğunu düşünmüş, ona görə də İdrisi tutmuşdur. İdris ona bəzən Leyla ilə aralarında olan münasibətdən danışmış, lakin o, sonuncunu dinləməmişdir. Reyhan xalasıgildə olarkən xalası oğlu həyətin darvazasından kiminsə içəri daxil olduğunu görmüş, o, həyətə çıxmış və həmin şəxsin İdris olduğunu görmüşdür. İdris onun üzərinə doğru gəlmiş, o da sonuncunun onu vuracağından ehtiyatlanıb cəld hərəkət edərək İdrisi tutmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin yay aylarında günorta saatlarında Şəmkir rayonu, İrmaşlı kəndində uşaqlarla “Şəmilin mağazası” deyilən marketin qarşısında dayanmışdır. Həmin mağaza X46n evindən 100 metr aralıda yerləşmişdir. X44 evi tərəfdən qışqırıq səsi eşidib oraya doğru qaçmışlar. Çatanda Fikrətin yaralandığını, arvadı Zəminənin isə ağladığını görmüşlər. Fikrəti sonuncuya məxsus avtomobilə mindirib Şəmkir RMX-ya aparmaq üçün yola düşmüşlər. Avtomobili o, idarə etmiş, ondan başqa avtomobildə Fikrət, Şahid4, Zəminə və yengəsi olmuşdur. Yolda Fikrəti təcili-tibbi yardım avtomobilinə mündirmişlər. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, qadın qışqırıq səsinə Fikrət Bağırovun evinə getdikdə sonuncunu yaşadığı evin darvazasından içəridə yerdə halsız vəziyyətdə uzandığını görmüşlər. X53 vurub qaçdığını demişlər. Təqsirləndirilən şəxs və X46 kənd sakinləri kimi tanımış, sonuncular arasında hər hansı ədavət və düşmənçilik olmasını bilməmiş və eşitməmişdir. Kənd sakinlərindən İdrisin bir qızla bağlı mübahisəsinin olduğunu, yas yerində də həmin məsələ ilə bağlı Fikrətin qardaşı oğlu Ruslanın İdrisin üzündən bıçaqla vurduğunu eşitmişdir. O, sonradan Təqsirləndirilən şəxs Fikrət Bağırovu hansı səbəbdən öldürməsini bilməmişdir. Leyla ilə İdris arasında olan məsələyədək İdrisgillə Fikrətgil arasında hər hansı bir narazılıq olmamışdır. Hadisə günü mərhum X38 üzərinə avtomobil sürməsi barədə heç nə eşitməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X29 onun həmkəndlisi olmuşdur. Sonuncu yük maşını sürücüsü işləmiş, sifarişlə müəyyən məbləğdə pul müqabilində müştərilərin yükünü bir ünvandan digər ünvana daşımışdır. Fikrət xaraktercə sakit, mehriban və xoşxasiyyət bir insan olmuşdur. Fikrətin heç kimlə, o cümlədən Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Hadisə olan günü, yəni 16 iyul 2023-cü il tarixdə saat 17 radələrində o, Şahid1 ilə birlikdə kənd ərazisində “Şəmilin mağazası” deyilən marketin qabağında dayanıb söhbət edən zaman Təqsirləndirilən şəxs qaçaraq Fikrət Bağırovun evi tərəfdən üzü öz evi tərəfə getdiyini görmüşlər. İdris qonşuların çəpərlərini hoppanaraq keçib getmişdir. Bir qədər sonra Fikrətin evi tərəfdən qışqırtı səsləri gəlməyə başlamışdır. O, dərhal Şahid1 ilə birlikdə səs gələn tərəfə qaçmışlar. Onlar Fikrətin evinə çatdıqda sonuncunun qarın nahiyəsindən yaralandığını, arvadı Zəminənin isə ağladığını görmüşlər. Onlar dərhal Fikrəti özünə məxsus “VAZ-2107” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yola düşmüşlər. Avtomobili Ellər idarə etmişdir. Yol boyunca X30 bıçaqla vurduğunu demişdir. Onlar “Kraz Yolu” deyilən əraziyə çatdıqda Təcili tibbi yardım xidmətinin avtomobili ilə qarşılamışlar və həkimlər Fikrəti öz maşınlarına mindirib xəstəxanaya aparmışlar. Çünki onlar Fikrəti evdən çıxardarkən qonşular Təcili tibbi yardım xidmətinə zəng edib hadisə ilə bağlı məlumat vermişlər. Onlar Şəmkir RMX-ya çatan kimi həkimlər X59 Yardım avtomobilindən düşürüb xəstəxananın Acil şöbəsinə aparmışlar. Fikrətin huşu özündə olmuş və sərbəst danışa bilmişdir. Fikrətin qarın nahiyəsində yarası olmuş və bağırsaq çölə çıxdığından yaranın ağzını tutmuş, buna görə də sonuncunun yarasından qan axmamışdır. Daha sonra həkimlər Fikrəti əməliyyat etmək üçün cərrahiyyə şöbəsinə aparmış, saat 03 radələrində isə Fikrət qanaxma səbəbindən əməliyyat otağında ölmüşdür. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Qonşuları Vilayətin yas mərasimində olarkən bıçağı İdrisin boğazına vurmaq istəyən zaman oğlu təsadüfən əyildiyi üçün bıçaq sonuncunun üz nahiyəsinə dəymişdir. Həmin hadisədən sonra oğlu İdris ona bir neçə dəfə Fikrət Bağırovun onun üzərinə avtomobil sürməsini demiş, o da oğluna fikir verməməsini bildirmiş, İdris isə ona Fikrətin gəlini olan qardaşı qızına qayınatasının onun üzərinə avtomobil sürməməsini bildirməsini demişdir. İfadəsinin davamı olaraq Gühər Tanırverdiyeva bildirmişdir ki, mərhum Fikrətin qardaşı nəvəsi Ruslan İdrisin üzünə bıçaqla vurmuş, həmin zaman Ruslanın əmisi uşaqları da sonuncunun yanında olmuş, Ruslanın əmisi uşaqları sonuncuya “sən hadisəni törət, biz səni qurtararıq” demiş, İdrislə Leyla arasında yayılmış söz-söhbət də yalan olmuşdur. Hadisə günü o evdə olmamış, lakin gəlini evdə olmuşdur. Fikrətin gəlini onun qardaşı qızı olmuş, İdris ona Fikrətin üzərinə neçə dəfə avtomobil sürməsini demiş, ondan əl çəkmələri üçün bu barədə qardaşı qızına deməsini istəmiş, lakin o, İdrisə sakit durmasını bildirmişdir. O, Fikrətin İdrisin üzərinə avtomobil sürməsi barədə məsləhət üçün qardaşı Vaqifə, bacısına və bəzi qonşulara demişdir. Hadisədən təxminən 10-15 gün əvvəl Fikrətin İdrisin üzərinə avtomobil sürməsi barədə qardaşı Vaqifə demişdir. Ruslanın bıçaqla İdrisi vurmasından sonra mübahisə sadəcə Fikrətin avtomobili İdrisin üzərinə sürməsi ilə bağlı olmuş, Fikrət İdris işdən qayıdan vaxtlarda Fikrət sonuncunun üzərinə avtomobil sürmüşdür. İdris Fikrətin onun üzərinə avtomobil sürməsi barədə 20-30 gün əvvəl də 2-3 dəfə ona demişdir. İdris ona Fikrətə nə isə edəcəyi barədə heç nə deməmişdir. Qardaşı Vaqif ona olanlara fikir verməməsini demiş, o, özü Fikrətin hərəkətləri barədə aralarında söz-söhbət yaranmasın deyə heç nə deməmişdir. O, Nasim Allahverdiyevə məhkəmədə Fikrətin İdrisin üzərinə avtomobil sürməsini deməsini tapşırmamış, sonuncudan sadəcə eşitdiklərini deməsini xahiş etmişdir. Leylanın yaxın qohumları olduğu halda Fikrətin İdrisin üzərinə avtomobil sürməsinin səbəbini də bilməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı oğlu olmuşdur. Baş vermiş hadisə barədə heç bir məlumatı olmamış, hadisədən sonra Təqsirləndirilən şəxs xalasıgilin evinə gəlmiş, həmin vaxt onlar orada olmamış, öz evlərinə getmişlər. Evdə olarkən onlara zəng gəlmiş və İdrisin gəldiyini demişlər. Bundan sonra onlar da oraya getmiş, bu vaxt artıq İdrisi polislər aparmışdır. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs ailəsi ilə görüşmək üçün xalasıgilə gəlmiş, çünki baş vermiş hadisədən sonra İdrisin ailəsi xalasıgilin evinə getmişdir. İdrisi polisə təhvil vermək üçün xalası oğlu Nasim tutmuşdur. İdris uşaqları ilə görüşüb polisə təslim olmaq üçün gedəcəyini desə də, sonuncu xalasıgildə olduğu vaxt xalası qızı polisləri çağırmışdır. İdrislə Leyla arasında olan məsələ barədə sadəcə eşitmiş, bu barədə başqa heç nə bilməmişdir. İdrislə Fikrət arasında olan narazılığın yaranma səbəbi Leyla ilə olan məsələ olmuş, hadisə baş verdikdən sonra dayısının yoldaşı ona hadisədən qabaq mərhum Fikrətin bir neçə dəfə İdrisin üzərinə avtomobil sürdüyünü demişdir. İdrislə mərhum Fikrətin arasında dava-dalaş olması barədə heç nə eşitməmişdir. İdris hadisə törətdikdən sonra uşaqları ilə görüşmək üçün xalasıgilə gəldiyi vaxt nə hadisəsi törətdiyini, nə də ki Fikrətin hadisə günü üzərinə avtomobil sürdüyünü deməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Qayınanası və o evdə olarkən Təqsirləndirilən şəxs evə gəlib bir neçə dəfə Fikrətin onun üzərinə avtomobil sürdüyünü demişdir. İdris qayınanasına “get qardaşın qızına de ki mən barışıq ərizəmi verdim, amma bunlar məndən əl çəkmir, üzərimə maşın sürür” demişdir. Qayınanasının qardaşı qızı da Fikrətgilin gəlini olmuşdur. Ruslan yas mərasimində 400 nəfərin içərisində Leyla ilə İdrisin münasibətlərinin olması barədə şərə görə İdrisin boğazını kəsmək istəmiş, lakin əri qabağa əyildiyi üçün bıçaq sonuncunun dodağına dəymişdir. Hadisəni də qızışdıran Fikrətin və Şöhrətin oğulları Nurlan və Elvin olmuş, həmin hadisə ilə bağlı İdris barışıq ərizəsi vermişdir. İdris Fikrəti öldürməmişdən qabaq evə gəlib qayınanasına qardaşı qızına ondan əl çəkmələrini bildirməsini demiş və Fikrətin onun üzərinə avtomobil sürdüyünü bildirmiş, qayınanası deyəcəyini söyləmiş, o da həmin vaxt orada olmuşdur. Qayınanası Fikrətin etdikləri barədə qardaşı qızına deyəcəyini bildirsə də bunun nəticəsi barədə məlumatı olmamışdır. Hadisədən qabaq İdris həyətdə boru düzəltmiş, o isə evdə uşaqları ilə olmuş, bir qədər sonra İdris evdən çıxmış, lakin o ərinin haraya getməsini bilməmişdir. Hadisədən sonra İdrislə görüşə bilməmiş, əri bibisigilə gələndə onlarla görüşüb təslim olacağını demiş, gəldiyi vaxt isə Nasim İdrisi tutmuşdur. Leyla məsələsinədək İdrislə Fikrət arasında hər hansı narazılıq olmamışdır. Fikrətin İdrisə qarşı etdiyi hərəkətlər barədə əri heç bir quruma şikayət etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 34 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki: 1) X3 meyitinin bədənində aşkar edilmiş xəsarət - qarının ön divarının sağ yarısının daxilə keçən, nazik bağırsaq ilgəyini və treys bağını zədələyən, kəskin qanaxmaya (3 lirtədək) səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici ələt ilə, ola bilsin ki, bıçaqla yetirilmişdir, həyatidır; 2) Ağırlıq dərəcəsinə görə qarının ön divarının sağ yarısının daxilə keçən, nazik bağırsaq ilgəyini və treys bağını zədələyən, kəskin qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir; 3) X3 meyitinin bədənində aşkar edilmiş xəsarətin - qarının ön divarının sağ yarısının daxilə keçən deşilmiş-kəsilmiş yaranın lokalizasiyasına və xarakterinə əsasən onu demək olur ki, xəsarət yetirilərkən zərərçəkən şəxslə xəsarət yetirən şəxsin qarşı-qarşıya ayaqüstü duruş vəziyyətində olması daha çox ehtimal olunur; 4) X3 ölümünə səbəb qarının ön divarının sağ yarısının daxilə keçən, nazik bağırsaq ilgəyini və treys bağını zədələyən deşilmiş-kəsilmiş yaranın törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X20 ölümü meyitin müayinəsinə başlanmasından 6-8 saat əvvəl baş vermişdir; 5) X20 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və uyuşdurucu maddə aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 820 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin sol yarsının sıyrıqları, sağ gözün üst qapağının və sol kürəkaltı nahiyənin qançırları, sağ bazunun aşağı üçdə birinin və sol əlin arxa səthinin yumşaq toxumalarının şişkinlik, qançır və ağrı halında əznikləri küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 16 iyul 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ bazunun aşağı üçdə birinin və sol əlin arxa səthinin yumşaq toxumalarının şişkinlik, qançır və ağrı halında əzinikləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin sol yarısının sıyrıqları, sağ gözün üst qapağının və sol kürəkaltı nahiyənin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 370/2023- MTKŞ nömrəli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim edilmiş və mərhum X22 məxsus bir ədəd köynəyin, bir ədəd şalvarın və bir ədəd şərfin üzərində əhəmiyyət kəsb edən zədə yoxdur; 2) Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus uzunqollu köynəyin ön səthində ortada olan fabrik yarıq üzərində yuxarıdan saymaqla 1-ci və 2-ci düymələrin, o cümlədən qollarının sərbəst uclarına tikilmiş düymələrin öz yerində olmaması aşkar olundu. Bu düymələrin öz yerində olmaması köynəyin yaxasına və qollarının sərbəst uclarına küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. Köynəyin üzərində göstərilən düymələrinin qopub düşməsi müxtəlif şəraitlərdə, o cümlədən dalaşma zamanı dartılma nəticəsində əmələ gələ bilmələri istisna olunmur; 3) Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol köynəyin və bir ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 514/2023- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A(İİ); 2) X20 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O(İ); 3) Ekspertizaya təqdim olunan X22 məxsus köynək, şalvar, şərf, Təqsirləndirilən şəxs məxsus 02 ədəd köynək və şalvar üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda X22 məxsus köynək, şalvar və şərf üzərindəki ləkələrdə yalnız «H» antigeni alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X22 məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus 02 ədəd köynək və şalvar üzərindəki ləkələrdə «A» və «H» antigenləri alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər onun qanında müşayiətçi H antigeni varsa. Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfa,beta/İ/ qruplu X20 da qarışmış qanının olması inkar olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X61 X39 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 610 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, hadisədən əvvəl və hadisə anında Təqsirləndirilən şəxs anlaqlı vəziyyətdə olmuş, o, hadisədən əvvəl və hadisə anında öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur. Hazırda Təqsirləndirilən şəxs xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri mövcud deyildir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:20-də Azərbaycan Respublikası CM-in 120.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay 28 (iyirmi səkkiz) müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri – Şəmkir şəhər mərkəzindən 14 kilometr məsafədə yerləşən Şəmkir rayonu, İrmaşlı kəndində X22 məxsus fərdi yaşayış evinin giriş darvazasının qarşısıdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilərək götürülməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, X20 meyitinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilərək götürülməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə vaxtı əynində olmuş boz rəngli cins şalvar, tünd göy rəngli uzunqol köynək və ağımtılbozumtul rəngli qısaqol köynək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin təsərrüfat bacısı X1 təqdim etdiyi hadisə vaxtı X20 əynində olmuş tünd göy rəngli idman şalvarı, ağımtıl-bozumtul rəngli qısaqol köynək, o cümlədən zərərçəkmiş şəxs xəstəxanaya gətirilərkən yarasının üzərində olmuş yerliyi qara, üzərində ağ rəngli dairə bəzəkləri olan şal müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Köynəyin və şalın üzərində qanabənzər ləkələr mövcuddur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2023-cü il tarixdə X22 bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 18:42-də Azərbaycan Respublikası DİN-nin “102” Xidmətindən daxil olmuş məlumatda Şəmkir rayonu, İrmaşlı kəndində yaşayan X7 +99***-***-**-** nömrədən “102” Xidmətinə zəng edərək yaşadığı kənddə İdris adlı şəxsin əri X22 qarın nahiyəsindən bıçaqla xəsarət yetirməsi və sonuncunun hal-hazırda əməliyyatda olması barədə məlumat verməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, axtarılan Şəmkir rayonu, İrmaşlı kənd sakini xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:20 radələrində Şəmkir rayonu, Sarıtəpə kənd ərazisində saxlanılaraq istintaqa təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 205 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs 0,6 promilli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qisas almaq məqsədilə X23 qəsdən öldürən zaman ətrafında heç kəs olmamış, Təqsirləndirilən şəxs Fikrət Bağırov ilə amansız rəftar etməsi, ləyaqətini mütəmadi alçaltması, onu təhqir etməsi və ona hədə-qorxu gəlməsi hallarının olması, həmçinin Təqsirləndirilən şəxs spirtli içkilərə və narkotik maddələrə qarşı aludəçiliyi, eləcə də Fikrət Bağırovu qəsdən öldürməzdən əvvəl yaxın qohumları və digər şəxslərlə qarşılıqlı münasibəti və ailədaxili hər hansı bir probleminin olması, o cümlədən Təqsirləndirilən şəxs cinayəti törətməyə sövq edən, təhrik edən və yaxud cinayətin törədilməsində iştirak edən hər hansı bir şəxs və ya şəxslərin olması, eyni zamanda Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi mətbəx bıçağı müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X29 tərəfindən və ya onun barəsində Şəmkir Rayon Məhkəməsində heç bir müraciət qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs və X6 rayon poliklinikasında narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının İrmaşlı kənd İƏDÜN-nin xx.xx.2023-cü il arayışlar və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin kəndə anası – xx.xx.1962-ci il təvəllüdlü X16, arvadı – xx.xx.1989-cu il təvəllüdlü X37, qızı – xx.xx.2013-cü il təvəllüdlü Gültac Alıyeva və oğlu – xx.xx.2014-cü il təvəllüdlü İbrahim Alıyev ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroru ilə razılaşdırılmış xx.xx.2023cü il tarixli “məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin “102” Xidmətinə zəng edərək X28 tərəfindən bıçaqlanmasını bildirməsi əsasında Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə açılmış məhkəməyədək sadələşdirilmiş icraata Təqsirləndirilən şəxs hadisəni törətmiş Ruslan Bağıroğlu ilə barışması səbəbindən xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş tünd göy rəngli uzunqol köynək, ağımtıl-bozumtul rəngli qısaqol köynək, boz rəngli cins şalvar, hadisə vaxtı zərərçəkmiş şəxs X20 əynində olmuş tünd göy rəngli idman şalvarı, ağımtıl-bozumtul rəngli qısaqol köynək, o cümlədən zərərçəkmiş şəxs Fikrət Bağırov xəstəxanaya gətirilərkən yarasının üzərində olmuş yerliyi qara, üzərində ağ rəngli dairəvi bəzəkləri olan şal maddi sübut kimi tanınmış və saxlanılması üçün Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iş üzrə şahid olan Şahid4 xx.xx.2024-cü il tarixdə X40 Aeroportundan ölkə ərazisini Rusiya Federasiyasının Sankt- Peterburq şəhəri istiqamətində tərk etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs, anası X8 və arvadı X24 Şəmkir RPŞ-nin Zəyəm PB-nə müraciətləri əsasında Şəmkir RPŞ-nin TB-də toplanmış materialda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2020-2023-cü illər üzrə məlumatların araşdırılması mümkün deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində ittiham olunduğu əməli xuliqanlıq niyyəti ilə törətmədiyini, hadisə günü X20 onun üzərinə avtomobilini sürdüyünü, hadisədən əvvəl də sonuncunun bir neçə dəfə ayrı-ayrı vaxtlarda onun üzərinə avtomobilini sürdüyünü, tez-tez onu hədələdiyini və ünvanına təhqiramiz sözlər işlətdiyini, hadisə günü Fikər Bağırov avtomobili onun üzərinə sürdükdən sonra evə qayıtmadığını, birbaşa sonuncunun qardaşı Şərif Bağırovun evinə getdiyini, Fikrət Bağırovu öldürmək niyyətinin olmadığını, sonuncunu sadəcə qorxutmaq istədiyini, Fikrət Bağırovu bıçaqladıqdan sonra hadisə yerindən uzaqlaşarkən sonuncunun evinin yaxınlığında olan mağazanın qarşısında dayanmış cavan uşaqlara Fikrət Bağırovla dalaşdığını və sonuncuya bıçaqla xəsarət yetirdiyini dediyini, hadisədən sonra bibisi Reyhangildə olarkən də oraya gəlmiş polis əməkdaşlarına təslim olduğunu göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X16, arvadı X37 və bibisi qızı X5 ifadələrində 16 iyul 2023-cü il tarixdə baş vermiş hadisədən əvvəl X20 qardaşı nəvəsi X36 ilə Təqsirləndirilən şəxs münasibətinin olmasını bildikdən sonra ayrı-ayrı vaxtlarda bir neçə dəfə sonuncunun üzərinə idarə etdiyi avtomobili sürərək Təqsirləndirilən şəxs təhqir etdiyini və hədələdiyini göstərmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, şahidlər X16, X37 və X5 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsriləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdikləri ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, məhkəmə istintaqında olduğu kimi ibtidai istintaq zamanı da xx.xx.2023-cü il tarixdən etibarən təqsirləndirilən şəxsin müdafiəçisi olmuş eyni vəkil, yəni Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin ifadəsində, eləcə də xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində 16 iyul 2023-cü il tarixdə saat 16 radələrində Fikrət Bağırovu öldürmək qərarına gəldiyini və bu cinayətkar niyyətini başa çatdırmaq üçün yaşadığı evinin mətbəx otağından gizlincə bıçağı götürüb ilk əvvəl sonuncunun böyük qardaşı Şərif Bağırovun evinə getdiyini, lakin sonuncunun evdə olmadığını görüb Fikrət Bağırovun yaşadığı evinə gedərək sonuncunu küçəyə çağırıb üzərində olan istintaqla müəyyən edilməyən bıçaqla bir dəfə Fikrət Bağırovun qarın nahiyəsində zərbə vurduğunu, daha sonra kəndin içərisi ilə, ardınca isə “Dərə Yolu” adlanan yolla Şiştəpə kəndinə getdiyini göstərmişdir. Həmçinin iş materiallarında xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, 16 iyul 2023-cü il tarixdə saat 16 radələrində Fikrət Bağırovu öldümək qərarına gəldiyini və bu cinayətkar niyyətini başa çatdırmaq üçün yaşadığı evinin mətbəx otağından gizlincə bıçağı götürdüyünü bir daha təsdiq etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Fikrət Bağırovun onun üzərinə avtomobili 16 iyul 2023-cü il tarixdə saat 12 radələrində sürdüyünü və onu təhqir etdiyini, həmin vaxtı küçədə heç kimin olmadığını və baş verənləri heç kimin görmədiyini, hadisə günü Fikrət Bağırovun özbaşınalığı ilə bağlı “102” Xidmətinə məlumat vermədiyini, həmin gün saat 14-15 radələrində isə aralarında olan məsələyə aydınlıq gətirmək üçün Fikrət Bağırovun evinə getdiyini, məlum baş vermiş hadisədən iki ay əvvəl Fikrət Bağırovun qohumları barəsində “102” Xidmətinə şikayət etdiyini, lakin Fikrət Bağırov barəsində heç bir quruma rəsmi qaydada şikayət etmədiyini göstərmişdir. O cümlədən Təqsirləndirilən şəxs anası X16 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində 16 iyul 2023-cü il tarixdə gəlini X25 əri Təqsirləndirilən şəxs sərxoş halda evdən getdiyini və sonuncunun nəsə törədəcəyindən qorxduğu üçün ondan evə gəlməsini xahiş etdiyini göstərmişdir. Habelə Təqsirləndirilən şəxs arvadı X37 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində 16 iyul 2023-cü il tarixdə günorta saatlarında evdə olarkən Təqsirləndirilən şəxs pivə alaraq evdə içdiyini, daha sonra əyin-başını geyinib harasa getdiyini, həmin vaxtı da oğlu İbrahimin Təqsirləndirilən şəxs evdən çıxarkən arxa cibinə bıçağa oxşar əşya qoyduğunu gördüyünü göstərmişdir. Adları qeyd edilən hər iki şahidin ibtidai istintaq zamanı şahid qismində dindirilmələrinə dair protokollardan görünür ki, dindirilməmişdən əvvəl onlara Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsinin tələbləri izah edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Fikrət Bağırovu öldürmək niyyətində olmadığını və hadisə günü sonuncu onun üzərinə avtomobili sürdükdən sonra evə getmədiyini, birbaşa Fikrət Bağırovun qardaşı Şərif Bağırovun evinə getdiyini göstərsə də, məhkəməyədək icraat zamanı elə təqsirləndirilən şəxsin özünün və dindirilməmişdən əvvəl Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsinin tələbləri izah edildikdən sonra könüllü ifadə vermiş anası ilə arvadının ifadələri ilə Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə yaşadığı evə gəlməsi, evdə bir qədər spirtli içki pivə qəbul etməsi, daha sonra isə üzərində bıçaq götürərək əsəbi halda evdən çıxması tam olaraq təsdiq olunmuşdur. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, X16 anası, X37 isə Təqsirləndirilən şəxs arvadı, yəni yaxın qohumları olduğu üçün həmin şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri qeyri-səmimidir, həqiqəti əks etdirmir və təqsirləndirilən şəxsin lehinə olmaqla işin faktiki hallarına uyğun gəlmir. Həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində 16 iyul 2023-cüil tarixdə, yəni hadisə baş verən günü əri Fikrət Bağırovla birlikdə saat 12-yədək evdə olduqlarını, saat 12-dən sonra isə nəvəsinin ad günü olduğundan birlikdə oraya getdiklərini, təxminən saat 15-16 arası isə evlərinə qayıtdıqlarını və Fikrət Bağırovun evdən heç birə getmədiyini göstərmişdir. Hətta məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid4 ifadələrində 16 iyul 2023-cü il tarixdə baş vermiş cinayət hadisəsinə qədər Təqsirləndirilən şəxslə Fikrət Bağırov arasında hər hansı bir ədavət və ya düşmənçiliyin olmasını eşitmədiklərini, əksinə sonuncular arasında münasibətin normal olduğunu, Leyla Bağırova ilə Təqsirləndirilən şəxs arasında olan məsələyədək sonuncu ilə Fikrət Bağırov arasında hər hansı bir narazılıq olmadığını, hadisə günü mərhum X45 Alıyevin üzərinə avtomobil sürməsi barədə heç nə eşitmədiyini, 16 iyul 2023-cü il tarixdə saat 17 radələrində “Şəmilin mağazası” deyilən marketin qabağında dayanıb söhbət edən zaman Təqsirləndirilən şəxs qaçaraq Fikrət Bağırovun evi tərəfdən üzü öz evi tərəfə qonşuların çəpərlərini hoppanaraq keçib getdiyini, bir qədər sonra isə Fikrət Bağırovun evi tərəfdən qışqırtı səslərini eşitdiklərini göstərmişlər. Eləcə də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Fikrət Bağırovun qardaşı oğlu Şahid2, Təqsirləndirilən şəxs bibisi oğlu X15 və bibisi qızı X5 ifadələrində 16 iyul 2023-cü il tarixdə məlum baş vermiş cinayət hadisəsinə qədər Təqsirləndirilən şəxslə Fikrət Bağırov arasında ər hansı bir ədavətin, düşməçiliyin və ya narazılığın olmasını eşitmədiklərini və görmədiklərini, əksinə sonuncular arasında münasibətin normal olduğunu göstərmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs bibisi oğlu X15 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs anasının ona zəng edib məhkəmədə verəcəyi ifadəsində Fikrət Bağırovun guya ki hadisə günü Təqsirləndirilən şəxs üzərinə avtomobil sürməsini deməsini istədiyini, lakin belə bir şeyin şahidi olmadığı üçün həmin cür ifadə vermədiyini, 16 iyul 2023-cü il tarixdə baş vermiş hadisədən təxminən üç gün sonra Təqsirləndirilən şəxs bibisi Reyhanın evinə gəldiyi, həmin vaxtı özünü sonuncunu tutub döydüyünü və polislərə xəbər verdiyini, bir qədər sonra da polislərin gəlib Təqsirləndirilən şəxs polis şöbəsinə apardıqlarını göstərmişdir. O cümlədən bibisi qızı X5 da məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs könüllü olaraq təslim olmadığını, əksinə bibisi Reyhangildə olarkən bibisi oğlu X9 onu görüb döydüyünü, polisə zəng etdiyini və sonuncuların gəlib Təqsirləndirilən şəxs apardıqlarını, hadisə törətdikdən sonra uşaqları ilə görüşmək üçün xalasıgilə gəldiyi vaxt da Təqsirləndirilən şəxs nə hadisəsi törətdiyini, nə də ki Fikrət Bağırovun hadisə günü üzərinə avtomobil sürdüyünü demədiyini göstərmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Leyla Bağırovanın qardaşı Ruslan Bağıroğlunun qonşusu Vilayətin yas məclisində olarkən qəflətən qarşısına çıxaraq bıçaqla onun üz nahiyəsinə xəsarət yetirdiyini və həmin günü axşam Fikrət Bağırovun onun evinə gələrək şikayət edəcəyi halda uşaqları ilə birlikdə evini yandırmaqla hədələdiyini göstərsə də, iş materiallarında olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroru ilə razılaşdırılmış xx.xx.2023cü il tarixli “məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında yalnız Ruslan Bağıroğludan şikayət etdiyini, sonuncunun təklikdə onun üz nahiyəsinə bıçaqla xəsarət yetirdiyini, həmin vaxtı yanlarında nə Fikrət Bağırovun, nə də ki sonuncunun oğlu Elvin Bağırovun olduğunu, ona xəsarət yetirməsi fikrini Nurlan və Elvin Bağırovların irəli sürdüyünü düşünərək təkrar “102” Xidmətinə zəng edib sonunculardan da şikayət etdiyini, halbuki Ruslan Bağıroğlu ona xəsarət yetirən zaman həmin şəxslərin orada olmadığını göstərmişdir. Qeyd edilən xüsusatları araşdırma gedişaatında izahatları alınmış həm Ruslan Bağıroğlu, həm də X26 X2 Bağırov da təsdiq etmişlər. Həmçinin İdris X12suz hərəkətləri barədə Şəmkir RPŞ-yə müraciətinin olubolmaması ilə bağlı sorğu verilsə də, Şəmkir RPŞ-dən daxil olmuş cavab məktubunda yalnız Təqsirləndirilən şəxs Ruslan Bağıroğlu tərəfindən bıçaqlanması hadisəsi ilə bağlı araşdırma materialı üzrə qəbul edilmiş qərarın surəti əlavə edilmişdir. Göründüyü kimi cinayət işinin materialları ilə təqsirləndirilən Təqsirləndirilən şəxslə zərərçəkmiş Fikrət Bağırov arasında 16 iyul 2023-cü il tarixdə baş vermiş cinayət hadisəsinə qədər hər hansı düşmənçiliyin, ədavətin və ya dava-dalaşın olması, o cümlədən Təqsirləndirilən şəxs məlum baş vermiş hadisəyə qədər Fikrət Bağırov barəsində hər hansı bir quruma rəsmi qaydada şikayət etməsi öz təsdiqini tapmamışdır. Müdafiə tərəfində qeyd edilən xüsusatlarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs həmkəndlisi X20 16 iyul 2023-cü il tarixdə saat 12 radələrində onun üzərinə idarə etdiyi avtomobilini sürməsini, onu təhqir etməsini və hədələməsini bəhanə edərək və heç bir əsaslı səbəb olmadan, yəni zərərçəkmiş Fikrət Bağırovun məhz hadisə günü idarə etdiyi avtomobili Təqsirləndirilən şəxs üzərinə sürməsini və sonuncunu təhqir etməsini təqsirləndirilən şəxsdən başqa təsdiq edəcək digər hər hansı bir şəxs və ya sübut olmadığı, həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Fikrət Bağırovun qardaşı oğlu Şahid2, Təqsirləndirilən şəxs bibisi oğlu X15 və bibisi qızı X5, Şahid1 və Şahid4 mərhum X50 Alıyev arasında məlum baş vermiş hadisəyə qədər hər hansı düşmənçiliyin, ədavətin və ya narazılığın olmasını təkzib etdikləri halda, o cümlədən Təqsirləndirilən şəxs Fikrət Bağırovun həm hadisə günü, həm də iddia etdiyi kimi hadisədən əvvəl də ayrı-ayrı vaxtlarda bir neçə dəfə onun üzərinə idarə etdiyi avtomobili sürərək onu hədələməsi və təhqir etməsi ilə bağlı rəsmi olaraq hüquq mühafizə orqanına şikayət etmədiyi halda, qeyd edilən məsələ ilə əlaqədar sonuncular arasında əvvəllər dava-dalaş və ya mübahisə olmadığı, Təqsirləndirilən şəxs özünün belə heç vaxtı iddia etdiyi xüsusatlarla bağlı zərərçəkmiş Fikrət Bağırovla görüşmədiyi, heç olmasa bir dəfə də olsun onunla bu barədə söhbət edərək hər hansı dəqiqləşdirmə aparmadığı halda 16 iyul 2023-cü il tarixdə saat 12 radələrində guya ki qardaşının nəvəsi X36 ilə Təqsirləndirilən şəxs sevgi münasibətində olması ilə bağlı əvvəllər yaşanmış mübahisəyə heç bir aidiyyəti olmayan Fikrət Bağırovun onun üzərinə idarə etdiyi avtomobilini sürməsini və onu təhqir etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan yaşadığı evdən gizlincə bıçaq götürüb Fikrət Bağırovun evinə gedərək sonuncunu səsləyib həyətin darvazasının qarşısına çağıraraq münaqişəyə sövq edəcək şəkildə ona nalayiq formada söyüşlə müraciət etməsi, daha sonra əlbəyaxa davaya nail olması və nəticə etibarı ilə üzərində gəzdirdiyi istintaqla müəyyən edilməyən bıçaqla qarın nahiyəsində bir dəfə zərbə vuraraq sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə Fikrət Bağırovun ölümünə səbəb olması onun məhz ittiham olunduğu cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməsini təsdiq edir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisənin törədilməsinə dair irəli sürdüyü dəlilər şəxsi xarakterli konkret səbəb kimi qəbul oluna bilməz, ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmə də ola bilməz, o cümlədən təqsirləndirilən şəxsin kriminal davranışının məhz zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən konkret səbəb kimi də dəyərləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü bir-üzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CMnin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Beləliklə də, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs X20 qardaşının nəvəsi X36 ilə onun sevgi münasibətində olması ilə bağlı əvvəllər yaşanmış mübahisəyə heç bir aidiyyəti olmayan Fikrət Bağırovun həmin mübahisə ilə bağlı guya idarə etdiyi «VAZ-2107» minik markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobili onun üzərinə sürməsini, eləcə də onu tez-tez hədələməsini və ünvanına təhqiramiz sözlər işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan 16 iyul 2023-cü il tarixdə saat 16 radələrində qabaqcadan yaşadığı Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən evinin mətbəx otağından istintaqla müəyyən edilməyən bıçağı götürüb Fikrət Bağırovun yaşadığı Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən fərdi yaşayış evinə gedərək sonuncunu küçəyə çağırıb həyətin giriş qapısının qarşısında mübahisə edərək, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakıların fövqündə qoyub öz üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək xuliqanlıq niyyəti ilə üzərində olan bıçaqla qəsdən Fikrət Bağırovun qarın nahiyəsinə 1 (bir) dəfə zərbə endirərək sonuncuya ağır zərər vurmaya aid 01 (bir) ədəd kəsilmiş-deşilmiş yarası xəsarətini yetirərək Fikrət Bağırovu xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd tünd göy rəngli uzunqol köynək, 01 (bir) ədəd ağımtıl-bozumtul rəngli qısaqol köynək və 01 (bir) ədəd boz rəngli cins şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməli, hadisə vaxtı zərərçəkmiş şəxs X20 əynində olmuş 01 (bir) ədəd tünd göy rəngli idman şalvarı, 01 (bir) ədəd ağımtıl-bozumtul rəngli qısaqol köynək, o cümlədən zərərçəkmiş şəxs Fikrət Bağırov xəstəxanaya gətirilərkən yarasının üzərində olmuş yerliyi qara, üzərində ağ rəngli dairəvi bəzəkləri olan 01 (bir) ədəd şal zərərçəkmiş şəxsin hüquqi varisi X11 qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd tünd göy rəngli uzunqol köynək, 01 (bir) ədəd ağımtıl-bozumtul rəngli qısaqol köynək və 01 (bir) ədəd boz rəngli cins şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. Hadisə vaxtı zərərçəkmiş şəxs X20 əynində olmuş 01 (bir) ədəd tünd göy rəngli idman şalvarı, 01 (bir) ədəd ağımtıl-bozumtul rəngli qısaqol köynək, o cümlədən zərərçəkmiş şəxs Fikrət Bağırov xəstəxanaya gətirilərkən yarasının üzərində olmuş yerliyi qara, üzərində ağ rəngli dairəvi bəzəkləri olan 01 (bir) ədəd şal zərərçəkmiş şəxsin hüquqi varisi X11 qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar