Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-250/2025 14.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, ədliyyə müşaviri X6 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Ağdam rayonunda doğulmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu Şotanlı kəndində qeydiyyatda olmaqla Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yerləşən 83 saylı məcburi köçkünlərin məskunlaşdığı ərazidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədilə külli miqdar təmiz çəkisi 27, 479 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib yaşadığı Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində yerləşən 83 saylı məcburi köçkünlərin yerləşdiyi ərazidəki fərdi tikiliyə daşıyaraq orada saxlamış, bu barədə əldə edilmiş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat axtarış tədbiri zamanı xx.xx.2023-cü ildə saat 13:30-da Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində yerləşən 83 saylı məcburi köçkünlərin yerləşdiyi ərazidə saxlanılaraq Ağdam rayon Polis Şöbəsinə aparılmaqla həmin gün saat 16:10-da etibarən yaşadığı Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yerləşən 83 saylı məcburi köçkünlərin yerləşdiyi ərazidəki fərdi yaşayış evinə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən evin yataq otağındakı paltar dolabının üzərindəki 1 ədəd sellofan torbadakı 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 27, 479 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 1968-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı ВГ-6375 nömrəli 9 mm kalibrli yivli odlu silah hesab edilən 1 ədəd Makarov konstruksiyalı tapançanı, həmin silahın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli 8 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş 1 ədəd darağı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS), konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş suratı hesab edilən və istifadəyə yarararlı 8 ədəd patron və 4 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatları üzrə istifadəyə yaralı, döyüş sursatı təyinatlı F-1 tipli əl qumbarasını istintaqa məlum olmayan mənbədən və tarixdə şəraitdə qanunsuz olaraq əldə edib yaşadığı Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində yerləşən 83 saylı məcburi köçkünlərin yerləşdiyi ərazidəki fərdi yaşayış evinə daşıyaraq orada saxlamış, bu barədə əldə edilmiş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2023-cü ildə saat 13:30-da Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində yerləşən 83 saylı məcburi köçkünlərin yerləşdiyi ərazidə saxlanılaraq Ağdam rayon Polis Şöbəsinə aparılmaqla həmin gün saat 16:10-da yaşadığı Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yerləşən 83 saylı məcburi köçkünlərin yerləşdiyi ərazidə fərdi yaşayış evinə özünün razılığı ilə keçirilmiş baxış zamanı yataq otağındakı paltar dolabının üzərində 1 ədəd sellofan torbadan 1968-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı ВГ -6375 nömrəli 9 mm kalibrli yivli odlu silah hesab edilən 1 ədəd Makarov konstruksiyalı tapançanı, həmin silahın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli 8 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş 1 ədəd darağı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS), konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüşsuratı hesab edilən və istifadəyə yararlı 8 ədəd patron və 4 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatları üzrə istifadəyə yararlı, döyüş sursatı təyinatlı F-1 tipli əl qumbarası aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirdi ki, atası oğurluq hadisəsi törətdiyi üçün polis tərəfindən axtarışda olmuş, atası saxlanılarkən polis əməkdaşları ilə arasında silahlı insident olmuşdur. Ona məxsus olan 2000-ci illərin əvvəlində Qarabağdan tapdığı “Makarov” markalı tapançanı aparıb polisə təhvil vermişdir. O, Bakı şəhərində olarkən ona Ağdam rayon polis şöbəsindən zəng edərək rayona qayıtmağı demiş, maraqlanandan ailə üzvlərinin və qohumlarının Ağdam rayon polis şöbəsinə gətirildiyini demişlər. Ağdam RPŞ-yə gətirildikdən sonra isə silahdan başqa narkotik vasitələrlə bağlı hissədə də əməlini etiraf edəcəyi və imzalayacağı təqdirdə qohumlarını azad edəcəklərini əks təqdirdə isə hamısının cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirmişlər. Psixoloji təzyiq nəticəsində etmədiyi əməli narkotiklə bağlı hissəni də etiraf etmiş polislərin özlərinin evinə qoyduğu qara torba içindəki narkotik vasitə və əl qumbaralarının da ona məxsus olmasını aparılmış videoçəkilişdə demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, ümumiyyətlə narkotik vasitədən istfadə etməmiş, evindəki axtarış zamanı aşkar edilən 1 ədəd “Makarov” markalı tapança və güllələr ona məxsus olmuş, tapança da polis şöbəsinə təqdim edildikdən sonra təzədən gətirib yaşadığı evə qoyulmuşdur. Yataq otağından aşkar edilən 4 ədəd əl qumbarası isə ona məxsus deyil və polis tərəfindən silahın yanına qoyulmuşdur. Tapançanı isə təxminən 2002-ci ildə Qarabağ ərazisində güllələri ilə birlikdə tapmış və özündə saxlamışdır. O, atası ilə polis arasındakı insidentdən sonra Bakı şəhərinə getmiş, sonradan ona polis tərəfindən axtarışda olduğu üçün qayıdıb Ağdama gəlmiş, BMCMİ-nin polis əməkdaşları ona həm narkotik vasitəni, həm də silah-sursatı yaşadığı evin yaxınlığından tapmağı deməsini bildirdikləri üçün həmin məzmunda ifadə vermişdir. Sanksiya seçiləndə narkotik vasitə və silah sursatın ona məxsus olmasını demiş, sonradan isə ifadələrini inkar etmişdir. O silahı heyvan saxlamaq üçün damda saxlamış, sonradan polisə təqdim edilmişdir. Məhkəmə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, üzərinə qoyulmuş narkotik vasitələri qəbul etməyəndə ona psixoloji təzyiq göstərilmiş, qumbara və narkotik vasitə ona məxsus olmamışdır. Ailə üzvləri və qohumlarını qorumaq üçün edilmiş psixoloji təzyiq nəticəsində etmədiyi əməli etiraf etmişdir. Makarov tapançası və güllələr ona məxsusdur. Törətdiyi əməldən də peşmandır. Ona aşağı cəza verilməsini istəyir. İbtidai istintaq zamanı verdiyi ifadələrində isə Təqsirləndirilən şəxs göstərmişdir ki.......tutulmazdan təxminən 4 gün əvvəl yaşadığı evin yaxınlığındakı zibilliyə tullantıları atmağa getmiş, orada bir ədəd sellofan torba görmüş, içinə baxanda 1 ədəd Makarov markalı silah, ona aid 8 ədəd patron olan daraq, 4 ədəd əl qumbarası və alışdırıcı eləc əd cırda büküm görmüş, bükümü açada içində qəhvəyi rəngli maddə olduğunu görmüşdür....Səhhətində ağrılar olduğu üçün narkotik vasitəni götürüb qəbul edərək yoxlamaq qərarına gəlmiş, silah sursatı da maraqlı gəldiyi üçün götürüb evə gətirmişdir.... xx.xx.2023-cü ildə yaşadığı evin yaxınlığında olarkən tanımadığı mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb silah-sursat və narkotik vasitəni əldə etməkdə şübhəli olduğunu bildirib Ağdam rayon polis şöbəsinə aparmış, üzərində şəxsi axtarış keçirilmişdir. Sorğu zamanı şifahi olaraq evdə narkotik vasitə və silah-sursat saxlamasını bildirmiş, özü və müdafiəçinin iştirakı ilə yaşadığı evə keçirilmiş baxış zamanı qanunsuz saxladığı əşyaları təqdim etmişdir.....Təqdim etdiyi silah-sursat və narkotik vasitə qablaşdırılıb götürülmüşdür.... Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BMCMİ-nin baş əməliyyat müvəkkili X4 göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq, odlu silah və döyüş sursatı əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, buna görə də Ağdam rayonuna ezam olunmuşlar. xx.xx.2023-cü ildə Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində saxlanılıb Ağdam RPŞ-yə gətirilmiş, şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış və götürmə aparılmış, hansısa qanunsuz əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs özü evində narkotik vasitə və silah saxladığını demiş, Emilin evinə özü və vəkilin iştirakı ilə keçirilmiş baxış zamanı isə yataq otağında dolabın üstündən sellofan torbada saxladığı 1 ədəd tapançanı, 4 ədəd əl qumbarası və 1 ədəd bükümdə heroini təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı ona məxsus olmuş, təqsirləndirilən şəxsə qarşı Ağdam polis şöbəsində olarkən hansısa təzyiq olmamışdır. Emilin qohumlarının hansısa səbəbdən saxlanılması barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qərb regional X2 əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və qanunsuz silah sursat saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında O, BMCMİ-nin əməkdaşları ilə birlikdə keçirilmiş tədbir zamanı Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində saxlanılmışdır. Özü şəxsi axtarış zamanı evində narkotika və silah saxlamasını demiş, buna görə də yaşadığı evdə axtarış keçirilmiş, könüllü olaraq sellofan torbada saxladığı Makarov tapançasını ona aid güllələri, 4 ədəd əl qumbarasını və bir büküm heroini təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs evinə baxış və şəxsi axtarışı vidoeçəkilişlə keçirilmiş, Emil aparılan hərərkətlərə etiraz etməmiş, polis tərəfindən ona heç bir təzyiq olmamışdır. Sonradan niyə həmin məzmunda ifadə verməsinin səbəbini bilmir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, BMCMİ-nə “Emil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və odlu silah partlayıcı maddə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, həmin tarixdə barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli, 3-13- 6/Ə372/2023 saylı əmrdən görünür ki, DİN BMCMİ və BNMİ-nin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə 13:30 radələrində saxlanılmış, həmin gün saat 14:45 radələrində Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və əlavəsi olan videoçəkilişdən görünür ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya və predmet aşkar edilməmiş, şifahi sorğu-sual zamanı yaşadığı evdə zibillikdən tapıb saxladığı Makarov tapançası və güllələri, 4 ədəd əl qumbarası və bir büküm heroin olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokol və əlavəsi olan videoçəkilişdən görünür ki, yaşadığı evin giriş qapısından sol tərəfdə yerləşən yataq otağındakı dolabın üzərindən Təqsirləndirilən şəxs tərəfindən götürülərək təqdim edilmiş 1 ədəd qara rəngli sellofan torbaya keçirilmiş baxış zamanı 1 ədəd iç-içə keçirilmiş sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd odlu silah olan tapançaya oxşar predmet, 1 ədəd tapança darağı və içərisində 8 ədəd güllə, 4 ədəd əl qumbarasına oxşar predmet və 4 ədəd alışdırıcısı aşkar edilmiş, bükülü tərəzidə çəkilmiş götürülmüş, evdən digər qanunsuz əşya və predmet aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/1061R saylı rəyindən görünür ki, -1 ədəd , ВГ-6375 №li zavod üsulu ilə hazırlanmış silah zavod üsulu ilə 1968-ci ildə keçmiş SSRİ dövlətində istehsal edilmiş, 9 mm kalibrli “Makarov” konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. -Silahın hissə və mexanizmləri üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS), konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüşsursatı hesab edilir və istifadəyə yarararlıdır. -Tədqiqata təqdim edilmiş 1 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdır. Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Qeyd: Təqdim edilmiş 8 ədəd patrondan 3-ü eksperimental atəş zamanı istifadə edildi. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/1062R saylı rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş 04 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir. Natamam döyüş sursatıdır. Digər 04 ədəd əşya “ UZRQM” tipli qumbaranın zavod üsulu ilə istehsal olunmuş, təyinatları üzrə istifadəyə yaralı, döyüş sursatı təyinatlı, “F-1” “RQD-5” “RQ-42” əl qumbarasının partladıcısıdır. Həmin 04 ədəd əl qumbarasının gövdəsi ilə 04 ədəd “UZRQM” tipli alışdırcı partladıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığı pozulmadığına görə təyinatları üzrə istifadə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-kimyəvi ekpsertizasının 01 fevral 2023-cü il tarixli 16/173 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar olunmuş” soyad və imzalar olan 1 ədəd sellofan bükümdə təmiz çəkisi 27,479 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Qeyd: Heroinin təmiz çəkisi 27,479 qr, tədqiqata sərf edildi 0,050 qr qalıq çəki 27,429 qr. İş materiallarında olan və məhkəmə tədqiq edilən xx.xx.2023-cü il tarixli, 8287 №li rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib Ağdam rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2016cı ildə cəzasının sonu ilə azad edilib məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 5 (005)-2162/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, BMCMİ-də qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar əməliyyat axtarış subyektinə geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağdam rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5 (013)-07/2024 saylı qərarından görünür ki, DİN BMCMİ-tərəfindən Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş qərar qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Ağdam RİHB-nin xx.xx.2024-cü il tarixli 34№li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Şotlanlı kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Ağdam rayonu, Yeni İmamqulubəyli qəsəbəsi, ev 137-də yaşayır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Ağdam RİHB-nin Nəmirli kənd İƏD üzrə nümayəndəlikdən verilmiş, xx.xx.2024-cü il tarixli 24 №li arayışdan görünür ki, ailə üvləri ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən AZE 11094979 saylı və AZE 11429695 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Elxan Aslanov və xx.xx.2012-ci il təvvəllüdlü Röyal Aslanov adlı azyaşlı övladları var. Ağdam RİHB-nin Nəmirli kənd İƏD üzrə nümayəndəlikdən verilmiş xasiyətnamədən görünür ki yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş mayteriallarında olan və məhkəmədə araşdırılan MTE PA ETTBdən verilən 1780 №li xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı bədən səthində xəsarət aşkar edilmədi. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, məhkəmə-balisstik ekspertiza tədqiqatından sonra qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq beş ədəd patron, bir ədəd Makarov konstruksiyalı tapança, bir ədəd daraq, dörd ədəd F-1 tipli əl qumbarası və partladıcısı eləcə də məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 27,429 qram heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə kimyəvi ekspertizanın 2024-cü il tarixli 4645/K nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid və fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, raportdan görünür ki, verilmiş əməliyyat tapşırığına cavab olaraq Təqsirləndirilən şəxsa Ağdam rayonu və ətraf ərazilərdə narkotik vasitə satışını həyata keçirtməsi müəyyən edilsə də külli miqdarda narkotik vasitə və silah sursatı haradan necə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş üzrə ibtidai araşdırmanın aparıldığı ilkin dövrdə, yəni xx.xx.2023-cü ildə keçirilmiş şəxsi axtarış, ilkin izahat və sonrakı şübhəli və təqsirləndirilən şəxs qismində iverdiyi ifadələrində göstərmişdir ki, narkotik vasitəni tapmışdır və ondan istifadə etməmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş BMCMİ və BNBİ X5 əməliyyat müvəkkilləri də ibtdai araşdırma və məhkəmə baxışında verdiyi ifadələrdə göstərmişlər ki, saxlanılana qədər və sonrakı müddətdə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansısa məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda isə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz satışını Ağdam və ətraf rayonlarda həyata keçirtdiyi göstərilsə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bununla bağlı ittiham tərəfindən hər hansı sübut məhkəməyə nə iş materiallarında nə də sonrakı dövrdə təqdim edilməmiş və əldə edilməsi üçün hər hansı vəsatət verilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin külli miqdarda olması hazırki iş üzrə şəxsin satış məqsədini təsdiq etmir. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlaması ilə bağlı şəxsə ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, alıcılarla arasında telefon danışığı olması, avadanlıq əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni məhz satış məqsədki ilə əldə etməsinə və bu kimi sair hərəkətlər) hallara dair sübut əldə edə, beləliklə də satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Ümumiyyətlə ibtidai araşdırma zamanı şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin bir bükümdə olmasına, onun qanından alkoloid olmasına və işin digər obyektiv hallarına münasibət bildirilmədiyi üçün şəxsin əməli yanlış maddə ilə tövsif edilib məhkəməyə verilmişdir. Həmin hallar isə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, digər (istehlak yaxud istənilən digər şəxsi) qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Həmin qərarın 6-cı bəndinin İİ hissəsinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Cinayət işindəki əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını yaşadığı Ağdam rayonu və ətraf ərazilərdə hansı formada həyata keçirtməsi və onun narkotik vasitələri satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, yalnız mənbəyi və mötəbərliyi məlum olmayan həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və s. əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmədə təqsirləndiriləmn şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş yivli odlu silah “Makarov” markalı tapança və ona məxsus daraq və güllələrin özünə məxsus olmasını bildirməsinə görə həmin hissədə hansısa əlavə əsaslandırma aparmasını zəruri hesab etməsə də şəxsin ibtidai araşdırmanın sonrakı dövrü və bütün məhkəmə baxışında göstərdiyi narkotik vasitə və 4 ədəd F-1 tipli əl qumbarasının gövdə hissəsi və alışdırıcısının ona məxsus olmaması polis əməkdaşları tərəfindən qanunsuz olaraq məskunlaşdığı evə qoyulması sonradan da çəkiliş vaxtı özü tərəfindən çıxarılıb təqdim edilməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və məhkəmə baxışı zamanı sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs həmin ifadələri özünümüdafiə xarakteri daşıdığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul etmir. elə ki, iş materiallarında olan və hökmün təsviri hissəsində qeyd edilən xx.xx.2023cü il tarixli şəxsi axtarış və evə baxış keçirilməsi haqqında protokollara əlavə edilmiş videogörüntülərdən görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə və əl qumbaralarını tapança ilə birlikdə tapdığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin əməliyyat axtarış və istintaq hərərkətlərində iştirak edən müdafiəçi ilə konfidensial ünsiyyətdə olmaq, ona qarşı edilməsi (ehtimal edilən) ehtimal edilən qanunsuz hərəkətlərlə bağlı bilavasitə müraciət etmək, istintaq hərəkəti protokoluna bununla bağlı etirazını və narazılığını bildirmək yəni qeydlər etmək imkanı da mövcuddur. Hazırki baxılan iş üzrə qanuniliyi və əsaslılığı mübahisələndirilən istintaq hərəkəti (şəxsi axtarış və evə baxış) protokollarından görünür ki, həmin protokola nə müdafiəçi (vəkil), nə də həmin vaxt şübhəli şəxs olan Təqsirləndirilən şəxs tərəfindən heç bir qeyd verilmədən imzalanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan naməlum çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq yaşadığı Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində yerləşən 83 saylı məcburi köçkünlərin yerləşdiyi ərazidəki fərdi tikilidə saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 16:10-da yaşadığı Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yerləşən 83 saylı məcburi köçkünlərin yerləşdiyi ərazidəki fərdi yaşayış evinə keçirilmiş baxış zamanı evin yataq otağındakı paltar dolabının üzərində 1 ədəd sellofan torbadakı 1 ədəd sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 27,479 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs naməlum tarixdə və vaxtda naməlum şəraitdə odlu silah, onun komplekt hissələrini, həmçinin döyüş sursatını qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2023-cü ildə saat 16:10-da etibarən yaşadığı Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yerləşən 83 saylı məcburi köçkünlərin yerləşdiyi ərazidə fərdi yaşayış evinə keçirilmiş baxış zamanı yataq otağındakı paltar dolabının üzərində 1 (bir) ədəd sellofan torbadan 1968-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı ВГ-6375 nömrəli 9 mm kalibrli yivli odlu silah hesab edilən 1 ədəd Makarov konstruksiyalı tapança, həmin silahın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli 8 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş 1 ədəd darağı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS), konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və istifadəyə yarararlı 8 (səkkiz) ədəd patron və 4 (dörd) ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatları üzrə istifadəyə yararlı, döyüş sursatı təyinatlı F-1 tipli əl qumbarası və həmin qumbaranın 4 (dörd) ədəd «UZRQM» tipli partladıcısı aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan şahidlər ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi var. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması, 59.2-ci maddəyə əsasən isə əməlini qismən etiraf etməsi və səmimi peşmanlıq çəkməsini, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama....daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə nəzərən digər yüngül cəza növləri nəzərədə tutulsa da təqsirləndirilən şəxsin əvvəl də eyni xarakterli cinayət əməllərini törətməsi, aşkar olunan silah sursatın sayı və növü ona daha yüngül, eləcə də həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyinini istisna edir. Həmçinin təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin növü və miqdarı da həmin maddə üzrə ona ən aşağı hədd cəza təyinini istisna edən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkəmənin yekun qərarı ilə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Lakin məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran hallar olmamasını nəzərə alaraq ona törətdiyi cinayət əməllərinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının aşağı həddinə yaxın cəza təyin edilməsini və təyin edilmiş cəzaların qismən toplanılmasını cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə uyğun və ədalətli sayır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunvericiliyin müəyyən etdiyi hədlər əsas götürülməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza çəkəcəyi dövrdə davranışı ilə islah olunacağını sübut edəcəyi təqdirdə barəsində amnistiya tətbiq edilməsi, əfv edilməsini, eləcə də cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən ... ağır cinayətlə görə məhkum edilmiş şəxslərin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş bir ədəd kağız paketdə qablaşdırılmış halda qalıq çəkisi 27,429 qram heroin məhv edilməlidir. İş üzrə maddi sübut olan DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilən ballistik ekspertiza tədqiqatından sonra iki ədəd ayrı-ayrı üzərləri möhürləmiş ağ rəngli kağız paketlərdə qablaşdırılmış halda 01 (bir) ədəd ВГ-6375 №-li Makarov konstruksiyalı tapança, 3 (üç) ədəd 9x18 mm kalibrli patron, 01 (bir) ədəd daraq, 04 (dörd) ədəd F-1 tipli əl qumbarası və 04 (dörd) ədəd tipli partladıcısı dövlət nəfinə müsadirə edilərək DİN-nin Silah və Sursat anbarına təhvil verilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay, Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə isə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş bir ədəd kağız paketdə qablaşdırılmış halda qalıq çəkisi 27,429 qram heroin məhv edilsin. İş üzrə maddi sübut olan DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilən ballistik ekspertiza tədqiqatından sonra iki ədəd ayrı-ayrı üzərləri möhürlənmiş ağ rəngli kağız paketlərdə qablaşdırılmış halda 01 (bir) ədəd ВГ-6375 №-li Makarov konstruksiyalı tapança, 3 (üç) ədəd 9x18 mm kalibrli patron, 01 (bir) ədəd daraq, 04 (dörd) ədəd F-1 tipli əl qumbarası və 04 (dörd) ədəd tipli partladıcısı dövlət nəfinə müsadirə edilərək DİN-nin Silah və Sursat anbarına təhvil verilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verdildiyi vaxtda 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-250/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-250/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver