Məhkəmə qərarları › İş №1(100)-251/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-251/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-251/2022 13.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid2, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxx 1999-cu ildə Goranboy rayonu, Azad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonu, Azad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 aşkar surətdə on dörd yaşına çatmamış Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib qeyri-təbii yolla cinsi əlaqədə olub seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 19 dekabr 2021-ci il tarixdə, saat 19 radələrində öz cinsi tələbatını və ehtirasını təmin etmək məqsədi ilə Gəncə şəhəri, Heydər Əliyev prospektində “Maxi market” adlanan mağazanın yaxınlığında yerləşən avtobus dayanacağında aşkar surətdə on dörd yaşına çatmayan, xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmin dayanacaqdan asılmış şəhidlərin fotoşəklinə baxdığını görüb ona yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim edib şəhidin fotoşəklini nə üçün qopartmaq istədiyini bəhanə edərək, onunla getməyəcəyi təqdirdə tutacağı hədəsi ilə aldadıb həmin yerdən yaşadığı Goranboy rayonu, Azad kəndinə apararaq, həmin kəndlə qonşu kənd olan Samux rayonu, Alıuşağı kəndi ərazisində, kənd arasında “Torpaq yolu” adlanan yerə təqribən saat 22 radələrində gətirib orada Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək sol qolundan tutub sıxmaqla ona sol bazu nahiyəsində 1,0x1,5 sm ölçüdə qırmızımtıl-göyümtül rəngli, qeyimüəyyən formalı qançırından ibarət sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək Zərərçəkmiş şəxs arxa tərəfinə keçərkən onun qışqırdığını görüb əli ilə ağız nahiyəsindən tutaraq “qışqırma, qışqırsan, səni burada öldürüb gedəcəm, çaqqallar yeyəcək səni” deyib əli ilə Zərərçəkmiş şəxs başını aşağıya doğru əymiş, digər əli ilə zorla onun şalvarını və alt tumanını, sonra isə öz əynində olan şalvarını və alt paltarını bir qədər aşağı salaraq əlləri ilə Zərərçəkmiş şəxs bədənindən tutub saxlamaqla onun müqavimətini sındırıb köməksiz vəziyyətindən istifadə etməklə öz gərilmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs anus dəliyinə yeridib anal dəlik nahiyəsinin ətrafında saat əqrəbinin hərəkət istiqamətinə uyğun “6” rəqəmi səviyyəsində 1,0x0,3 sm ölçüdə, qırmızımtıl rəngli, düz xətt formalı sıyrıqdan ibarət sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olarkən həmin ərazidən keçən qatarın gəldiyini görüb dayanaraq Zərərçəkmiş şəxs qaçmaması üçün əli ilə onun sağ biləyindən tutaraq saxlamış, qatar keçdikdən sonra Zərərçəkmiş şəxs beliüstə torpaq yerə yıxaraq əlləri ilə ayağından qaldırıb sonuncuya arxa tərəfdən yaxınlaşaraq əli ilə öz gərilmiş cinsiyyət üzvünü tüpürcəklədikdən sonra Zərərçəkmiş şəxs anus dəliyinə yeridib onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra üzərinə sperma axıtmaqla öz cinsi ehtirasını təmin edib Zərərçəkmiş şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək ona zor tətbiq edərək müqavimətini sındırıb zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib qəsdən Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olub ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri törətmişdir. Təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X5 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 dekabr 2021-ci il tarixdə saat 18-19 radələrində o, evdən çıxıb Gəncə şəhəri, Dəmiryolu vağzalının yaxınlığında yerləşən “Gürcü xəngəli” verilən kafeyə getmişdir. O, həmin kafedə əvvəllər xidmətçi işləyirmiş. Həmin kafedə işləyən tanışları ilə görüşüb söhbət etmiş, çay içmiş və sonra yaşadığı evə qayıtmaq qərarına gəlmişdir. Həmin kafedən çıxıb H.Əliyev prospekti ilə üzü Ş.İ.Xətai prospekti istiqamətində piyada gedən zaman H.Əliyev prospektində yerləşən “MAXİ” marketə çatmamış dayanacaqda adını sonradan bildiyi kiçik, azyaşlı bir qızı-Gülayı görmüşdür. Gülay dayanacaqda olan şəhidlərin şəkli ilə oynayırmış. O da Gülaya yaxınlaşıb şəhidlərin şəklini əli ilə qurdalamamasını, şəkilləri cırmamasını demişdir. Gülay da ona eləcə baxıb oynadığını demişdir. O, həmin azyaşlı qızın adını soruşan zaman adının Gülay olduğunu demişdir. Həmin vaxt o, bilmişdir ki, onun adı Gülaydır. O, Gülayın yaşını soruşan zaman Gülay 11 yaşının olduğunu demişdir. O da Gülaya özünün adının Cavid olduğunu demişdir. O, adının yalan olaraq Cavid deməyinə səbəb artıq onun Gülayı aldadaraq hədə-qorxu gəlib onunla cinsi əlaqədə olmaq fikri formalaşmışdır. Səbəbini bilməsə də, beynində belə fikir olmuş və o, artıq istəmişdir ki, bunu etsin. Buna görə də o, Gülayla bu istiqamətdə söhbət edib aldatmaq ya da başqa bir yolla onunla cinsi əlaqədə olmaq istəmişdir. Sonra o, Gülaya “sən utanmırsanmı, şəhidlərin şəklini elə edirsən, sənin valideynlərin yoxdumu” demiş, Gülay da ona demişdir ki, o, nənəsigildən gəlir, öz evinə gedirmiş. O, evlərinin harada olduğunu soruşan zaman Gülay “ASAN” xidmət mərkəzindən bir az yuxarıda qaldığını demişdir. Həmin vaxt bir ağsaqqal kişi gəlmiş və ondan siqaret istəmiş, o da ona siqaret vermişdir. Sonra həmin kişi yanında dayanaraq birini də istəmiş, ona yenə siqaret vermişdir. Həmin kişi yanında dayandığından o, məcbur olub getmişdir. O, yoluna davam edən zaman təxminən marketin qabağında Gülay arxasınca gəlib “pulun varsa mənə pul ver, evimizə gedim” demişdir. O da Gülaya bir manatlıq və bir neçə qəpik pul vermişdir. O, gedən zaman Gülay dalınca gəlməyə başlamışdır. Gülayın gəldiyini görən zaman Gülaya “gəl səni aparım evinizə” demişdir. Gülay da mamasının evdə olmadığını və evdən qaçdığını demişdir. O, Gülaya ya evlərinə, ya da nənəsinin evinə aparmağını demiş, Gülay isə heç birinə getmək istəmədiyini demişdir. O da Gülaya demişdir ki, “gəl onda səni bizə aparım”. Gülay onunla onun evinə getməyə razılaşmışdır. Bu söhbətləri edən zaman onlar “Maxi” marketdən üzü yuxarı, yəni Ş.İ.Xətai prospektinə tərəf gedirlərmiş. Hələ H.Əliyev prospekti ilə gedən zaman yolda polis əməkdaşlarını görmüş, o, Gülaya demişdir ki, “polislərə deyim səni evinizə aparsın”. O, birinci olaraq Gülaya özünün polis olduğunu demişdir. Gülay da ağlayaraq polislərə deməməyini xahiş etmişdir. O da Gülaya gülməyini, ağlamamasını demiş və onunla onda gəlməyini demişdir. Sonra onlar yola davam eləmişlər. Gedən zaman Gülay arxadan gəlirmiş, o da öndən gedirmiş. Biraz gedəndən sonra Gülay susuz olduğunu demişdir. O, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən “Oba” marketə girmiş və oradan su almışdır. O, marketdə olan zaman Gülay da marketin qarşısında gözləyirmiş. Sonra Ş.İ.Xətai prospektini keçib “ASAN” xidmət tərəfə keçmişlər. Orada olan dayanacağı keçəndən sonra o, öz yaşadığı evə getmək üçün yolu digər tərəfə, yəni “Dəyirmanın dairəsi” adlanan dairəyə tərəf keçmişdir. Həmin vaxt Gülay da onun arxasınca yolu keçib gəlməyə başlamışdır, onlar “Dəyirmanın dairəsi” adlanan dairəni keçib “Pribor” adlanan yerə tərəf getməyə davam etmişlər. Gülay onun arxasınca gələn zaman artıq onda yenə fikir yaranmışdır ki, bunu kəndin arxa tərəfində kənd arasında “Torpaq yolu” adlanan yerə aparıb onunla qeyri-təbii yolla cinsi əlaqədə olsun. Onlar “İmperial” Şadlıq Sarayını keçəndən sonra Gülayın sıxıldığını görmüşdür. O, səbəbini soruşub ac olub-olmadığını soruşmuşdur. O "Şah" dönərdən bir ədəd dönər almış, lakin Gülay bir dişlək alıb sonra yeməmişdir. Sonra getmişlər “Pribor” adlanan yerə. Pribor adlanan yerdə küçəni süpürən qadına pul verəndən sonra Nizami Gəncəvi prospektinə keçib maşın gözləmişdir. “Pribor” adlanan yerdə olan zaman telefonunda olan bacısı uşağının şəkillərini Gülaya göstərmişdir. Həmin vaxt siqaret yandırmaq üçün olan tapanca ilə şəklini də Gülaya göstərmişdir. Bundan başqa yolda olan zaman o, telefonu yalandan qulağına tutub “ana sənə sürprizim var, bir toppuş qız gətirirəm” demişdir. Aradan bir az sonra, güya ki, atasına zəng edirmiş kimi edərək həmin sözləri atasına da demişdir. “Pribor” adlanan yerdə dayanan zaman ağ rəngli “VAZ 2106” markalı taksiyə minib Goranboy rayonunun Azad kəndi istiqamətində getmişlər. Maşında onunla bərabər başqa şəxslər də var imiş, o, Gülayla arxa tərəfdə oturmuşdur. Gəncə şəhərinin çıxışındakı DYP postunu keçəndən sonra Nizami kəndi yazısının yanında maşından düşmüşlər. Belə ki, Nizami kəndi ilə onun yaşadığı Azad kəndi üzbəüz yerləşirmiş. Sonra magistral yolu keçib Azad kəndinə tərəf getmişlər. Artıq saat 21 radələri olarmış. Azad kəndinin yolunda hərəkət edən zaman o, Gülaya heç bir söz açmadan birbaşa ona arxadan cinsi əlaqədə olmağı təklif etmişdir. Əvvəlcə Gülay razılıq vermiş, lakin bir az gedəndən sonra fikrini dəyişib eləmək istəmədiyini demişdir. O, Gülaya “bura kimi gəlibsən, gəl gedək eliyim səni” demişdir. Gülay da ona demişdir ki, “mən mamama getmək istəyirəm”. O da Gülaya demişdir ki, “yola salaram səni”. Onlar Azad kəndinin içərisinə girmədən yol ilə gedib dəmir yolunu keçmişlər. Sonra torpaq yol ilə Samux rayonu, Alıuşağı kəndinə tərəf biraz gəlib yolun kənarında dayanmışlar. O, yolun kənarında dayanıb Gülaya deyəndi ki, “gəl olaq”, Gülay da əynində olan qara rəngli cins şalvarı aşağı çəkmişdir. Şalvarla bərabər tumanını da aşağı çəkmişdir. Tumanının nə rəngdə olduğunu o, görə bilməmiş, belə ki, hava qaranlıq imiş. Sonra o, Gülaya demişdir ki, “beliüstə uzan”. Gülay da o, dediyi kimi etmişdir. O, Gülaya yaxınlaşıb onun ayaqlarını yuxarı qaldırmış və sonra öz əynində olan qara spartivni şalvarı (ayağı rezinli) və qara rəngli, bel hissəsində ağ rəngdə yazılmış yazıları olan tumanını baldır nahiyəsinə kimi aşağı çəkmişdir. Sonra o, Gülaya yaxınlaşmış, əlləri ilə onun ayaqlarını yuxarıya doğru qaldırmış və əllərini də onun ayaqlarının altına salmışdır ki, Gülay tərpənə bilməsin və o, cinsiyyət üzvünü onun arxa nahiyəsinə rahat salsın. Sonra o, öz gərilmiş cinsiyyət üzvünü onun arxa dəliyinə soxmaq istəmiş, ancaq cinsiyyət üzvü girmədiyi üçün o, öz cinsiyyət üzvünü əli ilə tüpürcəkləmişdir ki, rahat girsin. Tüpürcəklədikdən sonra yenidən öz cinsiyyət üzvünü Gülayın arxa dəliyinə soxmuş, sağ əlini Gülayın ayağının altından götürüb əli ilə öz cinsiyyət üzvünü saxlamışdır ki, Gülayın arxa nahiyəsinə girsin. Əli ilə öz cinsiyyət üzvünü qoyduqdan sonra belini dalaqabağa edərək Gülayla arxa nahiyədən cinsi əlaqədə olmağa başlamışdır. O, Gülayla cinsi əlaqədə olarkən dəmir yolu xəttindən qatar gəlmiş, bu zaman o, dayanmışdır. Çünki qatarın işığı düşdüyündən qorxmuşdur ki, kimsə görər. Buna görə də Gülayla o, ayağa qalxaraq su arxının içində gizlənmişlər. Qatar keçib gedəndən sonra yenə cinsi əlaqəni davam etdirmişdir. Onunla Gülayın cinsi əlaqəsi təxminən 1-2 dəqiqə davam etmişdir. Ondan sperma gəldiyini hiss edib həmin spermanı Gülayın arxa dəlik nahiyyəsinə, yəni içəri yox, onun üzərinə boşaltmış, belə ki, o, qırağa boşaldası imiş, ancaq özünü saxlaya bilməmişdir. Sonra isə ayağa qalxmışlar və Gülay ona yenə demişdir ki, evlərinə mamasının yanına getmək istəyir. O da Gülayı Bakı-Gəncə magistral yoluna gətirmiş, tanımadığı bir maşına əl edərək saxlamasını xahiş etmişdir. Hərbi formada bir nəfər maşını saxlamış, Gülayı Gəncə şəhərinə düşürtməsini xahiş etmişdir. Sonra isə o, Azad kəndinə yaşadığı evə qayıtmışdır. O, Gülayla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmuş, onu aldadaraq özü ilə aparmışdır. Təqsirləndirilən şəxs X7 oğlu ifadəsində həmçinin göstərmişdir ki, Gülayla Gəncə şəhərində “Maxi” market adlanan mağazanın qabağında tanış olarkən Gülaydan neçə yaşının olduğunu soruşmuş, Gülay da ona 11 yaşının olduğu demişdir, yəni Gülayın görünüşcə azyaşlı olduğunu görürmüş, həm də Gülayın özündən neçə yaşının olduğunu bilmək üçün ona sual verərkən də bilmişdir ki, 11 yaşı var. O, əvvəlcə Zərərçəkmiş şəxs özünü polis əməkdaşı kimi təqdim etmiş, mobil telefonunda alışqan silahı göstərib qorxutmuş və sonra onu aldadaraq öz evlərinə aparacağını bildirmək adı ilə həmin yerə aparmışdır. O, bu cinayət əməlini törədərkən onun nəticələrini fikirləşməmişdir, hal-hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, anası Gülminaz ilə birlikdə yaşayır. 16 dekabr 2021-ci il tarixdə o, nənəsi Sevincgilə getmiş və bir neçə gün orada qalmışdır. 19 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri 20 nömrəli məktəbin arxa tərəfində yaşayan nənəsi Sevincin evindən çıxıb öz yaşadığı evə piyada gedirmiş. O, H.Əliyev prospektində dayanacaqda dayanıb marşrut gözləyirmiş. O, dayanacaqda olan şəhid İbrahim adlı şəxsin şəklinə baxırmış. Həmin vaxt bir nəfər cavan oğlan ona yaxınlaşmış və ona demişdir ki, “istəyirsən ki, şəhidin şəklini qopardasan”, o da demişdir ki, “yox”, sonra həmin oğlan ona demişdir ki, “sən həmin şəkli qopartsan, səni polisə verəcəm”. O da ona “qopartmıram, eləcə baxıram” deyəndə həmin oğlan ona demişdir ki, “mən polisəm, mən işdən çıxıram, evə gedirəm”. Ancaq o, polis olduğuna inanmamış, ondan hara getdiyini soruşan zaman o, həmin oğlana demişdir ki, “marşrut gözləyirəm, evə gedirəm”. Həmin oğlan ona demişdir ki, “gəl sən mənimlə get”. O da həmin oğlana “yox” deyəndə, həmin oğlan ona demişdir ki, “bu dəqiqə polisləri çağıracam, sənin əlini qandallayıb aparsınlar”. Sonra isə ondan harada qaldığını soruşmuş, o da “ASAN” xidmət tərəfdə qaldığını demişdir. Həmin oğlan da həmin tərəflərdə qaldığını demişdir. Sonra isə ona hədə qorxu gələrək, ona demişdir ki, “səni öldürərəm, gəl mənimlə gedək”. O, həmin oğlana bir neçə dəfə etiraz etsə də onu polislərlə qorxudaraq birlikdə getməyini tələb etmişdir. Həm də ona demişdir ki, o, qaldığı tərəfdə qalır, buna görə də ona deyirmiş ki, özü onu evə aparacaq. O, həmin oğlanla söhbət edən zaman onlara bir nəfər kişi yaxınlaşaraq yanında olan oğlandan siqaret istəmiş, ancaq həmin oğlanın siqaret verdiyini bilməmiş, çünki həmin vaxt onlara baxmamış, avtobusu gözləyirmiş. Kişi getdikdən sonra həmin oğlan yenə ona yaxınlaşaraq onu yuxarıda qeyd etdiyi kimi hədələyib onunla getməyə məcbur eləməyə başlamışdır. O da qorxaraq onun yanına düşüb getmişdir. Onlar piyada H.Əliyev prospekti ilə üzü yuxarı, yəni ASAN xidmət mərkəzi olan tərəfə hərəkət etmişlər. Yolda “Al” market olan yerdə dayanmışlar. Həmin oğlan “Al” marketə girib su alıb çıxmış, o isə çöldə onu gözləmişdir. O, qaçmaq qərarına gəlsə də həmin oğlan mağazada onu güdürmüş ki, birdən o, qaçar. Həm də o, çox qorxmuşdur, fikirləşmişdir ki, birdən o, qaçsa həmin oğlan ona nəsə edər. Həmin oğlan mağazadan çıxana kimi o, mağazanın qarşısında dayanmışdır. Həmin oğlan mağazadan çıxdıqdan sonra onu “Azərittifaq” adlanan dörd yola aparmışdır. Onu həmin dörd yoldan keçirib üzü “ASAN” xidmət tərəfə gedəndə ona demişdir ki, “bura da ASAN xidmətdi”, o da həmin oğlana demişdir ki, buraları o, tanıyır, bura “ASAN xidmət deyil”. Sonra həmin oğlan onu məcbur edərək yolu keçməyini demiş, əlindən tutmaq istəyən zaman o, əlini çəkmişdir. O, qorxduğu üçün onunla məcbur olub yolu keçmişdir. Həmin yolda Yanacaqdoldurma məntəqəsini bir qədər keçəndən sonra öz mobil telefonunu götürüb qulağına qoymuş, kiməsə “müdir, yanımda heç kim yoxdur, yanımda kimsə olsa xəbər edərdim gəlib tutub aparardız” demiş, sonra isə ona “səni tutdurmadığım üçün mənə sağ ol deməlisən” demişdir. Bir az sonra isə yenidən telefonu qulağına tutub “ana, sənə sürprizim var, gələndə görəcəksən, evə gətirirəm, bir toppuş qızdı” demişdir. O, həmin oğlanla bir qədər piyada getmiş, gedərkən ağlayırmış, həmin oğlan da ona deyirmiş ki, “ağlama, ağlasan səni tutduraram”. O da məcbur olub ağlamırmış. O, polis maşınlarını görüb ona deyirmiş ki, “sənin əlini qandallayıb apararlar, onlar hamısı dostudur”. Daha sonra “Şah” dönər deyilən yerdə ona dönər almışdır. O, həmin vaxt qorxudan əsirmiş, tutulub qalmışdır, bilmirmiş ki, nə etsin. Dönəri alan zaman o, dönəri ortadan kəsdirmiş, yarısını ona uzatmış, o da yemək istəməmişdir. Dönərdən o, bir dəfə dişləmiş, lakin qalanını özünə vermişdir. Dönərxananın qabağında o, arxaya doğru gedib qaçmaq istəyirmiş, həmin oğlan ondan gözünü çəkmədiyi üçün o, qaça bilməmişdir. Onlar “pribor” adlanan yerə çatan zaman həmin oğlanla yolu keçmiş, həmin yerdə taksilər dayanmışdır. Onlara ağ rəngli üzərində taksi işarəsi olan “VAZ 2107” markalı bir maşın yaxınlaşmışdır. Onlardan hara getdiklərini soruşan zaman yanında olan oğlan taksiyə nəsə demiş, ancaq o, eşitməmişdir. O, kənarda dayanıb gözləyirmiş. Həmin oğlan taksi ilə razılaşandan sonra ona demişdir ki, maşına minsin. O da onunla həmin maşına minmiş, maşında digər adamlar da var imiş, o, oğlanla arxada oturmuşdur. Yol ilə gedən zaman o, oğlandan soruşmuşdur ki, “biz hara gedirik, Dəliməmmədliyə gedirik”, o da ona demişdir ki, “yox, gedəndə görərsən”. Həmin maşın Gəncə şəhərinin çıxışındakı DYP postunu keçib getmişdir. Goranboy rayonu istiqamətində bir az gedəndən sonra Nizami yazısı olan plakatın yanında maşını saxlatdırmışdır. Maşından yerə düşmüşlər. Həmin maşın sürüb getmişdir. O, maşına pul vermiş, lakin nə qədər verdiyini görməmişdir. Sonra onlar asfaltı birlikdə keçmişlər. Goranboy rayonu Azad kəndinin yanından keçib dəmir yolu xəttinə gəlib çatmışlar. Hər yer dumanlı, qaranlıq imiş, o, həmin vaxt da istəmişdir qaçsın. Yolu görə bilmədiyi üçün qaça bilməmiş, həm də oraları tanımırmış, birinci dəfə imiş ki, oralara gedirmiş. Dəmiryolunu keçib bir az gedəndən sonra sola dönmüşlər. Həmin vaxt o, onun sağ əli ilə onun sağ biləyindən, digər əlini isə çiyin nahiyəsinə qoymuşdur. O da əllərini itələmişdir. Sonra qabaqlarına bir butka çıxmış, həmin butka qatarlara nəzarət edən bir yer imiş. Həmin butkanın arxası tərəfə keçmişlər. Torpaq yol ilə bir az gedəndən sonra əkin sahəsinin yanında, torpaq yolun kənarında dayanmışlar. O, dayandıqlarını görüb həmin oğlana yalvarmağa başlamışdır ki, onu buraxsın, onu bura nəyə gətirib. Həmin oğlan da onun sol qolundan bərk tutaraq onun arxa tərəfinə keçmişdir. O, həmin an qışqırmış, ancaq həmin oğlan əli ilə onun ağzından tutmuşdur ki, qışqırmasın. Həm də demişdir ki, “qışqırma, qışqırsan, səni burada öldürüb gedəcəm, çaqqallar yeyəcək səni”. Sonra əli ilə onun başını aşağıya doğru əymiş və digər əli ilə onun şalvarını zorla çıxartmağa başlamış, həmin vəziyyətdə şalvarını və alt tumanını çıxartmış, sonra isə öz əynində olan şalvarını və alt paltarını çıxartmışdır. Özünün cinsiyyət üzvünü onun arxa tərəfinə salmağa başlamış, o da bərk ağrı hiss etmiş, istəmiş çıxa, ancaq onun sağ əlini tutmuşdur, digər əli ilə isə ayağından tutmuş və bədənini dala-qabağa etməyə başlamış, onun həmin vaxt qusmağı gəlmişdir. Sonra hər əli ilə onun bel nahiyəsindən tutmuşdur. Onunla əlaqədə olan zaman qatar gəlmiş, qatar gələn kimi həmin oğlan onu buraxmış və ona demişdir ki, “qoy qatar keçsin”. Ancaq həmin oğlan əli ilə onun sağ biləyindən tutmuşdur ki, birdən qaçar. Həmin vaxt dayanıb qatarın keçməsini gözləmiş, o da ağlayırmış. Qatar keçib gedəndən sonra yenidən onu torpaq yerdə beliüstə yerə yıxmışdır. Yıxandan sonra ona yaxınlaşaraq əlləri ilə onun ayağından qaldırmış və öz cinsiyyət üzvünü onun arxa tərəfinə soxmuşdur. O, bərk ağrı hiss etdiyindən onun əlindən çıxmaq istəyirmiş, ancaq əlləri ilə ayağını buraxıb bədənindən saxlayırmış ki, heç yerə tərpənə bilməsin. Həmin oğlanın cinsiyyət üzvü onun arxa tərəfinə tam girə bilmədiyindən öz cinsiyyət üzvünü tüpürcəkləmişdir. Bu proses təxminən 2-3 dəqiqə çəkmişdir. Həmin oğlan onu eliyən zaman oğlandan nəsə bir şirə kimi gəldiyini hiss etmişdir. İkincidən sonra isə onlar durub asfalt yola tərəf getmişdirlər. Goranboy rayonu Azad kəndini keçib Bakı-Gəncə yoluna çıxmışlar. Ora gələnə kimi ona demişdir ki, adı Caviddir, ondan kimsə soruşsa ki, o, kimdir, deyəcək ki, evdən qaçmışdır. Sonra Cavid adlı şəxs bir dənə maşın saxlatdırıb onu Gəncə şəhərinə yola salmışdır. Maşın ağ rəngli “lada” yazısı olan xarici markalı avtomobil imiş. Həmin avtomobili əsgər paltarında bir nəfər idarə edirmiş. Cavid adlı şəxs onu həmin maşına mindirib özü orada qalmışdır. O, gedən zaman ona demişdir ki, “sən get, mən özüm gələcəm”. O, həmin maşınla gəlib “pribor” adlanan yerə çatmamış maşının sürücüsü onu düşürtmüşdür. O da qaça-qaça “pribor” adlanan yerə gedib bir taksiyə minmiş və yaşadığı evə sürməsini xahiş etmişdir. Ünvanı sürücüyə demişdir. Həmin taksi onu evlərinə aparıb düşürtmüşdür. “Nənəmin təndiri” adlanan mağazanın yanında düşürtmüşdür. Onun üstündə pul var imiş, taksiyə 2 manat pul vermişdir. Evə çatandan sonra xalası Elnaza başına gələnləri danışmış, Elnaz da anasına zəng edərək anası Gülminaza məlumat vermişdir. Cavid adlı şəxs Gəncə şəhərində “Şah dönər” adlanan dönərxanaya çatmamış telefonda ona əlində tapança olan şəklini göstərərək silahının da olduğunu deyirmiş. Həmin Cavid adlı şəxsin üzərində qara rəngli uzun qış gödəkçəsi, qara şalvar və qara ayaqqabı var imiş. Saçını yana darayırmış, üzündə qısa saqqalı var imiş. Adının Cavid olduğunu deyən həmin şəxsin qabaq dişləri çürük və qırıq kimi imiş. O, həmin şəxsi əvvəllər tanımamış və heç bir yerdə görməmişdir. Cavid adlı şəxs yuxarıda qeyd etdiyi kimi özünün polis olması ilə onu hədələyirmiş. O, əvvəldən marketlərin qabağında olarkən, daha sonra Goranboy rayonu ərazisində qaçmaq istəmiş, həmin vaxt hava qaranlıq və dumanlı olduğundan, həm də yolu tanımadığından qaça bilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 doğma bacısıdır, Zərərçəkmiş şəxs bacısı Gülminazın qızıdır. Onlar Gəncə şəhəri, Kəpəz rayonu, F.Əliyev küçəsi, bina 10, mənzil 42-də onunla qonşuluqda yaşayırlar. 16-17 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs bibisi Sevincin yaşadığı Gəncə şəhəri 20 nömrəli məktəbin arxasında yerləşən məhlə evinə getmişdir. 19 dekabr 2021-ci il tarixdə saat 21 radələrində bacısı Gülminaz ona zəng edərək qızı Gülayın onlara gəlib-gəlmədiyini soruşmuş, o da nə baş verdiyini soruşan zaman bacısı ona demişdir ki, Gülay Sevincgildə olan zaman o, Sevinclə danışanda Gülaya demişdir ki, evə gəlsin, ancaq üstündən təxminən bir saat keçsə də, qızından xəbər yoxdur. O da bacısına demişdir ki, “bəs uşaq hara gedə bilər, bizə də gəlməyib”. Bacısı da ona demişdir ki, o, qızını axtarmağa gedir. Gülminaz qızını axtaran ərəfələrdə onunla bir neçə dəfə telefonla əlaqə saxlayırmış ki, görən qızı tapa bildimi. Təxminən axşam saat 23:30 radələrində o, evdə olan zaman görmüşdür ki, Gülay onlara gəlmişdir. O, Gülayı tənbeh edərək onun bu vaxta qədər harada olduğunu soruşmuş, hamının onu axtardığını demişdir. Gülay çox əzgin, yorğun və üstü-başı dağınıq görünürmüş, o, fikirləşmişdir ki, yəqin Gülay haradasa yıxılıb. Gülay sonra ağlayaraq demişdir ki, “xala sənə qurban olum, mənim başıma pis oyun gətiriblər”. O da Gülaya demişdir ki, “nolub, nətər sənin başına pis oyun gəlib”. Həmin vaxt o, artıq nəsə bir pis şeyin olduğunu bilib əlini başına tutaraq dalaqabağa getməyə başlamış və Gülaydan nə baş verdiyini soruşmağa belə tərəddüd etmişdir. Sonra o, cəld Gülminaza zəng edib ağlayaraq bacısını təhqir edib demişdir ki, “qızının başına pis oyun gətiriblər, indi mənim yanımdadır, tez gəl bizə”. Təxminən 5 dəqiqə keçmişdir ki, Gülminaz evə gəlmiş və Gülaydan nə baş verdiyini soruşmuş, Gülay da yenə demişdir ki, “mənim başıma pis oyun gətiriblər”. X6 üstünə düşərək nə olduğunu danışmasını deyən zaman Gülay yenə demək istəmirmiş, çox qorxmuşdur. Bacısı Gülminaz onu öz evinə aparmış, o da onun arxasınca getmişdir. Gülminaz Gülayı başqa bir otağa salmışdır ki, məsələnin nə olduğunu soruşsun. Gülay onlara həmin vaxt demişdir ki, “Cavid adlı bir oğlan mənə yaxınlaşıb deyib ki, sən niyə şəhidlərin şəklini cırıb qopardırsan, o da demişdir ki, qopartmıram. Sonra həmin oğlan ona demişdir ki, “sən həmin şəkli qopartsan, səni polisə verəcəm”. O da ona “qopartmıram, eləcə baxıram” deyəndə həmin oğlan demişdir ki, “mən polisəm, işdən çıxıram, evə gedirəm”. Sonra ondan hara getdiyini soruşanda o, həmin oğlana demişdir ki, “marşrut gözləyirəm, mən də evə gedirəm”. Həmin oğlan ona demişdir ki, “gəl sən mənimlə get”. O da ona “yox” deyəndə, həmin oğlan ona demişdir ki, “bu dəqiqə polisləri çağıracam, sənin əlini qandallayıb aparsınlar”. Sonra isə ondan harada qaldığını soruşmuş, o da “ASAN” xidmət tərəfdə qaldığını demişdir. Oğlan da həmin tərəflərdə qaldığını demişdir. Sonra isə ona hədə- qorxu gəlmiş, belə ki, demişdir ki, “səni öldürərəm, gəl mənimlə gedək”. O həmin oğlana bir neçə dəfə etiraz etsə də, polislərlə qorxudaraq onunla getməyini tələb edirmiş. Həm də demişdir ki, o da o, qaldığı tərəfdə qalır, buna görə də deyirmiş ki, “özü məni evə aparacaq”. Gülay daha sonra demişdir ki, həmin oğlanla söhbət edərkən onlara bir nəfər kişi yaxınlaşaraq yanında olan oğlandan siqaret istəmiş, ancaq həmin oğlanın siqaret verdiyini bilməmiş, çünki həmin vaxt onlara baxmamış, avtobusu gözləyirmiş. Kişi getdikdən sonra həmin oğlan yenə ona yaxınlaşaraq onu hədələyib onunla getməyə məcbur eləməyə başlamışdır. O da qorxaraq onun yanına düşüb getmişdir. Onlar piyada H.Əliyev prospekti ilə üzü yuxarı, yəni “ASAN xidmət” mərkəzi olan tərəfə hərəkət etmişlər. Yolda “Al” market olan yerdə dayanmışlar. Həmin oğlan “Al” marketə girib su alıb çıxmış, o isə çöldə onu gözləmişdir. O, qaçmaq qərarına gəlsə də, oğlan mağazada onu güdürmüş ki, birdən qaçar. Həm də o, çox qorxmuşdur, fikirləşmişdir ki, birdən qaçsa ona nəsə edər. Həmin oğlan mağazadan çıxana kimi o, mağazanın qarşısında dayanmışdır. Həmin oğlan mağazadan çıxdıqdan sonra onu “Azərittifaq” adlanan dörd yola aparmışdır. Onu həmin dörd yoldan keçirdib üzü “ASAN” xidmət tərəfə gedəndə ona demişdir ki, “burada ASAN xidmətdi”, o da həmin oğlana demişdir ki, “buraları mən tanıyıram, bura ASAN xidmət deyil”. Sonra həmin oğlan məcbur edərək yolu onunla keçməyini demiş, əlindən tutmaq istəyərkən o, əlini çəkmişdir. O, qorxduğu üçün onunla məcbur olub yolu keçmişdir. Həmin yolda Yanacaq-doldurma məntəqəsini bir qədər keçəndən sonra oğlan öz mobil telefonunu götürüb qulağına qoymuş, kiməsə “müdir, yanımda heç kim yoxdur, yanımda kimsə olsa xəbər ederdim gəlib tutub aparardız” demiş, sonra isə ona “səni tutdurmadığım üçün mənə sağol deməlisən” demişdir. Bir az sonra isə yenidən telefonu qulağına tutub ”ana, sənə sürprizim var, gələndə görəcəksən, evə gətirirəm, bir toppuş qızdı” demişdir. O, onunla bir qədər piyada getmiş, o onunla gedərkən ağlayırmış, o da ona deyirmiş ki, “ağlama, ağlasan səni tutduraram”. Gülay da məcbur olub ağlamırmış. O, polis maşınlarını görüb deyirmiş ki, “sənin əlini qandallayıb apararlar, onlar hamısı dostumdur”. Daha sonra “Şah” dönər deyilən yerdə Gülaya dönər almışdır. Dönərxananın qabağında Gülay arxaya doğru gedib qaçmaq istəyirmiş, o da Gülaydan gözünü çəkmədiyi üçün qaça bilməmişdir. Onlar “pribor” adlanan yerə çatan zaman həmin oğlanla yolu keçmiş, həmin yerdə taksilər dayanmışdır. Onlara ağ rəngli üzərində taksi işarəsi olan “VAZ 2107” markalı bir maşın yaxınlaşmış, onlardan hara getdiklərini soruşanda yanında olan oğlan taksiyə nəsə demişdir. Gülay kənarda dayanıb gözləyirmiş. Həmin oğlan taksi ilə razılaşandan sonra Gülaya demişdir ki, “maşına minək”. Gülay da onunla həmin maşına minmiş, maşında digər adamlar da var imiş, o, oğlanla arxada oturmuşdur. Yol ilə gedərkən oğlandan soruşmuşdur ki, “biz hara gedirik, Dəliməmmədliyə gedirik”, o da Gülaya demişdir ki, “yox, gedəndə görərsən”. Həmin maşın Gəncə şəhərinin çıxışındakı DYP postunu keçib getmişdir. Goranboy rayonu istiqamətində bir az gedəndən sonra Nizami yazısı olan plakatın yanında maşını saxlatdırmışdır. Gülay və oğlan maşından yerə düşmüşlər. Həmin maşın sürüb getmişdir. Sonra onlar asfaltı birlikdə keçmişlər. Goranboy rayonu Azad kəndinin yanından keçib dəmir yolu xəttinə gəlib çatmışlar. Hər yer dumanlı, qaranlıq imiş, Gülay həmin vaxt da istəmişdir qaçsın. Yolu görə bilmədiyi üçün qaça bilməmiş, həm də oraları tanımırmış, birinci dəfə idi ki, oralara gedirmiş. Dəmiryolunu keçib bir az gedəndən sonra sola dönmüşlər. Həmin vaxt oğlan Gülayın sağ əli ilə sağ biləyindən, digər əlini isə çiyin nahiyəsinə qoymuşdur. Gülay da əllərini itələmişdir. Torpaq yol ilə bir az gedəndən sonra əkin sahəsinin yanında, torpaq yolun kənarında dayanmışlar. Gülay dayandıqlarını görüb ona yalvarmağa başlamışdır ki, onu buraxsın, onu bura nəyə gətirib. Oğlan da onun sol qolundan bərk tutaraq Gülayın arxa tərəfinə keçmiş, Gülay həmin an qışqırmış, ancaq oğlan əli ilə onun ağzından tutmuşdur ki, qışqırmasın. Həm də demişdir ki, “qışqırma, qışqırsan, səni burada öldürüb gedəcəm, çaqqallar yeyəcək səni”. Sonra əli ilə Gülayın başını aşağıya doğru əymiş və digər əli ilə onun şalvarını zorla çıxartmağa başlamış, həmin vəziyyətdə şalvarını və alt tumanını çıxartmış, sonra isə öz əynində olan şalvarını və alt paltarını çıxartmışdır. Özünün cinsiyyət üzvünü Gülayın arxa tərəfinə salmağa başlamış, Gülay da bərk ağrı hiss etmiş, istəmiş çıxa, ancaq onun sağ əlini tutmuşdur, digər əli ilə isə ayağından tutmuşdur. O, bədənini dala-qabağa etməyə başlamış, Gülayın həmin vaxt qusmağı gəlmişdir. Sonra Gülayın hər əli ilə bel nahiyəsindəm tutmuşdur. O, Gülayla əlaqədə olarkən qatar gəlmişdir. Qatar gələn kimi o, Gülayı buraxmış və demişdir ki, “qoy qatar keçsin”. Ancaq həmin oğlan əli ilə Gülayın sağ biləyindən tutmuşdur ki, birdən qaçar. Həmin vaxt o, dayanıb qatarın keçməsini gözləmiş, Gülay da ağlayırmış. Qatar keçib gedəndən sonra yenidən Gülayı torpaq yerə beliüstə yıxmışdır. Yıxandan sonra ona yaxınlaşaraq əlləri ilə onun ayağından qaldırmış və öz cinsiyyət üzvünü Gülayın arxa tərəfinə soxmuşdur. O, bərk ağrı hiss etdiyindən onun əlindən çıxmaq istəyirmiş, ancaq əlləri ilə ayağını buraxıb bədənindən saxlayırmış ki, heç yerə tərpənə bilməsin. Onun cinsiyyət üzvü Gülayın arxa tərəfinə tam girə bilmədiyindən öz cinsiyyət üzvünü tüpürcəkləmişdir. Bu proses təxminən 2-3 dəqiqə çəkmişdir. O, Gülayı eliyən zaman ondan nəsə bir şirə kimi gəldiyini hiss etmişdir. İkincidən sonra isə onlar durub asfalt yola tərəf getmişlər. Goranboy rayonu, Azad kəndini keçib Bakı-Gəncə yoluna çıxmışlar. Sonra Cavid adlı şəxs bir dənə maşın saxlatdırıb Gülayı Gəncə şəhərinə yola salmışdır. Maşın ağ rəngli “lada” yazısı olan xarici markalı avtomobil imiş. Həmin avtomobili əsgər paltarında bir nəfər idarə edirmiş. Cavid adlı şəxs onu həmin maşına mindirib özü orada qalmışdır. Gülay gedərkən ona demişdir ki, “sən get, mən arxanca gələcəm”. Gülay həmin maşınla gəlib “pribor” adlanan yerə çatmamış maşının sürücüsü onu düşürtmüşdür. O da qaça-qaça “pribor” adlanan yerə gedib bir taksiyə minmiş və yaşadığı evə sürməsini xahiş etmişdir. Ünvanı sürücüyə demişdir. Həmin taksi onu evlərinə aparıb düşürtmüşür. Sonra Gülay ona demişdir ki, Cavid adlı şəxs Gəncə şəhərində “Şah dönər” adlanan dönərxanaya çatmamış telefonda ona əlində tapança olan şəklini göstərərək silahının da olduğunu demişdir. Həmin Cavid adlı şəxsin üzərində qara rəngli uzun qış gödəkçəsi, qara şalvar və qara ayaqqabı var imiş. Saçını yana darayırmış, üzündə qısa saqqalı var imiş, Cavidin qabaq dişləri çürük və qırıq kimi olmuşdur. Onlar həmin şəxsi əvvəllər tanımamışlar. Gülay bunları ona deyəndən sonra Gülminaz onun əynində olan şalvarını yarımçıq çəkərək arxa tərəfinə baxmış, görmüşdür ki, arxa hissəsində qızartılar var, o da həmin vaxt qızartıları görmüşdür. Sonra o, Gülminaza demişdir ki, “uşağın əynini geyindir, polisə xəbər ver”. Bacısı da öz mobil telefonu ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, fərdi taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Adətən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Nizami prospektinin kəsişməsində dayanır. 19 dekabr 2021-ci il tarixdə saat 22 radələrində o, Ş.İ.Xətai prospektinin başlanğıcında, yəni “Pribor” adlanan yerdə dayanmışdır. Maşının içərisində oturub müştərinin gəlməsini gözləyirmiş. Həmin vaxt təxminən 11-12 yaşlarında sonradan adını Zərərçəkmiş şəxs kimi bildiyi bir qız uşağı maşının qapısını açaraq 2 manatın qarşılığında onu Gəncə şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinin qarşısına düşürtməyini xahiş etmişdir. O da həmin şəxsin uşaq olduğunu görüb razılaşmışdır. O, özünə məxsus avtomobillə Xətai prospekti ilə hərəkət edib “Dəyirmanın dairəsi” deyilən yeri keçən zaman Zərərçəkmiş şəxs dairədən düz yuxarı qalxan yolun onun yaşadığı evə getdiyini demişdir. O da Gülaya “Asan Xidmət”in yanına oradan uzaq olacağını deyib "Azərittifaq"da işıqfordan sola dönüb “Asan Xidmət” Mərkəzinin qarşısında saxlamışdır. Gülaya çatdıqlarını və maşından düşməsini demişdir. Gülay yaşadığı evin oradan biraz aralıda olduğunu və onu “Skonnu” deyilən yerin işıqforunda düşürtməyini xahiş etmişdir. O də gecə vaxtı olduğu üçün onun dediyi yerə, yəni F.Əliyev küçəsinin başlanğıcına gətirmişdir. O, maşını saxlayan zaman Gülaydan haraya getdiyini, evi uzaqdadırsa aparıb evinin qarşısına düşürtməyini demişdir. Lakin Gülay elə yaşadığı binanın qarşısında olduğunu deyərək maşından düşmüşdür. Oturacağın üstünə isə 1 manat və qəpiklərdən ibarət pul qoymuşdur. Qəpiklər də təxminən bir manat olarmış. O, qızı maşından düşürəndən sonra dayandığı “Pribor” adlanan yerə qayıtmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10.03.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, istintaq zamanı X2 ifadəsində göstərdiyi xüsusatları yoxlamaq məqsədilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Elçin İsmayılov öz ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (iş vərəqə: cild 2, səh.1-6). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30.12.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilən zaman Zərərçəkmiş şəxs verdiyi ifadəni Elçin İsmayılovun üzünə qarşı deyərək onu ifşa etmişdir (iş vərəqə: cild İ, səh.141-146). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 23 dekabr 2021-ci il tarixli, 2076 nömrəli rəyindən görünür ki: 1.Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sol bazu nahiyəsinin qançırı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 19.12.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 2.Azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı hal-hazırda pozulmamışdır.

3. Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində müəyyən edilmiş anal dəlik sfiktorunun boşalması, anal dəlik nahiyəsində sıyrıq – anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqə zamanı gərginləşmiş kişi cinsiyyət üzvünün təsiri nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti müayinə olunan vaxta nəzərən 1-2 gündür. 4.Azyaşlı Zərərçəkmiş şəxs anal dəlik nahiyəsindən götürülmüş tənzif tamponda məhkəmə-tibbi bioloji tədqiqi zamanı spermatazoidlər aşkar olunmadı (iş vərəqə: cild İ, səh.53-55). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2022-ci il tarixli, 18 nömrəli rəyindən görünür ki:

1. X2 bədəni üzərində xəsarət müəyyən edilmədi.

2. X2 cinsiyyət orqanlarında cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb( patologiya, deformasiya, çapıq toxuması) aşkar edilmədi (iş vərəqə: cild İ, səh.224-226). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-genetik ekspertizasının 12 yanvar 2022-ci il tarixli, 22\40 R nömrəli rəyindən görünür ki: 1.Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş – 01(bir) ədəd tumanın arxa aralıq hissəsi üzərində aşkar edilmiş sperma nümunəsi, X4 məxsusdur. 2.Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş – 01(bir) ədəd cins şalvarın arxa yuxarı hissəsi üzərində aşkar edilmiş sperma nümunəsi, X4 və bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. 3.Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş – 01(bir) ədəd don üzərində vizual olaraq ləkələr aşkar edilmədi. Bu səbəbdən müqayisəli DNT tədqiqatının aprılması üçün tədqiqat nümunələri götürülmədi (iş vərəqə: cild İ, səh.217-221). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 06 yanvar 2022-ci il tarixli, 03\02 nömrəli rəyindən görünür ki, X5 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq və sair psixi xəstəlik keçirmir. X5 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. X2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. X5 aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: -Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. - X5 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. -X5 yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. -X5 hüquqazidd hərəkətlərdən əvvəl baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi emosional halda olmuşdur (iş vərəqə: cild İ, səh.243-245). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 35\16 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməllərdən əvvəl və həmin əməllər törədilərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Zərərçəkmiş şəxs hər hansı bir xroniki psixi xəstəlik keçirmədiyindən ona qarşı törədilən qanunazidd əməllərin faktiki xarakterini dərk etmiş, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs onunla baş vermiş qanunazidd əməllərin mahiyyətini və həmin əməlin nəticələrini anlamaqla həmin hadisə barəsində düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: -Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. - Zərərçəkmiş şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. -Zərərçəkmiş şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. -Zərərçəkmiş şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi emosional halda olmuşdur. -Zərərçəkmiş şəxs qarşı cinayət əməli törədilərkən keçirdiyi emosional halın yaranma səbəbi ona qarşı törədilmiş qanunazidd əməl ola bilər (iş vərəqə: cild İ, səh.247-249). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18.03.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Şahid2 təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd açıq-çəhrayı rəngli uzunqollu köynək, 1(bir) ədəd üzərində ağ rəngli xalları olan qara don, 1(bir) ədəd qara rəngli cins şalvar və 1 (bir) ədəd tünd göy rəngli alt paltarı olan tuman, bundan başqa hadisə vaxtı X2 əynində olmuş 1 (bir) ədəd qara rəngli idman şalvarı və X4 məxsus 1 (bir) ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefon maddi sübut kimi tanınmış və Samux Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin “Təhlükəsiz şəhər” xidmətinin video görüntülərini əks etdirən 02 (iki) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 2, səh.11-25). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29.12.2021-ci il tarixli protokoldan görünür ki, X5 29.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.75-76). Cinayət işinin materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 30.12.2021ci il tarixli qərarından görünür ki, həmin tarixdə X2 barəsində əvvəli 29.12.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.155). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11.01.2022-ci il tarixli tələbnaməsindən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.188). Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, X5 müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.170). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 aşkar surətdə on dörd yaşına çatmamış Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olub seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin materialları ilə tam təsdiq olunduğundan X2 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Elçin İsmayılovun cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxs X4 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 xüsusilə ağır cinayət törətməsini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyası daxilində cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs Elçin İsmayılovun törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, təqsirləndirilən şəxs Elçin İsmayılova təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Elçin İsmayılov ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Elçin İsmayılovun cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, X5 29.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Samux Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, təqsirləndirilən şəxs Elçin İsmayılovun cəza çəkməsinin əvvəli onun tutulduğu 29 dekabr 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Samux Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübutlar - iş üzrə Şahid2 təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd açıq-çəhrayı rəngli uzunqollu köynək, 1(bir) ədəd üzərində ağ rəngli xalları olan qara don, 1(bir) ədəd qara rəngli cins şalvar və 1 (bir) ədəd tünd göy rəngli alt paltarı olan tuman zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 qaytarılmalı, bundan başqa X4 məxsus 1 (bir) ədəd qara rəngli idman şalvarı və 1 (bir) ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X5 ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X2 cəza çəkməsinin əvvəli tutulduğu 29 dekabr 2021-ci il tarixdən hesablansın. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlar - Samux Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan iş üzrə Şahid2 təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd açıq-çəhrayı rəngli uzunqollu köynək, 1(bir) ədəd üzərində ağ rəngli xalları olan qara don, 1 (bir) ədəd qara rəngli cins şalvar və 1 (bir) ədəd tünd göy rəngli alt paltarı olan tuman zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 qaytarılsın, bundan başqa X4 məxsus 1 (bir) ədəd qara rəngli idman şalvarı və 1 (bir) ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar