Məhkəmə qərarları › İş №1(100)-251/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-251/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-251/2023 02.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X3 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1996-cı ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni ayrıayrılıqda təmiz çəkiləri 585,716 qram və 521,624 qram olmaqla göy rəngli üzərində “Original levis” sözləri yazılmış polietilen torbanın içərisində olan iki ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli bağlamada qablaşdırılmış, ümumi təmiz çəkisi 1107,34 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 385 qram olmaqla bir ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli bağlamada qablaşdırılmış tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 07 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Tovuz rayonu Dondar Quşçu kəndinin inzibati ərazisində istintaqa məlum olmayan mənbədən əldə edib taksi fəaliyyəti göstərən X1 idarə etdiyi və sərnişin kimi əyləşdiyi “Vaz-2106 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış və daşımış, 07 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən X1 idarə etdiyi “Vaz-2106 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Tovuz rayonu Dondar Quşçu kəndinin ərazisində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasının duracağında həmin avtomobilə baxış keçirilərkən avtomobilin arxa sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd göy rəngli üzərində “Original levis” sözləri yazılmış polietilen torbanın içərisindən iki ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli bağlamada qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 585,716 qram və 521,624 qram olmaqla, ümumi təmiz çəkisi 1107,34 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 385 qram bir ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli bağlamada qablaşdırılmış tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildən həbs edilənədək narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. Müxtəlif şəxslərdən ayrı-ayrı vaxtlarda pul qarşılığında heroin satın alaraq falqa ilə çəkərək qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində profilində ürək şəkli olan, “İran kakos-patı” adlı səhifənin bio (başlıq) hissəsindən +98 914 *** ** ** saylı nömrə əldə edərək həmin nömrəyə telefonunun “Whatsapp” proqramı vasitəsilə mesaj yazıb narkotik vasitə olub-olmadığını maraqlanmış, lakin yazdığı mesaja cavab verilməmişdir. Sonradan xx.xx.2022-ci il tarixdən etibarən həmin nömrə ilə danışıqlar zamanı nömrə sahibi özünü iranlı olaraq təqdim edən həmin şəxsə bir neçə gün əvvəl narkotik vasitə əldə etmək üçün mesaj yazdığını, lakin hazırda pulu olmadığından ala bilməyəcəyini demişdir. X19 Respublikasının vətəndaşı olaraq qələmə verən tanımadığı şəxs hazırda narkotik vasitə və psixotrop maddələrinin olduğunu bildirmişdir. O, həmin şəxsə hazırda pulunun olmadığını, narkotik vasitələrin borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Həmin İran vətəndaşı ilə razılaşdıqdan sonra o, narkotik vasitəni Tovuz rayon ərazisindən götürməli olmuşdur. Özünü iranlı olaraq təqdim edən şəxs ona narkotik vasitəni Tovuz rayonu, Dondar Quşçu kənd ərazisində “Piryez” adlanan yerdən kəndin mərkəzinə doğru avtomobil yolunun kənarında yerləşən sürət həddini müəyyən edən yol nişanının yaxınlığına qoyacağını demişdir. O tanışı, taksi fəaliyyəti ilə məşğul olan Gəncə şəhər sakini X2 Tovuz rayonunda qohumu olduğunu, həmin qohumu ilə görüşərək qohumunu Gəncə şəhərinə gətirmək üçün Tovuz rayonuna getməli olduğunu bildirib İlkin Niyazzadədən onu Tovuz rayonuna aparmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 18:20 radələrində İlkin Niyazzadənin idarə etdiyi “VAZ 2106” markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonuna gəlmiş, təxminən saat 19:30-da ünvan 5 ünvana çatanda yenidən İlkin Niyazzadənin mobil telefonu ilə narkotik vasitə götürəcəyi şəxslə əlaqə yaratmışdır. İlkinin mobil telefonundan istifadə edərkən sonuncuya qohumu ilə əlaqə saxladığını bildirmişdir. Tovuz rayonuna çatdıqda özünü iranlı olaraq tanıdan +98 914 *** ** ** saylı nömrənin istifadəçisi narkotik vasitələri Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində sürət həddini müəyyən edən yol nişanının yaxınlığında göy rəngli sellefan torbada olduğunu demişdir. Bundan sonra o, avtomobil ilə həmin ərazidən, yəni özünü iranlı olaraq təqdim edən şəxsin danışıq zamanı bildirdiyi ərazidən bir neçə metr uzaqlıqda İlkin Niyazzadədən avtomobili dayandırmasını xahiş etmiş, avtomobil dayandıqdan sonra tək İlkin Niyazzadəyə məxsus mobil telefonu da özü ilə götürərək avtomobildən düşmüşdür. Həmin vaxt sürücü İlkin Niyazzadə avtomobildən düşməmişdir. O, özünü iranlı olaraq təqdim edən şəxsin dediyi əraziyə yaxınlaşıb həmin ərazidən 1 (bir) ədəd sellofan torpanı götürüb yenidən İlkin Niyazzadənin idarə etdiyi avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin vaxt İlkin Niyazzadə onun əlindəki sellofan torbanı görməmiş, lakin avtomobilə əyləşdikdən sonra sellofanın səsinin eşidib onun içərisində nə olduğunu soruşmuş, o, isə hər hansı bir əşya olmadığını bildirib avtomobilini idarə etməsini demişdir. Təxminən həmin yerdən 50- 100 metr uzaqlaşdıqdan sonra polis əməkdaşları onları saxlatmış, onu və sürücü X12 RPŞyə dəvət etmişlər. Daha sonra üzərində şəxsi axtarış aparılmışdır şəxsi axrtarış zamanı əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən üzərində rəqəmlər olan bir ədəd ağ salfet kağız aşkar olunmuşdur. O, həmin nömrənin “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, X19 Respublikasının vətəndaşı kimi təqdim edən şəxsə aid olduğunu, onunla həmin nömrə ilə əlaqə saxladığını demişdir. Bundan başqa üzərində qanunla saxlanılması və istifadəsi qadağan olunan hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra Niyazzadə İlkinin idarə etdiyi “VAZ 2106” markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobildə sonuncunun razılığı ilə axtarış aparılmış, axtarış zamanı avtomobilin arxa sağ ayaqaltı hissəsindən göy rəngli sellofanda 3 (üç) ədəd qara rəngli sellefan torbada üzəri skoçla bağlanmış bükümlər aşkar olunmuşdur. O, “VAZ 2106” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar olunan həmin narkotik vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə əldə etməmişdir. O, özünü iranlı olaraq təqdim edən şəxslə əldə etdiyi razılığa əsasən, həmin şəxsə narkotik vasitənin pulunu hissə-hissə verəcəyi barədə razılaşmışdır. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki,Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, hazırda ünvan 6 ünvanında daimi pasport qeydiyyatında olmaqla Gəncə şəhəri, həbs edilənədək Sevinc qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşamışdır. Rəsmi olaraq hər hansı bir yerdə işləməmişdir. 2020-ci ildən həbs edilənədək narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. Müxtəlif şəxslərdən ayrı-ayrı vaxtlarda pul qarşılığında heroin satın alaraq falqa ilə çəkərək qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində profilində ürək şəkli olan, “İran kakos-patı” adlı səhifənin bio (başlıq) hissəsindən +98 914 *** ** ** saylı nömrə əldə edərək həmin nömrəyə telefonunun “Whatsapp” proqramı vasitəsilə mesaj yazıb narkotik vasitə olub-olmadığını maraqlanmış, lakin yazdığı mesaja cavab verilməmişdir. Sonradan xx.xx.2022-ci il tarixdən etibarən həmin nömrə ilə danışıqlar zamanı nömrə sahibi özünü iranlı olaraq təqdim edən həmin şəxsə bir neçə gün əvvəl narkotik vasitə əldə etmək üçün mesaj yazdığını, lakin hazırda pulu olmadığından ala bilməyəcəyini demişdir. X19 Respublikasının vətəndaşı olaraq qələmə verən tanımadığı şəxs hazırda 1.2 kq narkotik vasitə və psixotrop maddələrinin olduğunu bildirmişdir. O, həmin şəxsə hazırda pulunun olmadığını, narkotik vasitələri aldıqdan sonra satıb borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Beləliklə, “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, özünü iranlı olaraq tanıdan şəxslə pul müqabilində narkotik vasitə və psixatrop madələrin satışını təşkil etməklə bağlı razılaşmışlar, razılığa əsasən, o, narkotik vasitəni Tovuz rayon ərazisindən götürməli olmuşdur. Özünü iranlı olaraq təqdim edən şəxs ona narkotik vasitəni Tovuz rayonu, Dondar Quşçu kənd ərazisində “Piryez” adlanan yerdən kəndin mərkəzinə doğru avtomobil yolunun kənarında yerləşən sürət həddini müəyyən edən yol nişanının yaxınlığına qoyacağını demişdir. Bundan sonra o, tanışı, taksi fəaliyyəti ilə məşğul olan Gəncə şəhər sakini X2 Tovuz rayonunda qohumu olduğunu, həmin qohumu ilə görüşərək qohumunu Gəncə şəhərinə gətirmək üçün Tovuz rayonuna getməli olduğunu bildirib İlkin Niyazzadədən onu Tovuz rayonuna aparmasını xahiş etmişdir. Taksi sürücüsü olan X15 rayonuna getmək üçün 30 (otuz) manat məbləğində yol haqqı olaraq pul istəmiş, o, da həmin məbləğlə razılaşmışdır. O, xx.xx.2022-ci il tarixdə saat təxminən 18:20 radələrində İlkin Niyazzadənin idarə etdiyi “VAZ 2106” markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonuna gəlmiş, həmin vaxt özünə məxsus mobil telefonu olmadığından yolboyu tez-tez narkotik alacağı adını bilmədiyi şəxsə məxsus +98 914 *** ** ** saylı nömrə ilə sürücü İlkin Niyazzadəyə məxsus mobil telefonunun “whatsapp” proqramı vasitəsilə əlaqə yaratmışdır. Təxminən saat 19:30-da ünvan 5 ünvana çatanda yenidən İlkin Niyazzadənin mobil telefonu ilə narkotik vasitə götürəcəyi şəxslə əlaqə yaratmışdır. İlkinin mobil telefonundan istifadə edərkən sonuncuya qohumu ilə əlaqə saxladığını bildirmişdir. Tovuz rayonuna çatdıqda özünü iranlı olaraq tanıdan +98 914 *** ** ** saylı nömrənin istifadəçisi narkotik vasitələri Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində sürət həddini müəyyən edən yol nişanının yaxınlığında göy rəngli sellefan torbada olduğunu demişdir. Bundan sonra o, avtomobil ilə həmin ərazidən, yəni özünü iranlı olaraq təqdim edən şəxsin danışıq zamanı bildirdiyi ərazidən bir neçə metr uzaqlıqda İlkin Niyazzadədən avtomobili dayandırmasını xahiş etmiş, avtomobil dayandıqdan sonra tək İlkin Niyazzadəyə məxsus mobil telefonu da özü ilə götürərək avtomobildən düşmüşdür. Həmin vaxt sürücü İlkin Niyazzadə avtomobildən düşməmişdir. O, özünü iranlı olaraq təqdim edən şəxsin dediyi əraziyə yaxınlaşıb həmin ərazidən 1 (bir) ədəd sellofan torpanı götürüb yenidən İlkin Niyazzadənin idarə etdiyi avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin vaxt İlkin Niyazzadə onun əlindəki sellofan torbanı görməmiş, lakin avtomobilə əyləşdikdən sonra sellofanın səsinin eşidib onun içərisində nə olduğunu soruşmuş, o, isə hər hansı bir əşya olmadığını bildirib avtomobilini idarə etməsini demişdir. Təxminən həmin yerdən 50-100 metr uzaqlaşdıqdan sonra tanımadığı polis əməkdaşları onları saxlatmış, özlərini təqdim edərək ona üzərində qanunsuz narkotik vasitə daşımaqda və satmaqda şübhəli olduğunu demişlər. Bundan sonra onu və sürücü X12 RPŞ-yə dəvət etmişlər. Tovuz RPŞ-də polis əməkdaşları ona hüquqlarını izah etmiş və hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısını təqdim etmişlər. O, da X6 özünə vəkil seçmiş, bundan sonra vəkil və iştirakçılarla birlikdə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla saxlanılması və istifadəsi qadağan olunmuş əşya olub-olmamasını soruşmuşlar. O üzərində saxlanması və daşınması qadağan olunan hər hansı əşya olmadığını demişdir. Bundan sonra müdafiəçisi İsa Hüseynovun iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axrtarış zamanı əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən üzərində rəqəmlər olan bir ədəd ağ salfet kağız aşkar olunmuşdur. O, həmin nömrənin “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, X19 Respublikasının vətəndaşı kimi təqdim edən şəxsə aid olduğunu, onunla həmin nömrə ilə əlaqə saxladığını demişdir. Bundan başqa üzərində qanunla saxlanılması və istifadəsi qadağan olunan hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra Niyazzadə İlkinin idarə etdiyi “VAZ 2106” markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobildə sonuncunun razılığı ilə axtarış aparılmış, axtarış zamanı avtomobilin arxa sağ ayaqaltı hissəsindən göy rəngli sellofanda 3 (üç) ədəd qara rəngli sellefan torbada üzəri skoçla bağlanmış bükümlər aşkar olunmuşdur. Vəkilin iştirakı ilə həmin kütləyə açılaraq baxış keçirilmiş, həmin kütlələrdən 01 (bir) ədədinin təmiz çəkisi 385 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 02 (iki) ədədinin üzəri yapışqan lentlə bağlanmış bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 585.716 qram, 521.624 qram, ümumi təmiz çəkisi 1107.34 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin olması müəyyən edilmişdir. O, “VAZ 2106” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar olunan həmin narkotik vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə “İnstagram” sosial şəbəkəsində tanış olduğu, X19 Respublikasının vətəndaşı olaraq təqdim edən, adını bilmədiyi şəxsdən satın aldığını bildirmişdir. O, özünü iranlı olaraq təqdim edən şəxslə əldə etdiyi razılığa əsasən, həmin şəxsə narkotik vasitənin pulunu satdıqdan sonra göndərəcəyini bildirmişdir. İnstagram” sosial şəbəkəsində tanış olduğu, X19 Respublikasının vətəndaşı olaraq təqdim edən, adını bilmədiyi şəxsdən satış məqsədilə narkotik vasitə əldə etməsi barəsində nə İlkin Niyazzadəyə, nə də başqa bir şəxsə məlumat verməmişdir. O, əvvəllər həmin şəxslə bu şəkildə danışıqlara gedərək qanunsuz olaraq narkotik vasitələr əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hazırda Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşayır. Hər hansı bir yerdə işləmir, özünün və ailə üzvlərinin gündəlik maddi tələbatlarını qarşılamaq üçün sahiblik hüququ özünə məxsus olan “VAZ 2106” markalı, ağ rəngli, **-BS-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Gəncə şəhərində onunla qonşuluqda yaşayan şəxsin evinə gələn dövrlərdən Təqsirləndirilən şəxslə tanışlıq münasibətləri olmuşdur. xx.xx.2022-ci il tarixdə o, Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən yaşadığı evdə olarkən tanışı Təqsirləndirilən şəxs ona məxsus taksi avtomobili ilə birlikdə Tovuz rayonuna getməyi, həmçinin Tovuz rayonunda olan qohumu ilə görüşüb yenidən geriyə, Gəncə şəhərinə qayıtmağı təklif etmişdir. Bu məqsədlə Elməddin ona 30 (otuz) manat taksi pulu verəcəyini demiş, o da öz növbəsində Təqsirləndirilən şəxslə razılaşmışdır. Bundan sonra onlar 07 noyabr 2022-ci il tarixdə 18:20 radələrində idarə etdiyi, sahiblik hüququ ona məxsus olan “VAZ 2106” markalı, ağ rəngli, **-BS-*** qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonuna yola düşmüşlər. Bu zaman Təqsirləndirilən şəxs başqa hər hansı bir şəxs olmamış, belə ki o, tək olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs özü ilə birlikdə hər hansı bir əşya götürməmişdir. Təqsirləndirilən şəxs avtomobilinin ön tərəf sərnişin əyləşən oturacağında əyləşmişdir. Onlar idarə etdiyi avtomobil ilə üzü Tovuz rayonu istiqamətində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs mobil telefonu olmadığı üçün ona məxsus “Samsung A50” markalı mobil telefondan istifadə etmək istədiyini bildirmişdir. O, sonuncunun istəyinə uyğun olaraq mobil telefonunu Elməddinə vermiş, sonuncu isə onun telefonunun “watsap” proqramı ilə qohumu olaraq bildirdiyi tanımadığı şəxslə danışmışdır. Onlar Tovuz rayonunun girişinə çatanda saat təxminən 19:20 radələrində Təqsirləndirilən şəxs ona avtomobilini Tovuz rayonunda yerləşən “Dondar Quşçu kənd piryezi” adlanan əraziyə sürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona qohumunun hazırda həmin ərazidə olduğunu bildirərək onunla həmin ərazidə görüşəcəyini demişdir. X18 kəndinin girişinə çatdıqda kəndin içərisinə doğru təxminən 300 metr getdikdən sonra Təqsirləndirilən şəxs avtomobili saxlamasını və mobil telefonunu yenidən verməsini xahiş etmiş, o da Təqsirləndirilən şəxslə razılaşıb telefonunu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs telefonunu götürərək avtomobildən düşmüş, bu zaman Təqsirləndirilən şəxs əlində hər hansı bir əl yükü və ya əşya olmamışdır. O, xəstə olduğu üçün avtomobildən düşməmişdir. Hava qaranlıq olduğundan Elməddinin getdiyi istiqaməti də dəqiq görə bilməmişdir. Təqsirləndirilən şəxs isə avtomobildən arxaya doğru piyada, tək, əlində hər hansı bir əl yükü olmadan hərəkət etmişdir. Təxminən 2 (iki) dəqiqə sonra Təqsirləndirilən şəxs təlaşlı şəkildə avtomobilə yaxınlaşaraq əlində 1 (bir) ədəd göy rəngli sellofan torba olmaqla ön sərnişin oturacağının arxasındakı oturacağa əyləşmiş və qohumunun başqa yerdə olduğunu bildirmişdir. O, idarə etdiyi avtomobili geriyə üzü Tovuz şəhəri istiqamətində hərəkət etdirmişdir. Bu zaman avtomobilin arxa oturacağında əyləşən Təqsirləndirilən şəxs həmin sellofanın içərisində nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs narahat olmamasını bildirmişdir. O, bir neçə dəfə soruşsa da sonuncu ona sellofanda nə olduğunu bildirməmişdir, həmçinin o, həmin vaxt avtomobil idarə etdiyi üçün geri çevrilib sellofana baxa bilməmişdir. Onlar Tovuz rayonu, Dondar Quşçu kəndindən uzaqlaşdıqda Tovuz rayonu Dondar Quşçu kənd piryezi olaraq bilinən ərazidə tanımadığı polis əməkdaşları onları saxlamışlar. Həmin polis əməkdaşları özlərini təqdim edib, onları idarə etdiyi avtomobillə birlikdə Tovuz RPŞ-yə dəvət etmişlər. Avtomobili polis əməkdaşları idarə etmiş, o və Elməddin ona məxsus avtomaşında əyləşmişlər. Sonradan onun razılığı ilə idarə etdiyi “VAZ 2106” markalı, ağ rəngli **-BS-*** qeydiyyat nişanlı avtomobildə axtarış aparılmış, avtomaşnının qapılarını özündə olan açarla açmışdır. Axtarış zamanı avtomobilin arxa sağ ayaqaltı hissəsində sellofon torba, həmin sellofan torbaya baxarkən 03 (üç) bağlama aşkar olunmuşdur. Həmin bağlamaların hər birinə onların iştirakları ilə baxış keçirilmiş, baxış zamanı avtomobildən götürülmüş Təqsirləndirilən şəxs məxsus sellofan torbada olan 03 (üç) ədəd bağlamada narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələr olan bağlamaların ona aid olduğunu bildirmişdir. Onun həmin sellofan torbada narkotik vasitə olması, Təqsirləndirilən şəxs Tovuz rayonuna narkotik vasitə əldə etmək üçün getməsi barədə hər hansı bir məlumatı olmamışdır. Elməddin onu Tovuz rayonuna qohumunu aparmaq üçün gəldiyini deyərək aldatmışdır. O, sadəcə taksi sürücüsü kimi pul qarşılığında Təqsirləndirilən şəxslə birlikdə Tovuz rayonuna gəlmişdir. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa oturacağından aşkar olunmuş narkotik vasitələri hansı şəxsdən əldə etməsini bilməmişdir. Belə ki, onunla birlikdə avtomobildə istər mobil telefonla, istərsə də ünsiyyətləri zamanı bu barədə şübhəli hər hansı bir söz deməmişdir. Tovuz rayonu, Dondar Quşçu kənd ərazisində olduqları zaman isə o, tək, əlində hər hansı bir əl yükü, çanta və ya torba olmadan avtomobildən düşərək bir neçə dəqiqə sonra əlində 1 (bir) ədəd göy rəngli sellofan torba geri qayıtmışdır və o, həmin vaxt avtomobildən düşmədiyi üçün onun hara getdiyini, kiminlə görüşdüyünü bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-də xidmətdə olarkən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlaması və daşıması faktına dair Tovuz RPŞ-nin CAB-nın rəisi, polis polkovnik-leytenantı Şahid2 daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsində onun da iştirak etməsi barədə rəhbərlik tərəfindən tapşırıq verilmiş, bundan sonra o, Tovuz RPŞ-nin CAB-nın rəisi, polis polkovnik-leytenantı Şahid2, Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X7 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində sonuncunun tanışı X1 idarə etdiyi VAZ-2106 markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlaması və daşımasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və tanışı X12 RPŞ-nə dəvət etmişlər və VAZ-2106 markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili polis əməkdaşı idarə etmiş, taksi sürücüsü və Elməddin həmin avtomaşında əyləşmişlər. Tovuz RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillər siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahı üzrə vəkil X6 hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil X9 və iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı əşya aşkar olunmamış, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs geyinmiş olduğu göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd ağ rəngli üzərində +98 914 *** ** ** və 9055 183 78122 yazıları olan salfet aşkar olunmuşdur. Şəxsi axtarış apardıqdan sonra X1 razılığı ilə sonuncuya məxsus VAZ-2106 markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İdarə etdiyi avtomobildə axtarış aparılmazdan əvvəl İlkin Niyazzadədən avtomobilində qanunla saxlanılması və istifadəsi qadağan olunmuş əşya(lar)ın olub-olmamasını soruşmuş, sonuncu isə idarə etdiyi avtomobildə qanunla saxlanılması və istifadəsi qadağan olunmuş hər hansı bir əşya(lar)ın olmadığını bildirmişdir. Daha sonra İlkin Niyazzadənin razılığı ilə sonuncuya məxsus “VAZ- 2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Axtarış zamanı avtomobilin arxa sağ ayaqaltı hissəsində 1 (bir) ədəd göy rəngli, üzərində “Original levis” yazılmış sellefon torbada 03 (üç) ədəd qara rəngli sellofan kəsikdə üzəri şəffaf rəngli skoçla bağlanmış halda kütlə aşkar olunmuşdur. Aşkar edilmiş 03 (üç) ədəd kütlənin hər birinə açılaraq baxış keçirilmiş və həmin qara rəngli üzəri şəffaf skoçla bağlanmış bükümdə olan kütlənin 2 (iki) ədədi qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzədiyi müəyyən edilmişdir. Digər 01 (bir) ədəd bükümdə olan kütlə isə ilkin baxışdan yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan marixuanaya bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tanışı İlkin Niyazzadəyə məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış zamanı aşkar edilərək götürülmüş kütlələri, yəni narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin, həmçinin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı adını bilmədiyi “İnstagram” sosial şəbəkəsi üzərindən tanış olduğu İran İslam Respublikası vətəndaşından satmaq məqsədi ilə satın aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və tanışı İlkin Niyazzadəyə məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış zamanı aparılması zamanı videoçəkiliş aparılmış, bundan sonra aşkar olunmuş narkotik vasitələr iki ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı bağlanaraq Azərbaycan Respublikası DİNin 177 saylı möhürü ilə möhürləndi və zərfin üstü Təqsirləndirilən şəxs, vəkili Arif Zeynalovun iştirakı, polis əməkdaşları Şahid2, Şahid3, Orxan Əlizadə və onun tərəfindən imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elmar Rüstəmov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs tanışı İlkin Niyazzadəyə məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış zamanı aşkar edilmiş narkotik vasitələri şəxsin özünün deməsinə görə “İnstagram” sosial şəbəkəsi üzərindən tanış olduğu İran İslam Respublikası vətəndaşından satmaq məqsədi ilə nisyə formasında, yəni ilkin olaraq pul vəsaiti ödəmədən satış məqsədilə satın almışdır. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs geyinmiş olduğu göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd ağ rəngli üzərində +98 914 *** ** ** və 9055 183 78122 yazıları olan salfet aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlaması və daşıması faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi üçün 11 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Tovuz RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyən Şahid2, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X7 və Tovuz RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində sonuncunun tanışı X1 idarə etdiyi VAZ-2106 markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlaması və daşımasında şübhəli olduğunu bildirmişlər və Tovuz RPŞ-nə dəvət etmişlər, VAZ-2106 markalı, ağ rəngli, **-BS- *** dövlət qeydiyyat nişanlı avtomobili polis əməkdaşı idarə etmiş, taksi sürücüsü və Elməddin həmin avtomaşında əyləşmişlər. Bundan sonra Tovuz RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillər siyahısını təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahı üzrə vəkil X6 hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil X9 və iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı əşya aşkar olunmamış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs geyinmiş olduğu göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd ağ rəngli üzərində +98 914 *** ** ** və 9055 183 78122 yazıları olan salfet aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apardıqdan sonra Təqsirləndirilən şəxs tanışı X1 razılığı ilə sonuncuya məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İdarə etdiyi avtomobildə axtarış aparılmazdan əvvəl İlkin Niyazzadədən avtomobilində qanunla saxlanılması və istifadəsi qadağan olunmuş əşya(lar)ın olubolmamasını soruşmuşlar, sonuncu isə idarə etdiyi avtomobildə qanunla saxlanılması və istifadəsi qadağan olunmuş hər hansı bir əşya(lar)ın olmadığını bildirmişdir. Daha sonra İlkin Niyazzadənin razılığı ilə sonuncuya məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə axtarış və götürmə istintaq hərəkəti aparılmış, axtarış zamanı avtomobilin arxa sağ ayaqaltı hissəsində 1 (bir) ədəd göy rəngli, üzərində “Original levis” yazılmış sellefon torbada 03 (üç) ədəd qara rəngli sellofan kəsikdə üzəri şəffaf rəngli skoçla bağlanmış halda kütlə aşkar olunmuşdur. Aşkar edilmiş 03 (üç) ədəd kütlənin hər birinə açılaraq baxış keçirilmiş və həmin qara rəngli üzəri şəffaf skoçla bağlanmış bükümdə olan kütlənin 2 (iki) ədədinin qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzədiyi, digər 01 (bir) ədəd bükümdə olan kütlə isə ilkin baxışdan yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan marixuanaya bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tanışı İlkin Niyazzadəyə məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS- *** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış zamanı aşkar edilərək götürülmüş kütlələri, yəni narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin, həmçinin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı adını bilmədiyi “İnstagram” sosial şəbəkəsi üzərindən tanış olduğu İran İslam Respublikası vətəndaşından satmaq məqsədi ilə satın aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və tanışı İlkin Niyazzadəyə məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış aparılması zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar olunmuş narkotik vasitələr iki ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin ağızı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üstü Təqsirləndirilən şəxs, vəkili Arif Zeynalovun iştirakı, polis əməkdaşları Şahid2, Orxan Əlizadə, Şahid4 və onun tərəfindən imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elmar Rüstəmov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs tanışı İlkin Niyazzadəyə məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış zamanı aşkar edilmiş narkotik vasitələri şəxsin özünün deməsinə görə “İnstagram” sosial şəbəkəsi üzərindən tanış olduğu İran İslam Respublikası vətəndaşından satmaq məqsədi ilə nisyə formasında, yəni ilkin olaraq pul vəsaiti ödəmədən satış məqsədilə satın almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, hazırda ünvan 8 ünvanında yaşayır. Təqaüdçüdür. Təqsirləndirilən şəxs nəvəsidir. Nəvəsi Təqsirləndirilən şəxs 2019-cu il tarixdən Şabran rayonu, Liman kəndinə anası ilə birlikdə yaşamağa getmiş, 22 oktyabr 2022-ci il tarixdən ünvan 9 ünvanında yerləşən yaşadığı evdə onunla birlikdə yaşamağa başlamışdır. X13 rayonu ərazisində yaşadığı müddətdə, 2021-ci ildə mütəmadi olaraq sonuncunun anası hazırda keçmiş gəlini olan Tahirə ilə telefon əlaqəsi saxlayaraq Elməddinin narkotik vasitə qəbul etməsindən şübhələndiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən ona məxsus, lakin nəvəsi Elməddin ilə birlikdə istifadə etdiyi mobil telefonun ***-***-**-** saylı mobil nömrəsinin vatsap proqramına tanımadığı mobil nömrədən səsli mesaj gəlmişdir. Sonradan həmin nömrənin İran İslam Respublikası ərazisində istifadə olunan mobil nömrə olduğu ona məlum olmuşdur. O, həmin səsli mesaja qulaq asdıqda ona tanış olmayan ləhcə ilə bir nəfər şəxsin (kişi) “Daş, qum, ətir çəkməyə göndərim?” dediyini eşitmişdir. O, mövzunun narkotikdən ibarət olduğunu başa düşüb dərhal cavab olaraq səsli mesaj göndərərək həmin şəxsə bir daha səs atmamasını, ümumiyyətlə nəvəsi Elməddindən uzaq durmasını tələb etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində nəvəsi Elməddin Tovuz rayonuna gedib tezliklə geri qayıdacağını bildirmişdir. Həmçinin ondan mobil telefonunu özü ilə aparmaq üçün icazə istədikdə o, razı olmamışdır. O, Elməddindən Tovuza nə məqsədlə getmək istədiyini soruşduqda ona məlumat verməmişdir. Kimlə birlikdə gedəcəyini soruşduqda isə qonşusu İlkin Niyazzadə ilə sonuncuya məxsus avtomobil ilə gedəcəklərini bildirmişdir. Həmin gün saat təxminən 19 radələrində İlkin Niyazzadənin valideyni qonşu Südabə adlı qadın yaşadığı evə gələrək oğlunun telefonuna zəng çatmadığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, nəvəsi Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində daşımasında şübhəli əsaslar olduğuna görə Tovuz RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Nəvəsi Təqsirləndirilən şəxs Tovuz rayon istiqamətində qonşuları İlkin Niyazzadə ilə birlikdə sonuncuya məxsus avtomobil ilə hərəkətdə olarkən ona İlkin Niyazzadəyə məxsus mobil nömrə ilə zəng edərək onun telefonuna zəng olunub-olunmadığını soruşmuşdur. O da nəvəsinə cavab olaraq zəng olunmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, O Tovuz RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlaması və daşıması faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi üçün 11 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyən Şahid3, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X7 və Tovuz RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində sonuncunun tanışı X1 idarə etdiyi VAZ-2106 markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində müəyyən edib yaxınlaşaraq öz1ərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlaması və daşımasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və tanışı X12 RPŞ-nə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillər siyahısını təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahı üzrə vəkil X6 hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil X9 və iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı əşya aşkar olunmamış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs geyinmiş olduğu göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd ağ rəngli üzərində +98 914 *** ** ** və 9055 183 78122 yazıları olan salfet aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apardıqdan sonra Təqsirləndirilən şəxs tanışı X1 razılığı ilə sonuncuya məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İdarə etdiyi avtomobildə axtarış aparılmazdan əvvəl İlkin Niyazzadədən avtomobilində qanunla saxlanılması və istifadəsi qadağan olunmuş əşya(lar)ın olub-olmamasını soruşmuşlar, sonuncu isə idarə etdiyi avtomobildə qanunla saxlanılması və istifadəsi qadağan olunmuş hər hansı bir əşya(lar)ın olmadığını bildirmişdir. Daha sonra İlkin Niyazzadənin razılığı ilə sonuncuya məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə axtarış və götürmə istintaq hərəkəti aparılmış, axtarış zamanı avtomobilin arxa sağ ayaqaltı hissəsində 1 (bir) ədəd göy rəngli, üzərində “Original levis” yazılmış sellefon torbada 03 (üç) ədəd qara rəngli sellofan kəsikdə üzəri şəffaf rəngli skoçla bağlanmış halda kütlə aşkar olunmuşdur. Aşkar edilmiş 03 (üç) ədəd kütlənin hər birinə açılaraq baxış keçirilmiş və həmin qara rəngli üzəri şəffaf skoçla bağlanmış bükümdə olan kütlənin 2 (iki) ədədinin qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzədiyi, digər 01 (bir) ədəd bükümdə olan kütlə isə ilkin baxışdan yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan marixuanaya bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tanışı İlkin Niyazzadəyə məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış zamanı aşkar edilərək götürülmüş kütlələri, yəni narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin, həmçinin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı adını bilmədiyi “İnstagram” sosial şəbəkəsi üzərindən tanış olduğu İran İslam Respublikası vətəndaşından satmaq məqsədi ilə satın aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və tanışı İlkin Niyazzadəyə məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış aparılması zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar olunmuş narkotik vasitələr iki ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin ağızı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üstü Təqsirləndirilən şəxs, vəkili Arif Zeynalovun iştirakı, polis əməkdaşları Şahid3, Orxan Əlizadə, Şahid4 və onun tərəfindən imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elmar Rüstəmov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs tanışı İlkin Niyazzadəyə məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış zamanı aşkar edilmiş narkotik vasitələri şəxsin özünün deməsinə görə “İnstagram” sosial şəbəkəsi üzərindən tanış olduğu İran İslam Respublikası vətəndaşından satmaq məqsədi ilə nisyə formasında, yəni ilkin olaraq pul vəsaiti ödəmədən satış məqsədilə satın almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4-(062)-78/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 fevral 2023-cü il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona tərəfimdən həmin tarixdə həmin maddələr üzrə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 fevral 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, şahid X4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı X8 Rzayevin üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha deyərək ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 noyabr 2022-ci il tarixli “avtomobildə axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, avtomobilin salonunun arxa sağ oturacağının ayaqaltı hissəsindən 02 ədəd 513 və 516 qram, ümumilikdə 1.029 qram çəkidə narkotik vasitə heroinə və 419 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, baxış zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan heroin və qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri adını bilmədiyi İran İslam Respublikası vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Həmin kütlələr götürülərək qablaşdırılmış və möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şabran rayon məhkəməsinin 12 iyul 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şabran rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şabran İcra və Probasiya şöbəsinin 02 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Şabran rayon məhkəməsinin hökmün icrası barədə göstəri daxil ollmuşdur, Lakin məhkum Təqsirləndirilən şəxs bu vaxtadək qeydiyyata alınmamışdır. Hal-ahazırda Təqsirləndirilən şəxs çəkilməmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin 08 noyabr 2022-ci il tarixli 16/1268 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “**-BS-*** qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobildə olan vət.Təqsirləndirilən şəxs məxsus aşkar olunaraq götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki üzəri yapışqan lentlə bağlanmış, 2 (iki) ədəd iç-içə qara və göy rəngli polietilen paketdə təmiz çəkisi 385 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış tədqiqat zamanı 0,2 qram marixuana sərf edilmişdir. Marixuana, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” –in siyahısına (Siyahı l) daxildir. Tədqiqata təqdim olunmuş üzərində “**-BS-*** qeydiyyat nişanlı avtomobilin arxa oturacağında aşkar olunaraq götürülmüş Təqsirləndirilən şəxs məxsus bükümlər” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd üzəri yapışqan lentlə bağlanmış bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 585,716 qram, 521,624 qram, ümumi təmiz çəkisi 1107,34 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqat zamanı hər birindən 0,2 qram olmaqla 0,4 qram sərf edilmişdir. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” –in siyahısına (Siyahı l) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 273 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 yanvar 2023-cü il tarixli, 342 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-psixiatrik ekspertizasının 04 fevral 2023-cü il tarixli, 77 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmiş, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 317 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə psixi xəstəliklə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 noyabr 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şahid X2 məxsus olan və hadisə ərəfəsində Təqsirləndirilən şəxs istifadə etdiyi “Samsung Galaxy A-50” markalı mobil telefona baxış zamanı mobil telefonun “Vatsap” proqramında profil (hesab) şəklində biri qız, digəri oğlan olmaqla iki nəfər şəxsin şəkili olan, ad hissəsinə “Nura” yazılmış, +98 914 *** **** saylı, İran İslam Respublikası ərazisində fəaliyyət göstərən operatora aid mobil nömrənin istifadəçisi ilə başlama anı 07 noyabr 2022-ci il tarixdə, saat 19:11 dəqiqədən olan və 07 noyabr 2022-ci il tarixdə saat 19:27 dəqiqəyədək davam edən yazılı və səsli mesajlarda narkotik vasitənin alqı-satqısını təsdiq edəcək məzmunda səsli mesaj və narkotik vasitənin götürəcəyi ünvanın görüntüsü öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 384,8 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1106,94 qram narkotik vasitə olan heroin və bir üzərində +98-***-***-**-** və digər üzərində **********22 rəqəmləri yazılmış salfet kağızı Tovuz rayon polis şöbəsində saxlanılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə həmçinin vurğulayır ki, İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması ilə bağlı məhkumluğunun ödənilməməsini, buna görə əməlində cinayətlərin residivinin olmasını və bu xüsusatı Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi göstərmişdir. Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması kimi nəzərə alına bilməz. Oduur ki, Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Bununla da məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şabran rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının cəzasının iki günü bərabər tutulur. Ona görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şabran rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 52-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 273 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış, Tovuz rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra ayrı-ayrılıqda qalıq təmiz çəkiləri ekspertiza tədqiqatından sonra qalıq qalmış 384,8 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1106,94 qram narkotik vasitə olan heroin və birinin üzərində +98-***-***-**-** və digərinin üzərində **********22 rəqəmləri yazılmış salfet kağızından ibarət maddi sübutlar vardır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Tovuz rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 384,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1106,94 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 60 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə qismən birləşdirilməklə qəti olaraq Təqsirləndirilən şəxs 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Tovuz rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 384,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1106,94 qram narkotik vasitə olan heroin məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar