Məhkəmə qərarları › İş №1(100)-251/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-251/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-251/2024 17.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X4 və X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, Azərbaycan Respublikasını CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşaması, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O , istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə külli miqdarda yəni, 2,430 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 05 iyun 2023-cü il tarixdə saat 20:30 dəqiqədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələ əldə etməkdə və üzərində saxlamaqda, gəzdirməkdə şübhəli olduğu üçün yaşadığı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan çoxrəngli rəngli kişi şortikinin sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli kağıza bükülü təmiz çəkisi 2.430 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər ara-bir psixotrop maddə olan “metamfetamin”dən istifadə etmiş, bununla bağlı əvvəllər narkotik istifadəçi kimi məhkum olunmuşdur. Yaşadığı ev Gəncə şəhər Baş Polis İdarəsindən təxminən 100 metr məsafədə yerləşir. xx.xx.2023-cü il tarixdə axşamüstü yuyunduqdan sonra yaşadığı evin qarşısına, küçəyə çıxanda orada polis əməkdaşlarının dayandığını görmüş, onlardan birini Altun adlı şəxsi tanımışdır. Onlarla salamlaşıb anası meyvə almağa getdiyi üçün onu qarşılamağa getmiş, yaxınlığında yaşadığı “butulka evə” çatanda polis əməkdaşları ona yaxınlaşıb şöbəyə getməli olduqlarını bildirmişlər. Gəncə şəhəri 1-ci Polis Şöbəsində ona əvvəlcə Dövran adlı polis əməkdaşı tərəfindən fiziki, sonra isə psixi zor tətbiq edilmiş, polis əməkdaşları əynindəki şortikin sağ yan cibinə ağ kağıza bükülmüş bir ədəd büküm qoyulmuş, müdafiəçi gəldikdən sonra isə üzərinə videoçəkilişlə baxış keçirtmişlər. Həmin vaxt içərisində nə olduğunu bilmədiyi, sonradan psixotrop maddə metamfetamin olduğunu öyrəndiyi və polis əməkdaşları tərəfindən üzərinə qoyulan bükülünü çıxarıb təqdim etmişdir. Psixotrop maddə olan metamfetamini hər hansı bir şəxsə satmamış və belə niyyəti olmamışdır. Psixotrop maddə ümumiyyətlə ona məxsus olmamış, Dövran tərəfindən ona zorakılıq edildikdən sonra Altun yaxud Hikmət adlı polis əməkdaşı tərəfindən üzərinə qoyulmuşdur. Əvvəlcə polislərin psixoloji təzyiqi nəticəsində istifadəçi kimi məsuliyyətə cəlb edilməsi ilə razılaşsa da narkoloji müayinədən keçərkən ağır maddə ilə ittiham edildiyini öyrəndiyi üçün tərtib edilmiş sənədlərə imza etməkdən imtina etmiş, şikayəti əsasında bununla bağlı Gəncə şəhər prokurorluğunda da araşdırma aparılmış, lakin təkid etməsinə baxmayaraq həmin vaxtı polis şöbəsinin kamera görüntüləri götürülməmişdir. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, əvvəlcə narkotik vasitəni götürmədiyi üçün Dövran onu çənəsinin altından yumruqla vurmuş, dəqiq bilmədiyi polis əməkdaşı tərəfindən üzərinə qoyulmuşdur. Narkotik vaistə istifadəçisidir və qeydiyyatdadır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 05 iyun 2023-cü il tarixdə ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur CAB-ın kiçik inspektoru Şahid2 ilə birgə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülmüş, ona yaxınlaşıb narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib 1-ci Polis Şöbəsinə aparmışlar. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş müdafiəçi çağırılmış, videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması soruşulanda Təqsirləndirilən şəxs əynindəki şortikinin sağ yan cibindən ağ rəngli kağızda olan bükülünü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Elşən həmin kütlənin psixatrop maddə metamfetamin olduğunu, təxminən 2-3 gün əvvəl Gəncə şəhərində yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bükülü elektron tərəzidə çəkilmiş möhürlənib qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə verilmiş suallara cavab Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxsla heç bir münasibəti düşmənçiliyi və ədavəti olmamışdır. Elşənə qarşı saxlanılarkən polis şöbəsində olduğu müddətə heç bir zorakılıq olmamış, Elşən də onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatları olsa da, kimlərə narkotik vasitələr satması müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Gəncə RPŞ 1-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 da eyniməzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün saxlanılmış, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və orada olduğu müddətdə sonuncuya fiziki və psixi zorakılıq edilməmiş, videoçəkiliş vaxtı könüllü olaraq üzərində saxladığı psixotrop maddə olan metamfetamini təqdim etmiş, şəxsi istifadəsi üçün saxladığını demişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması, onu Dövran adlı polis əməkdaşının sənədlərə imza etmədiyi üçün yumruqla çənəsindən vurması barədə göstərdikləri isə əsassızdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 göstərmişdir ki, Gəncə Şəhər 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir, cinayət törətmiş şəxslərin saxlanılmasında iştirak etmir. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilməsində iştirak etməmiş, əməliyyat tədbiri barədə sonradan ona əməliyyat müvəkkilləri məlumat vermişlər. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı fiziki güc tətbiq etməmiş, Təqsirləndirilən şəxsla arasında hər hansı bir düşmənçilik və ya ədavət olmasa da Elşənin guya ona tərəfindən müvəqqəti saxlama yerində fiziki zor tətbiq etməsini bildirməsi özünümüdafiə xaarkterlidir və yüngül cəza almaq məqsədi daşıyır. Məhkəmənin təşəbbüsü ilə iş üzrə dindirilmiş, narkoloji rəy vermiş ekspert X7 ifadəsində göstərmişdir ki, narkoloji dispanserdə həm könüllük, həm də məcburi yəni prosessual şəxslərin qəbul etdiyi qərarlar əsasında təqdim edilən şübhəli və təqsirləndirilən şəxslər yoxlanılır. Təqsirləndirilən şəxs da təqdim edilən qərarla məcburi narkoloji tibbi yoxlanılma üçün təqdim edilmiş, yoxlama zamanı yanında olan polis əməkdaşları tərəfindən ona heçbir təzyiq olmamışdır. Komissiya üzvləri tərəfindən Elşənin şəxsiyyəti dəqiqləşdirib hansı narkotik vasitədən istifadə etməsi barədə söhbət aparılmış, Elşən iki ilə yaxındır psixotrop maddə olan metafetamindən vena daxilinə ineksiya yolu ilə qəbul etməklə istifadə etdiyi bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Etibar Xəlilov göstərdi ki, ambulator narkoloji yoxlanış komissiya üzvləri tərəfindən aparılmış, Təqsirləndirilən şəxs müayinə zamanı narkotik vasitə təsiri altında olmamış, verilən bütün sullara sərbəst şəkildə cavab vermiş, şəxsin qollarında köhnə inyeksiya izləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs da digər şəxslər kimi komissiya üzvləri tərəfindən qəbul edilib müayinə edilmiş, həm şəxsin verdiyi məlumatlar, həm də psixoloji xüsusiyyətlərinə əsasən ondan narkotik vasitə və psixotrop maddələrdə aclıq meylləri aşkar edilmişdir. Müayinə şəxsin fərdi psixoloji xüsusiyyətləri nəzərə alınmaqla aparılmış və təqdim edildiyi gün şəxs müayinədən keçirilmişdir. Bütün digər şəxslərdə olduğu kimi müayinə olduqdan sonra bir ay müddətə biz cavabı hazırlamışlar. Psixotrop maddə və narkotik vasitələrdən istifadə edən şəxslərdə 4-5 dəfə istifadədən sonra asılılıq yaranır. Narkotik vasitə və psixotrop maddədən fiziki asılılıq 3-6 ay, psixoloji asılılıq isə daha uzun müddətdə qalır ki, bu da şəxsin fiziki və fərdi psixoloji xüsusiyyətləri ilə bağlıdır. Narkotik vasitələr sidikdə qısa müddətdə qalır. Dispanserdə təqdim edilən şəxslərdən qan nümunəsi isə qanda narkotik vasitə və psixotrop maddə olmasını dəqiqləşdirilməsi üçün deyil, təsdiq edilmiş təlimata əsasən QİÇS xəstəliyi olub-olmamasını müəyyən etmək üçün verilmiş təlimata əsasən aparılır, qan analizi üçün şərait və imkan yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raport və həmin tarixli qərarlardan görünür ki, Gəncə şəhəri, H.Cavid prospekti ev 36-da yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi və üzərində saxlaması barədə Gəncə şəhər 1-ci Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş və təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçriilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki,Gəncə şəhəri 1-ci Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs əynində olan çoxrəngli kişi şortikinin sağ yan cibindən ağ rəngli kağıza bükülü olan bir ədəd büküm şəffaf-ağ rəngli, kristal şəkilli, ilk baxışdan psixatrop maddə olan “metamfetaminə” oxşar kütlə bükülü olduğu ağ kağız ilə birlikdə götürülüb qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06 iyun 2023-cü il tarixli 16/591 nömrəli məhkəmə kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə 1 ədəd 4,75 qram çəkidə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 2,430 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 1532 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarda olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli 3-13-57-1/2- 14094/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olsada psixotrop maddəni satdığı şəxslərin dairəsini, psixotrop maddəni əldə etdiyi mənbəni, psixotrop maddəni başqa yerdə gizlədibgizlətməməsini, psixotrop maddədən əldə etməsində ona köməklik edən şəxs(lər)in olubolmamasını və onun ərazidə baş vermiş digər cinayətlər iştirak edib etməməsini müəyyən etmək mümkün olmamışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Göygöl rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon məhkəməsinin həmin tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmişdir. İş materiallarda olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli, 2719 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər Narkoloji Dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli, 5902 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs “opiodlərdən asılılıq” diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra 1 ədəd zərfdə qalıq təmiz çəkisi 2.330 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar psixotrop maddənin mənbəyi ilə bağlı ********* №li cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:30-da saxlanılmış Təqsirləndirilən şəxs həmin gün saat 21:15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(123)-298/2023 saylı qərarından görünür ki, CM-nin 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-378/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs İlahm oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan məhkəmədə araşdırılan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər 1-ci polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Həmçinin iş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni istifadə etməsi, üzərində saxlaması göstərilmişdir. İş üzrə ibtidai araşdırmanın aparıldığı ilkin dövrdə, yəni xx.xx.2023-cü ildə keçirilmiş şəxsi axtarış zamanı, şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində və izahatında müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində, eləcə də istintaq hərəkətinin qeydə alındığı videoçəkilişdə üzərindən aşkar edilən psixotrop maddə olan metamfetamini yerdən tapdığını və istifadəçisi olduğu üçün şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, satışı ilə məşğul olmadığını, heç kimə vermədiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Gəncə ŞPİ-nin 2-ci PoliS Şöbəsinin əməliyyat müvəkkilləri, həm ibtidai istintaq, həm də məhkəmə baxışında verdiyi ifadələrində göstərmişlər ki, əməliyyat məlumatları təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni istifadə etməsi, üzərində saxlaması barədə olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya satdığı şəxslərin dairəsini müəyyən edə bilməmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olması qeyd edilsə də, satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Həmçinin əməliyyat tapşırığına cavab məktubunda ziddiyyətli məlumatlar əks olunmuş, bir tərəfdən Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi göstərilsə də, digər tərəfdən eyni məktubda metamfetamini satdığı şəxslərin dairəsini müəyyən etməyin metamfetamini hansı mənbədən əldə etməsinin müəyyən edilə bilmədiyi göstərilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyində isə Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etməsi, sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının araşdırma zamanı gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin külli miqdarı cüzi keçən miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair sübut əldə edə, beləliklə də satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini şəxsi istehlak məqsədilə qanunsuz əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edən hallardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübut və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər hallarla təsdiq olunmayan şəxs barəsində olan əməliyyat məlumatları əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs sadəcə olaraq narkomaniya xəstəliyinin aşkar edilməsi, aşkar edilmiş metamfetaminin şəxsi istehlak miqdarından artıq olması əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən......psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən,......psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə əsasən, .....psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, ......metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə və narkotik vasitələrin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saxlanılıb polis şöbəsinə gətirildikdən sonra ona qarşı Dövran adlı polis əməkdaşı tərəfindən zorakılıq edilməsi, polis əməkdaşlarının onu aldadaraq guya istifadəçi kimi rəsmiləşdiriləcəyini demələri, edilmiş psixoloji təzyiq nəticəsində polis əməkdaşları tərəfindən aldadılaraq yalnız Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə veriləcəyi buna görə ilkin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi protokollarına imza etməsi, videoçəkilişdə psixotrop maddənin ona məxsus olmasını etiraf etməsi, sonrakı dövrdə isə artıq ağır maddə ilə ittiham olunduğunu bildikdən sonra cinayət işi üzrə tərtib edilmiş sənədlərə və protokollara imza etməkdən imtina etməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və cinayət işinin məhkəmə baxışı zamanı toplanılmış digər sübutlarla təsdiq edilmədiyindən həmin hissədə Təqsirləndirilən şəxs ifadəsini sübut növü kimi qəbul etmir, təqsirləndirilən şəxsin cinayət məsuliyyəti və cəzadan yayınmaq cəhdi kimi qiymətləndirir və özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi həqiqətə uyğun olmayan ifadə kimi həmin hissədə sübut kimi qəbul etmir. Belə ki, iş materiallarındakı videoçəkilişdən görünür ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət, yaxud xəsarət izi müəyyən edilməmiş keçirilmiş istintaq hərəkəti zamanı özü sərbəst olaraq müdafiəçinin iştirakı ilə şifahi sorğu sual zamanı eləcə də ilkin izahat və ifadələrində aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Videoçəkiliş vaxtı müdafiəçi tərəfindən dəfələrlə təqdim etdiyi psixotrop maddənin ona məxsus olub-olmaması soruşulsa da Təqsirləndirilən şəxs həmin maddənin məhz ona məxus olduğunu və istifadəçi olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan olur. Belə ki, bir tərəfdən videoçəkilişin fasiləsizliyi və obyektivliyi digər tərəfdən vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Təqsirləndirilən şəxs öz təqsirsiliyinə sübut olaraq göstərdiyi digər əsas- barəsində aparılan ibtidai istintaqın sonrakı mərhələlərində tərtib edilmiş prosessual sənədlərə imza etməkdən imtina etməsinə münasibətdə isə məhkəmə nəzərə çatdırır ki, imza etməmək (eləcədə ifadə verməmək, suallara cavab verməmək) təqsirləndirilən şəxsin cinayət prosessual qanunvericiliyə əsasən hüquqlarından biridir və bu həm onun tərtib edilmiş sənədlərin məzmunu (qeydlərin verilməsini, qərar və tərtib edilmiş prosessual sənədlərdə) hərəkətlərin tam qeyd edilməsini, özünün yaxud digər iştirakçıların verdiyi izahatlara münasibətdə), həm də digər hallarla (elan edilmiş təqsirləndirildiyi maddə ilə (tövsiflə) razı olmaması), həm də hazırki iş üzrə iddia etdiyi ibtidai araşdırma aparan şəxslərin təhqiqat orqanı işçiləri(əməkdaşlarının) (qanunsuz) hərəkət və davranışları ilə bağlı olan bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələrində prosessual sənədlərə imza etməsə də bunun səbəbləri barədə hər hansı qeyd aparılmadığına görə onun imza etməkdən imtina etməsinin səbəbləri barədə qəti qərara gəlmək mümkün deyil və hazırki iş üzrə onun elan edilmiş ittihamla razı olmaması mülahizəsi daha ağlabatan və inandırıcıdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması, üzərinə qanunsuz olaraq psixotrop maddə olan metamfetamin qoyulmasına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hallarla bağlı Gəncə şəhər prokurorluğuna sorğu edilərək məhz Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin vəsatəti əsasında yəni iş materialları ilə tanış olarkən aşkar edilmiş psixotrop maddənin müdafiəçisi gəlməmişdən az əvvəl polis əməkdaşları tərəfindən üzərinə qoyulması, özünü təqsirli bilmədiyi üçün cinayət işində olan sənədlərə imza etməməsi ilə bağlı araşdırılmış 584c-23 №li material götürülmüş və aidiyyəti sənədlərin surəti çıxarılarq iş materiallarına əlavə edilmişdir. Tədqiq edilmiş həmin materialdan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs psixotrop maddənin qanunsuz olaraq aldadılaraq üzərinə qoyulduğunu bildirmiş, həmçinin məhkəmə baxışından fərqli olaraq polis tərəfindən fiziki yaxud psixi zorakılığıa məruz qalmadığını bildirmişdir. Gəncə şəhər prokurorluğuna izahat verən məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş (üzərinə narkotik vasitə qoyuduğunu iddia etdiyi və fiziki zorakılıq edilməsini iddia etdiyi polis əməkdaşları isə həmin halların əsassız olduğunu bildirmiş, toplanmış material üzrə cinayət işinin başlanması xx.xx.2023-cü ildə rədd edilmişdir. Təqsirləndirilən şəxsin narkoloji müayinədən xeyli müddət sonra keçirilməsi ilə bağlı dəlili də məhkəmədə araşdırılmış, bununla bağlı Gəncə narkoloji dispenserə verilmiş sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli, 88 №li məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə dispanserdə məcburi narkoloji müayinədən keçdiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsin və aparılmış videoçəkiliş zamanı verdiyi izahat və ifadələrini sübut qismində qəbul etməklə məhkəmə baxışında verdiyi ifadələrini metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən aldadılaraq üzərinə qoyulmasına dair hissədə sübut kimi qəbul etmir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin müdafiəçisinin çıxışında göstərdiyi aşka edilmiş psixotrop maddənin kağız bükülüdə olmasının həmin kağız adətən dövlət müəssisələrində iostifadə edilməsi ilə bağlı təqsirləndirilən ş.xsin üzərindən aşkar edilmiş psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qanunsuz qoyulmasını təsdiq etməsinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki. həmin halın təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edən hal kimi göstərilməsi ümumiyyətlə ağlabatan inandırıcı deyil. Belə ki, qeyd edilən kağızın A4 tipli vərəqdən qopan hissə olması ümumiyyətlə hər hanası təsəvvür yarada bu və ya digər halın təsdiqi, yaxud inkarı kimi qiymətləndirilən bilməz. Məhkəmə nəzərə çatdırır ki, həmin kağız açıq satışda olduğundan istənilən şəxs tərəfindən 1 ədəd yaxud bütövlükdə qutu şəkildə əldə etməsi, nəinki kargüzarlıq, təhsil, səhiyyə və istənilən sahədə istifadə edilməsi hamı tərəfiindən qəbul edilmiş mübahisə edilməyən və sübuta ehtiyacı olmayan haldır və təqsirsizlik əsası kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs bütün ibtidai araşdırma və məhkəmə baxışı zamanı həmin epizodlar üzrə törətdiyi əməlləri tam olaraq səmimi etiraf etmiş və həmin əməlləri törətməkdə təqsiri məhkəmə baxışında tədqiq edilmiş sübutlarla qanunla müəyyən edilən qaydada təsdiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən şəxsi istehlak məqsədilə məlum olmayan çəkidə külli miqdar psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 05 iyun 2023-cü il tarixdə saat 20:30 dəqiqədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələ əldə etməkdə və üzərində saxlamaqda, şübhəli olduğu üçün yaşadığı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan çoxrəngli rəngli kişi şortikinin sağ yan cibindən 1(bir) ədəd ağ rəngli kağıza bükülü təmiz çəkisi 2.430 qram qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkbi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarı, əməlin xarakteri və ictimai təhlükəliliyiu, təqsirləndirilən şəxsin narkotik vasitə asılılığından cəza müddətində müalicə olaraq sağalması mümkünlüyü ona maddənin sanksiyasında nəzərədə tutulmuş ən aşağı hədd cəza təyinini mümkün edən hallardır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Elçin Vəliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsini sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və şəxsin həmin cəzanı real olaraq çəkməklə həm islah olunacağı və həm də cəzanın icrası daxilində tətbiq edilən rejim daxilində narkotik vasitələrdən asılılıqdan qurtaracağı qənaətinə gəlmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məcburi narkoliji müalicə təyin edilməli, əvvəlki məhkəmə hökmünə əsasən ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Gəncə polis İdarəsində məsul saxlanca verilmiş 2,430 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, şəxsi axtarış istintaq hərəkətin qeydə alındığı 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Şübhəli şəxs qismində tutulduğu təqsirləndirilən şəxs qismində həbs və ev dustaqlığında olduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 2 (iki) aylıq müddət təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın İş üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 2.430 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğunu 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar