Məhkəmə qərarları › İş №1(100)-251/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-251/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-251/2025 04.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, tərcüməçi X17, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X34, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 228.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz olaraq döyüş sursatı əldə edərək saxlama və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə cinayət əməllərini törətmişdir. Belə ki, o,18 iyul 2021-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Şəkərbəy kəndinin mərkəzində yerləşən Gədəbəy rayon İcra Hakimiyyəti başçısının, Şəkərbəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasının qarşısında olarkən, həmin vaxt ora gəlib Şəkərbəy kəndinin ağsaqqalsız qalması, öz nəsli olan “Ağbaşlılar” nəslindən bir nəfərin kəndə gələrək burada ağsaqqalıq edəcəyi, kənddə ağsaqqallıq etməyə başqa şəxsin olmaması barədə fikir söyləyib kəndin ağsaqqallarının ünvanına təhqiramiz ifadə işlədən həmkəndlisi X6 irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisədən sonra o, Şəkərbəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasının yanındakı çayxanaya daxil olmuş, bu zaman Elburus Hüseynov da onun ardınca çayxanaya daxil olaraq onunla həmin mövzuda yenidən mübahisə etmiş, o, belə olduqda baş verə biləcək münaqişədən yayınmaq üçün çayxanadan çölə çıxaraq, Şəkərbəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasının qarşısına getmiş, həmin vaxt olduğu yerə gələn Elburus Hüseynovla aralarında baş vermiş münaqişə zamanı sonuncunun sifət nahiyyəsinə qəsdən yumruqla bir dəfə zərbə endirdikdən sonra onlar münasibətlərini aydınlaşdırmaq üçün nümayəndəliyin inzibati binasının arxa tərəfinə keçib orada yenidən mübahisə edərkən o, qəsdən yumruqla Elburus Hüseynovun sol çiyin nahiyəsinə vuraraq sonuncuya travmatik şokla müşayiət olunan sol bazu sümüyünün yuxarı üçdə birinin qapalı yerdəyişən sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan xəsarət yetirərək Elburus Hüseynovun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bundan başqa o, tanışı Şahid9 və əmisi oğlu X12 ilə birlikdə 16 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı Gədəbəy rayonu, Şəkərbəy kəndindəki evində birlikdə yemək yedikləri zaman, hakimiyyət nümayəndələri olmaqla xidməti vəzifələrini yerinə yetirən Gədəbəy rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Zərərçəkmiş şəxs və həmin şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid10 evə daxil olaraq özlərini təqdim edib, Şahid9 Gədəbəy rayon polis şöbəsinə getməyi təklif etdikdə, sonuncu, texniki cəhətdən saz vəziyyətdə olan İjevsk zavodunda istehsal edilmiş «P-97302» nömrəli tək hamar lüləli, yivsiz ov tüfəngi ilə silahlı müqavimət göstərdikdə, Zərərçəkmiş şəxs həmin silahı Şahid9 əlindən almağa çalışarkən o, oturacaqla (stulla) Zərərçəkmiş şəxs kürək nahiyəsindən vurub sonuncuya sağlamlığın qısa müddətdə puzulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya xarakterik xəsarət yetirib, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Bundan əlavə o, məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə etdiyi zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı olmaqla MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilən 01 ədəd «F1» tipli əl qumbarasının gövdəsini və 01 ədəd «F1», «RQD-5» və «RQ-42» tipli əl qumbaralarının «UZRQM» tipli partlayıcısını yaşadığı Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən evdə saxlamış, 17 oktyabr 2023-cü il tarixdə həmin evə baxış keçirilərkən qeyd olunan döyüş sursatı evin yataq otağındakı sandığın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1, 228.1 və 315-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadıqları Gədəbəy rayonu, Şəkərbəy kənində yerləşən məktəbin yaxınlığında çayxana olmuş və həmin kəndin kişiləri daimi olaraq həmin yerə yğılmışlar. O, Şahid9la birlikdə Şəkərbəy kənində yerləşən məktəbin yaxınlığında olarkən, mərhum Elburus Hüseynov sərxoş halda mahnı oxuya-oxuya oraya gəlib, “Şəkərbəy əhli, salam aleykum” demişdir. Bundan sonra Elburus Hüseynov kəndin ağsaqqallarına qarşı nalayiq ifadələr işlətməyə başlamış, o isə öz iradını bildirərək hər kəsin öz evində ata və anasının özü üçün ağsaqqal olduğunu deyib, nalayiq ifadələr işlətməməsi barədə ona xəbərdarlıq etmişdir. O, mərhumun ağır sərxoş vəziyyətində olduğunu görüb, Şahid9 içəri keçmələrini bildirmişdir. Nəsiblə birlikdə içəri keçib masaların birinin arxasında əyləşib stolüstü oyun olan “nərdtaxta” oynayarkən, Elburus Hüseynov təpiklə qapını açıb içəriyə daxil olaraq, onlar olan masaya yaxınlaşıb, “nərdtaxta”nın daşını onun üzərinə atıb masanı dağıtmış və onlara “Siz kimsiz? Lotusuz?” deyə bildirmişdir. O isə mərhum Elburus Hüseynova işlətdiyi ifadələrin onlara aid olmadığını, sadəcə kəndin ağsaqqallarına qarşı nalayiq ifadələr işlətməməsini bildirmişdir. Mərhum yenidən mübahisə etməyə başladıqda, o mərhuma sərxoş olduğunu, sabah gəlib onunla söhbət edəcəyini bildirmiş və Şahid9 da şəxsin özündə olmadığını bildirib, getmələrini təklif etmişdir. Onlar həmin yerdən çıxıb təxminən 30-40 metr kənarlaşdıqda, Elburus Hüseynov onları səsləyərək “ay dovşanlar hara qaçırsınız?” deyə bildirib, onlara yaxınlaşmışdır. Elburus Hüseynov təkrar onun ağsaqqallarının ünvanına nalayiq ifadələr işlətdikdə, o bunu qəbul etməyərək mərhumu sillə ilə vurmuş və mərhum yerə yıxılmışdır. Bundan sonra həmin yerdə olan şəxslər onları aralaşdırmışlar. Elburus Hüseynov ayağa qalxaraq hərəkət etmiş və biraz irəlilədikdən sonra ayağı ilişib daşlıq olan çuxura yıxılmışdır. Onlar həmin çuxur olan yerə getmişlər və Elburus yenidən ayağa qalxıb hərəkətini davam etdirmişdir. Bundan başqa, sonuncu hadisə baş verən gün əmisi oğlu Nəriman fəhləlik edərək günlük qazancını təmin etmiş və hadisə günü əmisioğlunu yığıb onun evinə gəlib yemək yeyib getməsini bildirmişdir. Əmisioğlu Nəriman bir müddət keçdikdən sonra onun evinə gəlmiş, onlar masaya əyləşib yemək yeyən zaman həmkəndliləri, həmçinin uzaq qohumluqları da olan Şahid9 əlində tüfəng içəri daxil olmuşdur. Şahid9 içkili halda, eyni zamanda, əlində 5 litr həcmində “çaxır” spirtli içkisi olmuş və ona “polislər məni bezdiriblər, 50.000 manat pulumu alıblar, yenidən 50.000 manat pul istəyirlər, mən özümü öldürəcəm və özümü öldürmə səbəbimi də hamıya deyərsən” demiş, o da Nəsibi sakitləşdirərək yemək yeməyə dəvət etmişdir. Həmçinin onu Gədəbəy RPŞ-nin rəisinin yanına aparacağını və məsələni həll edəcəyini bildirərək sakitləşdirmişdir. Şahid9 spitli içki içən zaman qapıdan polis əməkdaşları daxil olmuşlar. Asəf ona hörmətsizlik etməməsini deyərək Nəsibin təslim olacağını bildirmişdir. Həmin vaxt Nəsib oturacaqda əyləşib tüfəngi də ayaqlarının arasında saxlamışdır. Sonra Asəfin qohumu polis əməkdaşı Seymur gəlib əlində silahla masanın yanında dayanmış, Asəf ona yaxınlaşanda Nəsib gedib təslim olacağını bildirdimiş və əlini qaldıraraq “qoy çaxırımı içim” demişdir. Şahid9 əlini qaldırıb spirtli içki qəbul etmək istəyərkən, bu vaxt Seymur Nəsibin başı istiqamətində atəş açmış, həmin vaxt Asəf Nəsibə yaxınlaşıb tüfəngi tutub üzü yuxarı tərəf çevirmiş və tüfəngi Asəfə vermək istəyərkən anidən atəş açılmışdır. Bu vaxt əmisioğlu Nəriman qorxub qışqıraraq yerə yıxılmış, o isə əllərini havaya qaldırmışdır. Nəsibin əyləşdiyi oturacaq yerə yıxılmış və tüfəng də Asəfdə olmuşdur. Daha sonra Nəsib sağ əli ilə Asəfin sol çiyninə vurmuş və nəticədə Asəf aynabəndə dəyib yıxılmış, Nəsib də evdən çıxıb qaçmış və həmin vaxt Seymur silahdan atəş açmaqda davam etmişdir. Daha sonra polis əməkdaşları onun əllərini bağlayıb yerə, Nərimanın yanına uzatmışlar. Digər polis əməkdaşları da evə daxil olub onları döyməyə başlamışlar. Sonra onları Gədəbəy RPŞ-nin polis rəisi Mehman Həşimovun otağının qarşısında, müşahidə kamerasının altında yenidən döyməyə başlamışlar. Daha sonra Mehman Həşimov gəldikdə polis əməkdaşlarına onun qolunu açmalarını bildirmiş və o heç bir hörmətsizlik etmədiyini, məsələni araşdırmalarını bildirmişdir. Onları zirzəmiyə salmışlar, gecə saat 02:00-03:00 radələrində onları Gədəbəyə evlərinə, hadisə yerinə baxış keçirməyə aparmışlar. Onlar evə gedəndə prokuror artıq evdə olmuş, evə daxil olanda evdə olan qızılları və pulları yığdığı parçadan olan torbanın boş olduğunu, həmçinin istifadə etdiyi mobil telefonun da qoyduğu yerdə olmadığını görmüşdür. O, prokurora qızıl və pullarının oğurlandığını bildirmişdir. Həmin vaxt otaqların hamısı dağılmış vəziyyətdə olduğundan əvvəlcədən gəlib evdə axtarış keçirildiyini başa düşmüşdür. Daha sonra Bayram adlı polis əməkdaşı prokurora dolabın arxasını göstərib ora baxmalarını demişdir. Həmin yerə baxdıqda oradan kisəyə bükülmüş tüfəng çıxmış və ona sual verərək sözügedən tüfəngin ona məxsus olub-olmadığını soruşmuşlar. O da tüfəngin ona məxsus olub-olmadığının bilinməsi üçün ekspertizaya göndərilməsini bildirmişdir. Yenidən Bayram adlı polis əməkdaşı onlara sandığın içərisinə baxmalarını, sandığın içərisində qumbara olduğunu göstərib, ona vermək istəmiş, lakin o baxmayaraq aşkar olunan vasitələrin ekspertizaya göndərilməsini bildirmişdir. O, prokurora aşkar olunanların polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Həmçinin onun evindən xüsusi olaraq saxladığı, adı “Qırmızı Kitab”a düşmüş itini və 12 ədəd göyərçinlərini götürmüşlər. Onun evindən götürdükləri 12 ədəd göyərçinlərini isə satmışlar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, onlar çayxanadan çıxıb evə gedən zaman təxminən 100 metr həmin yerdən kənarlaşdıqda, Elburus Hüseynov onların arxasında “ay dovşanlar hara qaçırsınız?” deyə bildirdikdən sonra yenidən ağsaqqallarının ünvanına nalayiq ifadələr işlətdikdə, o bunu qəbul etməyərək mərhumu sillə ilə vurmuş və mərhum yerə yıxılmışdır. Daha sonra qaçmış və ayağı ilişib daşlıq olan çuxura yıxılmışdır. Onun evində qumbara olmamış, sözügedən vasitələri polis əməkdaşları qoymuşlar. O, Gədəbəy RPŞ-nin rəis müavini Zərərçəkmiş şəxs əvvəllər tanımış, hadisə günü o gələn vaxt onu vurmamışdır. Zərərçəkmiş şəxs onun evinə gəldikdə, ilk öncə hörmətsizlik etməməsini demiş, o isə əllərini qaldırmış, hörmətsizlik etmədiklərini, Nəsibin təslim olacağını bildirmişlər. Nəsib isə spirtli içki qəbul etmiş, tüfəng isə ayaqlarının arasında olmuşdur. Bundan sonra Nəsib digər əli ilə tüfəngi verib, spirtli içki qəbul edərkən, Seymur adlı polis əməkdaşı Nəsibin başı istiqamətində atəş açmışdır. Daha sonra əmisoğlu Nəriman özünü yerə atmış, Nəsib isə Asəfi itələyərək qaçmışdır. Həmin vaxt ard-arda atəş açıldığı üçün Nəsibin tüfəngindən atəş açılıb-açılmadığını bilməmişdir. Nəsib tüfəngi verən zaman, tüfəngin lüləyindən tutub vermişdir. Onu polis şöbəsindən gecə saat 02:00-03:00 radələrində evə baxış keçirilməsi üçün aparmışlar. Onlar evə gedən zaman artıq ev dağılmış vəziyyətdə olmuşdur. Silah çıxan otaqda meyvə-tərəvəz və turşular saxlanılan otaq olmuş və aşkar olunanlar onun olmamışdır. Onun istintaq zamanı verdiyi vəsatətlərə baxılmamış və onun iştirakı olmadan tərcüməçi gəlib imza edib getmişdir. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə bağlı axtarışda olmuş və şöbəyə məlumat daxil olmuşdur ki, Şahid9 Gədəbəy rayonu, Şəkərbəy kəndində qohumu Təqsirləndirilən şəxs evində gizlənir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılaraq 16 oktyabr 2023-cü il tarixdə, təxminən saat 20:00 radələrində Şəkərbəy kəndinə, Təqsirləndirilən şəxs evinə doğru yola düşmüşlər. Həmin tarixdə təxminən saat 21:00 radələrində Təqsirləndirilən şəxs evinə çatmışlar, əməliyyat qrupuna o rəhbərlik etmiş və daha sonra qrupun üzvləri arasında bölgü aparmışdır. Əməliyyat qrupu arasında bölgü apararkən, evin içərisinə onunla birlikdə əməliyyat müvəkkili Şahid10 daxil olmalı, Əli Həsənov qapıda, Şahid12 pilləkənin aşağısında gözləməli olmuşdur. Digər polis əməkdaşları isə evin ətrafında və ya həyətdə gözləməli imişlər. Onlara daxil olmuş əməliyyat məlumatında, Şahid9 üzərində silah olması və atla Təqsirləndirilən şəxs evinə getməsi barədə məlumat da olmuşdur. Onlar Təqsirləndirilən şəxs evinin həyətinə çatan zaman məlumatda qeyd olunduğu kimi həyətdə atı gördükdə artıq Şahid9 evdə olmasından əmin olmuşlar. Evin içərisinə ilk Şahid10, sonra isə o daxil olmuş və Şahid10 bir əlində vəsiqə, digər əlində isə silahı yuxarı tutub özünü təqdim edib, yerlərində dayanmalarını bildirmişdir. Eyni zamanda, Şahid9 axtarışda olduğunu və müqavimət göstərməməsini izah etsələr də, Şahid9 onların göstərişlərinə tabe olmadan silahını götürüb Şahid10 istiqamətində çevrilmək istəyən zaman, Seymur özünü sağ istiqamətə atmış və xəbərdarlıq atəşi açmışdır. Şahid9 onların göstərişlərinə yenindən tabe olmadıqda, silahı onlar tərəfə çevirib atəş açmaq istəmiş və bu vaxt Şahid10 Şahid9 ayağı istiqamətində təxminən 4-5 dəfə atəş açmışdır. Buna baxmayaraq Şahid9 atəşə məhəl qoymamış, o da Nəsibin onlar tərəfə atəş açacağını ehtimal edib, onun üzərinə tərəf getmiş və polis əməkdaşlarına hər hansı bir xəsarət dəyməməsi üçün silahın lüləsini yuxarı tərəfə qaldırmışdır. O silahın lüləsini qaldıranda, evin tavanına atəs açılmış və silahı Nəsibdən almaq istəyəndə Nəsib ona müqavimət göstərmişdir. Həmin vaxt onun kürək hissəsi Elman tərəfə çevrilmiş və bu zaman arxadan stulla zərbə alsa da, silahı əlindən salmamış və Şahid9 qaçmışdır. Geriyə dönüb çevrilən vaxt Elmanın olduğunu və stolun aşdığını görmüşdür. Ona stulla zərbə endirən Təqsirləndirilən şəxs olmuşdur. Şahid9 evdən qaçanda Əli Həsənov onu qapıda saxlamaq istəmiş, lakin Təqsirləndirilən şəxs onun üzərinə gedib yumruq zərbəsi endirmişdir. Əli Həsənov da müqavimətini itirib Şahid9 buraxmalı olmuşdur. Onların məqsədləri Şahid9 polisə təslim olmaması olmuşdur. Şahid9 evdən bir neçə yüz metr aralıda həyətdə olan polis əməkdaşları tərəfindən tutulmuşdur. Əlavə olaraq, Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, onlar əməliyyat tədbirində altı nəfər olmuşlar. Otağa girən zaman Şahid9 arxası qapıya tərəf oturmuş, qarşı tərəfində isə Təqsirləndirilən şəxs və digər şəxs isə onun yanında oturmuşdu. Əməliyyat tədbiri zamanı xidməti silah yalnız Şahid10 olmuş, ilk öncə Şahid10 daxil olmuş, ardınca isə o daxil olmuşdur. Onun arxasında isə Əli Həsənov qapının girişində dayanmışdır. Seymur içəri daxil olduqdan sonra silahın lüləsini yuxarı tutub özünü təqdim edib, “xahiş edirəm tərpənməyin, polis əməkdaşıdır” deyə bildirmiş, Şahid9 ayağa qalxıb silahı götürmək istəyən zaman Seymur evin pəncərəsindən çölə xəbərdarlıq atəş açaraq hərəkət etməmələrini bildirmişdir. Daha sonra Şahid9 silahı götürüb onların olduğu istiqamətə çevrilmək istəyən vaxt, Seymur onun ayağının istiqamətində xəbərdarlıq atəşi açmışdır. Seymur Əliey təxminən 4-5 dəfə atəş açmış, Şahid9 çevriləndə, o, əməkdaşların xəsarət almaması üçün Nəsibin sağ tərəfinə keçib tüfəngin lüləyini yuxarı qaldırmışdır. Həmin vaxt Nəsibin əlində olan tüfəngdən atəş açılmış və izləri tavanda da əks olunmuşdur. O silahı tutub saxlamış, müqavimətini itirib arxaya doğru gedəndə isə silahı buraxmamış və beləliklə Şahid9 əlindən qaçmışdır. Ona dəymiş stulun zərbəsindən kürəyindən xəsarət almışdır. Təqsirləndirilən şəxs üzü qapıya doğru əyləşmiş, Nəsib isə arxası qapıya tərəf əyləşmişdir. Hadisənin üzərindən təxminən iki il ötdüyü üçün şəxslərin əyləşmə ardıcıllığının belə olduğunu ehtimal etmişdir. Onların əyləşdikləri masa uzun olmuş, giriş qapısı tərəfdə qoyulmuş və Təqsirləndirilən şəxs da üzü giriş qapısına doğru əyləşmişdir. Ona kürəyindən zərbə endirən zaman Şahid10 onun arxasında olmuş, lakin onun arxası Təqsirləndirilən şəxs istiqamətində olduğu üçün vurulma anını görmək imkanı olmamışdır. Ehtimal edir ki, əməliyyat tədbiri zamanı güllə keçirməyən jiletdən (bronjlet) istifadə etmişdir. Ehtimal edir ki, jilet geyinmiş və həmin jilet isə sadəcə sinə və kürək nahiyyələrini tutur, parçadır və zərbə almaq ehtimalı vardır. Elmanın onun kürəyindən vurduğu stul dəmir olduğu üçün zərbənin təsirindən sınmamışdır. Onun arxası Elmana doğru olmuş və geriyə dönən zaman onu görmüşdür. Təqsirləndirilən şəxs stolun yanından keçib onu vura bilmə ehtimalı olmuş, eyni zamanda, həmin vaxt Seymur ondan arxada dayanmışdır. Təqsirləndirilən şəxs cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxmış və sözügedən şəxs dövlətə qarşı, həmçinin xidməti vəzifələrinə qarşı müqavimət göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt Gədəbəy RPŞ-ə yeni gəlmiş və şöbəyə axtarışda olan Şahid9 barəsində əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının məzmunu sonuncunun Gədəbəy rayonu, Şəkərbəy kənd sakini Təqsirləndirilən şəxs evinə atla getməsi, həmçinin də üzərində silah olması barədə olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Zərərçəkmiş şəxs olmuş və axşam saatlarında onlar Şəkərbəy kəndinə getmişlər. Bundan sonra onlar həmin yerə çatan vaxt Zərərçəkmiş şəxs əməliyyat planı qurmuş və onları tanış etmişdir. Onun üzərinə düşən isə Əli Həsənovla birlikdə həyətdə dayanmaq, əgər şəxslərin qaçış planı olduqda həmin şəxsləri saxlamaq olmuşdur. Zərərçəkmiş şəxs və Şahid10 evə daxil olmuş və bir müddət sonra evdən atəş səsləri gəlmişdir. Daha sonra Nəsib Hüseynon evdən çıxaraq qaçmaq istəyəndə, o, Şahid14 və Şahid13 onun arxası ilə getmişlər. Onun evin içərisində baş verənlər barədə məlumatı olmamışdır. Əlavə olaraq, Şahid12 verilən suallara cavab olaraq göstərmişdir ki, həmin vaxt evin içərisindən təxminən 2-3 dəfə atəş səsləri eşidilmişdir. Onlar Şahid9 tutub gətirdikdən sonra Zərərçəkmiş şəxs xəsarət alması barədə özü onlara məlumat vermişdir. Eyni zamanda, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və digər Nəriman adlı şəxsin günahı olmamışdır. Polis əməkdaşları evə daxil olan zaman o, tüfəngi polis əməkdaşı Zərərçəkmiş şəxs vermiş, lakin atəş açılan vaxt həyəcanlanaraq Zərərçəkmiş şəxs itələmiş, Zərərçəkmiş şəxs pəncərənin yanında olan dirəyə dəymişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmamış, o itələyəndə dirəyə dəymişdir. Bundan sonra, qaçmaq istəsə də, sonradan dayanmışdır. Bundan başqa, onlar Təqsirləndirilən şəxsla Şəkərbəy kənidində, kənd əhalisinin əksəriyyətinin olduğu yerdə olarkən, Təqsirləndirilən şəxsla mərhum Elburus Hüseynovun arasında yaranmış mübahisə nəticəsində Elman mərhumu şillə ilə vurmuşdur. Daha sonra mərhum özü hərəkət edərək getmək istəyərkən həmin yerdən kənarda yerləşən köhnə dövlət binasının yaxınlığında çuxura düşmüş və həmin çuxurda isə daş olmuşdur. Onlar yaxınlaşıb kömək edib ayağa qaldırmışlar. Əlavə olaraq, Şahid9 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, mərhum Elburus Hüseynov ağır sərxoş halında olmuş və qışqıra-qışqıra nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs onun nalayiq ifadələr işlətməsinə görə mərhuma şillə ilə vurmuş, daha sonra Elburus Hüseynov mobil telefonu əlinə alaraq kənarlaşmış və bir qədər getdikdən sonra isə yıxılmışdır. Polis əməkdaşları evə daxil olarakən, onun arxası qapı tərəfə olmuş, polis əməkdaşları evə daxil olduqdan sonra atəş açmışlar və o bundan həyəcanlanaraq silahı Zərərçəkmiş şəxs vermişdir. Sonra yenidən atəş açmışlar, atəşin biri onun ayağından dəymiş, digəri isə başının yaxınlığından keçmişdir. Bundan sonra atəş səslərindən həyəcanlanıb Zərərçəkmiş şəxs itələyərək qaçmışdır. Şahid10 bir neçə dəfə atəş açmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaq üçün Seymurun qarşısında keçməli olmuş və belə bir hal olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Gədəbəy RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və onlar Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, evə çatdıqda əməliyyat planı üzrə hər kəsə harada dayanmaları izah olunmuşdur. Həmin plan üzrə o və İskəndərov Hikmət əməliyyat zamanı Təqsirləndirilən şəxs evinin həyətinin arxa hissəsində dayanmışlar. Daha sonra Şahid9 qaçdığını görüb onu saxlamışdır. Onun evin içərisində baş verənlər barədə məlumatı olmamışdır. Əlavə olaraq, Şahid14 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, onlar evin içərisindən atəş səsləri eşitmiş, lakin açılan atəşlərin sayını xatırlamamışdır. Həmin vaxt Nəsibin ayağından yaralanmasını bilmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, şöbəyə axtarışda olan şəxs Şahid9 Təqsirləndirilən şəxs evində olması barədə əməliyyat məlumatı daxil olmuş və daxil olmuş əməliyyat məlumatına əsasən, əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs evinə getmişlər və orada hər kəsin olacağı yer bölünmüş, o və Şahid14 evə daxil olmamış, qaçmağa cəhd edən olsa qarşını almaq üçün biri evin sağ küncündə, digəri isə sol küncündə gözləmişlər. Digər əməkdaşlar evə daxil olandan 1-2 saniyə sonra atəş səsi eşidilib, evin qarşısına tərəf qaçmışlar, evin qarşısına keçəndə Nəsibin evdən çıxıb qaçmasını görmüş və Kamranla birlikdə onun arxasınca qaçaraq Nəsibi tutub saxlamışlar. Əlavə olaraq, Şahid13 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, əməliyyat tədbirində Şahid10 və Asəf Mirzyəyevdə xidməti silah olmuşdur. Xidməti silahın götürülməsində əsas məqsəd, axtarışda olan şəxs Şahid9 üzərində tüfəng olması barədə məlumat olmuşdur. Atəş səslərinin sayını dəqiq xatırlamamış, lakin bir dəfədən çox olmuşdur. Hadisədən sonra axtarış zamanı iştirak etmiş, lakin digər əməkdaşlarıdan kimin iştirak etməsini xatırlamamışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs evindən tüfəng və sandığın içərisindən əl qumbarası aşkar olunmuşdur. Şəxsləri polis şöbəsinə aparan zaman həmin yerin mühafizəsini təşkil etmək üçün polis əməkdaşları qalmışdır. Evə axtarış zamanı əşyalardan əl-barmaq izləri götürülməmişdir. Eyni zamanda, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən xeyli müddət keçdiyi üçün xatırlamamış və ibtidai istintaq zamanı ifadə vermişdir. Yaşadıqları kənddə olan zaman tanımadığı bir nəfər onu səsləyərək anasını çağırmasını istəmiş, o da həmin şəxsin anasını çağırmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər görməmiş, hadisə baş vermiş və sonra onlar barışmışlar, onların heç bir şikayət və tələbi yoxdur. Əlavə olaraq, Şahid8 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində düz danışmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt evdə olmuş, hadisə isə kənd ərazisində olmuşdur. Əlavə olaraq, Şahid7 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, baş vermiş hadisələri görməmiş və oğlu ilə Təqsirləndirilən şəxs arasında olan mübahisəni bilməmişdir. Onlar barışmışlar heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 Rauf oğlu ifadəsində göstərmişdir ki, hadisənin üzərindən xeyli müddət keçdiyi üçün tam xatırlamamışdır. Təqsirləndirilən şəxs mərhum Elburus Hüseynovla dava etməsini eşitmiş və sonradan Elburusun atası gəlib onu aparmışdır. Əlavə olaraq, Şahid3 Rauf oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində düz danışmışdır. İstintaq zamanı verdiyi ifadəsini oxumamışdır. Məhkəmə baxışı iclasında Şahid10 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Şahid10 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında, 26 dekabr 2022-ci il tarixdən etibarən isə Gədəbəy rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. Əməliyyat müvəkkili kimi vəzifəsi qeyri aşkar şəraitdə baş vermiş cinayətlərin açılmasını təmin etmək, baş verə biləcək hər hansı cinayətin qarşısını əvvəlcədən almaq və sairdən ibarətdir. Gədəbəy rayonu, Sarıhasanlı kənd sakini Şahid9 əvvəllər tanımamış, aralarında heç bir münasibət və əlaqə olmamışdır. Lakin Şahid9 barəsində Gədəbəy rayon polis şöbəsində axtarış işinin olmasından məlumatlı olmuşdur. Şahid9 tutularaq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində Gədəbəy rayon polis şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. 16 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində o, Gədəbəy rayon polis şöbəsinin inzibati binasında olmuşdur. Həmin vaxt Gədəbəy rayon polis şöbəsinə axtarışda olan Şahid9 at belində çiynində ov tüfəngi ilə Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus evinə gəlməsi və orada gizlənməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Gədəbəy rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Zərərçəkmiş şəxs rəhbərliyi, o, Gədəbəy rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı X22, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid13, Gədəbəy rayon polis şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid12 və rayon polis şöbəsinin fiziki və döyüş hazırlığı üzrə idman təlimatçısı polis baş serjantı Şahid14 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və axtarışda olan şəxsin tutularaq aidiyyəti üzrə təhvil verilməsi məqsədilə o və əməliyyat qrupunun yuxarıda adlarını qeyd etdiyi üzvləri 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Gədəbəy rayon polis şöbəsinin inzibati binasını tərk edərək Gədəbəy rayonu, Şəkərbəy kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin işıqlarının yanılı vəziyyətdə olması və evin həyətində 1 rəst atın olduğunu gördükdə onlar Şahid9 Təqsirləndirilən şəxs evində olmasından əmin olmuşlar. Bundan sonra o və əməliyyat qupunun üzvləri Təqsirləndirilən şəxs evinin arxa tərəfində olan tövlənin yanındakı qapıdan həyətə daxil olmuşlar. Onlar orada qısa toplantı keçirmiş, qrupa rəhbərlik edən Zərərçəkmiş şəxs qrup üzvləri arasında vəzifə bölgüsü aparmışdır. Toplantı zamanı evə öndə o, onun arxasınca Zərərçəkmiş şəxs daxil olması, digər əməkdaşlardan Şahid12 və Əli Həsənov evin giriş qapısının qarşısında, Şahid13 və Şahid14 isə həyətdə, evin sağ və sol küncündə dayanıb gözləmə mövqeyi tutması qərara alınmışdır. Onlar planlaşdırdıqları kimi evin pilləkənlərinin qarşısına gəlmişlər. Evin həyətində 3 ədəd it olsa da, tam sakit, səssiz hərəkət etdiklərinə görə həmin itlər onlara hürməmişdir. Pilləkənlərin qarşısında dayandıqları vaxt Təqsirləndirilən şəxs evinin içərisindən bir neçə kişinin danışıq səslərini eşitmişlər. Bundan sonra o öndə, Zərərçəkmiş şəxs isə onun arxasınca Təqsirləndirilən şəxs evinə qalmışlar. Qapıdan içəri daxil olduqda aynabəndin mərkəz hissəsində masa olduğunu, Təqsirləndirilən şəxs üzü giriş qapısına tərəf masanın əks tərəfində, pəncərənin kənarında oturduğunu, Təqsirləndirilən şəxsla üzbəüz masanın əks tərəfində isə Şahid9 oturduğunu, Şahid9 sol tərəfində isə sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs əmisi oğlu X1 oturduğunu görmüşlər. Həmin şəxslər masa arxasında əyləşib yemək yemişlər. O, içəri, yəni otağa daxil olan kimi sağ əlində xidməti tabel silahı olan «Makarov» markalı tapançanın lüləsini yuxarı tutub digər əlində isə xidməti vəsiqəsini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və Şahid9 təslim olub onlarla gəlməsini demişdir. Bu zaman Şahid9 qəflətən ayağının arasında saxladığı tüfəngi götürüb ayağa qalxmış və həmin tüfəngi ona tərəf doğrultmaq istədikdə, o bunu görüb özünü itirməyərək əlində olan xidməti tabel silahından sağa doğru pəncərəyə tərəf bir dəfə xəbərdarlıq atəşi açmışdır. Şahid9 isə əlində olan tüfəngi yerə qoymaq əvəzinə tüfəngi ona tərəf çevirəndə o, Şahid9 ayağının altına, yəni döşəməyə 2 dəfə də atəş açmışdır. Şahid9 əlində olan tüfəngi ona tuşladığını görən Zərərçəkmiş şəxs cəld Şahid9 doğru getmiş, bu zaman o Şahid9 ayağına bir dəfə atəş açmışdır. Şahid9 əlindəki silahı ona doğruldub atəş açmaq istəyərkən Zərərçəkmiş şəxs tüfəngin lüləsindən tutub yuxarı qaldırmışdır. Bu vaxt o, atəşdən yayınmaq üçün yerə uzanmış, Zərərçəkmiş şəxs tüfəngin lüləsini tutub yuxarı qaldıran vaxt Şahid9 atəş açmışdır. Şahid9 açdığı atəş isə evin tavanına dəymişdirdi. Zərərçəkmiş şəxs Şahid9 qaçmaması üçün əlindəki silahla birlikdə tutub saxlamışdır. Buna baxmayaraq Şahid9 dartınıb qaçmaq istəmişdir. Zərərçəkmiş şəxs isə Şahid9 tutub saxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs qəflətən stulla Zərərçəkmiş şəxs kürək nahiyəsinə zərblə vurub Şahid9 qaçmasına şərait yaratmışdır. Müvazinətini itiriən Zərərçəkmiş şəxs əlindən çıxmış Şahid9 evin giriş qapısına tərəf qaçmış, otaqda olan Nəriman Cəfərov da Şahid9 arxasınca qapıya tərəf qaçmışdır. Şahid9 qapıdan çıxan vaxt sonuncunu Əli Həsənov tutub saxlamış, bu vaxt X47 Həsənovun sifət nahiyəsinə vuraraq Şahid9 qaçmasına şərait yaratmış və Şahid9 qaçıb getmişdir. Bir qədər sonra isə Şahid13 və Şahid14 Şahid9 tutub saxlamışlar. onlar daha sonra Təqsirləndirilən şəxs, Şahid9 və X23 rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra isə Zərərçəkmiş şəxs baş vermiş hadisə barədə Gədəbəy rayon polis şöbəsinin rəisinə raportla müraciət etmişdir. Məhkəmə baxışı iclasında şahid X13 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, X22 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Sarıhasanlı kənd sakini Şahid9 əvvəllər tanımamış, aralarında əlaqə və ya münasibət olmamışdır. Lakin Şahid9 barəsində Gədəbəy rayon polis şöbəsində axtarış işinin olmasından məlumatı olmuşdur. Şahid9 tutularaq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində Gədəbəy rayon polis şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. 16 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində o, Gədəbəy rayon polis şöbəsinin inzibati binasında olmuşdur. Bu zaman axtarışda olan Şahid9 at belində çiynində ov tüfəngi ilə Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus evinə gəlməsi və orada gizlənməsi barədə Gədəbəy rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Gədəbəy rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Zərərçəkmiş şəxs rəhbərliyi, o, Gədəbəy rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid10, polis baş leytenantı Şahid13, Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid12 və rayon polis şöbəsinin fiziki və döyüş hazırlığı üzrə idman təlimatçısı polis baş serjantı Şahid14 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və axtarışda olan şəxsin tutularaq aidiyyəti üzrə təhvil verilməsi məqsədilə o və əməliyyat qrupunun yuxarıda adlarını qeyd etdiyi üzvləri 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Gədəbəy rayon polis şöbəsinin inzibati binasını tərk edərək, Gədəbəy rayonu, Şəkərbəy kəndinə, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs evinin yaxınlığına çatanda saat 21 radələri olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin işıqlarının yanılı vəziyyətdə olduğunu və evin həyətində 1 rəst atın olduğunu görmüş və Şahid9 Təqsirləndirilən şəxs evində olmasına əmin olmuşlar. Bundan sonra o və əməliyyat qupunun üzvləri Təqsirləndirilən şəxs evinin arxa tərəfində olan tövlənin yanındakı qapıdan həyətə daxil olmuşlar. Onlar orada qısa toplantı keçirmiş, qrupa rəhbərlik edən Zərərçəkmiş şəxs qrup üzvləri arasında vəzifə bölgüsü aparmışdır. Toplantıda evə öndə Şahid10, arxasınca Zərərçəkmiş şəxs daxil olması, digər əməkdaşlardan o və Şahid12 evin giriş qapısının qarşısında, Şahid13 və Şahid14 isə evin sağ və sol küncündə dayanıb gözləmə mövqeyi tutması qərara alınmışdır. Onlar planlaşdırdıqları kimi evin pilləkənlərinin qarşısına gəlmişlər. Evin həyətində 3 ədəd it olsa da, tam sakit, səssiz hərəkət etdiklərinə görə həmin itlər onlara hürməmişdir. Pilləkənlərin qarşısında dayandıqları vaxt Təqsirləndirilən şəxs evinin içərisindən bir neçə kişinin danışıq səslərini eşitmişlər. Bundan sonra Şahid10 öndə, Zərərçəkmiş şəxs isə onun arxasınca pilləkənlə Təqsirləndirilən şəxs evinə qalxmışlar. O və Şahid12 də Şahid10 və Zərərçəkmiş şəxs arxalarınca pilləkənlə yuxarı qalxmışlar. O, pilləkənlərin yuxarı tərəfindəki ayaqyolunun qarşısında, Şahid12 isə ondan bir qədər aşağıda pilləkənin üzərində dayanmışdır. Bundan sonra Şahid10 öndə, Zərərçəkmiş şəxs isə arxasınca giriş qapısından içəri daxil olmuşlar. Şahid10 otağa daxil olan kimi sağ əlində xidməti tabel silahı olan «Makarov» markalı tapançanın lüləsini yuxarı tutub digər əlində isə xidməti vəsiqəsini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və Şahid9 təslim olub onlarla gəlməsini demişdir. Bu zaman Şahid9 qəflətən ayağının arasında saxladığı tüfəngi götürüb ayağa qalxmış və həmin tüfəngi Şahid10 tərəf doğrultmaq istədikdə bunu görən Şahid10 özünü itirməyib əlində olan xidməti tabel silahından sağa doğru pəncərəyə tərəf bir dəfə xəbərdarlıq atəşi açmışdır. Şahid9 isə əlində olan tüfəngi yerə qoymaq əvəzinə tüfəngi Şahid10 tərəf çevirdikdə Şahid10 Şahid9 ayağının altına, yəni döşəməyə 2 dəfə də atəş açmışdır. Zərərçəkmiş şəxs Şahid9 əlində olan tüfəngi Şahid10 tuşladığını görüb cəld Şahid9 doğru getmiş, bu zaman Şahid10 Şahid9 ayağına bir dəfə atəş açmışdır. Şahid9 əlindəki silahı Şahid10 doğruldub atəş açmaq istəyərkən Zərərçəkmiş şəxs tüfəngin lüləsindən tutub yuxarı qaldırmışdır. Bu vaxt Şahid10 atəşdən yayınmaq üçün yerə uzanmışdır. Zərərçəkmiş şəxs tüfəngin lüləsini tutub yuxarı qaldıran vaxt Şahid9 atəş açmış, atəş açılan kimi o, güllənin ona dəyməməsi üçün qapının arxasına keçmişdir. Daha sonra o, qapıdan içəri baxdıqda Zərərçəkmiş şəxs Şahid9 əlində silahla birlikdə tutub saxladığını görmüşdür. Buna baxmayaraq Şahid9 dartınıb qaçmaq istmişdir. Bu zaman Təqsirləndirilən şəxs qəflətən stulla Zərərçəkmiş şəxs kürək nahiyəsinə zərblə vurub Şahid9 qaçmasına şərait yaratmışdır. Müvazinətini itirən Zərərçəkmiş şəxs əlindən çıxmış Şahid9 isə evin giriş qapısına, yəni ona tərəf qaçmışdır. O, Nəsibin əynində olan şalvarın üzərindəki kəmərdən tutub saxlayan zaman Nəriman Cəfərov ona çatıb yumruqla ağız nahiyəsindən 1 dəfə zərbə endirmişdir. O, həmin zərbənin təsirindən bir anlıq özünü itirmiş və Şahid9 dartılaraq pilləkənlərlə aşağı doğru qaçmışdır. Nəriman Cəfərovun onu vurmasından başa düşmüşdür ki, X41 Hüseynovun tutulmasını istəmir. Nəriman Cəfərov onu vurmaqla Şahid9 qaçmasına şərait yaratmışdır. O və Şahid12 Şahid9 arxasınca qaçmışlar. Onlardan bir qədər irəlidə Şahid14 və Şahid13 olduqları üçün onlar Şahid9 arxasınca qaçaraq sonuncuya çatmış və Şahid9 tutub saxlamışlar. Onlar daha sonra Təqsirləndirilən şəxs, Şahid9 və X23 rayon polis şöbəsinə gətirmişlər. Hadisə zamanı Şahid10 başqa xidməti tabel silahından istifadə edən olmamışdır. O, hadisə zamanı Təqsirləndirilən şəxs və X1 əllərində və ya üzərlərində hər hansı silah, əşya, predimet görməmişdir. Şahid9 əlində olan tüfəngi Şahid10 tərəf tuşlayarkən Zərərçəkmiş şəxs cəld davranıb silahın lüləsindən tutmuşdur. Şahid9 əlindəki tüfənglə Şahid10 vurmaq istəmişdir. Zərərçəkmiş şəxs tüfəngin lüləsini yuxarı doğru çevirdiyindən açılan atəş evin tavanına dəymişdir. Əgər Zərərçəkmiş şəxs Şahid9 əlindəki silahın lüləsini tutmasaydı, sonuncu, Şahid10 həmin silahla vurub öldürəcəkdi. O, sonradan bilmişdir ki, Şahid9 əlindəki tüfənglə atəş açarkən bunu görən Şahid10 Şahid9 ayağının alt hissəsinə bir neçə dəfə atəş açmış və bu zaman Şahid9 ayağından yaralanmışdır. Nə o, nə də digər polis əməkdaşlarından kimsə istər Təqsirləndirilən şəxs, istərsə də Nəriman Cəfərova xəsarət yetirməmişlər. Həmçinin digər polis əməkdaşları da Şahid9 xəsarət yetirməmişdir. Məhkəmə baxışı iclasında Şahid1 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Şahid1 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, tanıyır. O, Təqsirləndirilən şəxs əvvəlllər tanımasa da, sonuncunun atası Əvəz Cəfərovu uzun müddətdir ki tanıyır. Təqsirləndirilən şəxs təxminən 4 və ya 5 il bundan əvvəl Şəkərbəy kəndinə gəlmiş və tutulduğu tarixə kimi əmisi Eyvaz Cəfərova məxsus həmin kənddə yerləşən evdə yaşamışdır. Təqsirləndirilən şəxsla aralarında adi tanışlıq münasibəti olmuş, aralarında heç vaxt düşmənçilik, ədavət olmamış, rastlaşdıqda salamlaşıb bir-biri ilə haləhval tutmuşlar. Gədəbəy rayonu, Sarıhasanlı kənd sakini Şahid9 qiyabi tanıyır. Şahid9la yaxın münasibəti, əlaqəsi olmamış, görüşdükdə bir-biri ilə hal-əhval tutmuşlar. X14 onun həmkəndlisi və uzaq qohumu olmuşdur. Elburus Hüseynov ilə münasibəti normal olmuş, heç vaxt aralarında düşmənçilik, ədavət olmamışdır. Elburus Hüseynov ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşamış və xeyir-şər məclislərində iştirak etmək üçün Gədəbəy rayonuna gəlib-getmişdir. Əsl adı Elburus olmasına baxmayaraq kənd sakinləri sonunucunu “Maşallah” adı ilə tanımışdır. Elburus Hüseynov 2023-cü ildə, xatırlamadığı tarixdə vəfat etmişdir. O, 18 iyul 2021-ci il tarixdə, saat 17 radələrində Gədəbəy rayonu, Şəkərbəy kəndindin mərkəzində, kənd icra nümayəndəliyinin yaxınlığında yerləşən məktəbin yanında hal-hazırda xatırlamadığı həmkəndliləri ilə söhbət etməyə başlamış, bu zaman onlar kəndə qaz xəttinin çəkilməsi barədə söhbət etmişlər. Söhbət əsnasında o, nümayəndəliyin inzibati binasının yanında yerləşən Şahid2 işlətdiyi çay evində səs-küy qalxdığını eşitmiş, bir qədər sonra isə Elburus Hüseynovun çiynini tutaraq nümayəndəliyin yanından keçdiyini görmüşdür. X24 konkret olaraq Təqsirləndirilən şəxs tərəfindən vurulmasının birbaşa şahidi olmamışdır. Bundan sonra kənd sakinləri söhbət edərkən davanın Təqsirləndirilən şəxs ilə Elburus Hüseynovun arasında olmasını, davanın isə Elburus Hüseynovun “Kənddə bir kişi varsa o da Mayıl kişidir” deməsi səbəbindən baş verməsini öyrənmişdir. Bu zaman Təqsirləndirilən şəxs Elburus Hüseynova ümumi kənd adından danışmamasını bildirmiş, aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Elburus Hüseynovu vurmuşdur. Rayon polis şöbəsində ifadə verdiyi zaman müstəntiqə kənd sakinlərindən Təqsirləndirilən şəxs Elburus Hüseynovu icra nümayəndəliyinin yanında vurmasını eşitdiyini bildirmişdir. Ola bilsin ki, müstəntiq onun dediyini səhv anlamış və Təqsirləndirilən şəxs Elburus Hüseynovu vurmasının bilavasitə şahidi olduğunu güman edərək ifadəsini həmin məzmunda qeyd etmişdir. Hadisə zamanı Şahid9 orada gördüyünü xatırlamır, həmçinin kənd sakinlərindən Nəsib X11 vurması barədə də hər hansı bir söz eşitməmişdir. Ümumilikdə çayxana, çayxanadan sonra icra nümayəndəliyin arxasında olan mübahisə təxminən 10 dəqiqə ərzində baş vermişdir. O, çayxanada Təqsirləndirilən şəxsla Nəsib X11 vurmasının birbaşa şahidi olmamışdır. Ümuliyyətlə istər çayxana daxilində, istərsə də çöldə o, Şahid9 və Təqsirləndirilən şəxs Elburus Hüseynovu vurmasını görməmişdir. O, Məleykəni şəxsən hadisə yerində görməmişdir. Lakin eşitdiyi qədərilə Məleykə hadisəni görmüş və Elburus Hüseynovun anası Safuranı səsləyərək Elburus Hüseynovun döyülməsini bildirmişdir. Məhkəmə baxışı iclasında Şahid2 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Şahid2 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır. Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhərində yaşamış, təxminən 3 və ya 4 il bundan əvvəl Şəkərbəy kəndinə gəlmiş və tutulduğu tarixə kimi babasına məxsus həmin kənddə yerləşən evdə yaşamışdır. Təqsirləndirilən şəxsla aralarında adi tanışlıq münasibəti olmuş, rastlaşdıqda salamlaşıb birbiri ilə hal-əhval tutmuşlar. Təqsirləndirilən şəxsla aralarında heç vaxt düşmənçilik, ədavət olmamışdır. Gədəbəy rayonu, Sarıhasanlı kənd sakini Şahid9 tanıyır. Şahid9la yaxın münasibəti olmamış, görüşəndə bir-biri ilə hal-əhval tutmuşlar. Nəsib Hseynovu “Yusif” və ya “Yuska” ləqəbi ilə tanımışdır. Onunla aralarında heç vaxt düşmənçilik, ədavət olmamışdır. X7 həmkəndlisi kimi tanımışdır. Elburus Hüseynov ilə münasibəti normal olmuş, heç vaxt aralarında düşmənçilik, ədavət olmamışdır. Elburus Hüseynov ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşamış və xeyir-şər məclislərində iştirak etmək üçün Gədəbəy rayonuna gəlib-getmişdir. Əsl adı Elburus olmasına baxmayaraq kənd sakinləri sonuncunu “Maşallah” adı ilə tanımışdır. X8 əmisi İslamın nəvəsidir. Elburus Hüseynov 2023-cü ildə, xatırlamadığı tarixdə vəfat etmişdir. 2021-ci ilin may və ya iyun ayından həmin ilin avqust ayına kimi o Şəkərbəy kənd icra nümayəndəliyinin inzibati binasında yerləşən bufeti işlətmişdir. O, həmin bufetdə kənd sakinlərinə çay və şirniyyat satmışdır. Bir sözlə bufeti çayxana kimi işlətmiş və kənd sakinləri gəlib orada vaxtlarını keçirmişlər. 18 iyul 2021-ci il tarixdə, saat 17 radələrində o, işlətdiyi bufetin qarşısında olmuşdur. Həmin vaxt həmkəndliləri X19, Şahid6, Şahid3 və X28 çayxananın yanında yerləşən klubun qarşısındakı oturacaqda əyləşib söhbət etmişlər. Həmin vaxt Şahid3 ayağı sınıq olmuş və yeriyərkən əsadan istifadə etmişdir. Bir qədər sonra “Yuska” ləqəbli Şahid9 və Təqsirləndirilən şəxs nümayəndəliyin ətrafındakı dəmir tordan ibarət çəpərin kənarında dayanıb onlarla görüşərək ikisi bir-biri ilə söhbət etməyə başlamışlar. Sonuncuların olduğu yer ilə onlar arasında təxminən 3-4 metr məsafə olmuşdur. Həmin ərəfədə o, çaydanı qaynaması üçün ocağın üzərinə qoyduğu üçün tez-tez içəri girib çaydana baxıb Şahid3, Şahid6, Yunus Hüseynov və Abbas İsmayılovun olduqları yerə gəlmişdir. Təqsirləndirilən şəxs və Şahid9 onlardan aralıda olduğundan nə barədə söhbət etdiklərini bilməmişdir. Növbəti dəfə o çaydana baxıb yenidən Yunisgilin yanına qayıdarkən X25 Cəfərov və Şahid9la birlikdə olduğunu görmüşdür. Daha doğrusu Elburus Hüseynov həmin vaxt Təqsirləndirilən şəxsla mübahisə etmişdir. X36 və Təqsirləndirilən şəxs nə səbəb mübahisə etmələrini o, bilməmiş, həmin vaxt Elburus Hüseynov kiminsə xeyir işindən gəlmiş və danışığından, hərəkətindən onun sərxoş olmağı hiss olunmuşdur. Onu görən Elburus Hüseynov uca səslə “Allah atana rəhmət eləsin, sənin atan kəndimizin ağsaqqalı olub” deyə bildirmişdir. O, Elburus Hüseynovun sərxoş olduğunu görüb sonucudan atasının adını çəkməməsini tələb etmişdir. O, bunu Elburus Hüseynovun sərxoş olması ilə bağlı atasının ünvanına, hansısa xoşagəlməz söz deyə bilcəyindən ehtiyat etdiyi üçün etmişdir. Bundan sonra o bufetə daxil olmuş, ondan bir qədər sonra isə Şahid9 və Təqsirləndirilən şəxs da bufetə gəlib masa arxasında əyləşmişlər. Belə olduqda o, Şahid9 və Təqsirləndirilən şəxs əyləşdikləri masaya stəkan aparmış və çayniki gətirmək üçün piştaxtanın arxasına keçmişdir. Bu vaxt Elburus Hüseynov özü tək bufetə daxil olaraq Şahid9 və Təqsirləndirilən şəxs əyləşdikləri masaya yaxınlaşmış, həmin masanın baş tərəfində oturmuşdur. O, bufetdə qabları yuyarkən Şahid9 və Təqsirləndirilən şəxs olduqları yerdən səs-küy eşidib geri baxarkən Elburus Hüseynovun yumruqla masanın üzərinə vurduğunu görmüşdür. Elburus Hüseynovun vurduğu yumruq zərbəsinin təsirindən masanın üzərindəki külqabı və stəkanlar yerə düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsla Şahid9 hər ikisi Elburus Hüseynovun üzərinə cumub onun yaxasında tutmuşlar. O, həmin şəxslərin dalaşacaqlarını görüb dərhal yanlarına getmiş və aralarına girib, bufetdə dalaşmamalarını çıxıb nə söhbətləri varsa kənarda söhbət etmələrini demişdir. O, Şahid9 və Təqsirləndirilən şəxs Elburus Hüseynovun yaxasından tutmalarını görsə də, Elburus Hüseynovu vurub-vurmadıqlarını görməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Elburus Hüseynov və Şahid9 bufeti tərk edib nümayəndəliyin binasının arxa tərəfinə getmişlər. O isə bufetdə qalıb aşmış stulu və yerə dağılmış əşyaları yığmışdır. Təxminən 5-10 dəqiqə keçmiş nümayəndəliyin binasının arxa tərəfindən qışqırıq səsi eşidib çölə çıxmış, bu zaman ətrafda olan kənd sakinlərinin icra nümayəndəliyinin arxasına tərəf qaçdıqlarını görüb o da həmin yerə tərəf getdikdə mübahisə və münaqişənin artıq sonlandığını, Təqsirləndirilən şəxs və Şahid9 kənarda dayandıqlarını, Elburus Hüseynovun isə Məleykə kimi tanıdığı, əsl adı Qənfirə olan qadının həyəti tərəfdən sağ əli ilə sol qolunu tutub ona tərəf gəldiyini görmüşdür. Nə baş verdiyini soruşduqda Elburus Hüseynov “Nəsib və Elmanla dalaşdıq, mənu vurdular” deyə bildirmişdir. Hətta Elburus həmin vaxt Təqsirləndirilən şəxs və Şahid9 üzünü tutub, “siz məni vurdunuz görün sizin başınıza nə oyun açıram” deyib Şəkərbəy kənd orta məktəbinin qarşısına tərəf getmişdir. Həmin vaxt Elburus Hüseynovun atası Hörmət və anası Səfurə oraya gəlmiş və Hörmət üzünü Elmana tutub “Elman biz qohumuq mənim uşağımı niyə vurdun” demişdir. Daha sonra Hörmət və Səfurə məktəbin qarşısında olan Elburus Hüseynovu özləri ilə götürüb piyada yaşadıqları ev istiqamətində getmişlər. Həmçinin Təqsirləndirilən şəxs və Şahid9 birlikdə çıxıb getmişlər. Sonradan həmin hadisə zamanı Elburus Hüseynovun qolunun sındığını eşitmişdir. Elburus Hüseynov hələ bufetin qarşısında olarkən ona “Sənin atan kəndimizin ağsaqqalı olub, atan rəhmətə getdikdən sonra kəndimiz ağsaqqalsız qalıb” deyə bildirdikdə Təqsirləndirilən şəxs bunu eşidib Elburusa “Sənin ağsaqqalla nə işin var, hər evin öz ağsaqqalı var” deyə bildirmişdir. Məhz elə bu sözdən sonra Təqsirləndirilən şəxsla Elburus Hüseynov arasında mübahisə yaranmışdır. Daha orada Elburus Hüseynovun “bizim Ağbaşlar nəslimizdən kimsə gəlib kəndə ağsaqqal olmalıdır” ifadəsini işlətməsini eşitməmişdir. Həqiqətən də çayxanada o Elburusu Elman və Nəsibdən ayıran vaxt Elburusa “camaatın ağsaqqalı ilə nə işin var, mənim atamı da bu isə qarışdırma” sözünü demişdir. Çünki Elburus həmin vaxt həddən artıq sərxoş olmuş, ayaq üstə dayana bilməmişdir. Hətta Elburusa “Sən içkilisən get səhər gəlib söhbətinizi edərsiniz” demişdir. Elburus isə onu eşitməmiş, Nəsib və Elmanın arxasınca bufeti tərk edib getmişdir. O, hadisənin baş verdiyi yerdə olmamışdır. Düzdür səs-küy eşidib hadisə yerinə getdikdə Elburusun Qənfirəgil tərəfdən gəldiyini görmüşdür. Həmin vaxt o Elburusun qolundan tutmaq istəmiş, lakin Elburus buna imkan verməmişdir. Yəqin həmin anı Şahid3 və elə zənn etmişdir ki, Elburusun qolundan tutub gətirirsə o, hadisə yerində olmuşdur. O hadisənin necə baş verməsini görməmişdir. O, “Yuska” ləqəbli Nəsib X11 vurmasının, döyməsinin bilavasitə şahidi olmamışdır. Sadəcə olaraq bufetin daxilində Şahid9 Təqsirləndirilən şəxsla birlikdə Elburus Hüseynovun yaxasından tutmasını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs da, Şahid9 da Elburusu vurmaq istəsələr də o, buna imkan verməmişdir. O, həmin şəxslərə çatana kimi isə Elman və Nəsibin Elburusu vurubvurmadığını bilməmiş, görməmişdir. Ümumilikdə çayxana, çayxanadan sonra icra nümayəndəliyin arxasında olan mübahisə təxminən 10 dəqiqə ərzində baş vermişdir. “Məleykə” ləqəbli Şahid4 yaşadığı ev icra nümayəndəliyinin arxa tərəfində yerləşir. O, icra nümayəndəliyinin arxasına getdikdə Qənfirənin Elburusdan bir qədər arxada gəldiyini görmüş, həmin vaxt Şahid4 qışqıraraq nə isə desə də sonunucnun nə dediyini xatırlamır, həmçinin Qənfirənin “Camaatın balasını öldürdünüz, əl çəkin” deməsini eşidib-eşitmədiyini də xatırlamır. Nəsib, Elman və Elburus arasında ilkin mübahisə onun işlətdiyi bufetdə baş vermiş, həmin vaxt Elburus, Elman və Nəsib onun işlətdiyi bufetdə səs-küy salmışlar. Onlar orada dalaşmaq istədikdə o buna imkan verməmişdir. Mübahisə zamanı həmin şəxslər bir-birilərinin ünvanına nalayiq sözlər işlətmişlər. Elburus, Elman və Nəsib birlikdə onun işlətdiyi bufeti tərk edib getdikdən sonra icra nümayəndəliyinin binasının arxasında dalaşmışlar. Elburus, Elman və Nəsibin səs-küyünə nəinki o, yoldan keçən, ətrafda olan şəxslər narahatçılıq keçirmişlər. Elburus, Elman və Nəsib bufetdə mübahisə edərkən Elburus yumruqla masanın üzərinə vurmuş, masanın üzərində olan stəkanlar və külqabı yerə düşmüşdür. Lakin nə külqabı, nə də stəkanlar sınmamış, ona maddi ziyan dəyməmişdir. O, inzibati binanın arxasındakı səs-küyü eşidən kimi dərhal çölə çıxmış, sonra nümayəndəliyin inzibati binasının arzasına tərəf getdikdə isə Elburusun Qənfirəgil tərəfdən asta addımlarla, sağ əli ilə sol qolunu tutub ona tərəf gəldiyini görmüşdür. Həmin vaxt Elburusdan nə baş verdiyini soruşduqda sonuncu Elman və Nəsibin onu döydüklərini demiş, lakin yıxılması barədə heç nə deməmişdir. O sonradan eşitmiş ki, həmin hadisə nəticəsində Elburusun sol qolu sınmışdır. Düzdür kənd camaatı arasında Elburusun yıxılması barədə söz-söhbətlər gəzmişdir, ancaq kənd sakinlərindən heç kim Elburusun yıxılmasını görməmişdir. Hamı bir-birindən eşidib bu barədə danışmışdır. Bu barədə Təqsirləndirilən şəxs özünün kənd sakinləri arasında söz yaydığını düşünür. Ancaq o yıxılma nəticəsində Elburusun qolunun sınmasına inanmır. Bildiyi qədəri ilə sonradan Elburus, qolunun sınması ilə bağlı cərrahiyyə əməliyyatı keçirmişdir. Sonradan Elburusun özü ilə həm telefonla danışarkən, həm də Gədəbəy rayonuna gəldikdə bu barədə danışarkən, Elburus Elman və Nəsibin onu döydüklərini, Elmanın əlindəki “beşbarmaq” vasitəsilə sol qoluna vurub xəsarət yetirdiyini demişdir. Məhkəmə baxışı iclasında Şahid5 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Şahid5 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır. Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhərində yaşamış, təxminən 4 il olar ki, Şəkərbəy kəndinə gəlib burada əmisi Eyvaza məxsus evdə yaşamışdır. O, Elmanın hər hansı işlə məşğul olmasını görməmişdir. Təqsirləndirilən şəxs ərzağın Bakı şəhərində yaşayan adını bilmədiyi qardaşı tərəfindən göndərilməsini eşitmişdir. Təqsirləndirilən şəxs və ailəsi ilə düşmənçilik və ədavəti olmamışdır. Onunla rastlaşdıqda görüşüb hal-əhval tutmuş, bir ağsaqqal kimi Təqsirləndirilən şəxs həmişə onun hörmətini saxlamışdır. O, Elmanı sakit təbiətli bir adam kimi tanımışdır. X14 ilə münaqişə etdiyi günə qədər o Təqsirləndirilən şəxs kimlərləsə dalaşmasını, münaqişə etməsini görməmiş, bu barədə eşitməmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında tutulmuş, lakin sonuncunun nə səbəbə tutulmasını bilmir. Təqsirləndirilən şəxs xeyirxah, hər kəsə kömək edən bir insan kimi tanımışdır. “Yuska” ləqəbli Şahid9 Qayı oğlunu əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti, əlaqəsi olmamışdır. 18 iyul 2021-ci il tarixdə baş vermiş hadisə zamanı bilmişdir ki, Elburus Hüseynovla dalaşan şəxslərdən biri Sarhasanlı kənd sakini Qayıbın oğlu “Yuska” ləqəbli Nəsibdir. Həmin günə kimi o “Yuska” ləqəbli Şahid9 görməmiş və tanımamışdır. X14 həmkəndlisidir, Elburus Hüseynovu uşaq yaşlarından tanımışdır. Elburus Hüseynovu kənd camaatı, hamı “Maşallah” ləqəbi ilə tanıyır. Elburus ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşamışdır. Elburus Hüseynov kənd camaatının xeyir-şər mərasimində iştirak etmək üçün, habelə bayramlarda ata-anasına baş çəkmək üçün Gədəbəy rayonuna gəlib-getmişdir. Elburus Hüseynovun nəslinə Ağbaşlılar nəsli deyirlər. Kənd ərazisində Elburus Hüseynov və ailə üzvlərini hamı mehriban, xeyirxah insanlar kimi tanımışdır. 18 iyul 2021-ci il tarixdə təxminən saat 17 radələrində o, həmkəndlisi, soyadını bilmədiyi, atasının adı Nəsib olan Abbasla birlikdə kəndin mərkəzində yerləşən icra nümayəndəliyinin binasının qarşısına gələrkən nümayəndəliyin binasının arxa tərəfindəki yolda çoxlu sayda insanların toplaşdığını görmüşdür. Həmin vaxt Maşallah ləqəbli Elburus Hüseynov nümayəndəliyin binasının arxa tərəfində ya sağ əli ilə sol qolunu, ya da sol əli ilə sağ qolunu tutub dayanaraq Şəkərbəy kəndində yolun kənarındakı bulağın yanında dayanan Təqsirləndirilən şəxs və “Yuska” ləqəbli Şahid9 üzünü tutub “Siz məni döydünüz, sizdən şikayət edəcəm” demişdir. Həmin vaxt Elburus Hüseynov nalayiq ifadələr işlətdiyi üçün Təqsirləndirilən şəxs Elburus Hüseynova “Ayə, anan yanındadır, söyünc eləmə” demişdir. Bundan sonra anası Safura və atası Hörmət oradan Elburusu götürüb evlərinə tərəf getmişlər. Həmçinin Təqsirləndirilən şəxs, “Yuska” ləqəbli Şahid9 da orada qalmayıb çıxıb getmişlər. Bundan sonra o və hazırda xatırlamadığı kənd sakinləri çayxanaya getmişlər və orada nə baş verdiyini soruşan zaman “Yuska” ləqəbli Şahid9 və Elburus Hüseynov dalaşdığını bilmişdir. Amma onların nəyə görə dalaşdıqlarını bilməmiş, hadisənin bilavasitə şahidi olmamışdır. 2023-cü ilin payız aylarından birində Elburusun öldüyünü eşitmişdir. X24 nə səbəbə ölməsini bilmir. O, hadisə yerində Məleykə ləqəbli Şəkərbəy kənd sakini Şahid4 görməmişdir. Məleykə ləqəbli Şəkərbəy kənd sakini Qənfirə Musayevə X25 Cəfərov və Şahid9 tərəfindən döyüldüyünü görüb əlində olan lapatka ilə onlara yaxınlaşıb “Camaatın balasını öldürdünüz, əl çəkin” deyə bildirməsinin şahidi olmamış, bu barədə eşitməmiş və bilmir. Məhkəmə baxışı iclasında Şahid6 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Şahid6 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 18 iyul 2021-ci il tarixdə təxminən saat 17 radələrində o, həmkəndliləri Şahid3 və atasının adı Nəsib olan, soyadını bilmədiyi Abbasla birgə Şəkərbəy kənd icra nümayəndəliyinin yanında yerləşən X9 çayxana kimi işlətdiyi klubun qarşısındakı skamyada oturub söhbət etmişlər. Həmin vaxt onların yanına kənd sakinlərindən başqa kiminsə olması yadında deyil. Şahid3 ayağı qırıq olduğundan çətinliklə yeriyirdi. Bir qədər sonra Təqsirləndirilən şəxs və “Yuska” kimi tanıdığı Şahid9 oraya gəlib onlarla salamlaşaraq bir qədər aralıda dayanıb söhbət etməyə başlamışlar. Təxminən saat 17 radələrində Maşallah kimi tanıdığı Elburus Hüseynov markası yadında qalmayan xarici avtomobillə nümayəndəliyin binasının yanına gəlmiş və avtomobildən enərək uzaqdan onlarla salamlaşmışdır. Həmin vaxt Elburus Hüseynov sərxoş vəziyyətdə olmuş, deməsindən bilmişdir ki, Elburus Hüseynov kiminsə toyundan gəlmişdir. Elburus Hüseynov onun uzaq qohumudur və onların nəsilənə “Ağbaşlılar” nəsli deyilir. Elburus Hüseynov ümumi hamıya salam verdikdən sonra üzünü ona tutub “Ayə, biz Ağbaşlılar nəsli deyilikmi, niyə qalxıb mənimlə görüşmürsən?” dedikdə bu sözü ona təsir pis etdiyi üçün Elburus Hüseynova “Sən məndən yaşda balacasan, gəl sən mənimlə görüş” demişdir. Sərxoş vəziyyətdə olduğundan Elburus Hüseynov özünü həm yekəxana apamış, həm də lazımsız sözlər işlətdiyindən Elburus Hüseynova fikir verməmişdir. Bu vaxt Elburus Hüseynov yanlarında olan Babək Ələkəborovla da zarafat etməyə başlamış və onlar Elburus Hüseynov sərxoş olduğu üçün sonuncuya əhəmiyyət verməmişlər. Elburus Hüseynov həmin vaxt Şahid2 “Sənin atan kəndimizin ağsaqqalı olub, Allah ona rəhmət etsin” deyə bildirdikdə sərxoş olduğu üçün X32 atasının adını çəkməməsini deyib çayxana kimi işlətdiyi kluba getmişdir. Daha sonra Elburus Hüseynov, Təqsirləndirilən şəxs və “Yuska” ləqəbli Şahid9 olduğu yerə yaxınlaşıb onlarla söhbət etməyə başlamışdır. Onlardan aralı olduqları üçün həmin şəxslərin nə barədə danışdıqlarını bilməmişdir. Habelə həmin şəxslərin mübahisə edib-etmədiklərini də bilməmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxsla Şahid9, sonuncuların ardınca isə Elburus Hüseynov kluba daxil olmuşlar. O, Şahid3 və atasının adı Nəsib olan soyadını isə bilmədiyi Abbas klubun qarşısında qalıb söhbətlərinə davam etmişlər. Aradan az müddət keçmiş ki, klubun içərəsindən qabların yerə tökülməsi və qışqırıq səsləri eşitmişlər. Belə olduqda nə baş verdiyini öyrənmək üçün klubun qapısının qarşısına gedərkən Təqsirləndirilən şəxsla Elburus Hüseynovun birbirlərinin yaxasından tutub dartışdıqlarını, Təqsirləndirilən şəxs Elburus Hüseynova “Ayə, sənə demirəmmi ağsaqqal söhbəti eləmə” deməsini eşitmişdir. Gedən mübahisənin məzmunundan ona məlum olmuşdur ki, X38 Ələkbərovun atası öldükdən sonra kənddə ağsaqqal qalmadığını dediyi üçün Təqsirləndirilən şəxs onunla mübahisə etmişdir. Sonra Təqsirləndirilən şəxs və Elburus Hüseynov, o cümlədən Şahid9 klubdan çölə çıxmış və nümayəndəliyin binasının yan tərəfinə keçib orada mübahisələrini davam etmişlər. Belə olduqda o, ya Şahid2, ya da Abbasla birlikdə həmin şəxslərə yaxınlaşıb mübahisə etməmələrini söyləmişlər. Elburus Hüseynov söyüşlə və qışqıraqışqıra danışdığı üçün Təqsirləndirilən şəxs Elburus Hüseynova səsinin tonunu aşağı salmasını söyləmişdir. Lakin Elburus yenidən nalayiq ifadə işlətdiyi üçün Təqsirləndirilən şəxs yumruqla Elburus Hüseynovun sifətinə bir dəfə vurmuşdur. Belə olduqda o və həmin vaxt yanlarında olan Şahid9 Elburus Hüseynovla Təqsirləndirilən şəxs ayırıb dalaşmalarına imkan verməmişlər. Bundan sonra sakitlik olmuş, Təqsirləndirilən şəxs Elburus Hüseynova nümayəndəliyin binasının arxasına keçib orada təklikdə söhbət edib məsələni aydınlaşdırmalarını təklif etmişdir. Belə olduqda X39 Cəfərovla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, Elburus Hüseynov və Şahid9 birlikdə Məleykə kimi tanıdığı qadının evinə gedən yolla nümayəndəliyin binasının arxasına getmişlər. Onlar da həmin şəxslərlə birlikdə getmək istəyərəkən Təqsirləndirilən şəxs onlara “Gəlməyin, bu içkilidir, qoy, başa salaq, çıxıb getsin evinə” demişdir. Belə olduqda onlar Təqsirləndirilən şəxsla Elburus Hüseynovun dalaşmayacaqlarını düşünmüş və buna görə arxalarınca getməmişlər. Bundan təxminən 1 və ya 2 dəqiqə sonra nümayəndəliyin arxasından qışqırıq səsləri eşidib qaçaraq həmin yerə getdikdə Təqsirləndirilən şəxsla Şahid9 nümayəndəliyin arxasından onlara tərəf gəldiyini, Elburus Hüseynovun isə qolunu tutaraq nümayəndəliyə tərəf gəldiyini görmüşdür. Həmin vaxt X38 Ələkbərova “Gör, telefonum orayamı düşüb” demişdir. X39 Cəfərov və “Yuska” ləqəbli Şahid9 ünvanına nalayiq söyüşlər söyüb “Siz məni döydünüz, gör sizin başınıza nə oyun açacam” demişdir. Bu vaxt Elburus Hüseynovun atası Hörmət və anası Safura həmin yerə gələrək Elburusu götürüb özləri ilə aparmışlar. X15 hadisə zamanı qolunun qırıldığını eşitmişdir. X24 qolunun hansı şəraitdə və necə qırılmasını görməmişdir. Təqsirləndirilən şəxs və Elburus Hüseynov çayxana kimi fəaliyyət göstərən klubun içərisindən mübahisə edə-edə nümayəndəliyin həyətinə çıxıb sola dönərək Məleykəgilin yaşadığı evə gedən yolun yaxınlığında yerləşən nümayəndəliyin binasının qarşısına çatıb orada mübahisələrini davam edərkən yanlarında o, Şahid9, ya Şahid2 ya da Abbas olmuşlar. Təqsirləndirilən şəxs yumruqla Elburus Hüseynovun sifətindən vurduqdan sonra Şahid9, Təqsirləndirilən şəxs və Elburus Hüseynovu söhbət etmək üçün Məleykəgilə gedən yola dönüb nümayəndəliyin binasının arxasına tərəf getmişlər. Onlar da həmin şəxslərlə birlikdə getmək istəyərəkən Təqsirləndirilən şəxs onlara “Siz gəlməyin, içkilidir, onu başa salıb qayıdırıq” dediyi üçün arxasınca getməmişlər. Onlar hər-hansı xoşagəlməz hadisənin baş verməyəcəyini düşünmüşlər və kluba tərəf gedərkən qəflətən nümayəndəliyin binasının arxa tərəfindən qışqırıq səsləri eşitmişlər. Həmin yerə doğru gedərkən Təqsirləndirilən şəxs və Şahid9 nümayəndəliyin arxa tərəfindən onlara tərəf gəldiklərini, Elburus Hüseynovun isə onlardan bir qədər aşağıdan, yəni Məleykəgilin evləri tərəfdən qolunu tutaraq onlara tərəf gəldiyini görmüşdür. Həmin vaxt Məleykənin də evlərinin həyətində dayandığını xatırlayır. Orada başqa şəxs görməmişdir. Sonradan ətrafa səs-küyü eşidən kənd sakinləri toplaşmışlar. X27 atası Hörmət və anası Safura da oraya gəlmişlər. Ətrafa toplaşan başqa şəxslərin kimlər olmasını hadisədən uzun müddət keçdiyi üçün xatırlamır. O, “Yuska” ləqəbli Nəsib X11 vurmasının, döyməsinin şahidi olmamışdır. Amma nümayəndəliyin binasının arxasından gələrkən Elburus Hüseynovun uca səslə Şahid9 və Təqsirləndirilən şəxs üz tutub “Siz məni döydünüz” deməsini eşitmişdir. Məleykə ləqəbli Şəkərbəy kənd sakini Qənfirə Musayevə X25 Cəfərov və Şahid9 tərəfindən döyüldüyünü görüb əlində olan lapatka ilə onlara yaxınlaşıb “Camaatın balasını öldürdünüz, əl çəkin” deyə bildirməsinin şahidi olmamışdır. Bu barədə eşitməmiş və bilmir. O, Təqsirləndirilən şəxs Elburus Hüseynovun sifət nahiyəsinə vurmasının şahidi olmuşdur. Ancaq Təqsirləndirilən şəxs Elburus Hüseynovun sifətinə əlinin içi ilə yoxsa yumruqla vurmasını dəqiq xatırlamır. O, Təqsirləndirilən şəxs Elburus Hüseynovu yumruqla vurmasını xatırlayır. Həmin zərbənin təsirindən Elburus Hüseynov divara çırpılsa da yerə yıxılmamış və harasa qaçmamışır. Bundan sonra Təqsirləndirilən şəxs, Elburus Hüseynov və Şahid9 söhbət edə-edə Məleykəgilə gedən yolla nümayəndəliyin arxasına tərəf getmişlər. Aradan heç bir və ya iki dəqiqə keçməmiş, o qışqırıq səslərini eşidib onlar tərəfə getmiş, orada Elburus Hüseynovun qolunu tutaraq Məleykəgil tərəfdən gəldiyini görmüşdür. Həmin vaxt Elburus Hüseynovun üst-başı elə də çox toz-torpağa bulaşmamışdır. X43 yıxılsaydı üst-başı tozlanardı və paltarları cırılardı. O, Elburus Hüseynovun yıxılmağına inanmır və belə bir halın şahidi olmamışdır. Hətta Elburusun özü də yıxıldığını deməmişdir. Elburus orada Elman və Nəsibə “Siz məni döydünüz” demişdir. X33 qolunu kimin qırdığını bilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillədən görünür ki, hadisənin baş verdiyi yer Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən, Təqsirləndirilən şəxs məxsus ikimərtəbəli fərdi yaşayış evidir, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən 04 ədəd giliz, 01 ədəd üzəri işləməli təsbeh, 01 ədəd F1 əl qumbarası və 01 ədəd qoşa lüləli tüfəng götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Gədəbər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və Gədəbər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulub istintaqa təqdim edilənək cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli könüllü gəlmə barədə protokoldan və eyni tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Gədəbəy RPŞ-ə gəlmiş, cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.2023-cü il tarixli, 23/772R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd PB-2756 nömrəli silah zavod üsuu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibri Makarov konstruksiyalı PM modeli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətindən istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov PM və Steçkin APS konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 ədəd P-97302 nömrəli keçmiş SSRİ dövlətində 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İjk modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd K-106638 nömrəli silah keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda 1956-ci ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd 1378-M nömrəli silah ilkin variantda keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda 1956-cı ildə istehsal olunmuş 20 kalibrli ZK modelli, çaxmaqlı, hamar, tək lüləli odlu yivsiz ov tüfəngi olub, lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 422 mm, ümumi uzunluğu 600 mm olan silah öz ilkin təyinatını itirmiş ZK modelli, çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 04 ədəd giliz 2010-cu ildə Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov, Steçkin konstruksiyalı və PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir, atılmış gilizləridir. Həmin gilizlər tədqiqata təqdim edilmiş PB-2756 nömrəli Makarov konstruksiyalı PM modelli tapançadan açılmışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə isthsal olunmuş 16x70 mm kalibrli olmaqla, həmin kalibrli yivsiz hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronlarının bir hissəsidir-atılmış gilizidir, hal-hazırda ov döyüş sursatı hesab edilmir. Həmin giliz tədqiqata təqdim edilmiş P- 97302 nömrəli İjk modelli yivsiz tək hamar lüləliov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş PB-2756 nömrəli Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə evə gilizlər, hadisə yerindən götürülmüş 04 ədəd giliz kartotekada olan əvvəllər törədilmiş açılmamış digər cinayət işləri üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə müqayisəsi eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.2023-cü il tarixli, 23/773R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə itehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd “UZRQM” tipli partlayıcısı ilə birlikdə zavod üsusu ilə istehsal olunmuş döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X18 Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 541 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ kürək nahiyəsinin dəri altı hematoması, geniş ölçülü qançırı küt əşyanın təsirindən törəmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 16 oktyabr 2023-cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokolizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılamağa xarakterik xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətləri onun stulla vurulması zamanı ala bilməsi inkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X18 Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 550 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən sətində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X18 Publik Hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 549 nömrəli rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsərətlər - travmatik şokla müşayət olunan sol bazu sümüyünün yuxarı üçdə birinin qapalı yer dəyişən sınığı küt əşyanın təsirindən törənmiş, törəmə müddətləri qərarın təsviri hissəsində göstərilən 18 iyul 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşmə nahiyyəsinə əsasən demək olar ki, qeyd olunan xəsarətləri onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibb ekspertiza və X18 PHŞ-nin xx.xx.2023-cü il tarixli 817/2023-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd uzunqol gödəkçə üzərində insan qanı ləkələri aşkar olundu, bu ləkələrdə qanın qrupu göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız A sntigeni alındı. Bu qan ləkələri Abeta (İİ) qruplu bir şəxsə, o cümlədən Şahid10 Binaymin oğlu, Şahid14 və ya X16 məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibb ekspertiza və X18 PHŞ-nin xx.xx.2023-cü il tarixli T46/2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs 17 oktyabr 2023-cü ildə məhkəmə-tibbi ekspertizası zamanı sağ kürək nahiyəsində dərialtı hematoma və qançır müəyyən edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın birdəfəlik təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qeyd edilən xəsarətin özünün ifadəsində göstərilən şəraitdə əmələ gəlməsini inkar etmək olmaz. Xəsarət yetirilən nahiyədə xəsarət yetirən alətin xüsusi əlamətləri özünü büruzə etmədiyindən bu haqda daha dəqiq fikir söyləmək mümkün olmadı. Xəsarətin xarakteri və yerləşdiyi nahiyə stulun ona atılması və yıxılarkən dəyməsi zamanı deyil, zərblə vurulması zamanı yaranmasına uyğun gəlir, belə ki, stul atılarkən və ya yıxılarkən dəyməsi zamanı xəsarət yarandığı halda mütləq sıyrılma sahələri yaranmalı idi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2021-ci il tarixli 736 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 18 iyul 2021-ci il tarixdə cinayət əməlini törədən zaman öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli götürmə aparılması barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi xx.xx.2023-cü il tarixdə əynində olmuş önü zəncirbəndli, kapişonlu, qara rəngli 01 ədəd gödəkcə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxs Şahid10 ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Şahid10 ifadəsində göstədiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstədiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, X14 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Elburus Hüseynov ifadəsində göstədiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X2 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Elman və Yusif adlı şəxslər onun döyərək xəsarət yetirmişlər, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Bakı şəhər Travmatologiya inistutunun tibb bacısı X40 RPŞ-nin növbətçi hissəsinə zəng edərək 1986-cı il təvəllüdlü Gədəbəy rayonu, Şəkərbəy kənd sakini X4 qolunun bazu sümüyü qapalı yerdəyişmə sınığı ilə xəstəxanaya daxil olduğunu, deməsinə görə tanıdığı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Sumqayıt şəhər TTY-nin tibb bacısı Məmmədova Gədəbəy RPŞ-nin növbətçi hissəsinə zəng edərək 1986-cı il təvəllüdlü Gədəbəy rayonu, Şəkərbəy kənd sakini X4 qolunun bazu sümüyü qapalı yerdəyişmə sınığı ilə xəstəxanaya daxil olduğunu, deməsinə görə tanıdığı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Sumqayıt şəhər Liman Klinikasının qeydiyyat şöbəsinin qeydiyyatçısı X46 RPŞ-nin növbətçi hissəsinə zəng edərək 1986-cı il təvəllüdlü Gədəbəy rayonu, Şəkərbəy kənd sakini X4 qolunun bazu sümüyü qapalı yerdəyişmə sınığı ilə xəstəxanaya daxil olduğunu, hazırda əməliyyatda olduğunu, deməsinə görə tanıdığı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçrilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillədən görünür ki, xx.xx.2021-ci il tarixdə X2 xəsarət alması ilə nəticələnin hadisə Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən, Gədəbəy rayonu Şəkərbəy İƏD üzrə nümayəndəliyinin inzibati binasına bitişik yerləşən yeməkxanada baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillədən görünür ki, Şahid4 ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillədən görünür ki, Şahid6 ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxs X14 ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə götərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X10 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin xx.xx.2021-ci il tarixli, 10787 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzə müraciət etməyib və dispanser müşahidəsi aparılmayıb. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gədəbəy rayon Şəkərbəy kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevrolji dispaserinin xx.xx.2024-cü il tarixli, 3519 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qazax psixatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli, 914 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada narkoloji və psixoloji qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli, 728 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə ona şamil edilən cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, 16 oktyabr 2023-cü il tarixdə ona şamil edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik keçirmir. O, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdipsixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə ona şamil edilən cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə ona şamil edilən cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə ona şamil edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs fərdi-xüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. 16 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisənin hansı şəraitdə və necə baş verməsini xatırlamaması ehtimalı inandırıcı deyil. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibb ekspertiza və X18 PHŞ-nin xx.xx.2024-cü il tarixli T416/2024 nömrəli rəyindən görünür ki, X3 travmatik şokla müşayiət olunan sol bazu sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 18 iyul 2021-ci ilə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətin xarakteri və yerləşdiyi nahiyə onun zərərçəkmişin öz boyu hündürlüyündən yıxılması zamanı yarana bilməsini inkar edir. İş üzrə verilmiş 549 saylı rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2021-ci il tarixli, 04/494 saylı arayışından görünür ki, X14 həmin xəstəxanasının təcili yardım şöbəsinə sol bazu sümüyünün yuxarı 1/3 hissəsinin qəlpəli sınığı travmatik şok diaqnozu ilə daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-12/2- 126485/2024 saylı məktubundan görünür ki, F-1 tipli, 86-209-72 nömrəli əl qumbarası və UZRQM tipli, 386-160-82 nömrəli partlayıcı silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN-nin BƏSİİ-də məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınma xarakterli ifadə kimi qiymətləndirir və hesab edir ki, onun göstərilən cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs, şahid ifadələri, ekspert rəyləri, habelə digər sübut xarakterli sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 228.1 və 315-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 315-ci maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməllərlə (hərəkətlərlə) Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş üç müstəqil cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 228.1 və 315-ci maddələri ilə təqsirli bilinərək, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, ilk dəfə cinayət hadisəsi törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmağı mümkün sayır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini və təsirləndirlən şəxsin cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 228.1 və 315-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olmağı mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 17 oktyabr 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddələrinin tələbləri qaydasında Gədəbəy rayon polis şöbəsində saxlanılan maddi sübut- 01 ədəd «F1» tipli əl qumbarasının gövdəsi və 01 ədəd «F1», «RQD-5» və «RQ- 42» tipli əl qumbaralarının «UZRQM» tipli partlayıcısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 46 (qırx altı) iş saatı (5 iş saatı xx.xx.2025-ci il tarixədək, 41 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi3 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 491 (dörd yüz doxsan bir) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 228.1 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 315-ci maddəsi ilə isə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddələrinin tələbləri qaydasında Gədəbəy rayon polis şöbəsində saxlanılan maddi sübut- 01 ədəd «F1» tipli əl qumbarasının gövdəsi və 01 ədəd «F1», «RQD-5» və «RQ- 42» tipli əl qumbaralarının «UZRQM» tipli partlayıcısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi3 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 491 (dörd yüz doxsan bir) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar