Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-252/2024 19.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1982-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış və hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən kustar üsulla hazırlanmış, külli miqdar hesab olunan ayrı-ayrılıqda təmiz çəkiləri 2,063 qram və 2,098 qram olmaqla ümumilikdə 4,161 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 02 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhəri Atatürk prospekti 15 saylı binanın yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş və üzərində aparılmış şəxsi axtarış zamanı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,063 qram və 2,098 qram olmaqla ümumilikdə 4,161 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, dini ekstremist materialları saxlama və yayma məqsədilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini-ekstremist materialları, yəni məzmununda dini nifrət və düşmənçiliyin salınmasına yönələn, forma və məzmunu Azərbaycanda “vilayətifəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyalar təbliğ etməkdən ibarət olan, üzərində «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsvirləri əks olunmuş və "X15: “Hüseyniyyun ordusu əmrini gözləyir”!!!» yazıları olan 01 ədəd plakatı və üzərində Yunis Səfərovun təsviri əks olunmuş və «Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq» yazıları olan 01 ədəd plakatı istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək gələcəkdə yayma məqsədi ilə 03 fevral 2023-cü il, saat 16:30-dək, yəni Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən ona məxsus avtomobildə axtarış aparılıb götürülənədək «Renault Kango» markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilində yaymaq məqsədi ilə saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə idarə etdiyi Renault Kangoo markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Gəncə şəhəri Atatürk prospekti ev 15 mənzil 2-yə gəldiyi vaxt, yaşadığı binaya yaxınlaşan zaman arxa tərəfdən dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli Hyundai markalı avtomobil işarə edərək ona yaxınlaşmış, ona avtomobili saxlamasına dair ifarə etmişdir. Bu səbəbdən o idarə etdiyi avtomobili saxlamışdır. Həmin şəxslərin polis əməkdaşları olduğunu anlamış, polis əməkdaşlarından biri ondan əlini sükana qoymasını tələb etmişdir. O, da tabe olub əlini sükana qoymuş, ondan sonra da digər iki nəfər mülki geyimli polis əməkdaşı sürücü tərəfdən maşının qapısını açıb onun maşından düşməsini istəmişdir.Buna görə maşından düşmüş və polis əməkdaşlarının idarə etdiyi qara rəngli Hyundai markalı avtomobilə əyləşdirib onu Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar.X27 markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşını isə onun tutulduğu yerdə qalmışdır.Gəncə şəhər Baş Polis İdarəsində sonradan adının Rəşad olduğunu bilidiyi əməkdaş özünün xidməti otağının giriş hissəsində onun əynində olan gödəkçəsinin yaxasından tutub onu təzyiq göstərmiş, lakin onu vurmamışdır. Sonra orada olan, adını bilmədiyi digər polis əməkdaşlarına onu başqa otağa keçirmələrinə dair göstəriş verilmişdir. Həmin otaqda adını bilmədiyi polis əməkdaşları ona yaxınlaşıb demişlər ki, iki ədəd paketdə olan herioini cibinə qoyacaqsan, bununla da həbsə getməlisən. Nəyə görə həbsə getməli olduğununun səbəbi isə izah olunmamışdır.Özü də bunun səbəbini soruşmamışdır. Sadəcə olaraq qorxmuşdur ki, ona işgəncə verərlər, ona görə adını xatırlamadığı polis əməkdaşlarının dediyi ilə razılaşmışdır. Ona adını bilmədiyi polis əməkdaşı iki ədəd paketi vermiş, o, da həmin paketləri əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Ona demişlər ki, indi video çəkiliş olacaq, çəkilişdə deyərsən bu narkotik vasitə olan heroini yerdən tapıb, götürərkən onu kimsə görməyib. Adlarını bilmədiyi polis əməkdaşlarının və vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilməsinə başlanılmış və bu barədə də video çəkiliş aparılmışdır. O, da videoçəkiliş zamanı ona deyilən sözləri təkrar etmişdir.Sonra onu müvəqqəti saxlama yerinə yerləşdirmişlər.Bir gün sonra 03 fevral 2023cü il tarixdə onu saxlandığı müvəqqəti saxlama yerindən çıxarıb Gəncə şəhər Baş Polis İdarəsinin qarşısına çıxarmışlar, idarənin qarşısında özünün Renault Kangoo markalı **-DV- *** dövlət qeydiyyat nişanlı avtomaşınını görmüşdür. Orada tanımadığı, adlarını bilmədiyi polis əməkdaşları onun maşınında axtarış aparmışlar. Maşından üç və ya dörd dini məzmunlu ona aid olmayan plakatlar, sonra sayını və məzmununu bilmədiyi dini kitablar çıxmışdır. Maşından çıxan dini məzmunlu kitabların və plakatların ona heç bir aidiyyatı olmamışdır. Həmin vaxt o, maşınına keçirilən baxış protokoluna imza etmiş, bunu da qorxusundan etmişdir. Maşından çıxan dini məzmunlu kitabların və plakatların maşınına kimin və kimlərin qoymasını bilmir, tutulan andan onun maşını onun saxlandığı yerdə qalmış, maşınının açarı da polis əməkdaşlarında qalmışdır.Onu da qeyd edir ki, sonradan ona məlum olmuşdur ki, onun evində də polis əməkdaşları tərəfindən axtarış keçirilmişdir. Bildirir ki, onun evindən və maşınından aşkar olunmuş “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı”qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəyli və Yunis Səfərovun təsvirləri əks olunmuş üzərində yazılar olan beş ədəd plakatlar, K.Bünyadzadənin “Eşqin hikməti” adlı kitabı, Orxan Maşayevin “Dünya coğrafiyasında müsəlman izləri” adlı kitabı, Aysel Abdullayevanın “İslam mədəniyyəti dini radikalizmə alternativ” adlı kitab, Rima Hacıyevanın “İslam tarixində fitnə və onun fəsadları”adlı kitabı, X18 “Dinlərin yaranma mənşəyi” adlı kitabı, X7 “Siffeyni müharibəsi” adlı kitabı, X21 X19 “Fıkıh dersleri” adlı kitab ona məxsus deyildir. Aşkar olunmuş X22 “Şəri suallara cavablar” adlı kitabı, X28 Məhəllatinin “İmam Əlinin (ə) həyatı” və X32 X33 “Nəhcül-bəlağə” adlı kitablar ona məxsusdur. Ona məxsus kitabları özünün dini biliyini artırmaq üçün almışdır. Ona məxsus həmin kitablardan biri olan X22 “Şəri suallara cavablar” adlı kitabı hazırda vəfat etmiş soyadını və ata adını bilmədyi Namiq adlı dostu hədiyyə etmişdir. Ona məxsus digər kitablar olan X28 Məhəllatinin “İmam Əlinin (ə) həyatı” və X32 X33 “Nəhcül-bəlağə” adlı kitabları isə Gəncə şəhərində yerləşən dini kibablar satan mağazalardan birindən almış, çoxdan aldığından həmin kitabları aldığı mağazanı xatırlamır. Həmçinin bildirir ki, 2012-ci ildə səhəti ilə bağlı Azərbaycan Respublikasının Biləsuvar sərhəd keçid məntəqəsindən keçib İran İslam Respublikasının Təbriz şəhərinə getmişdir. Təbriz şəhərindən də qatarla ziyarət məqsədilə Məşəd şəhərinə getmişdir. İran İslam Respublikasında heç bir kəslə əlaqəsi və ünsiyyəti olmamışdır. Bildirir ki, polis əməkdaşları ona heç bir fiziki təsir göstərməmişlər, yalnız psixoloji təsir göstərmişlər. Əlavə edir ki, məhkəmə narkoloji ekspertizasının rəyində onun narkotik vasitə olan heroindən istifadə etməyi və narkomaniyadan əzab çəkməyi göstərilsə də o, ümumiyyətlə narkotik vasitədən istifadə etməmişdir. İlk dəfə tutulduğu üçün istintaqın ilkin mərhələsində etirafedici ifadələr vermişdir. Ona fiziki təzyiq olmamış, sadəcə psixoloji təzyiqlər olmuşdur. Qətimkan tədbirinin seçilməsi ilə bağlı iştirak etdiyi məhkəmədə isə ondan soruşulmadığı üçün o da ona olmuş psixi təzyiqlər barədə heç bir məlumat verməmişdir. Narkoloji ekspertizadan keçirilən zaman ona əməliyyatçılar dediyi üçün o da həkimə əvvəllər ara-sıra narkotik vasitə istifadə etdiyini bildirmişdir. O dindar olduğuna və əvvəllər “Facebook” sosial platformasında yazdığı yazılara görə tutulduğunu ehtimal edir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadələri ilə məhkəmə baxışı iclası zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir, ittihamın mahiyyəti üzrə göstərir ki, arabir narkotik vasitə olan heroin qəbul edir.02 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində özünə məxsus Renault Kango markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri Atatükr prospektində yaşadığı binanın yaxınlığında hərəkətdə olarkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində narkomanlar arasında kakos kimi tanınan narkotik vasitə olan heroin saxlamışdır.Həmin vaxtı iki nəfər mülki geyimdə olan şəxslər avtomobilinə əl edib onu saxlamışlar, həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər.Bundan sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər və o, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilində onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gəlmişdir.İdarədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaratmışlar və o, ona təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün dövlət hesabına hər hansı vəkilin dəvət olunmasını xahiş etmişdir.Bundan sonra vəkil X6 təyin olunaraq ona təqdim olunmuşdur və vəkilinin iştirakı ilə ona hüquqları izah olunmuş, sonra isə üzərində şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən iki ədəd ayrı-ayrı sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür.Polis əməkdaşları onun və vəkilinin iştirakı ilə həmin bükümə baxış keçirmişdir.Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan heroinə bənzər kütlələrdən biri sellefanla birlikdə 2,31 qram, digər kütlə isə sellofanla birlikdə 2,27 qram, ikisinin birlikdə çəkisi 4,57 qram gəlmiş, zərfdə qablaşdırılaraq DİN-in 91 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Bundan başqa şəxs axtarış zamanı üzərindən 1 ədəd özünə məxsus Xiaomi markalı mobil telefon, 230 manat 90 qəpik pul, 1 ədəd avtombilinə məxsus açar aşkar edilmişdir.Üzərindən aşkar edilən pul və avtomobil açarı özünə qaytarılmış, mobil telefon isə sübut əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür.Bildirir ki, üzərindən aşkar edilmiş kütlə kakos kimi tanınan narkotik vasitə olan heroindir, o, həmin narkotik vasitənin saxlanıldığı gün, yəni 02 fevral 2023-cü il tarixdə səhər saatlarında yerdən tapmış, həmin narkotik vasitədən gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır.Üzərində olan narkotik vasitədən heç kimə verməmiş, nə də ki, satmamışdır.Yerdən tapdıqdan sonra özü istifadə etmək üçün üzərində saxlamışdır.Özündən başqa hər hansı bir şəxsin saxladığı narkotik vasitədən xəbəri olmamışdır.Gəncə şəhər Baş Polis İdarəsinə gətirilən zaman və həmin idarədə olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zorakılıq və ya digər bir qanunsuz hərəkət edilməmişdir.Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş heç bir əşya saxlamır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində 04 fevral 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, Gəncə şəhər Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarına əsasən ona məxsus avtomobildən aşkar edilmiş kitabları xatırlamadığı vaxtlarda Gəncə şəhərində yerini xatırlamadığı dini mağazalardan almışdır.Həmin kitablar dini məzmunlu kitablardır və həmin kitabları o, özü mütəmadi olaraq oxuyurmuş.İran İslam Respublikasında cəmi bir dəfə olmuşdur.Belə ki, təxminən 10 il bundan əvvəl ziyarət etmək üçün İranın Məşhəd şəhərində və xəstəliyi ilə bağlı müalicə üçün Təbriz şəhərində olmuşdur.Hacı Talehi fəail dindar bir şəxs kimi tanıyır, onunla hər hansı münasibəti olmamış, o, sadəcə onun çıxışlarını sosial şəbəkədə görmüş, həmçinin televiziyadan isə onun həbs olunmasını bilir.X23 İslam Respublikasının ali dini lideridir, həmçinin o, onu dini alim kimi qəbul edir, onunla heç bir münasibəti olmamışdır.X24 şəhərində törətdiyi cinayətdən tanıyır.Yunis Səfərovu və Tohid İbrahimbəylini tanısa da onlarla hər hansı münasibəti olmamışdır.O, bildiyi qədəri də X16 İslam Respublikasında yaşayır.Təqsirləndirilən şəxs avtomobilindən və yaşadığı evdən aşkar edilmiş Ayətulla Xomeyninin, Yunis Səfərovun, Tohid İbrahimbəylinin, Hacı Talehin şəkilləri və üzərində dini çağırışlar aşkar edilmiş şəkilləri haradan və nə məqsədlə əldə etməsi ilə bağlı bildirmişdir ki, həmin şəkilləri Gəncə şəhərində xatırlamadığı vaxtda və yerlərdən almış, zənn etmişdir ki, dini alim kimi qəbul etdiyi Ayətulla Xomeyninin şəkilləri vardır, istifadə etmədiyi üçün digər şəxslərə məxsus şəkillərin orada olmasını bilməmişdir.O, bütün sosial şəbəkələrdə “Təqsirləndirilən şəxs” adı ilə qeydiyyatdar keçərək həmin sosial şəbəkələrdən istifadə edir.Həmçinin Facebook sosial şəbəkəsində əlavə olaraq Sübhan Hüseynli adı ilə qeydiyyatdadır.Ancaq dini çağırışları təbliğ edən qrupun üzvü deyildir.Sadəcə olaraq təxminən bir bundan əvvəl Facebook sosial şəbəkəsində ölkəmizdə İran İslam Respublikasına dəstək və onları təbliğ edən videolar paylaşmışdır.Yaşadığı evdən aşkar edilmiş dini kitablardan və plakatlardan hər hansı şəxsə təbliğat məqsədilə verməmiş və bu barədə bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bölməyə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi, istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul olunmuşdur.Həmin tarixdə NMB-nin əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi Renault markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobildə Gəncə şəhəri Atatürk prospektində yaşadığı evin yaxınlığında müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim etmişlər, xidməti vəsiqələrini göstərib barəsində qəbul olunmuş əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib onu idarə etdiyi avtomobillə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi ilə təmin olunmaq hüququ da izah edilmiş və vəkil X2 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 2 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin kakos kimi tanınan narkotik vasitə heroin olduğunu, Poçt qəsəbəsində yerdən tapdığını, istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlamağa iş yoldaşı Şahid3 maşını ilə getmişlər. Təqsirləndirilən şəxs maşını həmin yerdə qalmış, lakin maşının sonradan kimin tərəfindən polis idarəsinə gətirilməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-60/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-276/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətinə yəni, 02 iyul 2023-cü il tarixə qədər uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-985/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 03 (üç) ay müddətinə yəni, 02 oktyabr 2023-cü il tarixə qədər uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-985/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 03 (üç) ay müddətinə yəni, 02 oktyabr 2023-cü il tarixə qədər uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-668/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətinə, yəni 02 dekabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 fevral 2023-cü il tarixli Raportdan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütamadi olaraq üzərində narkotik vasitə, psixotrop maddə qəbul etməsi, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində təhqiqatçı polis baş leytenantı X11, NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili polis leytenantı Şahid2, həmin bölmənin kiçik inspektoru polis serjantı Şahid3, həmçinin müdafiəçi X6 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir.İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildiyi bildirilir.Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddənin olub olmaması soruşulur, vardırsa təqdim etməsi təklif olunur.Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 2 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri təqdim edir.Həmin kütlələrə baxış keçirilərək elektron tərəzidə çəkilir, narkotik vasitə olan heroinə bənzər kütlələr sellofanla birlikdə ayrı-ayrılıqda çəkiləri 2,31 qram və 2,37 qram gəlir, zərfdə qablaşdırılaraq DİN-in 120 saylı möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır.Bundan başqa Təqsirləndirilən şəxs üzərindən Redmi Xiaomi markalı mobil telefon, 203 manat 90 qəpik pul, 1 ədəd avtomobil açarı aşkar olunur, 203 manat 90 qəpik pul və 1 ədəd avtomobil açarı sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılır, 1 ədəd mobil telefon isə gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülür.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin kakos kimi tanınan narkotik vasitə olan heroin olduğunu, səhər saatlarında Poçt qəsəbəsində yerdən tapdığını, həmin vaxt yanında heç kəsin olmadığını, tapdığı narkotik vasitədən istifadə etmədiyini, əvvəllər narkotik vasitə istifadə etdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 fevral 2023-cü il tarixli, “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evində və ona məxsus «Renault kango» minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobildə 03 fevral 2023-cü il tarixdə axtarış və götürülmə aparılmışdır.Axtarış zamanı Təqsirləndirilən şəxs məxsus «Renault kango» minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobildən 01 ədəd «Siffeyn müharibəsi», 01 ədəd «Fıkıh dərsləri» adlı kitab, 02 ədəd üzərində yazılar olan Ayətullah Xomeyninin şəkli, 01 ədəd üzərində yazılar olan Yunis Səfərovun şəkli olan plakat, 01 ədəd üzərində yazılar olan Tohid İbrahimbəylinin şəkli olan plakat, 01 ədəd üzərində yazılar olan Hacı Talehin şəkli, yaşadığı ünvan 5 ünvanında yerləşən evdən isə 01 ədəd «X31 İbn Əbutalib nəhcül-bəlağə», 01 ədəd «Şəri suallara cavablar», 01 ədəd «İmam Əlinin həyatı», 01 ədəd «İncil», 01 ədəd «Eşqin hikməti», 01 ədəd «Dinlərin yaranma mənşəyi», 01 ədəd «Dünya coğrafiyasında müsəlman izləri», 01 ədəd «İslam tarixində fitnə və onun fəsadları», 01 ədəd «İslam Mədəniyyəti» adlı dini kitablar və 06 ədəd üzərində çağırışlar olan foto şəkil plakatlar aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının 30 may 2023-cü il tarixli, 4/870 saylı rəyindən görünür ki, 1. ekspertizaya təqdim edilmiş «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəyli və Yunis Səfərovun təsvirləri əks olunmuş plakatların və onların üzərindəki yazıların («X15: Hüseyniyyun ordusu əmrini gözləyir!!!: Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq») forma və məzmunu Azərbaycanda «vilayəti-fəqih» ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyalar təbliğ etməkdən ibarətdir.
2. Təqdim edilmiş materiallar linqvistik və dinşünaslıq baxımından təhlil edildikdə Azərbaycanda konstitusion quruluşun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar aşkarlanmamışdır.
3. Ekspertizaya təqdim edilmiş ədəbiyyat nümunələrindən K.Bünyadzadənin «Eşqin hikməti» kitabı istisna olmaqla digər ədəbiyyat nümunələri və məlumat materialları dini təyinatlıdır.Aşağıda qeyd edilmiş dini ədəbiyyat nümunələrinin istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X29 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir:
1. Orxan Maşayevin «Dünya coğrafiyasında müsəlman izləri»
2. Aysel Abdullayevanın «İslam mədəniyyəti dini radikalizmə alternativ»
3. Rima Hacıyevanın «İslam tarixində fitnə və onun fəsadları»
4. X28 Məhəllatinin «İmam Əlinin (ə) həyatı»
5. Məhəmmədrza Həmidinin «Dinlərin yaranma mənşəyi»
6. X32 X33 «Nəhcül-bəlağə»
7. X7 «Siffeyn müharibəsi» X21 X19 «Fıkıh dersleri» (2-ci cild) kitabının istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X29 üzrə Dövlət Komitəsinə hər hansı bir müraciət daxil olmamışdır. X30 Xameneinin «Şəri suallara cavablar» (İ və İİ cildlər) kitabının istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X29 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməmişdir. Ekspertizaya təqdim edilmiş 5 (beş) ədəd plakat qanunvericiliyin tələblərinə zidd olaraq («Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi) X29 üzrə Dövlət Komitəsinin razılığı olmadan istehsal və ya idxal edilmişdir.
4. Təqdim edilmiş dini materiallardan «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin foto şəklindən ibarət plakatda və Yunis Səfərovun foto şəkili əks olunmuş plakatda dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilmişdir.
5. Ekspertizaya təqdim edilmiş Orxan Maşayevin «Dünya coğrafiyasında müsəlman izləri», Aysel Abdullayevanın «İslam mədəniyyəti dini radikalizmə alternativ», Rima Hacıyevanın «İslam tarixində fitnə və onun fəsadları», X28 Məhəllatinin «İmam Əlinin (ə) həyatı» və Məhəmmədrza Həmidinin «Dinlərin yaranma mənşəyi» kitabı ölkə nəşriyyatlarında çap olunmuşdur.Digərləri xarici nəşriyyatlarda çap olunmuşdur.
6. Ekspertizaya təqdim edilmiş materiallardan Yunis Səfərovun və «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsvirləri əks olunmuş plakatlar dini ekstremist materiallar sayılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə kimyəvi ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspretiza X20 Bölməsinin 16/181 nömrəli 2 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «şübhəli şəxs H.Rövşən N oğlunun üzərindən aşkar edilmiş kütlə» sözlər və imzalar olan kağız paketdəki 2 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 2,063 qram, 2,098 qram, ümumi təmiz çəkisi 4,161 qram olan maddələr kustar üsulla hazırlanmış narkoik vasitə heroindir.Təqdiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixtarcına, tarizit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 13 fevral 2023-cü il tarixli, 253 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X26 Gəncə şəhər şöbəsinin 04 fevral 2023-cü il tarixli, 164 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin 948 nömrəli 07 fevral 2023-cü il tarixli məktubundan görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2016-cı il tarixli AZ-T 002803 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Sübhan Hüseynli Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli AZ-İV 575953 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Səccad Hüseynli, Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2016-cı il tarixli AZ-İİİ 814318 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Fatimə Hüseynli, Təqsirləndirilən şəxs qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 14 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-ci il tarixli, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1da yaşayır və arvadı 1993-cü il təvəllüdlü X4, oğlu 2000-ci il təvəllüdlü Səccad Hüseynlidən, oğlu 2014-cü il təvəllüdlü Sübhan Hüseynlidən, qızı 2015-ci il təvəllüdlü Fatimə Hüseynlidən, oğlu 2017-ci il təvəllüdlü Əbəlfəz Hüseynlidən və qızı 2023-cü il təvəllüdlü Rövşanə Hüseynlidən ibarət ailə üzvləri vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 2,063 qram, 2,098 qram, ümumi təmiz çəkisi 4,161 qram olan maddələr kustar üsulla hazırlanmış narkoik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 3,961 qram qram çəkidə narkoik vasitə heroin və Təqsirləndirilən şəxs «Renault Kango» markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilindən götürülmüş dini ekstremist material sayılan 01 ədəd üzərində Yunis Səfərovun şəkli olan, 01 ədəd X8 şəkli olan plakatlar saxlanmasından ötrü Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ona polis əməkdaşların psixoloji təzyiq göstərməsi, ondan aşkar olunan narkotik vasitənin, avtomobilindən aşkar olunmuş plakatların və bu kimi digər predmetlərin polislər tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı ayrı-ayrı vaxtlarda verdiyi ifadələri, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, üzərinə keçirilimiş şəxsi axtarış və maşınına keçirilmiş baxış protokolları və həmin protokola əlavə edilmiş video diskd, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Həmçinin sözügedən disklərə baxış zamanı görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra maşının açarı ona verilir və maşınına baxış zamanı isə Təqsirləndirilən şəxs könüllü şəkildə maşının açarlarını maşına baxış keçirilməsi üçün özü polis əməkdaşlarına təqdim edir. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Belə ki, məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadələri ilə məhkəmə baxışı iclası zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, O Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir, ittihamın mahiyyəti üzrə göstərir ki, arabir narkotik vasitə olan heroin qəbul edir.02 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində özünə məxsus Renault Kango markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri Atatükr prospektində yaşadığı binanın yaxınlığında hərəkətdə olarkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində narkomanlar arasında kakos kimi tanınan narkotik vasitə olan heroin saxlamışdır.Həmin vaxtı iki nəfər mülki geyimdə olan şəxslər avtomobilinə əl edib onu saxlamışlar, həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər.Bundan sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər və o, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilində onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gəlmişdir.İdarədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaratmışlar və o, ona təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün dövlət hesabına hər hansı vəkilin dəvət olunmasını xahiş etmişdir.Bundan sonra vəkil X6 təyin olunaraq ona təqdim olunmuşdur və vəkilinin iştirakı ilə ona hüquqları izah olunmuş, sonra isə üzərində şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən iki ədəd ayrı-ayrı sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür.Polis əməkdaşları onun və vəkilinin iştirakı ilə həmin bükümə baxış keçirmişdir.Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan heroinə bənzər kütlələrdən biri sellefanla birlikdə 2,31 qram, digər kütlə isə sellofanla birlikdə 2,27 qram, ikisinin birlikdə çəkisi 4,57 qram gəlmiş, zərfdə qablaşdırılaraq DİN-in 91 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Bundan başqa şəxs axtarış zamanı üzərindən 1 ədəd özünə məxsus Xiaomi markalı mobil telefon, 230 manat 90 qəpik pul, 1 ədəd avtombilinə məxsus açar aşkar edilmişdir.Üzərindən aşkar edilən pul və avtomobil açarı özünə qaytarılmış, mobil telefon isə sübut əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür.Bildirir ki, üzərindən aşkar edilmiş kütlə kakos kimi tanınan narkotik vasitə olan heroindir, o, həmin narkotik vasitənin saxlanıldığı gün, yəni 02 fevral 2023-cü il tarixdə səhər saatlarında yerdən tapmış, həmin narkotik vasitədən gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır.Üzərində olan narkotik vasitədən heç kimə verməmiş, nə də ki, satmamışdır. Yerdən tapdıqdan sonra özü istifadə etmək üçün üzərində saxlamışdır.Özündən başqa hər hansı bir şəxsin saxladığı narkotik vasitədən xəbəri olmamışdır.Gəncə şəhər Baş Polis İdarəsinə gətirilən zaman və həmin idarədə olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zorakılıq və ya digər bir qanunsuz hərəkət edilməmişdir.Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş heç bir əşya saxlamır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində 04 fevral 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, Gəncə şəhər Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarına əsasən ona məxsus avtomobildən aşkar edilmiş kitabları xatırlamadığı vaxtlarda Gəncə şəhərində yerini xatırlamadığı dini mağazalardan almışdır.Həmin kitablar dini məzmunlu kitablardır və həmin kitabları o, özü mütəmadi olaraq oxuyurmuş.İran İslam Respublikasında cəmi bir dəfə olmuşdur.Belə ki, təxminən 10 il bundan əvvəl ziyarət etmək üçün İranın Məşhəd şəhərində və xəstəliyi ilə bağlı müalicə üçün Təbriz şəhərində olmuşdur.Hacı Talehi fəail dindar bir şəxs kimi tanıyır, onunla hər hansı münasibəti olmamış, o, sadəcə onun çıxışlarını sosial şəbəkədə görmüş, həmçinin televiziyadan isə onun həbs olunmasını bilir.X23 İslam Respublikasının ali dini lideridir, həmçinin o, onu dini alim kimi qəbul edir, onunla heç bir münasibəti olmamışdır.X24 şəhərində törətdiyi cinayətdən tanıyır.Yunis Səfərovu və Tohid İbrahimbəylini tanısa da onlarla hər hansı münasibəti olmamışdır.O, bildiyi qədəri də X16 İslam Respublikasında yaşayır.Təqsirləndirilən şəxs avtomobilindən və yaşadığı evdən aşkar edilmiş Ayətulla Xomeyninin, Yunis Səfərovun, Tohid İbrahimbəylinin, Hacı Talehin şəkilləri və üzərində dini çağırışlar aşkar edilmiş şəkilləri haradan və nə məqsədlə əldə etməsi ilə bağlı bildirmişdir ki, həmin şəkilləri Gəncə şəhərində xatırlamadığı vaxtda və yerlərdən almış, zənn etmişdir ki, dini alim kimi qəbul etdiyi Ayətulla Xomeyninin şəkilləri vardır, istifadə etmədiyi üçün digər şəxslərə məxsus şəkillərin orada olmasını bilməmişdir.O, bütün sosial şəbəkələrdə “Təqsirləndirilən şəxs” adı ilə qeydiyyatdar keçərək həmin sosial şəbəkələrdən istifadə edir.Həmçinin Facebook sosial şəbəkəsində əlavə olaraq Sübhan Hüseynli adı ilə qeydiyyatdadır.Ancaq dini çağırışları təbliğ edən qrupun üzvü deyildir.Sadəcə olaraq təxminən bir bundan əvvəl Facebook sosial şəbəkəsində ölkəmizdə İran İslam Respublikasına dəstək və onları təbliğ edən videolar paylaşmışdır.Yaşadığı evdən aşkar edilmiş dini kitablardan və plakatlardan hər hansı şəxsə təbliğat məqsədilə verməmiş və bu barədə bildirməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 167-3.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 167-3.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşalarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Ona görə də qanunun həmin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddənin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və 167-3.1-ci maddənin sanksiyasında isə səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 13 fevral 2023-cü il tarixli, 253 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxsna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 2,063 qram, 2,098 qram, ümumi təmiz çəkisi 4,161 qram olan maddələr kustar üsulla hazırlanmış narkoik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 3,961 qram qram çəkidə narkoik vasitə heroin və Təqsirləndirilən şəxs «Renault Kango» markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilindən götürülmüş dini ekstremist material sayılan 01 ədəd üzərində Yunis Səfərovun şəkli olan, 01 ədəd X8 şəkli olan plakatlar saxlanmasından ötrü Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, maddi sübut hesab edilmiş şəxsi axtarış və baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 2,063 qram, 2,098 qram, ümumi təmiz çəkisi 4,161 qram olan maddələr kustar üsulla hazırlanmış narkoik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 3,961 qram qram çəkidə narkoik vasitə heroin və Təqsirləndirilən şəxs «Renault Kango» markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilindən götürülmüş dini ekstremist material sayılan 01 ədəd üzərində Yunis Səfərovun şəkli olan, 01 ədəd X8 şəkli olan plakatlar məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 182 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 167-3.1-ci maddəsi ilə 02 (iki) il müddətinə, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə isə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona Azərbaycan Respublikası CM-in 167-3.1 və 234.4.3-cü maddələri ilə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 02 fevral 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 2,063 qram, 2,098 qram, ümumi təmiz çəkisi 4,161 qram olan maddələr kustar üsulla hazırlanmış narkoik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 3,961 qram qram çəkidə narkoik vasitə heroin və Təqsirləndirilən şəxs «Renault Kango» markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilindən götürülmüş dini ekstremist material sayılan 01 ədəd üzərində Yunis Səfərovun şəkli olan, 01 ədəd X8 şəkli olan plakatlar məhv edilsin, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 182 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.