Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-252/2025 12.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu (məruzəçi hakim) və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş 01 (bir) il 29 (iyimi doqquz) gün çəkilməmiş azadlığın məhdudlaşdırma cəzası qalan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Tovuz rayonu, Abulbəyli kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1 siyahısına daxil edilən 6,082 qram çəkidə psixotrop maddə metamfetamini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Tovuz rayonu, H.Əliyev küçəsində yerləşən “Park” marketin yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 31 may 2024-cü il tarixdə saat 14:42-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Tovuz RPŞnin inzibati binasına gətirilib, həmin tarixdə saat 16:32-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarının sol yan cibindən satış məqsədi olmadan ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 6,082 qram ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Tovuz RPŞ-ə aparılmış və orada qanunsuz olaraq üzərinə silah qoyularaq guya həmin silahı qəbirstanlıqdan tapdığını demişlər. O, iki gün sonra polis şöbəsindən çıxdıqdan sonra Tovuz Rayon Prokurorluğuna getmiş, prokurorluq ədalətli araşdırma apararaq Tovuz rayon İcra və Probasiya şöbəsindən onun getdiyi yerlərin xəritəsini almış və onun qəbirstanlıqda olmadığı məlum olduğundan işə xitam verilmişdir. Bundan sonra Tovuz Rayon polis şöbəsinin rəis müavini Şaiq müəllim, İntiqam və Emin adlı əməliyyatçılar ona hədə-qorxu gələrək bu dəfə özləri yox Bakıdan gələn “qara maskalılar”ın külli miqdarda narkotik satışı adıyla onu tutub aparacaqlarını demişlər. O, fevral ayında təkrar prokurorluğa müraciət edərək polis əməkdaşları tərəfindən hədələndiyini və onlardan qorxduğunu bildirmişdir. 4 ay müddətində evdən bayıra tək çıxmamış, müstəsna hallarda ailə üzvləri ilə birlikdə çıxmışdır. xx.xx.2024-cü il tarixdə Tovuz rayonu, Xatınlı kəndində yaşayan dostunun evinə qonaq getmiş və ora çatdıqdan təxminən 15-20 dəqiqə sonra dostunun oğlu qapılarının ağzında tanımadığı avtomobil olduğunu demiş, o, həmin avtomobilə baxıb Tovuz Rayon Polis şöbəsinin əməliyyatçılarına məxsus ağ rəngli “prado” markalı avtomobil olduğunu bilmiş və dostundan cinayət törədib-törətmədiyini soruşmuş, o da elə bir şey olmadığını demişdir. Həmin avtomobil onu tutmaq üçün 2 saatdan çox bayırda gözləmiş, 2 saat sonra icraçı Babək Səfərli ona zəng edərək harada olduğunu, elektron nəzarət cihazında problem olduğunu bildirib, “gəl bununla bağlı sorğu-sual edəcəm” demişdir. O, icraçının onu qəsdən çağırdığını, bayıra çıxan kimi əməliyyatçıların onu saxlayacağını başa düşüb atasına zəng edib Xatınlı kəndində dostugildə olduğunu, qapıda polis avtomobili dayandığını, icraçının onu icra şöbəsinə çağırdığını, bayıra çıxmaqdan qorxduğunu, çıxan kimi onu tutacaqlarını demişdir. Bundan sonra atası və dayısı gəlib onu Tovuz rayon İcra və Probasiya şöbəsinə aparmışlar. O, icraçı Babaək Səfərlidən polislərin onu izləməsi barədə nə isə bilib-bilmədiyini soruşmuş, Babək də heç nə bilmədiyini demişdir. Onu polislərə “satan” şəxsin elə həmin icraçı Babək Səfərli olduğunu sonradan bilmişdir. Bir neçə gün sonra həmin icraçı xəbərdarlıq etmədən elektron nəzarət cihazının işləməməsi bəhanəsi ilə, 5 qanun pozuntusu ilə onu məhkəməyə çıxarmış, məhkəmədə elektron nəzarət cihazında heç bir problem olmadığı müəyyən edilərək işə xitam verilmişdir. Həmin hadisədən 1 həftə sonra, xx.xx.2024-cü il tarixdə, saat 02:15-dən səhər saat 06:30-a kimi evdə filmə baxmış və tez-tez elektron nəzarət cihazının işləyib-işləmədiyinə nəzarət etmişdir. Ertəsi gün saat 11-12 radələrində icraçı Babək Səfərli zəng edib gecə saat 02dən 06-a kimi elektron nəzarət cihazımın işləmədiyini bildirib icra şöbəsinə getməli olduğunu demiş, o da səhərə kimi oyaq olduğunu və aparata nəzarət etdiyini, işlək vəziyyətdə olduğunu desə də, icraçı Tovuz rayon İcra və Probasiya şöbəsinə getməsi üçün təkid etmiş və günortadan sonra Tovuz rayon İcra və Probasiya şöbəsində olmasını bildirmişdir. O, atasına zəng edib bu barədə bildirəndə atası Tovuz rayon İcra Hakimiyyətinin yanında olduğunu deyib yanına gəlməsini və birlikdə Tovuz rayon İcra və Probasiya şöbəsinə getmələrini demişdir. O, evdən çıxıb təxminən 200 metr getdikdən sonra tanımadığı avtomobil yanında dayanmış, avtomobildən şahid kimi adı keçən Şahid və tanımadığı başqa bir nəfər düşərək onu zorla avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Orada özlərini təqdim edərək Bakı şəhərindən, BMCMİ-dən onu aparmaq üçün gəldiklərini demişlər. O, bunun səbəbini soruşduqda onu polisdən şikayət etdiyi üçün saxladıqlarını, səs-küy salmamasını və nə desələr qəbul etməli olduğunu bildirmişlər. Bundan sonra ona bir büküm narkotik vasitə verib, videoçəkiliş zamanı cibindən çıxarıb təqdim etməsini demişlər, o etiraz edərək dediklərini etməyəcəyini söylədiyindən may ayının 31-də cəzaçəkmə müəssisəsindən azadlığa çıxmalı olan qardaşı ilə hədələyib qardaşını tutacaqlarını, evinə külli miqdarda narkotik vasitə qoyacaqlarını, özünü də ağır maddə ilə ittiham edəcəklərini, hətta vətən xaini çıxaracaqlarını deyərək hədələyib və döyüb ağır işgəncələr vermişlər. Təzyiqlərdən sonra məcbur olub onlarla razılaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 29 may 2024-cü il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat əsasında əməliyyat qrupu yaradılmış, İbrahim Nəbiyev və Zamir Əzimli ilə birlikdə 30 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində olduğu müəyyənləşdirib ona yaxınlaşaraq özlərini təqdim edib, onun da özünü təqdim etməsini istəmişlər. Onun şəxsiyyətini dəqiq müəyyənləşdirdikdən sonra Tovuz RPŞ-ə aparmışlar. Tovuz RPŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman onun üzərindən bir büküm metamfetaminə bənzər maddə aşkar olunaraq ekpertiziaya təqdim etmək üçün qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-zamanı Nuru həmin psixiotrop maddəni evinin yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixoloji və ya fiziki təsir olunmadığını, üzərinə baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs qolunda sıyrıq izi olduğunu görüb onun nə ilə bağlı olduğu soruşulmuş, Təqsirləndirilən şəxs ağacdan yıxıldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024cü il tarixli şübhəli şəxsi tutulması haqqında protokoldan və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oölunun üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** və əzbərdən bilmədiyi saylı mobil nömrələr olan Samsung markalı mobil telefonu, 01 ədəd üzərində Attenti yazısı olan elektron nəzarət cihazını, sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və arxa sol cibindən 04 manat pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm içərisindən psixotrop maddə metamfetmin olduğunu, həmin bükümü xx.xx.2024-cü il tarixdə yaşadığı küçədən tapdığını və zərərsizləşdirmək üçün üzərində saxladığını, həmin maddədən heçkimə vermədiyini və satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm və Samsung markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, elektron nəzarət cihazı və 04 manat pul isə iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3042 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş....(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 6,082 qram, ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotro maddə - metamftemindir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 288/MEŞ nömrəli rəyindən görünür ki, 1.2.3.4. Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - sağ üst göz qapağının, sağ almacıq nahiyəsinin, sol çiyin nahiyəsinin, sol saidin sıyrıqları, hər iki çiyin, sol kürək nahiyələrinin və sağ saidin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək ular ki, həmin xəsarətlər qərarda qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə əmələ gələ bilərdilər. - sol saidin və sağ əlin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izləri olduqları üçün onların əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Belə ki, bu hallar fərdi xüsusiyyətlərə uyğun xüsusi əlamətlər kimi də qiymətləndirilə bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 1904/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna adi olan metamfetmain aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Samsung markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024cü il tarixli protokoldan görünür ki, X1 Nuru Sərdar oğluna məxsus Samsung markalı mobil telefonu polis Kənan Kərimlidən təhvil almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, CB-791/146958/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 29 gün hissəsi çəkilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli, 1/2719 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şhəri 2 nömrəli X3 müraciət etməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli, 7622 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3862 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur, Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz RİH başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1694 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024cü il tarixli SMS məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin sms tarixçəsində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir mesaj aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X8 adında uşağı var. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satmaqda şübhəli olan şəxsin şəxsiyyətinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə ölkə ərzisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aprılmış əməliyyat axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə edilməmişdir. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması barədə ifadəsinə təniqidi yanaşaraq, işin faktiki hallarına uyğyn olmadığından və cinayət işinin materiallarında olan sübutlar, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokoları ilə təkzib edildiyindən və həmin ifadəni inandırıcı hesab etməyrək özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə metamfetamini əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəlincə isə məhəkəmə kollegiyası hesab edir ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə metamfetaminin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi kimi qiymətləndirilən şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs narkotik maddə metamfetamini satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də İbtidai istintaq zamanı da təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda təmiz çəkisi 5,982 qram çəkidə psixotrop maddə metamfetamini aldığı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyataxtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin külli miqdarda, yəni təmiz çəkisi 5,982 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtmallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs narkotik maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik maddə metamfetamini satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik maddənini çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 5,982 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədilə əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmədə araşdırılmış işin digər materiallar ilə sübuta yetirilmişdir. Beləliklə məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq üzərindən ümumi təmiz çəkisi 5,982 qram psixotrop maddə metamfetamin əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını cəzasının yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunduğundan onun əvvələr məhkum olunması cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxsin əvvəllər də qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edildiyindən təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Məhəkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum elmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, CB-791/146958/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 29 gün hissəsi çəkilməmişdir. Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 29 gün hissəsi Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinə əsasən 06 (altı) ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla və Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut AR DİN-nin BMCMİ-nin X7 sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 5,982 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Psixotrop maddənin məhv edilməsi Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə və “Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs ərazi nakroloji dispanserində proflaktiki qeydiyyata alınmaldır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 144 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 40 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxili hökmünə əsasən təyin edilmiş və çəkilməmiş 01 (bir) il 29 (iyirmi doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 06 (altı) ay 14 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi nakroloji dispanserində proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Azərbaycan Respublikasının DİN-nin BMCMİ-nin X7 sübutların saxlanma kamerasında saxlanılan, ümumi təmiz çəkisi 5,982 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Psixotrop maddəsinin məhv edilməsi AR DİN-nin BMCMİ-nə və “Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 114 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-252/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-252/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver