Məhkəmə qərarları › İş №1(100)-253/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-253/2020

20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-253/2020 20.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi – Şəmkir rayon Vəkil Bürosunun vəkili X4 və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Şəmkir rayonu, Çənlibel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində Şəmkir rayonu Çənlibel kəndində yerləşən “Çənlibel” kafesində spirtli içki qəbul etdikdən sonra kafedən çıxıb küçə qapısının qarşısında sərxoş vəziyyətdə olan həmkəndlisi Şahid4 yaxınlaşıb səs-küy salmasına görə sakitləşdirməyə çalışan vaxt həmkədlisi Zərərçəkmiş şəxs onların dalaşmalarını guman edərək həmin yerə gəlib onun hər iki qolundan tutmaqla fiziki ağrı yetirdiyinə və ona qarşı nalayiq ifadələr işlətdiyinə görə aralarında yaranmış münaqişə zamanı şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə o, üzərində olan, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən ov bıçağı ilə qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısının ön qoltuqaltı xətt üzrə Vİİ qabırğa səviyyəsindən döş boşluğuna keçən sol tərəfli hemopnevmatoraksa səbəb olmuş, bir ədəd deşilmiş kəsilmiş yara ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Qeyd olunan cinayət hadisəsinin baş verməsi təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki xx xxxx 2020-ci il tarixdə Gəncə şəhərindən gəlmiş qonaqları ilə birgə evlərinin arxa tərəfində olan dağa yeyib içmək üçün getmişdir. Onlar dağda yemək yeyib spirtli içki qəbul etdikdən sonra saat təxminən 17 radələrində qonaqlarını yola salmış və yaşadığı kəndin qurtaracağında olan adını bilmədiyi kafeyə getmişdir. Otaqların birində oturub pivə sifariş vermiş, bir qədər oturub pivə içdiyi zaman həmkəndliləri Sahil və Abbas da ora gəlmişlər. O, Sahilə və Abbasa da pivə sifariş vermiş, bir qədər birlikdə otaqların birində oturduqdan sonra hava isti olduğundan darıxıb çölə çıxmış, Sahillə Abbas isə otaqda oturumuşlar. O, çölə çıxdığı zaman kafenin yola çıxan qapısının yaxınlığında səs eşitmiş, yaxınlaşdıqda görmüşdür ki, həmkəndlisi olan Surət həddindən artıq sərxoş vəziyyətdə öz-özünə qışqırır. O, Surətin kiminləsə dalaşa biləcəyini guman etmiş, lakin buna tam əmin olmamışdır. Surətin hansı səbəbdən səs küy salmasını bilmədiyindən yaxınlaşıb onu sakitləşdirmək istəmiş, həmin vaxt digər həmkəndlisi və qonşusu olan Nicat sərxoş vəziyyətdə ona yaxınlaşaraq Sürətlə dalaşmağını irad tutub ünvanına nalayiq söyüşlər söyərək ona kəllə atmışdır. O, başını kənara çəkdiyindən Nicatın başı ona dəyməmişdir. Nicat onun əllərini tutub buraxmadığından o, Nicatı qorxutmaq eyni zamanda özünü müdafiə etmək üçün sağ əlini bir təhər Nicatın əlindən dartıb çıxardaraq belində olan bıçağı çıxarıb Nicatın sol böyründən bir dəfə vurmuşdur. Belə etməkdə məqsədi Nicatın ondan əl çəkməsi və Nicatı özündən kənarlaşdırmaq olmuşdur. Nicatı bıçaqla vurduqdan sonra Nicat əlini buraxıb dala çəkilərək koftasını qaldırıb böyrünə baxdıqda sol böyründən qan axdığını görmüşdür. O, Nicatın özünə məxsus olan VAZ 2106 markalı avtomobilə oturmasını və xəstəxanaya aparmağı demiş, lakin Nicat ona “sən sərxoşsan maşın sürə bilməzsən Emini çağır o məni aparsın” deyə bildirmişdir. O, etdiyi hərəkətlərdən peşman olub hirslənərək əlində olan bıçaqla avtomobilin kapotuna iki dəfə vurmuş, daha sonra qışqıraraq Emini çağırmış, sonuncu gəldikdə isə Nicatı təcili xəstəxanaya aparmasını demişdir. Emin nə baş verməsini soruşduqda Nicatı buçaqla vurduğunu bildirmişdir. Həmin vaxt Nicat özünə məxsus avtomobilə əyləşmiş, Emin də həmin avtomobili idarə edərək, oradan çıxıb getmişlər. Bundan sonra kafedə olan Abbasla Sahil onu yaşadığı evə aparmışlar. O, evə getdikdən sonra polis əməkdaşları evə gələrək onu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində tanışları Surət və Eminlə birlikdə özünə məxsus avtomobillə kəndlərinin yuxarı hissəsində yerləşən “Çənlibel” kafesinə yeyib içmək üçün getmişlər. Kafenin yan tərəfində olan çöl tərəfdə açıqda olan stolda oturaraq yeyib içmişlər. Saat təxminən 21 radələrində telefonun enerji yükləyicisini götürmək üçün avtomobilinə tərəf getmişdir. O, avtomobilinin yaxınlığına çatdıqda görmüşdür ki, iki nəfər mübahisə edir. Hava qaraldığından kənardan onların kimliyini bilmək olmamışdır. Yaxınlaşdıqda görmüşdür ki, onunla bir stolda oturan Surət digər qonşusu Amillə mübahisə edir. O, həmin vaxtı sərxoş olduğundan onların nəyə görə mübahisə etdiklərini bilməmişdir. Amillə Surətin dalaşmasını zənn etdiyindən Amili tutub kənara çəkmiş və Surətə oturduğu stola getməsini, Amili sakitləşdirib gəlcəyini demişdir. Surət getdikdən sonra Amilin hər iki əlindən tutaraq ona nalayiq söyüş söyərək nəyə görə Surətlə dalaşdığını soruşmuşdur. Bu vaxtı Amil qəfildən sağ əlini dartıb onun əlindən çıxartmış və həmin anda sol yan tərəfində istilik hiss etmişdir. Ağrı güclü olduğundan Amilin əlini buraxaraq kənara durmuş, köynəyini qaldırıb baxdıqda böyründən qan axdığını görmüşdür. Kafedən düşən işıqda Amilin əlində bıçaq olduğunu görmüş və Amildən onu bıçaqla vurmasının səbəbini soruşduqda Amil yerində donub qalmış, az sonra tez avtomobilə oturmasını və onu xəstəxanaya aparacağını demişdir. O, isə Amilə sərxoş olduğunu, avtomobili idarə edə bilməyəcəyini və buna görə də avtomobili idarə etmək üçün Emili çağırmasını bildirmişdir. Amil isə ona hirslənərək onu apara biləcəyini deyib əlindəki bıçqla iki dəfə avtomobilin kapotu üzərindən vurmuşdur. O, avtomobilin arxa oturacağına oturub tez Emini çağırmasını demiş, Amil də qışqırıb Emini çağırmışdır. Eminlə Surət həmin yerə gəlmiş, Emin ona yaxınlaşıb nə olmasını soruşduqda Amilin onu bıçaqla vurduğunu və onu tez xəstəxanaya aparmasını demişdir. Surət də avtomobilə oturduqdan sonra Emin avtomobili sürüb oradan çıxmışdır. Bundan sonra o, huşunu itirdiyindən heç nə xatılamamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyindən hazırda onunla barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində o, həmkəndlisi Nicatla yaşadığı kəndin qurtaracağında yerləşən “Çənlibel” kafesinə yeyib içmək üçün getmişlər. Onlar çöldə “bisetka”da oturub yeyib içdikdən sonra Emin adlı həmkəndlisi də kafeyə gələrək onlarla birlikdə oturmuşdur. Həmin vaxtı o, artıq sərxoş olmuşdur. Oturduğu stoldan duraraq özünə su gətirmək üçün kafenin içərisinə tərəf getdiyi zaman kafenin otaqlarının birində həmkəndliləri olan Amin, Sahil və Abbasın oturduğunu görmüşdür. O, Amilgilin oturduğu otağa girərək salamlaşmış və onların yanında oturmuşdur. Stolun üzərində olan pivə bakalından bir qədər pivə içmişdir. Lakin içəridə ürəyi sıxıldığından çölə çıxaraq kafenin çöl qapısının yanında olan Nicatın idarə etdiyi VAZ 2106 markalı avtomobilin yanına gəlmişdir. Orada açıq havada bir qədər dayanmışdır. O, çox spirtli içki qəbul etdiyindən sərxoş olmuş, bu səbəbdən də bir neçə dəfə qışqırmışdır. Həmin vaxt Amil onun yanına gələrək niyə qışqırdığını soruşmuş, o da çox spirtli içki qəbul etdiyini demişdir. Bundan sonra Amil ona orda dayanmamağı, gedib “bisetka”da oturmağı demişdir. Onlar yüksək səslə danışdıqlarından Nicat gələrək Amili kənara çəkmiş və ona da “bisetka”ya getməyini demişdir. O, Nicata heç bir söz demədən oturduğu stola getmiş, zənn etmişdir ki, Nicatın Amillə işi olduğundan ona stola getməyi demişdir. O, Eminin yanına gedib bir neçə dəqiqə oturduqdan sonra Amil qışqırıb Emini çağırmışdır. Amilin səsindən Emin nəsə olduğunu deyərək, stoldan durub qaçmışdır. O da Eminin arxasınca getmişdir. Nicatın avtomobilinin yanına getdikdə görmüşdür ki, Amil əlində bıçaqla avtomobilin yanında dayanmış, Nicat isə avtomobilin arxa qapısını açıb sol böyrünü tutaraq oturmuşdur. Amildən nə olmasını soruşduqda Amil Nicatı bıçaqla vurduğunu və Nicatı xəstəxanaya aparmağı xahiş etmişdir. O, avtomobilin arxa oturacağında, Nicatın yanında oturmuş, Emin avtomobilin sükanı arxasına keçərək, Şəmkir şəhəri istiqamətində sürmüşdür. Həmin vaxt Nicatdan nə olduğunu soruşduqda Nicat Amili sakitləşdirmək istədiyi zaman Amilin onun sol böyrünə bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Onlar yolun yarısına çatdığı zaman təcili yardımla qarşılaşmış və Nicatı təcili yardıma mindirmişlər. Daha sonra Nicatı oradan təcili yardım avtomobili ilə Gəncə şəhərinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində qonşusu Abbasla birlikdə yaşadığı kəndin qurtaracağında olan kafeyə pivə içmək üçün getmişlər. Onlar kafeyə çatdığı zaman orada digər həmkəndliləri və qonşusu olan Amilin kafedə oturduğunu görmüşdür. Onlar Amilin yanında oturmuşlar. Amil pivə içdiyindən Abbas və ona hərəsinə bir bokal pivə sifariş etmişdir. Pivə gələnə kimi o, çölə çıxmış çöldə olan stolların birində həmkəndlisi olan Nicatın Emin və Surət adlı digər həmkəndliləri oturduğunu görmüş, Nicatgilin yanına gedərək salamlaşıb, Amilin yanına qayıtmışdır. Təxminən 20-25 dəqiqə sonra Amil çölə çıxmış, onlar Amilin nəyə görə çölə çıxdığını bilməmişlər. Amil çölə çıxdıqdan təxminən 10 dəqiqə sonra Amilin qışqırıb Emini çağırdığını eşidib çölə çıxmışlar. Çölə çıxanda kafenin yol qapısının yaxınlığında dayanan Amilə yaxınlaşan zaman Eminin Nicatın avtomobilini sürüb oradan uzaqlaşdığını görmüşlər. Həmin vaxt Amilin əlində bıçaq olduğunu görüb nə olduğunu soruşduqda, Amil bildirmişdir ki, çölə çıxdığı zaman kafenin çölündə yol qapısının yaxınlığında Surətin öz özünə qışqırdığını görüb və Surətin kimləsə dalaşa biləcəyindən ehtiyat edərək, sakıtlşdirməyə çalışmışdır. Həmin vaxtı Nicat gələrək Amili kənara çəkmiş və nəyə görə dalaşdığını soruşmuşdur. Amil Nicatın əlindən dartınıb çıxmaq istəyən zaman Nicat Amilin qolunu sıxaraq nalayiq söyüş söymüşdür. Buna görə də Amil Nicatı sol yan tərəfindən bıçaqla vurmuşdur. Bundan sonra Amil Nicatın böyründən qan axmasını görüb Emini çağırb və Emindən Nicatı xəstəxanaya aparmasını xahiş etmişdir. Bundan sonra onlar Amili oradan yaşadığı ev istiqamətinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayından Şəmkir rayonu Çənlibel kəndində “Çənlibel” adlı kafeni icarəyə götürərək işlədir. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Çənlibel kəndindən olan Nicat adlı şəxs yanında olan bir iki nəfər şəxslə kafeyə gəlmişlər. Nicatgil kafedə çöldə açıq havada oturmuşlar. Saat təxminən 20 radələrində Çənlibel kəndindən olan tanımadığı üç nəfər gələrək, kafedə otaqların birində oturmuşlar. Onlar hərəsinə bir bokal pivə sifariş vermişlər. O, sonuncu gələnlərin pivələrini verdikdən sonra müştəriləri az olduğundan kafenin içərisində oturmuşdur. Saat təxminən 21 radəlrində hava qaraldığı zaman o, çöldə bir nəfərin digər nəfəri qşqıraraq çağırdığını eşitmişdir. Həmin şəxsin səsində həyacan hiss etdiyindən çölə çıxmış, çölə çıxdığı zaman görmüşdür ki, Nicat və yanında olan şəxslər tələsik avtomobilə oturaraq oradan uzaqlaşmışlar. Nicatgilin avtomobilin yanında isə tanımadığı müştərilər olmuşdur. Nicatgilin hesabı vermədən tələsik getmələri ona qəribə gəldiyindən o, orada dayanan şəxslərin yanına getdikdə, adını sonradan bildiyi Amilin əlində bıçaq olduğunu görmüşdür. Amilin yanında olan şəxslərlə birlikdə Amili sakitləşdirdikdən sonra Amil bildirmişdir ki, kafenin həyətində qışqıran Surəti sakitləşdirmək istəyən zaman Nicat gələrək qolundan tutub onu kənara çəkərək söyüş söydüyünə görə bıçaqla Nicatı vuraraq xəsarət yetirmişdir. Amillə Nicatın arasında olan söhbət kafenin yol qapısının yaxınlığında olduğundan o, Nicatla Amilin arasında olan mübahisəni eşitməmişdir. Təxminən yarım saat sonra Amil yanında olan şəxslərlə birlikdə kafedən uzaqlaşaraq getmişdir. Məhkəmədə tədqiq edilən məhkəmə tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 695 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sol yarısının ön qoltuqaltı üzrə Vİİ qabırğa səviyyəsində döş böşluğuna keçən sol tərəfli hemopnevmatoraksa səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətlə ola bilsin ki, ekspertizaya təqdim edilən bıçaqla yetirilmişdir, yetirilmə müddətləri xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsində görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilən məhkəmə tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 623 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol saidin aşağı ücdə birinin arxa səthinin kəsilmiş səthi yaraları iti kənarlı əşya ilə ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 3-5 gün əvvələ uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilən kompleks məhkəmə-trasoloji, soyuq silah ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3/761 3/762 saylı rəylərindən görünür ki, tədqiqata təqdim edilən 1(bir) ədəd bıçaq kustar üsul ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmə üçün nəzərdə tutulmuş) ov bıçağıdır, soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilmiş geyim əşyalarının səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi və sayı göstərilməklə təsvir edilən zədələr vardır. -Tədqiqata təqdim edilmiş köynəyin, maykanın səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq və s.) təsirti nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin, maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Köynəyin, maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. -Tədqiqata təqdim edilmiş köynəyin, maykanın səthindəki zədələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli, 695 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən “Döş qəfəsinin sol yarısının daxilə keçən deşilmiş kəsilmiş yarası....” xəsarəti ilə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarət üst-üstə düşür. Məhkəmədə tədqiq edilən məhkəmə psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 382 saylı rəyindən görüünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Məhkəmədə tədqiq edilən xx.xx.2020-ci il tarixli "baxış keçirilməsi haqqında" protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəmkir rayonu Çənlibel kəndində “Çənlibel” adlı kafedə baş vermişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2020-ci il tarixli, 210 saylı şərxoşluq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən sərxoş vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq edilən Şəmkir rayon Konsultativ Poliklinikasının xx.xx.2020-ci il tarixli, 251 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilən xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Şəmkir rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(076)-65/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2020-cil tarixli "Avtomobilə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ 2106 markalı avtomobilin ön kapotunun üzərində orta hissəyə yaxın yerdə iki ədəd 2 santimetr uzunluğunda kəsik var. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Çənlibel kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 434 nömrəli arayışdan və həmin tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çənlibel kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli notarial qayda təsdiq edilmiş və xx.xx.2020-ci il ərizələrindən görünür ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020 qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısa qol köynək və mayka maddi sübut kimi tanınmış və saxlanılmaları üçünŞəmkir RPŞ-də məsul saxlanca verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində Şəmkir rayonu Çənlibel kəndində yerləşən “Çənlibel” kafesində yemək yeyib spirtli içki qəbul etdikdən sonra kafedən çıxıb küçə qapısının qarşısında sərxoş vəziyyətdə olan həmkəndlisi Şahid4 yaxınlaşıb səs-küy salmasına görə sakitləşdirməyə çalışan vaxt həmkədlisi Zərərçəkmiş şəxs onların dalaşmalarını guman edərək həmin yerə gəlib onun hər iki qolundan tutmaqla fiziki ağrı yetirdiyinə və ona qarşı nalayiq ifadələr işlətdiyinə görə aralarında yaranmış münaqişə zamanı şəxsi münasibətlər zəminində üzərində olan, soyuq silah hesab edilməyən ov bıçağı ilə qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısının ön qoltuqaltı xətt üzrə Vİİ qabırğa səviyyəsindən döş boşluğuna keçən, sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın özündə zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə Şahid4 arasında olan söhbətin mahiyətini öyrənmədən hadisə yerinə gəlib təqsirləndirilən şəxsin hər iki qolundan tutmaqla fiziki ağrı yetirməsi və ona qarşı nalayiq ifadələr işlətməsi, məhz bu səbəbdən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranması göstərilmiş, lakin ittiham aktında təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınan zaman zərərçəmiş şəxsin qanunsuz hərəkətləri nəzərə alınmamışdır. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda göstərilənlər, həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin özünün də qeyd etdiyi kimi ona dəymiş ziyanın ödənilməsi təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-nin 59.1.8-ci, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nın 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması CM-nın 59.1.13-cü, səmimi etirafını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini və zərərçəkmiş şəxslə barışmasını, ona dəyən zərəri aradan qaldırmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni altı ildən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Ona görə də məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək, nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəza, yəni həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmədə tədqiq edilən şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və Şəmkir rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(076)-65/2020 saylı qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə Şəmkir BPİ-də saxlanılan maddi sübutlar, zərər çəkmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısa qol köynək və mayka, eləcə də Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq yararsız olduğundan məhv edilməlidir. Bundan başqa, iş materiallarına əlavə edilmiş qərardan və müdafiəçinin hesabatından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətini ödəməyə vəsaiti olmadığına görə ibtidai istintaq zamanı onun hüquqlarının müdafiəsi Şəmkir şəhər Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin hesabatından və ittiham aktının arayışından görünür ki, ibtidai istintaq zamanı vəkil X6 təqsirləndirilən şəxsə 40 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş cəmi 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X4 vəkil işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 120 manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin344-349, 351-353, 356-358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində Şəmkir BPİ-də saxlanılan zərər çəkmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək və mayka, eləcə də Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq yararsız olduğundan məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidadi istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X4 vəkil işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X9 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar