Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-253/2021 28.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X23 və X16, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi X19, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, subay, Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi ev 17 mənzil 29-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Ağstafa rayonunun Sadıqlı kənd sakini X25 ilə rəsmi nigahı olmadan birlikdə yaşayan bacısı X8 əldə olunmuş ümumi razılığa əsasən Ağstafa rayonundan yaşadıqları Bakı şəhərinə qonaq aparmaq məqsədi ilə atası X6 ilə birlikdə, sonuncuya məxsus “Hundai Tucson” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 09.01.2021-ci il tarixdə, saat 16 radələrində Ağstafa rayonu Sadıqlı kəndinə getmiş, Məmmədrahim Mustafayev evin qarşısında avtomobildən düşərək İlahə Mustafazadəni gətirmək üçün Taleh Süleymanovla birlikdə yaşadığı evin həyətinə daxil olmuş, avtomaşında oturub onların qayıtmasını gözləyərkən, atasının gecikməsinin səbəbini öyrənmək üçün avtomobilin pəncərəsini endirib danışıqları dinləyərkən, Taleh Süleymanovun fikrini dəyişərək İlahənin onlarla getməsinə icazə verməyərək atası ilə mübahisə edib onun ünvanına təhqiredici ifadələr işlətdiyini eşidib bundan əsəbiləşərək Taleh Süleymanovu və mübahisələrə səbəb olmuş bacısı - İlahə Mustafazadəni öldürmək qərarına gəlmiş, bu məqsədlə maşında olan 964 №-li şəhadətnamə ilə 30.03.2020-ci il tarixdən əldə etdiyi, 20 kalibrli, “MAVORİC MRC 920” modelli, 20AZ-0004 №-li, yarım avtomatik (özü dolduran) yivsiz odlu ov tüfənginin darağını patronla dolduraraq silahı atəşə hazır vəziyyətə gətirib avtomaşından düşərək evin həyətinə daxil olub atası ilə mübahisə edən X20 qəsdən öldürmək məqsədilə sonuncu ilə yanaşı dayanan atası Məmmədrahim Mustafayev və bacısı İlahə Mustafazadənin həyat və sağlamlığı üçün real təhlükə yarandığını şüurlu surətdə dərk edərək Taleh Süleymanova doğru 1.5 metr məsafədən ardıcıl 2 dəfə atəş açaraq döş qəfəsinin sağ tərəfinin və boynun arxa səthinin kor qırma yaraları, ürəyin yuxarı səthinin, sol-sağ ağciyərin zədələnməsi, kəskin daxili qanaxma ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən, döş qəfəsinin kor güllə yaraları nəticəsində baş vermiş hemaragik şokdan (kəskin daxili qanaxma) ölümünə səbəb olan xəsarətlər yetirməklə onu ümumi təhlükəli üsulla qəsdən öldürmüş, daha sonra hadisə zamanı qorxaraq evin içərisinə qaçmış İlahəni də əlində olan silahla qəsdən öldürmək məqsədilə sonuncunun arxasınca evə girmək istəsə də atası Məmmədrahim Mustafayevin qapının qarşısında dayanıb onu içəri buraxmayaraq mane olması səbəbindən cinayətkar niyyətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4, 29, 120.2.7-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Binəqədi rayonunda yuxarıda qeyd edilən ünvanda yaşayır, atasıgil Xırdalan şəhərində yaşayır, onların evi yaşadığı evə yaxındır. Arada tez-tez gedib atasıgildə qalmışdır. Rəsmi olaraq heç yerdə işləməmişdir, subaydır. Etibarnamə əsasında idarə etdiyi atasına məxsus “Hundai Tucson” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə də məşğul olmuşdur. 2013-2018-ci illərdə Ukaynada qiyabi ali təhsil almışdır. Xəstəliyilə bağlı hərbi xidmətdə olmamış, hərbi xidmətə məhdud yararlı hesab edilmişdir. Onda anadangəlmə qurdağızlıq olmuş, bununla bağlı uşaqlıqda bir neçə dəfə əməliyyat olmuşdur. Silahlara xüsusi marağı olduğu üçün qanuni əsaslarla ov tüfəngi əldə edib arabir vaxtı olduqca Novxanı atıcılıq mərkəzinə gedib orada atəş açmışdır. İki ov tüfəngi vardır. Onlardan birincisi 12 kalibrli ******* nömrəli “Barak” markalı silahı 2019-cu ilin dekabr ayında, Bakı şəhər, 20 Yanvarda 1 nömrəli ovçular mağazasından təxminən 800-900 manata almışdır və həmin tüfəngin təyinatı üzrə istifadə edilməsi üçün 24.12.2019-cu il tarixli 2415 nömrəli şəhadətnaməsi vardır. İkinci silah olan 12 (20) kalibrli 20 AZ-0004 nömrəli “Movoric” markalı silahı isə 2020-ci ilin mart ayında 1100 manata Sumqayıt şəhərində hazırda xatırlamadığı ovçular mağazasından almışdır. Həmin tüfəngin də təyinatı üzrə istifadə edilməsi üçün 30.03.2020-ci il tarixli 964 nömrəli şəhadətnaməsi vardır. “Barak” markalı ov tüfəngi həmişə maşında arxada idman çantasının içərisində olmuş, “Movoric” markalı silahı isə atışa və ya ova gedəndə götürmüşdür. Novxanı atıcılıq mərkəzinə getdiyi vaxtlarda isə hər iki ov tüfəngi maşında saxlamışdır. Son dəfə “Movoric” markalı silahı hadisədən 2-3 gün əvvəl Novxanıda atıcılığa gedəndə götürmüş və ondan sonra maşından düşürtmədiyi üçün maşında qalmışdır. X10 doğma bacısıdır. 2013-cü ildə bacısı Bakı şəhərində Məhəmməd adlı şəxslə sözlü olmuş, ailələri bir-biri ilə tanış olmuşdur. Həmin vaxtlarda böyüklər razılaşsa da, özü İlahənin Məhəmmədlə ailə qurmasını istəməmiş, Məhəmməd görünüşü və danışığı ilə özünə qarşı inam yaratmamışdır. Həmin il Məhəmməd əsgərlikdə olduğu müddətdə İlahə sonradan tanıdığı Ağstafa rayon Sadıqlı kənd sakini Taleh adlı şəxsə qoşulub qaçmış bacısının belə rəftarına görə onunla arası olmamış, incimişdir. İlahə Talehə qoşulub qaçsa da, sonradan bir neçə dəfə atası gedib onu evlərinə gətirmiş, İlahə onlarda qalmış, lakin sonradan yenə Ağstafaya Talehin yanına gəlmiş, sonradan küsdüyü üçün təkrar Bakıya qayıdıb Məhəmmədlə ailə qurmuşdur. Təxminən 4 il İlahə Məhəmmədlə rəsmi nigahda olmuş, həmin dövrdə iki azyaşlı uşağı olmuşdur. Məhəmmədlə nigahı olduğu dövrdə İlahə yenə Ağstafaya Talehin yanına qoşulub qaçmış, vaxtla bağlı olanları dəqiq xatırlamadığı üçün hadisələrin dəqiq tarixlərini göstərə bilmir. Sonuncu dəfə İlahə Talehlə birlikdə olduğu müddətdə Məhəmmədlə nikahda qalmışdır. Talehə telefonla danışanda ona İlahə ilə Məhəmmədin nikahın pozulması, həm də uşaqları görə bilməsi üçün İlahənin Bakıya gəlməyinə icazə verməyi demiş, lakin Taleh icazə verməyərək, bu mövzunun elə də maraqlı olmadığını demişdir. Son 1 ay ərzində Ağstafa rayonu Sadıqlı kəndində olarkən bacısı anasına sms yazaraq onu gəlib götürməyi demişdir. Özü həm İlahəyə, həm də Talehə qarşı acıqlı olmuşdur. Buna səbəb bacısının bu qədər hadisələrdən sonra Talehlə birlikdə yaşamağına, Talehin isə bacısının 2 uşağı olmasına baxmayaraq onu qəbul etməsi olmuşdur. 08 yanvar 2021-ci il tarixdə axşam atasıgildə olanda səhər Ağstafaya İlahəni gətirməyə getməyi demiş, 09.01.2021-ci il tarixdə atasıgildən səhər tezdən saat 07 radələrində Bakı şəhərindən “Hundai Tucson” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxmışlar. Maşında arxada oturmuş, yolda olarkən bir dəfə atası zəng edib İlahəgilə gəldiyini, yolda olduqlarını demişdir. Atası maşını yavaş sürdüyü, eləcə də, Ağsu yolu ilə gəldikləri üçün həmin gün saat 16 radələrində Ağstafa rayon Sadıqlı kəndinə çatmışlar. Maşında arxada oturmuş atası maşından düşüb Talehgilin həyətlərinə girmiş, bacısı və Taleh atasını qarşılamışdır. Maşından bunları görsə də bacısıgilin onu görüb görmədiklərini dəqiq bilmir. Evin küçə qapısı dəmir setkalı olduğu üçün küçədən görünmüş, lakin atası maşını evin yanında saxladığı üçün həyəti tam görə bilməmişdir. Atasının həyətə girdikdən 5 dəqiqə sonra qayıtmadığını görüb maşının pəncərəsini aşağı endirdikdə, Talehin atası ilə yüksək səslə danışdığını, “getməyəcək, qoymayacam, gedə bilməz, qalmalıdır” kimi sözlər dediyini eşitmişdir. Söhbətin uzanmağı, Talehin atası ilə yüksək səslə danışması və İlahəni buraxmamasına əsəbləşib mübahisəni sonlandırmaq üçün səsi yavaş çıxır deyə maşının arxasında - yük yerində olan özünə aid “Movoric” markalı silahı və maşında olan patronları götürmüş, hər iki darağı patronla doldurmuş, bir darağa 9, digərinə isə 5 patron qoymuşdur. 9 patron doldurduğu darağı silaha taxıb maşının içərisində silahı atəşə hazır vəziyyətə gətirib maşından düşmüş, məqsədi Talehi və bütün bu söhbətlərə səbəb olmuş bacı İlahəni öldürmək, mübahisəyə son qoymaq olmuşdur. Həyətə girəndə, atası həyətin ortasında Talehlə üzbəüz durub danışmış, İlahə də onların yaxınlığında olmuşdur. Onun gəlməyini əvvəlcə Taleh və bacısı görmüş, atasına oradan çəkilməyi deyib, silahı ilk öncə Talehə tuşlamış, lakin atası arada olduğu üçün atəş aça bilməmişdir. Atasına çəkilməyini dedikdə, o, Talehi vurmamağı, silahı buraxmağı demiş, çox əsəbiləşdiyi üçün Talehi öldürmək fikri qəti olmuşdur. Atasına dəyməsin deyə bir az yana çəkilib 2-3 dəfə atəş açmış, güllələrdən ikisi Talehə dəymişdir. Bundan sonra bacısını da bütün bu söhbətlərə o səbəbkar olduğu üçün öldürmək istəmiş, İlahə atəşdən sonra qaçıb evin içərisinə girdiyinə görə onu vurmaq üçün arxasınca içəri keçmək istəsə də, atası qapının önündə dayanıb onu içəri buraxmamış, atasına qapının önündən çəkilməyini dedikdə o tərpənməmişdir. Atasına mane olmasın deyə “çəkil atacam” desə də, o evin qapısından çəkilməmiş, buna görə əsəbləşib hadisə vaxtı ətrafda olan hürən itə ard-arda bir neçə atəş açmışdır. Birinci daraqdakı patronlar qurtardığı üçün onu çıxarıb yerə atmış, hər ehtimala qarşı ikinci darağı silaha taxmışdır. Lakin ikinci darağı taxdıqdan hirsi soyuduğu üçün artıq atəş açmamış və maşına tərəf getmişdir. Atası da hirsinin soyuduğunu görüb bacısını içəridən çölə çıxartmışdır. Qayıdıb maşına minərək sükan arxasına əyləşmiş və silahı sağ yan tərəfinə qoymuşdur. Atası ilə bacısı arxada əyləşmiş, maşını sürüb getmişdir dəmiryolu keçidinə çatana yaxın polislər onu saxlamış o da təslim olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər psixi və ya nevroloji xəstəliyi olmadığını, bununla bağlı heç yerdə müalicə olunmadığını, Talehlə əvvəllər də sözlə mübahisəsi olduğunu, təxminən 4-5 il əvvəl Talehlə mübahisə etdiyini və sonuncunu yumruqla vurduğunu, 09.01.2021-ci il tarixdə Məmmədrahimlə Ağstafa rayonu Sadıqlı kəndinə gəlməkdə məqsədinin İlahəni götürüb qayıtmaq olsa da Sadıqlıda olarkən əsəbləşdiyi üçün həm Talehi, həm də İlahəni vurmaq istədiyini, silahı patronla doldurub maşından düşməkdə məqsədinin onları vurmaq olduğunu, hadisə zamanı ətrafda başqa şəxslər olmadığını, İlahə ilə Taleh arasında təxminən 1 metr məsafə olduğunu, o, gəldikdə Talehin onu görüb donub qaldığını demişdir. Həmin vaxtı Məmmədrahim də üzünü ona doğru çevirmiş, o atasına çəkilməyini dedikdə, sonuncu əllərini yana açaraq çəkilməmiş, ona atəş açmamasını bildirmişdir. Bundan sonra o, sağasola hərəkət edib Məmmədrahimdən yayınmış, ardıcıl bir neçə dəfə atəş açmış, Taleh yerə yıxılmış, İlahə isə içəriyə evə qaçmışdır. O, Talehə atəş açarkən aradakı məsafə təxminən 3-5 metr olmuş, atəş vaxtı İlahə Talehin sol tərəfində dayanmış, aralarında təxminən 1-2 metr məsafə olmuşdur. 09.01.2021-ci il tarixdə Abşeron şəhərindən çıxıb Ağstafa rayon Sadıqlı kəndinə gələrkən karantin postlarından atası Məmmədrahimin xidməti vəsiqəsi olduğu üçün, o özü də maşında arxada oturduğuna görə görünmədiyindən postlardan keçərkən problem olmamışdır. Avtomobildə ov silahı olması barədə atası Məmmədrahimin məlumatı olmamış, hadisədən sonra gərgin olduğundan atası Məmmədrahimlə İlahənin hansı qaydada maşına oturduqlarını xatırlamamışdır. O, Talehi vurduqdan sonra qaçıb içəriyə girmiş İlahəni də öldürmək üçün sonuncunun arxasınca içəriyə keçmək istəsə də atası Məmmədrahim qapının qarşısında dayandığı üçün o, içəriyə keçə bilməmişdir. Avtomobildə əyləşəndə İlahə ağlamış, o bütün olanların İlahənin ucbatından baş verdiyini demiş, həmin vaxt sonuncuya qarşı hər hansı aktiv hərəkət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X26 ifadəsində göstərmişdir ki, X25 onun böyük qardaşıdır. Özü 2017-ci ildə ailə həyatı qurmuş və həmin vaxtdan etibarən Türkiyənin Bursa şəhərində yaşamış, sonuncu dəfə 2020-ci ilin dekabr ayının 17-də Azərbaycana, dekabr ayının 29-da isə Sadıqlı kəndinə qayıtmışdır. Yoldaşı və azyaşlı uşağı hələ də Tükiyədə qalmışdır. Azərbaycana gəlməkdə məqsədi həm bəzi sənəd işlərini həll etmək, şəxsiyyət və sürücülük vəsiqəsinin müddəti keçdiyinə görə onları təzələmək, həm də bayramı kənddə yaşayan qardaşı Talehlə birlikdə keçirmək olmuşdur. Anası Şahid6 və atası Hümbət Süleymanov 3 ildir ki, Türkiyənin Bursa şəhərində qalmışlar. O, 29 dekabr 2020-ci il tarixdən kəndə qayıtdıqdan sonra qardaşı Taleh və qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı İlahə Mustafazadə ilə birlikdə ata yurdunda qalmışdır. Taleh rəsmi olaraq heç yerdə işləməmiş, təsərrüfatla məşğul olmuş 20-30 yeşik arısı olmuş və bal satmış, başqa məşğuliyyəti olmamışdır. Taleh xaraktercə sakit və təmiz adam olmuş, Bakı şəhər sakini İlahə Mustafazadə ilə 2013-cü ildə tanış olmuşdur. Qardaşı 2012-ci il oktyabr ayında hərbi xidmətdən qayıtmış, işlə əlaqədar Bakı şəhərinə gedib-gəlmişdir. Təxminən 2013-cü ildə kənddə olarkən Taleh ona Bakı şəhərindən zəng edib bir nəfər sevdiyini, həmin qızın razılığı ilə götürüb qatarla kəndə gəldiyini bildirmiş, ertəsi gün o, qardaşı Talehi və həmin qızı qarşılayıb evə gətirmişdir. Atası və anası da evdə olmuş, İlahə özü də könüllü gəldiyini demiş, buna görə qızın ailəsinə zəng edib bu barədə məlumat vermişlər. Həmin gün axşam qızın atası Məmmədrahim və xalası onlara gəlmiş və İlahəni geri qaytarmaq istəmiş, İlahə isə könüllü gəldiyini, heç yerə getməyəcəyini bildirmiş, sonuncunu apara bilmədikləri üçün həmin gün çıxıb getmiş, ertəsi gün yenə qayıtmışlar. Həmin gün qızı razı salıb maşına mindirib aparmaq istədikdə, İlahə maşından düşüb qaçmış, Talehlə harasa getmişlər. Həmin gün Məmmədrahimgil polislə onların qapısına gəlmiş, atası və anası Köçvəlli polis bölməsinə getmişlər. Polis bölməsində olarkən polis əməkdaşları Talehlə İlahəni tapmalarını və polisə gətirməli olduqlarını bildirmiş, qız könüllü gəldiyini etiraf edərsə, heç kimin sonuncunu zorla apara bilməyəcəyini demişlər. Daha sonra Talehlə İlahə tapılıb Ağstafa rayon polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində olarkən qız özü Sadıqlıda qalmaq istəsə də, atasıgil onu aparıb qayıtmışdır. Bundan bir neçə ay sonra, təxminən 2013-cü ilin noyabr-dekabr aylarında Talehlə o, Bakı şəhərində işçi kimi işləmiş, həmin vaxtı İlahə yenə telefonda Talehlə danışıb razılığa gəlmiş, onunla qaçmağı qərarlaşdırmışdır. O, Talehlə İlahəni Bakı şəhərindən Ağstafa rayon Sadıqlı kəndinə taksi ilə yola salmışdır. Taleh və İlahə birlikdə Ağstafa rayonu Sadıqlı kəndinə gəlmiş, bir neçə ay sonra kənddə toy keçirilmiş, ancaq rəsmi nikaha girə bilməmişlər. Sonradan rəsmi nikaha daxil olmaq istədikdə qızın ailəsi onun sənədlərini verməmiş, toydan bir neçə ay sonra qızın ailəsi sənədlərini götürmək, Bakıdan qeydiyyatdan çıxarmaq adı ilə İlahəni aparmış, lakin geri qaytarmamışlar. Bundan sonra qızın ailəsi ilə onların ailəsi arasında ədavət yaşanmışdır. 2014-cü ildə İlahə yenə Sadıqlıya qayıtmaq istədiyinə görə onun qardaşı Ramillə Taleh arasında söhbət olmuşdur. O da həmin vaxtı onların yanında olmuş, Ramil həmin vaxtı İlahə adında bacısı olmadığını, onu sildiyini demişdir. Sonradan İlahə yenə kəndə gəlmiş, ailəsi onu gəlib aparmaq istəmiş, qarşıdurma yaranmışdır. İlahə Bakı şəhərində olarkən 2-3 il başqa şəxslə nikaha daxil edilmiş və evli olduğu müddətdə də qaçıb kəndə gəlmişdir. Ozü 2017ci ildən Türkiyə Respublikasında olmuş, orada olduğu müddətdə dolanmaları üçün Talehgilə ayda 100-200 dollar pul göndərmişdir. 2020-ci il ərzində İlahə Talehlə birgə kənddə olmuş, yalnız həmin ilin Qurban bayramı ərəfəsində atası gəlib qızını aparmış, həmin vaxtı qayıtmağına icazə verəcəyini desə də, sonradan buraxmamış, İlahənin özü yenə qaçıb kəndə gəlmişdir. O, Türkiyədə olarkən İlahənin qardaşı Ramillə telefonda danışmış, qardaşı Talehlə Ramilin bacısının artıq bir yerdə yaşadıqlarını, onlara köməklik etməli olduqlarını demiş, Ramil isə İlahə ilə Talehin birlikdə yaşamalarını istəmədiyini, buna imkan verməyəcəyini demişdir. 2021-ci il yanvar ayının 9-da o, Ağstafa rayon Muğanlı kəndində xalasıgildə olmuş, bir neçə dəfə telefonla Talehlə danışmış, təxminən saat 15 radələrində Taleh ona zəng edərək qayınatası Məmmədrahimin qonaq gəldiyini, evə qayıdarkən ərzaq almağını demişdir. O, Məmmədrahimin kiminlə gəldiyini soruşduqda, Taleh tək gəldiyini demişdir. Əvvəllər ailəsi qızı kənddən aparmağa gələndə Ramil gəldiyi vaxtlarda söz-söhbət olduğu üçün o gələcəyi təqdirdə problem olacağını güman etmişdir. Xalasıoğlu ilə birlikdə yaşadığı evə gələndə yolda əmisi oğlu zəng edib Talehi vurduqlarını demişdir. O, əmisi oğlunun zarafat etdiyini düşünmüş, daha sonra əmisi Qara telefonu götürüb Talehi qayınatası Məmmədrahimgilin həqiqətən vurduqlarını, təcili gəlməsini demişdir. Bundan sonra dərhal polisə zəng edib hadisə barədə məlumat vermişdir. X26 ifadəsində əvvəllər Ramillə Taleh arasında bir neçə dəfə sözlə qarşıdurma olduğunu, Ramil və anası İradənin kəskin şəkildə onların birlikdə yaşamasına etiraz etdiyini, Talehlə İlahənin bir-birini sevib, çox mehriban və yaxşı dolandıqlarını, onlar arasında narazılıq olmasını bilmədiyini demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, X10 ifadəsində göstərmişdir ki, mərhum X20 ilk dəfə 2013-cü il may ayında Bakı şəhərində Dənizkənarı bulvarda gördüyünü, həmin vaxtı yaxınlaşmaq istəsə də, yanında olan qrup yoldaşlarının ona çıxıb getməsini dediklərini, sonradan Talehin əl çəkməyib evə gələndə arxamca düşüb gəldiyini, yolda tanış olduqlarını, aralarında sevgi münasibəti yarandığını, həmin vaxtı Məhəmməd adlı digər şəxslə sözlü olsa da əsgərlikdə olduğu üçün onunla əlaqə saxlamayıb, Talehlə telefonla danışdıqlarının, 2013-cü il oktyabr ayında ailəsindən xəbərsiz Talehə qoşulub könüllü Ağstafa rayonu Sadıqlı kəndinə gəldiyini, xalası atası ilə onu aparmaq üçün gəlsələr də, könüllü cinsi əlaqədə olduğu üçün atasıgilin küsüb getdiyini, 2013-cü il dekabr ayında atası və anasının gəlib, münasibətlərinə narazı olduqlarını deyib, şəraitsiz yerdə qaldığı üçün onu götürüb apardıqlarını, Talehlə münasibətinin kəsildiyini, 2014-cü ildə Məhəmməd əsgərlikdən gələndən sonra onunla münasibətinin yenidən bərpa olunduğunu və rəsmi qaydada ailə qurduğunu nikahdan 2016 və 2017-ci illərdə qız övladlarının doğulduğunu, əvvəl münasibətləri yaxşı olsa da, 2018-ci ilin sonlarında münasibətlərinin pisləşdiyini, uşaqları da götürüb Xırdalana, atasıgilin yanına getdiyini, nikahı olsa da Talehin zəng edib, mesaj yazıb, onunla maraqlandığını, evə qayıdanda Talehin anasına yazdığı mesajları gördüyünü, Talehin bacısı Türkiyədə yaşayan Sevinclə də “instagram” sosial şəbəkəsində yazışdıqlarını, Talehin həmin vaxt yenidən ona yazmağa başladığını və münasibətlərinin bərpa olunduğunu, 2019-cu ilin əvvəllərindən Talehlə Xırdalanda və Bakı şəhərində görüşüb, teztez telefonla danışdıqlarını, 2020-ci il mart ayında Novruz bayramından əvvəl Talehə qoşulub yenidən ata-anasının xəbəri olmadan Ağstafa rayonu Sadıqlı kəndinə gəldiyini, 2020-ci il yay aylarına qədər münasibətlərinin yaxşı olduğunu, uşaqları ilə arabir danışdığını, arada bir dəfə avqust ayında atası rayona Qurban bayramı ilə bağlı gələndə Talehin razılığı ilə atası ilə birlikdə Bakıya uşaqların yanına gedib təxminən 20 gün qaldığını, Bakıda olduğunu müddətdə Talehin ona qayıdıb gəlməyi, atasıgilin isə hələ rəsmi boşanma olmadığı üçün uşaqlarının yanında qalmağı dediyini, Talehin də təkid edib gəlməsə, özü gələndə dava olacağını dediyini, bacısı Sevincin də “watsapp” və “instagram” sosial şəbəkəsinda ona yazıb qayıtmağı bildirdiyini, şəxsiyyət vəsiqəsini təzlədikdən sonra Bakıda “Asan” xidmətdə olarkən, ora gələn Talehə qoşulub yenidən Sadıqlı kəndinə qayıtdığını, gələndən sonra münasibətlərinin pisləşdiyini, Talehin demək olar hər gün içib dostları ilə narkotik vasitə qəbul etdiyini, həmin vaxtlar onu əmisi Qaragilin evinə göndərdiyini, heçnədən onunla münaqişə yaratdığını, tez-tez döyüb, sillə, çubuqla vurduğunu, heçkimə şikayət edə bilmədiyini, Talehin kənddə yaşayan bütün qohumlarına ona telefon verməməyi tapşırdığını, maddi imkansız şəraitdə yaşadıqlarını, Taleh özü və onun mobil telefonlarından birini, sırğalarını da satıb bir hissəsinə yemək, qalanına narkotik aldığını, atasıgil zəng edəndə də telefonu səsucaldıcıya qoyub atasına artıq nəsə desə pis olacağını deyib onu hədələdiyini, qaçası olsa onu öldürəcəyini, atasıgilə isə qaçıb getdiyini deyəcəyini bildirdiyini, son dəfə hadisədən əvvəl heçnəyin üstündə Taleh onu çubuqla döyəndə, Talehin davranışına görə 2020-ci il dekabr ayının sonunda anasının istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Talehin əmisi nəvəsi olan Bəsti adlı uşağın mobil telefonundan “mənəm İlahədi” azərbaycan dilində, qalan hissəsini isə uşağın Talehə xəbər verməsindən qorxub rus dilində “atam gəlsin, məni aparsın, bura yazmayın nə də zəng etməyin, bilsə məni öldürəcək” məzmunlu mesaj yazdığını, bundan 3-4 gün sonra atasının Talehin işlətdiyi ***-***-**-** nömrəsinə özünün ***-***-**-** nömrəsindən zəng edib, babasının vəziyyətinin pis olduğunu onunla görüşmək istədiyini, İlahəni yola salmağı, yaxud gətirməyi dediyini, həmin zəngdən sonra Talehin əvvəlcə getməyinə razılıq versə də sonradan qardaşı Musa ilə qonşu otaqda danışanda “cəhənnəmə ölsün babası, qoyan deyiləm” dediyini, qardaşı Musanın da ona getməyə qoymamağı dediyini, Talehin də qarşılığında atasıgil gəlib aparmaq istəsələr onlarla dalaşacağını, lazım olsa Qara əmisindən silah götürüb onları vuracağını dediyini bildirmişdir. 09.01.2021-ci ildə ata təxminən saat 14 radələrində atası Talehə zəng edib gəldiyini, yolda olduğunu, amma məsafə uzaq olduğu üçün otura bilməyəcəyini, gəlib İlahəni götürüb qayıdacağanı, buna görə hazırlaşmağı dediyini, telefon zəngindən sonra Talehin atası gələndən sonra onunla danışıb getməyi dediyini, bir müddət sonra atası Sadıqlı kəndinə gələndə, Talehlə biryerdə həyətdə olduğunu, Talehin onu çağırıb atasının gəldiyini dediyini, qapıya tərəf gedib setka qapını açdığını, atası içəri girəndə, maşında kiminsə olduğunu görüb soruşanda, qardaşı Ramilin olduğunu dediyini, həyətə girəndə Talehin atası ilə sözlə salamlaşdığını, atası ona getməyi dedikdə isə Talehin getməyəcəyini bildirib, ona göz ağartdığını, atasına Talehin onu getməyə qoymadığını dedikdə Talehdən niyə qoymadığını soruşanda Talehin “mən qoymuram, heç kim apara bilməz, burda qalacaq” dediyini, atasının ona ayaqqabını geyinməyi dedikdə, Talehin mane olmaq üçün evin giriş hissəsinə gəldiyini, atasınının ona ayaqqabını geyinməməyi, çıxıb getməyi dediyini Talehin həmin vaxt üzü küçəyə tərəf özünün Talehin yanında, ondan 1-2 metr aralıda evin giriş qapısının çöl hissəsində dayandığını, Talehin atasının qabağında durub “yox aparmayacaqsan, cəhənnəm olun gedin” dediyini, Talehin atası ilə mübahisə edən vaxt qardaşı Ramilin yanlarına çatıb, onlardan təxminən 5 metr aralıda dayandığını, əlində silah olduğunu, atasının geriyə çevrilib qardaşının əlində silahı görüb, “bu nədir? yığışdır!” deyib, qardaşı Ramil vurmasın deyə tez Talehin qabağına keçdiyini, Ramilə “dayan”! deyib qışqırdığını, amma Ramilin atasından yayınıb Talehə doğru bir neçə dəfə atəş açdığını, Taleh yerə yıxılandan sonra evin içinə qaçdığını, pəncərənin yanına gəldiyini, qardaşı Ramilin onu nəzərdə tutub qapının ağzında atasına ” hanı o, hanı o, onu da vuracam” deyib qışqırdığını, atasının isə Ramilin içəri girməyinə mane olduğunu, Ramilə “bacını vuracaqsansa, onda məni vur” dediyini, həmin vaxt həyətdə itin hürməyə başladığını, ardıcıl 3-4 dəfə atəş səsi gəldiyini, bundan sonra atasının içəri girib, “gəl qızım, qorxma” dediyini, həmin vaxt olanların təsirindən özündə olmadığını, atasının qolundan tutub ona köməklik elədiyini, qapıdan çıxanda yerdə sol tərəfdə Talehin meyitini arxası üstə gördüyünü, küçəyə çıxıb atasının maşınına sağ arxa sərnişin qapısından minib, digər tərəfə keçib sürücü yerində əyləşən qardaşının arxa hissəsində oturduğunu, atasının da onun mindiyi qapıdan maşına minib sağ arxa sərnişin yerində əyləşdyini, qardaşı Ramilin maşını işə salıb sürəndə qonşu qapıdan Talehin əmisi arvadı Kifayətin onlara baxdığını gördüyünü, maşında olanda atasının qardaşına “bəsdir bu nə işdir, başımıza açdın” deyib irad tutduğunu, qardaşının isə atasına “olan oldu, o niyə qoymurdu, qızı gəlməyə, sən onun böyüyüsən, o nə hərəkətdir ki, səni saymırdı!?” dediyini, atası və özünün qardaşına qarşı tərəfdən kimsə gələrsə, daha böyük hadisə olacağını deyib maşını sürməyi dediyini, Ramil maşını sürə-sürə atasına “102-yə” zəng edib xəbər verməyi desə də, bir qədər getdikdən sonra polis post patrul maşının Qarayazı adlanan yerdə onları saxladığını, Ramilin təslim olduğunu, bir yerdə Köçvəlli polis Bölməsinə gəldiklərini demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, X6 ifadəsində göstərmişdir ki, X25 ilə qızı İlahə Mustafazadə ilk dəfə 2013-cü il bir yerdə qoşulub Sadıqlı kəndinə gəlmişdir. Həmin vaxtı İlahə Məhəmməd adlı şəxslə sözlü olmuş və sonradan Məhəmməd hərbi xidmətə yollanmış, sonuncunun İlahənin qoşulub qaçması barədə məlumatı sonradan olmuşdur. Həmin vaxtı Talehin atası zəng edib İlahənin onlarda olması barədə məlumat vermişdir. O, İlahəni qaytarıb aparmaq üçün baldızı ilə birlikdə Sadıqlı kəndinə gəlmişdir. Orada olanda artıq iş-işdən keçdiyini, İlahənin Talehlə artıq cinsi əlaqədə olduğunu öyrənmişdir. O, iradını bildirmiş, qayıtmışdır. Təxminən bir neçə ay sonra gələndə qızının şəraitsiz yerdə olduğunu görüb özü ilə Bakı şəhərinə aparmışdır. Sonradan qızı yenə də qaçıb Sadıqlıya gəlmişdir. Məhəmməd xidmətdən qayıtdıqdan sonra yenidən qızı ilə ailə qurmaq istədiyini demiş, o da bundan sonra gəlib yenidən İlahəni Bakıya aparmışdır. Bundan sonra qızı 2014-cü ildə Məhəmməd adlı şəxslə ailə qurmuş, övladları olmuş, Məmmədrahim qızınını ailəsinə özünün də qeydiyyatda olduğu ayrıca ev almışdır. 2018-ci ilin sonlarında qızı uşaqları da götürüb Xırdalana onların yanına gəlmişdir. 2020-ci il mart ayında Talehə qoşulub yenidən Ağstafa rayonu Sadıqlı kəndinə gəlmişdir. 2020-ci il yay aylarında o, Qurban bayramı ilə bağlı qızının yanına gəlmişdir. İlahəni aparıb yeni şəxsiyyət vəsiqəsi almasını, İlahənin Məhəmmədlə olan nikahının hələ pozulmadığı üçün, boşanmalarını, sonradan rəsmi nikaha girəcəyini Talehə demişdir. Avqust ayının ortaları ikinci dəfə Taleh razılıq verəndən sona gəlib qızını aparmışdır. Taleh onlar gedəndən 10 gün sonra İlahəyə qayıtmasını demişdir. İlahə də şəxsiyyət vəsiqəsi almaq adı ilə evdən çıxıb qayıtmamış, Sadıqlıya getdiklərini sonradan öyrənmişdir. Həmin vaxtdan o da artıq qızı ilə əlaqəni kəsmişdir. İlahənin Məhəmməddən olan övladlarına da onlar baxır. 2020-ci il dekabr ayının sonlarında yoldaşı İlahənin başqa adamın nömrəsindən mesaj yazdığını demişdir. Mesajı ona göstərmişdir. Mesajda “ay ana atama de gəlib məni aparsın. Taleh bilməsin” yazılmışdı. O, əvvəlcə əsəbi olduğu üçün elə qızı olmadığını demişdir. Amma sonra ürəyi dözməmiş, nəhayət 2021-ci ilin əvvəli o, Talehə zəng edib Bakıya gəlmək istəyib-istəmədiyini soruşmuşdur. İlahənin telefonu olmadığı üçün sonuncu ilə Talehin telefonu vasitəsilə danışmışlar. İlahəylə danışanda İlahə ona gəlmək istədiyini demişdir. Bundan sonra yenidən zəng edib İlahənin babasının vəziyyətinin pis olduğunu, İlahəni görmək istədiyini Talehə demişdir. O özünün gələ bilmədiyini, ya özünü göndərməyini, ya da maşınla göndərməsini, çıxıb qarşılayacağını demişdir. Taleh fikirləşəcəyini demişdir. Hadisədən bir neçə gün əvvəl yenə zəng edib babasının vəziyyətinin pis olduğunu, dəqiq bir söz deməyini demişdir. İlahə kiminsə Bakıya getməli olduğunu, mümkün olsa həmin tanışla gələcəyini demişdir. Oğlu Ramil 08.01.2021-ci ildə evlərinə - Xırdalana gəlib İlahəni gedib gətirmələrini demişdir. O isə "bəlkə ayın 18-dən sonra gedək, boşluq olacaq işdən çıxacam” demiş, Ramil isə şənbə günü olduğunu və həmin gün getməyi demiş, tək gedib qayıtmağın çətin olacağını özünün də gedəcəyini qeyd etmişdir. “Hundai Tucson” markalı, ** UE *** qeydiyyat nömrə nişanlı ona məxsus avtomobili oğlu Ramil sürüb gəlmişdir. Onlar həmin maşına minib, Şamaxı yolu ilə gəlmiş, iş vəsiqəsini göstərib postlardan keçmişlər. O, Ağstafa rayonun girişində Talehə zəng edib, qızına təxminən 1 saata çatacağını bildirmiş, qızından hazırlaşmasını, otura bilməyəcəyini, babasının vəziyyətinin pis olduğunu və İlahəni götürüb qayıdacağını demişdir. Danışıqdan təxminən saat yarım sonra Sadıqlı kəndinə qızı İlahənin yaşadığı evə çatmış, maşını geri döndərib Ağstafa istiqamətində saxlamış, maşından düşüb qapıya gəlmişdir. Qızı İlahə həyətə çıxıb setkanı açmış həmin vaxt Taleh də qızının yanında olmuşdur. Daha sonra İlahə maşındakının kim olduğunu soruşmuş, o isə cavabında maşındakının Ramil olduğunu demişdir. İlahə ilə bir yerdə həyətə girmiş, evə tərəf getməyə başlamış, qapının yanında dayanmışlar. O, qızı İlahəyə yolun uzaq olduğunu və getməli olduqlarını bildirmişdir. Taleh isə ona içəri gəlməsini və oturub söhbət etmək istədiyini demişdir. O isə cavabında yolun uzaq olduğunu və getməli olduğunu bildirmiş, bundan sonra Taleh telefonu götürüb çölə çıxmış, kiməsə zəng vurmuşdur. O, qızı İlahəyə “dur gedək” demiş və qızının qolundan tutub çölə çıxaranda Taleh çöldən qapının ağzında durub İlahəni heç yerə buraxmayacağını demiş, o isə cavabında qızını aparacağını, babasının vəziyyətinin ağır olduğunu bildirmişdir. Taleh ona İlahənin heç bir yerə getməyəcəyini, evdən çıxmayacağını bildirmişdir. O, Talehdən kənara durmasını tələb etmiş, sonuncu biraz çəkilmiş və onlar çölə çıxmışlar. Qızı İlahə qapının ağzında dayanmış, Taleh onun qolundan tutub, içəri girməsini tələb etmiş və onu içəri dartmışdır. O isə, Talehə əlini buraxmasını, Talehin tayı olmadığını, qızın ağsaqqalına hörmət etməli oduğunu və uzaq yoldan gəldiyini demişdir. Taleh isə yenə də İlahəni heç yerə buraxmayacağını və getməyəcəyini demişdir. Bundan sonra anidən Ramilin əlində tüfənglə setka qapıdan içəri girdiyini görmüş, sonuncudan nə etdiyini soruşmuş, tüfəngi yığışdırmasını tələb etmiş, Talehin qabağına keçmişdir. O yaxınlaşıb mane olmaq istədikdə, Ramil ondan yayınıb Talehə doğru bir neçə dəfə atəş açmış, Taleh yerə yıxılmış, İlahə içəri, o isə qapının yanına qaçmışdır. Ramil İlahənin harada olduğunu soruşmuş və sonuncunu da vuracağını bildirmişdir. O qapının ağzında çöldə durub oğlu Ramilin içəri girməsinə mane olmağa çalışmışdır. Ramil içəri keçmək istəyən zaman sonuncudan bacısını deyil onun özünü vurmasını istəmiş, Ramil isə həyətdə hürən itə bir neçə dəfə atəş açmış, bundan sonra sakitləşib maşına tərəf getmiş, o isə içəri girib, İlahəni çağırmışdır. Bütün bu olanlardan İlahə qorxmuş, bu səbəbdən də sonuncunun qolundan tutub köməklik edib evdən çıxartmışdır. Həmin vaxt Talehin meyiti yerdə olmuş, o, küçəyə çıxıb arxa sərnişin qapısından əvvəlcə İlahəni maşına mindirmiş, sonra da özü minmişdir. Ramil isə sürücü yerində oturmuşdur. Daha sonra Ramil maşını işə salıb sürməyə başlamış, bir müddət gedəndən sonra ondan “102”-yə zəng vurub məlumat verməsini istəmiş, amma o, hadisənin təsiri ilə zəng edə bilməmişdir. Bundan sonra Ramilin idarə etdiyi maşının qabağını qarşıdan gələn post patrul maşını kəsmiş və onları saxlamışlar. Yalnız hadisə vaxtı və hadisədən sonra oğlu Ramildə 2 ədəd ov tüfəngi olduğunu bilmiş, həmin ov silahlarını Xırdalanda saxladığını görməmiş, Ramil və Taleh arasında hər hansı bir mübahisənin olduğunu bilməmiş, onun yanında telefonla danışıqları olmamışdır. O, oğlu həyətə girməmişdən qabaq özünün, qızı İlahənin və Talehin həyətdə ortada olduqlarını, Talehlə üzbəüz dayandığını və söhbət etdiyini, aralarında heç 1 metr məsafə olmadığını, Talehin üzü küçəyə doğru, özünün isə həyətə doğru dayandığını, qızı İlahənin evin giriş qapısının önündə, Talehin solunda dayandığını demişdir. O, Talehlə söhbət edəndə sonuncunun rənginin ağardığını, onun arxasına zillənib baxdığını görüb arxaya çevrilmiş, Ramil isə əlində silah həyətə daxil olub təxminən 5 metr məsafədə dayanmış, o, oğlu Ramilə yalvarıb “eləmə, vurma” kimi sözlər demiş, Ramil də “çəkil, vuracam” deyə bildirmişdir. O, Talehin qarşısında dayanıb sonuncunu mühafizə etmək istəsə də, Ramil sağa-sola hərəkət edib ondan yayınmış və ardıcıl 2-3 dəfə atəş açmışdır. Bundan sonra, Taleh yerə yıxılmış, İlahə içəri keçmişdir. Ramil İlahəni də vurmaq üçün içəri keçmək istəmiş, o qapının qarşısında dayanıb oğluna içəri keçməyə imkan verməmiş, Ramil əsəbləşib həyətin yanından hürən itə atəş açmış, bundan sonra sakitləşib maşına doğru getmiş, o da qızını tək orada qoya bilmədiyi üçün onu çağırıb bir yerdə gəldikləri maşına minib hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və adətən Bakı şəhər Binəqədi rayon H.Abbasov küç, ev.17, m.29 ünvanında yaşayır, arada onların yaşadığı ünvana da gəlib-gedir. Ramildə anadangəlmə qurdağızlılıq olmuş, burnuna və qurdağızlılığa görə bir neçə dəfə bir yaşı tamam olmamış əməliyyat olmuşdur. Buna görə Ramil çox əsəbi və nevrozdur. X25 ilə İlahə Mustafazadə ilk dəfə 2013-cü il tarixdə bir yerdə qoşulub Sadıqlı kəndinə gəlmiş, həmin vaxtı İlahə Məhəmməd adlı şəxslə sözlü olmuş və Məhəmməd hərbi xidmətə yollanmışdır. İlahənin qoşulub qaçması barədə sonradan məlumatları olmuşdur. Həmin vaxtı Talehin atası zəng edib İlahənin Ağstafa rayonu Sadıqlı kəndinə yerləşən evdə olmasını demiş, Məmmədrahim bacısı ilə birlikdə İlahəni qaytarmaq üçün Sadıqlı kəndinə gəlsə də, sonuncunun bakirəliyi pozulduğu üçün əsəbləşib qızı gətirmədən qayıtmışdır. Təxminən bir neçə ay sonra gələndə İlahənin şəraitsiz yerdə olduğunu görüb özləri ilə birlikdə Bakı şəhərinə aparmışlar. Məhəmməd xidmətdən qayıtdıqdan sonra yenidən İlahə ilə ailə qurmaq istədiyini demiş və 2014-cü ildə onlar nigaha girərək ailə qurmuşlar. Daha sonra yola getmədikləri üçün təxminən bir ildən sonra nigahları pozulmuş, sonra barışdıqları üçün yenindən nigaha girmiş, həmin izdivacdan 12.03.2016 və 07.12.2017-ci il təvəllüdlü 2 azyaşlı qız övladları olmuşdur. 2020-ci il mart ayında İlahə yenidən Talehə qoşulub Ağstafa rayonu Sadıqlı kəndinə gəlmiş, 2020-ci il yay aylarında Məmmədrahim Qurban bayramı ilə bağlı İlahənin yanına getmiş, sonuncunu aparmaq istəsə də, Taleh qoymamışdır. Daha sonra Taleh razı olmuş, o İlahəni Bakıya gətirmiş, Bakıda olarkən 2020-ci ilin oktyabr ayında İlahə şəxsiyyət vəsiqəsi almaq adı ilə evdən çıxıb qayıtmamışdır. O, sonradan İlahənin Taleh çağırdığı üçün, onunla birgə Sadıqlıya qayıtdığını öyrənmiş o vaxtdan qızı İlahə ilə əlaqəni kəsmişlər. İlahə Sadıqlıda olduğu müddətdə telefon işlədə bilməmiş, sonuncu ilə Talehin telefonu vasitəsilə danışmışlar. 2020-ci il dekabr ayının 31-də İlahə (050) 449-25-27 mobil nömrədən onun 055 810-08-68 nömrəsinə mesaj yazaraq yaşadığı Sadıqlı kəndindən aparılmasını istəmişdır. 1-2 gün sonra yoldaşı Məmmədrahim zəng edib Talehlə danışıb İlahəni göndərməsini demiş, Taleh isə razı olmamışdır. 8 yanvar 2021-ci il tarixdə oğlu Ramillə atası Məmmədrahim gedib İlahəni gətirməyi danışmış, həmin vaxta qədər bir neçə dəfə gedib qızı gətirmək söhbəti olmuş, lakin sonradan getməmişlər deyə, o, yenə adi danışıq olduğunu, getməyəcəklərini düşünmüşdür. O, yalnız səhər yuxudan qalxandan sonra X15, İlahəni gətirməyə getdiklərini bilmişdir. Həmin gün saat 17 radələrində yoldaşı Məmmədrahim zəng edib həyəcanla “öldürdü, öldü” deyə sözlər demiş, o isə özünü itirmişdir. Daha sonra Talehin əmisi Qaranın arvadı ilə danışmış və bu zaman Ramilin Talehi öldürdüyünü bilmişdir. O, sonradan qızı İlahədən hadisədən qabaq atası ilə birgə gəlmək istədikdə, Talehin əri Məmmədrahimin üzərinə hücum edərək getmələrinə mane olduğunu, Taleh İlahəni getməyə qoymadığı üçün maşında oturmuş oğlu Ramilin bunları görüb əsəbləşdiyini, əsəbi və nevroz olduğundan həmin cinayət əməli törətdiyini öyrənmişdir. İfadəsində qeyd etmişdir ki, əvvəllər də atasıgil İlahəni gəlib aparmaq istədikdə Talehin bütün qohumları, tanışları mane olmuşdur. Oğlu Təqsirləndirilən şəxs evdə arabir sakitləşdirici dərmanları qəbul etsə də Ramilin tüfənginin olmasını ancaq hadisədən sonra bildiyini, bu barədə məlumatı olmadığını, hadisədən əvvəlki dövrdə Təqsirləndirilən şəxslə Taleh Süleymanov arasında mübahisə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində bildirmişdir ki, Taleh Süleymanov onun qardaşı oğludur. Evləri yanaşıdır. Taleh Süleymanovla münasibəti yaxşı olmuşdur. Talehin atası və anası bir neçə il əvvəl Türkiyə Respublikasına getmişdir. Taleh onun ehtiramını saxlamış, hörmət etmişdir. Taleh 2013-cü ildə İlahə Mustafazadə ilə rəsmi nikah olmadan ailə həyatı qurmuşdur. Bundan sonra arada Talehlə İlahənin problemləri olmuş, bir neçə dəfə İlahə atası evinə gedib-gəlmişdir. İlahənin ailəsi ilə Talehgil arasında həmin səbəbdən problem olmuşdur. 09 yanvar 2021-ci il tarixdə kənddə evdə olmuş, həmin gün günorta saatlarında Taleh onun yaşadığı evə gəlib sonuncudan qardaşı Musanın nömrəsini istəmişdir. Belə ki, Musa Türkiyədən təzə gəlmiş, onun whatsapp nömrəsi Talehdə olsa da, zəng nömrəsi olmamışdır. O da Musanın nömrəsinin olmadığını demişdir. Talehin qayınatasının İlahənin ad günü olduğu üçün qonaqlığa gəldiyini yoldaşından öyrənmişdir. Həmin gün saat 16 radələrində o evdə dəzgahla işləmiş, həmin vaxt evdə olan arvadı Kifayət “vurdular vurdular” deyib küçəyə tərəf qaçmış, qulağı zəif eşitdiyinə və dəzgahla işlədiyi üçün heç bir səs-küy eşitməmişdir. Daha sonra dəzgahı söndürüb Kifayətin arxasınca küçəyə çıxmış və qara cip formasında maşının keçib getdiyini görmüşdür. X27 girib yüksək səslə Talehin vurulduğunu qışqırmış, o daha sonra hadisədən agah olub bu barədə polisə məlumat vermişdir. Şahid1 səs-küyə görə küçəyə çıxanda maşını arxadan görmüş, həmin vaxtı küçədə heç kim olmamışdır. Hadisədən ilk öncə yoldaşı Kifayətin, daha sonra özünün xəbəri olduğunu, yaşadığı evdə köhnə təklülə ov tüfəngi olsa da işlək vəziyyətdə olmadığını, evdə asılqandan asıldığını, həmin tüfəngi polisə təqdim etdiyni demişdir. İlahənin evə gəlib-gedəndə tüfəngi divarda asılı gördüyünü, Taleh silahı heç vaxt ondan götürmək istəmədiyini, silahı polislərə təqdim edənədək heç kimə vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 göstərmişdir ki, o 3 ildir ki, Türkiyənin Bursa şəhərində yaşayır, yoldaşı Hümbət də ondan 3-4 ay sonra Türkiyənin Bursa şəhərinə gəlmişdir. X25 onun böyük oğlu olmuş, 2013-cü ildə Bakı şəhərindən İlahə adlı qızı istədiyini demiş və onu gətirib kəndə gəlmişdir. İlahə özü də könüllü gəldiyini demiş, buna görə qızın ailəsinə zəng edib bu barədə məlumat vermişlər. Həmin gün axşam qızın atası Məmmədrahim və xalası Sara yaşadıqları Sadıxlı kəndindəki evinə gəlmiş, İlahəni geri qaytarmaq istəmiş, bu zaman İlahə könüllü gəldiyini, heç yerə getməyəcəyini bildirmişdir. İlahənin valideynləri sonuncunu apara bilmədikləri üçün həmin gün çıxıb getmiş, ertəsi gün yenə gəlmişlər. Həmin gün qızı razı salıb maşına mindirib aparmaq istədikdə, İlahə maşından düşüb qaçmış, ondan sonra Talehlə harasa getmişlər. Həmin gün Məmmədrahimgil polislə onun yaşadığı evə gəlmiş, o və yoldaşı Hümbət Köçvəlli polis bölməsinə getmişlər. Polis bölməsində olarkən polis əməkdaşları Talehlə İlahəni tapmalarını və polisə gətirməli olduqlarını bildirmiş, əgər qız könüllü gəldiyini etiraf edərsə, heç kimin sonuncunu zorla apara bilməyəcəyini demişlər. Daha sonra Talehlə İlahə də tapılıb Ağstafa rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən qız özü Sadıqlıda qalmaq istəsə də, atasıgil onu aparmışdır. İlahə sonralar kəndə qayıdıb gəlmiş, arada bir neçə dəfə İlahəni ailəsi aparmış, lakin qız özü sonradan Talehə qoşulub gəlmişdir. O bir ana kimi İlahəni qəbul etmək istəməsə də, oğluna görə məcbur olmuş, Türkiyə Respublikasında olduğu müddətdə arabir telefonla danışıb, hal-əhval tutmuşdur. 2020-ci ilin yanvar ayının 9-da oğlu Talehin tüfənglə vurularaq öldürüldüyünü eşitmiş Talehin öldürülməsində Ramillə birlikdə atası Məmmədrahimin də əli olduğunu düşündüyü üçün onun məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində bildirmişdir ki, Ağstafa rayon Sadıqlı kəndində ailəsi ilə birlikdə yaşayır, 16-17 ildir ki, X30 xadiməçi işləyir. X20 həmkəndli kimi tanımış, sonuncu və ya ailəsi ilə hər hansı ədavəti, düşmənçiliyi, eləcə də, qohumluq münasibəti olmamışdır. 9 yanvar 2021-ci il tarixdə gün ərzində saat 12 radələrində o işə getmiş, saat 14 radələrinə qədər işdə olmuş, günorta saat 3-ə qalmış işdən çıxmışdır. İşdə olduğu müddət ərzində, eləcə də, işə gələndə və ya çıxanda kənddən olmayan başqa şəxs hər hansı maşın və ya şəxs görməmişdir. Təqsirləndirilən şəxs, X3 tanımır, 09.01.2021-ci il tarixdə Sadıqlı kəndi ərazisində cip formasında olan qara rəngli Hundai Tucson markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 qızı ifadəsində göstərmişdir ki, Ağstafa rayon Sadıqlı kəndində ailəsilə birlikdə yaşayır. Heç yerdə işləmir, evdar qadındır. X20 həmkəndlisi kimi tanıyır, sonuncu və ya ailəsi ilə hər hansı ədavəti, düşmənçiliyi, qohumluq münasibəti yoxdur. İfadəsində yaşadığı evin kənddə Sadıqlı Gömrük postunun yaxınlığında yerləşdiyini, 09 yanvar 2021-ci il tarixdə günortadan sonra kənddə yaşayan bacısıgilə getməsini, bacısıgilin evinə çatdıqda Kifayətin yüksək səslə “balam” deyib qışqırdığını eşitdiyini bildirmişdir. Bacısıgilin evi Kifayətgilin evlərinə yaxın lakin başqa küçədə yerləşdiyi üçün həmin küçəni görə bilməmişdir. Səsi eşidib hadisə olan tərəfə gedəndə Talehin meyitini həyətdə arxası üstə uzanıqlı görmüş, səs-küyə ətrafdakı qonşular da gəlmişdir. Təqsirləndirilən şəxs, X3 tanımamış, 09.01.2021-ci il tarixdə Sadıqlı kəndi ərazisində cip formasında olan qara rəngli Hundai Tucson markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində bildirmişdir ki, Sadıqlı kəndində yoldaşı Şahid1, oğlu Zahid Süleymanov, gəlini Gülsəfa Süleymanova, 2 azyaşlı nəvəsi ilə birlikdə yaşayır. Taleh Süleymanov onun xalası nəvəsi, həm də yoldaşının qardaşı oğludur. Yaşadıqları evlər yanaşıdır. Taleh Süleymanovla münasibəti yaxşı olmuşdur. Talehin atası və anası bir neçə il idi ki, Türkiyə Respublikasında olmuşdur. Böyük kimi Taleh onların ehtiramını saxlamış, daima hörmət etmişdir. Taleh 2013-cü ildən İlahə Mustafazadə ilə rəsmi nigahı olmadan ailə həyatı qurmuş, həmin müddətdən sonra arada onların problemləri olmuş, bir neçə dəfə İlahə atası evinə gedib gəlmişdir. Bununla bağlı İlahənin ailəsi ilə Talehgil arasında problemlər yaşanmışdır. İlahə özü atası və anası qızın valideynləri gəlib aparmaq istədikdə getmək istəmədiyi üçün “102”-yə şikayət etmişdir. 09 yanvar 2021-ci il tarixdə gün ərzində o və yoldaşı kənddə evdə olmuş, gəlini uşaqlarla birlikdə atası evinə getmiş, oğlu Zahid isə evdə olmamışdır. Kənddə onların evləri Talehgilin evləri ilə qonşudur, həm küçə tərəfdən, həm də arxada bağ hissədən sərbəst gedib-gəlmək mümkündür. O, həmin gün saat 16 radələrində bağ tərəfdə olmuşdur. Həmin hissə bir-birindən dəmir setka ilə ayrılır və bir tərəfdən digəri görünür. Bağ hissədə olarkən Taleh və İlahə də öz bağları tərəfdə olmuş, Taleh onu görəndə qayınatasının gəldiyini demiş, o da “lap yaxşı, xoş gəlir” demişdir. Talehgilin küçəyə tərəf olan qapısı dəmir setkadandır və küçə sərbəst görünür. Bu əsnada İlahə küçə tərəfə boylanaraq “deyəsən atam gəldi” demiş,O öz tərəflərindən çıxıb maraq üçün küçəyə baxdıqda heç bir maşın və ya adam görməmiş yenidən qayıdıb evlərinə girmişdir. Həmin vaxtı yoldaşı Qaranın dəzgahla taxta kəsmiş dəzgahın səsi yüksəkdən çıxdığı üçün hər hansısa bir səs güclə eşidilmişdir. Təxminən bir neçə dəqiqədən sonra Talehgilin həyətindən güclə eşidilən kişi səsi gəlmiş, bir neçə saniyədən sonra İlahənin yüksək qışqırıq səsi eşidilmiş, onunla eyni vaxtda bir neçə dəfə atəş səsi gəlmişdir. O, səsləri eşitdikdən sonra nə baş verdiyini bilmək üçün Talehgilə getmək istəmiş və Qaraya Talehgildən qışqırıq və silah səsi gəldiyini bildirmişdir. Qara da dəzgahı söndürüb onun arxasınca küçəyə çıxmışdır. O, küçəyə çıxan anda Talehgilin evlərinin qarşısında qara hündür maşınının getdiyini görmüşdür. O, cəld Talehgilin həyətinə girdikdə Talehin həyətin ortasında arxası üstə uzanıqlı vəziyyətdə olduğunu və sinə nahiyyəsində deşik olduğunu görmüş, Talehin silahla öldürüldüyünü anlamışdır. Halı pisləşmiş, qışqırıb köməyə adam çağırmışdır. Şahid2 ifadəsində səs-küyə görə küçəyə çıxanda Məmmədrahim və Ramili maşına əyləndə görmədiyini maşın artıq hərəkətə gəldiyini, Məmmədrahim və Ramili Talehgilə gələrkən görmədiyini, küçəyə çıxanda başqa heç kim olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Rəhim Hüseynlinin 09 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs 09 yanvar 2021-ci il tarixdə saat 16 radələrində Ağstafa rayonu Sadıqlı kənd sakini X5 Sadıqlı kəndində yaşadığı evin həyətində ov tüfəngindən atəş açaraq qətlə yetirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 yanvar 2021-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2021-ci il tarixdə saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 yanvar 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 yanvar 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs оğluna məxsus 01 ədəd tünd xaki rəngli şalvar, uzunqol qara köynək, cins model qara gödəkçə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 yanvar 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “Hundai Tucson” markalı, ** UE *** qeydiyyat nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı götürülmüş, ümumilikdə 41 ədəd patron və 01 ədəd giliz götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 yanvar 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd 20 kalibrli “Movoric” markalı ov tüfəngi və ona aid içərisi patronla dolu olan bir ədəd daraq, bir ədəd 12 kalibrli “Barak” markalı ov tüfəngi, 6 ədəd 12 kalibrli patron, bir ədəd qatlanan tipli bıçaq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 yanvar 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 yanvar 2021-ci il tarixli 4(015)-3/2021 saylı “Həbs qətimkan tədbiri seçilməsinə barədə Ağstafa rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 09 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.01.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, 12.01.2021-ci il tarixdə ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs ifadəsində bildirdiklərini əyani şəkildə Ağstafa rayonu Sadıqlı kəndində göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi-ekspertizasının 10.01.2021-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi-ekspertizasının 10.01.2021-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, X7 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi-ekspertizasının 10.01.2021-ci il tarixli 12 nömrəli rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 08.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Respublika Narkoloji Mərkəzi”-nın 17 fevral 2021-ci il tarixli 19/51-1973 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Respublika Psixiatriya Xəstəxanası”-nın 10 fevral 2021-ci il tarixli 1002 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanası müalicədə olmayıb. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli 14-8/18 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bakı şəhər Narkoloji Mərkəzi”-nın 12 fevral 2021-ci il tarixli 448 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi-ekspertizasının 09.01.2021-ci il tarixli 01 nömrəli rəyindən görünür ki, X17 meyitində döş qəfəsinin sağ tərəfinin və boynun arxa səthinin kor qırma yaraları, ürəyin yuxarı səthinin, sol-sağ ağciyərin zədələnməsi ilə, kəskin daxili qanaxma ilə müşayiət olunan xəsarətlər həyati olması, mərhum T.H.Süleymanovun ölümündən az əvvəl ov tüfəngindən atılmış qırmaların təsirindən yarandığı, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olduğu, X17 ölümünün səbəbinin döş qəfəsinin kor güllə yaraları nəticəsində baş vermiş hemaragik şok (kəskin daxili qanaxma) olduğu, ölümündən əvvəl spirtli içki və narkotik maddə qəbul etmədiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə kimyəvi ekspertizasının 300/k saylı 08.02.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində metil, etil, opil, butil, amil spirtləri, barbitur törəmələri alokoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salsilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctima Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli 013-6760-1221 nömrəli məktubdan görünür ki, Daxili İşlər Nazirliyi-in mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş məlumat sistemində Təqsirləndirilən şəxs adına 12 kalibrli “Barak” markalı ******* nömrəli yivsiz ov silahına 24.12.2019-cu il tarixli 2415 və 12 kalibrli “Movoric” markalı 20AZ-0004 nömrəli yivsiz ov silahına 30.03.2020-ci il tarixli 964 saylı şəhadətnamələr verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 2 nömrəli X12 16 fevral 2021-ci il tarixli 1/252 nömrəli məktubundan görünür ki, xx.xx.1991ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X13 müraciət etməyib. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 mart 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X9 оğluna məxsus 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd gödəkçə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, X1 istifadəsində olan mobil nömrə ilə aparılmış danışıqlara dair məlumatlara keçirilmiş baxış zamanı 01.01.2021-ci il tarixdən 10.01.2021-ci il tarixədək olan müddət ərzində Taleh Süleymanovun istifadəsində olmuş 055 992-07-04 mobil nömrəsinə yalnız bir dəfə - 09 yanvar 2021-ci il tarixdə saat 14:53-də zəng olduğu, həmin vaxt mobil telefonun anten dairəsinin “Ağstafa rayon, Saloğlu” qəsəbəsi göstərdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə ilə aparılmış danışıqlara dair məlumatlara keçirilmiş baxış zamanı 01.12.2020-ci il tarixdən 10.01.2021-ci il tarixədək Taleh Süleymanovun istifadəsində olmuş 055 992-07-04 mobil nömrəsinə hər hansı zəng edilmədiyi, T.Süleymanovun nömrəsindən heç bir zəng daxil olmadığı, telefonun anten dairəsinin 09.01.2021-ci il tarixdə saat 13:49-da Şəmkir rayon Morul kəndini, saat 15:55-də Ağstafa rayonu Sadıqlı kəndini göstərdiyi, 09.01.2021-ci il tarixdə gün ərzində heç bir nömrə ilə əlaqə saxlanılmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təyin edilmiş məhkəmə ballistik, daktiloskopik, trasoloji və fiziki-kimyəvi ekspertizanın 26.02.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “BARAK” modelli “19- 10063” №-li və “MAVORİC MRC 920” modelli, 20AZ-0004 №-li ov silahlarının səthindəki papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığına görə eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş “BARAK” modelli “19-10063” №-li və “MAVORİC MRC 920” modelli, 20AZ-0004 №-li təklüləli ov tüfənglərinin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından sonuncu dəfə açılan atəşin vaxtını müəyyən etmək mümkün deyidir. Tədqiqata təqdim edilmiş X21 məxsus 1 ədəd sviter, 1 ədəd köynək və 1 ədəd mayka üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır.Zədələrin forması, morfoloji quruluşu, ətrafında ətəşin əlavə faktoru olan yanmamış tüstüsüz barıt hissəcikləri, geyim əşyalarının üzərində olan zədənin ətrafındakı metal izinin aşkar edilməsinə əsasən həmin zədələr ön və arxa hissəsindəki zədələr giriş zədələri olmaqla yivsiz hamar lüləli odlu ov tüfəngindən açılan 2 atəş nəticəsində öndən arxaya və arxadan önə doğru istiqəmətlərdə 15 sm-dən 1,5 metrə qədər olan məsafədən o cümlədən “Mavoric MRC 920 modelli, 20 AZ-0004 nömərəli ov silahından yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 1 ədəd gödəkçə, 1 ədəd şalvar, 1 ədəd köynəyin üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 1 ədəd gödəkçə, 1 ədəd şalvar, 1 ədəd köynəyin səthləri üzərində odlu silahdan açılan atəş nəticəsində yaranmağa xarakterik zədə yoxdur. Təqdim edilmiş X25 və Təqsirləndirilən şəxs məxsus geyim əşyaları üzərində aşkar edilmiş atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri ilə təqdim edilmiş “Mavoric MRC 920” model, 20AZ- 0004 nömrəli ov tüfənginin lülə kanalındakı aşkar edilmiş tam yanmamış tüstüsüz barıt hissəcikləri rənginə, təbiətinə və tərkibinə görə cinsi əlamətlərinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Qərarda qeyd edilmiş “zərərçəkmiş xəsarət aldığı andan onun vəziyyəti necə olmuşdur?” sualına cavab vermək istintaq yolu ilə mümkündür. Tədqiqata təqdim edilmiş X21 məxsus 1 ədəd sviter, 1 ədəd köynək və 1 ədəd mayka, 1 ədəd şalvar, 1 ədəd alt geyim şalvarı papaq 4 ədəd corabın səthləri üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 1 ədəd gödəkçə, 1 ədəd şalvar, 1 ədəd köynəyin tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 1 ədəd gödəkçə, 1 ədəd şalvar, 1 ədəd köynəyin səthləri üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X21 məxsus 1 ədəd sviter, 1 ədəd köynək və 1 ədəd mayka, 1 ədəd şalvar, 1 ədəd alt geyim şalvarı papaq 4 ədəd corabın tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş və şərti olaraq “1” rəqəmi ilə işarələnmiş silah Türkiyə Respublikasında, zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrlı, “BARAK” modelli, “19-10063” №-li, patronluğunun uzunluğu 70mm olan, daxili çaxmaqlı, hamar-təklüləli - yivsiz odlu ov tüfəngidir, sazdır və atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, tətiyə toxunmadan ondan öz-özünə atəş açılmır. Həmin modeldən olan, ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış, 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və həmin məsafələrə uyğun olaraq hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Tədqiqata təqdim edilmiş və şərti olaraq “2” rəqəmi ilə işarələnmiş silah Türkiyə Respublikasında, zavod üsulu ilə istehsal edilmiş, 20 kalibrli, “MAVORİC MRC 920” modelli, 20AZ-0004 №-li, yarım avtomatik (özü dolduran) yivsiz odlu ov tüfəngidir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən, ondan öz-özünə atəş açılmır. Həmin modeldən olan, ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış, 20 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000- 1500 metr məsafəyə uçma qabiliyyətinə və həmin məsafələrə uyğun olaraq hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Tədqiq edilən 01 (bir) ədəd predmet “MAVORİC MRC 920” modelli, 20AZ-0004 №-li, ov tüfəngnin funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 05 (beş) ədəd 20 kalibirli patron tutumuna malik olan sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiq edilən 21 (iyirmi bir) ədəd predmet 20 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində, o cümlədən də tədqiqata təqdim edilmiş “MAVORİC” modelli, “MRC 920” markalı, 20AZ-0004 №-li tüfəngdə də döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır. Həmin patronlar zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Tədqiq edilən 32 (otuz iki) ədəd predmet 12 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində, o cümlədən də tədqiqata təqdim edilmiş, BARAK” modelli, “19-10063” №-li, tüfəngdə də döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır. Həmin patronlar zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Tədqiq edilən 01 (bir) ədəd predmet yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış 20 kalibr patronun atəşlə ayrılmış hissədir- gilizidir. Tədqiq edilən 01 (bir) ədəd predmet “MAVORİC MRC 920'' modelli, 20AZ-0004 №-li ov tüfəngnin funksional əhəmiyyət daşımayan komplekt hissələri olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 10 (on) ədəd 20 kalibirli patron tutumuna malik olan sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilən 08 (səkkiz) ədəd predmet yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış 20 kalibrli patronların atəşlə ayrılmış hissələridir-gilizlərdir, onlar tədqiqata təqdim edilmiş 20 kalibrli “MAVORİC MRC 920” modelli, 20AZ-0004 N-li ov tüfəngindən atılmışdır. Tədqiq edilən 07 (yeddi) ədəd metal predmetlər müxtəlif kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - karteçdir. Təyinatına uyğun olaraq, həmin karteçin digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 20 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 20 kalibrli, “MAVORİC MRC 920” modelii, 20AZ-0004 №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin karteçlərin üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, karteçin hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarşıdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onun təqdim edilmiş 20 kalibrli, “MAVORİC MRC 920” modelii, 20AZ-0004 №-li ov tüfəngindən, habelə başqa hansısa konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiq edilən 01 (bir) ədəd predmet 20 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir tıxacdır (“konteyner” tipli). Təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 20 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 20 kalibrli, “MAVORİC MRC 920” modelli, 20AZ-0004 №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduğuna görə, onun təqdim edilmiş 20 kalibrli, “MAVORİC MRC 920” modelli, 20AZ-0004 №-li ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Təqdim edilən 1 ədəd kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı turist bıçağıdır. Soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş geyim əşyaları üzərində əlbəyaxa, qarşılıqlı mübarizə zamanı yaranmaya xarakterik mexaniki zədə aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının 17 Mart 2021-ci il tarixli 143/40 nömrəli rəyindən görünür ki, qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarına, yəni ANLAQLİ olmuşdur. AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazır ki, ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: emosional davamsızlıq müşahidə edilməsi, hövsələsiz və əsəbiliyə meyilli olması, tez qıcıqlanması, xırda qıcığa nevrostik reaksiya ilə cavab verməsi, özünün halı olduğunu sübut etməyə çalışması, yersiz mübahisə etməsi, verilən suallara acıqlı və bir qədər kobud surətdə lakin adekvat cavablar verməsi. O, hadisə baş verərkən əsəbi psixi-emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi-bioloji ekspertizasının 16.03.2021-ci il tarixli 41/2021-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş X17 ABO sistemi üzrə qan qrupu-AB/İV/- Təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən/ Təqsirləndirilən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu Abeta/İİ/- Təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/ Ekspertizaya təqdim olunmuş 01 ədəd tənzif tampon, Taleh Süleymanova məxsus alt şalvar, alt mayka, qısaqol mayka, cins şalvar, 04 ədəd corab və vodolazka üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda “A” və “B” antigenləri alındı. Bu qan ləkələri AB/İV/ qruplu şəxsə, o cümlədən X21 məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus gödəkcə, şalvar, sviter və Taleh Süleymanova məxsus papaq üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompeks məhkəmə lifli və trasoloji ekspertizasının 12 aprel 2021-ci il tarixli 3/563-6/1121 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X4 məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd sviterin və 01 ədəd şalvarın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, X4 məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin səthi üzərində aşkar edilmiş qara rəngli təbii pampıq lifləri cinsi əlamətlərinə görə X21 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X4 məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin səthi üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır. Təqdim edilmiş X1 geyim əşyaları üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid5 mobil telefonuna baxış keçirilməsi zamanı “smslər” bölməsində ***-***-**-** mobil nömrəsindən 31.12.2020-ci ildə saat 23:45-də 1-ci sms “mama menem, ilahe, pust papa zabirut atsuda yazma buna” latın qrafikası ilə rus dilində yazılmış azərbaycan dilinə tərcüməsi “ana mənəm, İlahə, qoy atam məni buradan götürsün, yazma buna” 23:46-da göndərilmiş 2-ci sms isə “yazma, qisa zamanda pust zabirot, on ne dayot mne telefon yesli uznayit ubiyot menya” azərbaycan dilinə tərcüməsi “yazma qısa zamanda qoy gəlib aparsın, O, mənə telefon vermir, əgər bilsə məni öldürər” məzmunlu smslər gəlməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi bioloji ekspertizasının 16.04.2021-ci il tarixli, 177/2021 saylı ekspert rəyindən görünür ki, X17 Abo sistemi üzrə qrup göstəricisi AB İV (41/2021 MTÇB saylı 16.03.2021-ci il tarixli rəyin gösətricilərinə əsasən) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd gödəkçə və şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq edildikdə A və B antigünləri alındı .Aqqulyatinlər isə alınmadı. Belə olan halda bu qan ləkələri AB İV qrup şəxsə o cümlədən X21 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş M.M. Mustafayevə məxsus bir ədəd uzunqol köynək üzərində qana şübhəli ləkələr aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 may 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış hadisə yerinə keçirilmiş baxış zamanı bir ədəd içi boş silah darağı, bir ədəd patron, 8 ədəd giliz, Ağstafa RPŞ tərəfindən götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd 20 kalibrli “Movoric” markalı ov tüfəngi və ona aid içərisi patronla dolu olan bir ədəd daraq, bir ədəd 12 kalibrli “Barak” markalı ov tüfəngi, 6 ədəd 12 kalibrli patron, bir ədəd qatlanan tipli bıçaq, ölmüş zərəçəkmiş şəxs X17 üzərində olmuş paltarlar - meyitə baxış zamanı götürülmüş bir ədəd altdan geyinilmiş şalvar, bir ədəd üstdən geyinilmiş cins şalvar, bir ədəd qara papaq, bir ədəd boz mayka, bir ədəd qısaqol qara köynək, bir ədəd uzunqol yun sviter, 3 ədəd corab, Taleh Süleymanovun daxili müayinəsi zamanı məhkəmə-tibb eksperti tərəfindən aşkar edilmiş yeddi ədəd qırma və bir ədəd patronun plastmas materialdan olan hissəsi, Təqsirləndirilən şəxs оğluna məxsus 01 ədəd tünd xaki rəngli şalvar, uzunqol qara köynək, cins model qara gödəkçə, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “Hundai Tucson” markalı, ** UE *** qeydiyyat nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı götürülmüş, ümumilikdə 41 ədəd patron və 01 ədəd giliz, Təqsirləndirilən şəxs оğlunun əl-barmaq izləri, qan nümunəsi, X14 götürülmüş qan nümunəsi, X9 oğlunun paltarları - 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd gödəkçə Ağstafa rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxslər X7 və X1 məhkəməyə təqdim etdikləri 29.07.2021-ci il tarixli ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur, onlar barışıblar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxslər X7 və X1 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərşəkmiş şəxslər X7 və X1 ondan hər hansı şikayət və tələblərinin olmamasını, onların barışmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal - onun cinayət əməlini odlu silahdan istifadə etməklə törətməsidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 09 yanvar 2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin tələbinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Ağstafa rayon Prokurorluğunda saxlanılan cinayət işi üzrə maddi sübut kimi tanınmış hadisə yerinə keçirilmiş baxış zamanı götürülmüş bir ədəd içi boş silah darağı, bir ədəd patron, Ağstafa RPŞ tərəfindən götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd 20 kalibrli “Movoric” markalı ov tüfəngi və ona aid içərisi patronla dolu olan bir ədəd daraq, bir ədəd 12 kalibrli “Barak” markalı ov tüfəngi, 6 ədəd 12 kalibrli patron, bir ədəd qatlanan tipli bıçaq, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “Hundai Tucson” markalı, ** UE *** qeydiyyat nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı götürülmüş, ümumilikdə 41 ədəd patron xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilməli, hadisə yerinə keçirilmiş baxış zamanı 8 ədəd giliz, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “Hundai Tucson” markalı, ** UE *** qeydiyyat nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı götürülmüş 01 ədəd giliz, X17 daxili müayinəsi zamanı məhkəmətibb eksperti tərəfindən aşkar edilmiş yeddi ədəd qırma və bir ədəd patronun plastmas materialdan olan hissəsi, Təqsirləndirilən şəxs оğlunun əl-barmaq izləri, qan nümunəsi, X14 götürülmüş qan nümunəsi məhv edilıməli, X17 üzərində olmuş paltarlar - meyitə baxış zamanı götürülmüş bir ədəd altdan geyinilmiş şalvar, bir ədəd üstdən geyinilmiş cins şalvar, bir ədəd qara papaq, bir ədəd boz mayka, bir ədəd qısaqol qara köynək, bir ədəd uzunqol yun sviter, 3 ədəd corab, Təqsirləndirilən şəxs оğluna məxsus 01 ədəd tünd xaki rəngli şalvar, uzunqol qara köynək, cins model qara gödəkçə, X9 oğlunun paltarları - 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd gödəkçə qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 410 manat 16 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 29, 120.2.7 maddələri ilə 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 09 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Ağstafa rayon Prokurorluğunda saxlanılan cinayət işi üzrə maddi sübut kimi tanınmış hadisə yerinə keçirilmiş baxış zamanı götürülmüş bir ədəd içi boş silah darağı, bir ədəd patron, Ağstafa RPŞ tərəfindən götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd 20 kalibrli “Movoric” markalı ov tüfəngi və ona aid içərisi patronla dolu olan bir ədəd daraq, bir ədəd 12 kalibrli “Barak” markalı ov tüfəngi, 6 ədəd 12 kalibrli patron, bir ədəd qatlanan tipli bıçaq, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “Hundai Tucson” markalı, ** UE *** qeydiyyat nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı götürülmüş, ümumilikdə 41 ədəd patron xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin, hadisə yerinə keçirilmiş baxış zamanı 8 ədəd giliz, Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi “Hundai Tucson” markalı, ** UE *** qeydiyyat nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı götürülmüş 01 ədəd giliz, X17 daxili müayinəsi zamanı məhkəmə-tibb eksperti tərəfindən aşkar edilmiş yeddi ədəd qırma və bir ədəd patronun plastmas materialdan olan hissəsi, Təqsirləndirilən şəxs оğlunun əl-barmaq izləri, qan nümunəsi, X14 götürülmüş qan nümunəsi məhv edilsin, X17 üzərində olmuş paltarlar - meyitə baxış zamanı götürülmüş bir ədəd altdan geyinilmiş şalvar, bir ədəd üstdən geyinilmiş cins şalvar, bir ədəd qara papaq, bir ədəd boz mayka, bir ədəd qısaqol qara köynək, bir ədəd uzunqol yun sviter, 3 ədəd corab, Təqsirləndirilən şəxs оğluna məxsus 01 ədəd tünd xaki rəngli şalvar, uzunqol qara köynək, cins model qara gödəkçə, X9 oğlunun paltarları - 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd gödəkçə qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 410 manat 16 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Elmin Rüstəmov
2. Faiq Mahmudov
3. Xəqani Səmədov